Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-122/2021 31.03.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X4, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci ildə Quba rayonu Vəlvələ kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli olmaqla himayəsində bir azyaşlı övladı olan, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Quba rayonu Vəlvələ kəndində qeydiyyatda olmaqla, həmin kənddə yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 128-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3 və 128-ci maddələri ilə ittiham verilmişdir ona görə ki, o, əvvəllər qeyri-rəsmi ər-arvad münasibətində yaşadığı Şahid1 ona olan borcunu qaytarmaması ilə bağlı görüşmək məqsədilə 2020-ci ilin iyun ayının 17-dən 18-nə keçən gecə tanımadığı taksi ilə Bakı şəhərindən çıxıb xx xxxx 2020-ci il tarixdə səhər saat 05:30 radələrində Şahid1 yaşadığı Goranboy rayonu, Borsunlu kəndində yerləşən fərdi yaşayış evinin qarşısına gəlmiş, evin həyətyanı sahəsinin giriş darvazası bağlı olduğu üçün həyətyanı sahənin arxasında olan taxta giriş qapısından həyətə daxil olub, Şahid1 və ailə üzvlərinin yuxudan oyanmasını gözləmiş, saat 07 radələrində sonuncuların yuxudan oyandıqlarını görüb evə yaxınlaşaraq açıq vəziyyətdə olan giriş qapısından içəri daxil olmuş, həmin vaxt Şahid1 anası Zərərçəkmiş şəxs1 və sonuncunun səsinə arxa otaqdan zala çıxan nəvəsi, yəni Şahid1 övladı Zərərçəkmiş şəxs2 ondan evi tərk etməsini tələb edərək itələyib həyətə çıxartdıqları üçün sonuncuların bu hərəkətlərindən əsəbiləşərək özü ilə gətirdiyi zavod üsulu ilə hazırlanmış, məişət təyinatlı qatlanan cib bıçağını əynindəki şalvarın kəmər hissəsinin arxa sağ tərəfindən çıxarıb, tiyəsini açaraq həyətdə pilləkənin üstündə həmin bıçaqla Zərərçəkmiş şəxs1 vuraraq ona sol süd vəzinin bayır səthinin, sol kürək və bel nahiyəsinin kəsilmiş-deşilmiş yaraları xarakterli sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərərvurmaya aid, daha sonra isə Zərərçəkmiş şəxs1 gözü qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edərək, buna şüurlu surətdə yol verməklə sonuncunun nəvəsi Zərərçəkmiş şəxs2 bel nahiyəsinə bir bıçaq zərbəsi vuraraq ona xüsusi amansızlıqla həyatı üçün təhlükəli olan döş qəfəsinin arxa səthində plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yara xarakterli qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir. Məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 126.2.3 və 128-ci maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, Goranboy rayonu Borsunlu kəndində yaşayan Şahid1 ilə Quba rayonunda tanış olmuş və həmin vaxtdan Şahid1 ilə Quba rayonunda ev tutub qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşamışlar. O, Quba rayonunda icarəyə kafe götürüb işlədib dolanması üçün Şahid1 vermiş, lakin kafedən qazanc əldə edə bilmədiklərindən kafeni təhvil vermişlər. Bundan sonra Şahid1 yaşadığı Goranboy rayonu Borsunlu kəndindəki evinə göndərmişdir. Həmin ərəfədə o, oğurluq etdiyi üçün tutulmuş, azad olunduqdan sonra Şahid1 yanına gedərək bir müddət orada yaşamış, həmçinin Xatının evini oğurluq etməklə əldə etdiyi pulla təmir etdirmişdir. Evi təmir etdirdikdən sonra onlar birlikdə Bakı şəhərinə köçüb kirayə ev tutaraq yaşamışlar. Təxminən 3-4 ay Bakı şəhərində yaşadıqdan sonra ev sahibi evini satdığı üçün yenidən Şahid1 ilə birlikdə Goranboy rayonunun Borsunlu kəndinə gəlib yaşamışlar. O, arada Bakı şəhərinə gedib-gəlmişdir. Şahid1 qızı Gülcin ailə həyatı qurarkən onun cehiz əşyalarını və toy xərcini ödəmək üçün Xatuna 2500 manat məbləğində borc pul vermişdir. Belə ki, həmin pullar da oğurluq yolla əldə etdiyi pullar olmuş və Şahid1 da pulların oğurluq yolu ilə ədə edildiyini bilmişdir. Sonra o, oğurluq cinayəti törətdiyinə görə barəsində axtarış elan olunmuş, həmin vaxt Şahid1 onun axtarışda olduğunu bilə-bilə onu iki ay öz evində gizlədib saxlamışdır. Həmin vaxtlar Şahid1 ilə mübahisə etdiyi üçün Bakı şəhərinə getmiş, təxminən 20 gün keçdikdən sonra axtarışda olduğu üçün Bakı şəhərində tutulmuşdur. xx xxxx 2020-ci il tarixdə həbsdən azad olunmuş, xx xxxx 2020-ci il tarixdə isə Şahid1 ilə görüşmək üçün tanımadığı taksi avtomobili ilə Bakı şəhərindən Goranboy rayonu Borsunlu kəndinə Şahid1 yaşadığı evə getmişdir. Həmin gün saat 05:30 radələrində Şahid1 evinə çatmış, evin giriş darvazası bağlı olduğu üçün həyətyanı sahənin arxasında olan qapıdan həyətə daxil olmuş, ev sakinlərinin yuxudan oyanmadıqlarını düşünüb, həyətdə oturaraq onların yuxudan oyanmalarını gözləmişdir. Saat 07 radələrində Xatın, oğlu Elçin və anası Rahilə yuxudan oyandıqları üçün o, evə yaxınlaşıb giriş qapısından içəri daxil olmuşdur. Həmin vaxt Xatının anası Rahilə səs-küy salmağa başlamış, nəvəsi Elçinlə birlikdə onun üstünə hücum etmişlər. O, qayıdıb qapıdan çıxmaq istəyən zaman Elçin və Rahilə yenidən onun üstünə hücum edərək onu itələyib evdən həyətə çıxarmışlar. Həmin vaxt şalvarının sağ arxa kəmər hissəsində gəzdirdiyi cib bıçağını çıxarıb tiyəsini açaraq əlində tutmuşdur. Elçin də evin pilləkənlərinin üzərində olan şüşə balonu götürüb onun başının sol tərəfinə bir zərbə vurmuş, şüşə balon zərbənin təsirindən sınmış, Elçin isə əlində qalan şüşə parçası ilə onun sol çiyin nahiyəsinə də zərbə vuraraq ona xəsarətlər yetirmişdir. Ona görə də o, Rahilə və Elçini qorxutmaq üçün əlində tiyəsi açıq vəziyyətdə tutduğu bıçağı sağa-sola fırladarkən bıçaq Rahilənin bədəninin müxtəlif nahiyələrinə dəymiş, sonuncu pilləkənə yıxılmışdır. Elçin də onun üstünə tərəf gəldiyi üçün onu əli ilə itələyib yerə yıxmışdır. Elçin yerdən qalxıb onun ünvanına nalayiq ifadələr işlədərək təkrarən onun üstünə gəlmək istəyərkən o, əlindəki bıçaqla Elçinin bel nahiyəsinə bir zərbə vurmuş, sonra oradan kənarlaşıb həyətyanı sahənin arxa tərəfində olan qapıdan küçəyə çıxaraq özü könüllü olaraq Goranboy rayon Polis Şöbəsinə gedib cinayət əməli törətdiyini etiraf etmiş və silah qismində istifadə etdiyi bıçağı polis əməkdaşlarına təqdim etmişdir. Hazırda əməlindən peşmandır, zərərçəkmiş şəxslərlə barışmasının nəzərə alınmasını məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs 2018-ci ilin yay aylarından tanıyır. Belə ki, qızı Şahid1 işləmək üçün Quba rayonuna getmiş və orada kafedə işləmiş, həmin vaxtdan Təqsirləndirilən şəxslə tanış olmuş və qeyri rəsmi olaraq ər-arvad münasibətində yaşamışlar. Təqsirləndirilən şəxs qızı Şahid1 döydüyü üçün o, bir neçə dəfə Quba rayonuna onların yanına gedib sakitləşdirmişdir. 2018-ci ilin axırlarında qızı Şahid1 öz evlərinə gəlmiş, Təqsirləndirilən şəxs isə Şahid1 ondan ayrılmamasını, əgər ondan ayrılsa pis olacağını demişdir. xx xxxx 2020-ci il tarixdə nəvəsi Elçin buraxılış imtahanına getməli oduğu üçün onu saat 07:40 dəqiqədə yuxudan oyatmış və öz yatağına uzanaraq və ani vaxtda yuxuya gedib yatmışdır. Yuxudan oyananda Təqsirləndirilən şəxs əlində dəstəyi boz rəngli cib bıçağı ilə evin içərisində olduğunu görmüş, Təqsirləndirilən şəxs əlini ağzına tutaraq ona sakit olmasını işarə etmişdir. X13 yatdıqları otağa keçmək istədiyini gördükdə yataqdan qalxıb Elşadı əli ilə itələyərək və qışqıraraq evdən çıxartmaq istəmişdir. Nəvəsi Elçin də gəlib ona kömək etmiş və onlar birlikdə Elşadı evdən həyətə çıxarmışlar. Evin pilləkənlərində Elşad əynində olan donun baş tərəfindən tutub çəkmiş, həmin vaxt əynində olan donu başına tərəf qalxmış və bədəni açıq vəziyyətdə qalmışdır. Bundan sonra Elşad da əlindəki bıçaqla onun sol döş nahiyəsinə bir zərbə vurmuş, o, pilləkənə yıxılmış, Elşad əynində olan donun boyun nahiyəsindən tutaraq onu ayağa qaldırmış və evin divarına sıxaraq, kürək nahiyəsinə də bir zərbə vurmuşdur. Həmin vaxt onun bədəni açıq vəziyyətdə olmuş, sonra Elşad onun sol qol nahiyəsinə də bir bıçaq zərbəsi vurmuş və onu sürüməyə başlamış, buna görə də dizləri sıyrılmışdır. X15 arxadan tutub aralaşdırmaq istəmiş, Elşad onu buraxıb Elçinin üstünə hücum etmiş və onlar süpürləşmişlər. Elşad Elçinin maykasından tutub çəkmiş, daha sonra Elşad əlindəki bıçağı fırlayaraq Elçinin kürək nahiyəsinə bir zərbə vurmuş və Elçin yerə yıxılmışdır. Onların səslərinə qonşuları həyətlərinin qarşısına toplaşmışlar, lakin darvaza arxadan bağlı olduğu üçün qonşuları həyətə daxil ola bilməmişlər. Sonra Elçin ayağa qalxıb qapını açmaq üçün darvazaya tərəf getmiş, həmin vaxt Elşad yenə də bıçaqla Elçini vurmaq istəmiş, Elçin qapını açdığı üçün Elşad evin həyətyanı sahəsinin arxasına tərəf qaçmışdır. Bundan sonra qızı Şahid1 Azərbaycan Respublikası DİN-in 102 xidmətinə zəng edib, hadisə barədə məlumat vermiş, sonra isə təcili yardım avtomobili gəlib Elçinlə onu xəstəxanaya aparmışlar. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti, tələbi və iddiası yoxdur. O, daha sonra ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs onu bıçaqla vurarkən və onlar süpürləşərkən pəncərənin qarşısında olan şüşə balon Elşadın qoluna dəymiş və yerə düşərək sınmışdır. Nəvəsi Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs baş nahiyəsinə və sol çiyin nahiyəsinə şüşə balonla vurmamışdır. Təqsirləndirilən şəxs onu buraxıb nəvəsi Zərərçəkmiş şəxs2 üstünə cumarkən o, donunu aşağı salmış və başı açıq vəziyyətdə olmuşdur. Bu səbəbdən də, Təqsirləndirilən şəxs əlindəki bıçaqla nəvəsi Zərərçəkmiş şəxs2 kürək nahiyəsinə bir dəfə zərbə vuruduğunu görmüşdür. Məhkəmə iclasında qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, 2018-ci ilin yay aylarında anası Şahid1 işləmək üçün Quba rayonuna getmiş və orada kafedə işləmişdir. Həmin vaxtdan Təqsirləndirilən şəxslə anası Şahid1 tanış olub, Quba rayonunda kirayə ev tutub qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşamışlar. 2018-ci ilin axırlarında anası Xatın öz evlərinə gəlmiş, 2019-cu ilin yaz aylarından etibarən isə Təqsirləndirilən şəxs də onlara gəlib getmiş və o, Təqsirləndirilən şəxs həmin vaxtdan tanımışdır. Sonra Təqsirləndirilən şəxs Quba rayonunda oğurluq etdiyi üçün tutulmuş, Elşad Şahid1 ondan ayrılmamasını, əgər ondan ayrılsa "pis olacaq” demişdir. Təqsirləndirilən şəxs azadlığa çıxdıqdan sonra onların yaşadığı evə gəlib bir-iki gün qalmışdır. xx xxxx 2020-ci il tarixdə saat 07:40 radələrində nənəsi Zərərçəkmiş şəxs1 qışqırdığını eşitmiş, ona görə də, arxa otaqdan zala çıxmış, nənəsi Zərərçəkmiş şəxs1 Təqsirləndirilən şəxs itələyərək evin qapısından çıxarmaq istədiyini görmüşdür. O, yaxınlaşaraq Elşadın boğazından tutub nənəsi ilə birlikdə evdən çölə çıxartmışlar. Evin pilləkənində Elşad nənəsinin əynində olan donun baş tərəfindən tutub çəkmiş, nənəsinin əynində olan donu yuxarı qalxmış və nənəsinin bədəni açıq vəziyyətdə qalmışdır. Həmin vaxt Elşad əlindəki bıçaqla nənəsinin sol döş nahiyəsinə bir zərbə vurmuş, nənəsi pilləkənə yıxılmışdır. Sonra Elşad nənəsini ayağa qaldırmış, evin divarına sıxaraq, kürək nahiyəsinə və sol qol nahiyəsinə bir bıçaq zərbəsi vurmuşdur. Bundan sonra Elşad nənəsini sürüməyə başlamış və nənəsinin dizləri sıyrılmışdır. Həmin vaxt o, Elşadı arxadan tutub aralaşdırmaq istəmiş, Elşad nənəsini buraxıb onun üstünə gəlmiş və süpürləşmişlər. Elşad onun əynində olan maykasından tutub çəkmiş, həmin vaxt maykasının bir qolu cırılmış, bu sonra Elşad əlindəki bıçağı fırlayıb arxadan onun kürəyinə bir zərbə vurmuş və o, yerə yıxılmışdır. Həmin vaxt səs-küyə qonşular onların həyətinin qarşısına toplaşmışlar, lakin darvaza arxadan bağlı olduğu üçün qonşular həyətə daxil ola bilməmişlər. O, ayağa qalxıb qapını açmaq üçün darvazaya tərəf getmiş, bu zaman Elşad yenə də bıçaqla onu vurmaq istəmiş, lakin qapını açdığı üçün Elşad evin həyətyanı sahəsinin arxasına tərəf qaçmışdır. Elşad qaçıb getdikdən sonra anası Xatın evdən çölə çıxmış və 102 xidmətinə zəng edib hadisə barədə məlumat vermiş, bundan sonra isə təcili tibbi yardım avtomobili gəlib nənəsi ilə onu xəstəxanaya aparmışlar. Zərərçəkmiş şəxs2 həmçinin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxslə süpürləşərkən pəncərənin qarşısında olan şüşə balona Elşadın qolu toxunduğu üçün balon yerə düşərək sınmışdır. O, Təqsirləndirilən şəxs şüşə balonla vurmamış, Elşadın bu xüsusatla bağlı məhkəmə iclasında verdiyi ifadəsi həqiqəti əks etdirmir. Hazırda təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ailəsini dolandırmaq üçün müxtəlif kafelərdə və digər yerlərdə işləməklə qazanc əldə etmişdir. Təqsirləndirilən şəxs 2018-ci ilin yay aylarından etibarən tanımışdır. Belə ki, işləmək üçün Quba rayonuna getmiş və orada kafedə işləmiş, həmin vaxtdan Quba rayonu Vəlvələ kəndində yaşayan Təqsirləndirilən şəxslə tanış olmuş və onlar Quba rayonunda kirayə ev tutub qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşamışlar. Elşad onu bir necə dəfə döymüş, lakin o, bu barədə hüquq mühafizə orqanlarına məlumat verməmişdir. Belə hallar bir neçə dəfə təkrar olmuş, Elşad onu qısqandığı üçün evdən çölə çıxmağa icazə verməmişdir. 2018-ci ilin dekabr ayının 28-də o, Goranboy rayonu Borsunlu kəndində yerləşən evinə gəlmiş, Elşad isə Quba rayonunda oğurluq etdiyi üçün tutulmuşdur. Elşad ona “məndən ayrılma, əgər məndən ayrılsan pis olacaq”-demişdir. xx xxxx 2020-ci il tarixdə saat 07:40 radələrində zaldan anasının səsinin gəldiyini eşitmiş, həmin vaxt anası iki dəfə "olmaz", sonra isə anası ücüncü dəfə bərk qışqıraraq "Elşad, olmaz evdən çıx"-demişdir. O, həmin vaxt Elşadın onların evinə gəldiyini başa düşmüşdür. Anası və oğlu Elşadı evdən çölə çıxartmışlar və o, qorxduğu üçün evin qapısını arxadan bağlayıb, bayıra çıxmamışdır. Həmin vaxt pəncərənin pərdəsini aralayıb həyətə baxanda Elşadın əlində bıçaq olduğunu görüb qorxmuş və pərdəni bağlayıb kənara çəkilmişdir. Həyətdə onların bərk səs-küyünü eşitmiş, bir müddətdən sonra anası evin qapısını döyərək “qapını aç, Elşad məni və Elçini bıçaqla vurdu”-demişdir. O, dərhal evin qapısını açmış, həmin vaxt anasının qan içində olduğunu, oğlu Elçinin də həyətdə üzü üstə yerə yıxıldığını, əynindəki maykasının cırıldığını və kürəyindən qan axdığını görmüşdür. Həmin vaxt səs-küyə qonşular da onların həyətinə gəlmişlər. Bundan sonra mobil telefonla 102 xidmətinə zəng edib məlumat vermiş, həkimlər təcili tibbi yardım avtomobili gəlib Elçinlə anasını xəstəxanaya aparmışlar. Şahid1 həmçinin ifadəsində oğlu Zərərçəkmiş şəxs2 Təqsirləndirilən şəxs şüşə balonla vurduğunu görmədiyini, sonuncunun bununla bağlı ifadəsində göstərdiklərinin yalan olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, xx xxxx 2020-ci il tarixdə saat 07 radələrində yaşadığı evdən küçəyə çıxıb işə gedərkən Zərərçəkmiş şəxs1 yaşadığı evin həyətindən səs-küy gəldiyini eşitmiş, dərhal evin qarşısına getmiş və həyətin darvazasının giriş qapısı bağlı olduğu üçün hasarın başından həyətə baxarkən Rahilənin evin pilləkənində oturduğunu, Xatınla qeyri-rəsmi olaraq ər-arvad münasibətində yaşayan, arada Şahid1 yanına gəlib 10-15 gün orada qalıb sonra çıxıb gedən Təqsirləndirilən şəxs isə əlində bıçaq olduğunu və Elçinin maykasından tutub dartdığını görmüş, dərhal səs-küy salmış və darvazanın giriş qapısını itələyib açmaq istəmiş, lakin qapını aça bilməmişdir. O, darvazanı açmaq üçün özünə məxsus traktorun yanına gedib dəmir parçası götürmüş, geri dönərkən Elçinin darvazanı açıb həyətə qayıtdığını və həyətdə üzü üstə yerə yıxıldığını görmüşdür. O, həyətə keçən zaman Təqsirləndirilən şəxs orada olmamışdır. Həmin vaxt Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 bədələrindən qan axdığını və əyinlərində olan paltarların qana bulaşdığını görüb, Təqsirləndirilən şəxs əlindəki bıçaqla onlara xəsarətlər yetirdiyini başa düşmüşdür. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli 360 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədən səthi üzərində sol qulaq seyvanının sıyrığı, bərk küt əşyanın, o cümlədən ekspertizaya təqdim edilmiş şüşə qabla bütöv vəziyyətdə yetirilmə zamanı əmələ gələ bilərdi. Sol bazunun sıyrığı isə ekspertizaya təqdim olunmuş şüşə qabın sınmış vəziyyətdə kəsici hissəsinin təsirindən əmələ gələ bilərdi, qeyd olunan xəsarətlərin əmələ gəlmə müddəti xx xxxx 2020-ci il tarixə uyğun gələ bilər və istər birlikdə, istər ayrılıqda götürüldükdə sağlamlığa zərər vurmayan xəsarət olduqları üçün dərəcələri təyin edilmir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 423 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədən səthi üzərində döş qəfəsinin arxa səthində plevra boşluğuna nüfuz edən deşilmiş-kəsilmiş yarası deşici-kəsici alətin o, cümlədən xx xxxx 2020-ci il tarixdə kənar şəxs tərəfindən ekspertizaya təqdim olunmuş bıçaqla yetirilmə zamanı əmələ gələ bilər və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Məhkəmədə tədqiq edilən məhkəmə-tibbi ekspertizasının xx xxxx 2020-ci il tarixli, 424 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədən səthi üzərində sol süd vəzinin bayır səthinin, sol kürək və bel nahiyyəsinin kəsilmiş-deşilmiş yaraları deşici-kəsici alətin o, cümlədən xx xxxx 2020-ci il tarixdə kənar şəxs tərəfindən ekspertizaya təqdim edilmiş bıçaqla yetirilmə zamanı əmələ gələ bilər və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. Məhkəmədə tədqiq edilən məhkəmə-psixiatrik ekspertizasının xx xxxxxx 2020-ci il tarixli, 441 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirməmişdir. O, halhazırda da, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixi xəstəlik keçirmir. Bu nəticəyə gəlməyə cinayət işinin materialları, tibbi sənədlər anamnestik məlumatlar və hazırki ekspertiza imkan verir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və ya onları idarə etmək qabiliyyətində olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun barəsində hal-hazırda tibbi xarakterli məcburi tədbirlərinin tətbiqinə ehtiyac yoxdur. O, hazırki ekspertiza zamanı da öz hərəkətlərinin mənasını dərk etmək, hərəkətlərini idarə etmək iqtidarındadır. Məhkəmədə tədqiq edilən məhkəmə bioloji ekpertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 588/2020 MTBŞ saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs ABO sistemi üzrə qrup göstəricisi B(İİİ), Zərərçəkmiş şəxs2 ABO sitemi üzrə qrup göstəricisi O (İ), Zərərçəkmiş şəxs1 ABO sitemi üzrə qrup göstəricisi AB(İV)-dir. Ekspertizaya təqdim edilmiş, Zərərçəkmiş şəxs2 qolsuz maykası, Zərərçəkmiş şəxs1 qısaqol donu, Təqsirləndirilən şəxs qısaqol koftası, qatlanan bıçaq və şüşə qırıqları üzərində insan qanı ləkələri aşkar olundu. Zərərçəkmiş şəxs2 qolsuz maykası üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “H” antigeni alındı, Zərərçəkmiş şəxs2 qolsuz maykası üzərində həmçinin alfa və beta aqqlyutininləri də alındı. “H” antigeni O (İ) qrupunun əsasını təşkil etdiyi üçün bu qan ləkələri ABO sistemi üzrə O alfa, beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs2 məxsus ola bilər. Bu ləkələrdə Qarayeva İbrahim qızının qanının olması inkar olunur. Zərərçəkmiş şəxs1 qısaqol donu, Təqsirləndirilən şəxs qısaqol koftası, qatlanan bıçaq və şüşə qırıqları üzərində olan ləkələrdə qanın qrup göstəricisi ABO sistemi üzrə tədqiq edildikdə “A”, “B”, və “H” antigenləri alındı,aqqlyutininlər isə alınmadı. Bu qan ləkələri AB/H/ (İV) qruplu bir şəxsə, o cümlədən Zərərçəkmiş şəxs1 məxsus ola bilər. Lakin göstərilən ləkələrdə bir neçə şəxsin qanı olduğu halda, bu ləkələrdə A beta (İİ), B alfa (İİİ), AB (İV) qruplu (müşayətçi “H” antigeni ilə və ya onsuz), həmçinin O alfa, beta (İ) qruplu şəxslərin qarışıq qanları ola bilər. Beləliklə ləkələrdə həmçinin Zərərçəkmiş şəxs2 və Təqsirləndirilən şəxs qarışmış qanının olması mümkündür. Məhkəmədə tədqiq edilən məhkəmə-krimnalistik ekpertizasının xx xxxxxxxx 2020-ci il tarixli, 388/2020 MTKŞ saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs2 məxsus maykanın arxa hissəsinin yuxarı-orta nahiyəsində bir ədəd deşilmiş-kəsilmiş zədə aşkar edildi. Bu zədə iti ucu, iti ülgüclü və küpü olan deşici-kəsici alətin təsirindən əmələ gəlmişdir və bu zədənin ekspertizaya təqdim edilmiş bıçağın tiyəsi ilə və ya oxşar konstruktiv xüsusiyyətlərə malik digər bıçağın təsirindən törənməsi inkar olunmur. Bu zədə müxtəlif şəraitdə, həmçinin qərarda göstərilən şəraitdə yarana bilər. Zərərçəkmiş şəxs2 məxsus maykanın üzərində aşakar edilmiş deşilmiş-kəsilmiş zədənin yetiridiyi anda bıçaqla zərərçəkmiş müxtəlif qarşılıqlı yerləşmə vəziyyətində də ola bilərdilər. Zərərçəkmiş şəxs2 məxsus maykanın arxa hissəsinin yuxarı-orta nahiyyəsində aşkar edilmiş bir ədəd deşilmişkəsilmiş zədə onun bədəninin döş qəfəsinin sağ arxa səthində olan eyni xarakterli xəsarətlə yerləşmə nahiyəsinə görə nisbi olaraq üst-üstə düşür. Ekspertizaya təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus köynəyin sol qolunun bayır nahiyəsində altı ədəd kəsilmiş zədə aşakar edildi. Bu zədələr hər-hansı bir iti kəsici kənara malik alətin, alətlərin təsirindən əmələ gəlmişlər və bu zədələrin eksperizaya təqdim edilmiş şüşə balonun sınmış hissələri ilə yaranması istisna olunmur. Bu zədələr müxtəlif şəraitdə, həmçinin qərarda göstərilən şəraitdə yarana bilərdilər. Təqsirləndirilən şəxs məxsus köynəyin sol qolunun bayır nahiyəsində altı ədəd kəsilmiş zədə onun bədəninin sol bazu nahiyəsində olan sıyrıqlarla yerləşmə nahiyələrinə görə nisbi üst-üstə düşürlər. Təqsirləndirilən şəxs məxsus köynəyin sağ qoltuqaltı nahiyəsində bir ədəd məhdud cırılma aşkar olundu. Bu cırılma küt yaranma mexanizmə malikdir, köynəyin müvafiq nahiyəsinin gərilib-dartılması nəticəsində yaranmışdır. Ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs1 məxsus don üzərində Zərərçəkmiş şəxs1 bədənində olan xəsarətlər-sol süd vəzinin bayır səthinin, sol kürək və bel nahiyəsinin kəsilmiş-deşilmiş yaraları onun ekspertizaya təqdim edilmiş paltarında öz əksini tapmamışdır. Bu da zədə yetirilən zaman həmin paltarın onun əynində olmaması ilə izah oluna bilər. Tədqiqata təqdim olunmuş bıçaq zavod üsulu ilə hazırlanmış məişət təyinatlı qatlanan cib bıçağıdır və soyuq silah hesab edilmir. İş materiallarında olan hadisə yerinə baxış keçirilməsi haqqında xx xxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə Goranboy rayonu Borsunlu kəndində, Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2 və Şahid1 yaşadıqları evin həyətyanı sahəsində baş vermişdir. Baxış zamanı hadisə yerindən aşkar edilmiş şüşə balonun sınmış hissələri götürülmüşdür. İş materiallarında olan götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 əynində olmuş üzərində qana bənzər ləkələr olan bir ədəd ağ rəngli maykaya və Zərərçəkmiş şəxs1 əynində olmuş üzərində qana bənzər ləkələr olan bir ədəd göy, qırmızı, ağ rəngli naxışı olan dona baxış keçirilmiş, həmin mayka və don iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Goranboy rayon Polis Şöbəsinə gedərək hadisə barədə məlumat verib könüllü olaraq özünü polis əməkdaşlarına təqdim etmişdir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən götürmə aparılması haqqında xx xxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs bir ədəd qatlanan, bozumtul rəngli cib bıçağını və əynində olan qara rəngli koftasını könüllü təqdim etmiş, həmin bıçağa və koftaya baxış keçirilmiş, iş üzrə əhəmiyyət kəsb etdiyi üçün götürülmüşdür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilinməklə xx xxxx 2020-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan Goranboy rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarının surətindən görünür ki, Təqsirləndirilən şəxs barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx xxxx 2020-ci il tarixdən hesablamışdır. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli qərarlardan görünür ki, hadisə yerindən götürülmüş şüşə balonun sınmış hissələri, Zərərçəkmiş şəxs2 əynində olmuş üzərində qana bənzər ləkələr olan bir ədəd ağ rəngli mayka, Zərərçəkmiş şəxs1 əynində olmuş üzərində qana bənzər ləkələr olan bir ədəd göy, qırmızı, ağ rəngli naxışı olan don, Təqsirləndirilən şəxs təqdim etdiyi bozumtul rəngli cib bıçağı və sonuncunun əynində olmuş qara rəngli kofta maddi sübut kimi tanınaraq Goranboy RPŞ-nin maddi subutlar anbarına məsul saxlanca verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Quba rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinib 02 il 01 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə olunmuş İmişli rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(036)48/2020 saylı hökümündən çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayəti törətməkdə təqsirli bilinib 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məkhum edilmiş, Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunan 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası ona Quba rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilən 2 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissə ilə qismən birləşdirilərək üzərində qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrumetmə cəzası saxlanıldığı, Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2020-ci il tarixədək həbsdə saxlanıldığı 3 (üç) ay 09 (doqquz) gün nəzərə alınaraq üzərində 2 (iki) il 8 (səkkiz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. İş materiallarında olan Quba rayonu Vəlvələ kənd İnzibati Ərazi Dairəsi Üzrə Nümayəndəliyinin arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs anası X1, arvadı X2 və 2010-cu il təvəllüdlü oğlu X3 ibarət ailə üzvləri vardır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə mənfi xarakterizə edilir. Məhkəmədə tədqiq edilən zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 qızının ərizələrindən görünür ki, onlar Təqsirləndirilən şəxs ilə barışmışlar və Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələblərinin olmadığını göstərmişlər. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx xxxx 2021-ci il tarixli 1(100)-122/2021 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinmiş və cinayət işi üzrə icraata Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 43.1.2-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2 üstünə cumduqları üçün və Zərərçəkmiş şəxs2 ona xəsarət yetirərək müqavimətini sındırdıqları və ona ağır xəsarət yetirəcəklərindən qorxaraq özünü müdafə etmək üçün bıçaqla sonuncuları vurması, eləcə də qanunsuz yolla əldə etdiyi pulla Şahid1 evini təmir etdirməsi və sonuncunun bir sıra maddi ehtiyaclarını qarşılaması, həmçinin axtarışda olduğu müddətdə Şahid1 onu öz evində gizlətməsi ilə bağlı verdiyi ifadəsi işin faktiki hallarına uyğun olmadığından və eləcə də zərərçəkmiş şəxslərin və Şahid1 ifadələri təkzib edildiyindən, həmin ifadələrə tənqidi yanaşaraq inandırıcı hesab etməyib təqsirləndirilən şəxsin həmin ifadəsini məsuliyyətini yüngülləşdirmək üçün verilmiş ifadə kimi qiymətləndirir. Bundan başqa, cinayət işində olan “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxx 2020-ci il tarixli qüvvədə olan qərarın nəticə hissəsindən görünür ki, Şahid1 barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177 və 194-cü maddələri ilə cinayət təqibinin başlanılması rədd edilmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs hadisə zamanı Elçinin evin pilləkənlərinin üzərində olan şüşə balonu götürüb onun başının sol tərəfinə bir zərbə vurması, şüşə balonun zərbənin təsirindən sınması, daha sonra Elçinin əlində qalan şüşə parçası ilə onun sol çiyin nahiyəsinə zərbə vuraraq ona xəsarətlər yetirməsinə gəldikdə isə məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən şəxsin qeyd etdiyi bu xüsusatlar zərərçəkmiş şəxslərin ifadələri ilə tam təkzib olunur. Bundan başqa, cinayət işinin materiallarına əlavə edilmiş “Sübutların qiymətləndirilməsi haqqında” xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, xx xxxx 2020-ci il tarixdə səhər saat 07 radələrində Goranboy rayonunun Borsunlu kəndində təqsirləndirilən Təqsirləndirilən şəxs zərər çəkmiş Zərərçəkmiş şəxs2 ilə aralarında yaranmış münaqişə zamanı Zərərçəkmiş şəxs2 təqsirləndirilən Təqsirləndirilən şəxs sağlamlığa zərər vurmayan xəsarət yetirməsi ilə bağlı əməlində cinayət tərkibi olmadığına görə onun barəsində cinayət işinin başlanılması rədd edilmişdir. Həmçinin, yuxarıda qeyd olunan qərardan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs2 qarşı şikayətçi olmadığına görə sonuncunun barəsində Azərbaycan Respublikasının İXM-in 157-ci maddəsi ilə inzibati qaydada tədbir görülməsinə xitam verilmişdir. Beləliklə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən maddi sübutları, ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını və sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə səhər saat 07 radələrində Goranboy rayonunun Borsunlu kəndində qeyri-rəsmi ərarvad münasibətində olduğu Şahid1 yaşadığı evə daxil olan zaman Şahid1 anası Zərərçəkmiş şəxs1 və sonuncunun səsinə arxa otaqdan zala çıxan nəvəsi Zərərçəkmiş şəxs2 ondan evi tərk etməsini tələb edərək itələyib həyətə çıxartdıqları üçün sonuncuların bu hərəkətlərindən əsəbiləşərək özü ilə gətirdiyi, soyuq silah hesab edilməyən, məişət təyinatlı qatlanan cib bıçağı ilə Zərərçəkmiş şəxs1 gözü qarşısında ona xüsusi əzab və iztirab verdiyini dərk edərək, buna şüurlu surətdə yol verməklə sonuncunun nəvəsi Zərərçəkmiş şəxs2 bel nahiyəsinə bir bıçaq zərbəsi vuraraq ona xüsusi amansızlıqla həyatı üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirmişdir ki, bununla da o, Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində öz əksini tapan cinayət əməllərini törətmişdir. Belə ki, “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxxxx 2002-ci il tarixli Qərarında göstərilmişdir ki, qəsdən adam öldürmə cinayətlərinin ictimai-təhlükəlilik dərəcəsi nəzərə alınaraq məhkəmələrin diqqəti törədilmiş cinayət hadisəsinin hərtərəfli, tam və obyektiv araşdırılması zəruriliyinə cəlb edilsin. Bu zaman işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən bütün hallar, yəni təqsirin xarakteri, dərəcəsi, təqsirləndirilən və zərərçəkmiş şəxslərin hadisədən əvvəlki münasibətləri, cinayətin məqsədi, motivi, törədilmə üsulu, təqsirləndirilən şəxsin hadisədən əvvəl, hadisə vaxtı və hadisəni törətdikdən sonrakı davranışı, təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə kömək edən digər hallar hərtərəfli araşdırılmalıdır. Həmçinin qeyd edilən plenum Qərarında göstərilmişdir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrumetməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Təqsirləndirilən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdə səhər saat 07 radələrində qeyri rəsmi ər-arvad münasibətində olduğu Şahid1 yaşadığı evin pilləkənin üstündə üzərində olan məişət təyinatlı qatlanan cib bıçağı ilə həmin evin həyətyanı sahəsində zərərçəkmiş Zərərçəkmiş şəxs1 gözü önündə nəvəsi Zərərçəkmiş şəxs2 bel nahiyəsinə bir dəfə bıçaq zərbəsi vuraraq sonuncuya həyat üçün təhlükəli olan qəsdən sağlamlığa ağır zərərvurmaya aid xəsarət yetirməklə törətdiyi cinayət əməlini məhkəmə tərkibi məhz xüsusi amansızlıqla törədilən sağlamlığa ağır zərərvurma kimi qiymətləndirir və bu qənaətə gəlir ki, onun yuxarıda qeyd edilən cinayət əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəlsi ilə tövsif olunmalı və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlinə görə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, törətmiş olduqları cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət işi üzrə tərtib edilmiş sübutların qiymətləndirilməsi haqqında qərardan və ittiham aktından görünür ki, istintaq orqanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə istinad etməklə təqsirləndirilən Təqsirləndirilən şəxs Quba və İmişli rayon məhkəmələrinin hökmləri ilə məhkum olunmasını əsas gətirərək onun əməlində cinayətlərin residivinin olmasını nəzərə almış və bunu cəzanı ağırlaşdıran hal kimi qəbul etmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən residivin müəyyən edilməsi zamanı azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar nəzərə alınmır. İş materialları ilə müəyyən olunur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ilk dəfə Quba rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Təqsirləndirilən şəxs İmişli rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə məhkum olunmasına gəldikdə isə istintaq orqanı təqsirləndirilən şəxsin hazırki cinayət işi üzrə cinayət əməlini İmişli rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmündən əvvəl, yəni xx xxxx 2020-ci il tarixdə törətməsini, eləcə də Quba rayon Məhkəməsinin hökmü ilə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəzaya məhkum olunmasını nəzərə almamış, bununla da yalnış olaraq təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını və bunu cəzanı ağırlaşdıran hal kimi nəzərə almışdır. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 18.4.4cü maddəsinin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində olan ittihamdan onun əməlində cinayətlərin residivinin olması və residivin cəzanı ağırlaşdıran hal kimi nəzərə alınması xaric edilməlidir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4 maddəsinə, könüllü gəlib təqsirini boynuna alması həmin Məcəllənin 59.1.10 maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsinin sanksiyasında 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs könüllü gəlib təqsirini boynuna alması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10 maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi qəbul edildiyindən və cəzanı ağırlaşdıran hallar olmadığından, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.2.3-cü maddəsi ilə cəza təyin edərkən həmin Məcəlləsinin 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs İmişli rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Cinayət Məcəlləsinin 67.1ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin edilmiş 2 il 6 ay müddətinə azdlıqdan məhrum etmə cəzası ona Quba rayon Məhkəməsinin xx xxxxx 2019-cu il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 01 (bir) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi ilə qismən birləşdirilərək üzərində qəti olaraq 3 il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2020-ci il tarixədək həbsdə saxlandığı 3 (üç) ay 9 (doqquz) gün nəzərə alınaraq üzərində 02 (iki) il 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, cəza çəkmə müddətinin əvvəli xx xxxxxx 2020-ci il tarixdən hesablanmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırkı cinayət əməlini xx xxxx 2020-ci il tarixdə, yəni yuxarıda qeyd olunan hökmdən əvvəl törətmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona cinayətlərin məcmusu üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmçinin, Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx xxxx 2003-cü il tarixli 4 nömrəli qərarında göstərilmişdir ki, CM-nin 66.5 və 67-ci maddələrinə əsasən təyin olunmuş qəti cəzanın çəkilmə müddəti sonuncu iş üzrə məhkəməyə qədər qətimkan tədbiri və ya tutma qaydasında həbsdə olma müddəti də nəzərə alınmaqla axırıncı hökmün çıxarıldığı gündən hesablanır. Cinayət işinin materillarından görünür ki, Təqsirləndirilən şəxs hazırki iş üzrə xx xxxx 2020-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, Goranboy rayon Məhkəməsinin xx xxxx 2020-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 18 iyun 2020-ci il tarixdən hesablanmışdır. Odur ki, İmişli rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs üzərində saxlanılmış 02 (iki) il 08 (səkkiz) ay 21 (iyirmi bir) gün müddətə azadlıqdan məhrum etmə növündə cəzanı hazırki hökm üzrə cinayətlərin məcmusu üzrə təyin ediləcək qəti cəza ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə ona qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunmalı, həmçinin Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən hazırki iş üzrə hökm çıxarılan günə, yəni xx xxxx 2021-ci ilədək çəkdiyi cəza ona təyin ediləcək cəzadan çıxılmaqla, cəzaçəkmə müddətinin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. İş üzrə maddi sübut olub Goranboy RPŞ-nin maddi subutlar anbarına saxlanılan şüşə balonun sınmış hissələri, üzərində qana bənzər ləkələr olan bir ədəd ağ rəngli mayka, üzərində qana bənzər ləkələr olan bir ədəd göy, qırmızı, ağ rəngli naxışı olan don, bir ədəd bozumtul rəngli cib bıçağı və bir ədəd qara rəngli kofta yararsız olduqlarından məhv edilməlidir. İş materiallarına əlavə edilmiş hesabatlardan və ittiham aktına əlavə edilmiş arayışdan görünür ki, təqsirləndirilən şəxsin müdafiəçinin xidmətini ödəməyə vəsaiti olmadığına görə ibtidai istintaq zamanı onun hüquqlarının müdafiəsi ilkin olaraq fərdi qaydada fəaliyyət göstərən vəkil X10, Məhkəmə istintaqı zamanı isə Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən həyata keçirilmiş, ibtidai istintaq zamanı vəkil X10 təqsirləndirilən şəxsə 31 iş saatı, məhkəmə istintaqı zamanı isə vəkil Müdafiəçi təqsirləndirilən şəxsə 24 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 193.2, 193.4-cü maddələrinə əsasən belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxsə ibtidai istintaq zamanı göstərilmiş cəmi 31 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən X7 hesabına 186 manat, məkhəmə istintaqı zamanı isə göstərilmiş cəmi 24 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi hesabına 144 manat məbləğində pul köçürülməlidir. İş üzrə məhkəmə məsrəfi, mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin edilmiş 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə İmişli rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs üzərində saxlanılmış 02 (iki) il 08 (səkkiz) ay 21 (iyirmi bir) müddətəgün azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplamaq yolu ilə cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx xxxx 2020-ci il tarixdən xx xxxx 2021-ci il tarixədək həbsdə olduğu 09 (doqquz) ay 13 (on üç) gün müddət ona təyin edilmiş 07 (yeddi) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasından çıxılmaqla üzərində 06 (altı) il 08 (səkkiz) ay 17 (on yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzaçəkmə müddətinin əvvəli bu iş üzrə hökm çıxarılan gündən, xx xxxx 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olub Goranboy RPŞ-nin maddi sübutlar anbarına saxlanılan şüşə balonun sınmış hissələri, üzərində qana bənzər ləkələr olan bir ədəd ağ rəngli mayka, üzərində qana bənzər ləkələr olan bir ədəd göy, qırmızı, ağ rəngli naxışı olan don, bir ədəd bozumtul rəngli cib bıçağı və bir ədəd qara rəngli kofta yararsız olduqlarından məhv edilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsi hesabından X7 hesabına 186 manat məbləğində, Müdafiəçi işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına isə 144 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığıı) andan 20 gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:
1. (sədrlik edən) Məhəmməd Bağırov
2. Dadaş İmanov
3. Nural Əliyev