Məhkəmə qərarları › İş №1(100)-123/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-123/2022

16.09.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-123/2022 16.09.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X6, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1968-ci il tarixdə Ağdam rayon Paşabəyli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində bir azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayon Paşabəyli kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayonu Paşabəyli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə (əkmə, yetişdirmə) məqsədi ilə qanunsuz olaraq istintaqa məlum olmayan mənbədən əldə etdiyi çətənə (kannabis) bitkisinin toxumlarını 2021-ci ilin aprel ayında qanunsuz olaraq əkmiş, həmin toxumlardan bitmiş ümumi təmiz çəkisi 1855 qram və sayı 28 (iyirmi səkkiz) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarından təmiz çəkisi 55 qram 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına 03 avqust 2021-ci il tarixədək, təmiz çəkisi 1800 qram, 25 (iyirmi beş) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarına isə 06 avqust 2021-ci il tarixədək xüsusi aqrotexniki qulluq göstərərək suvarmaqla diblərini yumşaldıb alaq otlarından təmizləyib keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayon polis şöbəsinin əməkdaşları tərəfindən aşkar edilənədək, yəni 06 avqust 2021-ci il tarixədək qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmişdir. Bundan başqa o, yaşadığı Ağdam rayonu Paşabəyli kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə istintaqa məlum olmayan mənbədən 2021-ci ilin mart ayının sonlarında satmaq məqsədi ilə qanunsuz əldə edərək 1 (bir) ədəd qarışıq rəngli polietilen torbadakı 2 (iki) ədəd şüşə bankalarda, 2 (iki) ədəd sarı rəngli polietilen torbalarda, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbadakı parça bükümdə, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbada, 1 (bir) ədəd çəhrayı rəngli polietilen torbada, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbadakı dəmir qazanda, 1 (bir) ədəd qarışıq rəngli polietilen torbadakı kauçuk vedrədə, 1 (bir) ədəd ağ rəngli polietilen torbadakı parça bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 20 qram, 25 qram, 70 qram, 25 qram, 990 qram, 45 qram, 150 qram, 110 qram, 60 qram, 170 qram ümumi təmiz çəkisi 1665 qram olan tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı 06 avqust 2021-ci il tarixədək, yəni keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində polis əməkdaşları tərəfindən aşkar edilənədək külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib satış məqsədi ilə saxlamışdır. Təqsirləndirilən şəxs qeyd olunan cinayət əməlini törətməsi özünün qismən etirafı ilə yanaşı, şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 237.2.3-cü maddəsi ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək, Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirli bilməyərək ifadəsində göstərdi ki, Ağdam rayon Paşabəyli kəndində ailə üzüvlərilə birlikdə həmin kənddə yaşayır, ailəlidir üç övladı var. Böyük oğlu Şahməddin ikinci Qarabağ müharibəsində iştirak etmiş əl və bədən hissələrindən yanıq və qəlpə xəsarətləri almışdır. Hal-hazırda sağ əlinin barmaqları işləmir. Digər oğlu Elməddin hal-hazırda hərbi xidmətdədir. Hazırda işğaldan azad olunmuş Kəlbəcər rayonunda xidmətini davam etdirir. Kiçik övladı isə azyaşlıdır. 2021-ci ilin mart ayının sonlarında Ağdam rayon Paşabəyli kəndi ərazsində yerləşən sahibsiz fermanın yanından keçərkən yolun kənarında su borusunun içərisində sintetik torba görmüş, həmin sintetik torbanın içərisinə açıb baxdıqda çəkisini dəqiq bilmədiyi kəskin iyə malik narkotik vasitə olan qurudulmuş marixuana və çətənə bitkisinin toxumlarını görmüş, o, özü narkotik vasitələrin istifadəçisi olduğu üçün həmin narkotik vasitəni özü istifadə etmək məqsədi ilə götürmüş, həmin sintetik torbada olan marixuananı və toxumları yaşadığı evə gətirib evin həyətində yerləşən yardımçı tikiliyə qoymuş, o, həmin qurudulmuş marixuananı 01 ədəd qarışıq rəngli sellafon torbanın içərisində 02 ədəd şüşə bankada, 01 ədəd şəffaf rəngli sellafon torbanın içərisində 01 ədəd dəmir qazanda, 01 ədəd qarışıq rəngli sellafon torbanın içərisində kapron vedrədə, 01 ədəd ağ rəngli sellafon torbanın içərisində olan parça bükümdə, 01 ədəd sellafon torbada içərisində olan parça bükümdə, 01 ədəd sellafon torbanın içərisində bir qədər və həmin torbanın içərisində 03 ədəd ayrı-ayrı sellafon torbanın içərisində yerləşdirib qablaşdırmış, sonra isə həmin yardımçı tikilinin içərisində müxətil yerlərə qoymuşdur. Toxumları saydıqda isə 35 ədəd toxum olduğunu görmüş, həmin toxumları isə gələcəkdə əkmək məqsədi ilə kağıza büküb həmin yardımçı tikilidə saxlamışdır. Təxminən 35 ədəd marixuana toxumlarını 2021-ci ilin aprel ayının sonlarında evnin həyətində əkmiş, əkdiyi toxumlardan 28 ədəd çətənə bitkisi bitmiş, o, həmin bitkilərə aqrotexniki qaydada qulluq edərək, dibinə su tökmüş, həmçinin bitkilərin yaxşı inkişaf etməsi üçün diblərini belləyib yumşaltmışdır. Təxminən 03 avqust 2021-ci il tarixdə əkdiyi çətənə bitkilərinin 03 ədədi yaxşı inkişaf etmədiyi üçün onları toprpaqdan çıxarıb kənara qoymuşdur. 06 avqust 2021ci il tarixdə saat 18 radələrində həyat yoldaşı Kəmalə zəng edərək yaşadıqları evə polis əməkdşlarının gəldiyini demiş, o, isə dərhal evə gəlmiş, polis əməkdaşları ona evinin həyətində baxış keçirmək istədiklərini demişlər. Polis əməkdaşları ona evində və həyətində baxış keçirilməsi barədə qərar təqdim etmişlər, o isə onlara etiraz etməmiş, bu barədə yazılı ərizə yazaraq etiraz etmədiyini bildirmiş, sonra evinin həyətinə giriş qapısından daxil olmuşlar, bundan sonra onlarla birlikdə yaşadığı evin həyət yanı sahəsində narkotik vasitə olan çətənə kollarını əkdiyi yerə gəlmişlər. Polis əməkdaşları həyətində əkib becərdiyi narkotik tərkibli çətənə kollarını aşkar etmişlər. Həmin vaxt əkdiyi çətənə kollarına dəvət olunan mütəxəsisin iştirakı ilə baxış keçirən polis əməkdaşları ondan həmin bitkilərin nə olmasını soruşmuşlar, o da əkdiyi bitkilərin narkotik tərkibli çətənə kolları olmasını və özü istifadə etmək üçün əkdiyini bildirmişdir. Bundan sonra həmin bitkilər sayılmış 25 ədədi torpaqdan çıxarılmış, 03 ədəd isə 3 gün əvvəl yəni 03 avqust 2021-ci il tarixdə torpaqdan çıxardığı bitkilərdə sayılmış, ümumilikdə 28 ədəd bitkilərin boyları ölçülmüş, çəkisi çəkilmişdir. Baxış davam etdirilərkən əkdiyi çətənə bitkilərindən təxminən 25 metr aralıda yardımçı tikilidə saxladığı 06 ədəd ayrı-ayrı torbanın içərisində yerləşdirib qablaşdırdığı qurudulmuş marixunanı da polis əməkdaşları aşkar etmişlər. Bundan sonra həmin qurudulmuş marixuana və həyətində əkdiyi 28 ədəd çətənə bitkiləri qablaşdırılaraq polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra onun yaşadığı evə baxış keçirmələrini bildirmişlər. O, isə etiraz etməmiş, polis əməkdaşları evə də baxmışlar lakin evdə hər hansı bir narkotik tərkibli bitki aşkar edilməmişdir. Aşkar edilən bitkilərin videogörüntüsü onun iştirakı ilə çəkilmiş, bu barədə protokol tərtib olunmuş, tərtib olunan protokol ona və iştirakçılara oxunmuş, doğruluğunu imzaları ilə təsdiq etmişlər. Törətdiyi narkotik tərkibli bitkilərin əkilib becərilməsində, qurudulmuş marixuananın saxlanılmasından peşmandır.Məhərrəm Narkotik vasitə qəbul etdiyi üçün həmin bitkiləri əkməkdə məqsədi yetişdirdikdən sonra onların hissələrini toplayıb, qurudub, özü üçün istifadə etmək olmuşdur. Onun həmin bitkiləri satmaq fikri olmamış, o, yalnız özü istifadə etmək üçün həmin bitkiləri əkmiş, o, əvvəllər evinin həyətində və ya başqa yerlərdə narkotik tərkibli çətənə kollarını əkməmiş, əkdiyi çətənə kolları ilə bağlı heç kimə bu barədə heç nə deməmiş, heç kimlə razılaşmamış, əlbirliyi olmamışdır. Bu barədə onun ailə üzüvlərinin və yaxın qohumlarımın heç bir məlumatı olmamışdır. O, tapıb yaşadığı evə gətirdiyi qurudulmuş marixuananı istifadə etmək məqsədi ilə saxlamış, qablaşdırmaqda məqsədi ayrı-ayrılıqda saxlamaq olmuşdur. Onun həmin narkotik vasitəni satmaq məqsədi olmamış, həmin bükümləri ilk dəfə bükdüyü üçün konkret olaraq hansı müddətə istifadə edəcəyini bilməmiş, həmin marixuananı tapan zaman qurdulmuş vəziyyətdə olmuş, qurudulmuş marixuananı tapıb gətirdikdən sonra bir neçə dəfə istifadə etmiş, yerdə qalanını ayrı-ayrı bükümlərə yığmışdır. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, Ağdam rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2021-ci il tarixdə Ağdam rayon X10 kəndində qeydiyyatda olmaqla, hazırda həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuş, dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Paşabəyli kəndində getmişlər. Onlar evə və həyətyani sahəyə baxış keçirmək üçün aqranom mütəxəssis dəvət etmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişlər, Məhərrəm həmin vaxt evdə olmamış ailə üzüvləri ona məlumat vermiş, bir qədər sonra Təqsirləndirilən şəxs evə gəlmiş, onlar Təqsirləndirilən şəxs evində və həyətyani sahəsində axtarış aparılacağı barədə məlumat vermiş, o isə öz növbəsində etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar həyətə daxil olmuş, evin həyətində giriş qapısından sağ tərəfdə yan-yana yerləşən iki ədəd yardımçı tikiliyə baxış keçirmişlər, həmin yerdə iş üçün əhəmiyyət kəsb edəcək heç bir şey aşkar olunmamış, bundan sonra evin həyətyanı sahəsinə baxış keçirilmiş və həyətə baxış keçirərkən həyətdə evin sol tərəfində yerləşən ağacların arasında bir-birindən 80-90 sm aralıqda əkilmiş kökü torpaqda olan 25 ədəd yaşıl rəngli, kəskin iyli bitkilər aşkar edilmişdir. Həmçinin həmin yerdə kökü torpaqdan çıxarılmış 03 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər aşkar edilmiş, baxışda iştirak edən mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını və həmin bitkilərə aqro-texniki qaydada qulluq edilməsini bildirmişdir. Bundan sonra həmin narkotik vasitələr çıxarılmış, uzunluqları ölçülmüş və çəkiləri çəkilmişdir. Video görüntülər çəkilmiş və protokol tərtib edilərək qablaşıdırılıb həmin bitkilər götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin əkilib becərilməsində istifadə etdiyi 01 ədəd vanna, 01 ədəd vedrə və 01 ədəd çaydan iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs evinin həyətində yerləşən digər yardımçı tikiliyə baxış keçirilmiş, baxış zamanı həmin yardımçı tikilidən qurudularaq 06 ədəd ayrı-ayrı bükümlərdə saxlanılmış ümumi çəkisi 3230 qram marixuana aşkar edilmiş, mütəxəsis bükümlərdə olan kütlənin kəskin iyə malik olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana olduğunu bildirmiş, həmin qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, ancaq evində iş üçün əhəmiyyət kəsb edəcək heç bir şey aşkar edilməmiş, baxış zamanı Təqsirləndirilən şəxs hər hansı təziq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Ağdam rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2021-ci il tarixdə Ağdam rayon X10 kəndində qeydiyyatda olmaqla, hazırda həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuş, dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Paşabəyli kəndinə getmişlər. Onlar orada evə və həyətyani sahəyə baxış keçirmək üçün aqranom mütəxəssis dəvət etmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişlər, Məhərrəm həmin vaxt evdə olmamış ailə üzüvləri ona məlumat vermiş, bir qədər sonra Təqsirləndirilən şəxs evə gəlmiş, onlar Təqsirləndirilən şəxs evində və həyətyani sahəsində axtarış aparılacağı barədə məlumat vermiş, o isə öz növbəsində etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar həyətə daxil olmuş, evin həyətində giriş qapısından sağ tərəfdə yan-yana yerləşən iki ədəd yardımçı tikiliyə baxış keçirmişlər, həmin yerdə iş üçün əhəmiyyət kəsb edəcək heç bir şey aşkar olunmamış, bundan sonra evin həyətyanı sahəsinə baxış keçirilmiş və həyətə baxış keçirərkən həyətdə evin sol tərəfində yerləşən ağacların arasında bir-birindən 80-90 sm aralıqda əkilmiş kökü torpaqda olan 25 ədəd yaşıl rəngli, kəskin iyli bitkilər aşkar edilmişdir. Həmçinin həmin yerdə kökü torpaqdan çıxarılmış 03 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər aşkar edilmiş, baxışda iştirak edən mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını və həmin bitkilərə aqro-texniki qaydada qulluq edilməsini bildirmiş, bundan sonra həmin narkotik vasitələr tərəfimizdən çıxarılmış, uzunluqları ölçülmüş və çəkiləri çəkilmişdir. Video görüntülər çəkilmiş və protokol tərtib edilərək qablaşdırılıb həmin bitkilər götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin əkilib becərilməsində istifadə etdiyi 01 ədəd vanna, 01 ədəd vedrə və 01 ədəd çaydan iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimizdən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs evinin həyətində yerləşən digər yardımçı tikiliyə baxış keçirilmiş, baxış zamanı həmin yardımçı tikilidən qurudularaq 06 ədəd ayrı-ayrı bükümlərdə saxlanılmış ümumi çəkisi 3230 qram marixuana aşkar edilmiş, mütəxəsiss bükümlərdə olan kütlənin kəskin iyə malik olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana olduğunu bildirmiş, həmin qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, ancaq evində iş üçün əhəmiyyət kəsb edəcək heç bir şey aşkar edilməmiş, baxış zamanı Təqsirləndirilən şəxs hər hansı təziq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Ağdam rayon polis şöbəsinin ictimati təhlükəsizlik bölməsinin sahənin polis nəfəri vəzifəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəlcədən tanımamış, aralarında ədavət və ya düşmənçilik olmamışdır. xx.xx.2021-ci il tarixdə Ağdam rayon X12 rayon Paşabəyli kəndində qeydiyyatda olmaqla, hazırda həmin kənddə yaşayan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuş, dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Təqsirləndirilən şəxs yaşadığı Paşabəyli kəndində getmişlər. Evə və həyətyani sahəyə baxış keçirmək üçün aqranom mütəxəssis dəvət edilmiş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəlmişlər. Məhərrəm həmin vaxt evdə olmamış ailə üzüvləri ona məlumat vermiş, bir qədər sonra Təqsirləndirilən şəxs evə gəlmiş, onlar Təqsirləndirilən şəxs evində və həyətyani sahəsində axtarış aparılacağı barədə məlumat vermiş, o isə öz növbəsində etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar həyətə daxil olmuş, evin həyətində giriş qapısından sağ tərəfdə yan-yana yerləşən iki ədəd yardımçı tikiliyə baxış keçirmişlər, həmin yerdə iş üçün əhəmiyyət kəsb edəcək heç bir şey aşkar olunmamışdır. Bundan sonra evin həyətyanı sahəsinə baxış keçirilmiş və həyətə baxış keçirərkən həyətdə evin sol tərəfində yerləşən ağacların arasında bir-birindən 80-90 sm aralıqda əkilmiş kökü torpaqda olan 25 ədəd yaşıl rəngli, kəskin iyli bitkilər aşkar edilmişdir. Həmçinin həmin yerdə kökü torpaqdan çıxarılmış 03 ədəd narkotik tərkibli çətənə bitkisinə bənzər bitkilər aşkar edilmiş, baxışda iştirak edən mütəxəssis həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını və həmin bitkilərə aqro-texniki qaydada qulluq edilməsini bildirmişdir. Bundan sonra həmin narkotik vasitələr tərəfimizdən çıxarılmış, uzunluqları ölçülmüş və çəkiləri çəkilmişdir. Video görüntülər çəkilmiş və protokol tərtib edilərək qablaşıdırılıb həmin bitkilər götürülmüşdür. Həmçinin Təqsirləndirilən şəxs narkotik vasitələrin əkilib becərilməsində istifadə etdiyi 01 ədəd vanna, 01 ədəd vedrə və 01 ədəd çaydan iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfimizdən götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs evinin həyətində yerləşən digər yardımçı tikiliyə baxış keçirilmiş, baxış zamanı həmin yardımçı tikilidən qurudularaq 06 ədəd ayrı-ayrı bükümlərdə saxlanılmış ümumi çəkisi 3230 qram marixuana aşkar edilmiş, mütəxəsiss bükümlərdə olan kütlənin kəskin iyə malik olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana olduğunu bildirmiş, həmin qurudulmuş marixuana qablaşdırılaraq götürülmüş, bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş, ancaq evində iş üçün əhəmiyyət kəsb edəcək heç bir şey aşkar edilməmiş, baxış zamanı Təqsirləndirilən şəxs hər hansı təziq olunmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əridir, onunla heç bir düşmənçilik və ədavəti olmamışdır. Məhərrəmlə birgə nigahdan 03 övladı olmuşdur. Evdar qadındır və heç bir yerdə işləmir. 06 avqust 2021-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları gəlmiş və Məhərrəmi çağırmışlar. Məhərrəm həmin vaxt evdə olmadığı üçün oğlu Şahməddin polislərin yanına getmiş, həmin vaxt oda orda olmuş, polis əməkdaşları oğlu Şahməddinə yaşadığı evə və evin həyətyanı sahəsinə baxış keçirəcəklərini demş, oğlu isə Məhərrəmin evdə olmadığını bildirmiş və o, Məhərrəmə zəng edərək vəziyyəti izah etmiş, bir neçə dəqiqə sonra Məhərrəm gəlmiş, polis əməkdaşları həyat yoldaşı Məhərrəmin razılığı ilə yaşadığı evin həyətinə və evə baxış keçirməyə başlamışlar. Təxminən bir neçə saat sonra onlara məlum olmuş ki, həyat yoldaşı Məhərrəm yaşadığı evin həyətində ağacların arasında kənardan görünməyən yerdə narkotik tərkibli bitkilər əkmiş və həmçinin evinin həyətində yerləşən yardımçı tikilinin içərisində çəkisini dəqiq bilmədiyi ölçüdə qurudulmuş marixuana saxlamışdır. Evinin həyətinə və evə baxış keçirildikdən sonra polis əməkdaşları Məhərrəmlə birlikdə Ağdam rayon polis şöbəsinə getmişlər. Həmin gün axşam saat 20 radələrində polis şöbəsindən oğlu Şahməddinə zəng edərək bildirmişlər ki, həyat yoldaşı Təqsirləndirilən şəxs narkotik vasitələrin əkilib becərilməsində və saxlanmasında şübhəli bilindiyi üçün tutulub. Onun bu barədə məlumatı olmamış, həmçinin o, həyat yoldaşı Təqsirləndirilən şəxs narkotik tərkibli bitkiləri əkib becərməsində və kustar üsulla hazırlanmış qurudulmuş marixuananın saxlanmasında heç bir köməklik göstərməmiş, o, həmin narkotik tərkibli bitkilərin əkildiyi yerə getməmiş, şünki o, səhəti ilə bağlı bostan əkə bilməmiş, həmin işləri evdə həyat yoldaşım Məhərrəm görmüş, həmçinin yardımçı tikilidə köhnə tez-tez işlənməyən əşyalar olduğu üçün həmin yerə getməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun atasıdır, aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. O, özü İkinci Qarabağ müharibəsi iştirakçısıdır və müharibədə yanıq xəsarəti aldığı üçün sağ əli işləmir. qazidir, subaydır və heç bir yerdə işləmir. 06 avqust 2021-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları gəlmiş və ona yaşadıqları evə və evin həyətyanı sahəsinə baxış keçirəcəklərini bildirmişlər. O, isə atası Məhərrəmin evdə olmadığını bildirmiş və atasına anası Kəmalə zəng edərək vəziyyəti izah etmişdir. Bir neçə dəqiqə sonra atası evə gəlmiş, polis əməkdaşları atası Məhərrəmin razılığı ilə yaşadığı evin həyətinə və evə baxış keçirməyə başlamışlar. Təxminən bir neçə saat sonra ona atası Məhərrəmin yaşadıqları evin həyətində ağacların arasında kənardan görsənməyən yerdə narkotik tərkibli bitkilər əkməsi və həmçinin evlərinin həyətində yerləşən yardımçı tikilinin içərisində çəkisini dəqiq bilmədiyi ölçüdə qurudulmuş marixuana saxlaması məlum olmuşdur. Evlərinin həyətinə və evə baxış keçirildikdən sonra polis əməkdaşları atası ilə birlikdə Ağdam rayon polis şöbəsinə getmişlər. Həmin gün axşam saat 20 radələrində polis şöbəsindən tanımadığı nömrədən ona zəng edərək atası Təqsirləndirilən şəxs narkotik vasitələrin əkilib becərilməsində və saxlanmasında şübhəli bilindiyi üçün tutulmasını bildirmişlər. Onun müharibə vaxtı səhətində yaranmış problemlər olduğundan o, evin həyətində iş görmədiyi üçün atasının əkdiyi narkotik tərkibli bitkilərin olduğu yerə və həmçinin qurdulmuş marixunanı saxladığı yerə getməmişdir. Ağdam rayon Polis şöbəsinin “Əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evinin həyatyanı torpaq sahəsində narkotik tərkibli bitkilərin əkib becərməsi müəyyən edildiyindən, Təqsirləndirilən şəxs Ağdam rayonu Paşabəyli kəndində yeləşən evinə və həyatyanı sahəsinə baxış keçirilməsi ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur. xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı Ağdam rayonu Paşabəyli kəndində yerləşən evinə və həyatyanı torpaq sahəsinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Baxış keçirilməsi haqqında xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Paşabəyli kəndində yerləşən yaşadığı evə, evin həyətyanı sahəsinə və həyətyanı sahədə yerləşən yardımçı tikiliyə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin həyətindən torpağa əkilmiş 25 ədəd, kökü torpaqdan çıxarılmış 03 ədəd ümumilikdə ümumi təmiz çəkisi 1855 qram 28 ədəd narkotik vasitə olan çətənə bitkiləri və evin həyətində yardımçı tikilinin içərisində olan 06 ədəd ayrıayrı yerlərdə qablaşdıraraq saxladığı ümumi təmiz çəkisi 1665 qram çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. xx.xx.2021-ci il tarixli aktdan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətində meyvə ağaclarının arasında əkdiyi kökü torpaqda olan 25 ədəd və kökü torpaqdan çıxarılmış 03 ədəd ümumilikdə 28 ədəd çətənə bitkilərinə baxşış keçirilmişdir.Baxış zamanı həmin bitkilərin tərkibində narkotik vasitə olan çətənə bitkisi olması və həmin çətənə bitkisinə xüsusi qulluq olunması müəyyən edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs yaşadığı evin həyətində yerləşən yardımçı tikilinin içərisindən 06 ədəd ayrıayrı bükümlərdə ümumi çəkisi 3230 qram bitki mənşəli kütlələr aşkar olundu.Həmin kütlələrin tərkibində narkotik maddələr olan çətənə bitkisindən kustar üsulu ilə hazırlanmış narkotik vasitə qurudulmuş marixuana olması müəyyən edilmişdir. Ağdam rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 5(013)-49/2021 saylı qərarından görünür ki, Ağdam rayonu Paşabəyli kəndində yaşayan Təqsirləndirilən şəxs evinə və həyatyanı torpaq sahəsinə baxış keçirilməsi barədə Ağdam rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qəbul edilmiş 06 avqust 2021-ci il tarixli qərarı qanuni hesab edilmişdir. “Diskə baxış keçirilməsi haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Azercell Telekom MMC-dən 01 ədəd diskdə məlumatlar götürülmüş və iş üçün əhəmiyyət kəsb edə biləcək hal müəyyən edilməmişdir. “İfadənin yerində yoxlanması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan və protokola əlavə edilmiş şəkillərdən görünür ki, ifadənin yerində yoxlanılması zamanı Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatları hadisə yerində bir daha göstərərək ifadəsini təsdiq etmişdir. Məhkəmə-bioloji ekspertizanın 07 avqust 2021-ci il tarixli, 16/813 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “İçərisində 6 ədəd sellofan torbada olan həmin torbalarda içərisində olan əşyalar və qurudulmuş marixuanaya bənzər kütlə” sözləri yazılmış 1 (bir) əddəd sintetik kisənin içərisində olan, 1 (bir) ədəd qarışıq rəngli polietilen torbadakı 2 (iki) ədəd şüşə bankalarda, 2 (iki) ədə sarı rəngli polietilen torbalarda, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbadakı parça bükümdə, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbada, 1 (bir) ədəd çəhrayı rəngli polietilen torbada, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbadakı dəmir qazanda, 1 (bir) ədəd qarışıq rəngli polietilen kauçuk vedrədə, 1 (bir) ədəd ağ rəngli polietilen torbadakı parça bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 20 qram, 25 qram, 70 qram, 25 qram, 990 qram, 45 qram, 150 qram, 110 qram, 60 qram, 170 qram ümumi təmiz çəkisi 1665 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkilərindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Həmçinin tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs” sözləri və imzaları olan 2 (iki) ədəd baş-başa keçirilmiş sintetik kisədəki, sayı 25 (iyirmi beş) ədəd ümumi təmiz çəkisi 1800 qram yaş vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitikiləridir. Eləcədə tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs həyətyanı sahəsindən aşkar edilmiş üç ədəd kökü torpaqda olmayan çətənə bitkisinə bənzər kol” sözləri və imzalar olan 1 (bir) ədəd sintetik kisədəki, sayı 3 (üç) ədəd ümumi təmiz çəkisi 55 qram nəm vəziyyətdə bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə( kannabis) bitkiləridir. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2021-ci il tarixli 1114 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Ambulator məhkəmə-psixiatrik ekspertizasının xx.xx.2021-ci il tarixli 575 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək qabiliyətindədir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun hal-hazırda məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2021-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. “Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Ağdam MRX-nın Publik hüquqi şəxsin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Mərkəzi Xəstəxansının narkoloji kabinetində qeydiyyatda durmur. X14 Dispanserinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Ağdam rayon Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2021-ci arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağdam rayon Paşabəyli kəndində həyat yoldaşı Şahid5, övladları Şahid4, X2 və X3 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. AZ-İİ № 107550 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, X3 xx.xx.2008-ci il tarixdə anadan olmuş, atası Təqsirləndirilən şəxs, anası Şahid5dır. № 2196 saylı vəsiqənin surətindən görünür ki, Şahid4 44 günlük Vətən müharibəsində iştirak etmiş və yaralanmışdır.İİİ qrup əlildir. № 1-1152 saylı vəsiqənin surətindən görünür ki, Şahid4 44 günlük Vətən müharibəsində “Cəsur döyüşçü” medalı ilə təltif olunmuşdur. Ağdam rayon Xındırıstan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs oğlunun Ağdam rayon Paşabəyli kəndində yaşadığı ev ermənilərin atdıqları raket zərbəsi nəticəsində zərər dəymişdir. Səfərbərlik və hərbi xidmətə çağırış üzrə dövlət xidmətinin Ağdam rayon şöbəsinin xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Şahid4 xx.xx.2020-ci il tarixdən xx.xx.2021-ci ilə qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət keçmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Gülüstan istiqamətində gedən döyüşlər zamanı xx.xx.2020-ci il tarixdən xəsarət almışdır.Hazırda üçüncü dərəcəli müharibə əlilidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Poliklinikasının xx.xx.2021-ci il tarixli arayışından görünür ki, Şahid4 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından məlum olur ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi haqqında” xx.xx.2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1800 qram istifadə olunduqdan sonra yerdə qalan 1799,5 qram 25 (iyirmi beş) ədəd və ümumi təmiz çəkisi 55 qram istifadə olunduqdan sonra yerdə qalan 54,94 qram 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, həmin bitkilərin əkilib becərilməsində istifadə olunmuş 01 ədəd vanna, 01 ədəd vedrə və 01 ədəd çaydan, həmçinin evin həyətində yardımçı tikilinin içərisində saxladığı 1 (bir) ədəd qarışıq rəngli polietilen torbadakı 2 (iki) ədəd şüşə bankalarda, 2 (iki) ədəd sarı rəngli polietilen torbalarda, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbadakı parça bükümdə, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbada, 1 (bir) ədəd çəhrayı rəngli polietilen torbada, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbadakı dəmir qazanda, 1 (bir) ədəd qarışıq rəngli polietilen torbadakı kauçuk vedrədə, 1 (bir) ədəd ağ rəngli polietilen torbadakı parça bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 20 qram, 25 qram, 70 qram, 25 qram, 990 qram, 45 qram, 150 qram, 110 qram, 60 qram, 170 qram ümumi təmiz çəkisi 1665 qram istifadə olunduqdan sonra yerdə qalan 1664,5 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana maddi sübut kimi tanınaraq Ağdam rayon PŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs ona elan olunmuş, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək, aşkar edilmiş narkotik vasitələri satış məqsədi ilə deyil, özü çəkmək üçün saxladığını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadələr kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 234.4.3 və 237.2.3-cü maddələrinə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X5 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən marixuanakannabis- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi qurudulmuş 5 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi qurudulmuş 500 qram, nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etməsini və İİİ qrup əlil olmasını, himayəsində bir azyaşlı uşağının olmasını, yaşadığı evə 2020-ci ildə ikinci Qarabağ müharibəsi zamanı düşmən tərəfindən atılan raket zərbəsi nəticəsində zərər dəyməsini, yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyasının aşağı hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, məhkəmə zalından həbsə alınmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-nin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir.Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət işinin materiallarından da göründüyü kimi Təqsirləndirilən şəxs xx.xx.2021ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağdam rayon Polis Şöbəsinin xx.xx.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Belə olan halda, Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il tarixədək hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək qəti cəza müddətinə hesablanmalı və ona təyin ediləcək cəzadan çıxılmaqla cəza çəkmə müddətinin başlanğıcı hökm cıxarıldığı tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Ağdam rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1800 qram istifadə olunduqdan sonra yerdə qalan 1799,5 qram 25 (iyirmi beş) ədəd və ümumi təmiz çəkisi 55 qram istifadə olunduqdan sonra yerdə qalan 54,94 qram 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, həmin bitkilərin əkilib becərilməsində istifadə olunmuş 01 ədəd vanna, 01 ədəd vedrə və 01 ədəd çaydan, həmçinin evin həyətində yardımçı tikilinin içərisində saxladığı 1 (bir) ədəd qarışıq rəngli polietilen torbadakı 2 (iki) ədəd şüşə bankalarda, 2 (iki) ədəd sarı rəngli polietilen torbalarda, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbadakı parça bükümdə, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbada, 1 (bir) ədəd çəhrayı rəngli polietilen torbada, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbadakı dəmir qazanda, 1 (bir) ədəd qarışıq rəngli polietilen torbadakı kauçuk vedrədə, 1 (bir) ədəd ağ rəngli polietilen torbadakı parça bükümdə, ayrıayrılıqda təmiz çəkiləri 20 qram, 25 qram, 70 qram, 25 qram, 990 qram, 45 qram, 150 qram, 110 qram, 60 qram, 170 qram ümumi təmiz çəkisi 1665 qram istifadə olunduqdan sonra yerdə qalan 1664,5 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyasının Daimi X11 Qrupu tərəfindən həyata keçirilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirli bilinsin və ona CM-nin 234.4.3-cü maddəsi ilə 05 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 237.2.3-cü maddəsi ilə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs xx.xx.2021-ci il tarixdən xx.xx.2021-ci il həbsdə saxlanıldığı 02 (iki) gün Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrumetmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 05 (beş) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Barəsində seçilmiş «polisin nəzarəti altına vermə» qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və dərhal məhkəmə iclas zalından həbsə alınsın. Barəsində seçilmiş “həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Cəzaçəkmənin başlanğıcı 16 sentyabr 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Ağdam rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 1800 qram istifadə olunduqdan sonra yerdə qalan 1799,5 qram 25 (iyirmi beş) ədəd və ümumi təmiz çəkisi 55 qram istifadə olunduqdan sonra yerdə qalan 54,94 qram 03 (üç) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisi, həmin bitkilərin əkilib becərilməsində istifadə olunmuş 01 ədəd vanna, 01 ədəd vedrə və 01 ədəd çaydan, həmçinin evin həyətində yardımçı tikilinin içərisində saxladığı 1 (bir) ədəd qarışıq rəngli polietilen torbadakı 2 (iki) ədəd şüşə bankalarda, 2 (iki) ədəd sarı rəngli polietilen torbalarda, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbadakı parça bükümdə, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbada, 1 (bir) ədəd çəhrayı rəngli polietilen torbada, 1 (bir) ədəd şəffaf rəngli polietilen torbadakı dəmir qazanda, 1 (bir) ədəd qarışıq rəngli polietilen torbadakı kauçuk vedrədə, 1 (bir) ədəd ağ rəngli polietilen torbadakı parça bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 20 qram, 25 qram, 70 qram, 25 qram, 990 qram, 45 qram, 150 qram, 110 qram, 60 qram, 170 qram ümumi təmiz çəkisi 1665 qram istifadə olunduqdan sonra yerdə qalan 1664,5 qram tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X4 X5 üzrə Dövlət Komissiyasının Daimi X11 Qrupu tərəfindən həyata keçirilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar