Məhkəmə qərarları › İş №1(100)-114/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-114/2023

11.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-114/2023 11.04.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X3 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: Mehdiyeva Vəfa Zakir qızının katibliyi, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs və müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və ya götürülməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X4 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 6,230 qram, 9,218 qram, 0,241 qram, 0,270 qram, 0,272 qram, 0,121 qram, ümumi təmiz çəkisi 16,352 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında evin həyətində yerləşən şkafın içərisində saxlamış, 27 iyul 2022-ci il tarixdə saat 11 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı həmin evin həyətində yerləşən şkafın içərisindən 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 6,230 qram, 9,218 qram, 0,241 qram, 0,270 qram, 0,272 qram, 0,121 qram, külli miqdarda, yəni,ümumi təmiz çəkisi 16,352 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində bildirdi ki, o, ünvan 1 ünvanında yaşayır. Rəsmi olaraq heç yerdə işləmir, fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olur. Təxminən bir neçə ildir narkotik vasitələrdən heroindən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bərdə şəhəri, Koroğlu küçəsində yaşadığı evin yaxınlığında polis əməkdaşları ona yaxınlaşıb üzərində və yaşadığı evdə narkotik vasitə olub-olmamasını soruşmuş, həmin vaxt üzərində narkotik vasitə olmadığını, ancaq yaşadığı evin həyətində narkotik vasitə olan heroin olduğunu demişdir. Razılığı ilə polis əməkdaşları yaşadığı evin həyətinə daxil olmuş, özü könüllü şəkildə narkotik vasitə olan heroini evin həyətyanı sahəsində yardımçı tikilinin qarşısında taxta şkafın siyirtməsində gizlətdiyi yeri göstərib təqdim etmişdir. Həmin yerdə dördü kiçik, ikisi böyük həcmdə olmaqla sellofan bükümlərdə narkotik vasitə olan heroin polis əməkdaşları tərəfindən tərəzidə çəkilmişdir. Evinə də baxış keçirilmiş, amma qeyri- qanuni hər hansı əşya aşkar edilməmişdir. Bərdə RPŞ-nin inzibati binasına dəvət olunmuş, polis şöbəsinə gəldikdən ona müdafiəçi təyin edilmiş, müdafiəçinin iştirakı ilə üzərində şəxsi axtarış keçirilmiş, ancaq qanunla dövriyyəsi qadağan olunmuş əşya və ya narkotik vasitə aşkar edilməmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdi ki, o təxminən 4 ildir ki, narkotik vasitə istifadəçisidir və evindən aşkarlanan narkotik vasitələri Yevlax rayonunda dəmiryol xəttinin kənarında yerdən tapmış, heç kimə narkotik satmamış və satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin X2 baş inspektor-kriminalisti işləyir. 27 iyul 2022-ci il tarixdə ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni yaşadığı evdə saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə polis şöbəsinə məlumat daxil olmuş, buna görə özü və Bərdə RPŞ CAB-ın əməliyyat müvəkkili, polis mayoru Şahid3 və Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2 və təhqiqatçı İftixar Səfərovla birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvana gəlmiş, yaşadığı evdə narkotik vasitə olan heroin olmasında şübhəli olmasını Təqsirləndirilən şəxs bildirmişlər. Təqsirləndirilən şəxs evində baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə verdikdən sonra baxış keçirməyə başlamış, Rəşad yaşadığı evin həyətinin sol tərəfində mal tövləsindən sonra yerləşən tikilinin qarşısında olan taxt şkafın siyirtməsi içərisində gizlətdiyi 6 ədəd şəffaf polietilen kəsiyi bükümlərində narkotik vasitəyə bənzər kütələləri təhqiqatçıya təqdim etmişdir. Həmin kütlənin nə olması soruşulduqda, Təqsirləndirilən şəxs “kakos” olmasını və Yevlax rayonunda yerdən tapdığını, öz şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Narkotik vasitə olan heroinə bənzər kütlələlər elektron tərəzisi vasitəsi ilə çəkilmiş, ümumi çəkisi 18,21 qram olmuş, bundan sonra xüsusi qaydada qablaşdırılıb möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqları və həyat yanı sahəyə baxış keçirilmiş, lakin sübut əhəmiyyətli hər hansı digər əşya aşkar edilməmiş, əməliyyat axtarış tədbirindən sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə dəvət edilib ona müdafiəçi təqdim edildikdən sonra üzərində şəxsi axtarış keçirilmiş, həmin vaxt da üzərindən qeyri qanuni hər hansı predmet aşkar edilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 X7 ilə eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları özünə aid olan hissədə təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid3 Nurəddin oğlu da ibtidai istintaq zamanı şahidlər X7 və Şahid2 ifadəsinə oxşar məzmunlu ifadə verib göstərdikləri xüsusatları özünə aid hissədə təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə ailə həyatı qurmuşdur, Bərdə şəhərində qeyd edilən ünvanda birlikdə yaşayırlar. Birgə nikahdan 2 azyaşlı övladları var. Özü evdar qadındır, əri Rəşad isə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmuşdur. Rəşadın narkotik vasitə qəbul etməsini bilməmişdir. xx.xx.2022-ci ildə polis əməkdaşları Rəşadla birlikdə evə gəldikdən sonra onu çölə çıxarıb maşına əyləşdirmiş, həyətə və evə baxış keçirtmişlər. Baş verənləri görməmiş, Rəşadın evdə narkotik vasitə saxlaması barədə əvvəllər məlumatı olmamış, bunu sonradan öyrənmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış xx.xx.2022-ci il tarixli raportlardan və həmin tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsi, qanunsuz saxlanması və satışı ilə bağlı daxil olmuş əməliyyat məlumatı əsasında yaşadığı evdə narkotik vasitə saxlamasına əsaslar olduğundan yaşadığı evə, həyətdəki tikililərə və üzərinə təxirəsalınmaz qaydada baxış keçirilməsi barədə Bərdə RPŞ rəhbərliyinə müraciət edilmiş və həmin məzmunda müvafiq qərar qəbul edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 27 iyul 2022ci il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, Bərdə RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin istifadəsində və yaşadığı evdə saxlamasında şübhəli olan Bərdə rayon sakini Təqsirləndirilən şəxs razılığı və iştirakı ilə xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən evinə özü və polis əməkdaşları tərəfindən baxış keçirilmiş, baxış zamanı yaşadığı evin həyətində olan mal tövləsindən sonra yerləşən tikilinin qarşısındakı taxta şkafın siyirtməsinin içərisində şəffaf sellofan bükümlərdə 2-si böyük, 4-ü kiçik bağlamada olmaqla, ümumilikdə 6 ədəd bükümdə ümumi çəkisi 18,21 qr çəkidə narkotik vasitə hesab edilən heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 5(021)-148/22 saylı qərarından görünür ki, Bərdə rayon Polis Şöbəsi CAB-ın baş əməliyyat müvəkkili, polis mayoru Şahid3 Nurəddin oğlu tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qanuni hesab edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-kimyəvi-bioloji ekspertizasının 28 iyul 2022-ci il tаriхli 16/3017 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən götürülmüş maddi sübut...” sözləri və imzalar olan zərfdəki 6 (altı) ədəd şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 6,230 qram, 9,218 qram, 0,241 qram, 0,270 qram, 0,272 qram, 0,121 qram ümumi təmiz çəkisi 16,352 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 12 sentyabr 2022-ci il tarixli 1413 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı yoxdur. Narkolоji kabinetdə profilaktiki qеydiyyаtа alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış "xxxx" MMC-yə məxsus 1 ədəd diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş mobil nömrəyə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək daxil olan, eləcə də çıxan mesaj mətnlərindən görünür ki, Təqsirləndirilən şəxs istfadəsində оlmuş ***-***-**-** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə saat 12:37-də “10m ağ giles lazdi” məzmunda, xx.xx.2022-ci il tarixdə saat 14:00-da ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə ”Qaqa bütov ag lazimdi mene 1qram” məzmununda, xx.xx.2022-ci il tarixdə 18:40-da ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə ”Qaqa mənə bir cavab ver mən bunları neyniyim, qaldı üsdümdə axı məni” məzmunda, xx.xx.2022-ci il tarixdə saat 13:42də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “qaqab meni yig karva var qacmasin” məzmunda, xx.xx.2022-ci il tarixdə saat 21:46-da ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə ”qaqa mene bir soz de gorey bularin pulun verim getsin yoxsa gelirsen telesirler bular” məzmunda, xx.xx.2022-ci il tarixdə saat 14:33-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “meni yig qaqa karva qacir zornan saxlamiwam 15 manatdi getmesinde elden” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 22:21-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “qohum weherdeyem bidene qaqani yola sal menolum gedim yatim sene gulle dermanko verecem mende”məzmunda, xx.xx.2022-ci il tarixdə saat 22:55-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “Emi oqlu 20 manat var eziyetimi ceke bilersen hara deyirsen gelim” məzmunda, xx.xx.2022-ci il tarixdə saat 21:52-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “QAQA GELEM E MEN İBO GİLİ KECDİM DEDİYİMİ DUZELTDE” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 12:25-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “Resad pati koku satdiqina gore sene kecmiyecem” məzmunda, xx.xx.2022-ci il tarixdə saat 11:07-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “QAQA 10 KOLA VER AGRİYİRAM SEN OL” məzmunda, xx.xx.2022-ci il tarixdə saat 18:34-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “Афтандьр ломкадауам” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 17:02-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “Ay qaqa bizlərə yaraşmaz axı belə hərəkət bu verdiyin qatqardı olma” – “z e belə əgər sənə pul lazım idi deyəydin pul verərdim amma mənə be” – “lə şey verməzdin gərəy” məzmununda, xx.xx.2022-ci il tarixdə saat 17:02-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “e belə əgər sənə pul lazım idi deyəydin pul verərdim amma mənə belə şey verməzdin gərəy” xx.xx.2022-ci il tarixdə saat 12:27-də ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “Qaqa ramindi usda nolar elin girir 10 m mene gotur ver qaqa” məzmunda mesajlar qeyd edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi xx.xx.2022-ci il tarixli tələbnamədən və Bərdə rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Bərdə rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci ildə qeydiyyata alınmış, “8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarının tətbiqi ilə əlaqədar Bərdə rayon məhkəməsinin xx.xx.2022-ci il tarixli, 7(021)-24/2022 saylı qərarı ilə cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmış, xx.xx.2022-ci il tarixdə cəzasının sonu ilə məhkum olmuş şəxslərin qeydiyyatı kitabından çıxarılmışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 01 avqust 2022-ci il tarixli 4098 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanda arvadı Şahid4 (1992ci il təvəllüdlü), oğlu Ramal Mahmudlu (2014-cü il təvəllüdlü) və qızı Abbaszadə Təranə (2015-ci il təvəllüdlü) ilə birlikdə yaşayır və barəsində heç bir şikayət daxil olmasa da yaşayış yerindən verilən xasiyyətnamə üzrə narkotikaya meyilli şəxs kimi xarakterizə olunur. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham elan edilmişdir ki, o, istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda- ayrı-ayrılıqda təmiz çəkiləri 6,230 qram, 9,218 qram, 0,241 qram, 0,270 qram, 0,272 qram, 0,121 qram, ümumi təmiz çəkisi 16,352 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroini qanunsuz olaraq əldə edib yaşadığı ünvan 2 ünvanında evin həyətində yerləşən şkafın içərisində saxlamış, 27 iyul 2022-ci il tarixdə saat 11 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs yaşadığı ünvana keçirilmiş baxış zamanı həmin evin həyətində yerləşən şkafın içərisindən 6(altı) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 6,230 qram, 9,218 qram, 0,241 qram, 0,270 qram, 0,272 qram, 0,121 qram, külli miqdarda, yəni,ümumi təmiz çəkisi 16,352 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, maddi sübutları, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs törətmiş olduğu qeyd edilən cinayət əməli ibtidai araşdırma orqanı tərəfindən düzgün olaraq narkotik vasitənin satış məqsədi ilə əldə edib, saxlaması kimi qiymətləndirilərək Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışı zamanı ifadəsində narkotik vasitə olan heroindən bir neçə ildir daimi istifadə etməsini göstərsə də məhkəmə istintaqı zamanı tədqiq edilmiş məhkəmə narkoloji ekspertizasının rəyi ilə həmin hal təkzib edilmiş, onun əvvəllər narkotik vasitə olan heroindən ancaq epizodik istifadə halı olması müəyyən edilmişdir. Həmin rəyə əsasən Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi ifadəsinin yaşadığı evin həyətində aşkar edilmiş narkotik vasitə olan külli miqdar heroini kiməsə satmadığını və satmaq niyyətinin olmadığına dair hissəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığı və özünün ibtidai istintaq və məhkəmə baxışı zamanı verdiyi qismən etirafedici ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, həyətinə baxış keçirilməsi zamanı aparılmış videoçəkiliş, narkotik vasitənin miqdarı və növü, müxtəlif hissələrə bölünməsi, "xxxx" MMC-yə məxsus diskə baxış keçirilməsi barədə protokol, eləcə də cinayət işinin digər obyektiv halları ilə tam təkzib edilməklə, təqsirləndirilən şəxs tərəfindən daha ağır cinayət məsuliyyətindən yayınmaq, cəzasını yüngülləşdirmək məqsədi daşıdığından və özünün ifadəsindən başqa heç bir mötəbər sübutla təsdiq olunmadığından həmin hissədə həqiqətə uyğun olmayan kimi qiymətləndirərək sübut növü kimi qəbul etmir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası əməliyyat-axtarış fəaliyyətinin gedişatını və nəticələrini əks etdirən protokol və videoçəkilişi, təqsirləndirilən şəxsə məxsus mobil nömrə ilə olan sms mətnlərin məzmununa dair mobil operatordan əldə edilmiş çıxarışı, məhkəmə narkoloji ekspertiza rəyini daha mötəbər, yəni Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib evinin həyətindəki tikilidə saxladığı külli miqdar narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamasını qəti şəkildə təkzib edən mötəbər sübut növləri kimi qəbul edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.). Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Qərarın 9-cu bəndində göstərilir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə baxışında tədqiq edilmiş baxış keçirilməsi barədə protokola əlavə edilmiş videoçəkilişdən də görünür ki, aşkar edilmiş külli miqdarda narkotik vasitə olan heroin 6,230 qram, 9,218 qram ( böyük) və 0,241 qram, 0,270 qram, 0,272 qram, 0,121 qram ( bir neçə dəfəlik istifadə üçün) olmaqla ümumilikdə təmiz çəkisi 16, 352 qram, yəni külli miqdardan 8 dəfə çox, həmçinin əvvəlcədən ayrı-ayrı hissələrə bölünmüş, satış məqsədilə ayrılmış hazır forma olmuşdur. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) aşağı həddi isə 2 qram göstərilmişdir. Məhkəmə kollegiyası yuxarıda şərh olunanlara əsaslanıb hesab edir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən aşkar edilib götürülən narkotik vasitənin növü (heroin) və ümumi təmiz çəkisi (16,352 qr) həmçinin onun əvvəlcədən hissələrə bölünməsi, külli miqdar narkotik vasitəni satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlaması qənaətinə gəlməsinə kifayət qədər əsas verir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi onun özünün ibtidai isintaq və məhkəmə istintaqı zamanı verdiyi qismən etirafedici ifadəsi, məhkəmə iclasında tədqiq edilmiş istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, baxış keçirilməsi zaman zamanı aparılmış videoçəkilişlə tam sübuta yetirilmişdir. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyini məsələsini həll edərkən cinayət qanununun aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində əsasən isə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsində qeyd olunan törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. İş materiallarına əlavə edilmiş Bərdə rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib, 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş cəzasının sonu ilə xx.xx.2022-ci ildə azad edilmişdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4 və 83.3.2-ci maddələrinin həmin Məcəllənin 8, 9, 61.1.1 və 65.2-ci maddələrin şərh edilməsinə dair” Konstitutsiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsi yalnız azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaların yaratmış olduğu məhkumluğu nəzərdə tutur. Odur ki, Azərbaycan Respublikası CM-nin 83-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs əvvəl məhkum olunması və yaşayış yerindən narkotikə meyilli şəxs kimi göstərilməsi, onun şəxsiyyətini xarakterizə edən hal olaraq qiymətləndirir. Lakin onun hərəkətlərində Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən cinayətlərin residivi yoxdur. Məhkəmə kollegiyası təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağı olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə, Təqsirləndirilən şəxs barəsində olan yüngülləşdirici halı, həmçinin törədilmiş cinayət əməlinin xarakterini və ictimai təhlükəlilik dərəcəsini nəzərə almaqla hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq olar. İbtidai həbs müddəti cəza çəkmə müddətinə daxil edilməklə Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı tutulduğu vaxtdan yəni, 27 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməli, Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə müvafiq olaraq cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-də maddi sübutların saxlanma otağında saxlanılan ümumi təmiz çəkisi 16,352 qram olan heroin “Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” tərəfindən məhv edilməli, baxış və şəxsi axtarış keçirilməsi istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk, telefon məlumatları olan 1 ədəd “CD” diskin isə cinayət işi cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Bundan əlavə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğin miqdarı haqqında» qərarına edilmiş xx.xx.2018-ci il tarixli dəyişikliyə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Müdafiəçi 34 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, Təqsirləndirilən şəxs müdafiəsini məhkəmə istintaqında Gəncə 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirdiyindən 204 manat dövlət hesabından tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilməlidir Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 318.1, 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, ona 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin başlanğıcı 27 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan Bərdə RPŞ-də maddi sübutların saxlanma otağında saxlanılan ümumi təmiz çəkisi 16,352 qram olan narkotik vasitə heroin məhv edilsin. Narkotik vasitənin məhv edilməsi ”Azərbaycan Respublikasının narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu” tərəfindən həyata keçirilsin, 02 ədəd “DVD” disk, 1 ədəd “CD” diskin isə cinayət işi materiallarına əlavə edilməsi nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32.40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs məhkəmədə müdafiəsini Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirtdiyindən 204 (iki yüz dörd) manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətinə (Təqsirləndirilən şəxs isə hökmün surəti ona verildiyi andan) Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar