Məhkəmə qərarları › İş №1(100)-116/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-116/2022

05.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-116/2022 05.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(100)-116/2022 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN HÖKM Gəncə Ağır Cinayətlər Məhkəməsi 05 mart 2022-ci il Bakı şəhəri Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X22 oğlunun katibliyi ilə, tərcüməçi-mütəxəssis X5, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər Bakı şəhəri 13 saylı Vəkil bürosunun vəkilləri X2 və X1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə açıq məhkəmə iclasında 13 avqust 1997-ci il tarixdə Ermənistan Respublikasının İrəvan şəhərində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, ali hərbi təhsilli, subay, İrəvan şəhəri Arututyan küçəsi bina 2 b ev 8 ünvanında qeydiyyatda olan, Ermənistan Respublikasının Müdafiə Nazirliyinin 22 nömrəli xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsinin 1-ci dəstəsinin 1-ci qrup komandiri, leytenant, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3, 214-3.2, 228.3, 282.2, 318.2 və 28, 282.2-ci maddələri ilə, 23 mart 1987-ci il tarixdə Ermənistan Respublikasının Üçmüədzin şəhərində anadan olmuş, Ermənistan Respublikasının vətəndaşı, orta təhsilli, evli, Ermənistan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis istehkamçısı, kiçik serjant, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 282.2 və 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs1 Aşotin Ermənistan Respublikasının Müdafiə Nazirliyinin İrəvan şəhərində yerləşən 22 nömrəli xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsinin 1-ci dəstəsinin 1-ci qrup komandiri vəzifəsində, leytenant hərbi rütbəsində hərbi xidmətdə olarkən 2019-cu ilin sentyabr ayında Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Kəşfiyyat idarəsi tərəfindən Azərbaycan Respublikasında ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək və Azərbaycan Respublikasının müdafiə qabiliyyətini və iqtisadi təhlükəsizliyini zəiflətmək məqsədi ilə Bakı-X11 X28 Azərbaycan Respublikasının Tovuz rayonunun Əyyublu kəndi ərazisində yerləşən 16 saylı siyirtmə stansiyasında partlayışlar törətməklə terror-təxribat tədbirlərini hazırlamaq barədə verilmiş məxfi tapşırıq əsasında həmin ilin oktyabr ayı ərzində Ermənistan Müdafiə Nazirliyinin 3-cü ordu korpusunun Tavuş rayonunun Ayqedzor kəndi ərazisində yerləşən hərbi hissəsinin döyüş postlarına səfər edib, həmin mövqelər ilə üzbəüz yerləşən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin Tovuz rayonunun Ağbulaq kəndi ərazisində yerləşən döyüş postlarını müşahidə edərək komandiri olduğu 12 nəfərdən ibarət olan kəşfiyyat qrup ilə mütəşəkkil dəstə şəklində həmin istiqamətdə Azərbaycan - Ermənistan dövlət sərhədini qanunsuz keçməsi üçün əlverişli mövqelər müəyyən edib, üzərində olan mobil telefonunun «Google map» proqramı vasitəsi ilə dövlət sərhədindən siyirtmə stansiyasına Tovuz rayonunun Ağbulaq kəndi və Əyyublu kəndləri boyunca 40-45 km məsafədə marşrut tərtib edərək komandiri olduğu qrupun 12 nəfər üzvü arasında tapşırığın icrası ilə bağlı vəzifə bölgüsü aparıb, partlayışların törədilməsi üsulu kimi alışdırıcı məftil ilə trotil partlayıcı maddənin alışdırılmasını seçərək 8 ədəd «AK 74» avtomat, 1 ədəd «Draqunov» markalı snayper tüfəngi, 1 ədəd «Kalaşnikov» markalı pulemyot, 1 ədəd «Kalaşnikov» markalı əl pulemyotu, 1 ədəd «VSS Vintorez» markalı snayper tüfəngi, 2 ədəd «AS Val» markalı səssiz avtomat, 12 ədəd «F1» markalı əl qumbarası, 12 ədəd «M75» markalı əl qumbarası, 3 ədəd «RPQ 22» markalı tankəleyhinə qumbaraatan, 1 ədəd «Makarov» markalı tapançası, 1 ədəd «PSS» markalı tapança, 2 kq trotil növündə partayıcı maddə, 20 metr alışdırıcı məftil, 1 ədəd minaxtaran cihaz, 5 ədəd «Hytera» markalı rabitə vasitəsi olan ratsiya, «R358» markalı mobil radiostansiya, 1 ədəd «Motorolla» markalı peyk telefonu, 3 ədəd səhra çadırı, 12 ədəd zirehli gödəkcə, 12 ədəd dəbilqə və digər zəruri şəxsi əşyaları cinayət törədilmə vasitə və aləti kimi müəyyən etməklə məxfi plan tərtib edib, hərbi hissənin komandanlığına təqdim etməklə təsdiq edib sonuncularla sövdələşmə aparmış, döyüş postlarından yayınmaqla həmin istiqamətdə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz keçməklə müşaiyət edən ilkin kəşfiyyat hərəkətləri törətmiş, habelə həmin tarixdən etibarən Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuş Azərbaycan Respublikasının Kəlbəcər rayonunda qrupun üzvlərinə həmin planda nəzərdə tutulmuş cinayət əməllərinin törədilməsi məqsədi ilə həmin əməllərin törədilməsi üsulları, odlu silahdan, partlayıcı maddələrdən və ya qurğulardan istifadə hazırlığı üzrə təlim təşkil etmiş və keçmiş, cinayətin törədilməsi üçün qəsdən başqa cür şərait yaratmaqla terrorçuluq və təxribat əməllərinin törədilməsinə hazırlıq hərəkətlər etmişdir. Bundan başqa o, Ermənistan Respublikasının Müdafiə Nazirliyinin İrəvan şəhərində yerləşən 22 nömrəli xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsinin 1-ci dəstəsinin 1-ci qrup komandiri vəzifəsində, leytenant hərbi rütbəsində hərbi xidmətdə olarkən, birbaşa hərbi rəhbərliyin təşkilatçılığı altında 27 may N-ci il tarixdə saat 03 radələrində Ermənistan Respublikasının hərbi qulluqçusu qismində xidmət edən Təqsirləndirilən şəxs2 Otari ilə mütəşəkkil dəstə halında Ermənistan Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində təkrarən qanunsuz olaraq keçmiş, Azərbaycan Respublikasi ərazisində qanunsuz olaraq odlu silah hesab edilən istifadəyə yararlı 1 ədəd «171010685» saylı 7,62 mm çaplı «AK-103» konstruksiyalı avtomat silah, 1 ədəd «EB3271» saylı 7,62 mm çaplı «AKM» konstruksiyalı avtomat silah, həmin silahlar üçün nəzərdə tutulmuş 6 ədəd daraq, döyüş sürsatı hesab edilən istifadəyə yararlı 180 ədəd 7,62 mm çaplı avtomat silahın patronu, partlayıcı qurğu hesab edilən 3 ədəd «TM 62 – M» tipli tankəleyhinə mina və 20 ədəd istifadəyə yararlı «E-00-M» tipli piyadaəleyhinə minanı qanunsuz saxlamış, daşımış və gəzdirmiş, üzərlərində gətirdikləri 3 ədəd «TM 62 – M» tipli tankəleyhinə mina və 20 ədəd istifadəyə yararlı «E-00-M» tipli piyadaəleyhinə minadan istifadə etməklə Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirməklə mütəşəkkil dəstə halında təkrarən terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər verməsi təhlükəsi yaradan hərəkətlər törətmiş, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətmək məqsədi ilə təkrarən mütəşəkkil dəstə halında yolların dağılmasına, digər ağır nəticələrin baş verməsinə yönəldilən təxribat hərəkətləri törətmişdir. Təqsirləndirilən şəxs2 Otarin Ermənistan Respublikasının Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinin mühəndis istehkamçısı vəzifəsində, kiçik serjant rütbəsində hərbi xidmətdə olarkən birbaşa hərbi rəhbərliyin təşkilatçılığı altında 27 may N-ci il tarixdə saat 03 radələrində Ermənistan Respublikasının hərbi qulluqçusu qismində xidmət edən Təqsirləndirilən şəxs1 Aşoti ilə mütəşəkkil dəstə halında Ermənistan Respublikasından Azərbaycan Respublikasının mühafizə olunan dövlət sərhədini Kəlbəcər rayonu istiqamətində qanunsuz olaraq keçmiş, Azərbaycan Respublikasi ərazisində qanunsuz olaraq odlu silah hesab edilən istifadəyə yararlı 1 ədəd «171010685» saylı 7,62 mm çaplı «AK-103» konstruksiyalı avtomat silah, 1 ədəd «EB3271» saylı 7,62 mm çaplı «AKM» konstruksiyalı avtomat silah, həmin silahla üçün nəzərdə tutulmuş 6 ədəd daraq, döyüş sürsatı hesab edilən istifadəyə yararlı 180 ədəd 7,62 mm çaplı avtomat silahın patronu, partlayıcı qurğu hesab edilən 3 ədəd «TM 62 – M» tipli tankəleyhinə mina və 20 ədəd istifadəyə yararlı «E-00-M» tipli piyadaəleyhinə minanı təkrarən qanunsuz saxlamış, daşımış və gəzdirmiş, üzərlərində gətirdikləri 3 ədəd «TM 62 – M» tipli tankəleyhinə mina və 20 ədəd istifadəyə yararlı «E-00-M» tipli piyadaəleyhinə minadan istifadə etməklə Kəlbəcər rayonunun Yuxarı Ayrım kəndi ərazisindən keçən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin həmin ərazidə dislokasiya olunmuş bölmələrinin və digər təyinatlı məntəqələrin təminat və digər keçid yollarında minalanma işlərini həyata keçirməklə mütəşəkkil dəstə halında terrorçuluq, yəni ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, dövlət hakimiyyəti orqanları və beynəlxalq təşkilatlar tərəfindən qərar qəbul edilməsinə təsir göstərmək məqsədi ilə insanların həlak olması, onların sağlamlığına zərər verməsi təhlükəsi yaradan hərəkətlər törətmiş, Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətmək məqsədi ilə təkrarən mütəşəkkil dəstə halında yolların dağılmasına, digər ağır nəticələrin baş verməsinə yönəldilən təxribat hərəkətləri törətmişdir. Məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 Aşotin ona Azərbaycan Respublikası CM-in 214.2.1; 214.2.2, 214.2.3; 214-3.2; 228.3; 282.2; 318.2 və 28, 282.2-ci maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən Ermənistan Respublikası Müdafiə Nazirliyinin İrəvan şəhərində yerləşən 22 nömrəli xüsusi təyinatlı kəşfiyyat hərbi hissəsinin 1-ci dəstəsinin 1-ci qrup komandiri vəzifəsinə təyin olunmaqla hərbi xidmətə qəbul olunmuşdur. 2N may N-ci il tarixdə hərbi hissə komandiri X4 yanına çağırıb, Ermənistan Respublikasının Geraqunik rayonunun Kut kəndinin ərazisindən Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yuxarı Ayırım kəndinin ərazisinə daxil olub, orada olan Azərbaycan Silahlı Qüvvələrinin bölmələrinin və başqa təyinatlı məntəqələrin təminat və digər keçid yollarında minalanma işlərini aparmasına göstəriş vermşidir. Həmin tapşırığı icrası üçün onunla bərabər 9 nəfərdən ibarət qrup yaradılmışdır. Həmin qrupun üzvləri kimi onun özü, iki nəfər minabasdıran və 6 nəfər mühafizəni təşkil edən hərbi qulluqçu müəyyən edilmişdir. Mühafizədə olan şəxslərdən ikisi komandiri olduğu 1-ci qrupun hərbi qulluqçuları gizir Boris Ohanyan və kiçik çavuş Armen Budoyan, minabasdıranlardan biri Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Eçmiəzdin şəhərində yerləşən mühəndis istehkam hərbi hissəsinin hərbi qulluqçusu gizir Təqsirləndirilən şəxs2, digər isə N №li hərbi hissənin adını unutduğu hərbi qulluqçu olmuşdur. Qrupun digər üzvləri isə N №li hərbi hissənin adını xatırlamadığı digər hərbi qulluqçuları müəyyən edilmişdir. Bundan başqa N №li hərbi hissənin 2-ci batalyonunun qərargah rəisi, mayor X8rla bərabər həmin əraziyə göndərilmişdir. 2N may N-ci il tarixdə o, 8 nəfər qrup heyəti, eləcə də Abqaryan Artur və Vrur Sarsyanla birgə Ermənistan Respublikasının Geqarkunik rayonunda yerləşən hərbi hissəyə gəlmişlər. 2N may N-ci il tarixdən 27 may N-ci il tarixə kecən gecə saat N radələrində həmin hərbi hissənin Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yuxarı Ayırım kəndi ilə üzbəüz yerləşən postundan piyada Yuxarı Ayırım kəndinə daxil olub, X10ın xəritədə müəyyən etdiyi koordinatlara doğru hərəkət etmişlər. Həmin koordinatlar Azərbaycan Respublikasının ərazisi olmuşdur. Həmin koordinatlarda təminat yolu yerləşmiş və onlar həmin yolu minalamaq üçün özləri ilə 3 ədəd “TM 62 m” markalı tank əleyhinə mina, 20 ədəd “E 001 M02” markalı piyada əleyhinə mina gətirmişlər. Eyni zamanda mühafizəni təmin etmək məqsədi ilə onların üzərində “AK” markalı avtomat silahlar və 7,62 mm kalibrli döyüş patronları olmuşdur. Həmin vaxt ona «171010685» saylı 7,62 mm kalibrli «AK-103» konstruksiyalı avtomat silah, Təqsirləndirilən şəxs2 isə 1 ədəd «EB3271» saylı 7,62 mm kalibrli «AKM» konstruksiyalı avtomat silah təhkim edilmişdir. Onlar müəyyən edilmiş koordinatlara çatdıqdan sonra Təqsirləndirilən şəxs2 və digər minabasdıran orada olan təminat yolunun üzərində 3 ədəd tank əleyhinə mina və 9 ədəd piyada əleyhinə mina üçün həmin sayda quyu qazmağa başlamışlar. Quyular qazıldıqdan sonra 3 ədəd tank əleyhinə mina basdırılmış, döyüşə hazır vəziyyətə gətirilmiş, qeyd olunan yerə “M” nişanı qoyulmuş və tikanlı məftillər çəkilməyə başlanılmışdır. Elə bu zaman onları Azərbaycan əsgərləri onları aşkar etmişlər. Buna görə onlar basdırdıqları tank əleyhinə minaların üzərini torpaqla örtməyə, eləcə də piyada əleyhinə minaları basdırmağa imkan tapmayıb, həmin ərazidən uzaqlaşmağa çalışmışlar. Bu zaman onlar 20 ədəd piyada əleyhinə minanı əşya çantasının içərisində yaxınlıqdakı əraziyə tullamışlar. Lakin buna baxmayaraq Azərbaycan əsgərləri onu, X24, Təqsirləndirilən şəxs2 Otari, X25, X27, X15 yaxalaya bilmişlər. Qrupda olan digər şəxslər isə həmin ərazidən qaçmağa nail olmuşlar. Bundan başqa o, qeyd etmişdir ki, Müdafiə Nazirliyinin Kəşfiyyat Baş idarəsi tərəfindən hər il xidmət etdiyi hərbi hissəyə Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti ilə bağlı döyüş tapşırıqları verilmişdir. 2019-cu ilin sentyabr ayında hərbi hissənin qruplarına növbəti belə döyüş tapşırığı göndərilmişdir. Bununla bağlı ona Azərbaycan Respublikasının Tovuz rayonunun yaxınlığında yerləşən X21 Kəmərinin nasos stansiyasının partladılması tapşırığı verilmişdir. Tapşırıqda həmin stansiyanın olunması ehtimal olunan koordinatlar qeyd olunmuş və ondan qrup komandiri kimi həmin əraziyə daxil olma istiqaməti, marşrut, əməliyyatda iştirak edəcək şəxslər, qrup üzvlərinin silahlanma növü, partlayışın həyata keçirməsi üçün istifadə olunacaq partlayıcı qurğular, rabitə əlaqəsi və həmin tapşırığın icrası üçün lazım olan digər tədbirlərin planının tərtib olunması tələb olunmuşdur. Bununla bağlı o, həmin ilin sentyabroktyabr ayında Ermənistan Respublikasının Müdafiə Nazirliyinin 3-cü ordu korpusununun hərbi hissəsinin Tavuş rayonunun Aygetzor kəndində yerləşən döyüş postlarına gedib, üzbəüz yerləşən Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin döyüş postlarını müşahidə etmiş, hətta Azərbaycan Ermənistan dövlət sərhədini gizlincə keçib, gələcəkdə keçid üçün əlvərişli yerləri müəyyən etmişdir. Daha sonra o, “Google Map” elektron xəritə proqramı vasitəsi ilə tapşırıqda göstərilmiş koordinatlara baxış keçirib, həmin stansiyaya qədər məsafənin 40 km olduğunu müəyyən etmişdir. Həmin stansiya Azərbaycan Respublikasının Tovuz rayonunun Əyyublu kəndi ilə Şəmkir rayonun Düyərli kəndi arasında yerləşmişdir. O, «Google map» proqramı vasitəsi ilə hərəkət edəcək marşrutun koordinatlarını qabaqcadan müəyyən edərək plan hazırlamışdır. Həmin plana əsasən o, 11 nəfərdən ibarət qrupla Ermənistan Respublikasının Tavuş rayonundan Azərbaycan Respublikasının Tovuz rayonunun Ağbulaq kəndi istiqamətində sərhədi gecə saatlarında gizli keçib, avtomobil yollarından kənar Düyərli və Əyyublu kəndləri istiqamətdə hərəkət edib, Bakı-Ceyhan X28 Əyyublu kəndi hissəsində olan nasos stansiyanı aşkarlamalı, stansiyanı mühafizə edən şəxsləri öldürməklə zərərsizləşdirib, trotil partlayıcı maddəni stansiyaya yerləşdirib, alışdırıcı məftil ilə həmin trotili alışdırmaqla stansiyanı partlatmalı, sonra isə əlverişli yerdə gizlənib hərbi hissədən növbəti tapşırıqları gözləməli idi. Həmin tapşırığın icrası üçün silah, sursat və hərbi əmlak kimi 8 ədəd «AK 74» avtomat, 1 ədəd « Draqunov» markalı snayper tüfəng, 1 ədəd «Kalaşnikov» markalı pulemyot, 1 ədəd «Kalaşnikov» əl pulemyot, 1 ədəd «VSS Vintorez» markalı tüfəng, 2 ədəd «AS Val» markalı tüfəng, 12 ədəd «F1» markalı əl qumbarası, 12 ədəd «M75» markalı qumbara, 3 ədəd «RPQ 22» markalı qumbaraatan, 1 ədəd «Makarov» markalı tapançası, 1 ədəd «PSS» markalı tapança, 2 kq trotil növündə partayıcı maddə, 20 metr alışdırıcı məftil, 1 ədəd minaxtaran cihaz, 5 ədəd «Hytera» markalı ratsiya, «R358» markalı mobil radiostansiya, 1 ədəd «Motorolla» markalı peyk telefonu, 2-3 ədəd səhra çadırı, 12 ədəd zirehli gödəkcə, 12 ədəd dəbilqə, 12 nəfərlik quru ərzaq payı, geyimlər və digər zəruri şəxsi əşyalar müəyyən edilmişdir. Daha sonra o, həmin planın xərtəsini, zəruri hərbi əmlakın siyahısını tərtib edib, onu təsdiqləmək üçün həmin dövrdə hərbi hissə komandiri olmuş X9 təqdim etmişdir. Həmin plan təsdiq edildikdən sonra o, hərbi hissə komandiri X7 göstərişi ilə 2019-cu ildə Kəlbəcər rayonuna ezam olunub, orada qrup üzvlərinə planda nəzərdə tutulmuş terror-təxribat hərəkətlərin icrası ilə bağlı təlimlər keçmişdir. O, əlavə olaraq qeyd etmişdir ki, onun mobil telefonunda baxış zamanı aşkar olunmuş Tovuz rayonunun Ağbulaq kəndi ərazisinə aid koordinatlar təxribat-terror tapşırığının icrası ilə bağlı Ermənistan rayonunun Tavuş rayonunda olarkən onun tərəfindən telefonunda qeyd olunmuşdur. Bununla yanaşı onun telefonunda həmin tapşırığı ilə icrası ilə bağlı Kəlbəcər rayonunda təşkil etdiyi təlimlərin fotoşəkilləri olmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, onun terrorçuluq törətmək niyyəti olmamış, basdırdığı minaları müdafiə məqsədilə basdırmışdır. Terrorçuluq məqsədi olmadığı üçün mina basdırılmış əraziyə xəbərdaredici “M” nişanı qoymuş və tikanlı məftillə əraziyə sərhəd çəkmək istəmişdir. Lakin Azərbaycan əsgərləri tərəfindən tutulduğu üçün işini tamamlaya bilməmiş, eyni zamanda imkanları olmasına baxmayaraq Azərbaycan əsgərlərinə silahlı müqavimət göstərmədən təslim olmuşlar. Məhkəmə iclasında dindirilən təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Otarin Azərbaycan Respublikası CM-in 214.2.1, 214.2.3, 228.3, 282.2 və 318.2-ci maddələri ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərərək ifadəsində göstərmişdir ki, 2019-cu ildən Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Eçmiədzin şəhərində yerləşən N №li hərbi hissəsinin mühəndis-istehkamçısı vəzifəsində, kiçik serjant rütbəsində hərbi xidmətdə olmuşdur. 2N may N-ci il tarixdə xidmət etdiyi hərbi hissənin komandanlığı ona və digər 8 nəfər mühəndis-istehkamçıya xüsusi təyinatlı hərbi qulluqçular ilə birgə Azərbaycan Respublikasının Kəlbəcər rayonuna qanunsuz keçib, orada minalanma işləri aparması barədə tapşırıq vermişdir. Həmin tapşırıqla bağlı onlar həmin gün Vartenis şəhərinə getmiş və orada razılışdıqları kimi xüsusi təyinatlı hərbi qulluqçuların qrupları üzvləri ilə görüşmüşlər. Onun üzvü olduğun qrupun rəhbəri leytenant Təqsirləndirilən şəxs1 olmuşdur. Həmin qrupda adını bilmədiyi digər mühəndis-istehkamçı da olmuşdur. Tapşırığın icrası ilə bağlı qrupa 3 ədəd tank əleyhinə, 20 ədəd piyada əleyhinə mina və avtomat silahlar verilmişdir. Daha sonra o, digər qrup üzvləri ilə birgə Vardenis şəhərindən Kut kəndinə avtomobil ilə gəlmişlər. Gecə saatlarında onlar Təqsirləndirilən şəxs1 rəhbəri ilə Kut kəndinin yaxınlığından Ermənistan-Azərbaycan sərhədi qanunsuz keçib, Kəlbəcər rayonuna daxil olmuşlar və Təqsirləndirilən şəxs1 onları avtomobil yoluna gətirib, həmin yolu minalamağı tapşırmışdır. O, digər istehkamçı ilə 3 ədəd tank əleyhinə mina basdırmış, 9 ədəd piyada əleyhinə mina üçün quyu qazmışdır. Lakin onları Azərbaycan əsgərləri aşkar etdikləri üçün onlar basdırdıqları tank əleyhinə minaların üstünü örtə, eləcə də piyada əleyhinə minaları basdıra bilməmişlər. Azərbaycan əsgəri onları mühasiriyə alıb, tərksilah etmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, onun terrorçuluq törətmək niyyəti olmamış, basdırdığı minaları müdafiə məqsədilə basdırmışdır. Terrorçuluq məqsədi olmadığı üçün mina basdırılmış əraziyə xəbərdaredici “M”nişanı qoymuş və tikanlı məftillə əraziyə sərhəd çəkmək istəmişdir. Lakin Azərbaycan əsgərləri tərəfindən tutulduğu üçün işini tamamlaya bilməmiş, eyni zamanda imkanları olmasına baxmayaraq Azərbaycan əsgərlərinə silahlı müqavimət göstərmədən təslim olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, 10 noyabr N-ci il tarixdə bağlanmış 3 tərəfli razılaşmaya əsasən N №li hərbi hissənin 4-cü taboru Kəlbəcər rayonunun Yuxarı Ayırım kəndində dislokasiya olunmuşdur. Taborun dislokasiya olunmuş sahə ilə üzbəüz Ermənistan Respublikasının Geqarkunik rayonun Kut kəndi yerləşmişdir. Taborun dislokasiya olunduğu ərazidən sağ, mərkəz və sol cinahda müşahidə postları qurulmuşdur. Həmin postlarla əlaqə avtomobil vasitəsilə həyata keçirilmişdir. Həmin 2N may N-ci il tarixdən 27 may N-ci il tarixə keçən gecə saat 3 radələrində sol cinahda olan müşahidə postlarının əsgərləri posta gələn təminat yolunda bir qrup Ermənistan hərbi qulluqçunun hərəkətini aşkar etmiş və postun əsgərləri vasitəsi ilə həmin hərbi qulluqçular mühasirə alınaraq tərk silah olunmuşlar. Onların həmin vaxt silahlı müqavimət göstərməyə imkanları olmamış və müqavimət göstərməyin səmərəsiz olduğunu görüb təslim olmuşlar. Onlar həmin vaxt 6 nəfər Ermənistan hərbi qulluqçusu yaxalamışlar. Bu zaman onlar Ermənistan hərbi qulluqçularının təminat yolunda 3 ədəd tank əleyhinə basdırdıqlarını, eləcə də piyada əleyhinə minalar üçün quyular qazdıqlarını aşkar etmişlər. O, qeyd etmişdir ki, minalanmış təminat yolu Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yuxarı Ayırım kəndinin ərazisində yerləşir və həmin ərazinin Azərbaycan Respublikasına aid olması yaxınlıqda Azərbaycan Respublikasının bayrağının dalğalanması ilə müəyyən etmək mümkün olmuş, qeyd oluna təminat yolundan hərbiçilərlə yanaşı ərzaq təminatı ilə bağlı mülki şəxslər də istifadə etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 işin halları ilə bağlı Şahid1 ilə eyni məzmunlu ifadə verərək Şahid1 göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.05.N-ci il tarixli “cinayət işinin başlanması və iş üzrə istintaq qrupunun yaradılması haqqında” qərardan görünür ki, həmin cinayət işi 27 may N-ci il tarixdə Ermənistan Respublikasının vətəndaşları Təqsirləndirilən şəxs1 və digərlərinin Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ermənistan Respublikası ilə dövlət sərhədinə yaxın ərazisində terrorçuluq, təxribat və sair cinayətlər törədilməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3, 282.2 və 318.2-ci maddələri ilə başlanmış və həmin tarixdə istintaq qrupu yaradılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.05.N-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokollardan görünür ki, 27 may Nci il tarixdə Təqsirləndirilən şəxs2 Otari və Təqsirləndirilən şəxs1 Aşoti Azərbaycan Respublikası CM-in 214.2.1, 214.2.3, 228.3, 228.3, 282.2 və 318.2-ci maddələrində nəzərdə tutulmuş cinayətləri törətməkdə şübhəli şəxs qismində tutulmuşlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28.05.N-ci il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 Aşoti ifadələrinin yerində yoxlanması istintaq hərəkəti zamanı ifadələrini hadisə yerində təkrarlayıb, 2N may N-ci il tarixdən 27 may N-ci il tarixə keçən gecə saatlarında Ermənistan- Azərbaycan sərhədini qanunsuz keçdiyi istiqaməti, təminat yoluna gəldiyi marşrutu, minaladığı ərazini, piyada əleyhinə minaları və digər hərbi sursatı tulladığı yeri nümayiş etdirmişdir.. İfadələrinin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs1 nümayiş etdirdiyi təminat yolunda basdırılmış, döyüş hazır vəziyyətə gətirilmiş 3 ədəd tank əleyhinə mina, 9 ədəd piyada əleyhinə mina üçün qazılmış quyu, habelə təminat yolunun yaxınlığında içərisində 20 ədəd piyada əleyhinə mina, minabasdıran bel olan hərbi əşya çantası aşkar olunmuşdur. Minalanmış sahə 40 dərəcə 09 dəqiqə 06 saniyə şimal enliyi, 45 dərəcə 58 dəqiqə 07 saniyə şərq uzunluğu - N 40°09′06″; E 45°58′07″ koordinatlarda olmaqla Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yuxarı Ayırım kəndi ərazisində olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28.05.N-ci il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, minalanmış sahə Kəlbəcər rayonu Yuxarı Ayırım kəndinin Ermənistan Respublikasının Kut kəndi ilə həmsərhəd ərazisindən keçən təminat yolunun üzərində yerləşmişdir. Təminat yolu vasitəsi ilə həmin ərazidə olan Azərbaycan Respublikası Silahlı Qüvvələrin dayaq məntəqəsi ilə kəndin uzaq cənub nöqtələrində yerləşən müşahidə məntəqələri əlaqə yaradılmışdır. Təminat yolu torpaqdan ibarət olub, onun üzərində avtomobillərin hərəkəti nəticəsində çıxır izi vardır. Həmin yolun sağ hissəsində 2 ədəd, sol hissəsinə 1 ədəd döyüşə hazır vəziyyətə gətirilmiş, üzərində «MVP 62-2177» markalı partladıcı qurğusu olan “TM 62 m” markalı SSRİ istehsalı tank əleyhinə mina aşkar olunmuşdur. Həmin minalardan 1-5 metr irəlidə, 0,5-1 metr aralıqda, dərinliyi 15 sm olmaqla 9 ədəd piyada əleyhinə mina üçün quyu qazılmışdır. Minalanmış sahədən 800 metr yoxuşa doğru içərisində 20 ədəd G001M markalı,Ermənistan Respublikasının istehsalı piyada əleyhinə mina, minabasdıran bel olan hərbi əşya çantası aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 28.05.N-ci il tarixli 4(009)-316/N saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 may N-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Səbail rayon Məhkəməsinin 29.05.N-ci il tarixli 4(009)-320/N saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 may N-ci il tarixdən hesablanmışdır Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.06.N-ci il tarixli “əşyalara baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 Aşoti və digər Ermənistan hərbi qulluqçular Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Yuxarı Ayırım kəndi ərazisində minalanma işləri görərkən yaxalarkən üzərlərində 180 ədəd 7,62 mm kalibrli patron, 4 ədəd «171248021», «171010685», «171014948», «171258596» saylı 7,62 mm kalibrli «AK-103» konstruksiyalı avtomat silah, 1 ədəd «EB3271» saylı 7,62 mm kalibrli «AKM» konstruksiyalı avtomat silah, 6 ədəd avtomat sandıqçası, 4 ədəd hərbi zirehli dəbilqə, 4 ədəd hərbi zirehli gödəkçə olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə ballistik ekspertizasının 15.07.N-ci il tarixli 31/1057 №li rəyindən görünür ki, tədqiqata təqdim olunmuş 3 ədəd TM62M modelli, sıxılma-hərəkətli, tankəleyhinə mina, 3 ədəd «TM-62M» modelli minanın partladılması üçün nəzərdə tutulmuş «MVP-62» modelli partladıcı, 20 ədəd «PMN» modelli sıxılma-hərəkətli, piyadaəleyhinə mina döyüş sursatı və partlayıcı qurğu hesab olunmaqla istifadəyə yararlıdırlar. Tədqiqata təqdim edilmiş «171248021», «171010685», «171014948», «171258596» saylı 4 ədəd 7,62 mm kalibrli «AK-103» konstruksiyalı avtomat silah və «EB3271» saylı 1 ədəd 7,62 mm kalibrli «AKM» konstruksiyalı avtomat silah yivli odlu avtomatik döyüş silahı hesab edilməklə istifadəyə yararlıdır. Tədqiqata təqdim olunmuş 6 ədəd sandıqça «Kalaşnikov» konstruksiyalı «AK» markalı avtomat silahların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla istifadəyə yararlıdır. Tədqiqata təqdim olunmuş 180 ədəd patron 7,62 mm kalibrli olmaqla, həmin kalibrə malik «Kalaşnikov» konstruksiyalı AK markalı avtomat silahlarda, «RPK» markalı əl pulemyotlarında və s. yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlar olmaqla döyüş sursatı hesab olunur, istifadə yararlıdır, ekspertiza tədqiqatı ilə bağlı təqdim olunmuş patronlardan 25 ədədindən eksperimental atəş üçün istifadə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.05.N-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X26 ifadəsində göstərmişdir ki, Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Yerevan şəhərində N №li hərbi hissəsinin 1-ci batalyonun qərargah rəisi vəzifəsində, mayor rütbəsində hərbi xidmətdə olmuşdur. 24 may N-ci il tarixdə xidmət etdiyi hərbi hissənin komandiri polkovnik Roman Qabrielyan 11 nəfərlik qrupun qarşısında Kəlbəcər rayonununda olan təminat yollarını minalanma əmri qoymuşdur. Həmin qrupun komandiri leytenant Təqsirləndirilən şəxs1 təyin olunmuşdur. X3 və qrup komandiri Təqsirləndirilən şəxs1 həmin tapşırığın əsas məqsədi Azərbaycanın-Ermənistan sərhədini qanunsuz keçib, nəqliyyat vasitələrin və insanların tələf olunması üçün Kəlbəcər rayonunda olan təminat yolların minalanması olduğunu bildirmişdir. Həmin tapşırığın icrası ilə bağlı qrupa tank əleyhinə mina, piyada əleyhinə mina və avtomat silahlar verilmişdir. Polkovnik Roman Qabrielyan onu həmin qrupun operativ zabiti təyin etmişdir. Operativ zabitin vəzifəsi həmin qrupu təyinat yerinə müşaiyət etmək olmuşdur. 2N may N-ci il tarixdən 27 may N-ci il tarixə keçən gecə o, qrup üzvlərini Azərbaycan Ermənistan sərhədinin yaxınlığında olan Kut kəndinə gətirmişdir. Sonra o, digər qrup üzvləri ilə bərabər həmin sərhədi Azərbaycan istiqamətdə keçib, Kəlbəcər rayonuna daxil olmuşlar. Sonra Təqsirləndirilən şəxs1 rəhbəri olduğu qrup ilə minalanmalı əraziyə doğru getmiş, o, isə 2 nəfər hərbi qulluqçu ilə arxada dayanmışdır. 27 may N-ci il tarixdə səhər saatlarında X4n mobil telefonuna zəng vurub, azərbaycanlıların həmin təxribat qrupunu aşkarladığını bildirmiş və ona həmin əraziyə gedib danışıqlar ilə təxribat qrupunu azad etmək tapşırığı vermişdir. O, minalanmalı olan əraziyə doğru hərəkət etdikdə geriyə qaçan Vruyer Sarqsyan ilə rastlaşmış və o, V.Sarqsyanla minalanmış əraziyə gəlib, orada Azərbaycan əsgərlərinin 4 nəfər təxribat qrupunu tərksilah etdiklərini görmüşdür. Bu zaman Azərbaycan əsgərləri onu və V.Sarqsyanı tərksilah etmişdilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28.05.N-ci il tarixli protokoldan görünür ki, təqsirləndirilən şəxs X25 ifadəsində göstərmişdir ki, 2014-cü ildən etibarən Ermənistan Respublikasının Müdafiə Nazirliyinin Yerevan şəhərində N №li hərbi hissəsində gizir rütbəsində hərbi xidmətdə olmuşdur. 25 may N-ci il tarixdə xidmət etdiyi hərbi hissənin komandiri Roman Qabrielyan döyüş qrupuna Kəlbəcər rayonununda olan təminat yollarını minalanma əmri vermişdir. Həmin qrupun komandiri leytenant Təqsirləndirilən şəxs1 təyin olunmuşdur. Həmin tapşırığın icrası ilə bağlı qrupa 3 ədəd tank əleyhinə mina və 20 ədəd piyada əleyhinə mina verilmişdir. Qrupun digər üzvləri kiçik çavuq Vruyer Sarqsyan, çavuş Armen Budoyan, çavuş Rafo Karamyan, kiçik çavuş Razmik Gülnazaryan, əsgər Harut Sarkisyan, əsgər Aşot Arzumanyan, Aşot Stepanyan və Eçmiədzin şəhərində yerləşən hərbi hissənin adlarını bilmədiyi iki nəfər istehkamçısı olmuşlar. 2N may N-ci il tarixdən 27 may N-ci il tarixə keçən gecə xidmət etdikləri hərbi hissənin batolyonun qərargah rəisi mayor Artur Abgaryan onları avtomobili ilə Azərbaycan- Ermənistan sərhədinin yaxınlığına gətirmişdir. Sonra onlar A.Abgaryan ilə bərabər həmin sərhədi Azərbaycan istiqamətdə keçib, Kəlbəcər rayonuna daxil olmuşlar. X16 göstərdiyi əraziyə gəlmişlər və istehkamçılar həmin ərazidə olan avtomobil yoluna 3 ədəd tank əleyhinə mina yerləşdirmişlər. Bu zaman onları Azərbaycan əsgərləri aşkarlayıb, mühasirəyə alıb tərksilah etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Dövlət Təhlükəsizlik Xidmətinin Əks-Kəşfiyyat Baş İdarəsinə verilmiş əməliyyat tapşırığına cavabdan görünür ki, Ermənistan Respublikasının Müdafiə Nazirliyinin N №li hərbi hissəsinin (022 saylı xüsusi təyinatlı briqada) komandiri X10 24 may N-ci il tarixdə Eçmiədzin şəhərindəyerləşən N №li hərbi hissənin mühəndisistehkamçılarının iştirakı ilə xüsusi yaradılmış qrupa Geqarqunik rayonundan daxil olmaqla Kəlbəcər rayonunda 3 ədəd tank əleyhinə, 20 ədəd piyada əleyhinə mina quraşdırılması əmri vermişdir. Bundan başqa 0N №li hərbi hissənin döyüş qruplarının qarşısında Tovuz rayonunda yerləşən Bakı-X11 X28 16 saylı siyirtmə stansiyası partlatmaqla terror aktının törədilməsi tapşırığı verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14.06.N-ci il tarixli arayışdan görünür ki, 14 iyun N-ci il tarixdə təqsirləndirilən şəxslər X24, X25, X27 və X17 Ermənistan Silahlı Qüvvələri tərəfindən Ağdam rayonununda basdırılmış minaların xəritələrini təqdim olunması müqabilində Ermənistan Respublikasına təhvil verilmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14.09.N-ci il tarixli “əşyalara baxış keçirilməsi haqqında” protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs1 Aşoti istifadəsində olan «İphone» markalı mobil telefonun multimedia qalerayasında 16 oktyabr 2019-cu il tarixdə tərtib olunmuş «Skreenshot» tipli faylda «Moe геопозиция адрес Азербайджан Широта 40,8257 Долгота 45,5937» kimi qeydlər vardır. Həmin koordinatların «Google map» proqramı vasitəsi ilə Azərbaycan Respublikasının Tovuz rayonunun Ağbulaq kəndinin Ermənistan ilə həmsərhəd ərazisə aid olduğu müəyyən edilmişdir. Habelə qalereyada N-ci ilin sentyabr, oktyabr, noyabr ayları üçün Təqsirləndirilən şəxs1ın 11 nəfər hərbi qulluqçular ilə təlimlərdə iştirakına dair fotoşəkillər, 2N may N-ci il tarixi üçün İşxan Sarsqysanın hərbi geyimdə digər hərbi qullluqçular ilə dağlıq ərazidə səfərdə olmasını nümayiş etdirən fotoşəkillər, 27 may N-ci tarixi üçün Kəlbəcər rayonunun Yuxarı Ayırım kəndi ərazisində minaların basdırıldığı ərazinin minalanmadan əvvəl görüntüləri əks etdirən fotoşəkillərin olduğu müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, əşyaya baxış protokolundan görünür ki, baxışa təqdim olunmuş Təqsirləndirilən şəxs1 üzərində aşkar olunmuş N №li hərbi hissə komandirinin əmrində təqsirləndirilən şəxslər X24, X25, X27, X17, Təqsirləndirilən şəxs1 Aşoti xidməti zərurətlə bağlı 8680Ş nömrəli avtomobil ilə şərti adlandırılmış təyinat məntəqəsinə 24 may N-ci il tarixdən ezam edilmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20.09.N-ci il tarixli baxış protokolundan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Tovuz rayonunun Ağbulaq kəndinin ərazisində olan Azərbaycan – Ermənistan sərhədi kənd mərkəzindən 1.3 km şimal qərbdə yerləşmişdir. Həmin sərhədboyu ərazi Ermənistan tərəfdən Tavuş rayonunun Aygedzor kəndi ilə əhatə olunmuş və həmin ərazidə Ermənistan Respublikası Silahlı Qüvvələrinin 4 ədəd müşahidə postu olmuşdur. Bakı-X11 X28 16 saylı siyirtmə stansiyası Ağbulaq kəndindən 40 km şərqdə Tovuz rayonunu Əyyubli kəndi ərazisinə yerləşmişdir. Həmin stansiya 3 ədəd 1 mərtəbəli inzibati binadan ibarə olmaqla dəmir məftillərdən ibarət hasarla əhatə alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 04.10.N-ci il tarixli “sübutların qiymətləndirilməsi və əməlin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Aşotiyə Azərbaycan Respublikası CM-in 214.2.1; 214.2.2, 214.2.3; 214-3.2; 228.3; 282.2; 318.2; 28, 282.2-ci, Təqsirləndirilən şəxs2 Otariyə CM-nin 214.2.1, 214.2.3, 228.3, 282.2 və 318.2-ci maddələri ilə yeni ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.10.N-ci il tarixli qərardan görünür ki, 3 ədəd TM62M modelli, sıxılma-hərəkətli, tankəleyhinə mina və 3 ədəd «MVP-62» modelli partladıcı, 20 ədəd «PMN» modelli sıxılmahərəkətli, piyada əleyhinə mina, 4 ədəd hərbi zirehli dəbilqə, 4 ədəd hərbi zirehli gödəkçə, 1 ədəd hərbi əşya çantası, 1 ədəd minabasdıran bel DTX Xüsusi təyinatlı baş idarəsində, 4 ədəd «171248021», «171010685», «171014948», «171258596» saylı 7,62 mm kalibrli «AK- 103» konstruksiyalı avtomat silah və 1 ədəd «EB3271» saylı 7,62 mm kalibrli «AKM» konstruksiyalı avtomat silah, 155 ədəd 7,62 mm kalibrli patron, 25 ədəd 7.62 mm kalibrli patronun gilizi, 6 ədəd sandıqça, 1 ədəd «Motorolla – DP1400» modelli seriya nömrəsi 752TVXT115 olan ratsiya, 1 ədəd «Motorolla – DP1400» modelli seriya nömrəsi 752TVGH305 olan ratsiya, 1 ədəd «TH-PD985» modelli seriya nömrəsi **********2 ratsiya saxlanılması üçün DTX Maddi-texniki təminat idarəsinin Silah-sursat anbarında, 17 ədəd açar, 1 ədəd dəmir möhür, 1 ədəd «Motorolla» modelli mobil telefon, 1 ədəd «Samsung duos» modelli mobil telefon, 1 ədəd «Samsung» modelli smartfon tipli mobil telefon, 1 ədəd «İphone» modelli smartfon tipli mobil telefon, 8 ədəd erməni dilində qeydlər və yazılar olan vərəq, 1 ədəd **********033060 №li kredit kartı, 1 ədəd **********024960 №li kredit kartı, 1 ədəd **********01 seriyalı maqnit kartı ayrıca icraata ayrılmış ********* №li cinayət işinin materiallarında saxlanılır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.10.N-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Aşotiyə Azərbaycan Respublikası CM-in 214.2.1; 214.2.2, 214.2.3; 214-3.2; 228.3; 282.2; 318.2; 28, 282.2-ci, Təqsirləndirilən şəxs2 Otarinə CM-nin 214.2.1, 214.2.3, 228.3, 282.2 və 318.2-ci maddələri ilə elan edilmiş ittiham qüvvədə saxlanılmış, ********* №-li cinayət işindən X12, X13, X18 və X14 Azərbaycan Respublikası CM-in 214.2.1, 214.2.3, 228.3, 282.2 və 318.2-ci maddələri ilə təqsirləndirilmələrinə dair, həmçinin cinayət işinin istintaqı zamanı aşkar edilərək cinayət təqibi aparılmış, lakin hüquqi qiymət verilməmiş cinayət xarakterli fakt, məlumat və xüsusatlarla bağlı ********* №-li cinayət işi ayrılmışdır. Məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 məhkəmə istintaqında vermiş olduğu ifadələrdə terrorçuluq törətmək niyyətlərinin olmamasına, basdırqları minaları müdafiə məqsədilə basdırdıqlarına, terrorçuluq məqsədləri olmadığı üçün mina basdırılmış əraziyə xəbərdaredici “M”nişanı qoymalarına və tikanlı məftillə əraziyə sərhəd çəkmək niyyətlərinin olmasına dair xüsusatlara tənqidi yanaşaraq hesab edir ki, sözügedən xüsusatlar iş materiallarında olan hər hansı sübutla (hadisə yerinə baxış keçirilməsinə dair protokol, şahid ifadələri və s.) öz təsdiqini tapmır, əksinə toplanılmış mötəbər sübutlarla tamamilə təkzib edilir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Aşotin Azərbaycan Respublikası CM-in 214.2.1; 214.2.2, 214.2.3; 214-3.2; 228.3; 282.2; 318.2; 28, 282.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 Otarin Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3, 282.2 və 318.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişlər, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onlar tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-in 214.2.1; 214.2.2, 214.2.3; 214-3.2; 228.3; 282.2; 318.2; 28, 282.2-ci maddələri, Təqsirləndirilən şəxs2 Otarin Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3, 282.2 və 318.2-ci maddələri ilə nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində onlar təqsirlidirlər. Odur ki, məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Aşotin Azərbaycan Respublikası CM-in 214.2.1; 214.2.2, 214.2.3; 214-3.2; 228.3; 282.2; 318.2; 28, 282.2-ci maddələri ilı, Təqsirləndirilən şəxs2 Otarin Azərbaycan Respublikası CM-nin 214.2.1, 214.2.3, 228.3, 282.2 və 318.2-ci maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10, 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs1 cinayəti açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, törətdiyi cinayətə görə səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1, 61.1.2, 61.1.4, 61.1.6-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-in 214.2.1; 214.2.2, 214.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində xüsusi fəal iştirak etməsi, cinayətləri milli düşmənçilik zəminində, sair alçaq niyyətlə törətməsi, CM-in 214-3.2-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti milli düşmənçilik zəminində başqa cinayəti törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi, CM-in 228.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayəti cinayətlərin ağır nəticələrə səbəb olmaqla, milli düşmənçilik zəminində, başqa cinayəti törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsi, CM-in 282.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti təkrar, milli düşmənçilik zəminində törətməsi və cinayətin törədilməsində xüsusi fəal iştirak etməsi, 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayəti başqa cinayəti törədilməsini asanlaşdırmaq məqsədi ilə təkrar törədilməsidir. Məhkəmə təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxslərə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onların barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki və daha çox cinayət törətmişdir. Onlar həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 törətdiyi cinayətlərin məcmusuna xüsusilə ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzalar qismən toplanılmalı və bu yola təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10, 59.2-ci maddələrinə əsasən Təqsirləndirilən şəxs2 cinayəti açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, törətdiyi cinayətə görə səmimi peşmançılıq çəkməsini cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1, 61.1.2, 61.1.4, 61.1.6-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal Azərbaycan Respublikası CM-in 214.2.1; 214.2.2, 282.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətlərin törədilməsində xüsusi fəal iştirak etməsi, cinayətləri milli düşmənçilik zəminində, sair alçaq niyyətlə törətməsi, CM-in 228.3, 318.2-ci maddələri ilə nəzərdə tutulmuş cinayətləri başqa cinayəti törədilməsini asanlaşdırmaq məqsədi ilə törədilməsidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28.1-ci maddəsinə əsasən cinayət törətmək üçün vasitə və ya alət axtarma, əldə etmə və ya hazırlama, yaxud cinayət törətmək üçün başqaları ilə əlaqəyə girmə, sövdələşmə və yaxud cinayət törətmək üçün qəsdən başqa cür şərait yaratma zamanı cinayət şəxsin iradəsindən asılı olmayaraq başa çatdırılmamışdırsa, belə əməllər cinayətə hazırlıq hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.2-ci maddəsinə əsasən cinayətə hazırlığa görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin yarısından çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.2-ci maddəsinin tələbinə görə xüsusilə ağır cinayətləri törətməyə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin xüsusi təhlükəli residivi zamanı cəzanın bir hissəsinin həbsxanada çəkilməsi müəyyən edilə bilər. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 Aşotin və Təqsirləndirilən şəxs2 Otarinə təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın bir hissəsini həbsxanada, qalan hissəsi isə cidd rejimli cəzaçəkmə müəssisəsində çəkməklə sosial ədalətin bərpasına, cinayət məcəlləsinin ədalət prinsipinin həyata keçməsinə, cəzanın məqsədlərinə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 islah olunmasına nail olmaq olar. Bundan başqa Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası bir ildən artıq müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilən əcnəbilər və ya vətəndaşlığı olmayan şəxslərə təyin edilir və onlar əsas cəza növünü çəkdikdən sonra icra edilir. Məhkəmə qanunun həmin tələbini rəhbər tutaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Aşotinə və Təqsirləndirilən şəxs2 Otarinə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilməli və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası onlara təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra icra edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən şəxsər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 27 may N-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, iş üzrə maddi sübutlar DTX Xüsusi təyinatlı baş idarəsində saxlanılan 3 ədəd TM62M modelli, sıxılma-hərəkətli, tankəleyhinə mina və 3 ədəd «MVP-62» modelli partladıcı, 20 ədəd «PMN» modelli sıxılma-hərəkətli, piyada əleyhinə mina, 4 ədəd hərbi zirehli dəbilqə, 4 ədəd hərbi zirehli gödəkçə, 1 ədəd hərbi əşya çantası, 1 ədəd minabasdıran bel, həmçinin DTX Maddi-texniki təminat idarəsinin Silah-sursat anbarında saxlanılan 4 ədəd «171248021», «171010685», «171014948», «171258596» saylı 7,62 mm kalibrli «AK-103» konstruksiyalı avtomat silah və 1 ədəd «EB3271» saylı 7,62 mm kalibrli «AKM» konstruksiyalı avtomat silah, 155 ədəd 7,62 mm kalibrli patron, 25 ədəd 7.62 mm kalibrli patronun gilizi, 6 ədəd sandıqça, 1 ədəd «Motorolla – DP1400» modelli seriya nömrəsi 752TVXT115 olan ratsiya, 1 ədəd «Motorolla – DP1400» modelli seriya nömrəsi 752TVGH305 olan ratsiya, 1 ədəd «TH-PD985» modelli seriya nömrəsi **********2 ratsiya, habelə ayrıca icraata ayrılmış ********* №li cinayət işinin materiallarında saxlanılan 17 ədəd açar, 1 ədəd dəmir möhür, 1 ədəd «Motorolla» modelli mobil telefon, 1 ədəd «Samsung - duos» modelli mobil telefon, 1 ədəd «Samsung» modelli smartfon tipli mobil telefon, 1 ədəd «İphone» modelli smartfon tipli mobil telefon, 8 ədəd erməni dilində qeydlər və yazılar olan vərəq, 1 ədəd **********33060 №li kredit kartı, 1 ədəd **********024960 №li kredit kartı, 1 ədəd **********01 seriyalı maqnit kartı ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi üzrə də maddi sübutlar olması nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 64 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxslərin üzərinə qoyulmalıdır. Odur ki, 64 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxslərdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Aşotin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3, 214-3.2, 228.3, 282.2, 318.2 və 28, 282.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.2, 214.2.3-cü maddələri ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214-3.2-ci maddəsi ilə 10 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-ci maddəsi ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28, 282.2ci maddələri ilə 9 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 282.2-ci maddəsi ilə 17 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 3 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs1 Aşotinə 19 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ilk 9 ilini həbsxanada çəkməklə cəzanın qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 may N-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 Aşotinə Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası ona təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra icra edilsin. Təqsirləndirilən şəxs2 Otarin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1, 214.2.3, 228.3, 282.2 və 318.2-ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 214.2.1 və 214.2.3-cü maddələri ilə 14 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.3-cü maddəsi ilə 5 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 282.2-ci maddəsi ilə 15 il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 318.2-ci maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs2 Otarinə 18 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ilk 7 ilini həbsxanada çəkməklə cəzanın qalan hissəsini ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 may N-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Otarinə Cinayət Məcəlləsinin 52-ci maddəsinə əsasən Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edilsin və Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası ona təyin olunmuş əsas cəza növünü çəkdikdən sonra icra edilsin. İş üzrə maddi sübutlar DTX Xüsusi təyinatlı baş idarəsində saxlanılan 3 ədəd TM62M modelli, sıxılma-hərəkətli, tankəleyhinə mina və 3 ədəd «MVP-62» modelli partladıcı, 20 ədəd «PMN» modelli sıxılma-hərəkətli, piyada əleyhinə mina, 4 ədəd hərbi zirehli dəbilqə, 4 ədəd hərbi zirehli gödəkçə, 1 ədəd hərbi əşya çantası, 1 ədəd minabasdıran bel, həmçinin DTX Maddi-texniki təminat idarəsinin Silah-sursat anbarında saxlanılan 4 ədəd «171248021», «171010685», «171014948», «171258596» saylı 7,62 mm kalibrli «AK-103» konstruksiyalı avtomat silah və 1 ədəd «EB3271» saylı 7,62 mm kalibrli «AKM» konstruksiyalı avtomat silah, 155 ədəd 7,62 mm kalibrli patron, 25 ədəd 7.62 mm kalibrli patronun gilizi, 6 ədəd sandıqça, 1 ədəd «Motorolla – DP1400» modelli seriya nömrəsi 752TVXT115 olan ratsiya, 1 ədəd «Motorolla – DP1400» modelli seriya nömrəsi 752TVGH305 olan ratsiya, 1 ədəd «TH-PD985» modelli seriya nömrəsi **********2 ratsiya, habelə ayrıca icraata ayrılmış ********* №li cinayət işinin materiallarında saxlanılan 17 ədəd açar, 1 ədəd dəmir möhür, 1 ədəd «Motorolla» modelli mobil telefon, 1 ədəd «Samsung duos» modelli mobil telefon, 1 ədəd «Samsung» modelli smartfon tipli mobil telefon, 1 ədəd «İphone» modelli smartfon tipli mobil telefon, 8 ədəd erməni dilində qeydlər və yazılar olan vərəq, 1 ədəd **********33060 №li kredit kartı, 1 ədəd **********024960 №li kredit kartı, 1 ədəd **********01 seriyalı maqnit kartı ayrıca icraata ayrılmış ********* nömrəli cinayət işi üzrə də maddi sübutlar olması nəzərə alınsın. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 64 manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 Aşotindən və Təqsirləndirilən şəxs2 Otarindən alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxslərə isə hökmün surəti onlara verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Elmin Rüstəmov Hakimlər Dadaş İmanov Nural Əliyev Əsli ilə düzdür; Hakim: Elmin Rüstəmov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar