Məhkəmə qərarları › İş №1(100)-121/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-121/2023

13.12.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-121/2023 13.12.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər X4 və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, X15, X12, X11, X5 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirlən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1,Müdafiəçi2, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxx 1988-ci il tarixdə Ağdam rayonu, Keşdazlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məkumluğu olamayan, Ağdam rayonu, Ətyeməzli kəndində qeydiyyatda olmaqla ünvan 1 ünvanda məskunlaşıb yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, xx xxxxxx 1978-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 14 may 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 126.2.4cü maddəsi ilə təqsirli bilinib 06 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və məhkumluğu ödənilməmiş və götürülməmiş, Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, Bərdə Rayon Məhkəməsinin 03 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan 01 iyul 2022-ci il tarixdə, saat 21 radələrində Bərdə rayon Kətəlparaq kənd sakini Təqsirləndirilən şəxs2 sonuncunun yaşadığı həmin kənddə yerləşən fərdi yaşayış evinin həyətində “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,462 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq 25 (iyirmi beş) manata satın alıb əldə edərək üzərində saxlamış, 01 iyul 2022-ci il tarixdə, saat 23:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs1 Bərdə şəhəri, Bakı küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan şalvarının sağ yan cibindən 1(bir) ədəd şəffaf rəngli polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,462 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlamış və qanunsuz olaraq psixotrop maddələri satmışdır. Belə ki, o, satış məqsədi ilə məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İ və İİ siyahılarına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 21,635 qram kustar üsulla hazırlanmış narkotik vasitsə olan heroini və ümumi təmiz çəkisi 10,305 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini ayrıayrı bükümlərdə qanunsuz əldə edərək yaşadığı Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən fərdi yaşayış evində saxlamış, 01 iyul 2022-ci il tarixdə saat 21 radələrində həmin psixotrop maddə olan metamfetamindən 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi, 0,462 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq yaşadığı Kətəlparaq kəndində yerləşən fərdi yaşayış evinin həyətində Ağdam rayonu, Dördyol-1 qəsəbəsində yaşayan tanışı, o cümlədən 01 iyul 2022-ci il tarixdə, saat 23:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində qeyd edilən psixotrop maddənin üzərindən aşkar edilərək götürülməsi faktı üzrə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilmiş Təqsirləndirilən şəxs1 25 (iyirmi beş) manata satmış, 02 iyul 2022-ci il tarixdə saat 03:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs2 yaşadığı Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən fərdi yaşayış evinə baxış zamanı həmin evdən sonuncuya məxsus 5 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 9,428 qram, 11,263 qram, 0,286 qram, 0,318 qram və 0,340 qram olmaqla ümumi təmiz çəkisi 21,635 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 6 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 3,801 qram, 1,184 qram, 0,327 qram, 2,740 qram, 1,723 qram və 0,068 qram olmaqla ümumi təmiz çəkisi 9,843 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirlən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, narkotik vasitə istifadəçisi olmuş və daim üzərində narkotik vasitələr saxlamış, bu barədə heç kimə məlumat verməmişdir. O, narkotik vasitələri bükümlərin işərisində saxlamış, lazım gəldikdə istifadə etmək məqsədilə üzərində gəzdirmiş, heç kimə verməmişdir. 01 iyul 2022-ci il saat 23:00 radələrində yaşadığı evə getmək üçün Bərdə şəhəri ərazisində tanımadığı sürücünün idarə etdiyi “Xəzər” markalı taksi avtomobilinə əyləşmiş, Bərdə şəhəri, Bakı küçəsi ilə hərəkətdə olarkən yol polisi əməkdaşları sürücüyə avtomobili yolun kənarında saxlaması ilə bağlı işarə vermişlər. Sürücü avtomobili saxladıqda o, yol polisi əməkdaşlarının avtomobilə yaxınlaşdıqlarını görmüş, həmin vaxt saxladığı pasixotrop maddə üzərində olduğundan polis əməkdaşlarının bundan məlumatlı olduqlarını düşünüb dərhal avtomobildən düşərək qaçmaq istəmiş, lakin, polis əməkdaşları onu saxlamışlar. Bu zaman o, üzərində psixotrop maddə olduğunu etiraf etmiş, polis əməkdaşları onu Bərdə rayon polis Şöbəsinin inzibati binasına gətirmişlər. Daha sonra polis şöbəsində videoçəkilişdən istifadə edilməklə üzərində şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında dövlət hesabına təyin edilmiş müdafiəçi Ayna Nəsirli də iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olub-olmaması soruşulmuş, o, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı, olmadığını bidirmişdir. Bundan sonra ona əgər üzərində narkotik vasitə və ya psixotrop maddə varsa könüllü şəkildə təqdim etməsi təklif olunmuşdur. Bu zaman o, üzərində gəzdirdiyi, içərisində psixotrop maddə olan 1 ədəd polietilen bükümü əynindəki şalvarın cibindən çıxararaq təqdim etmişdir. Bundan başqa üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Videoçəkiliş aparılmazdan əvvəl polis əməkdaşları tərəfindən döyülərək, üzərindəki narkotik vasitəni Samir adlı şəxsdən 25 manat qarşılığında almasını deməsi bildirildiyi üçün təqdim etdiyi bükümü haradan əldə etdiyi soruşulduqda, onu Bərdə rayonu, Kətəlparaq kəndində yaşayan Samir adlı şəxsdən aldığını demişdir. Daha sonra üzərindən aşkarlanan büküm elektron tərəzidə çəkilib zərfə qoyularaq qablaşdırılmışdır. Daha sonra üzərinə şəxsi axtarış aparılsa da, başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar olunmuşdur. Protokol tərtib edilərək ucadan oxunmuş və o digər iştirakçılarla birgə həmin protokolu imzalamışdır. O, polis əməkdaşları tərəfindən döyüldüyündən narkotik vasitəni 25 manat qarşılığında Bərdə rayonu, Kətəlparaq kəndində yaşayan Samir adlı şəxsdən aldığını desədə, savadsız olduğu üçün heç bir hüquq mühafizə orqanına şikayət etməmiş və bədənindəki zədələri həkimə göstərməmişdir. O, üzərində qanunsuz olaraq psıxotrik maddə gəzdirdiyi üçün özünü təqsirli bilir və barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş edir. Azərbaycan Respublikasının CPM-nin 327-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istinaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsi ilə məhkəmə istintqı zamanı verdiyi ifadəsi arasında ziddiyət olduğundaqn ounun istintaq zamanı veridiyi ifaədəsi məhəkəmədə elan olunmuşdur. Təqsirləndirilən şəxs1 həmin ifadədə göstərmişdir ki, «O, bir neçə ildir narkotik vasitə və psixotrop maddələrdən mütəmadi istifadə edir. 01 iyul 2022-ci il tarixdə "şüşə" adlandırılan psixotrop maddədən istifadə etmək ehtiyacı yarandığı üçün təxminən 1 il əvvəl tanıdığı Bərdə rayonu Kətəlparaq kəndində yaşayan Samir adlı şəxslə mobil telefon əlaqəsi saxlayıb istifadə etmək üçün “şüşə” adlandırılan psixotrop maddə almaq istədiyini bildirmişdir. Bu zaman Samir ona psixotrop maddənin 1 bükümünün 25 manat olduğunu və əldə etmək üçün yaşadığı ünvana gəlməyini söyləmişdir. Həmin gün saat 21:00 radələrində Samirin evinə gedib 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq kağız əskinaslar şəklində olan 25 manat pul verərək qarşılığında “şüşə” verməsini istəmişdir. Samir isə ona gözləməyini bildirib yaşadığı evə getdi və bir neçə dəqiqə sonra qayıdıb ona 1 ədəd polietilen bükümdə “şüşə” gətirmişdir. Həmin bükümü götürüb şalvarımın cibinə qoyaraq xudahafizləşmiş və bu barədə heç kimə məlumat verməmişdir. Samirdən aldığı bükümü lazım gəldikdə istifadə etmək məqsədiləüzərində gəzdirmiş, heç kimə bükümün içərisində olan kütlənin hər hansı miqdarını verməmişdir. Saat 23:00 radələrində yaşadığı evə getmək üçün Bərdəşəhəri ərazisində tanımadığı sürücünün idarə etdiyi “Xəzər” markalı taksi avtomobilinəəyləşmiş, Bərdəşəhəri Bakı küçəsi ilə hərəkətdə olarkən yol polisi əməkdaşları sürücüyə avtomobili yolun kənarında saxlaması ilə bağlı işarə verdilər. Sürücü avtomobili saxladıqda o, yol polisi əməkdaşlarının avtomobilə yaxınlaşdıqlarını görmüş, həmin vaxt Samirdən aldığı pasixotrop maddə üzərində olduğundan polis əməkdaşlarının bundan məlumatlı olduqlarını düşünüb dərhal avtomobildən düşərək qaçmaq istəmiş, ancaq polis əməkdaşları onu saxlayıb nə dular. Bu zaman o, üzərində psixotrop maddə olduğunu etiraf etmişdir. Ələrində polis əməkdaşları onu Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirdilər. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələrim izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olub-olmaması soruşulmiş, o, videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazı, olmadığını bidirmişdir. Bundan sonra onun üzərin də sixotrop maddə olub-olmaması barədə sual vermiş və təqdim etməyi təklif olunmuşdur. Bu zaman o, Samirdən aldığı, içərisində psixotrop maddə olan 1 ədəd polietilen bükümü əynindəki şalvarın cibindən çıxararaq təqdim etmişdir. Bundan başqa üzərindən hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqdim etdiyi bükümü haradan əldə etdiyini soruşulduqda, onu Bərdə rayonu Kətəlparaq kəndində yaşayan Samir adlışəxsdən aldığını demişdir. Ardınca üzərindən aşkarlanan büküm elektron tərəzidə çəkilib zərfə qoyularaq qablaşdırımişdır. Daha sonra üzərinə şəxsi axtarış aparılsa da, başqa hər hansı qanunsuz əşya və ya predmet aşkarlanmadı. Buna görə də protokol tərtib edilərək ucadan oxunmuş və o digər iştirakçılarla birgə həmin protokolu imzalamışdır. Təqsirləndirlən şəxs qismində dindirilən zaman Təqsirləndirilən şəxs1 verilən suallara cavab olaraq bildirmişdir ki, o, üzərindən aşkar edilmiş psixotrop maddəni Bərdə rayonu, Kətəlparaq kəndində yaşayan Samir adlı şəxsdən 25 manat pul qarşılığında almış, o üzərində psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün saxlamış, onun üzərində psixotrop maddənin olması barədə heç kimin məlumatı olmamış, həminçinin sürücünü tanımamış, adını bilməmiş, sürücünün onun üzərində psixotrop maddə olmasından məlumatı olmamış, o, heç vaxt narkotik vasitə və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olmamış, heç kimə narkotik vasitə və ya onun prekusorlarını satmamış, üzərindən aşkar edilərək götürülmüş “şüşəni” yalnız şəxsi istifadəsi üçün saxlamışdır». Məhkəmə iclasında təqsirləndirlən şəxs qismində dinirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o, bir neçə ildir narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən mütəmadi istifadə etmişdir. O, Emil adlı şəxsə narkotik vasitə satmamış və Bərdə rayon Polis Şöbəsində polis əməkdaşları tərəfindən döyüldüyü üçün etirafedici ifadə vermişdir. 02 iyul 2022-ci il tarixdə saat 03:00 radələrində yaşadığı evdə olan zaman Bərdə rayon polis şöbəsinin əməkdaşları onun ünvanına gələrək onu çağırmış və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən psixotrop maddə aşkar edildiyini, Emilin həmin psixotrop maddəni ondan aldığını bildirməsi səbəbindən yaşadığı ünvana baxış keçirəcəkləri barədə məlumat vermişlər. O bu barədə tərtib edilmiş ərizəni imzalamaqla baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Daha sonra polis əməkdaşları evə daxil olub baxış keçirilmişlər. Polis əməkdaşları ondan evdə narkotik vasitə və psixotrop maddə olubolmadığını soruşmuş o, evdə qanunsuz olaraq saxladığı kütlələri gizlətmək mümkün olmaycağını düşündüyü üçün narkotik maddə və psixotrop maddələr saxladığını etiraf edərək yatdığı otaqdakı çarpayının üzərinə salınmış yorğanın baş tərəfində saxladığı kağız və polietilen bükümləri könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğu-sual zamanı o həmin bükümlərin özünə məxsus olduğunu və özünün istifadə etməsi üçün evində saxladığını etiraf etmişdir. Daha sonra bükümlər polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş, kütlələri müəyyənləşdirilərək zərfdə qablaşdırılmış və ekspertiza tədqiqatına göndəriləcəyi bildirilməklə götürülmüşdür. Daha sonra evə baxış keçirilməsi davam etdirilsə də, başqa heç bir qanunsuz əşya, predmet aşkar olunmamışdır. Daha sonra protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılarla birgə həmin protokolu imzalamışdır. Həmin gün saat 04:00 radələrində Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək şübhəli şəxs qismində tutulmuşdur. Üzərində narkotik vasitə və psixotrop maddə saxlamaq şübhəsi olduğuna görə polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasında polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Cahangir Nəsibov da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazının olmamışdır. Daha sonra ona üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilərək müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməyi təklif olunmuşdur. Bu zaman üzərində heç bir qeyri-qanuni əşya və ya predmet olmadığını bildirmiş, əynində olan şalvarın ciblərindən 1 ədəd alışqan, 1 ədəd siqaret qutusu və 27 manat pul çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı həmin pulu haradan əldə etdiyini soruşmuş o, pulun özünə məxsus olduğunu demişdir. Ardınca üzərində axtarış aparılsa da, heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Buna görə də protokol tərtib edilərək ucadan oxunmuş və o digər iştirakçılarla birgə həmin protokolu imzalamışdır. Bundan başqa o, polis şöbəsində Anar adlı polis əməkdaşı tərəfindən döyüldüyünü, buna görə də, evindən aşkarlanmış narkotik vasitələrin özünə məxsus olması barədə ifadə verdiyini və şahidinin olmadığını bildirmişdir. Azərbaycan Respublikasının CPM-nin 327-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhəkəmədə və ibtidai istintaqda verdiyi ifadələri arasında ziddiyyət olduğundan ibtidai istinaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadəsini elan etmişdir. Həmin ifadədən görünür ki, ki, o, « şübhəli şəxs qismində tutulanadək Bərdə rayonu Kətəlparaq kəndində yaşamış. 2012-ci ildə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-in 126.2.4-cü maddəsi ilə təqsirli bilinib, 06 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, mahiyyəti üzrə bildirir ki, rəsmi olaraq heç bir yerdə işləmir və fərdi əməklə məşğul olaraq özünü dolandırır. O, bir neçə ildir narkotik vasitə heroin və psixotrop maddə metamfetamindən mütəmadi istifadə edir. 01 iyul 2022-ci il tarixdə saat 21:00 radələrində təxminən 1 ildir tanıdığı Ağdam rayonu Dördyol-1 qəsəbə sakini Emil adlı şəxs onunla mobil telefon vasitəsi ilə əlaqəsi saxlayıb istifadə etmək üçün “şüşə” adlandırılan psixotrop maddə almaq istədiyini bildirmişdir. Bu zaman ona Emilə psixotrop maddənin 1 bükümünün 25 manat olduğunu və əldə etmək üçün yaşadığı ünvana gəlməsini demişdir. Bir qədər sonra Emil gəlib 1 ədəd 20 manatlıq və 1 ədəd 5 manatlıq kağız əskinaslar şəklində olan 25 manat pul çıxarıb ona vermiş və qarşılığında “şüşə” verməyini istəmişdir. O isə evə gedərək yataq otağında çarpayının baş tərəfində bükümlərə yığmaqla satış məqsədilə saxladığı narkotik vasitə və psixotrop maddə bükümlərindən birini götürmüş və gətirib Emilə vermişdir. 02 iyul 2022-ci il tarixdə saat 03:00 radələrində yaşadığı evdə olan zaman Bərdə rayon polis şöbəsinin əməkdaşları ünvanına gələrək onu çağırmışdırlar və Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış aparılarkən psixotrop maddə aşkar edildiyini, Emilin həmin psixotrop maddəni ondan aldığını bildirməsi səbəbindən yaşadığı ünvana baxış keçirəcəkləri barədə məlumat vermişdirlər. O bu barədə tərtib edilmiş ərizəni imzalamaqla baxış keçirilməsinə heç bir etirazının olmadığını demişdir. Daha sonra polis əməkdaşları evə daxil olub baxış keçirilməsinə başlamışdırlar. Polis əməkdaşları ondan evdə narkotik vasitə və psixotrop maddə olub-olmadığını soruşduqda o, evdə qanunsuz olaraq saxladığı kütlələri gizlətmək mümkün olmaycağını düşündüyü üçün narkotik maddə və psixotrop maddələr saxladığını etiraf edərək yatdığı otaqdakı çarpayının üzərinə salınmış yorğanın baş tərəfində saxladığı kağız və polietilen bükümləri könüllü olaraq polis əməkdaşlarına təqdim etmişdir. Şifahi sorğu zamanı o həmin bükümlərin özünə məxsus olduğunu və satış məqsədilə evində saxladığını etiraf etmişdir. Daha sonra bükümlər polis əməkdaşları tərəfindən elektron tərəzi vasitəsilə çəkilmiş, kütlələri müəyyənləşdirilərək zərfdə qablaşdırılmış və ekspertiza tədqiqatına göndəriləcəyi bildirilməklə götürülmüşdür. Daha sonra evə baxış keçirilməsi davam etdirilsə də, başqa heç bir qanunsuz əşya, predmet və sair aşkar olunmamışdır. Ardınca protokol tərtib edilərək ucadan oxunmuş və digər iştirakçılarla birgə həmin protokolu imzalamışdır. Həmin gün saat 04:00 radələrində Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək şübhəli şəxs qismində tutulmuşdur. Üzərində narkotik vasitə və psixotrop maddə saxlamağı şübhəsi olduğuna görə polis əməkdaşlarının iştirakları ilə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış aparılmasında polis əməkdaşlarından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Cahangir Nəsibov da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl ona hüquq və vəzifələri izah edilmişdir və üzərində şəxsi axtarış aparılmasına hər hansı etirazının olub-olmaması soruşulmuşdur. O isə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını demişdir. Daha sonra ona üzərində hər hansı qanunsuz əşya və ya predmetin olub-olmaması barədə sual verilərək müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməyi təklif olunmuşdur. Bu zaman üzərində heç bir qeyri-qanuni əşya və ya predmet olmadığını bildirmiş əynində olan şalvarın ciblərindən 1 ədəd alışqan, 1 ədəd siqaret qutusu və 27 manat pul çıxarıb masanın üzərinə qoymuşdur. Polis əməkdaşı həmin pulu haradan əldə etdiyini soruşmuşdurlar, o, pulun 2 manatının özünə məxsus olduğunu, 25 manatını isə Emil adlı şəxsə psixotrop maddə satmaqla əldə etdiyini demişdir. Ardınca üzərində axtarış aparılsa da, heç bir qanunsuz əşya və ya predmet aşkarlanmamışdır. Buna görə də protokol tərtib edilərək ucadan oxunmuş və o digər iştirakçılarla birgə həmin protokolu imzalamışdır. Təqsirləndirlən şəxs qismində dindirilən zaman Təqsirləndirilən şəxs2 verilən suallara cavab olaraq bildirmişdir ki, hər həftənin cümə günü saat 17:00 radələrində Zülfüqar adlı şəxs Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən körpünün altına narkotik vasitə və ya psixotrop maddə gətirib qoymuş, o isə bir saat sonra həmin yerə pul qoymaqla həmin narkotik vasitə və psixotrop maddələri götürmüş, yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri sonuncu dəfə 300 manat pul qoymaqla qeyd etdiyi yerdən götürmüş, onun yaşadığı Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən evdən aşkar edilərək götürülmüş narkotik vasitə və psixotrop maddələri satış məqsədilə saxlamış, o əvvəllər yalnız bir dəfə 01 iyul 2022-ci il tarixdə Emil adlı şəxsə 1 büküm “şüşə” satmış, bundan başqa hər hansı şəxsə narkotik vasitə və ya psixotrop maddələr satmamış, heç vaxt belə bir niyyəti olmamış, yaşadığı evdə narkotik vasitə və ya psixotrop maddələri saxlaması barədə heç bir şəxsin məlumatı olammış, “Zülfüqar” adlı şəxslə təxminən 3 ay bundan əvvəl Bakı şəhərində işlədiyi zaman tanış olmuş, həmin şəxslə narkotik vasitəni və psixotrop maddələri Bərdə şəhəri, H.Əliyev prospektində yerləşən körpünün altına qoyması barədə razılığa gəlmiş, bundan sonra bir daha Zülfüqar adlı şəxsi görməmişvə əlaqə saxlamamış, ona görə də həmin şəxsin hansı mobil nömrələrdən istifadə etməsini və harada yaşamasını bilməmişdir». Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 02 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 üzərində şəxsi axtarış və götürmə aparn zaman Təqsirləndirilən şəxs1 üzərindən ümumi çəkisi 0,52 qram olan psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilərk götürülmüşdür. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs1 həmin psixotrop maddəni Bərdə rayonu, Kətəlparaq kəndində yaşayan Samir adlı şəxsdən aldığını bildirmişdir. Bərdə RPŞ-in əməkdaşları tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin Bərdə rayonu, Kətəlparaq kəndində yaşayan X6 olması müəyyən olunmuşdur. 02 iyul 2022-ci il tarixdə saat 04 radələrində adı çəkilən şəxs Bərdə rayonu, Kətəlparaq kəndində olması müəyyən edilmiş, bundan sonra Bərdə RPŞ-in, TB-in təhqiqatçısı, polis mayoru İftixar Səfərov, Bərdə RPŞ-in, KTQ-un baş inspektor kriminalisti, polis baş leytenantı Şahid3, Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili polis kapitanı Şahid2 ilə birlikdə həmin əraziyə getmişlər. Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən Təqsirləndirilən şəxs2 yaşadığı evə getmişlər və Təqsirləndirilən şəxs2 yaşadığı evdə narkotik maddə saxlamasında şühəli olması barədə əməliyyat məlumatının daxil olması barədə məlumat verilmiş və yaşadığı evə baxış keçiriləcəyi bildirmişdir. Təqsirləndirilən şəxs2 yaşadığı evdə narkotik vasitə olduğunu təsdiq edərək, təqdim edəcəyini və heç bir etirazınnı olmadığını bildirmiş və bu barədə ərizə ilə müraciət etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 yaşadığı Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən yaşadığı evinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs2 yaşadığı evin iç tərəfində yerləşən 2-ci otağın sağ tərəfində yerləşən çarpayının üzərində olan yorğanların altında siqaret qutusunun içərisində olan politielen və gümüşü kağızlara bükülmüş vəziyyətdə olan “kokos” və “patı” kimi tanıdığı narkotik vasitə və psixotrop maddələri təqdim etmişdir. Həmin kütlələrdən 6 ədədinin narkotik vasitə heroinə bənzər kütlə olması müəyyən edilrək elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 23,45 qram olmuşdur. Bundan sonra digər 5 ədəd kütlənin psixotrop maddə olması müəyyən edilrərk elektron tərəzidə çəkilmiş və ümumi çəkisi 11,84 qram olmuşdur. Daha sonra həmin kütlələr zərfdə qablaşdırılmış, üzəri möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 həmin narkotik vasitə və psixotrop maddəni Bakı şəhərindən İran vətəndaşından aldığını bildirmişdir.Bundan sonra Təqsirləndirilən şəxs2 Bərdə RPŞ-nə dəvət edilmiş və o heç bir etiraz etmədən Bərdə RPŞ-nə gəlmişdir. Bərdə RPŞ-də olan zaman şübhəli şəxs Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir.Daha sonra hüquqlarının müdafiəsi üçün Bərdə rayon vəkil bürosunun vəkili X3 müdafiəçi qismində dəvət edilmiş və Təqsirləndirilən şəxs2 təqdim edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs2 daxil olmuş məlumat ilə əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs2 üzərində hər hansı bir qeyri qanuni əşya və ya predmetin üzərində olmadığı bildirmiş, ardınca sonuncunun üzərində şəxsi axtarış aparılmış və şalvardan 27 manat pul və 1 ədəd alışqan aşkar edilmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş 27 manat puldan 25 manatını Təqsirləndirilən şəxs1 psixotrop maddənin satışından əldə etdiyini, qalan 2 manatın isə özünə məxsus olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs2 üzərindən başqa qanunala qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Bunda sonra Təqsirləndirilən şəxs2 üzərindən aşkar edilmiş Təqsirləndirilən şəxs1 psixotrop maddə sataraq əldə etdiyi 25 manat məbləğində pul əskinasları zərfdə qablaşdırılmış və üzəri iştirkçılar tərəfindən imzalamışdır. Daha sonra keçirilmiş şəxsi axtarış və baxış başa çatmış, videoçəkiliş dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş Şahid1 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, 01 iyul 2022-ci il tarixdə ekipaj yoldaşı Şahid4 ilə birlikdə xidmətdə olan zaman saat 23 radələrində Bərdə şəhəri, Bakı küçəsində xidmətdə olarkən “Xəzər” markalı **-PT-*** dövlət qeydiyyat nişanlı avtomobili işıq sistemindən düzgün istifadə etməməsi səbəbindən saxlayan zaman sürücünün yanında əyləşən adı onlara sonradan məlum olan sərnişin Təqsirləndirilən şəxs1 həmin avtomobildən düşərək qaçmaq istədiyini görmüşlər. Bu vaxt onlar Təqsirləndirilən şəxs1 şübhələndikləri üçün dərhal saxlamışlar. Təqsirləndirilən şəxs1 saxlanılan zaman üzərində narkotik vasitə olduğunu bu səbəbdən qoxduğu üçün qaçdığını bildirmişdir. Bunda sonra onlar Təqsirləndirilən şəxs1 Bərdə RPŞ-nə dəvət etmişlər və həmin şəxs etiraz etmədən onlarla birlikdə Bərdə RPŞ-nə gəlmiş və onlar raportla bu barədə məruzə etmişlər. Daha sonra həmin şəxsə hüquqlarının müdafiəçisi üçün X13 dəvət edilmiş və Təqsirləndirilən şəxs1 hüquq və vəzifələri izah edilmişdir. X24 üzərində qanunla qadağan edilmiş hər hansı narkotik vasitə və predmet varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd politielen kəsiyində olan psixotrop maddəyə bənzər kütləni təqdim etmişdir. Həmin kütlə elektron tərəzidə çəkilmiş və zərfdə qaşlaşdırılmışdır. Zərfin üzəri möhürlənmiş və iştirakçılar tərəfindən imzalanmışdır. Daha sonra keçirilmiş şəxsi axtarış və baxış başa çatmış, videoçəkiliş dayandırılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 Şahid5 ifadəsinə uyğun ifdə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/756 nömrəli rəyindən görünür ki, “Vət. Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş maddə.” Yazılar və imzalar olan zərfdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,462 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir.Metamfetamin 28 iyun 2005-ci il tarixdə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekusorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olndu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/757 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs2 məxsus evdən aşkar olunaraq götürülmüş maddi sübut..” sözləri və imzalar olan kağız paketdəki: 03 ədəd şəffaf polietilen kəsiyi bükümlərində, 1 ədəd ağ rəngli kağız bükümdə və 1 ədəd “gümüşü” rəngli kağız bükümdəki şəffaf polietilen kəsiyi bükümündə ayrı-ayrılıqda təmiz çəkiləri 3,801 qram, 1,184 qram, 0,327 qram, 2,740 qram, 1,723 qram, ümumi təmiz çəkisi 9,775 qram maddələr, kustar üsulla hazırlanmış psixotrop maddə- metamfetamindir. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs2 məxsus yaşayış evindən aşkar edilərək götürülmüş maddi sübut..” sözləri və imzalar olan kağız paketdəki: 5 (beş) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 9,428 qram, 11,263 qram, 0,286 qram, 0,318 qram, 0,340 qram, ümumi təmiz çəkisi 21,635 qram maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdəki şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,068 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddəmetamfetamindir. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd kağız paketdə olan heroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə müxtəlifdirlər. Tədqiqata təqdim edilmiş 1 (bir) ədəd zərfdə və 2 (iki) ədəd kağız paketlərdə olan metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısıın İİ bəndinə daxildir. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 04 iyul 2022-ci il tarixli 1489 nömrəli rəyindən görünür ki, Məmmədov X7 vasitə olan heroindən və psixotrop maddə metamfetamindən suiistifadə nəticəsindən yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 04 iyul 2022-ci il tarixli 1489 nömrəli rəyindən görünür ki, Həsənov X8 vasitə olan heroindən və psixotrop olan metamfetamindən sui-istifadə nəticəsindən yaranmış narkomaniya xəstəliyindən əzab çəkir . Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata götürülməsi məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 02 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 4(021)-79/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 4 (dörd) ay müddətə “həbs” qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 02 iyul 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 01 iyul 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 01 iyul 2022-ci il tarixdə üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs1 əynində olan göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd polietilen kəsiyə bükülmüş kütləni çıxararaq təqdim etmiş və həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 iyul 2022-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 yaşadığı Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən fərdi yaşayış evinə videoçəkilişlə baxış keçirilmiş, yaşadığı evin iç tərəfində yerləşən 2-ci otağın sağ tərəfində yerləşən çarpayının üzərində olan yorğanların altında siqaret qutusunun içərisində olan politielen və gümüşü kağızlara bükülmüş vəziyyətdə olan “kokos” və “patı” kimi tanıdığı narkotik vasitə və psixotrop maddələri təqdim etmişdir. Həmin qutulara baxış keçirilən zaman birinin içərisində 6 ədədinin narkotik vasitə heroinə və digərin içərisində 5 ədəd kütlənin psixotrop maddə olması müəyyən edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 02 iyul 2022ci il tarixli şəxsi axtarış aparılması haqqında tərtib edilmiş protokoldan görünür ki, Bərdə RPŞ-nin inzibati binasının xidməti otağında, müdafiəçi X2 iştirakı ilə Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərindən aşkar edilmiş Təqsirləndirilən şəxs1 psixotrop maddə sataraq əldə ediyi 25 manat pul aşkar edilərək müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs2 üzərində şəxsi axtarış aparılmış, axtarış zamanı onun üzərindən narkotik vasitə, psixotrop maddə və cinayət xarakterli əşya aşkar edilməmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin cavabından görünür ki, Ağdam rayonu, Ətyeməzlər kəndində qeydiyyatda olmaq ünvan 4 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə maddəni Bərdə rayonu, Kətəlparaq kəndində həmin ünvanında yaşayan Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs2 almışdır. Bundan başqa Bərdə rayonu, Kətəlparaq kəndində qeydiyyatda olmaqla həmin ünvanında yaşayan Təqsirləndirilən şəxs2 yaşadığı evdən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni aldığı əldə etdiyi şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, ancaq müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs2 yaşadığı evdə narkotik vasitə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Bundan başqa Təqsirləndirilən şəxs1 narkotik vasitə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Həmçinin keçirilmişəməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 adına Azercell, Bakcell, Nar mobile operatorlarından nömrə qeydiyyat edilməmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə RMX-nin Poliklinika şöbəsinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə RMX-in ruhiəsəb və narkoloji kabinetlərində qeydiyyatı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağdam RMXnin Poliklinika şöbəsinin arayışlarından görünür ki, Təqsirləndirilən şəxs1 Ağdam RMX-in narkoloji kabinetində qeydiyyatdadır, lakin ruhi-əsəb və qeydiyyatı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtadığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Gəncə Ağır Cinayətlər Məhkməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 20 oktyabr 2022-ci il tarixli “sübutların qiymətlədirlməsi” haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilərək götürülmüş 0,462 qram, lakin ilkin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,412 qram, sonuncu ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,362 qram olan metamfetamin və Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. Həmçinin Təqsirləndirilən şəxs2 yaşadığı Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən evindən aşkar edilərək götürülmüş 21,635 qram, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 21,385 qram olan heroin, 9,755 qram və 0,068 qram, lakin ekspertiza təqdiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 9,505 qram və 0,048 qram metamfetamin və Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə, yaşadığı Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən evinə baxış istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk, həminçinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satdığı psixotrop maddə olan metamfetamindən əldə etdiyi 1 ədəd 20 manatlıq 1 ədəd 5 manatlıq olmaqla 25 manat dəyərində pul əskinasları maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2022-ci il tarixli 1(100)-469/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ağdam rayon Polis Şöbəsinin 06 mart 2023-cü il tarixli məktubundan və 04 mart 2023-cü il tarixli protokolundan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə saat 19:00-a Ağdam rayonu Dördyol-1 qəsəbəsi 1313 saylı evdə aşkar olunuduğu üçün Ağdam Rayon Polis Şöbəsinə aparılmışdır. Məhkəmə kollegiyası məhkəmə baxışı zamanı Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilmiş həmin narkotik vasitəni Təqsirləndirilən şəxs2 almamasına dair ifadəsi ,eləcə də Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 25 manat müqabilində narkotik maddə satmaması barəsində verdiyi ifadəsi cinayət işinin materialları və məhkəmə araşdırması zamanı tədqiq edilmiş mötəbər və təkzibedilməz sübutlarla tam şəkildə təkzib olunduğundan,həmin ifadələrə tənqidi yanaşaraq, özünü müdafiə xaraktkrli ifadə kimi qiymətləndirir. Beləliklə, məhkəmə kollegiyası, məhkəmə baxışında təüüiq edilmiş sübutların toplusuna məcmu halında qiymət verərək, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda psixotrop maddəni əldə edib saxlaması cinayət əməlini törətməsi, həmçinin Təqsirləndirilən şəxs2 satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri əldə edərək saxlaması və qanunsuz olaraq psixotrop maddələri satması cinayət əməlini törətməsi məhkəmədə təkzibedilməz və mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Məhkəmə təqsirləndirilən şəxslərin əməllərinin cinayət-hüquqi tövsifinə qiymət verərkən “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun və 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı”nın konkret müddəalarını rəhbər tutmuşdur. Belə ki, 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıya» əsasən «heroin» narkotik vasitəsinin, həmçinin “metamfetamin” psixotrop maddəsinin şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar daxil olmaqla yuxarı həddi 2 qram müəyyən edilmişdir. Məhkəmə baxışı zamanı isə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 üzərindən aşkar edilib götürülmüş psixotrop maddənin çəkisi «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahı»da nəzərdə tutulmuş şəxsi istehlak miqdarından artıq olmuş, Təqsirləndirilən şəxs2 isə yaşadığı Bərdə rayonu Kətəlparaq kəndində yerləşən fərdi yaşayış evinə aşkar edilmiş 5 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 9,428 qram, 11,263 qram, 0,286 qram, 0,318 qram və 0,340 qram olmaqla ümumi təmiz çəkisi 21,635 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və 6 ədəd polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 3,801 qram, 1,184 qram, 0,327 qram, 2,740 qram, 1,723 qram və 0,068 qram olmaqla ümumi təmiz çəkisi 9,843 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin narkotik vasitəsinin miqdarı külli miqdar həddindən artıq miqdarda olmuşdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 14-cü bəndində məhkəmələrə tövsiyə edilir ki, Azərbaycan Respublikası CM-nin 234.2 və 234.3cü maddələrində nəzərdə tutulan əməllərin külli miqdarda törədilib-törədilməməsi məsələsi Azərbaycan Respublikasının “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunu ilə müvafiq miqdarları özündə əks etdirən siyahılara uyğun (İ və İİ siyahılar) olaraq həll olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli qərarının doqquzuncu bəndində məhkəmələrə tövsiyə olunur ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmədə təqsirləndirilən şəxslərin əməlinin cinayət olmasını aradan qaldıran hallar və onları cinayət məsuliyyətindən və cəzadan azad edilmələri üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası CPM-nin 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Qeyd olunanlara əsasən məhkəmə belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi , Təqsirləndirilən şəxs2 əməli isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməli və onlar həmin maddələr ilə təqsirli bilinərək, onlara cəza təyin edilməlidir. Məhkəmə cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinin tələblərini rəhbər tutaraq, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailə şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 sonuncu dəfə Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzanın sonu ilə azad edimiş ,lakin Təqsirləndirilən şəxs2 həmin məhkumluğu Cinayət Məcəlləsinin 83-cü maddəsinə əsasən ödənilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.2.2-ci maddəsinə əsasən qəsdən ağır cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxsin yenidən qəsdən ağır cinayət törətməsi cinayətlərin təhlükəli resdivini yaradır. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar yoxdur. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar əməlində cinayətlərin təhlükəli residivi olmasıdır. Həmçinin Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 13 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 sonuncu dəfə Tərtər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2021-ci il tarixdə cəzasını çəkib qurtadığı üçün şöbənin qeydiyyatından çıxarılmışdır. Həmçinin Təqsirləndirilən şəxs1 əvvələr məhkum olunduğu azadlığın məhdudlaşdırılması cəzası azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza olduğundan, onun əməlində cinayətin resdivi müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsini müzakirə edib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 qəsdən az ağır, Təqsirləndirilən şəxs2 isə qəsdən ağır cinayət törətməsi, həm sosial ədalətin bərpası, həm onların islah olunması, təqsirləndirilən şəxslərin özü və başqa şəxslər tərəfindən yeni cinayətlər törədilməsinin qarşısının alınması məqsədi ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin, Təqsirləndirilən şəxs2 isə Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin sanksiyası daxilində, şəxsiyyətlərinə uyğun, cəza təyinetmənin prinsipləri nəzərə alınmaqla müəyyən müddətə azadlıqdan məhrum etmə növündə ədalətli cəza təyin olunmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Odur ki, Təqsirləndirilən şəxs2 əməlində təhlükəli residiv oluğundan ona təyin olunan cəzanın müddəti Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin üçdə ikisindən artıq ola bilməz. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbi qaydasında təqsirləndirilən şəxslərin həbsdə olduğu müddət onun cəza müddətinə hesablanmalı olduğundan, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 04 mart 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs2 isə cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 01 iyul 2022-cü il tarixdən hesablanmalı, barələrində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 barələrində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilməli və onlar, narkoloji kabinetdə qeydiyyata alınmalıdırlar. Azərbaycan Respublikasının CPM-nin 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən təqsirləndirilən şəxsin tutulduğu, həbsdə və ev dustaqlığında saxlanıldığı müddət həbsdə saxlama müddətinə aid edilməklə bərabər həmçinin məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş “təqsirləndirlən şəxsin barəsində qətimkan tədbiri seçilməsi və MSY-dən azad edilməsi haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” haqqında qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Odur ki, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 01 iyul 2022ci il tarixdən 03 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təyin edilmiş cəzadan çıxılmaqla ona qəti cəza təyin edilməlidir. İş üzrə maddi sübut Bərdə rayon polis şöbəsinin saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş ümumi təmiz çəkisi, 0,462 qram, lakin ilkin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 0,412 qram, sonuncu ekspertiza tədqiqatından sonra qalıq qalmış 0,362 qram olan metamfetamin, Təqsirləndirilən şəxs2 yaşadığı Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən evindən götürülmüş 21,635 qram, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 21,385 qram olan heroin, 9,755 qram və 0,068 qram, lakin ekspertiza təqdiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 9,505 qram və 0,048 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə, yaşadığı Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən evinə baxış istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılmalıdır. Həminçinin Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satdığı psixotrop maddə olan metamfetamindən əldə etdiyi 1 ədəd 20 manatlıq 1 ədəd 5 manatlıq olmaqla 25 manat dəyərində pul əskinasları cinayətin predmenti olduğuna görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,ona 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 01 iyul 2022-ci il tarixdən 03 iyul 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 04 mart 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin,ona 08 (səkkiz) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 02 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsaəsən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut Bərdə rayon polis şöbəsinin saxlanılan Təqsirləndirilən şəxs1 üzərindən götürülmüş ümumi təmiz çəkisi, 0,362 qram olan metamfetamin, Təqsirləndirilən şəxs2 yaşadığı Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən evindən götürülmüş 21,635 qram, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 21,385 qram olan heroin, 9,755 qram və 0,068 qram, lakin ekspertiza təqdiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 9,505 qram və 0,048 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs2 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə, yaşadığı Bərdə rayonu, Kətəlparaq kəndində yerləşən evinə baxış istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs1 üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs1 satdığı psixotrop maddə olan metamfetamindən əldə etdiyi 1 ədəd 20 manatlıq 1 ədəd 5 manatlıq olmaqla 25 manat dəyərində pul əskinasları Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsinə əsasən məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydad tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə qanunla müəyyən olunan qaydada mülki iddia verilməmişdir, əmlak üzərinə həbs qoyulmamışdır. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar