Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-12/2023 26.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimləri Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), X3 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X10 oğlunun katibliyi, dövlət ittihamçıları Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı1 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2, müdafiəçi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında, xx.xx.1972-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Bayan küçəsi, ev 19-da qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi PX-nin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və mənbədən 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələr” sadalanmış İ siyahıya daxil olan və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdar hesab edilən, yəni bir ədəd qarışıq rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 444,835 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəki satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Gəncə şəhər Nizami RPİ-nin əməkdaşlarının keçirmiş olduğu əməliyyat axtarış tədbirləri nəticəsində 22 aprel 2021-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri, Bayan küçəsində yerləşən “SPA” mərkəzinin yaxınlığında piyada hərəkətdə olarkən saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 465 ünvanında yerləşən Nizami RPİ-yə gətirilmiş və həmin tarixdə saat 22:15dən 22:35-dək olan müddət ərzində üzərində şəxsi axtarış aparılan zamanı əynində olan boz rəngli cins gödəkçənin sağ yan cibindən bir ədəd qarışıq rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 444,835 qram olan xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryək aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, 22 aprel 2021-ci il tarixdə öz yaşadığı evdə olan zaman səhər saat 09 radələrində Nicat adlı polis əməkdaşı onun evinə gələrək Qoşqar müəllimin onu Gəncə şəhər Nizami RPİ-yə çağırdığını bildirmiş, o, da etiraz etmədən polis əməkdaşı ilə birlikdə Nizami RPİ-yə getmişdir. Polis İdarəsində ona narkotik vasitələri üzərində saxlamaqda və daşımaqda şübhəli olduğunu bildirib evinə baxış keçirəcəklərini demişlər. O, polis əməkdaşlarına üzərində və evində hər hansı narkotik vasitənin olmadığını bildirmişdir. Polis əməkdaşları tərəfindən ona qarşı psixi təsir göstərilmiş və narkotik vasitə istifadəçisi kimi sənədləşdirilməklə razılaşacağı təqdirdə günün sonunda azad olunacağı bildirildiyi üçün o, polislərlə razılaşmışdır. Daha sonra polis əməkdaşları tərəfindən üzərinə narkotik vasitə olan tiryək qoyularaq videoçəkilişdən istifadə edilməklə üzərinə baxış keçirilmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs bildirmişdir ki, özü narkotik vasitə istifadəçisi olsa da, aşkar edilmiş narkotik vasitə tiryək ona məxsus olmamışdır. Xəstə olduğu üçün narkotik vasitə olan marixuanadan istifadə etmişdir. Polis idarəsinə gedən zaman üzərində narkotik vasitə olmamış, həmin narkotik vasitə polis əməkdaşları tərəfindən onun üzərinə qoyulmuş, təsir və təzyiqlərə məruz qalaraq polislərlə razılaşmışdır. O, heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamış, ümumiyyətlə belə bir niyyəti və fikri də olmamışdır. O, Bayan küçəsində yerləşən “SPA” mərkəzinin yaxınlığında saxlanılmamış, polis əməkdaşı olan Nicat adlı şəxs onun evinə gələrək polis idarəsinə çağırmış, evdən çıxdıqdan sonra həmin polis əməkdaşı ilə birlikdə “Ayxan” marketə girmiş, daha sonra isə polis idarəsinə getmişlər. Əgər aşkar olunan narkotik vasitə ona məxsus olsaydı həmin çəkidə narkotik vasitəni üzərində gəzdirməzdi və könüllü şəkildə polis idarəsinə getməzdi. Polis əməkdaşları tərəfindən ona təsir və təzyiq olsa da, fiziki zorakılıq göstərilmədiyi üçün bədəni üzərində hər hansı xəsarət olmamış, psixi təzyiqlərə məruz qalması barədə də hər hansı orqana rəsmi qaydada müraciət etməmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan cinayət əməlini törətməsi məhkəmə istintaqında dindirilmiş şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Nizami RPİ-nin Cinayət-Axtarış şöbəsinin əməliyyat müvəkkili vəzifəsində işlədiyi zaman ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında o, şöbənin kiçik inspektorları vəzifəsində çalışan polis baş serjantı Şahid2 və polis serjantı Şahid3 ilə birlikdə həmin gün saat 20 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri, Bayan küçəsindəki “Spa” mərkəzinin yaxınlığında olmasını müəyyən edərək sonuncunu Gəncə şəhər Nizami RPİ-nin inzibati binasına gətirmişlər. Polis şöbəsində üzərinə müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs əynindəki boz rəngli cins gödəkçənin sağ yan cibindən bir ədəd göy rəngli sellofana bükülmüş vəziyyətdə qara rəngli, kəskin iyli, ilk baxışdan narkotik vasitə olan tiryəkə oxşar kütlə aşkar edilmişdir. Həmin kütlə onların, Səbuhi Mədətzadənin və müdafiəçisinin iştirakı ilə tərəzidə çəkilmiş, kütlənin bükülü ilə birlikdə ümumi çəkisinin təxminən 450 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılarkən digər dövriyyəsi qanunla qadağan olunmuş əşya və ya kütlə aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan tiryək sellofanla birlikdə qablaşdırılıb möhürlənmiş və hər bir iştirakçı tərəfindən təsdiqlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş tiryəki tutulmamışdan təxminən 3-4 gün əvvəl yaşadığı evin yaxınlığındaki zibillikdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını bildirmişdir. İfadəsinin davamı olaraq Şahid1 bildirmişdir ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmuş, keçirilmiş əməliyyat tədbirləri nəticəsində sonuncunun kiməsə narkotik vasitə satmasını və ya satışı ilə məşğul olmasını müəyyən etmək mümkün olmamış, saxlanılan zaman və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən psixi və fiziki zorakılıq göstərilməmiş, hər hansı polis əməkdaşı tərəfindən sonuncunun üzərinə narkotik vasitə qoyulmamış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq üzərində olan narkotiki təqdim etmiş, müdafiəçisi də həmin vaxtı yanında olmuş, Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında “Spa” mərkəzinin yaxınlığında saxlanılmış, sonuncunun psixi zorakılığa məruz qalması, Nicat adlı polis əməkdaşının onun evinə gələrək çağırması, polis şöbəsinə aparması və şöbədə polis əməkdaşlarının onun üzərinə narkotik vasitə qoyması ilə bağlı göstərdikləri yalan olmuş, o, Şahid4 tanımır, ibtidai istintaq zamanı həmin şəxsin Təqsirləndirilən şəxs narkotik vasitə almasını da ifadəsində göstərməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş polis əməkdaşları Şahid2 və Şahid3 Şahid1 ilə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə istintaqı zamanı videokonfrans əlaqə sistemindən istifadə edilməklə əlavə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımış və sonuncu onunla eyni ərazidə yaşamışdır. Səbuhi əvvəllər Gəncə şəhəri, “Xan bağı” adlanan ərazidə yerləşən Lombardın yanında, daha sonradan isə Bayan küçəsində yaşamağa başlamışdır. X15-zadə arasında hər hansı düşmənçilik və ya ədavət olmamışdır. O, əvvəllər narkotik vasitələrin marixuana növündən, yəni nəşədən istifadə etmişdir. O, Səbuhidən nə vaxtsa narkotik vasitə almamış, sonuncunun narkotik vasitə istifadə etməsi yaxud kiməsə narkotik vasitə satması barədə məlumatı olmamışdır. İstintaq zamanı verdiyi ifadəsi müstəntiq tərəfindən doğru yazılmamış, o, həmin ifadələri oxumadan imza etmişdir. İfadəsinin davamı olaraq Şahid4 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs tanısa da, sonuncudan nə vaxtsa narkotik vasitə almamış və yaşadığı evinə narkotik almaq üçün getməmişdir. O, narkotik vasitə heroindən deyil, qurudulmuş marixuanadan istifadə etmişir. İstintaq zamanı verdiyi ifadəsi həqiqəti əks etdirməmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxsin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsinin xx.xx.2021-ci il tarixli, 16/373 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vətəndaş Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş maddi sübut olan bir büküm narkotik vasitə olan tiryək....” yazılar və imzalar olan kağız paketdəki, üzəri yapışqanlı lentlə sarınmış, bir ədəd qarışıq rəngli polietilen kəsiyinə bükülmüş təmiz çəkisi 444,835 qram maddə, xaşxaş bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə tiryəkdir. Qeyd: tiryəkin ümumi çəkisi - 444,835 qr., tədqiqata sərf edildi - 0,2 qr., qalıq - 444,635 qram. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2021-cü il tarixli, 885 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “şübhəli şəxsi tutma haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə saat 21:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərədə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə üzərinə şəxsi axtarış keçirilən zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins gödəkcənin sağ yan cibindən bir ədəd göy rəngli sellofana bükülmüş vəziyyətdə qara rəngli kəskin iyli və ilk baxışdan narkotik vasitə olan “tiryəkə” oxşar kütlə aşkar olunaraq götürülmüşdür. Götürülmüş bir ədəd bükümdə olan “tiryəkə” oxşar kütlələr elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin 450 qram olması müəyyən edilmişdir. Şifahi sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd bükümün içərisində olan kütlənin narkotik vasitə olan “tiryək ” olduğunu və təxminən 3-4 gün əvvəl yaşadığı evin yaxınlığında məişət tullantıları atılan qutunun yanından tapdığını, şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və heç kimə narkotik vasitə satmadığını bildirmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, əməliyyat məlumatı Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üstündə saxlaması barədə daxil olmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə dair” qərarın təsviri-əsaslandırıcı və nəticəvi hissələrindən görünür ki, xx.xx.2021-ci il tarixdə Təqsirləndirilən şəxs narkotik vasitələr qəbul etməsi və çox vaxtı üzərində saxlaması barədə daxil olmuş əməliyyat məlumatı əsasında əməliyyat qrupu yaradılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli raportdan görünür ki, narkotik vasitəni qəbul etməsində və üstündə saxlamasında şübhəli bilinən Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri, Bayan küçəsində yerləşən “SPA” mərkəzinin yaxınlığında saxlanılmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Nizami RPİ-nin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri mütəmadi olaraq xx.xx.1983-cü il təvəllüdlü, Yeni Gəncə massivi, ev 64, mənzil 20-də qeydiyyatda olan və yaşayan X1 alaraq digər şəxslərə satması, eyni zamanda Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərdən birinin Yeni Gəncə massivi, ev 64, mənzil 23-də yaşayan xx.xx.1985-ci il təvəllüdlü X11 olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı nömrə ilə aparılan danışıqların çıxarılması Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 04 fevral 2021-ci il tarixli, 5(044)-30/2021 nömrəli qərarı əsasında əldə edilmiş, həmin telefon danışıqlarına baxış keçirən zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı nömrəyə Seymur Məmmədova məxsus ***-***-**-** saylı nömrədən zəng gəlir, danışıq zamanı Səbuhi zəng edən şəxsə bir az əvvəl sifariş verdiyini hazır elədiyini, həmin şəxs isə hal-hazırda pulunun olmadığını, evə gedib nə qədər pulunun olub-olmadığına baxacağını bildirir. Səbuhi lazım olsa hazırladığını bildirir, həmin şəxs iki dənə götürəcəyi təqdirdə neçəyə verəcəyini soruşur, Səbuhi isə onun sifarişini götürdüyünü, qiymətini yanında deyəcəyini bildirir, həmin şəxs sual verərək 18-17 yaxud da 20 soruşan zaman, Səbuhi qurtaranı 18 olacağını bildirir. Digər danışığa baxış keçirən zaman da müəyyən olunmuşdur ki, Seymur Cəfərov adlı şəxsə məxsus ***-***-**-** saylı nömrədən Səbuhiyə zəng gəlir, Seymur Səbuhidən pulunun olub-olmadığını soruşur, Səbuhi təxmini 50 olduğunu deyir, sonra isə Səbuhi Seymurdan “patı” götürüb-götürə bilməyəcəyini soruşur, “patı” sifariş edən şəxsin olduğunu, yarı qiymətini yəni 35 manatını əvvəlcədən vermək istədiyini bildirir, Seymur isə ona düzüb qoşa biləcəyini bildirir. Bir qədər keçdikdən sonra Seymur adlı şəxs yenidən Səbuhiyə zəng edir, kimləsə danışdığını, “şüşə” gətirdiklərini, 1 qramını 50 manata olacağını bildirir, Səbuhi ondan 1 qramının 50 manat olduğunu soruşur, Seymur təsdiq edir. Səbuhi isə bir nəfər naməlum şəxsin 35 manata yarı qram bir nəfərində istədiyini bildirir. Seymur isə qramı bütün verəcəyini ona bildirir və özü onunla həll edəcəyini deyir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Nizami RPİ-nin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması müəyyən edilsə də, onun narkotik vasitələri kimlərə satması və kimlərdən alması ilə bağlı məlumat əldə etmək mümkün olmamış, həmçinin qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdikləri narkotik vasitədən yaşadıqları evdə, yaxud digər yerlərdə gizlədərək saxlaması, onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Kəpəz RPİ-nin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilmişdir ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində X2 Təqsirləndirilən şəxs başqa digər şəxslərə narkotik vasitə satmasını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda X2 və X6 olduğu yeri müəyyən etmək mümkün olmamışdır. Həmçinin qanunsuz olaraq narkotik vasitə əldə etməsində onlara kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdikləri narkotik vasitədən yaşadıqları evdə, yaxud digər yerlərdə gizlədərək saxlaması, onun rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən təqdim edilmiş xx.xx.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 08 (səkkiz) ay 08 (səkkiz) gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünün surətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 444,635 qram narkotik vasitə olan tiryək maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nə məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərinə baxış zamanı qeydə alınmış videogörüntüləri əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi tanınaraq cinayət işi materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş İ-5749 və İ-10289 nömrəli Azərbaycan Respublikası medalının vəsiqələrinin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs oğlu Seymur Mətəd-zadə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli sərəncamlarına əsasən “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallar ilə təltif edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında 2 saylı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi baxışdan keçirilmiş və onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər prokurorluğunun xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Təqsirləndirilən şəxs xəsarət alması ilə əlaqədar Gəncə şəhər prokurorluğunda hər hansı material üzrə araşdırma aparılmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin xx.xx.2023-cü il tarixli məktubunda göstərilmişdir ki, Azərbaycan Respublikası DİN-də “əməliyyat-axtarış fəaliyyətinin təşkilinə dair Təlimat”ın təsdiq edilməsi barədə xx.xx.2017ci il tarixli Qərara əsasən əməliyyat-axtarış tədbirinin təşkili, taktikası, üsul və vasitələrinə dair məlumatlar prokuror və məhkəmə nəzarətinin predmetinə daxil olmadığı üçün və təqdim edilməsi qanunvericiliyin tələbinə ziddi olduğu üçün qeydiyyat işinin göndərilməsi mümkün deyildir. Polisin məktubu________________________________________________________ Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək narkotik vasitə istifadəçisi olmasına baxmayaraq, aşkar edilmiş narkotik vasitə tiryəkin ona məxsus olmadığını, xəstə olduğu üçün narkotik vasitə olan marixuanadan istifadə etdiyini, Bayan küçəsində yerləşən “SPA” mərkəzinin yaxınlığında saxlanılmadığını, polis əməkdaşı Nicat adlı şəxsin onun evinə gələrək polis idarəsinə çağırdığını və həmin polis əməkdaşı ilə birlikdə polis idarəsinə getdiyini, polis idarəsinə gedən zaman da üzərində narkotik vasitə olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən onun üzərinə qoyulduğunu, təsir və təzyiqlərə məruz qaldığı üçün də polislərlə razılaşdığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı tutulduqdan sonra şübhəli şəxs qismində və təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri, şahidlərin ifadələri, o cümlədən şəxsi axtarış aparılması haqqında protokol və protokola əlavə edilmiş videoçəkilişlə, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahat və ifadəsində, həmçinin xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsində göstərmişdir ki, tutulmasından 3-4 gün əvvəl yaşadığı evin yaxınlığındakı məişət tullantıları olan yerdən keçən zaman qutuların yanında göy rəngli selefona bükülmüş vəziyyətdə bir ədəd büküm görmüşdür. Həmin büküm onun diqqətini cəlb etdiyi üçün götürüb baxanda içərisində narkotik vasitə olan tiryək olduğunu görmüşdür. O, həmin kütləni götürüb öz istifadəsi üçün üzərində saxlamışdır. xx.xx.2021-ci il tarixdə saat 20 radələrində Gəncə şəhəri, Bayan küçəsi ilə yaşadığı evə gedən zaman “SPA” idman mərkəzinin qarşısında mülki geyimdə bir neçə şəxs ona yaxınlaşıb özlərini polis əməkdaşı kimi təqdim edərək narkotik vasitələri üzərində saxlamasında və daşımasında şübhəli olduğunu bildirib onu Nizami RPİ-yə dəvət etmişlər. Polis idarəsində müdafiəçisinin iştirakı ilə videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilən zaman onun əynindəki cins materialdan olan gödəkçənin sağ yan cibindən sellofan bükümdə tiryək aşkar edilərək götürülmüşdür. Həmin kütlə tərəzidə çəkilmiş və ümumi çəkisi 450 qram olmuşdur. Şifahi sorğu-sual zamanı o, həmin kütlənin özünə məxsus olduğunu, yerdən tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. O, narkotik vasitələrin satışı ilə məşğul olmamış və heç kimə narkotik satmamış, özü narkotik aludəçisi olduğu üçün narkotik asılılığından əziyyət çəkmişdir. Polis əməkdaşları tərəfindən də ona qarşı heç bir təzyiq göstərilməmişdir. Təqsirləndirilən şəxs həmin izahat və ifadələrini özünün seçdiyi müdafiəçisinin iştirakı ilə vermişdir. Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı da verdiyi ifadəsində polis əməkdaşları tərəfindən psixi zorakılığa məruz qalmasına baxmayaraq, ona qarşı fiziki zorakılığa yol verilmədiyini göstərmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2021-ci il tarixli “şəxsi axtarış aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoçəkilişdən görünür ki, müdafiəçisinin iştirakı ilə şəxsi axtarış aparılan zaman Təqsirləndirilən şəxs əynində olan boz rəngli cins gödəkcənin sağ yan cibindən bir ədəd göy rəngli sellofan bükülünü təqdim edərək, həmin bükülünün içərisində narkotik vasitə olan tiryək olduğunu bildirmişdir. Onun təqdim etdiyi tiryəkə bənzər kütlə tərəzi vasitəsilə çəkilmiş və çəkisi təxminən 450 qram olmuşdur. Daha sonra aşkar edilmiş kütlə zərfə qablaşdırılmaqla iştirakçılar tərəfindən imzalanmışdır. Şifahi sorğu-sual zamanı da Təqsirləndirilən şəxs həmin tiryəki tutulmamışdan təxminən 3-4 gün əvvəl yaşadığı evin yaxınlığındaki zibillikdən tapdığını və öz istifadəsi üçün üzərində saxladığını etiraf etmişdir. Sözügedən videoçəkilişdə Təqsirləndirilən şəxs bədəninin gözlə görünən hissələrində xəsarət və ya zədə izlərinin olması görünmür. Əksinə videoçəkiliş zaman Təqsirləndirilən şəxs bir neçə dəfə müdafiəçisinin suallarına qəti olaraq cavab verib üzərindən aşkar olunan narkotik vasitə tiryəkin özünə məxsus olduğunu, həmin kütlənin polis əməkdaşları tərəfindən üzərinə qoyulmadığını, polis əməkdaşları tərəfindən ona qarşı psixi və fiziki zorakılığa yol verilmədiyini, həmin kütləni tapdığını və şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin alqı-satqısı ilə də məşğul olmadığını göstərmişdir. Eyni zamanda iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 ifadələrində göstərmişlər ki, saxlanılan zaman və polis şöbəsində olarkən Təqsirləndirilən şəxs qarşı hər hansı polis əməkdaşı tərəfindən psixi və fiziki zorakılıq göstərilməmiş, hər hansı polis əməkdaşı tərəfindən sonuncunun üzərinə narkotik vasitə qoyulmamış, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs özü könüllü olaraq üzərində olan narkotiki təqdim etmiş, müdafiəçisi də həmin vaxtı yanında olmuş, Təqsirləndirilən şəxs əməliyyat məlumatı əsasında “Spa” mərkəzinin yaxınlığında saxlanılmış, sonuncunun psixi zorakılığa məruz qalması, Nicat adlı polis əməkdaşının onun evinə gələrək çağırması, polis şöbəsinə aparması və şöbədə polis əməkdaşlarının onun üzərinə narkotik vasitə qoyması ilə bağlı göstərdikləri yalan olmuşdur. Habelə iş materiallarında olan Gəncə şəhər Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2021-ci il tarixli raportda Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdə saat 20:30 radələrində Gəncə şəhəri, Bayan küçəsində yerləşən “SPA” mərkəzinin yaxınlığında saxlanılması göstərilmişdir. Hətta iş materiallarında olan 2 saylı İstintaq Təcridxanasının xx.xx.2023-cü il tarixli məktubunda da göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin aprel ayında 2 saylı İstintaq Təcridxanasına daxil olarkən ilkin tibbi baxışdan keçirilmiş və onun bədəni üzərində hər hansı xəsarət aşkar olunmamışdır. O cümlədən iş materiallarında olan Gəncə şəhər prokurorluğunun məktubundan da görünür ki, Təqsirləndirilən şəxs xəsarət alması ilə əlaqədar Gəncə şəhər prokurorluğunda hər hansı material üzrə araşdırma aparılmamışdır. Bundan əlavə də, ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs müdafiəçiyə malik olmasına baxmayaraq, nə özü, nə də ki müdafiəçisi təzyiqlərə və pis rəftara məruz qalmasına dair polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməsi öz əksini tapmamışdır. X16-zadə ibtidai istintaq dövründə verdiyi bütün ifadələrində üzərində aşkar edilmiş narkotik vasitə olan tiryəkin özünə məxsus olmasını və tapdığını ibtidai istintaqın sonunadək etiraf etmişdir. Belə olan halda Təqsirləndirilən şəxs öz müdafiəsi üçün məhkəmə istintaqında gətirdiyi dəlilər tədqiq edilmiş sübutlarla təkzib edilərək öz təsdiqini tapmır. Azərbaycan Respublikası CPM-in 327.1.3-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsin əvvəllər vermiş olduğu və cari məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduqda (belə halda təqsirləndirilən şəxsin ifadələrinin elan edilməsi yalnız onun sərbəst ifadə verməsindən və verilmiş suallara cavab verməsindən sonra mümkündür) təqsirləndirilən şəxsin məhkəməyədək icraat zamanı, davam edən məhkəmə baxışı zamanı əvvəllər keçirilmiş məhkəmə iclasında və ya cari məhkəmə iclasında verdiyi ifadələr və həmin ifadələrin audio yazısı, video və ya kino çəkilişi elan edilə və ya göstərilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2021-ci il tarixli 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarın 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqlarının və X4 Haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı Avropa Konvensiyasının müddəalarını rəhbər tutmağı və bu zaman Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyyə etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa İnsan Hüquqları Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” və “Labita İtaliyaya qarşı” işlər üzrə qərarlarında göstərmişdir ki, şəxs 3-cü maddənin tələblərinə zidd olaraq polis tərəfindən pis rəftara məruz qaldığı ilə bağlı tələb qaldırdıqda qeyd olunan maddə dövlətin Konvensiyanın 1-ci maddəsində nəzərdə tutulmuş ümumi vəzifəsi olan “yurisdiksiyası altında olan hər bir kəsin Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan yararlanmasını təmin etmək” vəzifəsi ilə birlikdə səmərəli rəsmi araşdırmanın aparılmasını tələb edir. Bu araşdırma bu əməli törətməkdə məsuliyyət daşıyan şəxslərin müəyyən edilərək cəzalandırılmalarına imkan yaratmalıdır. Əks halda işgəncənin və qeyri-insani və alçaldıcı rəftarın və cəzanın ümumi şəkildə hüquqi baxımdan qadağan edilməsi fundamental əhəmiyyət kəsb etsə də təcrübədə səmərəsiz olacaq və bəzi işlərdə dövlətin nümayəndələrinin virtual cəzasızlıqdan istifadə edərək nəzarətləri altında olan şəxslərin hüquqlarını tapdalamaları mümkün olacaqdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Boisenko Moldovaya qarşı” iş üzrə qərarında formalaşdırdığı mövqeyə görə Konvensiyanın 2-ci və 3-cü maddələri ilə tələb olunan araşdırmanın səmərəli olması üçün araşdırmanın aparılmasına görə məsul olan və onu həyata keçirən şəxslər hüquqi baxımdan və reallıqda müstəqil və qərəzsiz olmalıdırlar. Bu, yalnız hadisələrə cəlb olunmuş şəxslər arasında hər hansı iyerarxik və ya institusional əlaqənin olmamasını deyil, eyni zamanda praktiki baxımdan müstəqilliyi tələb edir. Avropa İnsan Hüquqları Məhkəməsi “Assenov və digərləri Bolqarıstana qarşı” iş üzrə qərarında göstərmişdir ki, pis rəftarla bağlı araşdırma hərtərəfli aparılmalıdır. Bu o deməkdir ki, dövlət orqanları daim nə baş verdiyini müəyyənləşdirmək üçün ciddi səy göstərməli və araşdırmaya xitam vermək üçün və ya qərarlarının əsası kimi tələsik, yaxud əsassız nəticələrə əsaslanmamalıdırlar. Onlar hadisə ilə bağlı sübutları toplanması, o cümlədən, inter alia, hadisəni görmüş şahidlərin dindirilməsi və məhkəmə-tibb ekspertizasının keçirilməsi üçün bütün zəruri addımları atmalıdırlar. Yuxarıda göstərilənlərə əsasən və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent mövqeyi baxımından Təqsirləndirilən şəxs heç bir dəlillə möhkəmləndirilməyən təzyiqlərə və pis rəftara məruz qalmasına dair iddiası öz təsdiqini tapmır, müdafiə tərəfi də həmin xüsusatlarla bağlı psixi və fiziki zorakılığın görünən nəticəsini əks etdirən hər hansı bir mötəbər sübut təqdim edə bilmir. Qeyd edilən hal isə Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadələrində göstərdiyi xüsusatların tam təkzib olunduğunu təsdiq edir. Həmçinin Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə məhz təzyiqlərə və pis rəftara məruz qalması, o cümlədən iddia etdiyi digər qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Məhkəmə tərkibi məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs verdiyi ifadələrini yoxlayaraq, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdıraraq və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verərək hesab edir ki, yuxarıda qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədilə özünümüdafiə xarakterli ifadə verdiyini sübut edir. Beləliklə, məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahat və ifadəsini, həmçinin xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsini iş üzrə şahid qismində dindirilmiş Şahid1, Şahid2 və Şahid3 ifadələri, o cümlədən şəxsi axtarış aparılması haqqında protokol və protokola əlavə edilmiş videoçəkilişlə, istintaq hərəkəti protokolları və protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahat və ifadəsi, həmçinin xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsi ittihamın həllində əsas götürülməlidir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, Təqsirləndirilən şəxs məhkəməyədək icraat zamanı xx.xx.2021-ci və xx.xx.2021-ci il tarixlərdə tutulduqdan sonra şübhəli şəxs qismində ilkin izahat və ifadəsində, həmçinin xx.xx.2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsində, o cümlədən videoçəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilən zaman şifahi sorğu-sual zamanı üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəki şəxsi istifadəsi üçün üzərində saxladığını, narkotik vasitələrin satışı ilə məşğul olmadığını və heç kimə narkotik vasitə satmadığını göstərmişdir. Həmçinin iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşları Şahid1, Şahid2 və Şahid3 da ifadələrində əməliyyat məlumatının Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə daxil olmasını, keçirilmiş əməliyyat tədbirləri nəticəsində sonuncunun kiməsə narkotik vasitə satmasını və ya satışı ilə məşğul olmasını müəyyən etməyin mümkün olmadığını, Şahid4 tanımadıqlarını, ibtidai istintaq zamanı həmin şəxsin Təqsirləndirilən şəxs narkotik vasitə almasını da bildirmədiklərini göstərmişlər. Eyni zamanda məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 da ifadəsində heç vaxtı Təqsirləndirilən şəxs narkotik vasitə almadığını və yaşadığı evinə narkotik almaq üçün getmədiyini, sonuncunun narkotik vasitə istifadə etməsi yaxud kiməsə narkotik vasitə satması barədə məlumatının olmadığını, istintaq zamanı verdiyi ifadəsinin müstəntiq tərəfindən doğru yazılmadığını və həmin ifadəni oxumadan imza etdiyini göstərmişdir. Habelə iş materiallarında olan Gəncə şəhər Nizami RPİ-nin CAŞ-nin əməliyyat müvəkkili Şahid1 tərtib etdiyi xx.xx.2021-ci il tarixli ilkin raportda, həmin tarixli “əməliyyataxtarış tədbirlərinin keçirilməsinə dair” qərarda və şəxsin polis idarəsinə gətirilməsi ilə bağlı raportda əməliyyat məlumatının Təqsirləndirilən şəxs mütəmadi olaraq narkotik vasitə qəbul etməsi və üstündə saxlaması barədə daxil olması göstərilmişdir. O cümlədən iş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının rəyində də göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir və narkotik vasitə olan tiryəkdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Bundan başqa, iş materiallarında olan Gəncə şəhər Nizami RPİ-nin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələri mütəmadi olaraq X1 alaraq digər şəxslərə satması, Təqsirləndirilən şəxs narkotik vasitə satdığı şəxslərdən birinin X11 olması, Təqsirləndirilən şəxs istifadəsində olan ***- ***-**-** saylı nömrə ilə Seymur Məmmədov və Seymur Cəfərov adlı şəxslərlə narkotik vasitələrin alqı-satqısına dair danışıqlar aparması göstərilsə də, elə iş materiallarında olan Gəncə şəhər Nizami RPİ-nin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs narkotik vasitələri kimlərə satması və kimlərdən alması ilə bağlı məlumat əldə etməyin, həmçinin qanunsuz olaraq narkotik vasitə əldə etməsində ona kiminsə kömək etməsini, qanunsuz yolla əldə etdikləri narkotik vasitədən yaşadıqları evdə, yaxud digər yerlərdə gizlədərək saxlamasını müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Eyni zamanda iş materiallarında olan Gəncə şəhər Kəpəz RPİ-nin xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda X2 və X6 olduğu yeri müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Göründüyü kimi iş materiallarındakı əməliyyat tapşırıqlarına cavabların birində Təqsirləndirilən şəxs Seymur Cəfərov adlı şəxsdən narkotik vasitə alaraq digər şəxslərə satması göstərilsə də, digər əməliyyat tapşırığına cavab məktubunda tamamilə ziddiyyətli məlumatlar əks olunaraq Təqsirləndirilən şəxs narkotik vasitələri kimlərə satması və kimlərdən alması ilə bağlı məlumat əldə etməyin mümkün olmadığı göstərilmişdir. Həmçinin yuxarıda göstərilən əməliyyat tapşırığına cavab məktubunda adı çəkilən X5 ilə X6 müəyyən edilərək ibtidai istintaq zamanı dindirilməsi həyata keçirilmədiyi üçün telefon danışıqlarındakı xüsusatların həqiqiliyi və mötəbərliyi məhkəmədə şübhə yaradır. Bundan başqa, xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilən halların mötəbərliyini və həqiqiliyini müəyyən etmək məqsədi ilə məhkəmə tərəfindən dəfələrlə Gəncə şəhər BPİ-yə müraciət olunaraq əməliyyat-qeydiyyat işi tələb olunsa da, ibtidai araşdırma orqanı tərəfindən verilmiş cavab məktubunda əməliyyatqeydiyyat işinin təqdim edilməsinin mümkün olmadığı göstərilmişdir. Belə olan halda əməliyyat-axtarış təbirləri nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş xx.xx.2021-ci il tarixli əməliyyat tapşırığına cavab məktubu və həmin məktubda göstərilən hallar məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq edilmədiyindən, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə həmin materialları yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək mümkün olmadığından sözügedən əməliyyat tapşırığına cavab məktubunda göstərilən halların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhə yaranır. Halbuki “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 445.2-ci maddəsinə müvafiq olaraq əməliyyat-axtarış tədbirinin aparılması barədə qərar məhkəməyə daxil olduqda, insan hüquq və azadlıqlarının təmin edilməsi baxımından onun qanuniliyi və əsaslılığı məhkəmə nəzarəti qaydasında yoxlanılmalıdır, ehtiyac olduğu halda isə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar məxfiliyi təmin olunmaqla tələb edilə bilər. Həmin Qərarda həmçinin göstərilmişdir ki, əməliyyat-axtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 16-cı bəndində də göstərilmişldir ki, CPMin 137-ci maddəsinə əsasən əməliyyat-axtarış fəaliyyətinin gedişində əldə edilmiş materiallar “Əməliyyat-axtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Əməliyyat-axtarış tədbirləri nəticəsində əldə olunmuş materialların cinayət prosesində sübut kimi qəbul edilənliyi ilə bağlı əlaqədar onu nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 12 fevral 2015-ci il tarixli qərarına görə, əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar CPM-in 137-ci maddəsində göstərilən tələblərə uyğun şəkildə əldə edilməklə və təqdim edilməklə yanaşı, məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Odur ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə olunaraq cinayət işindəki sübutlar sırasında məhkəməyə təqdim olunmuş materiallar məhkəmə baxışında tədqiq edilərkən məhkəmə müvafiq əməliyyat-axtarış tədbiri üzərində (əməliyyat-axtarış tədbirinin keçirilməsinə əsasların olub-olmaması məsələsinin yoxlanılması da daxil olmaqla) məhkəmə nəzarətinin keçirilib-keçirilmədiyini araşdırmalıdır. Bununla belə, əməliyyat-axtarış təbirinin məhkəmə nəzarəti qaydasında yoxlanılması onun nəticəsində əldə olunaraq cinayət işinə sübut kimi daxil edilmiş materialı məhkəmə baxışında mövcud prosedura daxilində tədqiq etmək, o cümlədən CPM-in 125, 144-146-cı maddələrinin tələblərinə əməl etməklə yoxlamaq, aidiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirmək zərurətini ortadan qaldırmır. Avropa Məhkəməsinin formalaşmış hüquqi mövqeyinə görə də (bax, “Kobiaşvili Gürcüstana qarşı” (Kobiashvili v. Georgia, № 36416/06, §§ 67-69, 14 mart 2019-cu il), “İbrahimov və Məmmədov Azərbaycana qarşı” (İbrahimov and Mammadov v. Azerbaijan, №№ 63571/16 və 5 digəri, § 121, 13 fevral 2020-ci il; “Meqrelişvili Gürcüstana qarşı” [Komitə] (Megrelishvili v. Georgia [Committee], № 30364/09, § 33, 7 may 2020-ci il); “X8rşı” (Ayetullah Ay v. Turkey, №№ 29084/07 və 1191/08, § 143, 27 oktyabr 2020-ci il; “Tlaşadze və Kakaşvili Gürcüstana qarşı” [Komitə] (Tlashadze and Kakashvili v. Georgia [Committee], № 41674/10, §§ 45-48; 25 mart 2021-ci il) əməliyyat-axtarış fəaliyyətini həyata keçirən orqanın səlahiyyətli şəxsi tərəfindən müvafiq qərarın əsaslı şübhənin mövcud olduğunu təsdiq edən və tədbiri məhz əvvəlcədən məhkəmə qərarı almadan təxirəsalınmaz qaydada keçirilməsini əsaslandıran mümkün qədər geniş məlumatlar göstərilmədən qəbul edilməsi, belə qərarın daha sonra məhkəmə nəzarəti qaydasında yoxlanılmaması və yaxud ətraflı təhlil edilmədən təsdiq edilməsi, ayrı-ayrılıqda və birlikdə baş verdikdə, pozuntu təşkil edir. Avropa Məhkəməsinin tövsiyəsinə görə məhkəməyədək araşdırma dövründə bu cür pozuntuya yol verilmişdirsə, onun aradan qaldırılması üçün işə mahiyyəti üzrə baxılarkən bununla bağlı irəli sürülən dəlillər məhkəmə tərəfindən araşdırılmalıdır. Həmin Qərarın 17-ci bəndində göstərilmişdir ki, nəzərə almaq lazımdır ki, cinayət mühakimə icraatının obyektivliyi, qərəzsizliyi və ədalətliliyi (CPM, maddə 28), hakimlərin müstəqilliyi (CPM, maddə 25), cinayət mühakimə icraatının aşkarlığı (CPM, maddə 27), cinayət prosesində tərəflərin çəkişməsi (CPM, maddə 32) və təqsirsizlik prezumpsiyası prinsipləri (CPM, maddə 21) ilə şərtləndirilən məhkəmə baxışının xüsusiyyətləri cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılmayan (yalnız əməliyyataxtarış fəaliyyətinin subyektinə məlum olan, lakin baxılan konkret işin hallarına görə araşdırılması tələb olunan) məxfi məlumat əsasında şəxsin cinayət törətməkdə təqsirli bilinməsinə və cəzalandırılmasına yol vermir. Avropa Məhkəməsi də “Şöler Almaniyaya qarşı” işi üzrə (Scholer v. Germany, № 14212/10, § 77, 18 dekabr 2014-cü il) qərarda qeyd etmişdir ki, “Araşdırma predmeti olan cinayətin mahiyyətini nəzərə almaqla Konvensiya anonim agentlərdən ibtidai araşdırma zamanı istifadə olunmasını istisna etmir. Onların məlumatlarından məhkəmədə şəxsin təqsirliliyinin sübuta yetirilməsi zamanı istifadə olunması isə tamamilə fərqli vəziyyətdir”. Odur ki, əməliyyat-axtarış tədbiri nəticəsində əldə olunmuş və yaxud əməliyyataxtarış tədbirinin keçirilməsinə əsas olmuş, məxfi olmasına görə məhkəmə baxışında tədqiq edilməyən məlumatdan hökmdə ittihamın əsaslandırılması zamanı istifadə edilməməli, belə məlumat (məsələn, əməliyyat-qeydiyyat işində olan) tədqiq edildikdə isə məlumatın məxfiliyinin qorunması məhkəmə tərəfindən təmin edilməlidir. Yuxarıda göstərilənlərə baxmayaraq, hazırkı cinayət işinin materiallarından görünür ki, əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Həmçinin əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materialların cinayətprosessual qanunun müəyyən etdiyi prosedur daxilində yoxlanılması və məhkəmə baxışında tədqiq edilməsi də mümkün olmamışdır. Belə olan halda yalnız cinayət işinə əlavə edilmiş məktublara və raportlara istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gəlmək mümkün deyildir. Göründüyü kimi ibtidai araşdırma orqanı Təqsirləndirilən şəxs qarşı narkotik vasitəni qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlaması və daşıması ilə bağlı ittiham irəli sürsə də, sözügedən məqsədə dair iş materiallarına hər hansı bir sübut növü əlavə etməmişdir. Bundan başqa, ibtidai araşdırma orqanı xx.xx.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərarında yalnız Təqsirləndirilən şəxs üzərində aşkar edilmiş narkotik vasitə olan tiryəkin ümumi çəkisinin külli miqdar təşkil etməsini və iş materiallarında olan mötəbər dəlillərlə əsaslanmayan əməliyyat tapşırığına cavab məktubunu əsas götürərək sonuncuya qarşı satış məqsədi ilə bağlı ittiham irəli sürmüşdür. Bununla belə, məhkəmə tərkibi hesab edir ki, şəxsin üzərindən aşkar edilmiş narkotik vasitənin külli miqdarda olması öz-özlüyündə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə külli miqdarda narkotik vasitə əldə edib üzərində saxlaması ilə bağlı Təqsirləndirilən şəxs ittiham irəli sürsə də, satış məqsədini təsdiqləyən, yəni Təqsirləndirilən şəxs istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsinə və ya sövdələşməsinə, şərti alıcı ilə aralarında razılığa dair telefon danışığının və mesajların olmasına, narkotik vasitənin hazırlanması üçün avadanlığı əldə etməsinə, onun külli miqdarında narkotik vasitəni məhz sifariş əsasında əldə etməsinə, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsinə və bu kimi sair hərəkətlərə dair hər hansı bir sübut əldə edə bilməmişdir. Halbuki “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Beləliklə, yuxarıda qeyd edilən halların olması Təqsirləndirilən şəxs narkotik vasitə olan tiryəki satış məqsədi olmadan şəxsi istehlak məqsədi ilə qanunsuz olaraq əldə edib saxlamasını və daşımasını təsdiq edir. Azərbaycan Respublikası CPM-in 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-in 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa İnsan Hüquqları Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa İnsan Hüquqları Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Beləliklə, aparılmış istintaq nəticəsində narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növünün məhkəmə istintaqına təqdim edilmədiyi halda, təqsirləndirilən şəxsdə sadəcə aşkar edilmiş narkotik vasitə olan tiryəkin çəkisinin külli miqdar təşkil etməsi əsas götürülərək Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan tiryəki əldə edib üzərində saxlaması və daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidd olardı. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitələrin və psixotrop maddənin qanunsuz olması yuxarıda sadalanan sübutlarla yanaşı, həmçinin “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunun, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarın və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1-ci maddəsinə əsasən, narkotik vasitələr - BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1971-ci il tarixli “Psixotrop maddələr haqqında” Konvensiyasında, 1988ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilərdir. Həmin Qanunun 1.0.8-ci maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir. Həmin Qanunun 1.0.10-cu maddəsinə əsasən, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması - məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 6-cı bəndində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi anlayışı Qanunun 1.0.8-ci maddəsində şərh edilmişdir. Qanunun mənasına görə narkotik vasitənin, psixotrop maddənin və prekursorların şəxsin özündə nəqliyyat vasitələri ilə və ya belə vasitələrdən istifadə etməməklə yerinin dəyişdirilməsi onların daşınması kimi, belə maddələrin poçtla, baqajla, həmin maddələrdən xəbəri olmayan şəxsin vasitəsi ilə bu maddələrin yerinin dəyişdirilməsi onların göndərilməsi kimi qiymətləndirilməlidir. Bu cinayətin subyekti təkcə narkotik vasitələrin və psixotrop maddələrin sahibi və ya onları müvəqqəti saxlayan şəxs deyil, həm də digər şəxslər ola bilərlər. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ siyahısına əsasən tiryək narkotik vasitə hesab olunur, şəxsi istehlak miqdarından artıq miqdarı 0,5 qram və ondan yuxarı, külli miqdarın aşağı həddi isə 50 qramdır. Hazırkı cinayət işinin materiallarında olan xx.xx.2021-ci il tarixli, 16/373 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəkin təmiz çəkisi 444,835 qram təşkil edir. Göründüyü kimi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan tiryəkin ümumi təmiz çəkisi külli miqdar təşkil edir. Bununla belə, 26 aprel 2022-ci il № 516-VİQD “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Cinayət Məcəlləsinə yeni məzmunda 234.1-1-ci maddə əlavə edilmiş və sözügedən maddə 20 may 2022-ci il tarixə qüvvəyə minmişdir. İbtidai araşdırma orqanı tərəfindən Səbuhi Mədətzadəyə verilmiş ittihamdan isə görünür ki, o, ittiham olunduğu cinayət əməlini xx.xx.2021-ci il tarixdə törətmişdir. Ona görə də, məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunur. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs oğlu Seymur Mətəd-zadənin “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medallar ilə təltif edilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən olunmamışdır. Beləliklə də, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CMin 234.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Həmin Məcəllənin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında" 25 iyun 2003-cü il tarixli qərarının 1ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. İş materiallarında olan xx.xx.2021-ci il tarixli tələbnamə göstərilmişdir ki, Təqsirləndirilən şəxs Gəncə Şəhər Kəpəz rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-in 76.3.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasının çəkilməmiş 08 (səkkiz) ay 08 (səkkiz) gün hissəsini çəkməkdən vaxtından əvvəl şərti olaraq azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 15.3-cü maddəsinə əsasən, CM-in 234.1-ci maddəsi az ağır cinayətlərin təsnifatına aid edilirdi. CM-in 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. CM-in 83.4-cü maddəsinə əsasən, məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. CM-in 83.6-ci maddəsində göstərilmişdir ki, məhkumluğun ödənilməsi və ya götürülməsi məhkumluqla bağlı olan bütün hüquqi nəticələri ləğv edir. Göründüyü kimi az ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etməyə məhkum edilmiş Təqsirləndirilən şəxs əvvəlki cinayət əməlinə görə cəzadan azad edildiyi gündən, yəni xx.xx.2011-ci il tarixdən iki ildən artıq müddət keçmiş və onun məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmişdir. Məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənildiyi üçün məhkum olunmamış hesab olunur və onun əməlində cinayətlərin residivi mövcud deyildir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir, onun əməlinin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Odur ki, törətdiyi cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi və şəxsiyyəti, həmçinin Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az olmamaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə həbsetmənin əvvəli xx.xx.2021-ci il tarixdən hesablanmaqla Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməli və ona təyin ediləcək cəzanın əvvəli tutulduğu vaxtdan, yəni 22 aprel 2021-ci il tarixdən hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi CPM-in 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, iş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 444,635 qram olan narkotik vasitə tiryək məhv edilməli, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işi materiallarına əlavə edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Məhkəmə tərkibi hesab edir ki, xx.xx.2021-cü il tarixli, 885 nömrəli məhkəmənarkoloji ekspertizasının rəyinə əsasən Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyа xəstəliyindən məcburi müalicə təyin edilməli və o, narkolоji kabinetdə qeydiyyаtа аlınmаlıdır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 22 aprel 2021-ci il tarixdən hesablansın. İbtidai istintaq zamanı keçirilmiş məhkəmə-ekspertizası ilə əlaqədar Təqsirləndirilən şəxs 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş üzrə maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 444,635 qram olan narkotik vasitə tiryək məhv edilsin. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasını əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işi materiallarına əlavə edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində nаrkоmаniyа xəstəliyindən məcburi müаlicə təyin edilsin və o, narkolоji kabinetdə qeydiyyаtа аlınsın. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-12/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-12/2023
26.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver