Məhkəmə qərarları › İş №1(100)-116/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Qərar — İş №1(100)-116/2025

13.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Gəncə şəhəri İş № 1(100)-116/2025 13.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Müslümov Bəhruz Filizman oğlu və İlkin İbişov İlqar oğlundan ibarət tərkibdə, X6 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər; Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X4, X3, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 iştirakları ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni külli miqdarda əldə edərək saxlama cinayətini törətmələrinə görə, Təqsirləndirilən şəxs3 barəsində isə satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddəni külli miqdarda əldə edib saxlama cinayətini törətmələrinə görə cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə daxil olmuşdur. Əvvəlki məhəkəmə tərkibində olan və işə baxılmasına sədrlik edən hakim Elmin Rüstəmov Bakı Ağır Cinayətlər Məhəkəməsinə ezam olunduğundan, işə baxılması İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən) hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərikibə, daha sonra isə hakim X5 Bakı Ağır Cinayətlər Məhəkəməsinə ezam olunduğundan işə baxılması hakimlər İmanov Dadaş Hüseyn oğlu (sədrlik edən) hakimlər İbişov İlkin İlqar oğlu və Müslümov Bəhruz Filizman oğlundan ibarət yeni məhkəmə tərkibinə həvalə edilmişdir. Məhkəmənin hazırlıq iclasında Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müdafiəçisi Müdafiəçi1 şifahi vəsatət verərək vəsatətində «Cinayət işi ilə tanış olan zaman cinayət işində olan materiallar və ittiham aktı təqsirləndirlən şəxslərə təqdim edilmədiyindən,eləcə də təqsirləndirilən şəxslərin barəsində olan olan cinayət işi bir icraatda birləşdirilməklə kobud prosessusal pozuntuya yol verilməsi səbəbindən cinayət işinin hazırlıq iclasında baxışına xitam verilməklə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmasına dair qərar çıxarılmasını,prosessual rəhbərliyi həyata keçirən prokurorun və müstəntiqin barəsində xüsusi qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Dövlət ittihamçısı vəsatətin təmin olunmamasını və təqstrləndirilən şəxslərin məhəkəməyə verilməsi və məhəkəmə baxışının təyin olunmasını məhəkəmədən xahiş etdi. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi vəkil X3 Müdafiəçi1 verdiyi vəsatəti müdafiə edərək,vəsatətin təmin olunmasını məhəkəmədən xahiş etdilər. Məhkəmə cinayət işinin materiallarını, Müdafiəçi1 vəsatətini nəzərdən keçirib qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə Azərbaycan Respublikasının CPMnin 303.3.1-ci və 303.3.8-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, məhəkəmə tərəfindən cinayət işinin materialları öyrənilərkən təqsirləqndirilən şəxslərin onlara verilən ittihamdan məlumatsız olmaları və cinayət işinin materialları ilə tanış olmadıqlırı müəyyən olunduğundan,əvvəlki məhəkəmə kollegiyası tərəfindən təqsirləndirilən şəxslərə ittiham aktının surətinin verilməsi və cinayət işinin materialları ilə tanış olmaları üçün məhəkəmə hazırlıq iclasının keçirilməsinın təxirə alınmasına baxamayaraq, ittiham aktının surətinin təqsirləndirilən şəxsələrə verilməsi və onların iş materialları ilə tanış olmalarını təsdiq edən hər hansı rəsmi sənəd cinayət işinin materiallarına əlavə olunmamışdır. Başqa sözlə məhəkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin (təqsirləndirilən şəxslərə ittiham aktının surətinin verilməməsi, həmçinin təqsirləndirilən şəxslərin cinayət işinin materialları ilə tanış olmamaları, cinayət işinin mareiallarına əlavə olunmuş tanış olma haqqında imzalanmış protokollar isə formal xarakterli olduğundan,təqsirləndirilən şəxsələr imza etdiklərini etiraf etsələr də, ancaq nəyə imza etdiklərini bilmədiklərini,eələcə də cinayət işinin materialları tanış olmaq üçün onlara təqdim olunmadığını bildirdiklərindən ) müdafiə hüquqlarının pozulması hallarına yol verildiyi müəyyən edilmişdir. Belə ki, təqsirdləndiriələn şəxslərin nədə təqsirləndirildiklərini bilmək və cinayət işinin materialları ilə tanış olmaq hüquqları olduğu halda, istintaq orqanı tərfindən təqsirləndirilən şəxslərin bu hüquqları təmin olunmamış və təqsirləndirilən şəxslərin həmin hüquqları süni şəkildə məhdudlaşdırılmışdır. Həmçinin məhəkəmənin hazırlıq iclasında təqsirləndirilən şəxslərin barələrində olan cinayət təqibinin heç bir hüquqi əsas olmadan bir icraatda birləşdirilərək məhəkəməyə göndərilməsi müəyyən edilmişdir. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 49.1-ci maddəsinə əsasən yalnız bir neçə şəxsin bir cinayəti birlikdə törətməkdə ittiham olunmaları üzrə cinayət təqibi və ya bir şəxsin bir neçə cinayəti törətməsi barədə cinayət təqibi bir icraatda birləşdirilə bilər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 49.2-ci maddəsinə əsasən müxtəlif cinayətlər törətmiş şəxslərin hər hansı cinayəti birgə və ya mütəşəkkil dəstənin tərkibində törətməsi halları istisna olunmaqla, həmin şəxslərə qarşı ittihamın bir cinayət işində birləşdirilməsi yolverilməzdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 49.3-cü maddəsinə əsasən toplanmış materialların həcminin böyüklüyünə və ya təqsirləndirilən şəxslərin sayının çoxluğuna görə işin məhkəmə baxışını gecikdirən və ya başqa formada çətinlik yaradan ittihamlar bir icraatda birləşdirilməməlidir. Məhəkəmə Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində olan cinayət təqibinin bir icraatda birləşdirlməsi üçün qanuni əsaslar müəyyən etməmişdir. Yuxarıda qeyd olunan hüquqi əsaslara görə məhəkəmə kollegiyası hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 barələrində olan cinayət təqibi bir icraatda birləşdirlməklə istintaq orqanı tərəfindən yanlışlığıa yol verilimişdir. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 6-cı maddəsinə əsasən, hər kəsin onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-in 303.3.1 və 303.3.8-ci maddələrinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair həmin məcəllənin 284-286-cı maddələrinin tələblərinin pozulması, kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikasının CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmiş, məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-cı maddələrinin tələblərinin pozulması sonda təqsirləndirilən şəxslərin müdafiə hüququnun pozulmasına səbəb olmuşdur. Belə ki, cinayət işinin materiallarına əlavə olunmuş xx.xx.2019-cu il tarixli “Məhəkəmə hazırlıq iclasının təxirə alınması haqqında” protokoldan görünür ki, hazırki cinayət işi üzrə təqsirləndirilən şəxsələrə onlara verilən ittiham üzrə ittiham aktının təqdim olunmaması və təqsirləndirilən şəxslər cinayət işinin materialları ilə tanış olmadıqlarından əvvəlki məhəkəmə kolleciyası tərəfindən məhəkəmənin hazırlıq iclası təxirə alınmışdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 284.2-ci maddəsinə əsasən müstəntiq cinayət işinin materialları ilə tanış olmaq üçün təqsirləndirlən şəxsə, zərərçəkmiş şəxsə, mülki iddiaçıya, mülki cavabdehə və ya onların nümayəndələrinə, həmin şəxslərin xahişi olduqda, təqsirləndirilən şəxsə və müdafiəçiyə isə onların xahişindən asılı olmayaraq imkan yaradır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 286.3-cü maddəsinə əsasən cinayət işinin materialları ilə tanış etmə haqqında protokolla tanış olmaq üçün təqdim edilmiş cinayət işinin cildlərinin və hər bir cilddə vərəqlərin sayı, habelə təqdim edilmiş maddi sübutlar və istintaq hərəkətlərinin protokollarına əlavələr göstərilir. Azərbaycan Respublikasının Konstitusiyasının 26-cı maddəsinə əsasən, hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun “L.İ.Binnətovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 05 iyun 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 08 may 2008-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr maddi hüquq normalarını düzgün tətbiq etməyə və prosessual hərəkətləri qanunun qaydalarına uyğun həyata keçirməyə borcludurlar. Azərbaycan Respublikasının CPM-in 303.1-ci maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında məhkəməyədək icraat zamanı aradan qaldırılmadan müvafiq olaraq cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının mahiyyəti üzrə qanuni həll edilməsi mümkün olmayan kobud qanun pozuntularına yol verildiyi müəyyən edildikdə məhkəmə cinayət işinin və ya məhkəməyədək sadələşdirilmiş icraat materiallarının baxılmasına xitam verir və onu ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarır. Azərbaycan Respublikasının CPM-in 303.3.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin müdafiə hüququnun pozulması (bu pozuntunun mümkün dərəcədə aradan qaldırılması üçün), CPM-nin 303.3.8-ci maddəsinə əsasən məhkəməyədək icraat materialları ilə tanış etmə vəzifəsinə dair müvafiq olaraq bu Məcəllənin 284-286-cı maddələrinin tələblərinin pozulması kobud qanun pozuntusudur və bu qanun pozuntusuna yol verildikdə cinayət işi üzrə icraat materiallarının baxılmasına xitam verilməsi və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılması barədə qərar qəbul edilməlidir. Hazırkı cinayət işi üzrə ibtidai istintaq zamanı Azərbaycan Respublikasının CPM-nin 303.3.1 və 303.3.8-ci maddələrinin tələblərinə tam əməl edilməmiş, ədalətli məhkəmə araşdırılmasının aparılmasına imkan verən təminatlar ibtidai istintaq zamanı gözlənilməmişdir. İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 8-ci maddəsinə əsasən hər bir şəxs konstitusiyanın və ya qanunun ona verdiyi hüquqların pozulması zamanı səlahiyyətli milli məhkəmələr tərəfindən hüquqlarının bərpa olunması hüququna malikdir. Azərbaycan Respublikasının Konstitusiyanın 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiyanın 71-ci maddəsinin İ və İİ hissələrinə əsasən bu Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında Konvensiyanın 13-cü maddəsinə görə bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqları pozulan hər kəs, hətta bu pozulma rəsmi fəaliyyət göstərən şəxslər tərəfindən törədildikdə belə, dövlət orqanları qarşısında səmərəli hüquqi müdafiə vasitələrinə malikdir. İstər daxili qanunvericilikdə, istərsə də beynəlxalq müqavilələrdə şübhəli və ya təqsirləndirilən şəxsin müdafiə hüquqlarının qorunması önəmli yer tutur. Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı insan hüquq və azadlıqlarının qorunması sahəsində məhkəmələrin fəaliyyəti haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 mart 2000-ci il tarixli 1 saylı Qərarının 13-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr istintaq-məhkəmə araşdırmalarının hansı mərhələsində yol verilməsindən asılı olmayaraq müttəhimlərin müdafiə hüquqlarının hər hansı şəkildə pozulması hallarına münasibət bildirməli, onların müdafiə hüquqlarının bərpası üçün qanunla müəyyən edilən tədbirləri görməlidirlər. Beləliklə, məhkəmə hesab edir ki, istintaq orqanı tərəfindən Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 303.3.1 və 303.3.8-ci maddələrində göstərilən kobud qanun pozuntularına yol verildiyindən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə qanuni həll edilməsi mümkün olmayan ibtidai istintaq zamanı yol verilmiş kobud pozuntulara görə məhkəmənin hazırlıq iclasında cinayət işinə baxılmasına xitam verilməli və cinayət işi ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə barələrində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ilə bağlı məsələni də müzakirə edərək hesab edir ki, təqsirləndirilən şəxslər barələrində seçilmiş “ev dustaqlığı” qətimkan tədbirinin şərtərini dəfələrlə pozduqlarına,məhəkəmə iclaslarına vaxtında gəlmədikdərinə ya da ümumiyyətlə gəlmədikləirinə ,bununla da məhəkəmə iclaslarının keçirilməsinə süni əngəllər yaratdıqlarına görə onların barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri «həbs» qətimkan tədbirinə dəyişdirilməli və onlar məhəkəmə iclas zalından həbs edilməlidirlər. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət- Prosessual Məcəlləsinin 19, 91, 92, 298-300,300.1.5., 303.1., 303.2., 303.3.1., 306,1,3,303.3.8-cı 308, 321-ci maddələrini rəhbər tutaraq, məhkəmə, Qərara alır: Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə məhkəməyədək icraat zamanı kobud qanun pozuntulara yol verildiyindən bu pozuntuların aradan qaldırılması üçün cinayət işinin baxılmasına xitam verilsin və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı ” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə dəyişdirilsin və o məhəkəmə iclas zalında dərhal “həbs” olunsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirlənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı ” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə dəyişdirilsin və o məhəkəmə iclas zalında dərhal həbs olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirlənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “ev dustaqlığı ” qətimkan tədbiri «həbs» qətimkan tədbiri ilə dəyişdirilsin və o məhəkəmə iclas zalından dərhal həbs olunsun. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri məhkəmə hazırlıq iclası keçirlənədək dəyişdirilmədən qüvvəsində saxlanılsın. Qərarın surəti dövlət ittihamçısına, müdafiəçiyə və təqsirləndirilən şəxslərə göndərilsin. Qərardan şikayət və protest verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar