Məhkəmə qərarları › İş №1(100)-120/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-120/2023

17.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-120/2023 17.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X3, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1964-cü ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həbs olunanadək ünvan 2arəsində«həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 2022-ci ilin may ayında dəqiq tarixi istintaqa məlum olmayan vaxtda, Bərdə şəhəri, Nüşabə küçəsi, 1-ci döngədə yerləşən özünə məxsus fərdi yaşayış evinin həyətyanı sahəsində «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanunun İİİ siyahısına əsasən külli miqdarda, yəni 41 (qırx bir) ədəd ümümi təmiz çəkisi 6100 qram olan əkilib-yetişdirilməsi və toplanması qadağan olunan narkotik tərkibli çətənə (kannabis) bitkisini qanunsuz əkib yetişdirməklə kultivasiya etmiş, 23 iyul 2022-ci il tarixdə saat 14 radələrində Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilən zaman onun tərəfindən kultivasiya edilmiş külli miqdarda, yəni 41 (qırx bir) ədəd narkotik tərkibli çətənə bitkisi aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında dindirilən Təqsirləndirilən şəxs ona Аzərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə elan olunmuş ittihamla özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, həbs edilənədək ailə üzvlərilə birlikdə ünvan 4 ünvanında yaşamışdır, rəsmi olaraq heç bir yerdə işləməmişdir. 1988-ci ildə Bərdə şəhər sakini Şahid6 ilə ailə həyatı qurmuş, rəsmi birgə nigahlarından iki övladı-bir oğlu İqdam və qızı Rəşxəndə anadan olmuşlar. Qızı Rəşxəndə bir neçə ildir ki, ailə qurub ayrılmışdır, oğlu İqdam Bakı şəhərində yaşayırdı, təxminən 5 il olar ki, İqdam Bərdə rayonunda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, hazırda da cəza çəkir. Uzun illərdir həyat yoldaşı Aygünlə bir yerdə yaşayır, Aygün Bərdə şəhəri Zərifə Əliyeva adına tam orta məktəbdə kimya-biologiya müəlliməsi işləyir. o, özü isə işləmir. 2022-ci ilin yaz aylarında dəqiq tarixini xatırlmadığı vaxtda, tutulmamışdan təxminən ay yarım əvvəl görmüşdür ki, Bərdə şəhəri, Nüşabə küçəsi 1-ci döngədə yerləşən evlərinin arxa tərəfində narkotik tərkibli çətənə bitkiləri çıxmışdır. Bu ev rəhmətlik bibisi qızı X1 evi olmuşdur, rəhmətə getməmişdən əvvəl öz evini vəsiyyətnamə ilə ona vermişdir, həmin evdə neçə ildir ki, onlar da yaşayır. O, çətənə bitkilərini görəndən sonra özü da arabir, tapanda narkotik vasitənin çətənə növündən istifadə etdiyi üçün həmin bitən çətənə kollarını yolmamış, səhlənkarlıq etmiş, fikirləşmişdir ki, özü istifadə edər. Həmin çətənə bitkiləri evin arxasında su çəninin yaxınlığında bitmişdir, su çənindən hər dəfə su daşanda bitkilər də özü-özünə sulanmışdır, o, bitkiləri sulamamış, heç bir qulluq etməmişdir. 23 iyul 2022-ci il tarixlərində günorta saatlarında evdə olarkən bir neçə nəfər polis əməkdaşı yaşadığı evə gəlib ona demişlər ki, evə baxış keçirmək istəyirlər. O da buna etiraz etməmiş, ərizə vermiş, onun iştirakı ilə, aqronomun iştirakı ilə çətənə bitkilərinə baxış keçirilmiş, içərisində bir neçəsi iri ölçülü olmaqla cəmi 41 ədəd çətənə bitkisinin olması məlum olmuş, aqronom həmin bitkilərə qulluq edilməsini bildirmiş, amma o, həmin bitkilərə qulluq etməmiş, ümumiyyətlə heç kəs o bitkilərə qulluq etməmişdir. həmin bitkilər torpaqdan çıxarılıb onun iştirakı ilə qablaşdırılmış, bu barədə protokol tərtib edilmiş, o da həmin protokolu oxuyub imzası ilə təsdiq etmişdir. Bundan sonra onu Bərdə rayon PŞ-nə gətirib şübhəli şəxs qismində tutmuşlar, hüquq və vəzifələrini izah edib onu Bərdə rayon vəkil Bürosunun vəkili X15 adlı vəkillə təmin etmişlər, onun üzərinə şəxsi axtarış keçirilmiş, üzərindən hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmiş, bu barədə də protokol tərtib edilmiş, protokolun doğruğuluğunu imzamları ilə təsdiq etmişlər, digər iştirakçılar da protokolu oxuyub imzaları ilə təsdiq etmişlər. Onun evinin həyətyanı torpaq sahəsinə baxış keçirilərkən və üzərinə şəxsi axtarış keçirilərkən hər iki halda video çəkilişdən istifadə edilmiş, o, buna etiraz etməmişdir. Həmçinin bildirmişdir ki, o, narkotik vasitələri və ya psixotrop maddələri saxlamamış, arabir narkotik vasitənin marixuana növündən tapandan tapana istifadə edir, elə də aludəçisi deyildir. Onun yaşadığı evin həyətyanı torpaq sahəsində aşkar edilmiş çətənə bitkilərinin olmasını ondan başqa heç kəs, hətta həyat yoldaşı Aygün belə görməmiş, heç kəsə bildirməmiş, heç kəsin bundan xəbəri olmamışdır. O, həmin bitkiləri görəndə tanıyıb bilmişdir ki, çətənə bitkiləridir, fikirləşmişdir ki, yetişəndə özü istifadə edər, səhlənkarlıq edib həmin bitkiləri yolmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 1988-ci ildə ailə həyatı qurmuş, rəsmi birgə nigahlarından bir oğlu İqdam və qızı Rəxşəndə anadan olmuşlar, qızı ailə qurub ayrı yaşayır, oğlu İqdam da Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilinib X18 Məhkəməsinin hökmü ilə 6 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, 5 ildir ki, cəza çəkmə müəsissəsində cəzasını çəkir. Onun həyat yoldaşı İlqar əvvəllər bir dəfə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə təqsirli bilinib 3 (üç) müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur, cəzasının sonu ilə azad olunmuşdur, o vaxtdan hər hansı bir cinayəti olmamışdır, İlqar özü azadlığa çıxandan sonra bir müddət avtomobil təmir etmiş, çilingər işləmiş, ürəyindən əməliyyat olunmuş, ona görə də işləməmişdir. Amma o, özü 30 ildir ki, kimya-biologiya müəlliməsi işləyir, ailəsini dolandırır. İlqar əvvəllər marixuana çəkmiş, son vaxtlar İlqarın marixuana çəkməsini görməsə də hiss etmişdir. Hazırda qaldıqları ev İlqarın xalası qızı Səkinə İsmayılovanın evi olmuş, Səkinə o evi İlqara bağışlamışdır, onlar da 4 ilə yaxındır ki, həmin evdə yaşayırlar, ondan əvvəl qeydiyyatda olduğu qayınata evində yaşamışlar. O, işi ilə əlaqədar olaraq dərsə gedib-gəlir, yaşadığı ev fərdi yaşayış evidir, həmin evin həyətyani sahəsi vardır. O ümumiyyətlə evin arxa tərəfinə keçmir, çünki orada əkib-becəriləsi hər hansı bir yer yoxdur, evin qabaq tərəfində o, özü bostan, tərəvəz bitkiləri əkib-becərir. 23 iyul 2022-ci il tarixdə günorta saatlarında o, evdə olmayanda, bazara gedəndə həyat yoldaşı İlqar evdə olmuş, evdə ayrı heç kəs olmamdır. O, bazardan qayıdıb gələndə görmüşdür ki, evin həyətində çoxlu polislər vardır. O, tanımadığı polislərdən nə baş verməsini soruşanda ona demişlər ki, yaşadığı evin arxa tərəfindən çətənə bitkiləri aşkar ediblər. Həmin vaxt orada tanımadığı yaşlı bir kişi də olmuş, o şəxsin aqronom olmasını demişlər. O, polislərə bildirmişdir ki, evin arxasına onlar getmirlər, oradakı çətənə öz-özünə bitibdir, orada heç kəs çətənə əkməmişdir. O, bildirmişdir ki, ixtisasca bioloqdur, bu bitkilərə qulluq olunmamışdır. O, aqronoma bildirmişdir ki, vicdanı varsa da düzgün rəy bildirsin, o bitkilərə qulluq olunmamışdır. Aqronom demişdir ki, əkilibbecərilməyib, amma səpilibdir, sulanıbdır. o da demişdir ki, su çənindən su buraxıb, onun ətrafında olan bir neçə çətənə bitkisi su ilə qidalanıbdır. Aqronom da demişdir ki, kultivasiya olunmayıb, amma səpilibdir, düzgün rəy verəcəkdir, nə var, hamısı yazacaqdır. Daha o da aqronoma inanmış, İlqarı polislər polisə aparmışlar, sonradan ona məlum olmuşdur ki, İlqarı məsuliyyətə cəlb ediblər, aqronom da rəy verib ki, guya o çətənə bikilərinə qulluq olunmuşdur, kultivasiya olunmuşdur. Ondan sonra o, aqronomu görməmiş, amma işin düzgün getməməsinə görə, şikayət ərizəsi yazmışdır. Bir daha bildirir ki, o bitkilərə qulluq olunmamışdır, özü-özünə çıxmışdır. Həmçinin bildirmişdir ki, o, özü bioloqdur, bitkiəyə necə qulluq olunmasını bilir. Belə ki, bitkiyə qulluq dedikdə onun alaq otlarından təmizlənməsi, suvarılması üçün arx və ya cız çəkilməli, ətrafı boşalmalı. dibi dolmalı, lazımi gübrələr verilməli və suvarılmalıdır. O, baxdığı yerdə isə heç birbitkinin dibinin boşaldılması, doldurulması, alaq otlarından təmizlənməsi, gübrələnməsi işləri olmamışdır, bitkinin tam yox, bir neçəsinin dibi yaş formada olmuşdur ki, o da su çəninin su sızması və daşması ilə yaranmış yaş hissə olmuşdur. Toxum olmadan bitki çıxmaz, həmin toxum külək və ya su vasitəsilə, quş vasitəsi lə gətirilə bilər, insan tərəfindən də səpilə bilər.Aşkar edilmiş çətənə bitkiləri olan yer kvadrat kimi barının və evin əhatəsindədir, arx tutan, su tutan yer deyil, quş da o qədər bitki toxumu gətirə bilməz, ola bilsin ki, kənar şəxslərdən kimsə də səpə bilər, o, həmin hissəni dəqiq deyə bilməz. Amma İlqar ona and-etmişdir ki, səpməyib, kultivasiya etməmişdir. O, bu hissəni tam deyə bilməz, kim tərəfindən səpilməsini bilməz, o, İlqarın orada nə isə səpməsini, yaxud da orada həmin bitkiyə qulluq etməsini görməmiş, şahidi olmamışdır, İlqar da ona bu barədə heç nə deməmişdir, ona desəydi, o özü onların hamısı yolub tökərdi. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs əvvəllər tanımamış, tanımadığı üçün aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 23 iyul 2022-ci il tarixdə Bərdə rayon PŞ-nin TB-nin təhqiqatçısı Orxan Nəbiyevin rəsmi çağırışı ilə Bərdə rayon PŞ-nə gəlmiş, polisdə ona bildirmişlər ki, ünvan 3-də bir nəfərin fərdi yaşayış evinin həyətinə baxış keçiriləcəkdir, həyətdə narkotik xassəli çətənə bitkilərinin əkilib kultivasiya olunması barədə əməliyyat məlumatı daxil olmuşdur. Qəbul edilmiş qərara əsasən onu mütəxəssis kimi tanıyıblar, hüquq və vəzifələri izah edilmişdir, o da rəsmi ərizə verərək baxış keçiriləcək şəxsi tanımadığını bildirmişdir. Bundan sonra həmin gün saat 14 radələrində ünvan 6 ünvanına getmişlər, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə və iştirakçılara etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirməklə yaşayış evinin həyətyanı sahəsində çətənə bitkilərinin olmasını bildirib həmin yerə gedərək həmin bitkiləri göstərmiş, tərəflərindən həmin yerə baxış keçirilmiş, baxış keçirmə video lentə alınmışdır. Baxış keçirmə zamanı evin arxa tərəfində kompakt, kvadrat formalı gizli bir yerdə çətənə bitkilərinin olması məlum olmuş, baxış keçirmə zamanı o, həmin bitkilərə baxaraq bitkilərin dibinin alaq otlarından təmizlənməsinə, dibinin yaş olmasına, inkişafına və böyüklüyünə görə həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmasını bildirmiş, lakin ev sahibi Təqsirləndirilən şəxs bitkilərin özü-özünə çıxmasını, qulluq emədiyini bildirmişdir. Baxış keçirmə zamanı bitkilər olan yerdə çoxlu sayda plastik boş qabların olması da məlum olmuşdur. Çətənə bitkiləri elə bir yerdə olmuşdur, oraya külək və ya digər axın vasitəsilə toxumun düşməsi, özü-özünə orada cücərib inkişaf etməsi mümkün deyildir. Orada elə bitkilər olmuşdur ki, onu polislər zorla torpaqdan ayırmışlar, iri gövdəyə və kökə malik bitkilər olmuş, ola bilsin ki, bitkilər əkiləndən sonra müəyyən bir hissəsinə yaxşı qulluq olunsun, müəyyən bir hissəsinə zəif qulluq olunsun, ona görə də bitkilərin boyları, inkişafları fərqli olmuşlar, balacaları, orta boyluları və iri boyluları olmuşdur. Bundan sonra həmin narkotik tərkibli çətənə bitkiləri polis əməkdaşları tərəfindən bir-bir sayılmaqla kökündən çıxarılaraq evin həyət hisəssinə gətirilib üzəri nömrələnməklə sərilmiş, ümumilikdə 41 ədəd çətənə bitkisinin olması məlum olmuş, həmin bitkilər sintetik kisələrə qoyularaq qablaşdırılmış, qablaşdırma üzərinə iştirakçılar tərəfindən imza edilmiş, DİN-nin 94 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşayış evinin digər sahələrinə baxış keçirilmiş, narkotik tərkibli hər hansı bir bitki və ya qanunla dövriyyəsi qadağan olunmuş heç bir narkotik vasitə, psixotrop maddə və ya digər bir əşya aşkar edilməmiş, bununla da fərdi yaşayış evinin həyətinə baxış keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. O da gördükləri barədə, yəni, aşkar edilmiş 41 ədəd narkotik tərkibli çətənə bitkilərinin əkilib kultivasiya edilməsi barədə rəy vermişdir. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən evlərində heç kəs olmamış, həmin halı o, təhqiqatçı Orxan Nəbiyev, şöbənin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, KTQ-nun baş inspektor-kriminalisti Şahid3, əməliyyat müvəkkili Şahid2 görmüş, ayrı kimsə də görməmiş, kimsə də bunun şahidi olmamışdır. Aşkar edilmiş çətənə bitkiləri halqavari şəkildə əllə səpilmişir, orta hissəsi alaqlı qalmışdır, yəqin ki, görünməməsi üçün belə edilmişdir, ola bilsin ki, bitkilər əkiləndən sonra müəyyən bir hissəsinə yaxşı qulluq olunsun, müəyyən bir hissəsinə zəif qulluq olunsun, ona görə də bitkilərin boyları, inkişafları fərqli olmuşdur, balacaları, orta boyluları və iri boyluları olmuşdur. O, bütün bunlara əsasən rəy vermişlər ki, həmin aşkar edilmiş 41 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunmuşdur, Təqsirləndirilən şəxs özünün müdafiəsi üçün elə ifadə vermişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. 23 iyul 2022-ci il tarixdə Bərdə RPŞ-nə ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib yetişdirməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən ondan, Bərdə rayon PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1, Bərdə rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X5, şöbənin KTQ-nun baş inspektor-kriminalisti, polis baş leytenantı Şahid3, şöbənin PPX-ti bölüyünün polis nəfərləri, polis serjantları Şahid4 və X2 ibarət əməliyyat qurupu yaradılmış, Təqsirləndirilən şəxs fərdi yaşayış evinə getməmişdən əvvəl Şahid5 adlı aqronom-mütəxəssis də dəvət edilmiş, Təqsirləndirilən şəxs tərəflərindən əməliyyat müşahidəsinə götürülmüş, həmin gün saat 14 radələrində Bərdə şəhəri, Nüşabə küçəsi, 1-ci döngəyə tərəflərindən gedilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə və iştirakçılara etirazının olubolmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirməklə yaşayış evinin həyətyanı sahəsində çətənə bitkilərinin olmasını bildirib həmin yerə gedərək həmin bitkiləri göstərmiş, Bərdə rayon PŞ-nin KTQ-nun baş inspektor-kriminalisti Şahid3 tərəfindən baxış keçirmə video lentə alınmışdır. Baxış keçirmə zamanı evin arxa tərəfində kompakt, kvadrat formalı gizli bir yerdə çətənə bitkilərinin olması məlum olmuş, baxış keçirmə zamanı aqronom-mütəxəssis Şahid5 həmin bitkilərə baxaraq bitkilərin dibinin alaq otlarından təmizlənməsini, dibinin yaş olmasına, inkişafına və böyüklüyünə görə həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmasını bildirmiş, lakin Təqsirləndirilən şəxs bitkilərin özüözünə çıxmasını, qulluq etmədiyini bildirmişdir. Baxış keçirmə zamanı bitkilər olan yerdə çoxlu sayda plastik boş qabların olması da məlum olmuş, həmin narkotik tərkili çətənə bitkiləri tərəflərindən bir-bir sayılmaqla kökündən çıxarılaraq evin həyət hisəssinə gətirilib üzəri nömrələnməklə sərilmiş, ümumilikdə 41 ədəd çətənə bitkisinin olması məlum olmuş, həmin bitkilər sintetik kisələrə qoyularaq qablaşdırılmış, qablaşdırma üzərinə iştirakçılar tərəfindən imza edilmiş, DİN-nin 94 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşayış evinin digər sahələrinə baxış keçirilmiş, narkotik tərkibli hər hansı bir bitki və ya qanunla dövriyyəsi qadağan olunmuş heç bir narkotik vasitə, psixotrop maddə və ya digər bir əşya aşkar edilməmiş, bununla da fərdi yaşayış evinin həyətinə baxış keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs, aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri ilə birlikdə Bərdə rayon PŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl proses iştirakçılarının iştirakı ilə müdafiəçisi X7 yanında Təqsirləndirilən şəxs hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Orxan Nəbiyev tərəfindən izah edilmiş, qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış istintaq hərəkətində iştirak edən şəxslər proses iştirakçılarına təqdim olunmuş və şübhəli şəxsə etirazının olub olmaması soruşulmuş, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik maddə olmadığını bildirmiş, Təqsirləndirilən şəxs əynində 15 manat pulu çıxarıb üzərində başqa bir əşya olmadığını bildirmiş, üzərinə şəxsi axtarış keçirilərkən üzərində hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmiş, təqdim etdiyi 15 manat pul maddi sübut əhəmiyyəti kəsb etmədiyindən götürülməmiş, Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 41 ədəd çətənə bitkisini aşkar olunması bildirilərkən Təqsirləndirilən şəxs həmin bitkilərin yabanı halda çıxmasını, polislər tərəfindən ona heç bir təsir və təzyiq göstərilmədiyini bildirmiş, bununla da Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmış və videoçəkiliş dayandırılmışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən onların evlərində heç kəs olmamış, həmin halı o, təhqiqatçı Orxan Nəbiyev, şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid2, KTQ-nun baş inspektor-kriminalisti Şahid3, aqronom Şahid5, polis nəfəri Şahid4 gördü, ayrı kimsə də görməmiş, kimsə də bunun şahidi olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən həmin halı o, təhqiqatsı Orxan Nəbiyev, şöbənin CAB-nin baş əməliyyat müvəkkili Şahid1, inspektor-kriminalist Şahid3, polis nəfəri Abdulla Mustafayev və vəkil Ayna Nəsirli gördü, ayrı kimsə də görməmiş, kimsə də bunun şahidi olmamışdır. Təqsirləndirilən şəxs özü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəllər məhkum olunmuş, narkotik vasitənin marixuana növündən daimi istifadə edir. Baxışdan da göründüyü kimi Təqsirləndirilən şəxs yaşayış evinin arxa tərəfində kvadrat ölçülü kiçik bir gizli yerdə həmin 41 ədəd çətənə bitkisinin aşkar edilməsi onu göstərir ki, həmin yerin ətrafı hasarla və evin divarı ilə əhatə olunduğundan, kanalboyu yer olmadığından həmin bitkilər toxumsuz orada bitə bilməz, həmçinin kvadrat bir kiçik ölçülü yerdə bitə bilməz. Həmin bitkilər Təqsirləndirilən şəxs özü tərəfindən məqsədli şəkildə əkilmişdir, eyni zamanda həmin bitkilərin dibinin yaş olmasından, inkişafından və dibinin alaq otlarından təmizlənməsindən də görünür ki, ona aqrotexniki qaydada qulluq olunmuşdur. Hər hansı bir kənar şəxs gəlib Təqsirləndirilən şəxs evinin həyətində o bitkiləri əkə bilməz, bunu Təqsirləndirilən şəxs özü əkib becərməklə kultivasiya etmişdir, bu halı aqronom da verdiyi rəyində təsdiq etmişdir, onlara da Təqsirləndirilən şəxs həmin bitkiləri əkib yetişdirməsi barədə məlumat o cür daxil olmuşdur, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə də məlumat daxil olmuşdur, amma satışı barədə hər hansı bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs da özünü müdafiə üçün həmin bitkiləri əkmədiyini, kultivasiya etmədiyini bildirir. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin bitkiləri əkməsini, kultivasiya etməsini təsdiqləyən hər hansı bir dəlil, şahid müəyyən edilə bilməmiş, amma Təqsirləndirilən şəxs həmin bitkiləri əkib kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs özü baxış zamanı da bildirmişdir ki, o bitkilərin marixuana olmasını bilmişdir, özü gözləmişdir ki, həmin marixuanadan özü üçün istifadə etsin. Bu da bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs özü bunu əkmişdir, kultivasiya etmişdir, sadəcə özünün müdafiəsi üçün bildirmək istəmir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş, Şahid3 və Şahid4 Şahid2 ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 1992-ci ildən DİO-da, 2021-ci ildən isə tutduğu vəzifədə işləyir, polis mayoru xüsusi rütbəsindədir. 23 iyul 2022-ci il tarixdə Bərdə RPŞ-nə ünvan 3-də yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində narkotik tərkibli bitkiləri əkib yetişdirməsi, narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş əməliyyat məlumatına əsasən ondan, Bərdə rayon PŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid2, Bərdə rayon PŞ-nin TB-nin təhqiqatçısı, polis baş leytenantı X5, şöbənin KTQ-nun baş inspektor-kriminalisti, polis baş leytenantı Şahid3, şöbənin PPX-ti bölüyünün polis nəfərləri, polis serjantları Şahid4 və X2 ibarət əməliyyat qurupu yaradılmış, Təqsirləndirilən şəxs fərdi yaşayış evinə getməmişdən əvvəl Şahid5 adlı aqronommütəxəssis də dəvət edilmiş, Təqsirləndirilən şəxs tərəflərindən əməliyyat müşahidəsinə götürülmüş, həmin gün saat 14 radələrində Bərdə şəhəri, Nüşabə küçəsi, 1-ci döngəyə tərəflərindən gedilmiş, təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs evinə baxış keçirilməsinə və iştirakçılara etirazının olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs heç bir etirazının olmadığını bildirməklə yaşayış evinin həyətyanı sahəsində çətənə bitkilərinin olmasını bildirib həmin yerə gedərək həmin bitkiləri göstərmiş, Bərdə rayon PŞ-nin KTQ-nun baş inspektorkriminalisti Şahid3 tərəfindən baxış keçirmə video lentə alınmışdır. Baxış keçirmə zamanı evin arxa tərəfində kompakt, kvadrat formalı gizli bir yerdə çətənə bitkilərinin olması məlum olmuş, baxış keçirmə zamanı aqronom-mütəxəssis Şahid5 həmin bitkilərə baxaraq bitkilərin dibinin alaq otlarından təmizlənməsini, dibinin yaş olmasına, inkişafına və böyüklüyünə görə həmin bitkilərə aqrotexniki qaydada qulluq olunmasını bildirmiş, lakin Təqsirləndirilən şəxs bitkilərin özü-özünə çıxmasını, qulluq etmədiyini bildirmişdir. Baxış keçirmə zamanı bitkilər olan yerdə çoxlu sayda plastik boş qabların olması da məlum olmuş, həmin narkotik tərkili çətənə bitkiləri tərəflərindən bir-bir sayılmaqla kökündən çıxarılaraq evin həyət hisəssinə gətirilib üzəri nömrələnməklə sərilmiş, ümumilikdə 41 ədəd çətənə bitkisinin olması məlum olmuş, həmin bitkilər sintetik kisələrə qoyularaq qablaşdırılmış, qablaşdırma üzərinə iştirakçılar tərəfindən imza edilmiş, DİN-nin 94 nömrəli möhürü ilə möhürlənib götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs yaşayış evinin digər sahələrinə baxış keçirilmiş, narkotik tərkibli hər hansı bir bitki və ya qanunla dövriyyəsi qadağan olunmuş heç bir narkotik vasitə, psixotrop maddə və ya digər bir əşya aşkar edilməmiş, bununla da fərdi yaşayış evinin həyətinə baxış keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs, aşkar edilmiş narkotik tərkibli çətənə bitkiləri ilə birlikdə Bərdə rayon PŞ-nə gətirilib üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl proses iştirakçılarının iştirakı ilə müdafiəçisi X7 yanında Təqsirləndirilən şəxs hüquq və vəzifələri Bərdə rayon polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı Orxan Nəbiyev tərəfindən izah edilmiş, qanunsuz olaraq narkotik tərkibli çətənə bitkiləri əkib becərməkdə şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, Təqsirləndirilən şəxs buna etiraz etmədiyini, şəxsi axtarış keçirilməsinə razı olduğunu bildirmişdir. Bundan sonra şəxsi axtarış istintaq hərəkətində iştirak edən şəxslər proses iştirakçılarına təqdim olunmuş və şübhəli şəxsə etirazının olub olmaması soruşulmuş, heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş əşya və ya narkotik maddə olmadığını bildirmiş, Təqsirləndirilən şəxs əynində 15 manat pulu çıxarıb üzərində başqa bir əşya olmadığını bildirmiş, üzərinə şəxsi axtarış keçirilərkən üzərində hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmiş, təqdim etdiyi 15 manat pul maddi sübut əhəmiyyəti kəsb etmədiyindən götürülməmiş, Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş 41 ədəd çətənə bitkisini aşkar olunması bildirilərkən Təqsirləndirilən şəxs həmin bitkilərin yabanı halda çıxmasını, polislər tərəfindən ona heç bir təsir və təzyiq göstərilmədiyini bildirmiş, bununla da Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış başa çatmış və videoçəkiliş dayandırılmışdır. Həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətinə baxış keçirilərkən onların evlərində heç kəs olmamış, həmin halı o, təhqiqatçı Orxan Nəbiyev, şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid2, KTQ-nun baş inspektor-kriminalisti Şahid3, aqronom Şahid5, polis nəfəri Şahid4 gördü, ayrı kimsə də görməmiş, kimsə də bunun şahidi olmamışdır. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən həmin halı o, təhqiqatsı Orxan Nəbiyev, şöbənin CAB-nin əməliyyat müvəkkili Şahid2, inspektor-kriminalist Şahid3, polis nəfəri Abdulla Mustafayev və vəkil Ayna Nəsirli gördü, ayrı kimsə də görməmiş, kimsə də bunun şahidi olmamışdır. Təqsirləndirilən şəxs özü narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı əvvəllər məhkum olunmuş, narkotik vasitənin marixuana növündən daimi istifadə edir. Baxışdan da göründüyü kimi Təqsirləndirilən şəxs yaşayış evinin arxa tərəfində kvadrat ölçülü kiçik bir gizli yerdə həmin 41 ədəd çətənə bitkisinin aşkar edilməsi onu göstərir ki, həmin yerin ətrafı hasarla və evin divarı ilə əhatə olunduğundan, kanalboyu yer olmadığından həmin bitkilər toxumsuz orada bitə bilməz, həmçinin kvadrat bir kiçik ölçülü yerdə bitə bilməz. Həmin bitkilər Təqsirləndirilən şəxs özü tərəfindən məqsədli şəkildə əkilmişdir, eyni zamanda həmin bitkilərin dibinin yaş olmasından, inkişafından və dibinin alaq otlarından təmizlənməsindən də görünür ki, ona aqrotexniki qaydada qulluq olunmuşdur. Hər hansı bir kənar şəxs gəlib Təqsirləndirilən şəxs evinin həyətində o bitkiləri əkə bilməz, bunu Təqsirləndirilən şəxs özü əkib becərməklə kultivasiya etmişdir, bu halı aqronom da verdiyi rəyində təsdiq etmişdir, onlara da Təqsirləndirilən şəxs həmin bitkiləri əkib yetişdirməsi barədə məlumat o cür daxil olmuşdur, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi barədə də məlumat daxil olmuşdur, amma satışı barədə hər hansı bir məlumat daxil olmamışdır. Təqsirləndirilən şəxs da özünü müdafiə üçün həmin bitkiləri əkmədiyini, kultivasiya etmədiyini bildirir. Tərəflərindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs həmin bitkiləri əkməsini, kultivasiya etməsini təsdiqləyən hər hansı bir dəlil, şahid müəyyən edilə bilməmiş, amma Təqsirləndirilən şəxs həmin bitkiləri əkib kultivasiya etməsi barədə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs özü baxış zamanı da bildirmişdir ki, o bitkilərin marixuana olmasını bilmişdir, özü gözləmişdir ki, həmin marixuanadan özü üçün istifadə etsin. Bu da bir daha təsdiq edir ki, Təqsirləndirilən şəxs özü bunu əkmişdir, kultivasiya etmişdir, sadəcə özünün müdafiəsi üçün bildirmək istəmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 iyul 2022-ci il tarixli “Cinayət işinin başlanması barədə” qərardan görünür ki, ********* nömrəli cinayət işi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə başlanmışdır. Cinayət işinin başlanmasına səbəb 23 iyul 2022-ci il tarixdə saat 14 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində əkilib-yetişdirilməsi və toplanması qadağan edilmiş narkotik tərkibli bitkilərin əkib becərilməsində şübhəli bilinən Təqsirləndirilən şəxs yaşadığı ünvan 3-də yerləşən fərdi yaşayış evinin həyətyani torpaq sahəsində aqrotexniki qaydada qulluq edilmiş 41 (qırx bir) ədəd narkotik tərkibli çətənə bitkilərinin aşkar edilərək götürülməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 iyul 2022-ci il tarixli «Hadisə yerinə baxış keçirilməsi haqqında» protokoldan və həmin protokola əlavə edilmiş diskdən görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs yaşadığı ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinə baxış keçirilmişdir. Baxış keçirmə zamanı Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə hər hansı bir etirazının olmadığını bildirmişdir Budan sonra fərdiy aşyaış evinin sağ hissəsinə baxış keçirilərkən həmin yerdə çətənə bitkilərinə oxşar bitkilərin olması məlum olmuş, baxış zamanı həmin bitkilər torpaydaq ayrılaraq sayılmış, ayrı-ayrılıqda yerdə nömrələnib düzəlməklə sayının 41 ədəd olması məlum olmuşdur. Baxış zamanı baxış keçirmədə iştirak edən Təqsirləndirilən şəxs həmin bitkilərin çətənə bitkiləri olmasını, həmin bitkilərin hansı şəraitdə orada bitməsini bilmədiyini, bitkilərin orada bitməsini görəndən sonra həmin bitkilərdən gələcəkdə özünün istifadə etmək fikrində olmasını bildirmişdir. Həmçinin baxışda iştirak edən aparıcı aqronom Şahid5. bildirmişdir ki, aşkar edilmiş 41 ədəd bitkilərin hər birinə ayrı-ayrılıqda qulluq olunmuşdur, dibləri begərilmiş, səpilib sulanmışdır. Aşkar edilmiş həmin 41 ədəd çətənə bitkiləri ekspertizaya təqdim olunması üçün qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənib götürülmüş, iştirakçılar tərəfindən üzəri imzalarla təsdiq edilmişdir. Bundan sonra fərdi yaşayış evinin həyətyanı yerinin digər hissələrinə baxış keçirilərkən hər hansı bir narkotik tərkibli bitkilər aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Kənd təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi Bitki Mühafizəsi və Fumiqasiyası (zərərsizləşdirmə) X10 Mərkəzinin aparıcı aqronomu Şahid5 xx.xx.2022-ci il tarixli rəyindən görünür ki, Bərdə rayon Polis əməkdaşları və X19 Mühafizəsi və Fumiqasiyası (zərərsizləşdirmə) Mərkəzinin aparıcı aqronomu Şahid5 iştirakı ilə ünvan 3 ünvanında yaşayan Təqsirləndirilən şəxs məxsus evin həyətyanı torpaq sahəsinə baxış keçirilən zaman həyətdə əkilmiş 41 ədəd narkotik xassəli bitkilərə aid olan çətənə kolu aşkar edilmişdir. Baxış keçirmə zamanı həmin 41 ədəd çətənə koluna aqrotexniki qaydada qulluq olunmuş və becərilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 iyul 2022-ci il tarixli “cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” protokoldan görünür ki, 23 iyul 2022-ci il tarixdə saat 14:46 dəqiqədə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsində şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 23 iyul 2022-ci il tarixli «Şəxsi axtarış və götürmə aparılması haqqında» protokoldan və həmin protokola əlavə edilmiş diskdən görünür ki, video çəkilişlə Təqsirləndirilən şəxs Bərdə rayon PŞ-nin inzibati binasında üzərinə şəxsi axtarış keçirilmişdir. Təqsirləndirilən şəxs üəzrinə şəxsi axtarış keçirilərkən Bərdə rayon Vəkil bürosunun vəkili X7 iştirakı ilə Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilərək ona üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş əşyanın olub-olmaması soruşulmuş, varsa təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşyanın olmadığını bildirmiş, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş heç bir əşya aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 Bölməsinin 24 iyul 2022-ci il tarixli, 16/873 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı fərdi yaşyaış evindən aşkar edilmiş..” yazılar və imzalar olan 2 (iki) ədəd baş-başa keçirilmiş sintetik kisələrdə ümumi sayı 41 (qırx bir) ədəd ümumi təmiz çəkisi 6100 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Aqronom (mütəxssis) Şahid5 rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Çətənə bitkisinin ümumi çəkiləri -6100 qram, tədqiqata sərf edilmişdir 0,82 qram (hər obyektə -0, 02 qram), qalıq-6099,18 qram olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 iyul 2022-ci il tarixli “video diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulanadək yaşamış olduğu Bərdə şəhəri, Nüşabə küçəi döngə 1 ünvanında yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsinə baxış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə bir ədəd 20220723-140219 rəqəmləri yazılmış fayl vardır, faylı açdıqda bir ədəd video görüntünün olması məlum olmuş, həmin video görüntüdəki video çəkiliş 23 iyul 2022-ci il tarixdə çəkilmişdir, video çəkiliş 30 dəqiqə, 11 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünmüşdür ki, evə baxış keçirilməmişdən əvvəl təhqiqatçı Orxan Nəbiyev tərəfindən Təqsirləndirilən şəxs narkotk vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kəib yetirdirməklə kultivasiya etməsi barədə Bərdə rayon PŞ-nə daxil olmuş əməliyyat məlumatı əsasında həmin ünvana gəlmələrini, baxış keçirməmişdən əvvəl Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə və iştirakçılara hər hansı bir etirazının olub-olmadığı soruşulur, baxış keçirmədə iştirak edən şəxslər barədə, özü barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə və iştirakçılara hər hansı bir etirazının olmadığını bildirmiş, Təqsirləndirilən şəxs evin həyətyanı sahəsində hər hansı bir narkotik tərkibli bitkilərin olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs evin arxa tərəfində olmasını bildirib iştirakçılarla birlikdə həmin yerə gəlib çətənə bitkilərini göstərmişdir. İştirakçılar Təqsirləndirilən şəxs göstərdiyi yerə gələrkən orada narkotik tərkibli çətənə bitkilərinin olmasını müəyyən etmişlər. Təqsirləndirilən şəxs həmin bitkilərin nə bitkisi olması soruşulmuş, o, həmin bitkilərin öz-özünə çıxmasını, marixuana olmasını, bir aydan artıqdır ki, gördüyünü, polisə bildirmədiyini, özü üçün istifadə edəcəyi məqsədilə gizli saxlamasını bildirmişdir. Bundan sonra baxışda iştirak edən mütəxəssis-aqronom Şahid5 həmin yerə və bitkilərə baxması, nə qənaətinə gəlməsi təklif olunmuş, aqronom bitkilərə baxaraq bitkilərin dib hissəsinin alaqlardan təmizlənməsini, bəzilərinin dibinin yaş olmasını deyərək həmin qənaətlə bitkilərə aqrotexniki qaydada qulluq göstərilməsini bildirmiş, Təqsirləndirilən şəxs belə olmadığını, bitkilərin öz-özünə çıxmasını, qulluq etmədiyini bildirmişdir. Bundan sonra həmin bitkilər bir-bir kökündən çıxarılmaqla yüksək səslə sayılmış, cəmi 41 ədəd olmuşdur. Bitkilər kökündən çıxarılıb sayılarkən təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs həmin bitkiləri haradasa da qurudub-qurutmamasını soruşmuş, Təqsirləndirilən şəxs isə xeyr cavabı vermiş, həmçinin bitkilər kökündən çıxarılarkən bitkilərin ətrafında çoxlu sayda boş plastik qabların olması da məlum olmuşdur. Aşkar edilmiş 41 ədəd bitkilər evin həyət hissəsinə gətirələrək rəqəmlənməklə ayrı-ayrılıqda yerdə düzülmüş, həyətin digər yerlərinə baxış keçirilmiş, hər hansı bir narkotik tərkibli bitkilər aşkar edilməmiş, aşkar edilmiş 41 ədəd narkotik tərkiğli bitkilər sintetin kisəyə qoyularaq qablaşdırılmış, iştirakçılar qablaşdırmanı əks etdirən kağız üzərinə imza etmişlər, kisələr möhürlənməklə ekspertizaya təqdim etmək üçün götürülmüş, iştirakçılar tərəfindən hər hansı bir etirazının, narazılığının olmadığını bildirilmiş və bununla da baxışın keçirilməsinin sona çatması elan edilmişdir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmiş, Təqsirləndirilən şəxs baxışın video görüntüdə əks olunan görüntüyə uyğun şəkildə çəkildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 iyul 2022-ci il tarixli “video diskə baxış keçirilməsi barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən video çəkilişdən istifadə edildiyi üçün həmin video çəkilişi əks etdirən bir ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə bir ədəd 20220723-150712 rəqəmləri yazılmış fayl vardır, faylı açdıqda bir ədəd video görüntünün olması məlum olmuş, həmin video görüntüdəki video çəkiliş 23 iyul 2022-ci il tarixdə çəkilmişdir, video çəkiliş 05 dəqiqə, 06 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünmuşdur ki, şəxsi axtarış keçirilməmişdən əvvəl təhqiqatçı Orxan Nəbiyev tərəfindən şübhəli şəxs Təqsirləndirilən şəxs barədə, onun müdafəçisi X16 barədə, eləcə də şəxsi axtarışda iştirak edən şəxslər barədə məlumat verilmiş, həmçinin Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah ediləməklə bu barədə Bildiriş təqdim olunmuşdur. Şəxsi axtarış keçirilərkən Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq üzərində olan əşyaları təqdim etməsi təklif olunmuş, Təqsirləndirilən şəxs masaya yaxınlaşaraq üzərində olan bir ədəd 10-luq, bir ədəd 5-lik pul əskinazı və iki ədəd qəpikləri masanın üzərinə qoymuş, əlindəki salfeti göstərmiş, sonra onun üzərinə polis nəfəri Abdulla Mustafayev tərəfindən şəxsi axtarış keçirilmiş, hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya qanunla dövriyyəsi qadağan olunmuş əşya aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs bundan əvvəl özünün ərizəsi əsasında fərdi yaşayış evinin həyətinə baxış keçirilərkən narkotik tərkibli bitkilərin aşkar olunması bildirilmiş, Təqsirləndirilən şəxs həmin bitkilərin yabanı olduğunu, polislər tərəfindən ona heç bir təsir və təzyiq göstərilmədiyni bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş pul əskinazları onun özünə qaytarılmış, daha sonra Təqsirləndirilən şəxs və iştirakçılara şəxsi axtarış keçirmə ilə bağlı etirazlarının olub-olmadığı soruşulmuş, iştirakçılar hər hansı bir etirazlarının olmadığını bildirmişlər, bununla da şəxsi axtarış keçirmənin başa çatması elan edilmişdir. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilməmiş, Təqsirləndirilən şəxs şəxsi axtarışın video görüntüdə əks olunan görüntüyə uyğun şəkildə çəkildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 25 iyul 2022-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqlnda” qərardan görünür ki, 25 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək həmin tarixdə ona qeyd edilən maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin 25 iyul 2022-ci il tarixli 4(021)-89/2022 nömrəli təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbiri seçilməsi barədə qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli 23 iyul 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs, Bərdə rayon Məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Mərkəzi xəstəxanası X20 xx.xx.2022-ci il tarixli, 906 və 983 saylı arayışlarından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda dayanmır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayonu İcra Hakimiyyəti Başçısının İcra Nümayəndəsinin xx.xx.2022-ci il tarixli arayışıdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında qeydiyyatdadır və Təqsirləndirilən şəxs ailə tərkibi aşağıdakı kimidir: 1965-ci il təvəllüdlü arvadı Şahid6, 1989-cu il təvəllüdlü oğlu X12 və 1992-ci il təvəllüdlü qızı X4. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayonu İcra Hakimiyyəti Başçısının İcra Nümayəndəsinin xx.xx.2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 9 ünvanında qeydiyyatdadır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 14 oktyabr 2022-ci il tarixli “üzləşdirmə” protokolundan görünür ki, İstintaq zamanı Şahid6 ilə Şahid5 ifadələri arasındakı ziddiyyətlər aydınlaşdırmaq məqəsdilə aralarında üzləşdirmə istintaq hərəkəti keçirilmiş, üzləşdirmə zamanı Şahid6 Şahid5 üzənə xx.xx.2022-ci il tarixdə yaşadıqları evin həyətyanı torpaq sahəsində aşkar edilmiş 41 ədəd narkotik tərkibli çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunmadığını, sadəcə sulanıb səpilməsinə ona bildirməsini Şahid5 üzünə demiş, Şahid5 isə həmin vaxt Şahid6 yaşadıqları evin həyətyanı sahəsində aşkar edilmiş 41 ədəd narkotik tərkili çətənə bitkilərinin əllə səpilməsini, alaq otlarından təmizlənməsini, suvarılmasını Şahid6 bildirməsini, həmin səpilmə, alaq otlarından təmizlənmə və suvarılmanın da aqrotexniki qaydada qulluq hesab edilməsini Şahid6 üzünə deməklə onun Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsində aşkar edilmiş 41 ədəd çətənə bitkilərinə aqrotexniki qaydada qulluq olunmadığını Şahid6 demədiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına xx.xx.2022-ci il tarixli cavab məktubundan görünür ki, 23 iyul 2022-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri zamanı yaşadığı evin həyətyanı torpaq sahəsində aşkar edilmiş 41 ədəd narkotik tərkibli çətənə bitkilərinin iş üzrə Təqsirləndirilən şəxs tərəfindən səpilməsini və ona aqrotexniki qaydada qulluq edilməsini müəyyən etmək istiqamətində müvafiq əməliyyat tədbirləri keçirilsə də Təqsirləndirilən şəxs həmin bitkiləri əkməsini, ona oqrotexniki qaydada qulluq etməsini təsdiqləyən başqa bir dəlil əldə edilməmiş, lakin onun həmin bitkiləri əkib-becərməsi barədə şöbəyə əməliyyat məlumatı daxil olmuşdur, həmçinin Təqsirləndirilən şəxs narkoik vasitənin marixuana növündən istifadə etməsi barədə məlumat daxil olmuş, narkotik vasitələrin alqı-satqısı barədə hər hansı bir məlumat daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X6 18 oktyabr 2022-ci il tarixli, 1562 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinioidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6100 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 6099,18 qram qram qalmış narkotik tərkibli 41 ədəd çətənə bitkiləri iş üzrə maddi sübut kimi tanınaraq saxlanması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə qeyd edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqında verdiyi ifadəsində yaşadığı evin həyətyanı torpaq sahəsində aşkar edilmiş 41 ədəd narkotik tərkibli çətənə bitkilərini əkib becərməməsinə, kultivasiya etməməsinə, qulluq göstərməməsinə dair göstərdiyi xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı tədqiq edilmiş mötəbər sübutlarla (şahidlərin ifadələri, ekspertiza rəyləri ilə) və işin faktiki halları ilə tam təkzib edilmişdir. Odur ki, məhkəmə Təqsirləndirilən şəxs ifadəsində göstərdikləri həmin xüsusatlara tənqidi yanaşaraq sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər»in Siyahısına əsasən çətənə növlü bitkilər Azərbaycan Respublikasında bitən, lakin kultivasiyası qadağan olunmuş tərkibində narkotik maddələr olan bitkilər hesab olunur və həmin bitkilərin 15 ədədindən yuxarı sayda kultivasiya edilməsi küllü miqdar hesab edilir. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 237.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsə yalnız azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və içtimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X6 18 oktyabr 2022-ci il tarixli, 1562 №-li rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinioidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6100 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 6099,18 qram qram qalmış narkotik tərkibli 41 ədəd çətənə bitkiləri saxlanması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6100 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 6099,18 qram qram qalmış narkotik tərkibli 41 ədəd çətənə bitkiləri məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 3 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 23 iyul 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmiş Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı torpaq sahəsindən aşkar edilərək götürülmüş təmiz çəkisi 6100 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 6099,18 qram qram qalmış narkotik tərkibli 41 ədəd çətənə bitkiləri məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 20 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 120 manat məbləğində pul köçürülməlidir. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar