Məhkəmə qərarları › İş №1(100)-119/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-119/2023

24.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-119/2023 24.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1983-ci ildə Qazax şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, məhkumluğu olmayan, işsiz, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və ünvan 2əcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədilə qanunsuz olaraq Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarında, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanuna əsasən külli miqdar hesab edilən 4,817 qram təşkil edən külli miqdardarda kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini üzərində saxlamaqla daşımış, 17 may 2022-ci il tarixdə saat 23:20-də Qazax rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sonuncu yaşadığı Qazax şəhəri, Azadlıq küçəsində yerləşən 151 nömrəli fərdi yaşayış evinin qarşısında saxlanılaraq Qazax şəhəri, Heydər Əliyev prospekti 165A ünvanında yerləşən Qazax rayon Polis Şöbəsinin inzibati binasına gətirilmiş və 17 may 2022-ci il saat 23:45-dən 18 may 2022-ci il saat 00:24-dək olan vaxt ərzində üzərində şəxsi axtarış aparılan zaman əynində olan ağ-göy-qırmızı rəngli idman gödəkçəsinin sol yan cibindən 1 ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,817 qram çəkidə kustar üsulu ilə hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, təxminən 2 il müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində ünvan 5 ünvanda yerləşən evində pəncərənin qarşısında dayanıb siqaret çəkərkən yoldan keçən VAZ-2107 markalı avtomobildəki şəxs işarə edərək onu küçəyə cağırmışdır. O da küçəyə çıxmış bu zaman həmin avtomoildən düşən mülki geyimli polis əməkdaşları onu tutub rayon polis şöbəsinə aparmışlar. Orada narkotik vasitə istifadəçisi olduğunu bildiklərini deyərək üzərini axtarmışlar, lakin üzərindən qanunsuz əyşa və narkotik vasitə aşkar olunmamışdır. Bundan sonra ona fiziki və psixi təsir göstərərək üzərinə narkotik vasitə qoyaraq CM-nin 234.1-ci maddəsi ilə məsuliyyət daşıyacağını demişlər. O da məxbur olaraq qorxusundan onlarla razılaşmışdır. Sonra müdafiəçi dəvət etmişlər və video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, ondan üzərində qanun ilə daşınması qadağan olunmuş hər hansı bir əşya, narkotik vasitə, psixotrop maddə və yaxud onların prekursorları olub-olmaması soruşulmuş, əgər vardırsa təqdim etməyi ona təklif edilmişdir. Bu zaman o isə öz növbəsində əynindəki ağ, göy və qırmızı olmaqla qarışıq rəngli idman gödəkçənin sol yan cibindən polis əməkdaşları tərəfindən qoyulmuş selefon bükümü çıxarıb təqdim etmişdir. O, ona deyildiyi kimi həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu və Bakı şəhərində 40 manata aldığını bildirmişdir. Sonra isə təqdim etdiyi kütlə elektron aptek tərəzisi vasitəsilə çəkilmiş və təqdim etdiyi kütlənin selofanla birlikdə çəkisinin 5 qram olması müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılıb, üzərinə polis şöbəsinə məxsus olan möhür vurulmuşdur. İstintaq zamanı həmin psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün aldığını, həmin psixotrop maddədən heç kəsə vermədiyini və gələcəkdə də bu və ya digər formada vermək fikrim olmadığını bildirmişdir. Ona qarşı olunanlar barədə heç kimə o cümlədən müdafiəçisinə bir söz deməmişdir. Hazırda bədənində heç bir xəsarətin izləri yoxdur. ğ Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 23 radələrində ona Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması, saxlaması və satışı ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş bu barədə şöbənin rəhbərliyinə raportla mərüzrə etmişdir. Şöbənin rəhbərliyi tərəfindən Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədilə əməliyyat axtarış tədbirlərinin keçirilməsi barədə qərar qəbul edilmiş və əməliyyat qrupunun yaradılması barədə əmr verilmişdir. O, qrupun üzvləri ilə əməliyyat axtarış tədbiri keçirmişdir. Təqsirləndirilən şəxs ünvan 6 ünvanının qarşısında olduğunu görüb, ona yaxınlaşıb özlərini təqdim etmiş və sonuncunu qanunsuz olaraq narkotik vasitə əldə narkotik vasitə əldə etməsi, daşınması, saxlaması və satışı ilə məşğul olmasıyla barədə onlara məlumat daxil olduğunu deyərək, ona birlikdə Qazax RPŞ-yə getməli olduğunu izah etmişlər. Təqsirləndirilən şəxs onlara heç bir etiraz etmədən və müqavimət göstərmədən Qazax RPŞ-yə gətirilmişdir. Təqsirləndirilən şəxs RPŞ-nin baş təhqiqatçısı, polis mayoru Anar Hüseynov tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və ona hüquq vəzifələri izah olunmuşdur. Sonra Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim olunmuş və şübhəli şəxsin seçdiyi vəkil müdafiəçi kimi dəvət olunmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisinə və bütün iştirakçılara Azərbaycan Respublikası CPM-də nəzərdə tutulmuş hüquq və vəzifələri təhqiqatçı tərəfindən elan olunaraq izah edilmiş, video çəkiliş vasitəsi ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Video çəkiliş ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman ilkin olaraq baş təhqiqatçı Anar Hüseynov tərəfindən Təqsirləndirilən şəxs üzərində qanun ilə daşınması qadağan olunmuş hər hansı bir əşya, predmet və yaxud narkotik vasitə olub-olmaması soruşulmuş, əgər vardırsa könüllü olaraq təhqiqata təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs əynində olan ağ-göy rəngli idman gödəkçəsinin sol yan cibindən 1 ədəd bükümü təqdim etmiş, həmin bükümdə mematfetamin olduğunu bildirmişdir. Bükümə baxış keçirilmiş və elektron aptek tərəzisi vasitəsilə çəkilmişdir. Kağız bükümdə olan kütlənin selofan bükümlə çəkisi 4,98 qram olması müəyyən edilmişdir. Büküm qablaşdırılıb, üzərinə polis şöbəsinə məxsus olan 64 nömrəli möhür vurulmuşdur. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, ona heç bir fiziki və ya psixi təsir göstərilmədiyini və üzərinə psixotrop maddə qoyulmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X7 Şahid2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs 2 ildir ki, tanıyır. Onunla bazarda işləyərkən tanış olmuş və münasibətləri yaranmışdır. Emil həmin vaxtlar balıq satışı ilə məşğul olmuşdur. Emilin narkotik satışı ilə məşğul olduğu ona məlum olmuşdur. Emildən bir neçə dəfə narkotik və psixotrop maddə almışdır. Belə ki, ********* saylı mobil nömrəylə əlaqə saxlayaraq, Emilin yaşadığı Qazax şəhəri, Azadlıq küçəsi ev 151-də küçəsindəki evinə gedərək Emilə pul vermiş, sonra isə Emillə birlikdə Ağstafa çayının Qazax şəhərindən keçən hissəsinə gedərək həmin narkotiki şprislə damara vurmaqla istifadə etmişlər. Emildən aldığı bütün narkotikləri həmişə Emillə birlikdə istifadə etmişdir. xx.xx.2022-ci il tarixdə saat 17:56:35da onun adına olan **********42 saylı mobil nömrədən (Hədəf B/S ünvan- qeyd olunmayıb) Əntiqə Həsənovanın adına olmaqla Təqsirləndirilən şəxs istifadəsində olan **********93 saylı mobil nömrəyə (Hədəf B/S ünvan- qeyd olunmayıb) göndərilən SMS- “Qaqa men oydeyem ma bir cavab de 40 manat var gele bilesenmi yoxa yoxmu bilem qaqa yatasyam axsam korpuye gedejem ona gore derem” mətnində göndərilmiş mesaj haqqında o, bildirmişdir ki, onların aralarındakı razılaşmaya görə Emil 40 manatlıq heroini 2-ci Şıxlı kəndinə ona gətirməli imiş. Lakin Emilə axşam zəng çatmadığı üçün mesaj yazaraq ondan cavab verməsini istəmişdir. Bundan sonra isə o, həmin günün səhəri Emillə Qazax şəhərində Mərkəzi Bazarın arxasında görüşmüşdür. Orada 40 manat pulu Emilə verib və 3 «çet» heroini götürmüşdür. Həmin «çet»lərdən 1 ədədini Emillə birlikdə yenə çayın qırağında qəbul etmişdir. Ümumilikdə o, Emildən 2-3 dəfə bu formada narkotik vasitə olan heroin və psixotrop maddə olan metamfetamin almışdır. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə əldə etməsi, daşıması,saxlaması, istehlakı və satışı ilə məğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, daşıması,saxlaması, istehlakı və satışı ilə məğul olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, şübhəli şəxs X8 üzərində narkotik vasitə, psixotrop maddə varsa təqdim etməsi təklif edilmiş, Emil Hüseynov əynində olan ağ-göy rəngli idman gödəkçəsinin sol yan cibindən bir ədəd şəffad rəngli sellofan büküm çıxarıb təqdim edərək içərisindəki kütlənin psixotrop maddə olan metamfetamin olduğunu bildirmişdir. Həmin kütlə elektron tərəzi vasitəsi ilə çəkilmiş, içərisində psixotrop maddə olan metamfetaminə bənzər kütlənin kağızla birlikdə çəkisinin 4,98 qram olması müəyyən olunmuşdur. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 16/578 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş kütlə..” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd polietilen kəsiyi bükümündə təmiz çəkisi 4,817 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qazax rayon Polis Şöbəsindən 19 avqust 2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs ***-***-**-** saylı mobil telefondan istifadə etdiyi, sonuncunun psixotrop maddələrin satışı ilə məğul olduğu müəyyən olunmuş, lakin sonuncunun psixotrop maddəni satdığı şəxslərin dairəsi və həmin maddənin aldığı Baba adlı şəxsi müəyyən etmək mümkün olmamışdır. Qazax rayon Polis Şöbəsindən 19 avqust 2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, keçirilmiş tədbirlər nəticəsində Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini əldə etdiyi mənbə müəyyən etmək mümkün olmamışdır. Hal-hazırda tərəfimizdən əməliyyat-axtarış tədbirləri davam etdirilir və gələcəkdə müsbət nəticə olduğu halda sizə məlumat veriləcəkdir. Qazax rayon Polis Şöbəsindən 05 oktyabr 2022-ci il tarixli əməliyyat tapşırığına verilmiş cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat 17:56:35-da Şahid3 adına olan **********42 saylı mobil nömrədən **********93 saylı mobil nömrəyə “Qaqa men oydeyem ma bir cavab de 40 manat var gele bilesenmi yoxa yoxmu bilem qaqa yatasyam axsam korpuye gedejem ona gore derem” mətnində qısa SMS mətni göndərən şəxsin xx.xx.1989-cu il təvəllüdlü, Qazax rayon, İkinci Şıxlı kənd sakini Şahid3 olduğu, sonuncunun Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və müxtəlif vaxtlarda psixotrop maddə olan metamfetamin aldığı müəyyən edilmişdir.Həmin şəxs dindirilməsu üçün sizə təqdim olunur.Digər qısa SMS mətnlərinin kim tərərfindən göndərildiyi müəyyən etmək mümkün olmamışdır.Hal-hazırda tərəfimizdən əməliyyat-axtarış tədbirləri davam etdirilir və gələcəkdə müsbət nəticə olduğu halda sizə məlumat veriləcəkdir. «Üzləşdirmə haqqında» xx.xx.2022-ci il tarixli protokollardan görünür ki,Şahid3 ifadəsində göstərilənləri xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı bildirərək təsdiq etmişdir. Diskə baxış keçirilməsi haqqında 21 iyul 2022-ci il tarixli protokoldan görünür ki,baxış zamanı ”Bakcell” MMC-dən daxil olmuş məlumatların qeyd olunduğu 01 ədəd CD disk «HP» markalı kompüterin disk yerinə yerləşdirildi.Diski açan zaman içərisində, 1.Zəngilan_deallaşması_202207 ... 2.Zəngilan_məxusluq_tarixçəsi 202207 ... adlı faylların olduğu müəyyən ediildi1.Zəngilan_deallaşması_202207 ... adlı fayla baxış zamanı xx.xx.2022-ci il tarixdə saat 00:00:00-dan 18/052022-ci il 00:00:00-dək olan müddətdə Təqsirləndirilən şəxs adına olan **********93 saylı mobil nömrəyə edilmiş zənglərin siyahısı və həmin nömrənin anten dairəsi müəyyən edilmişdir. Anten dairəsinə baxış zamanı sonuncunun xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərdə Qazax Şəhəri anten dairəsində olduğu,həmin tarixlərdə Təqsirləndirilən şəxs bakı şəhərində olmadığı müəyyən edilmişdir.Bundan əlavə həmin nömrəylə ***-***-**-** saylı mobil nömrəylə xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022, xx.xx.2022-ci il tarixlərdə çoxsaylı telefon danışıqları aşkar edilmişdir. Diskə baxış keçirilməsi haqqında 21 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə məhkəmə qərarı əsasında keçirilmiş telefonla və digər qurğularla ötürülən məlumatların ələ keçirilməsi istintaq hərəkəti nəticəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş İnformasiya-Kommunikasiya İdarəsində əldə olunmuş məlumatların qeyd olunduğu 01 ədəd CD diskə baxış zamanı X10 ilə Təqsirləndirilən şəxs arasında göndərilən iş üçün əhəmiyyətli xx.xx.2022-ci il tarixdə saat 17:56:35-da Şahid3 adına olan **********42 saylı mobil nömrədən (Hədəf B/S ünvan- qeyd olunmayıb) Əntiqə Həsənovanın adına olmaqla Təqsirləndirilən şəxs istifadəsində olan **********93 saylı mobil nömrəyə (Hədəf B/S ünvan- qeyd olunmayıb) göndərilən SMS- Qaqa men oydeyem ma bir cavab de 40 manat var gele bilesenmi yoxa yoxmu bilem qaqa yatasyam axsam korpuye gedejem ona gore derem , xx.xx.2022-ci il tarixdə saat 02:00:46-da Nadirabdullayev Abdullayev adına olan **********52 saylı mobil nömrədən (Hədəf B/S ünvan- qeyd olunmayıb) Əntiqə Həsənovanın adına olmaqla Təqsirləndirilən şəxs istifadəsində olan **********93 saylı mobil nömrəyə (Hədəf B/S ünvan- qeyd olunmayıb) göndərilən SMS- Ayqa olerem sen canna beyaqdan yigram cavab vermisen yigiram indi seni mene bir cavab deda bu beyaqdan 15-deqa olar uje meni gozleyir maa bice kelme soz deda, xx.xx.2022-ci il tarixdə saat 03:47:53-də Elvin Qələndərovun istifadəsində olan **********54 saylı mobil nömrədən (Hədəf B/S ünvan- qeyd olunmayıb) Əntiqə Həsənovanın adına olmaqla Təqsirləndirilən şəxs istifadəsində olan **********93 saylı mobil nömrəyə (Hədəf B/S ünvan- qeyd olunmayıb) göndərilən SMS- Təzə unsilin varsa getir mətnində qısa SMS mətnləri aşkar olunmuşdur. Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli 1060 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs X3 narkoloji və psixoloji qeydiyyatda yoxdur. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 1109 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddədən istifadə edir.Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi mülicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Qazax rayonu Qazax mənzil istismar sahəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Qazax şəhəri, Azadlıq küçəsi ev 151-də həyat yoldaşı X11, övladları X12 və X15 ilə birgə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İİ № 581725 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X12 xx.xx.2009-cu il tarixdə anadan olmuşdur. AZ-İİ № 581721 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X15 xx.xx.2010-cu il tarixdə anadan olmuşdur. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, X13 həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 17 may 2022-ci ildən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışı və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. «Sübutların qiymətləndirilməsi haqqında» xx.xx.2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş “1 ədəd kağız paketdə qablaşdırmış kağız parçası bükümündə təmiz çəkisi 4.617 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin Qazax RPŞ-nin saxlanc anbarında məsul saxlanışa verilmişdir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək psixotrop maddə olan metamfetaminin ona məxsus olmadığını, satmaq niyyətinin olmadığını və heç kimə satmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını o, cümlədən özünün müdafiəçinin iştirakı ilə ibtidai istintaq zamanı şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki,təxminən 2 il müddətdir ki, psixotrop maddə olan metamfetamindən istifadə edir. xx.xx.2022-ci il tarixdə Qazax şəhəri, Bakı küçəsində xatırlamadığı yerdən keçərkən icərisində 5 qram psixotrop maddə olan metamfetami tapıb götürmüşdür. Sonra yaşadığı ünvan 7 ünvanına evə qayıtmışdır. Psixotrop maddədən bir neçə dəfə az miqdarda istifadə etmiş və yerdə qalan metamfetamini isə üzərində saxlamışdır. xx.xx.2022-ci il tarixdə saat 23 radələri olardı ki, ünvan 5 ünvanının qarşısına hava almaq üçün çıxmışdır. Həmin vaxt psixotrop maddə olan metamfetamin onun üzərində olmuşdur. Bu vaxt 2 nəfər mülki geyimdə olan şəxslər ona yaxınlaşaraq özlərini təqdim edib, Qazax RPŞ-nin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq psixotrop maddələrin əldə edilməsi, daşınması, saxlanması və istehlakı ilə məşğul olması barədə məlumatları olduğunu, bununla əlaqədar onun Qazax RPŞ-nə aparılmalı olduqlarını bildirmişlər. O, polis əməkdaşlarına heç bir etiraz etmədən və müqavimət göstərmədən rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə çatdıqdan sonra RPŞ-nin inzibati binasının birinci mərtəbəsində yerləşən təhqiqatçıların iş otaqlarından birinə daxil olmuş, təhqiqatçı tərəfindən onun Azərbaycan Respublikası CMnin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətdiyinə görə şübhəli şəxs qismində tutulması elan edilərək ona müdafiəçilərin siyahısı təqdim olunmuş, o, siyahıdan X2 və həmin müdafiəçi ilə təmin edilmişdir. Daha sonra video çəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilmiş, ondan üzərində qanun ilə daşınması qadağan olunmuş hər hansı bir əşya, narkotik vasitə, psixotrop maddə və yaxud onların prekursorları olub-olmaması soruşulmuş, əgər vardırsa təqdim etməyi ona təklif edilmişdir. Bu zaman o isə öz növbəsində əynindəki ağ, göy və qırmızı olmaqla qarışıq rəngli idman gödəkçənin sol yan cibindən çıxarıb selefon bükümü təqdim etmişdir. O, həmin bükümdə psixotrop maddə olan metamfetamin olduğunu və Bakı şəhərində 40 manata aldığını bildirmişdir. Sonra isə təqdim etdiyi kütlə elektron aptek tərəzisi vasitəsilə çəkilmiş və təqdim etdiyi kütlənin selofanla birlikdə çəkisinin 5 qram olması müəyyən edilmişdir. Həmin kütlə qablaşdırılıb, üzərinə polis şöbəsinə məxsus olan 64 nömrəli möhür vurulmuşdur. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmiş və başqa heç nə aşkar edilməmişdir. O, təqdim etdiyi şəfaf rəngli sellofanın içərsindəki ağ rəngli kristal formalı kütlənin psixotrop maddə olan metamfetamin olduğunu, həmin psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün aldığını, həmin psixotrop maddədən heç kəsə vermədiyini və gələcəkdə də bu və ya digər formada vermək fikri olmadığını bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3-cü maddəsi ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X5 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən metamfetamin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut kimi tanınaraq Qazax Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4.617 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyasının Daimi X14 Qrupu tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı şübhə edilən şəxs qismində tutulduğu, 17 may 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Qazax Rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq qalmış 4.617 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyasının Daimi X14 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar