Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-124/2024 23.05.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X2 və Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı-Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı və kiçik ədliyyə müşaviri X3, Zərərçəkmiş şəxs, müdafiəçi–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, məhkum olunmuş, işsiz, Gəncə şəhəri Gülüstan massivi ev 36, mənzil 39 ünvanında yaşayış yeri üzrə qeydiyyatda olmaqla, tutulanadək həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.4.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında 25 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” ərzaq mağazasının qarşısında saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparılmış, həmin inzibati binada üzərində şəxsi axtarış aparılan zaman əynində olan mavi rəngli cins şalvarın sağ ön cibindən 1 (bir) ədəd şəffaf polietilən kəsiyi bükümündə təmiz çəkisi 0,252 qram təşkil edən kustar üsulla hazırlanmış psixotrop maddə “metamfetamin” aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq talamaq məqsədi xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək olan müddətdə yəni istintaqa dəqiq məlum olmayan vaxtda Gəncə şəhəri Gülüstan qəsəbəsi Qəmərli küçəsində, yeni tikilidə yaşayan Zərərçəkmiş şəxs məxsus Gəncə şəhəri Qəmərli küçəsində yerləşən, ətrafı daşla hasarlanmış həyatyanı sahəyə qanunsuz daxil olaraq həmin yerdən 870 manat dəyərində dəmir darvazanı, 75 diametr ölçüdə 64 metr uzunluğunda 448 manat dəyərində dəmir künclük (uqolnik) və 28 diametr ölçüdə 8 ədəd 2,5 metr uzunluğunda 100 manat dəyərində dəmir armaturu gizli olaraq talamaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi olmadan ümumi təmiz çəkisi 0,375 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, bu barədə Gəncə şəhər BPİ-nin 1-ci polis şöbəsinə daxil olmuş məlumat əsasında 18 yanvar 2023-cü il tarixdə, saat 11:40 radələrində həmin şöbənin CAB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı evin yaxınlığında saxlanılaraq Gəncə şəhəri, H.Əliyev prospekti 475 ünvanında yerləşən 1-ci polis şöbəsinə aparılmış, Polis Şöbəsinin inzibati binasında üzərində şəxsi axtarış aparılan zaman əynində olan əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 0,375 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləməmiş, arabir "patı" kimi adlandırdığı psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 25 noyabr 2022-ci il tarixdə, saat 21 radələrində narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olduğu üçün Gəncə şəhər Ş.İ.Xətai prospektində yerləşən “Bolmart” marketin qarşısında saxlanılaraq 2-ci PŞ-yə gətirilmiş, daha sonra ona üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmiş, həmin vaxt ondan üzərində hər hansısa qanunsuz əşya və ya predmet, narkotik vasitə olub-olmaması soruşulan zaman, əynində olan mavi rəngli cins şalvarının sağ ön cibindən 1 ədəd sellofona kəsiyinə bükülmüş psixotrop maddə olan metamfetamini çıxarıb təqdim etmişdir. Sonra isə əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 50 qəpik pulu, 1 qutu Prima markalı siqaret və 1 ədəd alışqanı çıxardıb təqdim etmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirilən zamanı əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 1 manat pul və gödəkçənin sağ yan cibindən isə 1 ədəd salfet aşkar edilmişdir. Bundan sonra 18 yanvar 2023-cü il tarixində yaşadığı ünvanın yanında olarkən 2 nəfər mülki formada olan şəxs ona yaxınlaşıb özlərini təqdim edərək polis əməkdaşı olduqlarını bildirmişlər, narkotik vasitə və psixotrop maddə gəzdirməkdə və saxlanılmasında şübhəli olduğunu bildirib onu Gəncə şəhəri 1-ci PŞ-yə gətirmişlər. Gəncə şəhər 1-ci PŞ-yə gətirilən zamanı ona qarşı hər hansı psixi və fiziki zor tətbiq olunmamışdır. Gəncə şəhər 1-ci PŞ-də üzərinə şəxsi axtarış keçirilmiş və üzərində olan əynindəki göy rəngli cins şalvarın sağ ön cibindən gümüşü rəngli siqaret falqasına bükülmüş bir ədəd büküm aşkar olunmuşdur. Həmin bir ədəd büküm açılmış, içərisində ağ rəngli, toz və kristal vəziyyətdə psixotrop maddə metamfetamin aşkar edilmişdir. Narkotik vasitə və psixotrop maddə aludəçisi olduğu üçün həm 25 noyabr 2022-ci ildə, həm də 18 yanvar 2023-cü il tarixdə üzərindən aşkar olunan metamfetamini şəxsi istifadəsi üçün özündə saxlamış, aşkar olunmuş həmin maddələrdən heç kəsə satmamış, belə bir niyyəti olmamış, nə də kiməsə verməmişdir. Bundan başqa 2022-ci ilin dekabr ayında Gəncə şəhər Gülüstan qəsəbəsi Qəmərli küçəsində olan zaman küçədə divara söykənmiş vəziyyətdə olan darvaza görmüş, həmin darvazanın kiməsə lazım olmadığı üçün kənara atıldığını düşünüb, darvazanı ələ keçirmək üçün 2244 taksi xidmətindən yük avtomobili sifariş etmişdir. Həmin yük avtomobilinin yanında fəhlələr də gəlmiş, lakin nə fəhlələri, nə də ki sürücünü tanımamışdır. O, həmin yük avtomobili ilə Avtozavod qəsəbəsi tərəfdə darvazanı və metal parçalarını səyyar metal alqı satqısı ilə məşğul olan nömrəsini bilmədiyi ağ rəngli, üstü baqajlı “Qaz 24” markalı avtomobilin sürücüsünə 190 manata satmışdır. Həmçinin bildirmişdir ki, hasarlanmış sahəyə daxil olmamış, yalnız divara söykənmiş vəziyyətdə olan darvazanı və darvazanın arxasında olan metal parçaları oğurlamışdır. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, o, heç bir yerdə narkotik vasitə və ya psixotrop maddə saxlamır. Onun psixotrop maddəni satmaq fikri olmamış, kiməsə pay verməmiş, heç vaxt psixotrop maddə və ya narkotik vasitənin satışı ilə məşğul olmamışdır. O, həmin bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş olan psixotrop maddə metamfetamini xx.xx.2023-cü ildə səhər saatlarında Gəncə şəhərində yaşadığı ünvanın yaxınlığında yerdən tapmış, şəxsi istifadəsi üçün özündə saxlamışdır. Üzərindən aşkar edilmiş metamfetamini satmaq niyyəti olmamışdır. Məhkəmə baxışı iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, hərbi qulluqçu olduğu üçün döyüşlər zamanı xəsarətlər almış və sözgedən xəsarətlərin müalicəsi ilə əlaqədar hərbi hospitalda olmuşdur. Hospitalda olan zaman ona məxsus darvazanın oğurlandığı bilmişdir. Bundan sonra o, bu barədə polisə məlumat vermişdir. Həmin torpaq sahəsinin yaxınlığında yerləşən ona məxsus 4 sot torpaq sahəsini daşla hasara almış, giriş darvazasını da alıb həmin yerə hasarın iç tərəfinə söykəmişdir. Həmçinin həyətdə müxtəlif ölçülü dəmir tikinti materialları toplamışdır. 19 dekabr 2022-ci il tarixdə şəxsi işi ilə əlaqədar olaraq Bakı şəhərinə getmiş, 12 yanvar 2023cü il tarixdə Bakı şəhərindən qayıdanda torpaq sahəsində barıya söykədiyi təxmini 600-700 manat civarında aldığı dəmir darvaza, həyətdəki tikilidə olan 448 manat dəyərindɔ 75 diametr 64 metr uzunlugda dərir künclük (uqolnik) və 100 manat dayərində 28 diametr ölçüdə 8 ədəd 2,5 metr uzunluqda armaturun yerində olmadığını, naməlum şəxs tərəfindən oğurlandığını bilib 1-ci polis şöbəsinə gedərək şikayat ərizəsi yazmışdır. Bununla yanaşı dəmir alqı-satqısı işinə baxan tanışı X6 darvazasının oğurlandığını, əgər ona satmaq üçün darvaza gətiriləndə məlumat verməsini bildimişdir. Daha sonra Fazil ona darvaza gətirildiyini bildirib həmin darvazaya gəlib baxmasını bildirmişdir Bundan sonra o, Fazilin yaşadığı evin həyətinə gedib həmin darvazaya baxmış və həmin darvazanın ona məxsus olduğunu bildirilmişdir. O, darvazanı hardan aldığını Fazildən soruşanda sonuncu darvazanı tanımadığı şəxsdən aldığını, lakin həmin şəxsin şəxsiyyətini təsdiq edən sənədi aldığını bildirmişdir. Bundan sonra o, darvazanı Fazildən götürüb yaşadığı evin həyətinə aparmışdır. Təqsirləndirilən şəxs ona məxsus Gəncə şəhəri Qəmərli küçəsində yerləşən içərisində yarım tikili olan torpaq sahəsindən hasara söykədiyi 870 manata aldığı dəmir darvazanı, həyətdə tikilidə olan 448 manat dəyərində 75 diametr 64 metr uzunlugda uqolniki və 100 manat dəyərində 28 diametr ölçüdə 8 ədəd 2,5 metr uzunluqda armaturu gizli yolla oğurlamış, oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 1418 manat dəyərində maddi ziyan dəymişdir, lakin ondan oğurlanan sözügedən malların hamısının Təqsirləndirilən şəxs tərəfindən oğurlanıb-oğurlanmaması barədə məlumatı yoxdur və Təqsirləndirilən şəxs da tanımır. Bundan başqa o, Təqsirləndirilən şəxs barəsində heç bir şikayət və tələbinin olmadığını məhkəmə heyətinə bildirmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsində Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 25 noyabr 2022-ci il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi, əldə edib üzərində gəzdirməsi, saxlaması barədə Cinayət Axtarış Bölməsinə daxil olmuş əməliyyat məlumatı haqda raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Daha sonra əməliyyat-axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Gəncə şəhəri X13 prospektində yerləşən “Bolmart” adlı marketin qarşısında müəyyən edib əməliyyat müşahidəsinə götürmüşlər. Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq narkotik vasitə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirmək məqsədi ilə 2-ci Polis Şöbəsinin inzibati binasına aparmışlar. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması soruşulanda Təqsirləndirilən şəxs üzərində olan metamfetaminə bənzər kütləni təqdim etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş kütlənin patı kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu, həmin kütləni 25 noyabr 2022-ci il tarixdə, səhər saatlarında Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən «Bolmart» marketin yanından yerdən tapdığını, narkotik vasitə aludəçisi olduğunu, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da onlara qarşı hər hansı bir müqavimət göstərməmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitələri satması faktı öz təsdiqini tapmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsində Cinayət Axtarış Şöbəsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir.18 yanvar 2023-cü il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq psixotrop maddə və ya narkotik vasitə qəbul etməsi, psixotrop maddə və ya narkotik vasitə əldə edib üzərində gəzdirməsi, saxlaması barədə Cinayət Axtarış Şöbəsinə daxil olmuş əməliyyat məlumatı haqda raportla rəhbərliyə məlumat verdikdən sonra əməliyyat axtarış tədbirlərinin keçirilməsinə dair qərar qəbul edilmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Rəşad Mikayıl oğlunu yaşadığı evin yaxınlığında müəyyən edib əməliyyat müşahidəsinə götürmüşlər, Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edib qanunsuz olaraq psixotrop maddə əldə edib üstündə saxlamaqda şübhəli olduğunu bildirib üzərinə baxış keçirtmək məqsədi ilə sonununu 1-ci Polis Şöbəsinin inzibati binasına aparmışlar. Bundan sonra videoçəkiliş vasitəsilə müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılan zamanı üzərində saxlanılması qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet olması soruşulanda Təqsirləndirilən şəxs üzərində patı kimi adlanan narkotik vasitə olduğunu bildirmiş və əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən gümüşü rəngli siqaret falqasına bükülmüş bir ədəd bükülünü çıxardıb təqdim etmişdir. Həmin siqaret falqasına bükülmüş bükülünün içərisindən psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə oxşar metamfetaminə bənzər kütləni haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs bildirmişdir ki, 18 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Gəncə şəhərində yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, narkotik vasitə aludəçisi olduğunu, özü istifadə etmək məqsədilə üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə vermədiyini, satmadığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən 0,56 qram çəkidə psixotrop maddə olan metamfetamindən başqa saxlanılması qanunla qadağan olunmuş digər hər hansı bir əşya və ya predmet aşkar olunmamışdır. Təqsirləndirilən şəxs ilə heç bir münasibəti, hər hansı bir düşmənçilik və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs qarşı heç bir zor və fiziki güc tətbiq edilməmiş, həmçinin Təqsirləndirilən şəxs da onlara qarşı hər hansı bir müqavimət göstərməmişdir. Əməliyyat məlumatı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələri gəzdirməsi, saxlaması ilə bağlı olmuşdur. Təqsirləndirilən şəxs narkotik vasitələr və ya psixotrop maddə satması isə müəyyən olunmamışdır. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid4 şahid X4 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 yanvar 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 noyabr 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 noyabr 2022-ci il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, 27 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmiş, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİnin MSY-dən azad olunaraq barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 yanvar 2023-cü il tarixli qərardan görünür ki, 19 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işi Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1-ci maddəsinə tövsif edilərək istintaqı davam etdirilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin 20 yanvar 2023-cü il tarixli, 4(125)-38/2023 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.2.3, 234.1-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli 18 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin 14 mart 2023-cü il tarixli, 4(125)-135/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 18 mart 2023-cü il tarixdən 18 aprel 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin 12 aprel 2023-cü il tarixli, 4(125)-191/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs 2 (iki) ay, yəni 18 aprel 2023-cü il tarixdən 18 iyun 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 4(125)-73/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin 01 dekabr 2020-ci il tarixli, 1 (044)-60/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib ona həmin maddələri ilə 02 iki il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 22 sentyabr 2020-ci il tarixli, 1(104)-284/2020 saylı qərarı ilə təyin edilmiş 02 il müddətinə azadlıqdan məhrumetmə cəzası hazırki hökm üzrə ona təyin edilmiş 02 il müddətə azadlıqdan məhrumetmə cəzası ilə qismən toplanmaqla cinayətlərin məcmusu üzrə Təqsirləndirilən şəxs 02 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 03 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) 05 (beş) ay 27 (iyirmi yeddi) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 yanvar 2023-cü il tarixli “şəxsi axtarış haqqında” protokoldan görünür ki, 18 yanvar 2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Bəxtiyar Həşimov tərəfindən şəxsi axtarış və götürmə haqqında protokol tərtib olunmuş, video çəkiliş vasitəsilə vətəndaş Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı onun əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli siqaret falqasına bükülmüş içərisində 0,56 qram psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüş, həmin bükülü zərfə qoyulub qablaşdırılaraq möhürlənmiş, baxış keçirilən zamanı çəkilmiş videogörüntü bir ədəd DVD diskə köçürülərək materiala əlavə olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12 yanvar 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 12 yanvar 2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Bəxtiyar Həşimov tərəfindən oğurluq cinayətinin baş verdiyi yerə, yəni Zərərçəkmiş şəxs yaşadığı Gəncə şəhəri, Gülüstan qəsəbəsi Qəmərli küçəsində yerləşən ünvana baxış keçirilmiş, hadisə yerinə baxış keçirilməsi barədə protokol tərtib olunmuş, hadisə yerinin fotoşəkillər çəkilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 26 noyabr 2022-ci il tarixli, 16/1329 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs aşkar edilmiş kütlə...” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,252 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının 18 yanvar 2023-cü il tarixli, 16/90 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 ədəd falqa içərisində olan psixotrop maddə metamfetaminə bənzər kütlə 0,56 qram çəkidə....” yazılar və imzalar olan kağız paketdəki 1 (bir) ədəd “gümüşü” rəngli kağız bükümdə təmiz çəkisi 0,375 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə – metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Cinayət işi üzrə Təqsirləndirilən şəxs psixotrop maddəni haradan əldə etməsini, kiməsə psixotrop maddə satması, o cümlədən narkotik vasitələrin satışı ilə məşğul olubolmamasını müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və cinayət işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 122-46378-1222 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitə satması barədə məlumat daxil olsa da lakin satdığı şəxslərin əhatəsi, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Cinayət işi üzrə Təqsirləndirilən şəxs psixotrop maddəni haradan əldə etməsini, kiməsə psixotrop maddə satması, o cümlədən narkotik vasitələrin satışı ilə məşğul olubolmamasını müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 3-13-57-1/2-1189/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitə satması barədə məlumat daxil olsa da lakin satdığı şəxslərin əhatəsi, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Cinayət işi üzrə Təqsirləndirilən şəxs yuxarıda şərh olunan oğurluq cinayətini tək və yaxud kiminləsə törətməsi, Təqsirləndirilən şəxs yuxarıda şərh olunan oğurluq cinayətini törədərkən ona kömək edən hər hansı şəxsin olub-olmamasını, Təqsirləndirilən şəxs oğurluq cinayətini törədərkən kənardan onun əməlini görüb-görməyən şəxslərin müəyyən edilməsi, Təqsirləndirilən şəxs darvazanı və metal parçalarını satdığı “Qaz 24” markalı avtomobilin sürücüsünün müəyyən olunması, Təqsirləndirilən şəxs rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak edib-etməməsini müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 3-13-57-1/2- 1250/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs oğurluq cinayətini tək törətmiş, həmin cinayət hadisəsini törətməkdə ona heç kim köməklik göstərməmiş, oğurluq cinayətini törədərkən kənardan heç kim onu görməmiş, rayon ərazisində baş vermiş digər cinayətlərdə iştirak etməmiş, həmçinin Təqsirləndirilən şəxs cinayət yolu ilə əldə etdiyi darvaza və metal parçalarını satdığı “Qaz 24” markalı avtomobilin sürücüsünü müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 fevral 2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilən zamanı video çəkilişin qeydə alındığı bir ədəd DVD materiala əlavə edilmiş, həmin video görüntüyə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin TB-də baş təhqiqatçı, polis mayoru Çərkəz Mustafaoğlu, Gəncə şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2, CAB-ın əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunanda Təqsirləndirilən şəxs əynində olan mavi rəngli cins şalvarının sağ ön cibindən sellofan kəsiyinə bükülmüş bir ədəd bükülünü, əynindəki gödəkçənin sol yan cibindən 50 qəpik xırda pul, bir ədəd «Prima» markalı siqaret qutusu və bir ədəd alışqanı çıxardıb təqdim edir. Həmin bükülü açılır və içərisindən toz şəkilli, şüşəyə bənzər, spesifik iyə malik, ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunur. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə oxşar metamfetaminə bənzər kütləni haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs bildirir ki, 25 noyabr 2022-ci il tarixdə, səhər saatlarında Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən «Bolmart» marketin yanından yerdən tapdığını, narkotik vasitə aludəçisi olduğunu, özü istifadə etmək məqsədilə üzərində saxladığını bildirir. Bundan sonra əməliyyatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı əynindəki gödəkçənin sağ yan cibindən bir ədəd 1 manatlıq mili pul əskinazı, gödəkçənin sol yan cibindən bir ədəd salfet aşkar olunur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd alışqan, bir ədəd 1 manatlıq mili pul əskinazı, bir ədəd salfet, 50 qəpik xırda pul, bir ədəd «Prima» markalı siqaret qutusu iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş həmin kütlə sellofan kəsiyinə bükülmüş bükülü ilə birlikdə aptek tərəzisində çəkilir və çəkisi 0,35 qram müəyyən olunur, zərfə qoyularaq qablaşdırılır, zərfin üzərin DİN-in 120 saylı möhürü ilə möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Müdafiəçi Samir Əsgərov polis əməkdaşları tərəfindən saxlanılıb Şöbəyə gətirilən zamanı hər hansı bir təzyiq olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təzyiq olmadığını bildirir. Müdafiəçi Samir Əsgərov Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotk vasitənin özünə məxsus olduğunu soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitənin özünə məxsus olduğunu bildirir. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 22 fevral 2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə video çəkiliş ilə şəxsi axtarış keçirilən zamanı video çəkilişin qeydə alındığı bir ədəd DVD materiala əlavə edilmiş, həmin video görüntüyə baxış keçirilmiş və diskə baxış zamanı müəyyən edilmişdir ki, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin TB-də təhqiqatçı, polis kapitanı Bəxtiyar Həşimov, Gəncə şəhər BPİ-nin 1-ci PŞ-nin CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Firuz Rəsulzadə, CAŞ-ın əməliyyat müvəkkili, polis leytenantı Şahid4, müdafiəçi X1 iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir. Şəxsi axtarış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir. Daha sonra ona üzərində qanunla qadağan olunmuş əşya və predmet varsa təqdim etməsi təklif olunanda Təqsirləndirilən şəxs üzərində patı kimi adlanan narkotik vasitə olduğunu bildirir və əynində olan qara rəngli cins şalvarının sağ yan kiçik cibindən gümüşü rəngli siqaret falqasına bükülmüş bir ədəd bükülünü çıxardıb təqdim edir. Həmin siqaret falqasına bükülmüş bükülü açılır və içərisindən krital şəkilli, şüşəyə bənzər, spesifik iyə malik, ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlə aşkar olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddəyə oxşar metamfetaminə bənzər kütləni haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs bildirir ki, 18 yanvar 2023-cü il tarixdə, səhər saatlarında Gəncə şəhərində yaşadığı ünvanın yaxınlığında yerdən tapdığını, narkotik vasitə aludəçisi olduğunu, özü istifadə etmək məqsədilə üzərində saxladığını, həmin narkotik vasitədən heç kimə vermədiyini, satmadığını bildirir. Soğu zamanı Təqsirləndirilən şəxs həmin narkotik vasitədən başqa üzərində başqa qanunsuz saxlanılan əşya olmadığını, digər yerdə gizlətmədiyini bildirir. Bundan sonra Bəxtiyar Həşimov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılan zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən bir ədəd sarı rəngli alışqan, bir ədəd 1 manatlıq mili pul əskinazı aşkar olunur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş bir ədəd sarı rəngli alışqan, bir ədəd 1 manatlıq mili pul əskinazı iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs qaytarılır. Təqsirləndirilən şəxs üzərində aşkar olunmuş həmin kütlə siqaret falqası ilə birlikdə aptek tərəzisində çəkilir və çəkisi 0,56 qram müəyyən olunur, zərfə qoyularaq qablaşdırılır, zərfin üzərin DİN-in 110 saylı möhuru ilə möhürlənir və iştirakçılar tərəfindən imzalanır. Müdafiəçi Samir Əsgərov ona hər hansı bir fiziki və ya psixi təsirin olub-olmadığını soruşan zaman Təqsirləndirilən şəxs ona qarşı heç bir təsirin olmadığını bildirir. Müdafiəçi Samir Əsgərov Təqsirləndirilən şəxs üzərindən aşkar olunmş patı kimi adlanan narkotk vasitəni harada əldə etdiyini soruşduqda Təqsirləndirilən şəxs həmin narkotik vasitəni tapdığını bildirir. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Psixonevroloji dispanserindən alınmış xx.xx.2023-cü il tarixli, 1486 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhər Narkoloji dispanserindən alınmış xx.xx.2023-ci il tarixli, 1476 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, o, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay 03 gün islah işləri cəzasına məhkum edilmiş; -Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 02 ilə endirilmiş; -Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; -Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-65/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək onun cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 10 ay 28 gün hissəsi 06 ay azaldılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 23 may 2023-cü il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 23 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixə qədər olan müddət ərzində anten dairəsi, həmin müddət ərzində daxil olan, çıxan zənglərin və mesaj mətnlərinin izahlarının, zəng edən və ya qəbul edən abunəçilərin anket məlumatlarının, həmçinin ***-***-**-** nömrəsinə zəng edən və ya həmin mobil nömrədən zəng edilən mobil nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olmasını əks etdirən diskə baxış keçirilmiş, məlum olmuşdur ki, Təqsirləndirilən şəxs, istifadəsində olan ***-***-**-** saylı mobil nömrənin anten dairəsi üzrə xx.xx.2022-ci il tarixdə, saat 20:03:15 dəqiqədə Gəncə şəhəri, Üzeyir Hacıbəyov küçəsi ilə Adil xan Ziyadxanov küçələrinin kəsişməsindən 200 metr məsafədə olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə maraq doğuran zənglər daxil olmamış və çıxmamışdır. Diskə baxış keçirilməsi barədə protokol tərtib olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-əmtəəşünaslıq ekspertizasının 26 aprel 2023-cü il tarixli, 9/2209 və 9/2217 nömrəli rəyindən görünür ki, qərarda qeyd edilən istifadəyə yararsız metal məmulatların çəkisi məlum olmadığından onların metal qırıntısı kimi qiymətini müəyyən etmək olmadı. Qeyd edilən əşyalar Ekspertiza tədqiqatına təqdim edilmədiyindən onların istifadəyə yararlı olub-olmamasını müəyyən etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 27 may 2023-cü il tarixli, 922 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Zərərçəkmiş şəxs 15 dekabr 2023-cü il tarixli məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmadığını, Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəyən ziyanın ödənildiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət işinə əlavə edilmiş öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilmiş 1 (bir) ədəd dəmir darvaza, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,252 qram psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış 0,202 qram, 0,375 qram psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış 0,325 qram çəkidə qalıqları iş üzrə mühüm əhəmiyyət kəsb etdiklərinə görə maddi sübut, eləcə də cinayət işinə əlavə edilmiş Gəncə şəhər 1-ci Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD, Gəncə şəhər 2-ci Polis Şöbəsində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 1 (bir) DVD, cinayət işinə əlavə olunmuş telefon danışıqlarının qeydə alındığı 1 (bir) ədəd CD sübut növü kimi tanınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 09 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.4.2-ci maddələrində nəzərdə tutulan yenidən ittiham elan edilmişdir. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs -oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayələrin əlamətləri vardır və həmin cinayətlərin törədilməsində o, təqsirlidir. Məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs aşkar edilmiş ümumi təmiz çəkisi 0,252 qram psixotrop maddə olan metamfetaminin (ekspertizadan qaytarılmış 0,202 qram), 0,375 qram psixotrop maddə olan metamfetaminin (ekspertizadan qaytarılmış 0,325 qram) satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan psixotrop maddələri satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşları ifadələrində narkotik vasitənin və psixotrop maddənin dövriyyəsi ilə bağlı ilkin əməliyyat məlumatının olmasına baxmayaraq, sonradan Təqsirləndirilən şəxs tərəfindən narkotik vasitənin satışının həyata keçirilməsi və ya narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə heç bir məlumatın əldə edilmədiyini bildirmişlər. Eyni zamanda cinayət işi üzrə Təqsirləndirilən şəxs psixotrop maddəni haradan əldə etməsini, kiməsə psixotrop maddə satması, o cümlədən narkotik vasitələrin satışı ilə məşğul olub-olmamasını müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və cinayət işinə əlavə olunmuş xx.xx.2022-ci il tarixli, 122-46378-1222 nömrəli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitə satması barədə məlumat daxil olsa da lakin satdığı şəxslərin əhatəsi, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiməsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, cinayət işi üzrə Təqsirləndirilən şəxs psixotrop maddəni haradan əldə etməsini, kiməsə psixotrop maddə satması, o cümlədən narkotik vasitələrin satışı ilə məşğul olubolmamasını müəyyən etmək məqsədilə əməliyyat tapşırığı verilmiş və cinayət işinə əlavə olunmuş xx.xx.2023-cü il tarixli, 3-13-57-1/2-1189/2023 nömrəli əməliyyat tapşırığına cavab məktubu ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini hansı mənbədən əldə etməsi müəyyən edilə bilməmiş, Təqsirləndirilən şəxs psixotrop maddə və ya narkotik vasitə satması barədə məlumat daxil olsa da lakin satdığı şəxslərin əhatəsi, qanunsuz olaraq psixotrop maddə əldə etməsində ona kiminsə kömək etməsi, qanunsuz yolla əldə etdiyi psixotrop maddədən digər yerlərdə gizlədərək saxlaması müəyyən edilməmişdir. Bununla yanaşı məhkəmə vurğulayır ki, istər məhkəmə istintaqı, istərsə də ibtidai istintaq zamanı Rəşad Ələbərov üzərindən aşkar edilmiş psixotrop maddəni yalnız şəxsi istifadəsi üçün saxladığını bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 27 may 2023-cü il tarixli, 922 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş psixotrop maddələrdən kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut yoxdur. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli 02 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Lakin, hazırkı iş üzrə Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Eyni zamanda Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,252 qram psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış 0,202 qramı, 0,375 qram psixotrop maddə olan metamfetaminin çəkisi istehlak miqdarından bir az çox olmaqla ümumiyyətlə külli miqdar da təşkil etmir. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxs CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmələrin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin İİİ bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha burğulayır ki, Təqsirləndirilən şəxs qeyd olunan narkotik vasitəni məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan sözügedən psixotrop maddələri satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadəsi ilə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəməkimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, metafetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Bundan başqa “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Həmin qərarın 2-ci bəndində göstərilmişdir ki, mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Həmin qərarın 7-ci bəndinə əsasən təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti bitmiş hesab edilir. Həmin qərarın 19-cu bəndinə əsasən yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. “Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq” anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Avtomobil və digər nəqliyyat vasitəsinin kabinəsi, oturacaq salonu saxlanc yerlərinə aid olmadığından oradan hər hansı əşyanın gizlin götürülməsi saxlanc yerlərinə daxil olma kimi qiymətləndirilə bilməz. Həmin qərarın 20-ci bəndinə əsasən yaşayış sahəsi dedikdə, yaşayış və qeyriyaşayış sahələri də daxil olmaqla, mülkiyyət formasından asılı olmayaraq, mənzil fonduna daxil olan, daimi və ya müvəqqəti yaşamaq üçün yararlı hesab edilən, həmçinin mənzil fonduna daxil olmasa da müvəqqəti yaşamaq üçün nəzərdə tutulmuş fərdi yaşayış evi, mənzil sahəsi başa düşülür. Bina dedikdə, istehsalat və ya digər xidməti məqsədlər üçün müvəqqəti olaraq insanların və ya maddi nemətlərin yerləşdirilməsi məqsədilə nəzərdə tutulmuş, mülkiyyət formasından asılı olmayan tikililər, qurğular başa düşülür. Anbar və başqa saxlanc yerləri məfhumuna maddi nemətlərin daimi və ya müvəqqəti saxlanması üçün nəzərdə tutulmuş, hasarla və ya digər texniki vasitələrlə təchiz olunmuş və ya başqa cür mühafizə ilə təmin edilmiş mülkiyyət formasından asılı olmayan, yaşayış tikililərindən təcrid edilmiş təsərrüfat tikililəri, ərazi sahələri, magistral boru kəmərləri və digər qurğular aiddir. Həmin qərarın 21-ci bəndinə əsasən oğurluq, soyğunçuluq və quldurluq cinayəti törətmiş şəxsin əməlinin “yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə daxil olmaq” əlaməti ilə tövsif edilməsi məsələsi həll edilərkən, məhkəmələr təqsirli şəxsin həmin yerlərdə hansı məqsədlə olmasını, həmçinin onun özgə əmlakına yiyələnmək qəsdinin hansı anda meydana gəlməsini aydınlaşdırmalıdır. Şəxs cinayət niyyəti olmadan oraya hüquqamüvafiq qaydada daxil olmuşsa, lakin sonra o, oğurluq, soyğunçuluq və ya quldurluq cinayəti törətmişsə, o zaman onun əməlində “daxil olma” əlaməti yoxdur. Şəxsin yaşayış sahəsinə, habelə binaya və ya başqa saxlanc yerlərinə qohumluğa və ya tanışlığa görə, zərərçəkmişin və ya əmlakı mühafizə edən şəxsin razılığı ilə daxil olması, yaxud onun vətəndaşların azad girib-çıxa biləcəyi mağazanın ticarət zalında, ofisdə və digər yerlərdə olması qeyd edilən tövsifedici əlamətlərin mövcudluğunu istisna edir. Şəxs “daxil olmaq” əlamətilə özgə əmlakının talanması əməlində təqsirli bilinmişsə, onun hərəkətlərini əlavə olaraq CM-nin 157-ci maddəsi ilə də tövsif etməyə ehtiyac yoxdur. Belə ki, bu cür qanunsuz hərəkət oğurluq, soyğunçuluq və ya quldurluq cinayətlərinin tövsifedici əlamətidir. Cinayət işi materiallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə daxil olmaqla oğurluq əməlini törətmişdir. Odur ki, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs yaşayış sahəsinə qanunsuz daxil olmaqla oğurluq etməsindən ibarət hüquqazidd əməli düzgün olaraq CM-in 177.2.3-cü maddəsi ilə tövsif edilmişdir. Bununla yanaşı Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində oğurluq edərkən hasarlanmış sahəyə yəni həyətə daxil olmadığını bildirməsinə tənqidi yanaşır. Belə ki, sözügedən hal iş üzrə zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsi və 12 yanvar 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokolla tam təkzib olunur. Belə ki, Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, təqsirləndirilən şəxs ona məxsus Gəncə şəhəri Qəmərli küçəsində yerləşən içərisində yarım tikili olan torpaq sahəsindən barıya söykədiyi 870 manata aldığı dəmir darvaza, həyətdə tikilidə olan 448 manat dəyərində 75 diametr 64 metr uzunlugda dəmir künclüyü (uqolnik) və 100 manat dəyərində 28 diametr ölçüdə 8 ədəd 2,5 metr uzunluqda armaturu gizli yolla oğurlamış, oğurluq hadisəsi nəticəsində ümumilikdə ona 1418 manat dəyərində maddi ziyan dəymişdir. Bununla yanaşı 12 yanvar 2023-cü il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokol və ona əlavə olunmuş fotoşəkillərdən görünür ki, 12 yanvar 2023-cü il tarixdə hadisə yerinə baxış keçirilmiş və Zərərçəkmiş şəxs əşyalarının oğurlandığı yeri yəni Gəncə şəhəri Qəmərli küçəsində yerləşən içərisində yarım tikili olan torpaq sahəsindən hasara söykədiyi dəmir darvazanı və həyətdə tikilidə olan tikinti materiallarının adıçəkilən yerlərdən oğurlandığını göstərmişdir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və o həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Ona görə də məhkəmə təqsirləndirilən şəxsə təqsirliliyi sübuta yetirilmiş CM-in 177.2.3 və 234.1-ci maddələrininin sanksiyalarında nəzərdə tutulmuş hədlərdə azadlıqdan məhrumetmə növündə cəza təyinini mümkün hesab edir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən zərərçəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı hər hansı şikayət və ya tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını və CM-in 234-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə əməlin təkrar törədilməsini Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal hesab edir. Belə ki, cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, cinayət işinə əlavə olunmuş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən daxil olmuş xx.xx.2023-ci il tarixli tələbnamədən görünür ki, o, Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 127.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 06 ay 03 gün islah işləri cəzasına məhkum edilmiş; -Göygöl Rayon Məhkəməsinin xx.xx.2020-cü il tarixli hökmü ilə CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarı ilə cəzası 02 ilə endirilmiş; -Gəncə şəhər Nizami Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə CM-nin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il 05 ay 27 gün azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş; -Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinib cəzasının əvvəli xx.xx.2020-ci il tarixdən hesablanmaqla 02 il 06 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 7(010)-65/2022 nömrəli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “8 noyabr Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasının Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndi tətbiq edilərək onun cəzasının 05 noyabr 2021-ci il tarixədək çəkilməmiş 10 ay 28 gün hissəsi 06 ay azaldılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinin tələbinə görə Qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Bundan başqa Azərbaycan Respublikası CM-in 66.2 maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzalar qismən toplanılmalı və bu yola təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 4(125)-73/2023 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs qismində tutulduğu 02 gün müddət ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılaraq, üzərində qəti olaraq 02 (iki) 02 (iki) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Göründüyü kimi Təqsirləndirilən şəxs hazırda digər hökmlə ona təyin edilmiş azadlıqdan məhrum etmə növündə cəza təyin edilmişdir. Odur ki ona, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsi tətbiq edilməklə cəza təyin edilməlidir. Belə ki, Azərbaycan Respublikası CM-in 66.5-ci maddəsinin tələbinə görə cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası CM-in 69.3. Hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırkı hökm üzrə təyin ediləcək cəza ilə Gəncə Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 4(125)-73/2023 saylı hökmünə əsasən təyin edilmiş 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə növündə cəzanı qismən toplamaq yolu qəti cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu 15 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək və şübhəli şəxs qismində tutulduğu 25 noyabr 2022-ci il tarixdən 27 noyabr 2022-ci il tarixədək cəmi 04 gün ona təyin ediləcək cəzadan çıxılmalıdır. Azərbaycan Respublikası CM-nin 56.1.3-cü cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, həmin şəxslərin cəzasını – ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 27 may 2023-cü il tarixli, 922 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var, narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniya xəstəliyindən müalicə məqsədilə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 18 yanvar 2023-cü il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 18 yanvar 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 noyabr 2022-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Qanunun həmin tələbinə əsasən təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu xx.xx.2022-ci il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işinə əlavə edilmiş öz xüsusiyyətinə, əlamətlərinə, üzərində hadisənin izlərini saxladığına görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən 1 (bir) ədəd dəmir darvaza saxlanılması üçün sahibi Zərərçəkmiş şəxs verilmiş, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,252 qram psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış 0,202 qram, 0,375 qram psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış 0,325 qramı saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmiş və Təqsirləndirilən şəxs üzərinə baxış keçirilən zamanı qeydə alınmış videogörüntü olan 2 (iki) ədəd “DVD” disk, cinayət işinə əlavə olunmuş telefon danışıqlarının qeydə alındığı 1 (bir) ədəd “CD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş 1 (bir) ədəd dəmir darvazanın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınmalı, Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,252 qram psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış 0,202 qramı, 0,375 qram psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış 0,325 qramı məhv edilməli, 2 (iki) ədəd “DVD” diskin və cinayət işinə əlavə olunmuş telefon danışıqlarının qeydə alındığı 1 (bir) ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan əlavə cinayət işinin ibtida istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmə istintaqı zamanı Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 42 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 252 manat məbləğində pul köçürülməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 114 manat 80 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. CM-in 66.5-ci maddəsinə müvafiq olaraq Gəncə Şəhər Məhkəməsinin 26 aprel 2023-cü il tarixli, 4(125)-73/2023 saylı hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş, 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrumetmə cəzası ilə, hazırki iş üzrə təyin edilmiş 3 (üç) il 6 (altı) ay müddətinə azadlıq məhrumetmə cəzası qismən toplanmaqla ona qəti olaraq 4 (dörd) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs birinci iş üzrə şübhəli şəxs qismində tutulduğu 15 iyul 2022-ci il tarixdən 17 iyul 2022-ci il tarixədək və hazırkı iş üzrə şübhəli şəxs qismində tutulduğu 25 noyabr 2022-ci il tarixdən 27 noyabr 2022-ci il tarixədək cəmi 04 gün ona təyin edilmiş 4 il 6 ay cəzadan çıxılmaqla, üzərində qəti olaraq 4 (dörd) il 5 (beş) ay 26 (iyirmi altı) gün cəza saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 18 yanvar 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. iş üzrə maddi sübut olan və saxlanılması üçün Zərərçəkmiş şəxs verilmiş 1 (bir) ədəd dəmir darvazanın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın, Gəncə şəhər BPİnin saxlama anbarına saxlanca təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,252 qram psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış 0,202 qramı, 0,375 qram psixotrop maddə olan metamfetaminin ekspertizadan qaytarılmış 0,325 qramı məhv edilsin, 2 (iki) ədəd “DVD” diskin və cinayət işinə əlavə olunmuş telefon danışıqlarının qeydə alındığı 1 (bir) ədəd “CD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 42 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 252 manat məbləğində pul köçürülsün. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 114 manat 80 qəpik məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-124/2024
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-124/2024
23.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver