Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-119/2024 11.09.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədov Abdulla Elşad oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, X3, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Rafayıl qızı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci il tarixdə Ağdam rayonu, Sarıhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, Ağdam rayonu, Sarıhacılı kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu, 866 saylı qəsəbə bina 7, mənzil 37-də yaşayan, barəsində “polisin nəzarəti altına” qətimkan tədbiri seçilən, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 24 fevral 2023-cü il tarixdə saat 19:30 radələrində Bərdə rayonu 866 saylı qəsəbədə 1 nömrəli binanın 4-cü blokunun 1-ci və 2-ci mərtəbələrinin orta hissəsində keçmiş arvadı Zərərçəkmiş şəxs Rafayıl qızının uşaqlarını ona göstərməməsi və onun ünvanına nalayiq ifadə işlətməsi səbəbindən aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı özü ilə gətirdiyi soyuq silah hesab edilməyən, zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik olan məişət təyinatlı mətbəx bıçağı ilə Zərərçəkmiş şəxs döş qəfəsinin sol arxa səthinə, hər iki süd vəzinə, sağ bazu, sol budu və sol baldırına zərbələr endirib Zərərçəkmiş şəxs sağ və sol döş vəzi, sol bud nahiyələrinin deşilmiş-kəsilmiş, sağ bazu, sol baldır, nahiyələrinin kəsilmiş yaraları ilə nəticələnən sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan yüngül, sol tərəfli hemopnevmotoraksla müşayət olunan döş qəfəsinin sol arxa səthinin plevra boşluğuna keçən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən dərəcəsinə görə sonuncunun həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-in 126.1-ci maddəsi ilə elan olunan ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2014-cü ildə Zərərçəkmiş şəxs Rafayıl qızı ilə ailə həyatı qurmuş və həmin evlilikdən 2 övladı olmuşdur. Onlr Bərdə rayonu Yeni qəsəbədə yaşamışlar. 2022-ci ildə onların münasibətləri pozulmuş və ayrılmışlar.Ayrıldıqdan sonra Arzu öz atası evinə getmişdir. Arzu ayrılandan sonra Bərdə şəhərində “Firuz” adlı şəxsə məxsus geyim mağazasında satıcı kimi işləmişdir. Onlar ayrılsalar da o, uşaqlarına görə barışmaq istəmişdir. O, Arzu ilə barışırmış, Arzu bir neçə dəfə onların evə gəlib-getmişdir. Onlar arada uşaqları parka gəzməyə də aparmışdır. 24 fevral 2023-cü ildə Arzu ona zəng vurmuş vəuşaqlara paltar almaq üçün ondan pul istəmişdir.”. O, da nə qədər pul lazım olduğunu soruşmuş, Arzu da 100 manat lazım olduğunu bildirmişdir. O, evdən çıxmış və Bərdə şəhərinə Arzunun iş yerinin qarşısına gəlmiş, Arzu ilə görüşüb birlikdə qəsəbəyə gəlmişlər. Arzu mağazaya getmişdir. O, da qardaşı Anarın qəssəbxanasına getmişdir. Orda bıçaqlarının ağzının kütləşməsin görüb 2 ədəd bıçağı köhnə sumkaya qoymuş və evdə olan aparatlar ağzın itiləşdirmək üçün aparmışdır. Arzu yaşadığı binanın qarşısından keçəndə yenidən onunla rastlaşmışlar. O, Arzuya uşaqları görmək istəyirəm, darıxmışam demiş ,Arzu isə cavabında yox olmaz, sonra gəlib görərsən demişdir. O,Arzu ilə birlikdə bloka girmiş, inadla uşaqları görmək istədiyini demişdir. Həmin vaxt aralarında sözlü mübahisə olmuşdur. O, Arzunun bəzəkli, makyajlı olduğunu görüb ona bu barədə iradını bildirmiş və Arzu isə ona ayrılmışıq sənə aidiyyəti yoxdur deyə cavb vermişdir. Pilləkanları qalxanda Arzu ona vopşe səni uşaqlarla görüşdürmürəm sən yaxşı kişi olsaydın arvadın, uşağın yanında olardın demişdir. O, da Arzuya danışığına “sözlərinə sərhəd qoy, məni təhqir eləmə” demişdir. Arzu ona tərəf çönmüş və “rədd ol çıx get, uşağı sənə vermirəm” ardınca isə ona nalayiq ifadə işlətmişdir . O, Arzunun əlindən tutmaq istəyəndə sonuncu çönüb ona şillə vurmuşdur. O, da bundan sonra əsəbləşib özü ilə götürdüyü bıçağın birini çıxarmış, Arzu həmin vaxt onun əlində bıçağı görüb yuxarıdan təpiklə əlinə vurmaq istəmiş, o, da əlində olan bıçağı sağa və sola doğru hərləmişdir.Həmin vaxt bıçaqın Arzuya dəydiyini hiss etmiş və Arzu müvazinətini itirib arxaya doğru gələndə də əlindəki bıçaq ona dəymişdir. Sonra Arzu yerə oturmuş və o, əlindəki bıçağı atıb ona köməklik edib yerdən qaldırmaq istəmişdir. Etdiyi əməldən peşman olmuşdur. Onun məqsədi Arzunu sadəcə bıçaqla vurub xəsarət yetirib cəzalandırmaq istəmişdir.Hadisədən sonra o, polis şöbəsinə gəlmiş, könüllü olaraq təslim olmuşdur. Hazırda zərərçəkmiş şəxslə barışmış,zərəçəkmişə dəymiş ziyan onun tərəfindən tamamilə ödənmişdir.Məhəkəmədən ona həbslə bağlı olmayan cəza təyin olunmasını xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs Rafayıl qızı ifadəsində göstərmişdir ki, Məhəmməd onun iş yerinə gəlmiş və barışmaq təklif etmiş o da barışmaq istəmədiyini demişdir. Hadisə onun Məhəmmədlə barışmamağının üstündə olmuşdur. O,İşdən çıxanda Məhəmməd də onunla evə gəlmiş uşaqları görmək istədiyini bildirmişdir.O əvvəl razılıq vermiş sonra isə fikrindən daşınmışdır.Bu səbəbdən Məhəmməd onu bıçaqla vurumuş və xəsərət yetirmişdir. Birinci bıçaqdan sonra Məhəmmədin ona neçə bıçaq zərbəsi vurduğunu xatırlamır.Sonradan ona məlum olmuşdur ki,Məhəmməd ona ümumilikdə 5-6 bıçaq zərbəsi vurmuşdur. Hal-hazırda təqsirləndirilən şəxslə barışmışdır,ona dəyən ziyan Məhəmməd tərəfindən tam şəkildə ödənmişdir,ona qarşı heç bir iddiası ,şikayəti və tələbi yoxdur,təqsirləndirilən şəxsin tutulmasını istəmir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Arzı onun qonşudur. Səs küy gəldiyindən bloka çıxmış, ikinci mərtəbəyə qalxmış və qızın yerə yıxıldığını görmüş, ona köməklik edib Bərdə Diaqnostika mərkəzinə aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş X5 ifadəsində göstərmişdir ki, 24-ü axşam 19:30 radələrində o evdə uşaqlarla olmuşdur.Hadisə onların yaşadıqları evin 2-ci mərtəbəsində olmuşdur.O,səsə çıxmış və Arzunun aşağıda söykənmiş vəziyyətdə olduğunu görmüşdür.Həmin vaxt Arzudan qan axdığını görmüş və gedib anasıgilə xəbər vermişdir.Məhəmmədi orada görməmişdir. Sonradan Məhəmmədlə qızın arasında mübahisə olduğunu, sözləri düz gəlmədiyini və ehtiyatsızlıqdan bu hadisənin baş verdiyini eşitmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 27 fevral 2023-ci il tarixli 4(021)-46/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay 27 (iyimi yeddi) gün müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 iyun 2023cü ili “təqsirləndirlən şəxsin barəsində qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddəti bitdiyi üçün barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs ifadəsinin yerində yoxlanılması haqqında 27 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində verdiyi 27 fevral 2023-cü il tarixli ifadəsində göstərdiyi xüsusatlar özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib edilməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs Rafayıl qızının barəsində təyin edilmiş məhkəmə-tibbi ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X2” X6 Bərdə rayon ekspertiza şöbəsinin 20 aprel 2023-cü il tarixli 240 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs Rafayıl qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sol tərəfli hemopnevmotoraksla müşayət olunan döş qəfəsinin sol arxa səthinin plevra boşluğuna keçən deşilmiş-kəsilmiş yarası, sağ və sol döş vəzi, sol bud nahiyələrinin deşilmiş-kəsilmiş yaraları, sağ bazu, sol baldır nahiyələrinin kəsilmiş yaraları kəsici kənara və iti uca malik olan alətin (alətlərin) təsirindən törənmişdir, ekspertizaya təqdim olunan bıçaqla və ya bu kimi eyni konstruktiv xüsusiyyətlərə malik bıçaqla törənə bilərlər, törənmə müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir. - Dərəcəsinə görə; a) soltərəfli hemopnevmotoraksla müşayət olunan döş qəfəsinin sol arxa səthinin plevara boşluğuna keçən deşilmiş-kəsilmiş yaras həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddir; b) sağ və sol döş vəzi, sol bud nahiyələrinin, deşilmiş-kəsilmiş yaraları, sağ bazu, sol baldır nahiyələrinin kəsilmiş yaraları sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibbi-kriminalistik ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibbi Ekspertiza və X2” X6 26 may 2023-cü il tarixli 184-MTKŞ/2023 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, Maddi sübutların Kompleks (məhkəmə-tibbi kriminalistik və məhkəmə-kriminalistik) tədqiqinə və qərarın təsviri hissəsində olan məlumatlarlara əsasən aşağıdakı nəticəyə gəlirik:
1. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxus paltonun ön səthində solda bir ədəd, arxa səthində solda bir ədəd, paltonun sağ qolun ön səthində bir ədəd, uzunqol koftanın ön səthində bir qədər ortada bir ədəd, ön səthində solda bir ədəd, arxa səthində solda bir ədəd, sağ qolun ön səthində bir ədəd və şalvarın ön səthində solda iki ədəd deşilmiş-kəsilmiş zədələr aşkar olundu. Bu zədələr kafi itilikdə olan ülgücü, iti ucu və küpü olan yastı tiyə tipli deşici-kəsici alətin (alətlərin) təsirindən əmələ gələ bilərdi və bu zədələrin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya eyni xüsusiyyətə malik digər bıçağı (bıçaqları) ilə törənməyə inkar olunmur.
2. Zərərçəkmiş şəxs məxsus paltarın üzərində aşkar edilmiş deşilmiş-kəsilmiş zədələrin onun bədənində olan eyni xarakterli xəsarətlərlə yerləşmələrinə görə nisbi olaraq uyğun gəlirlər.
3. Ekspertizaya təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı mətbəxt bıçağıdır və soyuq silah hesab olunmur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əşyaya baxış keçirilməsi və götürülməsi haqqında 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi hadisə vaxtı istifadə etdiyi bıçaq 1 ədəd qatlamayan bıçaqdır. Bıçaq tiyə və dəstək hissədən ibarət olmaqla ümumi uzunluğu 315 mm-dir. Bıçağın tiyəsi metal materialdandır, bir tərəfi küt,digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Tiyənin uzunluğu 195 mmdir. Dəstəyin üzərinə metal sıxıcı vasitəsi ilə sarımtılqəhvəyi rəngli taxta materialı bərkidilmişdir, üzərində 03 ədəd dəmir nöqtələr vardır. Dəstəyin uzunluğu 120 mmdir. Bıçağın tiyəsinin üzərində qurumuş qanabənzər ləkələr vardır. Qeyd edilən 1 ədəd bıçaq iş üzrə xüsusi əhəmiyyət kəsb etdiyindən 1 ədəd kağız zərfdə qablaşıdırlmış və 94 nömrəli möhürlə möhürlənməklə götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “hadisə yerinə baxış keçirilməsi haqqında” 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs keçmiş həyat yoldaşı Zərərçəkmiş şəxs bıçaqla xəsarət yetirdiyi hadisə yeri Bərdə rayonunda yerləşən 866 saylı qəsəbə, bina 1, 4-cü blokun 1-ci və 2-ci mərtəbəyə qalxan zaman orta hissədir. Hadisə yerindən sübut əhəmiyyəti kəsb edə biləcək heç bir əşya, predmet, sənəd və sair götürülməmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əşyaya baxış keçirilməsi və götürülmüş əşyaya baxış keçirilməsi haqqında 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olan 1 ədəd palto, 1 ədəd uzunqol kofta və 1 ədəd şalvar “Bərdə Müalicə-Diaqnostika Mərkəzi” X7 təqdim edilmiş və həmin geyim əşyaları müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. Baxış zamanı paltonun ön səthində solda bir ədəd, arxa səthində solda bir ədəd, paltonun sağ qolun ön səthində bir ədəd, uzunqol koftanın ön səthində bir qədər ortada bir ədəd, ön səthində solda bir ədəd, arxa səthində solda bir ədəd, sağ qolun ön səthində bir ədəd və şalvarın ön səthində solda iki ədəd deşilmiş-kəsilmiş zədələr və qeyri-müəyyən formalı qanabənzər ləkələr aşkar edilmişdir. İstintaq hərəkətinin fotoşəkilləri fotocədvəl tərtib olunaraq protokola əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə rayon MKİS daxil olmuş 03 iyun 2023-cü il tarixli 740 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Bərdə rayonu, 866 saylı yerlik məcburi köçkün qəsəbəsi, bina 7, mənzil 37-də müvəqqəti məskunlaşaraq yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışdan görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 iyun 2023cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Zərərçəkmiş şəxs məxsus 01 ədəd palto, 1 ədəd uzunqol kofta və 1 ədəd şalvar, Təqsirləndirilən şəxs hadisə vaxtı istifadə etdiyi soyuq silah hesab olunmayan, zavod üsulu ilə hazırlanmış, deşici-kəsici xassəyə malik, məişət təyinatlı 1 ədəd mətbəxt bıçağı maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Zərərçəkmiş şəxs Rafayıl qızı məhkəməyə verdiyi ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tam şakildə ödəmiş, onunla barışmış və ona qarşı heç bir şikayəti, iddiası və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş könüllü gəlmə barədə 24 fevral 2023-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 24 fevral 2023-ci il tarixdə Bərdə RPŞ-nə könüllü gələrək özünü təqdim etmiş və 24 fevral 2023-ci il tarixdə aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs Rafayıl qızının bıçaqla vuraraq xəsarət yetirdiyini bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 25 fevral 2023-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 fevral 2023-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Beləliklə, məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəyini, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikasının CPM-nin 124-136-cı maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları CPM-nin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs həmin maddə ilə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Hazırki iş üzrə ittiham aktının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qəbul edilmişdir. Məhkəmə, Təqsirləndirilən şəxs könüllü gəlib təqsirilini böynünü alması Azərbaycan Respublikasının CM-nin 59.1.10-cu maddəsinə əsasən, himayəsində iki azyaşlı uşağının olmasını Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən, zərərçəkmiş şəxslə barışıq əldə etməsini və cinayət nəticəsində ona dəymiş ziyanın könüllü olaraq tam ödəməsini Azərbaycan Respublikasının CM-nin 59.1.12-ci və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirilən hal kimi qeyd edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, könüllü gəlib təqsirilini böynünü alması, cinayət nəticəsində dəymiş maddi ziyanı ödəməsini, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ona qarşı hər hansı bir iddiasının, şikayətinin və tələbinin olmaması, habelə yaşayış yerindən müsbət xarakterizə olunmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzanı ağırlaşdıran hal yoxdur. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs cinayəti, cinayət nəticəsində dəymiş maddi ziyanı ödəmiş, zərərçəkmiş şəxslə barışaraq onunla razılıq əldə etmiş və cinayət hadisəsini t.rətdikdən soqnra könüllü olaraq gəlib təqsirilini böynuna almışdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən bu Məcəllənin 59.1.4, 59.1.8, 59.1.10, 59.1.12, 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz,başqa sozlə Təqsirləndirilən şəxs cəza təyin olunarkən CM-nin 60-cı maddəsi tətbiq edilməklə təyin ediləcək cəzanın müddəti və ya həcmi onun təqsirli bilindiyi CM-nin 126.1-ci maddəsinin sanksiyasının yuxarı həddinin 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, habelə yaşayış yerindən müsbət xarakterizə olunmasını, zərərçəkmiş şəxslə mövcud olan münasibətlərini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 27 fevral 2023-cü ildən 21 iyun 2023-cü il tarixdədək tutulduğu 03 (üç) ay 27 (iyimi yeddi gün) müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, qəti cəza təyin edilməldir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Təqsirləndirilən şəxsqnun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə zalından həbsə alınmladır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 11 sentyabr 2024-cü il tarixdən hesablanmaldır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut kimi tanınmış Bərdə RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd palto, 1 ədəd uzun qol kofta və 1 ədəd şalvar ona qaytarılmalı, imtina etdikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Bir ədəd bıçaq məhv edilməldir. İş üzrə ekspertiza xərci, mülki iddia və xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə
H Ö K M E T D İ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona CM-nin 126.1ci maddələri ilə 03 (üç) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs 24 fevral 2023-cü ildən 21 iyun 2023-cü il tarixdədək tutulduğu 03 (üç) ay 27 (iyimi yeddi gün) müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 03 (üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasini ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 11 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut Bərdə RPŞ-də saxlanılan Zərərçəkmiş şəxs məxsus 01 ədəd palto, 1 ədəd uzun qol kofta və 1 ədəd şalvar sahibinə qaytarılsın, imtina edildikdə hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Bir ədəd bıçaq məhv edilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.