Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-120/2022 14.04.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, zərərçəkmiş şəxsin nümayəndəsi X9, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi1 iştirakları ilə xx.xx.1982-ci ildə Gədəbəy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Gədəbəy rayonunun Daryurd kəndində yaşayış yeri üzrə qeydiyyatda olan və həbs edilənədək qeyd olunan ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Şamilov X8 rayonunun Daryurd kəndində yerləşməklə uzun müddət istifadəsində olmuş torpaq sahəsinin kənarlarına dayısı oğlu və qonşusu olan Zərərçəkmiş şəxs ilə sonuncunun atası X13 tərəfindən çəkilmiş çəpərin sökülməsi ilə bağlı 05 iyun 2021-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayonunun Daryurd kəndi ərazisində yaşadığı evin qarşısında olan küçədə şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və münaqişə zamanı Zərərçəkmiş şəxs əlində olan istintaqa məlum olmayan kəsici-deşici alətlə ona sol əlinin 1-2-ci barmaq arası nahiyyəsi və sol əlinin ikinci barmağının səthi kəsikləri ilə nəticələnən sağlamlığına zərər vurmadığı üçün dərəcəsi təyin edilməyən xəsarətlər yetirməsinə hiddətlənərək həmin kəsici-deşici aləti əlindən alıb Zərərçəkmiş şəxs qəsdən vuraraq ona sağ bazunu dəlib keçən, döş qəfəsinin sağ yan səthinin daxilə keçməyən müştərək deşilmiş-kəsilmiş yaraları kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül zərərmaya aid, travmatik və hemorragik şokla, hemopnevmatoraksla, sol ağciyərin və bronxun zədələnməsi, daxili qanaxma ilə müşaiyət olunan döş qəfəsinin sol arxa-yuxarı nahiyyəsinin daxilə keçən deşilmiş-kəsilmiş yarası ilə nəticələnən xəsarətlər yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Daryurd kəndində yaşayır. Ailəlidir, dörd övladı var. X13 dayısı, Zərərçəkmiş şəxs isə dayısı oğludur. Eyni zamanda onlarla Gədəbəy rayonu Daryurd kəndində qonşudur. Onların heç biri ilə əvvəllər düşmənçilik və ədavətləri olmamışdır. Anarla son 2 ildə münasibətləri soyuq olmuş, onunla küsülü olmuşdur. Surxay Məhərrəmovla isə münasibətləri hadisə baş verənə qədər yaxşı olmuşdur. Zərərçəkmiş şəxs və Surxay Məhərrəmov hadisə baş verməmişdən təxminən 15-20 gün əvvəl yaşadığı evin qarşı tərəfində ona məxsus olan ərazi ilə Anara məxsus olan ərazinin arasında olan ağacları dəmir trosla çəpərləmişlər. Çəpərləmə zamanı ona aid olan əraziyə girərək onun yerinin sahəsini azaltmışdılar. Bu ona xoş gəlməmiş və dayısı Surxay Məhərrəmovdan həmin tros çəpəri söküb öz ərazisinə aid olan hissədən çəkməsini xahiş etmişdir. Surxay Məhərrəmov telefon danışığı zamanı onun xahişini qəbul edərək çəpəri sökəcəyini bildirmişdir. Lakin 10-15 gün vaxt keçməsinə baxmayaraq çəpəri sökməmişlər. Ona görə də o, 05 iyun 2021-ci il tarixdə axşam saatlarında yenidən Surxaya zəng edib həmin çəpərin sökülməsini bir daha xahiş etmişdir. Telefon danışığı zamanı Surxay Məhərrəmov əvvəlcə “yer sənindir, istirsən ağacı kəs apar” demişdir. Sonra isə “mən həmin ərazini Anara vermişəm, özünüz bilərsiniz, mənlik deyil” demişdir. Bir neçə dəqiqə sonra Anarla küsülü olduğuna görə onun böyük qardaşı Şahid5 zəng edib hal-əhval tutub xahiş etmişdir ki, Anara həmin çəpəri sökməsini tapşırsın. Həmin vaxt Anar Arizlə bir yerdə olmuş, Arizlə bir qədər danışdıqdan sonra sonuncu telefonu Anara verib ona bildirmişdir ki, Anarı özü başa salsın. Telefon danışığı zamanı ilk öncə Anar ondan nə baş verdiyini soruşmuş və o, çəpəri sökməyi Anardan xahiş etmişdir. Anar onunla kobud danışaraq çəpəri sökməyəcəyini, həmin yerin ona aid olmadığını bildirmiş və bununla bağlı aralarında sözlə mübahisə yaranmışdır. Həmin vaxt Anar ona “gözlə gəlirəm söhbət edərik” demişdir. Telefon danışığından təxminən 20-25 dəqiqə sonra Zərərçəkmiş şəxs özünə məxsus VAZ 2106 markalı avtomobil ilə işdən evlərinə gəlib avtomobilini həyətinə salmışdır. Həmin vaxt o, evlərinin qarşısında küçədə qaz borusunun üstündə oturub həmkəndlisi Şahid3la söhbət edirmiş. Zərərçəkmiş şəxs atası Surxay Məhərrəmovla küçəyə çıxaraq bir qədər onun evi tərəfə addımlayaraq məhlələrində olan köhnə avtobusun arxa tərəfindən onun evinə tərəf keçdikdən sonra Anar onu səsləyib çağırmışdır. O, Anara cavab verdikdən sonra sonuncu “gəl görüm nə deyirsən” demişdir. Şahid3 “5 dəqiqə burada gözlə, söhbət edib gəlirəm” deyib Anargilə tərəf addımlamağa başlamışdır. Eyni zamanda Anar və Surxay Məhərrəmov da ona tərəf addımlayıb dayanmışlar. Onlara çatan zaman artıq Surxay Məhərrəmov qaz borusunun üstündə oturmuş və əlində lapatka olmuşdur. Zərərçəkmiş şəxs isə Surxayın qarşısında üzü ona tərəf ayaq üstə dayanmışdır. Onlara çatıb “axşamınız xeyir” demişdir. Anar ondan kobud formada nə baş verdiyini soruşmuşdur. O, Anara bildirmişdir ki, həmin yer ona məxsusdur və oradan çəkdiyi çəpəri söksün. Anarla bu barədə 5-6 dəqiqə söhbət etsələr də Anar onunla razılaşmayaraq kobud formada danışığına davam etmişdir. Həmin vaxt Anarla aralarında əlbəyaxa çəkişmə başlamışdır. Anarla çəkişə-çəkişə bir qədər küçənin əks tərəfinə doğru keçmişlər. Hər ikisi yarıyıxılı vəziyyətə gəlsə də heç biri tam yıxılmamışdır. Həmin vaxt hər ikisi ayaq üstə qalxmağa çalışırmış. O, bir qədər özünü dikəltməyə çalışan zaman kiminsə onu arxadan küt alətlə vurduğunu hiss etmişdir. Özünü toparlayıb geriyə baxan zaman Surxay Məhərrəmovun əlində lapatka onun arxa tərəfində ayaqüstə dayandığını görmüşdür. Başa düşmüşdür ki, Surxay əlindəki lapatka ilə onu arxadan vurub. Yenidən Anarla çəkişməyə davam edərək bir-birinin ayağa qaxlmasına maneçilik törətmişlər. Həmin vaxt Zərərçəkmiş şəxs həyat yoldaşı Şahid2 əlində ağac parçası ilə onların yanına çatmışdır. Şahid2 onlara çatan kimi əlindəki ağac parçası ilə onun başının və bədəninin müxtəlif yerlərinə vurmağa başlamışdır. Belə olduqda o, var gücünü toplayaraq ayağa qalxmağa başlamışdır. Onların çox olduğunu görmüş və onlarla tək bacara bilməyəcəyini düşünüb hadisə yerindən qaçmağa çalışsa da Zərərçəkmiş şəxs onu tutub saxladığına görə hadisə yerini tərk edə bilməmişdir. Zərərçəkmiş şəxs əlindən çıxmağa çalışarkən onunla əlbəyaxa çəkişməni davam etdirmişdir. Həmin vaxt əllərinin və çənisinin altının kəsildiyini hiss etmişdir. Zərərçəkmiş şəxs əlinə diqqətlə baxanda onun əlində 15-16 sm uzunluğunda kəsici alətin olduğunu görmüşdür. Lakin hava qaranlıq olduğu üçün həmin kəsici alətin konkret nə olduğunu bilməmişdir. Onların onu öldürəcəyini düşünüb həyəcanlı halda var gücünü toplayaraq Zərərçəkmiş şəxs sağ əlini arxaya qatlayıb biləyini burub sonuncunun əlində olan kəsici aləti onun əlindən almışdır. Zərərçəkmiş şəxs özündən uzaqlaşdırmaq üçün özünü müdafiə edərək həmin kəsici alətlə onun bədəninin sol hissəsindən bir neçə zərbə endirmişdir. Zərərçəkmiş şəxs zərbələrin təsirindən bir qədər ondan arxaya çəkildiyini görüb həmin kəsici aləti hadisə yerində ataraq evi istiqamətinə qaçaraq öz həyətlərinə girmişdir. Həmin vaxt Şahid3 hadisədən əvvəl oturduqları yerdə qaz borusunun üstündə oturmuşdur. O, qaçaraq öz həyətlərinə girdiyinə görə Şahid3 yerindən qalxıb ona yaxınlaşıb üst-başının qan içində olduğunu görüb həyəcanlı halda ondan nə baş verdiyini soruşmuşdur. O, hadisə barədə qısa olaraq Vaqifə məlumat vermişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu, Daryurd kəndində yaşayır. "xxxx" Şirkətinin Gədəbəy rayon filialında sürücü işləyir. Təqsirləndirilən şəxs onun bibisi oğludur. Əvvəllər aralarında narazılıq olsa da, düşmənçilik və ədavətləri olmamışdır. Təqsirləndirilən şəxs bir neçə dəfə barəsində şikayət xarakterli həqiqətə uyğun olmayan ərizələr yazdığına görə 2 ildən artıqdır ki, onunla küsülüdür. 05 iyun 2021-ci il tarixdə təxminən saat 20 radələrində qardaşı Şahid5la birlikdə işdən evə qayıdan zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən Arizin istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə zəng etmişdir. Telefon danışığı zamanı Ariz Elməddinə “yekə oğlansan orda nə var ki, ondan ötrü arada narazılıq yaradırsan” demişdir. Həmin vaxt avtomobili dayandırıb Elməddinin dediklərinə qulaq asan zaman barəsində nalayiq söyüşlər söydüyünü eşitmişdir. Dərhal telefonu qardaşı Arizdən alıb Elməddinə cavab vermişdir. Elməddinə “yekə oğlansan bu nə hərəkətdir, adam-adama nə qədər ilişər” demişdir. Elməddin isə yenidən nalayiq söyüşlər söyərək məhləsinin ətrafına çəkdiyi çəpəri sökməyi tələb etmişdir. Elməddin bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə sahiblik etmək istədiyinə görə məhləsinin ətrafına çəkdiyi çəpəri sökməyi ondan tələb etmişdir. Telefon danışığı zamanı Elməddin söyüb onu gözlədiyini demişdir. Qardaşı Şahid5 Alnabad kəndinə yaşadığı evə düşürdüb atası Surxay Məhərrəmova zəng edib “bacın oğlu Elməddin mənimlə boş yerə münaqişə yaradır, gəl onu başa sal” demişdir. Sonradan bilmişdir ki, X11 da zəng edib sonuncunun onun yaşadığı evə gəlib-gəlməyəcəyi soruşmuş, Surxay Məhərrəmov isə Elməddinə gəlməcəyini bildirmişdir. Elməddingil onunla qonşuluqda yaşayır. Surxay Məhərrəmovun yaşadığı ev onun yaşadığı evdən təxminən 500-600 metr məsafədə yerləşir. Elməddin telefon danışığı zamanı Surxaya onun barəsində nalayiq ifadələr işlətməklə onu hədələmişdir. Surxay Məhərrəmova zəng edib bu barədə telefonda danışdıqdan sonra sonuncu küçəyə çıxmış və birlikdə yaşadığı evə gəlmişlər. Evinin qarşısına çatan zaman Təqsirləndirilən şəxs onun darvazasının yaxınlığında olan köhnə avtobusun arxa tərəfində olmuş, qonşusu Şahid3 isə avtobusun arxasında qaz borusunun üstündə oturmuşdur. İdarə etdiyi VAZ-2106 markalı, **-EK-*** dövlət nömrə nişanlı avtomobilini yaşadığı evin həyətində saxlayıb evə keçmək istəyən zaman Təqsirləndirilən şəxs onun darvazasına yaxınlaşıb küçəyə çağırmışdır. Küçəyə çıxıb Elməddinə yaxınlaşan zaman Şahid3 da onun darvazasına yaxınlaşdığını görmüşdür. Həmin vaxt Vaqif avtobusun qabaq tərəfində olmuşdur. Qəflətən Şahid3 onu arxa tərəfdən qucaqlamış və Elməddin onun döş qəfəsinin sol tərəfinə yumruq atmışdır. Geriyə çevrilib Vaqifin əlindən çıxan zaman Elməddin yumruqla sağ qolundan vurmuşdur. Həmin vaxt sol əli ilə Elməddinin boğazından yapışıb onu yerə yıxmışdır. Şahid3 yenidən onu arxa tərəfdən tutub özünə tərəf çəkməyə başlamışdır. Həmin vaxt Elməddin yerdən qalxıb yenidən onun sol tərəf döş qəfəsindən vurmuşdur, çevrilib qalxmaq istəyən zaman isə kürəyinin sol tərəfindən vurmuşdur. Həmin vaxt atası Surxay Məhərrəmov darvazanın qarşısına çıxıb onları görmüşdür. Surxay Məhərrəmova “qoyma, bunlar birləşib məni öldürür” demişdir. Surxay qaçaraq onlara yaxınlaşan zaman Vaqif “mən heçnə etmirəm, mən onları aralayıram” deyib qaçmışdır. Vaqif qaçdıqdan sonra Elməddini sol əli ilə yaxasından tutub yərə yıxmış və “bu nə hərəkətdir edirsən” demişdir. Sol əli ilə Elməddinin yaxasından tutub onun sinəsinə çökmüşdür. Həmin vaxt Elməddinin sağ əlində təxminən 15 sm uzunluğunda yastı yiyədən hazırlanmış ucu biz şəkildə olan hərtərəfi itilənmiş kəsici alətin olduğunu görüb başa düşmüşdür ki, Elməddin onu həmin alətlə vurub. Elməddin onu vuran zaman əlində həmin alətin olduğunu hiss etməmişdir. Həmin kəsici aləti Elməddinin əlindən aldıqdan sonra Elmədinin vurduğu yerlərdən qan süzüldüyünü görmüş və başa düşmüşdür ki, hadisə zamanı Elməddin onu həmin kəsici alətlə vurub. Həmin vaxt həyat yoldaşı Şahid2 oraya gəlib həmin kəsici aləti onun əlindən alıb qorxulu-qorxulu Elməddingilin məhləsinə tərəf atmışdır. Aygün əlində olan rəng çəkmək üçün istifadə olunan taxta materialdan olan roliklə Elməddini vurmuşdur. Həmin vaxt huşunu itirdiyinə görə Aygünün Elməddini harasından vurduğunu dəqiq görə bilməmişdir. Hadisə ümumilikdə 2-3 dəqiqə davam etmişdir. Elməddinin ona kəsici alətlə zərbələr endirməsi isə təxminən 1 dəqiqə ərzində baş vermişdir. Elməddinin ifadəsində göstərdikləri yalandır. Hadisədən əvvəl Elməddin onu çağırıb küçəyə çıxarmışdır. Küçəyə çıxdıqdan sonra Şahid3 onu arxadan tutmuş, Elməddin isə əlindəki kəsici alətlə ona zərbələr endirmişdir. Surxay Məhərrəmov hadisə yerinə sonradan gəlmiş və həmin vaxt Vaqif oradan qaçmışdır. X12 ağacla vurmamışdır. Həmin kəsici aləti oraya Elməddin gətirmişdir. Həmin kəsici aləti Elməddinin əlindən alan zaman sonuncunun əlinin kəsildiyini zənn edir. Şahid2 hadisə yerinə sonradan gəlmiş və əlində olan rəng çəkmək üçün istifadə olunan taxta materialdan olan roliklə Elməddini vurmuşdur. Vaqifin də ifadəsində göstərdikləri yalandır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X13 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Daryurd kəndində yaşayır. Qonşusu Şahid3la iki ildir ki, onun və oğlu Zərərçəkmiş şəxs barəsində böhtan xarakterli şikayətlər etdiyi üçün aralarında ədavətləri vardır. Təqsirləndirilən şəxs bacısı oğlu olmaqla yanaşı həmdə qonşusudur. Məhlələri arasında olan çəpəri iribuynuzlu heyvanlar aşırtdığına görə oğlu Anarla birlikdə həmin çəpərin üstündən 8 cərgə tros çəkib aranı bağlamışlar ki, heyvanlar keçməsin. Həmin ziddiyyətli ərazi bələdiyyənin balansındadır. Heyvanların uçuruma getməməsi üçün Elməddinin atası Mehmanın xahişi ilə Elməddinin qoruduğu bələdiyyə torpağında təxminən 4 metr əraziyə də tros çəkmişdir. Elməddin həmin yerə tros çəkildiyinə görə narazı qalmışdır ki, guya o həmin yeri özəlləşdirmək istəyir. Belə bir fikrinin olmadığını deyib trosu sökəcəyini bildirmişdir. 05 iyun 2021-ci il tarixdə Elməddin telefon vasitəsi ilə zəng edib Anara qarşı nalayiq söyüşlər söyərək sonuncunu hədələmişdir. Elməddinə bildirmişdir ki, növbəti gün çəpəri sökəcək, yaxud da özü söksün. Elməddinlə telefon danışığından 15 dəqiqə sonra Zərərçəkmiş şəxs zəng edib Elməddinin zəng edərək onu narahat etdiyini bildirmiş və sonuncunu başa salmasını xahiş etmişdir. Həmin vaxt Daryurd kəndindəki ata yurdunda məhlədə işləyirmiş. Telefon danışığından sonra küçəyə çıxmış və işdən evə qayıdan Anarın VAZ-2106 markalı avtomobili ilə sonuncunun evinə getmişlər. Çatarkən Şahid3 və Elməddini küçədə Anarın evinin yaxınlığında görmüşdür. Maşından düşərkən Elməddin küçədən Anarı səsləyib çağırmışdır. Vaqiflə küsülü olduğuna görə həyətdən çıxmamış, Anar isə küçəyə onların yanına getmişdir. Təxminən 2 dəqiqə sonra küçədən dava-dalaş səsi eşidib küçəyə baxmışdır. Həmin vaxt Şahid3 Anarın qollarını arxadan tutub saxladığını, Elməddinin isə Anarı sağ əli ilə vurduğunu görmüşdür. Dərhal həyətdən ağac parçası götürüb onların yanına qaçmışdır. Vaqif “mən dalaşmıram” deyib Elməddingilin evinə tərəf qaçmışdır. Təxminən 10 metr Vaqifin arxasında qaçıb çata bilməyəcəyini görüb Anarla Elməddini ayırmaq üçün geri qayıtmışdır. Həmin vaxt Şahid2 da əlində ağac parçası ilə oraya çatmışdır. Elməddin və Anar yerə yıxılmış halda bir-birini döyürmüşlər. Elməddin onun çatdığını görüb yerdən qalxıb qaçmışdır. Anara yaxınlaşan zaman qan içində olduğunu görmüşdür. Anar Elməddinin onu bıçaqla vurduğunu bildirmişdir. Elməddinin Anarı bıçaqla vurduğunu görməmişdir. Hava qaranlıq olduğuna görə uzaqdan Elməddinin Anarı yumruqla vurduğunu zənn etmişdir. Anar sonradan Elməddinin onu bıçaqla vurduğunu bildirmişdir. Dərhal Anarı digər oğlu Arizlə birlikdə həkimə çatdırmışlar. Küçəyə çıxan vaxt Vaqifin Anarın arxadan qollarını tutduğunu, Elməddinin isə Anarın qabağında dayanıb sağ əli ilə onu vurduğunu görmüşdür. Sonradan Anarı qan içində görən zaman Elməddinin onu bıçaqla vurduğunu başa düşmüşdür. Lapatka ilə Elməddini vurmamışdır. Həmin kəsici aləti Elməddin özü ilə gətirib Anarı vurmuşdur. Həmin kəsici aləti Anar Elməddinin əlindən alıb kənara atmışdır. Bu barədə Anar xəstəxanaya gedərkən yolda məlumat vermişdir. Şahid2 Anarı qan içində görən zaman onları ayırmaq üçün Elməddini bir neçə dəfə ağacla vurmuşdur. Hadisə təxminən 5 dəqiqə davam etmiş və oraya kənar şəxslər toplaşmamışdır. Hadisə vaxtı bıçağı görməmiş, davadan sonra Elməddinin Anarı bıçaqla vurduğunu bilmişdir. X25 küçəyə çağırmışdır. Səs küyə çıxan zaman artıq onlar dalaşırmışlar. Elməddinin lapatka ilə vurmamışdır. Hadisədə istifadə olunan kəsici alət kustar üsulla Şahid3 evində hazırlanmışdır. Həmin kəsici aləti Vaqif və Elməddin yastı yiyə materialından hazırlamışlar. Onlar hadisəni törətmək üçün əvvəlcədən hazırlaşıb Anarın evdə olub-olmadığını yoxlamışlar. Hadisə günü də Elməddin zəng edib harada olduğunu, Anarın evə gəlib-gəlmədiyini ondan soruşmuşdur. Hadisə zamanı Şahid2 Anarla Elməddin çəkişən zaman bıçağı onların əlindən alıb Elməddingilin məhləsinə atmış ki, bədbəxt hadisə baş verməsin. Bunları Aygün sonradan bildirmişdir. Həmin bıçağı və hadisə zamanı Elməddinin əynində olan hərbi buşlatı oradan Vaqifin arvadı Elnarə götürmüşdür. Anarı xəstəxanaya apardıqdan sonra Aygün Elnarənin hadisə yerində fanarla işıq salıb oranı axtardığını görmüşdür. Aygün Elnarənin oradan Elməddinin əynində olan buşlatı tapıb götürdüyünü görmüş, lakin kəsici aləti götürdüyünü görməmişdir. Hesab edir ki, həmin kəsici aləti Elnarə əri Vaqifi məsuliyyətdən azad etmək üçün götürüb izi itirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs həyat yoldaşıdır. Təqsirləndirilən şəxs və Şahid3 qonşularıdır. 05 iyun 2021-ci il tarixdə təxminən saat 20:30-da Zərərçəkmiş şəxs işdən evə gələrkən küçədən Təqsirləndirilən şəxs Anarı səsləyib çölə çağırmışdır. Həmin vaxt Şahid3 da Elməddinin yanında olmuşdur. Anar küçəyə çıxmamışdan əvvəl ona evə keçməyini demişdir. Pilləkənin ayağında dayanıb xəlvətcə onların nə etdiyini izləməyə başlamışdır. Anar küçədə onlara yaxınlaşan zaman Vaqif Anarın qolunu arxadan tutmuş, Elməddin isə Anarı vurmağa başlamışdır. Elməddin sağ əlində olan açıq rəngli tutacaq yeri yumru formada olan bir alətlə əvvəlcə Anarın sol çiyninə zərbə endirmişdir. Daha sonra X26 yerə yıxmışlar. Elməddin Anar yıxıldıqdan sonra yerdə həmin alətlə sonuncunun sağ qoluna zərbə vurmuşdur. Növbəti dəfə vurmaq istəyəndə özünü çatdırıb əlində olan ağac parçası ilə Elməddinin arxadan başına zərbə vurmuşdur. Elməddini ağacla vurduqdan sonra sonuncu Şahid3la birlikdə oradan qaçmışdır. Elməddinin dedikləri yalandır. Anarı Elməddin çağırıb küçəyə çıxarmışdır. X6 lapatka ilə vurduğunu görməmişdir. Dava zamanı həmin kəsici aləti Elməddin kurtkasının qolundan çıxartmışdır. Lakin sağ və ya sol qolunda olduğunu dəqiq xatırlamır. Hadisədən sonra uşaqlarını və ruhi xəstə qaynası Tamaranı evdən çıxarıb qapılarını bağlayıb küçə ilə üzü aşağı qaynı Arizgilin evinə tərəf getməyə başlamışlar. Təxminən evlərindən 20 metr aşağıda, Vaqifgilin evinə çatmamış küçədən Sevərin oğlu Asimin UAZ vilis markalı avtomobili ilə keçdiyini görmüşdür. Əl edib Asimi saxlatmış və onları Arizgilə aparmağı xahiş etmişdir. Asim avtomobilini geriyə döndərən zaman avtomobilin işığı küçəyə düşmüşdür. Həmin vaxt Şahid3 arvadı Elnarə kimi tanıdığı Qaragözün onların evinin darvazasının qabağında olduğunu görmüşdür. Sürücü Asim “minin maşına gedək” dediyi üçün avtomobilə minmiş və daha orada Qaragözün nə etdiyini görməmişdir. Sadəcə olaraq Qaragözü hadisənin baş verdiyi yerdə görmüş və onu çağırıb “orada nə axtarırsan” demişdir. Qaragöz cavab verməmişdir. Zənn edir ki, Qaragöz Həmzəyeva orada hadisə zamanı Elməddinin Anarı vurduğu kəsici aləti axtarırmış. Həmin kəsici alət hal-hazırda tapılmadığı üçün zənn edir ki, onu ya Qaragöz Həmzəyeva götürmüş, ya da sonradan Elməddingilin ailəsindən kimsə götürmüşdür. Təqsirləndirilən şəxs ifadəsində hadisə zamanı istifadə olunan kəsici aləti Anarın gətirdiyini, ona xəsarət yetirdikdən sonra həmin kəsici aləti Anarın əlindən alıb Anarı vurduğu ilə bağlı dedikləri yalandır. Hadisə yerinə çatanda Anarla Elməddin çəkişirmişlər. Həmin kəsici alətin tutacaq yeri Elməddinin əlində olmuşdur. Kəsici hissəsini isə Anar sağ əli ilə tutub Elməddinin əlindən almağa çalışırmış. Anar kəsici aləti Elməddinin əlindən almışdır. Həmin kəsici alət Elmədinin əlində olmuşdur. Lakin hadisə zamanı Elməddinin həmin kəsici aləti haradan çıxartdığını görməmişdir. X14 həmin kəsici aləti gödəkçəsinin qolundan çıxartdığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu Daryurd kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, ikinci qrup əlildir, təqaüdçüdür. X13, Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs tanıyır, hər üçü Gədəbəy rayonu, Daryurd kəndində onunla qonşuluqda yaşayır. Surxay Məhərrəmov dəfələrlə barəsində böhtan xarakterli şikayətlər etdiyinə görə aralarında narazılıq yaranmışdır. 2021-ci ilin may ayında Daryurd kəndində Surxay ona sərxoş halda nalayiq söyüşlər söydüyünə görə aralarında sözlə mübahisə yaranmışdır. Bununla bağlı Surxayla aralarında ədavətləri vardır. Anar və Elməddinlə isə aralarında heç bir düşmənçilik və ədavət yoxdur. 05 iyun 2021-ci il tarixdə saat 20 radələrində çöldən gələn heyvanlarını qarşılamaq üçün Daryurd kəndində Elməddingilin evinin qarşısında gözləyirmiş. Həmin vaxt Təqsirləndirilən şəxs da orada olmuşdur. Surxay Məhərrəmov və Zərərçəkmiş şəxs oraya gəlib Elməddini çağırmışlar. Təxminən 20-25 metr məsafədə dayanıb öz aralarında sözlə mübahisə etməyə başlamışlar. Onlar danışa-danışa Anargilin evi tərəfə getmişlər. Onların arasında şəxsi söhbətlərinin ola biləcəyini düşünmüş, həmçinin Surxayla ədavəti olduğuna və Surxayın böhtançı adam olduğuna görə onlara tərəf getməmişdir. Onlara tərəf baxmadan heyvanlarını gözləmişdir. Lakin onların səsindən eşidib bilmiş ki, sözlə mübahisə edirlər. Təxminən 5 dəqiqədən sonra Təqsirləndirilən şəxs evlərinə gələn zaman onun sağ qulağının arxasından qan axdığını, əynindəki paltarının qan olduğunu görmüşdür. Elməddindən nə baş verdiyini soruşan zaman “bu məsələ qurtardı” demiş və evlərinə getmişdir. Surxayla ədavəti olduğuna görə Elməddingilin evinə girməmiş və heyvanlarının dalınca getmişdir. Surxay Məhərrəmovun DİN-in 102 xidmətinə müraciətində nəzərdə tutduğu Vaqif adlı şəxs özüdür. Lakin Zərərçəkmiş şəxs bıçaqla vurmamış, eyni zamanda onunla aralarında hər hansı bir dava olmamışdır. Surxay Məhərrəmovla aralarında ədavət olduğuna görə onun barəsində qərəzli olaraq şikayət etmişdir. Elməddinin Anarı bıçaqla vurub-vurmadığını, həmçinin Elməddinin əlində bıçaq olduğunu görməmişdir. Çünki hadisə zamanı onlardan təxminən 20- 25 metr aralıda olmuşdur. Surxay Məhərrəmovun və Şahid2 verdiyi ifadə tamamilə yalandır. Surxay Məhərrəmov onunla ədavətli olduğu üçün belə bir ifadə verib və gəlini Aygünü də qabaqcadan öyrədərək onun barəsində yalan ifadə verməyə məcbur etmişdir. Hadisə baş verən zaman onların yanında olmamışdır, eyni zamanda Anarın qolundan tutub Elməddinə vurmaq üçün şərait yaratmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Gədəbəy rayonu Daryurd kəndində yaşayır. Geotek şirkətinin Gədəbəy rayon filialında sürücü vəzifəsində işləyir. Zərərçəkmiş şəxs qardaşı, Təqsirləndirilən şəxs isə bibisi oğludur. 05 iyun 2021-ci il tarixdə saat 20:00-da işdən çıxıb qardaşı Zərərçəkmiş şəxsla birlikdə Anarın VAZ-2106 markalı avtomobili ilə evlərinə gedirmişlər. Yolda Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək “qardaşın Anar niyə çəpəri mənim ağacımın yanından çəkib” demişdir. Orada ciddi məsələnin olmadığını, Anarın heyvanların bir-birinin məhləsinə keçməməsi üçün oradan çəpər çəkdiyini bildirmişdir. Eyni zamanda Elməddinə atası Mehmanın razılığı ilə Anarın çəpəri oradan çəkdiyini bildirmişdir. Həmin vaxt telefon danışığı zamanı Elməddin Anarın və öz atası Mehmanın ünvanına nalayiq söyüşlər söyməyə başlamışdır. Anar Elməddinin telefonda söyüş söydüyünü eşitmiş və telefonu ondan almışdır. Telefon danışığı zamanı Elməddinin Anara nə dediyini bilməmişdir. Anar isə Elməddinə yolda olduğunu və evə getdiyini bildirmişdir. Yaşadığı ev Anarın yaşadığı evdən təxminən 1 km məsafədədir. Alnabad kəndində öz yaşadığı evin qarşısında avtomobildən Anarla sağollaşıb düşmüş və evinə getmişdir. Anar isə yoluna davam edərək öz yaşadığı evə tərəf getmişdir. Təxminən 15 dəqiqə sonra Anarın həyat yoldaşı Şahid2 zəng edib Elmədinin Anarı bıçaqladığını bildirmişdir. Dərhal yolda Anargillə görüşüb birlikdə Gədəbəy rayon mərkəzi xəstəxanasına gəlmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Gədəbəy rayonu, Daryurd kəndində yaşayır. Təqsirləndirilən şəxs oğlu, Zərərçəkmiş şəxs qardaşı oğlu, Şahid3 isə qonşusudur. 05 iyun 2021-ci il tarixdə axşam saatlarında oğlu Təqsirləndirilən şəxs Şahid3la birlikdə küçədə evin qarşısında qaz borusunun üstündə oturub söhbət edirmişlər. Vaqif orada çöldən gələn inəyini gözləyirmiş. Həmin vaxt evdə nəvələrinin yanında olmuşdur. Bir qədər sonra həyətə düşən zaman Elməddini al-qanın içində görmüş, qorxub nə olduğunu soruşmuşdur. Elməddin “qardaşıngil məni bu hala saldılar” demişdir. Həmin vaxt Elməddinin əynində hərbi şalvar və xırda damalı saruşka olmuşdur. Saruçka qana boyanmışdır. Elməddin evə girib əynini dəyişmiş və polis əməkdaşlarının gəlməsini gözləmişdir. Bir qədər sonra polis əməkdaşları gəlib onu Gədəbəy rayon polis şöbəsinə gətirmişlər. Hadisənin necə baş verdiyini görməmişdir. Elməddin qanın içində evə qayıdan zaman həyətdə ona Surxaygilin birləşib onu döydüyünü bildirmişdir. Həmin vaxt Vaqifi Elməddinin yanında görməmişdir. Vaqiflə Elməddini hadisədən əvvəl küçədə evin qarşısında qaz borusunun yanında söhbət edən zaman görmüşdür. Hadisənin hansı alətlə edildiyini, həmin alətin hal-hazırda harada və kimdə olduğunu bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Əri Vaqif 05 iyun 2021-ci il tarixdə saat 20 radələrində çöldən gələn heyvanlarını qarşılamaq üçün evdən çıxmışdır. Həmin vaxt o, əlində fənərlə suyu düzətməyə çıxanda Aygünü uşagları ilə birlikdə qoşunun avtomobilnə əyləşərkən görmüş, Aygün onu görüb dayanmış və ona nalayiq sözlərlə “axtarma axtardığın alət məndədir” deyə sələnmişdir. O, Aygünün nə demək istədiyini anlmadığı və onunla danışmaq istəmədiyi, həçminin Aygünün qaynatası Surxay Məhərrəmov əri Vaqifin barəsində dəfələrlə böhtan xarakterli şikayətlər və nalayiq söyüşlər söydüyünə görə aralarında ədavət olduğ üçün Aygündən nə demək istədiyini soruşmamışdır. Baş vermiş hadisənin hansı alətlə edildiyini, həmin alətin hal-hazırda harada və kimdə olduğunu bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 iyun 2021-ci il tarixli “cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, həmin cinayət işi 07 iyun 2021-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi başlanmaqla icraata qəbul edilmişdir. Cinayət işinin başlanmasına səbəb və əsas 05.06.2021-ci il tarixdə saat 21 radələrində Gədəbəy rayon Daryurd kənd sakini Təqsirləndirilən şəxs dayısı oğlu Zərərçəkmiş şəxs arasında yaşadıqları kənddə şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə və dava-dalaş zamanı Təqsirləndirilən şəxs bıçaqla qəsdən Zərərçəkmiş şəxs vuraraq ona döş qəfəsinin sol arxa yuxarı nahiyyəsinin daxilə keçən kəsilmiş-deşilmiş yarası və hemopnevmatoraks qismində xəsarətlər yetirərək insan həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurması barədə toplanmış araşdırma materialı olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 05 iyun 2021-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gədəbəy rayonu, Daryurd kəndində yerləşən Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs yaşadıqları evlər yerləşən küçədir. Küçə torpaq örtüklü olmaqla eni 5,4 metrdir. Yolun Zərərçəkmiş şəxs yaşadığı ev yerləşən tərəfindən qaz borusu keçir. Yolun Zərərçəkmiş şəxs yaşadığı ev yerləşən tərəfində, Təqsirləndirilən şəxs evindən təxminən 50 metr məsafədə hadisə baş vermişdir. Yolun hər iki tərəfində ağaclar və məhlələr vardır. Hadisə yerindən baxdıqda təxminən 50 metr məsafədə ikimərtəbəli köhnə tikili yaşayış evi görünür. Təqsirləndirilən şəxs həmin yaşayış evinin ona məxsus olduğunu bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs bildirdi ki, 05 iyun 2021-ci il tarixdə axşam saatlarında Zərərçəkmiş şəxsla aralarında baş vermiş mübahisə zamanı sonuncunu məhz həmin yerdə ona dəqiq məlum olmayan kəsici-deşici alətlə vurmuşdur. İş üçün əhəmiyyət kəsb edən həmin kəsici deşici alət və digər maddi sübutlar hadisə yerində aşkar edilib götürülməmişdir. Cinayət əməlinin törədilməsində istifadə olunan kəsici alətin tapılması üçün Təqsirləndirilən şəxs yaşadığı evin ətrafına, küçəyə, küçənin kənarlarına, ağacların ətrafına, qaz borusunun kənarlarına, Zərərçəkmiş şəxs evinin qarşısına, hadisə yerinin yaxınlığında olan köhnə avtobusun ətrafına baxış keçirildi. Lakin həmin kəsici-deşici aləti tapmaq mümkün olmadı. Hadisə yerinə baxış keçirilərkən hadisə yerinin fotoşəkilləri çəkilərək protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, sərxoşluq hallarının bütün növlərini təyini məqsədi ilə aparılan 05 iyun 2021-ci il tarixli 218 nömrəli tibbi müayinə protokollarından görünür ki, Zərərçəkmiş şəxs hadisə baş verən zaman ayıq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, sərxoşluq hallarının bütün növlərini təyini məqsədi ilə aparılan 06 iyun 2021-ci il tarixli 220 nömrəli tibbi müayinə protokollarından görünür ki, Təqsirləndirilən şəxs hadisə baş verən zaman ayıq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 iyun 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 07 iyun 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 iyun 2021-ci il tarixli 4(042)-18/2021 saylı “Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsinə barədə” Gədəbəy rayon Məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 07 iyun 2021-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 11.06.2021-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Gədəbəy RİHB-nın Daryurd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.06.2021-ci il tarixli 156 və 157 nömrəli arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Şamilov X8 rayonu Daryurd kəndində qeydiyyatda olmaqla yaşayır və 1986-cı il il təvəllüdlü arvadı X5, 2006-cı il il təvəllüdlü qızı X2, 2010-cu il il təvəllüdlü qızı X3, 2010-cu il il təvəllüdlü qızı X4, 2018-ci il il təvəllüdlü qızı X1, 1950-ci il il təvəllüdlü atası X7 və 1951-ci il il təvəllüdlü anası Şahid4 ibarət ailə tərkibi vardır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Gədəbəy RİHB-nın Daryurd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 14.06.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Şamilov X8 rayonu Daryurd kəndində qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AA1353666 nömrəli şəxsiyyət vəsiqəsinin surətndən görünür ki, 29.04.2010-cu il təvəllüdlü X21 Şamilovun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AA1353667 nömrəli şəxsiyyət vəsiqəsinin surətndən görünür ki, 29.04.2010-cu il təvəllüdlü X22 Şamilovun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AA1353668 nömrəli şəxsiyyət vəsiqəsinin surətndən görünür ki, 10.07.2018-ci il təvəllüdlü X16 Şamilovun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AA1353665 nömrəli şəxsiyyət vəsiqəsinin surətndən görünür ki, 19.12.2006-cı il təvəllüdlü X23 Şamilovun qızıdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi ekspertizasının 13 iyul 2021-ci il tarixli 466 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədən səthində aşkar edilmiş xəsarətlər – travmatik və hemorragik şokla, hemopnevmatoraksla, sol ağciyərin və bronxun zədələnməsi, daxili qanaxma ilə müşaiyət olunan döş qəfəsinin sol arxa-yuxarı nahiyyəsinin daxilə keçən deşilmiş-kəsilmiş yarası, sağ bazunu dəlib keçən, döş qəfəsinin sağ yan səthinin daxilə keçməyən müştərək deşilmişkəsilmiş yaraları deşici-kəsici əşyaların təsirindən törənmiş, törənmə müddətləri 05 iyun 2021-ci il tarixə uyğun gəlir. Qeyd olunan xəsarətlərdən travmatik və hemorragik şokla, hemopnevmatoraksla, sol ağciyərin və bronxun zədələnməsi, daxili qanaxma ilə müşaiyət olunan döş qəfəsinin sol arxa-yuxarı nahiyyəsinin daxilə keçən deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aiddir, sağ bazunu dəlib keçən, döş qəfəsinin sağ yan səthinin daxilə keçməyən müştərək yaraları isə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər deşici-kəsici əşyanın - bıçağın təsirindən törənmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-psixatriya ekspertizasının 15 iyul 2021-ci il tarixli 391 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ona şamil edilən hazırkı cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini dərk etmək, öz hərəkətlərini idarə etmək imkanına malik olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Materialların məhkəmə ekspertizasının 30 iyul 2021-ci il tarixli 6/3104 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məxsus jiletin səthi üzərində aşkar edilmiş mavi rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus köynəyin tərkib liftlərinə uyğun gəlir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.08.2021-ci il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, iş üzrə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilərkən, Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı təsdiq etməklə bir daha bildirmişdir ki, 05 iyun 2021-ci il tarixdə təxminən saat 20 radələrində qardaşı Şahid5la birlikdə işdən evə qayıdan zaman Elməddin onun qardaşı Arizə zəng etmiş, telefon danışığı zamanı Ariz Elməddinə “yekə oğlansan orda nə var ki, ondan ötrü arada narazılıq yaradırsan” demişdir. Həmin vaxt o, avtomobili dayandırıb Arizlə Elməddinin danışğına qulaq asmışdır. Elməddin telefonda onun ünvanına nalayiq söyüşlər söymüşdür. O, dərhal telefonu qardaşı Arizdən alıb Elməddinə “yekə oğlansan adam-adama nə qədər ilişər” demişdir. Elməddin yenidən nalayiq söyüşlər söyərək məhlənin ətrafına çəkdiyi çəpəri sökməyi ondan tələb etmişdir. Telefon danışığı zamanı Elməddin ona söyüb onu gözlədiyini demişdir. Daha sonra o, qardaşı Şahid5 Alnabad kəndinə yaşadığı evə düşürdüb atası Surxay Məhərrəmova zəng edərək ona “bacın oğlu Elməddin mənimlə boş yerə münaqişə yaradır, gəl onu başa sal” demişdir. O, atasına zəng edib bu barədə telefonda danışdıqdan sonra atası küçəyə çıxmış və onun avtomobili ilə yaşadığı evə getmişlər. O, Daryurd kəndində yerləşən evinin qarşısına çatan zaman Elməddin onun yaşadığı evin darvazasının yaxınlığında olan köhnə avtobusun arxa tərəfində dayanmış, Şahid3 isə avtobusun arxasında Elməddinin yanında qaz borusunun üstündə oturmuşdur. O, avtomobilini yaşadığı evin həyətində saxlayıb evinə keçmək istəyən zaman Elməddin darvazaya yaxınlaşıb onu küçəyə çağırmışdır. O, küçəyə çıxıb Elməddinə yaxınlaşan zaman sonuncu yolun əks tərəfində qaz sayğacının yanında olmuş, Vaqif isə avtobusun qabaq tərəfində olmuşdur. O, Elməddinə yaxınlaşan zaman Vaqif arxa tərəfdən onu tutmuş, Elməddin isə onun döş qəfəsinin sol tərəfindən yumruqla vurmuşdur. O, geriyə fırlanıb Vaqifin əlindən çıxan zaman Elməddin yumruqla onun sağ qolundan vurmuşdur. Həmin vaxt o, Vaqifin əlindən çıxmış, sol əli ilə Elməddinin boğazından yapışıb onu yerə yıxmış və yerdə Elmədinin sinəsinə iki yumruq zərbəsi vurmuşdur. Həmin vaxt Şahid3 yenidən onu arxa tərəfdən sağ qolu ilə tutub özünə tərəf çəkib geri yıxmaq istəsə də onu tam yıxa bilməmişdir. Həmin vaxt atası Surxay küçəyə çıxıb onları görən zaman Vaqif onu buraxıb qaçmış, atası Surxay isə Vaqifin arxasıyca Elməddinin evinə tərəf qaçmışdır. Vaqif qaçan zaman Elməddin yerdən qalxıb onunla üzbəüz vəziyyətdə dayanmış və qəflətən sağ əli ilə onun sol tərəfindən kürəyinə zərbə endirmişdir. Sonra onlar yenidən çəkişməyə başlamışlar və o, Elməddini yerə yıxmışdır. Yerdə çəkişən zaman o, Elməddinin sağ əlində nəsə tutduğunu görmüşdür. Elməddinin əlində dörd tərəfi itilənmiş, ucu biz yastı yiyədən hazırlanmış alət olmuşdur. Həmin alətin arxa tərəfi sarı rəngli gilizdən düzəldilmiş, alətin ümumi uzunluğu təxminən 15 sm olmuşdur. O, Elməddinin sağ qolunu burub həmin aləti sonuncunun əlindən almışdır. O, həmin vaxt paltarının qan olduğunu görüb başa düşmüş ki, Elməddin onu hadisə zamanı yumruqla deyil əlində olan həmin kəsici alətlə vurmuşdur. Həmin vaxt həyat yoldaşı Şahid2 oraya gəlmiş və həmin kəsici aləti onun əlimdən alıb qorxulu halda Elməddininin məhləsinə tərəf atmışdır. Aygün əlində olan rəng çəkmək üçün istifadə olunan taxta materialdan olan roliklə Elməddini vurmuşdur. Həmin vaxt o, huşunu itirdiyinə görə Aygünün Elməddini harasından vurduğunu dəqiq görə bilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27.08.2021-ci il tarixli “üzləşdirmədə dindirmə” protokolundan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs ilə şahid X13 və Şahid2 arasında üzləşdirmə keçirilərkən, Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları Surxay Məhərrəmov və Şahid2 üzlərinə qarşı təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 31.08.2021-ci il tarixli “təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokolundan və protokola əlavə edilmiş diskdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılan zaman o, 05 iyun 2021-ci il tarixdə axşam saatlarında evlərinin qarşısında qaz borusunun üstündə oturarkən Şahid3 oraya gəldiyini, təxminən onunla 5-6 dəqiqə söhbət etdiyini və Vaqifin ona çöldən gələn heyvanlarını gözlədiyini dediyini, həmin vaxt Zərərçəkmiş şəxs özünə məxsus VAZ 2106 markalı avtomobili ilə gəlib həyətinə girdiyini, sonuncunun köhnə avtobusun arxa tərəfinə gəlib ordan onu çağırdığını, Vaqifə “5-10 dəqiqə gözlə” deyib onlara tərəf getdiyini, bir qədər irəli gedib Zərərçəkmiş şəxs və Surxay Məhərrəmovla qarşılaşdığını və 5-6 dəqiqə söhbət etdikdən sonra Anarla çəkişməyə başladıqlarını, çəkişəçəkiçə yolun əsk tərəfinə keçdiklərini, yarıyıxılı vəziyyətdə olarkən Surxay Məhərrəmovun onu əlində olan lapatka ilə vurduğunu, Anarla çəkişməyə davam etdiklərini, həmin vaxt sonuncunun həyat yoldaşı Şahid2 oraya gələrək əlində ağac parçası ilə gəlib arxadan onun bədəninin müxtəlif nahiyyələrinə vurduğunu, həmin vaxt yarıxılı vəziyyətdə olduğunu, Zərərçəkmiş şəxsla çəkişən zaman əlinin kəsildiyini hiss etdiyini, çənəsinə nəsə dəydiyini hiss edən zaman Zərərçəkmiş şəxs əlində kəsici alətin olduğunu başa düşdüyünü, həmin kəsici aləti dəqiq görə bilməsə də ümumi uzunluğunun 15-16 sm olduğunu və qulpunun olduğunu, çıxılmaz vəziyyətdə olduğu üçün var gücünü toplayaraq həyəcanlı halda Zərərçəkmiş şəxs sağ biləyini arxaya qatlayıb buraraq həmin kəsici aləti onun əlindən aldığını, Anarın sol tərəfindən qorxulu halda bir neçə zərbə endirdiyini, Zərərçəkmiş şəxs bir qədər kənara çəkildiyini, bıçağı hadisə yerində ataraq evlərinə tərəf qaçdığını, hadisə zamanı səs-küy olmadığını, hadisədən əvvəl 5-6 dəqiqə söhbət etdiklərini, sonra isə 2-3 dəqiqə dava-dalaş olduğunu, hadisədən sonra evlərinə tərəf qaçarkən Şahid3 hadisədən əvvəl oturduğu yerdə gördüyünü, Şahid3 ondan nə baş verdiyini soruşan zaman hadisə barədə ona məlumat verdiyini bildirmiş və ifadəsində qeyd etdiyi xüsusatları bir daha olduğu kimi hadisə yerində təsdiq edərək həmin yerləri əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gədəbəy rayon polis şöbəsinin 08 sentyabr 2021-ci il tarixli 198-21049-1221 nömrəli məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində nəticəsində hadisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurub xəsarət yetirdiyi kəsici aləti müəyyən etmək mümkün olmamışdır. Həmçinin keçirilmiş əməliyat axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxsla Zərərçəkmiş şəxs arasında olan dava dalaş zamanı Şahid3 onların yanında olmamış, Zərərçəkmiş şəxs tutmamış və ya onu vurmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-tibbi bioloji ekspertizasının 26 avqust 2021-ci il tarixli 526/2021 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu: B-alfa/H//İİİ/. Təqsirləndirilən şəxs ABO sistemi üzrə qan qrupu: B-alfa/H//İİİ/. Ekspertizaya təqdim edilən Zərərçəkmiş şəxs məxsus cins şalvar, jilet, mayka, poluver, Təqsirləndirilən şəxs məxsus əsgər şalvarı, köynək üzərində insan qanı ləkələri aşkar olundu. Ləkələrdə qanın qrup mənsubiyyəti tədqiq olunduqda B və H antigentləri və həmçinin əksər ləkələrdə alfa aqqlyutinini də alındı. Beləliklə, bu qan ləkələri B-alfa/H//İİİ/ qruplu şəxsə, o cümlədən ABO sistemi üzrə Zərərçəkmiş şəxs məxsus olar bilər. Lakin ləkələrdə eyni qruplu Təqsirləndirilən şəxs qanının olması da ABO sistemi üzrə inkar olunmur (əgər onda hadisə zamanı qanaxma ilə müşaiyət olunan xəsarətlər olubsa). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 26.10.2021-ci il tarixli “zərərçəkmiş şəxsin ifadəsinin yerində yoxlanması haqqında” protokolundan və protokola əlavə edilmiş diskdən görünür ki, Zərərçəkmiş şəxs ifadəsi yerində yoxlanılan zaman o, 05 iyun 2021-ci il tarixdə işdən evə gələrkən Təqsirləndirilən şəxs qaz borusunun üstündə oturmasını gördüyünü, avtomobilini evinin həyətinə saldığını, atasının “çıx evə, onlar ordadır, onları görəndə zəhləm gedir” dediyini, evə girmək istəyərkən Təqsirləndirilən şəxs küçədən onu çağırdığını, küçəyə çıxarkən Elməddinin ona “axşamın xeyir, bir dəqiqə bəri dur” dediyini, Şahid3 da həmin vaxt orada olduğunu, Elməddinə yaxınlaşan zaman Şahid3 onu arxadan tutduğunu, həmin vaxt Elməddinin onu döş qəfəsindən vurduğunu, çevrilib Şahid3 əlindən çıxdığını, Elməddinin yaxasından tutub yerə yıxdığını, həmin vaxt Şahid3 onu yenidən arxadan tutub yıxmaq istədiyini, lakin yıxılmadığını, həmin vaxt Elməddinin onu sağ qolu tərəfdən və kürəyindən vurduğunu, həmin vaxt Elməddinin onu yumruqla vurduğunu zənn etdiyini, lakin bıçaqla vurduğunu bilmədiyini, sonra Surxay Məhərrəmovun həyətdən çıxan zaman Şahid3 əlini qaldıraraq “mən heçnə etmirəm, mən aralayıram” deyib yuxarı qaçdığını, Surxay Məhərrənmovun isə köhnə avtobusun arxa tərəfinə qədər Vaqifin arxasıyca qaçıb tuta bilməyib geri qayıtdığını, sonra Təqsirləndirilən şəxs boğazından tutub yerə yıxdığını, həmin vaxt Elməddinin əlində ucu itilənmiş arxası sarı rəngdə bir alətin olduğunu görüb həmin aləti Elməddinin əlindən aldığını, sonra huşunu itirib yıxıldığını, həmin vaxt həyat yoldaşı Aygünün əliində ağacla gəlib Elməddini vurduğunu, sonuncunun durub hadisə yerindən qaçdığını bildirərək həmin yerləri əyani olaraq göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə trasoloji ekspertizasının 28 oktyabr 2021-ci il tarixli 16/1121 saylı rəyindən görünür ki, təqdim olunan Zərərçəkmiş şəxs məxsus gödəkçənin üzərində olan 03 ədəd zədə və poluverin üzərində olan 02 ədəd zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqsirləndirilən şəxs məxsus köynəyin üzərindəki 08 ədəd zədə fiziki qüvvənin təsirindən yaranmağa xarakterik dartılıb – cırılma zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi Ekspertiza və Patoloji Anatomiya ETT Birliyinin 13 iyul 2021-ci il tarixli 466 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus gödəkçənin və poluverin səthində olan zədələr müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “travmatik və hemorragik şokla, hemopnevmotoraksla, sol ağ ciyərin və bronxun zədələnməsi, daxili qanaxma ilə müşaiyət olunan döş qəfəsinin sol arxa-yuxarı nahiyyəsinin daxilə keçən deşilmiş – kəsilmiş yarası, sağ bazunun dəlib keçən, döş qəfəsinin sağ yan səthinin daxilə keçməyən müştərək deşilmiş – kəsilmiş yaraları” xəsarəti ilə gödəkçənin üzərində olan “a” və poluverin üzərində olan “c” və “d” zədələri yerləşmə sahəsinə görə uyğunluq təşkil edir, yəni yuxarıda qeyd edilən zədələr və xəsarətlər üst-üstə düşür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 03.11.2021-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür kİ, cinayət işi üzrə götürülmüş Təqsirləndirilən şəxs məxsus bir ədəd hərbi şalvar və bir ədəd mavi damalı köynək, Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli jilet, bir ədəd ağ rəngli mayka, bir ədəd göy rəngli kofta maddi sübut kimi tanınmışdır. Şahid3 hadisə zamanı Zərərçəkmiş şəxs qollarını arxadan tutaraq Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs kəsici-deşici alətlə vurmasına şərait yaratması faktı iş üzrə toplanmış sübutlarla kifayət qədər sübuta yetirilmədiyindən həmin xüsusat üzrə Təqsirləndirilən şəxs və Şahid3 əməlində bir qrup şəxs tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma cinayətinin tərkib əlamətləri olmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən hər iki şəxsin barəsində olan cinayət təqibinə xitam verilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisələri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və qeyd olunan cinayət əməlləri məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətlərin törədilməsində o, təqsirlidir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, himayəsində 4 azyaşlı uşağının olmasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və hərəkətlərinin təsiri altında törədilməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi, nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar (cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsi) mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri isə hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətnə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun tutulduğu 07 iyun 2021-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Bu səbəbdən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gədəbəy rayon Polis Şöbəsinin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd hərbi şalvar və bir ədəd mavi damalı köynək, Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli jilet, bir ədəd ağ rəngli mayka, bir ədəd göy rəngli kofta qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə məhv edilməlidir. Bundan başqa həmçinin müəyyən edilmişdir ki, iş üzrə 185 manat 66 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmi məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 07 iyun 2021-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gədəbəy rayon Polis Şöbəsinin məsul saxlancında saxlanılan Təqsirləndirilən şəxs məxsus bir ədəd hərbi şalvar və bir ədəd mavi damalı köynək, Zərərçəkmiş şəxs məxsus bir ədəd göy rəngli cins şalvar, bir ədəd qara rəngli jilet, bir ədəd ağ rəngli mayka, bir ədəd göy rəngli kofta qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 185 manat 66 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyiandan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-120/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-120/2022
14.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver