Məhkəmə qərarları › İş №1(100)-121/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-121/2025

30.04.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-121/2025 30.04.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Müslümov Bəhruz Firizman oğlundan ibarət tərkibdə, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində Dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı2 və Dövlət ittihamçısı1, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx.xx.1979-cu ildə Tovuz rayonu, İbrahimhacılı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işsiz, məhkumluğu olmayan, evli, Tovuz rayonu, İbrahimhacılı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində xx.xx.2023-cü il tarixdə “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmiş və satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə qurudulmuş marixuananı şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, o dəqiq günü məlum olmayan 2023-cü ilin aprel-may aylarında yaşadığı Tovuz rayonu, İbrahimhacılı kəndində yerləşən fərdi yaşayış evinin qarşısında olan üstü örtülməmiş yarımçıq tikilidə və həyətyani torpaq sahəsində ümumi təmiz çəkisi 17100 qram olan 63 (altmış üç) ədəd, yəni külli miqdarda əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib aqro-texniki qaydada qulluq etməklə yetişdirərək kultivasiya etmiş, həmçinin məlum olmayan vaxtda qanunsuz olaraq kultivasiya etdiyi tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin zoğ və yarpaqlarını yığıb qurudaraq Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş "Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə, onların şəxsi istehlak miqdarından artıq miqdarına görə İ siyahısı" ilə müəyyən edilən, şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə olan, ayrı-ayrılıqda təmiz çəkiləri 85 qram və 215 qram olmaqla, ümumi təmiz çəkisi 300 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı evin həyətində yerləşən yarımtikili vəziyyətdə olan yardımçı tikilinin çardağında bir ədəd kiçik və bir ədəd böyük həcmli olmaqla, bir-birinə yapışqan lentlə sarınmış 2 (iki) ədəd sintetik kisələrdə qablaşdıraraq saxlamış, ona məxsus Tovuz rayonu, İbrahimhacılı kəndində yerləşən fərdi yaşayış evində Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən 10 avqust 2023-cü il tarixdə, saat 13:00-dan saat 14:20-dək olan müddət ərzində baxış və götürmə aparılarkən Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli 961-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilərin İİİ Siyahısı” ilə müəyyən edilmiş külli miqdar təşkil edən 63 (altmış üç) ədəd ümumi təmiz çəkisi 17100 qram olan narkotik tərkibli çətənə (kannabis) bitkiləri fərdi yaşayış evinin qarşısında olan üstü örtülməmiş yarımçıq tikilidən və həyətyanı torpaq sahəsindən və kultivasiya edilmiş tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərinin zoğ və yarpaqlarını yığıb qurudaraq bir ədəd kiçik və bir ədəd böyük həcmli olmaqla, bir-birinə yapışqan lentlə sarınmış 2 (iki) ədəd sintetik kisələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 85 qram və 215 qram, ümumi təmiz çəkisi 300 qram çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana isə fərdi yaşayış evinin həyətində yerləşən yarımtikili vəziyyətdə olan yardımçı tikilinin çardağında aşkar edilərək götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 237.2.3-ci maddələri ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, o evdə olarkən iki nəfər polis əməkdaşı onun qapısını döymüş, o qapını açdıqda polis əməkdaşları evə baxış keçirmək istədiklərini bildirmişdir. Heç bir sənəd və sübut olmadan polis əməkdaşları onun evinə daxil olmuşdur. Polis əməkdaşları onun evinə daxil olduqdan sonra narkotik tərkibli bitki ilə bağlı gəldiklərini bildirmiş və onu tutaraq aparmışlar. O narkotik tərkibli bitki əkib-becərməmiş və qulluq etməmişdir. O yalnız kənd təsərrüfatı ilə məşğul olmuşdur. O evinə baxış keçiriməsini istəmiş, həyət yanı sahəsində hər il narkotik tərkibli bitkinin yabani olaraq bitdiyini demişdir. O, kartof əkini ilə məşğul olmuş, kiplərlə ot gətirən zaman ot kiplərinin içindən narkotik tərkibli bitki çıxmışdır. Onun evinə video-çəkiliş ilə baxış keçirilmiş, videçəkilişdə narkotik tərkibli bitkilərin yan hissəsində kartof yerinin də olduğu düşmüşdür. Son iki il ərzində kartof olan yerdən yenidən narkotik tərkibli bitki çıxmış, o narkotik tərkibli bitkilərə toxunmamış və həmin bitkilər hal hazırda böyümüşdür. Onun evində keçirilən əməliyyat zamanı polis əməkdaşları tərəfindən ekspert gətirilmiş, polis əməkdaşları ekspertdən narkotik tərkibli bitkinin əkilib-əkilmədiyini soruşduqda, ekspert əkilən narkotik tərkibli bitkiyə oxşadığını demişdir. O həyətyanl sahəsində olarkən polis əməkdaşları ona hərəkət etməyə icazə verməmişlər. Polis əməkdaşları onu hamamda ağzı bağlı saxlamışlar. Polis əməkdaşları onun gözünün qarşısında çəkilişdən əvvəl “sirab” şüşələri ilə narkotik tərkibli bitkilərin dibinə su tökmüşlər. O, ibtidai istintaq zamanı yenidən ekspertiza çağırılıb baxış keçirilməsi üçün müstəntiqdən xahiş etmişdir. O, ona verilmiş ittihamla razı olmamışdır. Polis əməkdaşları damın üzərində kisədə olan qurudulmuş marixuana polis əməkdaşları tərəfindən kisəyə qoyulmuşdur. Bu işlə məşğul olmaq onun mənəviyyatına zidd olmuşdur. Narkotik tərkibli bitkilər onun qonşuluğunda yaşayan evlərdə təbii şəkildə bitmişdir. Onun həyətyanı sahəsində aşkar olunmuş narkotik tərkibli bitkilər müxtəlif yerlərdə olmuşdur. O, kartof al-veri ilə məşğul olmuş, heç vaxt narkotik tərkibli bitkiləri əkib-becərməmiş və qulluq etməmişdir. Polis müstəntiqi Vəliyev Nəsimi onu sənədələrə imza etməyə məcbur etmişdir. Vəkili onun yanında olmamış, polis müstəntiqi Vəliyev Nəsimi isə ona “Qodux sənin barəndə həbs qətimkan tədbiri seçməmişik, elə etmə ki, səni həbsə salaq” demişdir. Onun barəsində “həbs” qətimkan tədbiri seçilməməsi üçün cinayət axtarış qrupunun üzvləri onun atasından və yoldaşından 3000 manat məbləğində rüşvət almışdır. Polis əməkdaşı Vəliyev Nəsimi onlardan aldığı heyvanı şəxsi maşınına qoyarkən onun yoldaşı hadisəni videoya çəkmişdir. Məhkəmədə Azərbaycan Respublikasının CPM-nin 327.1.3-cü maddəsinə əsasən (təqsirləndirilən şəxsin əvvəllər istintaqda verdiyi 12 avqust 2023-cü il tarixli ifadə ilə məhkəmə baxışında verdiyi ifadələr arasında əhəmiyyətli ziddiyyətlər olduğundan) Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi tədqiq edilmişdir. Belə ki, Təqsirləndirilən şəxs istintaq zamanı müdafəçisinin iştirakı ilə verdiyi ifadəsində göstərmişdir ki, «verilən suallara cavab olaraq bildirirəm ki, mən Tovuz rayonu İbrahimhacılı kəndində yaşayıram. Rəsmi olaraq heç bir yerdə işləmirəm, fərdi əməklə məşğul oluram. Mən 2021-ci ilin yanvar ayının əvvəllərindən narkotik vasitə istifadəçisiyəm və narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə edirəm. Belə ki, avtomobil qəzasında ağır xəsarətlər aldıqdan sonra bədənimdə olan ağrıları azaltmaq məqsədi ilə narkotik vasitələrdən istifadə etmişəm. 10 avqust 2023-cü il tarixdə, saat 13 radələrində mən Tovuz rayon İbrahimhacılı kəndində yaşadığım evdə olan zaman 3 nəfər mülki geyimdə olan polis əməkdaşları mənim yaşadığım evə gəlib məni saxladılar və mənə yaşadığım evdə qanunsuz olaraq narkotik tərkibli bitki kollarını kultivasiya etməkdə yəni əkib becərməkdə şübhəli olduğumu bildirib yaşadığım evə baxış keçirləcəklərini deyib, məndən hər hansı etirazımın olub-olmadığını soruşdular. Mən polis əməkdaşlarlarına yaşadığım evə baxış keçirilməsinə heç bir etirazımın olmadığını dedim. Daha sonra polis əməkdaşları mənim yaşadığım evə aqronom mütəxəssisi dəvət etdilər. Bundan sonra polis əməkdaşları mənim yaşadığım evə baxış keçirdilər. Mənə məxsus fərdi yaşayış evinə baxış keçirilməzdən əvvəl məndən yaşadığım evdə əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kollarının olub-olmaması soruşuldu. Mən yaşadığım evin girişindən sol tərəfdə olan yarımtikili evi və evin həyətyanı bağ sahəsini göstərib həmin yerdə narkotik tərkibli bitki kolları olmasını, ancaq həmin narkotik tərkibli bitki kollarına qulluq etmədiyimi bildirdim. Daha sonra polis əməkdaşları mənə məxsus evin girişindən sol tərəfdə olan yarmtikili evin girişindən sol tərəfdə olan otaqlara və mənim yaşadığım evin bağ sahəsində olan 0.1 ha torpaq sahəsinə baxış keçirdilər. Baxış zamanı mənə məxsus yarımtikili evdən və evin bağ sahəsində olan 0.1ha torpaq sahəsindən uzunluğu 20 sm-dən 02 metrə qədər olan ümumilikdə 63 ədəd narkotik tərkibli bitki kolları aşkar edildi. Sorğu zamanı mən bildirdim ki, mənə məxsus yarımtikili evdən və evin bağ sahəsində olan 0.1ha torpaq sahəsindən aşkar edilmiş narkotik tərkibli bitki kollarına qulluq etməmişəm. Baxış zamanı Tovuz rayon DAİM-nin bitkiçilik sektorunun aqronom-mütəxəssisi vəzifəsində işləyən Şahid6 bildirdi ki, mənə məxsus yarımtikili evdən və evin bağ sahəsində olan 0.1 ha torpaq sahəsinə baxış zamanı işkar edilmiş narkotik tərkibli bitki kollarına aqro-texniki qaydada qulluq edilərək, diblərinə su verilib və kultivasiya edilmişdir. Daha sonra mənə məxsus evin bağ şahəsinin girişindən sağ tərəfdə yerləşən yarımtikili damın çardağına baxış keçirildi, Baxış zamanı evin yaxınlığında olan bitişik halda daşdan tikilmiş tualet və toyuq hininn üstündən biri kiçik həcmli, digəri böyük həcimli olmaqla 2 ədəd ağ rəngli torbada kökü ilə birlikdə çıxarılıb qoyulmuş narkotik tərkibli bitki aşkar edildi, aşkar edilmiş kiçik həcmli ağ rəngli torbada olan kütlə elektron tərəzisində çəkildi. Həmin kütlə ağ rəngli torba ilə birlikdə 115 qram oldu. Digər böyük həcimli ağ rəngli torbada olan kütlədə elektron tərəzidə çəkildi. Həmin kütlə ağ rəngli torba ilə birlikdə 265 qram oldu. Baxış zamanı hər iki ağ rəngli torbada olan kütləninin kəskin iyli, yaşıl rəngli, ilkin görünüşdən narkotik maddə olan qurudulmuş marixuanaya bənzər kütlə olması müəyyən edildi. Sorğu zamanı mən bildirdim ki, aşkar edilmiş kütləni yaşadığım evin bağ sahəsidə olan narkotik tərkibli bitki kollarından özüm yığıb saxlamışam. Daha sonra aşkar edilmiş əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli bitki kolları 4 ədəd ağ rəngli torbaya qoyulub qablaşdırıldı və torbanın Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək zərfin üzəri iştirakçılar tərəfindən imzalandı. Qablaşdırılmış kütlənin narkotik tərkibli bitki olub-olmaması və aqro-texniki qaydada qulluq edilib-edilməməsini müəyyən edib, rəy alınması üçün götürülərək, protokola əlavə edildi. Daha sonra aşkar edilmiş 2 ədəd ağ rəngli torbada olan kütlədə qablaşdırıldı və həmin torbaların üzəri Azərbaycan Respublikası DİN-nin 177 saylı möhürü ilə möhürlənərək, üzəri iştirfkçılar tərəfindən imzalandı. Qablaşdırılmış kütlənin narkotik vasitə olub olmaması və dəqiq çəkisi barədə rəy alınması üçün protokola əlavə edildi. Mən yaşayış sahəmdə aşkar edilmiş tərkibində narkotik maddələr olan bitkitləri əkməmişəm və onlara qulluq etməmişəm, yəni əkib becərməmişəm. Həmin bitkilər özü özünə bitmişdir. Tərkibində narkotik maddələr olan bitkilərin yaşayış sahəmdə bitməsini bilirdim. Aşkar edilmiş 2 ədəd ağ rəngli torbada olan kütlələr yaşayış sahəmdə aşkar edilmiş həmin bitkilərin hissələridir. Göstərirəm ki, mənim yaşadığım evin giriş hissəsi ilə üzbəüz dayandıqda sağ tərəfdə qonşum Anar adlı şəxsin, sol tərəfdə 159 Rəfayıl adlı şəxslərin yaşayış sahələri yerləşir. Həmin bitkilərdən onların da Yaşayış sahəsində və ya həyətyanı sahəsində özü-özünə yabanı halda narkotik tərkibli bitkilər bitə bilər. Konkret olaraq yaşayış sahəsində və ya həyətyanı sahəsində həmin narkotik tərkibli bitktilərin bitib bitməməsini bilmirəm və ehtimal edirəm. Baxışda iştirak edən aqronom mütəxəssis bildirdi ki, həmin bitktilərə aqrotexniki qulluq olunub Mən isə bildirirəm ki, həmin bitktilərə mənim və ya ailə üzvlərim tərəfindən əkilməmiş və becərilməmişditr. Həmin bitkilər yabanı halda özü özünə bitmişdir. Yaşayış sahəmdə aşkar edilmiş həmin yabanı narkotik tərkibli bikilərdən yalnız həmin bitktləri yaşayış sahəmdə aşkar edilməsindən, yəni xx.xx.2023-cü il tarixdən 10 gün əvvəl yəni 01 avqust 2023-cü il tarixdə günorta şaatlarında həyətyanı sahəmdə bitmiş həmin bitkinin uc yarpaq hissəsindən toplayıb qurudub siqaretə doldurub bir dəfə çəkmişəm. Bundan sonra həmin narkotik tərkibli bitkinin təsiri olmadığını görüb daha sonra istifadə etmədim. “Həmin bitktləri ciddi qəbul etmədiyim üçün yəni yabanı olmasına görə məhv etmədim». Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs Elnur ilə bağlı məlumat ona aid olmuşdur. O, məlumatı rəhbərliyə məruzə etmişdir. Elnur adlı şəxs narkotik tərkibli bitkilərin həyətyanı sahəyə əkilməsi ilə məşğul olmuşdur. Polis əməkdaşları tərəfindən əməliyyat qrupu yaradılmış, təhqiqatçı ilə evinə baxış keçirilmişdir. Onlar evə baxış keçirilməsi ilə bağlı təqsirləndirilən şəxsə məlumat vermiş və təqsirləndirilən şəxs etiraz etməmişdir. Təqsirləndirilən şəxsin evinə baxış keçirilmiş, baxış keçirilən zaman təqsirləndirilən şəxs həyətində olan yarımtikili evin içərisində narkotik tərkibli bitkilər olduğunu bildirmişdir. Təqsirləndirilən şəxsin həyətyanı sahəsindən təqribən sayı 60-dan yuxarı olan narkotik tərkibli bitki polis əməkdaşları tərəfindən götürülmüş və qablaşdırılmışdır. Həyətyanı sahədə damın üzərindəki kisədə qurudulmuş marixuanada aşkar olunmuşdur. Təqsirləndirilən şəxs qurudulmuş marixuana olduğunu polis əməkdaşlarına deməmiş, onlar özü müəyyən etmişdir. Daha sonra təqsirləndirilən şəxs qurudulmuş marixuananın özünün olduğunu etiraf etmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiyə texniki olaraq qulluq etmiş, mütəxəssis narkotik tərkibli bitkilərə qulluq olunduğunu bildirmişdir. Təqsirləndirilən şəxs video-çəkiliş ilə narkotik tərkibli bitkinin yerləşdiyi yeri onlara göstərmişdir. Təqsirləndirilən şəxsin atası da hadisə yerində olmuş və heç kim müdaxilə etməmişdir. Hadisə yerində təqsirləndirilən şəxs narkotik tərkibli bitkilərə su vermədiyini demiş, ancaq mütəxəssis su verildiyini təsdiq etmişdir. Təqsirləndirilən şəxsin yaşadığı evin həyətyanı sahəsindədə müəyyən qədər narkotik tərkibli bitkilər olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş X7 ifadəsində göstərmişdir ki, 2023-cü ilin avqust ayında Tovuz rayon polis şöbəsinə polis əməkdaşı Şahid1 əməliyyat məlumatı daxil olmuşdur. Əməliyyat qrupu yaradılmış və onlar İbrahimhacılı kəndinə getmişlər. Təqsirləndirilən şəxs adlı şəxsin həyətinə baxış keçirilmiş, 60-dan çox narkotik tərkibli bitki marixuana və iki torbada isə qurudulmuş marixuana aşkar edilmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, avqust ayının 10da polis əməkdaşı olan baş əməliyyat müvəkkili Şahid1 raportu əsasında əməliyyat qrupu yaradılmış, o da yaradılmış əməiyyat qrupuna daxil olmuşdur. Onlar mütəxəssislə birlikdə hadisə yerinə getmiş, hadisə yerinə getdikdən sonra həyətdə narkotik tərkibli bitkilərin marixuanın əkildiyi məlum olmuşdur. Daha sonra təqsirləndirilən şəxs onlar tərəfindən saxlanılmışdır. Narkotik tərkibli bitkilərin sayı təxminən 62-63 ədəd olmuşdur. Evə daxil olduqda sağ tərəfdə sanitar qovşağının yerləşdiyi damın üzərindən iki ədəd kisə tapılmış və həmin kisənin içərisindən qurudulmuş marixuana aşkar olunmuşdur. O hadisə yerinə kömək məqsədi ilə getmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, o heç nə görməmiş, evə qayıtdıqda uşağları ona polis gəldiyini demişdir. O, təqsirləndirilən şəxslə qonşu olmuşdur. Polis gəldiyi zaman o işdə olmuşdur. O, heç kimdən hadisə ilə bağlı heçnə soruşmamışdır. O, öz həyətində 5-6 ağac əkmiş və su olmadığı üçün ağacları da qurumuşdur. Onun həyətində narkotik tərkibli bitki bitməmişdir. O, həyətini daim təmizləmişdir. O ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o evdə olmamış və heç bir şey görməmişdir. O, axşam evə gəldikdə icra nümayəndəliyi gəlib ondan su istəmişdir. Daha sonra icra nümayəndəliyi ona cinayət işi olduğunu demişdir. O, təqsirləndirilən şəxslə qonşu olmuşdur. Təqsirləndirilən şəxsin həyətində yarımtikili ev olmuşdur. O, evdə olmamış və təqsirləndirilən şəxsin evinə polis gəlib-gəlmədiyini bilməmişdir. Təqsirləndirilən şəxs Elnurun polis əməkdaşları tərəfindən saxlanıldığını axşam tərəfi bilmişdir. O, icra nümayəndəliyinə su verdikdən sonra içəri keçmiş, hadisə ilə bağlı heç bir sual verməmişdir. Təqsirləndirilən şəxs kartof əkib, təsərrüfatla məşğul olmuşdur. O, həyətində bitən yabanı bitkilər ilan olmasın deyə biçmişdir. O, narkotik tərkibli bitkiləri tanımamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, o mütəxəssis qismində hadisə yerinə dəvət olunmuşdur. O, bitkilərə mütəxəssis kimi qulluq olunub-olunmaması barədə rəy bildirmək üçün getmişdir. O, araşdırma zamanı bitkilərin dibinin yaş olduğunu və su verildiyini müəyyən etmişdir. Qıraq sahələr quru olmuş, narkotik tərkibli bitkinin yerləşdiyi sahədə isə bitkinin dibinin alaqları təmizlənmiş və suvarılmışdır. Polis əməkdaşları 2 torbada az miqdarda qurudulmuş marixuana aşkar etmişdir. Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri özünün becərmədiyini demişdir. Ancaq o, rəyində narkotik tərkibli bitkilərə qulluq olunduğunu göstərmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq 10 avqust 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, təqsirləndirlən şəxs Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 12 avqust 2023-cü il tarixli “polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi və şəxsi azad edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Məhkəmədə tədqiq edilmiş baxış və götürülmə aparılması haqqında 10 avqust 2023-cü il tarixli protokoldan görünür ki, həmin tarixdə Tovuz rayon polis şöbəsinin əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs yaşadığı Tovuz rayonu İbrahimhacılı kəndində yerləşən fərdi yaşayış evinin bağ sahəsinə saat 13:00-dan saat 14:20-dək olan müddət ərzində baxış keçirilmiş, baxış zamanı fərdi yaşayış evinin bağ sahəsinin girişindən sağ tərəfdə yerləşən yaşayış olmayan yarımtikililin çardağında bir ədəd kiçik həcmli, digəri isə böyük həcmli olmaqla 2 ədəd ağ rəngli sintetik kisələrə qablaşdırılaraq bir-birinə yapışqan lentlə sarınmış 2 (iki) ədəd sintetik kisələrdə, sonradan ekspertizanın rəyinə əsasən ayrı-ayrılıqda təmiz çəkiləri 85 qram və 215 qram, ümumi təmiz çəkisi 300 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana aşkar edilərək götürülmüş, həmçinin fərdi yaşayış evinin həyətində olan üstü örtülməmiş yaşayış olmayan yarımtikilidə və həyətyanı torpaq sahəsinin 0.1 hektar hissəsində hündürlüyü 2 metrə qədər, sonradan ekspertizanın rəyinə əsasən ümumi təmiz çəkisi 17100 qram olan 63 (altmış üç) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkilərini qanunsuz olaraq əkib diblərini alaq otlarından təmizləyib, sulayıb, torpağını şumlayıb yumşaltmaqla aqrotexniki qaydada qulluq edərək becərib kultivasiya etməsi müəyyən edilmiş və tərkibində narkotik maddələr olan ümumi təmiz çəkisi 17100 qram olan 63 (altmış üç) ədəd, yəni külli miqdarda, çətənə (kannabis) bitkiləri aşkar edilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin Gəncə regional bölməsinin 11 avqust 2023-cü il tarixli, 16/804 nömrəli məhkəmə-bioloji ekspertizanın rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs yaşadığı evin arxa tərəfində olan yerləşən yarımtikili damda aşkar edilmiş 2 ədəd...”yazı və imzalar olan 2 (iki) ədəd sintetik kisələrdə ayrıayrılıqda təmiz çəkiləri 85 qram və 215 qram, ümumi təmiz çəkisi 300 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Həmin marixuanadan cəmi 0,01 qram tədqiqata sərf edildikdən sonra cəmi 299,9 qram qalıq qalmışdır. Tədqiqata təqdim edilmiş, üzərində “vət.Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik tərkibli bitki kolları 4 (dörd) ədəd ağ rəngli torbalarda” üzərində yazı və imzalar olan 4 (dörd) ədəd sintetik kisələrdəki, ümumi sayı 63 (altmış üç) ədəd, ümumi təmiz çəkisi 17100 qram olan əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Çətənə bitkisindən cəmi 0,63 qram tədqiqata sərf edildikdən sonra 17099,37 qram qalıq qalmışdır. Tədqiqata təqdim olunmuş 1 (bir) ədəd bir-birinə yapışqan lentlə sarınmış 2 (iki) ədəd sintetik kisələrdə olan marixuanalarla, 4 ədəd sintetik kisələrdə olan çətənə (kannabis) bitkiləri tərkiblərinə görə eynidirlər. Aqronom (mütəxəssis) Şahid6 rəyinə əsasən həmin bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin 23 senyabr 2023-cü il tarixli, 1610 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğu üçün məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixatrik Ekspertiza Mərkəzi” Publik hüquqi şəxsin Gəncə regional ambulator şöbəsinin Ambulator məhkəmə psixiatrik ekspertizasının xx.xx.2023-cü il tarixli, 664 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək psixopatik cizgiləri) baxmayaraq o, hadisəni törətdiyi zaman anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs hadisə zamanı və hal-hazırda öz hərəkətlərini dərk etmək və ya idarə etmək iqtidarında olmuşdur və hal hazırda da iqtidarındadır. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi tibbi müalicəyə ehtiyacı yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Tovuz X10 Mərkəzinin xx.xx.2023-cü il tarixli, 3-22- 3601/2-47/2023 nömrəli məktubu ilə daxil olmuş aqronom (mütəxəssis) Şahid6 rəyindən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində olan üstü örtülməmiş yarımtikilidən və həyətyanı torpaq sahəsinin aşkar edilmiş yuxarıda qeyd olunan 63 ədəd narkotik tərkibli bitki kollarına aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası TƏBİB Tovuz rayon X5 hüquqi şəxsin 17 avqust 2023-cü il tarixli, PHŞ-6- 76/2-544/2023 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həkim-psixiatrın və həkim narkoloqun dispanser qeydiyyatında dayanmır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X2 İdarəsinin 21.08. 2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə məlumat yoxdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş xx.xx.2023cü il tarixli qərarla Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində aşkar olunaraq götürülmüş 2 (iki) ədəd sintetik kisələrdə ayrı-ayrılıqda təmiz çəkiləri 85 qram və 215 qram, ümumi təmiz çəkisi 300 qram tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və ümumi sayı 63 (altmış üç) ədəd, ümumi təmiz çəkisi 17100 qram olan əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri maddi sübut kimi tanınmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 24 noyabr 2023-cü il tarixli “Sübutların qiymətləndirməsi haqqında” qərardan görünür ki, ekspertiza tədqiqatından sonra qalıq qalmış 299,9 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq qalmış 17099,37 qram çəkidə, 63 (altmış üç) ədəd əkilibbecərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri Tovuz rayon polis şöbəsində saxlanılır. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Tovuz Rayon Polis şöbəsinin 06 fevral 2024-cü il tarixli 3-13-114/2-1857/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Tovuz Rayon Polis şöbəsinin X6 təhvil verilərkən üzərində heç bir xəsarət olmamışdır. Məhkəmədə tədqiq edilmiş Baş Prokurorluğun Xidməti Araşdırmalar İdarəsinin xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanılmasının rədd edilməsi haqqında” qərarın surətindən görünür ki, Təqsirləndirilən şəxs Tovuz RPŞ-nin əməkdaşları tərəfindən törətmədiyi cinayət əməlini etiraf etməsi üçün fiziki zorakılığa və psixi təzyiqlərə məruz qalması barədə daxil olmuş müraciətinə əsasən Baş Prokurorluğun Xidməti araşdırmalar idarəsində toplanmış 20C-24 nömrəli material üzrə təqsirləndirilən şəxsin göstərdiyi xüsusatlar təsdiqini tapmadığından, Azərbaycan Respublikasının CPM-nin 39.1.1-ci maddəsinə əsasən cinayət işinin başlanmasınnı rədd edilməsi haqqında qərar qəbul edilmişdir. Məhkəmədə tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin xx.xx.2024-cü il tarixli 3134/2-10239/2024 saylı məktbundan görünür ki, Vət. X3 müraciəti əsasında aparılmış xidməti təhqiqat zamanı polis əməkdaşları tərəfindən korrupsiya hüquqpozmalarına yol verilməsi faktı təsdiqini tapmamış, lakin Daxili İşlər Nazirliyinin normativ hüquqi aktlarının tələblərini pozmuş əməkdaşlar barəsində intizam tənbehi tədbiri görülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmədə tədqiq edilmiş ƏƏSMN-n tabeliyində DSMF PHŞ-n 1 saylı Qazax-Tovuz regional filialından alınmış məktubdan görünür ki, hal-hazırda filialdan 2-ci qrup ümumi xəstəlikdən əliliyə görə 220,00 manat (iki yüz iyimi manat) məbləğində aylıq sosial müavinət alır. Əlilliyin müddəti xx.xx.2026-cı ilədəkdir. Məhkəmə təqsirəlndirilən şəxsin ona elan olunmuş ittham üzrə özünü təqsirli bilməyərək, heç bir narkotik tərkibli bitkini əkib becərməməsi və onun evində ququrdulmuş marixuananın olmaması və fiziki zorakılığa və işgəncəyə məruz qalması barədə ifadəsinə təniqidi yanaşaraq, işin faktiki hallarına uyğun olmadığından və cinayət işinin materiallarında olan sübutlar, təqsirləndirilən şəxsin istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi etirafedici ifadəsi, şahid ifadələri, ekspertiza rəyləri, videoçəkilişlər və istintaq hərəkəti protokoları ilə təkzib edildiyindən və həmin ifadəni inandırıcı hesab etməyrək özünü müdafiə məqsədi ilə verilmiş ifadə kimi qiymətləndirir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitə olan marixuananın və kultivasiya edilmiş çətənə kollarının qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1988-ci il tarixli “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsinə, yetişdirilməsinə və ya toplanmasına yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz hazırlanması dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla istehlaka yarayan və ya yaramayan narkotik vasitələrin və psixotrop maddələrin bilavasitə hazırlanmasına, yəni narkotik vasitələrin və psixotrop maddələrin istehsalına, emalına, saflaşdırılmasına və ya bir narkotik vasitənin, yaxud psixotrop maddənin digər narkotik vasitəyə və ya psixotrop maddəyə çevirilməsi yolu ilə narkotik vasitələrin və psixotrop maddələrin alınmasına, yaxud onların təsirinin gücləndirilməsinə, tərkibində narkotik maddələr olan bitkilərin kultivasiyasına, narkotik vasitələrin və psixotrop maddələrin alınmasına yönəldilmiş hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə və yetişdirmə) cinayət əməllərini törətməsi məhəkəmədə təsdiq olunduğundan onun əməlləri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə tövsif edilməli, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından ,o Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2015-ci il tarixdə doğulmuş bir azyaşlı uşağının olması Azərbaycan Respublikası CM-nin 59.1.4-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna ağır və az ağır cinayətlər daxil olduğundan, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən ona təyin olunan cəzalar qismən toplanılmaqla qəti cəza təyin edilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla, qəti cəza təyin edilməldir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, Təqsirləndirilən şəxsqnun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə zalından həbsə alınmladır. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 30 aprel 2025-ci il tarixdən hesablanmaldır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserin 23 senyabr 2023-cü il tarixli, 1610 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan kannobinoidlərdən istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Həmçinin iş materiallarında olunmuş sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs 2-ci qrup əlildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 9 fevral 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Narkotik vasitələrin və psixotrop maddələrin tibbi məqsədlərlə istifadə edilməsi qaydası və şərtləri, habelə narkomanlıq xəstəliyinə düçar olan şəxslər barəsində tibbi tədbirlərin tətbiq edilməsi” qaydasına əsasən narkomanlıq xəstəliyinə düçar olmuş əlilliyi olan şəxslərə məcburi müalicə tətbiq oluna bilməz. Qeyd olunan qərara əsasən məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin oluna bilməz. Məhkəmə eyni zamanda hesab edir ki, verilmiş rəyə uyğun olaraq Təqsirləndirilən şəxs narkoloji kabnetdə qeydiyyata alınmalıdır. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən maddi sübutlar Tovuz rayon polis şöbəsində saxlanılan tədqiqatından sonra qalıq qalmış 299,9 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq qalmış 17099,37 qram çəkidə, 63 (altmış üç) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməldir. Narkotik vasitənin məhv edilməsi Tovuz rayon polis şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməldir. Bir ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilməldir. İş üzrə məhkəmə məsrəfi ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respubliksının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 4 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 66.3-cü maddəsinə əsasən ona təyin olunan cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs oğuna qəti olaraq 05 (beş) il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 10 avqust 2023-cü il tarixdən 12 avqust 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 04 (dörd) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin başlanğıcı hökm çıxdığı gündən, yəni 30 aprel 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkoloji kabnetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Tovuz rayon polis şöbəsində saxlanılan tədqiqatından sonra qalıq qalmış 299,9 qram bitki mənşəli, tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana və ekspertiza tədqiqatından sonra qalıq qalmış 17099,37 qram çəkidə, 63 (altmış üç) ədəd əkilib-becərilməsi qanunla qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Tovuz rayon polis şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirisin. Bir ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 manat təşkil Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar