Məhkəmə qərarları › İş №1(100)-121/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-121/2022

19.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-121/2022 19.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri X7, X3 və Təqsirləndirilən şəxs iştirakları ilə, 31 avqust 1980-ci il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, məhkum olunmamış, fərdi əməklə məşğul olan, Göygöl rayonu, M.Ə.Rəsulzadə küçəsi, ev 18-də qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qəsdən insan həyatı üçün təhlükəli olan sağlamlığa ağır zərər yetirmişdir. Belə ki, o, 22 iyul 2021-ci il tarixdə saat 00:20 radələrində ünvan 1 ünvanında yerləşən M.Ş.Vazeh muzeyinin bərabərliyində, “Üçbulaq” kimi tanınan yerin yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə bir-birilərini nalayiq ifadələrlə təhqir etmələrinə görə şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs onun üz nahiyəsinə şillə, daha sonra isə əlində olan soyuq silah hesab edilməyən idman təyinatlı beysbol toxmağı ilə bel nahiyəsinin sol tərəfinə zərbə endirərək fiziki ağrı yetirdikdə o, müəyyən edilməsi mümkün olmayan bıçaqla sonuncunun bel nahiyəsinin sol tərəfinə bir dəfə zərbə vuraraq döş qəfəsinin sol yarısının daxilə keçən diafraqmanın, ağciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası ilə müşayiət edilən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, anası X2 və atası X8 ilə birlikdə yaşayır. Hər ikisi yataq xəstəsidir və onlara o qulluq edir, maddi tələbatlarını ödəyir. 2020-ci ilin əvvəlindən etibarən Göygöl rayon Qaz İdarəsində fəhlə işləyir. Təxminən bir əvvəl o, Göygöl rayonunda yerləşən çayxanada Nəbi ilə tanış olmuş, onunla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. 21.07.2021-ci il tarixdə o, yaşadığı evdə saat 22 radələrinədək vaxt keçirdikdən sonra küçəyə çıxmağa qərar vermiş və bu məqsədlə yaşadığı evdən çıxaraq bir qədər aralıda yerləşən “Təzə evlər” kimi tanınan ərazidəki çayxanaya getmişdir. O, həmin çayxananın qarşısına çatdıqda, Nəbi ilə birgə tanışları Ramal, Camal və Pərvini görmüşdür. O, onlarla görüşüb hal-əhval tutduqdan sonra oturub çay içmişlər. Bu zaman Nəbi ilə onun telefon danışığı olmuş, danışıq zamanı Nəbi telefonda aşağılayıcı tonla “hansı Anar?...qaz idarəsində işləyən...” deyə bildirmişdir. Nəbinin bu formada onu təqdim etməsi ona xoş gəlməmiş və o, Nəbiyə “sən məni tanıyırsan...başqa cür də, deyə bilərdin...niyə bu tonla mənə müraciət edirsən...” deyə bildirmiş, Nəbi isə cavabında “nədi?...qaz idarəsində işləmirsənki?...” deyə bildirmişdir. O, bir daha Nəbiyə bu formada danışmasının yanlış olmasını desə də, Nəbi fikrindən daşınmamış və onu görüşə dəvət etmişdir. O, Nəbiyə harada görüşməli olduğuqlarını sorşduqda sonuncu onu Gəncə şəhəri, Gülüstan qəsəbəsi, Üçbulaq kimi tanınan yerə dəvət etmiş, o isə Nəbiyə “gəlirəm” deyə bildirmişdir. Bundan sonra o, Pərvinə onu yaşadığı evə aparmasını istəsə də, Pərvin onun Nəbi ilə görüşməyini istəməyərək onu aparmaqdan imtina etmişdir. Bundan sonra o, yola çıxıb “VAZ 21011” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı taksi ilə yaşadığı evə getmiş, evdə bu barədə heç kəsə bir söz demədən özünə məxsus “VAZ 2107” markalı “**-EH-***” dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Gülüstan qəsəbəsində yerləşən “Üçbulaq” kimi tanınan yerə getmişdir. O, bulağın önündə avtomobilini salxayıb yerə düşmüş və Nəbinin, Ramalın, Camalın və Pərvinin orada olduqlarını görmüşdür. O, həmin şəxslərin yanına yaxınlaşıb Nəbiyə salam verdikdən sonra Nəbidən onunla nə üçün aşağılayıcı tonla danışmasının səbəbini soruşmuş, Nəbi isə ona yaxşı etdiyini demiş və mübahisə baş vermişdir. O, sözlə mübahisəni yoluna qoymağa çalışsa da mübahisəyə daha da qızışmış və onlar birbirilərinə nalayiq ifadələr işlətmişlər. Bu zaman Nəbi şillə ilə onun üzünə zərbə endirmişdir. Nəbinin şillə ilə onu vurması sonuncunu özündən çıxarmış və o, üzərində olan bıçağı çıxarmış, bu zaman Nəbi də, üzərində olan bıçağını çıxaraq onun istiqamətimə təpik atmışdır. Bu zaman Ramal, Camal və Pərvin onları aralamışlar. Həmin vaxt Nəbi özünə məxsus avtomobilə gedib beysbol taxtası götürərək avtomobilinin arxasına keçmiş və onlar bir-birilərinə yaxınlaşan anda sonuncu əlində olan beysbol taxtası ilə onun belinin sol nahiyəsindən zərbə endirdikdə o, taxtanı tutmuşdur. Bu zaman Nəbinin ayağı ilişərək müvazinətini itirib əks istiqamətə çevrilmiş, həmin vaxt o, sağ əlində olan bıçaqla Nəbinin kürəyinin sol tərəfinə zərbə endirərək bıçağı bir dəfə kürəyinin sol tərəfinə soxub çıxarmışdır. Zərbənin təsirindən Nəbi yerə yıxılmışdır. O, bıçağın Nəbiyə girdiyini görərək etdiyi əməldən peşman olaraq dərhal geri çəkilmişdir. Bundan sonra o, dərhal Pərvingilin köməkliyi ilə Nəbini sonuncunun avtomobilinin ön sağ oturacağına mindirərək özü sükan arxasında Ramal isə arxa oturacaqda, Pərvin və Camal isə öz avtomobillərinə minərək onu Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışlar. Xəstəxanaya çatdıqda həkimlər Nəbini qəbul edərək cərrahiyyə otağına aparmış, o isə xəstəxanadan həyəcanlı vəziyyətdə çıxaraq oradan keçən “VAZ 2107” markalı dövlət qeydiyyat nişanını və sürücüsünü xatırlamadığı taksi ilə yenidən hadisə yerinə qayıdaraq özünə məxsus avtomobilinə əyləşib evə qayıtmışdır. Yolda olarkən o, Nəbini vurduğu bıçağı yol kənarına atmış və evdə hadisə barədə heç kəsə bir söz deməmişdir. O, Zərərçəkmiş şəxs 22.07.2021-ci il tarixdə saat təxminən 00:00 radələrində Gəncə şəhəri, Gülüstan qəsəbəsi, M.Ş.Vazeh muzeyinin qarşısında “Üçbulaq” kimi tanınan yerin yaxınlığında üzərində olan bıçağı bir dəfə Nəbinin kürək nahiyəsinə soxmaqla xəsarət yetirmişdir. Mübahisəyə səbəb Nəbinin onu sillə ilə ardından isə taxta ilə vurması olmuşdur. Mübahisə təxminən 2-3 dəqiqədən az müddət ərzində davam etmişdir. Onun Nəbini öldürmək niyyəti olmamışdır. Həmin hadisə zamanı heç kim onu vurmamış və o, heç bir xəsarət almamışdır. Hadisə baş verdiyi yerdə Ramal, Camal və Pərvin olmuş, başqa heç kim olmamışdır. Zərərçəkmiş şəxslə barışıb, vurduğu zərəri ödəmişdir. Əməlindən peşmandır, ona həbslə bağlı olmayan cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, o, 21.07.2021-ci il tarixdə saat 23 radələrində yaşadığı evin qarşısında olarkən Anarla telefon danışığı zamanı Anar Göygöl rayonunda olduğunu, Camal, Pərvin və Ramalla birgə çay içdiklərini demiş, o da Anardan zarafatla yenə də, qaz idarəsində işləyib işləmədiyini soruşmuşdur. Anar isə mənə “niyə bu tonla müraciət edirsən...” deyə bildirmiş, o isə cavabında “nədi?...qaz idarəsində işləmirsənki?...” deyə bildirmişdir. Anar bir daha ona bu formada danışmağının yanlış olmasını dedikdə o, sonuncuya heç bir yanlışının olmadığını demiş və ondan harada olmağını soruşmuş, Anar isə ona Göygöl rayonunda olduğunu demişdir. O, Anara yaşadığı evin yaxınlığında olduğunu, telefonla həmin anlaşılmazlığı aradan qaldıra bilməyəcəyini deyərək sonuncunu Gülüstan qəsəbəsi, Üçbulaq kimi tanınan yerə dəvət etmişdir. Bundan sonra o, özümə məxsus “VAZ 2102” markalı “**-BA-***” dövlət qeydiyyat nişanlı avtomobillə “Üçbulaq” kimi tanınan M.Ş.Vazeh küçəsində yerləşən M.Ş.Vazeh muzeyinin bərabərliyinə getmiş, orada Camalı, Pərvini və Ramalı görmüşdür. O, həmin şəxslərlə görüşmüş, onlar Anarı hirsli şəkildə gördüklərini, onu saktiləşdirərək dava lazım olmadığını, bir yerdə çörək kəsdiklərini demişlər. Bundan sonra o, sakitləşmiş və orada birlikdə Anarın gəlməsini gözləmişlər. Saat 00:00 radələrində Anar “VAZ 2107” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə onların yanına gələrək onlarla görüşmüş, ona irad tutaraq “sən məni tanımırsanmı...niyə mənə o sözü deyirsən...” deyə bildirmiş, o isə Anara “mən pis mənada demədim...sən qaz idarəsində işlədiyinə görə mən yenə də, qaz idarəsində işlədiyini soruşdum...” deyə bildirmişdir. O, Anarla təxminən 10-15 dəqiqə söhbət etdikdən sonra onların söhbəti mübahisəyə çevrilmiş və bir-birilərinə nalayiq ifadələr işlətmişlər. Bu zaman o, şillə ilə Anarın üzünə zərbə endirmiş, bu andan Anar özündən çıxaraq şalvarının bel sağ tərəfindən bıçaq çıxarmışdır. Anarın bıçaq çıxardığını görərək üzərinə gəlməsin deyə o da üzərində olan cib bıçağını çıxaraq Anarın istiqamətinə təpik atmış, Ramal, Camal və Pərvin isə onları ayırmağa çalışmışlar. O, Anarın sakitləşmədiyini görərək avtomobilində olan beysbol taxtasını götürərək Anarın əlindəki bıçağı vurub yerə salmaq qərarına gəlmiş, Ramal, Camal və Pərvinin onları ayırmaqlarından istifadə edərək avtomobilinə gedib ayaq altında olan beysbol taxtasını götürərək avtomobilinin arxasına keçmişdir. Bu zaman Anar onun üzərinə gəlmiş və onlar bir-birilərinə yaxınlaşan anda o, əlində olan taxta parçası ilə Anarın bel sol nahiyəsindən zərbə endirmişdir. Anar taxtanı tutduqda onun ayağı ilişərək əks istiqamətə çevrilmiş, bu zaman Anar sağ əlində olan bıçaqla onun kürəyinin sol tərəfinə zərbə endirərək bıçağı bir dəfə kürəyinin sol tərəfinə soxub çıxarmışdır. Zərbənin təsirindən o, yerə yıxılmış, Anar isə bıçağın onun belinə girdiyini görərək geri çəkilmişdir. Bundan sonra Anar, Camal, Pərvin və Ramal dərhal onu öz avtomobilinin ön sağ oturacağına əyləşdirmiş, Anar sükan arxasında, Ramal arxa oturacaqda, Pərvin və Camal isə öz avtomobillərinə əyləşərək onu Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmış, xəstəxanaya çatdıqda həkimlər onu qəbul edərək cərrahiyyə otağına aparmışlar. Bundan sonra o, huşunu itirmiş və sonra nə baş verdiyini bilməmişdir. Onun Anarla hər hansı bir ədavəti və ya düşmənçiliyi olmamışdır. Anar ona 22.07.2021-ci il tarixdə saat 00:20 radələrində Gəncə şəhəri, M.Ş.Vazeh küçəsində, M.Ş.Vazeh muzeyinin bərabərliyində bıçaqla xəsarət yetirmişdir. O, mübahisə zamanı Anara sillə ilə zərbə endirmiş, Anar ona bıçaq çıxardığı üçün o, sonuncunu qorxudub onu vurmaması üçün üzərində olan cib bıçağını çıxarmış, lakin həmin bıçaqla Anara xəsarət yetirəcəyindən ehtiyat edərək taxta ilə Anarın vurub əlindəki bıçağı yerə salmaq üçün avtomobilinə gedib taxta parçası götürmüşdür. Həmin bıçaq hadisə zamanı üzərində olsa da, daha sonra xəstəxanaya gedərkən naməlum şəraitdə itmiş, o, əməliyyatdan sonra xəstəxanada ayıldıqda bıçağı tapmamışdır. Həmin bıçaq xırda açılıb bağlanan cib bıçağı olmuşdur. Anarın ona xəsarət yetirdiyi bıçaq mətbəx bıçağına oxşayırdı, lakin dəqiq formasını xatırlamır və bıçağın harada olmasını bilmir. Hadisə zamanı gec olduğu üçün orada Anarla ondan başqa Ramal, Pərvin və Camal olmuş, başqa heç kəs olmamışdır. Anarla onun mübahisəsi ümumilikdə təxminən 2-3 dəqiqə müddətində davam etmişdir. Dava zamanı onu ancaq Anar vurmuş, Pərvin, Ramal və Camal isə ayırmağa çalışmışlar. Təqsirləndirilən şəxs tərəfindən ona vurulmuş zərər ödənildiyindən Anarla barışmış, ondan şikayəti və tələbi yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 Firudin oğlu ifadəsində göstərmişdir ki, o, Camalla dostluq münasibətində olmuşdur. O, Camalın vasitəsilə Ramalla, daha sonra Nəbi ilə də tanış olmuşdur. Anarı isə o, uşaq vaxtlarından rayon sakini kimi tanımışdır. 21.07.2021-ci il tarixdə saat 21 radələrində o, işdən çıxdıqdan sonra çay içmək üçün Camala zəng edərək harada olmasını soruşmuş, Camal isə ona “Təzə Məhlələr” adlanan yerdəki çayxanada Ramalla oturub çay içdiklərini demişdir. Bundan sonra o, qeyd olunan yerə gedərək onlarla görüşmüş və birlikdə oturub çay içib söhbət etmişlər. Təxminən saat 22 radələrində Anar da, onların yanına gəlmişdir. Bundan sonra Anar Nəbi ilə telefonla danışan zaman aralarında sözlə mübahisələri yaranmışdır. Anar Nəbi ilə telefonla danışıb yekunlaşdıraraq ondan sonuncunu Gəncə şəhəri, Gülüstan qəsəbəsinə aparmağını istəmiş, o isə Anarın gedib dava edəcəyindən ehtiyat etdiyi üçün razılaşmayaraq işimin olduğunu demişdir. Bundan sonra Anar onlardan ayrılaraq çıxıb getmişdir. Təxminən 15-20 dəqiqə masada əyləşdikdən sonra onlar Anarın Nəbi ilə dalaşarmalarından narahat qalmışlar. Onlar Anarın telefon danışığı zamanı Nəbi ilə görüş yeri kimi Gülüstan qəsəbəsində yerləşən “Üçbulağ”ın yanını seçdiklərini eşitdiklərindən, Anara zəng çatmadığından, onlar daha da narahat olmuş və Gülüstan qəsəbəsində yerləşən “Üçbulağ”ın yanına getmək qərarına gəlmişlər. Bundan sonra o, Camal və Ramal ona məxsus “Xəzər” markalı avtomobildə əyləşərək Gülüstan qəsəbəsində yerləşən “Üçbulağ”ın yanına getmişlər. Təxminən saat 23 radələrində onlar həmin yerə çatmışlar. Bir müddət sonra Nəbi özünə məxsus “Vaz 2102” markalı **-BA-*** dövlət nömrə nişanlı avtomobillə tək həmin yerə gəlmiş, onlarla görüşmüşdür. Həmin vaxt onlar Nəbini hirsli şəkildə görüb saktiləşdirərək dava lazım olmadığını, bir yerdə çörək kəsdiklərini demişlər. Nəbi isə onların sözlərini normal qarşılayaraq sakitləşmişdir. Təxminən 20 dəqiqə sonra Anar “VAZ 2107” markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə gəlib onlarla görüşmüşdür. Bundan sonra Anar Nəbiyə irad tutaraq “sən məni tanımırsanmı...niyə mənə o sözü deyirsən...” deyə bildirdikə Nəbi “mən pis mənada demədim...sən qaz idarəsində işlədiyinə görə mən yenə də qaz idarəsində işlədiyini soruşdum...” deyə cavab vermişdir. Nəbi Anarla təxminən 10-15 dəqiqə söhbət etdikdən sonra söhbəti mübahisəyə çevirmiş və bir-birilərinə nalayiq ifadələr işlətmişlər. Bu zaman Nəbi sillə ilə Anarın üzünə zərbə endirmiş, Anar isə özündən çıxaraq şalvarının bel sağ tərəfindəki bıçağı çıxarmış, Anarın bıçaq çıxardığını görən Nəbi də, üzərində olan cib bıçağını çıxaraq Anarın istiqamətinə təpik atmışdır. Bu zaman o, Ramal və Camal onları ayırmağa çalışmışlar. Onlar araya girən zaman Nəbi oradan aralaşıb avtomobilinin ayaq altında olan beysbol taxtasını götürərək avtomobilinin arxasına keçmiş, bu anda Anar da, onlardan qurtularaq Nəbinin üzərinə getmiş və onlar bir-birilərinə yaxınlaşan anda Nəbi əlində olan taxta parçası ilə Anarın bel sol nahiyəsindən zərbə endirmiş, Anar həmin taxtanı əli ilə tutduqda Nəbinin ayağı ilişərək müvazinətini itirib əks istiqamətə çevrilmişdir. Bu zaman Anar sağ əlində olan bıçaqla Nəbinin kürəyinin sol tərəfinə zərbə endirərək bıçağı bir dəfə kürəyinin sol tərəfinə soxub çıxarmış, zərbənin təsirindən Nəbi yerə yıxılmışdır. Anar bıçağın Nəbiyə dəydiyini görərək geri çəkilmiş və bundan sonra o, Anar, Camal və Ramalla köməkli şəkildə Nəbini dərhal öz avtomobilinin ön sağ oturacağına mindirmişlər. Anar sükan arxasında Ramal arxa oturacaqda əyləşmiş və Anar dərhal avtomobili işə salaraq Nəbini Gəncə şəhər 3 nömrəli xəstəxanaya aparmışlar. Həmin vaxt hadisə yerində Nəbinin əlində olan beysbol taxtası düşmüşdür. Bundan sonra o, yerdə olan beysbol taxtasını götürüb avtomobilinin yük yerinə qoymuş və Camalla birgə Anargilin arxası ilə xəstəxanaya getmişlər. Orada həkimlər Nəbini qəbul edərək cərrahiyyə otağına aparmış və həkimlər Nəbini əməliyyat etmişlər. O, Nəbinin artıq həkimlərin əməliyyat etdiyini görüb öz yaşadığı evə qayıtmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 və Şahid3 Şahid1 Firudin oğlunun ifadəsi ilə eynu məzmunlu ifadə vermişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətibb ekspertinin 04 avqust 2021-cu il tarixli 1291 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – döş qəfəsinin sol yarısının daxilə keçən diafraqmanın, ağciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni 22.07.2021-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 iyul 2021ci il tarixli “baxış aparılması haqqında” protokoldan və fotocədəvəldən görünür ki, ünvan 1 ünvanında yerləşən M.Ş.Vazeh muzeyinin bərabəriliyində “Üçbulaq” kimi tanınan yerin yaxınlığına baxış keçirilmiş, baxış zamanı ünvan 1 ünvanında yerləşən M.Ş.Vazeh muzeyinin bərabəriliyində yolun sağ kənarında səki daşının üzərindən qana oxşar kütlə müyyən edilərək götürülmüş, bu barədə protokol tərtib edilərək hadisə yerinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 22 iyul 2021-ci il tarixli “baxış və götürmə aparılması” haqqında protokoldan və fotocədvəldən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüş, bu barədə protokol tərtib edilərək istintaq hərəkətinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 28 iyul 2021ci il tarixli “ifadəsinin yerində yoxlanılması” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsinin düzgünlüyünü müəyyən etmək və dəqiqləşdirmək məqsədi ilə onun ifadəsinin yerində yoxlanılması aparılmış və Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları hadisə yerində göstərərək ifadəsini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 iyul 2021-ci il tarixli “götürmə aparılması haqqında” protokoldan görünür ki, Şahid1 Firudin oğlunun istintaqa təqdim etdiyi Zərərçəkmiş şəxs sözügedən hadisə zamanı istifadə etdiyi 1 ədəd beysbol toxmağını istintaqa təqdim etmiş, həmin beysbol toxmağı iş üzrə sübut əhəmiyyətinə malik olduğu üçün götürülmüş, bu barədə protokol tərtib edilərək istintaq hərəkətlərinin fotoşəkilləri çəkilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 14.10.2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, 1 ədəd beysbol toxmağı iş üzrə Təqsirləndirilən şəxs tanınmaya təqdim edilmiş, Təqsirləndirilən şəxs həmin beysbol toxmağını tanıyıb göstərərək sözügedən hadisə zamanı Zərərçəkmiş şəxs onu vurduğu beysbol toxmağıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27.09.2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, 1 ədəd beysbol toxmağı iş üzrə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tanınmaya təqdim edilmiş, Zərərçəkmiş şəxs həmin beysbol toxmağını tanıyıb göstərərək bildirmişdir ki, həmin beysbol toxmağı sözügedən hadisə zamanı onun Təqsirləndirilən şəxs vurduğu beysbol toxmağıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 05.10.2021-ci il tarixli “əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan görünür ki, 1 ədəd beysbol toxmağı iş üzrə şahidlər-Şahid3 və Şahid2 tanınmaya təqdim edilmiş, Şahid3 və Şahid2 həmin beysbol toxmağını tanıyıb göstərərək bildirmişdirlər ki, həmin beysbol toxmağı sözügedən hadisə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vurduğu beysbol toxmağıdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməsoyuq silah ekspertizasının 20.08.2021-ci il tarixli 16/793 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilən predmet kustar üsulla hazırlanmış, idman təyinatlı beysbol toxmağıdır və soyuq silah hesab edilmir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəmətrasoloji ekspertinin 25 oktyabr 2021-ci il tarixli 16/1136 nömrəli rəyindən görünür ki, təqdim olunan köynəyin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində sağdan sola doğru istiqamətlənərək yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb Ekspertiza və Patoloji Anatomoya ETT Birliyinin 04.08.2021-ci il tarixli 1291 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş qısaqol köynəyin və maykanın səthində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin sol yarısının daxilə keçən diafraqmanın, ağciyərin zədələnməsi ilə müşayiət olunan bir ədəd deşilmiş-kəsilmiş yarası” xəsarəti ilə köynəyin və maykanın üzərində olan (hər birində bir ədəd olmaqla) zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertinin 31 iyul 2021-ci il tarixli 31 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B (İİİ) alfa-dır. Təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus bir ədəd mayka və bir ədəd köynək üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan onun özünə məxsus ola bilər. Təqdim olunmuş pambıq tampon üzərində insana məxsus qan aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan Zərərçəkmiş şəxs məxsus ola bilər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin 01.11.2021-ci il tarixli 121-32711-1221 məktubundan görünür ki, sözügedən hadisə zamanı Zərərçəkmiş şəxs şillə ilə, daha sonra isə beysbol toxmağı ilə Təqsirləndirilən şəxs vurmuş, bundan sonra Təqsirləndirilən şəxs üzərində olan bıçaqla Zərərçəkmiş şəxs xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs hadisəni törədərkən qabaqcadan heç kimlə əlbir olmamışdır və ya hadisənin törədilməsində heç kim ona köməklik etməmiş, onun hadisədən əvvəl Zərərçəkmiş şəxsla hər hansı bir ədavəti və düşmənçiliyinin olmamışdır. Təqsirləndirilən şəxs hadisə vaxtı cinayətin aləti kimi istifadə etdiyi, həmçinin zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs üzərində olan bıçağın yeri və haradan əldə edilməsi, baş vermiş digər cinayətlərdə iştirak etməsi, hadisə yerini əhatə edən müşahidə kamerası müəyyən edilməmişdir. Bundan əlavə sakinlərlə aparılan kəşfiyyat xarakterli söhbətlər nəticəsində sözügedən cinayət hadisəsinin cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və ədəb qaydalarını qərəzli surətdə pozması, vətəndaşların normal həyat və fəaliyyəti üçün təhlükə yaradaraq, qorxu və narahatçılıq hissinə səbəb olması müəyyən edilməmiş, hadisə yerində kənar şəxs kimi sadəcə Şahid1 Firudin oğlu, Şahid2 və Şahid3 olmuş, Zərərçəkmiş şəxs başqa hər hansı bir şəxsə fiziki və ya maddi ziyan dəyməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Təqsirləndirilən şəxs Gəncə şəhər Baş Polis İdarəsinə verdiyi ərizəsindən görünür ki, 22.07.2021-ci il tarixdə saat 00:20 radələrində Gəncə şəhəri, M.Ş.Vazeh küçəsində yerləşən M.Ş.Vazeh muzeyinin qarşısında “Üçbulaq” kimi tanınan yerin yaxınlığında tanışı Zərərçəkmiş şəxs ilə araların olan mübahisə zamanı bıçaqla onun kürək nahiyəsinin sol tərəfinə zərbə vuraraq xəsarət yetirdiyini, törətdiyi əməldən çox peşman olduğunu, buna görə də, könüllü olaraq təqsirini boynuna aldığını, zərərçəkmiş şəxə dəymiş ziyanı ödəmək istədiyini bildirmişdir. Həmin ərizə ilə əlaqədar olaraq “təqsirini boynuna almaqla könüllü gəlmə” protokolu tərtib edilmiş və cinayət işinə əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 27.07.2021-ci il tarixli Zərərçəkmiş şəxs ərizən görünür ki, Təqsirləndirilən şəxs ona dəymiş ziyanı tamamilə ödəmiş və o, Təqsirləndirilən şəxs ilə barışmışdır. Buna görə də, onun Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu kartotekasında əvvəllər məhkum olunması barədə heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər psixonevroloji dispanserindən və Gəncə şəhər rayonlararası narkoloji dispanserindən alınmış arayışlardan məlum olur ki, Təqsirləndirilən şəxs həmin dispanserlərdə qeydiyyatda yoxdur. Beləliklə, məhkəmə kollegiyası ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutu Azərbaycan Respublikasının CPM-nin 143-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə kollegiyası hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən o, həmin maddə ilə təqsirli bilinib cinayət cəzası daşımalıdır. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 59.1.10-cu maddəsinə əsasən könüllü gəlib təqsirini boynuna alması, həmçinin həmin Məcəllənin 59.1.11-ci maddəsinə əsasən cinayətin törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, CM-in 59.1.12-ci maddəsinə əsasən zərər çəkmiş şəxslə barışıq əldə etməsi və 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsi cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halları müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10, 59-1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 (üç) ildən 8 (səkkiz) ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni 06 (altı) ildən artıq ola bilməz. Məhkəmə kollegiyası, təqsirləndirilən şəxsə cəza təyin edərkən, həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun şəxsiyyətini (ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, könüllü gəlib təqsirini boynuna alması, törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, yaşayış yerindən müsbət xarakterizə olunmasını) cinayətin məqsəd və motivini, təyin olunacaq cəzanın onun islah olunmasına təsirini nəzərə alır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər. Məhkəmə, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni onun şəxsiyyətini (onun şəxsiyyətini (ibtidai araşdırma mərhələsində və məhkəmə istintaqı zamanı törətdiyi cinayət əməlini etiraf edərək əməlindən peşman olmasını, cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, cinayətin (zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsə dəymiş ziyanı könüllü olaraq ödəməsi, zərərçəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmamasını, könüllü gəlib təqsirini boynuna alması, törədilməsindən bilavasitə sonra zərərçəkmiş şəxsə yardım göstərməklə onun həyat və sağlamlığına dəyə biləcək zərərin azaldılması, yaşayış yerindən müsbət xarakterizə olunmasını) nəzərə alaraq Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədəuyğun hesab edir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Göygöl rayon Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti hökmün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70-ci maddəsini tətbiq etməklə həmin Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəza növü şərti tətbiq olunmalı, haqqında ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilməli, hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdən 29 iyul 2021-ci tarixədək həbsdə olduğu müddət, Azərbaycan Respublikasının CM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin cəza müddətinə hesablanmalı olduğundan, ona təyin olunacaq cəzadan çıxılmalıdır. Gəncə şəhər BPİ-də saxlanılan maddi sübut Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka, həmçinin iş üzrə Şahid1 Firudin oğlunun istintaqa təqdim etdiyi Zərərçəkmiş şəxs sözügedən hadisə zamanı istifadə etdiyi 1 ədəd beysbol toxmağı sahibinə qaytarılmalı imtina etdikdə məhv edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X7 həyata keçirmişdir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan görünür ki, məhkəmə prosesi mərhələsində müdafiəçi Təqsirləndirilən şəxs 15 (on beş) iş saatı həcmində hüquqi yardım göstərmişdir. Odur ki, təqsirləndirilən şəxsə göstərilmiş cəmi 15 (on beş) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi X5 işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 90 (doxsan) manat məbləğində pul köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə xərcləri yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 27 iyul 2021-ci il tarixdən 29 iyul 2021-ci il tarixədək həbsdə saxlandığı 02 (iki) gün saxlandığı müddət, ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 11 (on bir ay) 28 (iyimi səkkiz) gün müddətə azadlıqdan məһrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələri tətbiq olunaraq cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti müəyyən edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ilə əvəz edilsin. Təqsirləndirilən şəxs sınaq müddəti ərzində davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Göygöl rayon Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə Gəncə şəhər BPİ-də saxlanılan maddi sübut Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka, həmçinin iş üzrə Şahid1 Firudin oğlunun istintaqa təqdim etdiyi Zərərçəkmiş şəxs sözügedən hadisə zamanı istifadə etdiyi 1 ədəd beysbol toxmağı sahibinə qaytarılsın imtina etdikdə məhv edilsin. Təqsirləndirilən şəxs müdafiəsini məhkəmədə Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun vəkili X7 həyata keçirdiyindən 90 (doxsan) manat manat dövlət büdcəsindən tutularaq Gəncə şəhəri 1 Saylı Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən göstərilən müddətdə apellyasiya şikayəti və protesti verilmədikdə, həmin müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar