Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-117/2022 02.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu, Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhər “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, 25 yanvar 1974-cü ildə İran İslam Respublikasının X2 şəhərində anadan olmuş, İran İslam Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, himayəsində 2 azyaşlı övladı olan, İran İslam Respublikası, Ərdəbil şəhəri, Şəhid Həhmeydə küçəsi 5 ünvanda qeydiyyatda olmaqla yaşamış, məhkumluğu olmayan, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.2 və 240.3.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tərkibində tramadol hidroxlorid güclü təsir edən dərman vasitəsini Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Belə ki, o, 2021-ci ilin iyul ayının sonlarında Gürcüstan ərazisində istintaqla müəyyən edilməmiş mənbədən satış məqsədi ilə qanunsuz olaraq əldə etdiyi narkotik vasitələrə və ya psixotrop maddələrə aid olmayan tərkibində tramadol hidroxlorid güclü təsir edən maddəsinin ümumi miqdarı külli miqdarda 22,5 qram təşkil edən üzərində “225” yazıları olan 100 həb dərman vasitəsini malların aşkar edilməsini çətinləşdirən üsullardan istifadə etməklə idarə etdiyi “Benz Actros” markalı, 49A19110/49A19210 dövlət qeydiyyat nişanlı yük avtomobilinin kabinasının yataq yerində olan yorğanın içərisində yerləşdirməklə gizlədib saxlamış, Gürcüstan ərazisindən Azərbaycan Respublikasına daşımış, 25 iyul 2021-ci il tarixdə saat 17:30 radələrində Dövlət Gömrük Komitəsi Qərb Ərazi Baş Gömrük İdarəsinin Qazax rayonu ərazisində yerləşən “Qırmızı körpü”gömrük postunda idarə etdiyi qeyd olunan nəqliyyat vasitəsi ilə Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 206.2 və 240.3.2-ci maddələri ilə ona elan olunmuş ittihamlarla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o 25.01.1974-cü il tarixində İran İslam Respublikasının Ərdəbil əyalətinin, Meşkinşəhərdə şəhərində anadan olmuşdur. Uzun müddət sürücülük fəaliyyəti ilə məşğul olmuşdur. Özünə məxsus “X9” markalı, 49A19110/49A19210 dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsində sürücü olaraq müxtəlif firmaların mallarını daşımışdır. Təxminən 4 il bundan əvvəl səhhətində problemlər yaranmışdır. Bu səbəbdən o, gecələr yata bilməmiş və tanışlarından biri ona sakitləşdirici dərman vasitəsi qəbul etməsi üçün həkimə getməsini məsləhət görmüş, o da həkimə müraciət etmiş və həkim ona “Tramadol” dərmanını yazmışdır. Bu resept əsasında o, 4 il ərzində həmin dərman vasitəsini almışdır. 08.07.2021-ci il tarixində yük nəqliyyat vasitəsində İranın Bəndərabbas şəhərindən götürdüyü “mətbəx ləvazımatları" yükünü Gürcüstanın Batumi şəhərinə aparmışdır. Əvvəlcə Azərbaycan Respublikasına Biləsuvar gömrük postundan daxil olmuş, gömrük postunda sənədlərlə bağlı problem olduğu üçün bir gün gözləməli olmuşdur. Daha sonra apardığı yükü Azərbaycan Respublikasının ərazisindən tranzit keçməklə 20.07.2021-ci il tarixdə “Qırmızı Körpü" gömrük postundan Gürcüstana getmişdir. 24.07.2021-ci il tarixində Gürcüstanda yükləri boşaltdıqdan sonra ağrıları olduğu üçün Gürcüstan ərazisində aptekə girmiş və tramadol dərmanı istəmişdir. Orada qiymətin İrandan daha ucuz olduğu üçün 20 dollar qarşılığında 100 ədəd tramadol həbi almışdır. Gömrük ərazisində buraxılmayacağını düşündüyü üçün o, yük avtomobilinin kabinasında olan yataq yerində yorğanın arasına qoymuşdur. 25.07.2021-ci il tarixdə Azərbaycan Respublikasının gömrük sərhədinə çatmış və “Qırmızı Körpü" gömrük postundan Azərbaycan ərazisinə daxil olmuşdur. Gömrük postunda gömrük əməkdaşı nəqliyyat vasitəsinə yaxınlaşıb bəyan olunmalı və ya gizlədilmiş hər hansı yükün olubolmadığını soruşmuş, o isə gömrük nəzrətindən gizlədilmiş və ya bəyan olunacaq hər hansı bir malın olmadığını bildirmişdir. Gömrük əməkdaşları nəqliyyat vasitəsini yoxlamağa başlamış və bu zaman onun idarə etdiyi “X9” markalı, 49A19110/49A19210 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda arxa yataq yerinin üzərində olan yorğanın içərisindən gizlətdiyi sellofan paketdə üzərində “225” yazıları olan 100 ədəd dərmanları aşkar edilmiş və sonra sənədlər hazırlanmış, o da həmin sənədləri imzalamışdır. Törətdiyi əməldən peşmandır. Məhkəmədən ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, 2019cu ilin sentybar ayından Gömrük Orqanlarında fəaliyyətə başlamışdır. 25.07.2021-ci il tarixində “Qırmızı Körpü”gömrük postunda xidmətdə olarkən saat 17:30 radələrində Gürcüstan istiqamətindən gömrük postuna “X9” markalı, 49A19110/49A19210 nömrə nişanlı nəqliyyat vasitəsi daxil olmuşdur. Adı və soyadı ona sonradan məlum olan sürücü, İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsini idxal xəttinə sürüb saxlamış və nəqliyyat vasitəsində daşıdığı yüklərə dair sənədləri vahid pəncərə otağına təqdim edib nəqliyyat vasitəsini gömrük nəzarətinə təqdim etmışdır. Həmin vaxt idxal xəttində xidmət aparan gömrük əməkdaşı Rəşad Mehdiyev Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunacaq və ya gömrük nəzarətindən gizlədilmiş hər hansı bir malın olub-olmamasını soruşmuş, sürücü isə idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətinə mütləq bəyan olunacaq və gizlədilmiş hər hansı bir malın olmadığını bildirmişdir. Lakin son zamanlar nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilmiş malların gətirilməsi hallarının teztez baş verdiyinə görə Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsinə baxış keçirmək qərarına gəlmişdir. Bunun üçün Gömrük Məcəlləsinin müvafiq maddəsinə əsasən onun tərəfindən videoçəkiliş aparılmaqla gömrük əməkdaşı Şahid1 nəqliyyat vasitəsinə baxış keçirməyə başlamışdır. İlk olaraq nəqliyyat vasitəsinin kabinəsinə baxış keçirilmişdir. Kabinədə ilk baxışdan gömrük nəzarətinə bayan olunacaq hər hansı bir mala rast gəlinməmiş, lakin kabinədə yataq yerinin üzərində olan yorğanı yoxladığı zaman içərisində gizlədilmiş əşya olduğunu hiss etmişdir. Həmin əşyanı yorğanın içərisindən çıxarmış və bu zaman bir ədəd sellofan torbada həblər olduğunu görmüşdür. Həmin həblər sellofan torbadan çıxarılaraq sayılmış və bu zaman üzərində “225” yazıları olan 100 ədəd həb şəklində dərman vasitələri olduğunu müəyyən olunmuşdur. Aşkar olunmuş faktla əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 25.07.2021-ci il tarixində “Qırmızı Körpü” gömrük postunda idxal xəttində xidmət aparırmışdır. Həmin tarixdə 17:30 radələrində Gürcüstan istiqamətindən gömrük postuna “X9” markalı, 49A19110/49A19210 nömrə nişanlı nəqliyyat vasitəsi daxil olmuşdur. Adı və soyadı sonradan məlum olan sürücü İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs idarə etdiyi yük nəqliyyat vasitəsini idxal xəttinə daxil olmuşdur. Yük nəqliyyat vasitəsinin sürücüsü nəqliyyat vasitəsində daşıdığı yüklərə dair sənədləri vahid pəncərə otağına təqdim edib nəqliyyat vasitəsini gömrük nəzarətinə təqdim etmişdir. Bundan əvvəl sürücü ilə şifahi olaraq sorğu-sual aparmış və Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilmiş və ya bəyan olunacaq hər hansı bir malın olub-olmadığı soruşulmuşdur. Sürücü Təqsirləndirilən şəxs verilən sualları cavablandıraraq gömrük nəzərətindən gizlədilmiş və ya bəyan olunacaq hər hansı bir malının olmadığını bildirmişdir. O, sürücünün cavabı ilə qane olmamış və son zamanlar nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilmiş malların gətirilməsi halları tez-tez baş verdiyinə görə nəqliyyat vasitəsinə baxış keçirmək qərarına gəlmişdir. Şahid1 iştirakı ilə videoçəkiliş aparmaqla baxışa başlamışdır. İlk olaraq nəqliyyat vasitəsinin kabinəsinə baxış keçirmiş, kabinədə ilk baxışdan gömrük nəzarətinə bayan olunacaq hər hansı bir mala rast gəlməmiş, lakin kabinədə yuxarı yataq yerinin üzərində olan yorğanı əlilə yoxladığı zaman içərisində gizlədilmiş əşya olduğunu hiss etmişdir. Həmin əşyanı yorğanın içərisindən çıxartdığı zaman bir ədəd sellofan torbada həblər olduğunu görmüşdür. Həmin həblər sellofan torbadan çıxardılaraq sayılmış və bu zaman üzərində “225” yazıları olan 100 ədəd həb şəklində dərman vasitələri olduğunu müəyyən etmişdir. Aşkar olunmuş faktla əlaqədar protokol tərtib olunmuş və iştirakçılar tərəfindən imzalanmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı körpü”gömrük postunda tərtib edilmiş 25.07.2021-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında” protokoldan görünür ki, yoxlama zamanı “Benz Akros” markalı 49A19110/49A19210 nömrə nişanlı nəqliyyat vasitəsinin salonunda arxa yataq yerinin üzərində olan yorğanın içərisində gömrük nəzarətindən gizlədilmiş sellofan paketdə üzərində “225” yazıları olan 100 (bir yüz) ədəd dərman preparatına bənzər predmet aşkar olunmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.07.2021-ci il tarixli, 6/3098 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, DGK-ə məxsus 203775 №-li bir ədəd polietilen paketdə 225 göstəricisi olan ağ rəngli dairəvi formalı 100 ədəd ağ rəngli həbdə üzərindəki göstəriciyə əsasən tramadol hidroxliridin təsir maddəsinin ümumi miqdarı 22,5 qram təşkil edir. Tramadol hidroxlirid 18 mart 2016-cı il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq edilmiş “Güclü təsir edən maddələrin və onların külli miqdarlarının siyahısına” daxil olduğu göstərilmişdir. Tədqiqata 2 həb sərf edilmiş, 98 həb qalıq qalmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş “şübhə edilən şəxsin tutulması haqqında” qərar və protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdə, saat 18:00-da şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Bakı şəhər Yasamal Rayon Məhkəməsinin 29.07.2021-ci il tarixli, 4(004)-405/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X4 Hüquqi Şəxsinin 27.09.2021-ci il tarixli, 3637 №-li ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan, güclü təsir edən dərman preparatı olan preqabalin periodik istifadə etmə halları olub, lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur, ərazi narkoloji dispanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X5” publik hüquqi şəxsinin 20.10.2021-ci il tarixli, 04/16473 №-li məktubundan görünür ki, təqdim olunmuş nümunələrin birincili və ikincili qablaşmaları təqdim olunmadığından dövlət qeydiyyatına alınıb alınmaması barədə məlumat vermək mümkün olmadığı, eyni zamanda “tramadol hidroxlorid” güclü təsiredici maddəsinin – qarışıq təsir mexanizminə malik analgetik (ağrıkısici) vasitə olduğu, müxtəlif etiologiyalı orta və yüksək intevsivliyə malik ağrı sindromu (məsələn, onkoloji xəstələrdə, travma zamanı və əməliyyatdan sonrakı dövrdə ağrı) zamanı istifadə olunduğu qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş 31.07.2021-ci il tarixlı “video görüntülərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, “Benz Actros” markalı, 49A19110/49A19210 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin öndən çəkilişi ilə bayladığı, davamı olaraq İran İslam Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs yük avtomobilinə baxış keçiriləcəyi barədə məlumat verildiyi, birlikdə nəqliyyat vasitəsinin kabinasına qalxmaq dəvət olunduğu, Təqsirləndirilən şəxs və gömrük əməkdaşlarının yük avtomobilinin kabinasına qalxaraq yoxlanışa başladığı və yoxlama zamanı kabinada yataq yerində olan yorğanın içərisindən gömrük nəzarətindən gizlədilmiş sellofan paketdə ağ rəngli 100 ədəd həbin aşkar edildiyi görünür. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğunun olmadığı müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə baxışında tədqiq edilmiş doğum haqqında şəhadətnamələrin Tərcümə Mərkəzində tərcümə olunmuş surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində Elxan Malekzadegan (18 avqust 2013-cü il təvəllüdlü) və Ania Malekzadegan (15 noyabr 2016-cı il təvəllüdlü) iki azyaşlı övladı vardır. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməllərində cinayət tərkibi vardır. Onun əməlləri Azərbaycan Respublikası CM-in 206.2 və 240.3.2-ci maddələri ilə düzgün tövsif edilməli, həmin cinayət hadisələri həqiqətən baş vermiş, cinayət hadisələri məhz onun tərəfindən törədilmiş və bu cinayətlərin törədilməsində o təqsirlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsinə əsasən Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, güclü təsirli, zəhərli, zəhərləyici, radioaktiv, partlayıcı maddələrin və qurğuların, hərbi silahın və texnikanın, odlu silah və yaxud döyüç sursatlarının, nüvə, kimyəvi, bioloji və digər kütləvi qırğın silahlarının, kütləvi qırğın silahlarının hazırlanmasında istifadə olunan bilən və Azərbaycan Respublikası gömrük sərhəddindən keçirilməsinin xüsusi qaydaları müəyyən edilmiş materialların və avadanlıqların, Azərbaycan Respublikasının gömrük sərhəddindən keçirilməsi üçün müvafiq qaydalar müəyyən edilmiş strateji əhəmiyyətli xammalın, mədəni, tarixi və arxeoloji sərvət olan əşyaların Azərbaycan Respublikası gömrük sərhəddindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə keçirilməsidir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 02 iyun 2016-cı il tarixli “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” 10 saylı qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, Şəxsin əməllərində CM-nin 206.2-ci maddəsində nəzərdə tutulmuş cinayət tərkibinin əlamətlərinin olması məsələsini həll edərkən məhkəmələr qeyri-qanuni keçirilmiş mallar və ya digər əşyaların bu maddədə sadalanan qaçaqmalçılıq əşyalarına mənsubiyyətinin düzgün müəyyən edilməsini yoxlamalıdırlar. Bundan başqa Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27.07.2021-ci il tarixli, 6/3098 №-li ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, DGK-ə məxsus 203775 №-li bir ədəd polietilen paketdə 225 göstəricisi olan ağ rəngli dairəvi formalı 100 ədəd ağ rəngli həbdə üzərindəki göstəriciyə əsasən tramadol hidroxliridin təsir maddəsinin ümumi miqdarı 22,5 qram təşkil edir. Azərbaycan Respublikasının 18 mart 2016-cı il tarixli Qanunu ilə təsdiq edilmiş «Güclü təsir edən maddələrin və onların külli miqdarının siyahısına” əsasən dərman preparatı kimi adı «Tramadol hidroxlorid» olan dərman güclü təsir edən maddələrə aiddir. «Tramadol hidroxlorid»in (100mq-150mq-200mq və daha artıq. Bütün tramadol dərman vasitələrinə şamil olunur) təsiredici maddəsinin təmiz çəkisi 6 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar olmaqla külli miqdar hesab olunur. Habelə «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 2 №-li qərarının 9-cu bəndinin 2-ci hissəsində qeyd edilmişdir ki, təqsirkar şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə İran İslam Respublikasında verilmiş olan resept Azərbaycan Respublikasının ərazisində tanınmadığından və təqsirləndirilən şəxsdən aşkar olunmuş tramadol hidroxlirid külli miqdar olduğundan onun əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsinin tərkib hissəsi vardır. Məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsız sayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, əvvəllər məhkum olunmamasını, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs CM-nin 61-ci maddəsinə əsasən cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 240.3.2-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o, Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılmalıdır. Azərbaycan Respublikasının CM-nin 52.1-1 maddəsinə əsasən məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılmalıdır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 27 iyul 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat- İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 98 ədəd tramadol həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Həblərin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası işçi qrupu”tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 65 manat Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. İş üzrə mülki iddia , xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2 və 240.3.2-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.2-ci maddəsi ilə 04 il müddətə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 240.3.2-ci maddəsi ilə 06 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 27 iyul 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-ci maddəsinin tələbinə əsasən Təqsirləndirilən şəxs İran İslam Respublikasının vətəndaşı olduğundan təyin olunmuş cəzasını çəkib qurtardıqdan sonra o Azərbaycan Respublikasının hüdudlarından məcburi çıxarılsın. Azərbaycan Respublikasının CM-nin 52.1-1 maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkumluğu ödənilənədək və ya götürülənədək onun Azərbaycan Respublikasına gəlmək hüququ məhdudlaşdırılsın. İş üzrə maddi sübut olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş İdarəsinin maddi sübutların saxlanc otağında saxlanılan 98 ədəd tramadol həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Həblərin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası işçi qrupu”tərəfindən həyata keçirilsin. İş üzrə 65 (altmış beş) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-117/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-117/2022
02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver