Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-123/2023 15.09.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər X1 və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X2, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1982-ci ildə Ağstafa şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, işsiz, evli, əvvəllər məhkum olunmamış, Ağstafa rayonunun H.Aslanov qəsəbəsində qeydiyyatda olan, şübhəli şəxs qismində tutulanadək ünvan 1 ünvanında yaşamış, hal-hazırda 2 saylı İstintaq təcridxanasında saxlanılan – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan tarixdə və mənbədən satış məqsədi ilə, qanunsuz olaraq külli miqdarda, 69,841 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini əldə edib, 69,611 qramını yaşadığı Ağstafa şəhəri Həzi Aslanov küçəsi ev 6-da otaqda dolabın içərisində, 0,230 qramını isə üstündə saxlamış, 23 iyul 2022-ci il tarixdə saat 20:55-21:20-də Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri zamanı 69,611 qram çəkidə narkotik vasitə olan heroin Təqsirləndirilən şəxs yaşadığı evdən, həmin gün saat 22:35-23:00-da Ağstafa RPŞ-nin inzibati binasında keçirilən şəxsi axtarış zamanı isə 0,230 qram narkotik vasitə heroin şalvarının sağ yan cibindən aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Təxminən 2 ildir ki, narkotik vasitə olan heroindən istifadə etmişdir. Əvvəllər narkotik vasitədən istifadə etdiyinə görə Ağstafa RPŞnin əməkdaşları tərəfindən tutulmuş, barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan həmin cinayət işinə 20 sentyabr 2022-ci il tarixdə Ağstafa rayon məhkəməsində baxılmış və həmin məhkmənin hökü ilə 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 23 iyul 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib xidməti vəsiqələrini göstərmiş, onu barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək yaşadığı ünvana baxış keçirmək istədiklərini demişlər. O da buna heç bir etiraz etməyib yaşadığı evə baxış keçirilməsi üçün könüllü olaraq ərizə yazmışdır. Həyata keçirilən baxış zamanı evinin yataq otağından 70 qr çəkidə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmənin diqqətinə çatdırır ki, yataq otağının yanında olan dolabda gizlədilmiş sellofan torbanın içərisindəki şüşə qabın içindən aşkar edilmiş 1 büküm narkotik vasitə heroini onun olmamış, ehtimalına görə polis əməkdaşlarının tərəfindən həmin yerə qoyulmuşdur. Buna görə məhkəmədən ona bəraət verilməsini xahiş edir Məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Ailəlidir, 1 azyaşlı uşağı vardır. Təxminən 1 ildir ki, narkotik vasitə olan heroindən istifadə edir. Əvvəllər narkotik vasitədən istifadə etdiyinə görə Ağstafa RPŞ-nin əməkdaşları tərəfindən tutulmuş, barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan həmin cinayət işinə 20 sentyabr 2022-ci il tarixdə Ağstafa rayon məhkəməsində baxılmış və həmin məhkmənin hökmü ilə 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. 23 iyul 2022-ci il tarixdə saat 20 radələrində yaşadığı evin yaxınlığında olan zaman iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər, onu barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla tanış edərək qanunsuz olaraq narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək yaşadığı ünvana baxış keçirmək istədiklərini demişlər. O da buna heç bir etiraz etməyib yaşadığı evə baxış keçirilməsi üçün könüllü olaraq ərizə yazmışdır. Videoçəkilişlə həyata keçirilən baxış zamanı evdəki yataq otağının yanında olan dolabda gizlətdiyi sellofan torbanın içərisindəki şüşə qabın içində 1 büküm narkotik vasitə heroin aşkar edilmişdir. Həmin kütləyə baxış keçirilib elektron tərəzi ilə çəkildikdə kağızı ilə birlikdə çəkisi 75 qram olmuş, sonra həmin heroin 1 ədəd zərfə qoyularaq qablaşdırılmış və polis əməkdaşları tərəfindən götürülmüşdür. Sonra polis əməkdaşları barəsində araşdırma aparılması üçün onu rayon polis şöbəsinə dəvət etmişlər. O, buna etiraz etməyib onlarla birlikdə avtomobilə əyləşərək Ağstafa RPŞ-yə gəlmişdir. Şöbənin inzibati binasına daxil olub xidməti iş otaqlarından birinə gəlmiş və orada onu şübhəli şəxs qismində tutaraq hüquqları izah edilmişdir. Daha sonra müdafiəçi tutmaq hüququ izah edilməklə siyahı üzrə vəkil Mehti Hüseynovun təyin edilməsini xahiş etmişdir. Ona müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə üzərində narkotik vasitə saxladığı barədə məlumat daxil olduğunu bununla bağlı üzərinə şəxsi axtarış keçiriləcəyini demişlər. Polis əməkdaşları bundan əlavə üzərində narkotik vasitə olub-olmamasını, əgər varsa təqdim etməyini təklif etmişlər. Bu zaman o, əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən istifadə etdiyi 1 ədəd alışqanı və 1 ədəd siqaret qutusunu, 3 ədəd 5-lik və 2 ədəd 1-lik əskinaslardan ibarət 17 manat məbləğində pulu, sağ yan piston cibindən isə 1 ədəd sellofan kəsiyinə bükülmüş kütləni təqdim etmişdir. Polis əməkdaşı həmin pul əskinaslarına, siqaret qutusuna, alışqana baxış keçirib onları özünə qaytarmışdır. 1 ədəd sellofan kəsiyinə bükülmüş kütləni, yəni narkotik vasitə heroini isə elektron tərəzidə çəkmişlər və kütlənin sellofanla birlikdə çəkisi 0,37 qram etmişdir. Bundan sonra həmin kütlə qablaşdırılaraq müvafiq qaydada möhürlənib götürülmüşdür. Bundan başqa, üzərinə şəxsi axtarış keçirilsə də, hər hansı bir narkotik vasitə yaxud qanunsuz əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu sual zamanı evindən və üzərindən aşkar edilmiş həmin narkotik vasitələri təxminən 1 həftə bundan qabaq Bakı şəhərində Elşən adlı şəxsin vasitəsilə İran İslam Respublikası vətəndaşı “Seyid” adlı şəxsdən aldığını, onun üzərindən istifadə etdiyini bildirmişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni üzərində saxlayıb gəzdirməkdə və evdə saxlamaqda məqsədi gələcəkdə şəxsi istifadə etmək olmuşdur. Narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əmrah Fikrət oğlu ifadəsində göstərmişdir ki, 2021-ci ildən DİN-nin QBRŞ-in baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı rütbəsindədir. Ağstafa şəhər sakini Təqsirləndirilən şəxs əvvəllər tanımamış, sonuncu ilə heç bir düşmənçiliyi və ya ədavəti olmamışdır. 23 iyul 2022-ci il tarixdə saat 19:00 radələrində QBRŞ-da gündəlik xidmətində olan zaman əməliyyat məlumatı daxil olmuşdur ki, Ağstafa şəhəri, Qarayazı qəsəbəsi, H.Aslanov küçəsi ev 6-da yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində və yaşadığı evdə narkotik vasitə saxlaması barədə məlumat daxil olmuşdur. Daxil olmuş məlumat əsasında onun yaşadığı evə baxışın videoçəkiliş vasitəsi ilə keçiriləcəyi bildirilmiş və evə baxış keçirilməmişdən qabaq yaşadığı evdə qanunla saxlanılması qadağan edilmiş və ya dövriyyəsi məhdudlaşdırılmış hər hansı bir əşya varsa çıxarıb təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs evinə baxış keçirilən zaman onun ailə üzvləri də evdə olmuşdur. Videoçəkilişlə həyata keçirilən baxış zamanı Təqsirləndirilən şəxs evdəki yataq otağının yanında olan dolabda gizlətdiyi sellofan torbanın içərisindəki şüşə qabın içində 1 büküm narkotik vasitə heroinə bənzər kütləni götürüb təqdim etmişdir. Həmin kütləyə baxış keçirilib elektron tərəzi ilə çəkilmiş, həmin vaxt kütlənin sellofanla birlikdə çəkisi 75 qram olmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş kütlənin narkotik vasitə heroin olduğunu, təxminən 2 ay bundan əvvəl internetdə tanış olduğu İran İslam Respublikası vətəndaşı “Seyid” adlı şəxsdən Bakı şəhəri sakini Elşən adlı şəxsin vasitəsi ilə aldığını, bunun üçün 1500 manat pul ödəməli olduğunu, təxminən 7-8 ydır ki, narkotik vasitə istifadəçisi olmasını, başqa heç bir yerdə narkotik tərkibli maddə olmamasını bildirmişdir. Təqsirləndirilən şəxs müdafiəçisinin iştirakı ilə üzərində narkotik vasitə saxladığı barədə məlumat daxil olduğunu, bununla bağlı üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sol yan cibindən istifadə etdiyi 1 ədəd alışqanı və 1 ədəd siqaret qutusunu, 3 ədəd 5-lik və 2 ədəd 1-lik əskinaslardan ibarət 17 manat məbləğində pulu, sağ yan cibindən isə 1 ədəd sellofan kəsiyinə bükülmüş kütləni təqdim etmişdir. Həmin pul əskinaslarına, siqaret qutusuna, alışqana baxış keçirib onları özünə qaytarmışlar. 1 ədəd sellofan kəsiyinə bükülmüş kütləni, yəni narkotik vasitə heroini bənər kütləni isə elektron tərəzidə çəkmişlər və kütlənin sellofanla birlikdə çəkisi 0,37 qram etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 şahid Əmrah Fikrət oğlu ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun oğludur. Bir azyaşlı uşağı var. Təqribən 1-2 ildir ki, Zaur narkotik vasitə qəbul edir. Dəfələrlə ona öz iradlatını bildirsə də Zaur yenə də narkotik vasitə qəbul etmişdir. 23 iyul 2022-ci il tarixdə saat 20 radələrində evdə olan vaxt bir neçə nəfər şəxs onlara gəlib özlərini təqdim edərək polis əməkdaşları olduqlarını bildirmişlər. Onlar Zaurun evdə narkotik vasitə saxlamağı haqqında məlumatları olduğunu və qəbul edilmiş qərara əsasən evə baxış keçirəcəklərini bildirmişlər. Zaurun yazılı razılığı ilə evə baxış keçirilən zaman Zaura təklif olunmuşdur ki, evdə narkotik vasitə olarsa təqdim etsin. Zaur yatdığı evdəki yataq otağının yanında olan dolabda gizlətdiyi sellofan torbanın içərisindəki şüşə qabın içində 1 büküm narkotik vasitə heroini götürüb polis əməkdaşlarına təqdim etmişdir. Polislərə bildirmişdir ki, sellofanda olan həmin kütlə narkotik vasitədir. Sonra həmin kütlə kağızı ilə birlikdə tərəzidə çəkilmiş və 75 qram olmuşdur. Evdən hər hansı bir digər qanunsuz əşya aşkar edilməmişdir. Təqsirləndirilən şəxs evdə narkotik vasitə saxlamağından məlumatları olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 23 iyul 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb edilməklə ittihamın elan olunması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş ona həmin maddə ilə ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyul 2022-ci il tarixli Ağstafa rayon məhkəməsinin qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə, yəni 23 noyabr 2022-ci il tarixədək “həbs” növündə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 iyul 2022-ci il tarixli “baxış keçirilməsi və götürmə haqqında”, “şəxsi axtarış və götürmə haqqında” keçirilməsi haqqında protokollardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs yaşadığı evə baxış zamanı evdəki yataq otağının yanında olan dolabda gizlətdiyi sellofan torbanın içərisindəki şüşə qabın içində 1 büküm, 75 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülür. Həmçinin üzərinə Ağstafa RPŞ-nin inzibati binasında videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman onun əynindəki tünd göy rəngli cins şalvarın sağ yan piston cibindən isə 1 ədəd sellofan kəsiyinə bükülmüş 0,37 qram çəkidə narkotik vasitə heroin aşkar edilərək götürülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəməkimyəvi ekspertizasının 24 iyul 2022-ci il tarixli, 16/869 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlə..” sözlər və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 0,230 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs yaşadığı ünvandan aşkar edilmiş kütlə..” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd ağzı plastik örtüklə başlanmış şüşə stəkanın içərisində üzəri yapışqanlı lentlə sarınmış şəffaf polietilen kəsiyinə bükülmüş qara rəngli polietilen kəsiyində olan şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 69,611 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Tədqiqata tədim edilmiş 2 (iki) ədəd kağız paketlərdə olan heroinlər xarici əlamətlərinə görə və kimyəvi tərkiblərinə görə eynirdirlər. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserindən alınmış 11 oktyabr 2022-ci il tarixli 1512 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(015)-61/2022 saylı hökmününü surətindən görünür ki, Təqsirləndirilən şəxs 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “təqsirləndirilən şəxs qismində cəlb edilməklə yenidən itihamın elan olunması haqqında” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Ağstafa Rayon Mərkəzi Xəstəxanası” X8 verilmiş 14 oktyabr 2022-ci il tarixli PHŞ/6.24-2-2022-205 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs oğlu Ağstafa RMX-nın Poliklinika şöbəsinin psixiatriya kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs adına Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Ağstafa RPŞ-də Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət işinin istntaqı aparılmış cinayət işinin icraatına CPM-nin 40.2.2-ci maddəsinin tələbinə əsasən xitam verilmiş, bundan başqa onun barəsində Ağstafa rayon məhkəməsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin istintaqı aparılır. Cinayət işinə əlavə edilmiş Ağstafa rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs həmin məhkəmənin 20 sentyabr 2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bu baxımdan Təqsirləndirilən şəxs məhkum olunmamış hesab edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa şəhər İƏD üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs, atası-xx.xx.1952-ci il təvəllüdlü X4, anası-xx.xx.1960-cı il təvəllüdlü Şahid3, arvadı-xx.xx.1988-ci il təvəllüdlü X3 və oğlu-xx.xx.2010-cu il təvəllüdlü X5 ibarət tərkibi vardır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022ci il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqindən sonra qalan 0,180 qram və 69,511 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər Ağstafa RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. İbtidai istintaq materiallarından göründüyü kimi, təqsirləndirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsində nəzərdə tutulan ittihamla özünü təqsirli bilməyərək evindən və üstündən aşkar olunmuş külli miqdarda narkotik vasitə heroni şəxsi istifadəsi üçün saxlamasını göstərmişdir. Həmin hal istintaq zamanı yoxlanılmış və öz təstiqini tapmamışdır. Belə ki, Təqsirləndirilən şəxs üstündən və evindən narkotik vasitələrin aşkar edilməsi, sonuncunun narkomaniya xəstəliyindən əziyyət çəkməməsi, onun barəsində narkotik vasitələrin satışı ilə məşğul olmasına dair əməliyyat məlumatlarının RPŞ-də olması bir daha ona dəlalət edir ki, Təqsirləndirilən şəxs aşkar olunmuş külli miqdarda narkotik vasitəni şəxsi istehlak üçün deyil, satış məqsədi ilə saxlamışdır. Bu baxımdan Təqsirləndirilən şəxs satış məqsədi ilə külli miqdarda narkotik vasitə saxlamasını etiraf etməməsi cinayət işi üzrə toplanmış mötəbər sübutların məcmusu ilə öz təsdiqini tapmadığından və təkzib olunduğundan, sonuncunun özünü müdafiəsi kimi qiymətləndirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. İstintaq orqanı tərəfindən səhvən Təqsirləndirilən şəxs əməlinin təkrar cinayət törətməsi kimi nəzərə alınaraq Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən onun məsuliyyətini ağırlaşdıran hal kimi müəyyən edilsədə Təqsirləndirilən şəxs əməli cinayətlərin məcmusunu yaratdığından və Azərbaycan Respublikası CM-in 61-ci maddəsində cinayətlərin məcmusu ağırlaşdırıcı hal kimi nəzərdə tutulmadığı üçün Təqsirləndirilən şəxs əməlində ağırlaşdırıcı hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağstafa rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(015)-61/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 (səkkiz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən onun şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdən xx.xx.2022ci il tarixədək tutulduğu 02 (iki) gün müddət ona təyin olunmuş 08 (səkkiz) ay müddətə azadlıqdan məhrum etmə cəzasından çıxılaraq üzərində 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Odur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinin tələblərini nəzərə alaraq cinayətlərin məcmusu üzrə cəza təyin edilməli və birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Səhiyyə İdarəsinin rayonlararası Narkoloji Dispanserindən alınmış 11 oktyabr 2022-ci il tarixli 1512 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən İş üzrə maddi sübut kimi tanınmış ekspertiza tədqiqindən sonra qalan 0,180 qram və 69,511 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər Ağstafa RPŞ-nin saxlanc anbarına təhvil verilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Ağstafa RPŞ-nin saxlanc anbarında saxlanca verilmiş ekspertiza tədqiqindən sonra qalan 0,180 qram və 69,511 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 39 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 234 manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 manat 40 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Ağstafa rayon məhkəməsinin 20 sentyabr 2022-ci il tarixli, 1(015)-61/2022 saylı hökmü ilə ona qəti olaraq təyin olunmuş 07 (yeddi) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən qismən toplanılaraq qəti olaraq Təqsirləndirilən şəxs 6 (altı) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edislin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu tarixdən, yəni 23 iyul 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Ağstafa RPŞnin saxlanc anbarında saxlanca verilmiş verilmiş ekspertiza tədqiqindən sonra qalan 0,180 qram və 69,511 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroinlər məhv edilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 39 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 234 (iki yüz otuz dörd) manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-123/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-123/2023
15.09.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver