Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-118/2021 04.03.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X16 Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Bağırov Məhəmməd Ənvər oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, X7 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət İttihamınm Müdafiəsi üzrə X9 Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, zərərçəkmiş şəxslərin nümayəndəsi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X6, müdafiəçi- Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X8 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxx 2002-si il tarixdə Xanlar rayonu, Hacıməlik qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Göygöl rayonu, Hacıməlik qəsəbəsində qeydiyyatda olan, faktiki Gəncə şəhəri N.Nərimanov prospekti bina 46, mənzil 13-də yaşayan, barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə X16 Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə saat 13 radələrində istifadəsində olan 055 ***-**-** nömrəli mobil telefonla qohumu Zərərçəkmiş şəxs2 istifadəsində olan 055 ***- **-** nömrəli mobil telefonuna zəng edərkən telefona sonuncunun qeyri-rəsmi ər-arvad münasibətlərində yaşadığı Zərərçəkmiş şəxs1 cavab verib onunla mobil telefon vasitəsi ilə sözlü mübahisə edib biri-birilərinə nalayiq ifadələr işlətməsi səbəbindən o, həmin gün saat 14 radələrində Zərərçəkmiş şəxs2 işlətdiyi Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən “Vətən” kafesinin arxa hissəsinə gələrək orada Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə görüşüb sonuncunun telefonda onunla nalayiq ifadələrlə sözlü mübahisə etməsi səbəbindən şəxsi münasibətlər zəmnində aralarında mübahisə baş vermiş, mübahisə zamanı o, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilə əlbəyaxa olaraq üzərində gəzdirdiyi zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı, soyuq silah hesab edilməyən turist bıçağı ilə ilkin olaraq Zərərçəkmiş şəxs1 döş qəfəsinə qəsdən bir dəfə zərbə vuraraq sonuncunun döş qəfəsinin sağ tərəfinin ön səthində İİİ qabırğa səviyyəsində, sağ döş boşluğuna keçərək ağciyəri zədələyən, insan həyatı üçün təhlükəli olan ağır, Yusifə Rəhimovun isə sol qol nahiyəsinə və qol altı nahiyəsinə iki dəfə qəsədən ardıcıl zərbə vuraraq sonuncunun sol said nahiyəsinin arxa səthində, döş qəfəsinin arxa səthində solda, arxa qoltuqaltı xəttlə İV qabırğa səviyyəsində yara ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 126.1 və 128-ci maddələri ilə ona elan edilmiş ittihamlarla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə anası Sevil mobil telefonla Yusifə zəng edərək bir-iki günə qardaşı Əlinin yanına gedəcəklərini demək istəmişdir. Anası Yusifə zəng edərkən Yusifin telefonuna onun qeyrirəsmi yaşadığı Günel cavab vermiş və o, anasının telefonda qışqıraraq “sən kimsən bu sözləri deyirsən” sözlərini eşitmiş və telefonla danışıqlarının kəsildiyini görmüşdür. Bundan sonra atası anası ilə nə isə danışmış, sonra isə Yusifə zəng etmiş, lakin Yusif telefona cavab verməmişdir. Sonra o, Yusifin mobil telefonuna zəng vurmuş və Yusifdən nə üçün telefona Günelin cavab verib, anası ilə kobud danışdığını soruşmuşdur. Həmin vaxt telefona Günel cavab vermiş və ona nalayiq sözlər deyərək telefonu söndürmüşdür. O, təkrar zəng edib Günelə nalayiq sözlərlə “sən kimsən ki, mənimlə belə danışırsan” demiş, Günel də ona nalayiq sözlər işlətmişdir. Telefon danışığı zamanı o, Günelə “sabah gələcəm söhbət edərik” demiş, Günel də “gəlməyən kişi deyil” deyib telefonu söndürmüşdür. Ertəsi gün xx xxx 2020-ci il tarixdə saat 09 radələrində o, evdən çıxıb Gəncə şəhəri “Dubay bazarı” adlanan bazara fərdi iş görmək üçün getmişdir. O, bazarda olarkən Günel Yusifin mobil telefonu ilə ona zəng vurmuş və ona “niyə gəlmədin, sən kişi deyilsən” demiş, o isə yanında müştəri olduğu üçün telefonu söndürmüşdür. Az sonra o, Yusifə zəng etmiş, telefona Günel cavab vermiş, o, Günelə “gələcəm söhbət edib əvvəlindən görək bu məsələ nədən baş verib” demiş, Günel isə ona “gələrsən” deyə cavab vermişdir. Bundan sonra o, bazardan çıxıb Zərərçəkmiş şəxs2 işlətdiyi Göygöl şəhəri, Azay Kazımov küçəsində yerləşən “Vətən” kafesinə gəlmişdir. O, Yusifi kafedən çölə çağıraraq gedib kənarda söhbət edib bu məsələyə aydınlıq gətirmələrini istəmişdir. Həmin vaxt Günel də Yusiflə birlikdə kafenin arxa hissəsindən küçəyə çıxmışdır. Onlar küçədə söhbət edərkən o, Yusifə “sən nə üçün bu pozğun qıza görə öz qohumlarından keçirsən, onun ayağına verirsən” demişdir. Həmin vaxt onların arasında sözlə mübahisə yaranmışdır. Bu zaman Yusifin mobil telefonuna onun anası tərəfindən zəng gəlmiş, Yusif telefonla danışmış və ona yaxınlaşıb çıxıb getməsini demişdir. Onlar danışa-danışa kafenin arxa qapısının qarşısına gəlmişlər, Günel də onlara tərəf gəlmiş və ona nəlayiq söyüşlər söymüş, Yusif də ona nəlayiq sözlər deyərək sillə ilə onun sifət nahiyyəsindən vurmuşdur. Yusif ondan yaşca böyük olduğundan əvvəllər dəfələrlə Yusif onu döymüşdür, lakin o, cavab qaytarmamışdır. Bu dəfə də Yusif onu sillə ilə vuranda o, onun üstünə gedərək pozğun qıza görə onu vurmasına irad bildirib nəlayiq söyüş etmişdir. Həmin vaxtı Yusif ona yumruq atmış, lakin yumruğu ona dəyməmiş, Yusifin ondan yaşca böyük olduğuna və fiziki cəhətdən güclü olduğuna görə o, cibində olan qatlanan bıçağı Yusifi qorxutmaq üçün çıxarmış, lakin buna baxmayaraq Yusif yenidən onun üstünə gəlmiş, Günel də ona əl-qol atmışdır. Bu səbəbdən o, əlində olan bıçağı onların qarşısında fırlatmışdır. Həmin vaxtı bıçaq Yusifin böyür nahiyyəsindən dəymiş, Yusif onunla süpürləşərək onu yıxmaq istəmiş, o, yenə də əlində olan bıçağı onun tərəfə fırlatmışdır. Bu zaman Günel araya girmiş və onun əlində olan bıçaq Günelin sinəsinin sol tərəfinə dəymişdir. Sonra Yusif onunla süpürləşmiş və onlar süpürləşərkən yerə yıxılmışlar, Yusif onu yerdə boğmağa başlamışdır. Yusif onu yerdə boğarkən o, boğulacağından qorxub yenə də əlindəki bıçağı Yusifə tərəf fırlatmışdır ki, onu buraxsın. Bıçağın Yusifin harasına dəyməsini bilməmişdir. Həmin anda onlar yerdə olarkən bıçaq onun əlindən düşmüşdür. Sonra Yusif onu buraxıb Günelə kömək etmək üçün sonuncuya yaxınlaşmış, o isə durub oradan qaçmış və yaşadığı evə getmişdir. Az sonra polis əməkdaşları gəlmiş və o, onlarla birlikdə polis şöbəsinə getmişdir. O, Güneli vurmaq istəməmişdir. Günel Yusiflə onun arasına girərkən bıçaq təsadüfən ona dəymişdir. Hazırda əməlindən peşmandır. Məhkəmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə o, Yusiflə birlikdə işlədiyi kafedə olan zaman Yusifin mobil telefonuna dayanmadan zəng gəlmiş və Yusifin özünün icazəsi ilə telefona o, cavab vermişdir. O, telefona cavab verəndə Aslanın anası ona “Yusifi olarmı” demiş, o isə “yox olmaz” demiş və telefonu söndürmüşdür. Bundan sonra Aslan Yusifin telefonuna vatsapla onun ünvanına nalayiq sözlər və “o kimdi ki, telefonuna cavab verir” yazmışdır. Daha sonra Aslan Yusifə zəng etmiş və telefona o, cavab vermişdir. Həmin vaxtı Aslan ona “sən kimsən ki, bu nömrəyə cavab verirsən” demiş, o isə həmin nömrənin sahibi olduğunu deyib telefonu söndürmüşdür. Ertəsi gün, yəni xx xxx 2020-ci il tarixdə o, telefonda Aslanın təhqiredici yazılarını oxumuş və ona qarşılıqlı olaraq səs göndərib “kişisənsə gəl söhbət edək” demişdir. Aradan biraz keçmiş Aslan zəng vurmuş və o, telefona cavab verən zaman Aslan ona gəlib onlarla söhbət edəcəyini bildirmiş, o isə Aslana gələrkən söhbət edəcəklərini demişdir. Aradan 2-3 saat keçmiş onlar kafedə olan zaman Aslan kafeyə gəlmiş və Yusiflə birlikdə kafenin arxa qapısından küçəyə çıxmışlar. O da kafedə olan müştərilərə qulluq etdikdən sonra onların arxası ilə kafenin arxa tərəfinə çıxmışdır. O, kafedən çıxıb onlara yaxınlaşan zaman Aslanla Yusifin axşam telefona onun cavab verməsinə görə mübahisə etdiklərini görmüşdür. Bu vaxt Yusifin anası zəng vurmuş və o, telefona cavab verən zaman ondan Aslanın orada olub-olmadığını soruşmuş, o Aslanın orada olmadığını və narahat olmamasını bildirmişdir. Daha sonra Yusif Aslana yaxınlaşmış və onlar söhbət edə-edə kafenin arxa qapısına yaxınlaşmış, o da telefonla danışıb qurtardıqdan sonra onlara yaxınlaşmışdır. Aslan həmin vaxtı nalayiq sözlər demiş, Yusif onu getsin deyə itələmiş və dönüb kafeyə girmək istəmişdir. Bu vaxt Aslan arxa cibindən bıçaq çıxararaq Yusifin üstünə getmiş və o, bunu görüb onun qarşısına keçərək Yusifə “Aslanda bıçaq var” deyə qışqırmışdır. Həmin vaxt Aslan onun üzərinə gələrək əlində olan bıçaqla onun sinə nahiyyəsinin sağ hissəsinə bir dəfə vurmuşdur. Aslan onu vuran kimi gözü qaralmış və o, yenidən yerə yıxılmış, bir anlıq huşunu itirmiş və arada Yusifin yerə çöməldiyini görüb Yusifi çağırıb, huşunu itirmişdir. Orada başqa nələrin olduğunu bilməmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir və ona ağır cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, xx xxx 2020-ci il tarixdə qohumu Aslanın anası onun mobil telefonuna zəng vurmuş, lakin o, telefona cavab verməmişdir. Günel onun işçisi olduğundan o, telefonuna gələn zənglərə onun cavab verməsinə icazə vermişdir. Bu səbəbdən Günel telefona cavab verərək “görürsüz telefonun yiyəsi cavab vermir, niyə zəng edib narahat edirsiz, bu nömrəyə zəng etməyin” deyə bildirmişdir. Bu səbəbdən Aslanın anası ilə Günelin arasında sözlü mübahisə yaranmış və onlar telefonu söndürmüşlər. Bundan sonra Aslan ona zəng vurmuş və o, telefona cavab verəndə Aslan ona nə üçün onun telefonuna Günelin cavab verməsini deyərək onu söyüb təhqir etmişdir. O, Aslana bildirmişdir ki, əl çəksin, bu vaxt Günel onun əlindən telefonu alaraq Aslana ondan əl çəkməsini demişdir. Daha sonra Aslan bir neçə dəfə zəng vurmuş, lakin Günel telefonu söndürmüşdür. Ertəsi gün xx xxx 2020-ci il tarixdə Aslan kafeyə gələrək onu çölə çağırmış və onlar kafenin arxa qapısından küçəyə çıxmışlar. Bu zaman Günel də onların yanına gəlmişdir. Orada Aslan nalayiq söyüşlər söyərək Günelin nəyə görə onun telefonuna cavab verməsini demişdir. Həmin anda Aslanın bibisi ona zəng vurmuş və Aslanın onun yanına gəldiyini deyərək, yola verməsini xahiş etmişdir. O da telefonda Aslan onun kiçiyidir, onunla dalaşmaz demişdir. Bundan sonra onlar kafenin arxa qapısının yanında küçədə olarkən o, Aslanın dediyi sözlərə görə böyük kimi ona bir sillə vurmuş və oradan getməsini deyib kafeyə girmək istəmişdir. Bu vaxt Günel “Yusif ehtiyatlı ol bıçaq var” deyə qışqırmış və o, arxaya çevriləndə Aslanın əlində bıçaq olduğunu görmüşdür. Həmin vaxt Günel onun qarşı tərəfində durmuş, Aslan bıçaqla Günelin döş nahiyəsinə bir dəfə vurmuşdur. Bunu görüb o, Aslana “sən nə etdin, qızı niyə bıçaqla vurdun” demiş, Aslan ona tərəf gedəndə o, Aslanı vurmuş və onlar süpürləşmişlər. Bu vaxt tanışı İsrayıl gəlmiş, həmin vaxt onunla Aslan yerə yıxılmışlar. İsrayil Günelə kömək etmək istəmiş və onun öldüyünü deyib qışqırmışdır. Onunla Aslan yerdə süpürləşərkən Aslan əlindəki bıçaqla bir neçə dəfə ona tərəf fırlatmış, onu vurmağa cəhd etmişdir. Həmin anda İsrayıl təpiklə vurub bıçağı Aslanın əlindən yerə salmışdır. Sonra o, Aslandan aralanıb Günelə kömək etmək istəmiş və İsrayıla dəsmal gətirməsini demişdir. Aslan həmin anda oradan qaçıb getmişdir. İsrayıl dəsmal gətirəndən sonra o, dəsmalı Günelin yarasına qoymuş, sonra qışqıraraq yaxınlıqda usta işləyən Şahini çağırmış, onun avtomobili ilə Güneli xəstəxanaya aparmışlar. Onlar Göygöl rayon xəstəxanasına gedəndən sonra orada qol və sol böyür nahiyyəsindən xəsarətlər aldiğini bilmişdir. Bundan sonra onları Gəncə şəhər TTYX-ya aparmışlar. Təqsirləndirilən şəxsdən şikayətçidir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə o, evdə olan zaman qardaşı arvadı Sevil ona zəng vurub bir gün öncə qohumu Yusifə zəng etdiyini, telefona bir qadının cavab verdiyini, həmin qadının Aslanı çağırdığını və Aslanın onların yanına getdiyini, orada dalaşacaqlarını bildirmişdir. Bundan sonra o, xalası oğlu Yusifin mobil telefonuna zəng vurmuşdur. Yusif telefona cavab vermiş və o, Yusiflə danışıb ona nəsə söz-söhbət olmasını eşitdiyini, Aslanın oraya gəldiyini, aralarında dava-dalaş olmasın deyə onu yola verməyini demişdir. Həmin vaxtı Yusif ona “Aslan bizim kiçiyimizdi, narahat olma dalaşmarıq” deyə cavab vermişdir. Bundan sonra onlar telefonu söndürmüşlər və sonra orada nələr baş verdiyini bilməmişdir. Sonradan məlum olmuşdur ki, qardaşı oğlu Aslan Göygöl şəhərinə gedib orada Yusiflə mübahisə edərək Yusifi və yanında olan Güneli bıçaqla vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə o, mobil telefonla Yusifin xatırlamadığı mobil nömrəsinə zəng edərək, bir-iki günə oğlu Əlinin yanına gedəcəklərini demək istəmişdir. O, zəng edərkən Yusifin telefonuna bir qadın cavab vermişdir. O, həmin qadına “siz kimsiz, telefonu sahibinə verin” demiş, həmin qadın isə “telefonun sahibi mənəm sizə nə lazımdır” deyə ona cavab vermişdir. O, “telefonun sahibi Yusifdir, telefonu Yusifə ver, onun qohumuyam” demiş, həmin qadın isə “mən Yusifə sizdən yaxınam, birdə bu nömrəyə zəng etməyin” deyə cavab verərək telefonu söndürmüşdür. Bundan sonra o, həyat yoldaşı Ruslana Yusifə zəng etdiyini, telefona bir qadın cavab verdiyini bildirmişdir. O, bunu deyərkən oğlu Aslan eşitmiş və o, Yusifin mobil telefonuna zəng etmişdir. O, Aslanla Yusifin telefon danışığına qulaq asarkən oğlu Aslanın “ay xala oğlu o qız kimdir ki, sənin telefonuna cavab verir” dediyini eşitmişdir. Bundan başqa o, Aslanın “telefonu Yusifə qaytar, sən kimsən ki, telefonu götürürsən” dediyini eşitmiş, lakin tam nə danışdıqlarını bilməmişdir. Ertəsi gün, xx.xx.2020-ci il tarixdə səhər o, oğlu Aslanı bazara işə yola salmışdır. Az sonra Yusifin yanında olan qızın onu çağırdığını və Aslanın da Göygöl şəhərinə getdiyini eşitmişdir. Bunu eşidib o, baldızı Sevilə zəng vurub Aslanın Göygölə Yusifin yanına getdiyini bildirmişdir. Həmin vaxt Sevil ona narahat olmasını demiş və o, xəstəliyi olduğu üçün huşunu itirmişdir. Sonradan ona məlum olmuşdur ki, oğlu Aslan Göygöl şəhərinə gedib orada Yusiflə mübahisə edərək Yusifin yanında olan Güneli bıçaqla vurmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Göygöl rayon Topalhəsənli kəndinə gedən avtomobil yolunda, “Aişə” restoranının arxasında icarə əsasında götürdüyü avtomobil təmiri sexində usta işləmiş, onun işlədiyi sexinin qarşı tərəfində yolun digər hissəsində “Vətən” kafesi olmuş və həmin kafeni Yusif adlı şəxs işlətmiş, onunla birlikdə kafedə Günel adlı qadın da işləmişdir. xx.xx.2020-ci il tarixdə saat 14 radələrində o, işlədiyi sexdə olan zaman küçədə səs-küy eşitmiş və İsrayılın qışqıraraq onu çağırmasını və onun avtomobili gətirib yaralanan Güneli xəstəxanaya aparmasını istəmişdir. O, idarə etdiyi VAZ-21015 markalı avtomobillə işlədiyi sexdən çıxmış və yolun kənarında kafenin arxa qapısının qarşısında Günelin yerdə uzanıqlı vəziyyətdə olduğunu, həmçinin Yusifin də xəsarət almış vəziyyətdə olduğunu görmüşdür. Sonra onlar köməkli şəkildə Güneli idarə etdiyi avtomobilə yerləşdirib Göygöl rayon Mərkəzi xəstəxanasına aparmışlar. Yusif də avtomobilə əyləşmiş onlarla birlikdə getmişdir. Göygöl rayon xəstəxanasına getdikdən sonra Günelin vəziyyətinin ağır olmasını bildirərək tibb işçiləri təcili tibbi yardım avtomobili ilə Güneli və Yusifi Gəncə şəhərinə xəstəxanaya aparmışlar. O da oradan işlədiyi avtomobil təmiri sexinə qayıtmışdır. Ona sonradan məlum olmuşdur ki, Zərərçəkmiş şəxs2 işlətdiyi “Vətən” kafesinin arxa hissəsində Zərərçəkmiş şəxs2 və onunla birlikdə olan Zərərçəkmiş şəxs1 bir müddət öncə aralarında yaranmış mübahisə zəminində Yusifin qohumu Təqsirləndirilən şəxs bıçaqla vurub xəsarət yetirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020ci il tarixdə “Hadisə yerinə baxış keçirilməsi və əşyanın götürülməsi haqqında” protokoldan və fotocədvəldən görünür ki, xx xxx 2020-ci il tarixdə hadisə yerinə, yəni Göygöl şəhəri A.Kazımov küçəsində yerləşən “Vətən” kafesinə və kafenin arxa hissəsinə baxış keçirilmiş, baxış zamanı iştirak edən hadisənin şahidi Şahid1 təqdim etdiyi hadisə zamanı Təqsirləndirilən şəxs əlində olmuş və Zərərçəkmiş şəxs1 ilə Zərərçəkmiş şəxs2 xəsarət yetirmiş olduğu bıçaq götürülmüş, bu barədə protokol tərtib edilərək iş materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx xxx 2020ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərarından görünür ki, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qolsuz gödəkçə, bir ədəd cins şalvar və bir ədəd sarı rəngli uzunqol köynək, həmçinin Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qolu uzun gödəkçə və hadisə yerinə baxış zamanı götürülmüş bıçaq iş üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün rayon polis şöbəsinin saxlanc otağına təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə X2 xx.xx.2020-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının xx xxx 2020-ci il tarixli 93 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədənində biri sol said nahiyəsinin arxa səthində, digər yara isə döş qəfəsinin arxa səthində solda arxa qoltuqaltı xəttlə İV qabırğa səviyyəsində yerləşir, daxilə keçmir. Hər iki yara kəsici-deşici alətlə yetirilmişdir, yetirilmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir və ağırlıq dərəcələrinə görə, hər biri ayrı ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olub sağlamlığa yüngül zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertizasının xx xxx 2020-ci il tarixli 92 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində bir ədəd deşici-kəsici alətlə yetirilmiş daxilə keçən kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir. Bu xəsarət –döş qəfəsinin sağ tərəfinin ön səthində İİİ qabırğa səviyyəsində yerləşir, sağ döş boşluğuna keçərək ağciyəri zədələdiyindən həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Vət. Zərərçəkmiş şəxs1 bədənində yuxarıda göstərilən kəsilmiş-deşilmiş yaradan başqa, sağ bazu nahiyəsində qançırlar kimi xəsarətlər də müəyyən edilmişdir. Bu xəsarətlər-bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Vət. Zərərçəkmiş şəxs1 bədənində müəyyən edilən xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2020-ci il tarixə uyğun gəlir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2020-ci il tarixli DİN-nin Baş Əməliyyat və X1 verimiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Göygöl rayon, İHB-nin Hacıməlik qəsəbə İƏD-üzr nümayəndəsi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Göygöl rayon, Hacıməlik qəsəbəsində yaşayır və ailə tərkibi atası 1977-ci il təvəllüdlü X11, anası 1981-ci il təvəllüdlü Şahid4, qardaşı 2000-ci il təvəllüdlü X12, bacısı X3 ibarətdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş kompleks məhkəmə kriminalistik-trasoloji ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 3/2052, 3/2053 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01(bir) ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir və üzərində hər-hansı bir düzəlişlər aparılmamışdır. - tədqiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs1 məxsus koftanın və Zərərçəkmiş şəxs2 məxsus idman gödəkçəsinin üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib, həmin geyim əşyaların üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir, belə predmetə oxşar bıçaq tiyələri, həmçinin təqdim edilmiş bıçağın da tiyəsi aiddir. - təqdim edilmiş digər geyim əşyaları üzərində hər-hansı bir zədə aşkar edilməmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələrində nəzərdə tutulan cinayətlərin tərkibi vardır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı verdiyi Zərərçəkmiş şəxs1 vurmaq istəməməsi barədə ifadəsinin işin faktiki hallarına uyğun olmadığından, zərərçəkmiş şəxslərin ifadələri, şahid ifadələri, cinayət işinin materiallarına əlavə edilmiş digər sübutlarla təkzib edildiyindən, həmin ifadəni məsuliyyətdən yaxa qurtarmaq üçün verilmiş ifadə kimi qiymətləndirib inandırıcı hesab etmir. Yuxarıda qeyd olunan hüquqi əsaslarə görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci və 128-ci maddələri ilə tövsif edilməli və qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddələrdə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3–cü maddəsinə müvafıq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onların şəxsiyyətlərini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmadığı vaxtda törətməsi Azərbaycan Respublikasının CM-nin 59.1.2-ci maddəsinə, əməlindən peşman olması isə həmin Məcəlləsinin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş həddə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə çatmağı mükün sayır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə azadlığın məhdudlaşdırılması cəzası təyin edilməklə, Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanmış 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs CM-nin 128-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş qəti cəzadan çıxılmaqla onun üzərində qəti cəzası saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs hazırda yetkinlik yaşına çatdığından, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəzanın başlanğıcı hökm çıxarılan gündən, yəni xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilməli və o, dərhal məhkəmə iclas zalından həbsə alınmalı, həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə Göygöl RPŞ-də saxlanılan maddi sübutlar- Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qolsuz gödəkçə, bir ədəd cins şalvar və bir ədəd sarı rəngli uzunqol köynək, həmçinin Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qolu uzun gödəkçə özlərinə qaytarılmalı, imtina edildikdə məhv edilməlidir. Hadisə yerinə baxış zamanı götürülmüş bıçaq məhv edilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 210 (iki yüz) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməldir. Təqsirləndirilən şəxs məhkəmədə hüquqlarının müdafiəsini Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X5 həyata keçirmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 11 (on bir) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 11 (on bir) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X4 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 66 (almış altı) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1 və 128-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bilinsin və o, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə 03 (üç) il, 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər tutulmaqla hesablanmış, 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplamaq yolu ilə ona qəti olaraq 03 (üç) il, 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxx 2020-ci il tarixdən xx xxx 2020-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə Göygöl RPŞ-də saxlanılan maddi sübutlar- Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qolsuz gödəkçə, bir ədəd cins şalvar və bir ədəd sarı rəngli uzunqol köynək, həmçinin Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş bir ədəd qara rəngli qolu uzun gödəkçə özlərinə qaytarılsın, imtina edildikdə məhv edilsin. Hadisə yerinə baxış zamanı götürülmüş bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X8 həyata keçirdiyindən 66 (altmış altı) manat pul dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. İş üzrə ekspertiza tədqiqatının dəyəri 210 (iki yüz on) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə mülki iddia və xüsusi müsadirə edilməli əmlak yoxdur. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində X16 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilmədikdə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-118/2021
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-118/2021
04.03.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver