Məhkəmə qərarları › İş №1(100)-123/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-123/2024

14.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-123/2024 14.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), X1 Mikayıl Maarif oğlundan ibarət tərkibdə Məhkəmə iclasının katibi: X6, X7 və X5 və Həsənov Hüseyn Faiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşavi Dövlət ittihamçısı, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1990-cı il tarixdə Goranboy rayonu Qaradağlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, təhsili olmayan, işləməyən, əvvəllər məhkum olunmamış, Goranboy rayonu Qaradağlı kəndində qeydiyyatda olmaqla, yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyə Nazirliyi Penitensiar Xidmət 2 saylı İstintaq təcridxanasında saxlanılan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Təqsirləndirilən şəxs məlum olmayan vaxt və mənbədən naməlum çəkidə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdar psixotrop maddə-metamfetamini əldə edib üzərində saxlayaraq daşımış, 29 mart 2023-cü il tarixdə Goranboy rayon polis şöbəsinin əməkdaşlarının keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Goranboy rayonu Qaradağlı kəndi ərazisində saxlanılaraq Goranboy RPŞ-yə gətirilib saat 16:50-dən 17:00-a qədər keçirilmiş şəxsi axtarış zamanı əynindəki boz və qara rəngli gödəkcənin yuxarı sol iç cibindən bir ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 9,860 qram olan külli miqdar kustar üsulla hazırlanmış psixotrop maddə aşkar olunaraq götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilməyərək göstərdi ki, Goranboy rayonunda tərəvəz əkən şəxslərdən göyərti alaraq onları bazarda satıb dolanır. xx.xx.2023-cü ildə də göyərtiləri satdıqdan sonra həmkəndlisini gətirib evlərində düşürmüş, öz kəndlərinə gələrkən yolda marka və modelini dəqiq xatırlamadığı avtomobil görmüş, həmin avtomobil yanından ötüb biraz irəlidə dayanmış, guya təkəri xarab olduğu üçün avtomobildəkilər ona əl edib saxlayaraq avtomobili təmir etməyə qaldırıcı kran istəmişlər. Özü sovet istehsalı olan maşın sürdüyü, digər avtomobil isə xarici markalı olduğu üçün onu düzəltməyə avadanlıq-kran olmadığını dedikdən sonra həmin şəxslər onu gəldikləri avtomobilə mindirib Goranboy rayon polis şöbəsinə aparmış, orada otaqlardan birində üst geyimini-əynində olan gödəkçəsini çıxarıb başqa otağa salmışlar. Sonradan aşkar edilmiş psixotrop maddə də ona qaytarılan geyiminin sol iç cibindən çıxmışdır. Həmin maddəni onun qabağına qoyub götürməyi, özünün olduğunu deməyi, əks halda daha artıq hissəsinin yaşadığı evdən çıxacağını bildirmişlər. Polislərin etdiyi psixoloji təzyiq və təsir altında, həm də savadsızlığı ilə bağlı hüquqlarını bilmədiyindən həmin maddənin özünə məxsus olmasını demişdir. Narkotiklə heç bir bağlılığı yoxdur, ona bəraət verilərək, azad edilməsini istəyir. Məhkəmədə verilmiş suallara cavab olaraq Təqsirləndirilən şəxs göstərdi ki, məhkəmə baxışına qədər edilmiş qanunsuzluqlar barədə heç bir orqana müraciət etməmiş, məhkəməyə verdiyi ilkin ifadəsində də ona qarşı edilmiş qanunsuzluqlar barədə bildirməmişdir. Sonradan təcridxanada olarkən əsl həqiqəti məhkəmədə söyləmək lazım olduğunu dediklərinə görə ona qarşı edilmiş hərəkətləri məhkəmədə demək qərarına gəlmişdir. Ona polislər fiziki zorakılıq etməsələr də arxasınca gələn polis əməkdaşları otaqda olarkən ya narkotik vasitəni götürüb könüllü getməyi, ya da evindən daha artıq çıxacağını dedikləri üçün onlarla razılaşmışdır. Əhəmiyyətli ziddiyyətlər olduğu üçün məhkəmədə elan edilmiş ibtidai istintaq zamanı verdiyi izahat və ifadələrində Təqsirləndirilən şəxs göstərmişdir ki, əvvəllər bir neçə dəfə psixotrop maddə olan metamfetamin qəbul etmiş, lakin mütəmadi olaraq əldə edə bilmədiyi üçün hər zaman istifadə etməmişdir. Goranboy rayonu Qaradağlı kəndində göyərti məhsullarının satışı işi ilə məşğul olmuş, yəni Qaradağlı kəndində yaşayan sakinlərdən göyərti məhsullarını alıb cəm halda başqa şəxslərə satmaqla pul qazanır....28 mart 2023-cü il tarixdə səhər saatlarında həmişə olduğu kimi Qaradağlı kəndində yaşayan adamların həyətinə gedib göyərti məhsulları almış, həmin gün saat 14 radələrində Qaradağlı kəndində aldığı göyərti məhsullarını yük avtomobilinə yerləşdirmək məqsədi ilə Qaradağlı kəndinin girəcək hissəsinə doğru getmiş, həmin vaxt yol ilə piyada gedərkən asfalt yolun kənarında yerdə bir ədəd şəffaf rəngli seloffan büküm olduğunu görmüş, həmin bir ədəd şəffaf rəngli sellofan büküm diqqətini cəlb etdiyi üçün açıb içərisinə baxanda psixotrop maddə olan metamfetamin olduğunu görmüşdür. Əvvəllər istifadə etdiyi üçün bir ədəd şəffaf rəngli sellofan bükümü götürüb həmin vaxt əynində olan boz və qara rəngli ön hissəsi zəcirbəndlə bağlanan gödəkcənin sol yuxarı iç cibinə yerləşdirib oradan ayrılıb işləri ilə məşğul olmuş, sellofan büküm özünə məxsus boz və qara rəngli gödəkcəsinin cibində qalmış, bir gün sonra yəni 29 mart 2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evdən çıxmış, evdən çıxanda həmin gödəkçəni geyinmiş, piyada kəndin ərazisi ilə hərəkət edib Qaradağlı kəndində yaşayan sakinlərin həyətindən göyərtiləri yığmağa başlamış, həmin gün saat təxminən 14:30 radələrində işlərini yekunlaşdırdıqdan sonra piyada Qaradağlı kəndi ərazisində yaşadığı ev istiqamətində hərəkətdə olarkən saat 14:46 radələrində mülki geyimli şəxslər ona yaxınlaşıb xidməti vəsiqələrini təqdim edib Goranboy rayon polis şöbəsinin əməkdaşları olduqlarını deyib narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirib ona hüquq və vəzifələrini izah edib, birlikdə Goranboy rayon polis şöbəsinə getməli olduğunu demişlər..Polis əməkdaşları ilə birlikdə Goranboy rayon polis şöbəsinə gəlmiş, polis əməkdaşları onu tanımadığı bir otağa aparmışlar. Orada olan zaman şübhəli şəxs qismində saxlanıldığını demiş, üzərində şəxsi axtarış keçiriləcəyi izah edilmiş, vəkil seçmək hüququnu izah etmişlər. Vəkil gəldikdən sonra üzərində şəxsi axtarış aparılacağı bildirilmiş, hüquq və vəzifələri izah edilmiş, bundan sonra polis əməkdaşları və vəkilin iştirakı ilə üzərində video çəkiliş ilə şəxsi axtarış keçirilmiş, üzərindəki əşyaları könüllü olaraq təqdim etməyi bildirildiyi üçün əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən 2 ədəd 1 manatlıq əskinasdan ibarət pulları və əynində olan boz və qara rəngli ön hissəsi zəncirbəndlə bağlanan isti gödəkçənin yuxarı sol iç cibindən içərisində psixotrop maddə metamfetamin olan bir ədəd şəffaf rəngli sellofon bükümü çıxarıb masanın üzərinə qoymuş, bundan başqa şəxsi axtarış zamanı üzərindən heç bir əşya aşkar edilməmişdir. Psixotrop maddəni isə istifadə etmək məqsədi ilə üzərində saxlamış, satış niyyəti olmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Goranboy RPŞ CAB-ın əməliyyat müvəkkili Şahid1 Müşfiq oğlu bildirdi ki, 29 mart 2023-cü il tarixdə Goranboy rayonu Qaradağlı kənd sakini Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi işi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuş, əməliyyat-axtarış tədbirləri barədə qərar qəbul edildikdən sonra saat 13:00 radələrində xidməti avtomobillə Goranboy rayonu Qaradağlı kəndinə getmişlər. Təqsirləndirilən şəxs ev istiqamətində gedəcəyi deyildiyi üçün həmin yerə gedib bir qədər gözlədikdən sonra Rəşad gəlmişdir. Yaxınlaşıb özlərini təqdim etmiş, Goranboy rayon polis şöbəsinə getməli olduğunu demişlər. Rəşad onlara etiraz etməmiş, Gornaboy RPŞ-nin inzibati binasına gətirilib təhqiqatçının xidməti otağına aparılmış, təhqiqatçı tərəfindən hüquq və vəzifələri izah edilib narkotik vasitələrin dövriyyəsində şübhəli olduğu bildirilib şübhəli şəxs qismində tutulmuş, vəkil çağırılmış, videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Üzərində olan əşyaları könüllü olaraq təqdim etməsi təklif edilmiş, Təqsirləndirilən şəxs əynində olan gödəkçənin cibindən içərisində psixotrop maddə metamfetaminə bənzər kütlə olan bir ədəd şəffaf rəngli sellofon bükümü çıxarıb təqdim etmiş, həmin kütlə elektron tərəzi ilə çəkilmiş, qablaşdırılmış, şifahi sorğu sual zamanı həmin kütləni tapdığını istifadə üçün üzərində saxladığını, heç kimə vermədiyini satmadığını bildirmişdir. Məhkəmədə verilmiş suallara cavab olaraq Şahid1 göstərdi ki, özü və digər əməliyyat müvəkkili Rəşadı kənd ərazisində piyada olarkən saxlamış və Goranboy RPŞ-yə aparmışlar. Goranboy RPŞ-yə gətirildikdən sonra birbaşa təhqiqatçıya təhvil verilmiş və özləri də aparılan şəxsi axtarışda iştirak etmişlər. Rəşada qarşı nə özü, nə də digər əməliyyat müvəkkili tərəfindən hansısa zorakılıq, hədə-qorxu, təsir olmamışdır. Təqsirləndirilən şəxsin göstərdiyi guya əynində olan gödəkçənin ondan alınıb qısa müddət sonra qaytarılması və həmin gödəkçənin iç cibinə psixotrop maddə qoyulması barədə göstərdikləri isə əsassızdır. Şahid qismində dindirilmiş Şahid2 da Şahid1lə eyniməzmunlu ifadə verərək göstərmişdir ki, Təqsirləndirilən şəxs saxlanıldıqdan sonra Goranboy rayon polis şöbəsinə aparılmış, üzərinə keçirilmiş şəxsi axtarış zamanı 1 ədəd bükümdə psixotrop maddəyə bənzər kütləni təqdim etmiş, axtarışda şifahi-sorğu sual zamanı psixotrop maddəni yerdən tapdığını demiş, ona qarşı heçbir fiziki və psixi zorakılıq olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “şəxsi axtarış aparılması barədə protokol”dan, əlavə edilmiş DVD disk və fotocədvəldən görünür ki, keçirilmiş şəxsi axtarış zamanı qanunsuz əşyaları verməsi təklif edildikdə Təqsirləndirilən şəxs əynində olan boz rəngli gödəkçəsinin iç cibindən çıxarıb təqdim etdiyi şəffaf rəngli sellofan bükümdə psixotrop maddə olan metamfetaminə bənzər maddə aşkar edilib götürülmüş, şifahi sorğu-sual zamanı həmin maddəni bir gün əvvəl- xx.xx.2023-cü ildə yaşadığı Qaradağlı kəndində yol ilə gedən zaman tapdığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış məhkəmə-kimyəvi ekspertizanın 30 mart 2023-cü il tarixli, 16/371 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetaminə bənzər maddə.” sözləri və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 9,860 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamindir. Məhkəmədə araşdırılmış məhkəmə-narkoloji ekspertizanın 06 aprel 2023-cü il tarixli, 590 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işində olan və məhkəmədə tədqiq edilmiş məhkəmə-psixatrik ekspertizanın xx.xx.2023-cü il tarixli, 238 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı psixi xəstəlik keçirmir və hazırda da psixi xəstəlik əlamətləri aşkar edilmir, Təqsirləndirilən şəxs cinayət hadisəsi baş verən vaxt öz hərəkətlərini ölçüb-biçmək və idarə etmək iqtidarında olmuşdur, Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur. Cinayət işinə əlavə edilmiş və məhkəmədə araşdırılmış xx.xx.2023-cü il tarixli “maddi sübut qismində tanınması haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və ekspertiza tədqiqatından sonra təmiz çəkisi 9,760 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin iş üzrə əhəmiyyət kəsb etdiyindən maddi sübut qismində tanınaraq saxlanılması üçün Goranboy RPŞ-nin saxlancına verilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş əməliyyat tapşırığına cavab olaraq verilmiş Goranboy RPŞ-nin xx.xx.2023-cü il tarixli 3-13-75/1-4451/2023 №li məktubdan görünür ki, Təqsirləndirilən şəxs 28 mart 2023-cü il tarixdə şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 9,860 qram olan külli miqdarda maddə olan kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini şəxsi istifadəsi ilə əlaqədar boz və qara rəngli ön hissəsi zəncirbəndlə bağlanılan gödəkcənin yuxarı sol iç cibinə yerləşdirib qanunsuz saxlayaraq daşımışdır. Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin satışı işi məşğul olması müəyyən edilməmiş, Goranboy rayonu ərazisində və digər ərazilərdə analoji cinayətlərdə iştirakının olması müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Goranboy rayonu Qaradağlı kəndi ərazisindən asfalt yolun kənarında yerdən tapdığı bir ədəd şəffaf sellofan kəsiyi bükümündə psixotrop maddə - metamfetaminin kimə məxsus olması və ya həmin yerə hansı şəraitdə gətirilməsinin müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış DİN Baş Əməliyyat və Statistika İdarəsindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən müəyyən edilir ki, Təqsirləndirilən şəxs əvvəl məhkum edillməmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmədə araşdırılmış Goranboy RMX PHŞ-dən verilmiş xx.xx.2023-cü il tarixli, PHŞ-6-39/2-207/2023 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın ruhi-əsəb və narkoloji kabinetlərində qeydiyyatda deyil. İş materiallarına əlavə olunmuş və məhkəmədə araşdırılan Goranboy RİHB Qaradağlı kənd İƏD üzrə nümayəndəlikdən verilən xx.xx.2023-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur və 1959-cu il təvəllüdlü anası ilə birlikdə Goranboy rayonu Qaradağlı kəndində yaşayır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilmiş “şübhəli şəxsin tutulması haqqında” 29 mart 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il saat 15:35-də Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli olduğu üçün tutulmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan qərarlardan görünür ki, 31 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi təqsirləndirilən şəxs qismində cəlb edilmiş, ona həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilərək barəsində Goranboy rayon məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4 (045)-17/2023 saylı qərarı ilə “həbs” qətimkan tədbiri seçilmişdir. İşin məhkəmə baxışı zamanı "xxxx" MMC-yə verilmiş sorğuya verilmiş xx.xx.2024-cü il tarixli, AZF/LGL-1628/24 saylı cavab məktubundan görünür ki, Goranboy Rayon Məhkəməsinin 5 (045)-25/2023 saylı xx.xx.2023-cü tarixli qərarının icrası olaraq xx.xx.2023-cü il tarixdə Goranboy RPŞ-yə aidiyyəti məlumatlar göndərilmişdir. Məhkəmə tərəfindən Goranboy RPŞ-yə verilmiş sorğu ilə bağlı daxil olmuş xx.xx.2024-cü il tarixli, 3-13-75/2-8546/2024saylı məktubdan görünür ki, 3-13-75/2-8546/2024 saylı cavab məktubundan görünür ki, "xxxx" MMC-nin xx.xx.2023-cü il tarixli, AZF/LGL-6528 saylı məktubu və Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrə dair məlumatlar Goranboy RPŞ-yə daxil olmamışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, cinayət işi materiallarından Təqsirləndirilən şəxs aşkar edilmiş psixotrop maddənin mənbəyi ilə bağlı Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə 230470051№li cinayət işi əlavə icraata ayrılmış sənədlərin surəti iş materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs məhkəmə baxışında öz təqsirsizliyinə dəlil olaraq xx.xx.2023-cü ildə yaşadığı kənddə maşınla evlərinə qayıdarkən polis əməkdaşlarının onu izləyib qarşısına çıxıb, müxtəlif bəhanələrlə (avtomobil təmir etmək üçün avadanlıq istəməklə) ona yaxınlaşıb onu heç bir səbəb göstərmədən polis şöbəsinə apardıqlarını, orada olduğu müddətdə də əynində olan gödəkçəni çıxarıb qısa müddət sonra təkrar verib videoçəkilişdən əvvəl keçirtdikləri axtarış zamanı öz qoyduqları bükülünü çıxartdıqlarını, həmin bükülünü götürməsə yaşadığı evdən daha artıq miqdar narkotik çıxacağını deyib psixi təsir etdikləri üçün, hüquqlarını bilmədiyinə görə polis əməkdaşları ilə razılaşıb özünə məxsus olmasa da həmin bükülünü götürüb çəkilişdə təqdim etməsini və tapdığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərdikləri yuxarıda qedyd edilən halların öz ifadəsindən başqa digər mötəbər sübutlarla təsdiq edilmədiyi, işin faktikiməhkəmədə araşdırılmış halları ilə ziddiyyət təşkil etdiyi üçün ifadələrini həmin hissədə sübut kimi qəbul etmir, həmin ifadələri təqsirləndirilən şəxsin özünümüdafiə üçün gətirdiyi dəlil olaraq qiymətləndirir və cəzadan yaxa qurtarmaq cəhdi kimi qiymətləndirir və gəldiyi nəticəni aşağıdakılarla əsaslandırır. Belə ki, iş materiallarına əlavə edilən xx.xx.2023-cü ildə videoçəkilişlə aparılmış şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs ona qarşı edildiyini iddia etdiyi psixi təsir və təzyiqlə bağlı qeyri-adi psixo-emosional halda olduğunu göstərən hal müəyyən edilməmiş, Təqsirləndirilən şəxs könüllü şəkildə gödəkçəsinin cibindən çıxartdığı 1 ədəd bükülünü təqdim edib içində psixotrop maddə olan metamfetamin olduğunu bildirmiş və yoldan tapdığını göstərmişdir. Həmin videoçəkilişə fasilə verilməsini, görüntülərin təkrar edilməsini göstərən hal isə müəyyən edilməmişdir. Məhkəmə tərkibi qeyd etməyi zəruri hesab edir ki hüquq mühafizə orqanları tərəfindən fiziki yaxud psixi zorakılığa təzyiqə məruz qalan (qaldığı iddia edilən) şəxsin videoçəkilişlə keçirilən istənilən əməliyyat-axtarış və istintaq hərəkəti zamanı, həmin qanunsuzluqlar, eləcə də edilmiş yaxud edilməsi ehtimal edilən digər hərəkətlərə öz etirazını həm şifahi (verbal), həm də müxtəlif jest və mimika (üz cizgiləri əl-qol hərəkətləri ilə) bildirmək imkanı daha əlverişli və əlçatandır. İstintaq hərəkətlərində müdafiəçi (vəkilin) iştirakı isə təqsirləndirilən şəxsin müdafiə hüququ və qanunla yol verilən bütün hüquq və azadlıqlarının təmin edilməsi üçün əlavə imkan yaradır. Hazırki iş üzrə videoçəkilişdən görünür ki, Təqsirləndirilən şəxs yaxud istintaq hərəkətində iştirak edən müdafiəçisi tərəfindən təhqiqat orqanının əməkdaşlarına qarşı (iddia edilən kimi artıq edilən və davam edən hərəkətlərlə bağlı) heçbir etiraz edilməmiş, keçirilən şəxsi axtarışda Təqsirləndirilən şəxs təqdim etdiyi psixotrop maddəni yerdən tapıb istifadə üçün saxladığını bildirmişdir. Həmçinin barəsində xx.xx.2023-cü ildə Goranboy rayon Məhkəməsində “həbs” qətimkan tədbiri seçilərkən də Təqsirləndirilən şəxs psixotrop maddəni yerdən tapdığını, ittiham olunduğu əməl üzrə özünü təqsirli bildiyini və əməlindən səmimi peşmanlıq çəkdiyini bildirmişdir. Bundan başqa Təqsirləndirilən şəxs məhkəmə baxışında göstərmişdir ki, istintaq təcridxanasında olduğu müddətdə həqiqətə söyləmək qərarı gəlmiş və məhkəmə istintaqı zamanı öz vəsatəti əsasında dindirilmiş və ilkin ifadəsindən daha ətraflı şəkildə ifadə vermişdir. Bununla bağlı məhkəmə qeyd edir ki,təqsirləndirilən şəxs məhkəmə baxışına qədər yəni ibtidai araşdırma dövründə istintaq təcridxanasında saxlanılmışdır ki, onun oxşar xarakterli cinayət törətməsi ehtimal edilən təqsirləndirilən şəxslər və barəsində ittiham hökmü çıxarılmış məhkum edilmiş şəxslərlə ünsiyyətdə olması barəsindəki cinayət işinin faktiki və hüquqi hallarını müzakirə və təhlil etməsi istisna edilmir. Nisbətən “təcrübəyə malik” şəxslərin təsiri altında Təqsirləndirilən şəxs verdiyi ifadələrini dəyişməsi, yaxud əvvəlkindən fərqli məzmunlu ifadələr verməsi istisna edilmədiyindən, həmçinin işin ibtidai araşdırması zamanı ifadə vermək imkanından istifadə etməməsi, ona qarşı edilmiş qanunsuzluqlar barədə hər hansı səlahiyyətli orqana məlumat verərək (müraciət edərək) iddia etdiyi halların araşdırılmasını tələb etməməsi, məhkəmə tərkibində təqsirləndirilən şəxsin ifadələrinin həmin hissədə əsassız olması barədə qənaətə gətirmişdir. Odur ki, məhkəmə tərkibi təqsirləndirilən şəxsin işin ibtidai istintaqı dövründə şübhəli şəxs qismində verdiyi ilkin izahat və ifadələrini, aparılmış videoçəkiliş zamanı və sonrakı dövrdə təqsirləndirilən şəxs qismində verdiyi ifadələrini, iş materiallarında olan və məhkəmədə dindirilmiş şahid ifadələrini, sənədləri və istintaq hərəkəti protokollarını, şəxsi axtarışın qeydə alındığı videoçəkilişi və digər sübut növlərini şəxsin təqsirliliyini sübut edən mötəbər sübutlar kimi qəbul edir. Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahının tətbiq edilməsi haqqında” Qanununun İİ siyahısında psixotrop maddə hesab edilən metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdarı (təmiz halda qramlarla) daxil olmaqla aşağı həddi 2 qram göstərilmişdir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanununa əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi -həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlərdir (1.0.9.); narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz daşınması və ya göndərilməsi - həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlərdir (1.0.8). Həmin Qərarın 5-ci bəndinə əsasən təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Beləliklə, məhkəmə, Təqsirləndirilən şəxs işin ibtidai istintaqı zamanı verdiyi tam etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkəti protokolları və əlavələri, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə baxışında Təqsirləndirilən şəxs törətdiyi əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını və əvvəllər məhkum edilməməsini Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə, Azərbaycan Respublikası CM-nin 41.2 və 58.3-cü maddəsinə müvafiq olaraq cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin ediləcək cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll edir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsi, törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası CM-nin 9.2-ci maddəsində isə deyilir ki, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli 4 №-li qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Məhkəmə, təqsirləndirilən şəxsə cəza məsələsini və onun həddini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs islah olunması onun cəmiyyətdən müəyyən müddətə təcrid olunması ilə mümkündür. Məhkəmənin iş üzrə təqsirləndirilən şəxsə aşkar edilmiş psixotrop maddənin çəkisinə uyğun olaraq fərdiləşdirilmiş həddə azadlıqdan məhrumetmə cəzası təyin etməsi Təqsirləndirilən şəxs cəzanın çəkilmə müddətində davranışı ilə islah olacağı təqdirdə vaxtından əvvəl azad edilməsinin, əfv edilməsini, eləcə də barəsində amnistiya tətbiq edilməsini istisna etmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində satış məqsdi olmadan qanunsuz olaraq narkotik vasitələri külli miqdar əldə etmə saxlama daşımaya görə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinin tələbinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Azərbaycan Respublikası CPM-nın 158.2 və 158.6-cı maddələrinin tələblərinə əsasən ibtidai istintaq müddətində şübhəli şəxs qismində tutulduğu həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəzaçəkməsinin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hök qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs ərazi üzrə narkoloji dispanserdə qeydiyyata götürülməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələbinə görə məhkəmə hər bir cinayət işi üzrə Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli olan əmlakın olub-olmaması məsələsini həll etməlidir. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə maddi sübut olaraq Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar edilmiş, iş üzrə maddi sübut kimi tanınmış və tədqiqata sərf edildikdən sonra qalıq qalmış 9,760 qram narkotik vasitə olan metamfetamin məhv edilməli, istintaq hərəkəti protokolu və telefon danışıqlarına dair məlumatların əks olunduğu 1 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə mülki iddia və maddi ziyan yoxdur. Məhkəmə məsrəfi olan 32,40 (otuz iki manat qırx qəpik) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisində çəksin, cəzaçəkmənin əvvəli şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə narkoloji dispanserdə profilaktiki qeydiyyata götürülsün. İş üzrə maddi sübut qismində tanınaraq Goranboy rayon polis şöbəsində saxlanılan 9,760 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülərin olduğunu 1 ədəd DVD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulub Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar