Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-12/2022 28.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsi Hakimlər: Əliyev Nural Turab oğlu (sədrlik edən), İmanov Dadaş Hüseyn oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X48 oğlunun katibliyi Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X3 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, zərərçəkmiş şəxsin hüquqi varisi atası X10 və onun nümayəndəsi X4, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, onun qanuni nümayəndəsi Qanuni nümayəndə1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 Firuddin oğlunun, onların müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri X6, Müdafiəçi5, Müdafiəçi4, Müdafiəçi2, Bakı şəhəri 9 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə, xx xxxxxx 2004-cü ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, Gəncə şəhəri, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri xx xxxxx 2002-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, fərdi qaydada işləyən, ünvan 2 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 xx xxxxxx 1998-ci il tarixdə Göygöl rayonu, Çaykənd kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, məhkum olunmamış, fərdi qaydada işləyən, Göygöl rayonu, Çaykənd kəndində ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 xx xxxx 1997-ci ildə Salyan şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, natamam orta təhsilli, subay, məhkum olunmamış, işləməyən, ünvan 5 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs1 22 oktyabr 2019-cu il tarixdə, saat 21 radələrində qohumları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 ilə birlikdə sonuncunun yaşadığı evin yaxınlığında, Gəncə şəhəri, Ələkbər Seyfi küçəsi ilə Qızıl Hacılı küçələrinin kəsişməsində yerləşən “X41”in yanındakı dayanacaqda olarkən, Təqsirləndirilən şəxs4 orta məktəb yoldaşı Zərərçəkmiş şəxs1 cüzi səbəbləri bəhanə edib, yəni Təqsirləndirilən şəxs3 20 oktyabr 2019-cu il tarixdə küçə ilə gedərkən salam vermədən “tərs-tərs” baxmasını aydınlaşdırmaq məqsədilə dostları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Şahid1 ilə birlikdə gəlib orada qarşılaşarkən, Zərərçəkmiş şəxs1 onların yanında Təqsirləndirilən şəxs4 04 sentyabr 2019-cu il tarixdə sifət nahiyəsinə əlinin arxası ilə “əl dalı” formasında vurub “sındırdığını” vurğulayıb, onun yanında danışmaq kimi haqqının olmadığını deməklə dost-tanışı arasında nüfuzdan salmaqla bağlı söhbət apararkən, tərəflər arasında narazılığın böyüməsi və həmin ərazinin sonuncunun yaşadığı məhəllə olması səbəbilə Zərərçəkmiş şəxs1 təşəbbüsü ilə Gəncə şəhəri, Təbriz küçəsində «Xan arxı» adlı çay evinin qarşısına gedib həmin məsələləri orada həll etməklə bağlı razılığa gəlmiş, yanında olan qohumları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə birlikdə bu təklifi qəbul etməklə hər iki tərəf dava edib öz güclərini nümayiş etdirmək, bununla da, bir qrupun digər qrupdan üstün olduğunu təsdiqləmək məqsədilə həmin gün adı çəkilən qohumları ilə birlikdə və qarşı tərəfdən olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Şahid1 saat 21 radələrində Gəncə şəhəri, Təbriz küçəsində «Xan arxı» adlı kafenin qarşısına gəlib qarşılaşaraq orada masa ətrafında oturarkən, Zərərçəkmiş şəxs1 sözlərini təkrarlayıb Təqsirləndirilən şəxs4 “əl dalı” vurmaqla nufuzdan saldığını, onun yanında söz demək haqqının olmadığını uca səslə və nümayişkaranə tərzdə səsləndirərkən, qarşı tərəfdən olan Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 da dostları Zərərçəkmiş şəxs1 sözlərini müdafiə edib həmin hadisənin həqiqətən də baş verdiyini təsdiq edib buna şahid olduqlarını, artıq Təqsirləndirilən şəxs4 heç bir söz danışmaq, hər hansı bəhanə gətirmək və özünü doğrulamaq kimi haqqı olmadığını dedikdə, Təqsirləndirilən şəxs4 ictimai yer hesab edilməklə kənar şəxslərin istirahət etmək məqsədilə toplaşdığı çay evində oturduqları masa ətrafından qalxaraq ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan mübahisə yaratmaqla öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, gücünü nümayiş etdirmək məqsədilə küçədə qalmaqal salıb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgəyaşayış və davranış qaydalarını, əxlaq normalarını qərəzli surətdə pozub Zərərçəkmiş şəxs1 və yanında olan şəxslərə söyüşlər söyərək özünü qeyri-müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün çay evində olan kənarda əyləşmiş şəxslərdə qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərlə, yəni Zərərçəkmiş şəxs1 döymək, cəzalandırmaq, fiziki ağrılar yetirmək kimi zor tətbiq etməklə hədələyib eqoizmini nümayiş etdirərək, kafenin qarşısında Zərərçəkmiş şəxs1 sifətinin sol nahiyəsinə yumruqla bir zərbə vurmuş, başlamış əlbəyaxa dalaşma zamanı ictimai yer olmasına məhəl qoymadan tərəflər bir birlərinə əl-ayaqları ilə qarşılıqlı, habelə Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 sifətinə bir yumruq zərbəsi, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 isə yumruqla ona zərbələr endirməklə söyüşlər söymüş, çay evində olan qeyri müəyyən şəxslərin mübahisəyə müdaxilə edərək onları ayırmalarından sonra, qrup halında yaxınlıqdakı Ələkbər Seyfi küçəsinə gedərək mübahisəni orada davam etdirərkən, Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 söyüşlər söyməklə sifətinin sağ və sol nahiyələrinə yumruqla zərbələr vurmuş, özü isə, ictimai yer hesab edilməklə kənar şəxslərin hərəkət etdikləri küçədə ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan mübahisə yaratmaqla öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, gücünü nümayiş etdirmək məqsədilə küçədə qalmaqal salıb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgəyaşayış və davranış qaydalarını, əxlaq normalarını qərəzli surətdə pozub Zərərçəkmiş şəxs1 və yanında olan şəxslərə söyüşlər söyərək özünü qeyrimüəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün Zərərçəkmiş şəxs4lə əlbəyaxa olmuş, eləcə də Zərərçəkmiş şəxs2 sifət nahiyəsinə isə yumruqla zərbə vurmuş, mübahisə gedişində Zərərçəkmiş şəxs1 da nalayiq ifadələr işlədərək Təqsirləndirilən şəxs4la bir-birlərinə əl və ayaqları ilə qarşılıqlı zərbələr vurduqdan sonra ətrafdakı şəxslər onları yenidən ayırmış, daha sonra söyüşlər söyməklə mübahisəni davam etdirib Təbriz küçəsində yerləşən 38 nömrəli məktəbin qarşısına gedərək, orada ictimai yer hesab edilməklə kənar şəxslərin küçə ilə sərbəst və maneəsiz hərəkət etmələrinin qarşısını kəsib ucadan söyüşlər söyməklə bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirmək məqsədilə yenidən mübahisə edərkən, Təqsirləndirilən şəxs4 üzərində olan istintaqla müəyyən olmayan əşyanı (silah qismində istifadə olunan bıçaq və ya metal predmeti) əlində tutub qarşı tərəfdən olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 qorxu hissi yaratmaq, bununla da özünün və qrupun digər üzvlərinin üstünlüyünü göstərməklə zor tətbiq edəcəyi hədəsi ilə nümayiş etdirmiş, həmin zaman oraya gələrək mübahisəyə müdaxilə edən Təqsirləndirilən şəxs4 atası X20 həmin əşyanı əlindən götürüb qıraraq 38 nömrəli məktəbin həyətinə atdıqdan sonra kənar şəxslərin müdaxiləsi və onları bir birlərindən ayırmaları nəticəsində tərəflər yenidən Təbriz küçəsində yerləşən «Xan arxı» adlı kafenin qarşısına qayıdarkən özü, qrup üzvləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3la bir qrup şəxs halında qarşı tərəfdən olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 ünvanına söyüşlər söyməklə və qarşı tərəfi döyəcəkləri, cəzalandıracaqları, yəni zor tətbiq etmək hədəsi ilə mübahisəni davam etdirərək oradan «Xan arxı» adlı kafenin yaxınlığında, Gəncə şəhəri, Ə.Seyfi, Mehmandarov və Təbriz küçələrinin kəsişməsində yerləşən «Xan çinar» adlı restoranın qarşısına gəlib, Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 üzərinə yeriyərkən sonuncu təpiklə Təqsirləndirilən şəxs4 bir dəfə sinə nahiyəsinə, yumruqla bir dəfə sifət nahiyəsinə zərbə vurması nəticəsində Təqsirləndirilən şəxs4 yerə yıxılmış, ayağa qalxdıqdan sonra söyməklə əlləri ilə Zərərçəkmiş şəxs1 ayaqlarından tutub sonuncunu yerə yıxaraq bədənin müxtəlif nahiyələrinə yumruq zərbələri vurmuş, o, və həmin zaman davaya qoşulmuş qrupun digər üzvləri Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 da heç bir əsaslı səbəb olmadan davamlı olaraq ucadan söyüşlər söyməklə qarşı tərəfdən olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 üzərinə qrup şəkilində hücum edib yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 bədənin müxtəlif nahiyələrinə təpik və yumruqla çoxsaylı zərbələr endirmiş, Təqsirləndirilən şəxs3 həmçinin Zərərçəkmiş şəxs2 bədənin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurmuş, həmin zaman hadisə yerinə yenicə gəlmiş Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs3 da mübahisəyə qoşulub Təqsirləndirilən şəxs2 üzərinə yeriyərək, yumruq və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərkən, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 təpiklə sol böyründən, yumruqla sifətinin sağ nahiyəsinə zərbələr vurmuş, davanın gedişində Zərərçəkmiş şəxs4 onun sağ qulaq nahiyəsinə yumruqla zərbə vurarkən, o, öz hiddətini və digər şəxslərdən üstünlüyünü nümayiş etdirmək məqsədilə ümumi niyyətdən kənara çıxmaqla cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmadığı halda üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən açılıb-qatlanan cib bıçağından silah qismində istifadə edərək heç bir əsaslı səbəb olmadan xuliqanlıq niyyətilə həmin bıçağın kəsicideşici tiyəsi ilə Zərərçəkmiş şəxs4 həyat üçün vacib olan ürək nahiyəsinin yerləşdiyi döş qəfəsinin ön səthinə, sol döşyanı xəttlə V-Vİ qabırğa səviyyəsinə bir dəfə zərbə endirərək qəsdən V-Vİ qabırğanın, ürəyin, sol ağciyərin, diafraqmanın və qaraciyərin zədələnməsi ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid xəsarəti qəsdən yetirməklə Zərərçəkmiş şəxs4 xuliqanlıq niyyəti ilə qəsdən öldürmüş, habelə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib ona sol qulaq nahiyəsindən zərbə vuran Zərərçəkmiş şəxs2 heç bir əsaslı səbəb olmadan gücünü nümayiş etdirmək məqsədilə üzərində olan həmin bıçağın kəsici-deşici tiyəsi ilə sonuncunun bel nahiyəsinə bir dəfə zərbə endirib Zərərçəkmiş şəxs2 qəsdən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərər vurmaya aid xəsarət yetirməklə xuliqanlıq etmiş, Təqsirləndirilən şəxs4 atası X20, öz atası Şahid3, Zərərçəkmiş şəxs1 əmisi oğlu Şahid4 və digər kənar şəxslərin müdaxiləsi ilə bir birlərindən ayrılmaqla, həmin gün saat 21 radələrindən 22:30 radələrinədək o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3la birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və belə zorun tətbiq edilməsi hədəsi ilə, eləcə də həmin əməlləri ümumi niyyətdən kənara çıxmaqla cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmadan silah qismində istifadə olunan əşyadan istifadə edilməklə şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmiş, ümumi niyyətdən kənara çıxmaqla cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayət, yəni xuliqanlıq niyyətilə qəsdən adam öldürmə cinayətlərini törətmişdir. Təqsirləndirilən şəxs4 22 oktyabr 2019-cu il tarixdə, saat 21 radələrində qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 ilə birlikdə orta məktəb yoldaşı Zərərçəkmiş şəxs1 təşəbbüsü ilə qohumu Təqsirləndirilən şəxs3 20 oktyabr 2019-cu il tarixdə küçə ilə gedərkən Zərərçəkmiş şəxs1 salam vermədən “tərstərs” baxmasını aydınlaşdırmaq kimi cüzi səbəbləri bəhanə edib özünün yaşadığı evin yaxınlığına, yəni Gəncə şəhəri, Ələkbər Seyfi küçəsi ilə Qızıl Hacılı küçələrinin kəsişməsində yerləşən “X41”in yanındakı dayanacağa dostları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Şahid1 ilə birlikdə gəlib orada qarşılaşarkən, Zərərçəkmiş şəxs1 adı qeyd olunan şəxslərin yanında onu 04 sentyabr 2019-cu il tarixdə sifət nahiyəsinə əlinin arxası ilə “əl dalı” formasında vurub “sındırdığını” vurğulayıb, bununla da onun Zərərçəkmiş şəxs1 yanında danışmaq kimi haqqının olmadığını deməklə onu dost-tanışı arasında nüfuzdan salmaqla bağlı söhbət apararkən, tərəflər arasında narazılığın böyüməsi və həmin ərazinin özünün yaşadığı məhəllə olması səbəbilə Zərərçəkmiş şəxs1 təşəbbüsü ilə Gəncə şəhəri, Təbriz küçəsində «Xan arxı» adlı çay evinin qarşısına gedib həmin məsələləri orada həll etməklə bağlı razılığa gəlmiş, yanında olan qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 bu təklifi qəbul etməklə hər iki tərəf dava edib öz güclərini nümayiş etdirmək, bununla da bir qrupun digər qrupdan üstün olduğunu təsdiqləmək məqsədilə həmin gün adı çəkilən qohumları ilə birlikdə və qarşı tərəfdən olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Şahid1 saat 21 radələrində Gəncə şəhəri, Təbriz küçəsində «Xan arxı» adlı kafenin qarşısına gəlib qarşılaşaraq, orada masa ətrafında oturarkən, Zərərçəkmiş şəxs1 sözlərini təkrarlayıb ona “əl dalı” vurmaqla nufuzdan saldığını, onun yanında söz demək haqqının olmadığını uca səslə və nümayişkaranə tərzdə səsləndirərkən, qarşı tərəfdən olan Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 da həmin hadisənin baş verdiyini təsdiq edib buna şahid olduqlarını, artıq onun heç bir söz danışmaq, hər hansı bəhanə gətirmək və özünü doğrulamaq kimi haqqı olmadığını dedikdə, o, ictimai yer hesab edilməklə kənar şəxslərin istirahət etmək məqsədilə toplaşdığı çay evində oturduqları masa ətrafından qalxaraq ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan mübahisə yaratmaqla öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, gücünü nümayiş etdirmək məqsədilə küçədə qalmaqal salıb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgəyaşayış və davranış qaydalarını, əxlaq normalarını qərəzli surətdə pozub Zərərçəkmiş şəxs1 və yanında olan şəxslərə söyüşlər söyərək özünü qeyri-müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün çay evində olan kənarda əyləşmiş şəxslərdə qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə, yəni Zərərçəkmiş şəxs1 döymək, cəzalandırmaq, fiziki ağrılar yetirmək kimi zor tətbiq etməklə hədələyib eqoizmini nümayiş etdirərək, kafenin qarşısında Zərərçəkmiş şəxs1 sifətinin sol nahiyəsinə yumruqla bir zərbə vurmuş, başlamış əlbəyaxa dalaşma zamanı ictimai yer olmasına məhəl qoymadan tərəflər bir birlərinə əl-ayaqları ilə qarşılıqlı, habelə Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 sifətinə bir yumruq zərbəsi, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 yumruqla Təqsirləndirilən şəxs1 zərbələr endirməklə söyüşlər söymüşlər, çay evində olan qeyri müəyyən şəxslərin mübahisəyə müdaxilə edərək onları ayırmalarından sonra, qrup halında yaxınlıqdakı Ələkbər Seyfi küçəsinə gedərək mübahisəni orada davam etdirərkən, Zərərçəkmiş şəxs1 söyüşlər söyməklə sifətinin sağ və sol nahiyələrinə yumruqla zərbələr vurmuş, mübahisə gedişində sonuncu da nalayiq ifadələr işlədərək bir-birlərinə əl və ayaqları ilə qarşılıqlı zərbələr vurduqdan sonra ətrafdakı şəxslər onları yenidən ayırmış, daha sonra söyüşlər söyməklə mübahisəni davam etdirib Təbriz küçəsində yerləşən 38 nömrəli məktəbin qarşısına gedərək, orada ictimai yer hesab edilməklə kənar şəxslərin küçə ilə sərbəst və maneəsiz hərəkət etmələrinin qarşısını kəsib ucadan söyüşlər söyməklə bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirmək məqsədilə yenidən mübahisə edərkən, o, üzərində olan istintaqla müəyyən olmayan əşyanı (silah qismində istifadə olunan bıçaq və ya metal predmeti) əlində tutub qarşı tərəfdən olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 qorxu hissi yaratmaq, bununla da özünün və qrupun digər üzvlərinin üstünlüyünü göstərməklə zor tətbiq edəcəyi hədəsi ilə nümayiş etdirmiş, həmin zaman oraya gələrək mübahisəyə müdaxilə edən atası X20 onun əlindəki həmin əşyanı götürüb qıraraq 38 nömrəli məktəbin həyətinə atdıqdan sonra kənar şəxslərin müdaxiləsi və onları bir birlərindən ayırmaları nəticəsində tərəflər yenidən Təbriz küçəsində yerləşən «Xan arxı» adlı kafenin qarşısına qayıdarkən o, qrup üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3la bir qrup şəxs halında qarşı tərəfdən olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 ünvanına söyüşlər söyməklə və qarşı tərəfi döyəcəkləri, cəzalandıracaqları, yəni zor tətbiq etmək hədəsi ilə mübahisəni davam etdirərək oradan «Xan arxı» adlı kafenin yaxınlığında, Gəncə şəhəri, Ə.Seyfi, Mehmandarov və Təbriz küçələrinin kəsişməsində yerləşən «Xan çinar» adlı restoranın qarşısına gəlib, Zərərçəkmiş şəxs1 üzərinə yeriyərkən sonuncu təpiklə onun bir dəfə sinə nahiyəsinə, yumruqla bir dəfə sifət nahiyəsinə zərbə vurması nəticəsində yerə yıxılmış, ayağa qalxdıqdan sonra söyməklə əlləri ilə Zərərçəkmiş şəxs1 ayaqlarından tutub sonuncunu yerə yıxaraq bədənin müxtəlif nahiyələrinə yumruq zərbələri vurmuş, davaya qoşulmuş qrupun digər üzvləri Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 da heç bir əsaslı səbəb olmadan davamlı olaraq ucadan söyüşlər söyməklə ictimai yer hesab edilən küçədə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan mübahisə yaratmaqla öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, güclərini nümayiş etdirmək məqsədilə küçədə qalmaqal salıb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgəyaşayış və davranış qaydalarını, əxlaq normalarını qərəzli surətdə pozaraq qarşı tərəfdən olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 üzərinə qrup şəkilində hücum edib yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 bədənin müxtəlif nahiyələrinə təpik və yumruqla çoxsaylı zərbələr endirmiş, Təqsirləndirilən şəxs3 həmçinin Zərərçəkmiş şəxs2 bədənin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurmuş, həmin zaman hadisə yerinə yenicə gəlmiş Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs3 da mübahisəyə qoşulub Təqsirləndirilən şəxs2 üzərinə yeriyərək, yumruq və təpiklə sonuncunun bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərkən, Təqsirləndirilən şəxs2 Zərərçəkmiş şəxs3 təpiklə sol böyründən, yumruqla sifətinin sağ nahiyəsinə zərbələr vurmuş, kənar şəxslər tərəfindən ayrıldıqdan sonra atası X20, Təqsirləndirilən şəxs1 atası Şahid3, Zərərçəkmiş şəxs1 əmisi oğlu Şahid4 və digər kənar şəxslərin mübahisəyə müdaxilə edib onları ayırmaları, habelə Təqsirləndirilən şəxs1 ümumi niyyətdən kənara çıxıb cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin, yəni əlində olan soyuq silah hesab edilməyən bıçaqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs4 vurub qəsdən öldürməsi və Zərərçəkmiş şəxs2 bıçaq xəsarəti yetirməsindən sonra kənar şəxslərin müdaxiləsi ilə bir birlərindən ayrılmaqla, həmin gün saat 21 radələrindən 22:30 radələrinədək o, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3la birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs2 22 oktyabr 2019-cu il tarixdə, saat 21 radələrində qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 ilə birlikdə sonuncunun qohumu Təqsirləndirilən şəxs3 Təqsirləndirilən şəxs4 orta məktəb yoldaşı Zərərçəkmiş şəxs1 salam vermədən “tərs-tərs” baxmasını aydınlaşdırmaq kimi cüzi səbəbləri bəhanə edib Təqsirləndirilən şəxs4 yaşadığı evin yaxınlığına, yəni Gəncə şəhəri, Ələkbər Seyfi küçəsi ilə Qızıl Hacılı küçələrinin kəsişməsində yerləşən “X41”in yanındakı dayanacağa Zərərçəkmiş şəxs1 və dostları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Şahid1 ilə birlikdə gəlib orada qarşılaşarkən, Zərərçəkmiş şəxs1 qeyd olunan şəxslərin yanında Təqsirləndirilən şəxs4 04 sentyabr 2019-cu il tarixdə sifət nahiyəsinə əlinin arxası ilə “əl dalı” formasında vurub “sındırdığını” vurğulayıb, bununla da sonuncunun Zərərçəkmiş şəxs1 yanında danışmaq kimi haqqının olmadığını deməklə onu dost-tanışı arasında nüfuzdan salmaqla bağlı söhbət apararkən, tərəflər arasında narazılığın böyüməsi və həmin ərazinin Təqsirləndirilən şəxs4 yaşadığı məhəllə olması səbəbilə Zərərçəkmiş şəxs1 təşəbbüsü ilə Gəncə şəhəri, Təbriz küçəsində «Xan arxı» adlı çay evinin qarşısına gedib həmin məsələləri orada həll etməklə bağlı razılığa gəlmiş, yanında olan qohumları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 ilə birlikdə bu təklifi qəbul etməklə hər iki tərəf dava edib öz güclərini nümayiş etdirmək, bununla da bir qrupun digər qrupdan üstün olduğunu təsdiqləmək məqsədilə həmin gün adı çəkilən qohumları ilə birlikdə və qarşı tərəfdən olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Şahid1 saat 21 radələrində Gəncə şəhəri, Təbriz küçəsində «Xan arxı» adlı kafenin qarşısına gəlib qarşılaşaraq, orada masa ətrafında oturarkən, Zərərçəkmiş şəxs1 sözlərini təkrarlayıb Təqsirləndirilən şəxs4 “əl dalı” vurmaqla nufuzdan saldığını, yanında söz demək haqqının olmadığını uca səslə və nümayişkaranə tərzdə səsləndirərkən, qarşı tərəfdən olan Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 da həmin hadisənin baş verdiyini təsdiq edib buna şahid olduqlarını, artıq Təqsirləndirilən şəxs4 heç bir söz danışmaq, hər hansı bəhanə gətirmək və özünü doğrulamaq kimi haqqı olmadığını dedikdə, Təqsirləndirilən şəxs4 ictimai yer hesab edilməklə kənar şəxslərin istirahət etmək məqsədilə toplaşdığı çay evində oturduqları masa ətrafından qalxaraq ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan mübahisə yaratmaqla öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, gücünü nümayiş etdirmək məqsədilə küçədə qalmaqal salıb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgəyaşayış və davranış qaydalarını, əxlaq normalarını qərəzli surətdə pozub Zərərçəkmiş şəxs1 və yanında olan şəxslərə söyüşlər söyərək özünü qeyri-müəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün çay evində olan kənarda əyləşmiş şəxslərdə qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə, yəni Zərərçəkmiş şəxs1 döymək, cəzalandırmaq, fiziki ağrılar yetirmək kimi zor tətbiq etməklə hədələyib eqoizmini nümayiş etdirərək, kafenin qarşısında Zərərçəkmiş şəxs1 sifətinin sol nahiyəsinə yumruqla bir zərbə vurmuş, başlamış əlbəyaxa dalaşma zamanı ictimai yer olmasına məhəl qoymadan tərəflər bir birlərinə əl-ayaqları ilə qarşılıqlı, habelə Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs1 sifətinə bir yumruq zərbəsi, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 yumruqla Təqsirləndirilən şəxs1 zərbələr endirməklə söyüşlər söymüş, çay evində olan qeyri müəyyən şəxslərin mübahisəyə müdaxilə edərək onları ayırmalarından sonra, qrup halında yaxınlıqdakı Ələkbər Seyfi küçəsinə gedərək mübahisəni orada davam etdirərkən, Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 söyüşlər söyməklə sifətinin sağ və sol nahiyələrinə yumruqla zərbələr vurmuş, mübahisə gedişində sonuncu da nalayiq ifadələr işlədərək bir-birlərinə əl və ayaqları ilə qarşılıqlı zərbələr vurduqdan sonra ətrafdakı şəxslər onları yenidən ayırmış, daha sonra Təqsirləndirilən şəxs4, Zərərçəkmiş şəxs1 və adları qeyd olunan qrupun hər iki tərəfdən olan üzvləri birbirlərinə söyüşlər söyməklə mübahisəni davam etdirib Təbriz küçəsində yerləşən 38 nömrəli məktəbin qarşısına gedərək, orada ictimai yer hesab edilməklə kənar şəxslərin küçə ilə sərbəst və maneəsiz hərəkət etmələrinin qarşısını kəsib ucadan Təqsirləndirilən şəxs4 söyüşlər söyməklə bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirmək məqsədilə yenidən mübahisə edərkən, Təqsirləndirilən şəxs4 üzərində olan istintaqla müəyyən olmayan əşyanı (silah qismində istifadə olunan bıçaq və ya metal predmeti) əlində tutub qarşı tərəfdən olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 qorxu hissi yaratmaq, bununla da özünün və qrupun digər üzvlərinin üstünlüyünü göstərməklə zor tətbiq edəcəyi hədəsi ilə nümayiş etdirmiş, həmin zaman oraya gələrək mübahisəyə müdaxilə edən Sərdar oğlu X17 Məmmədovun əlindəki həmin əşyanı götürüb qıraraq 38 nömrəli məktəbin həyətinə atdıqdan sonra kənar şəxslərin müdaxiləsi və onları bir birlərindən ayırmaları nəticəsində tərəflər yenidən Təbriz küçəsində yerləşən «Xan arxı» adlı kafenin qarşısına qayıdarkən o, qrup üzvləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3la bir qrup şəxs halında qarşı tərəfdən olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 ünvanına söyüşlər söyməklə və qarşı tərəfi döyəcəkləri, cəzalandıracaqları, yəni zor tətbiq etmək hədəsi ilə mübahisəni davam etdirərək oradan «Xan arxı» adlı kafenin yaxınlığında, Gəncə şəhəri, Ə.Seyfi, Mehmandarov və Təbriz küçələrinin kəsişməsində yerləşən «Xan çinar» adlı restoranın qarşısına gəlib, Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 üzərinə yeriyərkən sonuncu təpiklə Təqsirləndirilən şəxs4 bir dəfə sinə nahiyəsinə, yumruqla bir dəfə sifət nahiyəsinə zərbə vurması nəticəsində sonuncu yerə yıxılmış, Təqsirləndirilən şəxs4 ayağa qalxdıqdan sonra söyməklə əlləri ilə Zərərçəkmiş şəxs1 ayaqlarından tutub sonuncunu yerə yıxaraq bədənin müxtəlif nahiyələrinə yumruq zərbələri vurmuş, həmin zaman, o, davaya qoşularaq qrupun digər üzvləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3la birlikdə heç bir əsaslı səbəb olmadan davamlı olaraq ucadan söyüşlər söyməklə ictimai yer hesab edilən küçədə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan mübahisə yaratmaqla öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, güclərini nümayiş etdirmək məqsədilə küçədə qalmaqal salıb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgəyaşayış və davranış qaydalarını, əxlaq normalarını qərəzli surətdə pozaraq qarşı tərəfdən olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 üzərinə qrup şəkilində hücum edib yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 bədənin müxtəlif nahiyələrinə təpik və yumruqla çoxsaylı zərbələr endirmiş, Təqsirləndirilən şəxs3 həmçinin Zərərçəkmiş şəxs2 bədənin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurmuş, həmin zaman hadisə yerinə yenicə gəlmiş Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs3 da mübahisəyə qoşulub onun üzərinə yeriyərək, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərkən, o, da aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə Zərərçəkmiş şəxs3 ünvanına söyüşlər söyüb sonuncunu təpiklə sol böyründən, yumruqla sifətinin sağ nahiyəsindən zərbələr vurmuş, kənar şəxslər tərəfindən ayrıldıqdan sonra Təqsirləndirilən şəxs4 atası X20, Təqsirləndirilən şəxs1 atası Şahid3, Zərərçəkmiş şəxs1 əmisi oğlu Şahid4 və digər kənar şəxslərin mübahisəyə müdaxilə edib onları ayırmaları, habelə Təqsirləndirilən şəxs1 ümumi niyyətdən kənara çıxıb cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin, yəni əlində olan soyuq silah hesab edilməyən bıçaqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs4 vurub qəsdən öldürməsi və Zərərçəkmiş şəxs2 bıçaq xəsarəti yetirməsindən sonra kənar şəxslərin müdaxiləsi ilə bir birlərindən ayrılmaqla, həmin gün saat 21 radələrindən 22:30 radələrinədək o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3la birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs3 22 oktyabr 2019-cu il tarixdə, saat 21 radələrində qohumları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 ilə birlikdə sonuncunun yaşadığı evin yaxınlığında, Gəncə şəhəri, Ələkbər Seyfi küçəsi ilə Qızıl Hacılı küçələrinin kəsişməsində yerləşən “X41”in yanındakı dayanacaqda olarkən, Təqsirləndirilən şəxs4 orta məktəb yoldaşı Zərərçəkmiş şəxs1 cüzi səbəbləri bəhanə edib, yəni onun 20 oktyabr 2019-cu il tarixdə küçə ilə gedərkən Zərərçəkmiş şəxs1 salam vermədən “tərs-tərs” baxmasını aydınlaşdırmaq məqsədilə dostları Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Şahid1 ilə birlikdə gəlib orada qarşılaşarkən, Zərərçəkmiş şəxs1 qeyd olunan şəxslərin yanında Təqsirləndirilən şəxs4 04 sentyabr 2019-cu il tarixdə sifət nahiyəsinə əlinin arxası ilə “əl dalı” formasında vurub “sındırdığını” vurğulayıb, bununla da sonuncunun Zərərçəkmiş şəxs1 yanında danışmaq kimi haqqının olmadığını deməklə onu dost-tanışı arasında nüfuzdan salmaqla bağlı söhbət apararkən, tərəflər arasında narazılığın böyüməsi və həmin ərazinin Təqsirləndirilən şəxs4 yaşadığı məhəllə olması səbəbilə Zərərçəkmiş şəxs1 təşəbbüsü ilə Gəncə şəhəri, Təbriz küçəsində «Xan arxı» adlı çay evinin qarşısına gedib həmin məsələləri orada həll etməklə bağlı razılığa gəldikdən sonra, yanında olan qohumları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 ilə birlikdə bu təklifi qəbul etməklə hər iki tərəf dava edib öz güclərini nümayiş etdirmək, bununla da bir qrupun digər qrupdan üstün olduğunu təsdiqləmək məqsədilə həmin gün adı çəkilən qohumları ilə birlikdə saat 21 radələrində qeyd olunan Gəncə şəhəri, Təbriz küçəsində «Xan arxı» adlı kafenin qarşısına gedib orada qarşı tərəfdən olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Şahid1la qarşılaşaraq masa ətrafında oturarkən, Zərərçəkmiş şəxs1 sözlərini təkrarlayıb Təqsirləndirilən şəxs4 “əl dalı” vurmaqla nufuzdan saldığını, yanında söz demək haqqının olmadığını uca səslə və nümayişkaranə tərzdə səsləndirərkən, qarşı tərəfdən olan Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 da həmin hadisənin baş verdiyini təsdiq edib buna şahid olduqlarını, artıq Təqsirləndirilən şəxs4 heç bir söz danışmaq, hər hansı bəhanə gətirmək və özünü doğrulamaq kimi haqqı olmadığını dedikdə, Təqsirləndirilən şəxs4 ictimai yer hesab edilməklə kənar şəxslərin istirahət etmək məqsədilə toplaşdığı çay evində oturduqları masa ətrafından qalxaraq ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan mübahisə yaratmaqla öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, gücünü nümayiş etdirmək məqsədilə küçədə qalmaqal salıb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgəyaşayış və davranış qaydalarını, əxlaq normalarını qərəzli surətdə pozub Zərərçəkmiş şəxs1 və yanında olan şəxslərə söyüşlər söyərək özünü qeyrimüəyyən şəxslərin dairəsinin şüurunda müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etmək üçün çay evində olan kənarda əyləşmiş şəxslərdə qorxu və narahatçılıq hissinə səbəb olan hərəkətlərə, yəni Zərərçəkmiş şəxs1 döymək, cəzalandırmaq, fiziki ağrılar yetirmək kimi zor tətbiq etməklə hədələyib eqoizmini nümayiş etdirərək, kafenin qarşısında Zərərçəkmiş şəxs1 sifətinin sol nahiyəsinə yumruqla bir zərbə vurmuş, başlamış əlbəyaxa dalaşma zamanı ictimai yer olmasına məhəl qoymadan tərəflər bir birlərinə əl-ayaqları ilə qarşılıqlı zərbələr vurmuş, həmin vaxt, o, mübahisəyə qoşulub ictimai yer hesab edilən kafenin qarşısında ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan mübahisə yaratmaqla öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, gücünü nümayiş etdirmək məqsədilə Zərərçəkmiş şəxs1 sifətinə bir yumruq zərbəsi, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 isə yumruqla Təqsirləndirilən şəxs1 müxtəlif nahiyyələrinə zərbələr endirməklə söyüşlər söymüş, çay evində olan qeyri müəyyən şəxslərin mübahisəyə müdaxilə edərək onları ayırmalarından sonra, qrup halında yaxınlıqdakı Ələkbər Seyfi küçəsinə gedərək mübahisəni orada davam etdirərkən, Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 söyüşlər söyməklə sifətinin sağ və sol nahiyələrinə yumruqla zərbələr vurmuş, mübahisə gedişində sonuncu da nalayiq ifadələr işlədərək bir-birlərinə əl və ayaqları ilə qarşılıqlı zərbələr vurarkən, o, da söyüşlər söyməklə təpiklə Zərərçəkmiş şəxs1 sağ ayağına zərbə vurmuş, ətrafdakı şəxslər onları yenidən ayırmış, daha sonra Təqsirləndirilən şəxs4, Zərərçəkmiş şəxs1 və adları qeyd olunan qrupun hər iki tərəfdən olan üzvləri bir-birlərinə söyüşlər söyməklə mübahisəni davam etdirib Təbriz küçəsində yerləşən 38 nömrəli məktəbin qarşısına gedərək, orada ictimai yer hesab edilməklə kənar şəxslərin küçə ilə sərbəst və maneəsiz hərəkət etmələrinin qarşısını kəsib ucadan Təqsirləndirilən şəxs4 söyüşlər söyməklə bilərəkdən özünü ictimai qaydaya qarşı qoyaraq gücünü nümayiş etdirmək məqsədilə yenidən mübahisə edərkən, Təqsirləndirilən şəxs4 üzərində olan istintaqla müəyyən olmayan əşyanı (silah qismində istifadə olunan bıçaq və ya metal predmeti) əlində tutub qarşı tərəfdən olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 qorxu hissi yaratmaq, bununla da özünün və qrupun digər üzvlərinin üstünlüyünü göstərməklə zor tətbiq edəcəyi hədəsi ilə nümayiş etdirmiş, həmin zaman oraya gələrək mübahisəyə müdaxilə edən Təqsirləndirilən şəxs4 atası X20 həmin əşyanı Təqsirləndirilən şəxs4 əlindən götürüb qıraraq 38 nömrəli məktəbin həyətinə atdıqdan, habelə kənar şəxslərin müdaxiləsindən sonra onlar bir birlərlərindən ayrılsalar da yenidən Təbriz küçəsində yerləşən «Xan arxı» adlı kafenin qarşısına qayıdarkən o, qrup üzvləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2la bir qrup şəxs halında qarşı tərəfdən olan Azər Qurbanov, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 ünvanına söyüşlər söyməklə və qarşı tərəfi döyəcəkləri, cəzalandıracaqları, yəni zor tətbiq etmək hədəsi ilə mübahisəni davam etdirərək oradan «Xan arxı» adlı kafenin yaxınlığında, Gəncə şəhəri, Ə.Seyfi, Mehmandarov və Təbriz küçələrinin kəsişməsində yerləşən «Xan çinar» adlı restoranın qarşısına gəlib, Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 üzərinə yeriyərkən sonuncu təpiklə Təqsirləndirilən şəxs4 bir dəfə sinə nahiyəsinə, yumruqla bir dəfə sifət nahiyəsinə zərbə vurması nəticəsində sonuncu yerə yıxılmış, Təqsirləndirilən şəxs4 ayağa qalxdıqdan sonra söyməklə əlləri ilə Zərərçəkmiş şəxs1 ayaqlarından tutub sonuncunu yerə yıxaraq bədənin müxtəlif nahiyələrinə yumruq zərbələri vurmuş, həmin zaman, o, davaya qoşulan Təqsirləndirilən şəxs2 və qrupun digər üzvü Təqsirləndirilən şəxs1la birlikdə heç bir əsaslı səbəb olmadan davamlı olaraq ucadan söyüşlər söyməklə ictimai yer hesab edilən küçədə aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərib heç bir əsaslı səbəb olmadan mübahisə yaratmaqla öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərib, ictimai qaydanı kobud surətdə pozduğunu dərk etməklə onun nəticələrini arzu edərək, güclərini nümayiş etdirmək məqsədilə küçədə qalmaqal salıb cəmiyyətdə insanlar arasında təşəkkül tapmış birgəyaşayış və davranış qaydalarını, əxlaq normalarını qərəzli surətdə pozaraq qarşı tərəfdən olan Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 üzərinə qrup şəkilində hücum edib yerdə uzanmış vəziyyətdə olan Zərərçəkmiş şəxs1 bədənin müxtəlif nahiyələrinə təpik və yumruqla çoxsaylı zərbələr endirmiş, o, həmçinin Zərərçəkmiş şəxs2 bədənin müxtəlif nahiyələrinə yumruq və təpiklə zərbələr vurmuş, həmin zaman hadisə yerinə yenicə gəlmiş Zərərçəkmiş şəxs1 tanışı Zərərçəkmiş şəxs3 da mübahisəyə qoşulub Təqsirləndirilən şəxs2 üzərinə yeriyərək, yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə zərbələr endirərkən, Təqsirləndirilən şəxs2 da aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməklə Zərərçəkmiş şəxs3 ünvanına söyüşlər söyüb sonuncunu təpiklə sol böyründən, yumruqla sifətinin sağ nahiyəsindən zərbələr vurmuş, kənar şəxslər tərəfindən ayrıldıqdan sonra Təqsirləndirilən şəxs4 atası X20, Təqsirləndirilən şəxs1 atası Şahid3, Zərərçəkmiş şəxs1 əmisi oğlu Şahid4 və digər kənar şəxslərin mübahisəyə müdaxilə edib onları ayırmaları, habelə Təqsirləndirilən şəxs1 ümumi niyyətdən kənara çıxıb cinayətin digər iştirakçılarının qəsdi ilə əhatə olunmayan başqa cinayətin, yəni əlində olan soyuq silah hesab edilməyən bıçaqla xuliqanlıq niyyəti ilə Zərərçəkmiş şəxs4 vurub qəsdən öldürməsi və Zərərçəkmiş şəxs2 bıçaq xəsarəti yetirməsindən sonra kənar şəxslərin müdaxiləsi ilə bir birlərindən ayrılmaqla, həmin gün saat 21 radələrindən 22:30 radələrinədək o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2la birlikdə bir qrup şəxs halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması, belə zorun tətbiq edilməsi hədəsi ilə müşayiət edilən qərəzli hərəkətləri ilə xuliqanlıq etmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, O, əmisi oğlu Sərdarla eyni məktəbdə təhsil alır. Təqsirləndirilən şəxs3 bibisi Nəzakətin oğludur. Təqsirləndirilən şəxs3 ailəsi ilə birlikdə Salyan şəhərində yaşasa da, tez-tez Gəncə şəhərinə onlara qonaq gəlmişdir. Təqsirləndirilən şəxs2 digər bibisi Nuridənin oğludur. Təqsirləndirilən şəxs2 da tez-tez onlara gəlir, atasına işlərində köməklik göstərib onların evində qalmışdır. Zərərçəkmiş şəxs1 uşaq yaşlarından tanıyır, Zərərçəkmiş şəxs1 onunla eyni yaşda olmuş, paralel siniflərdə təhsil almışlar. 8-ci sinifə kimi Zərərçəkmiş şəxs1la çox yaxın dost olmuş, aldığı xəsarətlə əlaqədar Bakı şəhərində xəstəxanada müalcə olunarkən sonuncu onu ziyarət etməyə gəlmədiyi üçün ondan incimiş və buna görə də onunla münasibəti kəsmişdir. Buna baxmayaraq isə Zərərçəkmiş şəxs1la rastlaşdıqda salamlaşıb hal-əhal tutmuşlar. Əmisi oğlu Təqsirləndirilən şəxs4 da Zərərçəkmiş şəxs1la münasibəti yaxşı olmuşdur. Zərərçəkmiş şəxs4 da uşaq yaşlarından tanımış, sonuncu əmisi oğlu Təqsirləndirilən şəxs4 sinif yoldaşı olmuşdur. Zərərçəkmiş şəxs4 atası X73 Gəncə qəsəbəsində yerləşən “Yaşıl market”in 2-ci mərtəbəsində yerləşən bərbərxanada bərbər işləmiş, Zərərçəkmiş şəxs4 də atasının yanında işləmişdir. Zərərçəkmiş şəxs4lə birlikdə eyni idman zalında idmanın güləş növü üzrə məşq etmiş, birlikdə idman yarışlarında iştirak etmişlər. 2018-ci ilin yay fəslinə kimi Zərərçəkmiş şəxs4lə münasibəti yaxşı olmuşdur. Tarixi xatırlamadığım gün o, əmisi oğlu Təqsirləndirilən şəxs4, bibisi oğlu Təqsirləndirilən şəxs3 və Zərərçəkmiş şəxs4lə birlikdə Gəncə şəhərində yaşayan qohumları X7 toy mərasimində iştirak etmişlər, birlikdə çaxır içmişlər. Zərərçəkmiş şəxs4 onlardan bir qədər tez çıxıb evlərinə getmişdir. Toydan çıxdıqdan sonra Zərərçəkmiş şəxs4 zəng edib onunla zarafat etmiş, Zərərçəkmiş şəxs4 isə onunla zarafat etməməyi bildirib onu təhqir etmişdir. Zərərçəkmiş şəxs4 kobud danışdığı üçün qohumları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4la birlikdə Zərərçəkmiş şəxs4 yaşadığı binanın həyətinə getmişlər. Saat 21-22 radələrində Zərərçəkmiş şəxs4 yaşadığı binanın kənarında fəaliyyət göstərən çayxananın yanıda görüşən zaman Zərərçəkmiş şəxs4 söhbət zamanı onunla kobud danışmış, hətta dartınaraq onu vurmaq istədikdə qohumları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 onu tutub saxlamışlar. Belə olduqda o, sağ əlinin yumruğu ilə Zərərçəkmiş şəxs4 sol gözaltı nahiyəsinə bir dəfə vurmuş, Zərərçəkmiş şəxs4 qohumlarının əlindən dartınıb çıxaraq qolu ilə boynundan tutub onu yerə yıxmış, bunu görən qohumları Zərərçəkmiş şəxs4 çəkib kənara aparmışlar. Bir qədər sonra oraya Zərərçəkmiş şəxs4 atası gəlib sonuncunu özü ilə aparmışdır. Həmin hadisə zamanı Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs4 vurmamışlar. Bu hadisə barədə atası Şahid3 məlumat verdikdə atası onu danlayıb növbəti gün Zərərçəkmiş şəxs4 üzr istəməsi üçün sonuncunun yaşadığı evə aparmış, o, da Zərərçəkmiş şəxs4 üzr istəyib onunla barışmışlar. Növbəti gün Zərərçəkmiş şəxs4 38 saylı orta məktəbin yaxınlığında təsadüfən gördükdə bir daha səhv etdiyini söyləyərək üzr istəmiş, təsadüfən oraya gələn qohumları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 da bunun şahidi olmuşdur. O, Zərərçəkmiş şəxs4 üzr istədiyi üçün aralarında başqa söhbət olmamış, münasibətləri çox yaxşı olmuşdur. Zərərçəkmiş şəxs2 qohumu Təqsirləndirilən şəxs4 sinif yoldaşıdır, onunla uşaq yaşlarından tanışdır, heç vaxt aralarında düşmənçilik, ədavət olmamışdır. 22 oktyabr 2019-cu il tarixdən təxminən 1 ay əvvəl axşam saat 21-22 radələrində o, tək Zərərçəkmiş şəxs4 atasının işlədiyi bərbərxananın 1-ci mərtəbəsində yerləşən mağazaya özü üçün meyvə suyu almağa gedən zaman əmisi oğlu Təqsirləndirilən şəxs4 mağazanın yanındakı oturacaqda əyləşdiyini və Zərərçəkmiş şəxs1la söhbət etdiyini görmüş, həmin vaxt onların yanında Əlimruaz Həsənov da olmuşdur. Onlara yaxınlaşıb salamlaşıb görüşmüşdür. Həmin zaman Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs4 söhbətlərindən başa düşmüşdür ki, Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 sevdiyi Bahar adlı qızın ondan inciməsinin səbəbini öyrənmək üçün adını bilmədiyi rəfiqəsi vasitəsilə Bahara söz göndərmiş, Bahar da bu barədə Zərərçəkmiş şəxs1 məlumat vermişdir. Təqsirləndirilən şəxs4 Bahara söz göndərməsi Zərərçəkmiş şəxs1 pis təsir etmişdir. Bu barədə Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1la söhbət etdikləri vaxt Zərərçəkmiş şəxs4 də oraya gəlib başqa yerdə söhbət etməyi təklif etmişdir. Bu zaman o, da onlarla birlikdə getmək istəyəndə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 onlarla gəlməməsini söyləmişlər. O, onların dalaşacaqlarını düşünməmiş, çünki onların dalaşmalarına hər hansı bir ciddi səbəb olmamışdır. Buna görə də o, oradan mağazaya gedib meyvə suyu almışdır. Çölə çıxanda isə Sərdargili görməmiş, onlara zəng etsə də heç biri cavab verməmiş, təxminən 5-10 dəqiqə sonra Zərərçəkmiş şəxs4 ona zəng etdikdə ondan harada olduqlarını soruşmuş, sonuncu “gəlirik” deyə bildirdikdə ona “gəlin «Bərəkət» adlı kafeyə, mən də oraya gəlirəm” deyə söyləmişdir. Bundan sonra o, tək Yeni Gəncə qəsəbəsində yerləşən «Bərəkət» adlı kafeyə getmişdir. Təxminən 15 dəqiqə sonra Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1, eyni oxuyan adını xatırlamadığı uşaqla birlikdə oraya gəlmişlər. Söhbət zamanı Zərərçəkmiş şəxs4 ona demişdir ki, “sənin əmin oğlu Sərdar Azərin sevdiyi qızın ağzından söz almaq istəyib, bu hərəkətinə görə ona əl dalı vurub onu sındırdıq”. O, Zərərçəkmiş şəxs4 demişdir ki, “Sərdar Azərin sevdiyi qızdan söz almaq isəməyib, sadəcə ondan incimə səbəbini öyrənmək istəyib”. Lakin Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 ona demişlər ki, “o qızın ağzından söz alarlar ki, o fahişədir, sənin əmin oğlunun bu hərəkəti bağışlanmazdı deyə ona əldalı vurub sındırdıq ki, bir də belə hərəkət etməsin”. O, hər iki şəxsə “səbirli olun mən də söhbəti Sərdardan öyrənim sonra birlikdə oturub danışarıq” demişdir. Bundan sonra onlar birlikdə həmin kafedə yemək yeyib oradan getmişlər. Oradan çıxdıqdan sonra o, Təqsirləndirilən şəxs4la yaşadıqları evin həyətində görüşüb danışmış, Sərdar ona demişdir ki, “Azər və Əzim yalan danışırlar, Azər mənə əl dalı vurmayıb, yumruqla vurub, mən də onu yumruqla vurmuşam, mən Bahardan söz alıram sözünü pis mənada deməmişəm”. Bundan sonra onlar ayrılmışlar. Həmin söhbətin səhərisi günü dərsdən çıxdıqdan sonra saat təxminən 14-15 radələrində məktəbdə olarkən Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs4 dünənki söhbəti davam etdirmək üçün yanlarına çağırmışdır. Belə olduqda o, da Təqsirləndirilən şəxs4la birlikdə getmiş, birlikdə oradan Yeni Gəncə qəsəbəsində «Bərəkət» adlı kafenin yaxınlığındakı boşluq sahədə görüşüb söhbət zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs4 əldalı dəydiyini və onu sındırdıqlarını söyləmişlər. Təqsirləndirilən şəxs4 isə ona əldalı deyil yumruq dəydiyini bildirmişdir. Təxminən 5 dəqiqə ərzində aralarında söhbət olmuş, Təqsirləndirilən şəxs4 sonda Zərərçəkmiş şəxs1 demişdir ki, “biz həmişə dost olmuşuq, sənin istədiyin qıza qarşı mən pis hərəkət etməmişəm, gəlin əvvəlki kimi dostluğumuzu davam etdirək”. Zərərçəkmiş şəxs1 isə cavabında “səndən bizə dost olmaz, elə bil ki, biz dost olmamışıq, sən öz yoluna, biz də öz yolumuzla davam edək”. 22 oktyabr 2019-cu il tarixdən təxminən bir həftə əvvəl bibisi oğulları Xəyal və Saləddin onlara gəlmişdir. Təqsirləndirilən şəxs2la birlikdə Gəncə şəhərində “qlavnı” deyilən ərazidə yerləşən «Univermağa» getmişlər. Orada qohumları Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3la rastlaşmışlar. Bundan sonra o, internet kluba getmiş, digər qohumları isə evə getmişlər. İnternet klubda Azərlə rastlaşmış, X33 telefon nömrəsini istəmişdir. Təqsirləndirilən şəxs3 nömrəsini nə səbəbə istədiyini soruşduqda Zərərçəkmiş şəxs1 sadəcə “lazımdır” deyə cavab vermişdir. O, Təqsirləndirilən şəxs3 nömrəsini Zərərçəkmiş şəxs1 vermişdir. Azərin Xəyalın nömrəsini ondan istəmə səbəbini öyrənmək üçün Xəyala zəng etmiş, lakin sonuncu cavab verməmişdir. Zərərçəkmiş şəxs1 təxminən 4-5 dəqiqə sonra o, da internet klubdan çıxıb evə doğru getmişdir. Evlərinin yaxınlığındakı döngəyə yaxılaşdıqda irəlidə 2 nəfərin getdiyini görüb həmin şəxslərdən birinin əmisi oğlu Sərdar olduğunu zənn edib ona səslədikdə, həmin şəxslərdən biri geri dönüb “mənəm Azərdir” deyə bildirmişdir. Zərərçəkmiş şəxs1 yanındakı şəxsin kim olduğunu isə bilməmişdir. Bundan sonra Azərə heç bir söz deməyib oradan əmisi Heydar Məmmədovun evinə getmişdir. Bu zaman Təqsirləndirilən şəxs4la Təqsirləndirilən şəxs2 otaqda oturub domino oynadıqlarını görmüşdür. Onlardan Təqsirləndirilən şəxs3 yeri barədə soruşduqda X34 sinif yoldaşı və ya dostunun çağırdığını, buna görə də onun bir az əvvəl evdən çıxdığını söyləmişdir. O, oradakılara demişdir ki, “bayaq Azəri internet klubda gördüm, o məndən Xəyalın telefon nömrəsini soruşdu, durun gedək birdən onlar Sərdarla Azər arasında olan qız məsələsinə görə dalaşarlar”. Belə olduqda onlar birlikdə evdən küçəyə çıxıb Xəyala zəng edib harada olduğunu soruşmuş, sonuncu Vərəm dispanserinin yaxınlığındakı dayanacaqda olduğunu söyləmiş, onlar həmin yerə 3-4 dəqiqəyə çatdıqda Xəyalın Azər və İsmət adlı şəxslə dayanıb söhbət etdiklərini görmüşlər. Söhbət zamanı Azər Xəyaldan ona tərs baxmasının səbəbini soruşduqda sonuncu “mən sənə tərs baxmamışam, mənim baxışım belədir, bir də baxmışam, baxmışam da baxanda nə olur?” deyə cavab vermişdir. Hətta Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs1 “baxanda nə olur ki, baxıb baxıb da” deyə söylədikdə sonuncu “baxmağın tərzi var” deyə bildirmişdir. Ardınca isə Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3 demişdir ki, “mən bilirəm sən mənə niyə elə baxırsan. Sənə nə çatdırıblarsa, səhv çatdırıblar”. Təqsirləndirilən şəxs3 hansı məsələnin ona səhv çatdırıldığını soruşduqda Zərərçəkmiş şəxs1 cavabında “sən özün çox yaxşı bilirsən sənə nə səhv çatdırılıb” demişdir. Azər Xəyala dayanacağın arxa tərəfinə keçməyi təklif etdikdə onlarla birlikdə Sərdar, Saləddin da dayanacağın arxa tərəfinə keçmişlər. O, isə İsmətlə birlikdə kənarda dayanmışdır. Onlar orada təxminən 4-5 dəqiqə ərzində söhbət etmişlər. O, kənarda olduğundan onların nə danışdıqlarını eşitməmiş, onlar söhbət edərkən əmisi Heydar də oraya gəlib Azərgilə yaxınlaşmış, sonra isə əmisi oradan çıxıb evə getmişdir. Təxminən 4-5 dəqiqə sonra Azər, Xəyal, Sərdar və Saləddinin birlikdə dayanacağın arxa tərəfindən gəldiklərini görüb İsmətlə birlikdə onlara yaxınlaşmışlar. Bu zaman X63 məsələsinə görə səhv çıxartıqlarını, əldalı vuraraq onu sındırdıqlarını söyləmişdir. Təqsirləndirilən şəxs4 isə inadla ona əldalı dəymədiyini, Zərərçəkmiş şəxs1 onu yumruqla vurduğunu bildirmişdir. Belə olduqda Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 bu söhbətdə iştirak etdiyini, onu da dəvət edib söhbəti aydınlaşdıracağını bildirmişdir. Bundan təxminən 15 dəqiqə sonra Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 oraya gəlmişlər. Əzimgil gələnə qədər isə Təqsirləndirilən şəxs4 və Zərərçəkmiş şəxs1 həmin məsələ ilə bağlı öz aralarında mübahisə etmişlər. Lakin onlar arasında həmin vaxt dava dalaş olmamışdır. Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 gəldikdən sona Zərərçəkmiş şəxs1 Zərərçəkmiş şəxs4 “Sərdara əl dalı dəyibmi?” sualını vermişdir. Zərərçəkmiş şəxs4 cavabında demişdir ki, “Sərdar!, sənə əl dalı dəyib, niyə bunu qəbul etmirsən?. Zərərçəkmiş şəxs4 bu sözləri ucadan dedikdə o, səsinin tonunu aşağı salmasını söyləmişdir. Bu zaman Zərərçəkmiş şəxs4 onu vurmaq üçün üstünə gəldikdə Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 onun qarşısını kəsmişlər. Həmçinin Zərərçəkmiş şəxs1 demişdir ki,” Əzim sən sakit dur, gedək “Xan arxı”nın üstünə söhbəti aydınlaşdıraq”. O, isə onlara demişdir ki, “lazım deyil, sabah görüşüb söhbət edərik”. Lakin Zərərçəkmiş şəxs1 “dəmiri isti isti döyərlər, bu gün məsələyə son qoymalıyıq» demişdir. Dayanacağın arxasında söhbət edərkən əmisi Heydar Məmmədov oraya yaxınlaşmış, Zərərçəkmiş şəxs1 da əmisinə “sən öl” vuraraq dava olmayacağına söz vermişdir. Beləliklə Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 öndə, o, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 isə onlardan təxminən 3-4 metr arxada irəliləməyə başlamışlar. Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 “Xan Çinar” adlı yeməkxananın yaxınlığındakı çayxanaya çatıb çöldə olan masa arxasına əyləşmişlər. Oraya çatdıqda Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 da onlarla eyni masa arxasında əyləşsələr də, o, oturmamış, masanın yanında ayaqüstə dayanmışdır. Təqsirləndirilən şəxs4la Zərərçəkmiş şəxs1 masa arxasında üzbəüz oturmuşlar. O, Təqsirləndirilən şəxs4 yanında ayaqüstə dayanmışdır. O, yaxınlıqdakı tualetə gedib geri qayıdanda Təqsirləndirilən şəxs4 oturduğu stuldan qalxıb Zərərçəkmiş şəxs1 yumruqla vurduğunu görmüş, Zərərçəkmiş şəxs1 cavabında da öz oturduğu stulu götürüb Təqsirləndirilən şəxs4 vurmaq istədikdə çayxanada başqa masalarda əyləşən tanımadığı şəxslər yaxınlaşıb stulu onun əlindən almışlar. Həmin hadisə zamanı hətta Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs4 “Peysər” sözünü deməsini də eşitmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs4 qolundan tutub oradan “Xan çinar” adlı yeməkxananın 1-ci mərtəbəsində yerləşən dönərxana istiqamətində getmişlər. Dönərxananın qabağına çatanda Zərərçəkmiş şəxs1 qaçaraq gəlib Təqsirləndirilən şəxs4 yumruq və təpiklə vurmuş, həmçinin Təqsirləndirilən şəxs4 da onu vurduqda onlar və ətrafda olan tanımadığı adamlar yenə də onları ayırmışlar. Bundan sonra Zərərçəkmiş şəxs1 38 nömrəli orta məktəbin binasının yerləşdiyi yer istiqamətində aparmışlar. Onlar çayxanaya gəlməmişdən öncə bibisi oğlu Təqsirləndirilən şəxs2 əmisi Heydar Məmmədova zəng edib oraya çağırmışdır. Eləcə də çayxanada olan adamlardan kimsə atası Şahid3 zəng edib onu da oraya çağırmışdır. Həmçinin Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 da Zərərçəkmiş şəxs1 getdiyi istiqamətdə getmişlər. O, isə çayxananın qarşısında qalmışdır. Bu vaxt əmisi Heydar Məmmədovu orada görmüşdür. Əmisi ondan Sərdargilin harada olduğunu soruşduqda onların 38 nömrəli məktəb istiqamətində getdiklərini demiş, bundan sonra o, da əmisi ilə birlikdə həmin məktəb istiqamətində getmiş, məktəbin yaxınlığındakı zibil qutularının yanına çatanda əmisi Zərərçəkmiş şəxs1 orada görüb üstünə cummuş və “bəs sən mənə sən öl vurmuşdun ki, dava olmayacaq, nə istəyirsən bizim uşaqlardan?” deyib sillə ilə Zərərçəkmiş şəxs1 sifətinə bir dəfə vurmuşdur. Bu zaman ətrafda olan tanımadığı adamlar əmisini tutub kənara çəkmişlər. Əmisi Zərərçəkmiş şəxs1 vuranda digər qohumları aralıda dayanmışlar. Bundan sonra oradan Təqsirləndirilən şəxs4la Zərərçəkmiş şəxs1 arasında ilkin mübahisənin baş verdiyi çayxanaya gəldikdə oraya atası Rövşən Qurbanov da gəlmişdir. Onlar çöldə dayanarkən Zərərçəkmiş şəxs1 çayxanın içərisində olduğunu görmüş, çayxananın içərisində Zərərçəkmiş şəxs1 başqa çoxlu sayda insan olmuşdur. Lakin, onların kim olduğunu bilməmişdir. Atası oraya gələn zaman Zərərçəkmiş şəxs1 çayxanadan çölə çıxıb onun üstünə cummuş və əlindəki stəkanla onu vurmaq istəmişdir. Onun atdığı stəkan ona dəyməmiş, digər əlindəki stəkanı da ona tərəf atmaq istəyəndə yanında olan tanımadığı şəxs stəkanı əlindən almışdır. Bunu görən atası Şahid3 Zərərçəkmiş şəxs1 yaxınlaşıb üzündən sillə ilə vurub “sən mənim uşağımdan niyə əl çəkmirsən?” deyə bildirmişdir. Belə olduqda əmisi atasının qolundan tutub kənara çəkmiş və evə getmələrini söyləmişdir. Belə olduqda onlar, yəni qohumlarının hamısı birlikdə əmisi Heydar Məmmədovun “Qazel” markalı avtomobilinə tərəf getmişlər, atası avtomobili həmin vaxt bir qədər aralıda saxladığından atası dönərxananın qabağında onlardan ayrılıb öz maşınına tərəf getmiş, onlar isə həmin maşına gedib əyləşmişlər. Əmisi maşını işə salıb hamısının maşına mindiyini dəqiqləşdirib qapıya yaxınlaşanda Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 dönərxananın qabağından qaçaraq maşına tərəf gəldiklərini görmüşdür. Həmin vaxt əmisi maşının sifirtmə tipli qapısını örtüb sükan arxasına keçərkən Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs4 onların ünvanına nalayiq söyüşlər söydüklərini eşitmişdir. Bu vaxt Təqsirləndirilən şəxs3 oturduğu yerdən pəncərəni açıb yerə düşmək istəyəndə, düşə bilməmiş, o, qapıya yaxın olduğundan ilk əvvəl yerə özü düşmüşdür. Təxminən 2-3 həftə qabaq o, mal bazarından bir ədəd bıçaq almışdır. O, həmin bıçağı üzərində gəzdirmək üçün almış, lakin təxminən bir həftə üzərində gəzdirdikdən sonra, əmisigil bıçaq gəzdirməyin yaxşı iş olmadığını dedikdə, bu səbəbdən bıçağı evdə qoymuş, hadisə baş verən gün səhər kafedə işləməyə gedərkən isə həmin bıçağı üzərində götürmüşdür ki, iş zamanı istifadə etsin. Onun Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəlcədən öldürmək məqsədi olmamış, bıçağı həmin məqsədlə özü ilə götürməmişdir. O, hələ çayxananın qarşısında dava düşəndə bıçağı açıb hazır vəziyyətdə cibinə qoymuşdur ki, lazım olsa onları qorxuza bilsin. O, maşından aşağı düşəndə Zərərçəkmiş şəxs4 nalayiq formada “toxumunu s...m, peysər” sözləri deyib qaçaraq üzərinə gəlib sağ qulağı tərəfdən yumruqla bir dəfə vurduqda o, arxaya, doğru getmiş, lakin yıxılmamışdır. Zərərçəkmiş şəxs4 üzərinə gəlib yenidən onu yumruqla vurmaq istədikdə əynindəki qara rəngli gödəkcənin sağ yan cibində açıq vəziyyətdə saxladığı bıçağı çıxarıb onun ürək nahiyəsinə bir dəfə vurmuşdur. O, bıçaqla vurduqda Zərərçəkmiş şəxs4 ürək nahiyəsini tutub “ay bilət” deyib arxaya doğru getmiş, lakin onun yerə yıxılmasını görməmişdir. O, Zərərçəkmiş şəxs4 bıçaqla vuran zaman Zərərçəkmiş şəxs2 sol tərəfindən yaxınlaşıb sol qulağına bir dəfə yumruqla vurub geri çönmüşdür. Belə olduqda o, sağ əlindəki həmin bıçaqla Zərərçəkmiş şəxs2 arxadan, sağ böyrəküstü nahiyəsinə bir dəfə vurmuşdur. Zərərçəkmiş şəxs2 geri çönüb onu görsə də üstünə gəlməmiş, o, da ona tərəf getməmişdir. Həmçinin Zərərçəkmiş şəxs4 də onun üstünə gəlməmiş, nə də ki, o, sonuncuya tərəf getməmişdir. Onları vurduqdan sonra bıçağı cibinə qoymuş və qaçmışdır. Bir qədər qaçdıqdan sonra baxarkən əlinin qan olduğunu görmüş, “Xan Çinar” adlı çayxanın digər girişindən daxil olub əlini yumuş, lakin çayxananın qapısı bağlı olduğundan geri, dönərxana istiqamətində qayıtmışdır. Dönərxananın yaxınlığında quyu olduğunu görüb cibindəki bıçağı çıxarıb oraya atmış və əlini yumaq üçün “Topaz” mərc oyunlarının keçirildiyi çayxanaya daxil olmuşdur. Orada mətbəxdə əlini yuyub çölə çıxaraq əmisinin maşınına tərəf gəlmiş, həmin vaxt Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs4 maşında olmuşlar. Bu zaman kiminsə kənardan “Əzimə nəsə oldu”, sonra isə Zərərçəkmiş şəxs4 bıçaqla vurulmasını, ardınca isə “Əzimi Elgün vurdu” deməsini eşitmişdir. Belə olduqda əmisi dərhal maşından düşüb Əzimin olduğu yer istiqamətində getmiş, o, isə qorxaraq maşına minməyib oradan Ələkbər Seyfi küçəsi istiqamətində qaçmış və 2 nömrəli məktəbin dərəsi deyilən yerə getmişdir. Təxminən 1 saat sonra əmisi Heydar Məmmədov ona zəng edib demişdir ki, “ gəl təslim ol, Əzimi vurmağını hamı bilir, qaçıb gizlənməyinə ehtiyac yoxdur”. Belə olduqda o, “More” adlandırılan yerə getmiş, əmisi də orada dayanmış, yanında polislər də olmuşdur. Polislər onu maşına mindirib Nizami rayon Polis İdarəsinə gətirmişlər. Bütün baş verənlərin səbəbkarı Zərərçəkmiş şəxs1 olmuş, sonuncu mübahisəni qızışdıraraq əl çəkməmişdir. X74 öldürmək niyyəti olmamışdır. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ailəsi atası X20, anası X15, qardaşı Sadiq, bacısı Ləman və ondan ibarətdir. X65 orta təhsillidir. Hazırda məktəbi bitirib atasının yanında fərdi qaydada usta işləyir, 8 il müddətində idmanın güləş növü üzrə məşq etmiş, Respublika yarışlarında nailiyyətləri olmuşdur. Zərərçəkmiş şəxs4 uşaq yaşlarından tanımış, onunla 9 il eyni sinifdə təhsil almış, sonuncu 9-cu sinifi bitirdikdən sonra Gəncə şəhərində yerləşən Peşə litseyəinə qəbul olunmuşdur. 10-cu sinifi bitirənə kimi Zərərçəkmiş şəxs4lə yaxın dost olmuş, hətta evlərinə qarşılıqlı gediş-gəlişləri olmuşdur. X11 onların sinif yoldaşı olmuşdur. 6 və ya 7-ci sinifdə oxuyarkən o, Allahmanlı Reyhanı sevmiş, həmçinin sonuncunu Zərərçəkmiş şəxs4 də sevmişdir. Allahmanlı Reyhanın isə onlara qarşı istəyi olmamışdır. Zərərçəkmiş şəxs4 onun Allahmanlı Reyhanı istədiyini bildikdə onunla dalaşmış, bir müddət buna görə küsülü olsalar da, sonradan barışıb əvvəlki kimi dostluqlarını davam etdirmişlər. Şahid10 da sinif yoldaşı olmuşdur. Həmin qızı isə onlardan bir sinif aşağıda təhsil alan Zərərçəkmiş şəxs1 sevmişdir. Zərərçəkmiş şəxs1 uşaq yaşlarından tanısa da, onunla arasında heç bir münasibət və əlaqə olmamışdır. Son bir il idi ki, Zərərçəkmiş şəxs1la ümumi münasibəti yaranmış, sonuncu Zərərçəkmiş şəxs4lə yaxşı münasibətdə olmuşdur. Şahid10 sinif yoldaşı olduğu üçün onunla tez-tez telefonla danışmışdır. 2019-cu ilin avqust ayında bir neçə gün ardıcıl olaraq Bahara zəng etdikdə sonuncu onun zənglərinə cavab verməmişdir. Bunun səbəbini öyrənmək üçün digər sinif yoldaşı Reyhana zəng etmişdir ki, o, bu barədə soruşub ona desin. Lakin Reyhan da ona zəng etməmişdir. 04 sentyabr 2019-cu il tarixdə axşam saat 19-20 radələrində Azər zəng edib onunla görüşmək istədiyini söyləmiş və onlar “X41”in yaxınlığındakı evlərinə yaxın dayanacaqda görüşmüşlər. Oradan birlikdə söhbət edərək Əzimin bərbər işlədiyi Yeni Gəncə qəsəbəsində yerləşən “Yaşıl market”in qarşısına getmişlər. Yol boyu Zərərçəkmiş şəxs1 onunla ümumi mövzuda danışmışdır. Aralarında hansısa mübahisə və münaqişə olmamışdır. O, və Azər “Yaşıl market”in qabağındakı skamyada oturub söhbətlərini davam etdirmişlər. Təxminən 10 dəqiqə sonra Əzim və Əlimuraz oraya gəlmişdir. Əlimurazı uşaq yaşlarından tanımış, onunla 9 il eyni sinifdə təhsil almışdır. 9-cu sinifi bitirdikdən sonra Əlimuraz peşə litseyinə qəbul olmuşdur. Bu zaman Zərərçəkmiş şəxs4 “səninlə təklikdə işimiz var, gəl keçək obyektin arxasına” dedikdə ona etiraz etməmiş, çünki dost olmaqla dalaşacaqlarını və onu vuracaqlarını fikirləşməmişdir. Hətta həmin vaxt əmisi oğlu Elgün oraya gəlib birlikdə getmək istədiyini söylədikdə Əzim və Azər onun gəlməsinə icazə verməmişlər. Belə olduqda isə Elgün çıxıb getmişdir. O, Azər, Əzim və Əlimurazla birlikdə oradan yaxınlıqdakı “Praqa” adlı çayxananın arxa tərəfindəki boşluq sahəyə getmişlər. Oraya çatdıqda Zərərçəkmiş şəxs4 ona “niyə q......k etmisən?» sualını vermişdir. O, isə ondan nə etdiyini soruşduqda Zərərçəkmiş şəxs4 “sən orada-burada Baharı öz yanında söz almaq üçün fırlatdığını demisən” dedikdə o, bunun yalan olduğunu demiş, bu barədə kimdən eşitdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs4 isə acıqlı tərzdə “nəyinə lazımdır, kimdən eşitməyim?, sən Baharı söz almaq üçün yanında fırlatmağını demisən” dedikdə bir daha heç kimin yanında belə söz demədiyini bildirmişdir. Bu vaxt Zərərçəkmiş şəxs1 “bəs sən Bahara bacı deyirdin, indi də gedib orada-burada danışırsan ki, Baharı yanımda söz almaq üçün fırladıram” dedikdə, belə bir şey etmədiyini bildirmişdir. Bu zaman Əzim “Sən Baharı söz almaq üçün yanında fırlatmağın barədə Reyhana deyəndə mən onun yanında idim və dediyin sözü eşitdim” dedikdə Azər qəflətən Əzimin arxasından çıxıb yumruqla sifət nahiyəsinə bir dəfə vurmuşdur. O, Azəri vurmaq istədikdə isə Əzim onu tutub kənara çəkmişdir. Sonra Zərərçəkmiş şəxs4 “bu gündən nə sən bizi, nə də biz səni tanıyırıq” deyib Zərərçəkmiş şəxs1la birlikdə çıxıb getmişdir. O, isə oradan yaşadığı evə gəlmiş, bundan 3 və ya 4 gün sonra eşitmişdir ki, X43 dalaşıb və onlar küsülüdürlər. Həmin zaman onda hansısa xəsarət qalmamışdır. Onun bacısı Allahmanlı Reyhanla birlikdə hazırlığa getmişlər. O, bacısını hazırlıqdan götürməyə gedəndə Allahmanlı Reyhan ona demişdir ki, “Sərdar məni bağışla, sənin Bahardan söz almaq üçün onu yanında gəzdirməyin barədə sözü Əzimə mən demişəm, eşitdim ki, Əzimgil səni çağırıb vurublar, istəməzdim belə olsun”. Allahmanlı Reyhandan nə səbəbə yalan danışdığını soruşduqda isə heç nə deməmişdir. O, Azərgilə bu barədə heç nə deməmişdir. Amma Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 hər yerdə danışmışlar ki, onun səhv hərəkətini sübuta yetirib ona “əl dalı” vuraraq sındırmışlar. Lakin o, Azərgilə bununla bağlı heç nə deməmiş və onları söhbətə dəvət etməmişdir. Əmisi oğlu Elgün Azərlə eyni məktəbdə paralel sinifdə təhsil almışlar, onlar dost münasibətində olmuşlar, 2018-ci ilin yay fəslində onlar arasında baş vermiş mübahisə və münaqişədən sonra isə onların münasibətləri soyumuşdur. Belə ki, 2018-ci ilin avqust ayının sonlarında tarixi xatırlamadığı gün o, qohumları Elgün və Xəyalla birlikdə digər qohumları X7 Gəncə şəhərində yerləşən “Tural” şadlıq sarayında keçirilən toy mərasimində iştirak etdikdən sonra Elgün kiminləsə telefonda danışaraq mübahisə etdiyini görmüşdür. Telefonla danışa-danışa Elgün mübahisə etdiyi şəxsin Əzim olduğunu söyləmiş, belə olduqda telefonu Elgünün əlindən alıb Əzimlə danışmış və ondan nə baş verdiyini soruşmuşdur. Zərərçəkmiş şəxs4 ona “əmin oğlu çaşıb, gəlin bizim binanın böyrünə söhbət edək» demişdir. O, Xəyal və Elgünlə birlikdə Əzimin yaşadığı binanın qarşısına getmiş, Zərərçəkmiş şəxs4 aşağı düşdükdən sonra birlikdə onların yaşadığı binanın arxa tərəfinə keçdikdə Əzimlə Elgün mübahisə etmişlər və bir-birlərinin ünvanına uca səslə nalayiq söyüşlər söyüb dalaşmaq istədikdə onları ayırmaq üçün aralarına girmişdir. Bu vaxt Elgün qəflətən yerdən götürdüyü taxta parçası ilə Əzimin gözünün altından bir dəfə vurmuşdur. Belə olduqda Zərərçəkmiş şəxs4 qolu ilə Elgünün boyun nahiyəsindən tuturaq onu yerə yıxmışdır. Bunu görən yaxınlıqda yerləşən çayxanadakı tanımadığı şəxslər onları ayırmışlar və onlar oradan yaşadıqları evə gəlmişlər. Həmin hadisə zamanı Elgündən başqa Zərərçəkmiş şəxs4 heç kim vurmamışdır. Həmin günün səhərisi əmisi X56 aparıb onları barışdırmış, bundan sonra aralarında həmin məsələ ilə bağlı bir daha dava-dalaş olmamışdır. 22 oktyabr 2019-cu il tarixdə, saat 17:00-da o, yaşadıqları evə gəlmiş, təxminən yarım saat sonra qohumları Xəyal, Saləddin və Elgün də onların evinə gəlmişlər. Saləddin ona bir nəfərin pul borclu olduğunu söyləyib, birlikdə şəhərə gedib həmin adamdan pulu almağı təklif etdikdə hamsı birlikdə avtobusla Gəncə şəhərinə “Qlavnı” adlandırılan yerə gəlmişlər. Saləddin ona borclu olan adamdan pulu aldıqdan sonra Elgün istisna olmaqla onlar evlərinə gəlmişlər. Onlar evə çatıb yemək yeməyə başlamış, həmin vaxt saat 20 radələri olmuş, yemək yedikləri vaxt Xəyalın istifadəsində olan mobil telefona zəng gəlmiş və o, masadan qalxıb harasa getmiş, ona zəng edən şəxsin kim olduğunu bilməmişlər, özü də bu barədə heç nə deməmişdir. Sonra o və Saləddin yemək yeyib qonaq otağında domino oynamağa başlamışlar. Bundan təxminən 5 dəqiqə sonra Elgün gələrək Xəyalı soruşmuş, o, sonuncuya zəng gəldiyini və heç bir söz demədən çıxıb getdiyini bildirmişdir. Belə olduqda atasının telefonundan Təqsirləndirilən şəxs3 zəng etmiş, sonuncu cavab verdikdə isə işi olduğunu söyləmiş, lakin nə işi olduğunu deməmişdir. Bundan sonra o, Saləddin və X77 yerləşən “Topaz” mərc oyunlarının keçirildiyi çayxanaya çay içmək üçün getmişlər. Həmin gün, yəni 22 oktyabr 2019-cu il tarixdə saat 21 radələrində o, bibisi oğlu Saləddin və əmisi oğlu Elgünlə birlikdə evdən çıxıb Yeni Gəncə qəsəbəsi istiqamətində yola düşmüşlər. Bu vaxt Xəyalın 2 nəfər şəxslə yaxınlıqdakı dayanacaq istiqamətində getdiklərini görmüşlər. Belə ki, həmin zaman onlar X26 yaxınlığındakı dayanacaq istiqamətində getmişlər. Xəyalla onların arasında məsafə təxminən 50 metr olmuş, hava qaranlıq olduğundan sonuncunun yanındakı 2 nəfər şəxsi uzaqdan tanıya bilməmişdir. Bu vaxt Xəyal özü onu görüb “Ay Sərdar buradayam” dedikdə onlar Xəyalgil istiqamətində getmişlər. Bu zaman Xəyalın yanında olan şəxslərdən birinin Azər olduğunu görmüşdür. Digərlərini isə tanımamış, sonradan adının İsmət olduğunu eşidib bilmişdir. Söhbət zamanı Azər Xəyala “o gün mənə niyə çəp baxdın?” sualını verdikdə sonuncu cavabında “mənim baxışım belədir, sənə çəp baxmamışam” demiş, cavabında Azər “mən bilirəm sən niyə belə eləyirsən, xəbərin varmı dayın uşaqlarını da sındırmışıq” demişdir. Bu zaman o, və Elgün harada sındırıldıqlarını soruşduqda Azər “dayanın bu dəqiqə sizi sındırmağımı sübut edəcəm” deyib telefonu ilə Əzimə zəng edib sonuncunu oraya çağırmışdır. Bu vaxt oraya atası Heydar gəlib Azərə “nəyi bölüşə bilmirsiniz?” sualını vermiş, sonuncu isə cavabında “ay Heydar əmi canın üçün heç nə yoxdur, söhbət edirik” dedikdə atası onlara “evə tez gəlin” deyib yaşadıqları ev istiqamətində getmişdir. Bundan təxminən 5 dəqiqə sonra Əzim və Əlimuraz oraya gəldikdə Azər Əzimə “biz bunları sındırmışıq, amma bunlar sınmaqlarını boyunlarına almırlar” dedikdə sonuncu Azərə “başını burax lazım deyil” demiş, bu zaman o, Əzimdən onları harada və necə sındırmalarını soruşmuşdur. Əzim ona “Sən sakit dur!” dedikdə sonuncu ilə mübahisə etmiş, Əzim ona “sənə əl dalı dəyib, səni sındırmışıq” dedikdə, o, ona əl dalı dəymədiyini Zərərçəkmiş şəxs1 onu yumruqla vurduğunu söyləmişdir. Azər “dəmiri isti isti döyərlər, bu gün bu məsələyə son qoyulmalıdır” deyib heç kimin olmadığı yerə gedib söhbəti davam etdirməyi təklif etmişdir. Belə olduqda onlarla razılaşıb çəkinməyərək söhbəti aydınlaşdıramq üçün Azər, Əzim, Əlimuraz və İsmətlə birlikdə öndə, o, isə Xəyal, Saləddin və Elgünlə birlikdə oradan Ələkbər Seyfi küçəsi ilə “Xan arxı” deyilən yerin üstündə yerləşən çayxanaya gəlmişlər. Həmin çayxana “Xan çinar” adlı yeməkxananın yanında yerləşmişdir. Çayxananın qarşısında olan masa arxasında o ortada Azərlə, Saləddin onun sol tərəfində İsmətlə, Xəyal isə onun sağ tərəfində Əzimlə üzbəüz oturmuşlar. Elgün və Əlimuraz isə masanın kənarında ayaqüstə dayanmışlar. Masa arxasına əyləşən kimi Zərərçəkmiş şəxs1 qəfildən nümayişkəranə halda, sanki özünü ətrafdakılara göstərərək qışqıra-qışqıra “səni sındırmışıq, niyə boynuna almırsan?” dedikdə, o,ətrafdakıları narahat etməyərək asta danışmasını, səsinin tonunu aşağı salmasını bildirmiş, sonuncudan onu harada sındırdığını soruşmuşdur. Lakin Azər yenə də qışqıra-qışqıra danışmaqda davam edərək “sən əl dalı görmüsən, səni sındırmışıq” deyib ayağa qalxaraq əynindəki köynəyin yaxasından tutduqda o, yumruqla Azərin sifət nahiyəsinə bir dəfə vurmuş, həmçinin sonuncu da onun sifət nahiyəsinə bir dəfə vurmuşdur. Bu zaman çayxanada qonşu masalarda əyləşən tanımadığı adamlar onları ayırmışlar. Hadisə zamanı onlar bir-birlərinin ünvanına uca səslə nalayiq söyüşlər də söymüşlər. O, Azərin qarşısında aciz olmadığını sübut etmək üçün ona eyni qaydada qarşılıq vermişdir. Onlar tərəfdən və qarşı tərəfdən olanlar həmin zaman baş vermiş mübahisə və münaqişəyə müdaxilə etməmişlər. Sonra Azər, Əzim və Əlimuraz yaxınlıqda yerləşən 38 nömrəli orta məktəb istiqamətində getmiş, onlar isə birlikdə yaxınlıqdakı digər “Xan çinar” adlı çayxanının qabağına gəlmişlər. Oraya çatanda Saləddinin zəngi əsasında atası gəlmiş, sonuncu həmçinin Elgünün atası Rövşənə də zəng edib hadisə barədə məlumat verərək onu da oraya çağırmışdır. Atası onlara yaxınlaşdıqda Zərərçəkmiş şəxs1 harada olduğunu soruşmuş, o, Azərin Əzim və Əlimurazla birlikdə 38 saylı məktəb istiqamətində getdiklərini demişdir. Bu vaxt atası Azərgilin getdikləri istiqamətdə getmiş, belə olduqda onlarla da birlikdə atasının arxasınca getmişlər. 38 saylı orta məktəbin qabağına çatdıqda atası Heydar Azərin üstünə cumub “dədən yaşda adamam, mənə sənöl vurub, gəlib burada camaatı birbirinə qırdırırsan” deyərək sonuncunun sifətinə bir dəfə sillə vurmuş və onu intizama dəvət etmişdir. Bu vaxt ətrafda olan tanımadığı adamlar Azəri atasının əlindən almışlar. Onlar həmin zaman kənarda dayanmışlar, atası Azəri vurarkən onlara yaxınlaşmamışlar. Bundan sonra Azər onunla aralarında ilkin mübahisənin baş verdiyi istiqamətində getdikdə, o, Elgün, Saləddin və Xəyalla birlikdə onun arxasınca getmişlər. Yolda olarkən o, əlini əynindəki gödəkcənin sağ yan cibinə salıb siqaretini götürmək istəyəndə dəstəyi taxtadan olan bıçaq əlinə dəymiş və onu cibindən çıxartmışdır. Əynindəki gödəkcə Xəyala məxsus olmuş, hələ onlar Vərəm dispanserinin yaxınlığındakı dayanacaqda Azərgillə söhbət edərkən sonuncu gödəkcəsini çıxarıb ona saxlaması üçün vermişdir. O, da həmin gödəkcəni əyninə geyinmişdir. Bu vaxt atası geri dönüb əlində bıçaq olduğunu görərək sillə ilə sifətindən vurub əlindəki bıçağı alıb 38 nömrəli məktəbin həyətinə atmışdır. Atası israr etmişdir ki, dalaşmasınlar. Onlar çayxananın qabağına çatanda əmisi Rövşən də oraya gəlmiş, çayxananın qabağında Azərin üstünə cumub “bizim uşaqlardan nə istəyirsən?” deyib sillə ilə sifətindən bir dəfə vurmuş, dalaşmamağı tələb etmişdir. Bu vaxt kənarda olan tanımadığı şəxslər əmisini kənara çəkmişlər. Azər isə çayxanaya girib bıçaq götürmüş, bunu görən çayxananın qabağındakı kimliyini görmədiyi şəxs Azərin əlindən bıçağı alıb özünü də itələyərək çayxanaya salmışdır. Atası Heydar onları danlayaraq dalaşmasınlar deyə maşına oturub evə getməyi tapşırmışdır. Atasının “Qazel” markalı avtomobili üzü Ələkbər Seyfi küçəsi istiqamətində, “Xan çinar” adlı çayxananın 1-ci mərtəbəsində yerləşən dönərxana ilə üzbəüz yolun kənarında dayanmışdır. O, Saləddin, Xəyal və Elgünlə birgə atasının avtomobilinə əyləşmişlər. Əmisi isə öz avtomobilinə tərəf getmişdir. Onlar avtomobilə əyləşən zaman Azərin əmisi oğlu Elşən dönərxananın qabağına gəlmişdir. Həmin vaxt atası sükan arxasında olmuş, avtomobili işə salmışdır ki, evlərinə getsinlər. Elşən atasına “bir dəqiqə maşını saxla səninlə işim var” dedikdə, atası “uşaqlar dalaşırlar, gözlə onları evə düşürüm, qayıdım söhbət edək” söyləmişdir. Bu vaxt Azər dönərxananın qabağına, Elşənin yanına gəlib onların ünvanına uca səslə var-yox söyüşü söymüşdür. Əzim, Əlimuraz Azərin yanında olmuşdur. Azər söyüş söyəndə Xəyal maşında oturduğu tərəfdə olan pəncərəni açıb aşağı düşmək istəsə də, atası maşını saxlayıb sonuncunu əli ilə itələyib maşına salmışdır. Azər söyüş söydüyü üçün o, arxasınca Təqsirləndirilən şəxs2 qapını açıb aşağı düşərək Azərə tərəf qaçmışlar. O, Azərə çatarkən sonuncu əvvəlcə təpiklə onun sinə nahiyəsinə, sonra isə yumruqla sifət nahiyəsinə vurmuşdur. Bu zaman o, müvazinətini itirib yerə yıxılsa da, ayağa qalxaraq hər iki əli ilə ayaqlarından tutub Azəri yerə arxası üstə daş döşəmənin üzərinə yıxmış, yerə yıxdıqdan sonra yumruqla sonuncunun sifət və baş nahiyəsinə vurmağa başlamış, həmin zaman kimsə onun kürək nahiyəsinə təpiklə vurmuşdur. O, vuran şəxsin kim olduğunu bilməmişdir. Hadisədən sonra atası demişdir ki, Əlimuraz onu təpiklə vurmuşdur. Ətrafda çoxlu adamlar olmuş və onları ayırmağa çalışmışlar. Buna görə də, həmin vaxt o, Elgün, atası Heydar və digər qohumlarını ətrafında görməmişdir. Həmçinin orada Əzim və Əlimurazı da görməmişdir. Ətrafdakı adamlar onları ayırdıqdan sonra o, Xəyal və Saləddinlə birlikdə atasının avtomobilinə əyləşmişlər. Atası maşını işə salan vaxt çayxananın qabağında olan tanımadığı bir şəxs qışqıraraq Əzimin vurulduğunu söyləmişdir. Bu vaxt Elşən onların maşınına tərəf gəlib atasına “ayə Elişin oğlu vurulub” deyə bildirdikdə o, maşından aşağı düşüb Azərlə arasında ilkin mübahisənin baş verdiyi çayxananın qabağına gəlmiş, orada Əzim yerdə uzanıqlı vəziyyətdə olmuş və sinəsindən qan axmışdır. Əzim halsız vəziyyətdə olmuş heç nə danışmamışdır. Bu vaxt atası maşını döndərib çayxananın qabağında saxlamış və çayxananın qabağında olan tanımadığı şəxslərlə köməkləşib Əzimi atasının maşınına mindirmişlər. Həmin şəxslər Əzimin yanında oturmuşlar, o, isə avtomobilin ön oturacağında əyləşmişdir. Bundan sonra atası yaralı Zərərçəkmiş şəxs4 3 nömrəli xəstəxanaya aparmış, orada köməkləşib xərəyə mindirmişlər, həkimlər onu reanimasiyaya aparmışlar. O, isə atası ilə təxminən 15 dəqiqə ərzində xəstəxanada gözləmiş, bir qədər sonra polis əməkdaşları gəlib onu Nizami rayon polis idarəsinə aparmışlar. Orada olarkən isə Əzimin öldüyünü eşitmişdir. O, hadisə zamanı Elgünün Əzimi vurmasını görməmişdir. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 6 ünvanında yaşayır, amma arabir Gəncə şəhərinə gedərək dayısı Şahid3 məxsus kafedə işlərində köməklik göstərir. Gəncə şəhərinə getdikdə əsasən dayısı Şahid3 evində qalır. 18 oktyabr 2019-cu il tarixdə o, anası ilə birlikdə Gəncə şəhərinə qonaq gəlmişdir. 22 oktyabr 2019-cu il tarixdən 2 gün əvvəl təxminən saat 16-17 radələrində o, dayısı oğlu Təqsirləndirilən şəxs4la birlikdə Yeni Gəncə qəsəbəsində yerləşən adını bilmədiyi mağazaya ərzaq almağa getmiş, oradan çıxıb evə qayıdarkən yolun əsk tərəfi ilə sonuncunun məktəb yoldaşı Zərərçəkmiş şəxs1 bir nəfər tanımadığı şəxslə keçdiyini görmüşdür. O, Zərərçəkmiş şəxs1 baxsa da, onlar salamlaşmamışlar. Zərərçəkmiş şəxs1 yaşca kiçik olduğu üçün gözləmişdir ki, Zərərçəkmiş şəxs1 ona salam versin, sonuncu da salam vermədiyi üçün onunla salamlaşmamışdır. Zərərçəkmiş şəxs1la o 22 oktyabr 2019-cu il tarixdən təxminən 6-7 ay əvvəl dayısı oğlanları Sərdar və Təqsirləndirilən şəxs1ların vasitəsilə tanış olmuşdur. Həmçinin Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 da dayısı oğlanlarının məktəb yoldaşı kimi tanımış, onlar uşaq yaşlarından dost olmuşlar. 22 oktyabr 2019-cu il tarixdə saat təxminən 21 radələrində telefonuna zəng gəlmiş, həmin şəxsin kim olduğunu soruşduqda “mənəm də, Azər, tanımadın?” deyə bildirmişdir. Zərərçəkmiş şəxs1 onunla əlaqəsi və münasibəti olmadığından ona zəng etməsinə təəccüblənib zəng etməsinin səbəbini soruşmuşdur. Zərərçəkmiş şəxs1 cavabında “heç, darıxmışam səni görmək istədim, dedim oturub bir çay içək dərdləşək” demiş, harada olduğunu soruşduqda “vərəmlərin yanında astanovkadayam gözləyirəm gəl” demişdir. Belə olduqda o, Zərərçəkmiş şəxs1 gələcəyini demişdir. Dəstəyi qoyduqdan sonra dayısı Heydar kiminlə danışdığını soruşan zaman Zərərçəkmiş şəxs1la danışdığını demiş, sonuncunun onu çay içməyə çağırdığını və onunla yaxınlıqdakı çayxanalardan birində oturub çay içəcəyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs4 Saləddin Hüsyenovla evdə domino oynamışlar. O, evdən çölə çıxanda Təqsirləndirilən şəxs2 haraya getdiyini soruşduqda “gəlirəm, burdayam” demiş, evdən çıxıb “X26” yanındakı dayanacağa getmiş, lakin Zərərçəkmiş şəxs1 orada görməmişdir. Belə olduqda o, piyada oradan Zərərçəkmiş şəxs4 atasının işlədiyi bərbərxanaya, oradan isə yenidən geriyə dayanacağa qayıdarkən yolda Zərərçəkmiş şəxs1la rastlaşmış, sonuncunun yanında hadisədən sonra adının İsmət olduğunu öyrəndiyi şəxs də olmuşdur. Onlar görüşüb birlikdə “X41”in yanındakı dayanacağa gəlmişlər, orada Zərərçəkmiş şəxs1 “sən o gün mənə tərs-tərs baxırdın, xeyirdimi?” sualını verdikdə o, “baxmaq olmazmı?” demiş, Zərərçəkmiş şəxs1 “baxmaq olar” demişdir. O, “baxmaq olarsa onda problem nədir?” dedikdə Zərərçəkmiş şəxs1 “mən bilirəm sən mənə niyə tərs baxırsan, amma sənə nə çatdırıblarsa səhv çatdrıblar” demiş, bu vaxt o, əsəbiləşib “sənə tərs baxmamışam və mənə heç kim heç nə deməyib” deyə bildirmişdir. Bu vaxt dayısı oğulları Sərdar və Təqsirləndirilən şəxs1lar, eləcə də xalası oğlu Təqsirləndirilən şəxs2 da oraya gəlib söhbətə müdaxilə etməyib kənardan dinləmişlər. Zərərçəkmiş şəxs1 söhbəti dəyişib “sənin xəbərin varmı, dayın uşaqları ilə bizim söhbətimiz düşüb, onlara əl dalı vurub sındırmışıq” dedikdə Elgün və Təqsirləndirilən şəxs4lar onlara əl dalı vurulmadığını demişlər. Bu zaman Zərərçəkmiş şəxs1 həmin tarixdən təxminən 40-45 gün qabaq Təqsirləndirilən şəxs4la aralarında olan söhbəti açıb danışmışdır ki, Təqsirləndirilən şəxs4 istədiyi qızı fırlatması barədə orada-burada ağzına gələni danışmasına görə əl dalı vurub sındırmışlar. Təqsirləndirilən şəxs4 isə ona əl dalı dəyməsini birmənalı olaraq qəbul etməyib yumruqla vurulduğunu demişdir. Bu mövzuda Zərərçəkmiş şəxs1la Təqsirləndirilən şəxs4 arasında mübahisə yaranmışdır. Həmin vaxt oraya X57 gəlib Zərərçəkmiş şəxs1 onlardan nə istədiyini soruşduqda sonuncu “Heydar əmi heç bir problem yoxdur, Xəyaldan ötrü darıxmışam, çay içib söhbət edəcəyik, sən get narahat olma” demişdir. Dayısı getdikdən sonra Zərərçəkmiş şəxs1 səsini yüksəldib Təqsirləndirilən şəxs4 əl dalı dəyəndə Zərərçəkmiş şəxs4 də buna şahid olduğunu deyib təsdiq etməsi üçün sonuncunu da dəvət edəcəyini bildirmişdir. Zərərçəkmiş şəxs1 zəngi əsasında 5 dəqiqədən sonra Əzim Verdiyev Zərərçəkmiş şəxs2la birlikdə oraya gəlib Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs4 əl dalı vurmaqla onu sındırmasını təsdiqləmişdir. Təqsirləndirilən şəxs4 isə inadla ona əldalı dəymədiyini söyləmişdir. Bu zaman Təqsirləndirilən şəxs2 artıq gec olduğunu deyib sabah görüşüb söhbət etməyi təklif etdikdə Zərərçəkmiş şəxs1 “dəmiri isti isti döyərlər, bu gün məsələyə son qoyulmalıdır” deyib Zərərçəkmiş şəxs4, Əlimuraz Həsənov və İsmət adlı şəxslə birlikdə “Xan arxı”na tərəf yola düşmüşdür. Belə olduqda o, Sərdar və Təqsirləndirilən şəxs1lar, Təqsirləndirilən şəxs2la birlikdə onların arxasınca getmişlər. Yolda olarkən Zərərçəkmiş şəxs1 kimlərəsə zəng edib “söhbətimiz düşüb durun Xan arxına gəlin” demiş, lakin kimə zəng etməsini və danışdığı şəxsin kim olmasını bilməmişdir. Bunu görən Təqsirləndirilən şəxs2 X57a zəng edib təcili “Xan arxı”nın üstünə gəlməsini söyləmişdir. O, Zərərçəkmiş şəxs1 onları heç kimin olmadığı bir yerə aparacağını və söhbəti orada sözlə həll edəcəklərini düşünsə də, “Xan arxı”nın üstündə yerləşən “Xan çinar” adlı çayxananın yanındakı adsız çayxanaya çatanda Zərərçəkmiş şəxs1, Əzim Verdiyev və İsmət adlı şəxs çayxanın qarşısındakı stulları çəkib oturmuşlar. Belə ki, Zərərçəkmiş şəxs1 ortada, İsmət adlı şəxs onun solunda, Zərərçəkmiş şəxs4 isə onun sağ tərəfində əyləşmiş, belə olduqda o, İsmət adlı şəxslə, Təqsirləndirilən şəxs4 isə Zərərçəkmiş şəxs1la üzbəüz oturmuşlar. Digərləri isə ayaqüstə qalmışlar. Zərərçəkmiş şəxs1 stula əyləşən kimi uca səslə Təqsirləndirilən şəxs4 “sənə əl dalı dəyməsini qəbul et” dedikdə, sonuncu cavabında “mənə əl dalı yox, yumruq dəyib, sən kimsən ki, mənə əl dalı vurasan” dedikdə onlar arasında mübahisə düşmüş, Təqsirləndirilən şəxs4 stuldan ayağa durub Zərərçəkmiş şəxs1 sifətinə bir dəfə yumruqla vurmuş, həmçinin Zərərçəkmiş şəxs1 da Təqsirləndirilən şəxs4 sifətinə yumruqla vurduqda əlbəyaxa olmuşlar. Bunu görən ətraf masada əyləşən şəxslər Təqsirləndirilən şəxs4la Zərərçəkmiş şəxs1 ayırmışlar. Bundan sonra Zərərçəkmiş şəxs1gil oradan Ələkbər Seyfi küçəsinə getmişlər. Bunu görən Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər söyüb arxasınca qaçdıqda o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 da Təqsirləndirilən şəxs4 arxasınca getmişlər. Təqsirləndirilən şəxs4 Ələkbər Seyfi küçəsində Zərərçəkmiş şəxs1 çatıb onu yumruqla vurmuş, bu zaman o, da təpiklə Zərərçəkmiş şəxs1 vurmuş, həmin zaman sonuncunun yanında olanlardan kimsə ona təpik vurduqda o, yerə yıxılmışdır. Onu kimin vurduğunu bilməmişdir. Bu vaxt kənardan kimsə polisin gəldiyini söylədikdə Zərərçəkmiş şəxs1gil hamsı oradan 38 nömrəli orta məktəb istiqamətində qaçıb getmişlər. O, digər qohumları ilə orada qalmışlar. Bu zaman dayısı Heydar oraya gəlib Azərin harada olduğunu soruşduqda Təqsirləndirilən şəxs2 38 nömrəli məktəb istiqamətində getdiyini bildirməsindən sonra həmin məktəbə tərəf getmişlər. X21rdan irəlidə gedib 38 nömrəli məktəbin qabağında dayanan Zərərçəkmiş şəxs1 çatıb “bəs sən mənə sən öl vurdun ki, dava olmayacaq” deyib ünvanına nalayiq söyüşlər söyməklə sillə ilə Zərərçəkmiş şəxs1 sifətinə bir neçə dəfə vurmuşdur. Həmin vaxt o, Sərdar və Təqsirləndirilən şəxs1lar, eləcə də, Təqsirləndirilən şəxs2 kənarda dayanıb Zərərçəkmiş şəxs1gilə tərəf getməmişlər. Həmin vaxt ətrafda olan tanımadığı şəxslər Heydar Məmmədovu tutub kənara çəkmişlər və onlar oradan Təqsirləndirilən şəxs4 və Zərərçəkmiş şəxs1 arasında ilkin mübahisə və münaqişənin baş verdiyi çayxanaya tərəf yola düşmüşlər. Yolda olarkən dayısı Heydar Sərdarın əlində bıçaq olduğunu görüb həmin bıçağı onun əlindən alaraq ona “vura bilirsən əlinlə vur, qolunun gücünə güvənmirsən?” demişdir. Çayxananın qabağına çatarkən digər dayısı Rövşənin orada Azəri yumruqla vurduğunu görmüş, belə ki, həmin dayısı da, sonuncu dava etməsin deyə vurmuşdur. Dayılarının Zərərçəkmiş şəxs1 problemli adam olduğunu bildiklərini hiss etmişdir. Yenə də ətrafda olan adamlar onları ayırmışlar. Bu zaman dayılarının təkidi ilə dayısı Heydarə məxsus, dönərxananın qabağındakı səkinin kənarında üzü Ələkbər Seyfi küçəsi istiqamətində dayanmış “Qazel” markalı avtomobilə minmişlər. Dayısı Heydar onları evə aparmaq üçün maşını işə salarkən kimsə ona maşını saxlamasını dedikdə dayısı həmin şəxsə “gözlə uşaqları evə düşürüb qayıdıram” demişdir. Bu zaman Azər dönərxananın qabağına gəlib onun var-yoxunun ünvanına söyüş söymüş, o, pəncərəyə tərəf oturduğundan, pəncərənin sifirtmə tipli şüşəsi yarım açıq vəziyyətdə olduğundan pəncərənin şüşəsini tam açıb bədəninin yarı hissəsini çölə çıxartmışdır ki, maşından aşağı düşüb Azəri vursun. Lakin onun ayağı pəncərəyə ilişdiyi üçün çıxa bilməmiş, həmin vaxt kimsə onu başından tutub maşına itələmişdir. Bundan sonra o, avtomobilin qapısından düşüb maşının arxa tərəfindən keçməklə Azərin dayandığı yerə tərəf getmiş, o, maşından düşəndə Elgün və Təqsirləndirilən şəxs4lar, Saləddin və dayısı Heydari artıq ondan əvvəl maşından düşmüşlər. O, Azərə tərəf getmək istəyəndə tanımadığı 3 və ya 4 nəfər şəxs onu tutub saxlamışlar, həmin şəxslər onu buraxmamışlar. Dayısı Rövşən çayxananın qabağında stul qarışıq Azərin üstünə yıxılmış və sonuncunu yerdə vurmağa başlamışdır. Dayısı Heydar və xalası oğlu Saləddin da həmin vaxt orada olsalar da, Azəri vurubvurmadıqlarını görə bilməmiş, belə ki, qarşısında çoxlu sayda adamlar olmuşdur. Amma dayıları və digər qohumlarının Azərin ünvanına nalayiq söyüşlər söyməsini eşitmişdir. Həmçinin dava zamanı Əlimruaz da təpiklə Sərdarı vurduqda, dayısı Heydar da Əlimurazı yumruqla vurmuş, o, özü də Azəri döymək istəsə də, onu tutan adamlar buraxmamışlar. Amma o, dartınıb onların əllərindən çıxmaq istəmiş və habelə həmin vəziyyətdə Zərərçəkmiş şəxs1 ünvanına nalayiq söyüşlər də söymüşdür. Bu hadisə təxminən 3-4 dəqiqə ərzində davam etmiş, sonra sakitlik olmuşdur. Bundan sonra dayısı Heydar, o, Saləddin və Sərdar orada olan dayısı Heydarin avtomobilinə əyləşmişlər. Elgünü isə görməmiş, onun atası ilə birlikdə getdiyini zənn etmişlər. Onlar maşına minən vaxt kimsə kənardan qışqırıb Əzimin vurulduğunu demiş, belə olduqda onlar avtomobildən aşağı düşüb çayxananın qabağına gəlmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs4 yerdə uzanıqlı halda olmuş, sinəsindən təzyiqlə qan axmışdır. Sonra dayı Heydar Məmmədov avtomobilini sürüb yolun kənarına gətirmişdir. Həmçinin o, orada olarkən kimsə demişdir ki, Əzimi Elgün vurmuşdur. Təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 22 oktyabr 2019-cu il tarixdə saat 16 radələrində Gəncə şəhərində pulu ona verəcəkdir. Bu məqsədlə mən həmin tarixdə səhər saat 10 radələrində Gəncə şəhərinə gəlmiş və dayısı Şahid3 evinə getmişdir. Dayısı Rövşənin evində olan zaman sonuncu ona oğlu Elgünlə dayısına məxsus kafeyə gedib divarları emusiya ilə boyamasını xahiş etmişdir. O, razılaşıb Elgünlə birlikdə kafeyə getmiş, işlədikdən sonra tanışından pul almalı olduğu üçün Elgünü həmçinin daha sonra rastlaşdığı qohumları Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4la birlikdə Gəncə şəhərinə, “Qlavnı” deyilən yerə “Univermağın” qabağına gəlmişlər. Orada tanışından pulu aldıqdan sonra dayısı Heydarin evinə gəlib birlikdə oturub yemək yemişlər. Sonra isə otaqda oturub Təqsirləndirilən şəxs4la domino oynamağa başladıqda Təqsirləndirilən şəxs3 telefonla danışaraq kiməsə “yaxşı gözlə gəlirəm” deyib evdən çölə çıxmışdır. Evdən çölə çıxarkən isə Təqsirləndirilən şəxs3 onu Zərərçəkmiş şəxs1 çağırdığını demişdir. Bu zaman dayısı arvadı Səmayə Məmmədova demişdir ki, “Azər Sərdarla dalaşıb, getmə, birdən səninlə də dalaşar”. Lakin Təqsirləndirilən şəxs3 buna əhəmiyyət verməmişdir. Bir qədər sonra Təqsirləndirilən şəxs4 da zəng gəlmiş və evdən çölə çıxıb telefonla danışmışdır. Təxminən 5-6 dəqiqə sonra evə qayıdan Sərdar ona zəng edənin Elgün olduğunu bildirmişdir. Sərdar evə gəldikdən təxminən 1 dəqiqə sonra Elgün dayısı Heydargilə gəlib qapının giriş hissəsində Sərdara “Azərlə Xəyal küçədə mübahisə edirlər, gəl biz də onların yanına gedək” demiş, Sərdar tələsik gödəkcəsini və ayaqqabısını geyinib Elgünlə birlikdə çölə çıxmışlar. Onların arxasınca o da, evdən çıxmış, bu zaman Sərdar və Elgünün birlikdə yaxınlıqdakı dayanacaq istiqamətində qaçıb getdiklərini görmüş, onların arxasınca qaçmışdır. X26 yaxınlığındakı dayanacaqda Təqsirləndirilən şəxs3 bir nəfər şəxslə dayanıb mübahisə etdiyini görmüş, onların yanında daha bir nəfər tanımadığı, sonradan isə adının İsmət olmasını öyrəndiyim şəxs də olmuşdur. O, Sərdar və Təqsirləndirilən şəxs1larla çatıb onlarla birlikdə Xəyalgilə yaxınlaşdıqda mübahisə edən şəxsin Azər olduğunu görmüş, sonuncu ona Xəyalın bir neçə gün əvvəl tərs baxdığını söyləmiş, o, isə bildirmişdir ki, “nə olar baxıb baxıb də, düşmən deyilsiniz ki”, Azər isə cavabında “mən bilirəm Xəyal mənə niyə tərs baxıb” dedikdə, Xəyal əsəbiləşib “Azər de görüm nəyə görə sənə tərs baxmışam” sualını vermişdir. Azər isə cavabında “biz Sərdarı səhv hərəkətinə görə əl dalı vurub sındırmışıq deyə sən bizə tərs baxmısan” söyləmiş, bunu eşidən Sərdar əsəbiləşib ona əl dalı dəymədiyni, Azərin onu yumruqla vurduğunu bildirmişdir. Azərlə inadla əl dalı vuraraq Sərdarı sındırdığını demiş, sonra zəng edib oraya Əzimi çağırmışdır. Əzim də oraya sonradan adının Əlimuraz olduğunu bildiyi başqa bir oğlanla gəlmişdir. O, nə Əzimi, nə Azəri, nə də Əlimurazı əvvəllər tanımamışdır. Əzim və Əlimuraz oraya gəldikdən sonra Azərin Sərdarı əl dalı vurub sındırmasını təsdiq etmişlər. Həmin vaxt oraya dayısı Heydar də gəlmiş, Azərdən nə baş verdiyini soruşduqda sonuncu “Heydar dayı söhbət edirik” demişdir. Heydar “mən də burada dayanıb gözləyirəm, siz söhbətinizi edin” dedikdə Azər “Heydar əmi sən öl dava olmayacaq, arxayın çıx get, gedib çay içəcəyik” demişdir. Belə olduqda dayısı evləri istiqamətində getmiş, təxminən 5-10 dəqiqə sonra Sərdar, Xəyal, Azər və Əzim mübahisə etdiklərini görüb onlara demişdir ki, “gedək evə, sabah görüşüb söhbət edərik”. Həmin vaxt qarşı tərəfdən kimsə “dəmiri isti isti döyərlər, bu gün bu məsələyə son qoyulmalıdır” dedikdə, Azər də qoşulub “öldü var, döndü yoxdur, bu gün bu məsələyə son qoyulacaq” demiş, söhbəti davam etdirmək üçün “Xan arxının” üstündəki çayxanaya getməyi təklif etmişdir. Beləliklə Zərərçəkmiş şəxs1gil öndə, onlar isə təxminən 5-6 metr arxada “Xan arxı” adlandırılan ərazidəki çayxanaya getmişlər. Yol ilə gedərkən Azər kimlərəsə zəng edib “davamız düşüb, durun gəlin bura” deməsini eşitdikdə narahat olub dərhal dayısı Heydarə zəng edərək bu barədə məlumat vermiş, çayxanaya çatmağa bir az qalmış digər dayısı Rövşənə də zəng edib ona da bu barədə bildirmişdir. Rövşən isə cavabında “mənə niyə zəng eləmisən?, qoy dalaşıb bir birini qırsınlar” demişdir. Telefonla danışmağa başı qarışdığı üçün Sərdar və digər qohumlarından bir qədər geridə qalmış, qohumları isə çayxanaya daxil olub masa arxasında əyləşmişlər. Bu vaxt Sərdar masadan qalxıb Azərin ünvanına nalayiq söyüşlər söyərək sifət nahiyəsinə yumruqla bir dəfə vurmuş, Azər də Sərdarın sifətindən yumruqla vurmuşdur. Həmin vaxt Xəyal da kənardan əli ilə Azərin sifətinə bir dəfə vurmuş, həmçinin İsmət adlı şəxs də yumruqla Sərdarı, Əzim və Əlimuraz isə yumruq və təpiklə Elgünü vurmuşlar. Onlar təpik və yumruqla dalaşarkən birbirinin ünvanına uca səslə nalayiq söyüşlər də söymüşlər. O, ətrafdakı adamlarla köməkləşib onları ayırmış, bundan sonra Azər, Əzim, Əlimuraz və İsmət adlı şəxs hadisənin baş verdiyi çayxananın qabağından Ələkbər Seyfi küçəsinə getmişlər. Bunu görən Sərdar, Xəyal və Elgün də Azərgilin olduqları yer istiqamətdə getmişlər. Həmçinin o, da onların arxasınca getmiş, bu vaxt Sərdar həmin küçənin ortası ilə qaçaraq Azərə çatıb yumruqla sonuncunun sifətinə vurmuşdur. Həmçinin Azər da Sərdarın yumruqla sifətinə vurmuşdur. Xəyal həmin vaxt Azəri vuranda Əzim Xəyalı təpiklə vurub yerə yıxmışdır. Həmçinin orada Elgünlə Əzim də bir birləri ilə əlbəyaxa olmuşlar. Əlimuraz onların ünvanına var-yox söyüşü söydüyü üçün Elgün də onu yumruqla vurmuşdur. Hərə bir tərəfdə dalaşdığı üçün İsmətin orada konkret olaraq kiminləsə dalaşmasını və kimisə vurmasını görməmişdir. Amma İsmət də dalaşanların içərisində olmuşdur. O və ətrafdakı adamlar isə dalaşanları ayırmışlar. Bu vaxt kimsə polis gəldiyini dedikdə Azərgil 38 nömrəli məktəb tərəfə qaçmışlar. Onlar isə orada qalmış, həmin vaxt dayısı Heydar oraya gəlmiş və Azərin harada olduğunu soruşduqda Sərdar Azərin 38 nömrəli məktəb istiqamətində getdiyini bildirdikdə o, öndə, Xəyal, Heydar, Sərdar və Elgünün isə ondan arxada 38 nömrəli məktəb istiqamətində getmiş, məktəbin giriş darvazasına çatmağa az qalmış Azərgilin orada dayandıqlarını görmüşlər. Bu zaman dayısı Heydar Azərin öz ünvanına nalayiq söyüş söyüb, “bəs sən mənə sən öl vurmuşdun ki, dava olmayacaq” deyib sillə ilə sifət nahiyəsinə bir və ya iki dəfə vurmuşdur. Əzim və Əlimuraz isə dayısını tutub kənara çəkmişlər. Elgün və Sərdar Məmədovlar və Xəyal isə Azəri vurmaq üçün ona tərəf getmək istəsələr də, o, və ətrafda olan tanımadığı adamlar onlara mane olmuş, sonra Azərgil oradan hadisənin ilkin baş verdiyi çayxanaya tərəf getmişlər. Bu vaxt dayısı “gedin oturun maşına evə gedək” demiş, Sərdar irəlidə gedərkən dayısı onun əynindəki şalvar arxa sağ və ya sol cibində bıçaq olduğunu görüb, sonuncudan cibindəkinin nə olduğunu soruşduqda Sərdar arxa cibindən bıçağı çıxardıqda dayısı həmin bıçağı onun əlindən alıb qıraraq 38 nömrəli məktəbin həyətinə atmış, sonuncuya sillə ilə vurub “gücün çatır döy, gücün çatmır gəl dədənə denən dədən döysün, bu nədir üstündə bıçaqla gəlmisən” demişdir. Onlar birlikdə həmin çayxananın qabağına çatanda dayısı Rövşənin orada Azəri yumruqla vurduğunu görmüş, Azər dayısının əlindən çıxıb çayxanaya daxil olaraq stəkan və nəlbəki götürüb dayısına tərəf atmaq istəyəndə orada olan kimsə əlindəkiləri alıb kənara qoymuş, hətta Azər bıçaq götürüb “sizi öldürəcəm” dedikdə çayxananın içərisində olan kimsə əlindəki bıçağı almışdır. Bundan sonra Azəri tutub çayxanada saxlamışlar və onlar oradan dayılarının ciddi təkidi ilə evə getmək üçün dayısı X66 küçəsində dayanan “Qazel” markalı avtomobilinə tərəf getmişlər. Dayısı ilə birlikdə maşına oturmuşlar. Maşına minəndən sonra dayısı maşını döndərib üzü Ələkbər Seyfi istiqamətində sürmək istəyən zaman qarşı tərəfdən kimsə çöldən onların ünvanına var-yox söyüşü söymüşdür. O, söyüş söyənin kim olduğunu bilməmişdir. Bu zaman Xəyal oturduğu yerdəki pəncərədən ayağının birini çölə çıxartmışdır ki, düşüb həmin söyüş söyən şəxsə tərəf qaçsın, lakin ayağı ilşdiyi üçün başı üstə yerə yıxılmışdır. Bunu görən Heydar avtomobildən aşağı düşdükdə Sərdar da sürücü tərəfdən aşağı düşüb yolun əks tərəfinə qaçmış, belə olduqda o, da avtomobildən aşağı düşüb həmin yerə getmişdir. Bu vaxt Elgünü orada görməmiş, Azər yolun əks tərəfində olan dönərxananın qarşısındakı səkidə dayanmışdır. Sərdar yaxınlaşan vaxt Azər təpik və yumruqla vurduqda Sərdar da onu hər iki əli ilə ayaqlarından tutub arxası üstə yerə çırpmış, bu an ara qarışmışdır. Dayıları Heydar və Şahid3lar, hətta digər qohumu Xəyal yerdə olan Azəri təpiklə və yumruqla vurmağa başlamışlar. O, isə hadisə zamanı onları ayırmağa çalışmış, Azərin qohumlarının içində vurmayan yeganə adam olmuşdur. Digərlərinin hamısı Azəri vurur, onun ünvanına nalayiq söyüşlər söymüşlər. Hətta münaqişə zamanı Sərdarı Azərin üstündən qaldırıb kənara aparan o olmuşdur. Ara qarışdığı üçün o, Əzimlə Əlimurazın harada olmalarını görməmişdir. Sonra ara sakitləşdikdə o, Sərdar və Xəyalla birlikdə dayısı Heydarin avtomobilinə əyləşən zaman dayısı Elgünün harada olduğunu soruşmuşdur. Onlar ətrafa baxanda Elgünü görməmişlər. Bu zaman çayxana tərəfdən kimsə qışqırıb demişdir ki, “Heydar maşını fırlat bəri, Elgün Əzimi bıçaqla vurub”. Sonra dayısı avtomobili Əzimin yaralı vəziyyətdə uzanıqlı halda olduğu çayxananın qabağına sürmüş, orada o, Sərdarla birlikdə avtomobildən aşağı enib çayxananın qabağında yerdə uzanıqlı vəziyyətdə olan Əzimi orada olan tanımadığı digər iki nəfər oğlanla birlikdə ayaq və əllərindən tutub avtomobilə mindirmişlər. Maşında gedərkən Əzim halsız vəziyyətdə olmuş və yalvarıb bir neçə dəfə “nə olar qoymayın mən ölüm” demişdir. Sonra isə Əzim heç nə danışmamışdır. Bundan sonra dayısı Zərərçəkmiş şəxs4 3 nömrəli xəstəxanaya gətirmiş, sonuncu əməliyyat otağına aparıldıqdan sonra dayısı ona evə getməsini söyləmiş, o da oradan Göygöl rayonunun Çaykənd kəndinə getmişdir. Həmin günün səhərisi Zərərçəkmiş şəxs4 öldüyünü və onu öldürən şəxsin dayısı oğlu Təqsirləndirilən şəxs1 olmasını eşidib bilmişdir. Zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs4 uşaq yaşlarından orta məktəb yoldaşı kimi tanımışdır. 2019-cu ilin iyun və ya iyul aylarınadək Təqsirləndirilən şəxs4 münasibəti yaxşı olmuşdur. Münasibətlərinin pozulmasına səbəb isə Sərdarın ona qarşı səhv hərəkət etməsi olmuşdur. Belə ki, 2019-cu ilin iyun və ya iyul ayının tarixi xatırlamadığı gün digər orta məktəb yoldaşı və dostu Zərərçəkmiş şəxs4 onunla görüşüb “Reyhan mənə deyir ki, bəs Sərdar Bahardan söz almaq üçün onu yanında fırladır” deyə söyləmişdir. Belə ki, sevgili olan orta məktəb yoldaşı Şahid10 haqqında Təqsirləndirilən şəxs4 belə deməsi ona pis təsir etmişdir. Zərərçəkmiş şəxs4 ona həmçinin demişdir ki, “sən Sərdara zəng eləmə, onunla görüşmə, qoy məktəb açılsın, mənim yanıma gəlib Baharı öz bacısı kimi gördüyünü, sonradan isə Bahardan söz almaq üçün onu yanında fırlatdığını deyən Sərdarı Bahar və Reyhanın yanında utandırıb onun ikiüzlü olduğunu sübut edərik və elə onların yanındaca Sərdarı vurub evinə yollayarıq ki, bir də bu cür hərəkət etməsin”. O da Zərərçəkmiş şəxs4 bu fikri ilə razılaşmışdır. 4 sentyabr 2019-cu il tarixə kimi Zərərçəkmiş şəxs4lə bu məsələ ilə bağlı danışıqları olsa da, Təqsirləndirilən şəxs4 zəng edib onunla danışmamış və görüşüb söhbət etməmişdir. 4 sentyabr 2019-cu il tarixdə Zərərçəkmiş şəxs4lə sonuncunun atasının işlədiyi bərbərxananın yaxınlığında yerləşən “Praqa” adlı çay evində oturub söhbət etmiş, söhbət zamanı Zərərçəkmiş şəxs4 ona bildirmişdir ki, “Sərdar nəisə fikirləşib bu söhbətin altından çıxacaq, gəl onu axşam çağırıb söhbət edək. Onu səhv hərəkətinə görə ya sən vurarsan, ya da mən vuraram”. Zərərçəkmiş şəxs4 təklifi belə olmuşdur ki, o, zəng edib Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs4 atası ilə birgə işlədiyi bərbərxananın yanına çağırsın və elə orada boşluq sahədə Təqsirləndirilən şəxs4la söhbət etsinlər. Bundan sonra o, yaşadığı evə getmiş, yemək yedikdən sonra küçəyə çıxıb Təqsirləndirilən şəxs4 zəng edərək onunla görüşmək istədiyini bildirmiş, Təqsirləndirilən şəxs4 “X18” deyilən yerin yaxınlığındakı dayanacağa gəlməsini söyləmişdir. Saat 19:30 radələrində onlar görüşdükdə Təqsirləndirilən şəxs4 Zərərçəkmiş şəxs4 yanına getməyi təklif etmişdir. Təqsirləndirilən şəxs4 bu hərəkətinə qədər münasibətləri yaxşı olmuşdur. Təqsirləndirilən şəxs4 hansı söhbətə gəldiyini bilməmişdir. Beləliklə onlar Əzimin atasının işlədiyi bərbərxananın qarşısına getmişlər. Əzim həmin vaxt işləmiş, orada olan digər məktəb yoldaşları Əlimuraz isə bərbərxananı süpürmüşdür. Təxminən 10 dəqiqə ərzində o, Sərdarla bərbərxananın binasının qarşısındakı oturacaqda oturub söhbət etmiş. Əzim gələnə qədər o, Sərdara heç nə deməmiş, ümumi mövzuda söhbət etmişdir. Təxminən 10 dəqiqə sonra Əzim və Əlimuraz oraya gəlmiş, gələn kimi Əzim Sərdara kənarda söhbət etməyi təklif etmişdir. Həmin vaxt Sərdarın əmisi oğlu Elgün də oraya gəlib onlarla getmək istədiyini bildirdikdə buna etiraz etmişlər. Elgün də razılaşıb çıxıb getmişdir. Elgün də Gəncə şəhər 38 saylı orta məktəbdə onunla paralel sinifində təhsil almış, elə də yaxın dost münasibətində olmamışlar. Bundan sonra o, Əzim, Əlimuraz və Sərdarla bərbərxanadan təxminən 20-30 metr aralıda, “Praqa” adlı çay evinin arxasındakı boş torpaq sahəsinə getmişlər. Həmin yerə çatanda Əzim Sərdara “bəs deyilmi səninki, nə qədər sənin səhvini bağışlayaq” deyə bildirdikdə, Sərdar ondan nə səhv etdiyini soruşmuş, Əzim isə “Reyhana nə demisən?” sualını verdikdə Sərdar heç bir söz demədiyini bildirmişdir. Belə olduqda, Əzim demişdir ki, “mən Reyhanı yaşadığı evə ötürürdüm, sən ona telefonda dedin ki, mən Bahardan söz almaq üçün onu yanımda fırladıram, bu sözü Reyhana demisən, deməmisən?”. Sərdar “demişəm” sözünü dedikdə o, sağ əlinin arxası ilə Sərdarın sifət nahiyəsinə bir dəfə vurmuşdur. Zərərçəkmiş şəxs4lə əvvəlcədən aralarında belə razılıq olmuşdur ki, Sərdar səhvini etiraf etsə ya Əzim, ya da o, Sərdarı əllərinin arxası ilə vurub sındıracaqlar. Bu hal adamı sındırmaq sayılır. O, Sərdarı əlinin arxası ilə vurduqda Əzim və Əlimuraz onları ayırmışlar. Bundan sonra orada onlar biri birilərinə heç nə etməmişlər. Ətrafda onlardan başqa heç kim olmamışdır. X70 demişdir ki, “bu gündən sonra nə sən bizə salam ver, nə də biz sənə salam verəcəyik”. Bundan sonra Sərdar çıxıb getmişdir. Onlar isə birlikdə Elgünün atasının işlətdiyi, Yeni Gəncə qəsəbəsində, “Bərəkət” adlı kafeyə gedib çöldəki masalardan birində əyləşib yemək sifariş edərək Elgünü də orada olduğundan yeməyə dəvət etmişlər. Söhbət zamanı Əlimuraz Elgünə “əmin oğluna əl dalı vurduq” dedikdə, o, Sərdara əl dalını onun vurduğunu söyləmiş, Elgün isə onlara başqa heç bir söz deməmişdir. Bundan sonra Sərdar dəfələrlə müxtəlif yerlərdə ona əl dalı dəymədiyini dedikdə o, hamının yanında bunu sübut etmişdir. Bundan sonra Əzim də ona demişdir ki, Sərdar hər yerdə Zərərçəkmiş şəxs4 haqqında xoşagəlməz sözlər danışmış və onun ünvanına nalayiq söyüşlər işlətmişdir. O, isə Əzimə Sərdara fikir verməməsini və sonuncunu onsuz da sındırdıqlarını demişdir. 20 oktyabr 2019-cu il tarixdə təxminən saat 18 radələrində o, Əzimlə birlikdə sonuncunun yaşadığı binanın qabağındakı “Asiman” adlı marketin qarşısından keçib çayxanaya tərəf gedən zaman yolda Sərdarın bibisi oğlu Xəyal və əmisi oğlu Elgünlə rastlaşmışlar. Bu zaman Xəyal ona və Əzimə tərs baxıb salam verməmişdir. O və Əzim bu hərəkəti hörmətsizlik kimi qəbul etmişlər. Xəyalı isə Sərdarın bibisi oğlu kimi tanımış, əvvəllər aralarında düşmənçilik və ədavət olmamışdır. Söhbət zamanı Əzim ona Xəyalı nəzərdə tutaraq demişdir ki, “bu niyə bizə belə baxdı, bizim kişilik səhvimizmi var bunların yanında?”. Həmin vaxt Əzim məşqə tələsdiyindən sabah zəngləşib Xəyalla görüşərək onlara tərs baxmasının səbəbini soruşacağını demişdir. Növbəti gün isə Əzimdən heç bir xəbər çıxmamışdır. 22 oktyabr 2019-cu il tarixdə axşam saat 21 radələrində tək yaşadığı evdən çıxıb Ələkbər Seyfi küçəsindəki internet kluba getmiş, orada Elgünü görmüş, sonuncudan bibisi oğlu Xəyalın nömrəsini istəmiş, ancaq nömrəni nə səbəbə istəməsini deməmişdir. Çünki Xəyalla tək görüşüb ona və Əzimə tərs baxmasının səbəbini soruşub öyrənmək istəmişdir. Elgün ona Xəyalın nömrəsini vermiş, bundan sonra o, internet klubdan çölə çıxıb bir neçə dəfə Xəyalın xatırlamadığı mobil nömrəsinə 2 və ya 3 dəfə zəng etsə də, zənglərinə cavab verilməmiş, təxminən 5 dəqiqə sonra Xəyal dayısı Heydarin mobil telefonundan ona zəng etmişdir. Xəyal zəng etdikdə sonuncu ilə işi olduğunu deyib X26 yanına dəvət etmişdir. Həmin vaxt internet klubun qarşısında İsmət adlı şəxsi görüb onunla görüşmüşdür. İsmətlə birlikdə piyada X26 yaxınlığındakı dayanacağa gəlib çatdıqda Xəyala zəng edib harada olmasını soruşduqda sonuncu yolda olduğunu və “Asiman” adlı marketə çatmağa az qaldığını bildirdiyi üçün o, İsmətlə birlikdə həmin marketə doğru getmişdir. Həmin marketin qabağında Təqsirləndirilən şəxs3la görüşmüş, sonuncu tək olmuş, elə oradaca ona və Əzimə 2 gün əvvəl tərs baxmasının səbəbini soruşmuşdur. Xəyal cavabında “baxmaq olmaz?” deyə sual verdikdə “baxmaq olar ey, amma baxmağın da tərzi var” deyə bildirmişdir. Oradan söhbət edə-edə X26 yaxınlığındakı dayanacağa gəlmişlər. Yol boyu gedərkən Xəyala demişdir ki, “mən bilirəm sən mənə niyə tərs baxmısan, bilirəm ki, sənə nəsə çatdırıblar, amma səhv çatdırıblar”. Bu zaman Xəyal ona “siz guya öz aləminizdə mənim dayım oğluna əldalı vurmusunuz?” demişdir. O, isə Xəyala “guya yox, vurmuşuq, birdə, olan olub, keçən keçib, bunu sənə niyə çatdırırlar ki?” demişdir. Birlikdə dayanacaqda oturub söhbət etmişlər, İsmət isə təxminən 5 metr kənarda dayanmışdır. Bu vaxt Xəyalla söhbət etdiyi yerə sonuncunun qohumları Elgün və Təqsirləndirilən şəxs4lar, həmçinin Saləddin gəlmişlər. O, Saləddini ilk dəfə orada görmüşdür. Bu zaman o, Xəyala dayanacağın arxasına keçib təklikdə söhbət etməyi təklif etmişdir. Bu zaman isə Elgün və Təqsirləndirilən şəxs4lar və Saləddin də gəlmək istədiklərini bildirdikdə o, etiraz etsə də, Xəyal onların da gəlməsini istəmiş, belə olduqda birlikdə dayanacağın yaxınlığında yerləşən yaşayış evlərinə tərəf təxminən 5-10 metr irəliləyib dayanmışlar. İsmət isə dayanacaqda qalmış, onlarla gəlməmişdir. Söhbət zamanı Sərdar ona “sən mənə əl dalı vurmusan?” sualını verdikdə “vurmuşam, sənə əl dalı dəyib, bu söhbəti dəqiqəbaşı niyə açırsan ki?” dedikdə Sərdar ona əl dalı yox yumruq dəydiyini bildirmişdir. Belə olduqda o, Əzim və Əlimurazın bunu təsdiqləyə biləcəklərini deyib Əzimə zəng edib sonuncunu oraya dəvət etmişdir. Təxminən 5 dəqiqə sonra Əzim Əlimurazla birlikdə oraya gəlmişlər. O, Əlimurazı oraya çağırmamış, sonuncu özü Əzimlə birlikdə gəlmişdir. Əzim gəldikdə Sərdarın yenə də əl dalı söhbətini açdığını bildirmişdir. Bu vaxt oraya Sərdarın atası Heydar gəlib demişdir ki, “siz söhbətinizi edin, mən də burada dayanmışam”. Belə olduqda Əzim demişdir ki, “ay Heydar əmi ayıb deyilmi?, cavanlar öz aramızda söhbət edirik”. O, da həmçinin Heydara demişdir ki, “sənin canın üçün dava olmayacaq, Xəyaldan ötrü darıxmışıq, gedirik çay içməyə”. Belə olduqda Heydar çıxıb getmişdir. Heydar getdikdən sonra Saləddin yemək süfrəsindən durub gəldiklərin deyib sabah söhbət etməyi təklif etmişdir. Əlimuraz isə “dəmiri isti isti döyərlər” demişdir. Sərdar isə inadla ona əl dalı dəymədiyini, yumruq dəydiyini söylədikdə o, Əzimlə Sərdara əl dalı dəyməklə sındığını demişlər. Qışqıraraq danışdıqları üçün Xəyal əli ilə ona toxunub oranın yaşayış yeri olduğundan boş yerdə söhbət etməyi təklif etmişdir. Belə olduqda o, təklif etmişdir ki, gedib “Xan arxı”nın üstündəki çayxanada oturub söhbəti orada davam etdirsinlər. Onun bu təklifi qarşı tərəfdən qəbul edildi və onlar “Xan arxı” deyilən yer istiqamətində getmişlər. “Xan Çinar” adlı yeməkxananın qarşısı ilə üzü Təbriz küçəsi istiqamətində dönüb sağ tərəfdəki çayxananın qarşısında olan masada əyləşmişlər. Belə ki, solda İsmət, yanında Əzim, sonuncunun yanında o, onun yanında isə Əlimuraz oturmuş, sonra Xəyal İsmətlə, Təqsirləndirilən şəxs4 isə onunla üzbəüz əyləşmişdir. Saləddin və Elgün isə “Xan Çinar” adlı yeməkxananın 1-ci mərtəbəsində fəaliyyət göstərən “Topaz” mərc oyunlarının keçirildiyi çayxananın qarşısı ilə oturduqları çayxana istiqamətində gəlmişlər. Sərdar masa arxasına əyləşən kimi qışqıra-qışqıra “Sən mənə əl dalı vurmusan?” sualını verdikdə, o cavabımda “sən niyə bu söhbəti açırsan?, sənə əl dalı dəyib, olan olub keçən keçib” deyə bildirdikdə Sərdar qəflətən ayağa qalxmış, o, da ayağa qalxdıqda sonuncu sağ əli ilə onun sol sifət nahiyəsiə bir dəfə sillə ilə vurmuşdur. Bunu görən qonşu masalarda əyləşən tanımadığı adamlar onları ayırmışdır. Bundan sonra o, Əzim və Əlimurazla oradan evə getmək üçün Ələkbər Seyfi küçəsinə doğru gedərək yolu keçib sağ tərəfdəki transformatorun yanına çatan vaxt Sərdar qaçaraq ona çatıb yumruqla sağ və sol sifət nahiyəsinə ardıcıl olaraq iki dəfə zərbə endirmiş, həmçinin o, da sağ əlinin yumruğu ilə Sərdarın sol sifət nahiyəsinə bir dəfə vurmuşdur. Sərdar əynindəki qara rəngli jiletin sol qoltuqaltı nahiyəsindən tutub dartışdıranda jileti həmin nahiyədən cırmış, bu zaman Xəyal onun sağ ayağının baldır nahiyəsinə bir dəfə təpiklə vurmuşdur. Bunu görən Əzim təpiklə Xəyalın ayağından vurub yerə yıxmışdır. Xəyal yerə yıxılan zaman onun ünvanına söyüş söymüş, o da, eyni qaydada cavabını qaytarmışdır. Həmin vaxt oraya gələn adamlar onları ayırmışlar. Əynindəki qara rəngli jiletin sol qoltuqaltı nahiyəsi cırıldığından onu soyunub olduğu yerin yaxınlığından keçən su kanalına atmışdır. Bu zaman Əlimuraz qışqıraraq polis maşınının gəldiyini demişdir. Belə olduqda o, Əlimuraz və Əzimlə birlikdə Təbriz küçəsi istiqamətində qaçmışlar. Yolda olarkən o, Əzimə “Qazaxlar” məscidinə girib bulanmış paltarlarını təmizləyib, ara sakitləşdikdən sonra evə getmələrini demişdir. Əzim isə məscidə girməmələrini demişdir. Belə olan halda o, onların evlərinə getməyi təklif etmişdir. Onlar təxminən 200 metr irəliləyib yolun sağ tərəfindəki 38 saylı orta məktəbin qarşısından keçib təxminən 5 metr irəlidə yolun qırağındakı zibil qablarının yanına çatanda Heydar öndə, onun arxasınca isə Elgün və Təqsirləndirilən şəxs4lar, Saləddin və Xəyal qaçaraq oraya gəlmişlər. Adı çəkilən şəxslər onun ünvanına nalayiq söyüşlər söymüşdür. Heydar ona çatan kimi “küçük bəs sən mənim canıma and içirsən ki, heç nə yoxdu, dalaşmırıq, çay içməyə gedirik” deyib yumruqla sifətinə, sinəsinə, eləcə də təpiklə ayaqlarına vurmağa başlamış, sonra isə əynindəki köynəyin yaxasından tutub onu 38 saylı orta məktəbin dəmir barmaqlığına çırpışdır. Heydar onu vurarkən ünvanına nalayiq söyüşlər də söymüşdür. Əzim və Əlimuraz onu Heydarin əlindən alıb kənara çəkdikdə artıq oraya çoxlu sayda tanımadığı adamlar toplaşmışlar. Bu hadisə təxminən 2-3 dəqiqə ərzində davam etmiş, hadisənin şahidi ətrafa toplaşmış tanımadığı şəxslər olmuşlar. Bu vaxt Sərdar da ünvanına nalayiq söyüşlər söyüb onu vurmaq üçün üstünə gəldikdə kimsə qabaqdan əli ilə köyəniyinin yaxasından onu tutub özünə tərəf çəkmiş, belə olduqda Sərdar onu vura bilməmişdir. Həmin vaxt isə Sərdarın əlində bıçaq olmasını görməmişdir. Amma Sərdara kimsə qışqırmışdır ki, bıçağı yığışdırsın. Həmçinin Xəyal, Saləddin, Heydar və Elgünü tanımadığı şəxslər zibil qutularının yaxınlığında tutub saxlayırdılar ki, onu döyməsinlər. Amma buna baxmayaraq həmin şəxslər onu vurmaq üçün dartınmış, habelə ünvanına uca səslə nalayiq söyüşlər söymüşlər. Belə olduqda o, əmisi oğlu Elşənə zəng edib hadisə barədə məlumat verərək ondan təcili oraya gəlməsini istəmiş, sonra Əzimgil onu qolundan tutub yenidən “Xan arxı”nın üstündə yerləşən, ilkin mübahisə və münaqişənin baş verdiyi çayxanaya gətirmişlər. Çayxanaya girmək istəyəndə Rövşən “Topaz” mərc oyunlarının keçirildiyi çayxana tərəfdən ona yaxınlaşıb ünvanına nalayiq söyüşlər söyərək təpik və yumruqla onu vurmağa başlamışdır. Rövşən hətta çayxananın qabağındakı dəmir stulu götürüb onunla qoluna, kürəyinə, boyun nahiyəsinə vurmuşdur. Bunu görən ətrafdakı adamlar onu tutub çayxanaya salmışlar. Əzim və Əlimuraz da onunla birlikdə çayxanaya daxil olmuşlar. O, çayxanaya daxil olan kimi masanın üzərindən limon doğranılan bıçağı götürüb “bunların hamısını qıracam, bizdən əl çəksinlər” demişdir. Bunu görən Əzim bıçağı onun əlindən alıb yerinə qoymuşdur. O, isə sakitləşmir, çölə çıxmaq istəmişdir. Əzim və Əlimuraz isə onu tutub saxlamışdırlar ki, çölə çıxmasın. Həmin vaxt ürəyinin sıxıldığını söylədikdə onu buraxmışlar. Bu zaman əmisi oğlu Elşən ona zəng edib harada olduğunu soruşduqda “bunların böyükləri gəliblər üstümə, məni döyürlər tez gəl bura” demişdir. Elşən yolda olduğunu söyləmişdir. Bundan 1-2 dəqiqə sonra elə bilmişdir ki, Heydargil getmişlər. O, Əlimuraz və Əzimlə birlikdə çayxanadan çıxıb Ələkbər Seyfi küçəsinə doğru gedərkən dönərxananın qabağına çatanda Heydarin “Qazel” markalı avtomobilinin yolun əks tərəfində dönərxana ilə üzbəüz üzü Ələkbər Seyfi küçəsi istiqamətində dayandığını görmüşdür. Xəyal maşının sol, yəni dönərxana tərəfə olan pəncərəsini açıb onların ünvanına nalayiq, ana, bacı və var yox söyüşü söymüşdür. Bu zaman Heydar maşının sükan tərəfdən pəncərəsini açıb ona “dartınma” sözünü demiş. o, isə cavabında ona sakit durmasını demişdir. Xəyal maşının pəncərəsindən çölə çıxmaq istədikdə Əzim ona çatıb əli ilə maşına itələmişdir ki, çıxıb getsinlər. Bu zaman avtomobilin ön sağ oturacağında əyləşmiş Sərdar qapını açaraq aşağı düşüb onun üstünə cumub ayaqlarından qaldıraraq onu dönərxananın qabağında arxası üstə yerə çırpmış və sinəsinin üstündə oturub yumruqla sifətinə, başına vurmağa başlamışdır. Bu zaman Heydar, Rövşən, Saləddin və Xəyal da avtomobildən düşüb onun olduğu yerə gəlmişlər və təpiklə onu vurmağa başlamışlar. Sərdar onu qaldırıb yerə çırpan zaman, o, Elgünün Heydarin avtomobilindən aşağı düşüb həmin avtomobilin arxasından keçməklə dönərxananın yanındakı çinar ağacı istiqamətində getdiyini görmüşdür. O, ayağa qalxan zaman Sərdar onu yenidən tutub arxası üstə yerə yıxmışdır. Bu vaxt Əzimin ucadan “ay bilə” sözünü deməsini eşitmişdir. Rövşən, Heydar, Saləddin, Xəyal və Sərdar isə həmin zaman onun ünvanına nalayiq söyüşlər söyməklə təpiklə və yumruqla onu yerdə vurmağa davam etmişlər. Buna görə də o, Əzimə nə olduğunu və onun haraya getdiyini görməmişdir. O, yerdən ayağa qalxdıqda Rövşən onu tutub yerə çırpmış və Heydar, Saləddin, Xəyal və Sərdarla birlikdə onu yenidən döyməyə başlamışlar. Bu zaman əmisi oğlu Elşən oraya gəlib onu onların əllərindən alıb yaşadığı evə aparmışdır. Yolda olarkən Elşən Əzimin bıçaqla vurulduğunu bildirmişdir. Evə çatdıqda o, baş vermiş hadisə barədə atasına məlumat vermiş, bundan sonra atası onu bibisinin evinə göndərib özü isə xəstəxanaya getmişdir. Təxminən yarım saat sonra atası bibisigilə gəlib Əzimin öldüyünü söyləmişdir. Səhərisi gün isə hadisə zamanı Əzimi bıçaqla vuran Elgün olduğunu və buna görə tutulduğunu eşitmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs4 onun sinif yoldaşı olmuş, onunla dost olmuşdur. Zərərçəkmiş şəxs4 atası X5 şəhəri, Yeni Gəncə qəsəbəsi, 2-ci mikrorayon ərazisində yerləşən bərbərxanada bərbər kimi fəaliyyət göstərmiş, o, da həmin vaxt 1 il olar ki, Elşad Verdiyevin yanında bərbərlik sənətini öyrənmişdir. Həmçinin Zərərçəkmiş şəxs4 özü də atasının bərbərxanasında bərbərlik sənətini öyrəmişdir. Təqsirləndirilən şəxs4 da onun sinif yoldaşı olmuş, münasibətləri yaxşı olmuş, heç vaxt düşmənçilik və ya ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs4 əmisi oğlu olmaqla onlarla eyni məktəbdə, bir sinif aşağıda təhsil almışdır. Məktəbdə təhsil aldığı illərdə də Əzimlə yaxın dost olmuşlar, Elgün və Sərdar da Əzimlə dostluq etmək istəsələr də, sonuncu onların heç birini yaxınına buraxmamışdır. Xəyal isə Elgün və Sərdarın doğma bibisi oğlu olmuş, onlar birlikdə saçlarını kəsdirmək üçün Elşadın işlədiyi bərbərxanaya gəldiklərindən Xəyalı orada görüb tanımış, lakin sonuncu ilə heç vaxt əlaqəsi və münasibəti olmamışdır. Saləddin də Sərdarın digər bibisinin oğlu olmuş, o, hadisə baş verən günə, yəni 22 oktyabr 2019-cu il tarixə qədər Saləddini tanımamışdır. 22 oktyabr 2019-cu il tarixdə baş vermiş hadisədən sonra bilmişdir ki, Sərdargil tərəfdən davada iştirak edən şəxslərdən biri onların qohumu Saləddin olmuşdur. Zərərçəkmiş şəxs1 onlarla eyni məktəbdə bir sinif aşağıda təhsil almış, onunla münasibətləri həmişə yaxşı olmuşdur. Azər və Əzimlə də dostluq etmişdir. 22 oktyabr 2019-cu il tarixdən təxminən 3 və ya 4 ay əvvəl tarixi xatırlamadığı gün axşam saat 10-11 radələrində Elşadın işlədiyi bərbərxananın arxa tərəfində Azərlə Sərdar arasında mübahisə baş verdiyini görüb həmin yerə yaxınlaşmış, həmin vaxt orada Elgün və Sərdar, həmçinin Əzim də olmuşdur. Onların arasında Azərin sevdiyi Bahar adlı qızın ünvanına Sərdar tərəfindən nalayiq ifadələr işlədilməsi üstündə mübahisə yaranmış, belə ki, Azər iddia etmişdir ki, Sərdar Bahardan söz almaq üçün onu yanında gəzdirməsi, fırlatması barədə başqalarının yanında danışmışdır. Söhbət zamanı Azər Sərdarın ünvanına nalayiq söyüş söyüb sifət nahiyəsinə əlinin arxa hissəsi ilə bir dəfə vurmuşdur. Həmçinin Sərdar da Azərə təpiklə vurduqda onları ayırmışlar. Sərdar həmin mübahisə zamanı səhvini başa düşüb üzr istəsə də, Azər ona demişdir ki, “sənə əl dalı dəyib, sən sınmısan bir də biz olduğumuz yerdə görünmə”. Bu hadisədən sonra Sərdar və Elgün bir daha onların bərbərxanasına gəlməmişlər, onlarla tamamilə münasibət və əlaqələri kəsilmişdir. 22 oktyabr 2019-cu il tarixdə təxminən saat 21 radələrində o, Əzimlə rastlaşmış və ondan hara getməsini soruşduqda sonuncu “Vərəmlərin yanına gəl” deyə bildirmişdir. O, Zərərçəkmiş şəxs4 başqa sual verməmişdir. X26 yaxınlığında Əzimdən nə baş verdiyini soruşduqda, sonuncu demişdir ki, “bilmirəm, Azər çağırıb gedək görək nə olub”. Onlar birlikdə Dispanserin yaxınlığında dayanacaqda, işıq dirəyinin yanında Azərin Sərdar, Elgün, Xəyal, sonradan adının Saləddin olduğunu bildiyi şəxslə və Gəncə şəhərində ünvanını bilmədiyi yerdə yaşayan İsmət adlı şəxslə dayanıb söhbət etdiklərini görmüşlər. Onlar oraya çatarkən eşitmişdir ki, Azər Xəyala “sən mənə keçən dəfə niyə tərs baxdın, mənimlə nəsə problemin var?” deyə sual vermiş, sonuncu isə demişdir ki, “çörəyin üstündən durub gəlmişik, evdəkilər narahat olacaqlar, buna görə bizi çağırmısan?, baxanda nə olur ki?”. Bu zaman Xəyal söhbətin mövzusunu dəyişib demişdir ki, “eşitmişəm sən Sərdarı sındırmısan, sən bu uşağa heç nə də edə bilmərsən, bu uşağın zərrə qədər səhvi yoxdur”. Sonra da Azər qışqıra-qışqıra Xəyala demişdir ki, “sən qohumunun səhvlərini bilmirsən”. Bundan sonra Elgün də Sərdarın heç bir səhvinin olmadığını demişdir. Əzim isə Elgünə “sən sakit dur, sən orada hoppanıb düşmə, görürsən səndən böyük danışır” demiş, Elgünə qışqıraraq danışdığı üçün Əzim həmin sözləri demişdir. “Böyük” deyildikdə isə Xəyal nəzərdə tutulmuşdur. Elgün isə “mən nə danışıram, olanları deyirəm” demişdir. Sonra isə Saləddin demişdir ki, “gedək evə, sabah söhbət edərik”. Azər demişdir ki, “elə burada söhbət həll olunacaq”. Bundan sonra Sərdar digər qohumları ilə evə getməyə hazırlaşmışlar. Lakin Azər qışqıraraq demişdir ki, “demirəm söhbəti indi həll edəcəyik!”. Bu zaman tanımadığı bir şəxs onlara yaxınlaşıb səsküy salmamalarını və çıxıb getmələrini söyləmişdir. Belə olduqda Azər demişdir ki, “gedək Xan arxının üstündəki çayçıya söhbətimizi həll edək”. O və Əzim həmin yerə gedənə qədər Sərdarın atası Heydar oraya gəlmiş, Azər isə ona “sən öl” deyib and verərək dalaşmayacaqlarını söyləmişdir. “Xan arxı” adlandırılan yer dayanıb söhbət etdikləri həmin yerdən, yəni X26 yanından təxminən 1 kilometr aralıda, Təbriz küçəsində yerləşmişdir. Beləliklə onlar həmin yerə gedən zaman Azər öz əmisi oğlu Elşənə zəng edib demişdir ki, “ta məndən incimə əmioğlu, bunlar çaşıblar, sənə böyükləri zəng vursa, mənə zəng edib heç nə demə”. Bundan sonra Elşən telefonda nə isə dedikdə Azər cavabında ona “yanımda Elişin oğlu da var” deyə söyləmişdir. Azər Eliş deyəndə, Elşad Verdiyevi nəzərdə tutmuşdur. Bu telefonla danışıqdan sonra Əzim Azərə demişdir ki, “yemək masada qalıb, atamgil gözləyir söhbəti şirinliyə bağla qurtarsın uzatma, dalaşmaq lazım deyil”. Azər isə “gedək görək nə olur” deyə bildirmişdir. Beləliklə onlar “Xan arxı” deyilən ərazidə “Xan çinar” adlı çayxananın yanında, adı olmayan çayxanaya yaxınlaşıb çayxananın qarşısında küncdə yerləşən masa arxasında əyləşmişlər. Belə ki, Əzim, o, İsmət adlı şəxs və Azər yanbayan kürək nahiyələri 38 saylı orta məktəb istiqamətində oturmuşlar. Onlardan təxminən 1-2 dəqiqə sonra Elgün, Xəyal, Saləddin və Sərdar da oraya gəlmişlər və onlarla üzbəüz əyləşmişlər. Sərdar “Azər mənə əl dalı vurmayıb, məni sındırmayıb, mənə yumruq dəyib, Azər mənə əl dalı vurmağını və məni sındırmağını yalan deyir” dedikdə Azər ayağa qalxıb qışqıra-qışqıra Sərdara “mən səni sındırmışam, sənə əl dalı dəyib” demişdir. Bu zaman Saləddin masa arxasından qalxıb telefonla danışmaq üçün oradan kənarlaşmışdır. Belə olduqda o, Sərdara “dəyib, dəyibdi dana boynuna al” deyə söyləmişdir. X72 əlinin arxası ilə vurması onun yanında baş vermişdir. Bu vaxt Sərdar Azərin ünvanına ucadan nalayiq söyüşlər söyüb əli ilə onun əynindəki qara rəngli jiletin sağ qoltuqaltı hissəsindən dartdıqda jilet həmin hissədən cırılmışdır. Sərdar Azərin əynindəki jileti dartan kimi onun sinə nahiyəsinə bir dəfə yumruqla vurmuşdur. Həmçinin Azər də Sərdarı yumruqla vurmuşdur. Azərin atdığı təpik Sərdara dəyməmişdir. Belə olduqda onlar Azəri, qarşı tərəfdən olanlar və çayxanada olmaqla başqa masalarda əyləşmiş tanımadığı şəxslər Sərdarı tutub kənara çəkmişlər. Hətta Xəyal da həmin vaxt Azərin ünvanına ucadan nalayiq söyüşlər söyüb onu vurmaq istədikdə ona mane olmuşlar. Bu zaman çayxanadan kimsə polisin gəlməsi barədə qışqırdıqda Əzim oradan uzaqlaşıb yaxınlıqdakı “NTV” adlı çayxanada çay içməyi təklf etmişdir. Azər isə evə gedəcəyini söyləmişdir. Onlar üçü birlikdə yaxınlıqda yerləşən məscid istiqamətində irəliləmişlər, fikirləşlər ki, Azər məsciddə əl üzünü yusun, paltarlarını təmizləsin və oradan hərə öz evinə getsin. Lakin Azər məscidə getmək istəmədikdə onlar gedərək Gəncə şəhəri, Təbriz küçəsində yerləşən 38 saylı orta məktəbin qarşısından keçib yolun kənarında olan zibil qutularının yanına çatdıqda Sərdar arxadan qaçaraq gəlib yumruqla Azərin sinə və ya üz nahiyəsinə bir dəfə vurmuşdur. Azər də cavab olaraq Sərdarı təpiklə vurmuş, bu zaman Xəyal, Saləddin və Elgün oraya gəlib və Sərdarın qollarından tutub kənara aparmışlar. Elə həmin vaxt oraya Sərdarın atası Heydar gəlib Azərin sifət nahiyəsinə sillə vurub sonra çiynindən tutub məktəbin dəmir barmaqlıqdan olan çəpərinə çırpıb sonuncuya “cındır, sən mənə bayaq sənöl vurmadınmı ki, uşaqlarnan çay içməyə gedirəm, dava olmayacaq” demişdir. Bu vaxt yoldan keçən tanımadığı şəxslər Heydari tutaraq saxlamışlar. Qohumları isə məktəbin dəmir barmaqlığının kənarında Sərdarı tutub saxlamışlar. Sərdar Azərin ünvanına nalayiq söyüşlər söymüşdür. Bu vaxt Sərdarın əlində bıçaq olduğunu görmüş, o, dartınaraq Azəri vurub öldürəcəyini söyləmiş, lakin Xəyalla Elgün onu tutub saxlamışlar. Heydari isə kənardan keçən tanımadığı adamlar tutub saxlamışlar. Buna baxmayaraq Heydar də Azərin ünvanına uca səslə nalayiq söyüşlər söymüş, onlar da Azəri tutub saxlamışlar. Azər də qarşı tərəfdən olanların ünvanına nalayiq söyüşlər söymüşdür. O, Əzimlə birlikdə Azərin qollarından tutub dayandıqları yerdən təxminən 30 metr irəliləyib 38 nömrəli məktəbin qarşısından keçməklə, birlikdə oturub çay içdikləri çayxanaya tərəf irəliləmişlər. Çayxanaya tərəf gedəndə Azər yenə əmisi oğlu Elşənə zəng edib “bunların böyükləri mənə əl atır, bu harada görünübdü?, bu nə cındırlıqdı edirlər, sən gəl” deyə bildirmişdir. Onlar təxminən 30 metr oradan kənarlaşsalar da Sərdar qışqırmaqla Azərin ünvanına uca səslə nalayiq söyüşlər söyməkdə davam etmişdir. Ətrafda çoxlu sayda insanlar olsa da, o, onları tanımamışdır. O, geri dönüb baxdıqda Sərdarın əlində bıçaq olduğunu və dartınaraq Azərin üstünə gəlmək istəsə də Xəyal və Elgün onun qarşısını kəsdiklərini görmüş, bundan sonra isə Sərdarın əlində bıçaq görməmişdir. Bundan sonra onlar Azəri çayxanaya gətirib oturacaqda otuzduraraq su vermişlər. Azər qışqırıraq Sərdar və qohumlarının ünvanına nalayiq söyüşlər söyməkdə davam etmiş, onlar və çayxanada olan tanımadığı digər adamlar isə Azərə sakitləşməsini və qışqırmamasını demişlər. Azər heç kimə məhəl qoymayıb çölə çıxmış, qışqıraraq söyüş söymüşdür. Azər həmin söyüşləri ucadan dediyi üçün hamı eşitmişdir. Azər bu sözü deyib 38 saylı orta məktəbə tərəf, yəni Sərdarın olduğu yer istiqamətində irəliləyərkən elə çayxananın qarşısındaca sonuncunun əmisi Rövşən “cındır qızmısan?” deyib Azərin ünvanına nalayiq söyüşlər söyüb sillə ilə sifət nahiyəsinə bir neçə dəfə, eləcə də ayaqlarına təpiklə vurmuşdur. Onlar ətrafda olan tanımadığı şəxslərlə birlikdə Azəri dartaraq Rövşənin əlindən alıb yenidən çayxanaya salmışlar. Rövşənin həmin vaxt əlində siqaret olduğu üçün siqaretin külü Azərin üzünə tökülmüşdür, onlar çayxanada sonuncunun üzündəki külü təmizləyib, su verib sakitləşməsini, mübahisəni qurtarmasını bildirmişlər. Lakin Azər yenə onlara əhəmiyyət verməyərək çayxanadakı masanın üzərindən bıçaq götürüb “buraxın, gedirəm onların hamısını vuram, başları qaçıb” deyə bildirmiş, belə olduqda o, Əzim və çayxanada olan tanımadığı şəxslər Azəri tutub saxlamışlar. O, Azərin əlindəki bıçağı alıb kənara hansısa masanın üzərinə atmışdır. Bundan sonra Azər ürəyinin sıxıldığını bildirib onu buraxmalarını xahiş etmişdir, onlar da buraxmışlar. Bu zaman Azər yenə də əmisi oğlu Elşənə zəng edib ağlaya- ağlaya, “bunların yenə böyükləri mənə əl atdı, biri gedir, biri gəlir, bu kişilik deyil, tez bura gəl” demişdir. Həmin zaman onlar Azərlə birlikdə çayxananın içində oturmuşlar, bu zəngdən təxminən 5 dəqiqə sonra Elşən çayxananın qarşısına gəlmişdir. Həmin vaxt artıq sakitlik olmuşdur. Elşən və Azər çayxanadan çıxdıqdan sonra həmin çayxanadan təxminən 20-25 metr məsafədə yolun kənarında yerləşən dönərxana istiqamətində irəliləmişlər. O, Əzimlə isə onlardan təxminən 4-5 metr arxada onlar gedən istiqamətdə irəliləmişlər. Onlar çayxanadan çölə çıxıb dönərxana istiqamətində irəliləyərkən Elgün, Sərdar, Xəyal və Saləddin Heydarə məxsus “Qazel” markalı avtomobilə oturduqlarını görmüşlər. Heydar avtomobilin sükanı arxasında oturmaqla avtomobili işə salmışdır. Bu zaman Elşən və Azər dönərxananın qarşısına çatıb orada dayanmışlar. Azərgillə Heydarin avtomobili arasında məsafə təxminən 1 metr olmuşdur. Elşən Heydarə “ay Heydar utanmırsan? oğlun yaşda uşağa əl atırsan” deyə bildirdikdə Heydar cavabında “küçüyünü çək ayağına bağla” deyə söyləmişdir. Bu sözdən sonra Azər Heydarə ya ana, ya var-yox, ya da “peysər” söyüşü söymüşdür. Buna cavab olaraq Heydarin avtomobilində olan şəxslərdən biri Azərin ünvanına nalayiq söyüşlər söymüşdür. Azər söyüş söydüyü üçün ilk əvvəl Xəyal avtomobilin pəncərəsindən yerə enmiş, ardınca Sərdar qapıdan aşağı düşmüşdür. Sərdar avtomobildən düşən kimi qaçaraq Azərin üzərinə hücum edib ünvanına nalayiq söyüşlər söyməklə dönərxananın qarşısındaca Azərin ayaqlarından tutub onu yerə yıxmışdır. Sərdar Azəri yerə yıxarkən Elşən üzü avtomobil yoluna tərəf dayandıqda Azərin sol tərəfində, o, və Əzim isə onlardan təxminən 2-3 metr sağ tərəfdə olmuşlar. Yəni, onlar Sərdar Azəri tutub yerə yıxmasını gördükdə Əzim irəlidə, o, isə sonuncunun arxasınca oraya yaxınlaşmışlar. Onlara qədər isə Xəyal, Elgün, Saləddin və Heydar artıq avtomobildən düşüb Azərlə Sərdarın əlbəyaxa olduqları yerə çatmışlar və sonuncular yerdə uzanıqlı halda olan Azərin bədəninin müxtəlif nahiyələrinə təpik və yumruqla vurmuşlar. Həmçinin Azərin ünvanına nalayiq söyüşlər söymüşlər. Belə olduqda Elşən, Əzim və o, dərhal yaxınlaşıb Azəri onlardan ayırmağa çalışmışlar. Bu vaxt Əzimin Sərdargilə “cındırlar, təkləmək kişilkdəndir?” sözünü deməsini eşitmiş, Sərdar həmin yerdə əsasən əvvəldən axıra kimi Azəri yerdə yumruqla digərləri ilə vurmuşdur. Həmin vaxt Elgünün Əzimi vurmasını, həmçinin Sərdar və Elgünün əllərində bıçaq olmasını görməmişdir. Sərdar yerdə Azəri vurarkən sonuncunu yerdən qaldırmağa, onu vuran şəxslərə mane olmağa çalışımışdır. Bu vaxt isə Azərə atılan yumruq və təpiklər ona da dəymişdir. Lakin onu konrket olaraq kimin vurduğunu bilməmişdir. Azər yerdə uzanıqlı vəziyyətdə olarkən Rövşən də oraya gəlmiş və Zərərçəkmiş şəxs1 təpiklə vurmuşdur. Bu vaxt Elşən və ya orada olan kimsə Azəri yerdən qaldırmış, bunu görən Sərdar geri çevrilib Azərin hər iki ayağından tutaraq onu bir daha yerə yıxmışdır. Sonra Sərdar, Rövşən, Heydar Məmmədovlar, Təqsirləndirilən şəxs3 və Saləddin yerdə uzanıqlı vəziyyətdə olan Azərin yumruq və təpiklə bədəninin müxtəlif nahiyələrinə vurmağa başlamışlar. Sərdar yerdə uzanıqlı vəziyyətdə olan Azərin sinəsinin üzərində dayanıb onun baş və qol nahiyələrinə yumruqla vurduğunu görüb o, təpiklə Sərdarın baş nahiyəsinə vurmuşdur. Bu vaxt o, Əzimin “ay ana ürəyim” deyib yaxınlıqdakı çinar ağacına tərəf getdiyini görmüşdür. O, elə bilmişdir ki, Sərdargil tərəfdən kimsə Əzimi yumruqla vurmuş, sonuncunun bıçaqla vurulmasını isə bilməmişdir. O, Əzimin arxasınca getmək üçün çinar ağacına doğru irəliləmək istədikdə kiminsə sağ böyrəküstü nahiyəsindən zərblə vurmasını hiss etmişdir. Geri çevrilib onu kimin vurmasına baxmamışdır. Ondan arxada kimin olmasını isə görməmiş və bilməmişdir. O, həmin zərbədən sonra sağ böyrəküstü nahiyəsinə əli ilə toxunsa da, əli qana bulaşmamışdır. O, Əzimin olduğu yer istiqamətində irəliləyərkən Sərdarın atası Heydar arxasınca gələrək ona çatıb çinar ağacının yanında “peysər, cındır, qızmısan mənim oğlumu vurmusan?” deyib yumruqla sifət və sinə nahiyəsinə ardıcıl 3 və ya 4 dəfə yumruqla vurmuşdur. Bunu görən ətrafdakı tanımadığı adamlar Heydari tutub kənara aparmışlar və onu vurduğu üçün irad bildirmişlər. Heydar onu yumruqla vurarkən Rövşən, Sərdar, Təqsirləndirilən şəxs3 və Saləddin çayxananın qarşısında Azəri vurmaqda davam etmişlər. O, yenidən Əzimə tərəf baxanda isə görmüşdür ki, sonuncu Sərdarla Azər arasında ilkin mübahisə və münaqişənin baş verdiyi çayxananın yanındakı tualetin qarşısında sağ əli ilə ürəyini tutaraq yerə çöməlmiş haldadır. O, artıq həmin vaxt hadisə zamanı Əzimə xəsarət yetirildiyini başa düşüb dərhal onun olduğu yerə gedib qolundan tutmuşdur ki, qaldırsın. O, Əzimin qolundan tutub qaldırmaq istədikdə sonuncu yıxılmış, Əzimə “səni kim vurdu?” sualını verdikdə Əzim isə cavabında ardıcıl olaraq “məni vurdular» deyə söyləmiş, lakin kimlərin vurduğunu deməmişdir. Bunu gördükdə o, qışqırıb ətrafdakıları köməyə çağırmış, bu zaman tanımadığı şəxslər oraya gəlmişlər. Əzimin əynində qara rəngdə jilet olmuş, o, jiletin yaxasını açıb başındakı kepkanı çıxarmışdır. Yanında olan tanımadığı şəxs isə Əzimin köynəyini yuxarı qaldırdıqda ürək nahiyəsində xəsarət olduğunu və həmin xəsarətdən təzyiqlə qan axdığını görmüşlər. Yanında olan tanımadığı şəxs həmin köynəklə yaranın üzərini sıxmışdır ki, qan axmasın. Bundan sonra o, yanında olan tanımadığı şəxslərlə birlikdə Əzimi yerdən qaldırarkən gözləri axmış, ağzından köpük gəlmiş və halsızlaşmışdır. Bu zaman o, “öldü” deyə qışqırdıqda Heydar “Qazel” markalı avtomobilini sürüb yolun kənarında saxlamış və o, ətrafdakı şəxslərlə köməkləşib Əzimi Heydarin avtomobilinə uzatmışlar, Heydar Əzimi xəstəxanaya aparmışdır. Əzim xəstəxanaya aparılarkən Heydarin maşınında Sərdar və adlarını bilmədiyi 3 və ya 4 nəfər şəxslər də olmuşdur. Əzim xəstəxanaya aparıldıqdan sonra onun sağ böyrək üstü nahiyəsindən ayaqlarına doğru isti maye axmasını hiss etmiş, yanında olan tanımadığı şəxsdən bel nahiyəsinə baxmasını xahiş etmiş, həmin şəxs paltarını qaldırdıqdı “sənidəmi vurublar?” deyib onu yol kənarındakı avtomobilə mindirərək 3 saylı Xəstəxanaya aparmışdır. Xəstəxanada o da Əzimin yanı ilə əməliyyat otağına kimi getmiş, Əzim xəstəxanaya çatanda huşsuz vəziyyətdə olmuşdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərdi ki, Azər, Əzim, Əlimuraz, Sərdar və Elgünü orta məktəbdən tanımış, Əzim, Əlimuraz və Sərdar onunla paralel sinifdə, Azər və Elgün isə onlardan bir sinif aşağıda təhsil almışlar. Sərdar və Elgünün bibisi oğlu Xəyalı isə qiyabi tanımış, onunla münasibəti və əlaqəsi olmamış, digər qohumları Saləddini isə hadisə baş verən gün, yəni 22 oktyabr 2019-cu il tarixdə görüb tanımışdır. 22 oktyabr 2019-cu il tarixdə “Xan arxı”nın üstündəki çayxananın qarşısı ilə gedəndə Azər, Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 38 saylı məktəb tərəfdən həmin çayxananın qarşısına gəlmələrini görmüşdür. Azər əsəbindən deyinərək ağladığı üçün onlara yaxınlaşmış və nə baş verdiyini soruşmuşdur. Azər əsəbi halda Sərdar, atası Heydarin onu vurduqlarını demişdir. Bundan sonra o, Əzim, Azər və Əlimurazla birlikdə “Xan Arxı” adlı çayxananın içərisinə daxil olmuşlar. Çayxanaya daxil olduqdan dərhal sonra Azər masanın üzərindən dəstəyi və tiyəsi gümüşü rəngli metaldan olan mətbəx bıçağını götürmüş, bu zaman o, Əzim və Əlimuraz Azəri çayxananın qarşısındakı pilləkənin yanında tutub saxlamış və bıçağı əlindən almışlar. Azər bıçağı onlara vermiş və bıçağı yerinə qaytarmışlar. Azər dayanmadan onu buraxmalarını söyləmiş, Sərdarı vurmaq istəmiş, sonuncunun ünvanına söyüş söymüşdür. Həmin vaxt oraya Elgünün atası Rövşən gəldikdə Azər ağlayaraq “ay Rövşən əmi, Heydar əmi məni vurdu” demişdir. Orada bilmişdir ki, Heydar Azəri dalaşdığına görə vurmuşdur. Azərin həmin sözündən sonra Rövşən da Azəri yumruqla, ya da sillə ilə bir dəfə vurmuş, dərhal da orada olan tanımadığı şəxslər onları ayırmışdır. Rövşən Azəri vurduqdan sonra ona “bəsdi də, niyə dincəlmirsən?!” deyə onu intizama dəvət etmişdir. Onlar Azərlə birlikdə yenidən çayxanaya daxil olduqda sonuncunu əmisi oğlu Elşənə zəng etmiş, təxminən 3-4 dəqiqə sonra Elşən çayxanaya gəlmişdir. Elşən onlardan öncə çayxanadan çölə çıxıb Heydargilin olduğu yerə doğru getmiş, ardınca təxminən 20-30 saniyə sonra isə o və Azər çayxanadan çölə çıxıb Elşənin getdiyi istiqamətdə getmişlər. Əzimlə Əlimurazı isə görməmişdir. Elşənlə aralarında təxminən 10 metr məsafə olmuşdur. Heydarin “Qazel” markalı avtomobili “Xan çinar” adlı kafenin tinindəki dönərxananın qarşısında, üzü Ələkbər Seyfi küçəsi istiqamətində dayanmışdır. Heydar, Təqsirləndirilən şəxs4lar və Xəyal avtomobildə olmuşlar, Heydar öz qohumlarını avtomobilə yığıb aparmağa çalışmışdır ki, mübahisə başa çatsın. Elgün, Saləddin və Rövşəni isə həmin vaxt orada görməmişdir. Bu vaxt Elşən avtomobilə yaxınlaşıb Heydarə “sonra oturub çay içib söhbət edərik, uşaqları apar dalaşmasınlar” deyə bildirmişdir. Heydar avtomobili hərəkətə gətirən vaxt kimsə nalayiq söyüş söymüşdür. Nalayiq söyüşün nədən ibarət olmasını və həmin söyüşü kimin söydüyünü bilməmişdir. Bu zaman Xəyal bədəninin yarı hissəsini pəncərədən çölə çıxarıb yerə düşmək istədikdə Əzim əli ilə sinəsindən basıb onu avtomobilə saldımışdır. Bundan sonra Sərdar və Heydar Məmmədovlar avtomobildən aşağı düşmüşlər. Sərdar avtomobildən düşən kimi Azərin üstünə cumub onunla əlbəyaxa olmuş, sonra isə Azərin ayaqlarına girib onu arxası üstə yerə yıxmış, sonuncu yerə yıxılarkən yrerdə Azərin ünvanına nalayiq söyüşlər söyüb onu yumruq və təpiklə vurmağa başlamışlar. Bunu görən Azər Sərdarın bacısının ünvanına nalayiq söyüş söymüşdür. Sərdar Azərin sinəsinin üstündə oturub yumruqla sifətinə və başına vurmuş, Rövşən, Heydar Məmmədovlar, Xəyal və Saləddin isə təpiklə, yumruqla Azərin ayaqlarına və bədəninə vurmuşlar. O, isə həmin vaxt çinar ağacının yanındakı su quyusunun kənarında dayanmışdır. Azərin adı çəkilən şəxslər tərəfindən döyüldüyünü görüb bir anda əsəbiləşərək Azəri döyən şəxslərin üstünə cumub yumruqla ilk qabağına çıxan qarşı tərəfdən olan Saləddinin sifətindən bir dəfə vurmuşdur. Bu zaman Saləddin əvvəlcə təpiklə sol böyrünə, sonra isə yumruqla sifətinin sağ nahiyəsinə 1 dəfə vurmuşdur. Həmin zərbələr nəticəsində sifətində və böyründə ağrı yarandı. Bu zaman tanımadığı bir nəfər şəxs onu kənara çəkmiş, lakin əsəbi olduğundan Saləddini vurmaq üçün onun üstünə cumub təpiklə ayağından vurmuşdur. Bunu görən tanımadığı şəxs onu qucaqlayıb oradan kənara aparmışdır. Lakin əsəbi soyumadığı üçün həmin vaxt şalvarının arxa sağ cibində olan açılıb-qatlanan bıçağı sağ əli ilə çıxarıb Saləddini vurmaq üçün üzərinə doğru gedəndə tanımadığı şəxslər onu tutub kənara çəkmişlər. Bundan sonra o, 38 saylı məktəb istiqamətində getmək istəyərkən, Əzimin “Xan arxı” adlı çayxananın yanındakı ayaqyolunun qarşısında yerdə oturduğunu, başını da aşağı saldığını görmüş, dərhal yaxınlaşıb oturduğu yerin qan olmasını görüb qorxmuşdur. Əzimin yanında tanımadığı adamlar, o cümlədən, Əlimuraz, Xəyal və Sərdar da olmuşdur. Bu vaxt onlar Əzimin qollarından tutub ayağa qaldırmışlar. Əzim bir neçə addım atıb yerisə də, dayanacaqda olan kioskun arxasında, çinar ağacının yanında qusmaq istəmiş və özündən getmişdir. Bu zaman da, tanımadığı şəxlsər Əzimin ayaqlarından tutub Heydarin avtomobilinə qoyub xəstəxanaya aparmışlar. Fikirləşmişdir ki, əlində bıçaq olmasını orada olan hər kəs görüb Əzimin onun tərəfindən vurulmasını düşünəcəklər. Ona görədə həmin bıçağı cibindən çıxarıb “Xan arxı” adlı çayxananın yanındakı pilləkənin altında yerləşən kanala atmış və orada dayanmayıb yaşadığı evə getmişdir. Həmin gecə saat 01 radələrində isə Zərərçəkmiş şəxs4 ölməsi xəbərini eşitmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X36 ifadəsində göstərdi ki, mərhum Zərərçəkmiş şəxs4 onun oğludur. O, özü uzun illərdir bərbər işləyir. Mərhum oğlu Əzim Gəncə şəhəri, 38 saylı orta məktəbin 9-cu sinifini bitirdikdən sonra həmin şəhərdə yerləşən 77 saylı Peşə liseyinə daxil olmuş və orada bərbər ixtisası üzrə təhsil almışdır. Zərərçəkmiş şəxs4 7 yaşından idmanın sərbəst güləş növü üzrə məşq etmiş, müxtəlif dövrlərdə respublikada keçirilən idman yarışlarında iştirak etmişdir. Təxminən 2 il idi ki, Əzim onunla birlikdə bərbər kimi fəaliyyət göstərmişdir. Zərərçəkmiş şəxs2 oğlu Əzimin sinif yoldaşı olmuş, təxminən 1 ildir ki, işlətdiyi bərbərxanada ondan bərbərlik sənətini öyrənmişdir. Şahid3, onun qardaşı X12 1997-ci ildən tanımış, aralarında heç vaxt düşmənçilik və ədavət olmamış, X9 Əzimin sinif yoldaşı olmuşdur. 2018-ci ildə Əzimlə Elgün və Sərdar arasında mübahisə olmuş, həmin mübahisə zamanı Elgün taxta parçası ilə Əzimin gözündən vurmuşdur. Növbəti gün Şahid3 oğlu Təqsirləndirilən şəxs1la birlikdə yaşadığı evə gəlib oğlu Əzimdən və ondan baş vermiş hadisəyə görə üzr istəyib polisə şikayət etməmələrini xahiş etmişlər. Onun da təkidi ilə Təqsirləndirilən şəxs1 oğlu Əzimlə barışmışdır. Bu hadisədən sonra oğlu Əzimi Təqsirləndirilən şəxs1 və onun qohumları ilə birlikdə görməmişdir. Həmin hadisədən sonra bir müddət oğlu Əzimin Sərdar və Təqsirləndirilən şəxs1larla münasibətləri normal olsa da, ölümündən təxminən 4-5 ay əvvəl münasibətləri yenidən pozulmuşdur. Lakin onların münasibətlərinin pozulması səbəbini bilməmişdir. Oğlu Əzimin ölümündən təxminən 1 ay əvvəl Təqsirləndirilən şəxs4 dayısı X1 kəsdirmək üçün onun işlədiyi yerə gəlmiş, söhbət zamanı Sərdarla oğlu Əzimi barışdırmaq lazım olduğunu demişdir. Bunun səbəbini soruşduqda isə Sərdarla Əzimin yola getmədiklərini bildirmişdir. Həmin vaxt oğlu Əzim də onun yanında olmuş, sonuncudan nə səbəbə Sərdarla yola getmədiyini soruşduqda “ay dədə boş şeydir” cavabını vermişdir. O, isə uşaq olduğu üçün oğlu Əzimin üsütünə getməmiş və Alik Fətullayevə bildirmişdir ki, oğlu Əzimlə Sərdar əvvəllər yaxın dost olmuşlar, özləri nə vaxtsa barışarlar. 22 oktyabr 2019-cu il tarixdə səhər saat 8:00-dan saat 11:00-dək oğlu Əzim təhsil aldığı liseydə olmuşdur. Bundan sonra evə gəlib yatmış, saat 17 radələrində idman çantası ilə birlikdə onun işlədiyi bərbərxanaya gəlib oradan məşq etdiyi idman zalına getmişdir. Oğlu Əzim həmin gün çox məşq etdiyini, evə gedib yuyunub yatacağını söyləmiş, saat 21 radələrində işlədikləri bərbərxananı bağlayıb Əlimuraz və oğlu Əzimlə birlikdə evə getmək üçün yola düşmüşdür. O, oğlu Əzimlə birlikdə yaşadığı binanın blokunun yanına olarkən, blokun qarşısına çatarkən oğlu Əzimin istifadəsində olan mobil nömrəyə zəng gəlmişdir. Danışıb qurtardıqdan sonra oğlu ona demişdir ki, “qoy görüm Azər nə deyir, astanovkanın yanına çağırır, sən qalx yuxarı, lifti göndər birinci mərtəbəyə, vsoravno yorulmuşam, sabah da tez duracam, heç yana gedəsi deyiləm, gəlib çimib yatacam”. Oğlu Əzim idman çantasını da çıxarıb ona vermişdir. Oğlu Əzim belə dediyi üçün, düşünmüşdür ki, o, evə tez qayıdacaq. Oğlu Əzim getdikdən sonra Əlimuraz gəlib oğlunun hara getdiyini soruşmuş, o, da Azərin çağırdığını demişdir. Bundan sonra Əlimuraz da oğlunun ardınca getmişdir. O, mənzilə daxil olduqdan təxminən 30-35 dəqiqə sonra Xəyal adlı dostu zəng edərək təcili “Xan arxı”nın üstünə gəlməsini, oğlu Əzimin dalaşdığını söyləmişdir. O, Əzimə zəng etmiş, bu zaman oğlunun telefonunu Sərdar götürüb həyəcanlı səslə təcili 3 nömrəli xəstəxanaya gəlməsini bildirmişdir. Nə baş verdiyini soruşduqda isə Sərdar heç bir söz deməyib zəngi sonlandırmışdır. O, başa düşmüşdür ki, oğluna ciddi nə isə olmuşdur. O, dərhal xəstəxanaya getmiş və orada dəhlizdə qarşısına Sərdarın atası Heydar çıxmışdır. O, oğluna nə olduğunu soruşduqda Heydar “vurublar” deyə cavab vermiş, hansı nahiyəsindən vurulduğunu soruşduqda Heydar əli ilə öz qarınının sol boşluq hissəsini göstərib oğlunun həmin nahiyədən vurulduğunu bildirmişdir. O, həmin vaxt bir qədər rahatlamışdır ki, zərbə qarın nahiyəsinə dəyibsə xəsarəti elə də ciddi olmaz. Xəstəxanada ona ilk olaraq oğlunun sağ olduğunu demişlər. Sonradan xəstəxanada oğlunun öldüyünü bilmişdir. Rövşən, Heydar, Sərdar, Elgün, Xəyal və Saləddinin hadisə yerində olmaları, oğlunun qəsdən öldürülməsi ilə nəticələnmiş hadisədən sonra Rövşənin öz yaşadığı evin çardağında gizlənməsi oğlunun yuxarıda adlarını çəkdiyi şəxslər tərəfindən qrup halında qəsdən öldürülməsini təsdiq edir. Bu səbəbdən də həmin şəxslərin hər birinin cinayət məsuliyyətinə cəlb olunmalarını, onların ağır şəkildə cəzalanmasını istəmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs1 təxminən 1 ildir ki, tanımış, onunla Ələkbər Seyfi küçəsində yerləşən internet klubda tanış olmuşdur. Zərərçəkmiş şəxs4 təxminən 3-4 ay olar ki, tanımış, onunla da həmin internet klubda tanış olmuşdur. Zərərçəkmiş şəxs2 isə ümumiyyətlə tanımamış, Təqsirləndirilən şəxs1 da internet klubda görüb tanımışdır. Təqsirləndirilən şəxs4 qiyabi tanımış, münasibətləri və əlaqəsi olmamışdır. Eləcə də onların qohumları Saləddin və Xəyalı isə 22 oktyabr 2019-cu il tarixdə baş vermiş hadisəyə qədər ümumiyətlə tanımamışdır. 22 oktyabr 2019-cu il tarixdə saat 20 və ya 21 radələrində tək Gəncə şəhəri, Ələkbər Seyfi küçəsində yerləşən internet kluba oyun oynamağa getmiş, lakin həmin vaxt internet klubda boş yer olmadığından çöldə dayanıb yerlərdən birinin boşalmasını gözləmişdir. Bir qədər sonra Azər kiminləsə kənarda telefonla danışıb qurtardıqdan sonra onun yanına gəlmiş və onlar salamlaşıb görüşmüşlər. Azər demişdir ki, “vaxtın varsa gedək bir dənə söhbət var onu şirinçiliklə həll edək qayıdaq”. Azər görüşəcəyi adamın adını və onunla nə barədə söhbət edəcəyini deməmişdir. Beləliklə oradan X26 yaxınlığındakı dayanacaqdan düzünə keçməklə, növbəti küçənin döngəsində dayanmışlar. Bu vaxt əvvəllər tanımadığı, həmin gün adının Xəyal olmasını bildiyi şəxs yaxınlaşıb onlarla görüşmüşdür. Sonra onlar oradan piyada geri X26 yanındakı dayanacağa gəlmişlər, oraya çatan vaxt Elgün, əmisi oğlu Sərdar və əvvəllər tanımadığı, həmin vaxt adının Saləddin olduğunu öyrəndiyi şəxs də gəlmişlər. Söhbət zamanı Azər Xəyala “o gün mənə niyə tərs baxdın?” deyə sual vermiş, sonuncu cavabında tərs baxmadığını bildirmişdir. Daha sonra Xəyal Azərə “guya sən öz aləmində mənim qohumuma əl dalı vurub onu sındırmısan” dedikdə Azər guya yox, həqiqətən də onun qohumuna əl dalı vurduğunu söyləmişdir. O, Elgünlə kənarda durub söhbətə müdaxilə etməmişlər. Bu vaxt oraya Sərdarın atası gəlib Azərlə nəisə danışıb getmişdir. Sərdarın atası getdikdən sonra oraya Əzim və Əlimuraz gəlmişlər. Onlar görüşdükdən sonra birlikdə çay içib söhbət etmək üçün “Xan arxı” adlı çayxanaya getmişlər. Belə ki, Azər və Əlimuraz öndə, o və Əzim onlardan təxminən 2 addım arxada, Xəyal, Sərdar, Elgün və Saləddin isə onlardan təxminən 10 metr arxada gəlmişlər. Beləliklə onlar “Xan arxı” adlı çayxanaya çatıb çöldə olan masa arxasına əyləşmişlər. Masa arxasına əyləşən kimi Azər Sərdara “sənə əl dalı dəyib niyə bunu qəbul etmirsən?” dedikdə, Sərdar ona əldalı deyil yumruq dəydiyini deyib qəflətən ayağa qalxaraq yumruqla Azərin sifətindən vurmuşdur. Həmçinin Azər da Sərdarı vurmuşdur. Bu vaxt o, və Əzim Azəri kənara çəkmişlər. Eləcə də çayxanada olan digər adamlar Sərdarı kənara aparmışlar. Bundan sonra o, Əzim, Əlimuraz və Azər oradan Ələkbər Seyfi küçəsinə getmişlər. Həmin küçəyə çatanda Sərdar, onun arxasınca isə Xəyal onların dayandıqları yerə qaçaraq gəlmişlər. Sərdar Azərin ünvanına nalayiq söyüş söyərək ona çatıb yumruqla sifətindən vurmuşdur. Həmçinin Azər də onu yumruqla vurmuşdur. Bu vaxt Xəyal da gəlib Azərə təpik atmışdır. Bunu görən Əzim Xəyalı təpiklə vurduqda Xəyal yerə yıxılmışdır. O və ətrafdakı adamlar Azər və Əzimi Sərdar və Xəyaldan ayırıb oradan 38 nömrəli məktəbin qarşısına getmişlər. Məktəbin qabağına çatıb dayanan zaman Sərdarın atası Heydar oraya gəlib Azərin sifətindən yumruqla vurub “bəs sən mənim canıma and içmişdin ki, sadəcə söhbət edirik” demişdir. Bu zaman o, Əzim, Əlimuraz və tanımadığı adamlar Azəri tutub oradan “Xan arxı” adlı çayxanaya tərəf aparmışlar. Çayxananın yanındakı pilləkənin yanına çatdıqda Elgünün atası Rövşən oraya gəlib Azərin sifətinə bir neçə dəfə yumruqla vuraraq ona “sən bizim uşaqlardan nə istəyirsən?” demişdir. Bu vaxt o, Əzim, Əlimuraz və ətrafda olan digər adamlar onları ayırmış və Azəri “Xan arxı” adlı çayxanaya salmışlar, bu vaxt Azər əsəbindən ağlayaraq çayxanadakı masanın üzərindən bıçaq götürərək çölə çıxmaq istədikdə o, sonuncunu Əzimlə tutub saxlamışlar. Təxminən 2 dəqiqə sonra Azər çayxanadan çölə çıxmış və “Xan çinar” adlı çayxananın Ələkbər Seyfi küçəsinə baxan hissəsindəki dönərxanaya tərəf getmişdir. Belə olduqda o, Əzim, Əlimuraz və tanımadığı digər şəxslər də onun arxasınca getmişdir. Həmin vaxt Heydarin “Qazel” markalı avtomobili üzü Ələkbər Seyfi küçəsi istiqamətində yolun əks tərəfində dayanmışdır. Dönərxananın qabağına çatarkən həmin “Qazel” markalı avtomobilin pəncərəsindən Xəyalın özünü çölə atmaq istədiyini görmüşdür. Həmin vaxt Əzim onun sağ tərəfində, üzü yola sarı dayanmışdır. Əlimurazın isə harada dayandığını görməmişdir. Elə bu an Sərdar maşının qabaq qapısından aşağı düşüb Azərin üstünə cummuşdur. Sərdar Azərin üstünə cuman vaxt Əzim ya sol, ya da sağ əlini qarın nahiyəsinə tutub “Ay ürəyim” demişdir. O, Əzimə baxdıqda onun əlini tutduğu nahiyəsindən qan axdığını görüb vurulduğunu başa düşmüşdür. Ancaq Əzimin kim tərəfindən vurulduğunu görməmişdir. Sonra Əzim əlini qarnına tutaraq yaxınlıqdakı çinar ağacına tərəf getmişdir. Həmin an Sərdar Azəri tutub arxası üstə yerə yıxmış və ara qarışmışdır. Azər arxası üstə yerdə uzanıqlı halda olarkən Sərdar, atası Heydar, əmisi Rövşən, Xəyal da Azəri yerdə təpiklə vurub döymüşlər. O, qan görəndə pis olduğundan kənara çəkilmiş və kənardan baş verənləri izləməyə başlamışdır. Sonra ətrafda olan tanımadığı adamlar dalaşan şəxsləri ayırmışlar. Bu zaman o, Əzimi “Xan arxı” adlı çayxananın qarşısında yerdə uzanıqlı halda olduğunu görmüşdür. Heydar, Xəyal, Sərdar və Saləddin “Qazel” markalı maşınına əyləşərkən tanımadığı 1 nəfər şəxs Heydari səsləyib yaralı Əzimin xəstəxanaya aparılmalı oluğunu dedikdə dedikdə Heydar maşını sürüb Əzimin yaralı vəziyyətdə uzandığı çayxananın qabağına getmişdir. Sonra o, özü də Əzimin uzanıqlı vəziyyətdə olduğu yerə getmiş və onun sinəsindən qan axdığını görüb geri qayıtmışdır. 23 oktyabr 2019-cu il tarixdə eşitmişdir ki, Zərərçəkmiş şəxs4 ölmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində göstərdi ki, 22 oktyabr 2019-cu il tarixdə saat 20 radələrində üvdə o, oğlu Sərdar, bacısı oğlanları Saləddin və Xəyal olmuşlar. Bu vaxt Xəyal ona yaxınlaşıb “dayı telefonumda konturum yoxdur, olarmı sənin telefonundan istifadə edim?” dedikdə, o, etiraz etməyib mobil telefonu ona vermiş, Xəyal evdən çölə çıxıb telefonla danışıb təxminən 2 dəqiqə sonra yanına gələrək telefonunu qaytarmışdır. Xəyalın kiminlə danışdığını bilməmişdir. Telefonu qaytardıqdan təxminən 2 dəqiqə sonra Xəyal evdən çıxıb getmiş, haraya getməsini isə soruşmamışdır. Bundan sonra qardaşı oğlu Elgün da onlara gəlib təxminən 10 dəqiqə sonra həyat yoldaşı ona yaxınlaşıb “qanına bələnmiş Azər deyəsən bizi rahat oturmağa qoymayacaq yenə uşaqları çağırdı, dur get gör uşaqlar hara getdilər” dedikdə o, elə başa düşmüşdür ki, onlar siqaret çəkmək üçün çölə çıxmışlar. Oğlu Sərdarın siqaret çəkməsindən şübhələndiyi üçün, siqaret çəkdiyi yerdə tutub cəzalandırmaq üçün ayaqqabısını geyinib darvazadan küçəyə çıxmış, ətrafa baxdıqda isə onları görməyib yaxınlıqda yerləşən X19 tərəf piyada getmişdir. Dispanserin yaxınlığındakı dayanacaqda 2 nəfərin dayandığını görüb həmin yerə yaxınlaşmış, dayanacaqdakı 2 nəfərdən biri Elgün, digəri isə kök bədən quruluşlu, üzü saqqalı tanımadığı bir oğlan olmuşdur, hadisədən sonra öyrənmişdir ki, həmin şəxsin adı İsmətdir. Bir qədər irəli getdikdə isə dayanacağın arxa tərəfində hasarın kənarında Xəyal, Saləddin, Sərdar və Azərin dayanıb söhbət etdiklərini görmüş, daha doğrusu Azərlə Xəyal söhbət etmiş, digərləri isə kənarda dayanmışlar. O, Azərə “Ay Azər qadan alım, qurban olum, nəyi bölə bilmirsiniz, nə probleminiz var?” dedikdə Azər əlini onun üzünə qoyub “əmi sən öl heç bir problem yoxdur, Xəyaldan ötrü darıxmışam, gəlmişəm onunla dərdləşməyə gedib bir yerdə çay içəcəyik” söylədikdə o, üzünü Sərdara tutub cəld söhbət edib evə gəlmələrini demişdir. Həmn zaman orada Əzim və Əlimuraz olmamışdır. Evə çatdıqdan sonra o, yuyunmaq üçün hamama daxil olmuş, təxminən 15 dəqiqə sonra bacısı oğlu Saləddin ona zəng edib “dayı söhbət böyüdü, bizi apardılar Xan arxının üstünə, tez bura gəl” demişdir. Həmin vaxt o, hamamda olmuş., təxminən 1 dəqiqə sonra Saləddin Elgünün telefonundan ona zəng edib “qırğın düşdü, tez gəl” demişdir. Belə olduqda o, tələsik hamamdan çıxıb “Qazel” markalı avtomobilinə əyləşərək “Xan arxı” adlandırılan yerə getmişdir. O, oraya gəldikdə maşınını döndərib üzü Ələkbər Seyfi küçəsinə, yolun sol tərəfindəki “Xan çinar” adlı çayxananın 1-ci mərtəbəsində yerləşən dönərxananın qarşısında, səkinin kənarında saxlamışdır. Maşından aşağı düşəndə Sərdar, Elgün, Saləddin və Xəyalın dönərxananın qabağında dayandıqlarını görmüşdür. Həmin vaxt X44 dalaşdığını və Azərin bıçaqla Sərdarı vurmaq istədiyini demişdir. Bu vaxt o, Azərin 38 saylı orta məktəb tərəfə getdiyini görüb Saləddin, Xəyal, Elgün və Sərdarla birlikdə həmin istiqamətdə yola düşmüşdür. 38 nömrəli məktəbin giriş darvazasını təxminən 5 metr keçmişdi ki, Azərin Əlimuraz, Əzim, İsmət və adını bilmədiyi arıq bədən quruluşlu, üzü saqqalı şəsxlə məktəbin hasarının kənarında dayandığını görmüş və Azərə çataraq “çaqqal, indicə mənə sən öl vurdun ki, heç nə yoxdu” deyib sillə ilə sifətindən 1 dəfə vurmuşdur. Bu vaxt Azərin yanında olan adını bilmədiyi, üzü saqqalı arıq bədən quruluşlu oğlan onu vurmaq üçün üstünə doğru gəldikdə o, daha Azəri vurmamışdır. O, Azəri vuranda Sərdar, Xəyal, Saləddin və Elgün kənarda dayanmışlar. Onlar Azəri vurmaq üçün dartınmır və onun ünvanına hər hansı bir nalayiq söz deməmişlər. O, Azəri vurduqdan sonra Sərdargilə qışqırıb demişdir ki, “cəhənnəm olun maşına minin evə gedirik”. Oradan təxminən 4-5 metr üzü “Xan arxı” istiqamətində getmişdilər ki, o, Sərdarın sağ əlində bıçaq olduğunu görüb sonuncunu yanına çağırmış və üstünə acıqlanaraq “çaqqal, qolunda gücün varsa bıçaq nəyinə lazımdır” deyib bıçağı əlindən almış və qışqıraraq 38 nömrəli məktəbin həyətinə atmışdır. 38 nömrəli orta məktəbin qabağında o, Azəri vurarkən Sərdarın əlində bıçaq görməmiş və eləcə də sonuncu Azəri vurmaq üçün üstünə hücum etməmişdir. Sonradan Sərdar ona demişdir ki, həmin bıçaq Xəyalın jiletinin cibində olmuş, siqaret götürmək üçün əlini cibinə saldıqda orada bıçaq olduğunu bilmiş və onu cibindən çıxarmışdır. Bundan sonra onlar oradan onun avtomobilinin dayandığı yerə doğru getmişlər. “Xan çinar” adlı çayxananın qabağındakı çinar ağacının yanından keçəndə qardaşı Rövşəni da orada görmüşdür. Rövşəni də oraya Saləddin çağırmışdır. Bundan sonra Rövşən öz maşınına doğru getmiş, Xəyal və Elgün onun avtomobilinin arxa oturacaqlarına, Sərdar və Saləddin isə ön oturacaqlara əyləşmişlər. O, sükan arxasına əyləşib avtomobili işə salarkən kimsə kənardan fit çalmış, o, pəncərədən çölə baxanda Azərin əmisi oğlu Elşəni görmüş, sonuncu əli ilə işarə edib maşını saxlamasını bildirmişdir. O, isə Elşənə demişdir ki, uşaqlar dalaşırlar onları evə düşürdükdən sonra gəlib söhbət edə bilər, elə bu vaxt Azər onun ünvanına varyox söyüşü söymüş, o, əhəmiyyət verməmiş və maşını hərəkətə gətirmək istədikdə Xəyal arxa sol siyirtmə tipli pəncərəni açıb bədəninin yarısını çölə çıxararaq qışqıra-qışqıra Azərin ünvanına nalayiq söyüşlər söymüşdür. Belə olduqda o, maşını saxlayıb aşağı düşmüş, Xəyalı itələyib maşına salmış, Sərdar, Saləddin, Elgün və Xəyal da maşından aşağı düşmüşlər. Maşından düşən Sərdar Azəri vurmaq üçün üstünə cummuş, Azər yumruq və təpiklə Sərdarı vurduqda Sərdar qolları ilə ayaqlarından tutub Azəri arxası üstə yerə çırpmışdır. Bu zaman Əlimuraz kütlənin içərisindən təpiklə oğlu Sərdarın kürək nahiyəsinə bir neçə dəfə vurduqda o, Əlimuraza çataraq “çaqqal dünənə kimi birlikdə çörək yeyirdiniz indi Sərdarı yerdə təpikləyirsən?” deyib sillə və yumruqla sifət nahiyəsinə 2 dəfə vurmuşdur. Bu vaxt ətrafda olan tanımadığı bir nəfər şəxs onu qolundan tutub kənara çəkmişdir. Qardaşı Rövşən isə Azəri döymüşdür. Belə olduqda o, yaxınlaşıb qardaşı Rövşən və bacısı oğlu Xəyalın üstünə qışqırmışdır ki, maşına minsinlər. Bundan sonra ara sakitləşmiş, Saləddin, Xəyal və Sərdarla birlikdə onun avtomobilinin yanına gəlib hamısı birlikdə avtomobilə əyləşmişlər. Həmin vaxt Elgün yanlarında olmamışdır. O, elə başa düşmüşdür ki, Elgün atası Rövşənlə getmişdir. Sükan arxasına əyləşib avtomobili işə salarkən “Xan çinar” adlı çayxanın yanındakı adsız çayxananın qabağında dayanan zaman Xəyal və Samir adlı qonşuları qışqırmışlar ki, Əzimi bıçaqlamışlar. Belə olduqda o, dərhal aşağı düşüb həmin adsız çayxananın qabağına gəlmiş və Əzimi çayxananın qarşısında yerdə uzanıqlı halda görmüşdür. Əzimin sinəsindən təzyiqlə qan axdığından avtomobilini sürüb çayxananın qabağına gəlmiş, oğlu Sərdar, Xəyal və Samir adlı qonşuları ilə köməkləşib Əzimi onun avtomobilinə qoymuşlar. Bundan sonra Əzimi 3 nömrəli xəstəxanaya aparmışlar, Əzim maşında olduğu müddət ərzində heç bir söz danışmamışdır. Əzimi əməliyyat otağına təhvil verdikdən sonra o, heç yerə getməyib orada gözləməyə başlamışdır. Bu vaxt Əzimin atası Elşad oraya gəlib, ondan nə baş verdiyini və Əzimi kimin vurduğunu soruşduqda Əzimi kimin vurduğunu bilmədiyimi demişdir. Bir qədər sonra oraya polis əməkdaşları gəldilər onu və oğlu Sərdarı Gəncə şəhəri, Nizami rayon polis idarəsinə aparmışlar. O, polis idarəsində olarkən Əzimin öldüyünü eşitmişdir. Həmçinin eşitdim ki, Əzimi bıçaqla vuran Elgün olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, 22 oktyabr 2019-cu il tarixdə axşam saat 21 və ya 22 radələrində qardaşı Elnur ona zəng edib “Azər elə bil dalaşır, zəng elə gör hardadır get onu götür gətir evlərinə” demişdir. O, əmisi oğlu Azərə zəng edib harada olduğunu soruşduqda, sonuncu qışqıra-qışqıra danışıb “gəl bura Xan arxının üstündəyəm” demiş, nə baş verdiyini soruşduqda isə ağlayaraq “tez gəl bura, bunların böyükləri mənə əl qaldırdı” deyə bildirmiş, lakin onu kimlərin döyməsini deməmişdir. O, həmin vaxt evlərinin yanındakı “Letni kino” adlı çayxanada oturub çay içmişdir. O, dərhal oradan çıxıb piyada Azərin dediyi yerə getmiş, təxminən 5 dəqiqədən sonra “Xan arxı” adlı çayxananın qarşısına çatanda Azər Əzimlə birlikdə həmin çayxananın içərisindən çıxıb ona yaxınlaşmış və “Heydargil məni vurdular” deyə bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs1 köynəyinin yaxası cırılmışdır. Sonra Azər ona Heydargilin getdiyi istiqaməti əli ilə göstərmişdir. Azərin göstərdiyi istiqamət Heydargilin yaşadığı evə gedən yol olmuş, o, həmin istiqamətdə yola düşmüşdür. Geri baxanda görmüşdür ki, Azər və Əzim, eləcə də tanımadığı digər şəxslər onun arxasınca gəlirlər. O, həmin şəxslərə geri qayıtmalarını desə də, onlar eşitməmişlər. O, dalaşmaq üçün deyil, nə baş verdiyini soruşub öyrənmək üçün Heydarlə görüşmək istəmişdir. “Xan çinar” adlı yeməkxananın 1-ci mərtəbəsindəki “Topaz” mərc oyunlarının keçirildiyi çayxananın Ələkbər Seyfi küçəsinə baxan hissəsində yerləşən dönərxananın qabağına çatanda Heydarin “Qazel” markalı avtomobilinin üzü Qızıl Hacılı küçəsi istiqamətində, dönərxanaya paralel vəziyyətdə səkinin qırağında dayandığını görmüşdür. Heydar həmin vaxt maşını yerindən hərəkətə gətirmək istədikdə onu səsləyib “Nə olub Ay Heydar?” deyə soruşduqda sonuncu cavabında “gözlə 1 dəqiqə uşaqları düşürüb gəlirəm zəngləşib görüşərik” demişdir. O, üzümü çevirib geri dönəndə kiminsə varyox söyüşü söydüyünü eşitmişdir. Elə bu vaxt ara qəflətən qarışmış və Sərdar Azərin ayaqlarından tutub arxası üstə yerə yıxaraq onu yumruqla döyməyə başlamışdır. O, bunu görüb onları ayırmaq istədikdə Rövşən ondan əvvəl çatıb yerdə olan Azəri təpiklə vurmağa başlamışdır. Bu vaxt ətrafa toplaşan adamlardan, üzlərini görmədiyi şəxslər də təpiklə yerdə Azəri vurmuşlar. Lakin Azəri vuran şəxslərin üzlərinə baxmadığı üçün onların kimlər olduğunu bilməmişdir. O, araya girib Azəri vurmamaları üçün həmin şəxsləri kənara itələmiş, Azəri yerdən qaldıranda Rövşən əynindəki köynəyin yaxasından tutub yumruqla sifətinə zərbələr endirmişdir. X78 vuranda ayağı stula ilişib yerə yıxılmışdır və yerdə də Azəri vurmaqda davam etmişdir. Rövşən və digərləri Azəri vurmaqla yanaşı uca səslə onun ünvanına nalayiq söyüşlər də söymüşlər. Beləliklə o, oraya yaxınlaşan digər tanımadığı şəxslərin köməkliyi ilə Azəri onların əlindən alıb kənara çəkmiş və “Xan arxı” adlı çayxana istiqamətində aparmışdır. Azər sakitləşmədiyi üçün özü Azərin sifətinə 2 dəfə sillə ilə vurub sakitləşməsini söyləmişdir. Azərlə birlikdə “Xan arxı” adlı kafenini qabağına çatanda Əzimin sağ əlini ürək nahiyəsinə tutaraq “məni vurdular” deyib dizi üstə yerə çökdüyünü görmüşdür. Sonra Əzim arxası üstə yerə uzanmış və o, baxdıqda Əzimin sinə nahiyəsinin qan olduğunu görmüşdür. Bu vaxt ətrafda olan 2 və ya 3 nəfər şəxs dərhal Əzimin ətrafına toplaşmışlar. O, isə orada dayanmayıb Azəri sillə ilə vura-vura yaşadığı evə aparıb atası Fazilə təhvil vermişdir. Bundan sonra Əzimin xəstəxanada öldüyünü eşitmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9, Şahid7, Şahid15, Şahid20, Şahid18 Məmməd oğlu, Şahid19, Şahid10, Şahid21, Şahid16, Şahid13, Şahid12, Şahid14, Şahid22, Şahid23, Qanuni nümayəndə2, Şahid25, məhkəmə istintaqı zamanı ifadə verməkdən imtina etmiş və ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid3, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmə istintaqı zamanı ifadəsi elan olunaraq tədqiq olunmuş Şahid8, Şahid17 Dəşdəmir oğlu, X11, Şahid6 Şahid1, X8 və Şahid4 ifadəsinə oxşar məzmunlu ifadələr verərək, onların ifadələrini özlərinə aid hissədə təsdiq etdilər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “Hadisə yerinə baxışın aparılması haqqında” 22 oktyabr 2019-cu il tarixli protokoldan və fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, Təbriz küçəsi, Ələkbər Seyfi küçəsi və Mehmandarov küçəsininin kəsişməsində yerləşən “XanÇinar” yeməkxanasının qarşısıdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X52 X35 08 noyabr 2019-cu il tarixli, 1815 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət – bel nahiyəsinin daxilə keçməyən – deşilmiş-kəsilmiş yarası – deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 22.10.2019-cu il tarixə uyğun gəlir və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X52 X35 29 oktyabr 2019-cu il tarixli, 1761 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət – sol dirsək oynağı nahiyəsinin sıyrığı –bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 22.10.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X52 X35 29 oktyabr 2019-cu il tarixli, 1762 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədənində xəsarət müəyyən edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X52 X35 29 oktyabr 2019-cu il tarixli, 1763 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 Firuddin oğlunun bədənində xəsarət müəyyən edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X52 X35 29 oktyabr 2019-cu il tarixli, 1764 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs4 bədəni üzərində müəyyən edilmiş xəsarətlər –sol bud, sol diz oynağı nahiyələrinin sıyrıqları – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əməl gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 22.10.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X52 X35 29 oktyabr 2019-cu il tarixli, 1765 və 1766 saylı ekspert rəylərindən görünür ki, X8 və Şahid3 bədənlərində xəsarət müəyyən edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X52 X35 24 oktyabr 2019-cu il tarixli, 1728 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət sağ qulaq seyvanının sıyrığı, müayinədən 1-3 gün əvvəl – bərk küt əşyanın təsiri nəticəsində əmələ gəlmişdir və sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X52 X35 23 noyabr 2019-cu il tarixli, 90 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs4 bədəni üzərində bir ədəd deşilmiş-kəsilmiş yara aşkar edildi. Yara döş qəfəsinin ön səthinda, sol döşyanı xəttlə V-Vİ qabırğa səviyyəsində yerləşmişdir, dög qəfəsinin daxilina nüfuz edən yaradır, V-Vİ qabırğanın, ürəyin, sol ağciyərin, diafraqmanın ve qaraciyərin zədələnməsi ilə müaşiyət olunur, yara kanalının istiqaməti öndən-arxaya, soldan- sağa, yuxarıdan – aşağıya doğrudur. Qeyd olunan deşilmiş-kəsilmiş yara həyatidir, deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qararın təsviri hissəsində göstərilən tarixə, yəni 22.10.2019-cü il tarixə uyğun gəlir və ağırlıq dərəcəsin görə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aid edilir. Mərhum Zərərçəkmiş şəxs4 bədən səthində deşilmiş-kəsilmiş yaradan başqa, digər hər hansı bir xəsarət aşkar edilmədi. Mərhum Zərərçəkmiş şəxs4 ölümünə səbəb ürəyin, sol ağciyərin, diafraqmanın va qaraciyərin zədələnməsi ilə müşaiyət olunan, döş qəfəsinin bir ədəd deşilmiş-kəsilmiş yarasından əmələ gələn daxili qan itirmə olmuşdur. Ətraf mühit şəraitini ve meyit əlamətlərini nəzərə alaraq, belə hesab edilir i, ölümün müddəti müayinə olunan vaxta nəzərən 1-3 saatdır (meyit 23.10.2019-ci il tarixda saat 00:20-da müayinə edilmişdir). Mərhum Zərərçəkmiş şəxs4 bədəni üzərində aşkar edilmiş kesilmiş–deşilmiş yaranın özü tərəfindən yetirilmsi inandırıcı deyil. Mərhum Zərərçəkmiş şəxs4 meyitindən götürülmüş qanının məhkəmə kimyəvi tədqiqatı zamanı etil spirti və narkotik maddələr aşkar edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X52 X35 08 noyabr 2019-cu il tarixli, 39 saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs4 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (l) alfa-betadır. Təqsirləndirilən şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (l) alfa-betadır. Zərərçəkmiş şəxs2 maye halda qanının qrup gostericisi ABO sistemi üzrə A (ll) betadır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (l) alfa-beta olduğundan mərhum Zərərçəkmiş şəxs4 məxsus ola bilər. Mərhum Zərərçəkmiş şəxs4 məxsus bir ədəd qara rəngli gödəkcə, bir ədəd uzunqol jaket, bir ədəd qara rəngli cins şalvar, bir cüt ayaqqabı üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstericisi O (l) alfa-beta olduğundan onun özünə məxsus ola biler. Zərərçəkmiş şəxs2 məxsus bir ədəd ağ rəngli mayka, bir ədəd cins şalvar, bir ədəd qara rəngli kofta, bir ədəd qara rəngli uzunqol gödəkcə üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstericisi A (ll) beta olduğundan onun özünə məxsus ola bilər. Ona məxsus bir ədəd cins şalvar üzərində qanaoxşar ləkə aşkar olunmadığından müayinə edilmədi. Təqdim olunmuş 10 ədəd pambıq çöpə hopdurulmuş qan nümunələri üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (l) alfa-beta olduğundan mərhum X29 məxsus ola bilər. Avtomobilin sol arxa ayaq altı va arxa oturacağından götürülmüş tamponlar üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (l) alfa-beta olduğundan mərhum Zərərçəkmiş şəxs4 məxsus ola biler. Təqdim olunmuş şahid X13 məxsus bir ədəd göy rəngli cins şalvar üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (l) alfa-beta olduğundan mərhum Zərərçəkmiş şəxs4 məxsus ola bilər. Ona məxsus bir ədəd qara rəngli gödəkcə və bir ədəd jaket üzərində qanaoxşar ləkə aşkar olunmadığından müayinə edilmədi. Təqsirləndirilən şəxs4 məxsus bir ədəd uzunqol gödəkcə, bir ədəd cins şalvar üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (l) alfa-beta olduğundan mərhum Zərərçəkmiş şəxs4 məxsus ola bilər. Ona məxsus bir ədəd uzunqol jaket üzərində qanaoxşar ləkə aşkar olunmadığından müayinə edilmedi. Avtomobilə baxış zamanı götürülmüş bir ədəd kepka, bir ədəd qolsuz, qırmızı rəngli gödəkcə üzərində qanaoxşar ləkə aşkar olunmadığından müayinə edilmədi. Təqsirləndirilən şəxs1 məxsus bir ədəd uzunqol jaket, bir ədəd uzunqol gödəkcə üzərində qanaoxşar ləkə aşkar olunmadığından müayinə edilmədi. Şahid3 məxsus bir ədəd cins şalvar, bir ədəd uzunqol jaket üzərində qanaoxşar ləkə aşkar olunmadığından müayinə edilmədi. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X60 bölməsinin 17 dekabr 2019-cu il tarixli 672 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, X14, Şahid3 məxsus geyim əşyalarının, avtomobildən götürülmüş gödəkcənin və kepkanın səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd şalvarın üzərindən tapılmış tünd göy rəngli təbii pambıq lifləri rənginə cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus 1 ədəd şalvarın üzərindən tapılmış tünd göy rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd şalvarın tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs4 məxsus 1 ədəd köynəyin üzərindən tapılmış göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd pulloverin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş X14 məxsus 1 ədəd jiletin üzərindən tapılmış göy rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd pulloverin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs1 məxsus 1 ədəd pulloverin üzərindən tapılmış qara rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs4 məxsus 1 ədəd pulloverin tərkib liflərinə uyğun gəlirlər. Tədqiqata təqdim edilmiş Şahid3 məxsus geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikəri arasında Təqsirləndirilən şəxs1 məxsus geyim əşalarının tərkib lifləri yoxdur. Tədqiqata təqdim edilmiş Şahid3 məxsus geyim əşyalarının səthi üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikəri arasında Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs4, X14, Şahid3 və avtomobildən götürülmüş gödəkcənin və kepkanın tərkib liflərindən yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X60 bölməsinin 19 dekabr 2019-cu il tarixli 673/674 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bıçaq əldəqayırma üsulu ilə hazırlanmış bir tərəfi kəsici ucu deşici xassəyə malik olan ümumi təyinatı turist bıçağıdır, soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişlik edilməmişdir. Tədiqata təqdim edilən mərhum Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş qolsuz gödəkçənin və uzunqol polverin üzərində olan zədə, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş uzunqol gödəkçənin, isti alt köyməyinin və maykanın üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan bir predmetin, (o cümlədən təqdim edilən bıçağın və ya ona bənzər xassəli hər hansı predmetin) təsiri nəticəsində yuxarıdan aşağıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilən mərhum Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş qolsuz gödəkçənin və uzunqol polverin üzərində olan zədə, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş uzunqol gödəkçənin, isti alt köynəyinin və maykanın üzərində olan zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq təqdim edilən bıçaqdan yaranmasını müəyyən etmək mümkün deyildir. Təqdim edilən şahid Təqsirləndirilən şəxs4 hadisə zamanı əynində olmuş bir ədəd uzunqol gödəkçənin üzərində olan iki ədəd zədə fikizi qüvvənin təsiri nəticəsində yarana biləndartınma və cırılma zədəsidir. Tədqiqata təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş cins şalvar və bir cüt ayaqqabının üzərində, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş cins şalvarın üzərində, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş gödəkçənin, cins şalvarın poluverin və cins şalvarın üzərində, şahid Təqsirləndirilən şəxs4 hadisə zamanı əynində olmuş uzunqol poluverin və cins şalvarın üzərində, şahid X8 hadisə zamanı əynində olmuş uzunqol poluverin, gödəkçənin və cins şalvarın üzərində, Şahid3 hadisə zamanı əyində olmuş uzunqol poluverin, cins şalvarın üzərində və avtomobilə baxış zamanı götürülmüş gödəkcə və papağın üzərində mexaniki zədə aşkar edilmədi. Tədqiqata tədim edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAETTB-nin 23.10.2019-cu il, 07.11.2019-cu il, 29.10.2019-cu il, 24.10.2019-cu il tarixli uyğun olaraq 90, 1815, 1764, 1765, 1766 saylı Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2, Təqsirləndirilən şəxs4, Heydar Məmmədovun və Şahid3 adına tərtib olnumuş ekspert rəylərində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş mərhum Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş qolsuz gödəkçənin və uzunqol poluverin üzərində olan zədələr, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş uzunqol gödəkçənin, isti alt köyməyinin və maykanın üzərində olan zədələr müqayisə edildi və müəyyən olundu ki, mərhum Zərərçəkmiş şəxs4 bədənində olan “döş qəfəsinin ön səthinda, sol döşyanı xəttlə V-Vİ qabırğa səviyyəsində yerləşmişdir, dög qəfəsinin daxilina nüfuz edən yaradır, V-Vİ qabırğanın, ürəyin, sol ağciyərin, diafraqmanın və qaraciyərin zədələnməsi” və Zərərçəkmiş şəxs2 bədənində olan “bel nahiyyəsinin daxilə keçməyən kəsilmiş-deşilmiş yarası” xəsarəti ilə uyğun olaraq mərhum Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş qolsuz gödəkcə və uzunqol poluverin üzərində olan zədələr, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş uzunqol gödəkçənin, isti alt köynəyinin və maykanın üzərində olan zədələr yerləşmə sahəsi və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Təqsirləndirilən şəxs4 paltarları üzərində olan zədələr yerləşmə sahəsi və sayına görə uyğunluq təşkil etmir, yəni zədə və xəsarət üst-üstə düşmür. X8 və Şahid3 paltarları üzərində zədə olmadığından zədə və xəsarətlərin üst-üstə düşməsini müəyyən etmək mümkün olmadı. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X67 şəxsi Ambulator X2 24 aprel 2020-ci il tarixli, 1054 nömrəli ekspert rəyindən görünür ki, hal-hazırda Təqsirləndirilən şəxs1 müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” Publik Hüquqi şəxsin 07 aprel 2020-ci il tarixli, 676 nömrəli ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 qərarın təsviri hissəsində göstərilən hadisələri törədən zaman öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs1 törətdiyi əməl barəsində Anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs1 hal-hazırda öz hərəkətlərinin faktiki xarakterini dərk etmək və onu idarə etmək iqtidarındadır, yəni anlaqlıdır. Təqsirləndirilən şəxs1 psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs1 Rəşad oğlu hər hansı psixi xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs1 hal-hazırda hər hansı bir psixi xəstəliyin əlamətləri aşkar olunmur. Məhkəmə-psixoloji ekspertizası üzrə: Yoxlanılan şəxs Təqsirləndirilən şəxs1 intellektual imkanları normaya uyğundur, əqli və psixi inkişafında gerilik əlamətləri müəyyən edilmir. Şəxsi keyfiyyətlərində və emosional-iradi sferasında konfliktə meyillilik, hövsələsizlik müəyyən olunur. Eqosentrizm, kobudluq, qıcığa qarşı həssaslıq kimi fərdipsixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən psixiemosional vəziyyətində fərdi-psixi xüsusiyyətləri fonunda emosionallıq yaranmışdır. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən şüurunu və psixi fəaliyyətini məhdudlaşdıran psixi-emosional vəziyyətdə olmamış, emosional halından asılı olaraq öz hərəkətlərini dərk etmək, hərəkət və davranışlarına iradi nəzarət etmək qabiliyyətinə malik olmuşdur. Təqsirləndirilən şəxs1 cinayət əməlini törədərkən fizioloji affekt halında (qəflətən baş vermiş güclü ruhi-həyəcan) olmamışdı. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X52 X61” Publik Hüquqi şəxsin 20 mart 2020-ci il tarixli, 77/2020 MTKŞ saylı ekspert rəyindən görünür ki, mərhum Zərərçəkmiş şəxs4 müəyyən edilmiş döş qəfəsinin ön səthində solda V-Vİ qabırğa səviyyəsində daxilə nüfuz edərək ürəyi, sol ağciyəri, diafraqmanı və qaraciyəri zədələyən deşilmiş-kəsilmiş yarası yetirilərkən zərərçəkmişlə həmlə edənin qarşılıqlı duruş vəziyyəti (üzbəüz, yan tərəf və sair) müxtəlif ola bilərdi. Xəsarətlərin sağ və ya sol əllə yetirilməsinin təyini üçün xüsusi elmi metodika işlənib hazırlanmadığından bu haqda dəqiq fikir söyləmək mümkün deyildir. Vətəndaş Zərərçəkmiş şəxs2 bel nahiyəsində sağda bir ədəd daxilə nüfuz etməyən deşilmiş-kəsilmiş yara olmuşdur. Bu yara deşici-kəsici alətin təsirindən yaranmış dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Xəsarətin xarakteri və yerləşdiyi nahiyə şəxsin özü tərəfindən yetirilməsi üçün xarakterik deyildir. Xəsarətlərin hansı əllə yetirilməsinin təyini üçün xüsusi elmi-metodika işlənib hazırlanmadığından bu haqda dəqiq fikir söyləmək mümkün deyildir. Xəsarət yetirilərkən Zərərçəkmiş şəxs2la həmlə edənin qarşılıqlı duruş vəziyyəti müxtəlif ola bilərdi. Zərərçəkmiş şəxs2 digər xəsarət aşkar edilməmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs4 məxsus jiletin və sviterin ön hissəsinin solorta nahiyəsində bir ədəd düşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgücü və küpü olan yastı tiyə tipli deşici-kəsicialətin təsirindən əmələ gəlmişdir. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs4 məxsus jiletin və sviterin ön hissəsinin sol-orta nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş-kəsilmiş zədə onun bədəninin döş qəfəsinin ön səthində olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 Fuad oğluna məxsus gödəkçənin, köynəyin və maykanın arxa hissəsinin sağ-aşağı nahiyəsində aşkar edilmiş bir ədəd deşilmiş kəsilmiş zədə onun bədəninin bel nahiyəsində sağda olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə üst-üstə düşür. Ekspertizaya təqdim olunmuş bıçağın ucu defektli olduğuna görə bu bıçaqla müqayisəli müayinə üçün eksperimnet aparıla bilməmişdir. Buna görə də Zərərçəkmiş şəxs4 və sübut qismində ekspertizaya təqdim edilmiş bıçaqla yetirilib yetirilməməsi haqqında verilən suala cavab vermək mümkün olmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs4 məxsus şalvar və bir cüt ayaqqabı üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 Fuad oğluna məxsus şalvar üzərində hər-hansı bir əhəmiyyət kəsb edən zədə aşkar olunmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X52 X61” Publik Hüquqi şəxsin 06 mart 2020-ci il tarixli, 1272020-MTKŞ saylı ekspert rəyindən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2 qan qrupu-A/İİ/-dır/“şəxs haqqında məlumat” elektron vəsiqənin kserosurətinə əsasən/. Mərhum Zərərçəkmiş şəxs4 qan qrupu O/İ/-dır/“şəxs haqqında məlumat” elektron vəsiqənin kserosurətinə əsasən/. Ekspertizaya təqdim olunmuş Təqsirləndirilən şəxs1 məxsus gödəkçə, Zərərçəkmiş şəxs2 məxsus sviter, jilet, şalvar, 01 cüt ayaqqabı, Zərərçəkmiş şəxs2 məxsus kofta, alt mayka, gödəkçə və 01 ədəd bıçaq üzərində insan qanı ləkələri aşkar olundu. Tədqiq olunan qan ləkələrinin antigen və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə tədqiq olunduqda Zərərçəkmiş şəxs4 məxsus sviter, jilet, şalvar və 01 cüt ayaqqabı üzərindəki ləkələr yalnız “H” antigeni alındı. Bu qan ləkələri Oalfabeta /İ/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs4 məxsus ola bilər. E.R. Məmədova məxsus gödəkçə, Ə.F Həsənova məxsus kofta, alt mayka, gödəkçə və 01 ədəd bıçaq üzərindəki ləkələr isə ‘’A’’ və ‘’H’’ antigenləri alındı. Bu qan ləkələri bir qruplu şəxsə məxsusdursa Abeta /H/(İİ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər/əgər onun qanında müşayiətçi “H” antigeni varsa/. Qanin qarışıq olduğu halında isə ləkələrdə həmçinin Oalfabeta /İ/ qruplu Zərərçəkmiş şəxs4 də qarışmış qanının olması inkar olunmur. Tədiqata təqdim olunan Təqsirləndirilən şəxs1 məxsus sviter, şalvar, Zərərçəkmiş şəxs2 məxsus şalvar üzərində isə qana şübhəli ləkələr aşkar olunmadı. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Gəncə şəhər Psixiatriya xəstəxanasının 19 noyabr 2019-cu il tarixli, 213 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Gəncə şəhər Psixiatriya xəstəxanasının 17 yanvar 2020-ci il tarixli, 11 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Gəncə şəhər Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Gəncə şəhər Psixiatriya xəstəxanasının 17 yanvar 2020-ci il tarixli, 09 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs4 Gəncə şəhər Psixiatriya xəstəxanasında müalicədə olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin 27 noyabr 2019-cu il tarixli 217 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Vərəm Əleyhinə xəstəxanada son 7 il ərzində stasionar müalicədə olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsi Narkoloji Dispanserin 27 noyabr 2019-cu il tarixli, 4010 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə şəhər Rayonlararası Narkoloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Səhiyyə İdarəsi Gəncə şəhər Rayonlararası Ruhi Əsəb Dispanserin 15 noyabr 2019-cu il tarixli, 4527 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Gəncə Ruhi-Əsəb Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” Publik Hüquqi şəxsin 30 aprel 2020-ci il tarixli 3219 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs1 Respublika Psixiatriya Xəstəxanasında müalicədə olmayıblar. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN-dən daxil olmuş 29.01.2020-ci il tarixli 001-5300-1220 nömrəli məktubdan görünür ki, keçirilmiş əməliyyat-axtarış təbdirləri nəticəsində müəyyən olunmuşdur ki, 22.10.2019-cu il tarixdə Gəncə şəhər sakinləri Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs3 Firuddin oğlu, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 arasında mübahisə baş vermişdir. Bundan xəbər tutan Təqsirləndirilən şəxs4 X65 və Təqsirləndirilən şəxs1 atası Şahid3 Gəncə şəhəri 38 saylı orta məktəbin yaxınlığında Zərərçəkmiş şəxs1la qarşılaşıb mübahisə edərək onu döymüşlər. Bundan sonra Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 münasibətlərə aydınlıq gətirmək məqsədi ilə Zərərçəkmiş şəxs1 Gəncə şəhəri, Təbriz küçəsində yerləşən "Xan çinar" mayxanasının qarşısına görüşə dəvət etmişlər. Zərərçəkmiş şəxs1 hadisə yerinə gələn zaman orada əlavə şəxslərin olduğunu görüb kömək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs4 çağırmışdır. Həmin vaxt Zərərçəkmiş şəxs4 dostu Zərərçəkmiş şəxs2 ilə birlikdə hadisə yerinə gəlmiş və baş vermiş mübahisə zəmnində Təqsirləndirilən şəxs1 üzərində gəzdirdiyi bıçaqla Zərərçəkmiş şəxs4 döş qəfəsindən, Zərərçəkmiş şəxs2 isə böyrək nahiyəsindən vurmuşdur. Keçirilmiş əməliyyat-axtarış təbdirləri nəticəsində, mərhum Zərərçəkmiş şəxs4 əvvəllər Təqsirləndirilən şəxs1 qohumu "Xəyal" adlı şəxsə zəng edərək iki gün əvvəl küçədə qarşılaşdıqda ona salam vermədiyi üçün telefon vasitəsi ilə sözlə mübahisə etməsi, bundan əlavə Təqsirləndirilən şəxs1 və E.Verdiyev arasında hadisədən təxminən iki ay əvvəl sonuncunun sevdiyi "Bahar" adlı qıza görə mübahisələrinin olması müəyyən edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Penitensiar Xidmətdən daxil olmuş 23.04.2020-ci il tarixli 17/4 853 m nömrəli məxfi məlumatdan çıxarışdan görünür ki, həbsdə saxlanılan Təqsirləndirilən şəxs1la mərhum Zərərçəkmiş şəxs4 əvvəllər münasibətləri yaxşı olmuş, eyni məhəllədə yaşamış və dəfələrlə idmanla birlikdə məşğul olmuşlar, münasibətlərinin pisləşməsinə səbəb isə Təqsirləndirilən şəxs1 əmisi oğlu Təqsirləndirilən şəxs4 04.09.2019-cu il tarixdə Gəncə şəhərində yerləşən “Yaşıl market”in qarşısında Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 tərəfindən fiziki zorakılığa məruz qalması və bu zaman Zərərçəkmiş şəxs1 əlinin arxası ilə Təqsirləndirilən şəxs4 sifətinə zərbə vurmaqla sonuncunun alçaldılması olmuşdur. Təqsirləndirilən şəxs4 döyülməsinə səbəb isə onun Zərərçəkmiş şəxs1la aralarında sevgi münasibətləri olan məktəbli Şahid10 barəsində xoşagəlməz söhbətlər aparması olmuşdur. Qeyd olunan söhbətdən bir neçə gün sonra Sərdar və Təqsirləndirilən şəxs1lar münasibətlərə aydınlıq gətirmək üçün Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1la müəyyən söhbətlərdən sonra barışmışlar. 20.10.2019-cu il tarixdə “Asiman” şadlıq sarayının qarşısında Təqsirləndirilən şəxs1 qohumu Təqsirləndirilən şəxs3 Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs1 tərs baxdığına görə aralarında mübahisə yaranmış və 22.10.2019-cu il tarixdə “Xan arxı” adalanan ərazidə yerləşən çayxananın qarşısında Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs1, qohumları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 arasında mübahisə baş vermişdir. Bundan sonra Təbriz küçəsində yerləşən 38 saylı məktəbin qarşısında Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, Heydar Məmmədov oraya gəlmiş Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2la yenidən mübahisə edərək əlbəyaxa olmuşlar. Dava zamanı Təqsirləndirilən şəxs1 üzərində olan bıçaqla Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 xəsarət yetirmiş, həmin bıçağı yaxınlıqdakı su arxına ataraq hadisə yerindən uzaqlaşmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Baxış keçirilməsi haqqında 08 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, həmin baxış Gəncə şəhər Baş Polis İdarəsinin 20 noyabr 2019-cu il tarixli 120-25452-1219 nömrəli məktubuna əlavə edilmiş içərilərində Gəncə şəhər BPİ-nin “Təhlükəsiz şəhər” xidmətinə məxsus GTŞ-046 saylı kamerasında 22 oktyabr 2019-cu il tarixdə saat 21:00-dan 23:30dək qeydə alınmış görüntülər olan 5 ədəd “DVD” diskə keçirilmişdir. Baxış zamanı üzərinə “TŞ Stabil kamera” yazılmış zərfdə olan diskin içərisində “TS-046 BİCAQLASMA” başlıqlı 1 ədəd faylın olması aşkar olunur ki, həmin faylda hərəkətsiz (sabit) videokamera ilə çəkilmiş videogörüntü vardır. Çəkiliş müddəti saat 22:22:31 saniyədən başlayıb saat 22:23:16 saniyəyədək davam edir. Kamera Gəncə şəhəri, Təbriz küçəsini görüntüləyir. Üzü Təbriz küçəsi istiqamətində avtomobil yolunun sağ tərəfində “VAZ 2106” markalı avtomobil dayanmışdır. Həmin avtomobillərin dövlət nömrə nişanları görünmür. Yol iki tərəflidir. Hər iki hərəkət zolağı ilə avtomobillər hərəkət edir. Lakin həmin avtomobillərin heç birinin dövlət nömrə nişanları görünmür. Saat 22:22:45 saniyədə Təbriz küçəsi istiqamətində “Qazel” markalı avtomobil yolun kənarında dayanır. 4 nəfər şəxs, onlardan 2-si öndə, 2-si isə arxada olmaqla Zərərçəkmiş şəxs4 əl və ayaqlarından tutaraq “Qazel” markalı avtomobilə tərəf aparırlar. Bu vaxt ətrafa çoxlu sayda insan toplaşır. Saat 22:23:05-də “Qazel” markalı avtomobil hərəkətə gətirilir və sola manevr edərək əks istiqamətə yola düşür. Baxış zamanı digər disklərdə istintaq üçün əhəmiyyət kəsb edən halların olması müəyyən edilməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış diskə baxış keçirilməsi haqqında 08 yanvar 2020-ci il tarixli protokoldan görünür ki, Gəncə şəhəri, Mehmandarov, Təbriz və Ə.Seyfi küçələrinin kəsişməsində yerləşən «Xan çinar» adlı yeməkxananın 1-ci mərtəbəsindəki «Topaz» mərc oyunlarının keçirildiyi çayxanada quraşdırılmış kameralar vasitəsilə qeydə alınmış video görüntülərə əsasən Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 22 oktyabr 2019-cu il tarixdə saat 22:09 dəqiqədən saat 22:24 dəqiqəyədək Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3 və X45 ilə mübahisə edərək qarşılıqlı zor tətbiq etmişlər. Video görüntülərdə Zərərçəkmiş şəxs4 və Zərərçəkmiş şəxs2 bıçaqla xəsarət yetirilməsi müşahidə olunmur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış “sübutların qiymətləndirilməsi haqqında” 13 oktyabr 2020-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə hadisə yerindən götürülmüş, kağız zərfə qoyulmuş pambıq tamponlara hopturulmuş qan nümunələri, avtomobilə baxış zamanı götürülmüş, kağız zərfə qoyulmuş pambıq tamponlara hopdurulmuş qan nümunələri, X8 idarə etdiyi “Qazel Sobol” markalı avtomobildən götürülmüş 01 ədəd al qırmızı rəngli qolsuz gödəkçə, 01 ədəd qara rəngli kepka, Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş 01 ədəd uzunqol qara rəngli jaket, 01 ədəd qara rəngli cins şalvar, həmin şalvarın üzərində olan 01 ədəd qara rəngli kəmər, 01 ədəd qara rəngli, qolsuz, kapşonlu gödəkçə, 01 cüt ayaqqabı, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş 01 ədəd tünd göy rəngli uzunqol jaket, 01 ədəd qara rəngli uzunqol gödəkçə, 01 ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli uzunqol kofta, 01 ədəd ağ rəngli arxa tərəfində qanabənzər ləkələr olan köynək, 01 ədəd qara rəngli cins şalvar, 01 ədəd qara rəngli uzunqol gödəkçə, Təqsirləndirilən şəxs4 hadisə zamanı əynində olmuş 01 ədəd boz rəngli uzunqol jaket, 01 ədəd tünd göy rəngli uzunqol gödəkçə, 01 ədəd açıq mavi rəngli cins şalvar, Təqsirləndirilən şəxs1 cinayət törədən zaman istifadə etdiyi bıçaq maddi sübut kimi tanınaraq Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağına saxlanca verilmiş, hadisə yerinin video görüntülərini əks etdirən disklər maddi sübut kimi tanınaraq cinayət işinin materiallarına əlavə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Zərərçəkmiş şəxs3 tərəfindən verilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs3 təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Göygöl rayonu İcra Hakimiyyəti Başçısının Çaykənd kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 17 yanvar 2020-ci il tarixli 20 nömrəli arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 Göygöl rayonu, Çaykənd kənd sakinidir və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Gəncə şəhəri Nizami Rayon İcra Hakimiyyəti Başçısının 1 nömrəli SİƏD üzrə nümayəndəliyinin 15 yanvar 2020-ci il tarixli 180 nömrəli arayışından və 179 nömrəli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs4 ünvan 8 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Səlyan Rayon İcra Hakimiyyəti Başçısının Səlyan şəhər İƏD üzrə nümayəndəliyinin 16 yanvar 2020-ci il tarixli 249 nömrəli arayışlardan və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 ailə üzvləri anası X16, qardaşları X30, X31 və bacısı X23 ilə birlikdə Səlyan şəhəri, 20 Yanvar küçəsi, 135 saylı ünvanda qeydiyyatdadır və yaşayır,yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 iyul 2015-ci il tarixli əlilin vəsiqəsindən görünür ki, Təqsirləndirilən şəxs3 İ qrup əlildir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 23 oktyabr 2020-ci il tarixli “Şübhəli şəxsi tutulması haqqında” və Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 24 oktyabr 2019-cu il tarixli qərarlardan görünür ki, Təqsirləndirilən şəxs1 23 oktyabr 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş və barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 26 avqust 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs4 26 avqust 2020-ci tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 26 avqust 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs2 26 avqust 2020-ci tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 04 sentyabr 2020-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” və “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs3 04 sentyabr 2020-ci tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİN Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin verdiyi 18 noyabr 2019-cu il tarixli, 21 aprel 2020-ci il tarixli tələbnamələrindən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Cinayət işi materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Göygöl rayon İcra və Probasiya şöbəsinin 27 yanvar 2022-ci il tarixli A-18/21 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 2 il müddətə azadlıqdam məhrum etmə cəzasına məhkum edilmiş, Gəncə Apellayasiya Məhkəməsinin 1(104)-315/2021 saylı, 15.07.2021-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi “8 noyabr–Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən bir il müddətinə azaldılmış və 17 yanvar 2022-ci il tarixdə cəzasını çəkib qurtarmış və qeydiyyatdan çıxarılmışdır. Odur ki məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tətbiqinə ehtiyac yoxdur. Onun məhkəmə qərarı üzrə olan məhkumluğu ödənildiyindən Azərbaycan Respublikası CM-nin 83.6-cı maddəsinə müvafiq olaraq hazırda barəsində məhkumluqla bağlı heç bir hüquqi nəticə yaratmır. Məhkəmə iclasında dindirilərkən təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittihamda özünü qismən təqsirli bilmiş və Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittihamda özünü təqsirli bilməmişdir. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 özünü qismən təqsirli bilməsi və Təqsirləndirilən şəxs2 özünü təqsirli bilməməsi barədə verdiyi inkar edən ifadələrini işin həmin hallarla bağlı məhkəmədə araşdırılmış sübutlarla müqayisəli təhlil edib, onların həmin ifadələrinin həqiqətə uyğun olmayan və təqsirləndirilən şəxslərin güman etdiyi cəzalarını yüngülləşdirməyə cəhdi kimi qiymətləndirir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müxtəlif ifadələr verməklə onlara qarşı irəli sürülmüş ittihamlar üzrə özlərini təqsirli bilmədikləri halda, həmin ittihamı təkzib edəcək, tutarlı və mötəbər dəlilər göstərməmişlər. Məhkəmə, zərərçəkmiş şəxslər, zərərçəkmiş şəxsin hüquqi varisinin, həmçinin Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qismən, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, cinayət işinin materiallarında olan video görüntüləri özündə əks etdirən diskə baxış protokollarını, istintaq hərəkəti protokollarını və əsaslılığı heç bir şübhə doğurmayan digər sübut əhəmiyyətli sənədləri ayrı-ayrılıqda tədqiq edərək belə nəticəyə gəlir ki, bütün bu sübutlar bir-biri ilə vəhdət təşkil edib uyğunlaşaraq verilmiş ittihama uyğun cinayət hadisəsinin ardıcıllığının və vahid mexanizminin tam şəkildə gerçək və məntiqə uyğun təsvirini formalaşdırmışdır. Beləliklə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin, zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 elan edilmiş ittiham üzrə cinayət əməllərini törətmələrində təqsirli olmaları kifayət qədər sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxslərin cinayət əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməlləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməli isə Azərbaycan Respublikası CM-nin 221.2.1 maddəsi ilə düzgün olaraq tövsif olunmuş, onlar həmin maddələrdə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinməli və cəzalandırılmalıdırlar. Onların cinayət məsuliyyətindən və cəzadan azad olunmaları üçün əsaslar yoxdur. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli qərarının, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" 23 mart 2014-cü il tarixli qərarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” plenum qərarının 6-cı bəndində qeyd edilmişdir ki, qəsdən adam öldürmə o vaxt CM-nin 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). Əgər təqsirkar xuliqanlıq niyyəti ilə adam öldürməklə yanaşı ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıq-aşkar hörmətsizliyə səbəb olan sair qəsdən hərəkətlər də etmişdirsə (başqalarına qarşı zor tətbiq etmək, belə zor tətbiqi ilə hədələmək, özgə əmlakını məhv etmə yaxud zədələmə və s.) belə əməl CM-nin 120.2.2-ci maddəsi ilə yanaşı 221-ci maddəsinin də tərkibini yaradır. "Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında" plenum qərarının 5-ci bəndinə görə məhkəmələr xuliqanlıq cinayətini xuliqanlıq niyyətilə törədilən qəsdən adamöldürmə, qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərindən fərqləndirərkən nəzərə almalıdırlar ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü büruzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyətilə qəsdən adamöldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cü maddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin qərarın 8-ci bəndinə görə, xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə tövsüf edilməsi üçün əsasdır. Həmin qərarın 9-cu bəndinə əsasən, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CM-nin 41.2-ci maddəsində qeyd olunmuşdur ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən cinayət törətmiş şəxs barəsində tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli qərarının izah və tövsiyələrini də nəzərə alır. Belə ki, qərarda qeyd edilmişdir ki: “Qəsdən adam öldürməyə görə cəza təyin edilərkən cinayətin baş verməsinin bütün halları, qəsdin növü, motivi və məqsədi, üsulu edilmə mərhələsi və şəraiti, həmçinin təqsirkarın şəxsiyyəti, törətdiyi əmələ münasibəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Eyni zamanda zərərçəkmişin şəxsiyyətinə aid məlumatlar, onun təqsirkarla qarşılıqlı münasibəti, həmçinin hadisəyə qədərki davranışı tədqiq olunmalıdır”. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barəsində cəza təyin edərkən onların törətmiş olduqları cinayətlərin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətlərini, o cümlədən cəzalarını yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəllənin 86.2-ci maddəsinə əsasən cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla birlikdə nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs1 münasibətdə cinayəti yetkinlik yaşına çatmayan zaman törətməsini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, Zərərçəkmiş şəxs3 şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs4 münasibətdə cinayəti yetkinlik yaşına çatmayan zaman törətməsini Azərbaycan Respublikası CM-nin 59.1.2-ci maddəsinə əsasən, Zərərçəkmiş şəxs3 şikayət və tələbinin olmamasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs4 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs3 münasibətdə Zərərçəkmiş şəxs3 şikayət və tələbinin olmamasını, birinci qrup əlil olmasını Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs3 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 münasibətdə Zərərçəkmiş şəxs3 şikayət və tələbinin olmamasını, Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə müvafiq olaraq Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran halları müəyyən etmədi. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli 4 nömrəli Qərarının 1-ci bəndində qeyd edilir ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalıdır. Beləliklə də, məhkəmə araşdırılmış sübutlara istinad edərək hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 islah olunması cəmiyyətdən təcrid olunması yolu ilə mümkündür, onlara ittiham olunduğu CM-nin müvafiq maddələrinin sanksiyasının həddində müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın CMnin 41-ci maddəsində nəzərdə tutulmuş məqsədinə nail olmaq mümkündür. Azərbaycan Respublikası CM-nin 84.1-ci maddəsinə əsasən cinayət törədərkən on dörd yaşı tamam olmuş, lakin on səkkiz yaşına çatmayan şəxslər yetkinlik yaşına çatmayanlar hesab olunur. Azərbaycan Respublikası CM-in 86.1-ci maddəsinə əsasən yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır. Azərbaycan Respublikası CM-nin 85.5-ci maddəsinə əsasən azadlıqdan məhrum etmə yetkinlik yaşına çatmayanlara on ildən çox olmayan müddətə təyin edilir. Yetkinlik yaşına çatmayanlara cinayətlərin və ya hökmlərin məcmusu üzrə cəza təyin edilərkən məcmuya daxil olan cinayətlərdən birinə görə on il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə, bu halda qəti cəza az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 435.4.2-ci maddəsində isə göstərilir ki, yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir. Uşaq hüquqlarının və azadlıqlarının müdafiəsinə, ədalət mühakiməsinin növbədə yetkinlik yaşına çatmayanların mənafelərinin qorunmasına yönəldilməsi barədə «Pekin qaydaları»nın əsas müddəaları «Uşaq hüquqları haqqında» Bəyənnamənin Birləşmiş Millətlər Təşkilatının 20 noyabr 1989-cu il tarixli Konvensiyasının, eyni zamanda «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və digər bu sahədə qəbul edilmiş çoxsaylı beynəlxalq aktlarında öz əksini tapmışdır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərə görə tətbiq olunan cəza növü Birləşmiş Millətlər Təşkilatının Baş Məclisinin 29 noyabr 1985-ci ildə qəbul etdiyi «Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirlməsi ilə bağlı X28»na («Pekin qaydaları») uyğun olduğu üçün, məhkəmə, yetkinlik yaşına çatmayanın işi üzrə qəbul etdiyi qərarın və seçdiyi təsir tədbirinin təkçə işin hallarının hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipinə deyil, həm də yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğun olmasını da rəhbər tutur. Əgər yetkinlik yaşına çatmayanın əməli hər hansı bir əsaslı səbəb olmadan başqası üzərində zor tətbiq etməklə bağlı deyildirsə və ya yetkinlik yaşına çatmayan dəfələrlə ciddi hüquq pozuntusuna yol verilməmişdirsə, onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməlidir. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli 4 saylı Qərarın 1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törətməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə Azərbaycan Respublikası CM-in 85.5-ci maddəsinin tələblərini nəzərə almaqla Təqsirləndirilən şəxs1 azadlıqdan məhrum etmə cəzası təyin etməyi qanuni, ədalətli və əsaslı hesab edir. Azərbaycan Respublikası CM-nin 85.5.1-ci maddəsinə əsasən ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş yetkinlik yaşına çatmayan oğlanlar cəzalarını ümumi rejimli tərbiyə müəssisələrində çəkir. Məhkəmə, «şübhəli şəxsin tutulması haqqında» protokola əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrumetmə cəzasının çəkilməsi müddətinin başlanğıcı bu iş üzrə tutulduğu andan, yəni 23 oktyabr 2020-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs1 təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının onun tərəfindən real olaraq çəkməklə islah oluna biləcəyi qənaətinə gəldiyindən onun barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələri müəyyən edilir. Məhkəmə cinayət qanunvericiliyinin tələblərinə uyğun olaraq hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barələrində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilməli və dərhal məhkəmə iclas zalından həbsə alınmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətlərinin başlanğıcı 28 yanvar 2022-ci il tarixdən hesablanmalıdır. İş üzrə məhkəmə xərci olan 187,74 (yüz səksən yeddi manat yetmiş dörd qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq dövlət nəfinə keçirilməlidir. Məhkəmə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, iş üzrə maddi sübut olaraq Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan pambıq tamponlara hopturulmuş qan nümunələri, X8 idarə etdiyi “Qazel Sobol” markalı avtomobildən götürülmüş 1 ədəd al qırmızı rəngli qolsuz gödəkçə, 1 ədəd qara rəngli kepka, Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş 1 ədəd uzunqol qara rəngli jaket, 1 ədəd qara rəngli cins şalvar, həmin şalvarın üzərində olan 1 ədəd qara rəngli kəmər, 1 ədəd qara rəngli, qolsuz, kapşonlu gödəkçə, 1 cüt ayaqqabı, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd tünd göy rəngli uzunqol jaket, 1 ədəd qara rəngli uzunqol gödəkçə, 1 ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli uzunqol kofta, 1 ədəd ağ rəngli arxa tərəfində qanabənzər ləkələr olan köynək, 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qara rəngli uzunqol gödəkçə, Təqsirləndirilən şəxs4 hadisə zamanı əynində olmuş 1 ədəd boz rəngli uzunqol jaket, 1 ədəd tünd göy rəngli uzunqol gödəkçə, 1 ədəd açıq mavi rəngli cins şalvar, Təqsirləndirilən şəxs1 cinayət törədən zaman istifadə etdiyi bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, hadisə yerinin video görüntülərini əks etdirən disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsində qeyd edilmişdir ki, maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla), həmçinin şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlakın mülki-hüquqi əqdlərin bağlanması və ya digər üsullarla tam və ya qismən çevrildiyi digər əmlak və ya onun müvafiq hissəsi xüsusi müsadirə olunmalı və cinayət nəticəsində vurulmuş ziyanın ödənilməsinə yönəldilməli, qalan hissəsi dövlətin nəfinə keçirilməlidir (zərər çəkmiş şəxs məlum olmadıqda isə tam həcmdə dövlətin nəfinə keçirilməlidir); terrorçuluğun, qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların, mütəşəkkil dəstələrin və ya cinayətkar birliklərin (cinayətkar təşkilatların) maliyyələşdirilməsi üçün nəzərdə tutulan və ya istifadə olunan əmlak xüsusi müsadirə olunmalı və dövlət nəfinə keçirilməlidir; mülki dövriyyəsi məhdudlaşdırılmış (qanuni əsaslarla əldə etmə halları istisna olmaqla) və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi nəticəsində qanuni sahiblikdən çıxarılmış pul və qiymətli əşyalar sahiblərinə, mülkiyyətçilərinə və ya hüquqi varislərinə qaytarılmalıdır; maddi sübut olan sənədlər cinayət təqibi üzrə icraat materiallarının saxlanma müddəti ərzində işdə saxlanılmalı və ya maraqlı təşkilatların və şəxslərin vəsatəti olduqda bu Məcəllənin 136.3-cü maddəsində nəzərdə tutulmuş qaydada onlara verilməlidir; dəyəri olmayan digər əşyalar məhv edilməlidir. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Azərbaycan Respublikasının CM-nin 99-1.2-ci maddəsinə əsasən, məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll etməlidir. Həmin məcəllənin 99-1.1-ci maddəsində qeyd edilmişdir ki, xüsusi müsadirə cinayət hüquqi tədbiri aşağıda göstərilən əmlakın məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır: məhkumun cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla). Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barəsində xüsusi müsadirə tətbiq olunmamalıdır. Bundan başqa iş materiallarına əlavə edilmiş hesabat arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3 80 (səksən) saat, Təqsirləndirilən şəxs4 hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 80 (səksən) saat, Təqsirləndirilən şəxs2 hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 80 (səksən) saat, Təqsirləndirilən şəxs3 hüquqlarını məhkəmə prosesində dövlət hesabına dəvət edilmiş Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi5 50 (əlli) saat iştirak etməklə müdafiə etmişlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli, 31 nömrəli qərara və həmin qərara dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasinin Nazirlər Kabinetinin 02 may 2018-ci il tarixli, 202 №-li qərarına əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 (altı) manat miqdarında haqq ödənilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 hüquqlarını məhkəmə prosesi zamanı müdafiə etməyə görə müdafiəçilərin xidmət haqqı dövlət hesabına təmin edilməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinib, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.2-ci maddəsi ilə 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 3 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 85.5-ci maddələrinin tələblərinə əsasən az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 10 (on) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 23 oktyabr 2019-cu il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbirinə dəyişdirilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 28 yanvar 2022-ci il tarixdən hesablansın. Cinayət işi üzrə məhkəmə məsrəfi təşkil edən - ekspertiza tədqiqatına sərf olunmuş 187,74 (yüz səksən yeddi manat yetmiş dörd qəpik) manat pul Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutulmaqla Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olaraq Baş Prokurorluğun İstintaq idarəsinin maddi sübutlar otağında saxlanılan pambıq tamponlara hopturulmuş qan nümunələri, X8 idarə etdiyi “Qazel Sobol” markalı avtomobildən götürülmüş 1 ədəd al qırmızı rəngli qolsuz gödəkçə, 1 ədəd qara rəngli kepka, Zərərçəkmiş şəxs4 hadisə zamanı əynində olmuş 1 ədəd uzunqol qara rəngli jaket, 1 ədəd qara rəngli cins şalvar, həmin şalvarın üzərində olan 1 ədəd qara rəngli kəmər, 1 ədəd qara rəngli, qolsuz, kapşonlu gödəkçə, 1 cüt ayaqqabı, Təqsirləndirilən şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd tünd göy rəngli uzunqol jaket, 1 ədəd qara rəngli uzunqol gödəkçə, 1 ədəd göy rəngli cins şalvar, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 1 ədəd göy rəngli uzunqol kofta, 1 ədəd ağ rəngli arxa tərəfində qanabənzər ləkələr olan köynək, 1 ədəd qara rəngli cins şalvar, 1 ədəd qara rəngli uzunqol gödəkçə, Təqsirləndirilən şəxs4 hadisə zamanı əynində olmuş 1 ədəd boz rəngli uzunqol jaket, 1 ədəd tünd göy rəngli uzunqol gödəkçə, 1 ədəd açıq mavi rəngli cins şalvar, Təqsirləndirilən şəxs1 cinayət törədən zaman istifadə etdiyi bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, hadisə yerinin video görüntülərini əks etdirən disklərin cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçilər X6, Müdafiəçi4, Müdafiəçi2 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına hər birinə ayı-ayrılıqda 480 (dörd yüz səksən) manat və Müdafiəçi5 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 300 (üç yüz) manat məbləğində pul köçürülsün məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2 oğuna və Təqsirləndirilən şəxs3 verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-12/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-12/2022
28.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver