Məhkəmə qərarları › İş №1(100)-120/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-120/2021

04.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-120/2021 04.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ İş № 1(100)-120/2021 AZƏRBAYCAN RESPUBLİKASİ ADİNDAN X18 Məhkəməsinin HÖKMÜ xx xxxxxx 2021-ci il Gəncə şəhəri X18 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X19 oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi, zərərçəkmiş şəxs X3 və Təqsirləndirilən şəxs iştirakları ilə xx.xx.1967-cı ildə Ağdam rayonu Şotlanlı kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, natamam-orta təhsilli, işləməyən, 2-ci qrup əlil, məhkum olunmamış, Ağdam rayonu Şotlanlı kəndində qeydiyyatda olmaqla Tərtər rayonu Şıxarx qəsəbəsi bina 07, mənzil 09-da yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs, 11 iyul saat 23 radələrində Tərtər rayonunun Yeni Qəsəbə yaşayış massivinin giriş yolunun sol tərəfində yerləşən Ağdam rayonunun Şotlanlı kənd sakini X1 işlətdiyi kafedə sonuncunun ona spirtli içki verməməsi səbəbi ilə Barat Abışovla mübahisə etdikdən sonra onu qorxutmaq niyyəti ilə Tərtər rayonunun Yeni qəsəbə yaşayış massivin giriş yolunda, həmin kafenin qarşı hissəsində öz yaşadığı evdən aldə etdiyi daş baltası yuxarı qaldırılmış vəziyyətdə kafeyə tərəf gedərkən baltanın arxa kəsici olmayan hissəsi ilə onun qanunazidd hərəkətlərinə etiraz edib qışqıraraq ona mane olmaq istəyən X11 ilə mübahisə edib onun başına bir dəfə qəsdən vuraraq ona başın sağ təpə nahiyyəsinin əzilmiş-cırılmış yarası, sağ gicgah sümüyünün xətti sınığı, subaroxnoidal qansızma, boyunun sol yan səthinin qançırı ilə müşaiyət olunan xəsarətlər yetirməklə qəsdən sağlamlığına həyat üçün təhlükəli olan ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki fərdi əməklə məşqul olub muzdlu işlər görməklə özünü dolandırır. xx xxxx 2020-ci il tarixdə yaşdığı binanın arxa tərəfində yerləşən və həmkəndlisi Baratın işlətdiyi kafedə oturub çay içmiş və qutab yemişdir. O qutab yeyəndə istəmişdir ki, pivə içsin və orada Barat ona 3 bakal pivə vermişdir ki, içsin. Sonra isə Barat ona demişdir ki, “3 bakal bəsdir, çox içmə və get evinizdə yat, artıq gecdir”. O Baratın bu hərəkətinə əsəbləş və onunla mübahisə etmişdir. Barat isə kafesində olan taxta parçasını götürərək ona söymüşdür və demişdir ki, “səni döyərəm, get evinizə yat”. O isə əsəbləşərək gedib yaşadığı evdən fərdi işlərdə istifadə etdiyi baltanı götürmüşdür ki, getsin Baratın yanına ki, niyə onu taxta parçası ilə qorxudur, Baratın taxtası varsa, onun da baltası var. Həmin vaxt o ağır sərxoş olmuşdur, həm də Barat ona söydüyü üçün çox əsəbləşmişdir. O binalarının başından çıxaraq Baratı qorxuzmaq üçün əlində baltanı yuxarıda tutaraq hirsli-hirsli Barat tərəf yəni kafesinə getmişdir. Zərərçəkmiş Zərərçəkmiş şəxs həmən vaxt kafeyə satılması üçün qutab gətirmiş və onunla qarşılaşmışdır. İlizə onun əsəbi və əlində balta Barata sarı getdiyini görüb qışqırmağa başlamış və camaatın hadisə yerinə toplanması üçün “qoymayın Baratı vuracaq” deyə haray etməyə başlamışdır. İlizənin bu hərəkətinə əsəbləşmiş, düşünmüşdür ki, İlizənin qışqırmasına görə oraya polislər və digər şəxslər toplanacaq. Bu səbəbdən İlizə ilə mübahisə etmiş və əlindəki balta ilə İlizəni baş nahiyyəsindən vurmuşdur. Məhkəmənin diqqətinə çatdırır ki, zərərçəkmişlə barışmış, onun müalicəsinə pul xərcləyərək maddi yardım edərək xərclərini ödəmişdir. Tutduğu əməldən çox peşmandır və xahiş edir ki, onu bağışalayaraq məsuliyyətdən azad etsinlər. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, X11 ifadəsində göstərmişdir ki, təqaüdçü olsa da sözügedən hadisə baş verənədək öz yaşadığı evdə qutab bişirərək tanışı Baratın yaşadığı evin yaxınlığında yerləşən kafesinə verərək pulunu almışdır. xx xxxx 2020-ci il tarixdə də o eynilə bu cür edərək qutab bişirərək aparıb Baratın kafesinə verəndə qonşu binada yaşayan, hamının “Dəli Qədir” ləqəbli Təqsirləndirilən şəxs oraya gələrək Baratdan içki istəmiş, Barat isə ona içki verməyərək qovmuşdur. Bundan sonra Sərvan söylənə-söylənə çıxıb getmiş, o isə qutabları Barata verərək çıxıb evinə getmişdir. O evinə çatanda yadına düşmüşdür ki, qutabların pulunu Baratdan almamışdır və geri qayıtmışdır ki, Baratdan pulunu alsın. Kafeyə çatanda görmüşdür ki, Təqsirləndirilən şəxs əlində baltanı yuxarı qaldıraraq kafeyə tərəf söylənə-söylənə gedir. O başa düşmüşdür ki, Sərvan Baratla dalaşacaq və onu balta ilə vuracaq. Buna görə də qışqırmişdır ki, “qoymuyun Baratı Qədir vuracaq” və bu zaman Təqsirləndirilən şəxs onunla mübahisə etmiş və ani olaraq dönəndə Sərvan əlindəki balta ilə onun başına vurmuşdur. Bundan sonra camaat oraya cəld şəkildə yığılmış və onu xəstəxanaya aparmışlar, orada Sərvanın qardaşı gələrək müalicəsinə onun adından yardım etmişdir, ailəsi gələrək ondan üzrxaxlıq etmişdir. Buna görə də o əvvəldən ərizə ilə Polis şöbəsinə müraciət etməmişdir, sonra isə müraciət edərək şikayətinin olmamasını qeyd etmişdir. Lakin, Sərvanın ailəsi ona dəymiş maddi ziyanı tam ödəməmişdir. O, hələ də mülicə olunur və xərcləri günü-gündən artır. Həmçinin qeyd etmişdir ki, Təqsirləndirilən şəxsla heç bir ədavət və düşmənçiliyi yoxdur, onlar barışıblar, əvvəllər aralarında münaqişə olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X16 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun doğma qardaşıdır. Onların hər iki valideyini vəfat etmişdir və onlar yəni, özü, qardaşı Sərvan və bacısı Mülayim birlikdə yaşayır. xx xxxx 2020-ci il tarixdə gecə saatlarında o və bacısı Mülayim evdə yatan zaman Sərvan kimisə söyə-söyə evə girərək onun yatdığı qonaq otağından balkona keçərək oradan özünün həmişə fərdi işlərdə istifadə etdiyi daş baltasını götürərək bayıra çıxmışdır. O söyə-söyə daş baltasını götürüb çıxan zaman o Sərvandan nə baş verməsini soruşanda sonuncu demişdir ki, Barat onun üstünə qışqırmışdır, ona söyüşələrini yedizdirəcək. O qardaşının arxasınca çıxanda isə yerə enib binanın arxasına çıxmış və görmüşdür ki, Sərvan qonşu binada yaşayan, usta Elşənin anası və X2 işlətdiyi kafedə işləyən X5 balta ilə vuraraq gedib və camaat ora yığışıb. O tez qaçaraq böyük qardaşı Vəliyəddin Şirinova məlumat vermişdir. Bundan sonra o evə qayıdanda görmüşdür ki, Sərvan evdədir, qorxduğu üçün ona heç nə deməmişdir və soruşmamışdır. O aşağı endikdən sonra balkona çıxaraq görmüş və eşitmişdir ki, o özü gedərək polislərə təslim olmuşdur və baltanın yerini demişdir. O, baxmışdır ki, həqiqətən də o baltanı gətirib yenidən balkonda olan sandıqcaya qoyub və ərizə ilə polis şöbəsinə müraciət edərək onun götürülməsinə razılıq vermişdir. Sonra isə onun da iştirakıyla balta götürülmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş, X13 ifadəsində göstərmişdir ki, X11 onun doğma anasıdır, o da onunla və ailəsiylə birlikdə yaşayır. Anası evdar qadındır, təqaüdçüdür və bəzən evdə qutab bişirərək aparıb qonşuluqda yaşayan Barat Abışovun kafesinə verərək pulunu alır. O cümlədən də xx xxxx 2020-ci il tarixdə o axşam saatlarında dostları ilə rayon ərazisində olarkən həyat yoldaşı ona zəng edərək bildirmişdir ki, saat 23 radələrində anası Zərərçəkmiş şəxs Baratın kafesinə qutabları verib evə qayıdandan sonra evdə deyib ki, pul yadından çıxıb, pulu almaq üçün kafeyə gedir. Bu məqsədlə evdən çıxıb gedib ki, Baratdan pulu alsın. O Baratdan qutabların pulunu alaraq evlərinə qayıdan zaman yolda qonşuluqda yaşayan və hamının Qədir kimi tanıdığı Təqsirləndirilən şəxs əlində daş baltası ilə Baratın kafesinə gedirmiş ki, onunla dalaşsın və ya onu vursun. Həmin vaxt anası evə qışqırıb camaatı çağırdığı üçün Təqsirləndirilən şəxs onunla mübahisə etmiş bu səbəbdən Təqsirləndirilən şəxs əlində olan daş balatasının arxa tərəfi ilə anasının başının arxa tərəfindən vuraraq ona xəsarət yetirmişdir. Sonra isə camaat oraya yığışaraq anasını həkimə aparmışdır. Ona bu xəbər verildikdən sonra o çox əsəbləşmiş və bu barədə Azərbaycan Respublikası DİN-in “102” xidmətinə məlmat vermişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X8 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Tərtər rayonu Şıxarx qəsəbəsi ərazisində kafe işlədir. O Təqsirləndirilən şəxs yaxşı tanıyır, o onun həmkəndlisidir və qohumumdur. Təqsirləndirilən şəxs uşaq yaşlarından travma alaraq ruhi xəstə kimi tanınır və hətta o məktəbə də getməmişdir, həmin vaxtlardan yəni hələ onlar Ağdam rayonu Şotlanlı kəndində yaşadıqları vaxtdan onu elə tanımışdır. Onun ruhi xəstə olmasını bütün Şotlanlı kənd sakinləri, o cümlədən də Tərtər rayonu Şıxarx qəsəbə sakinləri və ümumilikdə Tərtər rayon sakinlərinin əksəriyyəti yaxşı bilirlər. xx xxxx 2020-ci il tarixdə gecə saatlarında yəni, təxminən 22-23 radələrində Sərvan onun işlətdiyi kafeyə gələrək spirtli içki, yəni, pivə istəmişdir. O isə görmüşdür ki, o sərxoşdur və onun ruhi xəstə olmasını bildiyi üçün onu kafedən çıxararaq evlərinə göndərmişdir. Həmçinin, o onu yola salanda o çox sakit idi və ona qarşı heç bir narazılıq etməmişdir. Sonra isə o çıxıb getmişdir və o öz işinə davam etmişdir. Eyni zamanda Zərərçəkmiş şəxs o işlətdiyi kafeyə gedərək ona qutab verərək çıxıb gedir. O Sərvanı evlərinə göndərəndən təxminən yarım saat sonra camaatdan eşitmişdir ki, o balta ilə İlizə Kazkovanın başından vuraraq yaralayıb. Lakin, o işləri olduğu üçün hadisə yerinə gedə bilməmişdir və nə baş verməsini dəqiq bilmir. Həmçinin o qeyd etmişdir ki, Təqsirləndirilən şəxs onun işlətdiyi kafedə içki içəməyib, o gələrək pivə istəmişdir o isə onu mülayimliklə yola salmışdır, lakin onun nə etmək istəməsini bilmir. Həmçinin o onunla mübahisə etməmişdir, Zərərçəkmiş şəxs isə onun kafesində işləmirdi, sadəcə olaraq evində qutab bişirərək gətirib ona verirdi, o isə kafedə sataraq pulunu ona verirdi. Eyni zamanda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə heç bir ədavət və ya düşmənçiliyi yoxdur, aralarında mübahisə və ya münaqişə olmayıb, ola bilsin ki, hadisə təsadüfən və ya ehtiyyatsızlıqdan baş verib. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid X4 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, X12 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, Tərtər RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işləyir. O X10 və tutduğu vəzifədə 2017-ci ildən xidmət edir. Onun fəaliyyət sahəsi rayon ərazisində cinayətkarlığa qarşı mübarizə aparmaqdan ibarətdir və bu məqsədlə də rayon ərzisinə səyyari posta çıxır. O cümlədən xx xxxx 2020-ci il tarixdə də o Tərtər şəhəri ərazisində xidmətdə olmuşam və təxminən saat 23 radələrində mən Tərtər rayonu Yeni Qəsəbə ərazisində xidmətdə olarkən cammat arasında səs-küy yayılmasını və bir nəfər Sərvan adlı şəxsin yaşlı qadını balta ilə vurmasını eşitmişdir. Bu məqsədlə də o oraya yaxınlaşmışdır və çatanda görmüşdür ki, cammat toplaşmışdır, yerdə qan ləkələri var və cammat bildirmişdir ki, hamının “Dəli Qədir” kimi tanıdığı Təqsirləndirilən şəxs əlində olan balta ilə qəsəbə sakini olan İlizə Kakzakovanı bir dəfə vuraraq ona xəsarət yetirmişdir və onu xəstəxanaya aparmışdırlar. Bu məqsədlə də o polis şöbəsinə məlumat vemişdir və Qədir tapmağa çalışarkən görmüşdür ki, o özü oradadır və etmiş olduğu əməli etiraf edərək özü könüllü olaraq polis şöbəsinə gəlməyə razı olmuşdur. Sonra isə əməliyyatistintaq qrupu gələrək hadisə yerini müayinə etmişdir, onlar isə Təqsirləndirilən şəxs izahat verməsi üçün polis şöbəsinə gətirmişdirlər. Həmçinin o qeyd etmişdir ki,Təqsirləndirilən şəxs öz-özünə deyinirdi ki, “bu arvad haradan çıxdı”, Barat allah evini yıxsın” və s. deyərək o qadını vurmaq istəmədiyini, hadisənin necə baş verməsini anlamadığını bildirirdi və o hadisə yerinə çatanda isə ora qaranlıq idi və orada olanlar hamısı, o cümlədən Sərvanda demişdir ki, hadisə zamanı orada yalnız Zərərçəkmiş şəxs ilə ikisi olublar, Zərərçəkmiş şəxsnı isə ümumiyyətlə görməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs X5 Tərtər rayonu “Yeni Qəsəbə”(Şıxarx qəsəbəsi) qəsəbəyə giriş yolunda vuraraq ona xəarət yetirmişdir və hadisə yerində onun həmin cinayət əməlini törətməsinə dəlalət edən qan gölməçələri aşkar olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs X6 xəsarət yetirmiş olduğu daş baltası onun qardaşı X16 tərəfindən təqdim olunmaqla onun yaşadığı evdən götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2020-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə- tibbi ekspertizasının xx xxxxxx 2020-ci il tarixli 276 nömrəli rəyindən görünür ki, X3 tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- başın sağ təpə nahiyyəsinin əzilmişcırılmış yarası, sağ gicgah sümüyünün xətti sınığı, subaroxnoidal qansızma, boyunun sol yan səthinin qançırı küt əşyanın təsrinindən törənmişdir, müddəti xx.xx.2020-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərəvurmaya aiddir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Tərtər rayon polis şöbəsinin rəis müavini, polis polkovnik-leytenantı İlqar Fərəcovun xx.xx.2020-ci il tarixli məktubundan görünür ki ki, Tərtər rayon polis şöbəsinin CAB-dən daxil olmuş məktuba əsasən keçirilən əməliyyat axtarış tədbirləri zamanı məlum olmuşdur ki, Təqsirləndirilən şəxs X11 ilə heç bir ədavət və düşmənçilyi yoxdur, xx xxxx 2020-ci il tarixdə o X6 əlində olan daş baltası ilə bir dəfə vuraraq xəsarət yetirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxxx 2020-ci il tarixli “Qətimkan tədbiri seçmək haqqında” qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxxx 2020-ci il tarixli 1311 saylı Qaçqınların və Məcburi köçkünlərin işləri üzrə Dövlət komitəsinin Tərtər rayon üzrə baş məsləhətçisi M.S.Nəzərov tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Ağdam rayonundan məcburi köçkündür. Tərtər rayonu “Yeni Qəsəbə” də bina 7 mənzil 9-da müvəqqəti qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxxx 2020-ci il tarixli 945 saylı Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Tərtər Rayon Mərkəzi Xəstənası” tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Tərtər MRX-nın ruhi-əsəb kabinetinə müraciət etməmiş və dispanser müşahidəsində dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxxx 2020-ci il tarixli 381 saylı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi “Ağdam rayon Mərkəzi Xəstəxanası” X25 tərəfindən verilmiş tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs Ağdam RMX X25n poliklinika şöbəsinin narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam RİHB-nın Nəmirli kənd İƏD üzrə nümayəndəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ərazidə qeydiyyatda olduğu müddətdən bu günə qədər ruhi xəstə olduğu məlumdur. Təqsirləndirilən şəxs haqqında ərazi nümayəndəliyində heç bir narazılıq yaradan ərizə və şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxxx 2020-ci il tarixli 927 saylı X28 Dispanseri tərəfindən verilmiş məktubdan görünür ki, Təqsirləndirilən şəxs X28 Xəstəlikləri Dispanserində dispanser müşahidəsində deyil. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-psixatrik və psixoloji ekspertizası üzrə Azərbaycan Respublikası Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx xxxxxxxx 2020-ci il tarixli, 526/236 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədən zaman öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək,öz hərəkətlərini ölçüb-biçmək və onları icra etmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. Təqsirləndirilən şəxs əməli AR CM-in 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hazrıda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxxx 2020-ci il tarixli “Əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs X6 xəsarət yetirmiş olduğu və Təqsirləndirilən şəxs yaşadığı evin balkonundan baxış keçirilərək götürülmüş bir ədəd daş baltası maddi sübut hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 126.1-ci maddəsi ilə yenidən ittiham elan olunmasına və barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbirinin nəzərə alınmasına, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxs X6 xəsarət yetirdiyi bir ədəd daş baltasının xx.xx.2020-ci il tarixli qərarla maddi sübut hesab edilərək saxlanılması üçün rayon PŞ-nin saxlanc anbarına təhvil verilməsinin nəzərə alınmasına dair qərar qəbul edilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında isə 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslə barışmasını, dəymiş ziyanı qismən ödəməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (zərərçəkmiş şəxslə barışıq əldə edilməsi,) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanın təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbs edilməli, barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs da törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs X6 xəsarət yetirdiyi bir ədəd daş baltası maddi sübut hesab edilərək saxlanması üçün rayon Tərtər rayon Polis Şöbəsinin saxlanc anbarına təhvil verilmişdir. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən Tərtər RPŞ-də məsul saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs X6 xəsarət yetirdiyi bir ədəd daş baltası qanuni sahibinə qaytarılmalı, qəbul etməkdə imtina edilərsə məhv edilməlidir. Bundan əlavə cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Tərtər rayon vəkil Bürosunun vəkil X14, cinayət işinin məhkəmə istintaqı zamanı isə Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə x xxx 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 17 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X7 işlədiyi Tərtər rayon vəkil Bürosunun hesabına 102 manat məbləğində, Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin başlanğıcı xx xxxxxx 2021-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab və Tərtər RPŞdə məsul saxlanc yerində saxlanılan Təqsirləndirilən şəxs zərəçəkmiş şəxs X6 xəsarət yetirdiyi bir ədəd daş baltası qanuni sahibinə qaytarılsın, qəbul etməkdə imtina edilərsə məhv edilsin. Təqsirləndirilən şəxs göstərilmiş 17 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən X7 işlədiyi Tərtər rayon vəkil Bürosunun hesabına 102 (yüz iki) manat məbləğində pul köçürülsün. Təqsirləndirilən şəxs göstərilmiş 15 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində X18 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Elmin Rüstəmov (sədrlik edən) Faiq Mahmudov Xəqani Səmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar