Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-115/2024 10.07.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), X10 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, İclas katibləri: X20 və X11 və X14, Dövlət ittihamçısı: Baş Prokurorluğunun Dövlət İttihamının müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları ədliyyə müşaviri X31 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxsin hüquqi varisi: X12 və nümayəndəsi Nümayəndə Zərərçəkmiş şəxslər: Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1 müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakı ilə, xx.xx.1985-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayonu, Keçili kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan barəsində barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1, 177.2.1, 177.2.2, 177.2.3-cü və 228.4-cü maddələri xx.xx.1988-ci il tarixdə Şəmkir rayonunda anadan olmuş, orta təhsilli, işləməyən, əvvəl məhkum olunmuş və məhkumluğu ödənilməmiş və götürülməmiş,Azərbaycan Respublikasının vətəndaşı, Şəmkir rayonu, M.Hüseynzadə küçəsi ev 49-da qeydiyyatda olmaqla Şəmkir rayonu, Kraz yolu massivi, təzə məhlələrdə ünvansız fərdi yaşayış evində yaşamış, Ədliyyə Nazirliyi PX-in 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq məqsədilə 09 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin dəmir torla hasarlanmış həyətyanı sahəsinə dəmir torun üzərindən aşmaqla qanunsuz daxil olaraq evin çöl tərəfində divara bərkidilmiş 1000 (bir min) manat dəyərində 01 ədəd istifadəyə yararlı “Uni- Therm” markalı, 28 kvt-lıq, 2 esenjor (çıxışlı) kombi cihazını gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 26 yanvar 2023-cü il tarixdə Şəmkir rayonu Qılıncbəyli kəndində bacısı Şahid6 yaşadığı fərdi yaşayış evində müvəqqəti qonaq kimi olarkən, 30 yanvar 2023-cü il tarixdə saat 18 radələrində tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək, bu niyyətlə həmin evin yataq otağında çarpayının üzərində bacısının əri Zərərçəkmiş şəxs2 məxsus göy rəngli cins şalvarın cibində olan sonuncuya məxsus 2000 manat və 300 ABŞ dolları-həmin dövrün məzənnəsinə uyğun olaraq 510 manat omaqla, cəmi 2510 manat pulu gizli yolla talayıb, Zərərçəkmiş şəxs2 ümumilikdə 2510 (iki min beş yüz on) manat məbləğində maddi ziyan vurmaqla təkrarən özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Bundan başqa o, 2023-cü ilin yanvar ayından başlayaraq müxtəlif vaxtlarda arvadıxx.xx.1980-ci il təvəlüdlü X5 işlədiyi hərbi hissədə adını bilmədiyi şəxslə münasibəti olması barədə aralarında yaranmış mübahisə zamanı, sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Yeganə Hümbətova ilə kirayədə yaşadıqları Gəncə şəhəri, N.Nərimanov prospekti ev 31, mənzil 29-da sonuncunun ondan boşanması ilə bağlı təkrar mübahisə edərək kiminlə xəyanət etməsini soruşduqda, Yeganə Hümbətovanın “eləmişəm, yaxşı eləmişəm!” sözlərini deməsindən hiddətlənərək, ona xəyanət etməsindən şübhələnib, xx.xx.2023-cü ildə təxminən saat 04-05 radələrində arvadı Yeganə Hümbətovanın üzündən bir dəfə sillə ilə vurmaqla, müqavimətini qırmaq üçün qollarından tutub sıxaraq sonuncuya həyat üçün təhlükəli olmayan və dərəcəsi təyin olunmayan hər iki dirsək nahiyələrinin qançırı xəsarəti yetirməklə zor tətbiq etmiş, daha sonra, Y.Hümbətovanı qısqanclıq zəminində qəsdən öldürmək, yəni qəsdən həyatdan məhrum etmək qərarına gələrək, bu məqsədlə əvvəlcədən məlum olmayan tarixdə və mənbədən ovçuluq peşəsi ilə bağlı olmayaraq qanunsuz olaraq əldə edib son dəfə xx.xx.2023-cü ildə olmaqla mütəmadi olaraq üzərində gəzdirdiyi tiyəsinin uzunluğu 108 mm, dəstəyinin uzunluğu isə 117 mm olan ümumilikdə 225 mm uzunluğunda, bir tərəfi kəsici, ucu deşici xassəyə malik soyuq silah hesab edilən bir ədəd zavod üsulu ilə istehsal edilmiş, ümumi təyinatlı ov bıçağını evin yataq otağındakı tək nəfərlik çarpayının üzərindən götürüb cinayətkar niyyətini həyata keçirmək məqsədi ilə, Yeganə Hümbətovanı öldürmək istəyini qətiləşdirib sonuncunu qəsdən həyatdan məhrum etməyi arzu edərək, həmin otaqda bıçaqla qəsdən bir dəfə mərhumun döş qəfəsinin sol yarısının ön səthində daxilə keçən sol ağciyərin və ürəyin sol qulaqcığını zədələnməsi ilə müşayiət olunan və həyat üçün təhlükəli olmaqla ölümünə bilavasitə səbəb olan, kəskin daxili və xarici qanitirmə ilə nəticələnən qəsdən sağlamlığa AĞİR zərər vurmaya aid edilən bədən xəsarəti yetirib, X7 qəsdən öldürmüş, yəni qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs2 Elşən oğlu isə tamah məqsədilə qanunsuz və əvəzsiz olaraq özgənin əmlakını gizli talamaq niyyəti ilə tanışı olan digər şəxslə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək, 30 dekabr 2018-ci il və 03 yanvar 2019-cu il tarixlərində saat 02 radələrində vahid niyyətlə ünvan 2 ünvanda yerləşən, X3 mülkiyyətindəki iki mərtəbəli qeyri-yaşayış obyektinin pəncərəsini açıb içəri qanunsuz daxil olaraq arxa divara bərkidilmiş bir ədədinin qiyməti 150 manat olan Cənubi Korea istehsalı “Supermax” markalı xarici görünüşünə görə istismar olunmuş, cəmi 300 manat dəyərindəki 2 ədəd split kondisionerin kompressor mühərriklərini, zirzəmidən 1 ədəd “Genpower jenator” markalı 130 ME tipli 250 amper gücündə olan Türkiyə istehsalı, işıq genaratorunun dəyərinin təxminən 50 faizini təşkil edən 200 manat dəyərindəki mühərrikini, 1 ədəd “Marius MKP62” markalı, xarici görünüşünə görə istismar olunmuş 60 manat dəyərindəki gidrafonlu su mühərrikini, 1-ci və 2-ci mərtəbələrdə yerləşən otaqlardan təxminən 300 metr uzunluğunda Türkiyə istehsalı 8 mis tellərdən ibarət 22 mm-lik CAT6 UTP tipli, “Dörtlər Kablo” firmasına məxsus istifadə edilmiş internet xətti üçün nəzərdə tutulan 240 manat dəyərindəki kabeli, 1 ədəd 1300 manat dəyərindəki “Toshiba” markalı noutbuku, 1 ədəd 150 manat dəyərindəki aliminium materialdan hazırlanmış qapını, 1 ədəd 450 manat dəyərindəki “HP” markalı printeri, 1 ədəd 2016-cı il buraxılışlı 250 manat dəyərindəki “Simens” markalı əldə gəzdirilən telefon aparatını, 1 ədəd 10.000 manat dəyərindəki internet və təhlükəsizlik kameralarının serverini, 1 ədəd 1000 manat dəyərindəki 102 ekran manitorunu, 1 ədəd 1300 manat dəyərindəki “Sharp” firmasına məxsus 2 kameralı soyuducunu, bir ədədinin qiyməti 15 manat olan 12 ədəd tavan üçün 180 manat dəyərindəki 60 x 60 ölçüsündə, xarici görünüşünə görə istismar olunan tavana quraşdırılması üçün tam komplektii elektrik “Led” lampalarını, 1 ədəd “Samsung, Ultra Slim” markalı, xarici görünüşünə görə uzun müddət istismar olunmuş 40 manat dəyərindəki televizoru, bir ədədinin qiyməti 25 manat olan cəmi 100 manat dəyərindəki taxtadan hazırlanmış, xarici görünüşünə görə istismar olunmuş, 50x30 sm ölçüsündə, söykənəcəyi olmayan, üstü parça ilə üzlənmiş 4 ədəd oturacaqları, bir ədədinin qiyməti 15 manat olan cəmi 120 manat dəyərindəki 8 ədəd “Digital Color ccd Camera” markalı istismar olunmuş düzbucaq formalı kameraları, 1 ədəd dairəvi formalı “Telemax” firmasına məxsus xarici görünüşünə görə istismar olunmuş 12 manat dəyərindəki kameranı, 1 ədəd üzərində “Night, model İR-49N, made in Korea” markalanma yazıları olan xarici görünüşünə görə istismar olunmuş 25 manat dəyərindəki kameranı, 1 ədəd televizor üçün nəzərdə tutulan 1x1 m ölçüdə qara rəngli taxta materialından sex üsulu ilə hazırlanmış xarici görünüşünə görə istismar olunmuş 15 manat dəyərindəki masanı, 1 ədəd “EchoSpace FTA 8585” markalı, xarici görünüşünə görə istismar olunmuş istifadəyə yararlı 20 manat dəyərindəki krosno aparatını, 1 ədəd “Supermax” markalı dairəvi formalı, xarici görünüşünə görə istifadə olunmuş 5 manat dəyərindəki digital antenanı, 2 ədəd “CHNT 100” markalı xarici görünüşünə görə istismar olunmuş cəmi 60 manat dəyərindəki 3 fazalı elektrik ayrıcısını, 1 ədəd “Həsənoğlu” firmasına məxsus taxta materialından hazırlanmış, xarici görünüşünə görə istismar olunmuş, 80 x 40 sm ölçülü, 40 manat dəyərindəki 3 çəkməçili tumbanı, 1 ədəd xarici görünüşünə görə uzun müddət istismar olunmuş 5 manat dəyərindəki saçqurudan feni, 1 ədəd “Hotpoint Ariston” firmasına məxsus, bir gözü elektrik ilə, digər 3 gözü qazla işləyən, xarici görünüşünə görə istismar olunmuş 200 manat dəyərindəki masa üstü sobanı, 1 ədəd “PYRAMİS” markalanması olan, xarici görünüşünə görə istismar olunmuş dairəvi formalı 40 manat dəyərindəki əi-üzün yuyan moydadırı, 1 ədəd “ Hotpoint Ariston” firmasına məxsus, xarici görünüşünə görə istismar olunmuş 60 manat dəyərindəki havatəmizləyicini, 4 ədəd “Həsənoğlu” firmasına məxsus, gövdəsi metaldan, üst hissəsi plastik kütlədən hazırlanmış 80x80 sm ölçüdə xarici görünüşünə görə istismar olunmuş, cəmi 160 manat dəyərindəki oturacaqları, bir ədədinin qiyməti 4 manat olan cəmi 60 manat dəyərindəki 15 ədəd “Sipp” firmasına məxsus elektrik ayrıcılarının və razetkaların üzlüyünü, 1 ədədinin qiyməti 4 manat olan cəmi 20 manat dəyərindəki “Gevess” firmasına məxsus elektrik razetkalarını, bir ədəd “Ariston” firmasına məxsus, xarici görünüşünə görə istismar olunmuş, 80 manat dəyərindəki 120 litrlik su qızdırıcısını, 100 metr uzunluğunda plastik materialdan olan 300 manat dəyərindəki naqil qoruyucu borunu, bir ədədinin qiyməti 50 manat olan cəmi 100 manat dəyərindəki 2 ədəd “ECE” firmasına məxsus istifadədə olmuş unitazları, “ECE” firmasına məxsus nej materialından olan istifadədə olmuş 150 manat dəyərindəki duş dəstini, bir ədədinin qiyməti 3 manat olan cəmi 90 manat dəyərindəki 30 ədəd istilik sisteminin divarının içərisində quraşdırılmış istifadədə olmuş su nəzarət krantlarını, mansarda yerləşən mərkəzləşdirilmiş “Supermax” firmasına məxsus havalandırma sisteminin 8 metr uzunluğunda 525 manat dəyərindəki 16 mm-lik mis borular olamqla, cəmi 17.657 (on yeddi min altı yüz əlli yeddi) manat dəyərində əmlakını gizli talayıb, zərərçəkmiş şəxs X6 xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında tamah məqsədi ilə özgənin əmlakını gizli olaraq talamaq qərarına gələrək 09 dekabr 2022-ci il tarixdə saat 19 radələrində Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin dəmir torla hasarlanmış həyətyanı sahəsinə dəmir torun üzərindən aşmaqla qanunsuz daxil olaraq evin bayır tərəfində divara bərkidilmiş halda olan 1 000 (bir min) manat dəyərində 01 ədəd istifadəyə yararlı “Uni-Therm” markalı, 28 kvt-lıq, 2 esenjor(çıxışlı) kombi cihazını gizli yolla talayıb, Zərərçəkmiş şəxs1 ümumilikdə 1000 (bir min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını gizli olaraq talayıb oğurluq etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə Azərbaycan Respublikası 177.2.1, 177.2.2, 177.2.3, 228.4-cü maddələri ilə tam, Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə deyil, CM-nin 126.3-cü maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, 2011-ci il tarixdə X15 ilə qeyri-rəsmi ailə qurmuş, 2012-ci ildə rəsmi evlənmiş, birgə nikahlarından 2013-cü ildə Ruhi adlı övladı doğulmuşdur. Yeganə ilə 2-ci nikahı olmuş əvvəlki evliliyindən övladı olmamışdır. Yeganənin ilk evliliyindən X17 və X12 adlı iki övladı olmuşdur. Yeganə Müdafiə Nazirliyi N saylı hərbi hissəsdə rabitəçi özü isə Bakı şəhərində Xaqani küçəsində avtomobillərin parklanmasında qeyri-rəsmi nəzarətçi işləmişdir. X22, gəlini Günay qızı Ruhi ilə birlikdə Şəmkir rayonu, Hərbi şəhərcik DOS-8 mənzil 34-də yaşamış, iki həftədən bir Bakıdan gələrək 2 gün qalıb qayıtmışdır. Gəncə şəhərində isə Yeganə ilə təklikdə qalmaq üçün günlük mənzil kirayələmişdir. Şəmkirdəki hərbi şəhərcikdə yerləşən kafedə Şəmkir sakini Təqsirləndirilən şəxs2 dostu vasitəsilə tanımış və münasibətləri olmuşdur. Təxminən iki ildir, Tovuz rayonu Aşağı Öysüzlü kənd sakini olan Elnarə adlı qadınla da qeyri-rəsmi münasibətdə olmuş və yanına gedib-gəlmişdir. Elnarənin yaşadığı evə gedibgələrkən sonradan Zenfıra adlı qadına məxsus evin çox vaxt sahibsiz olduğu diqqətini cəlb etmiş, xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Şəmkir şəhərində yerləşən çayçıda Musa ilə görüşüb Tovuz rayonunda kombi istilik cihazı gördüyünü və həmin cihazı oğurlamaq istədiyini demiş, Musaya ona köməklik etməsini təklif etmişdir. Musa da onunla razılaşmışdır. Musa Şəmkir şəhərində yerləşən “Qorodok” adlana kafenin sahibi Rövşənə zəng edib guya onun 300 manata kombi satdığını demiş, Rövşən isə 250 manat verə biləcəyini demişdir. Onlar Musanın tanışı Knyaza məxsus “VAZ 2106” markalı avtomobilə əyləşib Rövşənə məxsus kafeyə getmiş, Musa Rövşənə kombini gətirməyə getdiyini dedikdən sonra Knyaza məxsus avtomobillə həmin gün saat 18 radələrində Tovuz rayonu Aşağı Öysüzlü kəndinə gəlmişlər. Saat təxminən 19 radələrində Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən Zenfıra adlı qadına məxsus evin qarşısına çatdıqda, taksi sürücüsünə yolun kənarında saxlamağı deyib avtomobildən düşüb piyada evə tərəf getmişlər. Musa ilə o setka çəpərdən keçib evin həyətinə girmiş, divardan asılı vəziyyətdə olan kombi cihazına yaxınlaşıb, cibindən plastik boruları kəsən qayçını çıxardaraq kombinin su borusunu kəsib götürmüşlər. Hər ikisi kombini götürüb küçəyə çıxarıb taksinin yük yerinə qoymuş və Rövşənə məxsus Şəmkir şəhərindəki kafeyə gəlmişlər. Musa Rövşəndən 30 manat alıb taksiyə verib yola salmış, həmin gün axşam Musa əlavə olaraq Rövşəndən 70 manat alıb yarısını ona vermişdir. Onlar kafedə əyləşib yemək yemiş, hesab 40 manat tutmuşdur. Sonrakı 3-4 gün ərzində də Rövşənin onlara verəcəyi pulun əvəzinə yeyib içmişlər. xx.xx.2022-ci ildə O, əvvəllər tanıdığı Şəmkir şəhər sakini Süleyman adlı şəxsə zəng vurub 400 manata kombi satdığını dedikdə, Süleyman onunla razılaşmışdır. O Musaya zəng edib kombini Rövşəndən almağını xahiş etmişdir. Musa səbəbini soruşduqda kombini başqa adama baha satacağını demişdir. Rövşən də kombini geri alamq üçün 300 manat pul istəmişdir. Süleyman özünə məxsus “VAZ 2107” markalı avtomobillə Rövşənə məxsus kafeyə gəlmiş. Süleymanın kombini ondan alıb satdığı Ramin adlı şəxs də özünə məxsus “Kia Optima" markalı avtomobillə kənarda gözləmiş, o Süleymandan 400 manat pulu alaraq, Rövşəndən aldığı 300 manat pulu qaytarmış, Süleymana isə müştəri tapdığı üçün 30 manat vermişdir. Yerdə qalan 70 manat pulu Musa ilə bölmüşdür. 2023-cü ilin yanvar ayının 20-də Şəmkir rayonu, Keçili kəndində yaşayan Elvin adlı ögey qardaşının evində müvəqqəti olaraq işlərdə kömək etmək üçün qalmış, 26 yanvar 2023-cü ildə, saat 20 radələrində, Şəmkir rayonu Qılıncbəyli kəndində yaşayan ögey bacısı Şahid6 övladı xəstə olduğuna görə xəstəxanaya getdikləri üçün qardaşı Elvinlə onun yaşadığı evə getmiş, saxladıqları ev heyvanlarına qulluq etmişlər. Onlardan başqa bacısının üç azyaşlı qızları da evdə olmuş, uşaqlara da nəzarət etmişlər. Həmin gün gecə bacısı və yeznəsi Əbülfət də öz yaşadıqları evə qayıtmış, tez-tez xəstə övladlarını xəstəxanaya apardıqlarından başları qarışıq olduğundan qardaşı Elvinlə orada qalıb uşaqlara və heyvanlarına baxmışlar. Həmin müddətdə yeznəsi Əbülfətin qonşuları, digər qohumlar da onlara baş çəkmişlər. 30 yanvar 2023-cü ildə qardaşı Elvinlə bacısıgildən getməyə hazırlaşmış, təxminən saat 18 radələrində telefonunu enerji yığmağa qoymaq üçün bacısıgilin evinin digər otağına keçib telefonunu enerjiyə qoyub arvadı Yeganə zəng eləmiş və onunla telefonla danışmışdır. Bu zaman bacısı Emanın qızı Burlaxatun otağa girərək, otaqda çarpayının üzərindəki göy rəngli cins şalvarın cibindən pul götürmək istədikdə, şalvarın cibindəki pullar yerə tökülmüş, Burlaxatun pulları yığıb şalvarın cibinə qoyaraq şalvarı çarpayının üzərinə sərib otaqdan çıxmışdır. Burlaxatun otaqdan çıxdıqdan sonra şalvarın cibindəki pulu gizlicə götürmək qərarına gəlmiş və pulu götürüb cibinə qoyandan sonra şalvarı yerinə qoyarkən Burlaxatun yenidən otağa girmiş o isə yalandan guya şalvarın yerə düşdüyünü deyib şalvarı aparıb asılqandan asmışdır. O oğurladığı pulun dəqiq məbləğini bilməmiş, özündə saxlamışdır. Yeznəsi Əbülfətdən avtomobilin açarını alaraq siqaret almaq məqsədilə marketə getmiş, yolda Burlaxatunu da görüb avtomobilə mindirmişdir. Burlaxatun çörək, o isə siqaret aldıqdan sonra evə geri qayıtmış, yeznəsi Əbülfət onları Keçili kəndinə gətirmişdir. Gecə qardaşı Elvinin qonşusu Azərə Bakı şəhərinə getməyi təklif etmiş, Azər ona pulu olmadığını dedikdə cibindəki pulu çıxarıb Azərə göstərmiş lakin Azər Bakıya getmək istəməmişdir. Bundan sonra Bakıya getmək üçün Şəmkir şəhəri dörd yol adlanan yerə gəlib marketə su almaq üçün girmiş və bu zaman bacısıgilin evindən oğurladığı pulun 2000 manat və 300 ABŞ dolları olduğunu bilmişdir. Oğurladığı pulun 170 manatına Bakı şəhərinə getdiyi vaxt Şəmkir rayonu 4-cü küçə adlanan yerdə “Samsung” markalı mobil telefon almış, qalan pulları isə Bakı şəhərində olduğu vaxt müxtəlif yerlərdə istirahət və digər xərclərinə sərf etmişdir. 07 fevral 2023-cü ildə polis əməkdaşları ona oğurluqda şübhəli olduğunu bildirib Şəmkir RPŞ-yə aparmış, polis tərəfindən dindirildikdən sonra sərbəst buraxılmışdır. Arvadı Yeganə ilə isə hadisədən əvvəlki son 1 il müddətində münasibətlərində soyuqluq yaranmış, bunun səbəbi Yeganənin iş yoldaşı Afaq Məmmədova adlı şəxsin onların ailə münasibətlərinə qarışıb Yeganənin əxlaqını pozan hərəkətlər etməsi olmuşdur. Yeganədən Afaqla ünsiyyət qurmamasını tələb etmiş, son dəfə xx.xx.2023-cü il tarixdə Gəncə şəhərinə gələrək, köhnə Yevlax avtovağzalının yaxınlığında 10 manata hosteldə, xx.xx.2023-cü ildə isə 6 manata kirayədə qaldıqdan sonra Gəncə şəhəri N.Nərimanov prosepekti, 31/29-da yerləşən mənzili günü 30 manata Samir adlı ev alqı-satqısı edən şəxsdən kirayəyə götürmüşdür. Evi kirayələməkdə məqsədi Yeganə mart ayının 11-i işdən çıxdıqdan sonra 2 gün onunla orada olmaq olmuşdur. Yeganə ilə xx.xx.2023-cü ildə saat 12 radələrində görüşmüş və kirayələdiyi evə gətirmişdir. Həmin günü aralarında hər-hansı mübahisə olmamışdır. Mart ayının 12-si Yeganə ilə Gəncə şəhərində “Park house” adlı kafeyə gedib çay içdikdən sonra evə qayıtmış, həmin gün Afaq mütəmadi Yeganəyə zəng etdiyindən, Afaqın nömrəsini Yeganənin telefonunda bloka atmışdır. Axşam saatlarında Afaq başqa nömrədən Yeganəyə zəng edib bloka atmasının səbəbini soruşduqda, Yeganə isə onun etdiyini demiş, Afaq telefonda onu təhqir etmişdir. Yeganə ilə onu niyə müdafiə etməməsinə görə mübahisələri olmuş, həmin gün axşam evdə 2 şüşə pivə içmişlər. Mübahisələri xx.xx.2023-cü il tarixdə saat gecə 04 radələrində şiddətlənmiş, Afaq üstündə Yeganə onunla mübahisə etmiş, Yeganə xəbəri olmadan boşandığını dedikdə, ona kimlə xəyanət etməsini soruşmuş, Yeganə isə “eləmişəm, yaxşı eləmişəm” deyərək onu özündən çıxarmışdır. Yeganənin üzündən sillə ilə vurduqdan sonra, Yeganə onun sinəsinə, sağ və sol qoluna dırnağı ilə xəsarət yetirmiş, bundan əsəbləşərək, evin yataq otağındakı tək nəfərlik çarpayının üstündəki idman şalvarının cibindən çarpayının üzərinə düşmüş ona məxsus, gəzdirdiyi açılıb-bağlanılan bıçağı götürüb açmış Yeganəyə vuracağını bildirdikdə, Yeganə ona vura bilməyəcəyini dedikdən sonra sol döş qəfəsi nahiyyəsinə bir dəfə bıçaq zərbəsi endirmişdir. Bu zaman Yeganə halsız çarpayıya oturub su istəmiş, ona su verib yarasını sıxıb saxlasa da, bir neçə dəqiqə sonra Yeganə ölmüşdür. Yeganəni çarpayıdan döşəməyə uzadaraq üzərini mələfə ilə örtmüş, əsəbi soyumadığından evin qonaq otağında oturaraq, stolun üzərindəki bank sənədlərin üstünə və arxasına “Elmar ananı mən öldürdüm, hadisənin səbəbkarı Afaqdır, Afaqı və qızını öldürəcəm” yazıları yazaraq, hadisəni törətdiyi bıçağı yuyub, qanlı maykanı çıxarıb evə qoyaraq, paltarlarını geyinib, Yeganəyə məxsus telefona öz mobil nömrəsini taxıb xx.xx.2023-cü il tarixdə saat 06-07 radələrində evdən çıxıb, yaxınlıqdakı Nərimanov parkında skamyada əyləşib fikirləşmiş və saat 09 radələrində Gəncə şəhər avtovağzalına gedərək, avtobusla Bakıya yola düşmüşdür. Bakıya getməkdə məqsədi Bakı Ağır Cinayətlər Məhkəməsinə gedərək təslim olmaq olmuşdur. Saat 11 radələrində avtobusda olarkən tanımadığı sərnişinin telefonundan bacısı qızı Aygünə zəng edərək hadisə barədə məlumat verib, təslim olmağa gedəcəyini demişdir. Təxminən 15 dəqiqə sonra polislər zəng edərək, Bakıya getməməyini, Gəncəyə gəlib təslim olmağı dedikdən sonra, Hacıqabul rayonu ərazisində avtobusdan düşərək, Gəncəyə taksi ilə yola düşmüşdür. Kürdəmir rayonu ərazisində “Asan Xidmət”in yaxınlığında Gəncə şəhər polis idarəsinin əməkdaşları onu saxlayaraq, Gəncəyə gətirmiş, Yeganəyə məxsus mobil telefonu və hadisəni törətdiyi bıçağı polisə vermişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, hadisəni qısqanclıq zəminində Yeganə Hümbətovanın ona xəyanət etməsinə dair şübhələri və mübahisələri zamanı mərhumun ona “etmişəm, yaxşı etmişəm” deməsinə görə törətmiş, bıçağı götürüb Yeganəyə göstərdikdən sonra Yeganə bıçağı ona vura bilməyəcəyini dedikdə Yeganənin sol döş qəfəsi nahiyyəsinə bir dəfə bıçaq zərbəsi endirmişdir. Yeganəyə xəsarət yetirdikdən sonra su gətirib, yarasını sıxsa da O, ölmüşdür. Təcili tibbi yardıma məlumat verməmiş, hadisəni törətdikdən sonra Bakı şəhərinə təslim olmaq məqsədi ilə getmişdir. Hadisədən sonra “Elmar ananı mən öldürdüm, mamanı oteldə başqa oğlanla tutdum ona görə öldürdüm, Yeganədən axırıncı dəfə kiminləsə görüşüb danışdığını soruşduqda Afaq tapdığı baş leytenantla görüşdüyünü etiraf etmişdir. Aşakr edilmiş yazıları Afaqa hədəqorxu gəlmək üçün yazmış lakin heç bir real hərərkət etməmişdir. Törətdiyi əməllərdən peşmandır, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilib göstərmişdir ki, Şəmkir rayonu M.Hüseynzadə küçəsi ev 49-da ailə üzvlərində birlikdə yaşamışdır, iki azyaşlı övladı var. 30 dekabr 2018-ci il və 03 yanvar 2019-cu il tarixlərində saat 02 radələrində tanışı X8 ilə birlikdə ünvan 2 ünvanda yerləşən, X3 mülkiyyətindəki iki mərtəbəli qeyri-yaşayış obyektinin pəncərəsini açıb içəri daxil olaraq ümumilikdə 17.657 manat dəyərində əmlakını gizli oğurlamış, həmin cinayət əməlinə görə Gəncə Apelyasiya Məhkəməsinin qərarı ilə barəsində azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Şəmkir rayon Keçili kənd sakini Təqsirləndirilən şəxs1 isə birlikdə etdikləri oğurluq hadisəsindən təxminən bir ay əvvəl tanımışdır. xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Şəmkir şəhəri “Annienfeld” çay evinin yaxınlığında yerləşən çayxanada oturub çay içən zaman Elşən və tanımadığı bir nəfər şəxs gəlib oturduğu masada əyləşib söhbət etmişlər. Söhbət vaxtı Elşən ona kirayə ev axtardığını deyərək nə işlə məşğul olduğunu soruşanda ev təmiri ustası olduğunu demişdir. Nömrə verib iş olarsa xəbərləşməyi demişlər. xx.xx.2022-ci il təxminən saat 15 radələrində Şəmkir şəhərində yerləşən “Qorodok" adlanan kafedə Rövşənlə oturub çay içən zaman Elşən zəng edib onda kombi olduğunu və satmaq istədiyini demiş, Rövşən danışıqlarını eşidib həmin kombinin qiymətini soruşmuş, Elşən də 300 manata satacağını demişdir. Rövşən ona kombini 250 manata satırsa ala biləcəyini demiş, Elşən razılaşmışdır. Həmin gün saat 17 radələrində Elşən zəng edib harada olduğunu soruşduqda evdə olduğunu demiş, Elşənlə “İstiqlal" parkının qarşısında görüşdükdə, Elşən ona kombinin oğurluq, Tovuz rayonunda olduğunu və gətirməkdə köməklik etməyi demişdir. Həmin gün saat 18 radələrində onlar birlikdə oğurluq məqsədilə əvvəldən tanıdığı Şəmkir rayonu Morulu kənd sakini Knyaz adlı şəxsə məxsus VAZ 2106 markalı nömrə nişanlı avtomobilə parkın qarşısında əyləşib saat 19 radələrində Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən Zemfıra adlı qadına məxsus yaşayış evin yaxınlığına gəlmişlər. Evin qarşısına çatdıqda taksi sürücüsündən onları gözləməsini demiş, Elşənlə setka çəpərdən keçib evin həyətinə daxil olduqdan sonra divardan asılı vəziyyətdə olan kombiyə yaxınlaşmış, Elşən cibindən qayçı çıxardıb kombinin su borusunu kəsmiş, kombini yerə düşürmüş, hər ikisi kombini götürüb küçəyə çıxararaq, taksinin yük yerinə qoyub birbaşa Rövşənə məxsus Şəmkir şəhərində yerləşən kafeyə getmişlər. Rövşəndən 30 manat alıb taksiyə vermiş, kafedə yeyib-içdikdən sonra Rövşəndən 70 manat pul alıb Elşənlə yarı bölmüşdür. Bir neçə gün Rövşənin kafesində kombinin qalan puluna yeyib-içmişlər. xx.xx.2022-ci ildə Elşən zəng edib onu kafenin qarşısına çağırmış, kombini başqa adama 450 manat satdığını və qaytarmaq lazım olduğunu demişdir. Kafeyə gedib Rövşənə bəhanə olaraq Elşənin kombini satmasını anasının bilib geri istədiyini demiş, bu adla onlar kombini geri istədikdə Rövşən 300 manat pulu almasa kombini verməyəcəyini demişdir. Elşən də həmin günü 300 manat pulu tapıb gətirərək Rövşənə vermiş və Rövşən kombini qaytarmışdır. Elşən kombini ağ rəngli “VAZ 2107” markalı avtomobilin yük yerinə qoymuş, kafenin qarşısına "Kia Optima" markalı başqa avtomobil gəlmiş, Elşən kombini həmin şəxsə 400 manata satmışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq göstərdi ki, törətdiyi əməldən peşmandır, zərərçəkmiş şəxslərə vurduğu maddi ziyanı ödəmişdir, ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınaraq dindirilmiş X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1lə anası Yeganə arasında əvvəlcə qeyri rəsmi, sonra isə rəsmi nikah münasibətləri olmuş, onların nikahından azyaşlı bacısı Ruhi doğulmuşdur. Hal-hazırda qız onun himayəsindədir. Baş vermiş hadisəyə qədər də anası ilə Elşən arasında daimi narazılıq, söz-söhbət olmuş, Elşən anasını guya pozğunluq etməkdə, kimlərləsə münasibətdə olmaqda ittiham etmiş, buna görə tez-tez mübahisələri olmuşdur. O özü də anası daima incidiyi və pis olduğu üçün onların arasındakı nikah münasibətlərinin pozulmasını istəmişdir. Hadisə barədə ona qohumları məlumat vermişdir. Sonradan isə anasını Elşənin aralarında qısqanclıq zəminində baş vermiş münaqişə zamanı bıçaqlayaraq öldürdüyünü öyrənmişdir. Təqsirləndirilən şəxslə barışmamış, ondan şikayətçidir, ona ən ağır cəza verilməsini istəyir. Məhkəmədə şahid qismində dindirilmiş X17 göstərmişdir ki, Yeganə Hümbətova doğma anasıdır. Onun ilk nikahından özü və bacısı Gülnar doğulmuş, atası 2006-cı ildə Rusiyada avtoqəzada vəfat etdikdən sonra anası Təqsirləndirilən şəxs1lə evlənmiş, həmin evlilikdən Ruhi Quliyeva doğulmuşdur. Bacısı Gülnar isə Bakı şəhərində yaşayır. X41 Nazirliyinin N saylı hərbi hissəsində rabitəçi vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləmiş, həftənin N günü anası hərbi hissədə qalmış, həftəsonları isə ya onunla yaşadığı Şəmkir rayonu, Hərbi şəhərcik Dos-8, mənzil 34-də, ya da əri Elşənlə onun kirayə götürdüyü evdə birlikdə yaşamışdır. Elşən son dəfə bildiyi qədər Bakıda avtomobil dayanacağında qeyri-rəsmi işləmişdir. xx.xx.2023-cü ildə anası Yeganə işdən çıxdıqdan sonra Şəmkirə gəlib, veteranlıq təqaüdü kəsildiyi üçün evdəki sənədlərini götürüb, həftəsonunu Elşənlə keçirəcəyini deyib Elşənə zəng etmiş, Elşənin telefonuna zəng çatmadığı üçün, həmin axşam onlarda qalmışdır. Şənbə günü martın 11-i anası səhər çıxıb işə getmiş, şənbə günləri anasının qısa iş günü olmuşdur. Həmin gün axşam bacısı Ruhi anası ilə videogörüntülü telefonla danışdıqda o da bacısının yanında olmuş və anasıyla Elşənin birlikdə kirayələdikləri mənzildə olduqlarını görmüşdür. Həmin vaxt hansı mübahisənin şahidi olmamışdır. Mart ayının 12-si bazar günü anası ilə danışmamış, axşam evə gəldikdə arvadı Günay Afaqın axşamüstü ona zəng edərək, anası Yeganəyə zəng çatmadığını deyib, anası ilə maraqlandığını dedikdə, arvadı Günayın anasına zəng etmiş, telefonu Elşənin götürüb anasının Afaqla telefonda danışdığını demiş, bu zaman anası Yeganə Elşənə qışqıraraq Afaqı bloka niyə atmasını soruşmuşdur, bundan sonra telefon əlaəqsi sonlandırılmış, martın 13-ü səhər 08 radələrində arvadı Günay onu oyadaraq, Afaqın ona zəng edib anasının işə gəlmədiyini bildirmiş, anası və Elşənə zəng etsə də, heç-birinə zəng çatmamışdır. Narahat olub saat 09 radələrində taksi ilə mütəmadi kirayə tutduqları N.Nərimanov prospektindəki parkın yanına gəlib ev kirayələməklə məşğul olan makleri tapıb, anası və Elşəni soruşduqda, maklerin Elşənin axşam anasını işə yola salmaq adı ilə ondan 20 manat borca pul aldığını bildirib həmin evə aparmışdır. Makler qapını döydükdən sonra evdən səs gəlmədiyindən özündə olan açarla qapını açmışdır. Mənzilə daxil olduqda, mənzilin dağınıq olduğunu, yataq otağına keçdikdə isə anasının döşəmədə çarpayının yanında ayaqlarını, görmüş, bədənin üzəri isə mələfələrlə örtülü olmuşdur. Mələfəni qaldırdıqda anasının hərəkətsiz uzandığının görmüş köynəyini yuxarı qaldırdıqda sinəsindən qan gəldiyini, nəbzinin olmadığını görmüş öldüyünü bildikdən sonra ağlamağa başlamış. Həmin vaxt sonradan adının Samir olduğunu bildiyi makler polisə zəng edib hadisə barədə bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid8 bildirmişdir ki, Gəncə şəhərində VÖEN əsasında evlərin alqı-satqısı və kirayəsi xidmətini göstərir. Təqsirləndirilən şəxs1 və X7 əvvəllər tanımamışdır. xx.xx.2023-cü il tarixdə Elşən ofisdə ona yaxınlaşaraq, arvadı ilə birlikdə yaşaması üçün gündəlik ev kirayələmək istədiyini demiş, sənədlərini nikahla bağlı şəhadətnaməni binanın 2-ci mərtəbəsində qohumuna məxsus 2 otaqlı mənzili günü 30 manat olmaqla bir günlük kirayəyə verəcəyini demiş, Elşən onunla razılaşaraq, bir günlük ödənişi, özünün və arvadının şəxsiyyət vəsiqələrinin, nikah haqqında şəhadətnamənin şəkillərini ona vermişdir. Elşənlə aralarında daxili ev kirayəsi müqaviləsi bağlamış və Elşən həmin müqavilənin arxasına Gəncə şəhəri, N.Nərimanov prospekti, 31/29-da yerləşən evi xx.xx.2023-cü il tarixdə 1 günlük 30 manat dəyərində kirayələməsi ilə bağlı yazı yazaraq imza etmişdir. Evin açarını Elşənə verib, evi Elşənə təqdim etmiş, xx.xx.2023-cü il tarixdə günorta saatlarında Elşən ona zəng edərək, növbəti gün üçün 30 manat kirayə ödənişini vermək istədiyini bildirdikdə, Elşənə pulu yaxınlıqdakı “Oba market”ə verməsini demişdir. Bir neçə saat sonra Elşənlə ofisin yaxınlığında rastlaşdıqda, ondan 10 manat istəmiş və pulu kartına pul vurulan kimi növbəti günün kirayə ödənişi ilə birlikdə verəcəyini, demiş, Elşənə 10 manat borca pul vermişdir. Həmin gün axşam saat 21 radələrində Elşənlə “Bravo market”in qarşısında rastlaşdıqda, Elşənin yanında kök orta boylu qadın olmuşdur. Elşən ona yaxınlaşaraq, arvadının hərbçi olduğunu, həyəcan siqnalı verildiyi üçün arvadını hərbi hissəyə yola salacağını deyib ondan yenə 10 manat borc pul istəmiş, saat 22 radələrində Elşənin kirayələdiyi mənzilə gedərək, Elşən və arvadının sənədlərinin əslini görmək məqsədilə qapını döydükdə, Elşən qapını açmışdır. Elşənə arvadının sənədini təqdim etməsini dedikdən sonra Elşənin arvadı Yeganə şəxsiyyət vəsiqəsinin üzərində olmadığını, hərbi biletini təqdim etmiş, onunla razılaşaraq, hərbi biletin şəklini çəkib, Elşənə ofisə gəlməsini demişdir. 15 dəqiqə sonra Elşən ofisə gəldikdə Elşəndən borca pul istəməsinin səbəbini soruşduqda Elşən yenə də arvadını hərbi hissəyə yola salmaq üçün pul lazım olduğunu demiş, Elşənə inanaraq yenə 10 manat borca pul vermişdir. xx.xx.2023-cü ildə səhər saat 10 radələrində bir nəfər ona zəng edərək, Təqsirləndirilən şəxs1 tanıyıb-tanımadığını soruşmuş, həmin şəxs ofisə gəldikdə söhbət edəcəyini demişdir. Təxminən 15 dəqiqə sonra ofisin qarşısında 1 nəfər cavan oğlanla görmüş, həmin şəxs ona ata və anasının kirayə mənzildə qalıb-qalmadığını soruşanda ona məxsus mənzildə kirayəyə qaldıqlarını və Elşənin ona 20 manat borcunun olduğunu bildirmiş, 20 manat pulu həmin şəxsdən aldıqdan sonra, həmin oğlanı Elşənin kirayələdiyi mənzilə aparmışdır. Mənzilin qapısını döydükdə qapını açan olmadığından, özündəki açarla qapını açmışdır. İlk olaraq mənzilə Elşənin oğlu arxası ilə özü və tanışı daxil olduqda mənzilin dağınıq olduğunu və Elşənin oğlunun evin yataq otağında qışqırmasını eşitmişdir. Həmin yataq otağına keçdikdə döşəmədə çarpayının yanında üzəri mələfə ilə örtülü qadın meyitini görmüşdür. Həmin oğlan meyitin yanında ağlayaraq, Elşənin anasını öldürdüyünü demişdir. Dərhal mobil telefonu ilə həmin evin içərisini və meyitin videosunu çəkmiş və bu barədə polis əməkdaşlarına telefonla məlumat vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş şahid qismində dindirilmiş Şahid9 göstərmişdir ki, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində sanitar vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi işləyir. Hərbi hissə əvvəl Göygöldə, sonra isə Daşkəsəndə yerləşmişdir. X4 2019-cu ildən hərbi hissədən tanımış, Yeganə həmin vaxt radiotelefonçu vəzifəsində müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu işləmişdir. Təqsirləndirilən şəxs1 isə Yeganənin əri kimi tanımış və bir dəfə görmüşdür. Yeganə ilə yaxşı münasibətləri olmuş və asudə vaxtlarını birgə keçirtmişlər. İş yerində görüşməyə imkan olmadıqda isə telefonla mütəmadi olaraq danışmışlar. Yeganə ilə Elşənin arasında mütəmadi mübahisələr olmuş və mübahisələrin əsas səbəbi Elşənin oğurluq cinayətləri etməsi olmuşdur. Elşən daima arvadı ilə maraqlanmış, Yeganə ilə əlaqə saxlaya bilmədikdə isə iş vaxtı ona və ya digər tanıdığı iş yoldaşlarına zəng edərək, Yeganə ilə maraqlanmışdır. 2023-cü ilin yanvar ayında Elşən ona zəng edib Yeganənin saçını saraltmasının səbəbini, Yeganənin kimlərlə münasibətdə olmasını, görüşməsini soruşduqda, Elşənlə telefonda mübahisə etmiş bu barədə Yeganəyə demişdir. Yeganə Elşənə zəng edərək əsəbi şəkildə niyə ona zəng etməsinin səbəbini soruşaraq, “gəzirəm yaxşı edirəm” deyib Elşənlə mübahisə etmişdir. Özü hər gün yaşadığı yerə gedib gəlsə də Yeganə ancaq həftə sonları evinə getmiş, iş günlərinin sonunda isə maddi imkanı aşağı olması səbəbindən hərbi hissədə qaldığını bildirmişdir. Yeganə Elşənlə mütəmadi mübahisə etsələr də bir müddət sonra yenidən barışaraq, görüşmüşlər. 2022-ci ilin dekabr ayında hərbi hissədəki bütün qadın əməkdaşların veteranlıq təqaüdü kəsildiyindən və Yeganənin vəkil tanış olduğundan xx.xx.2023-cü il tarixdə sənədlərini müvafiq orqanlara müraciət hazırlamaq məqsədilə hərbi-hissədə vəkilə verməsi üçün Yeganəyə vermiş, xx.xx.2023-cü il tarixdə qonşuluqda toy olduğu üçün işdən icazə almış və işə çıxmamışdır. xx.xx.2023-cü il tarixdə hərbi hissədə Yeganə ilə görüşdükdə, Yeganə işdən sonra Elşənlə Gəncədə həftə sonunu birlikdə keçirəcəyini bildirmişdir. Günorta saatlarında işdən birlikdə çıxıb, Göygöldən taksi ilə Gəncədə “köhnə Yevlax avtovağzalı” deyilən ərazidə avtomobildən düşmüşlər və Yeganə ilə sağollaşaraq marşruta minib Samuxa evinə getmiş, Yeganə isə Elşənlə görüşəcəyini demişdir. Həmin gün axşam Yeganə ilə telefonda danışdıqda Elşənlə birlikdə olduğunu və hər şeyin qaydasında olduğunu demişdir. xx.xx.2023-cü il tarixdə Yeganə ilə səhəri gün işə nə vaxt gedəcəkləri barədə danışmış, səhər Gəncədə görüşüb birlikdə taksi ilə Göygölə hərbi hissəyə gedəcəklərini razılaşmışlar. xx.xx.2023-cü il tarixdə səhər işə getmək üçün təxminən 07:30 radələrində bir neçə dəfə Yeganəyə və Elşənə zəng etsə də əlaqə saxlamaq mümkün olmadığından narahat olub Yeganənin gəlini Günaya zəng edib Yeganəni maraqlanmışdır. Günay da Yeganədən məlumatının olmadığını demişdir. Bir neçə dəqiqə Gəncə şəhərində, H.Əliyev parkının yaxınlığında gözlədikdən sonra taksi ilə çıxıb işə getmişdir. Həmin gün Yeganənin işə gəlmədiyini bilib günorta Günaya zəng etdikdə Günay ona Elşənin kirayə qaldıqları mənzildə Yeganəni öldürdüyünü demişdir. Məhkəmədə verilən suallara cavab olaraq Şahid9 göstərdi ki xx.xx.2023-cü ildə Yeganə ilə danışdıqdan sonra təkrarən Yeganəyə zəng etmək istədikdə Yeganəyə zəng çatmamışdır. Yeganə özü bir neçə saat sonra zəng edib, onunla niyə maraqlanmadığını soruşmuş, o isə zəng etsə də telefonuna zəng çatmadığını bildirmişdir. Elşənin onun nömrəsini bloka atmasını başa düşmüş, Yeganə ona Elşənlə görüşdükdə onları narahat etməmələri üçün Elşənin telefonda digər şəxsləri bloka atdığını demişdir. Həmin vaxt Elşənlə Yeganə arasında mübahisə eşitməsə də aralarında narazılıq olduğunu bilmişdir. Yeganənin Elşənə xəyanət etməsinin şahidi olmamış və eşitməmişdir. Yeganənin kimləsə görüşməsini soruşandaElşənə bu barədə bilmədiyini deyərək, sözlərinə əsəbiləşib Elşənlə telefonda sözlə mübahisə etmişlər. Məhkəmədə şahid qismində dindirilmiş Şahid10 göstərmişdir ki, Təqsirləndirilən şəxs1 dayısıdır. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində dayısı Elşən tanımadığı nömrədən ona məxsus ***-***-**-** saylı mobil nömrəyə zəng edib arvadı Yeganə ilə dalaşdığını və Yeganəni öldürdüyünü demiş, əvvəlcə onun sözlərinə inanmamış, Elşənin oğulluğu olan Elmara zəng etdikdə Elmar ağlaya-ağlaya Elşənin dediklərini təsdiqləmişdir. Təxminən yarım saat sonra Elşən yenidən ona tanımadığı nömrədən zəng edərək, İranda müalicə alan anası Marala hadisə barədə deməməyi və təslim olmağa gedəcəyini bildirmiş, lakin harada olduğunu deməmişdir. Həmin gün xəbərlərdə Elşənin törətdiyi cinayətə görə tutulmasını eşitmişdir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 göstərmişdir ki, Elşən arvadının ögey qardaşıdır. Azyaşlı oğlu Məmmədin xəstəliyinin müalicəsi ilə bağlı borc olaraq aldığı və qohumların verdiyi 2000 manat pulu və 300 ABŞ dollarını evdə yataq otağında şalvarının cibində saxlamışdır. Əvvəllər Elşənlə aralarında hər hansı mübahisə olmamışdır. 26 yanvar 2023-cü ildə Elşən qardaşı Elvinlə onlara qonaq gəlmiş, 27 yanvar 2023-cü il tarixdə saat 10 radələrində bacısının yoldaşından 200 manat da əlavə borca pul alaraq oğlu Məmmədi həkimə aparmışlar. Günorta saatlarında evə qayıtdıqda Elşən evdə olmuş, növbəti gün qaynanası və baldızı da onlara qonaq gəlmiş, həmin gün axşam onları Keçili kəndindəki evlərinə aparmışdır. Axşam 23 radələrində Elvin ona zəng edib pulu yoxlamağı dedikdə, evdə saxladığı pulun yerində yəni şalvarın cibində olmadığını görmüşdür. Elvinə zəng etdikdə sonuncu ona Elşənin qonşusu Azərə həmin pulları göstərdiyini və pulları Elşənin oğurladığını demişdir. Elşən barəsində polisə şikayət etmişdir, sonradan Elşənin ailə üzvləri onun oğurladığı pulu geri qaytarmışlar. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid6 da əri Zərərçəkmiş şəxs2la eyniməzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları əsdiq etmişdir. İbtidai istintaq zamanı qanuni nümayəndəsinin iştirakı ilə şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş azyaşlı Şahid7 qızı göstərmişdir ki, qardaşı Məmməd xəstə olanda Elşən və Elvin onlara gəlmiş, onlarda olduqları müddətdə xatırlamadığı gün valideynləri axşam şalvarının cibindən beş manat pul götürərək yaxınlıqda olan mağazadan 3 dənə çörək almağını dedikdə çarpayının üstündə atasının göy rəngli cins şalvarını görüb, şalvarın cibindən beş manat pul götürəndə, şalvarın cibindən çoxlu pul yerə tökülmüşdür. Həmin vaxt dayısı Elşən otaqda bir qadınla telefonda danışmışdır. O, yerə tökülən pulları atasının şalvarının cibinə geri qoyanda dayısı Elşən bunu görmüşdür. O da şalvarı yenidən çarpayının üstünə qoyub otaqdan çıxmış, hava soyuq olduğundan qayıdıb otaqdan jiletini götürəndə dayısı Elşənin əlində atasının şalvarını görmüş və dayısından nə etməsini soruşduqda Elşən ona şalvarın yerə düşdüyünü deyərək, şalvarı götürüb asılqandan asmışdır. O da jiletini götürüb mağazaya getmiş, mağazaya çatana yaxın dayısı Elşən atasının maşını ilə gəlib onu götürmüş və mağazadan çörək alıb evə qayıtmışlar. Evə qayıtdıqdan sonra yemək yeyib yatmış, sonradan anası ona dayısı Elşənin atasının şalvarının cibindəki pulları götürdüyünü demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, taksi fəaliyyəti ilə məşğul olur. Təqsirləndirilən şəxs2 hadisədən təxminən 2 ay əvvəl tanımış, ədavəti və düşmənçiliyi olmamışdır. Bir iki dəfə Musanın sifarişi ilə gedəcəyi yerə aparmışdır. 09 dekabr 2022-ci il tarixdə Musa onun mobil nömrəsinə zəng edərək, Tovuz rayonunda yerləşən N nömrəli hərbi hissənin yanına tanış adam aparmaq lazım olduğunu, sənəd və pul götürəcəklərini bildirmiş, yol pulu neçə manat alacağını soruşduqda, 25 manata razılaşmışlar. Bir müddət sonra Musa yanında tanımadığı bir nəfər şəxslə dayandığı köhnə xəstəxananın yanına gəlib avtomobillə 19 radələrində Tovuz rayonuna gəlmişlər. N nömrəli hərbi hissəni biraz keçdikdən sonra yolun kənarında saxlayıb onları gözləməyi demiş, O da avtomobili kənara çəkib saxlamışdır. Orada təxminən 10 dəqiqə onları gözlədikdən sonra Musa və yanındaki şəxs əllərində bir ədəd ağ rəngli axımlı su qızdırcısını gətirib avtomobilə qoymuşlar. O Musadan bunu kim verdiyini, sənəd dalınca gəldiklərini soruşduqda, Musa sənədi götürdüklərini, kombini də yanındaki oğlana hədiyyə verdiklərini demişdir. O artıq heçnə soruşmamışdır. Şəmkirə gələndə yolun uzaq olduğunu 25 manatın bəs etmədiyini imkan varsa 5 manat da artıq vermələrini dedikdə, Musa narazılıq etmədən çıxardıb 5 manat vercəəyini demiş Onları Şəmkir rayonunda “qorodok” adlanan ərazidə kafenin yaxınlığında düşürdüb evə getmişdir. Musa və tanımadığı şəxs ona kombinin oğurluq olduğunu isə sonradan öyrənmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, Şəmkir şəhəri 20 yanvar küçəsində yerləşən özünə məxsus kafeni işlədir. Təqsirləndirilən şəxs2 uzun illərdir tanıyır, əvvəllər qonşuluqda yaşamışdır. Təqsirləndirilən şəxs1 isə az müddətdir tanımış, Musanın yanında bir-iki dəfə gəlib kafesində yemək yemişdir. Musa isə kafeyə mütamadi olaraq gəlib-getmiş, çox vaxt yeməyi nisyə yazdırmışdır. Borcla bağlı aralarında inciklik olmamış, vaxtı-vaxtında vermişlər. Təxminən xx.xx.2022-ci il tarixdə axşam saatlarında Musa onun kafesinə gəlmiş və bir yerdə oturub çay içərkən Musa, Elşəndə evlərinin “Kombi”si olduğunu, ehtiyacı olduğu üçün satdığını demiş, neçəyə satdığını soruşduq da Musa 300 manata satdığını demişdir. O həmçinin 250 manata satarsa alacağını və sənədlərinin olub-olmadığını soruşmuşdur. Elşən razılaşmışdır. Təxminən 2-3 gün sonra Musa ona zəng edərək, “Kombi”ni gətirdiyini və hara qoymağını soruşduqda aparıb kafeyə qoymasını demişdir. Onlar “Kombi”ni kafeyə qoyduqdan sonra zəng edib bu barədə ona deyərək, 30 manat pul istəmişlər. Həmin vaxt kafedə oğlu olduğu üçün Musaya 30 manat pul verməsini tapşırmış, axşam isə özü 70 manatı Musaya vermişdir. Bundan sonra Musa və Elşən 4-5 gün ard-arda onun kafesinə gəlib yeyib-içmiş, onların təxminən 300 manata yaxın borcları yığılmışdır. Cihazın sənədini gətirmədikləri üçün o pulunu verib “Kombi”ni aparmalarını bildirmişdir. Sonra Musa ona zəng edib “Kombi”ni satdıqların,ı gəlib götürəcəklərini demiş, əvvəl borclu olduqları pulu vermələrini sonra kombini götürə bilcəəklərini demiş, təxminən 20-30 dəqiqə sonra Musa və Elşən gəlib 300 manat borclarını verib “Kombi”ni götürüb aparmışlar. İş üzrə şahid qismində dindirilmiş Şahid3 göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməsə də Şəmkir şəhərində kafe işlədir. Təqsirləndirilən şəxs2 həmçinin Təqsirləndirilən şəxs1 əvvəllər tanımamış, hər ikisini ona “Kombi” cihazını satdıqları günü tanımışdır. Belə ki, təxminən 2022-ci ilin dekabr ayının ortaları tanışları ilə kafedə olarkən digər masada oturan tanışı Elşəni göstərərək onun “Kombi” satdığını bildirmiş, Elşəndən “Kombi”ni neçəyə satdığı və hazırda harada olduğunu soruşduqda, Elşən ona “Kombinin” hazırda digər kafedə olduğunu, həmin kafedə yeyib içdiklərini, 300 manat borc yığıldığını, kafe sahibinin isə “Kombi”ni girov kimi saxladığını, qiymətinin 450 manat olduğunu demişdir. O Elşənə həmin kafenin borcunu bağlayıb “Kombi”ni gətirməsi üçün 300 manat vermiş, təxminən 20-25 dəqiqə sonra Elşən və yanında da bir nəfər tanımadığı şəxs “Kombi”ni onun kafesinin qarşısına gətirmişlər. O “Kombi”yə baxaraq aparıb kafeyə qoymalarını demişdir. Elşən özü də gəlib quraşdıracağını, həmçinin sənədi gətirəcəyini bildirmişdir. Elşənə əlavə 100 manat da vermiş və sənədini gətirəndə qalıq 50 manatı verəcəyini razılaşmışdır. Təxminən 2 gün sonra isə kafeyə polis əməkdaşları gəlib “Kombi”nin oğurluq olduğunu bildirib ondan təhvil almışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 Çingiz oğlu bildirmişdir ki, Təqsirləndirilən şəxs1 tanıyır. Aralarında normal münasibətlər olmuşdur. 30 yanvar 2023cü il tarixdə saat 22:30 radələrində yaşadığı evin həyətində siqaret çəkərkən qapı döyülmüş və o qapını açdıqda Elşənin gəldiyini görmüşdür. Elşən onunla birlikdə Bakı şəhərinə getməyi təklif etdikdə pulu olmadığını bildirərək razılaşmamış, Elşən cibindən qalın paçkada 100 manatlıq əskinazları çıxardaraq pulu olmasını və bu barədə heç kimə deməməyini, yenidən onunla getməyi təklif etsə də Elşənlə razılaşmamışdır. Elşənin ögey qardaşı Elvin onların qonşusu olduğu üçün dərhal Elvinin yanına gedərək Elşənin cibində çoxlu pulun olmasını deyərək səbəbini soruşmuşdur. Elvin isə bacısı Emaya zəng etmişdir. Elvin telefonla danışdıqdan sonra Elşənin pulu bacısı Emanın evindən oğurladığını demişdir. Bundan sonra Elşənlə əlaqə saxlamağa çalışsalarda onunla əlaqə saxlamaq mümkün olmamışdır.. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göpstərmişdir ki, Təqsirləndirilən şəxs1 ögey qardaşıdır 2023-cü ilin yanvar ayının əvvəli Rusiya Federasiyasında yaşayan digər qardaşı Elnurun xahişi ilə Elşəni Bakı şəhərindən gətirib onunla birlikdə yaşamasına icazə vermiş, 26 yanvar 2023-cü il tarixdə Elşənlə birlikdə Qılıncbəyli kəndində yaşayan bacısı Emagilə xəstə uşağına baş çəkmək və mənəvi dəstək olmaq üçün qonaq getmişlər. 27 yanvar 2023-cü il tarixdə qaynı Əbülfət bacısından 200 manat borc pul alarkən Elşən avtomobilin yanında, o isə avtomobildə olmuşdur. O və Əbülfət birlikdə bacısıoğlu azyaşlı Məmmədi xəstəxanaya aparmışlar. 30 yanvar 2023-cü il tarixdə anası Gülab və bacısı Nurlana da Əbülfətgilə qonaq gəlmiş, axşam saat 22 radələrində Əbülfət avtomobili ilə onları Keçili kəndindəki evlərinə gətirmişdir. Evdə Elşənin sağa-sola getməsini və həyəcanlı olmasını gördükdə bunun səbəbini soruşmuş, Elşən ona Türkiyədə yaşayan anasının 40 manat pul göndərməsini və taksi ilə Təzəkənd kəndinə gedərək həmin pulu çıxaraacağını demiş və bundan sonra evdən getmişdir. Qısa müddət sonra Azər onalra gələrək, Elşənin cibində çoxlu pul olduğunu gördüyünü demiş, dərhal bacısı Emaya zəng edib danışdıqdan sonra Elşənin pulları Emanın evindən Əbülfətin cibindən oğurladığını öyrənmişdir. Elşənlə mobil telefon ilə əlaqə saxlayan zaman Elşən ona gələcəyini desə də gəlməmişdir. Daha sonra Elşənlə əlaqə saxlaya bilməmişdir. Bundan sonra Elşənlə münasibətləri soyumuş və sonradan onun digər cinayətlər etdiyini də öyrənmişdir. Müdafiə tərəfinin vəsatəti əsasında məhkəmədə şahid qismində dindirilmiş Gəncə ŞBPİ CAB-ın rəisi X24 göstərmişdir ki, xx.xx.2023-cü ildə baş vermiş qətl hadisəsindən sonra rayon prokurorluğu tərəfindən şübhəli şəxs qismində axtarışa verilmiş Təqsirləndirilən şəxs1 olduğu yeri anası Maralın vasitəsilə öyrənmiş və onun istifadəsində olan mobil nömrə ilə əlaqə saxlayıb hadisə barədə məlumatlı olduqlarını, təslim olmağı tələb etmişdir. Aralarındakı danışıq zamanı Elşən mobil telefonunun enerjisinin bitdiyini bildirib 10-15 dəqiqəyə zəng edəcəyini demiş, həqiqətən həmin müddətdən sonra digər mobil nömrə ilə polislə əlaqə saxlamışdır. Növbəti əlaqə zamanı Elşən taksidə olduğunu bildirmiş, ona Gəncədən çıxdıqlarını, yolda görüşmələrini demiş taksinin pulunu şəxsi bank kartından nağdsız ödəmişdir. Elşənlə xx.xx.2023-cü ildə Kürdəmir rayonu “Asan Xidmət” qarşısında görüşmüş onu gəldikləri avtomobilə əyləşdirib Gəncə şəhərinə gətirib təhvil vermiş və sənədləşmə aparmışlar. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 10 dekabr 2022ci il tarixli “baxış keçirilməsi haqqında” protokol və əlavə si olan fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs1 şikayəti ilə bağlı keçirilmiş baxış zamanı müəyyən edilmişdir ki, ev bir mərtəbə, 2 otaq və mətbəxdən ibarətdir. Evin arxa tərəfi boş ərazidir, evin sağ və qabaq tərəfindən avtomobil yolu keçir və sol tərəfində isə fərdi yaşayış evi var. Evin hər tərəfi isə dəmir torla bağlanmış, ev sahibi kombinin quraşdırıldığı və sonradan qanunsuz olaraq aparıldığı yeri təqdim etmişdir Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən 20 dekabr 2022-ci il tarixli “əşyanın götürülməsi haqqında” və “baxış keçirilməsi haqqında” protokol və fotocədvəllərdən görünür ki, Tovuz rayonu Aşağı Öysüzlü kəndində yerləşən Zərərçəkmiş şəxs1 evindən oğurlanmış bir ədəd istilik cihazı ağ rəngdədir, Rusiya Federasiyası istehsalıdır, “Uni Therm” markalı, istifadəyə tam yararlı, yenisindən seçilmir. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 25 yanvar 2023cü il tarixli Zərərçəkmiş şəxs1 ərizə və eyni tarixli qəbzdən görünür ki, kombi cihazı sonucuya təhvil verilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2023-cü il tarixli, 9/144 nömrəli rəyindən görünür ki, 01 ədəd Rusiya Federasiyasında istehsal olmuş, “UNİ-Therm” markalı, 28 kvt-lıq, 2 esenjor (çıxışlı), istifadəyə tam yararlı, quraşdırılmış, istifadə olunmayan 2022-ci ilin dekabr ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 750,0 manat müəyyən olunur. İş materiallarına əlavə olunmuş 30 yanvar 2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokol və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs2 məxsus Şəmkir rayonu Qılıncbəyli kəndində fərdi yaşayış evinə keçirilmiş baxış zamanı 1 mərtəbəli kürsülü olmaqla 3 otaqdan ibarətdir. Evin yataq otağında keçirilmiş baxış zamanı 1 ədəd cüt çarpayı, masa və paltar asılqanı var. Zərərçəkmiş şəxs2 pulunun oğurlandığı özünə məxsus asılqandan asılmış göy rəngli cins şalvarı əyani surətdə təqdim edilmiş, asılqan otaqda giriş qapısının yanında olmuşdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş 10 fevral 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs1 2000 manat və 300 ABŞ dolları oğurlaması ilə əlaqədar ona dəymiş maddi ziyan tam şəkildə ödənilmişdir. Ona görə də heç bir şikayəti və tələbi yoxdur. Cinayət işi materiallarına əlavə olunmuş 13 mart 2023-cü il tarixli “bахış kеçirilməsi hаqqındа” protokoldan görünür ki, hadisə yeri - ünvan 3 ünvanda yerləşən mənzildir. Binanın ikinci mərtəbəsində üç mənzil yerləşir. 29 saylı mənzil pilləkanlə üzbəüz ortada yerləşir. Mənzilə daxil olduqda dəhliz, dəhlizin sol tərəfində sanitar qovşaq və mətbəx otağı müşahidə edilir. Giriş qapısı yerləşdiyi divarın sağ tərəfindəki divarda 197x82 sm ölçüdə qapı boşluğu vardır. Həmin qapı boşluğundan qonaq otağına (şərti olaraq həmin otaq 1 rəqəmi ilə işarələnmiş) daxil olduqda döşəmə üzərində qırmızı, qəhvəyi, yaşıl rəngli naxışları olan sarı rəngli xalça sərilmiş divara bərkidilmiş televizordan bir qədər aralıda ətrafında 04 ədəd stul olan stol vardır. Döşəməyə sərilmiş xalçanın üzərində 01 ədəd qara rəngli bel çantası və 01 ədəd qara rəngli əl çantası vardır. Hər iki çantanın ağızları açıq vəziyyətdə və içərisindəki əşyaların xalçanın üzərinə tökülmüşdür, “1” nömrəli otağının “3” nömrəli divarında mənzilin digər otağına keçdikdə döşəmə üzərinə sərilmiş yaşıl, sarı, qara rəngli naxışları olan qırmızı rəngli xalça üzərində 01 ədəd arxası üstə, baş nahiyyəsi otağın giriş qapısı istiqamətində uzanılmış vəziyyətdə qadın cinsli meyit vardır. giriş qapısından 125 sm aralıda iki nəfərlik 208x171 sm ölçüdə taxta çarpayı vardır. Həmin çarpayının üstündə üzərində qanabənzər ləkələr olar ağ rəngli yorğan örtüyü müşahidə olunur. Meyitin başından 21 sm aralıda giriş qapısına doğru, döşəməyə sərilmiş xalçanın üstündə üzərində qanabənzər ləkələr və çəhrayı gül naxışları olan ağ rəngli 01 ədəd mələfə vardır. “1” nömrəli otaqda yerləşən stolun üstündə üzərində “Elmar mamanı mən öldürdüm, sənin mamanı oteldən tutdum başqa kişiylə sən bacın bu yola özünüz elədiz bacın dedi sən dedin get başqasıyla yaşa ama Elşənən yaşama məndə başqa oğlanan tutdum ona görə öldürdüm Afaq sənin iş yoldaşın səni pozdu Allah Afaqa ləhnət eləsin Afaqla yazışmaları çıxardın çünki Afaq iş yoldaşı Yeganəni pozmuşdu X34 yani mənim anam ana məni bağışla elədiyim hərəkətə görə mən səni atdım ailəmi tutdum amma səhv elədim nə anam var nə atam nə bacım nə qardaşım mənim heç kəsim yoxdur anamnan başqa ana məni bağışla səni çox sevirəm mənim bacım can sirdaşım öldü indi rahatdı mən isə narahat məni bağışla məndə gedirəm bacımın yanına mənim yadigar qızıma yaxşı bax bizim hamımız torpağa gedəcik ana məni bağışla sənin dostun padruqan Afaqın maması sənin başını necə yedi Afaq da mənim qızmın anası Yeganənin başını yedi axırıncı səfər soruçanda Yeganə mənə düzün de kimləsə danışsan və ya görüşüsən mənə etiraf etdi bəli görüşürəm Afaq tapıb baş letinatdı Afaq Alla bəlanı versin sənin qızını və sənin özünü bir yerdə öldürəcəm Afaq sənin həməşə yuxuna girəcəm sənin şeytanın olacam sənin kabusun olacam məni tutsalar və ya özüm öldürsəmdə səni izləyən olacaq səni və qızını öldürən olacaq Afaq xanım növbədə sənsən səni məhv etməyincə səni öldürməyincə sənən əl çəkəsi deyiləm mənim qızım anasız qaldı sənində qızın qalacaq Afaq xanım sən necə mənim həyat yoldaşım Yeganənin haqqına girdin indi sənin uçretindi. Səni həyatdan məhv edəcəm mənim qızım alcə yetim qaldı səndə cəza çəkəcən sənində qızın yetim qalacaq səni öldürəcəm baxın X18 mənim həyat yoldaşım Yeganə Hümbətovanı yoldan çıxardaraq ona sevgili tapmışdı mən Təqsirləndirilən şəxs1 Afaqa dəfələrnən demişdim ki, Yeganəni pozma onun mənə davranışı budu get işinlə məşğul ol sən kişi deyilsən məndə məcbur olub həyat yoldaşım Yeganəni öldürdüm X38 başını kəsəcəm Afaq məni gözlə gəlirəm faişə “ məzmunda qələmlə yazılmış ifadələr olan 04 ədəd kağız parçaları, X9 məxsus 01 ədəd hərbi bilet, üzərində “ELSHAN GULİYEV” və “Bank Respublika” yazılmış sarı rəngli 01 ədəd plastik bank kartı, 02 vərəqdə X13 məxsus hər biletin ksero surətləri, 02 vərəqədə Şahid9 məxsus şəxsiyyət vəsiqəsinin və nikah haqqında şəhadətnamənin ksero surətləri, N vərəqədə hərbi hissə komandirinin N nömrəli əmrindən çıxarış, 06 ədəd əl-barmaq izləri və 01 ədəd siqaret kötüyü götürülmüş meyit müayinə olunması üçün Səhiyyə Nazirliyinin MTE və PA ETTB-nin Gəncə şəhər şöbəsinə göndərilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş 13 mart 2023-cü il tarixli meyitə və üzərindəki paltarlara baxış keçirilməsi haqqında protokol və əlavə si olan fotocədvəldən görünür ki, meyitin döş qəfəsinin ön səthində solda orta körpücük xəttlə İİ-İİİ qabırğaarası nahiyədə 2 sm uzunluqda kənarları hamar bir ucu «П» şəkilli, digər ucu iti olan uzunsov formalı yara vardır. Sağ dirsək nahiyəsinin arxa-bayır səthində 5x4 sm ölçüdə,sol dirsək nahiyəsinin arxa səthində 4x4 sm ölçüdə göyümtül rəngli, qeyri-müəyyən formalı qançırlar vardır. Meyiti əynində olan yaşıl rəngli hərbi kofta, koftanın ön səthində solda düz xətt formalı dəlib-keçən zədə vardır qara rəngli pambıq parçadan mayka, maykanın ön səthində solda eyni xarakterli zədə vardır, qara rəngli büstqalter, qara rəngli idman şalvarı; qara rəngli tursik, götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saat 15:00 radələrində Kürdəmir rayonu ərazisində saxlanılmış, saxlanılarkən könüllü olaraq 1 ədəd qara rəngli “Katel” markalı mobil teelfonu 1 ədəd cinayəti törədərkən istifadə etdiyini bildirdiyi qatlanan bıçağı polis əməkdaşlarına təqdim etmiş və Gəncə ŞBPİ MSY-yə təhvil verilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 13 mart 2023-ci il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim edilmiş “Katel” markalı mobil telefon və 1 ədəd bıçaq götürülmüşdür. 01 ədəd “Azercell” və 01 ədəd “Nar” mobil operatoruna aid SİM kartlar aşkar edilmiş, bıçaq-tiyə və dəstək hissədən ibarət olmaqla ümumi uzunluğu 225 mm-dir. Bıçağın tiyəsi gümüşü rəngli materialdan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Bıçağın dəstəyi gümüşü rəngli, üzəri qəhvəyi rəngli taxtanın içərisi qızılı rəngli metal işləməlidir. Bıçağın tiyəsi üzərində “Columbia KA140” yazısı həkk edilmişdir. “Katel” markalı mobil telefon və 1 ədəd bıçaq götürülməklə qablaşdırılmışdır. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 14 mart 2023-ci il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 hadisə vaxtı üzərində olmuş boz rəngli 01 (bir) ədəd tuman götürülmüşdür. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 28 mart 2023-ci il tarixli “əşyanın götürülməsi və baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Şahid8 01 (bir) ədəd diskə keçirilmiş baxış zamanı “VİD-20230313-WA0031”; videogörüntüdə evin yataq otağında döşəmədə qadın cinsli meyit olduğu və onun yanında diz üstə bir nəfər şəxsin olması müəyyən edilmiş, Şahid8 video çəkilişi öz mobil telefonu vasitəsilə Gəncə şəhəri N.Nərimanov prospektində 31/29 saylı mənzildə apardığını, videodakı ayaq üstə olan şəxsin evdə işlədiyi usta Fərid adlı şəxs, yerdəki meyit Yeganə Hümbətovaya aid olduğu, meyit yanında diz üstə olan şəxsin Yeganə Hümbətova oğlu olduğu bildirmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış 09 iyun 2023-ci il tarixli əşyanın tanınmaya təqdim edilməsi haqqında protokoldan görünür ki, qatlanan, ümumi uzunluğu 225 mm olmaqla tiyəsinin uzunluğu 108 mm olan bıçaq, ona oxşar olan üç ədəd bıçaq arasında tanınmış və hadisəni alətlə törətdiyini demişdir. Cinayət işinin materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş 17 iyun 2023-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, telefon məlumatlarında iş üzrə əhəmiyyət kəsb edən hər hansı hal müəyyən edilməmişdir. İş üzrə təyin edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 27 nömrəli rəyindən görünür ki, X1 meyitinin bədənində bir ədəd-kəsilmiş-deşilmiş yara müəyyən edildi. Bu xəsarət döş qəfəsinin sol yarısının ön səthində yerləşir, sol döş boşluğuna keçərək sol ağciyəri və ürəyin sol qulaqçığını zədələmişdir. Qeyd edilən xəsarət həyatidir, bir tərəfi kəsici xüsusiyyətə malik olan kəsici-deşici alətlə yetirilmişdir və həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir. Xəsarətin əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir. Yara kanalının istiqaməti öndən arxaya, bir qədər soldan sağa, yuxarıdan aşağıya doğrudur. X5 meyitinin bədənində yuxarıda göstərilən xəsarətdən başqa hər iki dirsək nahiyələrində qançır xəsarətlər müəyyən edildi. Bu xəsarətlər də həyatidir, küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir və belə xəsarətlər canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir, dərəcələri təyin edilmir. X1 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin daxilə keçən sol ağciyərin və ürəyin sol qulaqcığın zədələnməsi ilə müşaiyət olunan kəsilmiş-deşilmiş yarası nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə olmuşdur. Ətraf mühit şəraiti və meyit əlamətlərini nəzarə alaraq belə hesab edir ki, ölümün müddəti meyit müayinə edildiyi vaxta nəzarən 8- 10 saatdır. Cinayət işi üzrə təyin edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-tibb ekspertizanın xx.xx.2023-cü il tarixli, 358 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər: sağ said nahiyyəsinin sıyrıqları - bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-cü il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2023-cü il tarixli, 3-13-11/2-4558/2023 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə hadisə yerindən götürülmüş 01 ədəd “LD” markalı siqaret kötüyü üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs1(xx.xx.1985 Şəmkir) məxsusdur. Cinayət işi üzrə təyin edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 13 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 maye halında qanının qrup göstəricisi ABO sistemi üzrə O(İ) alfabetadır. X1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B(İİİ) alfadır. Təqdim edilmiş bir ədəd bıçaq üzərində qan aşkar olunmadı. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus bir əddə mayka üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi B(İİİ) alfa olduğundan mərhum X9 məxsus ola bilər. Təqdim edilmiş bir ədəd yorğan üzlüyü və üç ədəd mələfə üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi B(İİİ) alfa olduğundan mərhum X9 məxsus ola bilər. Təqdim edilmiş X9 məxsus paltarlar(bir ədəd uzunqol kofta, bir ədəd mayka, bir ədəd bustqalter) üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi B(İİİ) alfa olduğundan mərhumun özünə məxsus ola bilər. Təqdim edilmiş X2 və sol əl dırnaqları üzərindəki ləkələrdə insan qanı aşkar olundu, həmin qanın qrup göstəricisi O(İ) alfa-beta olduğundan Təqsirləndirilən şəxs1 məxsus ola bilər. Təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus bir ədəd alt tumanı, X9 məxsus bir ədəd idman şalvarı və bir ədəd tuman üzərində qan aşkar olunmadı. Cinayət işi üzrə təyin edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 729 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə edilmiş “lifli materialların tədqiqi” məhkəmə ekspertizasının xx.xx.2023-cü il tarixli, 6/2510 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 və X9 məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X9 məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus olduğu qeyd edilən maykanın üzərindən aşkar edilmiş tünd yaşıl rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X9 məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış kompleks məhkəməpsixiatriya və məhkəmə-psixoloji ekspertizanın xx.xx.2023-cü il tarixli, 172 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 hər hansı psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. Təqsirləndirilən şəxs1 praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, Təqsirləndirilən şəxs1 hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. Təqsirləndirilən şəxs1 ölçüb-biçmək, hərəkətlərinə hesabat vermək və hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs1 anlaqlılığı istisna etməyən psixi pozuntu aşkar edilmir. O, öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini tam dərk etmək və hərəkətlərini idarə etmək qabiliyyətində olmuşdur. Təqsirləndirilən şəxs1 tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs1 aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Bu vəziyyətin yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). İş materialarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş məhkəmə-ballistik (soyuq silah) və trasoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/711; 3/739 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1 (bir) ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan ümumi təyinatlı ov bıçağıdır, soyuq silah hesab edilir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “X9 məxsus....” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş köynəyin, maykanın və büstqalterin səthində rəyin tədqiqi hissəsində yerləşmə sahəsi göstərilməklə təsvir edilən zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan predmetin təsirindən öndən arxaya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş üzərində “X9 məxsus.....” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş köynəyin, maykanın və büstqalterin səthində olan zədələrdə xüsusi əlamətlə əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Geyim əşyalarının material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından onların səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. Təqdim edilmiş üzərində “X9 məxsus.....” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş köynəyin, maykanın və büstqalterin səthindəki zədələr X5 bədənində yerləşən “döş qəfəsin ön səthində solda bir ədəd ağciyərin və ürəyin zədələnməsi ilə... kəsilmiş-deşilmiş yara...” xəsarəti ilə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarət üst-üstə düşür. Təqdim edilmiş üzərində “X9 məxsus.....” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd şalvarın, bir ədəd tumanın və üzərində “Təqsirləndirilən şəxs1 məxsus....” ayzı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd maykanın, bir ədəd tumanın üzərində trasoloji zədə yoxdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 14 mart 2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması” protokol və əlavəsi olan DVD diskdən görünür ki, istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs1 ona istinad edilən cinayəti törətməsi faktı ilə bağlı şübhəli şəxs qismində istintaqa verdiyi ifadəsini təsdiq edərək, hadisənin baş vermə mexanizmini əyani olaraq göstərmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(104)-10/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək Şəmkir Rayon Məhkəməsinin 02 iyun 2021-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 09 ay azadlıqdan məhrumetmə cəzası azaldılaraq, üzərində 01 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəzaçəkmənin əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Tovuz Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü və Şəmkir rayon İcra və Probasiya Şöbəsinin məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 177.2.3cü maddəsilə 02 (iki il) azadlıqdan məhrumetmə cəzası 06 ay müddətə şərti olaraq təyin edilmiş, xx.xx.2019-cu il tarixdə cəzaçəkmə müddəti bitdiyindən qeydiyyatdan çıxarılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən Bakı şəhəri, Səbail rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-276/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinib ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmişdir. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı xx.xx.2013-cü il təvəllüdlü X25 var. Elektron məhkəmə informasiya sistemi vasitəsilə əldə edilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində xx.xx.2013-cü il təvəllüdlü X39 və xx.xx.2014-cü il təvəllüdlü X21 var. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Şəmkir RİHB-nin Keçili kənd üzrə İƏD-dən verilmiş xx.xx.2023-cü il tarixli, 171№li arayəşdan görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş Şəmkir RİHB-nin Şəmkir şəhəri üzrə icra nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli, 5-76-1/202D- 156/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 ünvan 4 ünvanda yaşamır. Məhkəmə Təqsirləndirilən şəxs1 arvadı Yeganə Hümbətovaya xəsarət yetirsə də sonuncunun öldürmək istəməməsi barədə ifadəsini məhkəmə istintaqı zamanı müəyyən edilmiş işin obyektiv hallarına uyğun olmaması və həmçinin cinayət işinin materialları, zərərçəkmiş şəxsin hüquqi varisinin, şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkəti protokolları və əlavə edilmiş video-foto çəkilişlərlə təkzib olunduğuna görə həmin hissəsinə tənqidi yanaşıb inandırıcı hesab etmir və təqsirləndirilən şəxsin ifadələrindəki həmin hissələri xüsusilə ağır cinayət əməlinə görə ağır cəzadan yayınmaq cəhdi və özünümüdafiəsi kimi qiymətləndirir. Belə ki, Təqsirləndirilən şəxs1 xüsusilə ağır cinayət hadisəsi törədərkən hərəkətləri (xəsarətin zərərçəkmişin yuxarı, yaxud aşağı ətraflarına yetirilmə mümkünlüyünə baxmayaraq bilavasitə hər kəsə məlum olan əsas hərəkətverici orqan olan ürəyin yerləşdiyi döş-sinə nahiyyəsinin sol tərəfinə vurulması, cinayətin aləti kimi –məişətdə istifadə edilən hər hansı kəsici-deşici alət deyil, ovda istifadə edilən xüsusi təyinatlı kəsicideşici xassəyə malik soyuq silah olan bıçaqdan istifadə edilməsi, eləcə də hadisəni törətdikdən sonrakı davranışları, (təcili tibbi yardım çağırmaması, qonşulara ətrafdakı şəxslərə və hər hansı səlahiyyətli orqana müraciət etməməsi, cinayət alətini yuyub təmizləyərək özü ilə götürüb hadisə yerini tərk etməsi) iş materiallarında olan və məhkəmədə elan edilərək maddi sübutlar (əlyazma ilə oğluna ünvanladığı yazılar) həmçinin iş materiallarında olan digər obyektiv hallar şübhəli və təqsirləndirilən şəxs qismində hadisə ilə bağlı könüllü olaraq verilən ilkin ifadə və izahatlar onun cinayətkar qəsdinin bilavasitə zərərçəkmiş şəxsi həyatdan məhrumetməyə yönəlməsini təsdiq edir. Məhkəmə qeyd edir ki, hadisədən qısa müddət sonra alınan (verilən) ifadələrdə şəxs (şübhəli yaxud təqsirləndirilən) hadisəni olduğu kimi, obyektiv əlamətlərlə qavradığı kimi təsvir etməyə, mənəvi vicdan yükündən xilas olmağa çalışır, həmin vaxt onda məsuliyyətini yüngüllləşdirmək, yaxud məsuliyyətdən yayınmaq meylləri az olur. İstintaqın sonrakı mərhələsində isə xüsusilə istintaq təcridxanası və cəzaçəkmə müəssisəsində şəxsin olduğu mühit və sonrakı dövrdə törədilmiş əməlin hərtərəfli qavranılması şəxsi özünümüdafiəyə daha çox meylləndirməklə hadisəni təhrif etməyə, baş vermiş hadisələri öz mənafeyinə uyğun şəkildə bildirməyə sövq edir. İşin faktiki halları və məhkəmə istintaqı zamanı araşdırılmış sübutlara əsasən məhkəmə kollegiyası belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 ilə mərhum zərərçəkmiş şəxs Yeganə Hümbətova arasında baş vermiş qısqanclıq zəminində mübahisə zamanı zərərçəkmiş şəxsin işlətdiyi ifadələrin təsiri ilə təqsirləndirilən şəxsin onu öldürmək qəsdi yaranmış və üzərində daşıdığı soyuq silah hesab edilən ov bıçağı ilə ürək və digər həyati vacib orqanlarının yerləşdiyi döş qəfəsinin sol hissəsinə zərbə vuraraq mərhumu qəsdən həyatdan məhrum etmişdir. Məhkəmə tərkibi, hazırki cinayət işi üzrə digər epizodlar - yəni oğurluq hadisələri ilə bağlı həm Təqsirləndirilən şəxs1, həm də digər Təqsirləndirilən şəxs2 törətdikləri əməlləri səmimi etiraf etmələrini, onların həmin cinayət hadisələrini törətməsini iş üzrə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlarla tam sübuta yetirildiyindən və təqsirləndirilən şəxslər istər ibtidai araşdırma, istəsə də məhkəmə baxışı zamanı törədilmiş oğurluq hadisələri ilə bağlılıqlarını inkar edən əsaslar göstərmədiyindən, eləcə də öz müdafiələri üçün hər hansı dəlil gətirmədiyindən bununla bağlı əlavə əsaslandırma aparılmasını zəruri hesab etmir. "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının 1-ci bəndinin İİ hissəsinə əsasən bu qəbildən olan işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar,yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri,cinayətin məqsədi,motivi,törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmin qərarın 3-cü və 4-cü bəndinə əsasən qəsdən adam öldürmədə təqsirkarın niyyəti zərərçəkmişi həyatdan məhrum etməyə yönəlir. Təqsirkarın niyyətinin məhz nəyə yönəlməsi məsələsi həll edilərkən işin bütün halları, o cümlədən cinayətin üsulu, aləti, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası (məsələn həyat üçün mühüm orqana xəsarət yetirilməsi), həmçinin təqsirkarın və zərərçəkmiş şəxsin hadisədən əvvəlki qarşılıqlı münasibətləri, təqsirkarın hadisədən sonrakı hərəkətləri nəzərə alınmalıdır. Qəsdən adam öldürmə cinayətləri (məsələn, xuliqanlıq niyyəti olmadan, mübahisə və dalaşma zamanı, qısqanclıq üzündən, qisas almaq məqsədilə, şəxsi münasibətlər zəminində yaranmış nifrət, paxıllıq, ədavət üzündən törədilən) Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə tövsif edilməlidir. “Oğurluq, soyğunçuluq və quldurluğa dair məhkəmə təcrübəsi haqqında” Ali MƏhkəmənin plenumunun xx.xx.2005-ci il tarixli 1 №li qərarının 2-ci bəndin əsasən mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da, onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 4-cü bəndinə əsasən özgə əmlakı qanunsuz götürülərkən, orada olmuş kənar şəxs həmin hərəkətlərin hüquqazidd olmasını dərk etmirsə, yaxud da həmin kənar şəxs təqsirli şəxsin qohumudursa və təqsirli şəxs bununla əlaqədar əmlak götürülərkən, əks təsirə məruz qalmayacağına arxayındırsa, o zaman əməl özgə əmlakının oğurluğu kimi tövsif edilməlidir. Qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə.......daxil olmaq dedikdə oğurluq......məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. Qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən .....fərdi yaşayış evi ..... başa düşülür. Qərarın 21-ci bəndinə əsasən oğurluq, törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, üzləşdirmə protokollarını, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 120.1, 177.2.1, 177.2.2, 177.2.3 və 228.4-cü maddəsi ilə, Təqsirləndirilən şəxs2 əməlləri isə 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə tövsif edilmişdir və onlar həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd edilənlərə əsasən törətdikləri oğurluq epizodları üzrə hər iki təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəmələrini, onlarla barışıq əldə etmələrini Azərbaycan Respublikası CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə münasibətdə cəzalarını yüngüləşdirən hal kimi, zərərçəkmiş şəxslərin onlardan hər hansı şikayət və tələbinin olmamasını isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə həmçinin Təqsirləndirilən şəxs2 münasibətdə onun himayəsində 2 azyaşlı övladı olmasını, Elşən Nəsibova münasibətdə isə himayəsində 1 azyaşlı övladı olmasını Azərbaycan Respublikası CM-nin 59.1.4-cü maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal olaraq nəzərə alır. Müdafiə tərəfinin iddia etdiyi Təqsirləndirilən şəxs1 hərəkətlərində cəzanı yüngülləşdirici hal- könüllü gəlmə mövcud olsa da ibtidai istintaq zamanı həmin halın rəsmiləşdirilməməsini məhkəmə aşağıda qeyd edilənlərə əsasən qəbul etmir. Belə ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumu”nun xx.xx.2012-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən könüllü gəlib təqsirini boynuna alma şəxsin istintaq, təhqiqat və ya digər dövlət orqanına müəyyən təsir və təzyiq tədbirlərinin nəticəsində deyil, könüllü gəlməsindən və törədilmiş və ya hazırlanan cinayət, yaxud da onda iştirakı barədə düzgün məlumat verməsindən ibarət olmalıdır. Bu mənada nəzərə almaq lazımdır ki, müəyyən təsir və təzyiq nəticəsində şəxsin öz təqsirini boynuna alması və şübhəli şəxs kimi saxlandığı zaman cinayət hadisəsini törətməkdə iştirak etməsini etiraf etməsi halları könüllü gəlib təqsirini boynuna alma kimi qiymətləndirilə bilməz. İşin faktiki halından görünür ki, təqsirləndirilən şəxs öz ifadəsinə əsasən cinayət hadisəsini törətdikdən sonra Bakı Ağır Cinayətlər Məhkəməsinə təslim olmaq üçün gedərkən yolda ümumi istifadədə olan şəhərlərarası avtobusda Hacıqabul rayonu ərazisində bacısı qızı Şahid10 ilə əlaqə saxlayıb hadisə törətməsini, anasına deməməyi bildirmiş, sonradan onun əlaqə saxlayan Gəncə şəhər polis idarəsinin cinayət axtarış müvəkkilləri ona Gəncəyə geri qayıtmasını söyləmiş, hətta mindiyi taksinin yol xərcini ödəmişlər. Təqsirləndirilən şəxs1 Kürdəmir rayonu ərazisində “Asan Xidmət” yaxınlığında polis əməkdaşları ilə görüşmüş və Gəncə şəhərinə gətirilib MSY-yə təhvil verilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs1 bilavasitə polis əməkdaşlarının təsiri nəticəsində müəyyən edilərək saxlanılmış və istintaq orqanına təhvil verilmişdir ki, Təqsirləndirilən şəxs1 polis əməkdaşları tərəfindən axtarıldığını bildikdən sonra məsuliyyətdən yayınmaması, qaçıb gizlənməməsi könüllü gəlməsi kimi deyil, törətdiyi əməldən çəkdiyi səmimi peşmançılıq kimi mənəvi yükdən azad olmaq istəyi kimi qiymətləndirilə bilər. Məhkəmə həmçinin qeyd edir ki, bütün ibtdai istintaq və məhkəmə baxışında Təqsirləndirilən şəxs1 Bakı Ağır Cinayətlər Məhkəməsinə təslim olmaq üçün getməsini göstərsə də onun yaşı, dünyagörüşü və əvvəlki “kriminal təcrübəsi” deməyə əsas verir ki, onun istintaq cinayət işinin istintaq mərhələləri, işin məhkəməyə nə vaxt göndərilməsi barədə məlumatsız olması inandırıcı deyil və onun Bakıya məhkəməyə təslim olmaq üçün getməsini deməsini də həqiqətəuyğun hesab etmir. Gəncə şəhərindən Bakı şəhərinə qədər istənilən sayda rayon polis şöbəsi, dövlət yol polisinin stasionar postları mövcud olduğundan Təqsirləndirilən şəxs1 təslim olmaq üçün könüllü olaraq istənilən hüquq-mühafizə orqanına yaxınlaşıb törətdiyi xüsusilə ağır cinayət əməli etiraf edib üzərində saxladığı cinayət alətini təqdim edə bilərdi. Onun yuxarıda qeyd edilən davranışı isə hüquq mühafizə orqanları tərəfindən ifşa olduqdan sonra qaçmağın mənasız olmasını başa düşməsi kimi qiymətləndirilə bilər. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal isə onun əməllərində cinayətin resdivinin olmasıdır. Təqsirləndirilən şəxs2 münasibətdə isə məhkəmə Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(104)-10/2023 saylı qərarı ilə təyin edilmiş 1 (bir) il 3 (üç) ay azadlıqdan məhrumetmə növündə cəzası müəyyən edildiyindən və həmin cəzanı real olarq çəkdiyindən qeyd edilən qərar qanunun tətbiqi yəni “9 noyabr münasibəti ilə Amnistiya tətbiq edilməsi” ilə əlaqədar olduğundan onun əməllərində cinayətin residivi olduğu üçün məhkəmə tərkibi həmin halı ağırlaşdırıcı hal olaraq qiymətləndirir. Belə ki, o əvvəl törətdiyi az ağır cinayət əməlinə görə məhkum olunduqdan sonra hazırk iş üzrə eynixarakterli az ağır cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs1 münasibətdə isə barəsində digər məhkəmənin Səbail rayon məhkəməsinin qanuni qüvvəyə minmiş hökmü olsa da həmin cinayət əməli hazırki iş üzrə cinayət hadisəsindən əvvəl törədildiyi və azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza tətbiq edildiyi üçün residiv yaratmadığından məhkəmə göstərilənləri Təqsirləndirilən şəxs1 münasibətdə cəzanı ağırlaşdırıcı hal kimi deyil, cəza təyinində onun şəxsiyyətini mənfi xarakterizə edən hal kimi nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsinin tələblərinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə əməllərində residiv olduğu, Təqsirləndirilən şəxs1 münasibətdə isə törrətdiyi oğurluq cinayətləri üzrə digər epizodların olması və sonradan da digər eynixarakterli cinayət törətdiyinə görə CM-nin 60-cı maddəsinin tətbiqini qeyri mümkün hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasında 9 ildən 14 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə;177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədilməsinə görə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbyacan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü maddəsi qanunsuz olaraq soyuq silahı, əldə etmə, satma və ya gəzdirməyə görə üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza həddi və növünü təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cəza təyin edilməsinin ümumi əsaslarını, şəxsiyyətlərini xarakterizə edən halları nəzərə alaraq hesab edir ki, hər iki təqsirləndirilən şəxsin oğurluq cinayət əməllərinə görə islah olunması yalnız cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür və yalnız bu yolla cəzanın məqsədinə nail olmaq olar. Belə ki, hökmün təsvri hissəsində sadalanan və məhkəmədə tədqiq edilən məhkəmə hökm və qərarlarından görünür ki, hər iki təqsirləndirilən şəxs talama cinayətlərinə meylli olmaqla əvvəllər məhkum edilmiş, lakin onlara tətbiq edilmiş cəzanın növü və həddi islah olmaları üçün kifayət olmamış və mənfi meylləri aradan qaldıra bilməmişdir. İttiham olunduqları talama cinayətləri üzrə daha yüngül cəza növləri olan azadlığın məhudlaşdırılması nəzərdə tutulsa da məhkəmə tərkibi onlara azadlıqdanməhrumetməyə nisbətən yüngül cəza tətbiq edilməsini qanuni və ədalətli, cəzanın ümumi və xüsusi xəbərdaredici funksiyalarına uyğun hesab etmir və ancaq azadlıqdan məhrumetmə cəzasının real çəkilməsi zamanı rejim daxilində islah ola biləcəkləri qənaətinə gəlmişdir. Azərbaycan Respublikası CM-nin 8, 9 və 58-ci maddələrinin tələblərini rəhbər tutaraq və işin yuxarıda şərh edilərək sadalanan hallara məcmu halında qiymət verərək məhkəmə hesab edir ki, həm Təqsirləndirilən şəxs1 həm də Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş qanunvercinin müəyyən etdiyi hədlər daxilində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın qanunda nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının CM-nin 15.5-ci maddəsinə görə Təqsirləndirilən şəxs1 törətdiyi əməl (qəsdən adamöldürmə CM 120.1) xüsusilə ağır cinayət hesab edildiyindən və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını ciddi rejimli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs1 oğlu cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CM-nin 15.3-cü maddəsinə əsasən bu Məcəllə ilə qəsdən və ya ehtiyatsızlıqdan törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi yeddi ildən artıq olmayan əməllər Az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə cəzanın ciddi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 66.3.-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Cinayət Məcəlləsinin 69.3.-ci maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesablanır. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs1 cəzaçəkmə müddətinin başlanğıcı onun hazırki cinayət işi üzrə tutulduğu andan, yəni xx.xx.2023-ci il tarixdən hesablanmalı, şübhəli şəxs qismində 19-xx.xx.2022-ci il və 07.02.-xx.xx.2023-cü il tarixlərdə tutulduğu 4 (dörd gün) çıxılmaqla barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs2 19-xx.xx.2022-ci il tarixlərdə şübhəli şəxs qismində tutulduğu 2 (iki) gün və barəsində əvvəl çıxarılmış məhkəmə hökmü ilə cəzanı çəkdiyi müddət bitdikdən sonra xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək “həbs” saxlanıldığı müddət çıxılmaqla ona qəti cəza təyin edilməli, cəzaçəkməsinin əvvəli hökmün çıxarıldığı gündən hesablanmaqla barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Cinayət Prosessual Məcəllənin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə Gəncə şəhər prokurorluğunda saxlanılan 01 ədəd siqaret kötüyü və 04 ədəd kağız parça, 01 ədəd yaşıl rəngli hərbi kofta, 01 ədəd qara rəngli pambıq parçadan mayka, 01 ədəd qara rəngli bustqalter, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd qara rəngli tursik, üzərində naxışları və qana bənzər ləkələr olan ağ rəngli 03 ədəd mələfə, 01 ədəd üzərində qana bənzər ləkələr olan ağ rəngli yorğan örtüyü, 01 ədəd üzərində qana bənzər ləkələr olan ağ rəngli mayka, 01 ədəd boz rəngli alt tumanı, 01 ədəd bıçaq, 01 ədəd boş şüşə, məhv edilməli, 01 ədəd “CD” disk və 02 ədəd “DVD” disk cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatın dəyəri 289 (iki yüz səksən doqquz) manatın 89 (səksən doqquz manat) hissəsi Təqsirləndirilən şəxs2, 200 (iki yüz) manatı isə Təqsirləndirilən şəxs1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə müsadirə edilməli olan əmlak yoxdur və mülki iddia verilməmişdir. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi : Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 11 (on bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.4-cü madəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismində toplamaq yolu ilə üzərində 13 (on üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Azərbaycan Respubllikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Səbail rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 1(009)-276/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təyin edilmiş 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökm üzrə təyin edilmiş cəza ilə qismən toplanmaqla ona 13 (on üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci ildən xx.xx.2022-ci il tarixədək olan 2 (iki) gün və xx.xx.2023-cü ildən xx.xx.2023-cü il tarixədək olan 2 gün olmaqla, ümumilikdə 4 dörd) gün təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs1 üzərində qəti olaraq 13 (on üç ) il 5 (beş) ay 26 (iyirmi altı) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin.Cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü ildən hesablansın. Hökm qanuni qüvvəyə minənə qədər barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlnılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan 2 (iki) gün, eləcə də barəsindəki məhkəmə hökmü ilə təyin edilmiş cəzaçəkmə müddəti bitdiyi xx.xx.2024-cü il tarixdən xx.xx.2024-cü il tarixədək “həbs”də saxlanıldığı müddət hazırki hökm üzrə təyin edilmiş cəzadan çıxılmaqla Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 2 (iki) il, 4 (dörd) ay, 4 (dörd) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı hökmün çıxarıldığı xx.xx.2024-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən 01 ədəd siqaret kötüyü və 04 ədəd kağız parça, 01 ədəd yaşıl rəngli hərbi kofta, 01 ədəd qara rəngli pambıq parçadan mayka, 01 ədəd qara rəngli bustqalter, 01 ədəd qara rəngli idman şalvarı, 01 ədəd qara rəngli tursik, üzərində naxışları və qana bənzər ləkələr olan ağ rəngli 03 ədəd mələfə, 01 ədəd üzərində qana bənzər ləkələr olan ağ rəngli yorğan örtüyü, 01 ədəd üzərində qana bənzər ləkələr olan ağ rəngli mayka, 01 ədəd boz rəngli alt tumanı, 01 ədəd bıçaq, 01 ədəd boş şüşə məhv edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatın dəyəri 289 (iki yüz səksən doqquz) manatın 89 (səksən doqquz manat) hissəsi Təqsirləndirilən şəxs2, 200 (iki yüz) manatı isə Təqsirləndirilən şəxs1 tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və (və ya) şikayət verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-115/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-115/2024
10.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver