Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-121/2024 16.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili X2 iştirakları ilə, xx.xx.1977-ci il tarixdə Yevlax şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı X3 həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən külli miqdarda, yəni ayrı-ayrılıqda təmiz çəkiləri 4,542 qram, 2,177 qram, 1,989 qram, 2,265 qram olmaqla ümumi təmiz çəkisi 10,973 qram qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamış, 31 yanvar 2023-cü il tarixdə, saat 21:50 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri Bakı küçəsində şübhəli şəxs qismində saxlanılıb, Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmiş, orada üzərinə keçirilmiş şəxsi axtarış və götürmə zamanı üzərindən, yəni əynində olan qara rəngli qış gödəkcəsinin üst sol yan cibindən 04 (dörd) ədəd yaşıl rəngli polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 4,542 qram, 2,177 qram, 1,989 qram, 2,265 qram olmaqla ümumi təmiz çəkisi 10,973 qram qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, narkotik vasitə və ya sipirtli içki qəbul etmir, ümumiyyətlə siqaret də çəkmir. Bərdə rayonunda yerləşən “İstanbul” mağazasında satıcı işləyir. xx.xx.2023-cü il tarixdə saat 19-20 radələrində işdə olarkən mağazaya əvvəllər tanımadığı mülki geyimdə bir nəfər şəxs gələrək onun adını soruşaraq onu mağzanın çölünə dəvət etmişdir. Mağazanın çölünə çıxdıqdan sonra Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin rəisi olduğunu deyən Şahid adlı şəxslə yanında bir nəfər başqa şəxs dayanmış, onlar ona polis əməkdaşı olduqlarını dedikdən sonra onu Bərdə RPŞ-nin inzibatı binasına getməli olduğunu demişlər. O, polis əməkdaşlarına hansı səbəb görə dəvət etdiklərini soruşduqda polis əməkdaşları ona işçi müqaviləsi yoxlamaq üçün getməli olduğunu bildirmişlər. O, polis əməkdaşları ilə birlikdə Bərdə RPŞ-nin inzibati binasına getmişlər. Sonra binanın qarşısında başına əynində olan gödəkçəni keçirdərək iki nəfər mülki geyimdə olan polis əməkdaşı qollarına girərək onun başını aşağı əyib binanın 2-ci mərtəbəsinə qalxmışlar. Binanın ikinçi mərtəbəsində otağa daxil olduqdan sonra üzərində axatrış keçirilmişdir. Şəxsi axtarış zamanı üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya aşkar edilməmişdir. Bundan sonra başına gödəkçəni keçirdidərək həmin otaqda onun başının müxtəlif yerlərinə yumruq, sillə və təpiklə vurmağa başlamışlar. Onu döyərək dövlətin qanunlarına niyə qarşı gələrək müqaviləsiz işlədiyini ondan soruşurmuşlar. Sonra isə gödəkçəni başından çıxardaraq özünü Bərdə RPŞ-nin CAB-nin rəisi kimi təqdim edən Şahid Abdullayev onun sillə ilə üzünün sol tərəfinə vurduqdan sonra mədə nahiyəsinə yumruqla vuraraq onu “sroka” göndərəcəyini bildirmişdir. Bundan sonra isə 4 büküm narkotik vasitəni ümumi çəkisi 10,973 qram narkotik vasitə olan heroini video çəkiliş zamanı özümə məxsus olmasını deməsə 1 kiloqram heroini üzərinə qoyacağını bildirmişdir. Bundan sonra o da qorxaraq həmin narkotik vasitənin çəkiliş zamanı özünə məxsus olmasını bildirmişdir. Çəkiliş olmamışdan qabaq vəkil inzibati binaya daxil olmamışdan qabaq ona həmin narkotik vasitəni Bakı şəhərindən aldığını və ona həmin narkotik vasitənin özümə məxsus olmamısını bildirməyini və xx.xx.2023-cü il tarixdə həmin narkotik vasitəni Bakı şəhərindən aldığını deməyini ona demişlər. O, ümumiyyətlə xx.xx.2023-cü il tarixdə Bakı şəhərinə getməmişdir. Bərdə rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilən zaman o, narkotik vasitənin özünə məxsus olmamısını həmçinin müdafiəçim ilə konfidensiyal söhbət aparamaq üçün şərait yaradılmadığını bildirmişdir. 2023-cü ilin yanvar aylarında Bakı şəhərində yas mərasimi ilə əlaqədar olmuşdur. Lakin xx.xx.2023-cü il tarixdə Bakı şəhərində olmamışdır. Üzərinizdə şəxsi axtarış aparılan zaman, dindirilən zaman döyüldüyü və narkotik vasitənin üzərinə qoyulmasını təhqiqatçıya və müstəntiq bildirməmiş, müdafiəçi və təhqiqatçı ondan heç nə soruşmamış, həmçinin təhqiqatçıya döyülməyini desə idi, onu yenə döyəcəkləriini bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Abdullayev Şahid Mürsəl oğlu ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin rəisi vəzifəsində işləyir. 31 yanvar 2023-cü il tarixdə Bərdə şəhəri, Ə.Ədilov küçəsi, ev 10-da yaşayan Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin satışı və üzərində saxlaması barədə polis şöbəsinə məlumat daxil olmuşdur. Buna görə də, əməliyyat axtarış tədbirləri keçirilərək 31 yanvar 2023-cü il tarixdə saat 21:50-də Təqsirləndirilən şəxs Bərdə şəhəri, Bakı küçəsində saxlanılaraq Bərdə RPŞ-nin inzibati binasına gətirilmişdir. Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün vəkil dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra təhqiqatçı təklif edilmişdir ki, üzərində hər hansı bir qeyri qanuni əşya və ya predmet vardırsa könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli qış gödəkçəsinin üst sol yan cibindən 2 ədəd sellofan bükümü, gödəkcənin sağ yan cibindən 1 ədəd samsung markalı mobil telefonu, gödəkcənin cibindən 1 ədəd təsbeh, açarlar, təziq dərmanı, 1 ədəd bakcell kartı, kağız parçaları, eynək dəsmalı, 4 manat pul əskinası, su filtiri və kontur üçün ödəniş çeklərini masanın üzərinə qoyaraq təqdim etdiyi sellofan bükümdə narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üzərinə axtarış keçirilmiş və əynində olan qara rəngli qış gödəkcəsinin üst sol yan cibindən 2 ədəd sellofan bükümlər aşkar edilmişdir. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predment aşkar edilməmişdir. Təhqiqatçı tərəfindən həmin 04 ədəd sellofan bükülüyə baxış keçirilən zaman içərisində narkotik vasitə hesab edilən heroinə bənzər kütlə olması müəyyən edilmişdir. Həmin 04 ədəd sellofan bükümlər bizim iştirakımız ilə elektron tərəzidə çəkilmiş və 4,71 qram, 2,34 qram, 2,09 qram və 2,34 qram olması müəyyən edilmişdir. Bundan sonra aşkar edilmiş bükümlər qablaşdırılaaraq möhürlənmiş və iştirakçılar tərəfindən qablaşdırılmış qabın üzəri imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən aşkar edilən mobil telefon da təhqiqatçı tərəfindən götürülmüş, aşkar edilmiş 1 ədəd təsbeh, açarlar, təziq dərmanları, 1 ədəd bakcell kartı, kağız parçaları, eynək dəsmalı, 4 manat pul əskinası, su filtiri və kontur üçün ödəniş çekləri sübut əhəmiyyətli olmadığından özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinə bənzər maddəni təqribən 1 ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmişdir. Bununla da şəxsi axtarış yekunlaşmışdır. Təqsirləndirilən şəxs məhkəmədə dediklərinin həqiqətə uyğun olmadığını, onu saxlayarkən döymədiklərini bildirmişdir. Bundan başqa onun üzərinə narkotik vasitə qoyulmadığını və narkotik vasitənin ona məxsus olmasını etiraf etməsi üçün heç bir hədəqorxu gəlinmədiyini və buna görə ona qarşı zor tətbiq olunmadığını bildirmişdir. Təqsirləndirilən şəxs barəsində daxil olmuş məlumatda qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin satışı ilə məşğul olması, satış məqsədi ilə narkotik vasitələr əldə edərək saxlaması və daşıması olsa da, onun narkotik vasitənin satması və ya satış məqsədi ilə üzərində saxlaması təsdiq olunmamışdır. Təcrübədə belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz istifadəsi və satması və ya satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişdir. Bununla əlaqədar əməliyyat axtarış tədbirləri davam etdirildiyini onun əlaqələri, həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı çəkidə əldə etməsi, kimlərə satması və ya digər formada verməsi barədə müsbət nəticə əldə edilmədiyini, narkotik vasitəni kiməsə satması və ya satış məqsədi ilə üzərində saxlaması təsdiq olunmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 və Şahid2 şahid qismində dindirilmiş Abdullayev Şahid Mürsəl oğlunun dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə vermişlər. xx.xx.2023-cü il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin satışı və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. «Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair» xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitələrin əldə edərək üzərində saxlaması və satışı barədə əməliyyat məlumatı daxil olmuş və həmin məlumatın yoxlanması üçün əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. «Şübhəli şəxsin tutulması haqqında» xx.xx.2023-cü il tarixli qərardan və protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Şəxsi axtarış və götürmə aparılması” barədə 31 yanvar 2023-cü il tarixli protokoldan görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan qara rəngli qış gödəkçəsinin üst sol yan cibindən 2 ədəd sellofan bükümü, gödəkcənin sağ yan cibindən 1 ədəd samsung markalı mobil telefonu, gödəkcənin cibindən 1 ədəd təsbeh, açarlar, təziq dərmanları, 1 ədəd bakcell kartı, kağız parçaları, eynək dəsmalı, 4 manat pul əskinası, su filtiri və kontur üçün ödəniş çeklərini masanın üzərinə qoyaraq təqdim etdiyi sellofan bükümdə narkotik vasitə olan “heroin” olduğunu bildirmişdir. Sonra Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 tərəfindən axtarış keçirilmiş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkcəsinin üst sol yan cibindən 2 ədəd sellofan bükümlər aşkar edilərək masanın üzərinə qoyulmuşdur. Bundan başqa Təqsirləndirilən şəxs üzərindən başqa qanunsuz əşya və ya predment aşkar edilmir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd sellofan bükümlərə baxış keçirilmiş və içərisində heroinə bənzər maddələr olması müəyyən edilmişdir. Bundan sonra həmin maddələr proses iştirakçılarının iştirakı ilə elektron tərəzidə çəkilmiş və 4,71 qram, 2,34 qram, 2,09 qram və 2,34 qram olması müəyyən edilmişdir. Həmin maddələr 01 ədəd zərfdə qablaşdırılaraq üzəri möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılar ilə bilrikdə həmin zərfin üzərini imza etmişlər. Daha sonra 01 ədəd Samsung markalı mobil telefon zərfdə qablaşdırılmışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd təsbeh, açarlar, təziq dərmanları, 1 ədəd bakcell kartı, kağız parçaları, eynək dəsmalı, 4 manat pul əskinası, su filtiri və kontur üçün ödəniş çekləri sübut əhəmiyyətli olmadığından özünə qaytarılmışdır. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan heroinə bənzər maddəni təqribən 1 ay əvvəl Bakı şəhərində tanımadığı şəxsdən aldığını bildirmiş,bununla da, baxış istintaq hərəkəti başa çatdırılmış və video çəkiliş yekunlaşmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində 04 ya müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 31 yanvar 2023-ci ildən hesablanmışdır. Məhkəmə-kimyəvi ekspertizasının 01 fevral 2023-cü il tarixli 16/175 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Vət. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinə bənzər kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 4 (dörd) ədəd yaşıl rəngli polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 4,542 qram, 2,177 qram, 1,989 qram, 2,265 qram, ümumi təmiz çəkisi 10,973 qram qəhvəyi maddələr, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Qalıq 10.773 qram. Tədqiqata təqdim edilmiş 1(bir) ədəd kağız paketdə olan herroinlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin, “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in siyahısına (Siyahı İ) daxildir. Məhkəmə-narkoloji ekspertizasının 19 may 2023-cü il tarixli 868 nömrəli rəyindən görünür ki, Əkbərov X10 vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 29 mart 2023-cü il tarixli cavabından görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, lakin onun konkret olaraq kimlərə narkotik vasitə satmasını və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini hər hansı bir şəxsdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. «Sübutların qiymətləndirilməsi haqqında» 12 iyun 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 10.773 qram narkotik vasitə olan heroin iş üzrə məddi sübut hesab edilərəik saxlanılması üçün Bərdə RPŞ-də maddi sübutların saxlanma yerinə təhvil verilmişdir. Şəxsi axtarış istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. 31 may 2023-cü il tarixli «Cinayət işinin başlanmasının rədd olunması» haqqında Bərdə rayon prokurorunun böyük köməkçisi vəzifəsi üzrə stajor X7 tərəfindən qəbul edilmiş qərardan məlum olur ki, Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən döyülməsi və işgəncəyə məruz qalması barədə müraciətində göstərdiyi xüsusatları təsdiqini tapmadığından Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət işi başlanması rədd edilmişdir. Bərdə rayon İHB-nın Bərdə şəhər İƏD- üzrə nümayəndəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışdan və xasiyyətnamədən məlum olur ki, Təqsirləndirilən şəxs ailə üzvləri ilə birlikdə Bərdə şəhəri Ə.Ədilov sküçəsi uv 10-da yaşayır, himayəsində xx.xx.2010-cü il təvəllüdlü azyaşlı X8 adlı övladı var və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs məhkum olunmamışdır. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan örünür ki, ********* nömrəli cinayət işindən Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi faktf görg başqa cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitənin ona məxsus olmadığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş, şahidlərin ifadələrini, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, yuxarıda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. fərdi əməklə məşğul olur. Narkotik vasitə istifadə etmişdir. Narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamış. xx.xx.2023-ci il tarixdə Bakı şəhərinə narkotik vasitə almaq üçün getmiş, Bakı şəhərində olarkən taksi ilə Kubunka adlanan əraziyə gedərək oradan tanımadığı şəxsdən 400 manat pul müqabilində narkotik vasitə almışdır. Narkotik vasitəni aldıqdan sonra öz yaşadığı Bərdə şəhərinə qayıtmışdır. 31 yanvar 2023-cü il tarixdə saat 21 radələrində Bərdə şəhəri, Bakı küçəsində olarkən iki nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq narkotik vasitənin üzərimdə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləyərək onu Bərdə RPŞ-nin inzibati binasına dəvət etmişlər, o, polis əməkdaşları ilə birlikdə Bərdə RPŞ-nin inzibati binasına gəlmişdir. Şöbədə üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişlər. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Xanım İsayevanı seçdikdən sonra müdafiəçi şöbəyə gəlmişdir. O, şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı əynində olan qara rəngli gödəkçənin üst sol yan cibindən 4 ədəd yaşıl rəngli polietilen kəsiyi bükümlərində olan heroinləri təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilərək ayrı-ayrılıqda 4,71 qram, 2,34 qram, 2,09 qram və 2,34 qram olduqları müəyyən olunmuşdur. Həmin büküm bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılaraq möhürlənmiş, üzəri imzalanmış və götürülmüşdür. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o, həmin protokola imza çəkmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Mərkəzi Ekspertiza X9 Bölməsinin xx.xx.2023-cü il tarixli 16/175 nömrəli rəyi ona Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən elan olunmuşdur. Narkotik vasitəni aldığı şəxsin anket məlumatlarını bilmir. O, narkotik vasitələrin alqı-satıqısı ilə məşğul olmamışdır. Həmin narkotik vasitəni öz istifadəsi üçün almışdır. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən ona hər hansı bir fiziki təsir göstərilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulmuş ittihamla aşağıdakı səbəblərə görə razılaşmır. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs ittiham verilmişdir ki, o, satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış və daşımışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində mötəbər, biri-birini tamamlayan sübutlara və işin faktiki hallarına əsaslanmamışdır. İbtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirərkən polis əməkdaşlarının ibtidai istintaq zamanı verdikləri “Təqsirləndirilən şəxs külli miqdarda narkotik vasitənin satışı və üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur.”ifadəsinə, “29 mart 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubunda göstərilən bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, lakin onun konkret olaraq kimlərə narkotik vasitə satmasını və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini hər hansı bir şəxsdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır.” sözlərə əsaslanmışdır. Belə ki, Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə əldə edib saxlaması nə ibtibai istintaq zamanı, nə də məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamışdır. Həm ibtidai istintaq, həm də məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları Təqsirləndirilən şəxs narkotik vasitənin satışı ilə məşğul olmasına və satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər dəlil göstərməmiş, məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları isə Təqsirləndirilən şəxs barəsində daxil olmuş əməliyyat məlumatında onun narkotik vasitənin satış məqsədi ilə əldə etdiyini göstərsə də, məhkəmə istintaq zamanı ifadələrində narkotik vasitəni satış məqsədi ilə əldə etməsi barədə ibtidai istintaq zamanı verdiyi ifadəsini onunla əsaslandırmışdır ki, təcrübələrində belə halların çox olduğunu, yəni şəxsin barəsində daxil olan məlumatda narkotik vasitənin qanunsuz istifadəsi və satması və ya satış məqsədi ilə əldə etməsi barədə məlumatlar olsa da, keçirilmiş əməliyyat tədbirləri nəticəsində narkotik vasitəni satması və ya satış məqsədi ilə saxlaması təsdiq olunmadığını bildirmişlər. Bununla əlaqədar əməliyyat axtarış tədbirləri davam etdirilmiş, onun əlaqələri, həmin narkotik vasitəni kimdən, nə vaxt, hansı çəkidə əldə etməsi, kimlərə satması və ya digər formada verməsi barədə müsbət nəticə əldə edilmədiyini, narkotik vasitəni kiməsə satması təsdiq olunmadığını bildirmişdir. Həmçinin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuş, lakin onun konkret olaraq kimlərə narkotik vasitə satmasını və üzərindən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini hər hansı bir şəxsdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə və nə məqsədlə əldə etməsini müəyyən etmək üçün əməliyyat tədbirləri keçirilmiş və 2 ay sonra müəyyən edilməsi daha real və asan olan narkotik vasitəni kimdən, nə vaxt, hansı şəraitdə əldə etməsini müəyyən etməyin mümkün olmadığı qeyd edildiyi halda, müəyyən edilməsi daha çətin olan yəni, şəxsin niyyətini onun narkotik vasitəni satış məqsədi ilə əldə etməsinin göstərilməsi isə inandırıcı hesab edilə bilməz və ehtimaldan başqa bir şey deyildir. Göründüyü kimi ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs əməlini narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlama kimi qiymətləndirməsində dair heç bir möhtəbər dəlilə əsaslanmamışdır. Azərbaycan Respublikası CPM-nin 7.0.20-ci maddəsinə əsasən “ittiham - bu Məcəllədə müəyyən olunmuş qaydada şəxsin cinayət qanunu ilə nəzərdə tutulmuş konkret əməli törətməsinin israr edilməsidir”. Cinayət Prosessual Məcəllənin 223.3-cü maddəsi təqsirləndirilən şəxs qismində cəlb etmə qərarının təsviri-əsaslandırıcı hissəsində bu Məcəllənin 223.3.1-223.3.5-ci maddələrində göstərilənlərin, o cümlədən, “cinayətin törədildiyi yer, vaxt, törədiləmə üsulu, nəticəsi, təqsirin forması, cinayətin motivi və tövsifedici əlamətlər göstərilməklə ittihamın mahiyyəti”nin (maddə 223.3.2) əks etdirilməsini tələb edir. Cinayət Məcəlləsinin 234.2-ci maddəsində satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma cinayətinin əsas tərkibini təsbit edən üsullar göstərilmişdir. Bu səbədən şəxsə qarşı irəli sürülmüş qeyd edilən cinayətini törətməsi barədə ittihamın CPM-in 7.0.20, 223.3.2-ci maddələrinin tələblərinə cavab verən məzmunda olması üçün onun konkret olması, cinayətin hansı üsulla törədilməsini və müvafiq üsulu təşkil edən hərəkətləri əks etdirməsi tələb olunur. Təqsirləndirilən şəxs qarşı Cinayət Məcəlləsinin 234.4.3.-cü maddəsi ilə irəli sürülmüş ittihamda isə narkotik vasitəni satış məqsədi ilə törədildiyi qeyd olunmaqla CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə cinayət tərkibinin obyektiv cəhətinin zəruri əlaməti olan cinayətin törədilmə üsulu konkretləşdirilməmiş, onun hansı sübutlarla narkotik vasitəni satış məqsədi ilə törətməsi dəqiqləşdirilməmiş, həmin əlamət və müvafiq olaraq bu və ya digər üsulu təşkil edən Təqsirləndirilən şəxs hərəkətlərinin konkret məzmunu müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, istintaq orqanının topladığı qeyd edilən sübutlarının heç biri mötəbər, biri-birini tamamlayan, işin faktiki hallarına əsaslanan Təqsirləndirilən şəxs elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittiham üzrə yekun nəticəyə gəlməyə imkan verən düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edən sübut kimi qiymətləndirilə bilməz. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən X5 satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs narkotik vasitəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni satış məqsədi ilə əldə etməsinə dair heç bir möhtəbər sübut olmadığı halda təkcə narkotik vasitənin çəkisinin çox olmasını ehtimal edib, narkotik vasitəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Narkotik vasitə olan heroindən sui-istifadə edilməsi ilə nəticələnən narkomaniya xəstəliyindən əzab çəkən şəxs üçün aşkar olunmuş narkotik vasitənin çəkisi o qədər də çox deyildir. Azərbaycan Respublikasının Konstitusiyası insan və vətəndaş hüquqlarını və azadlıqlarını Azərbaycan Respublikası vətəndaşlarının layiqli həyat səviyyəsinin təmin edilməsini dövlətin ali məqsədi elan edir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının birbaşa qüvvədə olması, bu hüquq və azadlıqlarının gözlənilməsi və qorunması vəzifəsini qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının üzərinə qoyur (Konstitusiyanın 12-ci maddəsinin İ hissəsi və 71-ci maddəsinin İ və Vİ hissələri). Hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquq və azadlıqlarının olması, onlara qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququnun verilməsi bu hüquq və azadlıqların məhdudlaşdırılmasının yolverilməzliyini nəzərdə tutur (Konstitusiyanın 24-cü maddəsinin İ hissəsi, 26-cı maddəsinin İ hissəsi və 71-ci maddəsinin İİ hissəsi). Konstitusiyanın 28-ci maddəsinə İ və İİ hissələrinə əsasən hər kəsin azadlıq hüququ vardır. Azadlıq hüququ yalnız qanunla nəzərdə tutulmuş qaydada tutulma, həbsəalma və ya azadlıqdan məhrum etmə yolu ilə məhdudlaşdırıla bilər. Göründüyü kimi Konstitusiyada azadlıq hüququnun qanuni əsaslarla məhdudlaşdırılması nəzərdə tutulmuşdur. Azadlıq hüququnun məhdudlaşdırılması ictimai və milli təhlükəsizliyin təmin edilməsi, habelə digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədilə yalnız Konstitusiyada və qanunlarda müəyyən edilmiş əsaslarla həyata keçirilə bilər. Bu zaman azadlıq hüququnun məhdudlaşdırılmasının məqsədə uyğunluğu, müəyyənliyi, mütənasibliyi tətbiqinin həddi və müddəti kimi vacib şərtlərin nəzərə alınması zəruridir. Məhkəmə hesab edir ki, azadlıq hüququnun məhdudlaşdırılmasını nəzərdə tutan qanunun normalarını tətbiq edərkən hüquqi dövlətin ali prinsiplərindən olan bərabərlik, mütənasiblik, hüquqi müəyyənlik və tarazılıq prinsiblərinə əməl olunmasına xüsusi diqqət yetirilməlidir. Hüquq normalarının dəqiq tətbiq olunması ümumi hüquqi meyarları hamının qanun və məhkəmə qarşısında bərabərliyi prinsipindən irəli gəlir. Belə ki, hüquq normasının dəqiq tətbiq olunması bütün hüquqtətbiqedicilər tərəfindən qanunun normasının düzgün şərh olunması nəticəsində mümkündür. Hüquq normalarının məzmunun qeyri-müəyyən şəkildə şərh olunaraq tətbiq olunması vətəndaşların hüquq və azadlıqlarının, qanuni mənafelərinin müdafiəsinin dövlət təminatının zəifləməsinə gətirib çıxarar və qanunun aliliyi prinsipi pozulmuş olar. Konstitusiyaya əsasən insan və vətəndaş hüquq və azadlıqlarının pozulması ilə əlaqədar mübahisələri məhkəmələr həll edir. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir (Konstitusiyanın 60-cı maddəsinin İ hissəsi və 71ci maddəsinin Vİİ hissəsi). Məhkəmə müdafiəsi hüququ əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olmaqla yanaşı, eyni zamanda bütün digər hüquq və azadlıqların təminatı kimi çıxış edir və o, heç bir halda məhdudlaşdırıla bilməz. Bu yalnız məhkəməyə müraciət etmək hüququ ilə kifayətlənməyərək, pozulmuş hüquq və azadlıqları, həmçinin azadlıq hüququnu qanunvericilikdə nəzərdə tutulan hədlər çərçivəsində səmərəli müdafiə etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalətli məhkəmə araşdırılması hüququ “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasınında da öz əksini tapmışdır. Konvensiyanın 6cı maddəsinin tələblərinə görə hər kəs, onun hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Məhkəmə hesab edir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələsi dəqiq araşdırılmalıdır. Cinayət əməlinin tərkibinin düzgün müəyyən edilməməsi və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthuquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb olar. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinin tələblərinə görə, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətləri mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 14.1-ci maddəsinə əsasən cəza təhdidi altında qadağan olunmuş ictimai təhlükəli əməlin (hərəkət və ya hərəkətsizliyin) təqsirli olaraq törədilməsi cinayət sayılır. Yəni törədilmiş əməlin bütün əlamətləri Cinayət Məcəlləsinin istinad edilən maddəsinin dispozisiya şərtlərinə tam uyğun olduqda əməl həmin maddə ilə tövsif olunmalıdır. Belə olan halda Təqsirləndirilən şəxs əməli heç bir halda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsinin dispozisiyasında göstərilən şərtlərə uyğun gəlmir və ona görə də Təqsirləndirilən şəxs əməli satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini əldə edib saxlama kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinin İİ hissəsində göstərilir ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Azərbaycan Respublikası Cinayət-Prosesual Məcəlləsinin 21.2-ci maddəsinə əsasən şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən məhkəmənin və ya cinayət prosesi tərəflərinin əldə etdiyi mötəbər dəlillər (məlumatlar, sənədlər, əşyalar) cinayət təqibi üzrə sübutlar hesab olunur. Həmin Məcəllənin 125.1-ci maddəsinə əsasən məlumatların, sənədlərin və digər əşyaların həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına şübhələr olmadıqda onlar sübut kimi qəbul edilə bilərlər. Həmin Məcəllənin 145.3-cü maddəsinə əsasən ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin satış məqsədi ilə saxlamasına dair heç möhtəbər sübut yoxdur. Həmin Məcəllənin 145.2-ci maddəsinə əsasən hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunu hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirir. Həmin Məcəllənin 146.1-ci maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübutetmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Həmin Məcəllənin 146.2-ci və 146.2.3-cü maddələrinə əsasən cinayət təqibi üzrə sübutların kifayət etməsi cinayət təqibi üzrə düzgün və əsaslı qərar qəbul edilməsinə kömək edir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 349.5-ci maddəsinə əsasən məhkəmənin hökmü, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun olduqda əsaslı hesab edilir. Azərbaycan Respublikası CPM-nin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxarmaq hüququna malikdir. Yuxarıda şərh olunanlara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməlində satış məqsədi ilə külli miqdarda narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib saxlama cinayətinin əlamətləri olmadığından onun əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-1-ci maddəsinə tövsif edilməlidir. Beləliklə, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməsi şahidlərin ifadələri, ekspertiza rəyləri, məhkəmə prosesi zamanı araşdırılmış işin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1.1-ci maddəsi ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X6 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.6, 1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1 maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır və Azərbaycan Respublikası CMnin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını, cəzasını ağırlaşdıran halların isə olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddənin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Bərdə RPŞ-də maddi sübutların saxlanma yerinndə saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 10.773 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X6 üzrə Dövlət Komissiyasının Daimi X12 Qrupu tərəfindən həyata keçirilməlidir. Şəxsi axtarış istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk cinayət təqibi üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 192,40 (yüz doxsan iki manat qırx qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlandığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə çəzaçəkmənin başlanğıcı 31 yanvar 2023cü il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Bərdə RPŞ-də maddi sübutların saxlanma yerinndə saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspertiza tədqiqatına sərf edildikdən sonra təmiz qalıq çəkisi 10.773 qram narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X5 X6 üzrə Dövlət Komissiyasının Daimi X12 Qrupu tərəfindən həyata keçirilsin. Təqsirləndirilən şəxs üstünə şəxsi axtarış və götürmə aparılmasını özündə əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 192,40 (yüz doxsan iki manat qırx qəpik) məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Faiq Mahmudov
2. Dadaş İmanov
3. Abdulla Məmmədov Düzdür: Məhkəmənin hakimi Faiq Mahmudov