Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-123/2020 13.10.2020 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X16 Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X17 oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər Zərərçəkmiş şəxs1 və Zərərçəkmiş şəxs2, müdafiəçilər - Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkilləri Müdafiəçi və X2, Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1997-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkum edilməmiş, Gəncə şəhəri, DOS-84, ev 2, mənzil 43-də qeydiyyatda olmaqla yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində ünvan 1 ünvanının qarşısında Zərərçəkmiş şəxs1 məxsus fərdi yaşayış evinin yaxınlığında, küçədə Mercedes Benz 250D minik markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobili yüksək sürətlə idarə etdiyinə görə Zərərçəkmiş şəxs2 ona nalayiq ifadə işlətdiyi və əli ilə bədəninin müxtəlif nahiyələrinə vuraraq sağ alın, təpə, sol almacıq, sol kürək, sağ sağrı, bel nahiyələrinin qançırları, sol bazu nahiyəsinin sıyrığı ilə müşayiət olunan sağlamlığına zərər vurmadığından dərəcəsi təyin edilməyən xəsarətlər yetirdiyi üçün, aralarında yaranmış mübahisə zamanı üzərində gəzdirdiyi soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs2 döş qəfəsinə bir dəfə vuraraq döş qəfəsinin ön səthinin daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, plevranın zədələnməsi ilə müşayiət edilən həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuş, həmin vaxt hadisə yerinə gəlmiş Zərərçəkmiş şəxs2 atası Zərərçəkmiş şəxs1 onun sinəsindən yumruqla vuraraq zor tətbiq edərkən Zərərçəkmiş şəxs1 ilə aralarında yaranmış mübahisə zamanı onun da qarın nahiyəsinə həmin bıçaqla bir dəfə vuraraq qarının ön səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, nazik bağırsağın (dörd hissədən) və nazik bağırsaq müsariqəsinin zədələnməsi ilə müşayiət edilən həyatı üçün təhlükəli olan qəsdən hər iki şəxsin sağlamlığına ağır zərər vurmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş, Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2017-ci il tarixdə Füzuli rayonunda hərbi xidmətdə olan zaman sağ baldırının 1/3 nahiyəsini itirmiş, İİ qrup əlil olmuşdur. Hərbi xidmətdən sonra gündəlik olaraq qazancını atasına məxsus Mercedes Benz 250D minik markalı **-KR-*** dövlət qeydiyyat nişanlı avtomobillə “Bolt taksi şirkəti”-də sürücü kimi fəaliyyət göstərək əldə etmişdir. xx.xx.2019-cu il tarixdə saat 23 radələrində o, Gəncə şəhəri, H.Əliyev prospektində Gəncə hotelin yaxınlığında olarkən Atatürk prospektində yerləşən Osmanlı dönərin qarşısından Aqrar Universitetinin yataqxanasına sifariş gəlmiş, o, sifarişi qəbul etdikdən sonra Gənə şəhəri, Atatürk prospektində yerləşən Osmanlı dönərin qarşısından müştərini götürüb Aqrar Universitetinin yataqxanasına düşürmüşdür. Müştərini düşürdükdən sonra Gəncə Mall istiqamətinə getmiş, o, Ozan küçəsindən keçərkən 4 nəfər şəxsin yolun solu ilə piyada hərəkət etmiş, həmin piyada gedən şəxslərdən adı ona sonradan məlum olan əvvəllər tanımadığı Zərərçəkmiş şəxs2 digərlərinə nisbətən arxada hərəkət etmişdir. O, piyadaların yanına çatmağına az qalmış Tərlan avtomobilə əl edərək onu saxlatmış, o, həmin şəxsin müştəri olduğunu zənn edib avtomobili dayandırmışdır. Tərlan ona “qaqaş Gülüstana taksi sifariş etmişəm, həmin taksi sənsən?...” deyə bildirmiş, o, isə Tərlana həmin taksinin o, olmadığını bildirmişdir. Onun belə cavabından sonra Tərlan ona nalayiq ifadə işlədərək sürüb getməyini bildirmiş, o isə Tərlanın sərxoş olduğunu anlayıb dediyinə məhəl qoymadan ona gülümsəmişdir. Tərlan onun gülümsəməyini görüb yenidən onu təhqir edərək nə üçün gülməyini bildirmiş və əlini avtomobilin salonuna salaraq onun yaxasından tutub dartmışdır. O, Tərlanın nə üçün ona əl atmasını anlamamış və Tərlanın əlini ondan çəkməsi üçün avtomobilin qapısını açaraq Tərlanı geri itələmişdir. Qapını açaraq Tərlanı geri itələməyi ilə Tərlan yerə yıxılmış, bu zaman Tərlanın yanında olan digər 3 nəfər şəxs də, onların yanına gəlmişdir. Tərlanın yanına gələn həmən 3 nəfər şəxslərin içərisində adı ona sonradan məlum olan əvvəllər tanımadığı Tərlanın atası Zərərçəkmiş şəxs1 onun, avtomobildən düşməyinə macal tapmadan sol böyrək nahiyəsindən bir dəfə təpiklə və daha sonra bir dəfə yumruqla sol gicgah nahiyəsindən vurmuşdur. Xəyam ona qeyd etdiyi zərbələri endirdikdən sonra onu dartaraq avtomobildən yerə yıxmışdır. Bu zaman Xəyam və Tərlanın yanındakı şəxslərdən biri onun yerə yıxdığı şəxsi qaldırır, digəri isə onları aralamağa çalışmışdır. O, yerə yıxılan zaman asfaltın üzərində bir ədəd dəstəyi və tiyəsi qara rəngdə olan açılıb-bağlanan bıçağı görmüş, həmin bıçaq bağlı vəziyyətdə olmuşdur. Yerdə dizi üstə oturulu vəziyyətdə bıçağı götürmüş, o, bıçağı götürən anda Tərlan da, onun yanına gəlmiş və atası Xəyamla birlikdə yenə də, onun bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurmuşlar. O yerdən bıçağı götürdükdən sonra Xəyamın yaxasında tutub ayağa qalxmış, ayağa qalxdıqda ayağında şiddətli ağrı hiss etdiyi üçün ayaq üstə qala bilməyəcəyini müəyyənləşdirmiş, Xəyam və Tərlan isə dayanmadan ona təpik və yumruqla vurmaqda davam etmişlər. O, Xəyam və Tərlanın dayanmaq istəmədiklərini görüb məcbur qalaraq əlindəki bağlı bıçağın düyməsini basaraq açmış və sağ əlindəki bıçaqla ilkin olaraq Tərlana sinə nahiyəsindən bir dəfə bıçaqla vurmuşdur. O, bıçağı vurduqdan sonra Tərlan yerə yıxılmış, bundan sonra Tərlanın atası Xəyam dayanmadan ona yenə də, yumruq və təpiklə zərbələr endirmişdir. O, Xəyamın da, dayanmaq istəmədiyini görüb bıçağı Xəyamın qarın nahiyəsinə bir dəfə soxmuş, lakin zərbə Xəyama elə də, güclü təsir etməmiş və Xəyam yenə də onu vurmqda davam etmişdir. Bu zaman yerə yıxılmış Tərlan da, ayağa qalxmış və yenidən ona hücum etmişdir. O, artıq nə edəcəyini bilməyərək qaçmağa qərar vermiş və bir təhər yumruq və təpik zərbələri dəyə-dəyə öz avtomobilinə minmişdir. Avtomobilə minən kimi dərhal avtomobili işə salmış və cəld olaraq oradan uzaqlaşmışdır. Qeyd etdiyi yerdən uzaqlaşdıqdan sonra Gəncə şəhər, Atatürk prospketi ilə hərəkət edərək “Osmanlı dönər”in qarşında avtomobili saxlamış, həmin vaxt həyəcanlı olduğu üçün nə baş verdiyini anlamaqda çətinlik çəkmiş, əlindəki bıçağa baxdıqda bıçağın tiyəsinin qan olduğu görərək bıçaqla həmin şəxsləri vurduğunu anlamışdır. Bundan sonra hadisənin həyəcanını üzərindən necə atacağını bilməyərək yaşadığı evə getmiş və bıçağın qanını evdə hamamda yuyaraq özündə saxlamış və bu barədə heç kəsə bir söz deməmişdir. Sözügedən cinayət hadisəsi Gəncə şəhəri, Ozan küçəsində yerləşən Ozan marketin yaxınlığında baş vermişdir. Hadisə təxminən 3-5 dəqiqə müddət ərzində davam etmişdir. O, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ilk dəfə orada görmüş, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 əvvəllər tanımamış və aralarında hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. O, hadisə zamanı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ata-oğul olmasını bilməmiş, hadisədən sonra etdiyi əməldən peşman olaraq vurduğu şəxslərin kimliyini maraqlandıqda onların Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 olmalarını, ata-oğul olmalarını öyrənmişdir. Sözügedən hadisədə onu piyada 4 nəfər şəxslərdən sadəcə Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 vurmuşdur. Digər şəxslər isə onları aralmağa çalışmışdır. Onu ilkin olaraq Tərlanın vurmasına səbəb Tərlanın ona qarşı işlətdiyi nalayiq ifadəyə onun gülərək reaksiya verməyi olmuş, Xəyam isə onun Tərlanı itəliyərək yerə yıxdığına görə onu vurmuşdur. O, həmin bıçağı yerə yıxılarkən asfaltın üzərində görmüş, lakin həmin bıçağın əvvəlcədən kimin üzərində olmasını və yerə necə düşməsini bilməmişdir. Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 ona təpik və yumruqla zərbə endirmiş, əllərində hər hansı bir əşya olmamışdır. Onun Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 yumruq və təpiklə deyil də, bıçaqla xəsarət yetiməyinin səbəbi Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 iki nəfər onun isə tək olması olmuşdur. Həmçinin onun bir ayağı amputasiya olunduğu üçün özünü müdafiə edə bilməmiş və məcbur qalıb bıçaqla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 xəsarət yetirmişdir. O, əvvəlcədən konkret olaraq Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 hansı nahiyəsinə xəsarət yetirəcəyini planlaşdırmamışdır. İlkin olaraq bıçaqla Tərlanı vurmağa qərar vermiş, Tərlanı vurarkən onun atası Xəyamı vurmaq məqsədi olmamış, lakin Xəyam da, ondan əl çəkməyərək onu vurduğuna görə o yenidən qərar vermişdir ki, Xəyamı da, bıçaqla vursun. Onun əvvəlcədən onların hər ikisini bıçaqla vurmaq fikri olmamışdır. Həmin dava zamanı Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 dayanmadan onu vurduqlarına görə tələsik avtomobilə mindiyindən bıçağı da, özü ilə aparmışdır. Ona həmin cinayət əməlinin törədilməsində heç kəs köməklik etməmiş, bu barədə heç kəsə bir söz deməmiş və bu barədə əvvəlcədən heç kəsin məlumatı olmamışdır. Sözü gedən cinayət hadisəsindən başqa heç bir cinayət hadisəsi törətməmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, hazırda tutduğu əməldən olduqca peşmandır. Bu səbəbdən o zərərçəkmişlərlə barışmış və onlardan baş verənlərə görə üzrxahlıq almışdır. Eyni zamanda bildirir ki, hərbi xidmətdə olduğu vaxt ermənilərin basdırdığı minaya düşmüş və ayağı amputasiya olunmuşdur. Bu səbəbdən ikinci qrup əlildir. Qeyd olunanların nəzərə alınmasını və ona yüngül cəza verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, əvvəllər fəhləliklə məşğul olsa da, hal-hazırda işsizdir. xx xxxxxx 2019-cu il tarixdə axşam tərəfi yaşadığı evdən çıxaraq küçədə gəzmiş, həmin gün təxminən saat 23 radələrində Ozan küçəsi ilə Pişnamazzadə küçəsinin kəsişməsində olarkən qonşuları Bəxtiyar və Nizami ilə rastlaşmış, onlarla görüşüb hal-əhval tutmuşdur. Bundan sonra qonşuları ilə birlikdə yavaş-yavaş yolun solu ilə piyada Ozan küçəsi boyunca M.A.Abbaszadə küçəsi istiqamətinə hərəkət etmişdir. O, evinin yanından təxminən 10-15 metr də keçərək, aşağı düşdükdən sonra dayanıb Nizami və Bəxtiyar ilə bir qədər söhbət etmişdir. Bu zaman onların küçəsinə döngədən bir ədəd Mercedes markalı dövlət qeydiyyat nömrə nişanını xatırlamadığı avtomobil sürətli şəkildə dönüb küçə boyunca hərəkətini davam etdirmişdir. Həmin avtomobil onun yanından keçərkən o, əlini yuxarı qaldıraraq həmin sürücüyə qışqırıb yavaş sürməsini bildirmiş, bu zaman həmin avtomobilin sürücüsü avtomobili dayandıraraq “niyə qışqırırsan...” deyə cavab vermişdir. Avtomobilin sürücüsünün ona belə formada cavab verməsinə əsəbiləşmiş və o, nalayiq ifadələrlə avtomobil sürücüsünü təhqir etmişdir. Bu zaman avtomobilin sürücüsü də, onu təhqir etmiş və onlar qarşılıqlı şəkildə bir-birləri ilə nalayiq ifadələr işlətmişdir. Sözlə mübahisələri qızışdıqdan sonra həmin avtomobilin sürücüsü yerə düşmüş və avtomobilin yanında onunla əlbəyaxa olmağa başlamışdır. Onlar qarşılıqlı şəkildə tutaşaraq birbirilərinə yumruq zərbələri endirmiş, həmin vaxt qonşuları Nizami də, onların yanına gələrək aralamağa çalışmışdır. Bu zaman həmin avtomobilin sürücüsü üzərindən bıçaq çıxarıb sağ əlində tutaraq bıçaqla onun sinə nahiyəsinə bir dəfə zərbə endirmişdir. Zərbənin təsirindən o, yerə yıxılmış, bu zaman atası Xəyam onun dalaşdığını görərək qaçaraq onların yanına gəlmiş və onu bıçaqla vuran şəxsi geri çəkərək sinəsindən yumruqla zərbə endirmişdir. Atası avtomobil sürücüsünü vurarkən əli yuxarı doğru qalxdığından əynindəki paltar da, yuxarı doğru dartılmış və qarın nahiyəsi cuzi olaraq görünmüşdür. Bu zaman həmin şəxs bıçaqla bir dəfə atasının qarnından zərbə endirmişdir. Atası özünü itirməyərək onu geri itələmişdir. Bundan sonra Nizami atası ilə avtomobil sürücüsünü aralamış və avtomobilin sürücüsü onlardan aralanaraq avtomobilinə minərək çıxıb getmişdir. Bundan sonra o, sinəsinin qan olduğunu və yarasının ciddi olduğu müəyyən etmişdir. Atası, Nizami və Bəxtiyar ona köməklik etmiş və onlar yaşadıqları evə getmiş və təcili tibbi yardımın 103 xidmətinə məlumat vermişlər. Evdə olan zaman onlar atası Xəyamın da, qarın nahiyəsindən qan gəldiyini görmüşlər. Bundan sonra həkimlər gəlib əvvəlcə onu və daha sonra atasını Gəncə şəhər A.Səhhət xəstəxanasına aparmışdır. O, Gəncə şəhər, A.Səhhət adına xəsətxanada müalicə alıb özünə gəldikdən sonra ona və atası Xəyama xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O, həmin şəxsi əvvəllər tanımamış və onunla hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs ona və atası Zərərçəkmiş şəxs1 yaşadığı evin yaxınlığında küçədə xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs ona xəsarət yetirməyinin səbəbi onun Süleymana irad bildirərək nalayiq ifadələrlə təhqir etməyi olmuş və nəticədə qeyd olunan hadisə baş vermişdir. Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirmişdir. Həmin bıçaq tiyəsi və dəstəyi qara rəngdə olmaqla gödək cib bıçağı olmuş, dəstəyinin üzərində düymələr, tiyəsində isə dairəvi deşiklər və düz xətt olmuşdur. Təqsirləndirilən şəxs onun sinəsindən bıçaqla vurduqdan sonra o, yerə yıxılmış, bundan sonra atası mübahisəyə qoşularaq Təqsirləndirilən şəxs yumruqla vurmuş və Təqsirləndirilən şəxs atası Xəyamı da, bıçaqla vurmuşdur. Atası mübahisəyə qoşulduqdan sonra o, yenidən həmin mübahisəyə sinəsindən bıçaqla xəsarət aldığından qoşulmamışdır. Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdikdən sonra həmin bıçaqla atası Zərərçəkmiş şəxs1 da, vurmuş və daha sonra bıçaq əlində avtomobilə minərək hadisə yerindən getmişdir. Həmin vaxt hadisə baş verdiyi yerdə kənar şəxslərdən sadəcə qonşuları Bəxtiyar və Nizami olmuş, başqa heç kəs olmamışdır. Sözügedən hadisə ümumilikdə təxminən 3-5 dəqiqə müddətində davam etmişdir. Həmin dalaşma zamanı onu sadəcə Süleyman vurmuş, başqa heç kəs onu vurmamış, Süleymana heç kəs köməklik etməmişdir. Hadisə zamanı o, Təqsirləndirilən şəxs sağ ayağının aşağı 1/3 hissəsinin amputasiya olduğunu bilməmiş, Təqsirləndirilən şəxs hər iki ayağını salamat vəziyyətdə görmüşdür. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş, Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, gündəlik olaraq qazancını sürücülük edərək əldə edir. xx xxxxxx 2019-cu il tarixdə oğlu Tərlan təxminən saat 20 radələrində evdən çıxmış, təxminən saat 23:30 radələrində Tərlan evə gəlmədiyi üçün ona zəng edərək harada olmasını soruşmuş, Tərlan isə evin qarşısında küçədə olduğunu və evə gəldiyini bildirmişdir. Tərlanla telefonla danışdıqdan bir qədər sonra Tərlanın evə gəlmədiyini görüb nə etməsinə baxmaq üçün küçəyə çıxdıqda Tərlanın tanımadığı bir nəfər cavan oğlanla əlbəyaxa olduqlarını və bir-birlərinə yumruqla zərbə endirdiklərini görmüşdür. O, Tərlanın dalaşdığını görüb dərhal Tərlanın yanına getmişdir. Həmin vaxt Nizami də, dalaşanları aralamağa çalışmış, o, Tərlanın yanına çatan zaman Tərlan yerə yıxılmış, Tərlanın yerə yıxıldığını gördükdə o, əsəbiləşərək Tərlan ilə dalaşan şəxsi tutaraq geri çəkmiş və yumruqla bir dəfə sinəsindən zərbə endirmiş, bu zaman həmin şəxsin əlində bıçaq görmüşdür. Həmin şəxs sağ əlində tutduğu bir ədəd bıçaqla onun qarnına vurmuş, o, isə dərhal özünü itirməyərək onu bıçaqla vuran şəxsi geri itələmişdir. Bundan sonra Nizami onların arasına girərək hər ikisini sakitləşdirmiş və həmin şəxs onlardan aralaşaraq avtomobilinə minərək çıxıb getmiş, o isə dərhal Tərlanın yanına yaxınlaşdıqda Tərlanın sinəsi ilə əlini tutduğunu və sinəsinin qan olduğunu görmüş və həmin vaxt anlamışdır ki, həmin şəxs Tərlanı da, bıçaqla vurmuşdur. Bundan sonra onlar Tərlanı evə aparıb 103 xidmətinə məlumat vermiş, o, ilkin olaraq bədənində ağrı hiss etmədiyi üçün yaranın ciddi olmadığını düşünsə də, evə girdikdə yaranın ciddi olduğunu görmüş və həkimlər Tərlanı apardıqdan sonra onu da, Gəncə şəhər, A.Səhhət adına xəsətxanaya aparmışlar. O, Gəncə şəhər, A.Səhhət adına xəsətxanada müalicə alıb özünə gəldikdən sonra ona və oğlu Tərlana xəsarət yetirən şəxsin Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. O, həmin şəxsi əvvəllər tanımamış və onunla hər hansı bir ədavəti və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs oğlu Tərlanı vuraraq yerə yıxdığını görüb əsəbiləşmiş və Süleymanın oğlu Tərlanı vurduğuna görə yumruqla sinəsindən vurmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs əlində olan bıçaqla onun qarnından vurmuşdur. O, həmin bıçağı sadəcə tiyəsini görmüş, bıçağın tiyəsi qara rəngdə olmuş, hava qaranlıq olduğu üçün o, bıçağı detallı şəkildə görə bilməmişdir. Süleymanın sinəsinə yumruqla zərbə endirərkən əynində olan paltarlar yuxarı dartıldığından və qarın nahiyəsi açıq qaldığına görə əynindəki paltarları bıçaq zədələməmişdir. Təqsirləndirilən şəxs ona bıçaqla xəsarət yetirdikdən sonra həmin bıçaqla avtomobilə minərək hadisə yerindən getmişdir. Həmin vaxt hadisə baş verdiyi yerdə kənar şəxslərdən sadəcə qonşuları Bəxtiyar və Nizami olmuş, başqa heç kəs olmamışdır. Sözügedən hadisə ümumilikdə təxminən 3-5 dəqiqə müddətində davam etmiş, Təqsirləndirilən şəxs əlavə həmin dalaşma zamanı ona başqa hər hansı bir şəxs xəsarət yetirməmiş və ya Süleymana kimsə köməklik göstərməmişdir. Hadisə zamanı o, Təqsirləndirilən şəxs sağ ayağının aşağı 1/3 hissəsinin amputasiya olduğunu bilməmiş, o, Süleymanın hər iki ayağını salamat vəziyyətdə görmüşdür. O, Tərlan və Süleymanın yanına çatdıqda Tərlan artıq Süleymandan aralanmış və yenidən Tərlanın üzərinə gəlməmişdir. Yəni, onlar hər ikisi birləşib Süleymanı vurmamışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş, Şahid2 ifadəsində göstərmişdir ki, Şahid1lə dostdur. Zərərçəkmiş şəxs1 isə onun keçmiş qonşusudur. Xəyamın oğlu Tərlanı da tanıyır. Onlarla heç bir ədavəti və ya düşmənçiliyi olmayıbdır. xx.xx.2019-cu il tarixdə saat 19 radələrində dostu Nizaminin ünvan 2 ünvanında yerləşən evinə qonaq getmiş, təxminən saat 23 radələrinə kimi Nizami ilə onun evində oturduqdan sonra öz evinə getməyə qərar vermişdir. Nizami də onu yola salmaq üçün onunla birlikdə evdən çıxmış, piyada Ozan küçəsinə doğru getdikdə Zərərçəkmiş şəxs2 evlərinin qarşısında küçədə görüb onunla görüşüb hal-əhval tutmuşdur. Bundan sonra Tərlan da, onlara qoşulmuşdur. Küçə boyunca yolun solu ilə piyada M.A.Abbaszadə küçəsi istiqamətində hərəkət etmişlər. Tərlan gilin evinin yanından təxminən 30 metr aralaşdıqdan sonra Ozan küçəsi ilə hərəkətdə olan Mercedes markalı dövlət qeydiyyat nişanını xatırlmadığı avtomobil sürətli şəkildə onların yanından keçərkən Tərlan ucadan ona qışqıraraq yavaş sürməsini tələb etmişdir. Bu zaman həmin avtomobilin sürücüsü avtomobili dayandıraraq “niyə qışqırırsan..” deyə bildirmişdir. Bundan sonra Tərlan həmin avtomobilin sürücüsünün yanına doğru getmiş və onların arasında sözlə mübahisə yaranmışdır. Tərlan və həmin sürücü qarşılıqlı şəkildə bir-birlərinə nalayiq ifadələr işlətmişlər. Onların sözlə mübahisələri qızışdıqdan sonra həmin avtomobilin sürücüsü yerə düşmüş və avtomobilin yanında birbiri ilə əlbayaxa olmağa başlamış və bir-birlərinə yumruqla zərbə endirmişlər. Bu zaman Nizami dərhal onların yanına gedərək aralmağa çalışmışdır. Bu anda avtomobilin sürücüsü Tərlanın sinəsindən zərbə endirmiş və Tərlan yerə yıxılmışdır. Tərlan yerə yıxılan zaman Xəyam evinin önündən qaçaraq mübahisə yerinə gəlmiş və həmin avtomobilin sürücüsünü tutaraq sinəsindən yumruqla zərbə endirmişdir. Xəyam avtomobilin sürücüsünün sinəsindən yumruqla vurarkən həmin şəxs Xəyamın qarın nahiyyəsinə bir dəfə zərbə endirmişdir. Xəyyam isə əli ilə onu geri itələmişdir və həmin şəxs dərhal avtomobilinə minərək hadisə yerindən uzaqlaşmışdır. Tərlanın sinəsinin qan olduğunu görüb dərhal onu evə aparmışlar. Evə daxil olduqda Xəyamın qarın nahiyyəsinin də, qan olduğunu görmüşdür. Tərlan və Xəyam ona bildirmişlər ki, həmin avtomobilin sürücüsü onları bıçaqla vurub. Bundan sonra dərhal 103 xidmətinə məlumat vermiş və ora gələn təcili tibbi yardımın həkimləri Tərlan və Xəyamı Gəncə şəhər A.Səhhət xəstəxanasına aparmışlar. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid1 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, hal-hazırda heç bir yerdə işləməsə də, təxminən 1 il əvvələ kimi Rusiya Federasiyasında alverlə məşğul olmuşdur. Şahid2 onun dostu olmuş, Zərərçəkmiş şəxs1 isə o, bir qonşu kimi tanımış, lakin Xəyamla elə də, yaxın münasibəti olmamışdır. X5 da tanımış və Tərlan ilə də heç bir ədavət və düşmənçiliyi olmamışdır. xx.xx.2019-cu il tarixdə saat 19 radələrində dostu Bəxtiyar onun ünvan 3 ünvanında yerləşən evinə qonaq gəlmiş, təxminən saat 23 radələrinə kimi o, Bəxtiyarla evində oturduqdan sonra Bəxtiyar evinə getməyə qərar vermişdir. Bundan sonra o da, Bəxtiyarı yola salmaq üçün Bəxtiyar ilə birlikdə evindən çıxmış, onlar piyada Ozan küçəsinə doğru getdikdə Zərərçəkmiş şəxs2 evlərinin qarşısında küçədə görmüş, onunla görüşüb hal-əhval tutmuş, bundan sonra Tərlan da, onlara qoşulmuş və onlar küçə boyunca yolun solu ilə piyada M.A.Abbaszadə küçəsi istiqamətində hərəkət etmişdir. Onlar Tərlangilin evinin yanından təxminən 30 metr aralaşan zaman onların arxaları ilə gələn Mercedes markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobil onların yanından keçərkən Tərlan ucadan ona qışqıraraq yavaş sürməsini bildirmişdir. Bu zaman həmin Mercedes markalı avtomobilin sürücüsü hərəkətini dayandıraraq geriyə hərəkət etmiş, Tərlanın yanında avtomobili saxlayaraq pəncərini aşağı endirmişdir. Bu zaman Tərlan həmin avtomobilə yaxınlaşaraq yenidən sürücüyə nalayiq ifadə işlədərək bərk sürməsi ilə bağlı iradını bildirmişdir. Həmin vaxt avtomobilin sürücüsü də, Tərlana qarşı nalayiq ifadə işlətmiş və Tərlan ilə avtomobilin sürücüsü sözlə mübahisə etməyə başlamışdır. Bundan sonra avtomobilin sürücüsü avtomobildən yerə düşmüş və qarşılıqlı şəkildə süpürləşmişlər. O, Tərlan və avtomobil sürücüsünün süpürləşdiklərini görüb dərhal onların yanına qaçaraq onları aralamağa çalışmış, Tərlanla həmin avtomobilin sürücüsü qarşılıqlı olaraq bir-birlərinə yumruq zərbələri vurmuş, o, nə qədər çalışsa da Tərlan və avtomobil sürücüsünü tam şəkildə aralaya bilməmişdir. Tərlan və avtomobil sürücüsü bir-birlərinə zərbələr endirən zaman avtomobilin sürücüsü Tərlanın sinəsindən zərbə endirmiş və Tərlan yerə yıxılmışdır. Həmin vaxt dava-dalaşı görən Xəyam yaşadığı evdən çıxaraq dərhal onların yanına qaçaraq gəlmiş və onların yanına çatan kimi avtomobilin sürücüsünü geri çəkərək yumruqla zərbə endirmişdir. Bu zaman avtomobilin sürücüsü Xəyamın qarın nahiyəsinə bir dəfə zərbə endirmiş, o isə, dərhal Xəyam və avtomobil sürücüsünün arasına girərək aralamış və hər ikisinin sakitləşməsini tələb etmişdir. Bundan sonra o, bir təhər Xəyam və avtomobil sürücüsünü sakitləşdirmiş və taksi sürücüsü avtomobilinə oturaraq çıxıb getmişdir Onlar bu zaman Tərlanın sinəsinin qan olduğunu görüb dərhal Tərlanı evə aparmış, evə daxil olduqda Xəyamın qarın nahiyəsinin də, qan olduğunu görmüşlər. Tərlan və Xəyam onlara həmin avtomobilin sürücüsünün bıçaqla vurduğunu demişdir. Bundan sonra dərhal onlar 103 xidmətinə məlumat vermiş və ora gələn təcili tibbi yardımın həkimləri Tərlanı və Xəyamı Gəncə şəhər A.Səhhət xəstəxanasına aparmışlar. Sözügedən hadisənin baş verməsinə səbəb Tərlanın avtomobilin sürücüsünə bərk sürməsi ilə bağlı tutduğu irad və onu nalayiq ifadələrlə təhqir etməsi olmuş, bundan sonra həmin hadisə baş vermişdir. Sözügedən hadisə Gəncə şəhəri, Ozan küçəsində Xəyamgilinin evinin yaxınlığında baş vermişdir. Hadisə ümumilikdə təxminən 3-5 dəqiqə müddətində davam etmişdir. O, hadisədən sonra Tərlan və Xəyamın bədənindəki xəsarətlərdən, həmçinin Tərlanın və Xəyamın deməsindən onların bıçaqla vurulduğunu bilmişdir. Lakin dalaşma zamanı o, hər iki tərəfi aralamağa çalışdığından həmçinin havanın qaranlıq olmasından, hadisə bir anda başlayıb bitdiyindən o, avtomobilin sürücüsünün əlində dəqiq olaraq bıçağı görməmişdir. Lakin avtomobil sürücüsünün Tərlanın sinəsinə, Xəyamın qarın nahiyəsinə zərbə endirməsini görmüşdür. Avtomobilin sürücüsü ilə Tərlan arasında mübahisə əlbəyaxa olaraq qarşılıqlı şəkildə bir-birlərinə yumruq zərbələri endirmişdirlər. Xəyam avtomobilin sürücüsünün sinəsindən yumruqla vurmuş, bundan sonra avtomobilin sürücüsü Xəyamın qarın nahiyəsinə bir dəfə zərbə endirmişdir. Zərbədən sonra Xəyam avtomobil sürücüsünü əli ilə itələmiş və avtomobilin sürücüsü ilə Xəyam aralanmışlar. Tərlanla həmin avtomobilin sürücüsü bir-birlərinə yumruqla zərbə endirdikdən sonra zərbələrdən biri Tərlanın sinəsinə gəlmiş və Tərlan yıxılmışdır. Avtomobilin sürücüsü özü avtomobildən yerə düşmüş, davadalaş zamanı yerə yıxılmamışdır. O, dalaşma zamanı yerdə bıçaq görməmiş həmçinin orada heç kəsin üzərindən yerə bıçaq düşməmişdir. Həmin dava-dalaş qısa zamanda baş verdiyinə görə kənar heç kəs toplanmamış, kənar şəxs sadəcə Bəxtiyar ilə o olmuşdur. Həmin hadisə barədə əvvəlcədən hər hansı bir məlumatı olmamış, bu barədə hər hansı bir şəxslə razılaşması olmamış və ya köməklik edəcəyi barədə hər hansı bir vəd verməmişdir. Həmin hadisə baş verdikdən sonra onu əsas Xəyam və Tərlanın səhhəti maraqlandırdığı üçün ilkin olaraq 103 xidmətinə məlumat vermiş, Xəyam və Tərlan xəstəxanaya getdikdən sonra həkimlərin polisə məlumat verdiyini və artıq polis əməkdaşlarının hadisə barədə məlumatlandığını öyrəndiyi üçün bu barədə əlavə olaraq polisə məlumat verməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019 -cu il tarixli HK-1-2017 nömrəli raportundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 01:15-də Gəncə şəhəri TT49-103-dən həkim İlham İsayev məlumat verib bildirmişdir ki, ünvan 5-da yaşayan 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs2 sağ döşün ön divarının kəsilmiş, deşilmiş yarası ilə Gəncə şəhəri Abbas Səhət xəstəxanasına müraciət etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli HK-1-2018№ nömrəli raportundan görünür ki, xx xxxxxx 2019-cu il tarixdə saat 01:25-də Gəncə şəhəri TT49-103 Bağman filialından həkim Aygün İbrahimova məlumat verib bildirmişdir ki, ünvan 5-da yaşayan 1955-ci il təvəllüdlü X3 qarın divarının daxilə nüfüz edən açıq kəsilmiş-deşilmiş yarası ilə Gəncə şəhəri Abbas Səhət xəstəxanasına daxil olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli 10325/1043 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər X18 Səhət adına 1 saylı şəhər xəstəxanası tərəfindən verilmiş arayışdan görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs2-döş qəfəsinin ön divarının kəsilmiş deşilmiş yarası diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli 10324/1042 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər X18 Səhət adına 1 saylı şəhər xəstəxanası tərəfindən verilmiş arayışdan görünür ki, zərərçəkmiş X6-qarınınn ön divarının dəlib keçən yarası diaqnozu qoyulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “ Baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri ünvan 4 ünvanın qarşısında yerləşir. Həmin küçə M.A.Abbaszadə və Pişnamazzadə küçələri ilə kəsişir. Yolun sol və sağ tərəfində fərdi yaşayış evləri, həmçinin ictimai iaşə obyektlər yerləşir. ünvan 5 ünvanının qarşısında yerdə ilk baxışdan qana bənzəyən tünd qırmızı rəngli, damcı formasında kütlələr vardır. Qeyd olunan yerdə iş üçün əhəmiyyətli ola biləcək digər hər hansı bir əşya və predmet müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli Təqsirləndirilən şəxs tərəfindən verilmiş ərizədən görünür ki, xx xxxxxx 2019-cu il tarixində saat 23:00 radələrində Gəncə şəhəri Ozan küçəsində iki nəfər şəxsə bıçaqla xəsarət yetirmişdir. O, törətdiyi əməldən peşman olduğunu bildirmişdir və buna görə də, könüllü olaraq təqsirini boynuna almışdır. Zərərçəkmiş şəxslərə dəymiş ziyanı qarşılamağa hazırdı. Həmçinin həmin şəxslərə xəsarət yetirdiyi bıcaq onda olduğunu və onu təqdim etmək istəyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019- cu il tarixli “Şəxsin şübhəli şəxs qismində tanınması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1- ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməklə şübhəli şəxs qismində tanınmışdır və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs xx xxxxxx 2019-cu il tarixdə saat 23 radələrində cinayət hadisəsində alət kimi istifadə etdiyi bir ədəd bıçağı, həmçinin hadisə zamanı əynində olmuş 1 ədəd şalvarı və 1 ədəd köynəyi təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçağa baxış zamanı müəyyən edilmişdir ki, bıçağın tiyəsi və dəstəyi qara rəngli, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşiçi xassəyə malikdir, dəstəyi və tiyəsi ilə birlikdə uzunluğu 18,6 sm-dir. Tiyəsinin səthində 3 ədəd mişarvari çıxıntı, dəstəyinin üzərində tiyəsinin açılıb bağlanması üçün iki ədəd düymə vardır. Təqsirləndirilən şəxs təqdim etdyi bir ədəd şalvara baxış zamanı müəyyən edilmişdir ki, şalvar qara rəngli, iki yan, iki arxa cibə malikdir. Uzunluğu 690 mm, bel hissədən eni isə 450 mm-dir. Şalvarın sol ayağının diz hissəsi 45 mm uzunluğunda sökülmüşdür. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd köynəyə baxış zamanı müəyyən edilmişdir ki, köynək bənövşəyi rəngli, üzərində qara zolaqlar olan uzunqol köynəkdir. Uzunluğu 610 mm, çiyin hissədən eni 400 mm-dir. Köynəyin üzərində zədə müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bir ədəd bıçaq, 1 ədəd şalvar və 1 ədəd köynək götürülüb müvafiq qaydada qablaşdırılaraq protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli köynəyini və 1 ədəd qara rəngli köynəyini təqdim etmişdir. Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1 ədəd tünd göy rəngli köynəyə baxış zamanı müəyyən edilmişdir ki, köynəyin uzunluğu 740 mm, çiyin hissədən eni isə 390 mm-dir. Köynəyin ön aşağı tərəfində qana oxşar ləkələr vardır. Köynəyin üzərində zədə müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli maykaya baxış zamanı müəyyən edilmişdir ki, maykanın uzunluğu 700mm, çiyin hissədən eni isə 500 mm-dir. Maykanın ön aşağı tərəfində qana oxşar ləkələr vardı.Maykanın üzərində zədə müəyyən edilməmişdir. Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 1 ədəd qara rəngli köynəyə baxış zamanı müəyyən edilmişdir ki,köynəyin uzunluğu 660 mm,çiyin hissədən eni isə 400 mm-dir. Köynəyin üzərində qana oxşar ləkələr vardır. Köynəyin ön orta tərəfdə, aşağı son kənarından 240 mm yuxarıda, 1 ədəd 23 mm, uzunluğunda zədə vardır. Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli köynəyə baxış zamanı müəyyən edilmidir ki, köynəyin uzunluğu 640 mm, eni isə 410 mm-dir. Köynəyin üzərində qana oxşar ləkələr vardır. Köynəyin ön orta tərəfdə, aşağı son kənarından 275 mm yuxarıda, 1 ədəd 22 mm. uzunluğunda zədə vardır. Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli köynəyi və 1 ədəd qara rəngli köynəyi, həmçinin Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş bir ədəd boz rəngli maykası və 1 ədəd tünd göy rəngli köynəyi götürüb müvafiq qaydada qablaşdırılaraq protokola əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs ünvan 6 saylı ünvanın qarşısında dayanaraq xx.xx.2019-cu il tarixdə saat 23 radələrində bıçaqla Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs1 orada xəsarət yetirdiyini bildirmişdir, həmin yerə hansı istiqamətdən gəldiyini, hadisədən əvvəl qarşı tərəfin yolun hansı istiqaməti ilə hərəkət etdiyini, hadisənin yolun hansı hissəsində baş verdiyini və hadisədən sonra hansı istiqamətə getdiyini göstərmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019- cu il tarixli “Polisin nəzarəti altına vermə qətimkan tədbirinin seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Azərbaycan Respublikası Səhiyyə Nzairliyinin Məhkəmə-Tibbi Ekpertiza və X13 Təcrübi və Tədris Birliyinin” xx xxxxxx 2019-cu il tarixli 1958 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ alın-təpə, sol almacıq, sol kürək, sağ sağrı və bel nahiyələrinin qançırları, sol bazu nahiyəsinin sıyrığı bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddətləri qərarın qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-nin xx xxxxxx 2019-cu il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunması barədə hər hansı məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli 47 nömrəli rəyindən görünür ki, 1. Zərərçəkmiş şəxs2 Xəyam oğlunun maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə O (İ) alfa-betadır. 2. Zərərçəkmiş şəxs1 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə A (İİ) beta-dır.
3. Təqdim olunmuş bir ədəd bıçaq üzərində qanabənzər ləkə aşkar olunmadığından müayinə edilmədi. 4. Təqdim olunmuş bir ədəd pambıq tampon üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan Zərərçəkmiş şəxs2 Xəyam oğluna məxsusdur. 5. Təqdim olunmuş Zərərçəkmiş şəxs2 məxsus bir ədəd boz rəngli köynək, bir ədəd qara rəngli köynək üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa-beta olduğundan onun özünə məxsus ola bilər. 6. Təqdim olunmuş Zərərçəkmiş şəxs1 məxsus bir ədəd kofta, bir ədəd mayka üzərində insana məxsus qan ləkələri aşkar olundu. Həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Təqsirləndirilən şəxs məxsus bir ədəd şalvar, bir ədəd köynək üzərində qana şübhəli ləkələr aşkar olunmadığından müayinə edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli 2082 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarət - qarının ön səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, nazik bağırsağın (dörd hissədən) və nazik bağırsaq müsariqəsinin zədələnməsi – deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb Ekspertiza və Patoloji Anatomoya ETT Birliyinin xx.xx.2019-cu il tarixli 2083 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarət – döş qəfəsinin ön səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, plevranın zədələnməsi – deşici-kəsici alətin təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2019-cu il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2019-cu il tarixli “Əşyanın tanınmaya təqdim edilməsi haqqında” protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs2, ona təqdim edilmiş 4 növ bıçaq içərisində 2-ci sırada yerləşdirilmiş bıçağı göstərərək bildirmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2019-cu il tarixdə saat 23 radələrində yaşadığı evin yaxınlığında həmin bıçaqla ona xəsarət yetirmişdir. Həmin bıçağı tiyəsi və dəstəyinin qara rəngdə olmasına, ölçüsünün gödək olmasına, həmçinin dəstəyinin üzərində olan düymələrə, tiyəsində isə dairəvi deşiklər və düz xətt olmasına görə tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər İcra Hakimiyyəti Səhiyyə İdarəsinin Narkoloji dispanserinin” xx xxxxxx 2020-ci il tarixli, 885 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər X11 şəhəri Rayonlararası Ruhi- Əsəb Dispanserinin” xx xxxxxx 2020-ci il tarixli, 999 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Ruhi-Əsəb Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, X1 Xəyyam Xanlar oğlu arasında üzləşdirmə aparılan zaman zərərçəmiş şəxs X9 təqsirləndirilən şəxs X4 üzünə qarşı öz ifadəsində dedikləri xüsusatları təstiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmədə tədqiq edilən xx xxxxxx 2020-ci il tarixli üzləşdirmə protokolundan görünür ki, təqsirləndirilən X8 ilə zərərşəkmiş Zərərçəkmiş şəxs2 arasında üzləşdirmə aparılan zaman zərərçəmiş şəxs Zərərçəkmiş şəxs2 təqsirləndirilən şəxs X4 üzünə qarşı öz ifadəsində dedikləri xüsusatları təstiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020- ci il tarixli “Cinayət işinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsindən həmin məcəllənin 126.2.1-c i maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “ Təqsirləndirilən şəxsə ittiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsiləndirilən şəxs qismində cəlb olunmuşdur və ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(044)-5/2020 nömrəli qərarından görünür ki, cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində 02 (iki) ay 07 (yeddi) gün müddətində, yəni xx xxxx 2020-ci il tarixədək həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında dərhal həbs edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs1 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2020ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışlar və onun barədə heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi və mənəvi ziyan tam ödəmişdir, və bildirmişdir ki ona qarşı heç bir iddia və tələbi olmayacaqdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs2 tərəfindən verilmiş və notarial qaydada təsdiq edilmiş xx xxxxxx 2020ci il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışlar və onun barədə heç bir şikayəti və tələbi yoxdur. Ona dəymiş maddi və mənəvi ziyan tam ödəmişdir, və bildirmişdir ki ona qarşı heç bir iddia və tələbi olmayacaqdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(044)-04/2020 nömrəli qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli 4(044)- 5/2020 nömrəli qərarı ləğv edilmiş, təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclas zalında həbsdən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-soyuq silah və trasoloji ekspertinin xx xxxxxx 2020-ci il tarixli 723/724 nömrəli rəyindən görünür ki, Tədqiqiata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan turist bıçağıdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Təqdim olunan Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş uzunqol poluverin və isti alt köynəyinin üzərində olan zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (o cümlədən, təqdim edilmiş bıçağın və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində aşağıdan yuxarıya doğru istiqamətlənərək yaranmağa xarekterik deşilməkəsilmə zədələridir. Lakin təqdim edilmiş uzunqol poluverin və isti alt köynəyin üzərindəki zədələrdə zədə yaradan predmetə aid xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş geyim əşyalarının üzərində trasoloji zədə aşkar edilmədi. Tədqiqata təqdim olunmuş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibb Ekspertiza və Patoloji Anatomoya ETT Birliyinin xx.xx.2019-cu il tarixli 2083 saylı ekspert rəyində göstərilmiş bədəndə yerləşən xəsarət ilə təqdim edilmiş uzunqol poluverin, isti alt köynəyinin üzərində olan zədə müqayisə edildi və müəyyən oldu ki, bədəndə yerləşən “döş qəfəsinin ön səthinin bir ədəd daxilə nüfuz edən deşilmiş-kəsilmiş yarası, plevranın zədələnməsi” xəsarəti ilə uzunqol poluverin, isti alt köynəyinin üzərində olan zədə yerləşmə sahəsinə və sayına görə uyğunluq təşkil edir, yəni zədə və xəsarət üst-üstə düşür. Zərərçəkmiş şəxs1 və Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş geyim əşyalarının üzərində trasoloji zədə aşkar olunmadığından bədəndə yerləşən xəsarət ilə müqayisəli tədqiqat aparmaq mümkün deyildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli 128 nomrəli Gəncə rayon Mənzil İstisnar Hissəsinin 2 saylı Mənzil İstismar Sahəsinin rəisi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Gəncə şəhəri Dos -84 bina 2 mənzil 43-də yaşayır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli Gəncə rayon Mənzil İstisnar Hissəsinin 2 saylı Mənzil İstismar Sahəsinin rəisi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs 1997-ci ildən hal –hazıra kimi Gəncə şəhəri 84 saylı hərbi şəhərcik bina 2 mənzil 43-də valideynləri ilə birlikdə yaşayır. Nümunəvi davranışı ilə yaşıdları arasında seçilir, ünsiyyətdə nəzakətli, məişətdə təvazökardır, spirtli içkilərə meyilli deyil, vətənpərvərdir. 2 saylı Mənzil İstismar Sahəsinə vətəndaş Təqsirləndirilən şəxs barəsində qonşular tərəfindən heç bir şikayət daxil olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il 27/10 nömrəli Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Psixonevroloji Dispanserinin rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törətməmişdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirməmişdir. O, hal-hazırda da, heç bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi keçirmir. O, hazırkı cinayət əməlini törədərkən öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarında olmuş, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və 22 ci maddələrinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hazırda da, öz hərəkətlərini qiymətləndirmək, hərəkətlərinə hesabat vermək və ya öz hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs praktiki olaraq özünün fikirlərini müdafiəyə meyllik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arasında konflikt problemlərinin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma kimi fərdi psixoloji xüsusiyyətlərə malikdir. Cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Həmin vəziyyətin yaranma səbəblərindən biri zərərçəkmişin onu təhqir etməsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs2 əməlində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinin tərkibi olduğundan barəsində həmin maddə ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılması üçün bu barədə material ayrılaraq icra edilməsi üçün Gəncə şəhər Nizami RPİ-yə göndərilməsi, Zərərçəkmiş şəxs1 əməlində hər hansı bir cinayət və inzibati xəta tərkibi müəyyən edilmədiyindən onun barəsində cinayət təqibinin və inzibati xəta haqqında iş üzrə icraatın başlanılması rədd edilməsi və bu barədə material ayrılması, Şahid2 və Şahid1 əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 307-cimaddəsinin tərkibi olmadığıdan həmin xüsusat üzrə cinayət işinin başlanılması rədd edilməsi və bu barədə material ayrılması, bəzi istintaq sənədlərində Xəyyam kimi yazılmış Zərərçəkmiş şəxs1 adı Xəyam kimi tanınıb oxunması, bəzi istintaq sənədlərində xx.xx.2019-cu il kimi qeyd edilmiş cinayət hadisəsinin baş vermə tarixi xx.xx.2019-cu il kimi tanınıb oxunması, Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 1 ədəd uzunqol poluver və 1 ədəd isti alt köynəyi, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1ədəd uzunqol poluver və 1 ədəd qolsuz mayka, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd uzunqol poluver və 1 ədəd şalvar, həmçinin Təqsirləndirilən şəxs cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınması və cinayət təqibi üzrə icraat başa çatanadək saxlanılması üçün Gəncə şəhər BPİ-yə məsul şəxsə saxlanca verilməsi, Təqsirləndirilən şəxs hərəkətləri könüllü təqsirini boynuna alma kimi qiymətləndiriməsi, hadisə zamanı yetirilmiş 1 bıçaq zərbəsindən nazik bağırsağın dörd hissədən zədələnməsinin mümkünlüyü nəzərə alınması qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2020-ci il tarixli “Təqsirləndirilən şəxsə yenidən itiham elan etmək haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmuş və ona həmin maddə ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli zərərçəkmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onlar barışıblar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxx 2020-ci il tarixli zərərçəkmiş X3 ərizəsindən görünür ki, təqsirləndirilən Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur, onlar barışıblar. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx xxxxxx 2018-ci il tarixli 370 nömrəli xəstəlik haqqında şəhadətnamədən görünür ki, Təqsirləndirilən şəxs SHXÇDX Gəncə şəhəri Kəpəz rayon Şöbəsi tərəfindən xx.xx.2016-cı il tarixdə hərbi xidmətə çağırılmışdır. xx.xx.2017-ci il tarixdə Füzuli rayonu Aşağı Seyidəhmədli kəndi ərazisində minanın partlaması nəticəsində travma almışdır. Hadisə yerində ilkin tibbi yardım olunduqdan sonra N nömrəli hərbi hissəyə təxliyə olunmuşdur. xx.xx.2017-ci il tarixdə sağ baldırın yuxarı 1/3-i səviyyəsindən amputasiyası, yaraların birincili cərrahi işlənmsəiu cərrahi əməliyyatı icra olunmuşdur. xx.xx.2017-ci il tarixdə sonrakı müayinə və müalicə məqsədi ilə SQBKH-na köçürülmüşdür. Xəstəyə ümumi və yerli müalicələr aparılmışdır. xx.xx.2017-ci il tarixdə sol baldırın yuxarı 1/3-nin posteriormedial, xx.xx.2017-ci il tarixdə sağ baldırın 1/3-i səviyyəsindən reamutasiyası, güdülün formalaşdırılması cərrahiyyə əməliyyatı icra olunmuşdur. Əməliyyatdan sonrakı dövr fəsadsız keçmişdir. Əlavələr şəhadətləndirilmişdir. Beləliklə məhkəmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1 maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 143-146 maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmiş və cinayət hadisəsi məhz onun tərəfindən törədilmişdir, həmçinin bu cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cnayət məsuliyyətindən azad edilməsi üçün əsalar yoxdur. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirli bilinib cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsinin sanksiyasında isə 6 ildən 11 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs 2-ci qrup əlil olaraq hərbi xidmət zamanı sağ baldırının üçdə bir nahiyyəsinin itirməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxslərlə razılıq əldə etməsini, zərər çəkmiş şəxslərin ondan heç bir şikayət və ya tələbinin olmamasını, zərər çəkmiş şəxslə barışmasını, könüllü olaraq təqsirini gəlib boynuna almasını, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hallar hesab edir, əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran halların olmaması nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tələbinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Eləcə də, məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq azadlıqdan məhrumetmə cəzasını çəkməlidir. Belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin etməklə mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə növündə cəzanın təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “ev dustaqlığı” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməli və Təqsirləndirilən şəxs dərhal məhkəmə zalında həbs edilməli, barəsində secilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Bununla bərabər məhkəmə tərkibi Təqsirləndirilən şəxs əməlində olan yuxarıda sadalanan cəzanı yüngülləşdirən halları, onun şəxsiyyətini, təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə ilə əlaqədar cəza təyin edilsə də, törətdiyi əməldə cəzasını ağırlaşdıran halların olmamasını, cəzanı yüngülləşdirən halların məcmusunu, əlil olmasını müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli bilindiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsinin sanksiyasında müəyyən edilmiş azadlıqdan məhrum etmə cəzasının aşağı həddindən də az cəza təyin etməklə cəzanın məqsədinə nail olmaq olar. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62.2-ci maddəsində isə göstərilir ki, təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə məhkəmə ekspertizasının 63 (atmış üç manat) dəyərində tədqiqat xərci vardır və həmin xərc Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsi qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Odur ki, cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Bu səbədən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən məhkəmə qeyd edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 1 ədəd uzunqol poluver və 1 ədəd isti alt köynəyi, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1ədəd uzunqol poluver və 1 ədəd qolsuz mayka, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd uzunqol poluver və 1 ədəd şalvar, qanuni sahiblərinə qaytarılmalı, qəbul edilmədikdə isə məhv edilməli, Təqsirləndirilən şəxs törətdiyi cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd bıçaq məhv edilməlidir. İş üzrə mülki iddia və ya xüsusi müsadirə yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.1-ci maddəsi ilə təqsirli bilinsin və barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə zalından həbsə alınsın, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmənin başlanğıcı xx xxxxxx 2020-ci il tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut hesab edilən və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Zərərçəkmiş şəxs2 hadisə zamanı əynində olmuş 1 ədəd uzunqol poluver və 1 ədəd isti alt köynəyi, Zərərçəkmiş şəxs1 hadisə zamanı əynində olmuş 1ədəd uzunqol poluver və 1 ədəd qolsuz mayka, Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş 1 ədəd uzunqol poluver və 1 ədəd şalvar, qanuni sahiblərinə qaytarılsın, qəbul edilmədikdə isə məhv edilsin, Təqsirləndirilən şəxs törətdiyi cinayətin aləti kimi istifadə etdiyi 1 ədəd bıçaq məhv edilsin. Təqsirləndirilən şəxs 63 (atmış üç) manat məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində X16 Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Hakimlər: Elmin Rüstəmov (sədrlik edən) Faiq Mahmudov Xəqani Səmədov