Məhkəmə qərarları › İş №1(100)-114/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-114/2024

14.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-114/2024 14.06.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X5 ibarət tərkibdə, Məhkəmə iclasının katibi: X13, X9 və Həsənov Hüseyn Faiq oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx.xx.1986-cı ildə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkum olmamış, Gəncə şəhəri, N.Nərimanov küçəsi 1-ci döngə ev 5, mənzil 10-da qeydiyyatda olmaqla yaşamış, “həbs” qətimkan tədbiri seçilməklə, hazırda ƏN PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin Cinayət Məcəlləsinin 234.4.3cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda yəni, ümumi təmiz çəkisi 4,027 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib onu ayrı-ayrılıqda təmiz çəkiləri 2,041 qram və 1,986 qram olmaqla iki hissəyə bölməklə üzərində daşıyaraq saxlamış, 03 fevral 2023-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməinə daxil olmuş məlumat əsasında həmin bölmənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində o, həmin gün saat 17:30 radələrində ünvan 1 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, həmin idarədə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən 2 ədəd sellofan torbacıqda təmiz çəkisi 2,041 qram və 1,986 qram, ümumi təmiz çəkisi 4,027 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Gəncə şəhəri, F,Əmirov küçəsində nömrəsini xatırlamdığı bina evində ev təmiri ilə məşğul olan vaxt polis əməkdaşları təxminən axşam saat 17 radələrində yaxınlaşıb səbəbini demədən polis şöbəsinə getməli olduqlarını demiş, nə sözləri varsa demələrini bildirəndə orda deyəcəklərini demiş və onu iş paltarında polis idarəsinə aparmışlar. İçəridə olan kimi Niyaməddin adlı polis əməkdaşı ona ya içəri türməyə gedəcəyini ya da burda başına oyun açacaqlarını, təcavüz edəcəklərini demiş, edilən psixi təzyiq və hədə qorxu nəticəsində heçnə etməməyi razılaşacağını demişdir. Onu digər otağa salıb cibinə limon duzuna bənzəyən maddə qoymuş, nə olmasını soruşanda metamfetamin olduğunu demişlər. Lakin həmin maddənin adını düz-əməlli deyə bilməmiş, yarım saat sonra gəlib həmin maddəni götürüb cibinə 2 ədəd sellofan bükümdə başqa bir maddə qoymuş, “kakos” olduğunu demişlər. Bundan sonra 1-ci mərtəbəyə düşürüb çəkilişdə həmin narkotik vasiəni tapdığını, istifadəçi olduğunu, yolla gedəndə tapdığını deməyi bildirmiş, aparılan videoçəkilişdə eyni deyilənləri etmişdir. Daha sonra isə onun yaşadığı evdə axtarış keçirilmiş, ona məxsus olan kitablarla yanaşı digər kitablar da polis əməkdaşları tərəfindən evinə qoyularaq götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, bundan əvvəl də 2018-ci ildə iyul ayında sosial şəbəkədə 1907-ci ildə Gəncə qubernatoru xalqa zülm etdiyinə görə öldürülməsi barədə şəkil paylaşıb “bütün zalımların sonu belə olacaq!” məzmunlu status yazdığı üçün həmin vaxt Niyaməddin adlı polis əməkdaşının göstərişi ilə polis şöbəsinə aparılmış, 2 saat saxlanıldıqdan sonra buraxılmış, 2023-cü ildə isə “Aşura” mərasimlərindən 2 gün qabaq “Mahrasa bağı” yaxınlığında işləyərkən yenə polis şöbəsinə çağırılıb ona xəbərdarlıq edilmiş “İmamzadə”yə tək getməməyi, gedərsə ailə üzvləri ilə getməsi bildirilmişdir. xx.xx.2023-cü ildə axşamüstü biryerdə usta işlədiyi iş yoldaşı Şahid4 yanından polis şöbəsinə aparılmış, işçi paltarda olduğu üçün evdən ona arvadı tərəfindən qaynı vasitəsilə göndərilmiş paltarları geyinmişdir. Edilmiş psixoloji təzyiq yəni əgər narkotik vasitəni götürməsə başına oyun açacaqlarını dedikləri üçün polislərin hədə qorxusu ilə guya cibindən çıxan narkotikin ona məxsus olmasını demişdir. Uşaqları və ailəsi himayəsiz qalmışdır. Himayəsindəki 2 uşaqdan biri serebral iflic xəstəsidir, ona bəraət verilməsini istəyir. Məhkəmədən fərqli olaraq ibtidai istintaq zamanı şübhəli şəxs kimi ilkin izahat və ifadələrində eləcə də videoçəkiliş şəxsi axtarış zamanı vaxtı Təqsirləndirilən şəxs göstərmişdir ki,....xx.xx.2023cü il tarixdə səhər saatlarında yaşadığı Gəncə şəhəri, N.Nərimanov küçəsində piyada gedərkən yerdə iki ədəd büküm görmüş, diqqətini cəlb etdiyi üçün yerdən götürüb içərisinə baxdıqda “kakos” kimi tanıdığı narkotik vasitə heroin olduğunu görmüşdür. Ətrafda heç kəsin olmadığını və onu heç kəsin görmədiyinə əmin olub bükümü cibinə qoymuşdur. Saat 17:30 radələrində piyada yaşadığı Gəncə şəhəri, N.Nərimanov küçəsində olan zaman üç nəfər mülki geyimli şəxs ona yaxınlaşıb polis əməkdaşı olduqlarını bildirmiş, narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib polis idarəsinə aparmışlar.... Ona müdаfiəçilərin siyаhısı təqdim edilmiş təqdim оlunmuş vəkillərin siyаhısındаn dövlət hesabına hər hansı bir vəkilin hüquqlarını müdafiə etməsi üçün ərizə ilə müraciət etmişdir Vəkil X7 dəvət оlunаrаq ona təqdim еdilmiş, protokol və digər sənədlər tərtib olunmuşdur. O həmin sənədləri düzgün tərtib edildiyinə görə imzalamışdır. Müdafiəçinin iştirakı ilə onun üzərinə şəxsi axtarış və götürmə aparmışlar. Şəxsi axtarış zamanı onun əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən yuxarda qeyd etdiyi şəraitdə əldə etdiyi içərisində narkotik vasitə heroin olan iki ədəd büküm aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə zərfin içərisinə qoyulduqdan sonra ağızı bağlanmış, möhürlənərək götürülmüşdür. Bununla da üzərinə şəxsi axtarış və götürmə başa çatdırılmışdır. Həmin narkotik vasitəni özü istifadə etmək məqsədilə əldə etmiş, hissəlrə bölünmüş şəkildə olmuşdur Narkotik vasitə heroindan heç kəsə satmamış, özü istifadə etmək üçün saxlamışdır. Onun narkotik vasitə heroin əldə etməsindən, daşımağından, saxlamağından və istifadə etməyindən heç kəsin xəbəri olmamışdır. Onu heç kəs narkotik vasitəni istehlak etməyə təhrik etməmişdir. Onun özünün narkotikə marağı yarandığı üçün istifadə etmişdir. Həmçinin qeyd etmişdir ki, o da, heç kəsi narkotik vasitəni istifadə etməyə təhrik etməmişdir. İstintaqın sonrakı dövründə xx.xx.2023-cü ildə müqavilə əsasında hüquqlarını müdafiə edən müdafiəçi işə qoşulduqdan sonra Təqsirləndirilən şəxs əvvəl verdiyi ifadələrini inkar etmiş və məhkəmə baxışnda gösətrdikləri ilə eyniməzmunlu ifadə verərrək, narkotik vasitələrə aidiyyəti olmadığını qanunsuz şəkildə polis tərəfindən üzərinə qoyuduğunu bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, o Gəncə şəhər BPİ-nin X3 əməliyyat müvəkkili vəzifəsində işləyir. xx.xx.2023-cü il tarixdə ünvan 4-da qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs satış məqsədilə qanunsuz olaraq narkotik vasitə əldə edib üzərində daşıyaraq saxlaması və satması barədə idarəyə əməliyyat məlumat daxil olmuşdur. Qərar qəbul edilmiş və Gəncə şəhər BPİ-nin X4 əməliyyat müvəkkili, polis leytenantı Şahid2 və həmin bölmənin kiçik inspektoru, polis serjantı Şahid3 ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı ünvanın yaxınlığında saxlanılıb Gəncə şəhər BPİ-nə aparılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulmuş, hüquqlarını izah edilmiş vəkillə təmin еdilmiş, üzərində videoçəkilişlə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd polietilen bükümü könüllü olaraq təqdim etmiş, səhər yaşadığı binanın yaxınlığından tapdığını, şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini, narkotik vasitədən istifadə etmədiyini bundan heçkəsin xəbərinin olmadığını bildirmişdir. Bundan başqa üzərindən qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Aşkar edilmiş bükümlər və 1 ədəd “Samsung” markalı mobil telefon qablaşdırılıb götürülmüş, şifahi sorğu sual zamçanı Təqsirləndirilən şəxs cavab olaraq narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da eyniməzmunlu ifadə verərək, Təqsirləndirilən şəxs tək saxlayıb polis şöbəsinə gətirdiklərini, hansısa müqavimət göstərmədiyini, polis şöbəsində aparılmış videoçəkiliş zamanı da narkotik vasitə olan bükülüləri könüllü təqdim edərək özünə məxsus olduğunu bildirdiyini demişdir. Məhkəmədə müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Gəncə şəhərində Posyolka adlanan ərazidə müştərinin evini təmir edərkən mülki geyimli 2 nəfər şəxs evin qapısını döyərək Rəhmanı soruşmuş, kimliyini müəyyən edib Rəhmanı binanın həyətinə dəvət etmişlər. Kim olduqlarını soruşanda həmin şəxslər polis əməkdaşı olduqlarını demiş, Rəhman onalrla getdikdən qısa müddət sonra qayıdıb otaqda qalan telefonu götürmüşdür. Rəhman getdikdən sonra onun qaynına zəng edib polis əməkdaşlarının Rəhmanı apardıqlarını demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid4 göstərdi ki, evlərin təmiri malyarlıq işi ilə məşğul olur. Rəhman aparılarkən qarışdırılmış palçığı divara vurmağa hazırlaşmış, əynində göy rəngli cins şalvar və qara-qırmızı zolaqlı idman gödəkçəsi olmuşdur. Rəhman aparıldıqdan sonra o Rəhmanın qaynına məlumat vermiş, bir müddət təxminən bir neçə saat sonra Rəhman ona zəng edib evdən paltar gətirilməsini xahiş etmiş, bu barədə Rəhmanın qaynı Aydına zəng edib demişdir. Axşam yenidən zəng etdikdə isə Aydın Rəhmanın tutulduğunu bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə barədə” protokol və ona əlavəedilmiş “DVD” diskdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan açıq göy rəngli cins şalvarın sol yan cibindən iki ədəd şəffaf sellefan torbada narkotik vasitə heroinə bənzər kütlələr götürülmüş, şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs həmin bükümlərdə narkotik vasitə olduğunu, səhər işə gedərkən binanın arxasından tapdığını şəxsi istifadəsi üçün üzərində gəzdirdiyini demişdir. Rəhman Cabbara aid 1 ədəd “Samsung” markalı mobil telefon və üzərindən aşkar edilmiş 2 ədəd şəffaf rəngli polietilen torba elektron tərəzidə çəkilib qablaşdırılmış, axtarışda iştirak edən müdafiəçi üzərindən aşkar edilmiş kütlənin ona məxsus olub-olmamasını, ona psixi təsirin olub-olmamasını soruşduqda Təqsirləndirilən şəxs cavab olaraq narkotik vasitənin özünə məxsus olmasını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 04 fevral 2023-cü il tarixli 16/188 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə.” sözlər və imzalar olan kağız paketdəki 2 (iki) ədəd şəffaf sellofon kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 2,041 qram, 1986 qram, ümumi təmiz çəkisi 4,027 qram maddələr kustar üsulla hazırlanmış narkotik vasitəheroindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “axtarış və götürmə aparılması haqqında” protokol və əlavəsi olan fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evində aparılmış axtarış zamanı ünvandan 1 ədəd möhür, 1 ədəd dini təsbeh, 1 ədəd parça, 1 ədəd “Dini Mərasimlər, Ənənəvilik və Müasirlik” adlı üzərində göy və ağ rənglər olan kitab, 1 ədəd “ Din və Siyasət” adlı ağ rəngli kitab, 1 ədəd “Milli Şüur və Qloballaşma” adlı kitab, 1 ədəd “ X21 və böyük şəxsiyyətlərin imam Rzanın müqəddəs hərəmini ziyarət tərzi” adlı yaşıl rəngli kitab, 1 ədəd “ X25” adlı qara rəngli kitab, 1 ədəd “X6” adlı kitab, 1 ədəd “ Azərbaycanda Dini Məsələ” adlı kitab, evin yataq otağından isə 1 ədəd “ İslam və Qərb Mədəniyyəti” adlı kitab aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən məhkəmə tibbi ekspertizasının 167 №li, xx.xx.2023-cü il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-narkoloji ekspertizanın 13 aprel 2023-cü il tarixli 637 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş üzrə təyin edilmiş məhkəmə linqvistik-islamşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli 4/863 nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 8 ədəd kitabda linqvistik və dinşünaslıq təhlil baxımından Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə zidd olan məlumatlar, həmçinin Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə və ya ərazi bütövlüyünün parçalanmasına yönələn açıq çağırışlar müəyyən edilməmişdir. Ekspertizaya təqdim edilmiş materiallar dini təyinatlıdır. Aşağıda adları qeyd olunmuş dini ədəbiyyat nümunələrinin istehsal və idxal edilməsinə, ixtisaslaşdırılmış satış məntəqələri vasitəsilə satışının həyata keçirilməsinə X26 üzrə Dövlət Komitəsi tərəfindən müvafiq razılıq verilmişdir: Mübariz Qurbanlı. “Din və siyasət” Gündüz İsmayılov. “Azərbaycanda dini məsələ”Elnarə Kərimova. “Dini mərasimlər ənənəvilik və müasirlik”Güney Namazova.” Milli şüur və qloballlaşma”X8. “X25”Mürtəza Mütəhhəri. “X6”Müslim Gerivani. ” Ziyarət ədəbi”X22 Lari. “İslam və Qərb mədəniyyəti”. Təqsirləndirilən şəxs məxsus dini təyinatlı məlumat materiallarında dini nifrət və düşmənçiliyinin salınmasına yönələn hərəkətlərə yol verilməmişdir. Təqdim edilmiş dini ədəbiyyat nümunələri ölkə nəşriyyatlarında çap olunmuşdur. Təqdim edilmiş dini ədəbiyyat nümunələri dini ekstremist material hesab olunmur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığına Gəncə ŞBPİ-nin xx.xx.2023-cü il tarixli, №3-13/57/2-12700/2023 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Narkotik vasitə olan heroinləri Təqsirləndirilən şəxs satış məqsədilə əldə edib saxlamış, lakin narkotik vasitələri satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Cinayət işində olan və məhkəmədə araşdırılan məhkəmə tibbi ekspertizanın xx.xx.2023-cü il tarixli, 167 №li rəyindən görünür ki, məhkəmə-tibbi müayinə zamanı Təqsirləndirilən şəxs bədən səthində hər hansı xəsarət yaxud xəsarət izi aşakr edilməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Gəncə ŞPBİ istintaq və təhqiqat idarəsi tərəfindən şəhər prokurorluğuna göndərilmiş məlumat üzrə aparılmış araşdırma zamanı Təqsirləndirilən şəxs Gəncə şəhər polis əməkdaşları tərəfindən hədədlənərək üzərinə narkotik vasitə qoyulması, iş üzrə sübutların saxtalaşdırılması faktı təsdiqini tapmadığından Gəncə şəhər prokurorluğundan toplanmış 249c-23 saylı material üzrə cinayət işinin başlanması polis əməkdaşlarının hərəkətlərində cinayət tərkibi olmadığından rədd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli 2888 saylı və Gəncə şəhər rayonlararası narkoloji dispanserdən verilmiş xx.xx.2023-cü il tarixli 2442 №li arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə Şəhər MKTB 7 №li Xidmət Sahəsindən verilmiş xx.xx.2023-cü il tarixli 34№li arayış və xasiyyətnamədən görünür ki, X2 şəhəri, N.Nərimanov küçəsi 1-ci döngə, bina 5 mənzil 10-da ailə üzvləri ilə birgə yaşayır və müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş AZE 12362417 saylı və AA ******* №li şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2013-cü il təvəllüdlü Əliəsğər Cabbarov və xx.xx.2020-ci il təvəllüdlü Zeynəb Cabbarova adlı azyaşlı uşaqları var. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən K.Y.Fərəcova adına X15 X20 xəstəxanasından verilmiş epikriz və iş materiallarına əlavə edilmiş digər çoxsaylı tibbi sənədlərin surətindən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X10 “uşaq serebral iflic xəstəliyi”ndən əziyyət çəkir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ümumi təmiz çəkisi 4,027 qram olan heroin maddi sübut kimi tanınaraq Gəncə şəhər Polis İdarəsində məsul saxlanca verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Gəncə şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-63/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “telefona baxış keçirilməsi haqqında” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, şəxsi axtarış zamanı təqsirləndirilən şəxsin üzərindən götürülmüş telefona baxış keçirilməsi zamanı iş üzrə əhəmiyyət kəsb edən məlumat aşkar edilməmişdir. İş materiallarında olan DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun əməli ittiham olunduğu CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş üzrə ibtidai araşdırmanın aparıldığı ilkin dövrdə, yəni xx.xx.2023-cü ildə videoçəkilişlə keçirilmiş şəxsi axtarış, eləcə də müdafiəçinin iştirakı ilə şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ilkin ifadələrində və izahatında Təqsirləndirilən şəxs üzərindən aşkar edilən heroini yerdən tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını göstərmişdir. İş üzrə dindirilmiş şahidlər Gəncə ŞBPİ-nin əməliyyat müvəkkilləri həm ibtidai istintaq, həm də məhkəmə baxışında verdiyi ifadələrində göstərmişlər ki, əməliyyat məlumatı satışla bağlı olsa da həm saxlanılana qədər, həm də işin sonrakı istintaqı zamanı keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslər və əldə etdiyi mənbə müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə ŞBPİ tərəfindən verilmiş əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, narkotik vasitə satdığı şəxslərin dairəsini, həmçinin heroini hansı mənbədən əldə etməsinin müəyyən edilə bilinmədiyi göstərilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının araşdırma zamanı gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin 2 bükümdə və külli miqdarında olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq narkotik vasitəni əldə edib saxlaması və daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, şərti alıcı ilə aralarında razılıq olmasına dair telefon danışığı və mesajlar olmasına, psixotrop maddənin hazırlanması üçün avadanlığı əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq psixotrop maddəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin və psixotrop maddənin çəkilib xırda bağlamalara bükülməsi və bu kimi sair hərəkətlər) hallara dair sübut əldə edə, beləliklə də satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Ümumiyyətlə ibtidai araşdırma orqanı tərəfindən həmin bükümlərdən birində olan narkotik vasitənin külli miqdarda olmamasına ümumiyyətlə diqqət yetirilməmişdir. Bu isə Təqsirləndirilən şəxs narkotik vasitə olan heroini satış məqsədilə ilə deyil digər (istehlak və sair) məqsədilə qanunsuz əldə edib saxlamasını və daşımasını təsdiq edən hallardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübut və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Cinayət işi materiallarından görünür ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə tövsif edərkən ancaq aşkar olunan narkotik vasitənin şəxsi istehlak miqdarından artıq olması və hər hansı digər hallarla təsdiq olunmayan şəxs barəsində olan əməliyyat məlumatları əsas götürülmüşdür. Məhkəmə qeyd edir ki cinayət işinin materiallarında daxil olmuş əməliyyat məlumatının mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və nəyə əsaslanaraq sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyil. Məhkəmə tərkibi hesab edir ki, yalnız həmin qeyri-müəyyən əməliyyat məlumatına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda yalnız cinayət işinə əlavə edilən məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin dövriyyəsi ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə, istintaq nəticəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs aşkar edilmiş heroinin şəxsi istehlak miqdarından artıq olması əsas götürülüb külli miqdar narkotik vasitələrin satışı məqsədilə əldə edib saxlaması və daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin......hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması..... - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxs vasitəsilə və digər yolla yerinin dəyişdirilməsinə yönəlmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı dövründə və məhkəmə baxışında göstərdiyi xx.xx.2023-cü ildə Gəncə ŞBPİ-nə aparılması, polis idarəsinə gətirildikdə sonra psixoloji təzyiqə məruz qalması, Niyaməddin adlı polis əməkdaşının onu təhdid edərək ya türməyə getməsi, ya da cinsi zorakılığa məruz qalacağı ilə hədələnməsinə görə narkotik vasitəni götürməsini, üzərinə əvvəlcə limon duzuna bənzər psixotrop maddə qoyulması, lakin adını düzgün deyə bilmədiyi üçün dəyişdirilib qəhvəyi rəngli maddə qoyaraq “kakos” heroin olduğunu və yerdən tapmasını deməsinə münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadələrindən başqa digər sübutlarla təsdiqini tapmadığı və məhkəmə baxışı zamanı digər sübutlarla təsdiq edilmədiyindən Təqsirləndirilən şəxs ifadələri həmin hissədə özünümüdafiə xarakteri daşıdığı, işin faktiki halları ilə təkzib edildiyi üçün məhkəmə həmin ifadələri sübut kimi qəbul etmir. Belə ki, iş materiallarında olan məhkəmə baxışı zamanı da tədqiq edilmiş videoçəkilişdən görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs bədən səthi üzərində hər hansı xəsarət, yaxud xəsarət izləri olmamış, keçirilmiş istintaq hərəkəti zamanı müdafiəçinin iştirakı ilə şifahi sorğu-sual edilərkən, şübhəli şəxs kimi ilkin izahat və ifadəsində təqsirləndirilən şəxs qismində ifadələrində aşkar edilmiş narkotik vasitənin ona məxsus olduğunu və istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, eləcə də hədə-qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin videoçəkiliş vasitəsilə həyata keçirilən istənilən əməliyyat-axtarış və istintaq hərəkəti zamanı özünü müdafiə etmək və iddia etdiyi qanunsuzluqlara məruz qalmasını bildirmək imkanları daha əlçatan və kənar müşahidəçinin nəzərində obyektiv və inandırıcı olur. Belə ki, bir tərəfdən videoçəkilişlərin fasiləsizliyi və obyektivliyi, digər tərəfdən isə vəkilin (müdafiəçisinin) həmin proseslərdə iştirakı, şübhəli yaxud təqsirləndirilən şəxsə edilmiş, qəbul edilən və ediləcək qərarlara, aparılan hərəkət(lər)ə öz etirazını bildirməyə və həmin halların çəkiliş zamanı (edilməsinə) qeydiyyata alınmasını tələb etməyə kifayət qədər imkan yaradır. Təqsirləndirilən şəxs və müdafiəçisinin Təqsirləndirilən şəxs təqsirsizliyinə dəlil olaraq göstərdiyi digər əsas - Təqsirləndirilən şəxs işlədiyi yerdən aparılması, sonradan ona evdən geyim əşyaları göndərilməsi və narkotikin də həmin geyimlərdən çıxmasına münasibətdə qeyd edir ki, məhkəmədə müdafiə tərəfinin verdiyi Təqsirləndirilən şəxs və ailə üzvləri arvadı və qaynının istifadəsində olan mobil nömrələrlə aparılmış danışıqlara dair məlumatlar müvafiq mobil operatorlardan götürülmüşdür. Həmin məlumatların xx.xx.2024-cü ildə məhkəmə baxışı zamanı tədqiq zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Gəncə ŞBPİ-də aparıldıqdan sonra onun istifadəsində olan mobil nömrə ailə üzvləri ilə əlaqə saxlamışdır. Lakin bu heç də o demək deyil ki, müdafiə tərəfinin dəlil olaraq göstərdiyi narkotik vasitənin iş geyimində olmaması və sonradan evdən gətirilmiş geyimləri geyindikdən sonra üzərinə qoyulması barədə qəti qənaətə gəlməyə ikan vermir. Belə ki, aşkar edilmiş narkotik vasitənin xırda büküm və külli miqdar həddi keçən miqdarda olması həmin narkotk vasitənin nəinki geyimin ciblərində ən adi məişət və şəxsi istifdə əşyalarında saxlanılmasını (gizlədilməsini) inkar etmir. Məhkəmənin qənaətinə görə subyektiv faktordan (şəxsin fərdi psixi-emosional halı, xarakterindən kifayət qədər həyat təcrübəsi və peşəsindən) asılı olaraq, əgər şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə “professional” deyilsə, narkotik vasitə və digər qanunsuz əşyaları üzərində gəzdirirsə, həmin əşyanın aşkar ediləcəyi ehtimalına görə daimi üzərində saxlayıb gizlətməyə çalışır. Təqsirləndirilən şəxs və müdafiəçisinin Təqsirləndirilən şəxs təqsirsizliyinə sübut olaraq göstərdiyi digər əsas - təqsirləndirilən şəxsin yaşadığı küçədən deyil, İşlədiyi Gəncə şəhəri Posyolka adlanan ərazidəki mənzildən aparılmasına münasibətdə məhkəmə qeyd edir ki, müdafiə tərəfinin (təqsirləndirilən şəxsin) vəsatəti əsasında dindirilmiş əlavə şahid də təqsirləndirilən şəxsin onun yanından biryerdə işlədiyi mənzildən aparıldığını bildirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli raportdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Gəncə şəhəri, N.Nərimanov küçəsi döngə1 ev 5 mənzil 10 yaxınlığıda saxlanılıb Gəncə ŞPBİ-nə gətirilməsi qeyd edilmişdir. Həmin hal şəxsin təqsirliliyi ilə bağlı məsələyə hər hansı təsir etməsə də əlavə şahid qismində dindirilmiş şəxsin göstərdiyi əsaslar daha inandırıcı və kənar müşahidəçinin nəzərində obyektiv olduğundan məhkəmə Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə yaşadığı evin yaxınlığındakı küçədən deyil Gəncə şəhəri Fikrət Əmirov küçəsində yerləşən usta kimi işlədiyi mənzildən saxlanılıb aparılması qənaətinə gəlməsinə səbəb olmuşdur. Məhkəmə, əməliyyat-axtarış müvəkkilləri tərəfindən tərtib edilmiş protokolda təqsirləndirilən şəxsin yaşadığı ünvanın yaxınlığından aparılması, həmçinin prosessual sənədlərin tərtibi zamanı yol verilmiş digər nöqsanlarla bağlı Azərbaycan Respubikası CPM-nin 207.6-cı maddəsinin tələblərinə əsasən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora göndəriləcəyini nəzərə alır. Lakin məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxsin hazırki baxılan iş üzrə yaşadığı küçədən, işlədiyi evdən polis əməkdaşları tərəfindən saxlanılıb aparılması şəxsin üzərindən narkotik vasitənin aşkar edilməsini şübhə altına alan əsas deyil və həmin hal şəxsin cinayət hadisəsi ilə əlaqəsini inkar edən mötəbər sübut kimi deyil, yalnız işin ibtidai araşdırması yol verilmiş prosessual pozuntuları təsdiq edən sübut kimi qiymətləndirilə bilər. Məhkəmə təqsirləndirilən şəxs Rəhman Cababrovun ona edilmiş psixoloji təzyiq nəticəsində etmədiyi əməli etiraf etməsinə münasibətdə qeyd edir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırmanın ilkin dövründə yəni barəsində qətimkan tədbirinin seçilərkən məhkəmədə verilmiş vəsatət və təqdimata baxılarkən, eləcə də narkoloji-tibbi müayinədən keçirlərkən cinayət hadisəsini və narkotik vasitə qəbul etdiyi etiraf etmişdir ki, bu da şəxsin müdafiə dəlillərini inkar edir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi təqsirsizliklə bağlı halların ona elan edilmiş satış məqsədilə narkotik vasitənin dövriyyəsi ilə məşğul olması barədə ittihamla razı olmaması mülahizəsi daha ağlabatan və inandırıcıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmədə göstərdiyi hallarla bağlı hazırki iş üzrə onun elan edilmiş satış məqsədilə narkotik vasitənin dövriyyəsi ilə məşğul olması barədə ittihamla razı olmamasına reaksiyası kimi qiymətləndirilməsi daha inandırıcıdır. Belə ki, iş üzrə təyin edilmiş məhkəmə narkoloji ekspertizasının rəyinə əsasən isə X12 narkotik vasitələrdən olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əziyyət çəkir. Müayinə zamanı sidiyində opioidlər aşkar edilmişdir. Odur ki, məhkəmə həmin narkoloji rəyi təqsirləndilən şəxsin narkotik vasitə istifadə etməməsinə bildirməsinə münasibətdə daha obyektiv və qərəzsiz sübut kimi qiymətləndirir. Həmçinin məhkəmə Təqsirləndirilən şəxs göstərdiyi dini fəaliyyətlə məşğul olmasına sosial şəbəkədə baş vermiş qanunsuzluqlara münasibətinə agressiv tərzdə biuldirməsinə görə əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, təqsirləndirilən şəxsə qanunsuz dini fəaliyyətlə məşğul olma, dövlətin konstitutsiya quruluşu əleyhinə fəaliyyətlə məşğul olması barədə hansısa ittiham verilməmiş, ittiham tərəfindən bununla bağlı ibitdai araşdırma və məhkəmədə iddia edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə xx.xx.2023-cü ildə keçirilmiş axtarış isə məhkəmə qərarına əsasən, müdafiəçisinin və ailə üzvlərinin iştirakı ilə narkotik vasitə və psixotrop maddələrin olub-olmaması məqsədilə aparılmış, axtarış zamanı aşkar edilən dini məzmunlu ədəbiyyat və dini təyinatlı əşyalar götürülərək müvafiq ekspertizadan keçirilmiş və hər hansı qanunsuzluq aşkar edilməmişdir. Evdə keçirilmiş axtarışın və təqsirləndirilən şəxsin dini fəaliyyətlə məşğul olması və əqidəsinə görə məsuliyyətə cəlb olunmasını təsdiq edən hər hansı sübut isə müdafiə tərəfindən məhkəməyə təqdim edilməmiş və bununla bağlı heç bir vəsatət verilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq külli miqdarda narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib, üzərində saxlamaqla daşımış, daxil olmuş əməliyyat məlumatı əsasında xx.xx.2023-cü ildə, saat 17:30 radələrində Gəncə ŞBPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, F.Əmirov küçəsində işlədiyi çoxmənzilli yaşayış binasındakı mənzildə saxlanılaraq Gəncə ŞBPİ-yə gətirilmiş və üzərində keçirilmiş şəxsi axtarış zamanı əynindəki olan açıq göy rəngli şalvarın sol yan cibindən 2 ədəd sellofan bükülüdə, təmiz çəkiləri 2,041 qram və 1,986 qram olmaqla ümumi təmiz çəkisi 4,027 qram - külli miqdar narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxsin həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməllərində cinayət tərkibi vardır. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsində əsasən himayəsində azyaşlı uşaqlarının olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını himayəsindəki azyaşlı uşaqlardan birinin serebral iflic xəstəliyindən əziyyət çəkməsini və əvvəllər məhkumlu olmamasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən hallardır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama.... daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərkibi qeyd edir ki, təqsirləndirilən şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin miqdarı, əməlin xarakteri və ictimai təhlükəliliyi, eləcə də cəzasını yüngəlləşdirən hallar - himayəsində azyaşlı övladlarının olması və yaşayış yeri üzrə müsbət xarakterizə edilməsi təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş ən aşağı həddə cəza təyin edilməsini mümkün edir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə növündə cəza təyin edilsə də ailə vəziyyəti (himayəsində serebral iflic xəstəliyindən əziyyət çəkən və daimi qayğıya ehtiyacı olan azyaşlı övladının olması) cəza çəkəcəyi dövrdə davranışı nəzərə alınmaqla onun barəsində amnistiya tətbiq edilməsi, əfv edilməsini, eləcə də qısa müddətdə islah olunub narkomaniyadan müalicə olacağı təqdirdə cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən...ilk dəfə törədilmiş ağır cinayətə görə cəzanın ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmaqla cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkməlidir. İş üzrə maddi sübut olan və Gəncə ŞBPİ-də məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 3,927 qram narkotik vasitə olan heroin məhv edilməli, şəxsi axtarış, istintaq hərəkətin qeydə alındığı 1 ədəd DVD disk, eləcə də mobil telefon danışıqlarına dair məlumatları özündə əks etdirən olan 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. xx.xx.2023-cü il tarixli axtarış keçirilməsi haqqında protokola əsasən Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş və ekspertizadan keçirildikdən sonra Gəncə ŞBPİ-yə qaytarılmış, lakin işin istintaqının sonrakı dövründə taleyinə aydınlıq gətirilməmiş 1 ədəd möhür, 1 ədəd dini təsbeh, 1 ədəd parça, 1 ədəd “Dini Mərasimlər, Ənənəvilik və Müasirlik” adlı üzərində göy və ağ rənglər olan kitab, 1 ədəd “ Din və Siyasət” adlı ağ rəngli kitab, 1 ədəd “Milli Şüur və Qloballaşma” adlı kitab, 1 ədəd “ X21 və böyük şəxsiyyətlərin imam Rzanın müqəddəs hərəmini ziyarət tərzi” adlı yaşıl rəngli kitab, 1 ədəd “ X25” adlı qara rəngli kitab, 1 ədəd “X6” adlı kitab, 1 ədəd “ Azərbaycanda Dini Məsələ” adlı kitab, 1 ədəd “ İslam və Qərb Mədəniyyəti” adlı kitab hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 182,40 (bir yüz səksən iki manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxsi qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi narkoloji müalicə tibbi xarakterli məcburi tədbir təyin edilsin və ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. Məhkəmə məsrəfi olan 182,40 (bir yüz səksən iki manat, qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 3,927 qram heroin məhv edilsin, təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış keçirilməsi zamanı qeydə alınmış videogörüntülər olan 1 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən 1 ədəd CD disk cinayət işi materiallarında saxlanılsın. Hökm qanunu qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs yaşadığı ünvandan götürülmüş 1 ədəd möhür, 1 ədəd dini təsbeh, 1 ədəd parça, 1 ədəd “Dini Mərasimlər, Ənənəvilik və Müasirlik” adlı üzərində göy və ağ rənglər olan kitab, 1 ədəd “ Din və Siyasət” adlı ağ rəngli kitab, 1 ədəd “Milli Şüur və Qloballaşma” adlı kitab, 1 ədəd “ X21 və böyük şəxsiyyətlərin imam Rzanın müqəddəs hərəmini ziyarət tərzi” adlı yaşıl rəngli kitab, 1 ədəd “ X25” adlı qara rəngli kitab, 1 ədəd “X6” adlı kitab, 1 ədəd “ Azərbaycanda Dini Məsələ” adlı kitab, 1 ədəd “ İslam və Qərb Mədəniyyəti” adlı kitab Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri olan 182,40 (bir yüz səksən iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar