Məhkəmə qərarları › İş №1(100)-119/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-119/2025

19.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-119/2025 19.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu, Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X40, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X6 Müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, tərçüməçi X38, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Qazaxıstan Respublikası, Tselinoqrad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, ali təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Şəmkir şəhəri, İ.Məmmədov küçəsi ev 59-da qeydiyyatda olan və ünvan 1 ünvanında yaşayan, barəsində Gəncə Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Gəncə şəhəri 2 saylı istintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 27 iyul 2015-ci il saat 13:55-də idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan 0** BB *** dövlət nömrə nişanlı, “CHEVROLET KL1J CRUZE” markalı avtomobili ilə “Ural” M5 avtomobil yolunun Başqırdıstan Respublikası İqlino rayonu ərazisində 1520-ci kilometrində Çelyabinsk şəhəri tərəfdən Ufa şəhəri istiqamətində gündüz vaxtı kifayət qədər görmə şəraitində 6,9 metr enində quru asfalt yolda hərəkətdə olarkən Rusiya Federasiyasının Yol Hərəkəti qaydalarının 11.1 və 11.2-ci bəndlərinin tələblərini pozaraq iki və ya üç zolaqlı yollarda əks istiqamətlərdə nəqliyyat axınlarını ayıran yolun hərəkət hissəsinin kənarını ilə ötməyə başlamazdan əvvəl çıxacağı zolağın ötmə üçün kifayət qədər məsafədə boş olmasına əmin olmalı, ötmə prosesində nəqliyyatın hərəkətinə təhlükə yaratmamalı və digər yola mane olmamalı, ötmə üçün kifayət qədər məsafədə qarşıdan gələn hərəkət zolağında heç bir nəqliyyat vasitəsinin olmadığına əmin olmalı və bununla da hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunlara əməl etməyib yol hərəkəti qaydalarını pozaraq idarə etdiyi avtomobillə eyni istiqamətdə hərəkətdə olan X20 idarə etdiyi N 0028 14 qeydiyyat nişanlı “Sehvvarzmueller” yarımqoşqu ilə hərəkət edən 10 BXA 14 qeydiyyat nişanlı “Daimlerchraysler” markalı yük avtomobilini və X21 idarə etdiyi AX 9264 region 63 qeydiyyat nişanlı “Krone SD” yarımqoşqu ilə hərəkət edən “MAN TOX 18.400 4x2 BLS” markalı avtomobili ötmə manevrini yerinə yetirməyə davam etmiş, X15 idarə etdiyi BS 5020 dövlət nömrə nişanlı “Sehmitz SKO-24” markalı yarımqoşqu ilə hərəkət edən E 588 OX region 190 dövlət nömrə nişanlı “MAN TGA 18.460” markalı yük avtomobilinin hərəkət etdiyi qarşıdan gələn zolağa çıxaraq sonuncunun hərəkət etməsi üçün təhlükə yaratmaqla onun təcili əyləcə basmasına məcbur etmiş, bunun nəticəsində “Sehmitz SKO-24” markalı yarımqoşqu ilə qarşıdan gələn zolaqda hərəkət edən E 588 OX region 190 dövlət nömrə nişanlı “MAN TGA 18.460” markalı avtomobil yolun hərəkət hissəsinin sağ kənarına 3,0 metr və “1519 km” nişanlı kilometr dirəyə 634,3 metr məsafədə öz hərəkət zolağına qayıdan Təqsirləndirilən şəxs idarə etdiyi 0** BB *** dövlət nömrə nişanlı “CHEVROLET KL1J CRUZE” markalı avtomobili ilə toqquşmuş, bundan sonra yolun hərəkət hissəsinin sağ kənarına 2,5 metr aralıda və “1519 km” nişanlı kilometr dirəyə 634,3 metr məsafədə BS 5020 dövlət nömrə nişanlı “Schmitz SKO-24” markalı yarımqoşqu ilə hərəkət edən E 588 OX region 190 dövlət nömrə nişanlı “MAN TGA 18.460” markalı avtomobillə, daha sonra yolun hərəkət hissəsinin sağ kənarına 1,2 metr məsafədə və "1519 km" kilometr dirəyinə qədər 689,9 metr məsafədə qarşıdan gələn və AX 9264 region 63 qeydiyyat nişanlı “Krone SD” yarımqoşqu ilə hərəkət edən “MAN TOX 18.400 4x2 BLS” markalı avtomobillə və qarşıdan gələn “Daimlerchryysler” markalı N 0028 14 dövlət nömrə nişanlı yük maşını traktoru “Sehvvarzmueller” markalı 10 BXA 14 dövlət nömrə nişanlı yarımqoşqu ilə toqquşması nəticəsində baş vermiş yol nəqliyyat hadisəsi zamanı ehtiyatsızlıqdan A 056 BB region 196 dövlət nömrə nişanlı “CHEVROLET KL1J CRUZE” markalı avtomobildə olan sərnişinlər, xx.xx.2014-cü ildə anadan olmuş X7 açıq kəllə- beyin travması, baş beynin travmatik dağılması, sol əmgək sümüyünün kəllə tağı və kəllə əsası sümüklərinə keçməklə açıq torşəkilli sınığı, baş beynin kök hissəsi maddəsinin əzilməsi, baş beynin bərk maddəsinin çoxsaylı parçalanması, başın yumşaq toxumalarına çoxsaylı qansızmalar, başın əzilmiş yaraları, döş və qarın boşluğu orqanlarının qapalı travması, hər iki ağ ciyərin çoxsaylı qansızmaları, divararası toxumasına qansızma, qara ciyərin oraq şəkilli birləşmələrinə qansızma, giriş nahiyəsində qansızmalar, bədəndə və ətraflarda çoxsaylı sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirməklə Leyli İbrahimovanın baş beynin çoxsaylı zədələri xəsarətlərindən ölümünə, xx.xx.2008-ci ildə anadan olmuş X2 kəllə-beyin travması, baş beynin sağ və sol yarımkürələrinin yumşaq qişası altına qansızmalar (travmatik subaraxnoidal qansızmalar), baş beyin mədəciklərinə qansızmalar (travmatik mədəcikdaxili qansızmalar), sol əmgək sümüyünün kəllə tağı və kəllə əsası sümüklərinə keçməklə açıq xətti sınığı, başın yumşaq toxumalarına çoxsaylı qansızmalar, başın əzilmiş yaraları, döş və qarın boşluğu orqanlarının qapalı travması, sağdan 4, 5-ci qabırğaların sınığı, hər iki ağ ciyərin toxumasına çoxsaylı qansızmalar, divararası toxumasına qansızma, qara ciyərin oraq şəkilli birləşmələrinə qansızma, dalağın giriş nahiyəsində qansızmaları, qapalı spinal travma, 2-ci boyun fəqərəsinin dişli şaxəsinin sınığı, onurğa beyninin basılması, sağ bud sümüyünün orta üçdə birinin qansızma ilə qapalı çoxqəlpəli sınığı, bədəndə və ətraflarda çoxsaylı sıyrıqları xəsarətləri ilə nəticələnən həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirməklə Anastasiya İbrahimovanın baş beynin çoxsaylı zədələri xəsarətlərindən ölümünə, BS 5020 dövlət nömrə nişanlı “Sehmitz SKO-24” markalı yarımqoşqu ilə hərəkət edən E 588 OX region 190 dövlət nömrə nişanlı “MAN TGA 18.460” markalı avtomobildə olan sərnişini 13 dekabr 1974-cü ildə anadan olmuş X5palı kəllə-beyin travması, baş beynin sağ və sol yarımkürələrinin yumşaq qişası altına qansızmalar (travmatik subaraxnoidal qansızmalar), baş beyin mədəciklərinə qansızmalar (travmatik mədəcikdaxili qansızmalar), sol əmgək sümüyünün kəllə tağı və kəllə əsası sümüklərinə keçməklə açıq xətti sınığı, başın yumşaq toxumalarına çoxsaylı qansızmalar, başın əzilmiş yaraları, döş və qarın boşluğu orqanlarının qapalı travması, sağdan 11-ci qabırğanın sınığı, hər iki ağ ciyərin toxumasına çoxsaylı qansızmalar, divararası toxumasına qansızma, qara ciyərin oraq şəkilli birləşmələrinə qansızma, dalağın giriş nahiyəsində qansızmaları, qapalı spinal travma, 2-ci boyun fəqərəsinin dişli şaxəsinin sınığı, onurğa beyninin basılması, sağ ayağın 3,4-cü falanqa sümüklərinin sınığı, sağ bud sümüyünün orta üçdə birinin qansızma ilə qapalı çoxqəlpəli sınığı, bədəndə və ətraflarda çoxsaylı sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirməklə Natalya Paxomovanın skelet sümüklərinin çoxsaylı sınıqları, baş və onurğa beynin çoxsaylı zədələri xəsarətlərindən ölümünə, BS 5020 dövlət nömrə nişanlı “Sechmitz SKO-24” markalı yarımqoşqu ilə hərəkət edən E 588 OX region 190 dövlət nömrə nişanlı “MAN TGA 18.460” markalı avtomobilin sürücüsü, xx.xx.1963-cü ildə anadan olmuş X9palı kəllə-beyin travması, baş beynin sağ və sol yarımkürələrinin yumşaq qişası altına qansızmalar (travmatik subaraxnoidal qansızmalar), baş beyin mədəciklərinə qansızmalar (travmatik mədəcikdaxili qansızmalar), sol əmgək sümüyünün kəllə tağı və kəllə əsası sümüklərinə keçməklə açıq xətti sınığı, başın yumşaq toxumalarına çoxsaylı qansızmalar, başın əzilmiş yaraları, döş və qarın boşluğu orqanlarının qapalı travması sol tərəfdən 2, 3, 4, 5, 6-cı qabırğanın sınığı, hər iki ağ ciyərin toxumasına çoxsaylı qansızmalar, divararası toxumasına qansızma, qara ciyərin oraq şəkilli birləşmələrinə qansızma, dalağın giriş nahiyəsində qansızmaları, qapalı spinal travma, 2-ci boyun fəqərəsinin dişli şaxəsinin sınığı, onurğa beyninin basılması, sağ ayağın 3,4-cü falanqa sümüklərinin sınığı, sağ bud sümüyünün orta üçdə birinin qansızma ilə qapalı çoxqəlpəli sınığı, bədəndə və ətraflarda çoxsaylı sıyrıqları ilə nəticələnən həyat üçün təhlükəli olan ağır zərər vuran xəsarətlər yetirməklə Aleksandr Ermakovun skelet sümüklərinin çoxsaylı sınıqları, baş və onurğa beynin çoxsaylı zədələri xəsarətlərindən ölümünə, CHEVROLET KL1J CRUZE” markalı avtomobildə olan sərnişin, xx.xx.1996-cı ildə anadan olmuş Donskova (Mişarina) Yuliya Serqeyevnanın qapalı kəllə-beyin travması, baş beynin əzilməsi, kəllə qübbəsi və əsası sümüklərinin sınması (soldan pazşəkilli sümüyün böyük qanadının sınması, sınıq səthinin sol ənsə sümüyünə keçməsi), sınma nahiyəsində subdural hematoma formalaşmaqla, sol paraorbitall nahiyədə hematoma, soldan alıngicgah nahiyəsində yumşaq toxumalarda qansızmaları, üzün yumşaq toxumalarının şişməsi, baş sıyrıqları, bədən sıyrıqları, yumşaq toxumaların şişi, əl-ayağın sıyrıqları ilə nəticələnən sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 263.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, hadisə 2015-ci il 7 iyulda ailəsi ilə birlikdə Rusiya Federasiyasının Yekatrinaburg şəhərindən Krosnadar şəhərinə gedərkən baş vermişdir. Hava aydın olmuş, maşını isə işlək və yaxşı vəziyyətdə olmuşdur. O, qarşısındakı maşına ötmə əməliyyatı edərkən “tır” markalı avtomobil onun yoluna çıxmış və onu vurmuşdur. O, komaya düşmüş və xəstəxanada oyanmışdır. O, komadan ayıldıqdan sonra 2 övladının və onunla toqquşan “tır” markalı avtomobilin sürücüsü ilə yanında olan həyat yoldaşının vəfat etdiyini bilmişdir. O, özünü bu hadisə ilə əlaqədar olaraq təqsirli bilmir. Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X34 ifadəsində göstərmişdir ki, “27 iyul 2015-ci ildə saat 07:00 radələrində o, ailəsi ilə birlikdə Yekaterinburq şəhərindən Krasnodar şəhərinə atası evinə getmək üçün əri Təqsirləndirilən şəxs adına rəsmiləşdirilmiş A 0** BB *** RUS dövlət nömrə nişanlı qara rəngli “Şevrole Kruz” markalı avtomobildə yola düşmüşlər. Avtomobili əri Camal idarə etmiş, o, ön sərnişin oturacağında, arxa sərmişin oturacağında isə qızları xx.xx.2008-ci ildə İbrahimova Anastasiya ilə, xx.xx.2014-cü ildə anadan olmuş İbrahimova Leyla uşaq kreslosunda sol tərəfdə, arxa sərnişin oturacağında sağ tərəfdə isə Yekaterinburq şəhəri, Beloyarsk küçəsi, 27 saylı evdə dördüncü mərtəbədə yaşayan qonşusu X35 oturmuşdur. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, hərəkət etdikləri yolda heç bir xarab olma baş verməmişdir. Avtomobil hərəkətdə olduğu vaxtda hamı təhlükəsizlik kəməri bağlamışdır. xx.xx.2015-ci ildə saat 13:20 radələrində onlar “Ural” M5 avtomobil yolu ilə Başqırdıstan Respublikasının ərazisində Ufa şəhəri istiqamətində hərəkət etmişlər. Hava günəşli, isti olmuş, yağış yağmamışdır. Yol örtüyünə asfalt vurulmuş, quru, zədəsiz olmuşdur. Trasda intensiv hərəkət müşahidə olunmuşdur. Hansı sürətlə hərəkət etdiyimizi deyə bilmir, çünki fikir verməmişdir. Avtomobili başqa maşınlarla toqquşması barədə də dəqiq heç nə deyə bilmir, çünki fikri arxa oturacaqda oturmuş uşaqların yanında olmuş, buna görə də yola fikir verməmişdir. O, üzü uşaqlara olduğu vaxt qəfildən güclü zərbə hiss etmişdir. Avtomobil dayandıqdan sonra o, bir az özümə gəlmiş, maşının salonundan çıxmış və onların maşınının yoldan kənarda sağ tərəfdə durduğunu görmüşdür. Avtomobilin yanında yerdə Yuliya huşu özündə uzanmış, görünən bədən xəsarəti olmamışdır. Leyli maşının salonunda, uşaq kreslosunda olmuş, həyat əlamətləri hiss olunmamışdır. Cəmaləddin salonda sürücü oturacağında qalmış, amma huşunu itirmişdir. Avtomobil tüstülədiyinə görə o, salona daxil olub mühərriki söndürmüşdür. Sonra adamlar qaçıb gəlməyə başlamışlar, onlar Cəmaləddini maşından çıxarıb yaxınlıqda yerə uzatmışlar. Sonra o, Anastasiyanı axtarmağa başlamış və avtomobilin kuzovunun altında tapmışdır. Yaxındakı adamlar maşını azca qaldırmış və Anastasiyanı maşının altından çıxarmışlar, bu zaman Anastasiyada həyat əlamətləri olmamışdır. Sonra təcili yardım maşını gəlmiş və əməkdaşlar Yuliyanı və Cəmaləddini maşına qoyub xəstəxanaya aparmışlar. Sonra o, avtomobil yoluna çıxmış və yolun hərəkət hissəsində başqa nəqliyyat iştirakçısı olan avtomobillərin, yəni iki qoşqulu maşının dayandığını, yola rəng dağıldığını görmüşdür. Yolun hərəkət hissəsində o, belə başa düşmüşdür ki, həmin maşınlardan birinin sürücüsü həyat əlaməti olmadan uzanmışdır. Sonra ona məlum olmuşdur ki, həmin maşının kabinəsində aldığı xəsarətlərdən dünyasını dəyişmiş bir qadın olmuhdur. O, polis əməkdaşları hadisə yerinə baxış keçirib qurtarana qədər orada olmuş, amma baxışda iştirak etməmişdir. Sonra onun uşaqlarını maşına qoyub meyitxanaya aparmışlar. Sonra təcili yardım əməkdaşları ona Yuliyanı 21 saylı xəstəxanaya, Cəmaləddini isə İqlino rayon mərkəzi xəstəxanasına aparılması barədə məlumat vermişlər. Sonra xilas etmə xidmətinin əməkdaşları onu da avtomobillərində İqlino kəndindəki meyitxanaya gətirmişlər. Ertəsi gün müstəntiq hadisə ilə bağlı onu dindirmiş və xx.xx.2015-ci il tarixdə o, Yekaterinburq getmişdir.” Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X30 ifadəsində göstərmişdir ki, «daimi olaraq Moskva vilayəti, Dmitrov rayonu, Podosinki qəsəbəsi 20, mənzil 34 ünvanında iki otaqlı mənzildə qızı, onun əri və onların balaca övladları ilə birgə yaşayır. 27 iyul 2015-cı ildə onun əri A.S.Yermakov Başqırdıstan Respublikası İqlin rayonu ərazisində M5 “Ural” avtomobil yolunun 1520-ci kilometrində baş verən yol-nəqliyyat hadisəsində vəfat etmişdir.». Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş şəxs X36 ifadəsində göstərmişdir ki, «xx.xx.2015-ci ildə o, sərnişin qismində qara rəngli qeydiyyat nişanını xatırlamadığı “Şevrole Kruz” avtomobilində ön sərnişin oturacağının arxasında oturmuşdur. Avtomobilin sükanı arxasında Təqsirləndirilən şəxs olmuş, ön sərnişin oturacağında Karsakova Yelena, arxa sərnişin oturacağında ondan başqa Cəmaləddin və Yelenanıın övladları, sol tərəfdə sürücü oturacağının arxasında uşaq oturacağına X16, ortada isə X4 oturmuş, uşaq oturacağında olmamışdır. O, və Anastasiya təhlükəsizlik kəmərini bağlamamışdır. Yadında qaldığı qədər Cəmaləddin və Yelena təhlükəsizlik kəmərini bağlamışdır. Onlar Yekaterinburq şəhərinə istirahət üçün Qara dənizə hərəkət etmişlər. Onlar bir avtomobil şəklində getmişlər, digər avtomobillərdə dostları və qohumları getməmişdir. O, ailəsinin dostları ilə birgə getmişdir. Onlar Başqırdıstan Respublikasına daxil olmuş, M 5 “URAL” avtomobil yolu ilə hərəkət etmişlər, yağıntısız günlü hava olmuşdur. Hərəkət zamanı uşaqlar Leyli və Anastasiya yuxulamış, sonra da o, yatmışdır. O, yatanda avtomobil şəhər kənarında hərəkət etmiş, heç bir nəqliyyat tıxacı olmamış, sürücü avtomobili sakit sürmüş, getmək rahat olmuşdur. Avtomobilin hərəkət surətini deyə bilmir, avtomobilin spidometrini görməmişdir. O, ayılanda artıq Ufa şəhəri 13 saylı xəstəxanada olmuşdur. xx.xx.2015-ci ildə o, Yelenaya zəng vurmuş, Yelena yol nəqliyyat hadisəsinə düşdüklərini, artıq Yekaterinburq şəhərinə getdiklərini demişdir. O, anasına zəng vurmuş, anası ona atası və gələcək əri ilə onun arxasınca Ufa şəhərinə gəldiklərini bildirmişdir. O, hadisə nəticəsində baş və baş beyin zədəsi almış, ağır dərəcəli baş beyin əzilməsi və kəllə əsasının sınması, ön qarın divarının əzilməsi xəsarətləri almışdır. Onun valideynləri onu Ufa şəhər xəstəxanasından götürmüş, xx.xx.2015-ci ildə Yekaterinburq şəhərinə gətirmişlər və xx.xx.2015-ci ildə onlar Yekaterinburq şəhəri 36 saylı xəstəxanaya müraciət etmişlər. O, xəstəxanada xx.xx.2015-ci ilə kimi stasionar müalicədə olmuş, sonradan ambulator müalicə almışdır. Hal-hazırda hadisə zamanı aldığı zədələr onu narahat etmir. O, yatdığından hadisənin hallarını görməmişdir. Lakin, Cəmaləddin və Yelenanın sözlərinə görə bilir ki, onlar hər bir istiqamətdə bir hərəkət zolağına malik yolla hərəkət etmişlər. Onların avtomobilinin önündə iki yük avtomobili, iki “fura” hərəkət etmiş, Cəmaləddin bu avtomobilləri ötmək istəmiş, lakin bu zaman öz zolağını tuta bilməmişdir. Çünki ikinci hərəkət edən yük avtomobili onu buraxmamışdır. Bu zaman Cəmaləddin birdən iki yük avtomobilini keçmək qərarına gəlmiş, lakin birincini keçə bilməmiş, onun ön tərəfinə toxunmuş, bundan sonra avtomobil qarşı istiqamətdən gələn yük avtomobili ilə toqquşmuşdur. Toqquşmadan sonra onların avtomobil yol kənarına düşmüşdür. Hadisə barədə ətraflı bilmir. Hadisə zamanı Cəmaləddin və Yelenanın iki övladı, hadisə yerində qarşıdan gələn yük avtomobilinin sürücüsü, təcili tibbi yardım avtomobilində və ya xəstəxanada qarşıdan gələn yük avtomobilinin sərnişini ölmüşdür. Hadisədən təxminən bir ay sonra Cəmaləddin Yekaterinburq şəhərinə getmişdir. Buna qədər Cəmaləddin ondan baş verənlərə görə üzr istəmişdir. Cəmaləddin hesab edir ki, hadisədə onu “buraxmayan” ikinci yük avtomobilinin sürücüsü və özü təqsirlidir, çünki ötmə manevrini başa çatdırmasına əmin olmamışdır.». Məhkəmədə ifadəsi elan edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Barbaşeva Lyudmila Anatolyevna ifadəsində göstərmişdir ki, «onun iki uşağı olmuş, oğlu 1980-ci ildə anadan olmuş Barbaşev Anton Vladimiroviç, qızı xx.xx.1974-cü ildə anadan olmuş X22. Natalya son vaxtlar oğlu 1997-ci ildə anadan olmuş X28 birlikdə Moskva vilayəti, Dmitrov şəhərində yaşamışlar. xx.xx.2015-ci ildə qızı dostu Yermakov Aleksandr ilə yük avtomobilində Başqırdıstan Respublikasında yol-nəqliyyat qəzasına düşərək həlak olmuşlar. Ona məlumdur ki, Başqırdıstan Respublikasında bu hadisə ilə bağlı cinayət işi başlanmışdır». Məhkəmədə ifadəsi elan edilmiş şahid X29 ifadəsində göstərmişdir ki, o, "xxxx" MMC-də sürücü işləyir, 1987-ci ildən Rusiya ərazisində yük daşımaları ilə məşğul olur. xx.xx.2015-ci il saat 10:00-da işi ilə əlaqədar olaraq sürücüsü olduğu “Reno Maqnum” markalı avtomobillə Yuryuzan şəhərindən Moskva şəhərinə getmək üçün yola çıxmış, Samara-Ufa-Çelyabinsk avtomobil yolu ilə hərəkət etməyə başlamış, yolun 1520-ci kilometr hissəsində qarşı yolda Çelyabinsk tərəfdən gələn qara rəngli “Şevrole Kruz” markalı avtomobil qabaqda gedən yük avtomobili ötmək üçün qarşı yol zolağına çıxdığını görmüşdür. Qarşıdan isə öz yolu ilə ağ rəngli yük avtomobili gəlmişdir. “Şevrole Kruz” markalı avtomobil öz yoluna qayıtmağa çalışmış, ancaq öz yolunda maşınların arasına özünü yerləşdirə bilməmiş, nəticədə “Şevrole Kruz” markalı avtomobil onunla eyni zolaqda hərəkət edən O 8** HT *** RUS dövlət nömrə nişanlı MAN yük avtomobili ilə, o da qarşıdan gələn E 5** OX *** dövlət nömrə nişanlı MAN yük avtomobili ilə toqquşmuş, zərbə “Şevrole Kruz” markalı avtomobili küvetə atmış, O857HT169 RUS dövlət nömrə nişanlı MAN yük avtomobili yolun ortasına çıxmış və qarşıdan gələn Qazaxıstan Respublikasına məxsus H002817 nömrə nişanlı Şvartsmüller markalı avtomobillə toqquşmuşdur. O, dərhal maşınımı saxlamış və zərərçəkmişlərə kömək etməyə tələsmişdir». Məhkəmədə ifadəsi elan edilmiş şahid qismində dindirilmiş X23 ifadəsində göstərmişdir ki, o, «Yekaterinburq şəhərində yerləşən "xxxx" MMC-də menecer işləyir, şirkət topdan təzə dondurulmuş balıq ticarəti ilə məşğuldur. "xxxx" MMC şirkəti yük daşımaları həyata keçirmək üçün BC 5020 50 RUS dövlət nömrə nişanlı ŞMİTS SKO -24 markalı yarımqoşqu refriyeratoru olan E 5880X 190 RUS dövlət nömrə nişanlı MAN TGA 18.460 yəhərli yük dartıcı avtomobilini icarəyə götürmüşdür. Həmin avtomobilin sürücüsü 1963-cü ildə anadan olmuş X10. Şirkət Aleksandrı yük daşımalarını həyata keçirməsi üçün işə götürmüşdür. 23 iyul 2015-ci ildə A.S.Yermakov BC 5020 50 RUS dövlət nömrə nişanlı ŞMİTS SKO -24 markalı yarımqoşqu refriyeratoru olan E 588OX 190 RUS dövlət nömrə nişanlı MAN TGA 18.460 yəhərli yük dartıcı avtomobillə Sankt-Peterburq şəhərindən Yekaterinburq şəhərinə yola düşmüşdür. Avtomobildə 20 ton təzə dondurulmuş qızıl balıq və balıq filesi olmuşdur. A.S.Yermakov yola tək çıxmışdır. xx.xx.2015-ci ildə saat 23:00-da onlara A.S.Yermakovun yol-nəqliyyat hadisəsi nəticəsində həlak olması barədə məlumat daxil olmuşdur. "xxxx" MMC şirkəti BC 5020 50 RUS dövlət nömrə nişanlı ŞMİTS SKO -24 markalı yarımqoşqu refrijeratoru olan E 58SOX 190 RUS dövlət nömrə nişanlı MAN TGA 18.460 yəhərli yük dartıcı avtomobilinə texniki qulluqla məşğul olmur, onlar yalnız maşını sürücü ilə birlikdə icarəyə götürürlər. Bu maşının sahibi Valerinin telefon nömrəsi ona məlumdur, 8 *** *** ** **. Maşında videoqeydiyyat cihazının olub-olmadığını bilmir. Məhkəmədə ifadəsi elan edilmiş şahid qismində dindirilmiş X39 ifadəsində göstərmişdir ki, «1997-cı ildən 2007-ci ilə qədər xx.xx.1974-cü ildə anadan olmuş X22 ilə evli olmuş, 2007-ci ildə biz boşanmışlar, birgə nikahdan 1977-ci ildə anadan olmuş Paxomov Dmitri adında oğlu var. Onların oğlu Paxomov Dmitri hal-hazırda Həştərxan şəhərində nənəsi Barbaşeva Lyudmila Anatolyevna ilə Həştərxan şəhəri, Krasnaya Nabereinaya küçəsi, ev 47, mənzil 11 ünvanında yaşayır. Onun Natalya ilə ünsiyyəti yoxdur və şəxsi həyatı ilə bağlı heç nə bilmir. 27 iyul 2015-ci ildə saat 17:00-da ona oğlu Paxomov Dmitri zəng edərək keçmiş arvadım Nataliya Paxomovanın Başqırdıstan Respublikasının İqlino rayonu ərazisində YNH zamanı həlak olmasını barədə xəbər vermişdir. Nataliyanın oraya niyə getdiyini bilmir, vətəndaş X17 tanımır. Natalyanın həmin maşınında nə işi olduğunu bilmir. Sonra o, dərhal Başqırdıstan Respublikasının İqlino rayonuna getmiş, 29 iyul 2015-ci ildə çatmışdır. İqlino rayon meyitxanasında o, xx.xx.1974-cü ildə anadan olmuş X13 meyitini tanımışdır». Məhkəmədə ifadəsi elan edilmiş şahid qismində dindirilmiş X31 ifadəsində göstərmişdir ki, «o, öz iş maşınında, yəni AX 9264 nömrə nişanlı “KRONE” yarımqoşqu ilə O ** HT *** dövlət nömrə nişanlı MAN TX markalı avtomobildə Moskva - Çelyabinsk avtomobil yolu ilə ona aid yol zolağında hərəkət etmişdir. Hava şəraiti əlverişli, quru vəziyyətdə olmuş, yağış yağmırmış, günəşli hava imiş. Yolun ortasında parapet çəkilmişdir. Saatda təxminən 70-75 km sürətlə getmişdir. 1520-ci km hissədə hərəkət edərkən qarşıdan ona tərəf avtomobil gəldiyini görmüşdür. Onun maşınına gəlib çatanda kəskin səs eşitmiş və sol arxa görünüş güzgüsündən görmüşdür ki, arxada şüşə qırıntıları ətrafa dağılma səsi gəlmiş, onun maşını kəskin sürət itirməyə başlamış, o maşını yolun kənarına verib saxlamış, düşdükdə dartıcının hava şlanqının qırıldığını və bütün havanın çıxdığını, maşının qoşqusu deformasiya olduğunu və müştəri üçün daşıdığı boyaq maddələrinin dağılıb axdığını, maşının arxa körpüsü qırıldığını, dartıcının sol arxa rezini qopduğunu görmüşdür. Sağ küvetdə yük avtomobili, sol küvetdə də qoşqulu yük avtomobili dayanmış, həmçinin görmüşdür ki, küvetdə “Şevrole Kruz” minik avtomobili aşıb. Nə baş verdiyini hələ də başa düşə bilmir. Ona sonra nə baş verməsini sonra demişlər. Toqquşma onun hərəkət zolağında baş vermiş, MAN markalı avtomobilin nə vaxt qarşı hərəkət zolağına çıxdığını bilmir, çox güman ki, o maşınının kabinəsini keçəndən sonra baş vermişdir. Bundan sonra ondan arxada mənimlə eyni zolaqda hərəkət edən “Reno Maqnum” markalı avtomobilin sürücüsü ona həmin an “Şevrole Kruz” markalı avtomobil onu ötmək istəməsini, lakin qarşıdan gələn MAN markalı avtomobili görüb ötməni tamamlaya bilmədiyini, nəticədə qarşıdan gələn MAN markalı avtomobillə toqquşduğunu, sonra da MAN markalı avtomobil onun avtomobili ilə toqquşmasını danışmışdır. Hadisə nəticəsində onun avtomobili mexaniki zədə almış, həmçinin daşıdığı yükün bir hissəsi məhv olmuşdur, o, hər hansı zədə almamışdır». Məhkəmədə ifadəsi elan edilmiş şahid qismində dindirilmiş X32 ifadəsində göstərmişdir ki, o, “X45” MMC-də 10BXA 14 nömrə nişanlı “Şvarsmüller” arımdoşqulu H0028 14 nömrə nişanlı “Daymlerkraysler” markalı yük avtomobilində sürücü işləyir. 24 iyul 2015-ci ildə o, Qazaxıstan Respublikası, Pavlodar vilayəti, Pavlodar şəhərində alüminium xəlitələrdən ibarət palletlərin yüklənməsi ilə məşğul olmuş, yükün ümumi ağırlığı 19 ton təşkil etmişdir. Bundan sonra 24 iyul 2015-ci ildə saat 10:00-da o, Rusiya Federasiyası Kaluqa vilayəti Kaluqa şəhərinə yola düşmüşdür. Təxminən 3 gün yol getmiş və yolda yalnız yatmaq üçün dayanmışdır. Kurqan, Çelyabinsk vilayətini keçmişdir. Başqırdıstan Respublikasına “Ural M-5” avtomobil yolu ilə saat 13:00-da daxil olmuşdur. Saatda 70 km sürətlə Ufa şəhəri istiqamətində hərəkət etmişdir. Yolun 1520-ci km hissəsində də o, eyni sürətlə hərəkət etmiş, ondan qabaqda markalarını xatırlamadığı maşınlar hərəkət etmişlər. Bu anda o, görmüşdür ki, ondan 70-80 metr qabaqda qarşıdan gələn “MAN” markalı yük avtomobili öz hərəkət zolağında gedən yarımqoşqulu MAN markalı başqa bir avtomobillə toqquşmuş, zərbədən avtomobili onun üstünə gətirməyə başlamış, avtomobilin idarəetməsi itmiş və maşın qatlanmışdır. O, əyləci basmış və kəlləkəlləyə toqquşmadan qorunmaq üçün kəskin şəkildə sola döndərmiş, bundan sonra kabinənin sağ tərəfinə zərbə almış və öz istiqamətində küvetə düşmüşdür. O, dərhal maşından çıxmış və zərbədən “MAN” markalı yük avtomobilinin kabinəsinin qopub, mühərriki yerə düşdüyün, yolun hərəkət hissədə qaldığını, həmçinin Ufa şəhəri istiqamətində boyaq bankaları yola dağıldığını, bir az aralıda “MAN” markalı digər yük avtomobili dayandığını, onun qoşqusunun bir hissəsi dağıldığını görmüşdür. Avtomobillərin hissələri və qırıqları yola səpələndiyinə görə hərəkət dayanmışdır. Hadisə yerinə başqa sürücülər də gəlmiş, bəziləri sağ küvetə qaçmışdır. Orada qara rəngli “Şevrole kruz” avtomobili çevrilmiş, maşının salonundan qadın çıxmış, arxadan uşaq kreslosunu çıxarmışdır. Kreslodakı uşaq artıq ölmüşdür. Otun üstündə də təxminən 18 yaşında bir qız uşağı huşunu itirmiş vəziyyət yıxılıb qalmış, sükan arxasındakı kişi də huşunu itirmiş vəziyyətdə, üzü qan içində olmuşdur. Ona maşından çıxmağa kömək etmişlər, sonra o, “MAN” markalı yük avtomobilinə tərəf getmiş, orada da maşının kabinəsində kişi meyiti və qadın meyiti olmuşdur. Qadın təhlükəsizlik kəməri bağlamış, ordakılardan kimsə kəməri bıçaqla kəsmiş, qadını salondan çıxarmışlar. Bundan sonra yol polisi əməkdaşları və təcili yardım gəlmiş, Baş vermiş hadisənin şahidi olan, ondan arxada onunla eyni istiqamətdə hərəkət edən “Reno maqnum” markalı avtomobilin sürücüsü ona hadisə zamanı “Şevrole Kruz” ondan qabaqda onunla eyni istiqamətdə hərəkət edən “MAN” markalı yük avtomobilini ötmək üçün yolun qarşı hissəsinə keçmiş, manevri tamamlaya bilməmiş və qarşıdan gələn “MAN” markalı yük avtomobili ilə toqquşmuş, ondan sonra qarşıdan gələn “MAN” markalı yük avtomobili onun maşını ilə toqquşmuşdur. Hadisə zamanı onun maşını mexaniki zədələr almış, o, hər hansı bədən xəsarəti almamışdır». Məhkəmədə ifadəsi elan edilmiş şahid qismində dindirilmiş X37 ifadəsində göstərmişdir ki, «Sverdlovsk şəhəri, Beloyarskaya küçəsi ev 28-38 ünvanda yerləşən mənzili xx.xx.2016-cı ildə vətəndaş X24 almışdır. Həmin mənzildə hal-hazırda bacısı, valideynləri yaşayır. xx.xx.2016-cı ildən vətəndaş Təqsirləndirilən şəxs həmin mənzilə gəlmir, harada olduğunu bilmir». İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 avqust 2016-cı il tarixli qərardandan görünür ki, Rusiya DİN-in Başqırdıstan Respublikası Baş İstintaq İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlərin aparılması üzrə şöbənin müstəntiqi, ədliyyə leytenantı A.A.Danilov tərəfindən Təqsirləndirilən şəxs Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264-cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş əməli törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 avqust 2016-cı il tarixli qərardan görünür ki, Rusiya DİN-in Başqırdıstan Respublikası Baş İstintaq İdarəsinin yol-nəqliyyat hadisələrinə dair işlərin aparılması üzrə şöbənin müstəntiqi, ədliyyə leytenantı A.A.Danilov tərəfindən Rusiya Federasiyası Cinayət Məcəlləsinin 264cü maddəsinin 5-ci hissəsində nəzərdə tutulmuş əməli törətməkdə Təqsirləndirilən şəxs barəsində axtarış elan edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 16 noyabr 2021-ci il tarixli qərardandan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının vətəndaşı olduğuna görə, onun RF CM-nin 264-cü maddəsinin 5-ci hissəsi (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) təqsirləndirilməsinə dair ******* nömrəli cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Respublikası Baş Prokurorluğu vasitəsi ilə Şəmkir rayon prokurorluğuna, oradan isə Şəmkir rayon polis şöbəsinə göndərilmiş və cinayət işi Şəmkir rayon polis şöbəsində ********* nömrə altında qeydiyyata alınaraq 16 noyabr 2021-ci il tarixdə Şəmkir RPŞ-nin İstintaq bölməsinin sabiq baş müstəntiqi Hilal Rüstəmov tərəfindən icraata qəbul edilmiş və Azərbaycan Respublikası CM-nin 263.3-cü maddəsinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yeri Şəmkir RPŞ-nin əməkdaşları tərəfindən müəyyən edilərək İstintaq bölməsinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 aprel 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş mərhum X11 meyitinin xx.xx.2015-ci il tarixli 299 saylı məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, mərhum Leyla İbrahimovanın meyitində aşkar edilmiş xəsarətlər – müştərək travma, açıq kəllə - beyin travması, baş beynin travmatik dağılması, sol əmgək sümüyünün kəllə tağı və kəllə əsası sümüklərinə keçməklə açıq torşəkilli sınığı, baş beynin kök hissəsi maddəsinin əzilməsi, baş beynin bərk maddəsinin çoxsaylı parçalanması, başın yumşaq toxumalarına çoxsaylı qansızmalar, başın əzilmiş yaraları. Döş və qarın boşluğu orqanlarının qapalı travması: hər iki ağ ciyərin çoxsaylı qansızmaları, divararası toxumasına qansızma, qara ciyərin oraq şəkilli birləşmələrinə qansızma, giriş nahiyəsində qansızmalar, bədəndə və ətraflarda çoxsaylı sıyrıqlar. Bütün qeyd olunan bədən xəsarətləri sağ ikən alınmış xəsarətlərdir, buna ətraf toxumalara qansızmalar və qanın aspirasiya əlamətləri dəlalət edir. Bu bədən xəsarətləri 27 iyul 2015-ci ildə yol nəqliyyat hadisəsi zamanı avtomobilin salonunda küt əşyaların zərbəsi və sürüşən tangensial təsiri nəticəsində yetirilib (baş beynin daxili orqanların çoxsaylı zədələrini, bədən orqanizminin silkələnmə əlamətlərini, skelet sümüklərinin sınıqlarını nəzərə alaraq). Qeyd olunan bədən xəsarətləri insan həyatı üçün təhlükəli olan, həyat üçün bilavasitə təhlükə yaradan sağlamlığa zərər vurma əlamətinə görə sağlamlığa AĞİR zərər olaraq qiymətləndirilir və ölümlə birbaşa səbəb-nəticə əlaqəsindədir. Leyla İbrahimovanın ölümü baş beynin çoxsaylı zədələri ilə ağır müştərək travması nəticəsində baş vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş mərhum X3 meyitinin xx.xx.2015-ci il tarixli 300 saylı məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, mərhum Anastasiya İbrahimovanın meyitində aşkar edilmiş xəsarətlər – müştərək travma, açıq kəllə - beyin travması, baş beynin sağ və sol yarımkürələrinin yumşaq qişası altına qansızmalar (travmatik subaraxnoidal qansızmalar), baş beyin mədəciklərinə qansızmalar (travmatik mədəcikdaxili qansızmalar), sol əmgək sümüyünün kəllə tağı və kəllə əsası sümüklərinə keçməklə açıq xətti sınığı, başın yumşaq toxumalarına çoxsaylı qansızmalar, başın əzilmiş yaraları, döş və qarın boşluğu orqanlarının qapalı travması, sağdan 4, 5-ci qabırğaların sınığı, hər iki ağ ciyərin toxumasına çoxsaylı qansızmalar, divararası toxumasına qansızma, qara ciyərin oraq şəkilli birləşmələrinə qansızma, dalağın giriş nahiyəsində qansızmalar, qapalı spinal travma, 2-ci boyun fəqərəsinin dişli şaxəsinin sınığı, onurğa beyninin basılması, sağ bud sümüyünün orta üçdə birinin qansızma ilə qapalı çoxqəlpəli sınığı, bədəndə və ətraflarda çoxsaylı sıyrıqlar. Bütün qeyd olunan bədən xəsarətləri sağ ikən alınmış xəsarətlərdir, buna ətraf toxumalara qansızmalar və qanın aspirasiya əlamətləri dəlalət edir. Bu bədən xəsarətləri 27 iyul 2015ci ildə yol nəqliyyat hadisəsi zamanı avtomobilin salonunda küt əşyaların zərbəsi və sürüşən tangensial təsiri nəticəsində yetirilib (baş beynin daxili orqanların çoxsaylı zədələrini, bədən orqanizminin silkələnmə əlamətlərini, skelet sümüklərinin sınıqlarını nəzərə alaraq). Qeyd olunan bədən xəsarətləri insan həyatı üçün təhlükəli olan, həyat üçün bilavasitə təhlükə yaradan sağlamlığa zərər vurma əlamətinə görə sağlamlığa AĞİR zərər olaraq qiymətləndirilir və ölümlə birbaşa səbəb-nəticə əlaqəsindədir. Anastasiya İbrahimovanın ölümü baş beynin çoxsaylı zədələri ilə ağır müştərək travması nəticəsində baş vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş mərhum X13 meyitinin xx.xx.2015-ci il tarixli 303 saylı məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, mərhum Paxomova Natalya meyitində aşkar edilmiş xəsarətlər –müştərək travma, qapalı kəllə - beyin travması, baş beynin sağ və sol yarımkürələrinin yumşaq qişası altına qansızmalar (travmatik subaraxnoidal qansızmalar), baş beyin mədəciklərinə qansızmalar (travmatik mədəcikdaxili qansızmalar), sol əmgək sümüyünün kəllə tağı və kəllə əsası sümüklərinə keçməklə açıq xətti sınığı, başın yumşaq toxumalarına çoxsaylı qansızmalar, başın əzilmiş yaraları, döş və qarın boşluğu orqanlarının qapalı travması, sağdan 11-ci qabırğanın sınığı, hər iki ağ ciyərin toxumasına çoxsaylı qansızmalar, divararası toxumasına qansızma, qara ciyərin oraq şəkilli birləşmələrinə qansızma, dalağın giriş nahiyəsində qansızmalar, qapalı spinal travma, 2-ci boyun fəqərəsinin dişli şaxəsinin sınığı, onurğa beyninin basılması, sağ ayağın 3,4-cü falanqa sümüklərinin sınığı, sağ bud sümüyünün orta üçdə birinin qansızma ilə qapalı çoxqəlpəli sınığı, bədəndə və ətraflarda çoxsaylı sıyrıqlar. Bütün qeyd olunan bədən xəsarətləri sağ ikən alınmış xəsarətlərdir, buna ətraf toxumalara qansızmalar və qanın aspirasiya əlamətləri dəlalət edir. Bu bədən xəsarətləri 27 iyul 2015-ci ildə yol nəqliyyat hadisəsi zamanı avtomobilin salonunda küt əşyaların zərbəsi və sürüşən tangensial təsiri nəticəsində yetirilib (baş beynin daxili orqanların çoxsaylı zədələrini, bədən orqanizminin silkələnmə əlamətlərini, skelet sümüklərinin sınıqlarını nəzərə alaraq). Qeyd olunan bədən xəsarətləri insan həyatı üçün təhlükəli olan, həyat üçün bilavasitə təhlükə yaradan sağlamlığa zərər vurma əlamətinə görə sağlamlığa AĞİR zərər olaraq qiymətləndirilir və ölümlə birbaşa səbəb-nəticə əlaqəsindədir. Natalya Paxomovanın ölümü skelet sümüklərinin çoxsaylı sınıqları, baş və onurğa beynin çoxsaylı zədələri ilə ağır müştərək travması nəticəsində baş vermişdir. Bu nəticə dəri örtüklərinin solğunluğu, meyit ləkələrinin solğungöy rəngə boyanması, meyitin qanının maye vəziyyətdə olması, daxili orqanların qanla qeyribərabər dolması, skelet sümüklərinin çoxsaylı sınıqları, həmçinin tibbi sənədlərlə təsdiq olunur. X13 meyitindən qanın məhkəmə - kimyəvi tədqiqatı zamanı spirt aşkar edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş mərhum X14 meyitinin xx.xx.2015-ci il tarixli 304 saylı məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, mərhum Aleksandr Yermakovun meyitində aşkar edilmiş xəsarətlər – müştərək travma, qapalı kəllə - beyin travması, baş beynin sağ və sol yarımkürələrinin yumşaq qişası altına qansızmalar (travmatik subaraxnoidal qansızmalar), baş beyin mədəciklərinə qansızmalar (travmatik mədəcikdaxili qansızmalar), sol əmgək sümüyünün kəllə tağı və kəllə əsası sümüklərinə keçməklə açıq xətti sınığı, başın yumşaq toxumalarına çoxsaylı qansızmalar, başın əzilmiş yaraları, döş və qarın boşluğu orqanlarının qapalı travması, sol tərəfdən 2, 3, 4, 5, 6-cı qabırğanın sınığı, hər iki ağ ciyərin toxumasına çoxsaylı qansızmalar, divararası toxumasına qansızma, qara ciyərin oraq şəkilli birləşmələrinə qansızma, dalağın giriş nahiyəsində qansızmalar, qapalı spinal travma, 2-ci boyun fəqərəsinin dişli şaxəsinin sınığı, onurğa beyninin basılması, sağ ayağın 3,4-cü falanqa sümüklərinin sınığı, sağ bud sümüyünün orta üçdə birinin qansızma ilə qapalı çoxqəlpəli sınığı, bədəndə və ətraflarda çoxsaylı sıyrıqlar. Bütün qeyd olunan bədən xəsarətləri sağ ikən alınmış xəsarətlərdir, buna ətraf toxumalara qansızmalar və qanın aspirasiya əlamətləri dəlalət edir. Bu bədən xəsarətləri 27 iyul 2015-ci ildə yol nəqliyyat hadisəsi zamanı avtomobilin salonunda küt əşyaların zərbəsi və sürüşən tangensial təsiri nəticəsində yetirilib (baş beynin daxili orqanların çoxsaylı zədələrini, bədən orqanizminin silkələnmə əlamətlərini, skelet sümüklərinin sınıqlarını nəzərə alaraq). Qeyd olunan bədən xəsarətləri insan həyatı üçün təhlükəli olan, həyat üçün bilavasitə təhlükə yaradan sağlamlığa zərər vurma əlamətinə görə sağlamlığa AĞİR zərər olaraq qiymətləndirilir və ölümlə birbaşa səbəb-nəticə əlaqəsindədir. Aleksandr Yermakovun ölümü skelet sümüklərinin çoxsaylı sınıqları, baş və onurğa beynin çoxsaylı zədələri ilə ağır müştərək travması nəticəsində baş vermişdir. Bu nəticə baş beyin və ürək damarlarının kəskin qansızlığı, ağ ciyərlərin, qara ciyərin, böyrəklərin zəif qan dolğunluğu, sol plevra boşluğunda 1100 ml yaxın tünd qırmızı maye və laxta qanın olması, ürəyin daxili qişasının altında zolaqlı qansızmalar (Minakov ləkələri), dəri örtüklərinin solğunluğu, meyit ləkələrinin solğun göy rəngə boyanması, meyitin qanının maye vəziyyətdə olması, daxili orqanların qanla qeyri-bərabər dolmasıtəsdiq olunur. Aleksandr Yermakovun meyitindən qanın məhkəmə - kimyəvi tədqiqatı zamanı spirt aşkar edilmədi. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş (Donskova) X25 xx.xx.2019-cu il tarixli 1046 saylı məhkəmə tibb ekspertizasının rəyindən görünür ki, onun bədən səthində qapalı kəllə-beyin travması: baş beynin əzilməsi, kəllə qübbəsi və əsası sümüklərinin sınması (soldan pazşəkilli sümüyün böyük qanadının sınması, sınıq səthinin sol ənsə sümüyünə keçməsi), sınma nahiyəsində subdural hematoma formalaşmaqla, sol paraorbitall nahiyədə hematoma, soldan alın-gicgah nahiyəsində yumşaq toxumalarda qansızmalar, üzün yumşaq toxumalarının şişməsi, baş sıyrıqları, bədən sıyrıqları, yumşaq toxumaların şişi, əl-ayağın sıyrıqları, qeyd olunanlar müayinə nəticələri, kompüter tomoqrafiyasının nəticələri ilə təsdiq olunur, xx.xx.2015-ci ildə kompüter tomoqrafiyası keçiriləndə 1 həftədən çox olmayaraq yaranmışdır, zərbə, təzyiq, bərk əşya ilə sürtülmə və ya zərbələr, təzyiqlər nəticəsində, həmçinin yol nəqliyyat hadisəsi zamanı yaranması mümkündür, sağlamlığa ağır zərər kimi tövsif olunur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Rusiya Federasiyası Daxili İşlər Nazirliyi Başqırdıstan Respublikası üzrə DİN X1 ekspertizalar şöbəsinin xx.xx.2015-ci il tarixli 16117 nömrəli rəyindən görünür ki, toqquşma zamanı MAN TGA markalı, E 5** OX *** RUS dövlət qeydiyyat nişanlı avtomobil sol ön hissəsi ilə Chevrolet Cruze markalı avtomobilin sol hissəsi ilə təmasda olmuşdur. Bu halda, avtomobil MAN TGA markalı, E 5** OX *** RUS dövlət qeydiyyat nömrə nişanlı avtomobili əyləc vəziyyətində hərəkət edib və təmas anında yuxarıda göstərilən nəqliyyat vasitələrinin uzununa oxları təxminən 30-40 dərəcə bucaq altında olmuşdur. Toqquşma prosesində bucağın dəyəri təyin edilmişdir. Chevrolet Cruze markalı avtomobil ilə toqquşmadan sonra E 5** OX *** RUS dövlət qeydiyyat nömrə nişanlı MAN TGA avtomobili sol ön hissəsi O 8** HT *** RUS dövlət qeydiyyat nömrə nişanlı MAN TGA avtomobili ilə dartıcının sol arxa təkəri sahəsində sol tərəfi ilə təmasda olmuşdur. Bu halda, E 5** OX *** RUS dövlət nömrə nişanlı MAN TGA avtomobili əyləc vəziyyətində hərəkət edib və təmas anında yuxarıdakı nəqliyyat vasitələrinin uzununa oxları təxminən 165-175 dərəcə bucaq altında yerləşib və toqquşma anında E 5** OX *** RUS dövlət nömrə nişanlı MAN TGA avtomobili qarşıdan gələn nəqliyyat üçün nəzərdə tutulmuş yolun kənarına qismən çıxışı olan əyləc vəziyyətində hərəkət etmişdir. Chevrolet Cruze markalı E 5** OX *** RUS dövlət qeydiyyat nömrə nişanlı MAN TGA avtomobili ilə toqquşması yolun Ufa şəhəri istiqamətində hərəkət üçün nəzərdə tutulan hissəsində baş vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmə texniki ekspertizasının xx.xx.2019-cu il tarixli, 3376 №-li rəyindən görünür ki, tədqiqata təqdim olunan yaddaş kartında “********.AVİ” videofaylı var, bu avtomobil salonunda quraşdırılan video reqistratorlardan videoqramdır. Salonunda videoreqistrator olan “ŞMİTS” yarımqoşqusu ilə “MAN TGA 18.460” yük avtomobilinin seçilən kadrlarda təsvir olunan “1” və “4” mövqeləri arasında (bax şəkil № 9 və şəkil № 10) orta hərəkət surəti 88 km/s təşkil edir. A 056 BB region 196 qeydiyyat nişanlı “Şevrole Kruz” avtomobilinin kadrlarda təsvir olunan (bax şəkil № 11 və şəkil № 12) vəziyyətlər arası orta surəti 98 km/s təşkil edir. Sisternası olan avtomobilinin kadrlarda təsvir olunan (bax şəkil № 13 və şəkil № 14) vəziyyətlər arası orta surəti 83 km/s təşkil edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27 iyul 2015ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Rusiya Federasiyası DİN-nin İqlino rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, ədliyyə kapitanı S.M.Zurapov tərəfindən “Ural M-5” avtomobil yolunun 1520-ci km-də baş vermiş yol nəqliyyat hadisəsi yerinə baxış keçirilmiş, hadisə yerinin sxem planı tərtib edilmiş, foto şəkillər çəkilməklə bu barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 18 avqust 2016-cı il tarixli “avtomobilə baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Rusiya DİN-in Yekaterinburq şəhər İdarəsinin İstintaq İdarəsinin 6 saylı İstintaq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı D.A.İqnatov tərəfindən RF, BR, İqlino rayonu, Јeјeznodorojnaya küçəsi 10 ünvanında yerləşən xüsusi avtodayanacaqdakı A 056 BB region 196 dövlət qeydiyyat nişanlı “CHEVROLET KL17 CRUZE” markalı avtomobilə, BS 5020 dövlət qeydiyyat nişanlı “Schmitz SKO-24” markalı yarımqoşqu ilə hərəkət edən E 588 OX region 190 dövlət qeydiyyat nişanlı “MAN TGA 18.460” markalı avtomobilə baxış keçirilmiş, foto şəkillər çəkilməklə bu barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 avqust 2016-cı il tarixli baxış keçirilməsi haqqında protokolundan görünür ki, Rusiya DİN-in Yekaterinburq şəhər İdarəsinin İstintaq İdarəsinin 6 saylı İstintaq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı D.A.İqnatov tərəfindən BS 5020 dövlət qeydiyyat nişanlı “Schmitz SKO-24” markalı yarımqoşqu ilə hərəkət edən E 588 OX region 190 dövlət qeydiyyat nişanlı “MAN TGA 18.460” markalı avtomobildən götürülmüş 32 Gb yaddaş kartı ilə “Prsestigio” markalı video qeydiyyat cihazına və A 056 BB region 196 dövlət qeydiyyat nişanlı “CHEVROLET KL17 CRUZE” markalı avtomobildən götürülmüş yaddaş kartı ilə “Karkam” markalı video qeydiyyat cihazına baxış keçirilmiş, foto şəkillər çıxarılmaqla bu barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 avqust 2016-cı il tarixli “baxış keçirilmısi” haqqında protokolundan görünür ki, Rusiya DİN-in Yekaterinburq şəhər İdarəsinin İstintaq İdarəsinin 6 saylı İstintaq şöbəsinin rəisi, ədliyyə polkovnik-leytenantı D.A.İqnatov tərəfindən xx.xx.2015-ci il tarixdə Ural M-5 avtomobil yolunun 1520 km hissəsində baş vermiş yol-nəqliyyat hadisəsi faktı ilə bağlı hadisə yerindən baxış zamanı götürülmüş A 056 BB region 196 dövlət qeydiyyat nişanlı “CHEVROLET KL17 CRUZE” markalı avtomobilə məxsus 1 “KUMHO SOLUS KH17” markalı təkərə baxış keçirilmiş, foto şəkillər çıxarılmaqla bu barədə protokol tərtib edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 avqust 2016-cı il tarixdə Rusiya DİN-in Başqırdıstan Respublikası Baş İstintaq İdarəsinin yolnəqliyyat hadisələrinə dair işlərin aparılması üzrə şöbənin müstəntiqi, ədliyyə leytenantı A.A.Danilov tərəfindən CHEVROLET KL17 CRUZE” markalı avtomobil, BS 5020 dövlət qeydiyyat nişanlı “Schmitz SKO-24” markalı yarımqoşqu ilə hərəkət edən E 588 OX region 190 dövlət qeydiyyat nişanlı “MAN TGA 18.460” markalı avtomobil maddi sübut qismində tanınmaqla cinayət işinə əlavə edilmiş və İqlino rayonu, Јeјeznodorojnaya küçəsi 10 ünvanında yerləşən xüsusi avtodayanacaqda saxlanması nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 19 avqust 2016-cı il tarixdə Rusiya DİN-in Başqırdıstan Respublikası Baş İstintaq İdarəsinin yolnəqliyyat hadisələrinə dair işlərin aparılması üzrə şöbənin müstəntiqi, ədliyyə leytenantı A.A.Danilov tərəfindən BS 5020 dövlət qeydiyyat nişanlı “Schmitz SKO-24” markalı yarımqoşqu ilə hərəkət edən E 588 OX region 190 dövlət qeydiyyat nişanlı “MAN TGA 18.460” markalı avtomobildən götürülmüş 32 Gb yaddaş kartı ilə “Prsestigio” markalı video qeydiyyat cihazına və A 056 BB region 196 dövlət qeydiyyat nişanlı “CHEVROLET KL17 CRUZE” markalı avtomobildən götürülmüş yaddaş kartı ilə “Karkam” markalı video qeydiyyat cihazın maddi sübut qismində tanınmaqla cinayət işinə əlavə edilmiş və cinayət işində saxlanması nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 20 avqust 2016-cı il tarixdə Rusiya DİN-in Başqırdıstan Respublikası Baş İstintaq İdarəsinin yolnəqliyyat hadisələrinə dair işlərin aparılması üzrə şöbənin müstəntiqi, ədliyyə leytenantı A.A.Danilov tərəfindən A 056 BB region 196 dövlət qeydiyyat nişanlı “CHEVROLET KL17 CRUZE” markalı avtomobilin hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd “KUMHO SOLUS KH17” markalı təkər maddi sübut qismində tanınmaqla cinayət işinə əlavə edilmiş və cinayət işində saxlanması nəzərə alınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş sürücülük vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs adına ** EV ***542 №-li sürücülük vəsiqəsi əsasında sürücülük hüququ olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İV № 504317 və AZ-İV № 504316 doğum haqqında şəhdətnamələrin surətlərindən görünür ki, xx.xx.2016-cı il təvəllüdlü X33 və xx.xx.2019-cü il tarixli X18 atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Şəmkir rayon Polis Şöbəsinin 3-13100/2-4141/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, ona dəfələrlə məlumat verilməsinə baxmayaraq uzun müddətdir ki, qeydiyyatdan keçməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş X43 Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(100)-119/2025 saylı qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbirləri “həbs” qətimkan tədbirinə dəyişdirilmiş və o, məhkəmə iclası zalından həbs edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi X26 ərizəsindən görünür ki, vəfat edən şəxslər onların birgə nikahdan dunaya gəlmiş övladlardır. Onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onunla barışımış, ona həbslə bağlı olmayan yüngül cəza təyin olunmasını məhəkəmədən xahiş edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varisi Barbaşeva Lyudmila Anatolyevnanın ərizəsindən görünür ki, başqa ölkədə yaşadığına görə hazırki vəziyyətdə məhkəmə iclasında iştirak edə bilməməsinin nəzərə alınmasını, onun iştrakı olmadan məhkəmə iclasının keçirilməsini, təqsirləndirlən şəxsə yüngül cəza təyin olunmasını xahiş edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxs X27 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbim yoxdur. Onunla barışımış, ona dəymiş ziyan tam ödənilmişdir. Məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olan cəza təyin edilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş zərərçəkmiş şəxsin hüquqi varsi X19 ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış, məhkəmə iclasının onun iştirakı olanan keçirilməsini və təqsirləndirlən şəxslə yüngül cəza təyin edilməsini xahiş edir. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxslərin hüquqi varislərinin ibtidai istintaq zamanı verdikləri ifadələri (ərizələri), zərərçəkmiş şəxsin ibtidai istintaq zamanı verdiyi ifadələri (ərizəsi) şahidlərin ibtidai istintaq zamanı verdikləri ifadələri, məhkəmə-tibbi, məhkəmə yol nəqliyyat hadisəsi, kriminalistika, məhkəmə texniki ekspertizalarının rəyləri, maddi sübutlar, hadisə yerinə baxış, meyitə baxış protokolları və digər istintaq materialları ilə eləcə də işin biri-digərini tamamlayan halları ilə kifayət qədər sübuta yetirilmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs 27 iyul 2015-ci il saat 13:55-də idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan 0** BB *** dövlət nömrə nişanlı, “CHEVROLET KL1J CRUZE” markalı avtomobili ilə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olan cinayət əməlini törətdiyindən onun əməli Azərbaycan Respublikasının CM-nin 263.3-cü maddəsi ilə tövsif edilməli və onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar olmadığından o, həmin maddə ilə cinayət cəzası daşımalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikasının CM-nin 41.2-ci maddəsinin tələblərinə görə isə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59.1.4-cü maddəsinə əsasən himayəsində xx.xx.2019 təvəllüdlü və xx.xx.2016-cı il təvəllüdü iki azyaşlı uşağının olmasını, zərərçəkmiş şəxslə və zərərçəkmiş şəxsin hüquqi varisləri ilə barışıq əldə etməsini CM-nin 59.1.12-ci maddəsinə, CM-nin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanınyüu könüllü olaraq tamamilə ödənilməsini, CM-nin 59-cü maddəsinə əsasən ilk dəfə cinayət törətməsini, yaşayış yerindən müsbət xarakterizə olunması yüngülləşdirən hallar kimi nəzərə alır və ona cəza təyin edərkən CM nin 60-cı maddəsini onun barəsində tətbiq edilməsini qanuni və əsaslı hesab edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan qaydada cəzasını ağırlaşdıran hallar yoxdur. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsin cəzasını Azərbaycan Respublikasının Cinayət 59.1.12 və 59.1.13-cü maddələrində göstərilən yüngülləşdirən hallar olduğundan və cəzanı ağırlaşdıran hallar olmadığından, təyin olunan cəzanın müddəti və ya həcmi bu qanunda nəzərdə tutulmuş cəzasının yuxarı həddinin dörddə üçündən artıq ola bilməz. Məhəkəmə kollegiyası təqsirləndirilən şəxsə cəza təyin olunması məsələsini də müzakrə edərək hesab edir ki, aşağıda qeyd olunan hüquqi vəziyyət nəzərə alınmaqla təsirləndirilən şəxsə cəza təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının CM-nin 10.3-cü maddəsinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və bu əmələ görə cəzanı aradan qaldıran, cəzanı yüngülləşdirən, yaxud cinayət etmiş şəxsin vəziyyətini başqa cür yaxşılaşdıran cinayət qanununun geriyə qüvvəsi vardır, yəni həmin qanunun qüvvəyə minməsindən əvvəl müvafiq əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərə, habelə cəza çəkən, yaxud cəzasını çəkmiş, lakin məhkumluğu üstündən götürülməmiş və ya ödənilməmiş şəxslərə şamil edilir. CM-nin 10.4-cü maddəsinə əsasən isə əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılmasını və həmin əmələ görə cəza müəyyən edən, cəzanı ağırlaşdıran, yaxud cinayət törətmiş şəxsin vəziyyətini başqa cür ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. CM-nin 12.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının hüdudlarından kənarda törətdikləri əmələ (hərəkət və ya hərəkətsizliyə) görə, bu əməl həm Azərbaycan Respublikasının, həm də ərazisində törədildiyi xarici dövlətin qanunvericiliyinə əsasən cinayət sayılırsa və bu cinayətə görə həmin şəxslər xarici dövlətdə məhkum olunmamışlarsa, bu Məcəllə əsasında cinayət məsuliyyətinə cəlb edilirlər. CM-nin 12.5-ci maddəsinə səasən Bu Məcəllənin 12.1-ci maddələrində nəzərdə tutulmuş şəxslərə Azərbaycan Respublikasının məhkəmələri tərəfindən təyin edilən cəza, ərazisində cinayət törədilmiş xarici dövlətin qanunu ilə nəzərdə tutulmuş cəzanın yuxarı həddindən çox ola bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara əsasən hesab edir ki, təqsirləndirilən şəxsə onun törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmaqla onun təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 263.3-cü maddəsinin snksiyasının aşağı və yuxarı həddi ( beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş ildən on ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan və cəza təyin olniması zamanı təqsirlənditrilən şəxsin vəziyyəti ağırlaşdığından) , onun bu cinayəti törətməsinə görə ittiham verilmiş RF-nın CM-nin 264cü maddəsinin 5-ci bəndinin sanksiyasında nəzərdə tutulan ( müyyyən faliyyətlə məşğul olmaq hüquqndan məhrum edilməklə 07 ilədək azədlıqdan məhrum etmə cəzası nəzərdə tutulduğundan,cəza təyin olunması zamanı RF-nin Cinayət Məcəlləsinin snksiyasında daha aşağı həddə cəza nəzərədə tutulmaqla təqsirləndirilən şəxsin vəzyyətini yüngülləşdirildindən) RF-nin Cinayət Məcəlləsinin müddəaları şamil olunmaqla ona cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən ehtiyyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslərin cəzalarını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkilməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəndə çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının başlanğıcı hökm icraya yönəldiyi vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməli, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmaldır. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək “həbsdə” saxlandığı müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növü bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmuş hallarda, cinayətin xarakteri, təqsirkar şəxsin şəxsiyyəti və cinayətin digər halları nəzərə alınmaqla, bir ildən beş ilədək müddətə təyin edilə bilər. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 45.2-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Məhkəmə kollegiyası eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs əlavə cəza kimi nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli və bu cəzanın icrası əsas cəzanı çəkib qurtardığı vaxtdan hesablanmalıdır. İş üzrə maddi sübut A 056 BB region 196 dövlət qeydiyyat nişanlı “CHEVROLET KL17 CRUZE” markalı avtomobilin hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd “KUMHO SOLUS KH17” markalı təkər istismar müddəti keçddiyindən məhv olunmalı, iş üzrə maddi sübut İqlino rayonu, Јeјeznodorojnaya küçəsi 10 ünvanında yerləşən dayanacaqda saxlaınlan «CHEVROLET KL17 CRUZE” markalı avtomobil, BS 5020 dövlət qeydiyyat nişanlı “Schmitz SKO-24” markalı yarımqoşqu ilə hərəkət edən E 588 OX region 190 dövlət qeydiyyat nişanlı “MAN TGA 18.460” markalı avtomobil qanuni sahibə qaytarılmalı, imtina etdikdə məhv edilməldir. İş üzrə mülki iddia, ekspertiza xərci və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Göstərilənlərə əsasən, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə H ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 04 (dörd) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 05 (beş) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 14 fevral 2025-ci il tarixdən 19 mart 2025-ci il tarixədək “həbsdə” saxlandığı müddət, Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə ona təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 04 (dörd) il 10 (on) ay 25 (iyirmi beş) gün müddətə azadlıqdan məһrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsinə qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilsin və o, dərhal məhkəmə iclas zalından azad edilsin. Barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilsin və başlanğıcı əsas cəzanın çəkilib qurtarmasından sonra hesablansın. Hökmün icrası Təqsirləndirilən şəxs yaşadığı və qeydiyyatda olduğu yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Şəmkir rayon üzrə İcra və Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut A 056 BB region 196 dövlət qeydiyyat nişanlı “CHEVROLET KL17 CRUZE” markalı avtomobilin hadisə yerinə baxış zamanı götürülmüş 1 ədəd “KUMHO SOLUS KH17” markalı təkər istismar müddəti keçddiyindən məhv olunsun, maddi sübut İqlino rayonu, Јeјeznodorojnaya küçəsi 10 ünvanında yerləşən dayanacaqda saxlaınlan «CHEVROLET KL17 CRUZE” markalı avtomobil, BS 5020 dövlət qeydiyyat nişanlı “Schmitz SKO-24” markalı yarımqoşqu ilə hərəkət edən E 588 OX region 190 dövlət qeydiyyat nişanlı “MAN TGA 18.460” markalı avtomobil qanuni sahibə qaytarılsın, imtina etdikdə məhv edilsin. İş üzrə mülki iddia, ekspertiza xərci və CM-in 99-1.1-ci maddəsində nəzərdə tutulan xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar