Məhkəmə qərarları › İş №1(100)-117/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-117/2024

27.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-117/2024 27.11.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1980-ci ildə Balakən şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında daimi qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə əldə etmək məqsədilə özünü İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti müəyyən edilə bilməyən Məhəmməd adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 fevral 2023-cü il tarixdə, saat 20 radələrində sonuncunun Şəmkir rayonu, Sarıtəpə kəndinin girişində Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən “Aslan kafesi” adlı sahibsiz yarımtikilidə gizlətmiş olduğu bir ədəd qara rəngli idman çantasında olan külli miqdarda narkotik vasitələri onun telefonla məlumat verəcəyi şəxsə çatdırılması müqabilində 4000 (dörd min) manat qazanc əldə etməsi barədə razılığa gələrək narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etmiş, həmin tarixdə saat 20 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisində Şəmkir-Qazax avtomobil yolunun sağ kənarında “Aslan kafesi” adlı kafenin qarşısında saxlanılaraq, Şəmkir rayon polis şöbəsinə gətirilərək, üzərində şəxsi axtarış aparılan zaman onun əlində olan qara rəngli idman çantasından “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci və 2-ci bəndləri ilə müəyyən edilən, kustar üsulla hazırlanmış üç ədəd bağlamada narkotik vasitə olan ayrı-ayrılıqda çəkiləri 1000 qram, 2050 qram, 2000 qram, ümumi təmiz çəkisi 5050 (beş min əlli) qram külli miqdarda heroin və 09 (doqquz) ədəd konvalyutda ümumilikdə 89 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 3,56 qram olan külli miqdarda metadon həbləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək, Polis əməkdaşları olan Bəhruz və onun rəisi Emin tərəfindən şantaj olunmuş və imza çəkməyə məcbur edilmişdir. Fevralın 15-ində Qazax trasında Şəmkir rayon ərazisində maşınla yol gedərkən 3 nəfər polis əməkdaşı onu saxlayaraq qolunu burmuş və belindən təpiklə vuraraq şöbəyə gətirmişlər. Şöbəyə gəldikdən sonra polis əməkdaşları Emin Bəhruzla birlikdə ona “ Yadına düşürmü mən Balakəndə işləyəndə sənə demişdim, Rusiyadan necə gəlmisənsə elədə çıx get” demiş ,o isə onlara “mən öz evimə gəlmişəm sən mənə nəsə edə bilməzsən” demişdir. Şöbədə olarkən o polis əməkdaşı Eminə ona aid olmayan bir şeyi mənim üstümə yapışdıra bilməzsiniz demiş, Polis əməkdaşı Emin isə lazım olanı biz yapışdırarıq demişdir. Polis əməkdaşı Emin onu anası ilə təhdid etmiş, qabağına qoyulmuş narkotiklərin özünə aid olduğunu qəbul etmədiyi halda qoca anasını da gətirib yandakı kameraya salacağlarını demişdir. Daha sonra polis əməkdaşı Emin onun yanında Balakən rayonundakı polis əməkdaşına yığmış və ondan bir şey istəyəcəyini demiş, o isə isə deməməsini narkotikin özünün olduğunu qəbul edəcəyini demişdir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, istintaq zamanı Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiy ifadəsindən görünür ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, ailəsini dolandırmaq üçün fərdi əməklə məşğul olur. O, əvvəllər oğurluq etdiyi üçün tutularaq azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. O, təxminən bir il əvvəl instagram sosial şəbəkəsində Məhəmməd adlı İran İslam Respublikası vətandaşı ilə tanış olmuş, daha sonra isə instagramda danışan zaman özünə məxsus ***-***-**-** saylı mobil nömrəni Məhəmmədə vermişdir. O, dəfələrlə istifadə etdiyi ***-***-**-** saylı mobil nömrə ilə istifadə etdiyi Whatsap proqramı vasitəsilə Məhəmmədlə əlaqə saxlayıb danışmışdır. O, son vaxtlar təxminən 11 fevral 2023-cü il tarixdən başlayaraq Məhəmmədlə əlaqə saxlayıb danışmağa başlamışdır. Məhəmməd özü onunla əlaqə saxlayaraq danışmağa başlamışdır. Məhəmmədlə danışan zaman Məhəmməd ona Şəmkir rayonu ərazisində narkotik vasitə olduğunu demiş, Məhəmməd həmin narkotik vasitəni Şəmkir rayonu ərazisində qoyduğu yerdən götürüb onun dediyi ünvana aparıb qoymaq lazım olduğunu demişdir. Məhəmməd bunun qarşılığında ona 4000 (dörd min) manat pul verəcəyini demiş, O, Məhəmməddən narkotik vasitəni Şəmkir rayonu ərazisində haradan götürəcəyini soruşduqda ona Whatsap proqramı vasitəsilə narkotik vasitənin olduğu ünvanı konumu atacağını demişdir. Məhəmməd 15 fevral 2023-cü il tarixdə saat təxminən 10-11 radələrində onunla əlaqə saxlayıb Şəmkir rayonuna gedib narkotik vasitəni götürməyini demişdir. O, 15 fevral 2023-cü il tarixdə saat 13-14 radələrində tanımadığı taksi ilə Balakən rayonundan Zaqatala şəhərinə, Zaqatala şəhərindən isə Şəmkir rayonuna taksi ilə gəlmişdir. O, taksi sürücüsünə onu Şəmkir rayonuna gətirməsi üçün 100 manata razılaşmışdır. O, saat təxminən 19 radələrində Şəmkir şəhərinə çatmış, o, Şəmkir şəhərində olan zaman Məhəmmədlə əlaqə saxladıqdan sonra Məhəmməd Whatsap proqramı vasitəsilə narkotik vasitənin Şəmkir rayonu ərazisində olan ünvanını göndərmişdir. O, telefonunda naviqasiya proqramı olduğu üçün taksi sürücüsünə həmin proqramdan istifadə edərək yolu izah edərək həmin ünvana aparmasını demişdir. Taksi sürücüsü onu onun izah etdiyi ünvana aparmış, o, həmin yerdə taksidən düşmüşdür. O, taksi sürücüsünə ara kəsmə olduğu üçün qabağa gedib qabaqdan əks tərəfə keçib gəlib onu gözləməsini, onu gəlib həmin yerdən götürməsini demişdir. Taksi sürücüsü razılaşıb getmiş, O, Məhəmmədin Whatsap proqramı vasitəsilə ona atdığı həmin ünvanın yaxınlığına getmiş, həmin ünvana getdikdən və taksi sürücüsü getdikdən sonra Məhəmmədlə Whatsap proqramı vasitəsilə əlaqə saxlayıb Məhəmmədin ona izah etdiyi işləməyən kafeyə getmişdir. O, həmin kafeyə daxil olduqdan sonra Məhəmmədin ona izah etdiyi kafenin içərisinə daxil olduqdan sonra solda yerdə olan qara rəngli parça materialdan olan çantanı götürmüşdür. O, həmin çantanı götürdükdən sonra yola tərəf qayıdaraq hərəkətə başlamış, o, təxminən 10-15 metr getdikdən sonra polis əməkdaşları ona yaxınlaşmışdır. O, Məhəmmədlə danışığına əsasən həmin narkotiki götürdükdən sonra onun şəkilini çəkib Məhəmmədə göndərməli olmuş, Məhəmməd bundan sonra ona həmin narkotiki aparmalı olduğu ünvanı deməli olmuş, o, təxminən 10-15 metr hərəkət etdikdən sonra Şəmkir rayon polis şöbəsinin əməkdaşları ona yaxınlaşıb özlərini təqdim edərək narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu, narkotik vasitə gəzdirməkdə şübhəli olduğunu bildirib onu Şəmkir rayon polis şöbəsinə dəvət etmişlər. Şəmkir rayon polis şöbəsinə gətirildikdən sonra hüquq və vəzifələri izah olunaraq şübhəli şəxs qismində tutulacağı ona elan edilmiş, ona öz hesabına müdafiəçi tutmaq, həmçinin dövlət hesabına müdafiəçinin köməyindən istifadə etmək hüququnun olması izah edilmişdir. O, ona dövlət hesabına müdafiəçinin təyin edilməsini xahiş etmiş, ona dövlət hesabına müdafiəçi təyin edildikdən sonra müdafiəçi X2 iştirakı ilə ona təkrarən hüquq və vəzifələri izah edilmiş, ona onun qanunsuz olaraq narkotik vasitələrin saxlanılması, alqı-satqısı ilə məşğul olmaqda şübhəli olduğu izah edilmişdir. Bundan sonra müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona üzərində saxladığı hər hansı qanunsuz əşya və predmet, narkotik vasitə və ya qanunla qadağan edilmiş digər əşya varsa təqdim etməyi təklif edilmişdir. Şəxsi axtarış zamanı üzərimdə olan qara rəngli parça materialdan olan çantanı təqdim etmiş, ondan həmin çantanın içərisində nə olduğu soruşulduqda narkotik vasitə olduğunu bildirmişdir. Həmin çanta onun iştirakı ilə açılan zaman içərisində üç ədəd qara rəngli sellofan paket olduğu, həmçinin doqquz list həblər aşkar edilmişdir. Həmin qara rəngli sellofan paketlər kəsilib içərisinə baxılan zaman qəhvəyi rəngli heroinə bənzər kütlələr aşkar edilmişdir. Həmin qara rəngli sellofan paketlər elektron tərəzi vasitəsilə çəkilən zaman birinci sellofan paketin 2042 qram, ikinci paketin 2082 qram və üçüncü paketin isə 1028 qram çəkidə olduğu müəyyən edilmişdir. Daha sonra isə doqquz listdə olan həblərə baxış keçirilmiş, həmin həblərin üzərində methadone 40 sözləri yazıldığı aşkar edilmişdir. Həmin listlərdən birində olan həbin biri olmamış, ümumilikdə səksən doqquz ədəd həb olduğu müəyyən edilmişdir. Həmin narkotik vasitələr və həblər qablaşdırılıb möhürlənərək götürülmüşdür. Şəxsi axtarış zamanı ondan həmin narkotik vasitələri haradan əldə etdiyi soruşulduqda həmin narkotik vasitələri Şəmkir rayonu, Sarıtəpə kəndində yerləşən işlək olmayan kafedən götürdüyünü demiş, o, həmin yerə isə onu təxminən bir il əvvəl sosial şəbəkədə tanış olduğu Məhəmməd adlı İran İslam Respublikası vətəndaşının göndərdiyini demiş, o, həmin yerə onu Məhəmmədin Whatsap proqramı vasitəsilə ona konum ataraq göndərdiyini həmin narkotik vasitəni həmin yerdən götürüb Məhəmmədin dediyi yerə aparıb qoymağın qarşılığında ona 4000 (dörd min) manat pul verməyə söz verdiyini demişdir. Şəxsi axtarış zamanı ondan başqa yerdə saxladığı narkotik vasitə olub-olmadığı soruşulduqda başqa yerdə saxladığı narkotik vasitə olmadığını bildirmişdir. Onun üzərində polis əməkdaşı axtarışı davam etdirmiş, lakin üzərində başqa hər hansı qanunsuz maddə aşkar edilməmişdir. Bundan sonra müdafiəçi Akif İsmayılovun və onun iştirakı ilə protokol tərtib olunmuşdur. Protokolu imzası ilə imzalayaraq təsdiq etmişdir. Vəkili Akif İsmayılovda imzası ilə həmin protokolları təsdiq etmişdir. O, şəxsi axtarış zamanı üzərindən aşkar edilmiş heroin və metadon həblərini Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisində yerləşən işləməyən kafedən əldə etmiş, onu həmin yerə İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxs Whatsap proqramı vasitəsilə ünvanlar göndərərək göndərmişdir. Həmin narkotik vasitələri onun dediyi yerdən götürüb onun konum atdığı ünvana çatdırmağın qarşılığında ona 4000 (dörd min) manat pul verəcəyini bildirmişdir. O, həmin narkotik vasitələri Məhəmməd adlı şəxsin ona göndərəcəyi ünvana aparmaq məqsədilə üzərində gəzdirmişdir. O, heç vaxt narkotik vasitə istifadə etməmiş, narkotik vasitə istifadə etmir. O, əvvəllər Məhəmmədin hər hansı narkotik vasitəsini heç bir yerə aparmamışdır. O, ilk dəfə bu işlə məşğul olmuşdur. O, narkotik vasitələrin satışı ilə məşğul olmur. O, ilk dəfə həmin narkotik vasitəni bir yerdən götürüb başqa yerə aparmalı olmuş, o, başqa hər hansı yerdə narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı əşya və predmət saxlamamışdır. Onun istifadəsində ***-***-**-** saylı telefon nömrəsi olmuşdur. Onun istifadəsində başqa hər hansı mobil telefon nömrəsi olmamışdır. O, həmin taksi sürücüsünü tanımır. Həmin şəxs onun Şəmkir rayonuna narkotik vasitə götürmək üçün gəldiyini bilməmiş, həmin şəxsin avtomobili VAZ2110 markalı avtomobil olmuşdur.Təqsirləndirilən şəxs 11 iyun 2023-cü il tarixdə ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələri ilə yenidən ittiham elan edilən zaman özünü təqsirli bilməyərək müdafiəsi üçün əsassız dəlillər gətirərək ifadəsində göstərmişdir ki, ona elan edilmiş ittihamla razı deyil, o, ilkin olaraq narkotik vasitə gətirməyinə görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tutulacağı elan edilmiş, lakin daha sonra onun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət işi başlanmışdır. O, əsassız olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmişdir. O, Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə özünü təqsirli bilmir. O, cinayət əməli törətməmişdir. O, özünü yalnız İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxsdən həmin çantanın içərisində olan narkotikin konkret olaraq nə qədər olduğunu soruşmamaqda təqsirli bilir. O, özünü təqsirli bilmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, narkotik vasitələrin daşınması ilə bağlı əməliyyat məlumatının daxil olmuş, tədbir görilərək məlumat verilən yerə gedilmiş, daha sonra təqsirləndirilən şəxsin həmin yerə gələrək yarımtikili binaya daxil olduğunu və əlində paketlə çıxarkən tərəflərindən saxlanılmışdır. Təqsirləndirilən şəxsdən 8 kiloqrama yaxın narkotik vasitə aşkar olunmuş, sorğu-sual zamanı təqsirləndirilən şəxs aşkar olunan narkotik vasitənin İran vətəndaşına aid olduğunu və 18-20 min manat qarşılığında Qazaxıstana aparmalı olduğunu demişdir. Təqsirləndirilən şəxs onlara bu partiya malı aparmağlarına icazə verməsini istəmiş, növbəti partiyada daha böyük məbləğ verəcəyini demişdir. Onlar da belə bir təklifin qəbul olunmayacağını bildirmişlər. Polis əməkdaşları tərəfindən təqsirləndirilən şəxsə qarşı heç bir fiziki təzyiq olunmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5, ifadəsində göstərmişdir ki, İşlə bağlı təhqiqatçı otağa dəvət etmiş, təqsirləndirilən şəxsi üzərinə baxış keçirilməsi üçün video çəkiliş ilə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı təqsirləndirilən şəxs üzərində olan narkotik maddəni təqdim etmişdir. O video çəkiliş edən şəxs olmuşdur. Çəkilişlərin özü tərəfindən aparıldığını və çox çəkiliş olduğu üçün Təqsirləndirilən şəxs video çəkilişdə nə deməsini hal-hazırda xatırlamadığını bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında Şəmkir rayon polis şöbəsinin narkotiklə mübarizə qrupunun baş əməliyyat müvəkkili Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Dərhal rəhbərliyə məruzə edilmış, əməliyyat qrupu yaradılmış, qrup rəhbərinin o, üzvlərinin isə Şahid1, Elçin və Gündüz adlı polis əməkdaşlarından ibarət olduğunu bildirilmişdir.Daxil olan əməliyyat məlumatında Şəmkir rayonunun inzibati ərazisində narkotik vasitələrin saxlanılması, gəzdirməsi barədə məlumat qeyd edilmişdir. Məlumatda təqsirləndirilən şəxsin Sarıtəpə kənd deyilən ərazidə yiyəsiz bir kafedə kiminləsə görüşməsi və mal götürəcəyi bildirilmişdir. Onlar deyilən ərazidə tədbir görmüş və təqsirləndirilən şəxs həmin əraziyə gəldikdən sonra polis əməkdaşları tərəfindən saxlanılmışdır. Saxlandıqdan sonra təqsirləndirilən şəxs Şəmkir rayon polis şöbəsinə gətirilmiş və sonuncuya məxsus olan çantada 3 bükümdə narkotik maddə və metadon m40 həbləri aşkar olunmuşdur. Təqsirləndirilən şəxsə bu narkotik maddələri hardan əldə etməyi barədə sual verilmiş, təqsirləndirilən şəxs isə cavabında 1 il bundan əvvəl sosial şəbəkədə tanış olduğu İran vətəndaşı vasitəsi ilə əldə etdiyini demiş, narkotik maddəni İran vətəndaşının dediyi ünvana çatdırmalı və bunun müqabilində ondan 4000 azərbaycan manatı məbləğində pul alacağını bildirmişdir. Onlar təqsirləndirilən şəxsi saxlayanda artıq narkotik vasitə onun üzərində olmuşdur. Təqsirləndirilən şəxsi həmin əraziyə yol maşını ilə gəldiyini və piyada halında saxlanıldığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” porotokoldan görünür ki, Təqsirləndirilən şəxs 15 fevral 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Məhkəməsinin 17 fevral 2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbir seçilmiş və həbsetmənin əvvəli 15 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2023-cü il tarixli, 6/26 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Azərbaycan Respublikası DİN zərflər üçün №118”-li dairəvi möhür əksi “Şübhəli şəxs: Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə və metadon 40 həblər (imza) Əlibəyov” yazısı və imzalar olan qara rəngli çantasındakı” 3 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qr, 2050 qr, 2000 qr, ümumi təmiz çəkisi 5050 qram (5 kq 50 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Üzərində “Methadone 40” markalanma göstəricisi olan 9 (doqquz) ədəd konvalyutda ümumilikdə 89 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 89 ədəd həbdə metadon təsiredici maddəsinin ümumi miqdarı 3,58 qramdır (üzərində qeyd olunmuş göstəricisinə əsasən bir həbdə 0,04 qr metadon olmaqla). Həblər tərkibindəki təsiredici maddəsinin miqdarına və xarici əlamətlərinə görə eynidirlər. 28 iyun 2002-ci il tarixli Azərbaycan Respublikası qanunu ilə təsdiq olunmuş siyahılara əsasən, heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in İ siyahısına, metadon “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr”in İİ siyahısına daxildirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 05 iyun 2023-cü il tarixli, 965 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X5 Hüquqi şəxsin 11 may 2023-cü il tarixli, 269 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı və hal hazırda öz hərəkətlərini qiymətləndirmək və öz hərəkətlərininə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni cinayət hadisəsini törədən zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22-ci maddələrinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 15 fevral 2023-cü il tarixli Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs üzərində daşıdığı parça materialdan olan qara rəngli çantanın içərisindən 3 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qr, 2050 qr, 2000 qr olmaqla ümumi təmiz çəkisi 5050 qram (5 kq 50 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində “Methadone 40” markalanma göstəricisi olan 9 (doqquz) ədəd konvalyutda ümumilikdə 89 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon təsiredici maddəsinin ümumi miqdarı 3,58 qram metadon tərkibli dərman preparatı 89 ədəd həblər aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 16 fevral 2023-cü il tarixli, 6/26 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq qalmış 5049,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində “Methadone 40” markalanma göstəricisi olan üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı 84 ədəd həblər, bir ədəd qara rəngli parça materialdan olan çanta iş üzrə sübut əhəmiyyəti kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmiş və Şəmkir RPŞ-yə məsul saxlanca verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs qismində videoçəkiliş vasitəsilə dindirilmiş törətmiş olduğu cinayət əməlini etiraf etmişdir. Təqsirləndirilən şəxsin dindirilməsi zamanı videokamera ilə çəkilmiş görüntülərin köçürüldüyü DVD-R disk iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut hesab edilərək cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 17 fevral 2023-cü il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü yoxlamaq məqsədilə Təqsirləndirilən şəxs ifadəsi hadisə yerində yoxlanılan zaman üzərində aşkar edilərək götürülmüş üzərində daşıdığı parça materialdan olan qara rəngli çantanın içərisindən 3 (üç) ədəd bağlamada ayrı-ayrılıqda təmiz çəkiləri 1000 qr, 2050 qr, 2000 qr olmaqla ümumi təmiz çəkisi 5050 qram (5 kq 50 qr) qəhvəyi rəngli tozşəkilli maddələr kütlələri kimyəvi komponent tərkiblərinə və xarici əlamətlərinə görə eyni olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində “Methadone 40” markalanma göstəricisi olan 9 (doqquz) ədəd konvalyutda ümumilikdə 89 ədəd üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı metadon təsiredici maddəsinin ümumi miqdarı 3,58 qram metadon tərkibli dərman preparatı 89 ədəd həblərini İran İslam Respublikası vətəndaşı Məhəmməd adlı şəxslə danışaraq həmin şəxsin yerini ona bildirdiyi Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisində “Aslan kafesi” adlı kafedən əldə etdiyi yeri bildirərək istintaq hərəkətinin iştirakçılarına həmin yeri göstərmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha hadisə yerində təsdiq etmişdir. Bu barədə protokol tərtib edilərək fotoşəkillər çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Balakən rayon məhkəməsinin 06 dekabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Rusiya Federasiyası Postov-na-Donu şəhər Proletar rayon məhkəməsinin 09 avqust 2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 228-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Rusiya Federasiyası Rostov Vilayəti Zernoqrad rayon məhkəməsinin 09 avqust 2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2ci hissəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2024-cü il tarixli 31-155 nömrəli məktubundan görünür ki, Rusiya Federasiyası, Rostov-Na-Donu şəhəri Proletar rayon məhkəməsinin hökmünün tanınmasına dair material Bakı Ağır Cinayətlər Məhkəməsinə daxil olmamışdır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı üzərindən aşkar olunan narkotik vasitələrin ona məxsus olmaması və istintaq zamanı ifadəsini təsir və təzyiq altında verməsi ilə bağlı ifadəsinə işin faktiki hallarına uyğun olmadığından və digər iş materialları ilə təkzib edildiyindən, həmin ifadəyə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış üç ədəd bağlamada narkotik vasitə olan ayrı-ayrılıqda çəkiləri 1000 qram, 2050 qram, 2000 qram, ümumi təmiz çəkisi 5050 (beş min əlli) qram külli miqdarda heroin və 09 (doqquz) ədəd konvalyutda ümumilikdə 89 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 3,56 qram olan külli miqdarda metadon həbləri qabaqcadan əlbir olan bir qrup şəxs halında satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, saxlaması və daşıması məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə, məhkəmə istintaqında tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 234.4.1 və 234.4.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsdən aşkar olunub götürülmüş narkotik vasitələrin miqdarının külli miqdardan dəfələrlə artıq olması, qanunsuz olaraq əldə edib, pul qarşılığında daşıyb saxlaması, telefon danışıqları və sms bildirişlərinin olması onun qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edilməsi və saxlanmasına dəlalət edir. Belə ki, İran İslam Respublikasının vətəndaşı kimi təqdim edən şəxsiyyəti müəyyən edilə bilməyən Məhəmməd adlı şəxslə qabaqcadan əlbir olan bir qrup şəxs halında 15 fevral 2023-cü il tarixdə, saat 20 radələrində sonuncunun Şəmkir rayonu, Sarıtəpə kəndinin girişində Bakı-Qazax avtomobil yolunun kənarında yerləşən “Aslan kafesi” adlı sahibsiz yarımtikilidə gizlətmiş olduğu bir ədəd qara rəngli idman çantasında olan külli miqdarda narkotik vasitələri onun telefonla məlumat verəcəyi şəxsə çatdırılması müqabilində 4000 (dörd min) manat qazanc əldə etməsi barədə razılığa gələrək narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etmiş, həmin tarixdə saat 20 radələrində daxil olmuş əməliyyat məlumatı əsasında Şəmkir rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Şəmkir rayonu, Sarıtəpə kəndi ərazisində Şəmkir-Qazax avtomobil yolunun sağ kənarında “Aslan kafesi” adlı kafenin qarşısında saxlanılaraq Şəmkir rayon polis şöbəsinə gətirilərək üzərində şəxsi axtarış aparılan zaman onun əlində olan qara rəngli idman çantasından “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş eyni adlı İ siyahısı, həmçinin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin” İ siyahısının 1-ci və 2-ci bəndləri ilə müəyyən edilən, kustar üsulla hazırlanmış üç ədəd bağlamada narkotik vasitə olan ayrı-ayrılıqda çəkiləri 1000 qram, 2050 qram, 2000 qram, ümumi təmiz çəkisi 5050 (beş min əlli) qram külli miqdarda heroin və 09 (doqquz) ədəd konvalyutda ümumilikdə 89 ədəd olmaqla təsiredici maddəsinin ümumi miqdarı 3,56 qram olan külli miqdarda metadon həbləri aşkar edilməsi onun qabaqcadan əlbir olan bir qrup şəxs halında narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlanmasını bir daha təsdiq edir. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.4.1-ci və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cü maddəsinə əsasən məsuliyyətini yüngülləşdirən hal yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hal yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikasının DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Balakən rayon məhkəməsinin 06 dekabr 2004-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Rusiya Federasiyası Postov-na-Donu şəhər Proletar rayon məhkəməsinin 09 avqust 2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyası CM-nin 228-ci maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Rusiya Federasiyası Rostov Vilayəti Zernoqrad rayon məhkəməsinin 09 avqust 2016-cı il tarixli hökmü ilə Rusiya Federasiyası Cinayət Məcəlləsinin 228-ci maddəsinin 2ci hissəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 04 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsə də məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş, Rusiya Federasiyasında məhkum olunması dair hökm isə Azərbaycan Respublikasında tanınmamışdır. Məhəkəmə hesab edir ki, belə vəziyyətdə təqsirləndirilən Təqsirləndirilən şəxs əvvələr məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. İş üzrə maddi sübut kimi tanınıb Şəmkir rayon Polis Şöbəsində saxlanılan qalmış 5049,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində “Methadone 40” markalanma göstəricisi olan üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı 84 ədəd həblər, bir ədəd qara rəngli parça materialdan olan çanta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Şəmkir rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 01 ədəd bank kartı cinayət işinin materiallarında saxlanılmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.1, 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 10 (on) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli xx.xx.2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut Şəmkir rayon Polis Şöbəsində saxlanılan qalmış 5049,4 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroin və üzərində “Methadone 40” markalanma göstəricisi olan üzərlərində “F/M40” yazısı həkk olunmuş qəhvəyi rəngli dairəvi formalı 84 ədəd həblər, bir ədəd qara rəngli parça materialdan olan çanta hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Şəmkir rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Maddi sübut olan 01 ədəd bank kartı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 114 (bir yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar