Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-116/2021 02.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X2 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1 Rustam oğlunun və Zərərçəkmiş şəxs2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 Rustam oğlunun nümayəndəsi Nümayəndə1, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, məhkəmənin hazırlıq iclasında sonuncunun Azərbaycan Respublikası CM-nin 178.3.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işində irəli sürülmüş ittihamın mahiyyəti üzrə məhkəmə baxışının təyin edilməsinin mümkünlüyünün yoxlanılması məqsədi ilə ilkin dinləmələr apararaq məhkəmə, MÜƏYYƏN E T D İ: Məhkəmənin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi daxil olmuşdur. Məhkəmə cinayət prosesi tərəflərinin iştirakı ilə hazırlıq iclasında həll edilməli olan məsələləri müzakirə edərkən Dövlət ittihamçısı vəsatət verərək həmin cinayət işi üzrə məhkəmə aidiyyətinin Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.2.2-ci maddəsinə əsasən Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olduğunu bildirib cinayət işinin materiallarının məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Təqsirləndirən şəxsin müdafiəçisi Müdafiəçi da Məhkəməyə vəsatət təqdim edərək işə X2 Məhkəməsində baxılmasını xahiş etmişdir. Cinayət işinin məhkəmə aidiyyəti yoxlanılarkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs ittiham orqanı tərəfindən təqsirləndirilir ona görə ki, o, öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgə əmlakını xeyli və külli miqdarda ziyan vurmaqla ələ keçirərək təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək hüquqi şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-cil il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Apellyasiya məhkəməsinin hakimi vəzifəsinə təyin edilməklə həmin vəzifədə işləyərkən, öz qulluq mövqeyindən istifadə edərək etibardan suiistifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək üçün yaxın münasibətləri olan qohumu Zərərçəkmiş şəxs1 Rustam oğlunun Bakı şəhəri ərazisində torpaq sahəsi almaq istədiyini və bunun üçün 13.400 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 12.132 manat) məbləğində pulunun olmasını öyrəndikdən sonra, həmin pulu ələ keçirmək məqsədilə 2000-ci ilin sentyabr ayında istintaqla müəyyən edilməyən gündə Zərərçəkmiş şəxs1la əlaqə saxlayaraq, sonuncuya qanuni əsaslarla tam mülkiyyət hüququ təsbit olunmuş torpaq sahəsi alacağına dair yalandan vəd verib, onu aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək üçün özünə və vəzifəsinə olan inamdan və qohumluq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək xx xxxxxxxx 2000-ci il tarixdə həmin vaxt yaşadığı ünvan 1 V ünvanında yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs1la görüşüb torpaq sahəsinin alınması üçün razılaşdırılan məbləği, yəni həmin dövrün məzənnəsi ilə 12.132 manat ekvivalentində 13.400 ABŞ dolları məbləğində nağd pul vəsaitini sonuncudan almış, 2003-cü ildə istintaqla müəyyən edilməyən gündə Türkiyə Respublikasından Azərbaycan Respublikasına gələn Zərərçəkmiş şəxs1 özünə qarşı olan inamını möhkəmləndirmək məqsədilə sonuncu ilə birlikdə Bakı şəhəri Xətai rayonu Şahin Səmədov küçəsinə gəlib orada sahibi bilinməyən 7 sot torpaq sahəsi olan boş ərazini göstərib guya həmin torpaq sahəsini tam mülkiyyət hüququ əsasında Zərərçəkmiş şəxs1 adına aldığını bildirərək öz qulluq mövqeyindən istifadə etməklə etibardan sui-istifadə etmə və aldatma yolu ilə Zərərçəkmiş şəxs1 məxsus həmin dövrün məzənnəsi ilə 12.132 manat ekvivalentində 13.400 ABŞ dolları məbləğində pulunu ələ keçirərək, sonuncuya xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə külli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək məqsədilə öz cinayətkar əməllərini davam etdirərək Zərərçəkmiş şəxs1 Rustam oğlunun 2006-cı ilin noyabr ayının sonlarında Bakı şəhərinin Novxanı, Mərdəkan və ya Bilgəh qəsəbələrindən birində dənizkənarı ərazidə torpaq sahəsi almaq istədiyini, bunun üçün 100.000 ABŞ dolları (həmin dövrün məzənnəsi ilə 87.260 manat) məbləğində pulunun, hətta həmin məbləğdən daha da artıq pulunun olmasını dəqiqləşdirdikdən sonra, həmin pulu ələ keçirmək məqsədilə, qeyd olunan ərəfədə Türkiyə Respublikasında yaşayan Zərərçəkmiş şəxs1la istintaqla müəyyən edilməyən şəraitdə telefon əlaqəsi saxlayaraq sonuncu üçün Bakı şəhərinin ən gözəl sanatoriya yerlərindən birində, dəniz kənarında 12.000 kvadrat metrlik torpaq sahəsi tapdığını, həmin torpağın ümumi dəyərinin 500.000 ABŞ dolları təşkil etməsinə baxmayaraq tutduğu hakim vəzifəsinə görə 240.000 ABŞ dollarına (həmin dövrün məzənnəsi ilə 209.424 manat) ala biləcəyini, 100.000 ABŞ dollarının ilkin olaraq nağd qaydada verilib, qalan məbləğin isə növbəti vaxtlarda hissə-hissə ödənilməsinin mümkün olduğunu bildirməklə yalan vəd verib, Zərərçəkmiş şəxs1 aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə və vəzifəsinə olan inamdan və qohumluq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək torpaq sahəsinin alınacağı adı ilə 2006-cı ilin noyabr ayının sonlarında həmin vaxt yaşadığı ünvan 1 V ünvanında yerləşən fərdi yaşayış evində Zərərçəkmiş şəxs1 arvadı Şahid1 həmin dövrün məzənnəsi ilə 87.260 manat ekvivalentində 100.000 ABŞ dolları, eyni niyyətlə 2007-ci ilin mart ayında istintaqla müəyyən edilməyən gündə öz qayını və sürücüsü, cinayətdən xəbərsiz olan Şahid5 vasitəsilə Zərərçəkmiş şəxs1 qardaşı Şahid3 Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Binə sovxozu, Südçülük qəsəbəsindəki fərdi yaşayış evində həmin dövrün məzənnəsi ilə 65.085 manat ekvivalentində 75.000 ABŞ dolları, 2007-ci ilin iyun ayının sonlarında Zərərçəkmiş şəxs1 əmisi oğlu Şahid6 Bakı şəhəri, Sabunçu rayonu, Sabunçu qəsəbəsində yerləşən dəmir yolu xəttinin yaxınlığında həmin dövrün məzənnəsi ilə 22.245 manat ekvivalentində 25.000 ABŞ dolları məbləğində pulu əldə etdikdən sonra, eyni niyyətlə, Azərbaycan Respublikası Prezidentinin xx xxxxx 2008-ci il tarixli, 2769 nömrəli Sərəncamı ilə hakimlik səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsinə baxmayaraq bunu Zərərçəkmiş şəxs1 gizlədib özbaşına özünü vəzifəli şəxs, yəni Suraxanı rayon məhkəməsinin sədri kimi təqdim edərək sonuncu dəfə 2008-ci ilin oktyabr ayının sonlarında ünvan 2 ünvanında yerləşən 3 saylı Şəhər Klinik Xəstəxanasının yaxınlığında Zərərçəkmiş şəxs1 əmisi oğlu Şahid7 həmin dövrün məzənnəsi ilə 27.536 manat ekvivalentində 34.000 ABŞ dolları məbləğində olmaqla ümumilikdə Zərərçəkmiş şəxs1 həmin dövrün məzənnəsi ilə 202.126 manat ekvivalentində 234.000 ABŞ dolları məbləğində nağd pul vəsaitini öz qulluq mövqeyindən istifadə etməklə vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, sonuncuya külli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmiş, özbaşına özünü vəzifəli şəxs kimi təqdim edərək tamah məqsədilə hüquqi şəxsin-Suraxanı rayon məhkəməsinin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmişdir. Bundan başqa o, öz cinayətkar əməllərini davam etdirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 Ucar və Kürdəmir rayonlarında qaz, İsmayıllı rayonunda isə su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı gördüyü işlərlə əlaqədar yaxşı qazanc olduğunu, sərmayə yatırdığı halda işin yekununda əldə ediləcək qazancdan guya ona da pay verə biləcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və tanışlıq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək 2012-ci ilin may ayının əvvəllərindən həmin ilin iyun ayının əvvəllərinədək olan müddət ərzində istintaqla müəyyən edilməyən gündə Bakı şəhərində yerləşən istintaqla müəyyən edilməyən bankdan həmin dövrün məzənnəsi ilə 15.716 manat ekvivalentində 20.000 ABŞ dolları məbləğində pulu, 2012-ci ilin iyun ayının ortalarında isə istintaqla müəyyən edilməyən gündə X1 vilayətinin Pervouralskiy şəhərində yerləşən istintaqla müəyyən edilməyən bankdan həmin dövrün məzənnəsi ilə 1.571 manat ekvivalentində 2.000 ABŞ dolları məbləğində pulu Bakı şəhərində yerləşən istintaqla müəyyən edilməyən bankda olan öz hesabına köçürülməsi yolu ilə, daha sonra eyni niyyətlə 2012-ci ilin avqust ayının əvvəllindən həmin ilin sentyabr ayının sonunadək olan müddət ərzində, müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla Bakı şəhəri, Səbail rayonu, S.Vurğun adına parkın yaxınlığında yerləşən, “Atra Bank”ın Nəsimi rayon filialının 6 saylı valyuta dəyişmə məntəqəsində xəzinədar işləyən Şahid19 hissə-hissə ümumilikdə həmin dövrün məzənnəsi ilə 22.526 manat ekvivalentində 28.000 ABŞ dolları məbləğində pulu şəxsən və tanışı Şahid20 vasitəsilə almaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə 39.813 manat ekvivalentində 50.000 ABŞ dolları məbləğində nağd pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Bundan başqa o, öz cinayətkar əməllərini davam etdirərək etibardan sui-istifadə etmə və aldatma yolu ilə xeyli miqdarda ziyan vurmaqla özgə əmlakını ələ keçirmək məqsədilə əvvəllər tanıdığı Zərərçəkmiş şəxs2 Gəncə şəhərində su və kanalizasiya xətlərinin çəkilişi ilə bağlı gördüyü işlərlə əlaqədar yaxşı qazanc olduğunu, sərmayə yatırdığı halda işin yekununda əldə ediləcək qazancdan guya ona da pay verə biləcəyini yalandan vəd edib Zərərçəkmiş şəxs2 aldadaraq, özgənin əmlakını əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə özünə olan inamdan və tanışlıq münasibətinə görə aralarında yaranmış etibarlı münasibətdən istifadə edərək Abşeron rayonu, Saray qəsəbəsi, “Bolmart” mağazasının qarşısında Zərərçəkmiş şəxs2 qardaşı Şahid21 x xxxxx 2017-ci ildə həmin dövrün məzənnəsi ilə 5.109 manat ekvivalentində 3.000 ABŞ dolları, xx xxxxx 2017-ci ildə həmin dövrün məzənnəsi ilə 3.404 manat ekvivalentində 2.000 ABŞ dolları, 2017-ci ilin may ayında müxtəlif vaxtlarda və məbləğlərdə olmaqla Gəncə şəhərində Zərərçəkmiş şəxs2 qayını Şahid23 ümumilikdə həmin dövrün məzənnəsi ilə 6.809 manat ekvivalentində 4.000 ABŞ dolları, xx xxx 2017-ci ildə Gəncə şəhəri, Nizami rayonu, Bağbanlar məhəlləsində işçisi Şahid24 həmin dövrün məzənnəsi ilə 1.191 manat ekvivalentində 700 ABŞ dolları məbləğində pulu şəxsən və adları qeyd olunan şəxslər vasitəsilə almaqla, ümumilikdə həmin dövrün məzənnəsi ilə 16.513 manat ekvivalentində 9.700 ABŞ dolları məbləğində nağd pul vəsaitini vahid niyyətlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək, Zərərçəkmiş şəxs2 xeyli miqdarda ziyan vurmaqla təkrarən dələduzluq etmişdir. Təqsirləndirilən şəxs irəli sürülmüş ittihamlarda cinayət qanunu ilə nəzərdə tutulmuş ağır cinayət hesab edilən son əməlin, yəni sonuncu cinayətin Bakı şəhərində törədildiyi qeyd olunmuşdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hər bir ağır cinayətlər məhkəməsinə yalnız onun yurisdiksiyasında baş vermiş cinayətlərlə bağlı işlər aiddir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 74.5-ci maddəsinə əsasən cinayət işlərindən biri Ağır cinayətlər məhkəməsinə, digəri isə rayon (şəhər) məhkəməsinə aid olan bir icraatda birləşdirilmiş cinayət işlərinə Ağır cinayətlər məhkəməsində baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 299.3. və 299.3.1-ci maddələrinin tələblərinə görə məhkəmə hər bir halda cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəmənin hazırlıq iclasında məhkəməyə daxil olmuş cinayət işinin ona aid olubolmaması məsələsinə baxır. “Azərbaycan Respublikası apellyasiya instansiyası məhkəmələrinin, ağır cinayətlər məhkəmələrinin, inzibati-iqtisadi məhkəmələrinin və hərbi məhkəmələrinin ərazi yurisdiksiyasının təsdiq edilməsi haqqında” Məhkəmə Hüquq Şurasının xx.xx.2017-ci il tarixli Qərarı ilə Bakı şəhərinin Bakı Ağır Cinayətlər Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi kimi tanınması qərara alınmışdır. Göstərilənlərə əsasən, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin imperativ tələbinə görə Dövlət ittihamçısı vəsatəti təmin edilməli və Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinin materialları təqsirləndirilən şəxsə irəli sürülmüş ittihamlarda cinayət qanunu ilə nəzərdə tutulmuş ağır cinayət hesab edilən son əməlin, yəni sonuncu cinayətin Bakı şəhərində törədilməsinə görə, cinayət əməllərrindən sonuncu cinayətin törədildiyi yerin Bakı şəhəri ərazi yurisdiksiyasına görə Bakı Ağır Cinayətlər Məhkəməsinə aid olduğundan, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69.3-cü, 74.1-ci, 74.5-ci və 75.1-ci maddələrinə əsasən cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 74.8-ci maddəsinə əsasən eyni səviyyəli birinci instansiya məhkəmələrinə aid olan iki və ya daha çox cinayətlər üzrə işə, həmin cinayət işinin məhkəməyədək icraatının başa çatdığı yer üzrə fəaliyyət göstərən məhkəmə tərəfindən baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinin tələbinə görə hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 300.1. və 300.1.4-cü maddəsinə əsasən müvafiq olaraq cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi hazırlıq iclasının keçirilməsi nəticəsində qəbul edilən qərarlardan biridir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 69,3., 74.1., 74.5., 75.1., 299.3., 299.3.1., 300.1. və 300.1.4-cü maddələrini rəhbər tutaraq məhkəmə, qərar verdi: Dövlət ittihamçısı vəsatəti təmin edilsin. Müdafiəçi Zabil Qəhramanovun vəsatəti təmin edilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi məhkəmə aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Faiq Mahmudov Xəqani Səmədov
Məhkəmə qərarları › İş №1(100)-116/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-116/2021
02.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver