Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-120/2024 22.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və X3 ibarət tərkibdə İclas katibləri: X9, X4 və X5, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokurorları, ədliyyə müşaviri X17 və kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və müdafiəçiləri Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx.xx.1968-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, X8 və Şəhərsalma Baş İdarəsinin Hüquq Sektorunun böyük məsləhətçisi işləmiş, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə şəhəri, ünvan 2ində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ondan ötrü ki, O, satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 1,589 qram, 1,021 qram, 5,082 qram, 1,875 qram, 2,112 qram olmaqla ümumi təmiz çəkisi 11,679 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamış, həmçinin istintaqa məlum olmayan mənbədən və tarixdə döyüş sursatı hesab edilən 01 (bir) ədəd zavod üsullu ilə hazırlanmış, pistonu mərkəzdən alışan, 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik patronluğunun uzunluğu 39 mm olan “Калашников” konstruksiyalı “AK-74” (“AKC- 774”, “AKC-74У”) markalı avtomat silahlarda “РПКС-74” markalı əl pulemyotlarında və s. yivili odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə (istifadəyə) yararlı patronu qanunsuz əldə edərək yaşadığı evdə saxlamış, 31 yanvar 2023-cü il tarixdə, saat 22:10 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Koroğlu küçəsində şübhəli şəxs qismində saxlanılıb, Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə keçirilmiş şəxsi axtarış zamanı üzərindən, yəni əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 03 (üç) ədəd, sağ yan cibindən isə 2 (iki) ədəd olmaqla satış məqsədi ilə saxladığı cəmi 5 (beş) ədəd şəffaf rəngli sellofan bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 1,589 qram, 1,021 qram, 5,082 qram, 1,875 qram və 2,112 qram olmaqla ümumi təmiz çəkisi 11,679 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, həmçinin 03 fevral 2023-cü il tarixdə saat 10:30 dəqiqədən həmin gün saat 11:17 dəqiqəyədək olan müddət ərzində Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, ünvan 2ində aparılan axtarış zamanı yataq otağındakı termo tipli mebel dəstinin siyirməsindən döyüş sursatı hesab edilən 01 (bir) ədəd zavod üsullu ilə hazırlanmış, pistonu mərkəzdən alışan 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik patronluğunun uzunluğu 39 mm olan “Калашников” konstruksiyalı “AK-74” (“AKC-774”, “AKC-74У”) markalı avtomat silahlarda “РПКС-74” markalı əl pulemyotlarında və s. yivili odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə (istifadəyə) yararlı patron aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, hadisədən təxminən 5-6 ay əvvəl Bərdə rayon polis şöbəsinin rəisinin istəyi ilə sonuncu ilə görüşmüş, görüş zamanı aralarında anlaşılmazlıq yaranmışdır. Rəis ona vətənpərvərlik və dövlətçiliklə bağlı, yəni onun dinə meylli şəxs olmasına irad bildirəndə qəti şəkildə etiraz edərək qardaşının İ Qarabağ müharibəsində şəhid olduğunu, özünün isə ailə üzvləri və oğlu ilə birlikdə Vətən müharibəsində qəhrəmancasına şəhid olmuş şəxslərin dəfn mərasimləri ilə məşğul olduğunu, dövlətə az da olsa bu cür xidmət etdiklərini demiş və aralarında həmin vaxtdan narazılıq yaranmışdır. xx.xx.2023-cü ildə saat 18:30 radələrində Tərtər şəhərində işdə olarkən mobil telefonuna oğluna məxsus mağazada işləyən şəxs zəng edərək mülki geyimdə olan bir nəfər şəxsin onunla danışmaq istədiyini bildirmiş, telefonda olan şəxsin Şahid Abdullayev adlı polis əməkdaşı olduğunu bildirmişdir. Sonuncu isə ona evi üçün kombi almaq istədiyini, köməklik etməsini xahiş etmiş, Şahidə Bərdəyə gəldikdə əlaqə saxlayacağını demişdir. Təkrar əlaqə saxladıqdan Şahid Abdullayev onu el arasında “Əlişin” kruqu adlanan yerə gəlməsini demiş, qısa müddət sonra yol patrul xidməti əməkdaşları idarə etdiyi avtomobili saxlamış, avtomobilin sənədlərini tələb etmiş, mülki geyimdə olan digər polis əməkdaşları isə ona yaxınlaşıb polis şöbəsinə aparmışlar. Bərdə RPŞ-nin inzibati binasına gələndən sonra onu Bərdə RPŞ-nin rəis müavini Rüfət adlı şəxs qəbul etmiş, Rüfət ona bu görüşlərinin son olduğunu, könüllü miqdarda lakin nisbətən az olan narkotik vasitəni götürməsini, əks təqdirdə onu Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərəcəklərini və üzərindən külli miqdar narkotik vasitə aşkar ediləcəyini demişdir. Rüfətə dövlət və dövlətçiliyə bağlı olmaqla dövlət məmuru olduğunu, qardaşının da İ Qarabağ müharibəsində şəhid olduğunu, həyatını məhv etməməyi demiş, lakin qollarına qandal vurub inzibati binanın 3-cü mərtəbəsində yerləşən əməliyyat bölmə rəisi Şahid Abdullayevin otağına aparmışlar. Bir neçə saat sonra Rüfət Məmmədov onu təkrar otağına aparmış, orada arxadan üzünü görmədiyi şəxs əllərini onun ciblərinə salmışdır. Bundan sonra onu birinci mərtəbəyə təhqiqatçının yanına aparmış, orada adlarını bilmədiyi iki nəfər tanımadığı hal şahidi, müdafiəçi kimi çağırılmış qadın vəkil Ayna Nəsirli olmuşdur. O, qollarından tutan iki nəfər şəxs ilə birlikdə otağa girdikdə əllərini buraxmış, əlini cibinə saldıqda sol cibində 3 ədəd büküm olmuş, o, həmin bükümləri cibindən çıxarıb yerə atmışdır. Bu zaman Orxan adlı polis əməkdaşı həmin bükümləri yerdən götürüb stolun üzərinə qoymuşdur. Ona video çəkiliş getdiyi bildirib qanunsuz olaraq narkotik vasitələrin satışı ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı əynindəki paltarın yoxlanılacağı, üstündə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. O, üzərində olan qara rəngli gödəkcədən özünə məxsus əşyaları iki ədəd gümüş üzük, bir ədəd təsbeh, bir ədəd siqaret və bir ədəd mobil telefonu masanın üzərinə qoymuş, həmin vaxt digər cibindən polislər tərəfindən üzərinə qoyulması barədə məlumatı olmadığı iki ədəd sellofan kəsiyi bükümündə kütlələri də çıxarıb masaya qoymuş, bükümlərin ona heç bir aidiyyəti olmadığını bildirərək etiraz etmişdir. Həmin bükümlərlə birgə bir ədəd mobil telefonu da götürmüşlərr. Murad adlı polis əməkdaşı üzərinə baxış keçirsə də hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Əşyalar özünə qaytarılmış, təxminən 2 gün sonra yaşadığı evə baxış keçirilmiş, orada da polislərin özü tərəfindən qoyulmuş 1 ədəd 5,45 mm kalibrli patron götürülmüşdür. Məhkəmə iclasında verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərmişdir ki, üzərinə qoyulmuş narkotik vasitələri qəbul etmədiyindən videoçəkiliş aparılması mümkün olmamış, polis əməkdaşları onun gətirildiyi vaxtdan xeyli müddət, təxminən 4-5 saat sonra hardansa iki nəfər hal şahidi tapıb gətirmişlər. Sonradan isə həmin şəxslərin “daimi hal şahidləri” olduğunu öyrənmiş və polisin çağırışı ilə gəldiklərini bilmişdir. Ondan heç bir narkotik vasitə aşkar edilməmiş və onun narkotik vasitəyə heç bir aidiyyəti yoxdur. İşlədiyi müddətdə dövlətə sədaqətlə xidmət etmişdir, ona bəraət verilərək azad edilməsini istəyir. Yaşadığı evdən götürülmüş dini kitablar, bayrağa bənzər qara rəngli üzərində ərəb əlifbası ilə yazı yazılmış parçalar da ona aid deyil, o heç vaxt dini ədəbiyyatdan istifadə etməmiş və evində belə ədəbiyyat saxlamamışdır. Tutulandan sonra evdə hansısa qanunsuz əşya olsa idi, ailə üzvləri bu əşyaları götürüb atardılar. Dini kitablar, “bayrağa bənzər” parça foto şəkilləri eləcə də bir ədəd “patron”u məqsədli şəkildə polis əməkdaşları tərəfindən “aşkar” edilmiş, onu guya radikal təhükəli biri olaraq tanıtmağa belə fikir formalaşdırmağa yönəlmişdir. Qanunsuz tutulduğu üçün ona bəraət verilməsini və azad edilməsini xahiş edir. Məhkəmədə şahid qismində dindirilmiş Bərdə RPŞ CAB-ın əməliyyat müvəkkili Şahid4 göstərmişdir ki, 31 yanvar 2023-cü il tarixdə Bərdə şəhəri, M.Ə.Rəsulzadə küçəsi, ev 70-də qeydiyyatda olmaqla Bərdə şəhəri, Füzuli küçəsi Yeni yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələri saxlaması və satışı ilə məşğul olması barədə polis şöbəsinə əməliyyat məlumat daxil olmuş, digər əməliyyat müvəkkili Orxanla birlikdə 31 yanvar 2023-cü il tarixdə təxminən saat 22:00 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri Koroğlu küçəsində saxlayıb Bərdə RPŞ-nin inzibati binasına gətirmiş, təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilib vəkil çağırılmışdır. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuş, hal şahidləri axtarılması üçün o və polis əməkdaşı Şahid4 şöbədən çıxaraq əvvəl tanımadığı şəxsləri dəvət etmişlər. Keçirilmiş şəxs axtarış zamanı əynindəki gödəkçənin sağ və sol ciblərindən bir neçə bükümdə narkotik vasitəyə bənzər maddələr çıxmışdır. Lakin Təqsirləndirilən şəxs həmin maddələrin ona məxsus olmasını inkar etmişdir. Aşkar edilən narkotikə bənzər kütlələr elektron tərəzidə çəkilmiş, şəxsin mobil telefonu da götürülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi sənədlərdən şəxsiyyət vəsiqəsindən başqa hamısı özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinə bənzər kütlələrin ona məxsus olmadığını, ümumiyyətlə narkotik vasitə istifadə etmədiyini və üzərindən aşkar edilmiş narkotikə bənzər kütlələrlə bağlı özünü təqsirli bilmədiyini demişdir. Bundan təxminən 2 gün sonra Təqsirləndirilən şəxs yaşadığı evdə də müstəntiqin tələbi ilə axtarış keçirilmiş və Şahid3 ilə həmin ünvana getmiş və fərdi yaşayış evində axtarış aparmışdır. Axtarış nəticəsində Bərdə şəhəri, Füzuli küçəsində yerləşən fərdi yaşayış evindən dini təyinatlı ədəbiyyat və möhür götürülmüş, axtrış vaxtı 1 ədəd patron da aşkar edilmişdir. Evin zirzəmisində müxtəlif meyvə şirələri olmuş onlardan da nümunələr götürülmüşdür. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid4 göstərdi ki, təqsirləndirilən şəxsin ifadəsində göstərdiyi X21 gətirildikdən sonra əlləri qandallanaraq üzərinə narkotik vasitə qoyulması və ona polislər tərəfindən qanunsuz təzyiq və təsir göstərilməsi barədə bildirdikləri əsassızdır. İddia edilən hal şahidlərinin guya özü və Şahid4 tərəfindən məqsədli olaraq çağırılması, həmin şəxslərin “polisin adamı” olması barədə göstərilənlər də əsassızdır. Belə ki, özü tərəfindən polis şöbəsinin yaxınlığında sonradan adının Həsən olduğunu bildiyi şəxs dəvət edilmişdir. Digər hal şahidini isə Orxan tapıb gətirmişdir. Həmin hal şahidləri də onlarla birlikdə aparılmış şəxsi axtarışda iştirak etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 da eyni məzmunlu ifadə verərək, göstərmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə saxladıqdan sonra Bərdə RPŞ-yə gətirmiş, ona qarşı şöbədə hansısa zorakılıq olmamışdır. Hal şahidi qismində dəvət etdiyi, adının sonradan Şahid1 olduğunu bildiyi şəxsi də təsadüfən görüb çağırmışdır. Həmin istintaq hərəkəti fotoçəkilişlə və hal şahidlərinin iştirakı ilə aparılmış, Şəmsinin üzərindən bir neçə büküm narkotik vasitə və şəxsi əşyalar, müxtəlif kartlar və mobil telefon aşkar edilmiş, lakin Təqsirləndirilən şəxs narkotik vasitələrin ona məxsus olmadığını göstərmişdir. Sonrakı dövrdə isə Təqsirləndirilən şəxs yaşadığı ünvana axtarış keçirilmiş, o da Muradla birlikdə orada iştirak etmiş, yanlış xatırlamırsa, təsadüfən aşkar edilmiş patrondan başqa hansısa qanunsuz əşya aşkar edilməmişdir. Həmin istintaq hərəkəti isə müstəntiq tərəfindən videoçəkilişlə keçirilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə şəhərində Polis Şöbəsinin yaxınlığında yerləşən avtoyuma məntəqəsində işləyir, işi olduqda axşam təxminən saat 21-ə qədər digr vaxtlarda isə 20-ə qədər işdə olur. xx.xx.2023-cü il tarixdə axşam işdən evə Bərdə rayonu Hacılar kəndinə getmiş, sonradan dərman lazım olduğu üçün polis şöbəsinin yaxınlığındakı aptekə gəlmişdir. Bərdə şəhəri İ. Qayıbov küçəsində olarkən bir nəfər polis əməkdaşı yaxınlaşıb onu hal şahidi kimi Bərdə RPŞ-də keçirilən axtarışda iştirak etməyə çağırmış və həmin polislə Bərdə RPŞ-yə gəlmişdir. Oraya getdikdə təxminən saat 22 radələri olmuşdur. Otağa ondan sonra digər bir nəfər mülki geyimli, təxminən 50-55 yaşlarında kişi də gəlmiş, bundan sonra Şəmsi adlı şəxsin üzərində axtarış keçirilmişdir. Həmin vaxt polislər tərəfindən foto yaxud videoçəkiliş aparıldığını dəqiq bilmir. Axtarışda bir nəfər qadın vəkil də iştirak etmiş, şəxsin cibindən hansısa bükülülər çıxmış, axtarılan şəxs isə həmin bükülülərin ona aid olmadığını demişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq şahid Həsən Sərxanlı göstərdi ki onu xx.xx.2023cü ildə onu aptekə gələn zaman çağırıb axtarışda iştirak etməyi demişlər. Polis şöbəsində olduğu müddətdə sonradan adının Şəmsi olduğunu bildiyi şəxsə qarşı hansısa zorakılıq edildiyini, onun döyüldüyünü və söyüldüyünü görməmişdir. Şəmsinin də həmin vaxtı üzərindən çıxan bükümlərin ona məxsus olmamasından başqa digər etirazı olmamışdır. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid1 göstərmişdir ki, hadisə vaxtı “Azəriqaz” X12 İdarəsinin Təmir Tikinti Xidmətində "xxxx" MMC-dən verilmiş göndəriş əsasında müqavilə ilə işləmiş və işləri adətən sayğacların yoxlanması ilə məşğul olmuşdur. Sayğaclara müdaxilələr adətən gecə olduğu üçün digr gündəlik işlərlər bərabər axşamlar sayğacları yoxlamaq üçün işə çağırıldığı hallar olmuşdur. xx.xx.2023-cü ildə saat 22 radələrində Bərdə şəhərində sayğacları yoxlayarkən bir nəfər mülki geyimli şəxs ona yaxınlaşıb hansısa şəxsin üzərində axtarış keçirəcəklərini deyib hal şahidi qismində onu iştirak etməyə çağırmışlar. O da razılaşıb polis şöbəsinə getmiş, orada əvvəllər tanımadığı, adının sonradan Şəmsi olduğunu bildiyi şəxsin üzərinə axtarış keçirilmişdir. Məhkəmə iclaslarında verilmiş suallara cavab olaraq Şahid1 göstərmişdir ki, xx.xx.2023-cü ildə evdən tələsik çıxdığı üçün həmin vaxt mobil telefonu evdə qalmışdır. Əvvəllər bir neçə dəfə təxminən 4-5 il əvvəl Tərtər rayon polis şöbəsində eynixarakterli şəxsi axtarışla bağlı işlərdə hal şahidi qismində iştirak etsə də bu barədə xx.xx.2023-cü ildə Bərdə RPŞ-də polislər ondan soruşmamış, özü də bu barədə məlumat verməmişdir. Axtarış vaxtı isə Şəmsi üzərindən çıxan bükümlərin ona məxsus olmadığını demişdir. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Bərdə RPŞ CAB-ın rəisi Abdullayev Şahid Mürsəl oğlu göstərmişdir ki, Təqsirləndirilən şəxs rayon sakini kimi tanımış və onunla münasibəti normal olmuşdur. xx.xx.2023-cü ildə də Şəmsiyə məxsus qızdırıcı su avadanlıqları olan Bərdə şəhərində yerləşən dükana evinə kombi almaq üçün məsləhətləşməyə getmiş, satıcı olan oğlandan Şəmsini soruşduqda hələ gəlmədiyini demişdir. Özü yaxud həmin oğlanın mobil telefonu ilə Şəmsi il danışıb ondan kombi ilə bağlı məsləhətlər almış, həmçinin kombilərin qiyməti ilə maraqlanmışdır. Şəmsi ilə aralarındakı danışıq məişət işləri ilə əlaqədar olmuş, evi üçün kombini qiyməti münasib olduğu üçün digər dükandan almışdır. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid Abdullayev göstərdi ki, Şəmsi ilə polis şöbəsinin rəhbərliyi arasında hansısa narazılıq yaxud anlaşılmazlıq olmasından məlumatı yoxdur. O və ailə üzvləri ilə aralarında münaqişə olmamışdır. Şəmsinin niyə Bərdə RPŞ-yə gətirildikdən sonra ona qarşı rəis müavini tərəfindən psixoloji təzyiq edilməsi, guya cibinə narkotik vasit qoyulmasının səbəblərini isə bilmir, belə halların şahidi olmamışdır. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Şahid5 ifadəsində göstərmişdir ki, qanunvericilikdə hər hansı məhdudiyyət olmadığına görə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış seçiminə əsasən hal şahidlərinin iştirakı ilə keçirilmiş, hal şahidlərinin dəvət edilməsi üçün polis əməkdaşlarına göstəriş vermiş, şübhəli şəxs ona təqdim ediləndən təxminən 30-40 dəqiqə sonra ayrı-ayrılıqda biri cavan, digəri isə yaşlı olmaqla 2 nəfər kişi cinsli şəxs polislərlə birlikdə gəlmiş, onların şəxsiyyətini müəyyən etdikdən sonra hüquq-vəzifələrini izah etmişdir. Bundan sonra vəkil də gəlmiş və onların iştirakı ilə şəxsi axtarış fotoşəkillər çəkilməklə keçirilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 5-6 bükümdə olan narkotik vasitələrin ona məxsus olmadığını bildirmiş, onun dediyi kimi də protokola qeydiyyat aparmışdır. İlkin izahatında da Təqsirləndirilən şəxs qeyd etdiyi məzmunda qeyd etmiş və izahat və ifadəsini oxuduqdan sonra vəkili ilə imza etmişdir. Götürülən narkotikə bənzər kütlələr isə qablaşdırıb ekspertizaya göndərilmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Vüsal Süleymanov göstərdi ki, həmin vaxt seçiminə görə şəxsi axtarışın videoçəkilişlə deyil, hal şahidləri ilə keçirilməsinə qərar vermiş, fotoşəkillərdən başqa çəkiliş olmamışdır. Hal şahidləri qismində iştirak edən şəxslərin ancaq şəxsiyyətini və anket məlumatlarını müəyyən etmiş və protokolda qeyd aparmışdır. Tərtib etdiyi xx.xx.2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması” protokolunda videoçəkiliş aparılması və vaxtların qeyd edilməsi isə əvvəl eynixarakterli işlərlə bağlı protokolun üzərində işlədiyi üçün səhlənkarlıq edərək texniki yanlışlığa yol verməsi ilə əlaqədardır. Məhkəmənin təşəbbüsü ilə əlavə şahid qismində dindirilmiş iş üzrə istintaq aparmış X10 göstərmişdir ki, həmin dövrdə Bərdə RPŞ-də müstəntiq vəzifəsində işləmiş, sonra isə Şəmkir RPŞ-yə təyinat almışdır. İş icraatına verildikdən sonra Təqsirləndirilən şəxs evində narkotik vasitə və digər qanunsuz əşya olma ehtimalı yüksək olduğuna görə Təqsirləndirilən şəxs yaşadığı evdə axtarış keçirilməsi barədə prokurorluğa vəsatət vermiş və məhkəmənin qərarı ilə axtarış keçirilmişdir. Axtarış bilavasitə onun tərəfindən polis əməkdaşlarının iştirakı ilə keçirilmiş, təqsirləndirilən şəxs özü və müdafiəçisi də videoçəkilişlə keçirilən istintaq hərərkətində iştirak etmişdir. Yaşadığı evin otaqlarında növbə ilə axtarış keçirilmiş, dini təyinatlı ədəbiyyat və şəkillər aşkar edilib götürülmüşdür. Axtarış vaxtı otaqdakı şkafda olan siyirtmələrin birindən 1 ədəd 5,45 mm kalibrli döyüş patronu isə bilavasitə özü tərəfindən təsadüf nəticəsində aşkar edilmiş, təqsirləndirilən şəxsə təqdim edildikdə sonuncu həmin patronun özünə məxsus olmadığını bildirmiş, həmin qeydi özü də protokolda yazmışdır. Təqsirləndirilən şəxs yaşadığı evin zirzəmisində olan xeyli miqdar meyvə şirələrindən də nümunə götürülmüşdür. Məhkəmədə verilən suallara cavab olaraq Seymur Musayev göstərdi ki, Təqsirləndirilən şəxs göstərdiyi -evində axtarış aparılması zamanı qanunsuzluqlar edilməsi, keçirilmiş axtarış zamanı otaqlarda ondan əvvəl polis əməkdaşlarının olması barədə göstərilənlər əsassızdır. Bütün istintaq hərəkəti videoçəkilişlə, fasiləsiz qeydə alınmışdır. Müdafiə tərəfinin göstərdiyi patronun polis əməkdaşları tərəfindən qoyulması isə əsassızdır. Aşkar edilən patronun Təqsirləndirilən şəxs məxsus olması qənaətə gəlməsinə səbəb və həmin məzmunda təqsirləndirilən şəxsə ittiham verilməsinə əsas isə daxili inamı və həmin evdə yaşayan digər ailə üzvlərinin heçbir qanunsuz hərəkətə yol verməməsi səbəb olmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “baxış keçirilməsi haqqında” protokoldan və ona əlavə edilmiş fotocədvəllərdən görünür ki, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kapitanı Şahid3 CAB-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid4, Bərdə rayon Vəkillər Birosunun vəkili X13 və hal şahidləri Şahid1 ilə Şahid2 iştirakı ilə Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru Şahid5 tərəfindən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən olan qara rəngli gödəkcənin sol yan cibindən üç ədəd sellofan kəsiyi bükümündə narkotikə bənzər kütləni, iki ədəd gümüş üzük, bir ədəd təsbeh, bir ədəd siqaret və bir ədəd mobil telefon, həmin gödəkcənin sağ yan cibindən isə bir ədəd pul kisəsi və iki ədəd sellofan kəsiyi bükümündə narkotikə bənzər kütlə götürülüb qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərinə Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid4 tərəfindən axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu-sual zamanı aşkar edilmiş narkotik vasitəyə bənzər kütlələrin ona məxsus olmadığını, ümumiyyətlə narkotik vasitə istifadə etmədiyini özünü təqsirli bilmədiyini bildirmiş, bununla da baxış istintaq hərəkəti başa çatdırılmışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-kimyəvi ekpsertizasının 01 fevral 2023-cü il tarixli 16/173 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikə bənzər kütlələr” yazı və imzalar olan kağız paketdəki 5(beş) ədəd şəffaf sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 1,589 qram, 1,021 qram, 5,082 qram, 1,875 qram, 2,112 qram, ümumi təmiz çəkisi 11,679 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir, kimyəvi tərkiblərinə görə eynidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 03 fevral 2023-cü il tarixli “axtarış keçirilməsi haqqında” protokol, videoçəkiliş və fotocədvəldən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Bərdə şəhəri, ünvan 2ində keçirilmiş axtarış zamanı 1 ədəd patron, “Qurani Kərim” kitabı, üzərində kiril əlifbası ilə yazıları olan 5 ədəd dini kitab, “Şər”i suallara cavablar” adlı dini kitab, üzərində fars əlifbası ilə yazıları olan 4 ədəd dini kitab, 3 ədəd dəftər, 6 ədəd şəkil, 6 ədəd sənəd, qara rəngli üzərində qırmızı ərəb hərfləri ilə olan bayraq, möhür qırıntıları, 1 ədəd şəffaf rəngli polietilen torba, 1 ədəd patron və evin zirzəmisində olan müxtəfli növ meyvə sularının hərəsindən 1 kaset nümunə kimi evdə axtarış aparılan zaman aşkar olunmuş, axtarış zamanı 11 adda dini kitablar, 1 ədəd bayraq, 6 ədəd şəkil, 6 ədəd sənəd üzərində qırmız ərəb hərifləri olan bayraq, möhür qırıntıları, 1 ədəd şəffaf rəngli polietilen torba, və evin zirzəmisində olan müxtəlif növ meyvə sularının hərəsindən 1 bağlama götürülmüşdür. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə ballistik ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/372 saylı rəyinə əsasən tədqiqata təqdim edilmiş 1 ədəd patron 5,45 mm kalibrli olmaqla, həmin kalibra malik patronluğunun uzunluğu 39 mm olan, Kalaşnikov konstruksiyalı “AK-74” (“AKC-74” AKC-74 Y”) maraklı avtomat silahlarda PПK-74(PПKC-74) markalı əl pulemyotlarında vəsair yivli odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş adi gülləli patrondur, döyüş sursatıdır və istifadəyə yararlıdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış 12 iyun 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış, ümumi təmiz çəkisi 11,179 qram olan heroin və 1 (bir) ədəd 5,45 kalibrli patron maddi sübut kim tanınmış və Bərdə RPŞ-yə məsul saxlanca verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığına cavab olaraq Bərdə rayon polis şöbəsinin 15 mart 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olsa da, lakin onun konkret olaraq kimlərə narkotik vasitə satmasını və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini və 1 (bir) ədəd patronu hər hansı bir şəxsdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Azərbaycan Respublikası DİNin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən verilmiş 30 aprel 2023-cü il tarixli, tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmə tədqiq edilmiş Bərdə şəhər İHB-nin Bərdə şəhəri üzrə icra nümayəndəliyindən verilmiş xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəməyə müdaifə tərəfindən təqdim edilmiş Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin Bərdə rayon üzrə nümayəndəliyindən verilmiş xx.xx.2021-ci il tarixli, Bərdə rayon İcra Hakimiyyəti tərəfindən xx.xx.2021-ci ildə verilmiş fəxri fərmanlardan görünür ki, Təqsirləndirilən şəxs Qarabağ müharibəsi zamanı arxa cəbhədə göstərdiyi xidmətlərə görə təltif edilmişdir. Məhkəməyə təqdim edilmiş və araşdırılmış Bərdə rayon VVAQŞ tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki qardaşı X1 rayonunda xx.xx.1994-cü ildə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuşdur. İş materiallarında olan ИТ №1270591 saylı əmək kitabçasının surətindən görünür ki, təxminən uzun müddət müxtəlif dövlət orqanlrında o cümlədən prokurorluqda işləmişdir. İş materiallarında olan №011413 saylı vəsiqənin surətindən görünür ki, təqsirləndirilən şəxsin anası X7 şəhid ailəsidir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs ibtidai istintaqın sonrakı dövründə müqavilə bağldığı müdafiəçi ilə dindirilməsi zamanı Bərdə RPŞ-yə gətirildikdən sonra fiziki zorakılığa məruz qalması, üzərinə Rüfət Məmmədov və Şahid Abdullayev adlı polis əməkdaşları tərəfindən qanunsuz olaraq narkotik vasitə qoyulması ilə bağlı verdiyi ifadəsində göstərdiyi xüsusatlar üzrə Bərdə rayon prokurorluğunda aparılmış araşdırma zamanı toplanmış 84c-23 saylı material üzrə polis əməkdaşlarının hərəkətlərində cinayət tərkibi olmadığı üçün barələrində cinayət işinin başlanması rədd edilmiş, həmin qərardan təqsirləndirilən şəxs yaxud müdafiəçi tərəfindən şikayət verilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Cinayət qanununun başlıca prinsiplərindən biri olan qanunçuluq prinsipinə əsasən əməlin (hərəkət və ya hərəkətsizliyin) cinayət sayılması və həmin əmələ görə cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir (Cinayət Məcəlləsinin 5.1-ci maddəsi). Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər (Cinayət Məcəlləsinin 7.1-ci maddəsi). Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” 22 iyun 2015-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, bu vəzifələrin və prinsiplərin təmin olunması törədilmiş ictimai təhlükəli əməlin düzgün tövsif edilməsi zamanı mühüm əhəmiyyətə malikdir. Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun əməli ittiham olunduğu Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Belə ki, iş üzrə ibtidai araşdırmanın aparıldığı ilkin dövrdə, yəni xx.xx.2023-cü ildə keçirilmiş şəxsi axtarış, ilkin izahat, şübhəli və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, üzərindən aşkar edilən heroin ona məxsus deyil, narkotik vasitələrdən istifadə etmir və satışı ilə məşğul olmur. İş üzrə məhkəmənin həm əvvəlki, həm də yeni tərkibi tərəfindən şahid qismində dindirilmiş Bərdə RPŞ-nin əməliyyat müvəkkilləri isə nə ibtidai istintaq, nə də məhkəmə baxışı zamanı verdiyi ifadələrdə Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasını təsdiq edən hansısa məlumatı Təqsirləndirilən şəxs saxlanılarkən, nə də sonrakı dövrdə müəyyən edilmədiyi bildirmiş, ittiham tərəfindən həmin halı təsdiq edəcək hansısa digər sübut məhkəməyə təqdim edilməmiş, bununla bağlı heç bir vəsatət verilməmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan əməliyyat tapşırığına cavab məktubunda Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş heroini satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olması qeyd edilsə də a narkotik vasitə satdığı şəxslərin dairəsini müəyyən etməyin mümkün olmadığı göstərilmişdir. Məhkəmə tərkibi qeyd edir ki, ibtidai araşdırma orqanının gəldiyi qənaətə əsasən ittiham aktında göstərdiyi Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinin külli miqdar və müxtəlif bükümlərdə olması hazırki iş üzrə şəxsin satış məqsədini təsdiq edən fakt kimi qəbul edilə bilməz. Belə ki, istintaq orqanı satış məqsədi ilə şəxsi istehlak miqdarından artıq narkotik vasitəni əldə edib saxlaması və daşıması ilə bağlı Təqsirləndirilən şəxs ittiham versə də, satış məqsədini təsdiq edən (istehlakçılarla əvvəlcədən razılıq əldə etməsi və ya sövdələşməsi, alıcılarla telefon danışığı olması, avadanlıq əldə etməsi, onun şəxsi istehlak miqdarından artıq narkotik vasitəni məhz satış məqsədki ilə əldə etməsinə və bu kimi sair hərəkətlər) hallara dair sübut əldə edə, və satışla bağlı hissədə onun təqsirini sübuta yetirə bilməmişdir. Təqsirləndirilən şəxs aşkar edilmiş narkotik vasitənin bir neçə bükümdə olması isə işin digər obyektiv hallarına münasibətdə şəxsin narkotik vasitələrin satışı ilə məşğul olmasını təsdiq edən mötəbər hal kimi qiymətləndirilə bilməz. Göstərilənlər Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədilə deyil, digər (istehlakçılardan gizlətmək, digər şəxslərin istifadəsinin qarşısını almaq, yaxud istənilən digər şəxsi məqsədlə) qanunsuz əldə edib saxlamasını və daşımasını təsdiq edən hallardır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübut və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə qeyd edir ki cinayət işi materiallarında əməliyyat məlumatının Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasına dair hissədə mötəbərliyini təsdiq edə biləcək heç bir sübut, sənəd, material və sair hal(lar) mövcud deyildir. Belə ki, cinayət işinin materiallarında olan əməliyyat məlumatların nədən ibarət olması, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə bağlı təqsirini hansı qaydada təsdiq etməsi və onun hansı qaydada sübut kimi qəbul edilməsini müəyyən etmək mümkün deyildir. Məhkəmə tərkibi hesab edir ki, yalnız mənbəyi və mötəbərliyi məlum olmayan həmin əməliyyat məlumatlarına əsaslanaraq Təqsirləndirilən şəxs narkotik vasitənin dövriyyəsi ilə məşğul olması nəticəsinə gəlmək CPM-in 137-ci maddəsinin tələblərinə ziddir. Azərbaycan Respublikası CPM-in 137-ci maddəsinə görə əməliyyat-axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar «Əməliyyat-axtarış fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və bu Məcəllənin tələblərinə uyğun təqdim edildikdə və yoxlanıldıqda, cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. “Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 137 və 445.2-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 fevral 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, Əməliyyataxtarış tədbirinin aparılması barədə qərara əsasən əldə edilmiş materiallar “Əməliyyataxtarış fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun əldə olunduqda və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin tələblərinə uyğun təqdim edildikdə, habelə məhkəmə nəzarəti qaydasında ətraflı yoxlanıldıqda, həmin Məcəllənin 137-ci maddəsinin tələblərinə uyğun olaraq cinayət təqibi üzrə sübut kimi qəbul edilə bilər. Cinayət işi materiallarından görünür ki, əməliyyat axtarış fəaliyyəti nəticəsində əldə edilmiş materiallar CPM-in tələblərinə uyğun olaraq təqdim edilməmiş və məhkəmə nəzarəti qaydasında yoxlanılmamışdır. Belə halda cinayət işinə əlavə edilən məktub və raporta istinad etməklə Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması qənaətinə gəlmək mümkün deyil. Azərbaycan Respublikası CPM-nin 21.2-ci maddəsinə əsasən, bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası CPM-nin 21.3-cü maddəsinə əsasən, cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Tamamilə eyni mövqe İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin (bundan sonra “Avropa Məhkəməsi”) formalaşmış presedent hüququnda öz əksini tapmışdır. Belə ki, Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, cinayət işləri ilə əlaqədar Konvensiyanın 6-cı maddəsinə əsasən baxılan məsələlərdə sübutetmə yükü ittiham tərəfinin üzərindədir və hər hansı mövcud olan şübhə təqsirləndirilən şəxsin vəziyyətini yaxşılaşdıran hal kimi nəzərə alınmalıdır (İlqar Məmmədov Azərbaycana qarşı, № 919/15, § 92, 16 noyabr 2017). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, şəxs təkcə narkotik maddələrin qanunsuz saxlamasında yox, eləcə də onların satışında ittiham edilirsə, bu zaman, məsələn, nağd pul, narkotik maddəni təchiz etmiş şəxslər və ya potensial alıcılar haqqında məlumatlar, tərəzi, qablaşdırma materialları və sair əczaçılıq vasitələrinin aşkar edilərək əlavə sübut kimi təqdim edilməsi zəruridir (İbrahimov və Məmmədov Azərbaycana qarşı, № 63571/16 və s., § 125, 13 fevral 2020). Narkotik maddələrin satışını təsdiq edən ən mühüm və danılmaz sübut növü kimi Avropa Məhkəməsi, o cümlədən Rusiya və Ukrayna hüquq mühafizə orqanları tərəfindən geniş istifadə edilən, “Əməliyyat-axtarış fəaliyyəti" haqqında Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin 1-ci bəndinin 12-ci yarımbəndi ilə də nəzərdə tutulan, nəzarət qaydasında mal alınmasını qəbul etmişdir. Bununla belə, Avropa Məhkəməsi hətta bu halda tələb edir ki, əməliyyat tədbirini həyata keçirən orqan, bunun üçün əsaslı səbəblərin, xüsusilə də şübhəli şəxsin cinayətin törədilməsi istiqamətində artıq müəyyən addımların atdığını təsdiqləyən və əldəetmə mənbəsi sonrakı mərhələdə yoxlanıla bilən konkret və obyektiv məlumatların olduğunu nümayiş etmək imkanında olsun (Kuzmina və Digərləri Rusiyaya qarşı, № 66152/14 və s., § 88, 20 aprel 2021). Avropa Məhkəməsinin formalaşmış presedent hüququna görə, narkomaniya xəstəliyinin aşkar olunduğunu təsdiqləyən ekspertiza rəyi özü-özlüyündə şəxsin hətta satış məqsədi olmadan narkotik vasitələri və ya psixotrop maddələrini şəxsi istehlak miqdarından artıq miqdarda saxlamağa (Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi) görə cinayət məsuliyyətinə cəlb edilməsi üçün əsas kimi qəbul edilə bilməz (Sakit Zahidov Azərbaycana qarşı, № 51164/07, § 51, 12 noyabr 2015). Avropa Məhkəməsinin "Savalanlı və digərləri Azərbaycana qarşı" işi (№ 54151/11, 15 dekabr 2022, § 92) üzrə qərarında verilən təfsirə görə, məhkəmə istintaq hərəkətlərinin əsasən müvafiq axtarışların aparılması ilə məhdudlaşması, onların narkotik vasitələrin qanunsuz dövriyyəsində iddia edilən iştirakı ilə bağlı hallarla bağlı hər hansı istintaq hərəkətlərinin aparılmamasını nəzərdən qaçıra bilmir (İbrahimov və Məmmədov, § 130). İş materiallarında olan sənədlərdən yerli hakimiyyət orqanlarının istintaqın istənilən mərhələsində nağd pul vəsaitləri, mümkün təchizatçılar və ya alıcılar haqqında məlumat və ya narkotik vasitələrin qanunsuz dövriyyəsinin təşkilinə aid əşyaların, о cümlədən tərəzi və qablaşdırma materialı kimi digər mötəbər sübutları aşkar etməyə cəhd göstərmələri görünmür. Belə aydın olur ki, onlar istintaq hərəkətlərini yalnız narkotik vasitələrin götürülməsi ilə məhdudlaşdırmışlar. Həmçinin, məhkəmə ərizəçilərin həbsdə saxlanıldığı bütün müddət ərzində İstintaq orqanları tərəfindən onların sözügedən narkotik vasitələri hansı mənbədən əldə etmələri barədə hər hansı məlumat və ya sənədlərin aşkarlanmadığı və müəyyən edilmədiyi haqda faktı nəzərdən qaçıra bilmir. Beləliklə, istintaq nəticəsində narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmasına dəlalət edən tamamilə heç bir sübut növü məhkəmə istintaqına təqdim edilmədiyi halda, Təqsirləndirilən şəxs, aşkar edilmiş heroinin şəxsi istehlak miqdarından artıq və bir neçə bükümdə olması əsas götürülərək onun külli miqdar narkotik vasitələrin satışı məqsədilə əldə edib saxlaması və daşıması ilə bağlı cinayət məsuliyyətinə cəlb edilməsi, Azərbaycan Respublikasının cinayət və cinayət-prosessual qanunvericiliyinin, eləcə də Avropa İnsan Hüquqları Konvensiyasının ədalətli məhkəmə araşdırması hüququnu müəyyən edən 6-cı maddəsinin təməl prinsiplərinə zidddir. “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun İ siyahısında narkotik vasitələr hesab edilən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarın (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin......hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir (1.0.10.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması.....- həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxs vasitəsilə və digər yolla yerinin dəyişdirilməsinə yönəlmiş bütün hərəkətlərdir (1.0.8). Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli 2 saylı Qərarının 9-cu bəndində məhkəmələrə tövsiyə edir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitələrin onu Bərdə RPŞ-yə gətirən polis əməkdaşları tərəfindən qanunsuz olaraq üzərinə qoyulması, keçirilən videoçəkilişlə axtarış vaxtı narkotik vasitəni cibindən çıxarıb yerə atması, bundan sonra polis əməkdaşı Orxan Bayramovun həmin narkotik vasitəni götürüb stolun üzərinə qoyması, etiraz etməsinə görə polis əməkdaşlarının çəkilişi dayandırıb hal şahidi gətirməyə getməsi, təxminən bir neçə saat sonra 2 nəfər “polisin adamı” olan hal şahdilərinin gətirilərək onların iştirakı ilə üzərinə axtarış keçirilməsini, evindən aşkar edilmiş 1 ədəd döyüş patronunun da polis tərəfindən yaşadığı evdə aparılan axtarış zamanı qanunsuz olaraq “qoyularaq” sonradan guya “aşkar edilməsi”nə münasibətdə qeyd edir ki, həmin hallar təqsirləndirilən şəxsin öz ifadəsindən başqa digər sübutlarla təsdiqini tapmadığı və məhkəmə baxışı zamanı sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs həmin ifadələri özünümüdafiə xarakteri daşıdığı üçün məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul etmir. Belə ki, iş materiallarında olan xx.xx.2023-cü il tarixli “şəxsi axtarış keçirilməsi haqqında” protokoldan görünür ki, keçirilmiş istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs hazırki məhkəmə baxışında da göstərdiyi xüsusatlar, yəni narkotik vasitənin ona məxsus olmasını inkar etməsi barədə məlumatlar əks edilmişdir. Məhkəmə müdafiə tərəfinin şəxsin təqsirsizliyinə digər dəlil olaraq istinad etdiyi “şəxsi axtarış keçirilməsi haqqında” protokolda videoçəkilişin aparılmasının qeyd edilməsi və çəkiliş başlanmasının göstərilməsinə münasibətdə qeyd edir ki, cinayət prosesində tərtib edilmiş prootokol və qərarların tərtib edilməsi xüsusi diqqət və ehtiyatlılıq tələb etsə də istənilən prosessual sənədlərin tərtibi zamanı texniki yanlışlığa yol verilməsi ehtimalı mümkündür və bu da formal əsasa görə həmin protokolun sübutlar siyahısından çıxarılmasına əsas vermir. Əks təqdirdə qanunvercilik cinayət işinin “yekun aktı” olan işə baxan məhkəməyə texniki yanlışlığın aradan qaldırılması imkanı verməzdi. Həmçinin həmin halı araşdırarkən məhkəmədə dindirilmiş iş üzrə təhqiqatı aparmış təhqiqatçı Şahid5 həmin istintaq hərəkəti protokolunu digər eyniməzmunlu elektron sənəd üzərində işlədiyini və diqqətsizlik etdiyindən protokolda həmin məzmunda qeyd eqaldığını bildirmiş, iş üzrə istintaq aparmış müstəntiq Seymur Musayev isə sonradan diqqətsilik etdiyi üçün sübutların qiymətləndirilməsi qərarında düzəliş etmədiyini göstərmişdir. Bundan başqa həmin istintaq hərəkətində iştirak edən hal şahidləri məhkəmənin işə baxan həm əvvəlki, həm də yeni tərkibi tərəfindən dindirilərkən polis əməkdaşlarından birində fotokamera olsa da çəkiliş aparılması axtarış vaxtı onlara məlumat verilmədiyini, istintaq hərəkətinə hansısa səbəbdən dayandırılıb, fasilə verilməsi halını görmədiklərni bildirmişlər. Həmin protokolun mötəbər sübutlar siyahısından çıxarılmasına əsas olaraq müdafiə tərəfinin göstərdiyi digər dəlil hal şahidi qismində xx.xx.2023-cü il tarixli şəxsi axtarış keçirilməsində iştirak Şahid1 əvvəlki dövrdə yəni 2019-2021-ci illərdə yaşadığı yer üzrə Tərtər RPŞ-də keçirilmiş narkotik vasitələrin dövriyyəsi ilə bağlı keçirilmiş şəxsi axtarışlarda mütəmadi iştirak etməsi ilə bağlı məhkəmə nəzərə çatdırır ki, 2021-ci ildən sonrakı dövrdə həmin şəxsin eynixarakterli işlərdə iştirakını təsdiq edən hal müəyyən edilməmişdir. Həmçinin məhkəmə baxışı zamanı həm hal şahidi qismində iştirak etmiş Mübariz Zeylanov əvvəllər eynixarakterli işlərdə iştirak etməsi ilə bağlı təhqiqatçıya heç bir məlumat vermədiyini, təhqiqatçı Şahid5 isə hal şahidi qismində dəvət edilən şəxslərin əvvəllər eyni xarakterli işlərdə hal şahidi qismində iştirak etməsini araşdırmaq və dəqiqləşdirmək üçün texniki və sair imkanı olmadığını göstərmişdir. Məhkəmədə müdafiə tərəfinin verdiyi vəsatətə əsasən Təqsirləndirilən şəxs və hal şahidi olan Şahid1 istifadəsində olan mobil nömrələrin xx.xx.2023-cü ildəki antenna dairələri ilə bağlı müdafiə tərəfinin verdiyi vəsatət təmin edilmiş xx.xx.2023-cü il tarixli qərarına əsasən müvafiq məlumatlar mobil operatordan götürülmüş və müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrə xx.xx.2023-cü ildə saat 19:30 radələrindən etibarən Bərdə şəhərində yerləşən müxtəlif ünvanlarda olmuş, Şahid1 evdə olduğunu bildirdiyi mobil nömrə isə istintaq hərəkəti aparılarkən saat 22:00 radələrində Tərtər rayonu Hacıqərvənd kəndindəki anten dairəsində olmuşdur. Hal şahidinin göstərdiyi mobil telefonun evdə olmasının səbəbi sonradan iş yeri olan Bərdə şəhərinə gəlməsinin səbəblərini müəyyən etmək isə hazırki məhkəmə baxışının predmeti deyil. Məhkəmə qeyd edir ki, hüquq mühafizə orqanlarının əməkdaşları tərəfindən fiziki və psixoloji təzyiqə, eləcə də hədə-qorxuya məruz qalan, yaxud qalması ehtimal edilən (iddia edən) şəxsin əməliyyat axtarış və istintaq hərərkətlərində iştirak edən müdafiəçi ilə konfidensial ünsiyyətdə olmaq, ona qarşı edilməsi (ehtimal edilən) ehtimal edilən qanunsuz hərəkətlərlə bağlı bilavasitə müraciət etmək, istintaq hərəkəti protokoluna bununla bağlı etirazını və narazılığını bildirmək yəni qeydlər etmək imkanı da mövcuddur. Hazırki baxılan iş üzrə müdafiə tərəfindən qanuniliyi və əsaslılığı mübahisələndirilən istintaq hərəkəti (şəxsi axtarış) protokolundan görünür ki, həmin protokola nə müdafiəçi (vəkil), nə də həmin vaxt şübhəli şəxs olan Təqsirləndirilən şəxs tərəfindən heç bir qeyd verilməmişdir. Halbuki, xx.xx.2023-cü ildə evdə keçirilmiş axtarış zamanı tərtib edilmiş protokolda Təqsirləndirilən şəxs “Qurani Kərim”dən başqa digər aşkar edilən dini təyinatlı ədəbiyyat və dini məzmunlu əşyaların ona məxsus olmaması barədə şəxsən əlyazma ilə qeyd aparmışdır. Müdafiəçiləri və təqsirləndirilən şəxsin Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdiyi, edilməsi iddia edilən qanunsuzluqlarla bağlı xx.xx.2023-cü ildə tərtib edilmiş protokola qeyd vermək imkanı olmasına baxmayaraq bunu etməmiş, etməməsinin səbəbləri barədə nə əvvəlki, nə də sonrakı məhkəmə tərkibə bununla bağlı məntiqi açıqlama gətirməmişdir. Təqsirləndirilən şəxs təqsirsizliyinə sübut olaraq göstərdiyi digər əsas - keçirilmiş şəxsi axtarış istintaq hərəkətinin ilkin olaraq videoçəkilişlə qeydə alınmsı, lakin narkotik vasitəni inkar etdiyi üçün çəkilişin dayandırılıb hal şahidlərinin dəvət edilməsinə münasibətdə isə məhkəmə nəzərə çatdırır ki, Təqsirləndirilən şəxs iddia etdiyi baş versəydi vəkilin (müdafiəçi) iştirakı olmadan həmin videoçəkilişin aparılması, yaxud müdafiəçi (vəkil) təqdim edildikdən sonra onun məlumatı və iştirakı olmadan istənilən səbəbdən prosessual hərəkətlərə fasilə verilərək, sonradan hal şahidlərinin iştirakı ilə yenidən əvvəldən başlayaraq aparılması qeyrimümkündür və həmin hal olduqda müdafiəçinin hər hansı reaksiya verməməsi inandırıcı deyil. Müdafiə tərəfinin iddia etdiyi baş verdiyini ehtimal edilən hal-yəni, aparılan videoçəkilişin dayandırılması olsa idi, reaksiya verilməməsi həmin istintaq hərəkətində iştirak edən müdafiəçisinin öz hüquq və vəzifələrinin lazımi qaydada icra etməməsi və sonda barəsində xüsusi qərar çıxarılması ilə nəticələnməsi bilməsi də istisna edilmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs göstərdiyi dəlillərin onun hazırki iş üzrə elan edilmiş -satış məqsədilə narkotik vasitənin dövriyyəsi ilə məşğul olması barədə ittihamla razı olmamasına verdiyi reaksiya olaraq qiymətləndirilməsi daha ağlabatan və inandırıcıdır. Həmçinin məhkəmə təqsirləndirilən şəxsin və müdafiə tərəfinin göstərdiyi Təqsirləndirilən şəxs dini fəaliyyətlə məşğul olması, eləcə də Bərdə rayon polis şöbəsinin rəhbərliyi ilə hazırki cinayət hadisəsindən təxminən 5-6 ay əvvəl aralarında yaranmış narazılığa görə polislərin onunla düşmənçilik edərək əsassız cinayət məsuliyyətinə cəlb edilməsinə münasibətdə qeyd etməyi zəruri hesab edir ki, baxılan iş üzrə təqsirləndirilən şəxsə qanunsuz dini fəaliyyət, dövlətin konstitutsiya quruluşu əleyhinə fəaliyyətlə məşğul olma barədə hansısa ittiham verilməmiş, ittiham aktında göstərilməmiş və bütün ibtidai araşdırma və məhkəmə baxışı zamanı ittiham tərəfindən bununla bağlı heç bir iddia səsləndirilməmişdir. Məhkəmə baxışı zamanı tədqiq edilmiş sübutlara əsasən təqsirləndirilən şəxsin yaşadığı evdə xx.xx.2023-cü il tarixdə keçirilmiş axtarış zamanı aşkar edilmiş 1 (ədəd) 5,45 mm kalibrə malik döyüş sursatı olan patronun polis əməkdaşları tərəfindən onun yaşadığı evə qoyulmasına dair hər hansı sübut müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə xx.xx.2023-cü ildə keçirilmiş axtarış istintaq hərəkəti isə məhkəmə qərarına əsasən, vəsatət və təqdimatda da göstərildiyi kimi narkotik vasitə və psixotrop maddələrin olub-olmamasının yoxlanılması məqsədilə aparılmış, məhkəmədə videoçəkilişə keçirilmiş baxış zamanı da göründüyü kimi, qeyd edilən döyüş sursatı hesb edilən patron evdəki siyirtmələrdən birindən aşkar edilmiş və həmin patron açıq, xüsusi qablaşdırılmamış və gizlədilməmiş formada olmuşdur. Aşkar edilən dini məzmunlu ədəbiyyat və sair əşyalar isə dini linqivistik ekspertizadan keçirilmişdir. Təqsirləndirilən şəxsin dini fəaliyyətlə məşğul olması və əqidəsinə görə hazırki iş üzrə cinayət məsuliyyətə cəlb olunmasını təsdiq edən hər hansı mötəbər sübut isə müdafiə tərəfindən məhkəməyə təqdim edilməmiş, bununla bağlı heç bir vəsatət verilməmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, işğaldan azad edilmiş ərazilərə yaxın olması və Vətən müharibəsi zamanı mövcud şəraitlə bağlı Bərdə rayon polis əməkdaşlarının ixtiyarında kifayət qədər döyüş patronu olmuşdur ki, aşkar edilən döyüş sursatı qeyd edilən motivə (radikallığın göstərilməsi nümayiş etdirilməsi yaxud sair oxşar məqsədlə) əsasən “süni” şəkildə “qoyulsa” idi, patronların sayı kifayət qədər çox və “diqqətcəlbedici” olmalı idi. Təqsirləndirilən şəxs aşkar edilən 1 ədəd döyüş patronunun ona məxsus olmaması, narkotik vasitəni etiraf etmədiyi üçün polis tərəfindən radikal, ictimai təhlükəli şəxs olmasını nümayiş etdirmək üçün qanunsuz olaraq yaşadığı evə qoyulmasını göstərsə də, təqsirləndirilən şəxs ibtidai araşdırma və məhkəmə baxışında verdiyi bütün ifadələrində göstərmişdir ki, 2020-ci ildə Vətən müharibəsi dövründə şəhid olmuş yaxud yaralanmış hərbi qulluqçuların döyüş əməliyyatları aparılan yerlərdən çıxarılması (təxliyyəsi)ndə, eləcə də şəhid olmuş hərbçilərin yuyulması və dəfnində iştirak etmişdir. Məhkəmənin qənaətinə görə yaşadığı evdən aşkar edilən 1 ədəd 5,45 mm kalibrli patronun Təqsirləndirilən şəxs tərəfindən yadigar yaxud oxşar məqsədlərlə götürülməsi, eləcə də hərbiçi və qeyri şəxslər tərəfindən ona xatirə olaraq verilməsi istisna edilmir. Lakin təqsirləndirilən şəxsin ali hüquq təhsilinə, kifayət qədər həyat və iş təcrübəsinə malik olması, aşakr edilən patronun müxtəlif növ odlu silahlarda istifadə edilmə mümkünlüyü həmin hissədə Təqsirləndirilən şəxs barəsində CM-nin 10.2-ci maddəsi ilə tətbiqini istisna edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Beləliklə, ibtidai araşdırmadan fərqli olaraq cinayət işinin məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən məlum olmayan çəkidə külli miqdar narkotik vasitə olan heroini satış məqsədi olmadan qanunsuz əldə edərək üzərində saxlamış, 31 yanvar 2023-cü il tarixdə daxil olmuş məlumat əsasında saat 22 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhərində saxlanılıb, Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə hal şahidləri və müdafiəçisinin iştirakı ilə keçirilmiş şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 03 (üç) ədəd, sağ yan cibindən isə 2 (iki) ədəd olmaqla ayrı-ayrılıqda çəkiləri 1,589 qram, 1,021 qram, 5,082 qram, 1,875 qram, 2,112 qram olmaqla ümumi təmiz çəkisi 11,679 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilib götürülmüşdür. Bundan başqa, Təqsirləndirilən şəxs məlum olmayan mənbədən və tarixdə qanunsuz olaraq yivli odlu döyüş silahlarının sursatı hesab edilən naməlum sayda patron əldə edərək yaşadığı evdə saxlamış, 03 fevral 2023-cü il tarixdə saat 10:30 dəqiqədən həmin gün saat 11:17 dəqiqəyədək məhkəmə qərarına əsasən yaşadığı Bərdə şəhəri, ünvan 2ində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən aparılmış axtarış zamanı yataq otağındakı termo tipli mebel dəstinin siyirməsindən 01 (bir) ədəd zavod üsullu ilə hazırlanmış, pistonu mərkəzdən alışan 5,45 mm kalibrli olmaqla, həmin kalibrə malik patronluğunun uzunluğu 39 mm olan “Калашников” konstruksiyalı “AK-74” (“AKC-774”, “AKC-74У”) markalı avtomat silahlarda “РПКС-74” markalı əl pulemyotlarında və s. yivili odlu döyüş silahlarında istifadə edilmək üçün nəzərdə tutulmuş atəşə (istifadəyə) yararlı döyüş sursatı olan patron aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan şahidlər ifadələrini, ekspert rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil və bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1 və 228.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməllərini törətməsi və onun həmin əməli törətməkdə təqsirli olması tam sübuta yetirilmişdir və onun əməllərində cinayət tərkibi var. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalı, cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, cəzanın növü və həddi müəyyən edilərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edilməsi əsas tutulmaqla cəzanın təyin edilməsi əsaslarına dair Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilsin. Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs qardaşının İ qarabağ müharibəsində şəhid olması, özünün Vətən müharibəsi dövründə arxa cəbhədə fədakarlıq göstərməsini, əvvəllər hansısa cinayətə görə məhkum edilməməsini, uzun müddət nümunəvi dövlət qulluqçusu kimi işləməsi onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal(lar) müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq külli miqdarda miqdarda əldə etmə, saxlama....daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə növündə cəza nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinə əsasən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirməyə görə iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 228.1-ci maddəsinin sanksiyasında azadlıqdan məhrumetməyə nisbətən digər yüngül cəza növləri nəzərdə tutulsa da təqsirləndirilən şəxsin yaşadığı ərazinin işğaldan azad edilmiş ərazilərə yaxın yerləşməsi, həmin döyüş sursatının son dövrlər işğaldan azad edilmiş ərazilərə qanunsuz səfər edərək oradan qanunsuz əldə edilən silahlarda istifadə edilmə mümkünlüyü, həmçinin təqsirləndirilən şəxsin ibtidai araşdırma və məhkəmə baxışı zamanı patronun ona məxsus olmamasını bildirərək əməlindən səmimi peşmanlıq çəkməməsi ona daha yüngül cəza növünün tətbiq edilməsini istisna edir. Lakin məhkəmə təqsirləndirilən şəxsin şəxsiyyətini, ailə vəziyyətini, onun məhkəmədəki nümunəvi - cinayət prosesi tərəflərinə davranışı nəzərə alaraq, xüsusilə onun cəzasını yüngülləşdirən hallar içərisində Vətən müharibəsi dövründə arxa cəbhədə göstərdiyi xidmətləri və fədakarlığı məhkəmədə təqsirləndirilən şəxsin törətdiyi cinayət əməllərinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrumetmə cəzasının aşağı həddinə yaxın cəza təyin edilməsini cəzanın qanunda nəzərdə tutulmuş məqsədlərinə uyğun və ədalətli sayır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 04 saylı qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, məhkəmələr hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini təmin etməlidirlər. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs qanunvericiliyin müəyyən etdiyi hədlər əsas götürülməklə azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsi gələcəkdə cəza çəkəcəyi dövrdə davranışı ilə islah olunacağını sübut edəcəyi təqdirdə barəsində amnistiya tətbiq edilməsi, əfv edilməsini, eləcə də cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ...ağır cinayətlə görə məhkum edilmiş şəxslərin cəzanı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2.-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan hesablanır tutulduğu və həbsdə saxlanıldığı müddət həmin müddətə aiddir. Odur ki, Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş tədqiqata sərf edildikdən sonra təmiz çəkisi 11,679 qram olan narkotik vasitə olan heroin və 1 ədəd 5,45 mm lkalibrli patron məhv edilməli, evində keçirilmiş axtarış istintaq hərəkətin qeydə alındığı 1 ədəd DVD disk, eləcə də telefon danışıqlarına dair məlumatlar olan 2 ədəd CD disk cinayət işi materiallarında saxlanılmalıdır. xx.xx.2023-cü ildə keçirilmiş şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən götürülmüş ekspertiza tədqiqatdan sonra Bərdə RPŞ-yə qaytarılsa da, cinayət işi materiallarına əsasən taleyinə aydınlıq gətirilməmiş “Qurani Kərim” kitabı, üzərində kiril əlifbası ilə yazıları olan 5 ədəd dini kitab, “Şəri suallara cavablar” dini kitab, üzərində fars əlifbası ilə yazıları olan 4 ədəd dini kitab, 3 ədəd dəftər, 6 ədəd şəkil, 6 ədəd sənəd, qara rəngli üzərində qırmız ərəb hərfləri ilə olan bayraq, möhür qırıntıları, 1 ədəd şəffaf rəngli polietilen torba, evin zirzəmisində olan müxtəflif növ meyvə suları nümunələri - 11 adda dini kitab, 1 ədəd bayraq, 6 ədəd şəkil, 6 ədəd sənəd üzərində qırmızı ərəb hərfləri olan bayraq, möhür qırıntıları, 1 ədəd şəffaf rəngli polietilen torba, evin zirzəmisində olan müxtəlif növ meyvə suları Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. Məhkəmə məsrəfi olan 300,85 (üç yüz manat, səksən beş qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il 3 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 6 (altı ay) müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə ona qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınaraq saxlanca verilmiş ayrı-ayrılıqda təmiz çəkiləri 1,589 qram, 1,021 qram, 5,082 qram, 1,875 qram, 2,112 qram olmaqla, tədqiqata sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 11,179 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 1 ədəd patron məhv edilsin. xx.xx.2023-cü ildə keçirilmiş axtarış zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşakr edilərək götürülmüş ekspertiza tədqiqatdan sonra Bərdə RPŞ-yə qaytarılsa da taleyinə aydınlıq gətirilməmiş “Qurani Kərim” kitabı, üzərində kiril əlifbası ilə yazıları olan 5 ədəd dini kitab, “Şəri suallara cavablar” dini kitabı, üzərində fars əlifbası ilə yazıları olan 4 ədəd dini kitab, 3 ədəd dəftər, 6 ədəd şəkil, 6 ədəd sənəd, qara rəngli üzərində qırmızı ərəb hərfləri olan bayraq, möhür qırıntıları, 1 ədəd şəffaf rəngli polietilen torba, evin zirzəmisində olan müxtəflif növ meyvə suları nümunələri - 11 adda dini kitab, 1 ədəd bayraq, 6 ədəd şəkil, 6 ədəd sənəd üzərində qırmızı ərəb hərfləri olan bayraq, möhür qırıntıları, 1 ədəd şəffaf rəngli polietilen torba, götürülmüş meyvə suları hökm qanuni qüvvəyə mindikdən sonra Təqsirləndirilən şəxs ailə üzvlərinə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan 300,85 (üç yüz manat, səksən beş qəpik) manat ekspertiza xərci tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-120/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-120/2024
22.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver