Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-119/2022 02.02.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu, Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili X4 və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bərdə rayonu, Dəymədağıldı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, himayəsində 2 övladı olan, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bərdə rayonu, Dəymədağıldı kəndində daimi qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş və satış məqsədilə qanunsuz olaraq narkotik vasitələri külli miqdarda əldə edib saxlamışdır. Belə ki, o, 2021-ci ilin yanvar-fevral aylarında Bərdə rayonu Dəymədağıldı kəndində yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Аzərbaycan Respublikasının Qanununun İİİ siyahısınа əsasən külli miqdarda, yəni 19 (on doqquz) ədəd ümumi təmiz çəkisi 15200 qram оlan əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkisini kultivasiya etmiş və həmin çətənə kollarını 2021-ci ilin avqust ayında satış məqsədilə yığaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqarda, yəni təmiz çəkisi 5080,47 (beş min səksən tam yüzdə qırx yeddi) qram olan narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib saxlamış, 04 avqust 2021-ci il tarixdə saat 13:40 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində baxış istintaq hərəkəti zamanı kultivasiya edilmiş 19 (on doqquz) ədəd narkotik tərkibli çətənə bitkisi və 2 ədəd kisədə, ayrı-ayrılıqda təmiz çəkiləri 3750 qram və 1300 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən, 1 ədəd polietilen paketdə təmiz çəkisi 30,47 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana həmin evin qonaq otağından aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 3 il əvvəl narkotik vasitə hesab edilən qurudulmuş marixuanadan istifadə etməyə başlamışdır. Bir müddət əvvəl yaşadığı kəndin ərazisində olan zaman yolun kənarından kağıza bükülmüş vəziyyətdə, sayını dəqiq xatırlamadığı toxumlar tapmışdır. Marixuanadan istifadə etdiyi üçün o, həmin toxumların çətənə bitkisinin toxumları olduğunu bilmişdir. Toxumları tapması barədə o, heç kimə xəbər verməyərək onları yaşadığı evdə saxlamış, 2021-ci ilin yanvar-fevral aylarında şəxsi istifadəsi üçün həmin toxumların əvvəl 4-nü, daha sonra isə 6-nı yaşadığı evin arxa tərəfindəki kolluq sahəyə əkmişdir. Bir müddət sonra əkdiyi toxumlardan çətənə kolları bitmiş və o, həmin kollara qulluq etmişdir. Daha sonra çətənə kollarının sayını çoxaltmağa qərar verib evin sol yan tərəfində yerləşən, mişar daşlarından tikilmiş yarımçıq tikilinin içərisinə 6 ədəd, ardınca isə həyətyanı sahənin müxtəlif yerlərinə 7 ədəd toxum əkmişdir. O, həmin kollara qulluq göstərmişdir. Yaşadığı evin həyətyanı sahəsində müxtəlif hündürlüklərdə olan ümumilikdə 23 ədəd çətənə kolu bitmişdir. Lakin bitən kollardan 4-ü lazımi qaydada inkişaf etmədiyi üçün onları kökündən çıxarıb yaxınlıqdakı əraziyə tullamışdır. Bundan sonra yerdə qalan 19 ədəd çətənə kolunu kultivasiya etmiş, onları mütəmadi olaraq sulayaraq qulluq göstərmişdir. Çətənə kollarını əkməkdə məqsədi yalnız şəxsi istifadəsi üçün narkotik vasitə hesab edilən qurudulmuş marixuana əldə etmək olmuşdur. 2021-ci ilin avqust ayının əvvəlində əkdiyi kolların üzərindən yarpaqları qırmış və onları bir ədəd sellofan torbanın içərisinə qoyaraq yaşadığı evin qonaq otağındakı dolabın içərisində saxlamışdır. 04 avqust 2021-ci il tarixdə saat 13:00 radələrində yaşadığı evdə olarkən mülki geyimdə olan polis əməkdaşları evin darvazasının qarşısına gələrək onu çağırmışlar. Darvazanın qarşısına çıxanda polis əməkdaşlarından biri ona evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat əldə etdiklərini, buna görə də həyətyanı sahəyə baxış keçirmək istədiklərini bildirmişdir. Daha sonra ondan yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilməsinə hər hansı etirazının olub-olmaması soruşulmuş, o isə ərizə yazmaqla buna heç bir etirazının olmadığını demişdir. Baxış keçirilməsinə başlanılmazdan əvvəl aparılan sorğu-sual zamanı o, həyətyanı sahəsində narkotik tərkibli çətənə kolları əkdiyini səmimi şəkildə etiraf etmiş və kolların yerini göstərə biləcəyini söyləmişdir. Sonra polis əməkdaşları və onlarla birlikdə gələn aqronom yaşadığı evin həyətyanı sahəsinə daxil olmuşlar. O, polis əməkdaşlarını və aqronomu evin arxa tərəfinə aparıb əkdiyi çətənə kollarının yerini göstərmişdir. Baxış zamanı həyətyanı sahənin arxa tərəfindən, eləcə də yarımçıq tikilinin içərisindən müxtəlif hündürlüklərdə olan çətənə kolları aşkarlanmışdır. Həmin çətənə kolları polis əməkdaşları tərəfindən torpaqdan çıxarılmış və sayılaraq evin qarşı tərəfindəki ərazidə yerə yığılmışdır. Bundan başqa evin arxa tərəfinə baxış zamanı oradan əvvəllər torpaqdan çıxardığı, qurumuş vəziyyətdə olan çətənə kolları aşkarlanaraq 2 ədəd ağ rəngli sintetik kisəyə yığılaraq qablaşdırılmış və üzəri möhürlənərək ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmişdir. Daha sonra polis əməkdaşları yaş vəziyyətdə olan 19 ədəd çətənə kolunu göy rəngli brezentə bükülərək qablaşdırmış və üzərini möhürləyərək ekspertiza tədqiqatına göndəriləcəyini söyləmişlər. Baxış zamanı həm ağ rəngli sintetik kisələrdə, həm də göy rəngli brezentdə qablaşdırılan kollar ayrı-ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş və çəkilərinin müvafiq olaraq 7,2 kiloqram və 21 kiloqram olması müəyyənləşdirilmişdir. Bunun ardınca polis əməkdaşları ondan yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamadığını soruşmuşlar. Həmin vaxt o, evin qonaq otağına daxil olub dolabın içərisində bir ədəd sellofan torbaya yığdığı çətənə kolunun qurumaqda olan yarpaqlarını könüllü şəkildə polis əməkdaşlarına təhvil vermişdir. Sellofan torba elektron tərəzidə çəkilmiş və çəkisinin 30 qram olması müəyyən edilmişdir. Həmin gün saat 15:00 radələrində o, polis əməkdaşları ilə birlikdə Bərdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra ona videoçəkilişdən istifadə edilməklə üzərində axtarış aparılacağı izah edilmişdir. Axtarış aparılmasına iştirak etmək üçün müdafiəçi dəvət olunmuş və sonra üzərində şəxsi axtarış aparılmağa başlanmışdır. Onun üzərində polis əməkdaşı tərəfindən axtarış aparılsa da, heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. O, heç vaxt narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmadığını, heç kimə narkotik vasitə və ya onun prekursorlarını satmadığını, yaşadığı evin həyətyanı sahəsindən və qonaq otağından aşkar edilərək götürülən çətənə kollarını və narkotik vasitəni yalnız şəxsi istifadəsi üçün əkib-becərdiyini və saxladığını, toxumlar tapması və çətənə kolları becərməsi barədə ailə üzvləri də daxil olmaqla heç kimə heç bir məlumat vermədiyini, tapdığı toxumların hamısını əkdiyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 04 avqust 2021-ci il tarixdə ona Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə hesab edilən çətənə bitkisinin kollarını yaşadığı evin həyətyanı sahəsində əkibbecərməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də həmin tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmişdir. Həmin gün saat 13:00 radələrində onun, əməliyyat müvəkkili Şahid1 və polis nəfəri Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Baxış keçirilməsində aqronom qismində iştirak etmək üçün Şahid5 da dəvət edilmişdir. Bundan sonra iştirakçılar ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evinin darvazası qarşısına gəldikdən sonra sonuncu çölə çağırılmışdır. Təqsirləndirilən şəxs evin darvazası qarşısına çıxanda həmin şəxsə evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat əldə edildiyi, buna görə də həyətyanı sahəyə baxış keçirilməli olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazının olub-olmaması soruşulmuş, sonuncu isə ərizə yazıb imzamaqla buna heç bir etirazı olmadığını demişdir. Baxış keçirilməsinə başlanılmazdan əvvəl aparılan şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həyətyanı sahədə narkotik tərkibli çətənə kolları əkib-becərdiyini səmimi şəkildə etiraf etmiş və könüllü şəkildə kolların yerini göstərə biləcəyini söyləmişdir. Bundan sonra polis əməkdaşları və aqronom evin həyətyanı sahəsinə daxil olmuşlar. Təqsirləndirilən şəxs polis əməkdaşlarını və aqronomu evin arxa tərəfinə aparıb əkib-becərdiyi çətənə bitkisinin kollarının yerini göstərmişdir. Baxış zamanı həyətyanı sahənin arxa tərəfindən, eləcə də oradakı yarımçıq tikilinin içərisindən müxtəlif hündürlüklərdə olan çətənə bitkisinin kolları aşkarlanmışdır. Həmin kollar nömrələndikdən sonra torpaqdan çıxarılmış və sayılaraq evin qarşı tərəfindəki əraziyə yığılmışdır. Sonra evin arxa tərəfinə baxış zamanı oradan əvvəllər torpaqdan çıxarılmış, qurumuş vəziyyətdə olan kollar aşkarlanıb 2 ədəd ağ rəngli sintetik kisəyə yığılaraq qablaşdırılmış və üzəri möhürlənib ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmişdir. Daha sonra evin qarşı tərəfinə keçib oraya yığılan, ümumi sayı 19 ədəd olan çətənə bitkisinin kolları göy rəngli brezentə bükülərək qablaşdırılmış və brezentin üzəri möhürlənərək ekspertiza tədqiqatına göndəriləcəyi izah olunmuşdur. Baxış zamanı həm ağ rəngli sintetik kisələrdə, həm də göy rəngli brezentdə qablaşdırılan kollar ayrı-ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş və çəkilərinin müvafiq olaraq 7,2 kiloqram və 21 kiloqram olması müəyyənləşdirilmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlayıb-saxlamadığı soruşulmuşdur. Həmin vaxt Bəhlul evin qonaq otağına daxil olub bir ədəd sellofan torbaya yığıb saxladığı, qurumaqda olan bitki yarpaqlarını şkafın içərisindən çıxarıb könüllü şəkildə polis əməkdaşlarına təhvil vermiş və həmin torbadakı kütlənin narkotik vasitə olduğunu söyləmişdir. Sellofan torba elektron tərəzi vasitəsilə çəkilərək 30 qram çəkiyə malik olması müəyyən edilmişdir. Baxışın sonunda protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş və o, baxış keçirilməsində iştirak edən digər şəxslər ilə birlikdə həmin protokolu imzalamışdır. Həmin gün saat 15:00 radələrində Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək şübhəli şəxs qismində tutulmuşdur. Təqsirləndirilən şəxs üzərində narkotik vasitə saxlaması şübhəsi olduğuna görə polis əməkdaşlarının iştirakları ilə üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Xanım İsayeva da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilərək müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman Təqsirləndirilən şəxs üzərində heç bir qeyri-qanuni əşya və ya predmet olmadığını bildirmişdir. Ardınca şübhəli şəxsin üzərində axtarış aparılsa da, Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. O, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs bir müddət əvvəl yaşadığı kəndin ərazisində olan zaman yolun kənarından kağıza bükülmüş vəziyyətdə, sayını dəqiq xatırlamadığı toxumlar tapmasını və həmin toxumları 2021-ci ilin yanvar-fevral aylarından şəxsi istifadəsi üçün əkməyə başlayıb mütəmadi olaraq qulluq göstərməsini, əvvəllər heç kimə narkotik vasitə satmamasını, heç vaxt bu niyyətdə olmamasını, narkotik tərkibli çətənə kollarını yalnız şəxsi istifadəsi üçün əkib-becərməsini və yaşadığı evdə saxlamasını dediyini bildirmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X3 və Şahid4 Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Məhkəmədə şahid qismində ifadəsi tədqiq edilmiş Şahid5 göstərmişdir ki, 04 avqust 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşları Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində və evində narkotik vasitə saxlaması şübhəsi olduğu üçün həyətyanı sahəyə və evə baxış keçirilməsi məqsədilə onu dəvət etmişlər. O, baxış keçirilməsində aqronom kimi iştirak etmişdir. Həmin gün saat 13:00 radələrində onun və Bərdə rayon polis şöbəsinin əməkdaşlarının iştirakları ilə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsinə baxış keçirilmişdir. Polis əməkdaşları ilə birlikdə Təqsirləndirilən şəxs evinin darvazası qarşısına gəldikdən sonra sonuncu çölə çağırılmışdır. Təqsirləndirilən şəxs evin darvazası qarşısına çıxanda həmin şəxsə evin həyətyanı sahəsində narkotik tərkibli bitkilər əkib-becərməsi ilə bağlı məlumat əldə edildiyi, buna görə də həyətyanı sahəyə baxış keçirilməli olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evin həyətyanı sahəsinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs ərizə yazıb imzamaqla buna heç bir etirazı olmadığını demişdir. Baxış keçirilməsinə başlanılmazdan əvvəl aparılan şifahi sorğu zamanı Təqsirləndirilən şəxs könüllü şəkildə həyətyanı sahədə narkotik tərkibli çətənə kolları əkib-becərdiyini səmimi şəkildə etiraf etmiş və kolların yerini göstərə biləcəyini söyləmişdir. Bundan sonra o, digər iştirakçılar ilə birlikdə Təqsirləndirilən şəxs evinin həyətyanı sahəsinə daxil olmuşdur. Təqsirləndirilən şəxs polis əməkdaşlarını və aqronomu evin arxa tərəfinə aparıb əkib-becərdiyi çətənə bitkisinin kollarının yerini göstərmişdir. Baxış zamanı həyətyanı sahənin arxa tərəfindən, eləcə də oradakı yarımçıq tikilinin içərisindən müxtəlif hündürlüklərdə olan çətənə bitkisinin kolları aşkarlanmışdır. Həmin kollar nömrələndikdən sonra bir-bir gövdələrindən tutmaqla torpaqdan çıxarılmış və sayılaraq evin qarşı tərəfindəki əraziyə yığılmışdır. Bundan başqa evin arxa tərəfinə baxış zamanı oradan əvvəllər torpaqdan çıxarılmış, qurumuş vəziyyətdə olan kollar aşkarlanıb 2 ədəd ağ rəngli sintetik kisəyə yığılaraq qablaşdırılmış və üzəri möhürlənib ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmişdir. Daha sonra evin qarşı tərəfinə keçib oraya yığılan, ümumi sayı 19 ədəd olan çətənə bitkisinin kolları göy rəngli brezentə bükülərək qablaşdırılmış və brezentin üzəri möhürlənərək ekspertiza tədqiqatına göndəriləcəyi izah olunmuşdur. Baxış zamanı həm ağ rəngli sintetik kisələrdə, həm də göy rəngli brezentdə qablaşdırılan kollar ayrı-ayrılıqda elektron tərəzi vasitəsilə çəkilmiş, çəkilərinin müvafiq olaraq 7,2 kiloqram və 21 kiloqram olması müəyyənləşdirilmiş, aşkar edilmiş bitki kolların narkotik tərkibə malik olub-olmaması soruşulduqda, o, həmin kolların narkotik tərkibli çətənə bitkisi olduğunu bildirmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlayıbsaxlamadığı soruşulmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs evin qonaq otağına daxil olub bir ədəd sellofan torbaya yığıb saxladığı qurumaqda olan bitki yarpaqlarını şkafın içərisindən çıxarıb könüllü şəkildə polis əməkdaşlarına təhvil vermiş, həmin torbadakı kütlənin narkotik vasitə olduğunu söyləmişdir. Sellofan torba elektron tərəzi vasitəsilə çəkilərək 30 qram çəkiyə malik olması müəyyən edilmişdir. Bununla da Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilməsi başa çatdırılmışdır. O, həmin gün Təqsirləndirilən şəxs yaşadığı evin üstüaçıq yardımçı binasına və həyətyanı sahəsinə baxış keçirilən zaman 19 ədəd narkotik tərkibli çətənə kollarını qanunsuz olaraq aqrotexniki qaydada qulluq edərək becərməsi barədə rəy vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “Baxış keçirilməsi haqqında” 04 avqust 2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Dəymədağıldı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsindən 1 ədəd polietilen bağlamada 19 ədəd yaş halda olan narkotik tərkibli çətənə kolları, 2 ədəd kisədə qurudulmuş halda olan çətənə bitkisinin hissələri, qonaq otağından isə 1 ədəd polietilen paketdə təmiz çəkisi 30,47 qram olan narkotik vasitə olan qurudulmuş marixuana götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Bərdə X8 Mərkəzinin Bitkiçilik sektorundan daxil olmuş 04 avqust 2021-ci il tarixli 137 nömrəli rəydən görünür ki, Bərdə rayon polis şöbəsinin əməkdaşları və mərkəzin bitkiçilik sektorunun baş məsləhətçisi Şahid5 tərəfindən Bərdə rayon Dəymədağıldı kəndi ərazisində yaşayan Təqsirləndirilən şəxs yaşadığı fərdi evin üstüaçıq yarımçıq binasına və həyətyanı sahəsinə baxış keçirilən zaman məlum olmuşdur ki, həmin şəxs 19 ədəd narkotik tərkibli çətənə kollarını qanunsuz olaraq aqrotexniki qaydada qulluq edərək becərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 04 avqust 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 04 avqust 2021-ci il tarixdə saat 15:07-də şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Аzərbаycаn Rеspublikаsı Ədliyyə Nаzirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Gəncə Rеgiоnаl bölməsinin məhkəmə-bioloji ekspertizasının 05 avqust 2021-ci il tаriхli 16/802 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş 1 (bir) ədəd polietilen bağlamadakı, ümumi sayı 19 (on doqquz) ədəd, ümumi təmiz çəkisi 15200 qram olan bitki nümunələri əkilibbecərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətindən aşkar olunaraq götürülmüş çətənə kollarına bənzər kollar” sözləri və imzalar olan 1 (bir) ədəd kisə bağlamadakı təmiz çəkisi 3750 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin kisə bağlamadakı 95 (doxsan beş) ədəd bitki hissələri çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşayış evinin həyətində aşkar edilərək götürülmüş qurudulmuş halda olan çətənə koluna bənzər kol” sözləri və imzalar olan 1 (bir) ədəd kisə bağlamadakı təmiz çəkisi 1300 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Həmin kisə bağlamadakı 28 (iyirmi səkkiz) ədəd bitki hissələri çətənə (kannabis) bitkisinin hissələridir. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd polietilen paketdə təmiz çəkisi 30,47 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş çətənə (kannabis) bitkiləri və marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 06 avqust 2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 15196,2 qram olan çətənə bitkisi, təmiz çəkiləri 3749,8 qram, 1299,8 qram və 30,27 qram olan qurudulmuş marixuana və baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk 10 noyabr 2021-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 03 noyabr 2021-ci il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli çətənə bitkisinin kollarını əkib-becərməklə kultivasiyası ilə məşğul olduğu, nаrkоtik vаsitəni satış məqsədilə ilə yaşadığı evdə saxladığı müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin 15 sentyabr 2021-ci il tarixli 551 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçübbiçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 10 avqust 2021-ci il tarixli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu, Dəymədağıldı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamışdır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş şəxsiyyət vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 14 may 2014-cü il və 12 fevral 2016-cı il təvəllüdlü olmaqla iki azyaşlı uşağı vardır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2021-ci il tarixli 1341 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən istifadə etmə halları olub. Nаrkоmаniya xəstəliyindən əzаb çəkmir. Nаrkоmаniya xəstəliyindən məcburi müаlicəyə еhtiyаcı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərədə tutulan cinayətlərin tərkibi vadır. Təqsirləndirilən şəxs satış məqsədilə özünə məxsus evin həyətyanı səhəsində narkotik tərkibli çətənə kollarının qanunsuz olaraq əkib-becərməklə kultivasiya etmişdir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin evindən aşkar olunub götürülmüş becərilməklə kultivasiya edilmiş narkotik tərkibli çətənə kollarının və qurudulmuş marixuananın miqdarının külli miqdardan dəfələrlə artıq olması sonuncu tərəfindən həmin narkotik vasitələrin qanunsuz olaraq satış məqsədi ilə becərməsi, kultivasiya etməsi və saxlanmasına dəlalət edir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərəkən yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun tələblərini də qeyd edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.6cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti, qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna ağır və ya xüsusi ilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməsi müəyyən edildiyindən, təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 04 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etdiyindən o, narkoloji kabinetdə profilaktiki qeydiyyatda alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 15196,2 qram olan çətənə bitkisi, təmiz çəkiləri 3749,8 qram, 1299,8 qram və 30,27 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon polis şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməldir. İş üzrə mülki iddia , xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrdən istifadə etdiyindən o, narkoloji kabinetdə profilaktiki qeydiyyatda alınsın. İş üzrə maddi sübut maddi sübutların saxlanması otağında saxlanılan, Təqsirləndirilən şəxs yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirilərkən götürülmüş, ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 15196,2 qram olan çətənə bitkisi, təmiz çəkiləri 3749,8 qram, 1299,8 qram və 30,27 qram olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon polis şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyasının işçi qrupu» tərəfindən həyata keçirilsin. İş üzrə 30,40 (otuz manat qırx qəpik) ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxsə isə hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apelyasiya şikayəti və ya protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-119/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-119/2022
02.02.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver