Məhkəmə qərarları › İş №1(100)-114/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-114/2022

13.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-114/2022 13.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X24 oğlunun katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi-arvadı X6, Təqsirləndirilən şəxs və onun müdafiəçiləri Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxx 1991-ci il tarixdə Bərdə rayonu, Dəymədağıldı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X5 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 27.07.2021-ci il tarixdə, saat 02:30 radələrində yaşadığı Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən birmərtəbəli evdə olduğu zaman təxminən bir həftə əvvəl Rusiya Federasiyasından onlara qonaq gəlmiş bacısı Şahid15 həmin evin onun üçün ayrılmış otağında həmkəndlisi X21 ilə intim münasibətlərdə olmasından şübhələnərək, sonuncunu qısqanclıq zəminində qəsdən öldürmək qərarına gəlib həmin məqsədlə qabaqcadan üzərində götürdüyü hər ikisi soyuq silah hesab edilməyən 96 sm uzunluğunda, dəmir materialdan olan, paslanmış, üzərində göy rəngli boya maddələri olan, hər iki ucu sərbəst açılıb-bağlanan boru şəkilli bir ədəd küt alət və 20 sm uzunluğunda qatlanan, tiyəsi gümüşü rəngli metaldan, dəstəyi qırmızı rəngli plastik materialdan olan məişət təyinatlı bir ədəd cib bıçağıyla həmin otağın pəncərəsinin bayır tərəfdən altında gizlənərək, Elçin Mehdiyevin çıxmasını gözlədikdən qısa müddət sonra pəncərədən aşağı tullanmasını və evin arxası istiqamətində qaçdığını görüb Elçin Mehdiyevə arxa tərəfdən hücum edərək əvvəlcə əlindəki dəmir küt alətlə kürək nahiyəsindən qəsdən dörd dəfə vurduqdan sonra sonuncu ilə yerdə əlbəyaxa olaraq baş və bədəninin müxtəlif nahiyələrindən əllə bir neçə dəfə zərbələr yetirmiş, həmin vaxt hadisə yerinə gəlmiş anası Şahid3 və atası Şahid1 müdaxiləsinə baxmayaraq, o, qəsdən adam öldürmək niyyətini davam etdirərək üzərində gəzdirdiyi həmin bıçaqla Elçin Mehdiyevin sağ sarğı nahiyəsindən bir dəfə qəsdən vuraraq, sonuncuya müddətləri 27.07.2021-ci il tarixə uyğun gələn, küt əşyanın (əşyaların) təsirindən törənməyə xarakterik, birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduğundan dərəcələri təyin edilməyən başın təpə nahiyəsinin 1 ədəd qançırı, sol körpücüküstü nahiyədə 1 ədəd qançır, sol kürək nahiyəsində 3 ədəd qançır, sağ kürək nahiyəsində 2 ədəd qançır, sağ kürəkaltı nahiyədə 1 ədəd qançır, sağ bel nahiyəsində 1 ədəd qançır, sağ said nahiyəsində 1 ədəd qançır, sol baldır nahiyəsində 2 ədəd qançır, sol said nahiyəsində 1 ədəd qançır, burun nahiyəsində 1 ədəd sıyrıq, sol dirsək oynağı nahiyəsində 1 ədəd sıyrıq, sol qabırğaaltı nahiyədə 1 ədəd sıyrıq, sol bazu oynağı nahiyəsində 1 ədəd sıyrıq, birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid və ölümünə səbəb olmuş Vİİ, Vİİİ, Xİ qabırğaların sınığı, ağciyər toxumasına, plevraya, diafraqmaya, sağ böyrək toxumasına geniş qansızma, qaraciyər toxumasının əzilməsi və deşici-kəsici alətin-bıçağın təsirindən törənməyə xarakterik, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid sağ sağrı nahiyəsinin deşilmiş kəsilmiş 1 ədəd yarası xəsarətlərini yetirib X13 qısqanclıq zəminində qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, ailə üzvləri-atası X14, anası Şahid3, arvadı Şahid2, iki azyaşlı övladı ilə birgə Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən 1 mərtəbəli, 3 otaqlı evdə yaşamışdır. Bacısı Şahid15 hadisədən 4-5 gün əvvəl azyaşlı oğlu ilə Rusiya Federasiyasından Bərdə şəhərinə onun qaldığı evə qonaq qismində gəlmişdir. Bacısı Şahid15 ilə münasibətləri həmişə yaxşı olmuşdur. 26.07.2021-ci il tarixdə təxminən saat 14:00 radələrində o, evdə yemək yedikdən sonra Bərdə şəhəri Qızıl Tac restoranının yanında yerləşən icarəyə götürdüyü şüşə sexinə getmiş, saat 17:00 radələrinə kimi işdə olmuş, daha sonra həmkəndliləri Qulu, Elmir və Rövşənlə birgə Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən kafede oturmuş və təxminən 01:00 radələrində həmin kafedən çıxaraq evə getmişdir. O, evə çatdığı zaman, təxminən saat 02:30 radələrində arvadı Şahid2 otağın qapısını bağladığını görüb nə səbəbə qapını bağladığını soruşmuş, Cəmalə ona bu barədə heç nə deməmiş, lakin arvadının həyəcanlı olduğunu görmüş, daha sonra arvadı evdə səs olduğunu demiş, onda şübhə oyanmağa başlamışdır. Sonra o, bacısı Yeganənin yaşadığı otağın qapısını itələmiş, lakin qapının bağlı olduğunu görmüşdür. O, bu zaman yaşadığı evin həyətinə, evin çöl tərəfdən arxa hissəsinə getmiş, bacısının yatdığı otağın pəncərəsinin qarşında durmuşdur. Lakin onun boyu çatmadığı üçün pəncərədən bacısı Yeganənin qaldığı otağın içərisini görə bilməmiş, ancaq otaqdan yavaş səslər və hənirtilər eşitmişdir. O, bu zaman otaqda kənar şəxsin olduğundan şübhələnmiş və onda qısqanclıq yaranmağa, əsəbləşməyə başlamışdır. Bu zaman o, həmin pəncərənin altında olan zirzəminin qapısının önündəki uzun dəmir vinti (dəmir aləti) götürmüş, orada gözləməyə başlamışdır. Bu zaman o, arvadı Şahid2 mobil telefonuna zəng edərək bacısı Yeganənin yatdığı otağın qapısını döyməsini, evin çöl tərəfdəki işıqlarını, həyətin işığını yandırmasını demişdir. Atası Şahid1 da evin həyətindəki çarpayıda yatmışdır. Təxminən 5-10 dəqiqə keçdikdən sonra o, bacısı Yeganənin yatdığı otağın pəncərəsindən 1 nəfər kişinin çılpaq formada, əynində heç bir paltar olmadan həyətə tullandığını görmüşdür. O, bu zaman 1 dəfə dəmir alətlə (vintlə) həmin şəxsə zərbə vurmuş, lakin hazırda adını bildiyi Elçin büdrəməyə başlasa da yerə yıxılmamışdır, Elçin ayağa durub bir qədər irəli, evin arxa hissəsinə keçdikdə o, 2-ci dəfə yenidən ona dəmir alətlə, vint vasitəsilə kürək nahiyəsindən zərbə vurmuşdur. Elçin bir qədər irəlilədikdən sonra yerə yıxılmışdır. O, ona çatan zaman Elçin ayağa qalxıb qaçmaq istəyərkən o, yenidən, 3-cü dəfə belinə vint vasitəsilə zərbə vurmuşdur. Elçin büdrədikdən sonra evlərinin arxa hissəsindən kənd qəbirstanlığına doğru qaçmağa başlamışdır. Elçin qəbirstanlığın qapısına çatdıqdan sonra, oranın balaca dəmir qapısını aça bilməmişdir. O, Elçinə tərəf dik istiqamətdə qaçıb çatdığı zaman ona “mənəm, Elçin” demiş, o, Elçinin bədəninə vintlə (dəmir küt alətlə) yenidən daha bir zərbə vurmuşdur. O, bu zaman həmin şəxsin onun həmkəndlisi X21 olduğunu bilmişdir. Elçin ona tərəf gəlməyə başlamış, onun ayağı ağacın kökünə ilişmiş və yerə yıxılmışdır. Elçin də onun üzərinə gəlmiş,onlar yerdə süpürləşmiş, Elçin ona bu zaman “mənəm Elçin “-demişdir. O, Elçin Mehdiyevlə süpürləşərkən səslərinə atası Firayıl və anası Nəzakət gəlmişdir. Onun atası və anası Elçinlə onu bir-birilərindən ayırmağa çalışmış və onlar aralanmışdırlar. Bu zaman onlar ayağa durmuşdur. O, ayağa qalxarkən əlində olan vint (dəmir küt alət) yerə düşmüşdür. X36 burada nə iş gördüyünü soruşmuş, Elçin bu zaman atası ilə mübahisə etməyə başlamışdır. X36 buranı tərk etməsini demişdir. Elçin onun atasına “mənim sizin evinizə gəldiyimi heç kim bilməyəcək, qoy çıxım gedim”–demiş, həmçinin onun bacısı Yeganənin otağında qalmış paltarlarını atasından gətirməsini istəmişdir. Atası da ona Elçinin getməsinə icazə verməyini söyləmişdir. Bu zaman o, hər zaman işdə istifadə etdiyi balaca cib bıçağını çıxarıb, Elçinin sağrı nahiyəsindən 1 dəfə bıçaqla zərbə vurmuş, bıçağı çıxarıb cibinə geri qoymuşdur. O, bıçağı Elçin Mehdiyevin sağrı nahiyəsinə atası Firayıla qarşı hörmətsizlik etdiyi, nalayiq söyüş söyüdüyü üçün vurmuşdur, çünki atası Elçinə “burda nə gəzirsən” dedikdə, Elçin atasına “yaxşı edirəm”–deyib, söyüşlə cavab vermişdir. Atası ona Elçini nahaq yerə vurduğunu bildirmişdir. Bu zaman o, yaşadıqları evin həyətinə gəlmiş, bacısı Yeganənin evdə olub-olmamasını öyrənmək istəmişdir. O, Elçinin paltarlarının pəncərədən həyətə atılmış olduğunu görmüş, anası Nəzakətin isə Elçinin paltarlarını götüdüyünü görmüşdür. O, bacısı Yeganənin otağına getmiş, ona qarşıda əsəbi olmuş,onu evdən qovmaq istəmiş, lakin bacısının orada olmadığını, bacısı oğlu Samirin isə həmin otaqda yatdığını görmüşdür. O, daha sonra üzünə əl vurduqda üzünün qan olduğunu görmüş və əl-üzünü yumağa başlamış, məhrəba ilə üzünü silmişdir. Bundan bir qədər sonra onun telefonuna zəng gəlmiş, zəng edənin atası Firayıl olduğunu görmüşdür. Atası ona evin həyətinin darvazasından çöldə saxladığı avtomobilini qəbirstanlığın yanına sürməyini demişdir. O, avtomobili qəbirstanlığın yanındakı kənd yoluna sürmüşdür. O, həmin yerə çatdığı zaman orada Elçin Mehdiyevin uzanıqlı vəziyyətdə olduğunu, paltarlarının yanında olduğunu, həmçinin atası Firayılın onun yanında durduğunu görmüşdür. Elçin ondan su istəmiş, o da avtomobilin yük yerindən 2 litrlik butulkada olan suyu Elçinin üzünə tökmüşdür. Bunda sonra anası Nəzakət gəlmiş və anası Elçini həkimə aparmaq lazım olduğunu demişdir. Anası geri, evə dönmüş, atası və o, birgə Elçini avtomobilin arxa oturacaqlarına uzatmışdırlar. O, bu zaman avtomobili idarə etmiş, atası isə yanında oturmuşdur. O və atası X37 rayonu, Dəymədağıldı kəndində yaşayan həkim olan Allahverənin evinə aparmış, Allahverən adlı şəxs isə onlara Elçini təcili xəstəxanaya çatdırmaqlarını bildirmişdir. O və atası təcili Elçini xəstəxanaya aparmışdırlar. Elçini xəstəxananın acil şöbəsinə qəbul etmişdirlər. O, acil şöbəsində olarkən həkimlərdən biri Elçin Mehdiyevin öldüyünü demişdir. O, Elçini xəstəxananın işçisi ilə birgə meyit saxlanılan saxlama yerinə aparmışdır. O daha sonra avtomobilin yanına qayıtmış, atası da onun yanına gəlmişdir. Bu zaman polislər ona və atası Firayıla yaxınlaşmış, hər ikisini Bərdə RPŞ-yə aparmışlar. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X15 ifadəsində göstərdi ki, X21 onun əri olmuşdur. O, Elçin Mehdiyevlə 2008-ci ildə ailə qurmuş və birgə nikahlarından iki- övladları dünyaya gəlmişdir. Onun Elçinlə münasibətləri normal olmuşdur. Elçin Bərdə rayonu, Ağalı kəndində yerləşən pay torpağında pambıq, taxıl əkməklə və öz evinin həyətyanı sahəsində “K-700” markalı traktorların motorxanasını təmir etməklə qazanc əldə etmişdir.Elçin bu vasistə ilə ailəsinin maddi güzəranını təmin etmişdir. 26 iyul 2021-ci il tarixdə təxminən ssat 19-20 radələrində dostu Mobilin ad günü məclisinə gedəcəyini bildirib evdən çıxmışdır. 27.07.2021-ci il tarixdə saat 05:30 radələrində əri Elçinin otaqda olmadığını və evə gəlmədiyini görmüş, qonşusu Ərəstagilə gedib ordan əri Elçinə 8 dəfə zəng etmiş, lakin Elçin zənglərə cavab verməmişdir.O, daha sonra Elçinin əmisi oğlu Şahid7 zəng vurmuş, Adil isə cavabında gecə saatlarında ad günü məclisini tərk etdikdən sonra Elçini görmədiyini, onun Vasiflə birgə kəndə getdiyini, avtomobili Adilə verdiyini bildirmişdir. O, bundan sonra ad günü məclisi olmuş Mobilə zəng vurduqda sonuncu Elçinin harada olduğundan məlumatsız olduğunu demişdir. Ona qonşusu, habelə Elçinin əmisi oğlu olan Dünyamin telefon vasitəsi ilə Elçinin öldüyünü demişdir. Elçin ona Təqsirləndirilən şəxs evinə gedəcəyi barədə hər hansı bir söz deməmiş, lakin Asəfin bacısı Yeganə Cabbarov 4-5 il əvvəl Azərbaycana, atası evinə gələndə Elçinə zəng edərək görüşmək istədiyini bildirmişdir. Elçin bu barədə ona demişdir. Buna görə onların aralarında mübahisədə olmuşdur. Elçinin ondan sonra Şahid15 ilə telefonla danışdığını görməmişdir. Hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir. O, 2016-ci ildə Bərdə rayonu, Dəymədağıldı kənd sakini Təqsirləndirilən şəxsla ailə həyatı qurmuşdur. Birgə nikahlarından 2019-cu il təvəllüdlü Camal və 2020-ci il təvəllüdlü Uğur adlı övladları dünyaya gəlmişdir. Əri Təqsirləndirilən şəxs Bərdə şəhərində icrayə götürdüyü şüşə sexində işləmişdir. O, əri Təqsirləndirilən şəxsla birgə Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən qaynatası Şahid1 məxsus 1 mərtəbəli yaşayış evində yaşamışdır. Həmin evdə onlarla birgə qaynanası X20, qaynatası Şahid1, 2 azyaşlı övladı qalmışdır. Baldızı Şahid15 və oğlu Samir hadisədən təxminən 4- 5 gün əvvəl Rusiya Federasiyasından onlara qonaq gəlmişdir. Əri Asəf 26 iyul 2021-ci il tarixdə saat 15:00 radələrində Bərdə şəhərinə şüşə sexində işləmək üçün evi tərk eləmişdir. O, axşam övladlarını yatızdırmaq üçün öz otağına getmiş, daha sonra özü də yatmışdır. 27.07.2021-ci il tarixdə saat təxmin 01:00 radələrində əri Təqsirləndirilən şəxs evə gəlmədiyini bilmişdir. Bu zaman onun yaşadığı otağa bitişik olan otaqdan, yəni Şahid15 oğlu Samir ilə qaldığı otaqdan tanımadığı kişi səsinin gəldiyini eşitmişdir. Daha sonra o, istifadə etdiyi mobil telefonundan əri Asəfə 2 dəfə 5 dəqiqə aralıqla zəng etmiş, lakin Asəf zəngə cavab verməmişdir. O, otağının pəncərə və qapısını qorxduğundan bağlamışdır. Əri Təqsirləndirilən şəxs təxminən 02:00 radələrində evə gəlmiş, yeməyini yedikdən sonra ona qapı və pəncərələri nə səbəbə bağladığını və nə səbəbə həyəcanlı olduğunu soruşmuşdur. O, əri Asəfə bacısı Yeganənin otağından tanımadığı kişi cinsinə məxsus səsin gəldiyini demişdir. Asəf ona yatmağını söyləmiş, özünün Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən evlərinə yaxın yonca ərazisini suvarmaq üçün gedəcəyini bildirmişdir. Təxminən 02 radələrindən 10 dəqiqə keçmiş Asəf onun mobil nömrəsinə zəng edərək evin çöl tərəfindən pəncərənin qarşısında olduğunu, qaynatası Firayılı yuxudan oyatmağını, bacısı Yeganənin otağında bir nəfər kişi cinsinə məxsus şəxsin olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin ona qaynatası Şahid1 evin içindən Şahid15 qaldığı otağın qapısını döyməyi və qapını açmağını deməyini söyləmişdir. O, qaynatası-Şahid1 yuxudan oyatmış, ona bu barədə məlumat vermiş, o, Yeganənin qapısını açmaq istəmiş, lakin qapı içəridən bağlı olmuşdur. Qaynatası evdən çıxaraq evin həyətinə əri Asəfin yanına getmişdir. Bir qədər sonra qaynanası Şahid3 da evin həyətinə çıxmışdır. O, evin içində otağında əri Asəfi gözləmişdir. Təxminən 03:00 radələrində əri Asəf evə qayıtmış, onun başından qan gəlmiş, o, əl-üz yuma yerində başını yumuşdur. Təxminən bir neçə dəqiqə sonra qaynatası həmin şəxsin paltarlarını otaqdan götürək yenidən evin həyətinə çıxmışdır.Təxminən 5-10 dəqiqə sonra qaynatası əri Təqsirləndirilən şəxs zəng edərək həmin şəxsin vəziyyətin yaxşı olmadığı bildirmiş, əri isə öz avtomobilnə minib qaynatasının yanına getmişdir. Daha sonra əri Təqsirləndirilən şəxs qaynatasıyla birgə xəstəxanaya getdiyini bilmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. O, Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən əri Şahid1 məxsus evdə oğlu Təqsirləndirilən şəxs, oğlunun arvadı Şahid2, onun iki az yaşlı övladı ilə birgə yaşayır. Qızı Şahid15 və onun oğlu Samir hadisədən qısa müddət əvvəl onlara qonaq gəlmişlər. O, 27.07.2021-ci il tarixdə gecə radələrində öz otağında uzanmışdır. Bu zaman qızı Şahid15 qışqırdığını eşitmişdir. Bu zaman o, əri Şahid1, gəlini Cəmalə, oğlu Asəf, qızı Yeganənin yatdığı otağın qapısını açmaq istəmiş, lakin qapı bağlı olmuşdur. Bu zaman oğlu Asəf qaçaraq evin çölünə çıxmış, o, əri Firayıla Asəfin ardınca qaçmasını demişdir. Daha sonra qızı Yeganə qapısını açmış, o, otağa daxil olmuşdur. Şahid3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, oğlu Asəfin Elçini bıçaqla vurduğunu görməmiş, dəqiq olaraq xatırlamamış, evin arxası qaranlıq olmuş, Elçini evin həyətyanı sahəsinin arxasında Asəf və Firayılın yanında görmüşdür. O, Elçini uzanıqlı vəziyyətdə əri Firayıl və Asəfin yanında görmüşdür. O, Elçini xəstəxanaya aparmalarını demişdir. O, da Elçinin ayaqalarından tutaraq oğlu Asəf və əri Firayıl ilə birgə avtomobilin arxa oturacağına yerləşdirmişdir, daha sonra evə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, ailə üzvlərindən oğlu Asəf, gəlini Cəmalə, arvadı Nəzakət və 2 nəvəsi ilə birlikdə Bərdə rayonu, Dəymədağıldı kəndində yaşayır. Qızı Şahid15 18.07.2021-ci il tarixdə Rusiya Federasiyasından onun yaşadığı evə qonaq gəlmişdir. Yeganənin 1 oğlu və 3 qızı olmaqla, ümumilikdə 4 uşağı vardır. Yeganə Rusiyadan özü ilə birlikdə ancaq oğlunu gətirmişdir. Yeganə altı ildən çoxdur ki, Rusiyada əri ilə birgə yaşamışdır. 27.07.2021-ci il tarixdə o, yuxada olarkən qəfildən oğlu Asəfin səsinə oyanmış, əvvəlcə arvadı Nəzakətin yatdığı otağa yaxınlaşmış, qapı açıq olmuş, pərdəni kənara çəkəndə onun yatdığını görmüş, sonra qızı Yeganənin oğlu ilə birlikdə yatdığı, sol tərəfdəki otağın qapısını əli ilə bir neçə dəfə itələmiş, ancaq qapı bağlı olmuşdur. Həmin vaxt yenə də Asəfin səsini eşitmiş, evin arxasına, məhləyə getmişdir. Evin arxasına keçdikdə qaranlıqda iki nəfərin əlbəyaxa olaraq evin sol tərəfinə keçdiyini görmüşdür. Onlardan biri oğlu Asəf olmuş, digərini isə tanımamışdır. O, evin sol tərəfinə keçəndə Asəf yarı əyili vəziyyətdə duraraq yerdə uzanan həmin şəxsə əli ilə zərbələr vurduğunu görmüşdür. Onlara yaxınlaşmış və Asəfdən həmin şəxsin kim olduğunu öyrənmişdir. Asəf isə onun kənd sakini X9 demişdir. O, Asəfi arxadan tutmuş və onun Elçini vurmasına mane olmuşdur. Bu zaman Elçin Mehdiyev çılpaq vəziyyətdə olmuşdur. Elçin yerə düşmüş paltarlarını əlinə almışdır. O, Elçinin həmin yeri tərk etməsi üçün şərait yaratsa da oğlu gözlənilmədən şalvarının sağ cibindəki bıçağı çıxarıb sağ əli ilə Elçin Mehdiyevin sağrı nahiyəsinə bir dəfə bıçağın tiyəsi ilə vurmuşdur. Elçin qışqıraraq Asəfin onu bıçaqla vurduğunu demişdir. Sonra Elçin özünü itirərək bir neçə dəfə yerində dövrə vurmuş və cığırla gedərək qəbirstanlığın qapısını əli ilə açıb boş sahəyə keçmişdir. Elçin cığırla sol tərəflə getmişdir. Asəf Elçini bıçaqladıqdan sonra evə qayıtsa da o, Elçinin vəziyyətinə görə narahat olmuş və ona kömək etmək məqsədi ilə arxasınca getmişdir. Həmin yerdə yol tərəfdən də qəbirstanlığın boş sahəsinə daxil olmaq üçün kiçik qapı olmuşdur. Elçin həmin qapıdan, daha sonra isə qaz borusunun üzərindən keçib yolun onların evə gəldikdə sağ, evdən getdikdə isə sol istiqamətində, kənarda olan torpaqdan təpənin üzərində sol çiyni üstə yıxılıb qalmışdır. O, Elçinə yaxınlaşdıqda sonuncunun həyat əlamətləri olduğu üçün mobil telefonu ilə oğlu Asəfə zəng etmiş və avtomobili ilə Elçini xəstəxanaya aparmaq lazım olduğunu bildirmişdir. Asəf avtomobil ilə gəlmiş və arvadı Nəzakət isə piyada gəlib onların yanına çatmışdır. O, oğlu Asəf və arvadı Nəzakət birlikdə Elçin Mehdiyevi avtomobilin arxa hissəsinə yerləşdirmişdir. Onlar Elçini maşına mindirdikdə Elçinin mobil telefonu və paltarlarını da maşına qoymuş, arvadı Nəzakət isə evə geri qayıtmışdır. O və Asəf isə Elçini Bərdə rayonu, Dəymədağıldı kəndində yaşayan Allahverən həkimin evinə aparmış, Allahverən həkimə Elçinin döyülməyini və ona ilkin tibbi yardım göstərməsini demişdir. O, qorxusundan Elçinin döyülməyini və onu bu vəziyyətdə tapdığını bildirmişdir. Allahverən həkim avtomobilin sağ tərəfindən arxa qapını açıb arxa oturacağında uzanan Elçin Mehdiyevə baxmış və onu təcili xəstəxanaya aparmağını bildirmişdir. O, oğlu Asəflə birlikdə saat 02 radələrində Elçini rayon xəstəxanasına aparmışdır. Bərdə xəstəxanasının həkimi onlara Elçinin öldüyünü demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, X21 onun dostu olmuşdur, 26 iyul 2021-ci il tarixdə Elçin Mehdiyevlə telefon vasitəsi ilə ünsiyyət quraraq axşam öz ad günü tədbirində yığışmaq barədə razılaşmışdır. Həmin gün təxminən saat 21:00 radələrində o, dostu Tərtər rayonu, Mamırlı kənd sakini Əhməd, X12 kəndi ilə Ağalı kəndi arasında yerləşən torpaq sahəsinə getmişdirlər. Həmin torpaq sahəsi Elçin Mehdiyevə məxsus olmuşdur. Həmin sahəyə Elçinə məxsus “Mercedes” markalı avtomobili ilə getmişdirlər. Bundan sonra həmkəndliləri Şahid8 qırmızı rəngli “VAZ 21-06” markalı avtomobili ilə Elçinin əmisi oğlu Şahid7 ilə birgə ardlarınca həmin sahəyə gəlmişdirlər. Həmçinin daha sonra Elçinin dayısı oğlu Şahid9 da sahəyə gəlmişdir. Təxminən həmin gün saat 23:00 radələrində Elçinin sinif yoldaşı olmuş Şahid10 həmin sahəyə ad günü tədbirinə gəlmişdir. Onlar Elçinlə birgə 27 iyul 2021-ci il tarixdə, saat 01:00 radələrinə kimi həmin sahədə oturmuş, kabab çəkib, spirtli içki qəbul etmişdirlər. Həmin gün saat 01:00 radələrində qardaşı Zabil Hüseynov ona zəng edərək bacısının qaynanasının vəfat etdiyini bildirmişdir. Bu zaman o və Elçinin əmisi oğlu Şahid7 Elçin Mehdiyevin avtomobili ilə dostu Əhmədi Tərtər rayonu, Mamırlı kəndinə aparıb yola salmış, saat 01:30 radələrində Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən bacısının qaynanası Cəmilə Kərimovanın evinə getmişdir. Saat təxminən 03:30 radələrinə kimi o və Adil həmin evdə oturmuşlar. Şahid5 27.07.2021-ci il tarixdə Şahid7 və Əhmədlə həmin sahəni tərk etməmişdən 10-15 dəqiqə əvvəl X38 Mirzəyevlə birgə sonuncuya məxsus ağ rəngli “Niva” markalı avtomobili ilə Dəymədağıldı kəndinə qayıtmışdırlar. Şahid9 isə Şahid8la birgə Dəymədağıldı kəndinə qayıtmış, son olaraq o, Şahid7 və Əhməd həmin sahəni tərk etmişdirlər. O, 27.07.2021-ci il tarixdə saat 00:52 və 00:54 dəqiqədə Elçinlə danışdığı yadına gəlməmiş, lakin həmin zaman o, Elçin Mehdiyevə 2 dəfə 1 manatlıq kontur göndərmişdir. Həmin gün 01:59 radələrində Elçin ona zəng edərək, Adilə nə səbəbə zəng çatmadığını soruşmuş, daha sonra zəng başa çatmışdır. Onlar Elçinlə birlikdə yeyib içdikləri zaman Elçinin nə ona, nə də digər şəxslərə hara gedəcəyi barədə və ya kiminləsə danışmağı barədə nəsə deməyinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6, Şahid8 və Şahid9 Şahid5 ifadəsinə oxşar məzmunlu ifadə verərək, onun ifadəsində göstərdiyi xüsusatları özlərinə aid hissədə təsdiq etdilər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, X21 onun sinif yoldaşı olmuş, həmçinin uşaq vaxtından dostluq münasibətləri olmuşdur. 26 iyul 2021-ci il tarixdə Mobilin ad günündən çıxdıqda saat təxminən 01 radələrində Elçin onun idarə etdiyi avtomobilə əyləşmiş, Elçinlə birgə Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən çayxanaya çatmışlar. O, maşında olan bidona su doldurmaq üçün “Şəhid bulağı” tərəfdə saxlamışdır.Bu zaman Elçin qapını açaraq avtomobildən aşağı düşmüş və ona “əmioğlu Adil məni götürəcək” demişdir. O, 01:15 radələrində evə çatmış, bundan sonra baş verənlər haqqında məlumatı olmamışdır. 27 iyul səhər saatlarında Elçin Mehdiyevin öldüyünü bilmişdir. O, Elçinin harasa getməsi və ya kiminləsə danışıb görüşməsini bilməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, “26 iyul 2021-ci il tarixdə saat 21- 22 radələrində o, qardaşı X10 və Təqsirləndirilən şəxs Bərdə şəhərində yerləşən tikinti materialları dükanından çıxdıqdan sonra Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən “Pavilyon” adlanan yeməkxanaya getmiş, orada yadına düşdüyü qədəri ilə 2 bakal pivə içmiş və söhbət etmişdirlər. Təxminən 26 iyul 2021-ci il tarixdə saat 23-24 radələrində onlar həmin yeməkxananı tərk etmiş, Təqsirləndirilən şəxs evinin yolu üzərində yaşadıqları üçün sonuncu avtomobillə onu və onunla eyni evdə qalan qardaşı Elmir Mehdiyevi evə düşürmüşdür. 27 iyul 2021-ci il tarixdə, səhər saatlarında əmisi oğlu Şahid7 onun atasına zəng edərək Elçinin dalaşdığını, bıçaqlandığını bildirmişdir. Daha sonra o, Adilə zəng edib harda olduğunu soruşduqda, Adil ona “Morqda” olduğunu demişdir. O, Təqsirləndirilən şəxsla “Pavilyon” adlanan yeməkxanada olarkən diqqətini çəkən hər hansı hansı bir hadisə olmamışdır”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid12 və Şahid13 Şahid11 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, “27.07.2021-ci il tarixdə, saat təxminən 03 radələrində mobil nömrəsinə zəng gəlmiş, zəngə cavab verdikdə telefonda danışan şəxs ona bir nəfər xəstə gətirdiyini bildirmiş və küçəyə çıxıb xəstəyə baxmağını xahiş etmişdir. O, küçəyə çıxdıqda Şahid1 və onun oğlu Təqsirləndirilən şəxs görmüşdür. Asəf və Firayıl onun yaşadığı evin qarşısına onlara məxsus avtomobil ilə gəlmişdilər. O, Asəf və Firayıldan xəstənin harada olmasını soruşmuşdur. Onlar isə xəstənin avtomobilin içərisində olduğunu demişlər. Avtomobilin pəncərəsi açıq olduğu üçün qapı açılmadan Asəfin ona verdiyi alışqanın işığını avtomobilin içərisinə salaraq xəstəyə baxmışdır. Avtomobildəki şəxsi çılpaq görüb onu gətirənlərdən xəstə ilə bağlı nə baş verdiyini soruşmuş. Asəf, yaxud da Firayıl yadına düşdüyü qədərilə xəstənin dərman preparatı qəbul etdiyini demişdir. O, bu sözü eşidən kimi xəstəni xəstəxanaya aparmaq lazım olduğunu bildirmişdir. Bundan sonra o evə daxil olmuş, Asəf və Firayıl isə avtomobilə minərək çıxıb getmişdirlər”. Məhkəmə iclasında ifadəsi elan olunaraq araşdırılmış və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid14 ifadəsində göstərmişdir ki, “o, Elçin Mehdiyev və Təqsirləndirilən şəxs tanımır. O, Şahid15 2021-ci ilin may ayından tanımışdır. O, Şahid15 ilə “PUBG” “online” internet oyununda tanış olmuş, həmin internet oynunda ” Chat” bölməsində yazışıb tanış olmuşdur. Həmin şəxs adının Yeganə olduğunu və Rusiya Federasiyasında yaşadığını bildirmişdir. O, Yeganə ilə ancaq “PUBG” oynunda səs vasitəsilə mesajlaşmışdır. Yeganə 2021-ci ilin iyul ayının əvvəllərində ona Bakıya gələcəyini bildirmişdir. Yeganə 2021-ci ilin iyul ayının ortalarında ona “İmo” proqramı vasitəsilə Bakıya gəldiyi barədə mesaj yazmışdır. O, həmin zaman Bakıda Məhəmmədi kəndində sosial evlərin tikintisində fəhlə kimi çalışmışdır. Yeganə Bakıya gəldikdən sonra o, Heydər Əliyev adına beynəlxalq hava limanında onu qarşılamış, Yeganə və yanında balaca oğlan uşağını taksi vasitəsilə Yasamal rayonunda yerləşən, Gülsüm adlı yüngül həyat tərzi keçirən qadının evinə aparmış, orada yaxın münasibətdə olmuşdur. O, Yeganəyə görüşməmişdən əvvəl Bakıda, 20 Yanvar metrosunun yanında mobil dükanların birindən aldığı “***-***-**-**” nar nömrəsini verərək, onunla bu nömrə ilə danışacağını bildirmişdir. O, Yeganəni həmin gün Bakı-Bərdə taksisi vasitəsilə Bərdə rayonuna yola salmışdır. Yeganə ona Bərdə rayonuna valideynlərini görməyə getdiyini bildirmişdir. O, özünə məxsus “***-***-**-**” nömrəli telefon vasitəsilə 2 gün onunla danışmışdır. Onun istifadə etdiyi “**********” mobil nömrəsini yeznəsi X3 almışdır”. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 iyul 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri – Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən Şahid1 məxsus birmərtəbəli fərdi yaşayış evinin həyətyanı sahəsidir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 iyul 2021-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs özünə məxsus “VAZ 2106” markalı, “**-BP-***” dövlət qeydiyyat nişanlı avtomobillə atası Şahid1 ilə birlikdə mərhum X13 həmin maşına yerləşdirmiş və xəstəxanaya aparmışdırlar. Baxış zamanı həmin avtomobil sol tərəf, sürücü oturacağının altından rezin örtüyün üzərindən Təqsirləndirilən şəxs Elçin Mehdiyevin sağrı nahiyəsinə zərbə vurduğu 20 sm uzunluğundakı qatlanan üzərində qana bənzər ləkələr olan metal bıçaq aşkar edilmişdir. Cinayət işi üzrə maddi sübut kimi əhəmiyyət kəsb etdiyindən həmin bıçaq müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 27 iyul 2021-ci il tarixli 952 saylı “sərxoşluq vəziyyətinin tibbi müayinəsi” aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq əlamətləri olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 14 avqust 2021ci il tarixdə keçirilmiş bıçağa baxış protokolundan görünür ki, X4 istifadə etdiyi cinayətin aləti olan bıçaq – dəstək və tiyə hissəsindən ibarət olmaqla qatlanan və ümumi uzunluğu 20 sm-dir. Bıçağın dəstəyi tünd rəngli, dəstəyinin tiyəsinə yaxın hissəsi isə qızılı rəngli və üzərində “X” formasında naxışlar vardır. Dəstəyin uzunluğu 105 mm, orta hissədə eni 10 mm, qalınlığı isə 12 mm-dir. Bıçağın tiyəsi boz rəngli olmaqla metaldandır, bir tərəfi küt, bir tərəfi kəsici, ucu deşicidir. Tiyənin uzunluğu 95 mm, orta eni hissədə 10,5 mm, qalınlığı 1,7 mm olmaqla üzərində qanabənzər ləkələr var. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 27 iyul 2021-ci il tarixli, 23 nömrəli ekspert rəyindən görünür ki, X11 meyitinin bədənində aşağıdakı xəsarətlərbaşın təpə nahiyəsinin 1 ədəd qançırı, sol körpücüküstü nahiyədə 1 ədə qançır,sol kürək nahiyəsində 3 ədəd qançır, sağ kürək nahiyəsində 2 ədəd qançır,sağ kürəkaltı nahiyədə 1 ədəd qançır, sağ bel nahiyəsində 1 ədəd qançır, sağ said nahiyəsində 1 ədəd qançır, sol baldır nahiyəsində 2 ədəd qançır, sol said nahiyəsində 1 ədəd qançır, burun nahiyəsində 1 ədəd sıyrıq, sol dirsək oynağı nahiyəsində 1 ədəd sıyrıq, sol qabırğaaltı nahiyədə 1 ədəd sıyrıq, sol bazu oynağı nahiyəsində 1 ədəd sıyrıq Vİİ, Vİİİ, Xİ qabırğaların sınığı, ağciyər toxumasına, plevraya,diafraqmaya, sağ böyrək toxumasına geniş qansızma, qaraciyər toxumasının əzilməsi, sağ sağrı nahiyəsinin deşilmiş kəsilmiş 1 ədəd yarası vardır. Təsvir olunan xəsarətlər həyatidirlər. Başın təpə, sol körpücüküstü, sağ kürək, sağ kürəkaltı, sağ bel, sağ said, sol baldır, sol said nahiyələrinin qançırları, burun, sol dirsək oynağı, sol qabırğaltı,sol bazu oynağı, sol bel, sağ bud nahiyələrinin sıyrıqları, qabırğaların sınığı, ağciyər toxumasına, plevraya, diafraqmaya, sağ böyrək toxumasına geniş qansızma, qaraciyər toxumasının əzilməsi, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, ola bilsin ki, dəmirlə vurulan zərbələrin təsirindən törənə bilərlər. Sağ sağrı nahiyəsinin deşilmişkəsilmiş yarası deşici-kəsici alətin təsirindən törənmişdir, ola bilsin ki,bıçaqla törənmə müddətləri qərarda göstərilən 27.07.2021-ci il tarixə uyğun gəlir. Döş qəfəsi nahiyəsindəki qançırla ağciyər toxumasına, plevraya qansızma, sağ qabırğaaltı nahiyənin qançırı ilə qaraciyər toxumasının əzilməsi və diafraqmaya qanzıma, sağ bel nahiyəsinin qançırı ilə sağ böyrək toxumasına qansızmacanlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər.Sağ sağrı nahiyəsinin deşilmişkəsilmiş yarası canlı şəxslərdə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Bədən səthindəki qalan digər xəsarətlər canlı şəxslərdə birlikdə və ayrı-ayrılıqda sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X1 ölümünə səbəb qaraciyər toxumasının əzilməsi, ağciyər toxumasına, plevraya, diafraqmaya, böyrək toxumasına geniş qansızma, qabırğaların sınığı ilə müşayiət olunan bədənin müştərək küt travması olmuşdur. X11 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibb müayinəsindən əvvələ doğru 6-9 saat olmuşdur.”MTE və Pa” ETT Birliyinin məhkəməbioloji şöbəsindən verilmiş 09.08.2021-ci il tarixli, 9/114 saylı tampon və yaxmaların tədqiqi aktında X11 xarici cinsiyyət üzvündən götürülmüş tamponun məhkəmə tibbi tədqiqi zamanı spermatozoidlər və uşaqlıq yolunun epitel hüceyrələri aşkar olunmamışdır.”MTE və PA” ETT Birliyinin məhkəmə kimyəvi şöbəsindən verilmiş 2244/K saylı maddi sübutların müayinəsi aktında məhkəmə-kimyəvi təhqiqatın nəticələrinə əsasən X11 meyitindən götürülmüş qanda etil spirti aşkar edilmişdir. Etil spirtinin qatılığı – 3%-dir.Bu tapılan qatılıq canlı şəxslərdə güclü dərəcəli alkoqol sərxoşluğu hesab olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 30 iyul 2021-ci il tarixli, 674 nömrəli ekspert rəyindən görünür ki, Şahid1 məhkəmə-tibbi müayinəsi zamanı hər hansı xəsarət aşkar edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X8 27 iyul 2021-ci il tarixli, 647 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-başın təpə və sol baldır nahiyələrinin sıyrıqları küt əşyanın(əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 27.07.2021-ci il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilməmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X18” Publik hüquqi şəxsin 31 avqust 2021-ci il tarixli, 591/2021-MTBŞ nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş 01 ədəd bıçaq, 05 ədəd tənzif tampon, 01 ədəd metal alət, Təqsirləndirilən şəxs məxsus köynək, X16 məxsus köynək və şalvar, meyitin büküldüyü yorğan üzərində insan qanı aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda “A” və “H” antigenləri, bəzi ləkələrdə həmçinin beta aqqlyutinini alındı. Bu qan ləkələri bir şəxsə məxsusdursa Abeta (H) /İİ/ qruplu şəxslə, o cümlədən X16 məxsus ola bilər.Qanın qarışıq olduğu halında isə ləkələrdə həmçinin Oalfa , beta/İ/ qruplu Təqsirləndirilən şəxs və Şahid15 da qarışmış qanı olması inkar olunmur, əgər hadisə zamanı onlarda qanaxma ilə müşahidə olunan xəsarət olmuşdursa.Tədqiqata təqdim olunmuş Təqsirləndirilən şəxs məxsus şalvar üzərində qana bənzər ləkələr aşkar olunmamışdır. Tədqiq olunan parça kəsiyi, mələfə və “Love” yazılı yorğan üzlüyünün üzərindəki ləkələrdə qan, sperma,tükəbənzər hər hansı obyekt və dırnaq qırıntısı aşkar olunmamışdır. Tədqiqata təqdim olunmuş xalat üzərində qana, spermaya şübhəli ləkələr, tükəbənzər hər hansı obyekt və dırnaq qırıntısı aşkar olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X18” Publik hüquqi şəxsin 06 sentyabr 2021-ci il tarixli, 407/2021-MTKŞ nömrəli ekspertiza rəyindən görünür ki, X16 məxsus köynəyin ön hissəsinin sol-yuxarı nahiyəsində bir ədəd, idman şalvarının arxa hissəsinin sağ yuxarı nahiyəsində bir ədəd və idman şalvarının sağ-yan yuxarı nahiyəsində bir ədəd məhdud cırılma aşkar edilmişdir.Bu cırılmalar küt yaranma mexanizminə malikdir, paltarların müvafiq nahiyələrinin hər hansı bir əşyaya ilişib dartılması nəticəsində yaranmışdır. Təqsirləndirilən şəxs məxsus köynək və şalvar üzərində hər hansı əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır.Təqdim olunmuş dəmir küt alət ( predmet) zavod üsulu ilə hazırlanmış təsərrüfat təyinatlı metal predmetdir və soyuq silah hesab edilmir. Təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji Dispanserinin 17 avqust 2021-ci il tarixli, 471/154 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmək, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədərkən güclü ruhi-həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır. Təqsirləndirilən şəxs cinayət hadisəsini törədən zaman əsəbi psixi-emosional vəziyyətdə olsa da həmin vəziyyət onun şüuruna və fəaliyyətinə mühüm təsir göstərə bilməzdi. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixoloji xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs fərdi-psixi xüsusiyyətləri nəzərə alınmaqla o, hazırki cinayət əməlini törədən vaxt güclü ruhi həyəcan (fizioloji affekt) vəziyyətində olmamışdır (keçirməmişdir). Təqsirləndirilən şəxs hazırki cinayət əmli törədərkən öz hərəkətlərini ölçüb biçmək, hərəkətlərinə cavab vermək, onları idarə etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-nin 21ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi X41 Dispanserinin 07 avqust 2021-ci il tarixli, 1918 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X41 Dispanserinda qeydiyyatda dayanmır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X34 Ərazi bölmələrinin X27 rayon X19 Hüquqi şəxsin 09 avqust 2021-ci il tarixli, 823 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs son 6 ayda “Bərdə RMX” phş-nin poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 24 avqust 2021ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, X21 istifadə etdiyi “**********42” nömrəli mobil telefondan Şahid14 adına olan, faktiki Şahid15 istifadə etdiyi “**********” mobil nömrəsinə 26.07.2021-ci il tarixdə, 23:10:15 saniyədə 51 saniyə, 23:14:39 saniyədə 48 saniyə, 23:18:16 saniyədə 392 saniyə, 23:58:24 saniyədə 96 saniyə, 27.07.2021-ci il tarixdə 00:00: 45 saniyədə 44 saniyə, 00:02:35 saniyədə 1022 saniyə, 00:49:44 saniyədə 83saniyə, 00:57: 09 saniyədə 230 saniyəlik telefon danışığı, Şahid5 məxsus “**********77 “nömrəli mobil telefonla 27.07.2021-ci il tarixdə, saat 01:59:45 aralarında 23 saniyəlik telefon danışığı baş tutmuşdur. Şahid1 istifadə etdiyi “**********94” mobil telefondan 27.07.2021-ci il tarixdə saat 03:03:28 dəqiqədə özünə məxsus, lakin faktiki olaraq Təqsirləndirilən şəxs istifadə etdiyi 050 ******* mobil nömrəsi ilə aralarında 8 saniyəlik telefon danışığı baş tutmuşdur. Təqsirləndirilən şəxs istifadə etdiyi “**********04” nömrəli mobil telefondan 27.07.2021-ci il tarixdə saat 02:50:18 dəqiqədə, Şahid1 məxsus, lakin arvadı Şahid2 istifadə etdiyi “**********77” mobil nömrəsi ilə əlaqə saxlamış və aralarında 45 saniyəlik telefon danışığı, saat 03:17:20 dəqiqədə Şahid4 məxsus” **********83” mobil nömrəsi ilə 41 saniyəlik telefon danışığı, saat 03:53:14 dəqiqədə Şahid1 istifadə etdiyi ********** mobil nömrəsi ilə 22 saniyəlik telefon danışığı baş tutmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 18 oktyabr 2021ci il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Şahid14 adına olan, faktiki Şahid15 istifadə etdiyi “**********” mobil nömrəsin X21 istifadə etdiyi “**********42” nömrəli mobil telefonundan 26.07.2021-ci il tarixdə, 23:10:15 saniyədə, 51 saniyə, 23:14:49 saniyədə 48 saniyə, 23:18:16 saniyədə 390, 23:58:24 saniyədə 96 saniyə, 27.07.2021-ci il tarixdə 00:00: 45 saniyədə 44 saniyə, 00:02:35 saniyədə 1020 saniyə, 00:49:43 saniyədə 83saniyə, 00:57: 08 saniyədə 231 saniyə, Elçin Mehdiyevin dostu Şahid10 istifadəsində olan “********** nömrəli mobil telefondan 27.07.2021-ci il tarixdə saat 00:25:34 saniyədə 466 saniyə, 00:37:16 saniyədə 56 saniyə intervalında telefon danışıqları olmuşdur. Anten dairəsi olaraq Bərdə rayonu, Qurdlar kəndi göstərilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 28 oktyabr 2021-ci il tarixli “sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, açıq boz rəngli parçadan olan qısaqol köynək, tünd boz rəngdə parça şalvar, qara üzərində qırmızı xətlər olan qısaqol köynək, tünd göy rəngli parçadan olan idman şalvarı, 01 ədəd dəmir küt alət, qana hopdurulmuş 05 ədəd tənzif tampon və 01 ədəd bıçaq sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış və saxlanılması üçün Bərdə rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”na verilmiş, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk iş üçün sübut əhəmiyyəti kəsb etdiyindən maddi sübut qismində tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 avqust 2021-ci il tarixli, 05 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri atası Şahid1, anası Şahid3, arvadı Şahid2, oğulları X22 (13.04.2019) və X28 (31.10.2020) ilə birlikdə Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatda olmaqla yaşamış və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-nin BƏSİİ-si tərəfindən verilmiş 07 avqust 2021-ci tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 27 iyul 2021-ci il tarixli “şübhəli şəxsin tutulması” haqqında protokolundan və 28 iyul 2021-ci il tarixli Bərdə rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış zərərçəkmiş şəxsin hüquqi varisi X7 ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs şikayətçidir və ona ən ağır cəza verilməsini xahiş edir. Məhkəmə, təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş ittiham üzrə sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinin tələblərini rəhbər tutmaqla bir-biri ilə və ayrı-ayrılıqda, məcmu halda müqayisəli şəkildə araşdıraraq məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələrini, məhkəmə istintaqı zamanı tədqiq olumuş istintaq hərəkətlərinin protokollarını, eləcə də məhkəmə ekspertiza rəylərini, mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirməklə həmin ifadələri, istintaq hərəkətlərinin protokollarını və ekspertiza rəylərini təqsirləndirilən şəxsin əməlinin cinayət tərkibini yaratması, cinayətin törədilməsində iştirakını, törətdiyi əməlin ictimai təhlükəlilik dərəcəsini müəyyən edən sübut növləri kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs Elçin Mehdiyevi öldürmək niyyətinin olmamasına dair məhkəmə istintaqında verdiyi ifadəsini iş üzrə şahidlərin ifadələri, məhkəmə ekspertizasının rəyləri, istintaq hərəkətlərinin protokolları, habelə digər şübhə doğurmayan sübutlarla ziddiyyət təşkil etdiyi qənaətinə gələrək həmin ifadəni həqiqətə uyğun gəlməyən, təqsirləndirilən şəxs tərəfindən öz hüququndan istifadə edərək cinayət məsuliyyətini yüngülləşdirmək məqsədi ilə verilmiş ifadələr kimi qiymətləndirir Beləliklə, məhkəmə təqsirləndirilən şəxsin qismən etiraf edici ifadəsini, zərərçəkmiş şəxsin hüquqi varisi və şahidləri dinləyərək, iş materiallarını nəzərdən keçirib, iş üzrə əldə olmuş sübutlara hərtərəfli və obyektiv qiymət verməklə Təqsirləndirilən şəxs yuxarıda qeyd edilən cinayət əməlini törətməkdə təqsirli olması qənaətinə gəlir. «Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli 3 №-li qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətinin xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Həmin qərarda həmçinin göstərilmişdir ki, Azərbaycan Respublikası CM-nin 120.2-ci maddəsindəki tövsifedici əlamətlər və CM-nin 121-123, 135-ci maddələrində göstərilən yüngülləşdirici hallar olmadan törədilən qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin tövsifi məsələsini müzakirə edərkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun yuxarıda qeyd olunan qərarındakı tövsiyələrini işin faktiki halları ilə, yəni Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə yetirdiyi xəsarətlərin xarakterini və həyat üçün mühüm orqana xəsarət yetirilməsi ilə lokalizasiyasını nəzərə alaraq, eləcə də təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs arasındakı qarşılıqlı münasibətləri, təqsirləndirilən şəxsin cinayət əməlini zərərçəkmiş şəxsin onun evində bacısının qaldığı otaqda olması səbəbindən onda yaranan əsəbi psixiemosional vəziyyət nəticəsində törətməsini iş materiallarında olan obyektiv sübutların məcmusu ilə qarşılıqlı şəkildə tədqiq və təhlil edərək hesab edir ki, onun yuxarıda qeyd olunan törətdiyi əməl ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilmişdir. Bu səbəbdən də məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinərək cəzalandırılmalıdır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən himayəsində 2 azyaşlı uşağının olmasını, Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən əməlindən peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə nəzərdə tutulmuş cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxsə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallarına məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsinin sanksiyası həddində nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Məhkəmə Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən hesab edir ki, Təqsirləndirilən şəxs ilk dəfə xüsusilə ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum olunduğu üçün ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli onun tutulduğu 27 iyul 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş xüsusi müsadirə edilməli əmlakı müəyyən edilməmişdir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, cinayət işi üzrə maddi sübut kimi tanınaraq Bərdə rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılan açıq boz rəngli parçadan olan qısaqol köynək, tünd boz rəngdə parça şalvar, qara üzərində qırmızı xətlər olan qısaqol köynək, tünd göy rəngli parçadan olan idman şalvarı, qana hopdurulmuş 5 ədəd tənzif tampon, 1 ədəd dəmir küt alət və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, Azercell Telekom” MMC-dən daxil olmuş 1 ədəd CD disk və "xxxx" MMC-dən daxil olmuş 1 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 prosessual hərəkətlərdə 15 saat iştirak etməklə, müdafiə etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını məhkəmə istintaqı zamanı müdafiə etməyə görə müdafiəçinin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və maddi ziyan yoxdur. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 27 iyul 2021-ci il tarixdən hesablansın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübutlar - Bərdə rayon prokurorluğunun “maddi sübutların saxlanması otağı”nda saxlanılan açıq boz rəngli parçadan olan qısaqol köynək, tünd boz rəngdə parça şalvar, qara üzərində qırmızı xətlər olan qısaqol köynək, tünd göy rəngli parçadan olan idman şalvarı, qana hopdurulmuş 5 ədəd tənzif tampon, 1 ədəd dəmir küt alət və 01 ədəd bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 02 ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ( və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar