Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-120/2025 09.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X6 məhəkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx.xx.1992-ci ildə Daşkəsən rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olmuş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində ünvan 2tə “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhəkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan külli miqdarda narkotik vasitəni qanunsuz olaraq əldə edib daşıyaraq saxlamışdır. Belə ki, o, məlum olmayan tarixdə və mənbədən satış məqsədi olmadan külli miqdarda, yəni təmiz çəkisi 10,463 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroini əldə edib üzərində daşıyaraq saxlamış, 20 oktyabr 2023-cü il tarixdə Gəncə Şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış İdarəsinə daxil olmuş məlumat əsasında həmin idarənin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində o, həmin gün saat 19:00 radələrində Gəncə şəhəri, Əziz Əliyev küçəsi ilə Bəxtiyar Əliyev küçəsinin kəsişməsində saxlanılaraq ünvan 3 ünvanda yerləşən Gəncə şəhər Baş Polis İdarəsinə gətirilmiş, həmin idarədə həmin günü, yəni xx.xx.2023-cü il tarixdə onun üzərinə şəxsi axtarış aparılması zamanı əynində olan qara rəngli gödəkcəsinin sol yan cibindən 1 ədəd sellofan torbacıqda külli miqdarda, yəni ümumi təmiz çəkisi 10,463 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, onun narkotik vasitələrlə heç bir əlaqəsi olmamışdır. O, polis əməkdaşları tərəfindən saat 6 radələrində zorla aparılmışdır. Polis əməkdaşları tərəfindən saxlanılması zamanı onun üzərinə videoçəkiliş ilə baxış keçirilməli olduğu halda baxış keçirilməmişdir. O, 4 saat polis idarəsində qalmış, daha sonra müvəqqəti saxlama yerinə aparılmışdır. O, vəkilə polislər tərəfindən üzərinə məcburi qaydada narkotik vasitənin qoyulduğunu bildirmişdir. Həmin vəkil getdikdən sonra, onun yerinə başqa bir qadın vəkil gəlmişdir. O, məcburiyyət qarşısında qaldığı üçün narkotik vasitənin özünün olduğunu etiraf etmişdir. Narkotik vasitə ona aid olmamış, polis əməkdaşları tərəfindən üzərinə qoyulmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, cinayət Axtarış İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlanılması və satması ilə bağlı daxil olmuş məlumat əsasında əməliyyat qrupu yaradılmışdır. 4 nəfərdən ibarət olan yaradılmış əməliyyat qrupu ilə onlar Təqsirləndirilən şəxs barəsində tədbirlərini həyata keçirməyə başlamışlar. Onlar Təqsirləndirilən şəxs yerini, Gəncə şəhər Ə.Əliyev küçəsi və B,Əliyev küçəsinin kəsişməsində müəyyən etmişlər. X9 yaxınlaşmış, özlərini təqdim etmiş və narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olduğunu bildirərək, onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getməyi təklif etmişlər. Təqsirləndirilən şəxs onlarla birlikdə Gəncə şəhər Baş Polis İdarəsinə getmiş, daha sonra müdafiəçi ilə təmin olunmuş, videoçəkiliş ilə üzərinə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üzərindən narkotik vasitə aşkar olunmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Gəncə şəhər Baş Polis İdarəsinə daxil olmuş məlumat əsasında 4 nəfərdən, o, Zaur, Araz və Elgündən ibarət əməliyyat qrupu yaradılmış, xx.xx.2023-cü il tarixdə B.Əliyev və Ə.Əliyev küçəsinin kəsişməsində Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı,istifadəsi və daşınmasında şübhəli şəxs olduğu üçün onlar tərəfindən Gəncə şəhər Baş Polis İdarəsinə dəvət olunmuşdur. Gəncə şəhər Baş Polis İdarəsində Təqsirləndirilən şəxs üzərinə videoçəkiliş ilə axtarış keçirilmiş, sonuncunun üzərindən narkotik vasitəyə bənzər maddə aşkar olunmuşdur. Daha sonra aşkar olunmuş maddə qablaşdırılaraq ekspertizaya göndərilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs barəsinə qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlanılması və istifadəsi ilə bağlı məlumat daxil olmuşdur. Daha sonra Təqsirləndirilən şəxs onlar tərəfindən müəyyən edilərək idarəyə gətirilmiş və üzərinə baxış keçirilmişdir. Təqsirləndirilən şəxsin özü narkotik vasitəni təqdim etmiş və tapdığını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Cinayət Axtarış İdarəsinə Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin üzərində saxlanılması və satması ilə bağlı məlumat daxil olmuş, əməliyyat qrupu yaradılmış, onlar keçirilən əməliyyat axtarışda iştirak etmişlər. Onlar Təqsirləndirilən şəxs yerini müəyyən etmiş və idarəyə gətirmiş və təhqiqat şöbəsinə təhvil verimişlər. Təqsirləndirilən şəxsə vəkil təyin olunaraq üzərinə videoçəkiliş ilə baxış keçirilmiş, keçirilən baxış zamanı təqsirləndirilən şəxsin üzərindən narkotik vasitə aşkar olunmuşudur. Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tapdığını demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 20 oktyabr 2023-cü il tarixli «şübhəli şəxsin tutulması haqqında» protokoldan görünür ki, Təqsirləndirilən şəxs 20 oktyabr 2023-cü il tarixdə tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin 22 oktyabr 2023-cü il tarixli 4(125)-513/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli şübhəli şəxs qismində tutulduğu 20 oktyabr 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq olunmuş Gəncə şəhər BPİ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı qeydə alınmış video görüntünü özündə əks etdirən 1 ədəd DVD diskə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin, İstintaq və Təhqiqat İdarəsinin, Təhqiqat Şöbəsinin təhqiqatçısı, polis polkovnik-leytenantı X3, Gəncə şəhər BPİ-nin CAİ-nin baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Gəncə şəhər BPİ-nin CAİ-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid2, Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru, polis baş serjantı Şahid3, Gəncə şəhər BPİ-nin CAİ-nin kiçik inspektoru, polis serjantı Şahid4 və müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış keçirilməzdən əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələrinin izah edilmiş və hüquq və vəzifələrinin ona aydın olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs hüquq və vəzifələrinin ona aydın olduğunu bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində qanunla dövriyyəsi qadağan olunmuş narkotik vasitə, psixotrop maddə və digər qanunsuz əşya varsa təqdim etməsi təklif olunmuşdur.Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən bir ədəd şəffaf rəngli içərisində ilk baxışdan narkotik vasitə heroinə bənzər kütlə olan polietilen torbanı təqdim etmişdir.Təqsirləndirilən şəxs həmin bir ədəd polietilen torbada olan kütlənin nə olduğu soruşulmuş,Təqsirləndirilən şəxs həmin bir ədəd polietilen torbada olan kütlənin narkotik vasitə olduğunu, istifadəçisi olmadığını, maraq üçün yerdən götürdüyünü və satışı ilə məşğul olmadığını bildirilmişdir. Daha sonra Təqsirləndirilən şəxsin təqdim etdiyi bir ədəd sellofon torbada olan kütləyə baxış keçirilmiş, ilk baxışdan tünd qəhvəyi rəngli narkotik vasitə heroinə bənzər kütlə olduğu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd şəffaf rəngli polietilen torbada olan ilk baxışdan heroinə bənzər kütlə tərəzidə çəkilmiş və həmin kütlənin polietilen torba ilə birlikdə ümumilikdə çəkisi 10,64 qram olması müəyyən edilmişdir. Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin narkotik vasitə olduğunu, narkotik vasitə heroinə bənzər kütləni həmin gün günorta saatlarında yaşadığı küçənin yaxınlığından tapdığını, həmin narkotik vasitədən istifadə etmədiyini, başqa yerə narkotik vasitə saxlamadığını və heç kəsə narkotik vasitə satmadığını bildirmişdir.Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra həmin kütlə müvafiq qaydada qablaşdırılmış və imzalarla təsdiq edilmişdir. X2 polis əməkdaşları tərəfindən psixi, fiziiki təsirə məruz qalıb-qalmaması soruşulmuş, Təqsirləndirilən şəxs cavab olaraq ona heç bir fiziki və psixi təsir göstərilmədiyini bildirmişdir. Daha sonra müdafiəçi X4 ona polis əməkdaşları tərəfindən psixi, fiziiki təsirə, məruz qalıb-qalmamasını soruşulmuş, Təqsirləndirilən şəxs cavab olaraq ona heç bir psixi və fiziki təsir göstərilmədiyini bildirmişdir.Sorğu-sual zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni günorta saatlarında yerdən tapdığını, polis əməkdaşlarının isə onu axşam saatlarında saxlayaraq idarəyə gətirdiyini bildirmişdir. Təqsirləndirilən şəxs həmçinin həmin narkotik vasitəni tullamaqdan ötrü üzərində saxladığını bildirmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Şahid1 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Şahid2 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Şahid4 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 21 oktyabr 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, Şahid3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilmişdir. Üzləşdirmə zamanı Şahid3 ifadəsində göstərdiklərini təsdiq edərək həmin xüsusatları Təqsirləndirilən şəxs üzünə qarşı demişdir. Məhkəmə baxışında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli 5(125)-645/2023 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 5 ünvanda yerləşən fərdi yaşayış evində axtarış aparılmış, axtarış zamanı iş üzrə əhəmiyyət kəsb edən əşya və predmet aşkar edilməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş məhkəmə-kimyəvi ekspertizasının 21 oktyabr 2023-cü il tarixli 16/1039 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “ Şübhəli Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş bir ədəd sellofon bükümdə olan kütlə.” yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofon bükümdə təmiz çəkisi 10,463 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. Heroinin təmiz çəkisi – 10,463 qr, tədqiqata sərf edildikdən sonra – 0,1 qr qalıq-10,363 qramdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmənarkoloji ekspertizasının 17 noyabr 2023-cü il tarixli 1883 nömrəli rəyindən görünür ki. Təqsirləndirilən şəxs narkotik vasitə heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığından görünür ki, bir sıra əməliyyat axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs narkotik vasitə heroini hansı mənbədən və nə vaxt əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroini satış məqsədilə əldə edib daşıyaraq saxlamış, lakin narkotik vasitəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Bundan əlavə, qanunsuz olaraq narkotik vasitə əldə etməsində Təqsirləndirilən şəxs kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi narkotik vasitələrdən əlavə olaraq digər yerdə gizlədərək saxlaması, həmçinin onun baş vermiş digər cinayətlərdə iştirak etməsi müəyyən edilməmişdir. Məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “Sübutların qiymətləndirləməsi haqqında” qərardan görünür ki, cinayət işi üzrə öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 10,363 qram olan narkotik vasitə heroin, həmçinin cinayət işinə əlavə edilmiş 20 oktyabr 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə keçirilməsi zamanı istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 1 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmışdır. Məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə və vaxtla bağlı yaranan şübhələri başqa sübutlarla aradan qaldırmaq mümkün olmadığından Təqsirləndirilən şəxs satış məqsədilə külli miqdarda narkotik vasitələri əldə etdiyi mənbə və vaxt naməlum kimi qiymətləndirilmiş, həmin faktla əlaqədar, hazırkı cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə ********* nömrəli cinayət işi ayrılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər rayonlararası Psixo-Nevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 22 fevral 2019-cü il tarixli 1(100)-51/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 220.1 və 315.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bılınıb, CM-nin 220.1-ci maddəsi ilə 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 315.2-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, CMnin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə qəti olaraq ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi və çəzaçəkmənin başlanğıcının 14 avqust 2018-ci il tarixdən hesablanması bərədə hökm çıxarılmışdır. Gəncə Apelliyasiya Məhkəməsinin 15 avqust 2019-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 315.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 315.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və məhkəmənin hökmü ilə CM-in 220.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 4 (dörd) ilə endirilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaqla ona qəti olaraq 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Nizami Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzasının əvvəli 30 iyul 2018-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(102)-95/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının CM-in 220.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ildən 1 (bir) il 09 (doqquz) aya endirilmişdir. Bu cəza Təqsirləndirilən şəxs CM-nin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının CM-in 315.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla üzərində qəti olaraq 2 (ki) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs cəzadan azad olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər prokrorluğunun 20 noyabr 2023-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərarından görünür ki, Təqsirləndirilən şəxs təzyiq göstərilməsi fakti ilə bağlı araşdırma aparılmış və həmin xüsusatlar öz təsdiqini tapmadığından cinayət işinin başlanması rədd edilmişdir. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək narkotik vasitə heronin ona məxsus olmaması, polis əməkdaşları tərəfindən üzrərinə qoyulması ilə bağlı verdiyi ifadəsinə tənqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından, şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, ekspertiza rəyləri, üzləşdirmə protokolu, üzərinə baxış keçirlməsi zamanı aparılmış videoçəkiliş və çəkilmiş fotoşəkillərlə, ona polis əməkdaşları tərəfindən təzyiq göstərilməsi faktının təsdiqini tapmaması barədə 20 noyabr 2023-cü il tarixli “Cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarla tam təkzib edildiyindən, məhkəmədə verdiyi ifadəsinin həmin hissəsinə tənqidi yanaşaraq inandırıcı hesab etməyib, həmin ifadələri özünü müdafiə məqsədi ilə uydurulmuş ifadə kimi qiymətləndirib ifadəsini həmin hissədə sübut növü kimi qəbul etmir. Təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitə heroni əldə edib daşıyaraq saxlamasına görə Azərbaycan Respublikasının CM-in 234.4.3-cü maddəsi ilə verilmiş ittihama gəlincə isə məhəkəmə kollegiyası hesab edir ki, nə ibtidai istintaq, nə də məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs narkotik vasitə heronin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut mövcud olmamışdır. Belə ki, məhkəmədə dindirilmiş bilavasitə sübut kimi qiymətləndirilən şahidlərin ifadələri ilə də Təqsirləndirilən şəxs kustar üsulla hazırlanmış narkotik vasitə heroini satış məqsədi ilə saxlaması təsdiq olunmamışdır. Eləcə də məhəkəmədə tədqiq olunmuş mateiallardan görününr ki,təqsirləndirilən şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz dövriyyəsi ilə məşğul olması, o cümlədən satış məqsədi ilə üzərində saxlaması və Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş külli miqdarda 10,363 qram təmiz çəkidə narkotik vasitə heroini aldığı şəxsin şəxsiyyətini və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlinin külli miqdarda, yəni təmiz çəkisi 10,363 qram olan narkotik vasitə heronin qanunsuz olaraq satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində narkotik maddəni satış məqsədi ilə saxlamasını sübut etməyən şahidlərin qeyri-müəyyən və ehtimal olunan ifadələrə, o cümlədən yuxarıda sadalanan ehtimallara əsaslanmışdır. Məhkəmə kollegiyası hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan subutlar olmadığından, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.4.3cü maddəsində nəzərdə tutulan ittihamın verilməsi üçün nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və oların prekursorlarının qanunsuz dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Qanunun həmin tələblərinə görə satış dedikdə yalnız, qeyd olunan üç əsas amil, əvəzli, qazanc əldə etmək, yaxud digər maraq məqsədi ilə yayılması nəzərdə tutulmuşdur. Həmçinin Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının, habelə narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən və zəhərli maddələrin qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” “ 14 ” iyun 2024-cü il 8№ li Qərarın 9-cu bəndində göstərilir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və yapsixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədilə qanunsuz olaraq əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün bu hərəkətlərin narkotik vasitələri (psixotrop maddələri) məhz satmaq məqsədilə törədilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxs 10,363 qram təmiz çəkidə narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən Plenumun Qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitə heronini satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda yalnız narkotik maddənini çəkisinin çox olması ehtimalı ilə satış məqsədi ilə əldə edilməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə kollegiyası hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə kollegiyası hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikasının CM-nin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda narkotik vasitə heronin əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikasının Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə Cinayət və Cinayət Prosessual Qanunun tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə heronin qanunsuz olaraq satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. “Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında” 26 aprel 2022-ci il tarixli qanunun 1.3.2-ci maddəsi ilə Cinayət Məcəlləsinə dəyişilik edilərək həmin məcəlləyə 234.1-1 maddəsi əlavə edilmişdir (qanun 20 may 2022-ci il tarixdə dərc edilmişdir). Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinə görə Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş əməllər külli miqdarda törədildikdə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Yuxarıda şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə heronin qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından, onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları, üzləşdirmə protokolları, video səkiliş və məhkəmədə araşdırılmış işin digər materialları ilə sübuta yetirilmişdir. Beləliklə məhəkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış va tədqiqata sərf edildikdan sonra qalıq çakisi 10,363 qram olan narkotik vasitə heroinin qanunsuz olaraq satış məqsədi olmadan əldə edib saxlaması məhəkəmə istintqaında öz təsdiqini tapdığından onun əməli Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə tövsif edilməlidir. Yuxarıda qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirlən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Cinayət Məcəllənin 58.3-cü maddəsinə əsasən təqsirləndirlən şəxsə cəza təyin edərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Təqsirləndirilən şəxs cəzasının yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs Respublikasının CM-nin 61.1.1-ci maddəsinə əsasən cinayətin təhlükəli residivi olması onun məsuliyyətini ağırlaşdıran haldır. Belə ki, iş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş arayışından görünür ki, Gəncə Ağır Cinayətlə Məhkəməsinin 22 fevral 2019-cü il tarixli 1(100)-51/2019 saylı hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 220.1 və 315.2-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətməkdə təqsirli bılınıb, qəti olaraq ona 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının teyin edilməsimişdir. Gəncə Apelliyasiya Məhkəməsinin 15 avqust 2019-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs CM-nin 315.2-ci maddəsi ilə ittiham olunduğu əməli həmin Məcəllənin 315.1-ci maddəsinə tövsif edilmiş və həmin maddə ilə ona 1 (bir) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş və məhkəmənin hökmü ilə CM-in 220.1-ci maddəsi ilə təyin olunmuş azadlıqdan məhrum etmə cəzasının müddəti 7 (yeddi) ildən 4 (dörd) ilə endirilmişdir. CM-in 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplanmaqla ona qəti olaraq 4 (dörd) il 1 (bir) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Məhkum Təqsirləndirilən şəxs Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 31 iyul 2018-ci il tarixli qərarı əsasında Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə inzibati həbsdə saxlanıldığı müddət nəzərə alınmaqla cəzasının əvvəli 30 iyul 2018-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(102)-95/2020 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 62-ci maddəsi tətbiq edilməklə Azərbaycan Respublikasının CM-in 220.1-ci maddəsi ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddəti 4 (dörd) ildən 1 (bir) i19 (doqquz) aya endirilmişdir. Bu cəza Təqsirləndirilən şəxs CM-nin 66.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının CM-in 315.1-ci maddəsi ilə təyin edilmiş 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına qismən toplanılmaqla qəti olaraq 2 (ki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir.Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Başqa sözlə təqsirləndirilən şəxs əvvəllər qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və məhukluğunu ödənilməsi üçün qanunda müəyyən edilmiş müddət keçmədən yenidən qəsdən ağır cinayət törətmişdir. Azərbaycan Respublikasının CM-in 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Azərbaycan Respublikasının CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikasının CM-nin 83.4-si maddəsinə əsasən məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır. Azərbaycan Respublikasının CM-nin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs yenidən qəsdən ağır cinayət törətdikdə təhlükəli residiv sayılır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən az ola bilməz. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin xarakteri və ictimai təhlükəliliyini nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsinin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməklə cəzanın məqsədlərinə və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CM-nin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanı ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edildiyindən, təqsirləndirilən şəxsin həbsdə saxlama müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınmaldır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş və tədqiqata sərf edildikdaə sonra qalıq çəkisi 10,363 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, narkotik vasitənin məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Hamçinin cinayat işinə əlavə edilmiş şaxsi axtarış zamanı istifadə edilmiş videoçəkilişin görüntülarini özündə əks etdirən 1 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmaldır. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə 05 (beş) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 20 oktyabr 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Gəncə şəhəri Baş Polis İdarəsində saxlanılan 10,363 qram olan narkotik vasitə heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Gəncə şəhəri Baş Polis İdarəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. 01(bir) ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 30,40 (otuz manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-120/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-120/2025
09.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver