Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-114/2020 20.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X27 Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Bağırov Məhəmməd Ənvər oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçıları: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə X13 məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı1, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1996-cı il tarixdə Goranboy rayonunda anadan olmuş, azərbaycanlı, evli, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Goranboy rayonu, Qarapirimli kəndində pasport qeydiyyatında olmaqla Gəncə şəhəri, Sevinc qəsəbəsindəki yeni yaşayış massivində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 221.1, 228.1 və 232.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs xx xxxx 2019-cu il tarixdə saat 21 radələrində spirtli içki qəbul edərək orta sərxoşluq vəziyyətində idarə etdiyi VAZ-2106 markalı ** BF *** dövlət qeydiyyat nişanlı avtomaşının sağ qanadını yol kənarındakı dirəyə toxundurub əzdiyi üçün Goran stansiyasının yaxınlığında yolun kənarında dayanıb qardaşı Şahid2, əmisi oğlu X17, Şahid1, həmkəndlisi X14, X15 və X21 ilə avtomaşının zədələnmiş qanadını düzəldərkən Goranboy rayon polis şöbəsinin əməkdaşı Zərərçəkmiş şəxs sərxoş vəziyyətdə onlara yaxınlaşıb toplaşmalarının səbəbini soruşduqda o, ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, qərəzli xuliqanlıq hərəkətləri edərərək Zərərçəkmiş şəxsla sözlü mübahisə etmiş, yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun üstünlüyünü qəbul etmədiyini görüb bundan daha da hiddətlənib onun ünvanına qarşı hədə və təhqir məzmunlu sözlər işlətməsi sonda vəziyyətin daha da gərginləşməsinə və aralarında əlbəyaxa davanın baş verməsinə səbəb olmuş, orada olan Şahid2, Şahid1, Təbriz Əmrahov, Novruz Qəribov, Elçin Abdullayev və Şahid5 onun xuliqanlıq hərəkətlərinin qarşısını almağa cəhd etdikdə o, qərəzli xuliqanlıq hərəkətlərini davam etdirərək Zərərçəkmiş şəxsla əlbəyaxa olub onu yerə yıxıb yumruqla onun sifət, baş və döş qəfəsi nahiyyəsinə çoxsaylı zərbələr endirərək sonuncuya fiziki ağrılar yetirmiş və burun, sağ almacıq, sağ əng və xəlbir sümüyünün sınıqları ilə müşayiət olunan üzün yumşaq toxumaları əziyi və sağ Vİİİ, İX qabırğanın sınığı dərəcəsinə görə, sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır xəsarət yetirmiş, sol dirsək, sağ saidin, sağ əl, sol qulaq seyvanı, boyun, sol körpücüküstü və sol çiyinüstü nahiyyələrin qançırları və sıyrıqları ilə müşayət olunan dərəcəsi təyin olunmayan xəsarət yetirmiş, həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etdikdən sonra Zərərçəkmiş şəxs həyat və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq etməklə kənara torpaq üzərinə düşmüş xidməti «CK 324 P» nömrəli “Makarov” markalı tapançasını talayaraq götürüb cibində gizlədib, qanunsuz olaraq gəzdirərək və idarə etdiyi avtomaşınla daşıyıb Goranboy rayonunun Qarapirimli kəndinə aparıb yaşadığı evin qonşuluğundakı sahibsiz evdə gizlədib xx xxxx 2019-cu il tarixdə polis əməkdaşları tərəfindən görülmüş tədbirlər nəticəsində aşkar olunub götürənədək qanunsuz saxlamışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o, hadisə baş verən günü yaşadığı kənddə əmisi Xaliq gilin evində atası Xəzərin ad günü münasibəti ilə yemək yeyən zaman təxminən 100 qram araq içmiş, lakin sərxoş olmamışdır. Əmisi oğlu X17 da yemək yemiş, lakin araq içməmişdir. Təbriz 10 gün əvvəl hərbi xidməti Naxçıvanda başa vurub evə qayıtmışdır. Axşam saat 20-21 radələri oradan çıxıb evə gedərkən həyət darvazasının qarşısında əmisi oğlu Təbrizi, İzzəti və Rəvanı görmüş, onlar qonşu Gərayın oğlu Zamini hərbi xidmətə yola salacaqlarını demişlər. Buna görə o, atasının jiquli maşınını sürərək Goran stansiyasına yola düşmüşlər. Yolda maşının tormozu zəif tutduğu üçün körpünün dirəyinə toxundurub sağ qanadını əzmiş, qanad yüngülcə sağ təkəri sürtmüşdür. O, hərəkəti davam edib sağa dönüb körpüyə qalxaraq Bakı-Qazax magistral şosesini keçib Goran tərəfdə vağzala çatmamış yolun sağ kənarında yolboyu bitən yulğun kollarının arxasında saxlamışdır ki, onları görən olmasın. Təbrizin təklifi ilə qardaşı Pərvizə zəng vurub köməyə çağırmış, təxminən 15 dəqiqə sonra Pərviz xalası oğlu Novruzla gəlmiş, Pərvizlə birləşib əyilmiş qanadı dartıb təkərdən aralamışlar. Bu zaman adının sonradan Vüsal olduğunu bildiyi şəxs yanında Səfər adlı şəxslə birlikdə jiquli maşını ilə gəlib yolun kənarında Pərviz sürüb gətirdiyi Elvinin qaynatasına məxsus «Nazlifan» markalı avtomaşının arxasında saxlamış və maşından yerə düşüb üzünü onlara doğru tutub qışqırıb təhqiramiz ifadə işlədərək, “nə olub burada, Elvin haradadır» demişdir. Bu vaxt Pərviz «gəl bir az onun qabağına gedək, maşını görməsin» demiş və hər ikisi Vüsalın qarşısına –yola çıxmışlar. O, Pərvizə «ayə bu kimdi bizi tanıdı, bizə niyə söyür» deyə soruşmuşdur. Pərviz irəli yeriyib Vüsalı qarşılamış və Vüsalın sualına cavab olaraq «Elvin yoxdu» demiş və bir az arxada dayanaraq Vüsalla ikilikdə danışıqlar aparmışdır. Pərviz onu çəkib Vağzal tərəfə apararaq söhbət etmişlər. Pərviz Vüsalı sakitləşdirməyə çalışmış, lakin o, sakitləşməmiş, daha da aqresivləşmişdir. Vüsal sərxoş vəziyyətdə olduğundan onunla danışıq aparmaq mümkün olmamışdır. X20 ayrılıb yulğun kollarını qaçaraq basıb onların durduğu yerə tərəf keçmiş, həmin vaxt onun ayağı ilişib yıxılmış və tez də ayağa qalxıb əsəbi şəkildə qışqırıb «Elvin haradadır» soruşmuşdur. O, isə «ə sən kimsən, niyə söyüş söyürsən, bizi tanıyırsanmı» deyərək soruşduqda, Vüsal cavab olaraq əlavə «Elvin hanı» demiş, o, isə «Elvin yoxdu» cavablandırmışdır. Vüsal aqresiv danışıqları davam etdirərək «mənə az fərq edər, o, olmasın siz olun, nə yığışıbsınız bura» deyərək əl atıb onun maşınının yük yerini açmış, buna görə də o, əsəbləşərək «Sən kimsən ki, mənim maşınımı yoxlayırsan» demişdir. Vüsal cavab olaraq «gözlə sənə kim olduuğumu deyəcəm» demiş və əl atıb maşının qapısını açmaq istəmişdir. O, Vüsalın əlini itələmiş və onunla əlbəyaxa olmuşlar. Mübahisə zəminində Vüsal birinci olaraq onun üzünün sol tərəfindən yumruqla vurmuş, o, isə Vüsalın yaxasından tutub əlbəyaxa olmuş və onlar yerə yıxılmışlar. Vüsal onun üstündə olmuş, həmin vaxt o, Vüsalın ağzından spirtli içki iyisi hiss etmişdir. Sonra fırlanıb onun üstünə çıxmış Vüsalın sifətindən yuxarıdan ayşağıya yumruq zərbələri endirmişdir. Arxadan kimsə onu ortasından tutub kənara çəkərkən o, atəş səsi eşitmişdir. Atəş səsi gələn kimi arxadan uşaqlardan kimsə qışqıraraq «Təbrizi vurdu» demişdir. O, dönüb sol tərəfdə onlardan təxminən metr yarım aralı Təbrizi yerə yıxılmış görüb onun yanına qaçmış və onun başından qan axdığını görmüşdür. Həmin vaxt Pərviz aralıda olmuş, Təbriz vurulan kimi Pərviz qaçaraq yanlarına gəlmiş, həmin vaxt o,artıq özünü itirmiş, nə etdiyini bilməmiş, hamı ayaq üstə olmuş, bu vaxt orada olan Səfər körpüyə tərəf qaçmış, buna görə də yəqin Təbrizi o, vurub qaçdığını düşünmüşdür. Buna görə də o, bir az onun ardınca qaçmış və sonra geri qayıtmışdır. Geri qayıdanda Vüsal yerə hərəkətsiz uzanmış, tapançanı isə Vüsalın yanında yerdə görmüşdür. X8 qoyub xəstəxanaya aparmış, o, isə yerdən Vüsalın tapançası oğurlanmasın deyə götürüb özü ilə birlikdə kəndə apararaq qonşuluqda olan boş evdə gizlətmişdir. O, səhəri gün isə polislər onların evinə gələndə tapançanı könüllü olaraq polislərə təhvil vermişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, o, zərərçəkmiş şəxslə barışmış və əməlindən peşmandır. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki,o, 2018-ci ilin oktyabr ayından Azərbaycan Respublikası DİN-in Goranboy rayon polis şöbəsinin cinayət axtarış bölməsində əməliyyat müvəkkili vəzifəsində çalışır. Onun xidməti ərazisi Goranboy rayonu, Goran qəsəbəsi, həmin qəsəbənin ətrafı olan Kürəkçay, Goranlı, Qazançı, Qarapirimli, Qaramusalı, Xınalı, Şıxlar, Hazırəhmədli və Qırıxlı kəndləridir. Cəmi 8 ay işlədiyi üçün ərazinin əməliyyat şəraitini yaxşı bilmir. xx xxxx 2019-cu il tarixdə səhər saat 09-da Goranboy rayon polis şöbəsinin növbətçi hissəsində saxlanılan Makarov markalı CK 324p nömrəli tapançanı qəbul etmiş, silahın əvəzedici kartoçkasını silahı götürməyinə görə növbətçi hissəyə təhvil vermişdir. Silahın üstündə iki ədəd patron darağı və hər bir daraqda 8 ədəd olmaqla cəmi 16 ədəd 09.00 kalibrli patronları qəbul etmiş, patron darağının birinin üstündə 8 ədəd patron olmaqla tapançaya taxmış, ikinci patron darağını isə 8 ədəd patronla birlikdə iş otağındakı seyfə qoymuşdur. Hadisə günü saat 19 radələrində o, polis şöbəsindən çıxıb dayısı oğlu X5 adına olan və etibarnaməsiz idarə etdiyi VAZ 2106 markalı, ** SH *** dövlət qeydiyyat nişanlı avtomaşınla Goran qəsəbəsinə getmişdir. Orada «Məmişin çay evi» adlanan kafeyə girmiş, oranın sahibi Arifdən edilmiş şikayətlə bağlı görüşmək istəmiş, lakin onu tapmamışdır. Oradan «Samavar çay evinə» getmiş, çay evinə girməmiş oradakı ticarət obyektlərində mühafizəçi işləyən Şahid5 görüb maşını saxlamış, yerə düşüb Səfərlə görüşmüş, onu “Samavar” çay evində kofe içməyə dəvət etmişdir. Kofe içəndən sonra Səfər ona «bəlkə mənə bir qonaqlıq verəsən» demişdir. O, xidməti fəaliyyəti ilə əlaqədar Səfərlə yaxşı ünsiyyət saxladığı üçün onunla yemək yeməyə razılıq vermiş, Səfəri maşınına mindirərək «Zamin» kafeyə aparmışdır. Saat 20 radələrində Səfərlə birlikdə yemək yemiş hərəsi 250 qram araq içmişlər. Təxminən 23 radələri yemək yeyib qurtarmışlar. Kafedə yemək yeyən zaman Ucar rayon polis şöbəsinin rəis müavini Anara zəng vurub danışmış, Anar ona onların axtardığı şəxs var, həmin şəxsin anası Goran stansiyası tərəfdə poçtun yanında yaşayır, onu öyrənmək və barələrində məlumat toplamaq lazımdır demişdir. O, Anarla danışdıqdan sonra bu barədə Səfərdən soruşmuş, Səfər həmin şəxsi tanımadığını bildirmiş, amma öyrənməyin mümkün olmasını demişdir. Beləliklə yedikləri yedikdən sonra Səfərlə birlikdə kafedən çıxıb Goran stansiyası istiqamətində getmişlər. O, Goran stansiyasına körpünün yanı ilə keçib körpünün qurtaracacında yolun sağ tərəfində yulğun kollarının arxasında ağ rəngli minik avtomaşınının damını görmüş, maşından düşüb sağdakı maşına tərəf baxanda həmin maşının yanında bir neçə cavan oğlan görmüş və onlara yaxınlaşmışdır. Onlardan iki nəfər oğlan onu görüb qarşısına tərəf gəlmişlər və o, onlardan burada nə baş verməsini soruşduqda həmin şəxslər ondan kim olduğunu soruşmuş, buna görə də o, polis əməkdaşı olması barədə özünü təqdim etmiş, xidməti vəsiqəsini onlara göstərmiş, onlardan biri «maaş kartını mənə niyə göstərirsən» demişdir. O, onların aqressiv olmasını hiss etmiş və istifadəsində olan 051 ***-**-** nömrəli mobil telefonundan Goranboy rayon polis şöbəsinin növbətçi hissəsində olan mobil telefon nömrəsinə zəng vurub polis mayoru Şahin Əliyevə «Goran yolunda cavan uşaqlar var, maşınladırlar, aqresiv hərəkət edirlər, mənə kömək göndərin» demişdir. Bundan sonra o, həmin şəxslərin maşınına tərəf getməyə cəhd etdikdə onlar onun qarşısını kəsmiş və maşına yaxınlaşmağa imkan verməmişlər. Bundan sonra o, azacıq körpüyə tərəf addımlamış və cəld hərəkətlə yulğun kollarının arasından orada olan uşaqların ağ rəngli jiqulisinə tərəf qaçıb keçmiş, yulğun kollarını qaçaraq keçəndə ayağı büdrəyib yerə yıxılmış, tez ayağa qalxıb maşına yaxınlaşıb «maşının baqajında qeyri qanuni nə isə varmı» deyə sual vermiş və əlini baqaja tərəf uzatdıqda arxadan kimsə onun başından yumruqla vurmuş, başqa birisi isə arxadan qolunu boğazına keçirib onu boğaraq dartıb yerə yıxmış, yanında olan Səfər isə həmin vaxt onları aralaşdırmağa başlamış və qışqırıb «bu buranın əməliyyat müvəkkilidir, polis əməkdaşıdır» demişdir. O, yerdə yıxılı vəziyyətdə olanda onu hər tərəfdən vurub təpikləmişlər. Həmin vaxt o, spirtli içki içmiş olsa da ciddi sərxoş olmamışdır. Onu həm döyməkləri, həm də boğmaqlarına görə havaya xəbərdarlıq atəşi açmaq qərarına gəlmiş, qoburasından tapançanı çıxarmış, sol yanı üstə uzanmış vəziyyətdə tapançanı havaya yönəldib bir dəfə xəbərdarlıq atəşi açmış, atəş açılan kimi o, şoka düşmüş və heç nə hiss etməmiş, eləcə onun tapançası həmin şəxslərdən birinin əlində ona tərəf «qardaşımı öldürdün mən də səni öldürəcəm» deməsini görmüşdür. Bunu deyib tapançanı onun üzünə tərəf tuşlayıb tətiyi çəkmiş, lakin atəş açılmamışdır. Bundan sonra o, qalxıb vurub xəsarət yetirdiyi oğlanı qaldırmış, qışqırıb «maşın gətirin bunu tez həkimə aparmaq lazımdır» demiş və o, bunu deyən kimi onu döyməyə davam etmişlər. Döyülən zaman qolları ilə başını tutub yerə uzanmış, bundan sonra o, heç nə xatırlamır, huşu özünə gələndə polis yoldaşları onu xəstəxanaya aparmalarını hiss etmişdir. Hazırda heç bir şikayət və tələbi yoxdur və təqsirləndirilən şəxslə barışmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 Zərərçəkmiş şəxs ifadəsini özünə aid hissədə təsdiq edərək, oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, xx xxxx 2019-cu il tarixdə, saat 23 radələrində Goranboy rayonu, Kəpənəkçi kəndində yaşadığı nənəsinin evində olmuş, xalası oğlu Ülvi İmanovu əsgərliyə yola salmaq üçün Ülvi və Ülvinin bacısı yoldaşı Eminlə birlikdə, arxadan isə dayısı oğlu Şahid4 idarə etdiyi “Lifan” markalı avtomobillə xalası oğlu Novruz Qəribovla birlikdə Goran stansiyasında dəmiryolu vağzalına gedərkən əmisi oğlu Təqsirləndirilən şəxs zəng edib atasına məxsus avtomaşını əzdiyini və buna görə onun yanına getmələrini demişdir. Buna görə o, getdiyi avtomaşından düşmüş Emin və Ülvi isə dəmiryolu vağzalına getmiş, özü isə arxadan gələn Elvinin avtomobilini götürüb Novruzla birlikdə Lətifin qəza törətdiyi yerə, yəni Goranda yerləşən körpünün yaxınlığında boya ilə çəkilmiş dairənin yanına getmişdir. Oraya çatdıqda Lətifin ağ rəngli VAZ 2106 markalı avtomobilini saxladığını və sağ qanadının azacıq əzildiyini görmüşdür. Həmin vaxt Lətifin yanında qardaşı Təbriz Əmrahov və Lətifin dayısı oğlu Rəvan olmuşdur. Oraya çatdıqda Vaz 2106 markalı, rəngini və dövlət qeydiyyat nişanını xatırlamadığı bir avtomobil yaxınlıqda saxlamış, maşından mülki formalı, adını və polis əməkdaşı olduğunu sonradan bildiyi Vüsal adlı şəxs onlara yaxınlaşmış və «ayə qəhbə yığınağı, bu nə qəhbə yığıncağıdır, burada neynirsiniz?” demiş, onun yanında paqonlu formada mühafizəçi, adını sonradan bildiyi Səfər adlı şəxs də düşmüş lakin yaxınlaşmamışdır. Əmisi oğlu Lətif Vüsal adlı polis əməkdaşına cavab olaraq “nə olub ki, nəyinə gərəkdir?” demiş, Vüsal isə “nə olmalıdı, siz neynirsiz burda?”, “mən polis əməkdaşıyam” demişdir. Lətif isə ondan vəsiqəsini təqdim etməsini tələb etmiş, buna görə də Vüsal cibindən nəsə sənəd çıxarıb Lətifə göstərmişdir. Həmin vaxtı Lətif, Təbriz, Novruz və Rəvan Vüsalın başına yığışıb Vüsala problem yaratmamasına çalışmışlar. Həmin vaxt o, kənarda Səfərlə söhbət etmişdir ki, əlavə problem çıxmasın. X16 arasında səs-küyün çoxaldığını görüb Vüsala yaxınlaşıb, qardaşyana qucaqlayıb üzündən öpüb onu biraz kənara çəkmiş və “Maşallah müəllimin nəvəsi, olmasını Elvini tanıdığını buna görə də onları yola verməsini xahiş etmiş, lakin Vüsal ona qulaq asmamış və əmisi oğlu Lətifə yaxınlaşmış, Lətifə yaxınlaşarkən Novruz dava düşməsin deyə Vüsalın qabağına keçmiş, Vüsal Novruzun da əlindən çıxaraq Lətifə doğru qaçmış və onlar bir-birinin yaxasından tutaraq mübahisə etmiş, mübahisə zamanı onların hər ikisi yerə yıxılmış, yerdə süpürləşmişlər. O, onlara yaxınlaşan zaman atəş açılmış, atəşdən sonra qardaşı Təbrizin yıxıldığını görmüşdür. Güllə qardaşına dəyəndən sonra Lətif və digər uşaqlar kənara çəkilmiş, o, isə tez qaçıb Vüsalın əlindən silahı almış, silahın yuxarı hissəsini arxaya çəkib silahı atəş üçün hazır vəziyyətə gətirmiş və Vüsala tərəf tuşlayıb atəş açmaq üçün tətiyi bir dəfə çəkmiş, lakin silahdan atəş açılmamış, bundan sonra o, silahın arxa tərəfi ilə Vüsalın baş nahiyəsinə bir neçə dəfə vurmuş, sonra silahı yerə atıb qardaşı Təbrizin yanına qaçmış, daha sonra Novruz Elvinə zəng edib çağırmışdır. Elvinin Lifan markalı avtomobili ilə Təbrizi Elvin və Novruzla birlikdə Goranboy rayon mərkəzi xəsətxanasına aparmışlar. Məhkəmə iclasına şahid qismində dindirilmiş Şahid2, X14 və Şahid4 Şahid1la oxşar məzmunlu ifadələr verdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərdi ki, xx xxxx 2019-cu il tarixdə səhər saat 09:00 dan şöbə rəisinin tərtib etdiyi cədvələ əsasən əməliyyat qrupunun üzvü olmuşdur. Qaydaya əsasən əməliyat qrupunun üzvləri əməliyyyat qrupunun tərkibində olmalarını bilərək inzibati binanın tərk etmədən öz iş otaqlarında xidməti vəzifələrini yerinə yetirir, hadisə baş verdiyi təqdirdə növbətçi hissə əməliyyat qrupun üzvünü hadisə yerinə yönləndirir. Axşam saat 23 radələrində o, şöbənin həyətində polis polkovnik–leytenantı Səməd Məhərrəmovla gəzişərkən radiorabitə vasitəsi ilə «Goranda avtoxuliqanlıq var Zərərçəkmiş şəxs kömək lazimdır» ifadələri səslənmişdir. Bundan sonra orada xidmət aparan post patrul xidmətinin əməkdaşlarına tapışırıq verilmişdir ki, Zərərçəkmiş şəxs zəng vurub yeri öyrənilsin və ona köməyə gedilsin. Təxminən iki-üç dəqiqə sonra Post Patrul radio efir vasitəsi ilə cavab verib Zərərçəkmiş şəxs tapa bilmədiklərini bildirmişlər. Bundan sonra o, özünün istifadəsində olan 050 ***-**- ** nömrəli telefonu ilə Zərərçəkmiş şəxs ***-***-**-** nömrəli telefununa zəng vurub onunla əlaqə saxlamış, bu vaxt Vüsal çox çətinliklə danışmış, onun harada olmasını soruşduqda Vüsal çətinliklə ona körpünün Goran vağzalı istiqamətində yolun kənarında olduğunu, onu döydüklərini demişdir. Vüsal başa düşülməyən ifadələr də işlətmişdir. O, Vüsalın danışıqlarını mobil telefonuna yazmışdır. Vüsalın yerini bilən kimi Seymur Əfəndiyevə məruzə etmiş, onunla birlikdə görüşüb Zərərçəkmiş şəxs yanına yola düşmüşlər. Körpüyə doğru gedəndə yarı yolda Seymur Əfəndiyevə məlumat daxil olmuşudur bir nəfəri avtomat gülləsi yarası ilə rayon xəstəxanasına gətirmişlər. Öyrəndikdə və həmin yaralının Zərərçəkmiş şəxs olmadığını bilmiş, yola davam etdikdə Zərərçəkmiş şəxs da artıq xəstəxanaya çatdırıldığını bilmişlər. Xəstəxanaya qayıtdıqda reanimasiya şöbəsində bir nəfər mülki şəxsin başından aldığı güllə yarasına tibbi yardım edildiyini görmüş, lakin onu tanımamışdır. Ora çatandan bir neçə dəqiqə sonra Vüsalı xəstəxanaya gətirmişlər. Həkimlər ona tibbi yardım etmiş və onu Gəncə mərkəzi klinikasına aparmışlar. Xəstəxanada adamlarla söhbət aparıb müəyyən etmişdir ki, Qarapirimli kənd sakinləri olan bir qrup qardaş və əmioğlanları əsgər yola salmaq üçün VAZ 2106 markalı minik avtomaşını ilə sərxoş halda Goran stansiyasına gedəndə maşınların səkiyə vurub əzmiş, körpünü keçib yolun kənarında maşınları ilə bağlı problemlərini həll etmək üçün dayanmış, sonra onlara Zərərçəkmiş şəxs yanında mühafizədə işləyən Səfər adlı oğlanla yaxınlaşmışdır. Orada onların arasında mübahisə yaranmış və Vüsalı döymüşlər, Vüsal isə xidməti tapançası ilə havaya xəbərdarlıq atəşi açanda güllə təsadüfən adını sonradan bildiyi X2 gözündən dəyərək baş nahiyyəsində çıxmışdır. Bundan sonra isə Təbrizin qardaşı Şahid1 Vüsalın tapançasını əlindən alıb, tapançanın qundağı və gövdəsi ilə Vüsalın başına vuraraq bədən xəsarəti yetirmiş, hadisə yerində Zərərçəkmiş şəxs tapançası yoxa çıxmış, ona görə də polis əməkdaşları hadisə yerində olanların dairəsini müəyyən etmişlər ki, onların birinin adı Şahid1, 2-cisi Təqsirləndirilən şəxs, 3-cüsü Şahid2, 4-cüsü Tərbriz Əmrahov, 5-cisi Şahid4, 6-cı Novruz Qəribov və 7-ci Rəvan adlı şəxslər olmuşdur. Tapançanın oğurlanması və baş vermiş hadisə ilə əlaqədar onların hamısını polis şöbəsinə gətirilmiş və hər biri ilə söhbətlər aparılmağa başlanmış, onların hamısı ilə söhbət edilib tapançanı tələb etmişlər. İlk əvvəl onların heç biri tapançanın yerini deməmiş, bir müddət işlədikdən sonra Təqsirləndirilən şəxs tapançanı götürüb evinə apardığını və gizlətdiyini etiraf etmişdir. Şöbənin rəis müavini X23 Əmrahovla birlikdə onun evinə getmiş və tapançanı alıb gətirərək istintaqa təqdim etmişdir. Məhkəmə iclasına şahid qismində dindirilmiş X9 Şahid6la oxşar məzmunlu ifadə verdi. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış “Hadisə yerinə baxış keçirilməsi haqqında” xx.xx.2019-cu il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Goranboy rayonu, Goran qəsəbəsində yerləşən boş ərazidir. Bakı-Qazax avtomobil yolunun Qazax rayonu istiqamətində, Goran qəsəbəsindən keçən hissəsi ilə kəsişən körpünün Goran stansiyası tərəfində olan qurtaracağından təxminən 70 metr məsafədə, Goran stansiyası tərəfə getdikdə yolun sağ kənarında yerləşir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ekspertiza və Patoloji Anatomiya ETTB-nin xx.xx.2019-cu il tarixli 431 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsinə əsasən onun bədəni üzərində müəyyən edilmiş xəsarətlərboyunun sol yan səthinin və sağ əlin V barmağının sıyrıqları bərk KÜT əşyanın(ların) o cümlədən qərarın təsviri hissəsində göstərilmiş şərait və tarixdə yəni xx.xx.2019-cu il tarixdə kənar şəxslər tərəfindən əllə yetirilmə zamanı əmələ gələ bilərdi və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin ekspertiza və Patoloji Anatomiya ETTB-nin xx.xx.2019-cu il tarixli, 178/MEŞ nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs açıq kəlləbeyin travması, baş beyinin ağır dərəcədə əzilməsi, sağ gicgah və təpə sümüyünün sınıqları, burun sümüyünün və sağ Haymor cibinin yerdəyişmə sınıqları, xəlbir sümüyünün sınığı, sağ orbitanın yuxarı divarının sınığı, başın ənsə qabarı nahiyyəsinin əzilmiş yarası, başın sağ təpə və ənsə nahiyyəsinin əzilmiş yaraları, sol alın qabarı nahiyyəsinin, sol gicgah və sol təpə nahiyyəsinin əzilmiş yaraları, sağ gözün ağlı qişasının bayır bucağının qansızması, üst və alt göz qapaqları əhatə olmaqla orbital nahiyyənin qançırı, sol gözaltı nahiyyənin qançırı, burunun şişkinliyi sola doğru əyilməsi, sol dirsək oynağının bayır səthinin sıyrığı, sağ saidin yuxarı 1\3-nin bayır səthinin sıyrıqları, sağ əlin sıyrıqları və İV barmağın dırnaq falanqasının dırnaq sədəfi yatağının qançırı, sol qulaq seyvanının qulaq keçəcəyi nahiyyəsinin və qulaq seyvanının arxa səthinin sıyrıqları və qançırı, boyunun arxa-sol yarasının qançırları, sol korpücüküstü nahiyyəsinin qançırı və sıyrığı, sol çiyinüstü nahiyyəsinin sıyrığı və qançırları, sağ Vİİİ,İX qabırğaların sınığı aşkar olunmuşdur ki, həmin xəsarətlər küt əşyanın təsiri nəticəsində əmələ gəlmiş, xx.xx.2019-cu il tarixdə və şəraitdə uyğun gəlir, bir və ya bir neçə şəxs tərəfində yetirilə bilər, dərəcəsinə görə sağ gicgah və təpə sümüyünün basılmış sınıqları ilə müşayət olunan başın yumşaq toxumalarının əzilmiş yarası, baş beyinin əzilməsi dərəcəsinə görə həm ümumilikdə, həm də ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid, üz selikli sümüklərinin, (burun, sağ almacıq, sağ əng və xəlbir sümiüyünün) sınıqları ilə müşayət olunan üzün yumşaq toxumlalarının əziyi (burunun, orbita ətrafı nahiyyənin qançırları) və sağ Vİİİ,İX qabırğaların sınığı dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid, sol dirsək, sağ saidin, sağ qulaq seyvanı, boyunun, sol körpücüküstü və sol çiyinüstü nahiyələrinin qançırları və sıyrıqları sağlamlığa zərər vurmayan dərəcəsi təyin olunmayan xəsarətlərə aid edilmişdir. Zərərçəkmiş şəxs başında olan xəsarətlər 9,00 MM kalibrli PM markalı tapançanın arxası ilə yetirilməsi inkar olunmamışdır. Zərərçəkmiş şəxs qanında 0,8 o qatılığında etil spirti aşkar olunmuşdur ki, bu da onun yüngül dərəcəli sərxoş vəziyyətində olmasına uyğundur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx xxxxxx 2019-cu il tarixli, 18565 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarlardan tünd göy rəngli köynəyi üzərindən tapılmış tünd bənövşəyi rəngli pambıq liflər cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd olunan köynəyin tərkif liflərinə uyğun gəlir. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd olunan paltarlar üzərində Şahid5 məxsus olduğu qeyd olunan paltarların tərkif liflərindən yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya birliyinin xx xxxxxxxx 2019-cu il tarixli, 18560\18561\18562\18563\18564 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs cinayətdə istifadə etdiyi tapança 9.00 kalibrli, Makarov markalı silah olmaqla yivli odlu silahdır, atəş üçün yararlıdır, zavod üsuli ilə hazırlanmışdır, tapançada güllə zatvorun işinə müdaxilə nəticəsində güllə atəş kanalına tərs istiqamətdə düşmüş, fiziki təsir nəticsində kanala pərçimlənimiş, bu səbəbdən növbəti atəşləri açmaq mümkün olmamışdır. Cinayətdə istifadə olunmuş 9.00 mm. kalibrli «CK 324» nömrəli patron darağı ilə birlikdə tapança, 07 ədəd eyni kalibrli patron döyüş üçün yararlı, tapanca odlu silahdır. Hadisə yerindən götürülmüş zərərçəkmiş Təbriz Əmrahova məxsus qara rəngli papaqda olan dəlik ətrafında barıt və mis izləri aşkar olunmuşdur. Həmin izlər Zərərçəkmiş şəxs atəş etdyi tapançanın gülləsi ilə yetirilməsi inkar olunmur. Hadisə yerindən ayrıca götürülmüş 01 ədəd 9.00 mm kalibrli patronunun üzərində tapançanın mexanizmlərinin izinin olması həmin güllənin atəşdən sonra avtomatik rejimdə güllə kanalına daxil olub çıxmasına dəlalət edir. Tapançanın lülüsinə patronun tərsinə pərçimlənməsinə səbəb tapançanın işlək mexanimzlərinin deyil silahın sürgü qolunun iş rejiminə müdaxilə nəticəsində baş verməsi səbəbindən baş vermişdir. Həmin patronun sandıqcaya əks istiqamətdə 7-ci sırada qoyulmaqla avtomatik atəş nəticəsində silahın lülə kanalına əks istiqamətdə daxil olması mümkün deyildir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Goranboy rayon polis şöbəsinin xx xxxx 2019-cu il tarixli, 197-12175-1219 nömrəli arayışdan görünür ki, polis leytenantı Zərərçəkmiş şəxs təhkim olunmuş tabel silahın markası “Makarov”, nömrəsi CK-324p olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Goranboy rayon polis şöbəsinin xx xxxxxx 2018-ci il tarixli, 42 nömrəli məktubundan görünür ki, tabel silahının əvəzedici kartaçkasına əsasən polis leytenantı Zərərçəkmiş şəxs təhkim olunmuş tabel silahın markası “Makarov”, nömrəsi CK-324p olmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Goranboy rayon polis şöbəsinin növbətçi hissəsində mövcud olan tabel silahlarının verilməsi və təhvil alınmasına dair jurnala baxış keçirilərkən müəyyən olunmuşdur ki, polis leytenantı Zərərçəkmiş şəxs xx xxxx 2019-cu il tarixdə CK 324p nömrəli “Makarov” markalı tapançanı qəbul etmiş və geri növbətçi hissəyə qaytarmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası DİN Goranboy rayon polis şöbəsinin xx xxxx 2019-cu il tarixli raportundan görünür ki, Goranboy RPŞ-nin CAB-nin əməliyyat müvəkkili poils leytenantı Zərərçəkmiş şəxs Goranboy rayonu, Goran qəsəbəsində bir maşının avtoxuliqanlıq etməsi barədə növbətçi hissəyə məlumat vermişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası DİN Goranboy rayon polis şöbəsinin xx xxxx 2019-cu il tarixli raportundan görünür ki, Gəncə şəhər Müalicə diaqnostika mərkəzinin həkiminin müayinəsi nəticəsində Zərərçəkmiş şəxs Əlöysət oğlunun açıq kəllə beyin travması üz və kəllə sümüklərinin çox saylı yer dəyişmiş sıyrıqları xəsarətləri aşkarlanmışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış «sərxoşluq hallarının bütün növlərinin təyini məqsədilə aparılan tibbi müayinə »sinə dair 180 nömrəli protokoldan gorünür ki, X10 xx xxxx 2019-cu il tarixdə, saat 04:06-da orta dərəcəli sərxoşluq müəyyən edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış xx xxxx 2019-cu il tarixli “avtomobilə baxış keçirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı ağ rəngli jiquli avtomaşınına baxış keçirərkən həmin avtomaşının sağ qanadının ön hissədən qanadının və kapotunun tin hissəsi yüngül zədələnməsi nəticəsində boyası qopmuş, dönmə işığı sınmış, nikel kantı qopmuş vəziyyətdədir. Qanadın ön hissədən toxunması nəticəsində əyilib sağ çarxı sürtməsi, sonra isə dartılaraq sağ çarxdan aralanması müşahidə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış xx xxxx 2019-cu il tarixli “Götürmə aparılması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Goranboy rayon polis şöbəsinin inzibati binasında könüllü təqdim etdiyi, hadisə vaxtı istifadə edilmiş və Təqsirləndirilən şəxs tərəfindən götürülmüş “CK 324P” seriyalı “Makarov” markalı odlu silah olan tapançanı, həmin tapançanın lülə yuvasında qalan 01 ədəd tapançanın sandığında olan 05 ədəd və tapançanın sandıq yerindən düşən 01 ədəd istifadə olunmamış patronları iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış Azərbaycan Respublikası Goranboy rayonu İcra hakimiyyəti başçısının Qırıxlı kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx xxxx 2019-cu 102 və 105 nömrəli arayışlardan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası X22, anası X11, bacısı X12 və qardaşı Şahid2 birlikdə Goranboy rayonu, Qarapirimli kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış xx xxxx 2019-cu il tarixli “ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, hadisəni baş verdiyi yer quru, narın torpaqlıq, açıq qeyri bərabər kiçik qurumuş otlaq talalarından, qrunt suların qurumuş kiçik gölməçələrinin çatlamış yerlərindən ibarətdir. Goran stansiyasına gedən şosedən hadisə baş verən əraziyə burulan yol şosenin kəarındakı yulğun kollarının arasından keçərək sağa dönür. Keçidin eni təxminən 20 metrdir. Həmin yerin girişdən sağa tərəf düzənlik olmaqla 300 metr aralıda mebel və sair ticarət obyektlərinin binasınadək boşluq və hərəkət üçün maneəsiz ərazidir. İfadənin yerində yoxlanılması protokollaşdırılmış və fotoşəkillər çəkilərək protokola əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış xx xxxxxx 2019-cu il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “qətimkan tədnirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X1 İdarəsindən təqdim edilmiş xx xxxx 2019-cu il tarixli tələbnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış xx xxxx 2020-ci il tarixli Zərərçəkmiş şəxs notariat qaydada təsdiq olunmuş ərizəsindən və 10 iyun 202-ci il tarixdə məhkəməyə təqdim etdiyi ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmə iclasında araşdırılmış 04 və xx xxxxxx 2019-ci il tarixli qərarlardan görünür ki, Azərbaycan Respublikası DİN-nin MTT idarəsinin anbarında saxlanılan 01 ədəd 9.00 mm. kalibrli «CK 324» nömrəli “Makarov” markalı tapança, həmin tapançaya məxsus bir ədəd patron darağı, 04 ədəd eyni kalibrli patron və 3 ədəd ekspertiza zamanı istifadə olunmuş boş gilizlər, Baş Prokurorluğun ACDİÜ İstintaq idarəsində saxlanılan Şahid1 götürülmüş, qısaqol mayka və şalvar, Zərərçəkmiş şəxs götürülmüş ayaqqabının sol tayı, şalvar və qısaqol köynək, X4 götürülmüş bir cüt ayaqqabı, şalvar, kəmər, qolsuz mayka və qısaqol köynək, ona məxsus idman papağı, X3 götürülmüş qısaqol köynək və idman şalvarı, Şahid5 Nəsir oğlundan götürülmüş uzunqol köynək və şalvar, Təqsirləndirilən şəxs götürülmüş qolsuz mayka, qısaqol köynək və şalvar, Şahid2 götürülmüş qısaqol köynək və şalvar, X7 götürülmüş qısaqol köynək, uzunqol gödəkcə və şalvar, 02 ədəd araq butulkaları, Təbriz Əmrahovun, Şahid4, Şahid5, Şahid1, Novruz Qəribovun, Təqsirləndirilən şəxs, Şahid2 sağ və sol əllərinin ovuc hissəsindən silinərək götürülmüş tamponlar 05 ədəd zərfdə olan qan nümunələri, cinayət işinin 1-ci cildinin 12-ci səhifəsində zərfdə ayrı-ayrılıqda bağlamalarda qablaşdırılmış şəkildə saxlanılan Zərərçəkmiş şəxs 01 ədəd maaş kartı, cinayət işinin 2-ci cildinin 180-ci səhifəsindəki zərfdə olan 01 ədəd CD diskində saxlanılan Şahid6 istintaqa təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus səs yazısı, cinayət işinin 3-cü cildinin 145-ci və 4cü cildin 14-cü səhifələrdəki zərfdə saxlanılan Zərərçəkmiş şəxs səs nümunələri yazılan 02 ədəd CD diskləri, cinayət işinin 4-cü cildində 207-ci səhifədəki zərfdə saxlanılan Azercell mobil telefon operatorlaroından götürülmüş 01 ədəd CD diski, cinayət işinin 5-ci cildində 15-ci səhifədəki zərfdə saxlanılan Baksel mobil telefon operatorlarından götürülmüş 01 ədəd CD diski, cinayət işinin 5-ci cildində 192-ci səhifədə saxlanılan xx.xx.2019-cu il tarixli ittiham aktı yazılmış 01 ədəd CD diski maddi sübut kimi tanınmışdır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs Əlöysət oğlu ilə barışdığından, X27 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə hərtərəfli, obyektiv və tam araşdırma aparıb, tədqiq olunan sübutlar toplusuna məcmu halında qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan ictimai qaydanı kobud surətdə pozması, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən şəxslər üzərində zor etməklə qərəzli xuliqanlıq etməsi, qəsdən sağlamlığa az ağır zərər vurması, həyat və sağlamlıq üçün təhlükəli olmayan zor tətbiq etməklə odlu silah və döyüş sursatını talaması, talamaqla qanunsuz əldə etdiyi odlu silah və döyüş sursatını görülmüş tədbirlər nəticəsində ertəsi gün ondan aşkar edilib götürülənədək qanunsuz saxlaması özünün qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxs və şahid ifadələri, hökmün təsviriəsaslandırıcı hissəsində sadalanan çoxsaylı ekspertiza rəyləri və cinayət işinin yuxarıda şərh edilən dəlilləri ilə tam olaraq sübut olunduğundan onun cinayət əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1, 221.1, 228.1 və 232.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Lakin Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığına görə X27 Məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsində müəyyən edilmiş cinayət əməlini törətmiş şəxs Təqsirləndirilən şəxs, həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilmiş və barəsində cinayət təqibinə xitam verilmişdir. Odur ki, məhkəmə hesab edir ki, Əmrahov X19 Məcəlləsinin 221.1, 228.1 və 232.2.4-cü maddələri ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmədə Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, onu cinayət məsuliyyətindən və cəzadan azad etmə üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs hadisə zamanı Zərərçəkmiş şəxs tapançasını talamaq məqsədinin olmaması, onu götürmə məqsədi tapançanın başqa şəxslər tərəfindən oğurlana biləcəyindən ehtiyatlanıb polisə təhvil vermək olması kimi ifadələri zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və cinayət işinin obyektiv halları ilə tam təkzib olunur. Məhkəmə Təqsirləndirilən şəxs verdiyi həmin ifadələri məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdırıan halları, eyni zamanda həyat və tərbiyə şəraitini, əqli və psixi inkişaf səviyyəsini nəzərə alır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Azərbaycan Respublikası CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, ilk məhkumluğunun olmasını və əməlindən səmimi peşman olmasını cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin ağır nəticəyə səbəb olması, cinayətin törədilməsinə xüsusi fəallıq göstərməsi, cinayəti köməksiz vəziyyətdə olan şəxsə qarşı törətməsi onun məsuliyyətini ağırlaşdıran hallar kimi göstərilsə də, Təqsirləndirilən şəxs qeyd edilən cinayətləri tək törətməsi, hadisə zamanı onun və zərərçəkmiş şəxsin ayaq üstə biri birinə xəsarət yetirməsi və hadisə zamanı ağır nəticəyə səbəb olan hadisənin məhz onun əməlləri nəticəsində yaranmamasını nəzərə alıb məhkəmə hesab edir ki, həmin hallar cəzanı ağırlaşdıran hallar kimi nəzərə alınmamalıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə nəzərə alır ki, Azərbaycan Respublikası CM-nin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-50.1.13-cü maddələrinin hər hansı birində tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dördə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrində nəzərdə tutulmuş cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq, onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsini tətbiq etməklə cəza təyin olunmasını mümkün hesab edir (CM-nin 221.1-ci maddəsinə münasibətdə). Məhkəmə cəza təyini ilə bağlı qanunvericiliyin tələblərini nəzərdə tutulmuş halları – Təqsirləndirilən şəxs tərəfindən törədilmiş cinayət əməlinin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təqsirləndirilən şəxsin şəxsiyyətini səciyyələndirən halları, törətdiyi cinayət əməlinə tənqidi münasibətini, təyin ediləcək cəzanın onun islah olunmasına, özünün və ailəsinin həyat şəraitinə təsirini, barəsində olan yüngülləşdirici halları və barəsində ağırlaşdırıcı halların olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid olunmadan da islah oluna bilər. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzası təyin edib, təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının şərti tətbiq oluna bilməsini əsaslı sayaraq belə məhkum etmənin onun islah olunması və yenidən tərbiyə olunması məqsədinə cavab verəcəyi qənaətinə gəlir. Buna görə də məhkəmə, təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən sınaq müddəti müəyyən etməklə şərti hesab edilməsini məqsədə müvafiq sayır. Azərbaycan Respublikası CM-nin 70.2-ci maddəsinə əsasən məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Həmin Məcəllənin 70.3-cü maddəsinə görə şərti məhkum etmə təyin edilərkən məhkəmə tərəfindən sınaq müddəti müəyyən olunur. Bu müddət ərzində məhkum öz davranışı ilə islah olunmasını sübut etməlidir. Sınaq müddəti altı aydan beş ilədək müddətə müəyyən edilir. Məhkəmə, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkmədən də islah oluna biləcəyi və yenidən tərbiyə olunacağı qənaətinə gəldiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cəzaların İcrası Məcəlləsinin 181-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü və 198.1-ci maddələrinə əsasən məhkəmə hesab edir ki, ibtidai istintaq zamanı keçirilmiş məhkəmə ekspertizası ilə əlaqədar 1066 (min altmış altı) manat məbləğində məhkəmə məsrəfinin Təqsirləndirilən şəxs aid olan hissədə məhkəmə ballistik atəş izləri trasoloji daktiloskopik ekspertiza təqdiqatının dəyəri olan 240 manatdan 120 manatı Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir. Məhkəmədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlak müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərini nəzərə alaraq məhkəmə hesab edir ki, cinayət iş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-nin MTT idarəsinin anbarında saxlanılan 01 ədəd 9.00 mm. kalibrli «CK 324» nömrəli “Makarov” markalı tapança, həmin tapançaya məxsus bir ədəd patron darağı, 04 ədəd eyni kalibrli patron və 3 ədəd ekspertiza zamanı istifadə olunmuş boş gilizlər, Baş Prokurorluğun ACDİÜ İstintaq idarəsində saxlanılan Şahid1 götürülmüş, qısaqol mayka və şalvar, Zərərçəkmiş şəxs götürülmüş ayaqqabının sol tayı, şalvar və qısaqol köynək, X4 götürülmüş bir cüt ayaqqabı, şalvar, kəmər, qolsuz mayka və qısaqol köynək, ona məxsus idman papağı, X3 götürülmüş qısaqol köynək və idman şalvarı, Şahid5 Nəsir oğlundan götürülmüş uzunqol köynək və şalvar, Təqsirləndirilən şəxs götürülmüş qolsuz mayka, qısaqol köynək və şalvar, Şahid2 götürülmüş qısaqol köynək və şalvar, X7 götürülmüş qısaqol köynək, uzunqol gödəkcə və şalvar, 02 ədəd araq butulkaları, Təbriz Əmrahovun, Şahid4, Şahid5, Şahid1, Novruz Qəribovun, Təqsirləndirilən şəxs, Şahid2 sağ və sol əllərinin ovuc hissəsindən silinərək götürülmüş tamponlar 05 ədəd zərfdə olan qan nümunələri, cinayət işinin 1-ci cildinin 12-ci səhifəsində zərfdə ayrı-ayrılıqda bağlamalarda qablaşdırılmış şəkildə saxlanılan Zərərçəkmiş şəxs 01 ədəd maaş kartı, cinayət işinin 2-ci cildinin 180-ci səhifəsindəki zərfdə olan 01 ədəd CD diskində saxlanılan Şahid6 istintaqa təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus səs yazısı, cinayət işinin 3-cü cildinin 145-ci və 4-cü cildin 14-cü səhifələrdəki zərfdə saxlanılan Zərərçəkmiş şəxs səs nümunələri yazılan 02 ədəd CD diskləri, cinayət işinin 4-cü cildində 207-ci səhifədəki zərfdə saxlanılan Azercell mobil telefon operatorlaroından götürülmüş 01 ədəd CD diski, cinayət işinin 5-ci cildində 15-ci səhifədəki zərfdə saxlanılan Baksel mobil telefon operatorlarından götürülmüş 01 ədəd CD diski, cinayət işinin 5-ci cildində 192-ci səhifədə saxlanılan xx.xx.2019-cu il tarixli ittiham aktı yazılmış 01 ədəd CD diski X27 Məhkəməsinin icraatında olan 1(100)-120/2020 nömrəli cinayət işi üzrə də maddi sübut kimi tanındığından və hazırda həmin cinayət işinin məhkəmə istintaqı davam etdiyindən, hazırda maddi sübutların taleyinin həll edilməsinin məqsədəmüvafiq olmaması nəzərə alınsın. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1, 228.1 və 232.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 228.1-ci maddəsi ilə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 232.2.4-cü maddəsi ilə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 5 (beş) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70ci maddəsi tətbiq olunaraq, ona təyin edilmiş 5 (beş) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası 2 (iki) il sınaq müddəti ilə şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddəti ərzində onun davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Onun davranışı üzərində nəzarətin həyata keçirilməsi yaşadığı Goranboy rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. İbtidai istintaq zamanı aparılmış məhkəmə ekspertizası ilə əlaqədar 120 (yüz iyirmi) manat məbləğində məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə ödənilsin. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası DİN-nin MTT idarəsinin anbarında saxlanılan 01 ədəd 9.00 mm. kalibrli «CK 324» nömrəli “Makarov” markalı tapança, həmin tapançaya məxsus bir ədəd patron darağı, 04 ədəd eyni kalibrli patron və 3 ədəd ekspertiza zamanı istifadə olunmuş boş gilizlər, Baş Prokurorluğun ACDİÜ İstintaq idarəsində saxlanılan Şahid1 götürülmüş, qısaqol mayka və şalvar, Zərərçəkmiş şəxs götürülmüş ayaqqabının sol tayı, şalvar və qısaqol köynək, X4 götürülmüş bir cüt ayaqqabı, şalvar, kəmər, qolsuz mayka və qısaqol köynək, ona məxsus idman papağı, X3 götürülmüş qısaqol köynək və idman şalvarı, Şahid5 Nəsir oğlundan götürülmüş uzunqol köynək və şalvar, Təqsirləndirilən şəxs götürülmüş qolsuz mayka, qısaqol köynək və şalvar, Şahid2 götürülmüş qısaqol köynək və şalvar, X7 götürülmüş qısaqol köynək, uzunqol gödəkcə və şalvar, 02 ədəd araq butulkaları, Təbriz Əmrahovun, Şahid4, Şahid5, Şahid1, Novruz Qəribovun, Təqsirləndirilən şəxs, Şahid2 sağ və sol əllərinin ovuc hissəsindən silinərək götürülmüş tamponlar 05 ədəd zərfdə olan qan nümunələri, cinayət işinin 1-ci cildinin 12-ci səhifəsində zərfdə ayrı-ayrılıqda bağlamalarda qablaşdırılmış şəkildə saxlanılan Zərərçəkmiş şəxs 01 ədəd maaş kartı, cinayət işinin 2-ci cildinin 180-ci səhifəsindəki zərfdə olan 01 ədəd CD diskində saxlanılan Şahid6 istintaqa təqdim etdiyi Zərərçəkmiş şəxs məxsus səs yazısı, cinayət işinin 3-cü cildinin 145-ci və 4-cü cildin 14cü səhifələrdəki zərfdə saxlanılan Zərərçəkmiş şəxs səs nümunələri yazılan 02 ədəd CD diskləri, cinayət işinin 4-cü cildində 207-ci səhifədəki zərfdə saxlanılan Azercell mobil telefon operatorlaroından götürülmüş 01 ədəd CD diski, cinayət işinin 5-ci cildində 15-ci səhifədəki zərfdə saxlanılan Baksel mobil telefon operatorlarından götürülmüş 01 ədəd CD diski, cinayət işinin 5-ci cildində 192-ci səhifədə saxlanılan xx.xx.2019-cu il tarixli ittiham aktı yazılmış 01 ədəd CD diski X27 Məhkəməsinin icraatında olan 1(100)- 120/2020 nömrəli cinayət işi üzrə də maddi sübut kimi tanındığından və hazırda həmin cinayət işinin məhkəmə istintaqı davam etdiyindən, hazırda maddi sübutların taleyinin həll edilməsinin məqsədəmüvafiq olmaması nəzərə alınmalıdır. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə X27 Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-114/2020
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-114/2020
20.10.2020 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver