Məhkəmə qərarları › İş №1(100)-115/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-115/2023

04.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-115/2023 04.11.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1994-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2ayış evində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,318.1-ci maddələri ilə, xx.xx.1992-ci ildə Özbəkistan Respublikası, Səmərqənd şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, ünvan 4ndə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirləndirilmələrinə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə cəhd göstərmiş və qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, İran İslam Respublikasına getmək məqsədi ilə 29 oktyabr 2021-ci il tarixdə saat 11 radələrində Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini qəsdən qanunsuz olaraq dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda, yəni Dövlət Sərhəd Xidmətinin N nömrəli hərbi hissəsinin Füzuli rayonunda yerləşən 15-ci zastavasının xidməti sahəsindən Azərbaycan Respublikasından İran İslam Respublikasına keçmək istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılmış, bununla da öz iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməyərək cinayət etməyə cəhd etmişdir. Bundan başqa, o, tanışı Təqsirləndirilən şəxs1 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 142,932 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda, yəni təmiz çəkisi 44,467 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 131,46 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq üzərində və Təqsirləndirilən şəxs1 yaşadığı Gülüstan qəsəbəsi, ev 29, mənzil 4 ünvanında saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 01:30 radələrində Gəncə şəhər BPİ-nin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Qələbə” parkında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan saxlanılaraq, ünvan 6 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 (iki) ədəd polietilen bükümlərdə külli miqdarda ayrı-ayrılıqda təmiz çəkiləri 9,540 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda, təmiz çəkisi 9,337 qram çəkidə kustar üsulla hazırlanmış psixiotrop maddə metamfetamin, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda külli miqdarda təmiz çəkiləri 23,024 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və külli miqdarda, təmiz çəkisi 6,165 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində olan qara rəngli asma çantanın içərisindən 2 (iki) ədəd polietilen bükümdə olan ayrı-ayrılqda şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkiləri 82,5 qram və 14,31 qram çəkidə bitki mənşəli tərkibində narkotik vasitələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüş, Gəncə şəhər Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 30 yanvar 2022-ci il tarixdə saat 15:40da Gülüstan qəsəbəsi, ev 29, mənzil 4 ünvanında yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilən vaxt evin dəhlizinin sağ tərəfində olan dolabda saxladığı bir ədəd «Tplink» yazılmış kağız qutudan bir ədəd elektron tərəzi, bir bükümdə külli miqdarda təmiz çəkisi 110,368 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir bükümdə külli miqdarda təmiz çəkisi 28,965 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 34,65 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, tanışı Təqsirləndirilən şəxs2 və şəxsiyyəti istintaqa məlum olmayan digər şəxslər ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək istintaqa dəqiq məlum olmayan vaxtda və mənbədən satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda, yəni təmiz çəkisi 142,932 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini, külli miqdarda, yəni təmiz çəkisi 44,467 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, şəxsi istehlak miqdarından artıq, yəni təmiz çəkisi 131,46 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib daşıyaraq Təqsirləndirilən şəxs2 üzərində və özünün yaşadığı Gülüstan qəsəbəsi, ev 29, mənzil 4 ünvanında saxlamış, xx.xx.2022-ci il tarixdə, saat 01:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşları tərəfindən Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Qələbə” parkında narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduğundan Təqsirləndirilən şəxs2 saxlanılaraq, ünvan 8 ünvanında yerləşən Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına gətirilərək üzərində şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 2 (iki) ədəd polietilen bükümlərdə külli miqdarda ayrıayrılıqda təmiz çəkiləri 9,540 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və külli miqdarda təmiz çəkisi 9,337 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 2 (iki) ədəd polietilen bükümlərdə ayrı-ayrılıqda külli miqdarda təmiz çəkiləri 23,024 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və külli miqdarda təmiz çəkisi 6,165 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin, üzərində olan qara rəngli asma çantanın içərisindən 2 (iki) ədəd polietilen bükümdə olan şəxsi istehlak miqdarından artıq miqdarda ayrı-ayrılqda təmiz çəkiləri 82,5 qram və 14,31 qram çəkidə bitki mənşəli tərkibində narkotik vasitələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan marixuana aşkar edilərək götürülmüş, Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 30 yanvar 2022-ci il tarixdə saat 15:40-da Gülüstan qəsəbəsi, ev 29, mənzil 4 ünvanında yerləşən Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilən vaxt evin dəhlizinin sağ tərəfində olan dolabda saxladığı bir ədəd «Tp-link» yazılmış kağız qutudan bir ədəd elektron tərəzi, bir bükümdə külli miqdarda təmiz çəkisi 110,368 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, bir bükümdə külli miqdarda təmiz çəkisi 28,965 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin və bir bükümdə şəxsi istehlak miqdarından artıq miqdarda 34,65 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,318.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə irəli sürülmüş ittiham üzrə məhkəmə baxışına təqdim edilmiş sübutlar məhkəmə iclasında hərtərəfli, tam və obyektiv araşdırılmış, onların Cinayət Məcəlləsinin qeyd edilən müvafiq maddələri ilə nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirliliyi sübuta yetirilmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həm 234.4.1, 234.4.3-cü maddələri ilə, həm də 29,318.1-ci maddəsi ilə qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, əvvəllər narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Sosial şəbəkədə İran vətəndaşı Əkbər adlı şəxslə tanış olmuşdur. Əkbər adlı şəxslə əlaqə saxlayaraq, mütəmadi olaraq narkotik vasitə sifariş vermişdir. Əkbər ona bank kartının şəklini göndərmiş, o da Əkbərin ona şəklini göndərdiyi kart hesabına hər hansısa bir ödəmə terminalı vasitəsi ilə pul köçürmüşdür. Bundan sonra Əkbər ona narkotik vasitənin harada olması barədə məlumat vermiş, o da həmin yerə gedərək narkotik vasitəni götürmüşdür. Daha sonra isə telefondan Əkbərlə olan danışıqlarını silmişdir. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Qələbə” parkında olarkən tanımadığı polis formasında olan iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər və ona polis idarəsinə getməyi təklif etmişlər. Onu Gəncə şəhər Baş Polis İdarəsinin inzibati binasına aparmışlar. Gəncə şəhər Baş Polis İdarəsində müdafiəçi ilə təmin edildikdən sonra, üzərində şəxsi axtarış keçirilərkən çiynindən asdığı çantanın içərisindəki marixuananı, gödəkçəsinin sağ cibindəki iki ədəd bükümdə olan heroini və metamfetamini, həmçinin gödəkçəsinin sol cibindəki iki ədəd bükümdə olan metamfetamini və heroini təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitələr və psixatrop maddələr tərəzi ilə çəkilmiş, zərfdə qablaşdırılaraq möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuşdur. O, həmin narkotik vasitələri və psixotrop maddələri tutulmamışdan bir neçə gün əvvəl Bakı şəhərində İran vətəndaşı Əkbər adlı şəxsdən almışdır. Əkbər adlı şəxs ona narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərindən Gəncə şəhərinə aparmağı xahiş etmişdir. Əkbər Whatsapp sosial şəbəkəsi vasitəsi ilə onunla əlaqə saxlayaraq Bakı şəhərində bildirdiyi yerə həmin narkotik vasitələri və psixotrop maddələri tulladığını bildirmişdir. O, Əkbərin dediyi yerdən narkotik vasitələri və psixotrop maddələri götürmüşdür. Bundan sonra Əkbərin dediyi yerdən götürdüyü narkotik vasitələri və psixotrop maddələri Gəncə şəhərinə gətirmiş, Gəncə şəhərində həmin narkotik vasitələri və psixotrop maddələri müxtəlif yerlərə atmışdır. Əkbərin onun vasitəsi ilə Gəncə şəhərinə göndərdiyi narkotik vasitələri və psixotrop maddələri dediyi yerlərə atmağı müqabilində Əkbər ona 700 manat pul verməli idi. O, müxtəlif yerlərə atdığı narkotik vasitələri kimin götürəcəyindən məlumatı olmamışdır. Həmin narkotik vasitələri məhz Gəncədə müxtəli yerlərə atmasının səbəbi isə İran vətəndaşı Əkbərin müştərilərinin Gəncədə olması ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs2 ifadəsində həmçinin göstərmişdir ki, onun yaşadığı evi uzaqda olduğuna görə, Təqsirləndirilən şəxs1 isə evi yola yaxın olduğuna görə, narkotik vasitələrin və psixotrop maddələrin müəyyən hissəsini Təqsirləndirilən şəxs1 evinə aparıb həmin evə qoymuşdur. Təqsirləndirilən şəxs1 isə narkotik vasitələri yerləşdirdiyi qutuda modem olduğunu demişdir. O, fikirləşmişdir ki, üzərində olan narkotik vasitələri aparıb Əkbərə dediyi yerlərə atar, sonra isə gəlib Orxanın evinə modem qutusunun içində qoyduğu narkotik vasitələri götürər. Onun həmin narkotik vasitə ilə bağlı Təqsirləndirilən şəxs1la danışığı olmamışdır. Təqsirləndirilən şəxs2 ifadəsində daha sonra göstərmişdir ki, 28 oktyabr 2021-ci il tarixdə tanışı Aytən Abbasova və sonuncunun qızı Mələklə Horadiz şəhərinə yola düşmüşlər. Onlar Horadiz şəhərinə çatdıqdan sonra Horadiz idman komleksində gecələmişlər. Səhəri gün avtomobili Cocuq Mərcanlı kəndində saxlamışdır. Avtomobildən düşüb tanışı Aytənə onu burda gözləməyini və bir azdan gələcəyini bildirmişdir. O, bir az piyada getdikdən sonra dəmir simli çəpər görmüş və kənardan keçmişdir. Həmin dəmir çəpəri keçdikdən təxminən beş dəqiqə sonra hərbi qulluqçular onu səsləyərək dayanmasını tələb etmişlər. O, hərbi qulluqçuların tələbini yerinə yetirərək dayanmışdır. Bundan sonra onu sərhəd zastavasının inzibati binasına aparmışlar. Onun dövlət sərhədini kənardan keçməyə cəhd etməkdə məqsədi gəzmək istəməsi və işğaldan azad edilmiş torpaqlara gedib baxmaq istəməsi ilə əlaqədar olmuşdur. Təqsirləndirilən şəxs2 ifadəsinin yekununda göstərmişdir ki, aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etməmişdir. O, həmin narkotik vasitələri yalnız İran vətəndaşı Əkbər adlı şəxsin dediyi yerdən götürüb başqa bir yerə qoymuşdur. Eyni zamanda onu da göstərir ki, polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilmiş narkotik vasitələrin çəkisi ona elan edilmiş ittihamda göstəriləndən daha çox olmuşdur. Lakin o, həmin narkotik vasitələri satış məqsədilə əldə etməmiş və belə bir məqsədi də olmamışdır. Qanunsuz olaraq üzərində narkotik vasitə saxladığına və daşıdığına görə əməlindən peşmandır. Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq ediyi oxşar məzmunlu ifadələrində məhkəmə iclasında göstərdiyi xüsusatlar təsdiq olunur, məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq məhkəməyədək icraat zamanı verdiyi ifadəsində göstərmişdir ki, onun dolanışığı çətin olduğu üçün 2021-ci ilin əvvəlində qərara gəlmişdir ki, Bakı şəhərinə gedərək orda taksi fəaliyyəti ilə məşğul olsun. xx.xx.2021-ci il tarixdə avtomaşın ilə Bakı şəhərinə getmişdir. Bakı şəhərində Biləcəri qəsəbəsində kirayədə qalmışdır. O, özü arasıra narkotik vasitə olan marixuanadan istifadə edir. Sosial şəbəkdədə İran vətəndaşı olan Əkbər adlı şəxslə tanış olmuşdur. Əkbər adlı şəxslə əlaqə saxlayıb müdəmadi olaraq narkotik vasitə sifariş verirmişdir. xx.xx.2021-ci il tarixdə Əkbər adlı şəxs onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq onunla İran İslam Respublikasının vətəndaşı olan Həsən adlı şəxsin onun ilə əlaqə saxlayacağını və onun sifarişi həll etməyini istəmişdir. Bundan sonra İran İslam Respublikasının vətəndaşı Həsən adlı şəxs onunla əlaqə saxlamış və ondan Horadiz şəhərinə gələrək Araz çayını keçib İran İslam Respublikasına gəlməyini istəmişdir. Həsən ona bildirmişdir ki, o, Araz çayını keçdikdən sonra Həsən ona narkotik vasitə verəcək. O, həmin narkotik vasitəni Həsəndən götürüb Bakı şəhərinə aparacaqmış. Sonra isə həmin narkotik vasitəni Həsənin deyəcəyi yerə qoyaraq müqabilində Həsəndən 500 (beş yüz) manat pul alacaqmış. O isə razılaşmışdır. xx.xx.2021-ci il tarixdə kirayəyə götürdüyü minik avrtomobili ilə tanışı Aytən Abbasova və qızı Mələk ilə Horadiz şəhərinə yola düşmüşlər. Horadiz şəhərinə çatdıqdan sonra Horadiz idman komleksində gecələmişlər. Səhəri gün avtomobili Cocuq Mərcanlı kəndində saxlamışdır. Avtomobildən düşüb tanışı Aytənə onu burada gözləməyini və bir azdan gələcəyini bildirmişdir. Təxminən 15 dəqiqə piyada getdikdən sonra dəmir simli çəpər görmüşdür və qıraqdan keçmişdir. Həmin dəmir çəpəri keçdikdən təxminən 5 dəqiqə sonra hərbi qulluqçular "dayan" deyərək səslənmişlər. O isə onlara tabe olaraq dayanmışdır. Bundan sonra onu sərhəd zastavasının inzibati binasına aparmışlar. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Gəncə şəhəri, Heydər Əliyev prospektində yerləşən “Qələbə” parkında imiş. Bu zaman tanımadığı polis geyimli iki nəfər şəxs ona yaxınlaşıb özlərini təqdim etmişlər. Onu Gəncə şəhər BPİ-nin inzibati binasına aparmışlar. Gəncə şəhər BPİ-də olarkən üzərində narkotik vasitə və psixotrop maddələr olduğunu bildirmişdir, buna görə də ona hüquqları izah olunaraq vəkil seçməyi üçün vəkillər bürosunun siyahısı təqdim olunmuşdur. Ona hüquqlarının müdafiəsi üçün dövlət hesabına Rasim Allahverdiyev müdafiəçi təyin edilmişdir. Vəkilinin və polis əməkdaşlarının iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarışdan əvvəl ondan üzərində hər hansı bir qanunla qadağan olunmuş predmet və ya əşya olub-olmaması soruşulmuşdur. O isə əynində olan qara rəngli gödəkçənin içərisində çiynindən asdığı qara rəngli asma çantanın içərisində olan iki ədəd polietilenə qara rəngli yapışqanla bükülmüş marixuananı, əynində olan qara rəngli gödəkçənin sağ cibində olan iki ədəd bükümü, bir ədəd polietilenə qara rəngli yapışqanla bükülmüş içərisində olan heroini, ikinci polietilenə qara rəngli yapışqanla bükülmüş olan metamfetamini, həmçinin əynində olan qara rəngli gödəkçənin sol yan cibində olan iki ədəd polietilenə qara rəngli yapışqanla bükülmüş içərisində olan metamfetamini və ikinci bükümdə olan bir ədəd polietilenə qara rəngli yapışqanla bükülmüş heroini təqdim etmişdir. Təqdim etdiyi narkotik vasitələr və psixatrop maddələr elektron tərəzi ilə çəkilmiş, zərfdə qablaşdırılmış, möhürlənərək üzəri iştirakçılar və onun tərəfindən imzalanmış, bu barədə protokol tərtib olunmuşdur. Bundan sonra həmin aşkar edilmiş kütlə ekspertizaya göndərilmişdir. Daha Ekspertizanın rəyi ona elan edilmişdir. Ekspertizanın rəyindən ona məlum olmuş ki, üzərindən aşkar olunmuş kütlələr müvafiq olaraq təmiz çəkiləri 32,564 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, 15,502 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və 96,81 qram narkotik vasitə olan marixuanadır. O, həmin narkotik vasitələri və psixotrop maddələri təxminən 2-3 gün əvvəl Bakı şəhərində İran vətəndaşı Əkbər adlı şəxsdən almışdır. Belə ki, bir neçə ay bundan əvvəl sosial şəbəkədə tanış olduğu Əkbər adlı şəxs ona narkotik vasitələr və psixotrop maddələri Bakı şəhərindən Gəncə şəhərinə aparmağını xahiş etmişdir. Əkbər votsap sosial şəbəkəsi vasitəsi ilə Bakı şəhəri, Novxanı deyilən ərazidə ünvan qeyd edərək, həmin narkotik vasitələri və psixotrop maddələri qeyd etdiyi yerə tulladığını bildirmişdir. O isə Əkbərin dediyi yerdən narkotik vasitələr və psixotrop maddələri götürmüşdür. Bundan sonra Əkbərin dediyi yerdən götürdüyü narkotik vasitələri və psixotrop maddələri Gəncə şəhərinə gətirməyini, Gəncə şəhərində həmin narkotik vasitələri və psixotrop maddələri müxtəlif yerlərə atmağını xahiş etmişdir. Əkbərin onun vasitəsi ilə Gəncə şəhərinə göndərdiyi narkotik vasitələr və psixotrop maddələri dediyi yerlərə atmağı müqabilində Əkbər ona 700 manat pul verməli imiş. Onun Əkbərlə razılaşmağına görə, o, votsapp vasitəsi ilə Əkbərə istənilən banklardan birinin plastik kartının nömrəsini göndərməli imiş, Əkbər də həmin karta 700 manat pul yükləməli imiş. Onun məqsədi İran İslam Respublikasına keçib Həsən adlı şəxsdən narkotik vasitəni götürmək olmuşdur. Onun istifadəsində ***-***-**-** və ***-***-**-** saylı mobil nömrələr olmuşdur. O, X5 keçib narkotik vasitə götürmək məqsədinin olmasını deməmişdir. Ona gəzmək üçün gəldiyini demişdir. O, düşünmüşdür ki, yanında qadın və uşaq olsa, diqqət çəkməz. Bu səbəbdən Şahid6 və qızı Mələk Vəlizadəni özü ilə aparmışdır. Əkbər və Həsən adlı şəxslərin onda yalnız istifadələrində olan mobil nömrələri vardır. Onların istifadəsində +**********61 və +**********03 saylı mobil nömrələr vardır. Həsən adlı şəxs ona 500 (beş yüz) manat pul verməli imiş. Narkotiki Bakıya apardıqdan sonra Həsən ona həmin narkotik vasitəni kimə verməli olduğunu deyəcəkmiş. Bundan başqa, o, həmin narkotik vasitələri və psixotrop maddələri Gəncə şəhərinin ərazisində ayrı-ayrı yerlərə qoyub şəklini çəkib Əkbər adlı şəxsə atacaqmış və bunun da müqabilində Əkbər adlı şəxs onun ona şəklini atacağı kartı hesabına 700 (yeddi yüz) manat pul köçürəcəkmiş (iş vərəqə: cild 1, səh.43- 46, 56-59). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə münasibət bildirməsi Təqsirləndirilən şəxs2 təklif edilərkən o, həm məhkəmə istintaqı, həm də ibtidai istintaq zamanı verdiyi ifadələrini təsdiq etdiyini, həmin ifadələr arasında olan müəyyən fərqlərin səbəbini izah edə bilməyəcəyini bildirmişdir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 məhkəmənin əvvəlki iclaslarında ifadə verməmiş, məhkəmənin sonrakı iclaslarında isə o, elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, 29 yanvar 2022-ci il tarixdə dostu - hər zaman “İsi” deyə müraciət etdiyi Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gəlmişdir. Təqsirləndirilən şəxs2 onun yaşadığı evə gələn vaxt əlində bir ədəd qırmızı rəng sellofan torba olmuşdur. Həmin sellofan torbanın içərisində isə modem qutusu olmuşdur. Təqsirləndirilən şəxs2 onların evində bir qədər oturmuş, birlikdə çay içmişlər. Daha sonra isə Təqsirləndirilən şəxs2 əlində gətirdiyi sellofan torbanı onun yaşadığı evdə qoyub getmişdir. Təqsirləndirilən şəxs1 ifadəsinin davamında göstərmişdir ki, 30 yanvar 2022-ci il tarixdə günorta vaxtı Gəncə şəhəri, Gülüstan qəsəbəsində, «Kəşfiyyat» restoranının yaxınlığında olan vaxt iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Həmin polis idarəsində o, müdafiəçi ilə təmin edildikdən sonra üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən qanunla qadağan edilmiş heç bir əşya aşkar edilməmişdir. Sonra ondan yaşadığı evdə qanunla qadağan edilmiş hər hansısa bir əşya və ya predmet saxlayıb-saxlamaması soruşulmuşdur. O, həmin vaxt yaşadığı evdə qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet saxlamadığını bildirmişdir. Daha sonra Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən onun yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 29, mənzil 4 ünvanına baxış keçirilərkən Təqsirləndirilən şəxs2 onun evində qoyub getdiyi modem qutusunu polis əməkdaşlarına təqdim etmişdir. Həmin modem qutusu polis əməkdaşları tərəfindən açılmış və içərisindən aşkar edilmiş narkotik vasitələr elektron tərəzidə çəkilmiş və qablaşdırılmışdır. Təqsirləndirilən şəxs1 ifadəsinin yekununda göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun evinə modem qutusunun içərisində gətirdiyi narkotik vasitələrdən məlumatı olmamışdır. O, heç bir narkotik vasitə satmamış və belə bir məqsədi də olmamışdır. İfadəsində göstərdiyi halları əsas götürərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsi ilə məhkəməyədək icraat zamanı vermiş olduğu ifadələri arasında müəyyən olunan ziddiyyətlərlə bağlı onun ibtidai istintaq mərhələsində şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsinə dair protokollar elan olunmaqla tədqiq edilmişdir. Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı verdiyi izahatında, həmçinin şübhəli və təqsirləndirilən şəxs qismində dindirilərkən verdiyi və şəxsən özünün imzaları ilə təsdiq etdiyi ifadələrində məhkəmə iclasındakı ifadəsindən fərqli olaraq göstərmişdir ki, o, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilir. 29 yanvar 2022-ci il tarixdə saat təxminən 21 radələrində dostu Gəncə şəhər sakini İsrayıl adlı İsi ləqəbli şəxs onun yaşadığı evə gəlmişdir. İsi onun yaşadığı evə gələn vaxt əlində bir ədəd qırmızı rəng sellofan torba gətirmişdir. Həmin sellofan torbanın içərisində isə narkotik vasitə saxlanılan modem qutusu olmuşdur. İsi onların evində bir qədər oturmuş və həmin vaxt onunla bir yerdə narkotik vasitə olan qurudulmuş marixuana istifadə etmişlər. Onlar həmin marixuananı siqaretdə çəkmişlər. Bundan sonra İsi ona əlində gətirdiyi sellofan torbanı onun yaşadığı evdə qoyub getmişdir. İsi çıxıb getmiş və o, evdə qalmışdır. 30 yanvar 2022-ci il tarixdə, saat təxminən 14 radələrində o, Gəncə şəhəri, Gülüstan qəsəbəsində «Kəşfiyyat» restoranının yaxınlığında olan vaxt iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq polis əməkdaşları olduqlarını bildirərək onu Gəncə şəhər BPİ-nə dəvət etmişlər. Gəncə şəhər BPİ-də o, müdafiəçi ilə təmin edilmiş və müdafiəçinin iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, yaşadığı evdə narkotik vasitə olduğunu bildirmişdir. Bundan sonra Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən onun yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 29, mənzil 4 ünvanında baxış keçirilən vaxt o, İsinin ona verdiyi qutunu təqdim etmişdir. Həmin qutu polis əməkdaşları tərəfindən açıldıqda içərisindən bir ədəd elektron tərəzi, narkotik vasitə olan heroin, psixotrop vasitə metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Həmin kütlələr elektron tərəzi vasitəsi ilə çəkilmiş və ekspertizaya göndərilməsi üçün qablaşdırılmışdır. İsinin adı İsrayıldır və Gəncə şəhəri, Gülüstan qəsəbəsində yaşayır. Onun yaşadığı evdən aşkar olunmuş narkotik vasitə olan heroini, qurudulmuş marixuananı və psixotrop maddə olan metamfetamini İsrayıl gətirmişdir. İsrayıl ondan gətirdiyi həmin narkotik vasitələrin və psixotrop maddələrin olduğu qutunu saxlamağını xahiş etdiyi üçün o da saxlamışdır. Həmin qutunun içərisində nə olduğunu bilməmiş, ancaq İsrayıl həmin torbanın içərisində narkotik vasitə olan marixuana olduğunu ona demişdir. Onun istifadəsində hal-hazırda ***-***-**-** "xxxx" mobil nömrəsi olmuşdur (iş vərəqə: cild 2, səh.169, 193-194). Məhkəmə baxışı zamanı elan olunan ifadələrinə və müəyyən olunan ziddiyyətlərə münasibət bildirməsi Təqsirləndirilən şəxs1 təklif edilərkən o, ibtidai istintaq və məhkəmə istintaqı zamanı ziddiyyətli ifadələr verməsinin səbəbini izah edə bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-in polis nəfəri vəzifəsində işləyir. xx.xx.2022-ci il tarixdə saat 01:30 radələrində Gəncə şəhər Baş Polis İdarəsinin PPXT-in tağım komandiri Şahid2 ilə birlikdə Gəncə şəhəri, H.Əliyev prospektində yerləşən “Qələbə” parkında xidmət aparan zaman əlində telefonla qarşıdan onlara tərəf gələn şəxsin qarın hissəsində şişkinlik olduğunu görüb bundan şübhələnərək yaxınlaşıb özlərini təqdim edərək, onu Gəncə şəhər Baş Polis İdarəsinə dəvət etmişlər. Polis idarəsində həmin şəxsin Təqsirləndirilən şəxs2 olduğu müəyyən edilmiş, onun hüquqları izah edilərək, müdafiəçi ilə təmin edildikdən sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs2 üzərində olan asma çantanın içərisində iki ədəd polietilenə bükülmüş marixuanaya bənzər kütləni, gödəkçəsinin sol cibində saxladığı iki ədəd polietilenə bükülmüş metamfetaminə və heroinə bənzər kütlələri və gödəkçəsinin sağ cibində saxladığı iki ədəd polietilenə bükülmüş metamfetaminə və heroinə bənzər kütlələri təqdim etmişdir. Təqsirləndirilən şəxs2 həmçinin cibindən bir ədəd “Redmi” markalı mobil telefonu təqdim etmişdir. Təqsirləndirilən şəxs2 üzərindən qanunla qadağan olunmuş başqa hər hansı əşya aşkar edilməmişdir. “Redmi” markalı mobil telefon sübut əhəmiyyəti daşıdığından götürülmüş, həmçinin aşkar edilmiş ayrı-ayrı bükümlərdə olan həmin maddələr tərəzidə çəkilmiş və ekspertizaya göndərilməsi üçün zərfdə qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən hərbi hissənin 15-ci sərhəd zastavasında xidməti zamanı xx.xx.2021-ci il tarixdə saat təxminən 11:10 radələrində Füzuli rayonu, Cocuq-Mərcanlı kəndi istiqamətindən bir nəfər şəxsin hərəkət etdiyini görmüşlər və dərhal bu barədə rabitə vasitəsilə aidiyyəti üzrə məruzə olunmuşdur. O, həmin şəxsdən dayanmasını tələb etmiş, lakin həmin şəxs qaçaraq oradan uzaqlaşarkən əsgər Şahid4 onu saxlamışdır. Təxminən beş dəqiqədən sonra həmin əraziyə hərbi qulluqçular gəlmişlər və saxlanılan şəxsi sərhəd zastavasına aparmışlar. Həmin şəxsin yanında heç kim olmamışdır. Onlar sərhəd pozucusunu saxlayarkən onun üzərində heç bir əşya, yük olmamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, müddətdən artıq həqiqi hərbi xidmətdə olarkən 29 oktybar 2021-ci il tarixdə saat 11 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında qara rəngli minik maşınını Cocuq-Mərcanlı kəndi yaxınlığında yerləşən məscidin yaxınlığında saxlamışlar. Saxlanılan minik maşınını iki nəfər şəxslə birlikdə sərhəd zastavasının binasına gətirmişlər. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid7 ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuşdur. Təqsirləndirilən şəxs2 tanıyır və onun narkotik vasitələrin satışı ilə məşğul olmasını bilir. Dəfələrlə Təqsirləndirilən şəxs2 istifadəsində olan mobil nömrəyə mesajlar yazaraq və zənglər edərək ondan narkotik vasitə almaq istəsə də, sonuncudan narkotik vasitə götürə bilməmişdir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin CAİ-nin rəis müavini vəzifəsində işləyir. Təqsirləndirilən şəxs1 qanunsuz olaraq narkotik vasitələri üzərində gəzdirməsi, qəbul etməsi, satışı və yaşadığı mənzildə saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun və baş əməliyyat müvəkkili Şahid9 iştirakı ilə tərəflərindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 30 yanvar 2022-ci il tarixdə saat 14 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Kəşfiyyat” restoranı yaxınlığında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmişdir. Polis idarəsində Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunduqdan sonra, üzərində şəxsi axtarış keçirilmiş və heç bir qanunla qadağan edilmiş predmet və ya əşya aşkar edilməmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs1 yaşadığı evində narkotik vasitələr və psixotrop maddələr olduğunu və evə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs1 yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, ev 29, mənzil 4 ünvanına baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs1 evdə saxladığı narkotik vasitələri təqdim etməsi təklif olunmuş və Təqsirləndirilən şəxs1 dəhlizdə dolabın qapısını açıb, qırmızı rəngli polietilen torbanı təqdim etmişdir. Həmin torbaya baxış keçirilmiş və torbanın içərisindən 1 ədəd üzərində “TP-link” yazılmış qutu, bir ədəd “Bank of Baku”ya məxsus alış çeki və bir ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş qutunun içərisinə baxış zamanı ayrı-ayrılıqda üç ədəd bükülü aşkar edilmiş, həmin bükülülər açıldıqda onlardan birinin heroinə bənzər kütlə olması və elektron tərəzidə çəkilərkən xatırladığı qədər təxminən 114 qram olması müəyyən edilmiş, digər bükülüdəki marixuanaya bənzər kütlə olması və elektron tərəzidə çəkilərkən xatırladığı qədər təxminən 43 qram olması müəyyən edilmişdir, üçüncü bükülünün içərisindəki isə metamfetaminə bənzər kütlə olması və elektron tərəzidə çəkilərkən xatırladığı qədər təxminən 36 qram olması müəyyən edilmişdir. Sonra həmin kütlələr qablaşdırılmış və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid9 eyni məzmunlu ifadə verərək Şahid8 ifadəsində göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid11 ifadəsində göstərmişdir ki, o, ***-***-**-** saylı mobil telefon nömrəsindən istifadə edir. Təqsirləndirilən şəxs1 tanımır və heç bir münasibəti olmamışdır. Ola bilər ki, işdən sonra çayxanada olarkən dostlarından kimsə onun mobil telefonu ilə həmin şəxslə danışa və ya mesaj yaza bilər. Müddət çox keçdiyi üçün o, həmin şəxsin kimliyi barədə dəqiq bir söz deyə bilməz. Onun istifadə etdiyi mobil telefon nömrəsindən tanışlarından kimsə istifadə edərkən ola bilər həmin şəxslə danışmış və ya mesaj yazmışdır. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmə baxışı zamanı iştirak etməmiş Şahid6 ibtidai istintaq zamanı verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid6 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, o, 2018-ci il tarixdə Təqsirləndirilən şəxs2 ilə tanış olmuşdur. Mütəmadi olaraq İsrayıl ilə görüşmüşdür. xx.xx.2021-ci il tarixdə İsrayıl ona Füzuli rayonu, Horadiz şəhərinə gedib dostu ilə görüşəcəyini bildirmiş və təklif etmişdir ki, onu və övladını da onlarla birlikdə gəzdirmək məqsədi ilə aparsın. xx.xx.2021-ci il tarixdə kirayə götürdüyü minik maşını ilə övladı ilə birlikdə Horadiz şəhərinə yola düşmüşlər. Bir neçə saatdan sonra Horadiz şəhərinə çatmışlar və Horadiz idman Kompleksində gecələmişlər. xx.xx.2021-ci il tarixdə Horadiz idman Kompleksindən çıxmışlar və İsrayıl maşını Cocuq-Mərcanlı kəndində yerləşən məscidin qarşısında saxlamış, ona dostu ilə görüşəcəyini, bir azdan gələcəyini bildirmişdir. Bir neçə saatdan sonra hərbi qulluqçular ona yaxınlaşaraq övladı Mələklə birlikdə sərhəd zastavasının inzibati binasına gətirmişlər. İsrayıl ona bildirmişdir ki, dostu ilə görüşəcək. O da qızı ilə birlikdə avtomaşında onu gözləmişdir. Onun istifadəsində ********** saylı nömrə vardır. O, əvvəllər İranda olmamış və orada heç kəsi tanımır. O, Əkbər və Həsən adlı İran vətəndaşlarını tanımır. Onun hər hansı bir şəxslə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı söhbəti olmamışdır. Onun İsrayılın narkotik vasitə əldə etmək üçün sərhəd keçməyi barədə məlumatı yoxdur. İsrayıl bu barədə ona bir söz deməmişdir. O, saxlanılarkən ona heç bir təzyiq olmamışdır. O, narkotik vasitələrdən istifadə etmir (iş vərəqə: cild İ, səh.166-168). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 yanvar 2022-ci il tarixli “şəxsi axtarış və götürmə barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 üzərində müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilmiş polietilenə bükülmüş kütlələr elektron tərəzidə çəkilmiş, bir ədəd polietilenin içərisində ümumi çəkisi 9,73 qram heroinə bənzər kütlə, ikinci polietilenin içərisində ümumi çəkisi 23,42 qram heroinə bənzər kütlə, üçüncü polietilenin içərisində ümumi çəkisi 7,28 qram metamfetaminə bənzər kütlə, dördüncü polietilenin içərisində ümumi çəkisi 10,33 qram metamfetaminə bənzər kütlə olduğu, üzərində olan qara rəngli asma çantanın içərisində olan bir ədəd polietilenə qara rəngli yapışqanla bükülmüş marixuanaya bənzər kütlənin çəkisi 96,39 qram, ikinci polietilenə qara rəngli yapışqanla bükülmüş marixuanaya bənzər kütlənin ümumi çəkisi 15,58 qram olması müəyyən edilmiş, həmin kütlələr zərfdə qablaşdırılmış, möhürlənmiş və üzəri bütün iştirakçılar tərəfindən imzalanmışdır (iş vərəqə: cild İ, səh.20-21). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 yanvar 2022-ci il tarixli “şəxsi axtarış barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 üzərində müdafiəçisinin iştirakı ilə və videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış keçirilərkən onun üzərindən saxlanılması qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir (iş vərəqə: cild 2, səh.158-159). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 yanvar 2022-ci il tarixli “baxış keçirmə və götürmə haqqında” protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs1 yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi, 29 nömrəli yaşayış binasının 4 nömrəli mənzilinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 evin giriş dəhlizində sağ tərəf divarda olan tünd sarı rəngli dolabın qapısını açaraq, dolabın içərisindən qırmızı rəngli polietilen torbanı təqdim etmiş, həmin torbaya baxış zamanı içərisində 1 ədəd “TP-link” yazılmış internet şəbəkə qurğusu, 1 ədəd qara rəngli yaddaş kitabçası, 1 ədəd “Bank of Baku”ya məxsus alış çeki və 1 ədəd elektron tərəzi aşkar edilmişdir. Aşkar edilmiş qutunun içərisinə baxış zamanı ayrı-ayrılıqda 3 ədəd büküm aşkar edilərək götürülmüşüdür. Bükümlərdən sarı rəngli polietilənə bükülmüş kütləyə baxış keçirilmiş, həmin kütlənin tünd qəhvəyi rəngli heroinə bənzər maddə olduğu və elektron tərəzidə çəkilərkən 114,24 qram olması müəyyən olunmuş, digər ağ rəngli polietilenə baxış keçirilərkən içərisində marixuanaya bənzər kütlə olması və tərəzidə çəkilərkən 43,57 qram olduğu müəyyən edilmiş, digər gümüşü rəngli falqaya bükülmüş bükülüyə baxış keçirilərkən içərisində sarı və ağ rəngli polietilendə metamfetaminə bənzər kütlə olması və elektron tərəzidə çəkilərkən 36,36 qram olması müəyyən edilmişdir (iş vərəqə: cild İİ, səh.165-166). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının və materialların məhkəmə ekspertizasının 30 yanvar 2022-ci il tarixli, 16/127 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd polietilenə bükülmüş 9,73 qram, bir ədəd 23,42 qram polietilenə bükülmüş kütlə, bir ədəd polietilenə bükülmüş 7,28 qram kütlə, bir ədəd polietilenə bükülmüş 10,33 qram kütlə, bir ədəd polietilenə bükülmüş 96,39 qram kütlə, bir ədəd polietilenə bükülmüş 15,58 qram kütlə..” sözləri və imzalar olan kağız paketdəki: - 2 (iki) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 9,540 qram, 23,024 qram, ümumi təmiz çəkisi 32,564 qram maddə kustar üsulla hazırlanmış naroktik vasitə - heroindir. - 2 (iki) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 9,337 qram, 6,165 qram, ümumi təmiz çəkisi 15,502 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. - 2 (iki) ədəd üzəri qara rəngli yapışqanlı lentlə sarınmış polietilen torbalarda ayrıayrılıqda təmiz çəkiləri 82,5 qram, 14,31 qram, ümumi təmiz çəkisi 96,81 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan marixuanalar xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild İ, səh.28-31). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-bioloji ekspertizasının və materialların məhkəmə ekspertizasının 31 yanvar 2022-ci il tarixli, 16/128 saylı rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda təqdim etdiyi 114,24 qram heroin, 36,36 qram metamfetamin, 43,57 qram marixuana..” sözləri və imzalar olan kağız paketdəki: - 2 (iki) ədəd iç-içə keçirilmiş polietilen kəsiyi bükümündə təmiz çəkisi 110,368 qram maddə kustar üsulla hazırlanmış naroktik vasitə - heroindir. - 1 (bir) ədəd gümüşü falqaya büükülmüş 2 (iki) ədəd iç-içə keçirilmiş polietilen kəsiyi bükümündə təmiz çəkisi 28,965 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - 1 (bir) ədəd polietilen torbada təmiz çəkisi 34,65 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır (iş vərəqə: cild İİ, səh.173-176). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan materialların məhkəmə ekspertizasının 29 iyul 2022-ci il tarixli, 16/885 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd polietilenə bükülmüş 9,73 qram, bir ədəd 23,42 qram polietilenə bükülmüş kütlə, bir ədəd polietilenə bükülmüş 7,28 qram kütlə, bir ədəd polietilenə bükülmüş 10,33 qram kütlə, bir ədəd polietilenə bükülmüş 96,39 qram kütlə, bir ədəd polietilenə bükülmüş 15,58 qram kütlə..” sözləri və imzalar olan kağız paketdə olan heroinlər ilə üzərində “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda təqdim etdiyi 114,24 qram heroin, 36,36 qram metamfetamin, 43,57 qram marixuana..” sözləri və imzalar olan kağız paketdəki heroin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd polietilenə bükülmüş 9,73 qram, bir ədəd 23,42 qram polietilenə bükülmüş kütlə, bir ədəd polietilenə bükülmüş 7,28 qram kütlə, bir ədəd polietilenə bükülmüş 10,33 qram kütlə, bir ədəd polietilenə bükülmüş 96,39 qram kütlə, bir ədəd polietilenə bükülmüş 15,58 qram kütlə..” sözləri və imzalar olan kağız paketdəki metamfetaminlər ilə üzərində “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda təqdim etdiyi 114,24 qram, heroin 36,36 qram metamfetamin 43,57 qram marixuana..” sözləri və imzalar olan kağız paketdəki metamfetamin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş bir ədəd polietilenə bükülmüş 9,73 qram, bir ədəd 23,42 qram polietilenə bükülmüş kütlə, bir ədəd polietilenə bükülmüş 7,28 qram kütlə, bir ədəd polietilenə bükülmüş 10,33 qram kütlə, bir ədəd polietilenə bükülmüş 96,39 qram kütlə, bir ədəd polietilenə bükülmüş 15,58 qram kütlə..” sözləri və imzalar olan kağız paketdə olan metamfetaminlər ilə üzərində “Vət. Təqsirləndirilən şəxs1 yaşadığı ünvanda təqdim etdiyi 114,24 qram, heroin 36,36 qram metamfetamin 43,57 qram marixuana..” sözləri və imzalar olan kağız paketdəki marixuana tərkiblərinə görə eynidirlər (iş vərəqə: cild 3, səh.46-49). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 25 aprel 2022-ci il tarixli, 548 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoidlərdən və psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür (iş vərəqə: cild 2, səh.79). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin 11 aprel 2022-ci il tarixli, 459 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannobinoiddən, psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür, həmin rəydən həmçinin görünür ki, Təqsirləndirilən şəxs1 narkoloji-tibbi yoxlamadan keçirilən zaman aşkar edilmiş narkotik vasitələri İsrayıldan aldığını bildirmişdir (iş vərəqə: cild 2, səh.255). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 19 avqust 2022-ci il tarixli, 513 nömrəli Gəncə şəhər Psixonevroloji Dispanserin ambulator psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 postkommosion sindrom XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı 10-cu baxış) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik nevrotik səviyyədə və az ifadəli olması səbəbindən ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin mənası dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır (iş vərəqə: cild 3, səh.89- 90). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 11 mart 2022-ci il tarixli, 150 nömrəli Gəncə şəhər Psixonevroloji Dispanserin ambulator psixiatrik ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 keçirilmiş kəllə beyin travmasından sonrakı davranış pozuntuları XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatı) F07.2 xəstəliyi keçirməsinə baxmayaraq, həmin xəstəlik əlamətləri az ifadəli olduğundan o, hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini dərk edərək idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs2 hazırda da öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və öz hərəkətlərini idarə etmək iqtidarındadır (iş vərəqə: cild 2, səh.77-78). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 02 fevral 2022-ci il tarixli, 162 nömrəli “Məhkəmə-Tibbi Ekspertiza və X3” X7 məhkəmə-tibbi ekspertizası rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədənində xəsarət müəyyən edilməmişdir (iş vərəqə: cild 2, səh.227-229). Bundan başqa, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 11 may 2023-cü il tarixli qərarı əsasında təyin edilmiş və məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” X6 Gəncə regional Şöbəsinin əlavə ambulator məhkəmə-psixiatrik ekspertizasının 06 iyun 2023-cü il tarixli, 342 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hal-hazırda partlayış travması mənşəli kəllə-beyin travması, şəxsiyyətin üzvi pozuntusu və davranış pozuntuları XBT 10 (psixi və davranış pozuntularının beynəlxalq təsnifatının 10-cu baxış) F07.2 xəstəliyi keçirir. Hal-hazırda Təqsirləndirilən şəxs1 ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs1 hal-hazırda da öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və hərəkətlərini idarə etmək iqtidarındadır (cinayət işinin materialları). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 mart 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 məxsus mobil telefona baxış keçirilərkən müəyyən edilmişdir ki, telefonun Whatsapp proqramının mesajlar bölməsində İsi adı ilə qeyd edilmiş, Təqsirləndirilən şəxs2 istifadəsində olmuş ***-***-**-** saylı mobil nömrə ilə mesajlaşmalar olmuşdur. Həmin mesajlarda Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xx.xx.2022-ci il tarixdə “hardasan mən hazıram” məzmununda mesaj yazılmış, həmin mesaja cavab olaraq Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “evdə təkəm, gəl bura” məzmununda mesaj yazmışdır. Bundan əlavə, Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “Ay qaqam sən bilirsən ki, mən istəyirəm ki, təki səndə ziyan olmasın mənim siqaretim öz çəkməyim olsa mənə bəsdir”, “Ay yetim 5 ya 6 qram bir yekə karobkaya sığır ən yekəsi?”, “Ağartı var?” məzmununda mesajlar yazmış, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 “var” deyə mesaj yazıb ardınca narkotik vasitəyə bənzər kütlənin şəkilini göndərmişdir. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “nə vaxt gələcən səni gözləyirəm”, “məndə camaatı gözlədirəm ki, indi alınır, birazdan alınır, o da atkaz elədilər uje”, “gələndə mənə xəbər elə”, “Ay qaqa 1 karobka bu dəyqə istəyən var məndən yarı yarı”, “Qramı neçəyədi?” mesajları yazmış, Təqsirləndirilən şəxs2 isə Təqsirləndirilən şəxs1 cavab olaraq “Belə kom istiyən yoxdu?” deyə sual vermiş, Təqsirləndirilən şəxs1 isə cavab olaraq “Deyerem elə də, görək istəyir” məzmununda mesaj yazmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 “patı var məndə, nağarım gəlirsən, yoxsa mən gəlim?” məzmununda mesaj yazmışdır (iş vərəqə: cild 2, səh.251). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 25 dekabr 2021-ci il tarixli protokoldan görünür ki, X2 daxil olmuş məlumatlara baxış keçirilərkən şəxsiyyəti istintaqa Əkbər və Həsən adı ilə məlum olan İran İslam Respublikasının vətəndaşlarının istifadəsində olan +**********03 saylı nömrə ilə 2021-ci ilin oktyabr ayında ***-***-**-**, **********, **********, ********** və ********** saylı mobil nömrələr arasında danışıqlar olması müəyyən edilmişdir (iş vərəqə: cild 1, səh.258). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 05 mart 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd DVD diskə baxış keçirilərkən Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə ***-***-**-** saylı mobil nömrədən “Qaqa 05 kimnən götürmək olar” məzmununda, bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ata horadizdəyəm qayıdan kimi tema səndədir” məzmununda sms yazılmışdır (iş vərəqə: cild 2, səh.5). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 10 mart 2022-ci il tarixli protokoldan görünür ki, "xxxx" MMC-dən daxil olmuş 1 ədəd DVD diskə baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində daxil olan və çıxan zənglərin siyahısı, mesaj mətnləri və anten dairəsinə dair məlumatlar təqdim edilmiş, həmin diskə baxış zamanı müxtəlif məzmunlu, həmçinin xx.xx.2022-ci il tarixdə saat 21:30:14-də ***-***-**-** saylı nömrədən Təqsirləndirilən şəxs1 istifadəsində olmuş ***-***-**-** saylı nömrəyə “Orxan ot ver bir dənə” məzmununda mesaj yazılmışdır, bundan başqa Təqsirləndirilən şəxs1 istifadəsində olmuş həmin nömrəsindən xx.xx.2022-ci il tarixdə saat 23:33:17-də ***-***-**-** saylı nömrəsinə «atam yanımdadır qaqa 10-15 dəyqəyə deyir hə ya yox» məzmununda, həmin gün saat 23:39:27-də ***-***-**-** nömrəsinə «ay qaqa yarı lazımdı» məzmununda, xx.xx.2022-ci il tarixdə saat 00:26:01-də ***-***-**-** nömrəsinə «yox ay qaqa qalsın alınmadı» məzmununda mesaj mətnləri göndərilmişdir (iş vərəqə: cild 2, səh.247-228). Bundan başqa, məhkəmə baxışı zamanı təqsriləndirilən şəxs Təqsirləndirilən şəxs1 yaşadığı evə baxış keçirilməsinə dair istintaq hərəkətinin əks olunduğu video görüntü nümayiş etdirilərkən Təqsirləndirilən şəxs1 yaşadığı evindən qırmızı rəngli polietilen torbanın aşkar edildiyi, həmin torbaya baxış zamanı içərisində 1 ədəd “TP-link” yazılmış qutunun içərisində ayrı-ayrılıqda 3 ədəd bükümün aşkar edildiyi və götürüldüyü, bükümlərdə heroinə, marixuanaya və metamfetaminə bənzər kütlələrin olması, həmçinin 1 ədəd elektron tərəzinin aşkar edildiyi müəyyən edilmiş və Təqsirləndirilən şəxs1 sorğusual zamanı həmin qutuda narkotik vasitə marixuana olmasından məlumatının olduğunu bildirmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmə baxışı zamanı tədqiq olunan 25 sentyabr 2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 32,364 qram narkotik vasitə olan heroin, 15,302 qram psixotrop maddə olan metamfetamin, 96,61 qram narkotik vasitə olan marixuana və Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 110,268 qram narkotik vasitə olan heroin, 28,865 qram narkotik vasitə olan metamfetamin, 34,55 qram narkotik vasitə olan marixuana, 1 ədəd elektron tərəzi, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Remdi 9C” markalı mobil telefon və Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Redmi” markalı mobil telefon maddi sübut kimi tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmişdir, həmçinin Təqsirləndirilən şəxs2 üzərində şəxs axtarış keçirilən zaman video çəkilişi özündə əks etdirən 1 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş video çəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 evində axtarış keçirilən zaman video çəkilişi özündə əks etdirən 01 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə edilmişdir (iş vərəqə: cild 3, səh.262-290). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 oktyabr 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 30 oktyabr 2021-ci il tarixdə, saat 10:00-da şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.139). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 01 noyabr 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həmin tarixdə “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçildiyindən o, 01 noyabr 2021-ci il tarixdə saat 11:00-da X4 azad edilmişdir (iş vərəqə: cild İ, səh.188, 190). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 30 yanvar 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 30 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur (iş vərəqə: cild İ, səh.19). Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində əvvəli 30 yanvar 2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild İ, səh.66-68). Cinayət işinin materiallarına əlavə edilmiş “şübhəli şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 30 yanvar 2022-ci il tarixdə, saat 14:00-da tutulmuşdur (iş vərəqə: cild 2, səh.155). Cinayət işinin materiallarına əlavə edilmiş 01 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, 01 fevral 2022-ci il tarixdə saat 12:40-da X4 azad edilmişdir (iş vərəqə: cild 2, səh.218-219). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 08 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild 1, səh. 87). Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 18 fevral 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır (iş vərəqə: cild İİ, səh. 232). Cinayət işinin materiallarına əlavə edilmiş 18 noyabr 2021-ci il tarixli Gəncə şəhər Kəpəz Rayon İcra Hakimiyyəti başçısının Sadıllı qəsəbə İnzibati ərazi dairəsi üzrə nümayəndəsinin xasiyyətnaməsindən və arayışından görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakterizə olunur və onun iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild İ, səh.228-229). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Hissəsinin 17 fevral 2021-ci il tarixli, 6071 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlər zamanı “partlayış travması, qapalı kəllə beyin travması” xəsarətini almışdır (iş vərəqə: cild 2, səh.259). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Medalının vəsiqəsinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Prezidentinin Sərəncamları ilə “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir (iş vərəqə: cild 2, səh.260-261). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (iş vərəqə: cild 2, səh.271-272). Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin, həmçinin “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir, bundan başqa “qurudulmuş marixuana” narkotik vasitəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 5,0 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 500 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 satış məqsədilə əldə etdikləri “heroin” narkotik vasitəsinin və “metamfetamin” psixotrop maddəsinin miqdarı «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da müəyyən edilmiş həmin narkotik vasitələrin külli miqdar həddindən dəfələrlə artıq miqdarda olmuş, həmçinin “qurudulmuş marixuana” narkotik vasitəsinin miqdarı şəxsi istehlak miqdarından dəfələrlə artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı ondan aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə əldə etməməsini, məqsədinin ondan aşkar edilmiş həmin narkotik vasitələri yalnız İran vətəndaşı Əkbər adlı şəxsin dediyi yerdən götürüb başqa bir yerə qoymaq olduğunu bildirməsini, həmçinin Təqsirləndirilən şəxs1 yaşadığı evinə qutuda qoyduğu narkotik vasitələrdən sonuncunun məlumatının olmamasını, Təqsirləndirilən şəxs1 isə ifadəsində Təqsirləndirilən şəxs2 onun evinə modem qutusunun içərisində gətirdiyi narkotik vasitələrdən məlumatının olmamasını, onun evindən aşkar edilmiş narkotik vasitələri satış məqsədilə əldə etməməsini bildirmələrini onların ağır cinayət törətməyə görə cinayət məsuliyyətindən və cəzadan azad oluna bilmək üçün və ya məsuliyyətlərinin yüngülləşdirilməsinə yönəlmiş, seçmiş olduqları müdafiə üsulu (taktikası) kimi qiymətləndirir. Təqsirləndirilən şəxslərin özlərini müdafiə üçün gətirdiyi dəlillər məhkəmə baxışı zamanı araşdırılan mötəbər və təkzibedilməz sübutlarla nəinki tam inkar olunur, əksinə, onların təqsirliliyini təsdiq edir. Təqsirləndirilən şəxslərin həmin ifadələri məhkəmə araşdırması zamanı tədqiq edilmiş cinayət işinin yuxarıda göstərilmiş sübutları, işin faktiki halları və cinayət işinin bütün materialları ilə tamamilə təkzib edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 həm məhkəmə istintaqı zamanı, həm də ibtidai istintaq zamanı sosial şəbəkədə İran vətəndaşı Əkbər adlı şəxsə mütəmadi olaraq narkotik vasitə sifariş verdiyini, Əkbər adlı şəxsin ona bank kartının şəklini göndərdiyini, Əkbərin ona şəklini göndərdiyi kart hesabına ödəmə terminalı vasitəsi ilə pul köçürdüyünü, Əkbərin ona narkotik vasitənin harada olması barədə məlumat verdiyini, həmin yerdən narkotik vasitələri götürdüyünü, Əkbər adlı şəxsin ona narkotik vasitələri və psixotrop maddələri Bakı şəhərindən Gəncə şəhərinə aparmağını dediyini, Əkbərin dediyi yerdən narkotik vasitələri və psixotrop maddələri götürərək Gəncə şəhərinə gətirdiyini, Gəncə şəhərində həmin narkotik vasitələri və psixotrop maddələri müxtəlif yerlərə atdığını, Əkbərin onun vasitəsi ilə Gəncə şəhərinə göndərdiyi narkotik vasitələri və psixotrop maddələri dediyi yerlərə atmağı müqabilində Əkbərin ona 700 manat pul verməli olduğunu, narkotiklə bağlı Əkbərin müştərilərinin Gəncədə olduğunu bildirmiş, ibtidai istintaq zamanı isə həmçinin ifadəsində Əkbər adlı şəxsin onunla telefon vasitəsi ilə əlaqə saxlayaraq İran İslam Respublikasının vətəndaşı olan Həsən adlı şəxsin onunla əlaqə saxlayacağını və onun sifarişini həll etməyini istədiyini, bundan sonra İran İslam Respublikasının vətəndaşı Həsən adlı şəxsin onunla əlaqə saxladığını və ondan Horadiz şəhərinə gələrək Araz çayını keçib İran İslam Respublikasına gəlməyini istədiyini, Həsənin ona Araz çayını keçdikdən sonra narkotik vasitə verəcəyini, həmin narkotik vasitəni Həsəndən götürüb Bakı şəhərinə aparacağını, sonra isə həmin narkotik vasitəni Həsənin deyəcəyi yerə qoyaraq müqabilində Həsəndən 500 manat pul alacağı ilə bağlı razılaşdıqlarını bildirməsi, bundan başqa Təqsirləndirilən şəxs2 istifadəsində olmuş mobil telefon nömrəsində narkotik vasitələrin dövriyyəsinə dəlalət edən mesajların mövcudluğu, eyni zamanda Təqsirləndirilən şəxs1 məxsus mobil telefonda Whatsapp proqramının mesajlar bölməsində Təqsirləndirilən şəxs1la Təqsirləndirilən şəxs2 arasında narkotik vasitələrin satışına dəlalət edən mesajların olması təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 məhkəmə araşdırması zamanı ifadələrində göstərdikləri həmin inkaredici halları tamamilə təkzib etməklə yanaşı, onların qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşıyaraq saxladıqlarını birmənalı şəkildə sübut etmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs2 ifadəsində polis əməkdaşları tərəfindən onun üzərində şəxsi axtarış keçirilərkən üzərindən aşkar edilmiş narkotik vasitələrin çəkisinin ona elan edilmiş ittihamda göstəriləndən daha çox olmasını göstərməsi cinayət işinin materiallarında olan şəxsi axtarış protokolu, həmin istintaq hərəkətinin video çəkilişinin əks olunduğu disk, maddi sübutlar, ekspertiza rəyləri və digər sübutlarla öz təsdiqini tapmamışdır. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmə araşdırması zamanı ifadəsində Təqsirləndirilən şəxs2 onun evinə modem qutusunun içərisində gətirdiyi narkotik vasitələrdən məlumatının olmamasını bildirsə də, Təqsirləndirilən şəxs1 yaşadığı evinə baxış keçirilərkən çəkilmiş video görüntü məhkəmə araşdırması zamanı nümayiş etdirilərkən müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs1 sorğu-sual zamanı Təqsirləndirilən şəxs2 onun evinə gətirdiyi həmin qutuda marixuana narkotik vasitəsinin olmasından məlumatının olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən şübhəli şəxs qismində tutularaq polis idarəsində üzərində şəxsi axtarış keçirilərkən evində narkotik vasitələrin olmasını etiraf etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslərin həmin cinayət əməlini törətmələri qənaətinə gələrkən təqsirləndirilən şəxslərdən aşkar edilmiş narkotik vasitələrin külli miqdar həddindən dəfələrlə çox olmasını, həmin narkotik vasitələrin müxtəlif növlərdə və ayrı-ayrı bükümlərdə olmasını, Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş narkotik vasitələrin olduğu yerdən həmçinin tərəzinin də aşkar edilməsini, eyni zamanda Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş narkotik vasitələrlə Təqsirləndirilən şəxs1 evindən aşkar edilmiş narkotik vasitələrin xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eyni olmalarını, cinayət işinin materiallarında narkotik vasitənin dövriyyəsinə dair Təqsirləndirilən şəxs2 ifadəsində göstərdiklərinin iş materiallarında olan həm Təqsirləndirilən şəxs2, həm də Təqsirləndirilən şəxs1 istifadə etdikləri mobil nömrələrlə bağlı əldə edilmiş mesaj mətnləri ilə də təsdiq edilməsinə dair sübutları və cinayət işinin onların təqsirliliyini təsdiq edən yuxarıda göstərilmiş tədqiq edilən bütün digər hallarını da nəzərə alır. Göstərilənlərdən başqa, eyni zamanda qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs2 həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə ittiham elan edilmiş və onun həmin cinayət əməlini törətməsi özünün etirafedici ifadəsi ilə yanaşı, cinayət işi üzrə toplanmış və yuxarıda göstərilmiş mötəbər sübutların məcmusu ilə tamamilə sübuta yetirilmişdir. Cinayət işinin məhkəmə baxışı zamanı tədqiq edilmiş həmin sübutlar iş materiallarına uyğun və əsaslı olmaqla biri-digərini əlaqəli şəkildə tamamlamaqla mötəbər sayılmağa və yekun nəticəyə gəlməyə imkan verir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışına təqdim edilmiş sübutları məhkəmə iclasında hərtərəfli, tam və obyektiv tədqiq edib, sübutlar toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçməyə cəhd göstərməklə və qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşıyaraq saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,318.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi, Təqsirləndirilən şəxs1 isə qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni və psixotrop maddəni əldə edib daşıyaraq saxlamaqla Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla təsdiq edildiyindən onların cinayət əməlləri ibtidai istintaq orqanı tərəfindən Cinayət Məcəlləsinin müvafiq maddələri ilə düzgün ixtisaslaşdırılmışdır. Məhkəmə eyni zamanda qeyd etməyi zəruri hesab edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini 29 oktyabr 2021-ci il tarixdə törətmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.1.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 75.2-ci maddəsinə əsasən müddətlər, cinayətin törədildiyi gündən ittiham hökmünün qanuni qüvvəyə mindiyi anadək hesablanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 15.2-ci maddəsinə əsasən, Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsində nəzərədə tutulmuş cinayət əməli cinayətlərin təsnifatına görə böyük ictimai təhlükə törətməyən cinayət hesab olunduğundan və Təqsirləndirilən şəxs2 həmin cinayət əməlini törətdiyi 29 oktyabr 2021-ci il tarixdən artıq iki il keçdiyindən o, Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1, 39.1.3-cü maddəsinə əsasən cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1 və 44.2.1-ci maddələrinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, həmin Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə məhkəmə ittiham hökmü çıxarır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3 və 29,318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə cəza təyin edilməməli, Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə ona cəza təyin edilməli, həmçinin Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə təqsirli bilinərək ona həmin maddələrlə cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onların ailə şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınır, cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olması, bundan başqa onun İkinci Qarabağ müharibəsində iştirak etməsi, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlər zamanı “partlayış travması, qapalı kəllə beyin travması” xəsarəti alması, onun “Qubadlının azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınır, cəzasını ağırlaşdıran hal isə müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qəsdən ağır cinayət törətmələri, həm sosial ədalətin bərpası, həm onların islah olunması, təqsirləndirilən şəxslərin özləri və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə, həmçinin barələrində olan cəzalarını yüngülləşdirən halların həcmi və törədilmiş cinayətdə iştirak dərəcələri nəzərə alınmaqla Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrinin sanksiyası daxilində, şəxsiyyətlərinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun şübhəli şəxs qismində tutulduğu 30 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 30 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 31 yanvar 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışdır. Ona görə də, Təqsirləndirilən şəxs2 cəza çəkməsinin əvvəli onun tutulduğu 30 yanvar 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldığı bütün müddət isə məhkəmə tərəfindən ona təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs2 cinayət işi üzrə 30 oktyabr 2021-ci il tarixdə, saat 10:00-da şübhəli şəxs qismində tutulmuş və 01 noyabr 2021-ci il tarixdə saat 11:00-da X4 azad edilmişdir, yəni 3 (üç) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 tutulduğu 3 (üç) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmasını məqsədə uyğun hesab edir. Bundan başqa, məhkəmə Təqsirləndirilən şəxs1 barəsində azadlıqdan məhrum etmə cəzası təyin ediləcəyindən onun barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbirinin «həbs» qətimkan tədbiri ilə əvəz edilərək məhkəmə iclas zalında həbs edilməsini məqsədə uyğun hesab edir. Təqsirləndirilən şəxs1 isə cəza çəkməsinin əvvəli 04 noyabr 2023-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, cinayət işinin materiallarından göründüyü kimi, Təqsirləndirilən şəxs1 cinayət işi üzrə 30 yanvar 2022-ci il tarixdə, saat 14:00-da tutulmuş və 01 fevral 2022-ci il tarixdə saat 12:40-da X4 azad edilmişdir, yəni 2 (iki) gün müddətində şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, məhkəmə Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 tutulduğu 2 (üç) gün müddətin ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmasını məqsədə uyğun hesab edir. Məhkəmə təqsirlilik və cəza məsələsi ilə yanaşı, həm də belə nəticəyə gəlir ki, işdə olan məhkəmə-narkoloji ekspertizasının rəyləri əsas götürülməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən məcburi müalicəyə cəlb edilməli və yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdırlar. Məhkəmə, Azərbaycan Respublikası CPM-in 346.1.19-cu maddəsinin tələbləri baxımından iş üzrə maddi sübutlara dair məsələni həll edərkən belə nəticəyə gəlir ki, hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 32,364 qram narkotik vasitə olan heroin, 15,302 qram psixotrop maddə olan metamfetamin, 96,61 qram narkotik vasitə olan marixuana və Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 110,268 qram narkotik vasitə olan heroin, 28,865 qram narkotik vasitə olan metamfetamin, 34,55 qram narkotik vasitə olan marixuana, 1 ədəd elektron tərəzi məhv edilməli, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Remdi 9C” markalı mobil telefon və Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Redmi” markalı mobil telefon müvafiq olaraq onların yaxın qohumlarına qaytarılmalı, həmçinin Təqsirləndirilən şəxs2 üzərində şəxs axtarış keçirilən zaman video çəkilişi özündə əks etdirən 1 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş video çəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 evində axtarış keçirilən zaman video çəkilişi özündə əks etdirən 01 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iş üzrə 194,40 (yüz doxsan dörd manat qırx qəpik) manat məbləğində ekspertiza xərci mövcuddur ki, qeyd olunan bu məbləğ məhkəmə məsrəfləri olaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. İş üzrə qanunla müəyyən olunmuş qaydada mülki iddia verilməmiş, əmlak üzərinə həbs qoyulmamış, həmçinin Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü və 29,318.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 39.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,318.1-ci maddəsi ilə cəza təyin edilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə 06 (altı) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 30 oktyabr 2021-ci il tarixdən 01 noyabr 2021-ci il tarixədək tutulduğu 3 (üç) gün müddət ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 27 (iyirmi yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 həbsdə saxlanması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməklə cəza çəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu 30 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 30 yanvar 2022-ci il tarixdən 01 fevral 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbs edilsin, «həbs» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin əvvəli 04 noyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 narkomaniyadan məcburi müalicəyə cəlb edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut qismində tanınmış və Gəncə şəhər Baş Polis İdarəsində saxlanca verilmiş təqsirləndiriən şəxs Təqsirləndirilən şəxs2 üzərindən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 32,364 qram narkotik vasitə olan heroin, 15,302 qram psixotrop maddə olan metamfetamin, 96,61 qram narkotik vasitə olan marixuana və Təqsirləndirilən şəxs1 yaşadığı evdən aşkar olunaraq götürülmüş və ekspertiza tədqiqatından sonra qalıq çəkiləri 110,268 qram narkotik vasitə olan heroin, 28,865 qram narkotik vasitə olan metamfetamin, 34,55 qram narkotik vasitə olan marixuana, 1 ədəd elektron tərəzi məhv edilsin, Təqsirləndirilən şəxs2 məxsus 1 ədəd “Remdi 9C” markalı mobil telefon və Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd “Redmi” markalı mobil telefon müvafiq olaraq onların yaxın qohumlarına qaytarılsın, həmçinin Təqsirləndirilən şəxs2 üzərində şəxs axtarış keçirilən zaman video çəkilişi özündə əks etdirən 1 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk, Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş video çəkilişi özündə əks etdirən 01 ədəd DVD disk, Təqsirləndirilən şəxs1 evində axtarış keçirilən zaman video çəkilişi özündə əks etdirən 01 ədəd DVD disk və telefon danışıqlarına dair məlumatları özündə əks etdirən "xxxx" MMC-dən götürülmüş 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfləri – 194,40 (yüz doxsan dörd manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutulub dövlət büdcəsinə ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar