Məhkəmə qərarları › İş №1(100)-118/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-118/2023

27.01.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-118/2023 27.01.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və X7 ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi,dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X9, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, hadisəni törədərkən evli olmuş, fərdi qaydada fəhləliklə məşğul olmuş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Tovuz rayonu Hacallı kəndində yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs arvadı X15 Tovuz rayonu Yuxarı Öysüzlü kəndində yaşayan Şahid1 ilə sevgi münasibətlərində olmaqla ona xəyanət etməsindən şübhələndiyinə görə sonuncunu 13 iyul 2022-ci il tarixdə, saat 11 radələrində birgə yaşadıqları Tovuz rayonu Hacallı kəndində yerləşən evə bitişik olan bir otaqdan ibarət yardımçı tikiliyə çağırmış, Nüranə Əhmədova həmin otağa daxil olduqdan sonra orada ondan Şahid1la sevgi münasibətlərində olmaqla ona xəyanət edib-etməməsini soruşduqda Nüranə ona Şahid1la sevgi münasibətlərində olmasını etiraf etməsə də, o, arvadının ona xəyanət etməsinə əmin olduğundan bunu özünə qəbul edilməz hesab edib, qısqanclıq zəminində onu qəsdən öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə həmin yardımçı tikilidə olan köhnə soyuducudan tiyəsinin uzunluğu 137 mm, dəstəyinin uzunluğu 98 mm, ümumi uzunluğu 235 mm olan kustar üsulla hazırlanmış məişət təyinatlı və soyuq silah hesab edilməyən mətbəx bıçağını götürərək Nüranə Əhmədovaya qarşı rəhmsizlik nümayiş etdirib, sonuncuya xüsusi əzab və işgəncə verdiyini dərk edərək və bunu arzulayaraq, müstəsna qəddarlıqla saçından tutub yerə yıxaraq boğaz nahiyəsini kəsərkən həmin vaxt bıçağın tiyəsi qırılmış, bundan sonra dərhal həmin soyuducudan tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 235 mm olan, kustar üsulla hazırlanmış, kəsici-deşici xassəyə malik olan və soyuq silah hesab edilməyən digər təsərrüfat-məişət təyinatlı mətbəx bıçağını götürərək Nüranə Əhmədovanın kəskin daxili və xarici qanaxma ilə nəticələnən və ölümünə səbəb olan, həyat fəaliyyəti üçün vacib orqanlarının yerləşdiyi döş nahiyəsinə həmin bıçaqla zərbələr vuraraq sol döş qəfəsinin boşluğa keçən, ürək kisəsini, sağ qulaqcığı zədələyən bir ədəd kəsilmiş-deşilmiş yara ilə müşayiət olunan və boynun sol yan səthində yuxu arteriyasını zədələyən bir ədəd kəsilmiş yara ilə müşayiət olunan, ümumilikdə 2 ədəd həyat üçün təhlükəli olan, dərəcəsinə görə sağlamlığa ağır zərər vurmaya aid xəsarətlər, həmçinin sol boyun nahiyyəsinə üç ədəd, sol döş qəfəsinə iki ədəd, sağ kürək nahiyyəsinə bir ədəd, onurğa sütununa üç ədəd, sol kürək nahiyyəsinə iki ədəd kəsilmiş yaralar ilə müşayiət olunan, ümumilikdə 11 ədəd sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan, dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər, sol boyun nahiyyəsinə üç ədəd, sol döş qəfəsinə üç ədəd, sağ döş qəfəsinə bir ədəd, sağ kürək nahiyyəsinə bir ədəd, onurğa sütununa üç ədəd və sol əlin baş barmağına bir ədəd kəsilmiş yaralar ilə müşayiət olunan, ümumilikdə 12 ədəd sağlamlığa zərər vurmadığı üçün dərəcələri təyin edilməyən xəsarətlər, ümumilikdə 25 ədəd müxtəlif dərəcəli bədən xəsarətləri yetirərək X17 qısqanclıq zəminində qəsdən xüsusi amansızlıqla öldürmüş, yəni onu qəsdən xüsusi amansızlıqla həyatdan məhrum etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs irəli sürülmüş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2015-ci il tarixdə X23 ilə ailə həyatı qurmuş, birgə nikahlarından 2018-ci il tarixdə Bünyamin Əhmədov, 2020-ci il tarixdə Yusif Əhmədov və 2021-ci il tarixdə Məhəmmədəli Əhmədov anadan olmuşdur. Özü Hacallı kəndində yerləşən Eyvaz Pənahova məxsus un məmulatlarının satışı mağazasında fəhlə işləmiş, həyat yoldaşı Nüranə Əhmədova heç bir yerdə işləməmişdir. Orta təhsillidir və hərbi xidmətdə olmuşdur. Hadisədən təxminən 3 gün qabaq, yəni 10 iyul 2022-ci il tarixdə işdə olarkən, saat təxminən 13 radələrində baldızı Ülviyyə Ələkbərovanın, qaynanası Dürdanə Ələkbərovanın və bibisi Gülcahan Babayevanın bibisioğlu Ravil Babayevə məxsus avtomobillə işlədiyi mağazanın qarşında dayandıqlarını görmüş və Ravildən nə yaxşı gəldiklərini soruşmuş, Ravil isə ona anası Gülcahana məxsus paltar və əşyaların onlarda qaldığını və gedib götürəcəklərini bildirmişdir. O, isə işdə olduğundan onlarla gedə bilməmiş və öz işi ilə məşğul olmuşdur. Təxminən bir saat sonra isə Ravilgilin qayıtdıqlarını və yenidən işlədiyi mağazanın qarşısında dayandıqlarını görmüşdür. Bibisi Gülcahan ona Nüranənin mobil telefon nömrələrini qırdıqlarını və zəng çatmasa narahat olmamağımı bildirmiş, o isə niyə Nüranənin telefon nömrəsini qırdıqlarını soruşmuşdur. Gülcahan isə Nüranənin telefonla çox oynadığını, evə baxmadığını və təmizləmədiyini bildirmişdir. Bundan sonra bibisi Gülcahan ona uşaqları bağçaya qoymamağını, Nüranənin taksi ilə gedib gəlməməsini, Nüranənin adına söz çıxacağını bildirmişdir. O, yenidən nə olduğunu soruşmuş, bu vaxt Ravil ona heçnə olmadığını, Nüranənin telefonla çox oynadığını demişdir. Bundan sonra Ravilgil sağollaşıb getmişdirlər. Həmin vaxtdan sonra o, Nüranədən şübhələnməyə başlamışdır. Təxminən 1 saat sonra isə beynindəki şübhələrə görə Ravilə zəng vuraraq Ravildən bibisigilin Nüranənin telefon nömrələrini niyə qırdığını və uşaqları niyə bağçaya qoymamağını, Nüranənin niyə taksi ilə gedib gəlməməsini, Nüranənin niyə adına söz çıxacağını soruşmuş, Ravil isə ondan Bayramalı adlı taksi sürücüsü tanıyıb-tanımadığını soruşmuşdur. O Ravilə Bayramalını tanıdığını və nəyə görə soruşduğunu demiş, Ravil ona Bayramalının Nüranə ilə münasibəti olduğunu və Bayramalının Nüranənin adını hər yerdə hallandırdığını və Nüranənin adına söz-söhbət çıxardığını, Bayramalının nömrəsinə zəng vurub çağırmağını və söhbət etməyini bu məsələni aydınlaşdırmağını, özlərinin də birazdan gələcəklərini bildirmişdir. Bundan sonra o, Bayramalıya zəng vurub işlədiyi yerə çağırmış, təxminən 20 dəqiqə sonra isə işlədiyi yerin qarşısına Bayramalı gəlmişdir. O, Bayramalıdan arvadı Nüranənin adına niyə söz-söhbət çıxardığını, onunla münasibəti olub-olmadığını soruşmuş, Bayramalı isə söyüş söyərək münasibəti olmadığını və Nüranənin adına söz-söhbət çıxarmadığını demişdir. Bundan sonra o, Bayramalıya inanmadığından mübahisələri yaranmışdır. Həmin vaxt Ravilin avtomobilinin dayandığını görmüş və həmin vaxt avtomobildən Ravil, Nofəl və Sucəddin düşərək gəlib onları aralamışdırlar. Bundan sonra Ravil Bayramalıya biraz uzaqlaşmağı təklif etmişdir. O, Ravildən nə olduğunu soruşmuş, Ravil isə ona heçnə olmadığını demişdir. Daha sonra Ravil Bayramalının VAZ 2106 markalı avtomobilinə əyləşmiş, Bayramalı avtomobili təxminən 2 metr sürdükdən sonra saxlamış və onlar söhbət etməyə başlamışdırlar. Onlar biraz söhbət etdikdən sonra avtomaşında çəkişməyə başladıqlarını görüb onları yerə düşürərək aralamağa çalışmışdırlar. Həmin vaxt orada səs-küy olmuş və Bayramalı qaçıb getmişdir. O və Nofəl Ravildən niyə Bayramalı ilə dalaşdığını soruşmuş, Ravil isə onlara Bayramalı ilə başqa söhbəti olduğunu və Bayramalının giclədiyinə görə onunla süprüşdüyünü demişdir. Daha sonra orada olan polis əməkdaşları onlara yaxınlaşıb nə məsələ olduğunu soruşmuşdurlar. Onlar Bayramalının şikayət edəcəyini fikirləşdiklərindən bu barədə polis əməkdaşlarına polis şöbəsinə məlumat vermələrini demişdirlər. Bir müddət sonra oraya post patrul maşını gəlmiş və onlar polis şöbəsinə getmişdirlər. Polis şöbəsində profilaktik söhbət edildikdən sonra barəsində inzibati protokol tərtib edilmiş və onlar buraxılmışdırlar. Bundan sonra o, evə gəlib arvadı Nüranədən nə söz-söhbət olduğunu soruşmuşdur. Nüranə ona Bayramalının ona hədə-qorxu gəldiyini, ona görə də Bayramalı ilə danışıb, münasibət qurduqlarını, lakin Bayramalı ilə cinsi əlaqədə olmadığını bildirmişdir. O, həmin vaxt Nüranənin gözlərinə baxdıqda arvadının gözlərinin dolduğunu və peşmançılıq hissi keçirdiyini görmüşdür. O, arvadı Nüranənin ona xəyanət edərək Bayramalı ilə cinsi əlaqədə olduğundan şübhələnmiş və həmin vaxt arvadı Nüranəni öldürmək istəmişdir. Lakin uşaqları Nüranənin yanında olduğundan ona yazığı gəlmiş və arvadını öldürməmişdir. O, bütün günü arvadının ona xəyanət etməyindən şübhələndiyindən yata bilməmiş və səhərisi günü, saat 10 radələrində yenidən arvadına düzünü danışmağını bildirmişdir. Arvadı yenə gözləri dolaraq eyni sözləri ona demişdir. Həmin günü işdə olarkən Şahid1 taksi ilə kəndin içində gedib-gəldiyini görmüş, həmin vaxtlar arvadı Nüranənin mobil telefonu işləmədiyindən Şahid1 evə tərəf gedib-gəldiyindən şübhələnmişdir. Şahid1 daha sonra işlədiyi yerə gələrək arvadı Nüranənin ona 150 manat borcu olduğunu demişdir. O da Şahid1 avtomaşınına oturub evlərinə tərəf getməsini demişdir. O, evlərinin yaxınında olarkən isə Şahid1 avtomobilini saxlatdırıb düşmüş və evə gedərək Nüranədən Şahid1 150 manat borcu olub-olmadığını soruşmuşdur. Nüranə ona Bayramalıdan borc almadığını, Şahid1 özünün xoşluqla pul verdiyini, lakin götürmədiyini və verdiyi pulu cırıb atdığını bildirmişdir. Bundan sonra o, əsəbləşib acıqlı şəkildə Şahid1 üzərinə getmişdir. O, Şahid1 arvadının ona borcu olmadığını və özünün xoşluqla pulu verdiyini bildirmiş, Şahid1 isə ona and içərək xoşluqla pul vermədiyini bildirmiş və o, bu zaman ona yalan danışanın barəsində nalayiq söyüş söymüşdür. Bu vaxt Şahid1 onun üstünə gəlmişdir. O, həmin vaxt Şahid1 sifət nahiyyəsindən yumruqla vurmaq istəmiş, bu vaxt Şahid1 onun gözündən bir dəfə yumruqla vuraraq qaçıb avtomobilinə oturmuşdur. O, evdən bıçaq götürüb gəlib Şahid1 öldürmək istəsə də, Şahid1 artıq getdiyini görmüşdür. Bundan sonra o, iş yerinə qayıtmışdır. Təxminən saat 18 radələrində isə baldızı Zülfanə, qayınanası Selyan və baldızı Ülviyyə və qaynanası Dürdanə işlədiyi yerə gəlmiş, onlar biraz hal-əhval tutduqdan sonra onlar gözünə nə olduğunu soruşmuş, o isə Bayramalı ilə dalaşdığını demişdir. Bundan sonra o, Nüranənin hərəkətindən əsəbləşdiyindən işlədiyi yerdə olan qırıq bir bıçağı əlinə alaraq özünə xəsarət yetirmək istəmiş, qaynanası Dürdanə tez üstünə qaçaraq əlindən tutmaq istəmiş, lakin o, qayınanasını itələyərək özünə bıçaqla xəsarət yetirmişdir. Bundan sonra qayanasıgil yarasının üstünə əsgi qoyaraq və gəldikləri avtomobilə əyləşdirərək təcili tibbi yardıma zəng vurmuşdurlar. Yolda olarkən təcili tibbi yardım gəlmiş və onu həmin avtomaşına qoyaraq xəstəxanaya aparmışdırlar. Xəstəxanada ona tibbi yardım görsədilmiş, həmin gecə baldızı Ülviyyə və qayınanası Dürdanə də xəstəxanada yanında qalmışdır. Səhəri gün günorta saatlarında isə xəstəxandan çıxıb evə gəlmişdirlər. Təxminən saat 18 radələrində isə qayınanasıgil öz evlərinə getmişdirlər. Axşam saat təxminən 21 radələrində o, arvadı Nüranənin mobil telefonun stolun üstündə olduğunu görmüş və telefonu əlinə alıb “Vatsapp” yazışma proqramına daxil olmuşdur. Həmin vaxt Nüranənin “BA” yazılan şəxslə yazışması olduğunu görmüşdür. Həmin şəxsin adına daxil olduqda, Bayramalı ilə yazışdıqlarını, lakin mesajların silindiyi, Bayramalı ilə Nüranənin alt paltarında olan şəklini görmüşdür. Bundan sonra o, arvadı Nüranədən şəkil barədə soruşmuş, Nüranə ona xəyanət etdiyini boynuna almayaraq, şəklin fotomontaj olduğunu demişdir. Bundan sonra o, yenidən arvadı Nüranəni öldürmək istəmiş, lakin yenə də uşaqlarının Nüranənin yanında olduğunu görüb Nüranəyə heçnə etməyərək Nüranəni sabahı gün öldürmək qərarına gəlmişdir. Səhəri günü, yəni 13 iyul 2022-ci il tarixdə saat təxminən 11 radələrində o, Nüranəni öldürmək üçün onu evlərinə bitişik olan yardımçı tikiliyə çağırmış və yenidən Nüranəni sorğu-sula tutmağa başlayaraq Nüranədən “telefonunda olan şəkildəki sənsənmi” deyə deyərək, ona xəyanət edib-etməməsini və Bayramalı ilə cinsi əlaqədə olub-olmadığını soruşmuşdur. Nüranə ondan çəkinərək və gözləri dolaraq ona xəyanət etmədiyini, Şahid1 ilə cinsi əlaqəyə girmədiyini bildirmiş, lakin o, Nüranəyə inanmamışdır. Bundan sonra o, nənəsi Bağdatın və uşaqlarının içəri girməməsi üçün yardımçı tikilinin qapısını örtərək, orada olan köhnə soyuducudan mətbəx bıçağını götürmüş və Nüranəyə onu öldürəcəyini demişdir. Nüranə də ona “yaxşı edirəm, yaxşı edirəm, yaxşı edib gəzirəm, öldürürüsən öldür” demiş, bundan sonra o, daha da əsəbləşmiş və artıq Nüranənin ona xəyanət etdiyinə əmin olmuşdur. Bundan sonra Nüranəni öldürmək üçün onun saçından tutaraq üzü aşağı vəziyyətdə yerə yıxmış, daha sonra bıçaqla Nüranənin boğaz nahiyəsini kəsmək üçün sol qolunu boğazına dolamaqla onun boğaz nahiyyəsini kəsmiş, bu zaman bıçaq öz qolunu da kəsmişdir. Nüranənin boğazını kəsərkən bıçağın tiyəsi əlində qırılmışdır. Həmin vaxt da Nüranə xırıldamağa başlamışdır. Bundan sonra o, köhnə soyuducudan ikinci bıçağı götürüb Nüranənin əziyyət çəkməməsi üçün bir daha Nüranənin boğazından bıçaqla kəsmiş və Nüranənin kürək nahiyəsindən 8-10 dəfə tez-tez bıçaqla vurmuşdur. Daha sonra o, Nüranənin ölmədiyini görüb üzü üstə çevirərək sinə nahiyyəsindən bıçaqla 7-8 dəfə tez-tez vurmağa başlamışdır. Bundan sonra o, yenə Nüranənin ölmədiyini görüb onun üzü üstə çevirib boyun nahiyyəsindən bıçaqla 6-7 dəfə vurmuşdur. Axırıncı dəfə o, bıçaqla möhkəm vurmuş və bıçaq Nüranənin boynunda qalmışdır. Bundan sonra qonşular gələrək onu oradan çıxarmışdırlar. O, yardımçı evin balkonu tərəfə gedib orada dayanmış və həmin vaxt həmin yerlərə qolundan qan axmışdır. Daha sonra polis əməkdaşları gələrək onu aparmışdırlar. Təqsirləndirilən şəxs eyni zamanda ifadəsində göstərmişdir ki, hadisə vaxtı yardımçı tikildə o və Nüranə olmuşdur. Onun Nuranəni öldürdüyünü nənəsi və uşaqları hadisədən sonra bilmişlər. Törətdiyi əməldən övladları valideynsiz qaldıqları üçün səmimi peşmançılıq hissi keçirir. Göstərilənlərlə yanaşı məhkəmənin diqqıtinə çatdırır ki, o arvadı Nüranə Əhmədovanı xüsusi amansızlıqla öldürməmişdir, belə ki, sonuncuya bir neçə bıçaq zərbəsi endirsə də onun ölmədiyini müşahidə etmiş, qətli tezləşdirmək, Nüranəni digər şəxslər gəlməmiş tez bir zamanda öldürmək məqsədilə ona çoxsaylı bıçaq zərbələri endirmiş və sonuncu aldığı xəsarətlərdən ölmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş, X18 ifadəsində göstərmişdir ki, 13 iyul 2022-ci il tarixdə vəfat etmiş X23 doğma qızıdır. Həmin tarixdə tutulmuş Təqsirləndirilən şəxs isə kürəkənidir. Təqsirləndirilən şəxs həm də arvadının qardaşı Kəmandar Əhmədovun oğludur. X41 Təqsirləndirilən şəxs ilə təxminən 2015-ci il tarixdə evlənərək ailə həyatı qurmuş və onların birgə nikahlarından Bünyamin Əhmədov, Yusif Əhmədov və Məhəmmədəli Əhmədov adlı övladlari anadan olmuşdur. Qızı Nüranə heç bir yerdə işləməmiş və evdar qadın olmuşdur. Kürəkəni Nicat isə Hacallı kəndində yerləşən un məlumatlarının satışı mağazasında fəhlə işləmişdir. Nicatın bir yaşı olarkən anası vəfat etmiş, bundan sonra Nicata Tovuz rayonu Hacallı kəndində yaşayan qayınanası Şahid3 baxıb böyütmüş, həmin vaxtdan etibarən isə Nicat qayınanası ilə birlikdə yaşamışdır. 12 iyul 2022-ci il tarixdə Kazım həkimin fermasında işləyən zaman saat təxminən 12 radələrində arvadı Dürdanə ona zəng vuraraq kürəkəni Nicatın dalaşdığını və polis şöbəsində olduğunu və tez ora gəlməyini demişdir. O isə nə olduğunu soruşmuş, Dürdanə isə ona Nicatın kafedə yeyib içdikdən sonra taksi sürücüsü ilə dalaşdığını bildirmişdir. Bundan sonra o, fermadan çıxaraq Tovuz rayonu polis şöbəsi tərəfə gələrkən yolda arvadı Dürdanə ona zəng vuraraq Nicatı buraxdıqlarını və evə getdiklərini bildirmişdir. Bundan sonra o, ata evi olan Hacalı kəndinə getmiş və axşamı orada qalmışdır. Səhəri gün yəni, hadisə günü, saat 07 radələrində o, qızı Nüranəgili getmiş, həmin vaxt Nüranə və uşaqları yatmış, Nicat isə oyaq olmuşdur. Bundan sonra qızı yuxudan duraraq çay qoymuş və çay içərkən Nicatdan dünən niyə dalaşdığını soruşmuşdur. Nicat isə ona heç bir şey olmadığını, söz-söhbət olsa arvad-uşağını Gəncə şəhərinə aparacağını bildirmişdir. O isə Nicatdan nə söz-söhbət olduğunu soruşmuş Nicat ona “boş ver, heçnə yoxdu” demişdir. Bundan sonra o, Nicatgilə onların yaşadağı evə getmələrini təklif etmiş, Nicat və qızı Nüranə isə ona axşam özlərinin gələcəyini bildirmişdir. Bundan sonra o, çıxıb Əyyublu kəndində işlədiyi fermaya qayıtmışdır. O, fermaya getdikdə qızı Ülviyyənin və arvadı Dürdanənin fermada olduğunu görmüşdür. O, arvadı və qızından nə haqq-hesab olduğunu, Nicatın niyə dalaşdığını soruşmuş, Dürdanə ona qızı Nüranənin taksi sürücüsü olan adını sonradan bildiyi Bayramalı ilə gedib-gəldiyini, onların taksidə nəsə söz-söhbəti olduğunu, baldızı uşaqları Ravil və Nofəlin bunu bildiyini və Nicata həmin taksi sürücüsünü çağırıb onunla söhbət etməsini bildirdiyini və Nicatın gedib həmin taksi sürücüsü olan Bayramalı ilə dalaşdığını demişdir. Bundan sonra o, öz işi ilə məşğul olmuşdur. Təxminən yarım saat sonra mobil telefonuna tanımadığı bir nəfər qadın zəng vuraraq kürəkini Nicatın qızı Nüranəni bıçaqla öldürdüyünü bildirmişdir. Bundan sonra o, arvadı Dürdanə və qızı Ülviyyə ilə birlikdə Nüranəgilin evlərinə getmişdir. Qəfər Ələkbərov eyni zamanda ifadəsində göstərmişdir ki, qızı X23 ilə kürəkəni Təqsirləndirilən şəxs arasında əvvəllər mübahisəsi olmamış, əksinə onlar çox mehriban ailə olmuşdur. Bildiyi qədərilə qızı Nüranənin 2 mobil nömrəsi olmuşdur. Qızının bildiyi mobil nömrəsi ***-***-**-** olmuşdur. Həmin nömrənidə qızına özü almışdır. Digər Bakcell nömrəsini isə bilmir. Sonradan eşitdiyi qədərilə, o, 13 iyul 2022-ci il tarixdə qızıgildən çıxıb fermaya gəldikdən sonra Nicat qızı Nüranənin ona xəyanət etməsindən şübhələndiyinə görə Nicat arvadı Nüranə ilə mübahisə etmiş, daha sonra Nicat yaşadıqları evin yardımçı tikilisində bıçaqla qızının boğazını kəsərək və qızına bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid1 ifadəsində göstərmişdir ki, 13 iyul 2022-ci tarixdə vəfat etmiş X17 tanıyır. Belə ki, hadisədən təxminən 1 ay qabaq Tovuz rayonunun “Öysüzlü” dayanacağı adlanan yerdə taksi kimi dayanarkən əvvəllər tanımadığı adını sonradan bildiyi X23 əlində paltar çantası ilə yaxınlaşaraq onu Tovuz rayonu Qovlar şəhərinin mərkəzinə neçəyə apara biləcəyini soruşmuşdur. O, Nüranəyə 10 manata həmin ünvana apara biləcəyini demiş, Nüranə isə ona 7 manat pulu olduğunu və həmin qiymətə onu aparıb-apara bilməyəcəyini soruşmuş, o da apara biləcəyini demişdir. Bundan sonra Nüranə avtomobilə əyləşib onu qeyd etdiyi ünvana aparmışdır. Həmin ünvana çatdıqda isə Nüranə ona “gözlə, məni geri qaytararsan, mən də pulunu artıraram” demiş, o da razılaşaraq Nüranəni gözləmişdir. Təxminən 15 dəqiqə sonra Nüranə əlində 2 çanta paltarla gələrək avtomobilə əyləşmişdir. Yolda olarkən isə Nüranə ona pulu olmadığını deyib, nömrəsini istəyərək zəng edəcəyini və səhər pulunu verəcəyini demiş, o da Nüranəyə problem olmadığını bildirmişdir. Yolda olarkən Nüranə ondan xoşu gəldiyini, evli olmadığını və boşandığını demiş, o da Nüranəyə ondan xoşu gəldiyini demişdir. Nüranəni düşürərkən isə Nüranə nömrəsinin ona düşməsi üçün hazırda yaddaşında olmayan mobil nömrə ilə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng vurmuş və uşaqlarını bağçadan götürəcəyini demişdir. Bundan sonra Nüranə ilə tanışlığı və münasibəti yaranmışdır. Təxminən 1 saat sonra o Nüranəyə zəng vuraraq ondan uşaqlarını götürübgötürməməsini soruşmuş, Nüranə də ona uşaqları götürdüyünü demişdir. Səhəri günü Nüranə ona zəng vuraraq dayanacağda olduğunu, Qovlar şəhərinə gedəcəyini və gəlib onu aparmağını demiş, o da həmin yerə gedib, Nüranəni Qovlar şəhərinə aparmışdır. Bundan sonra onlar istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri ilə danışıb yazışmağa başlamışdırlar. Təxminən 5 gün sonra saat 10 radələrində Nüranə ona “Watsapp” proqramı ilə mesaj yazaraq həmin dayanacağda olduğunu və həmin yerə gəlməyini bildirmiş, o da idarə etdiyi avtomobillə həmin yerə gedib Nüranəni götürmüşdür. Bir qədər söhbət etdikdən sonra o, Nüranəyə onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, Nüranə də onunla razılaşmış və həmin günü onunla idarə etdiyi avtomobildə cinsi əlaqədə olmuşdur. Bundan 2 gün sonra isə Nüranə ona zəng vuraraq onu və uşaqlarını Tovuz şəhərində yerləşən Qərənfil uşaq bağçasından götürüb evə aparmağını demişdir. O, da Nüranəyə yaxşı deyib, həmin uşaq bağçasına getmişdir. Nüranə ona onu və uşaqlarını Tovuz rayonu Əlibəyli kəndinə aparmağını demiş, Nüranə ona Qovlar şəhərindən olduğunu və orada yaşadığını dediyindən o da niyə Əlibəyli kəndinə gedəcəyini soruşmuşdur. Nüranə həmin vaxt ona evli olduğunu və ailəsi ilə birlikdə Əlibəyli kəndində yaşadığını bildirmişdir. O, Nüranədən kiminlə evli olduğunu soruşmuş, Nüranə ona Əlibəyli kəndində yaşayan Təqsirləndirilən şəxsla evli olduğunu demişdir. X33 kəndi ilə Əlibəyli kəndi qonşu kəndlər olduğundan və Nicat Əlibəyli kəndində yerləşən un məmulatlarının satışı mağazasında fəhlə kimi işlədiyindən Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Nicatın işlədiyi mağaza evlərinə yaxın olduğundan un və digər məmulatları demək olar ki, həmişə həmin mağazadan almışdır. Bundan sonra Nüranə Əhmədovanın evli olduğunu bilmişdir. O, Nüranənin evli olduğunu bildikdən sonra ona zəng vurmamış və nömrəsini bloka atmışdır. Təxminən 2 gün sonra Təqsirləndirilən şəxs işlədiyi mağazaya özünə məxsus olan arpanı satmağa getmiş, həmin vaxt mağazada hərbiçi müştərilərindən ona zəng gəlmiş, həmin vaxt onun taksini nisyə sürməyini Nicat da bilmişdir. Nicat ondan “ehtiyac olsa zəng edib nisyə, yəni maaş alana kimi ona taksiçilik edib-edə bilməyəcəyimi soruşmuş, o da problem olmadığını və istədiyi vaxt zəng edə biləcəyini demişdir. Səhəri günü Təqsirləndirilən şəxs ona zəng vuraraq arvadı və uşaqlarını Tovuz rayonu Əyyublu kəndinə qayınatasıgilə neçiyə apara biləcəyini soruşmuş, o da Nicata 20 manata apara biləcəyini demişdir. Nicat ona hələ pulu olmadığını, maaşda verə biləcəyini demiş, o da Nicatla razılaşaraq nənəsi Şahid3, arvadı Nüranəni və uşaqlarını Tovuz rayonu Əyyublu kəndində yaşayan qayınatasıgilə aparmışdır. Səhəri günü Nicat yenə ona zəng vuraraq arvadı və uşaqlarını qayınatasıgildən gətirməyini demiş, o yenə Nicatla razılaşaraq ailəsini Əlibəyli kəndinə evlərinə gətirmişdir. Evlərinə dönən yolda isə orada olan mağazanın sahibi Nüranəyə qışqıraraq borcunu gətirməyini dediyini eşitmişdir. Evlərinə çatanda isə Nüranə ondan 60 manat pulu olub-olmadığını soruşmuş, o da Nicata zəng vurub məlumat verəcəyini demişdir. Nüranə isə ona ehtiyac olmadığını, həmin borcun bacısının olduğunu və səhəri günü qaytaracağını demişdir. O da Nüranə ilə razılaşıb, ona 60 manat borc pul vermişdir. Bundan sonra o, Nüranənin sabah ona zəng vurub pulunu qaytaracağını fikirləşdiyindən onun nömrəsini blokdan çıxarmışdır. Həmin günü axşam onlar yenidən yazışıb danışmağa başlamışdırlar. Səhəri günü isə Nüranə pulunu qaytarmamış və ona bir-iki gün gözləməyini demiş, o da Nüranə ilə razılaşmışdır. Nüranə yenə də pulunu qaytarmamışdır. O, Nüranənin yalan danışdığını gördükdən sonra yavaş-yavaş ondan uzaqlamış və onunla danışmamışdır. 10 iyul 2022-ci il tarixdə saat təxminən 16 radələrində Nicat ona zəng vuraraq yanına çağırmış, o da təxminən 20 dəqiqə sonra Nicatın işlədiyi yerin qarşısına getmişdir. Nicat ondan arvadı Nüranənə ilə münasibəti olubolmadığını soruşmuş, o isə söyüş söyərək münasibətləri olmadığını bildirmişdir. Bundan sonra Nicat ona inanmamış və aralarında sözlü mübahisə olmuşdur. Həmin vaxt Nicatın işlədiyi yerin qarşısında avtomobil dayanmış və avtomobildən 3 nəfər tanımadığı oğlanın düşərək, gəlib onları aralamışdırlar. Bundan sonra gələn 3 nəfərdən biri ona biraz uzaqlaşmağı təklif etmiş, o da razılaşaraq və ikisi ona məxus avtomobilə əyləşmişdirlər. Həmin oğlanla da Nüranə ilə olan münasibəti barədə mübahisəsi düşmüş və avtomobildə çəkişməyə başlamışdırlar. Bundan sonra Nicatgil gəlib onları aralmışdırlar. Həmin vaxt orada səs-küy olmuş və Nicat ucadan onun ünvanına nalayiq söyüşlər sömüşdür. Bundan sonra o, tək olduğundan qaçıb orada uzaqlaşmışdır. Həmin günü axşam saatlarında isə onu polis şöbəsinə dəvət etmişlər və o, Nicatla arasında olan mübahisəyə görə izahat verib, evə qayıtmışdır. Səhəri gün, Nicat yenə ona zəng vuraraq borcunu qaytaracağını və gəlib pulunu götürməyimi bildirmiş, o da Nicatın işlədiyi yerə getmişdir. Nicat ondan nə qədər borcu olduğunu soruşmuş, o da cəmi 150 manat borcu olduğunu demişdir. Nicat isə 90 manat borcu olduğunu, qalan 60 manat pulun hardan borcu olduğunu soruşmuş, o da Nicata baldızın onun yaşadığı evinin yaxınlığından ərzaq aldığını, Nüranənin də ona zamin durduğunu, Nüranənin həmin borca görə ondan 60 manat borc aldığını bildirmişdir. O, Nüranənin Nicata ona borcu olduğunu dediyini zənn etdiyimdən Nicata 60 manat borcu olduğunu demiş və həmin vaxt Nüranənin ondan borc aldığını Nicata demədiyini bilməmişdir. Bundan sonra Nicat ona əsəbləşərək ondan xəbərsiz niyə arvadı Nüranəyə borc verdiyini soruşmuş, o da Nüranənin həmin gün borc aldıqdan sonra pulunu qaytaracağını dediyinə görə demədiyini bildirmişdir. Bundan sonra Nicat onun üstünə gəlmiş və onu yumruqla vurmaq istəmişdir. Buna görə də, həmin vaxt o, Nicatın sol göz nahiyyəsindən yumruqla vurmuşdur. Bundan sonra Nicat yenidən üstünə gəlmiş və o, Nicatı itələyib öz avtomaşınına əyləşib evinə gəlmişdir. Həmin axşamı isə eşitmişdir ki, Nicat ailəsində olan problemlərinə görə özünə xəsarət yetirmişdir. 13 iyul 2022-ci il tarixdə saat 14 radələrində isə bilmişdir ki, Təqsirləndirilən şəxs arvadı Nüranə Əhmədovanı onunla olan münasibətinə görə öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid3 ifadəsində göstərmişdir ki, 13 iyul 2022-ci il tarixdə vəfat etmiş X12 doğma qızıdır, Təqsirləndirilən şəxs isə oğlu Kəmandar Əhmədovun doğma oğludur. X38 Əhmədov ilə təxminən 2015-ci il tarixdə evlənərək ailə həyatı qurmuş və onların birgə nigahdan 3 övladları anadan olmuşdur. Nüranə heç bir yerdə işləməmişdir və evdar qadın olmuşdur. Nicat isə Əlibəyli kəndində yerləşən un məlumatlarının satışı mağazasında fəhlə işləmişdir. 13 iyul 2022-ci il tarixdə saat təxminən 11 radələrində Nicatın uşaqları ilə birlikdə əl damında olarkən yardımçı tikilidən Nicatın və Nüranənin səs-küylərini eşitmişdir. Belə ki, Nicatın həmin vaxt qışqıraraq “bu nədi, bu sənsənmi, bu şəkildəki sənsənmi” dediyini, Nüranənin isə “yaxşı edirəm, yaxşı edirəm, yaxşı edib gəzirəm” dediyini eşitmişdir. O, yaşlı qadın olduğundan onların mübahisə etdiklərini və səs-küy saldıqlarını eşitdikdən sonra əl damından çölə çıxaraq qışqırmış və qonşuları çağırmışdır. Bundan sonra oraya Akif və digər qonşular gəlmişdir. Daha sonra Nicat yardımçı tikilidən çıxaraq polis şöbəsinə zəng vurmuş və arvadı Nüranəni öldürüyünü və gəlib onu aparmalarını demişdir. Bundan sonra başa düşmüşdür ki, Nicat arvadı Nüranəni öldürmüşdür. Daha sonra oraya hüquq mühafizə orqanlarının əməkdaşları gəlmiş və Nicatı götürüb aparmışdırlar. Sonradan eşitmişdir ki, Nicat yaşadıqları evin yardımçı tikilisində bıçaqla arvadı Nüranənin boğazını kəsərək və ona çoxsaylı bıçaq zərbəsi vuraraq öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, 13 iyul 2022-ci il tarixdə tutulmuş Təqsirləndirilən şəxs qohumudur. Belə ki, Nicat əmisi oğlu olan Kəmandar Əhmədovun doğma oğludur. Həmçinin yaşadığı evlə Nicatgilin yaşadığı ev qonşudur. Həmin tarixdə vəfat etmiş X23 isə əmisi qızı olan Dürdanə Ələkbərovanın qızıdır. Nicatın anası vəfat etdikdən sonra nənəsi Şahid3 baxmış və onu böyütmüşdür. Həmin vaxtdan etibarən isə Nicat nənəsi ilə birlikdə yaşamışdır. Nüranə Əhmədova Təqsirləndirilən şəxs ilə təxminən 2015-ci il tarixdə evlənərək ailə həyatı qurmuşlar. 13 iyul 2022-ci il tarixdə saat təxminən 11 radələrində evdə olarkən, qonşusu və qohumu olan Təqsirləndirilən şəxs evlərindən səs-küy və qışqırıq səsləri gəldiyini eşitmiş, bundan sonra tez Nicatgilin yaşadığı evə tərəf qaçmış və Nicatgilin evlərinin darvazasına çatanda darvazanın qarşısında Şahid3 görmüşdür. Şahid3 ona dizlərinə vuraraq və ağlayaraq Nicat və Nüranənin dalaşdığını və Nicatın arvadı Nüranəni öldürdüyünü demişdir. Bundan sonra o, tez darvazadan içəri keçmiş və Nicatı yaşadığı evlərinin qarşısında olan həyətdə görmüşdür. Nicatın əlləri və paltarları qan içində olmuş və başına vuraraq “uşaqlarım yetim qaldı” demişdir. O, Nicatdan nə olduğunu soruşduqda, Nicat ona “əmi, bükülə-bükülə yaşamaqdansa kişi kimi ölmək yaxşıdı” demişdir. O, yenə Nicatdan nə olduğunu soruşmuş, Nicat isə ona arvadı Nüranəni namus üstündə öldürdüyünü demişdir. O, Nicatdan Nüranəni harda öldürdüyünü soruşmuşqda Nicat ona evlərinə bitişik yardımçı tikilini göstərək Nüranəni orada öldürdüyünü demişdir. Bundan sonra o, yardımçı tikilinin qapısını açmış və orda Nüranə Əhmədovanı qanlı şəkildə, üzü üstə uzanmış və ölü vəziyyətdə olduğunu görmüşdür. Bundan sonra hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlmiş və Nicatı götürüb aparmışdırlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X24 ifadəsində göstərmişdir ki, 03 iyul 2022-ci il tarixdə həmkəndlisi Sakitin qızının toyu olduğundan Tovuz rayonu Əlibəyli kəndində toya getmiş, toydan çıxdıqdan sonra isə bacısı Nüranəgilin evlərinə getmişdir. Söhbət zamanı Nüranə ona bir söz deyəcəyini bildirmişdir. Nüranə ona Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini Bayramali adlı şəxsin onu narahat etdiyini demiş, o isə bacısından Bayramalını haradan tanıdığını soruşmuşdur. Nüranə isə ona Bayramalının taksi sürücüsü olduğunu, Nicatın da onu tanıdığını və onunla taksi kimi uşaq bağçasına getdiyini demişdir. O, Nüranədən niyə bu barədə Nicata demədiyini soruşmuş, Nüranə isə ona qorxduğunu, şəklinin Bayramalıda olduğunu və Nicata desə şəklini hər cür hala salıb Nicata göstərəcəyini bildirmişdir. O, Nüranədən Bayramalı ilə münasibətinin olub-olmadığını soruşmuşdur. Nüranə isə and içərək Bayramalı ilə heç bir münasibətinin olmadığını, Bayramalının taksi sürücüsü olduğunu və ona hədə-qorxu gəldiyini bildirmişdir. O, bu barədə Nicata deyəcəyini bildirmildirmiş, Nüranə isə ona Nicata deməməsini bildirmişdir. Bundan sonra Nicatın mobil telefonuna zəng gəlmişdir. O, Nicatdan kim olduğunu soruşduqda, Nicat ona Sumqayıt şəhərində yaşayan xalası Gülcahan Babayevanın zəng etdiyini və oğlanları Ravil və Nofəl və gəlinləri ilə birlikdə onlara qonaq gələcəyini demişdir. Təxminən 10 dəqiqə sonra isə xalasıgil Nüranəgilə qonaq gəlmişdirlər. O, həmin günü bacısıgildə qalmış və səhərisi günü öz yaşadığı evinə qayıtmışdır. 09 iyul 2022-ci il tarixdə isə xalası Gülcahan oğlanları və gəlinləri ilə birlikdə kirayə yaşadığı evə qonaq gəlmişdirlər. Onlar yemək yeyib çay içdikdən sonra xalasıoğlu Nofəl həyat yoldaşı Nigarla birlikdə onu çağıraraq yanlarında Nüranəyə zəng gəldiyini, Nüranənin telefona cavab vermədiyini, Nüranədən şübhələndiklərini, Nüranənin başqa birisi ilə danışdığını bildirmişdir. O isə Nofələ yalan olduğunu belə bir şeyin ola bilməyəcəyini demiş, Nofəl və Nüranə isə and içərək yalan demədiklərini bildirmişdir. O, Nüranəni bir nəfər şəxsin narahat etdiyini və hədəqorxu gəldiyini bildirmiş, Nofəl isə ona Nüranənin həmin şəxslə münasibəti olduğunu və Nicata xəyanət etdiyini demiş və bu barədə xalası Gülcahana deyəcəyini bildirmişdir. Bundan sonra Nofəl bu barədə anası Gülcahana demişdir. Xalası Gülcahan isə ondan anası Durdanənin bu barədə məlumatı olub-olmadığını soruşmuşdur. O isə anası Dürdanənin məlumatı olmadığını demiş, səhərisi gün xalası Gülcahan anası Dürdanəyə zəng vuraraq anasını çağırmış, anası təxminən 1 saat sonra onlara gəlmişdir. Xalası Gülcahan isə kiminsə Nüranəni istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələrinə zəng etdiyini, lakin Nüranənin onların yanında telefona cavab vermədiyini, Nüranənin kiminləsə danışdığını və gəzdiyini, münasibəti olduğunu, Nicata xəyanət etdiyini bildirmişdir. Anası Dürdanə isə Nüranənin belə bir şey etməyəcəyini, əgər etmişdirsə Nüranəgilə gedib onu başa salacağını demişdir. Bundan sonra o, anası Dürdanə, xalası Gülcahan və Gülcahanın oğlu Ravil Nüranəgilə getmişdirlər. Onlar evə daxil olduqdan sonra xalası Gülcahan Nüranənin üstünə düşərək və onu təhqir edərək Nüranəyə Bayramalı adlı taksi sürücüsü ilə danışıb yazışdığını və Nicata xəyanət etdiyini demiş, qızı Nüranə isə ağlayaraq və and içərək Bayramalı ilə yazışıb danışmadığını, Nicata xəyanət etmədiyini, Bayramalının ona hədə-qorxu gəldiyini, buna görə də qorxduğunu və Nicata demədiyini, lakin Nicata xəyanət etmədiyini bildirmişdir. Bundan sonra xalası Gülcahan bacısın saçından tutaraq onu təpiklə vurmuş, anası Gülcahan isə onu döyməməyini bildirmişdir. Bundan sonra Nüranə xalasının ayaqlarına düşərək, bir səhv etdiyini, Bayramalının ona hədə-qorxu gəldiyindən onunla danışdığını və bu barədə Nicata heç bir şey deməməyini deməmişdir. Bundan sonra xalası Gülcahan Nüranəyə telefonunu verməsini demiş, Onlar bacısının mobil telefonuna baxdıqda zənglərində “Ş” adlı şəxsin olduğunu görmüşdür. Nüranədən bu “Ş” hərfinin kim olduğunu soruşduqda, Nüranə alver etdiyi Şəhanənin olduğunu demişdir. Bundan sonra o, şübhələndiyindən “Ş” hərfinin kim olduğunu bilmək üçün Nüranənin istifadəsində olan ***-***-**-** mobil nömrə ilə həmin yadında qalmayan nömrəyə vızıv atmış, daha sonra həmin nömrə bacısına zəng vurmuşdur. Nüranə telefona cavab verdikdə kişi səsinin gəldiyini eşitmiş və başa düşmüşdür ki, bu Bayramalıdır. Bundan sonra o, telefonu Nüranədən alaraq Bayramalını söyüb təhqir etmişdir. Bayramalı ona Nüranə ilə münasibət olmadığını, bacısının adına söz çıxarmamağını, Nicatın da onu tanıdığını bildirmiş, bundan sonra o, yenidən Bayramalını söyüb telefonu söndürmüşdür. Daha sonra xalası Gülcahan və xalası oğlu Ravildə zəng vuraraq Bayramalını söyüb təhqir etmişdirlər. Bundan sonra xalası Gülcahan Nüranəyə nömrələrini çıxardıb verməsini, telefonunda olan “Watsapp” proqramını və hər şeyi silməsini, telefon işlətməməsini və evdən çölə çıxmamasını demiş, Nüranə də mobil telefonundan mobil nömrələrini çıxardaraq qırmışdır. Bundan sonra Nüranə mobil telefonunda olan “Vatsapp” proqramını və telefonunda olan hər şeyi silmiş və mobil telefonunu ona vermişdir. Daha sonra Nüranəgildən çıxıb evə tərəf getmiş, yolda olarkən isə Nicatın işlədiyi mağazanın yanında dayanışdırlar. X35 Nüranəni heç bir yerə qoymamağını, telefonunu aldığını və nömrəsini sındırdığını, qulaqlarının sözsöhbət eşitdiyini, Nüranənin səhv yola düşdüyünü, Bayramalı ilə adına söz çıxdığını bildirmiş, Ravil isə Nicatdan Bayramalını tanıyıb-tanımadığını soruşmuşdur. Nicat isə Bayramalını tanıdığını və yaxşı oğlan olduğunu və taksi sürücüsü olduğunu demiş, Ravil isə Nicata Bayramalını taksi adı ilə bura çağırıb-çağıra bilməyəciyini soruşub, onları düşürdüb geri qayıdacağını bildirmişdir. Bundan sonra o, Ravilə bu məsələni böyütməməyini və söhbəti bağlamasını demiş, daha sonra bacısı Aysungilə getmişdirlər. Bundan sonra digər xalasıoğlu Nofəl gəlmiş və Ravil Nofələ də bu barədə demişdir. Bundan sonra Ravil, Nofəl və əri Sucəddin Nicatın yanına getmişdirlər. Bundan sonra eşitmişdir ki, onlar Bayramalını döymüşdürlər. Axşam radələrində isə zəng gələrək Ravil, Nofəl və Şücədddin və Nicatın Tovuz rayon polis şöbəsində olduğunu demiş, bundan sonra taksi tutub polis şöbəsinə getmişdirlər. Bir müddətdən sonra isə Nicatgili buraxmışdırlar. Səhərisi günü isə xalası Gülcahangil Sumqayıt şəhərinə qayıtmışdırlar. O da atasıgilə gedərkən, xalası Gülcahan ona zəng vuraraq Bayramalı və Nicatın dalaşdığını və bir birlərini döydüklərini və ora getmələrini demişdir. Bundan sonra o, bacısı Zülfanə, qayınanası Selyan, o və anası Dürdanə Nicatın işlədiyi yerə getmişdirlər. Onlar Nicatla hal-əhval tutduqdan sonra Nicatdan gözünə nə olduğunu soruşmuş, Nicat onlara Bayramalı ilə dalaşdığını demiçdiri. Bundan sonra Nicat işlədiyi yerdə əlinə qırıq bir bıçaq alaraq özünə xəsarət yetirmək istəmiş, anası tez onun üstünə qaçaraq onun əlindən tutmaq istəsə də, Nicat anasını itələyərək özünə bıçaqla xəsarət yetirmişdir. Bundan sonra Nicatın qanın axmaması üçün yarasının üstünə əsgi qoymuş və Nicatı gəldikləri avtomobilə qoyaraq təcili tibbi yardıma zəng vurmuşdurlar. Yolda olarkən təcili tibbi yardım gəlmiş və Nicatı həmin avtomaşına qoyub onu xəstəxanaya aparmışdırlar. Nicata xəstəxanada tibbi yardım görsədilmiş, özü və anası həmin gecəni orada Nicatın yanında qalıb, səhəri gün evə gəlmişdirlər. X26 şikayəçti olmağını desə də, Nicat istəmədiyini və şikayətçi olmayacağını demişdir. Bundan sonra axşam tərəfi evlərinə gəlmişdirlər. Səhərisi gün isə eşitmişdir ki, Nicat qısqanclı zəminində yaşadıqları evin yardımçı tikilisində bıçaqla bacısı Nüranənin boğazını kəsərək və ona çoxsaylı bıçaq zərbələri vuraraq bacısını öldürmüşdür. Ülviyyə Əliyeva daha sonra ifadəsində göstərmişdir ki, bacısı Nüranə və yeznəsi Nicatın əvvəllər mübahisəsi olmamış, əksinə onlar çox mehriban ailə olmuşdur. Bildiyi qədərilə bacısı Nüranənin 2 mobil nömrəsi yəni, ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri olmuş, ***-***-**-** mobil nömrəni bacısı Nüranəyə yeznəsi Nicat, ***-***-**-** mobil nömrəni isə atası Qəfər almışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, X23 bacısı Dürdanənin doğma qızıdır. Təqsirləndirilən şəxs isə qardaşı Kəmandarın oğludur. Bacısı qızı Nüranə Nicatla təxminən 2015-ci il tarixdə evlənərək ailə həyatı qurmuş və onların birgə nikahlarından 2018-ci il tarixdə Bünyamin Əhmədov, 2020ci il tarixdə Yusif Əhmədov və 2021-ci il tarixdə Məhəmmədəli Əhmədov anadan olmuşdur. Nüranə heç bir yerdə işləməmişdir, evdar qadın olmuşdur. Nicat isə Əlibəyli kəndində yerləşən un məlumatlarının satışı mağazasında fəhlə işləmişdir. Nicatın anası vəfat etdikdən sonra Nicata anası Şahid3 baxmışdır və böyütmüşdür. Həmin vaxtdan etibarən isə Nicat anası ilə birlikdə yaşamışdır. 2022-ci ilin iyul ayının əvvəllərində oğlanları Ravil və Nofəllə və gəlinləri ilə birlikdə anası Şahid3 görmək üçün Tovuz rayonu Əlibəyli kəndinə Nicatgilin yaşadığı evə getmiş, ora getdikdə Nüranənin bacısı Ülviyyədə uşaqları ilə birlikdə Nicatgildə olmuşdur. Nicatgildə qaldıqları müddətdə Nüranə hər gün səhər saat təxminən 08 radələrində uşaqlarını götürüb Tovuz şəhərində yerləşən adını bilmədiyi bağçaya aparmış və günorta saat təxminən 13 radələrində evə gəlmişdir. Təxminən 1-2 saat evdə oturduqdan sonra isə uşaqlarını evə gətirmək üçün evdən çıxıb gedmiş, saat təxminən 18 radələrində isə evə gəlmişdir. Təxminən 4-5 gün Nicatgildə qaldıqdan sonra bacısı Dürdanəgilə getmiş və orada bir gün qaldıqdan sonra bacısı Dürdanənin balaca qızı olan Aysugilə qonaq getmişdirlər. Bir gün orada qaldıqdan sonra namaz qılarkən Ülviyyə və Aysu yanına gəlmiş və Ülviyyə ona Nüranənin Bayramalı adlı oğlanla danışıb gəzdiyini demişdir. O, Ülviyəgilə sübutları yoxdursa, gəlinlərinin yanında bu söhbəti deməmələrini bildirmiş, Ülviyyə isə ona təxminən 20 gün bundan qabaq oğlanla mübahisə etdiyini bildirmişdir. Aysu ona Nüranənin gecələr “Watsapp” proqramında kimləsə yazışdığını və bu barədə anası Dürdanəyə də dediyini bildirmişdir. Ülviyyə daha sonra ona Nüranəni döydüyünü, lakin Nüranənin özünə yığışmadığını, bəlkə sözünü eşidə biləciyini bildirmiş və birlikdə Nüranəgilə getməyi təklif etmişdir. O isə Ülviyyəyə Nüranəgilə bacısı Dürdanə ilə birlikdə gedə biləcəyini bildirmiş və bacısı Dürdanəyə zəng vurub bura gəlməsini bildirmişdir. Aysu daha sonra anası Dürdanəyə zəng vurmuş və təxminən 1 saat sonra bacısı Dürdanə Aysugilə gəlmişdir. O, Dürdanəni kənara çəkərək Aysu və Ülviyyənin ona Nüranə barədə dedikləri barədə məlumatı olub-olmadığını soruşmuş, Dürdanə isə ona təzə bildiyini və Nüranənin danışdığı oğlan olan Bayramalıya zəng vurub ona söyüb təhqir etdiyini bildirmişdir. Bundan sonra bacısı Dürdanə, o və Ülviyyə oğlu Ravilin avtomobili ilə Nüranəgilə getmişdir. Onlra evə daxil olan kimi bacısı Dürdanə və Ülviyyə Nüranənin üstünə qaçaraq onu əl damına salmış, o iisə bu məsələni anası Şahid3 bilməməsi üçün Nüranəni evə çağırmışdır. O, Nüranədən bu deyilənlərin düz olub-olmadığını soruşmuş, Nüranə ona nəyi soruşduğunuu demiş, o, Nüranədən özünün yaxşı bildiyini və hər şeyi açıb danışmasını demişdir. Nüranə ona Bayramalı ilə gəzmək istəmədiyini, lakin Bayramalının onunla gəzmədiyi təqdirdə şəkillərini Nicata atacağını dediyinə görə qorxduğundan gəzdiyini, onu bağışlamaqlarını demişdir. Bundan sonra Ülviyyə Nüranəni vurmağa başlamış, daha sonra o, Nüranəyə telefonu verməyini bildirmişdir. Nüranə də telefonu vermiş və onlar Nüranədən həmin Bayramalıya zəng vurmasını tələb etmişdirlər. Nüranə konturu olmadığından Bayramalıya “vızıv” atmış, daha sonra Bayramlı ona zəng vuraraq “haycan ürəyim” demişdir. Bundan sonra Ülviyyə telefonu alaraq söyüş söyməyə başlamış, daha sonra isə telefonu Dürdanə də Bayramalını söymüşdür. Bundan sonra o, Nüranənin saçından tutaraq evdən çıxıb atasının evinə getməyini demiş, Nüranə isə ayaqlarına düşərək Nicata heçnə deməmələrini, bir səhv etdiyini bildirmişdir. Bundan sonra Ülviyyə telefonu götürürərək içində olan “Vatsapp” proqramını və digər məlumatları silmişdir. Yolda olarkən isə Dürdanə ona Nüranənin mobil telefon nömrələrini qırdığını demişdir. Onlar evə qayıdarkən Nicatın işlədiyi mağazanın yanında dayanmışdırlar. O, Nicata Nüranənin mobil telefon nömrələrini bacısı Dürdanənin qırdığını və zəng çatmasa narahat olmamağını bildirmiş, Nicat ondan Dürdanənin niyə Nüranənin telefon nömrəsini qırdığını soruşmuş, o isə Nüranənin telefonla çox oynadığını, evə baxmadığını və təmizləmədiyini bildirmişdir. Bundan sonra Dürdanə Nicata uşaqları bağçaya qoymamalarını, taksi ilə gedib gəlməməsini, qızı Nüranənin adına söz çıxacağını bildirmişdir. Nicat isə nə olduğunu soruşduqda, Ravil heçnə olmadığını, Nüranənin telefonla çox oynadığını, nənəsinə baxmadığını bildirmişdir. Bundan sonra onlar Nicatla sağollaşıb Aysungilə getmişdirlər. Axşamı isə orada qalıb, səhəri gün bacısı Dürdanəgilə getmişdirlər. Bacısı Dürdanə yenə ona and verərək heç kimə heçnə deməməyini, özünün yoluna qoyacağını bildirmişdir. O, da bacısına yaxşı demiş və Sumqayıt şəhərinə qayıtmışdırlar. Təxminən 2-3 gün sonra isə bacısı qızı Ülviyyə Nicatın özünü bıçaqladığını demiş, o isə bu barədə qardaşı Kəmandara demələrini bildirmişdir. 13 iyul 2022-ci il tarixdə axşam saatlarında isə eşitmişdir ki, Nicat yaşadıqları evin yardımçı tikilisində bıçaqla bacısı qızı Nüranənin boğazını kəsərək və ona çoxsaylı bıçaq zərbəsi vuraraq onu öldürmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X29 ifadəsində göstərmişdir ki, X23 və Təqsirləndirilən şəxs həmkəndlisidir. Nüranə Əhmədova Təqsirləndirilən şəxs ilə təxminən 2015-ci il tarixdə evlənərək ailə həyatı qurmuşlar. Nicat Əlibəyli kəndində yerləşən un məlumatlarının satışı mağazasında fəhlə işləmişdir. Nüranə heç bir yerdə işləməmişdir və evdar qadın olmuşdur. Nicatgil onunla qonşuluqda yaşamış və mehriban ailə olmuşdurlar. 13 iyul 2022-ci il tarixdə saat təxminən 11 radələrində işdən çıxıb evə tərəf gəlmiş, yolla piyada gələrkən Təqsirləndirilən şəxs evlərindən səs-küy gəldiyini eşitmişdir. Bundan sonra o, tez Nicatgilin yaşadığı evə tərəf qaçmışdır. O, Nicatgilin evlərinin qarşısına adamların topalaşdığını görmüş, həyətə daxil olduqda isə Nicatı görmüşdür. Nicatın əlləri və paltarları qan içində olmuşdur. O, Nicatdan nə olduğunu soruşduqda, Nicat ona arvadı Nüranə Əhmədovanı öldürdüyünü demişdir. O, Nicatdan niyə arvadı Nüranəni öldürdüyünü soruşduqda, Nicat ona arvadı Nüranəni namus üstündə öldürdüyünü bildirmiş və başqa heçnə deməmişdir. Bundan sonra hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları gəlmiş və Nicatı götürüb aparmışdırlar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayonu Hacallı kəndində yerləşən fərdi yaşayış evinin həyətindəki bir otaqlı yardımçı tikilidə yerləşir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsi Tovuz rayonu Hacallı kəndi ilə üzü Hacallar kəndi istiqamətində hərəkət etdikdə yolun sağ tərəfində yoldan 40 metr aralı məsafədə yerləşir. Həyətyanı sahənin yol tərəfdən kənralarındakı hasar daşdan hörülmüşdür və yaşıl rənglə rənglənmiş 4.5x2.60 metr ölçüdə dəmir darvazası vardır. Qeyd olunan hasarın hündürlüyü küçə tərəfdən 2 metrdir. Qapıdan həyətə daxil olduqda girişdən sağ tərəfdə 10 metr məsafədə kürsülü mişar daşından hörülmüş 12 metr uzunluğunda, 10 metr enində yaşayış evi vardır. Qeyd olunan darvazanın sağ tərəfində yaşayış evinə və hasara bitişik yardımçı tikili vardır. Yardımçı tikilinin yaşıl rənglə rənglənmiş taxta qapısı vardır və eni 1.10 metr, hündürlüyü 2.10 metr ölçüdədir, sağ tərəfində yerləşən 2 ədəd taxta materialdan olan pəncərlərinin ölçüsü 2.50x1.30 metrdir. Taxta qapıdan içəri daxil olduqda sağ tərəfdə yerləşən pəncərəsinin ölçüsü isə 0.90x1 metrdir. Həmin yardımçı tikilinin qapıdından təxminən 7 metr məsafədə ağzı üstə uzanmış, qadın cinsli meyit aşkar edilmişdir. Meyitin əynində belində ətək və cib hissələri ağımtıl və qəhvəyi rəngli naxışlardan ibarət, həmçinin kürək və papaq hissəsi eyni naxışlardan ibarət qəhvəyi rəngli qısaqol gödəkçə, açıq yaşıl rəngli qısaqol köynək və qara rəngli ayaqları qısa olan qısa idman şalvarı müəyyən edilmişdir. Meyitə ilkin baxış zamanı onun bədən səthində bıçaq yaraları olduğu və həmin yaralardan qırmızımtıl rəngli qanabənzər maddələrin ifraz olunduğu aşkar edilmişdir. Baxış zamanı meyitin boyun nahiyyəsinə saplanmış vəziyyətdə 01 ədəd bıçaq olduğu müşahidə edilmiş, qeyd olunan bıçağa baxış zamanı müəyyən olunmuşdur ki, həmin bıçağın tiyəsinin uzunluğu 11 sm, dəstəyinin uzunluğu 13 sm, ümumi uzunluğu isə 24 sm-dir. Meyitin sol qolunun altında, qarın nahiyyəsinə paralel şəkildə 01 ədəd göy rəngli çəkələk, sol qolunun yuxarı və aşağı hissəsində isə 01 cüt üzərində naxışları olan qəhvəyi rəngli çəkələk, həmin çəkələkdən 10 sm aralıda uzunluğu 14 sm olan bıçaq tiyəsi, həmin çəkələkdən 15 sm aralıda 1 ədəd sarı rəngli metaldan olan sırğa, meyitin sol ayağının altında 01 ədəd göy rəngli çəkələk aşkar edilmiş, həmin əşyalar istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Baxış zamanı hadisə yerində torpaq səthi üzərində qanabənzər ləkələrin olduğu aşkar edilmişdir. Həmin qanabənzər ləkələr meyitin olduğu yerdən başlayaraq meyitin olduğu istiqamətə doğru bir neçə yerdə müəyyən edilmişdir. Baxış zamanı qanabənzər ləkələrin hopmuş olduğu torpaq nümunəsi, eləcə də hadisə yerindən torpaq üzərindən pambıq tampon vasitəsilə 03 ədəd nümunə tərəfimdən müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Bundan başqa baxış zamanı meyitin sağ tərəfində taxta üzərində qanabənzər ləkələr hopmuşdur. Həmin qanabənzər ləkələrin hopmuş olduğu taxta parçası kəsilərək müvafiq qaydada qablaşdırlaraq götürülmüşdür. Bundan başqa baxış zamanı yaşayış evinin balkonunun beton səthi üzərində qanabənzər ləkələrin olduğu aşkar edilmiş və həmin ləkələr beton səthin üzərindən pambıq tampon vasitəsilə 04 ədəd nümunə müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. Meyit xarici və daxili müayinə olunması üçün AR Səhiyyə Nazirliyi «MTE və PA» ETT Birliyinin Tovuz rayon şöbəsinə aparılması üçün götürüldükdən sonra hadisə yerində, meyitin sol qolunun alt tərəfində ümumi uzunluğu 98 mm olan 01 ədəd tiyəsiz bıçaq dəstəyi aşkar edilmiş və həmin əşya istintaq üçün əhəmiyyət kəsb etdiyindən müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 iyul 2022-ci il tarixli, meyitə baxış keçirilməsi haqqında protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, X15 meyitinə baxış zamanı onun əynində olan 01 ədəd qəhvəyi rəngli qısaqol gödəkçə, 01 ədəd açıq yaşıl rəngli qısaqol köynək, 01 ədəd qara rəngli ayaqları qısa olan idman şalvar, 01 ədəd göy rəngli busqalter, 01 ədəd qırmızı rəngli trusik Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə istintaqa təqdim etdiyi hadisə zamanı əynində olmuş 01 ədəd tünd göy rəngli qısqol gödəkçə, 01 ədəd göy rəngli cins şalvar və 01 ədəd sarımtıl-bozumtul rəngli uzunqol köynək işi üzrə əhəmiyyət kəsb etdiyindən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-lifli materialların tədqiqi ekspertizasının xx.xx.2022-ci il tarixli, 16/934 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş X19 və Təqsirləndirilən şəxs məxsus, hadisə zamanı əyinlərində olan geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş X19 məxsus 01 ədəd tunikanın üzərindən tapılmış açıq-boz rəngli poliester kimyəvi liflər cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X19 məxsus 01 ədəd köynəyin üzərindən tapılmış qırmızı poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış açıq-yaşıl rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X19 məxsus 01 ədəd köynəyin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd köynəyin üzərindən tapılmış tünd-boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə X19 məxsus 01 ədəd tunikanın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus 01 ədəd şalvarın üzərindən tapılmış qara rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə X19 məxsus 01 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş, X19 məxsus digər geyim əşyalarının üzərində Təqsirləndirilən şəxs məxsus geyim əşyalarının lif mikrohissəcikləri aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, üzrə məhkəmə-trasoloji və məhkəmə-ballistik ekspertizalarının 16/935/936 saylı, xx.xx.2022-ci il tarixli rəyi ilə müəyyən edilmişdir ki, hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş 01 ədəd bıçaq kustar üsulu ilə hazırlanmış məişət təyinatlı mətbəx bıçağıdır və soyuq silah hesab edilmir. Bıçağın üzərində təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişikliklər edilməmişdir. Hadisə yerindən götürülərək tədqiqata təqdim edilmiş digər bıçağa aid 2 (iki) ədəd predmet (bıçağın tiyəsi və dəstəyi) əvvəllər vahid bütövlük təşkil edən, kustar üsulla hazırlanmış, kəsici-deşici xassəyə malik olan təsərüffat-məişət təyinatlı mətbəx bıçağının hissələri, yəni tiyəsi və dəstəyidir, soyuq silah hesab edilmirlər və bir bıçağın hissələridir. Üzərilərində təyinatını dəyişdirən hər hansı əlavə və ya dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim olunan, hadisə zamanı X15 əynində olmuş uzun ətəkli koftanın (tunikanın) səthində olan 22 ədəd “a”, “b”, “c”, “d”, “e” zədələri, köynəyin üzərində olan 23 ədəd “f”, “k”, “l”, “m”, “n” zədələri və busqalterin sthində olan 01 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmentin (o cümlədən, təqdim edilmiş bıçağın, bıçaq tiyəsinin və ya onlara bənzər xassəli hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş uzun ətəkli koftanın (tunikanın), qısaqol köynəyin və busqalterin üzərindəki olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim olunan mərhum X15 əynində olmuş şalvarın, tumanın, hadisə yerindən götürülmüş çəkələklərin, Təqsirləndirilən şəxs əynində olmuş qısaqol köynəyin, cins şalvarın üzərində mexaniki zədələr aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 1269 nömrəli rəyindən məlum olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etmir. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 498 nömrəli tibbi rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində sol gözün alt səthində qançır, ağlı qişaya qansızma, sol döşün alt səthində və sol saidin kəsilmiş yaraları kimi xəsarətlər aşkar edilmişdir. Həmin xəsarətlərdən sol gözün alt səthində qançır və ağlı qişasına qansızma küt, digər kəsilmiş yaralar isə kəsici əşyanın təsirindən törənmişdir. Qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni 11-xx.xx.2022-ci il tarixdə yumruqla vurma və özü-özünə bıçaqla vurma nəticəsində əmələ gələ bilərdi, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərəvurmaya aiddirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli, 28 nömrəli rəyindən görünür ki, X15 meyiti üzərində 25 ədəd xəsarət aşkar edilmişdir. Həmin xəsarətlər, yəni sol döş qəfəsinin boşluğa keçən, ürək kisəsini, sağ qulaqcığı zədələyən 1 ədəd, boynun sol yan səthində yuxu arteriyasını zədələyən 1 ədəd, boynun sol yan səthində 6 ədəd, döş qəfəsinin sol yuxarı səthində 3 ədəd, döş qəfəsinin sol aşağı səthində 2 ədəd, döş qəfəsinin sağ yuxarı səthində 1 ədəd, sol əlinin baş barmağının üst səthində 1 ədəd, sağ kürək nahiyyəsində 2 ədəd, onurğa sütunu üzərində 6 ədəd, sol kürək nahiyyəsində 02 ədəd kəsilmiş yaralar kəsici əşyanın təsirindən törənmişdir. Sol döş qəfəsinin boşluğa keçən, ürək kisəsini, sağ qulaqcığı zədələyən 01 ədəd kəsilmiş-deşilmiş yara və boynun sol yan səthində yuxu arteriyasını zədələyən 01 ədəd kəsilmiş yara canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Sol boyun nahiyyəsində olan 3 ədəd, sol döş qəfəsində olan 2 ədəd, sağ kürək nahiyyəsində 1 ədəd, onurğa sütunu üzərində 3 ədəd, sol kürək nahiyyəsində 2 ədəd, ümumulikdə 11 ədəd kəsilmiş yaralar canlı şəxslərdə dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Sol boyun nahiyyəsində 3 ədəd, sol döş qəfəsində 3 ədəd, sağ döş qəfəsində 1 ədəd, sağ kürək nahiyyəsində 01 ədəd, onurğa sütunu üzərində 3 ədəd və sol əlin baş barmağında olan 1 ədəd, ümumilikdə 12 ədəd kəsilmiş yaralar isə sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. X15 ölümünün səbəbi kəskin daxili və xarici qanaxma olmuşdur. X15 bədəni üzərində olan xəsarətlər ekspertizaya təqdim edilmiş bıçaqlarla yetirilə bilərdi. X3 spirtli içki və narkotik vasitə qəbul etməmişdir. X15 hamiləliyi haqqında hər hansı bir tibbi sənədi olmadığından və uşaqlıq ölçüləri norma daxilində olduğundan onun hamilə olması barədə fikir söyləmək mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi bioloji ekspertizasının 595/2022-MTBŞ nömrəli, xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, X16 ABO sistemi üzrə qrup göstəricisi A(İİ)-dir (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi B(İİİ)-dür (şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən). İstintaq zamanı götürülərək ekspertizaya təqdim edilmiş Nüranə Əhmədovaya məxsus, hadisə zamanı onun əynində olmuş bir ədəd trusik, lifcik, qısaqol mayka, qısa idman şalvarı və qolsuz papaqlı uzun jilet, bir ədəd qısaqol mayka və şalvar, hadisə yerindən götürülmüş ayrı-ayrılıqda yeddi ədəd çubuqlu pambıq tampona hopdurulmuş nümunə, bir ədəd bıçaq, bıçaq dəstəyi, bıçaq tiyəsi və torpaq nümunəsi üzərində insan qanı ləkələri aşkar olunmuşdur. Nüranə Əhmədovaya məxsus bir ədəd trusik, lifçik, qısaqol mayka, qısa idman şalvarı və qolsuz papaqlı uzun jilet, hadisə yerindən götürülmüş ayrı-ayrılıqda 03 ədəd çubuqlu pambıq tampona (ob.N26-28) hopdurulmuş nümunı və torpaq nümunəsində olan qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A” antigeni, lifcik və qolsuz papaqlı uzun jilet üzərində həmçinin beta aqqlyutinini müəyyən edilmişdir. Bu qan ləkələri A beta (İİ) qruplu şəxsə, o cümlədən X19 məxsus ola bilər. Bu ləkələrdə Təqsirləndirilən şəxs qanı inkar olunur. Hadisə yerindən ayrı-ayrılıqda 04 ədəd çubuqlu pambıq tampona (ob.N 22-25) hopdurularaq götürülmüş nümunələrdə olan ləkələrdə qanın qrup göstərcisi ABO sistemi tədqiq edildikdə, yalnız “B” antgeni müəyyən edilmiş, “A” antigeni aqqluyutininlər isə müəyyən edilməmişdir. Bu qan ləkələri Balfa (İİİ) qruplu şəxsə, o cümlədən Təqsirləndirilən şəxs məxsus ola bilər. Bu ləkələrdə X15 qanının olması inkar olunur. Təqsirləndirilən şəxs məxsus bir ədəd qısaqol mayka və şalvar 01 ədəd bıçaq, bıçaq dəstəyi və bıçaq tiyəsi üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə, “A” və “B” antigenləri alınmış, aqqlyutininləri isə alınmamışdır. Bu qan ləkələri AB (İV) qruplu, bir şəxsə məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qarışmış qanı olduğu halda, bu ləkələrdə həmçinin Abeta (İİ) qrup və Balfa (İİİ) qruplu şəxs(lərin) qarışmış qanlarının olması mükündür. Belə olan halda ləkələrdə Təqsirləndirilən şəxs Kəmadanr oğlunun və X15 qarışmış qanın olması mükündür. Təqdim olunmuş Təqsirləndirilən şəxs şalvarına keçirilmiş kəmər üzərində qan aşkar olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 18 iyul 2022-ci il tarixli, 451/154 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hazırki əməli törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, hal-hazırda da heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. O, hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və ya onları idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Kompleks ambulator məhkəmə-psixiatrik və məhkəmə-psixoloji ekspertizasının 18 iyul 2022-ci il tarixli, 451/154 №-li rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs yaş xüsusiyyətləri və intelektual inkişafı nəzərə alınmaqla hərəkətlərin xarakter və mənasını anlaya bilmişdir və hal-hazırda anlayır. Təqsirləndirilən şəxs onun tərəfindən edilən hüquqazidd hərəkətlərdən əvvəl adi, baş vermiş hadisə zamanı və hadisədən sonra əsəbi psixi-emosional halda olmuşdur. Təqsirləndirilən şəxs əqli inkişafında psixi xəstəliyi ilə əlaqədar olmayan gerilik əlamətləri müşahidə olunmur. Təqsirləndirilən şəxs psixi inkişafını nəzərə alaraq, o, yaranmış şəraitin mahiyyətini tam dərk etmiş və davranışının mümkün nəticələrini görə bilmişdir. Təqsirləndirilən şəxs özündən uydurmağa, yalan danışmağa meyilli deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Cinayət işinə əlavə olunmuş "xxxx" MMC-dən 03 oktyabr 2022-ci il tarixli, 19646 nömrəli məktubla daxil olmuş telefon məlumatlarına dair diskə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, mərhum X15 istifadəsində olan ***-***-**-** mobil telefon nömrəsi ilə Şahid1 istifadəsində olan ***-***-**-** və ***-***-**-** mobil telefon nömrələri arasında xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək qarşılıqlı danışıqlar aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 iyul 2022-ci il tarixli “şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 13 iyul 2022-ci il tarixdə saat 16.30-da şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz rayon Məhkəməsinin 15 iyul 2022-ci il tarixli 4(062)-51/2021 saylı “Həbs qətimkan tədbiri seçilməsinə barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 (dörd) ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 13 iyul 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tovuz rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli, 185- 19598-1222 saylı cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs arvadı X17 Tovuz rayonu Yuxarı Öysüzlü kənd sakini Şahid1 ilə ona xəyanət etməsinə görə 13 iyul 2022-ci il tarixdə, saat təxminən 11 radələrində yaşadığı evə bitişik olan yardımçı tikilidə Nüranə Əhmədovanın bədəninin müxtəlif nahiyyələrinə çoxsaylı bıçaq xəsarətləri yetirərək sonuncunu qəsdən öldürmüşdür. Təqsirləndirilən şəxs arvadı Nüranə Əhmədovanı bıçaqla vurub öldürən zaman yanında heç kim olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 iyul telefon cihazına baxış keçirilməsi barədə protokoldan görünür ki, ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi X9 təqdim etdiyi zərərçəkmiş şəxs X20 məxsus Xiaomi-Redmi Note 8 markalı telefon cihazına Baxış zamanı X21 istifadəsində olmuş telefon cihazının adının N modelinin “Redmi Note 8”, MİUİ versiyası MİUİ Global 11.0.9 Kararlı 1.0.9.0 (РСОМİХМ) və Android versiyası-9PKQ1.190616.001 olması müəyyən edildi. Qeyd olunan telefon cihazının arxa hissəsi parlaq qara rənglidir. Telefonun media qalareyasına, telefon rəhbərinə (kitabçasına), Vhatsapp yazışmalarına və həmçinin sms qutusuna baxış keçirildi, qeyd olunan yerlərdə iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar olunmadı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Tovuz RİHB-nın Tovuz rayon inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 280 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs nənəsi Şahid3 Məmmədrza qızı, arvadı X25, oğlu X22, oğlu X30 və oğlu X5 ibarət ailə tərkibi ilə oğlu Tovuz rayonu, Hacalı kəndində yaşayırlar və Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2020-ci il tarixli AZ-İV 426939 nömrəli, xx.xx.2021ci il tarixli AZ-İV 554650 nömrəli və xx.xx.2018-cil tarixli, AZ-İV 115176 nömrəli doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, X22, X30 və X2 Nicat Kəmandar oğlunun övladlarıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş xx.xx.2022-ci il tarixli Tovuz RPŞ-nin arayışından görünür ki, Təqsirləndirilən şəxs Kamandar oğlu X1 təhqir etdiyinə görə Azərbaycan Respublikası İXM-nın 510-cu maddəsi ilə inzibati protokol tərtib olunaraq 50 manat məbləğində cərimə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, hadisənin yerini və baş vermə şəraitini, o cümlədən xx.xx.2022-ci il tarixdə saat 11 radələrində evə bitişik yardımçı tikilidə arvadı X23 ilə mübahisə etdiyi yeri, daha sonra bıçaqları götürdüyü yeri və Nüranə Əhmədovanı yıxaraq ona bıçaqla çoxsaylı zərbələr vuraraq onu qəsdən öldürdüyü yeri göstərməklə, törətdiyi cinayəti əməlini səmimi etiraf etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və X6 İdarəsindən təqdim edilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğuna dair məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 13 oktyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi barədə” qərardan görünür ki, cinayət işi üzrə maddi sübut kimi tanınmış hadisə yerinə baxış zamanı götürülmüş tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 235 mm olan bir ədəd məişət təyinatlı mətbəx bıçağı, təsərüffat-məişət təyinatlı mətbəx bıçağının hissələri olan 137 mm uzunluğunda bir ədəd bıçaq tiyəsi, 98 mm uzunluğunda bir ədəd bıçaq dəstəyi, bir ədəd göy rəngli çəkələk, üzərində naxışları olan qəhvəyi rəngli bir cüt çəkələk, bir ədəd sarı rəngli metaldan olan sırğa, qanabənzər ləkələrin hopmuş olduğu torpaq nümunəsi, hadisə yerindən torpaq üzərindən pambıq tampon vasitəsilə götürülmüş üç ədəd nümunə, qanabənzər ləkələrin hopmuş olduğu taxta parçası, yaşayış evinin balkonunun beton səthin üzərindən pambıq tampon vasitəsilə götürülmüş dörd ədəd nümunə, X15 meyitinə baxış zamanı üzərindən götürülmüş bir ədəd qəhvəyi rəngli qısaqol gödəkçə, bir ədəd açıq yaşıl rəngli qısaqol köynək, bir ədəd qara rəngli ayaqları qısa olan idman şalvarı, bir ədəd göy rəngli busqalter, bir ədəd qırmızı rəngli trusik, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd tünd göy rəngli qısqol gödəkçə, bir ədəd göy rəngli cins şalvar və bir ədəd sarımtıl-bozumtul rəngli uzunqol köynək Tovuz rayon prokurorluğunda saxlanılır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə onun Nüranə Əhmədovanı xüsusi amanasızlıqla öldürməməsinə dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla (şahid ifadələri, istintaq hərəkətinin protokolları, maddi sübutlar, ekspert rəyləri və.s) tam təkzib edilmişdir. Məhkəmə bununla bağlı həmçinin qeyd etməyi zəruri hesab edir ki, "Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2002-ci il tarixli Qərarına əsasən Təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Hazırki iş üzrə cinayətin əməlinin törədilmə üsulu, yetirilən bədən xəsarətlərinin sayı, xarakteri və lokalizasiyası və işin faktiki halları ilə müəyyən edilmiş digər xüsusatlar məhz təqsirləndirlən şəxsin əməlində xüsusi amansızlıqla qəsdən adam öldürmə cinayətinin tərkib əlamətlərinin olmasını özündə tam ehtiva edir. Odur ki, məhkəmə təqsirləndirilən şəxsin ifadəsində irəli sürdüyü xüsusatların məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayətin əlaməti vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 -cü maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2018-ci ildə, xx.xx.2020-ci ildə və xx.xx.2021-ci ildə anadan olmuş üç azyaşlı uşağının olması Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal kimi, nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 13 iyul 2022-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Odur ki, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinin tələbinə əsasən hökm qanuni qüvvəyə mindikdən sonra maddi sübut hesab edilən və Tovuz rayon Prokurorluğunda saxlanılan cinayət işi üzrə maddi sübut kimi tanınmış hadisə yerinə baxış zamanı götürülmüş tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 235 mm olan bir ədəd məişət təyinatlı mətbəx bıçağı, təsərüffat-məişət təyinatlı mətbəx bıçağının hissələri olan 137 mm uzunluğunda bir ədəd bıçaq tiyəsi, 98 mm uzunluğunda bir ədəd bıçaq dəstəyi, qanabənzər ləkələrin hopmuş olduğu torpaq nümunəsi, hadisə yerindən torpaq üzərindən pambıq tampon vasitəsilə götürülmüş üç ədəd nümunə, qanabənzər ləkələrin hopmuş olduğu taxta parçası, yaşayış evinin balkonunun beton səthin üzərindən pambıq tampon vasitəsilə götürülmüş dörd ədəd nümunə, məhv edilsin, bir ədəd göy rəngli çəkələk, üzərində naxışları olan qəhvəyi rəngli bir cüt çəkələk, bir ədəd sarı rəngli metaldan olan sırğa, X15 meyitinə baxış zamanı üzərindən götürülmüş bir ədəd qəhvəyi rəngli qısaqol gödəkçə, bir ədəd açıq yaşıl rəngli qısaqol köynək, bir ədəd qara rəngli ayaqları qısa olan idman şalvarı, bir ədəd göy rəngli busqalter, bir ədəd qırmızı rəngli trusik, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd tünd göy rəngli qısqol gödəkçə, bir ədəd göy rəngli cins şalvar və bir ədəd sarımtıl-bozumtul rəngli uzunqol köynək qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 127 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmçinin cinayət işinə əlavə edilmiş hesabatdan görünür ki, Gəncə 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmə istintaqında 25 iş saatı həcmində dövlət hesabına həyata keçirmişdir. Ona görə də məhkəmə hesab edir ki, göstərilən hüquqi yardımla əlaqədar 150 manat məblğində pul dövlət hesabından tutularaq Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi Təqsirləndirilən şəxs üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356 və 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Kəmanda oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120120.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı tutulduğu tarixdən, yəni 13 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübutlar –hadisə yerinə baxış zamanı götürülmüş tiyəsinin uzunluğu 125 mm, dəstəyinin uzunluğu 110 mm, ümumi uzunluğu 235 mm olan bir ədəd məişət təyinatlı mətbəx bıçağı, təsərüffat-məişət təyinatlı mətbəx bıçağının hissələri olan 137 mm uzunluğunda bir ədəd bıçaq tiyəsi, 98 mm uzunluğunda bir ədəd bıçaq dəstəyi, qanabənzər ləkələrin hopmuş olduğu torpaq nümunəsi, hadisə yerindən torpaq üzərindən pambıq tampon vasitəsilə götürülmüş üç ədəd nümunə, qanabənzər ləkələrin hopmuş olduğu taxta parçası, yaşayış evinin balkonunun beton səthin üzərindən pambıq tampon vasitəsilə götürülmüş dörd ədəd nümunə, məhv edilsin, bir ədəd göy rəngli çəkələk, üzərində naxışları olan qəhvəyi rəngli bir cüt çəkələk, bir ədəd sarı rəngli metaldan olan sırğa, X15 meyitinə baxış zamanı üzərindən götürülmüş bir ədəd qəhvəyi rəngli qısaqol gödəkçə, bir ədəd açıq yaşıl rəngli qısaqol köynək, bir ədəd qara rəngli ayaqları qısa olan idman şalvarı, bir ədəd göy rəngli busqalter, bir ədəd qırmızı rəngli trusik, hadisə zamanı Təqsirləndirilən şəxs əynində olmuş bir ədəd tünd göy rəngli qısqol gödəkçə, bir ədəd göy rəngli cins şalvar və bir ədəd sarımtıl-bozumtul rəngli uzunqol köynək qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 127 manat 80 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 150 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar