Məhkəmə qərarları › İş №1(100)-115/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-115/2025

23.06.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-115/2025 23.06.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Hakim Məmmədov Abdulla Elşad oğlunun sədrliyi, hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru və ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxs və müdafiəçisi - Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1999-cu ildə Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində anadan olmuş, subay, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 29,312.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 05 dekabr 2019-cu il tarixdə saat 12:00-dan saat 13:10-dək olan müddət ərzində Sankt-Peterburq şəhəri, ünvan 1 ünvanında yerləşən Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Sankt-Peterbuq şəhəri Puşkin rayonu üzrə polis şöbəsinin 4-cü polis bölməsinin inzibati qaydada gətirilən şəxslər üçün nəzərdə tutulmuş otaqda olarkən Sankt-Peterbuq şəhəri Puşkin rayonu üzrə polis idarəsinin rəisinin 15 fevral 2019-cu il tarixli 30 nömrəli əmri ilə Sankt-Peterbuq şəhəri Puşkin rayonu üzrə polis şöbəsinin 4-cü polis bölməsinin Post-patrul xidməti bölüyünün 2-ci tağım komandiri vəzifəsinə təyin edilmiş X5 vəzifəli şəxs olduğunu və onun Rusiya Federasiyasının Daxili İşlər Nazirliyinin Sankt-Peterbuq şəhəri Puşkin rayonu üzrə polis idarəsinin Post-patrul xidməti bölüyünün tağım komandirinin xx.xx.2014-cü il tarixli vəzifə təlimatı və “Polis haqqında” 07 fevral 2011-ci il tarixli, 3-FZ nömrəli Federal Qanununun 12-ci maddəsinin 1ci hissəsinin 1 və 11-ci bəndlərinə əsasən vəzifəli şəxs olaraq inzibati xətaların qarşısını almaq, inzibati xətaların törədilməsi ilə bağlı daxil olmuş məlumatları yoxlamaq, Rusiya Federasiyasının qanunvericiliyinə əsasən bununla bağlı müvafiq tədbirlər həyata keçirmək kimi xidməti vəzifələrini icra etdiyini, eləcə də Marina Fedinanın vəzifəli şəxs olaraq onun barəsində Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 3.1-ci hissəsi ilə inzibati xəta haqqında protokol tərtib etdiyini dərk edərək, inzibati məsuliyyətdən yayınmaq məqsədilə rüşvət vermək niyyətilə, vəzifəli şəxsi bilə-bilə qanunsuz hərəkətsizlik etməyə, yəni barəsində inzibati xəta haqqında protokolun tərtib olunmaması müqabilində rüşvət qismində 3 ədəd hər biri 5000 rubl nominal dəyərində 1 ədəd – ЛЛ 0403776, 1 ədəd- AM 2239443, 1 ədəd-ГЯ ******* seriya və nömrəli əskinaslardan ibarət cəmi, Rusiya Federasiyasının pul vahidi 15.000 rublu həmin tarixdə Azərbaycan Respublikasının milli pul vahidi olan manatı məzənnəsində 397 manat 50 qəpik məbləğində pul vəsaitini birbaşa yolla Marina Fedinaya vermiş, sonuncunun rüşvət qismində verilmiş pul vəsaitini qəbul etməməsi səbəbindən Təqsirləndirilən şəxs iradəsindən asılı olmayan səbəblərə görə cinayət əməlini başa çatdıra bilməmiş, yəni rüşvət verməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,312.2-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, Rusiya Federasiyası Sankt-Peterburq şəhərinə gedərək bir müddət atası Coşqun Həsənovun yanında sonra isə Rafiq adlı həmkəndliləri ilə Sankt-Peterburq şəhərində yerləşən sonuncuya məxsus kafedə ofisiant işləmişdir. xx.xx.2019-cu ildə işlədiyi kafe sahibinə məxsus “VAZ 21014” markalı avtomaşınla kafedən yanacaqdoldurma məntəqəsinə gedərkən polis əməkdaşları yolda onu saxlayıb sənədlərini yoxlamış, pasport və digər sənədlərini verəndən sonra adını bilmədiyi polis əməkdaşı sənədlərinin saxta olduğunu deyib onu Sankt-Peterburq şəhəri Puşkin rayon polis bölməsinə aparmış və dəmir barmaqlıq arxasına salmışdır. Polis əməkdaşları onu danışdırsa da rus dilini zəif bildiyi üçün sərbəst danışa bilməmiş və polis əməkdaşlarının dediklərini tam başa düşməmişdir. İki gün sonra axşam onunla bir otaqda qalan özbək milliyətinə məxsus şəxs işinə baxan polisə pul verərsə buraxılacağını demişdir. Təxminən 15 dəqiqə sonra qadın polis əməkdaşı gəlmiş və dindirmə otağına keçmişlər. Üzbəüz oturanda Marina onu sorğu-sual edib nəsə yazmağa başlamış, işini yoluna qoyması, protokol tərtib etməməsi və onu buraxması üçün 15.000 rublu pasportun arasına qoyub versə də Marina adlı qadın otaqdan çıxıb getmiş, təxminən 5 dəqiqə sonra digər polis əməkdaşları gəlib vəsiqələrini göstərmiş, otağa aparıb şəkillərini çəkmişlər. xx.xx.2019-cu ildə polis əməkdaşları tərcüməçi gətirərək ona Rusiyada qeydiyyatı olmadığı üçün deportasiya ediləcəyini demişlər. Tərcüməçi həmin vaxt ona polis əməkdaşına rüşvət verdiyini demiş, polislər onu məhkəməyə aparmışlar. Məhkəmədə hakim ondan nə üçün sənədlərinin olmadığını soruşanda, hakimə sənədlərinin olduğunu, lakin polis əməkdaşlarının sənədlərini yoxlayaraq saxta olduğunu dediyini və yandırdıqlarını desə də, hakim fikir verməmiş, onu özü kimi miqrantların qaldığı binaya aparmış, polis əməkdaşları onu hava limanına apararaq təyyarə ilə Bakı şəhərinə aparmış, pasportu özünə vermişlər. Təxminən 6-7 ay sonra 2020-ci ildə Şəmkir rayon polis şöbəsinə çağırılmış barəsində Rusiya Federasiyasında rüşvət vermə ilə bağlı cinayət işi olduğunu demiş, onu rayon prokurorluğuna aparmışlar. Səhəri gün izahat alıb buraxmış 2024-cü ilə qədər nəticədən xəbəri olmamışdır. Məhkəmədə verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, onu məhkəməyə çıxarılıb deportasiya edilməməsi üçün işini yoluna qoymağa görə üzərindəki puldan 15.000 rublu pasportunun arasında Marina adlı polis qadına təqdim etmişdir. Marina heçnə deməyib pulu götürmüş və qalxıb otaqdan getmiş, sonradan otağa 2 nəfər polis əməkdaşı ilə birlikdə qayıtmışdır. Yanında tərcüməçi olmamış, verdiyi izahatın məzmunu ona oxunmamış, o rus dilində çox zəif bilmiş və bir çox sözün mənasını ümumiyyətlə başa düşməmiş və ancaq barəsində inzibati xəta haqqında işə baxılarkən polisə rüşvət verməyə cəhd etməsi ilə bağlı eşitmişdir. O etdiyi əməldən peşmandır, Azərbayca gəldiyi vaxtdan fəhləlik edib ailə qurmuşdur. Ona qanunda nəzərdə tutulmuş ən aşağı cəza verilməsini xahiş edir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 göstərmişdir ki, xx.xx.2008-ci ildən Rusiya Federasiyası Daxili İşlər Nazirliyi, xx.xx.2014-cü il tarixdən isə Sankt-Peterbuq şəhəri, Puşkin rayonu üzrə polis şöbəsinin 4-cü polis bölməsinin Post-patrul xidməti bölüyünün 2ci tağım komandiri vəzifəsində, polis kapitanı rütbəsində xidmət edir. Onun vəzifə öhdəliyinə ictimai qaydanın mühafizəsi, inzibati hüquqpozmaların aşkar edilməsi, inzibati protokolların tərtib edilməsi və əhali arasında hüquq pozuntularının qarşısının alınması üçün profilaktik işlərin aparılması daxildir. xx.xx.2019-cu il tarixdə növbətçilik qrafikinə əsasən o, xidmətdə olmaqla Post-patrul xidməti bölüyü naryadlarının xidmətini yoxlamışdır. Həmin tarixdə, saat 12 radələrində Sankt-Peterbuq şəhəri, Puşkin rayonu üzrə polis şöbəsinin 4-cü polis bölməsində olarkən növbətçi hissənin növbə rəisi A.V.Yakubova tərəfindən miqrasiya qeydiyyatı rejimi qaydalarının pozulmasına görə inzibati xətanı törətməkdə şübhəli, Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs barəsində inzibati material tərtib etməsi barədə göstəriş verilmişdir. Adətən saxlanılan şəxslər çox vaxt özlərini kobud və aqressiv apardığı münaqişə yaratdıqları üçün növbə rəisi A.V.Yakubovaya Təqsirləndirilən şəxsla danışıqlarını özünə məxsus “Samsung” markalı telefonla qeydə alınacağı barədə məlumat vermiş, kamerada təhlükəsizlik məqsədilə videoçəkiliş aparmaq üçün şəxsi telefonundan istifadə edəcəyini demişdir. Telefonu işə salıb kameraya girmiş, Təqsirləndirilən şəxs Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 3.1-ci hissəsi ilə nəzərdə tutulmuş miqrasiya qeydiyyatı rejimi qaydalarını pozmasını, onun barəsində protokol tərtib edilməklə məhkəməyə çıxarılacağı və məhkəmənin qərarı ilə haqqında 5000-dən 7000 rubla qədər cərimə, eləcə də Rusiya Federasiyası ərazisində qalmaq üçün nəzərdə tutulmuş müddət başa çatdığından ölkədən kənara çıxarıla biləcəyi barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs miqrasiya qaydalarını pozmasını təkzib etməmiş, israrla xahiş etmişdir ki, barəsində inzibati protokol tərtib etməsin və onu azad etsin. Həmin vaxt Təqsirləndirilən şəxs stolun üzərində olan pasportunu götürərək arasına pul qoymaqla ona tərəf itələmişdir. Pasportun arasına nə yerləşdirməsini soruşduqda, Təqsirləndirilən şəxs pasportun arasına onu azad etmək üçün pul qoymasını bildirmişdir. Təqsirləndirilən şəxs izah etmişdir ki, hərəkətlərinin qanunsuz olmasını və cinayət məsuliyyətinə cəlb edilə biləcəyini izah etsə də, Cavidan pul vəsaitini götürüb onu buraxmağı təkid etmişdir. Pasportun arasında 3 ədəd 5000 rubl nominal dəyərində əskinasları qoymasını görüb pulu götürməkdən imtina etmiş, sonra kameradan çıxıb saxlanılan şəxs tərəfindən rüşvət təklif olunması barədə növbə rəisinə məlumat verərək İqtisadi təhlükəsizlik və korrupsiya əleyhinə mübarizə şöbəsinin əməkdaşlarının dəvət olunmasını bildirmişdir. Təxminən 30- 40 dəqiqə sonra həmin şöbənin əməkdaşı Şahid2 gəlmiş və baş vermiş hadisə barədə ona izahat vermiş, bundan sonra hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs pasportunun arasında 3 ədəd 5000 rubl nominal dəyərində cəmi 15000 rubl aşkar edilmiş və şifahi sorğu zamanı Cavidan həmin pulların ona məxsus olduğunu, barəsində inzibati materiallar tərtib edilməməsi və inzibati məsuliyyətə cəlb edilməməsi üçün rüşvət qismində verdiyini etiraf etmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Sankt-Peterbuq şəhəri, Puşkin rayonu üzrə polis şöbəsinin 4-cü polis bölməsinin növbətçi hissəsinin növbə rəisi Şahid3 da Şahid1 ilə eyniməzmunlu ifadə verərək, sonuncunun ona inzibati qaydada saxlanılmış şəxslə sorğu sual etdikdən qısa müddət sonra yaxınlaşıb ona rüşvət verməyə cəhd etdiyini bildirdiyi bundan sonra aidiyyəti əməkdaşları şöbəyə çağırdığını demişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş X4 ifadəsində göstərmişdir ki, hadisə baş verən tarixdə Sankt-Peterbuq şəhəri, Puşkin rayonu üzrə polis şöbəsinin İqtisadi təhlükəsizlik və korrupsiya əleyhinə mübarizə şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində, polis mayoru rütbəsində xidmət etmiş, xx.xx.2019-cu il tarixdə Puşkin rayonu üzrə polis şöbəsinin 4-cü polis bölməsinin əməliyyat növbətçisindən araşdırma üçün gətirilmiş saxlanılan şəxslərin otağında Azərbaycan Respublikasının vətəndaşı, xx.xx.1999-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Coşğun oğlunun Rusiya Federasiyasının İnzibati Xətalar Məcəlləsinin 18.8-ci maddəsinin 3.1-ci hissəsi ilə nəzərdə tutulmuş miqrasiya qeydiyyatı rejimi qaydalarının pozulmasına görə inzibati xətanı törətməsinə görə polis əməkdaşı Şahid1 inzibati məsuliyyətə cəlb olunmamasından ötrü rüşvət verməsi ilə əlaqədar məlumat daxil olmuş və bununla bağlı müvafiq araşdırma aparması üçün hadisə yerinə gəlmişdir. Hadisə yerinə iki nəfər hal şahidi, polis əməkdaşı Şahid1 və Təqsirləndirilən şəxs iştirakı ilə xx.xx.2019-cu il tarixdə saat 13.10-dan 14.05-dək olan müddətdə baxış keçirilmiş və stolun üzərində Təqsirləndirilən şəxs məxsus pasportun 2 və 3-cü vərəqlərinin arasında 3 ədəd 5000 rubl nominal dəyərində əskinaslar cəmi, 15000 rubl pul aşkar olunmuş və hər bir əskinasın üzərində olan nömrələr protokola qeyd olunaraq, bir ədəd ağ rəngli paketə qoyulmaqla qablaşdırılıb Sankt-Peterbuq şəhəri, Puşkin rayonu üzrə polis şöbəsinin İqtisadi təhlükəsizlik və korrupsiya əleyhinə mübarizə şöbəsinin möhürü ilə möhürlənərək hal şahidləri və iştirakçılar tərəfindən imzalanmışdır. Hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib etmiş və iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş şahid X6 də digər şahidlərlə eyniməzmunlu ifadə vermişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “cinayət işinin başlanması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 01 yanvar 2020-ci il tarixdə Rusiya Federasiyasının İstintaq Komitəsinin Sankt-Peterburq şəhəri üzrə İstintaq idarəsinin Puşkin rayon İstintaq şöbəsi tərəfindən Rusiya Federasiyasının CM-in 30-cu maddəsinin 3-cü hissəsi və 291-ci maddəsinin 3-cü hissəsi ilə **********7000001 №li cinayət işi başlanılmış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olduğuna görə onun barəsində cinayət təqibinin həyata keçirilməsi barədə vəsatət qaldırılaraq cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokuroluğu vasitəsi ilə xx.xx.2023-cü il tarixli, 04/915 №li məktubla Şəmkir rayon prokurorluğuna göndərilmişdir. İş materiallarına əlavə edilən və məhkəmədə araşdırılan 04 aprel 2023-cü il tarixli qərardan görünür ki, Rusiya Federasiyası CM-in 30-cu maddəsinin 3-cü hissəsi və 291-ci maddəsinin 3-cü hissəsi ilə (rüşvət verməyə cəhd etmə) təqsirləndirilməsinə dair **********7000001 nömrəli cinayət işi Şəmkir rayon prokurorluğunda ********* nömrə ilə qeydiyyata alınıb icraata qəbul olunmuş, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,312.2-ci maddələrinə tövsif edilmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən 05 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Azərbaycan Respublikası CM-nin 29,312.2-ci maddələri ilə ittiham elan olunmuş və 10 iyun 2020-ci il tarixli qərarla seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən “hadisə yerinə baxış keçirilməsi barədə” 05 dekabr 2019-cu il tarixli protokol və əlavəsi olan fotocədvəldən görünür ki, hadisə yeri Rusiya Federasiyası Sankt-Peterburq şəhəri, ünvan 1 ünvanında yerləşən Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt-Peterbuq şəhəri Puşkin rayonu üzrə polis şöbəsinin 4-cü polis bölməsinin inzibati qaydada gətirilən şəxslər üçün nəzərdə tutulmuş otağıdır. Hadisə yerinə baxış zamanı götürülmüş 3 ədəd 5000 rubl nominal dəyərində əskinaslar (1 ədəd-ЛЛ 0403776, 1 ədəd- AM 2239443, 1 ədəd-KЯ 5761111) olmaqla cəmi, 15 000 rubl məbləğində pul aşkar olunaraq götürülmüş və cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “könüllü təqdim edilmiş «CMYN**********33» bir ədəd optik diskin götürülməsi, baxış keçirilməsi və dinlənilməsi barədə” 10 yanvar və 11 yanvar 2020-ci il tarixli protokollardan görünür ki, xx.xx.2019-cu ildə Təqsirləndirilən şəxs ilə Rusiya Federasiyası Sankt-Peterburq şəhəri, ünvan 1 ünvanında yerləşən Rusiya Federasiyası Daxili İşlər Nazirliyinin Sankt- Peterbuq şəhəri Puşkin rayonu üzrə polis şöbəsinin 4-cü polis bölməsinin inzibati qaydada gətirilən şəxslər üçün nəzərdə tutulmuş otaqda inzbati xəta haqqında protokol təttib edilməməsinə görə polis əməkdaşı Marina Fedina ilə sonuncu arasında olan danışlar qeydə alınmış və təxminən 25 dəqiqə davam edən sorğu-sual və sənədlərin tərtibi zamanı Təqsirləndirilən şəxs özünəməxsus ümumvətəndaş pasportu arasında ona 15 000 rubl məbləğində pulu Marina Fedinaya verməsinə dair görüntülər əks olunmuşdur. İş materiallarında olan və məhkəmədə tədqiq edilən Şəmkir rayon mərkəzi xəstəxanası X8 Konsultativ poliklinika şöbəsindən verilmiş 06 aprel 2023-cü il tarixli, 131 nömrəli arayışdan görünür ki, xx.xx.1999-cu il təvəllüdlü, Şəmkir rayon, Dəllər-Daşbulaq kənd sakini, Təqsirləndirilən şəxs, Şəmkir rayon Konsultativ Poliklinikasında narkoloji və psixiatrik kabinetlərdə qeydiyyatda deyil. Cinayət işinə əlavə edilmiş və məhkəmədən tədqiq edilən DİN-nin BƏSİİ-dən xx.xx.2023-cü il tarixli, 3-13-110/2-11480/2023 nömrəli məktubla daxil olmuş tələbnamədən göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış Şəmkir rayon İcra Hakimiyyəti Başçısının Dəllər-Daşbulaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəlikdən verilmiş 06 aprel 2023-cü il tarixli, 91 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Şəmkir rayonu, Dəllər-Daşbulaq kəndində daimi qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş "xxxx" ASC-nin Şəmkir filialından verilmiş xx.xx.2023-cü il tarixli, 365 nömrəli məktubundan görünür ki, 1 Rus rublunun xx.xx.2019-cu il tarixdə Azərbaycan manatına olan nisbəti Azərbaycan Mərkəzi Bankında 0.0265 manat, xx.xx.2019-cu il tarixdə Azərbaycan manatına olan nisbəti Azərbaycan Mərkəzi Bankında 0.0265 manat və xx.xx.2019-cu il tarixdə Azərbaycan manatına olan nisbəti Azərbaycan Mərkəzi Bankında 0.0266 manat təşkil etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan “cinayət işi üzrə sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2023-cü il tarixli qərardan görünür ki, hadisə yerindən götürümüş 3 ədəd 5000 rubl nominal dəyərində əskinaslar (1 ədəd – ЛЛ 0403776, 1 ədəd- AM 2239443, 1 ədəd-ГЯ ******* seriya və nömrəli əskinaslar) cəmi, 15000 rubl Rusiya Federasiyasının pul vahidi, polis əməkdaşı X7 tərəfindən təqdim edilmiş inzibati araşdırma zamanı Təqsirləndirilən şəxs iştirakı ilə aparılmış videoçəkilişin köçürüldüyü «CMYN**********33» CD optik disk və 1 ədəd elektron informasiya daşıyıcı fləşkard maddi sübut kimi cinayət işi materiallarına əlavə edilmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 29,312.2-ci maddələrinə uyğundur, onların əməllərində həmin cinayətin tərkib əlamətləri var və həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxsin ibtidai istintaq və məhkəmə baxışında qismən təqsirli bilərək onun rus dilini tam başa düşməməsinə görə barəsində inzibati xəta haqqında protokol tərtib edilərkən məsələnin mahiyyətini bilməməsi, eləcə də polis əməkdaşları tərəfindən polis bölməsinə gətirildikdən sonra bir yerdə saxlanıldığı özbək milliyyətinə məxsus şəxsin ona inzibati məsuliyyətdən qurtarmaq üçün sənədlərini tərtib edəcək şəxsə pul təklif etməsini bildirməsi, həmçinin polis əməkdaşının özünün ona rüşvət verməyə imkan yaratmasına münasibətdə qeyd edir ki, məhkəmə baxışında da tədqiq edilmiş videogörüntülərdən də görünür ki, dediklərinin əksinə olaraq təxminən 25 dəqiqə davam edən sənədləşmə zamanı polis əməkdaşının suallarına cavab vermiş, onun barəsində aparılan hərəkətlərin məzmunu və nəticəsindən xəbərdar olmuş, eləcə də Marina Fedina ona dəfələrlə pul təklif edilməsinin qanunsuz olması barədə xəbərdarlıq etsə də, cinayətin predmeti olan 3 ədəd 5000 rubl nominalında pul əskinaslarını ümumvətəndaş pasportunun arasında verməyə cəhd etmişdir. Məhkəmə qeyd edir ki, müdafiə tərəfinin göstərdiyi inzibati xəta haqqında icraatda tərcüməçinin iştirak etməməsi və hüququn müəyyən edilmiş ümumi prinsipləri (qanunçuluq, bildiyi dildə ifadə vermək tərcüməçinin xidmətindən pulsuz istifadə etmək) pozulması ancaq şəxsin Rusiya Federasiyası miqrasiya qaydaları əleyhinə törədilmiş inzibati xəta haqqında işin məhkəmə baxışı zamanı sübutların etibarsızlığı və qanunsuzluğu kimi qiymətləndirilə bilərdi. Hazırda baxılan iş üzrə Təqsirləndirilən şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat zamanı polis əməkdaşına pul təklif etməsi isə işin mübahisəsiz halıdır. Məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,312.2-ci maddəsinə əsasən sanksiyada səkkiz min manatdan on iki min manatadək miqdarda cərimə və ya dörd ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar olması və ağırlaşdıran hallar olmaması ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə cəzası təyin edilməklə cəzanın cinayət qanununda nəzərdə tutulmuş məhkumun islah edilməsi və digər məqsədlərinə nail olmaq mümkündür. Məhkəmənin mülahizəsinə görə şəxsin təqsirli bilinməsinə dair kifayət qədər sübutlar olmasına baxmayaraq təqsirləndirilən şəxs Rusiya Federasiyası Sankt-Peterburq şəhərinin səlahiyyətli orqanların müşahidəsində olduğu (miqrantların saxlanılma yerində saxlanıldığı) 14 (on dörd) gün müddətində fakta görə cinayət işinin başlanması və onunla müvafiq istintaq hərəkətləri aparılması mümkünlüyünə baxmayaraq, məlum olmayan (obyektiv yaxud subyektiv) səbəblərdən barəsində cinayət işi xx.xx.2020-ci ildə başlanılmış, barəsində qəbul edilən inzibati xata haqqında iş üzrə məhkəmə qərarın icrası ilə bağlı Rusiya Fedrasiyasından səlahiyyətli orqanlar tərəfindən bilavasitə çıxarılmasına və ölkə hüdudlarından xaricdə olmasına baxmayaraq barəsində 2020-ci il mart ayında “həbsli axtarış” elan edilmiş, cinayət işi materialları isə 2023-cü ildə Azərbaycan Respublikası səlahiyyətli orqanına göndərilmişdir. Məhkəmə hesab edir ki, 5 (beş) il ərzində şəxsin barəsində qəbul edilmiş polisin nəzarəti altına vermə qətimkan tədbirinə əsasən ona tətbiq edilən məhdudiyyətlər, cinayət işi ilə bağlı özünün və ailəsinin keçirtdiyi mənəvi sıxıntılar şəxsin törətdiyi əməlin ictimai təhlükəliliyini dərk edərək islah yoluna qədəm qoymasına əsas olmuş, Təqsirləndirilən şəxs uzun müddət davam edən ibtidai istintaq və məhkəmə baxışı zamanı göstərdiyi nümunəvi davranış və intizamlılığı ilə islah yolunda olması təsdiq etmişdir. Məhkəmənin qənaəti ondan ibarətdir ki, təqsirləndirilən şəxs təqsiri sübuta yetirilmiş maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsinə heç bir zərurət yoxdur və ona cərimə növündə cəza təyin etməklə tam islah olmasına nail olunması mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal yaşadığı yer üzrə müsbət xarakterizə edilməsi və əvvəllər məhkum olunmamasıdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası CM-nin 63-cü maddəsin əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 44.1-ci maddəsinə əsasən cərimə bu Məcəllə ilə müəyyən edilmiş hallarda və məbləğdə məhkəmə tərəfindən təyin edilən pul tənbehidir. Cinayət Məcəlləsinin 44.2-ci maddəsinə əsasən cərimə törədilmiş cinayətin ağırlığı və məhkumun əmlak vəziyyəti nəzərə alınmaqla iyirmi min manatadək miqdarda və ya cinayət nəticəsində vurulmuş ziyanın (əldə edilmiş gəlirin) bir mislindən on mislinədək miqdarda, habelə cinayətin predmetinin dəyərinin yüz faizinədək miqdarda müəyyən olunur. Azərbaycan Respublikası CM-nin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları...Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. İş üzrə maddi sübut olan 3 ədəd hər biri 5000 rubl nominal dəyərində olan 1 ədəd – ЛЛ 0403776, 1 ədəd- AM 2239443, 1 ədəd-ГЯ ******* seriya və nömrəli əskinaslar cəmi, 15000 rubl Rusiya Federasiyasının pul vahidi, polis əməkdaşı X7 tərəfindən təqdim edilmiş inzibati araşdırma zamanı Təqsirləndirilən şəxs Coşğun oğlunun iştirakı ilə aparılmış videoçəkilişin köçürüldüyü «CMYN**********33» 1 (bir) ədəd optik (CD) disk və elekton yaddaş qurğu olan 1 (bir) ədəd fləşkard cinayət işi materiallarında saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 312.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törtəməkdə təqsirli bilinsin və ona 8000 (səkkiz) min manat cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan 3 ədəd hər biri 5000 rubl nominal dəyərində olan 1 ədəd – ЛЛ 0403776, 1 ədəd- AM 2239443, 1 ədəd-ГЯ ******* seriya və nömrəli əskinaslar cəmi, 15000 rubl Rusiya Federasiyasının pul vahidi, polis əməkdaşı X7 tərəfindən təqdim edilmiş inzibati araşdırma zamanı Təqsirləndirilən şəxs Coşğun oğlunun iştirakı ilə aparılmış videoçəkilişin köçürüldüyü «CMYN**********33» 1 (bir) ədəd optik (CD) disk və elektron yaddaş qurğu olan 1 (bir) ədəd fləşkard cinayət işi materiallarında saxlanılsın. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar