Məhkəmə qərarları › İş №1(100)-124/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-124/2025

18.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-124/2025 18.07.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər məhkəməsi Hakimlər: Məmmədov Abdulla Elşad oğlu (sədrlik edən), Məmmədzadə Mikayıl Maarif oğlu və İbişov İlkin İlqar oğlundan ibarət tərkibdə İclas katibləri: X3 və X2 Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbənin prokuroru, kiçik ədliyyə müşaviri X4 və ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxsin və müdafiəçisi Gəncə Regional Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi3 iştirakı ilə, xx xxxx 1983-cü il tarixdə Gədəbəy rayonu, Arıxdam kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, himayəsində 1 azyaşlı uşağı olan, Ağır Cinayətlərə Dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin 09 aprel 2007-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 149.2.1 və 157.2ci maddəsi ilə təqsirli bilinərək 06 il müddətində azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, qanunla müəyyən edilmiş qaydada məhkumluğu ödənilmiş və götürülmüş, Gədəbəy rayonu, Arıxdam kəndində qeydiyyatda olmaqla yaşamış, hazırda barəsində “həbs” qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi, Penitensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.2 və 221.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs 27 fevral 2023-cü il tarixdə saat 23:30 radələrində ünvan 1 ünvanında yerləşən “X5”nin ikinci mərtəbəsindəki çay evində olarkən cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb nümayişkəranə orada olan şəxs Şahid3 ünvanına nalayiq ifadələr işlətmiş, yaranmış mübahisə zamanı çay evində işləyən Şahid11 təkidi ilə digər şəxslərlə birlikdə çölə çıxıb “X5”nin giriş qapısının qarşısında olduğu vaxt oraya gəlib nə baş verməsi ilə maraqlanan Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs itələməsinə və münaqişə zamanı nalayiq söyüş söydüyü üçün orada olan Tovuz rayonu, Qovlar şəhər sakini Şahid5 və Şahid2 tərəfindən sifət və bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirilmiş, zərbələrin ona Zərərçəkmiş şəxs tərəfindən yetirilməsini güman edərək məlum olmayan mənbədən əldə edib üzərində saxladığı silah qismində istifadə etdiyi soyuq silah hesab edilməyən bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağını çıxarıb nümayiş etdirməklə Zərərçəkmiş şəxs üzərinə hücum edərək zor tətbiq edib silah qismində istifadə etdiyi həmin bıçaqla sonuncunun kürək nahiyəsinə qəsdən 1 dəfə zərbə endirib ona sol kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmiş, onu döyən şəxsin Zərərçəkmiş şəxs olmasını aydınlaşdırmadan hadisə yerindən uzaqlaşdırıb aparmağa cəhd edən şəxslərin əlindən çıxaraq, ətrafdakılara hörmətsizlik göstərib eqoizm nümayiş etdirərək cəmiyyətə aşkar hörmətsizlikdə ifadə olunan, ictimai qaydanı, ictimai maraqları, habelə əxlaq normalarını kobud surətdə pozan hərəkətlərini davam etdirib əlindəki bıçaqla Zərərçəkmiş şəxs üzərinə yenidən hücum etdikdə sonuncu məlum olmayan küt predmetlə onun başına iki dəfə ardıcıl zərbə endirib avtovağzal kompleksinin həyətində olan avtobus dayanacağına doğru qaçanda intiqam almaq məqsədilə Zərərçəkmiş şəxs öldürmək qərarına gələrək bu məqsədlə sonuncunu təqib edib avtovağzalın həyətində ona çataraq əlindəki bıçaqla sonuncunun kürək nahiyəsinə növbəti dəfə qəsdən zərbə endirərək ona kürəkarası nahiyənin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa Yüngül zərər vurmaya aid xəsarət yetirmiş, qaçaraq “X5”nin yaxınlığındakı ayaqyolunun qarşısına gələn Zərərçəkmiş şəxs öldürmək məqsədilə əlindəki bıçaqla həmin yerə gedib, orada qəsdən Zərərçəkmiş şəxs sinə nahiyəsinə 1 dəfə zərbə endirməklə ona döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz edən, perikardı və ürəyin sol mədəciyini zədələyən, nəticədə sol tərəfli hemotorakla fəsadlaşmış deşilmiş-kəsilmiş yarası kimi sağlamlığına Ağır zərər vurmaya aid xəsarət yetirmiş, lakin sonuncunun özünü itirməyib qaçaraq Gədəbəy şəhəri, H.Əliyev prospekti istiqamətində getdikdən sonra Zərərçəkmiş şəxs qəsdən öldürməyə yönəlmiş əməlini başa çatdırmaq məqsədilə onu təqib edərkən Şahid12 Tahir oğlunun qarşısını kəsməsi və təsadüfən hadisə yerində olan Gədəbəy rayon polis şöbəsinin cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş-leytenantı Şahid8 onu saxlaması və zərərçəkmiş şəxsin vaxtında xəstəxanaya çatdırılaraq sonuncuya göstərilmiş ixtisaslı tibbi yardım göstərilməsi səbəbindən sonuncunu qəsdən öldürməklə həyatdan məhrum etməyə yönələn niyyətini başa çatdıra bilməyib Zərərçəkmiş şəxs qəsdən öldürməyə cəhd etmişdir. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək göstərmişdir ki, hadisə günü dostları ilə birlikdə Gədəbəy rayonunda Avtovağzal ərazisində yerləşən kafeyə getmişlər. Yemək yeyib kafedə olarkən, gedənə yaxın əvvəllər tanımadığı şəxs Cavidin dostları olan 8 nəfər şəxs kafeyə daxil olmuş, həmin şəxslərlə yanında olan dostu arasında əvvəldən qərəzlilik olduğu üçün kafedə aralarında münaqişə yaranmışdır. Mübahisə yaranan zaman kafenin sahibi onlara kafedə səs salmamalarını, aralarındakı məsələni həyətdə həll etməklərini demiş və həyətə düşmüşlər. Mübahisə zamanı həmin şəxslər Cavidə xəbər vermiş. Cavid olduqları kafeyə gəlmişlər. Sərxoş vəziyyətdə həmkəndli ilə söhbət edərkən Cavid ona səsinin tonunu aşağı salmağı demiş, Cavidə qarşılıq verib mübahisə etmişdir. Cavidlə mübahisə edərkən arxadan sağdan və soldan ona zərbələr vurulmuş və özünü itirib yerə yıxılmışdır. Daha sonra qalxarkən qarşıda Cavidi görmüş, onu vuranın Cavid olduğunu zənn etmişdir. Yerdən qalxarkən Cavidin yerdə olan bıçağı götürmək istədiyini görüb ondan əvvəl bıçağı götürüb Cavidin üzərinə getmiş, Cavidə doğru atsa da, bıçaq Cavidə dəyməmişdir. Cavidin üzərinə gedərkən Cavidin ayağı ilişib yerə yıxılmış, Cavidin dostları sonuncuya onu vurması üçün dəmir vermişlər. Cavid həmin dəmirlə baş nahiyyəsinə xəsarətlər yetirmiş, Cavid ona xəsarət yetirdikdən sonra qaçmağa başlamış, buna görə Cavidin arxası ilə qaçmışdır. Cavidin arxası ilə qaçıb münaqişə elədikləri yerə qayıtmış, həmin zaman bıçağı yenidən Cavidə doğru atmışdır. Bıçaq bu dəfə Cavidə dəymiş, Cavid isə həmin vaxt hadisə yerindən uzaqlaşmış və orada qalmışdır. Daha sonra Gədəbəy rayon polis şöbəsinin əməkdaşları hadisə yerinə gəlib onu saxlamışlar. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, kafedə Knyazla deyil, Şəmkir rayonundan olan dostu Yunislə birlikdə yemək yemiş, münaqişə kafenin daxilində baş vermiş, münaqişə yaranarkən kafenin sahibi həyətə çıxmağı demişdir. Hadisə kafenin həyətində baş vermiş, Cavid ora sonradan gəlmişdir. Mübahisə zamanı qarşı tərəf təxminən 5-6 nəfər olmuş, masada Yunis, Samir və özü birlikdə oturmuşdur. Mübahisə edən şəxslər Qnyazın qonaqları olmuşdur. Şəmkir şəhərindən olan Samirlə Tovuz rayonundan olan şəxslər arasında mübahisə olmuş, həmin hadisənin səbəbini bilməmişdir. Samirlə həmin şəxs münaqişə edərkən Knyaza düzgün etmədiklərini demişdir. Samiri götürüb aparmaq istəmiş, Knyazla danışarkən Cavid ona yaxınlaşb “səsinin tonunu aşağı sal” demiş, hadisə vaxtı ilk olaraq onu kimin vurduğunu görməmişdir. Sonradan vuranların Knyazla Tovuz rayonundan olan şəxsin vurduğunu bilmiş, yerdən qalxarkən Cavidi görmüş, Cavid əlində olan dəmirlə baş nahiyyəsinə dəfələrlə xəsarət yetirmiş, yerdən tapdığı bıçaqla Cavidi vurandan sonra sonuncu kürəyindən xəsarət almışdır. Hadisə baş verən müddətdə çox sərxoş olmamış, Cavidin üzərinə qaçmasının səbəbi onu qorxutmaq olmuşdur. Hadisə vaxtı 5-6 nəfər üstünə düşdüyü üçün o istəmədən Cavidə bıçaqla xəsarət yetirmişdir. Cavidlə dalaşan zaman Babək adlı şəxs onları ayırmağa çalışmış, Cavid uzaqlaşıb parka doğru qaçmışdır. Cavidlə münaqişə edərkən ona kimin xəsarət yetirdiyini görməmişdir, münaqişə edərkən ümumilikdə ətrafda təxminən 10 nəfər şəxs olmuşdur. Yerə yıxılarkən ətrafdakı şəxslər köməklik göstərərək yerdən qaldırmış, Knyazla söhbət edərkən Cavid ona alçaq səslə danışmağı demiş, aralarındakı münaqişə də bununla bağlı yaranmışdır. Cavid sərxoş olmamışdır. Mübahisə əsnasında yerə yıxılarkən bıçağı yerdə görüb götürmüş, Cavidlə mübahisə edərkən digər şəxslər yandan və arxadan ona vurmuş, Cavid isə qarşısında olmuşdur, Cavidin üzərinə doğru qaçmağımın səbəbi qorxutmaq olmuşdur. Hadisə vaxtı özünü müdafiə etmişdir. Zərərçəkmiş şəxlə barışmışdır. Məhkəmədən ədalətli qərar verilməsini xahiş edir. Məhkəmədə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Gədəbəy rayonuna mütəmadi gedib-gəlmişdir. Hadisə günü qar yağdığı üçün, dostları ilə birlikdə Gədəbəy rayonuna getmiş, dostları ilə birlikdə Gədəbəy rayonunda avtovağzal ərazisində yerləşən kafeyə gedib orada oturmuşlar. Dostlarına qohumları ilə görüşəcəyini onu kafedə gözləmələrini demiş, gedib yarım saat sonra qayıtmışdır. Kafedə oturarkən həyətdən səslər gəldiyini eşitmişdir. Kafenin giriş hissəsinə yaxınlaşarkən əvvəllər tanımadığı şəxs Firdovsinin dostları ilə mübahisə etdiyini görmüşdür. Onlara yaxınlaşıb nə olduğunu soruşmuş, hər iki tərəf arasında münaqişə yaranmışdır. Həmin zaman Firdovsi ilə mən dəmirlə ilişib birlikdə yerə yıxılmış, Firdovsi yerdən qalxaraq əlindəki bıçaqla üzərinə gəlmişdir. Bıçaq dəyərkən əvvəl kürək nahiyyəsindən xəsarət aldığını bilməsə də, xəstəxanaya gedəndə kürəyindən də xəsarət aldığını demişlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, dəmiri özümümüdafiə məqsədi ilə götürmüş, Firdovsi ona kafenin qarşısında xəsarət yetirmişdir. Bıçaq qarın nahiyyəsinə dəymiş, Firdovsi onu vurarkən ayırmağa çalışsalar da, həmin şəxslərin kim olduğunu bilməmişdir. O hadisədən sonra təqsirləndirilən şəxslə barışmışdır, heç bir şikayəti yoxdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərdi ki, 27 fevral 2023-cü ildə Zərərçəkmiş şəxs, Şahid4 (Xəyal İsmayılov), Şahid3 və Şahid6 birlikdə çay içməyə davam etmişlər. Bu vaxt Zərərçəkmiş şəxs onlara birlikdə Gədəbəy şəhərinə gedib, orada yerləşən avtovağzalın içərisindəki hamamda oturub istirahət etmələrini təklif edib qohumu Şahid6 Gədəbəyi göstərmək istədiyini demiş, Şahid1 idarə etdiyi tünd göy rəngli, **-BP-*** dövlət qeydiyyat nömrə nişanlı, “NAZ Lifan” markalı avtomobillə yolda Qovlar şəhərindən avtomobilə benzin alıb yola düşmüşlər. Zərərçəkmiş şəxs ardınca həmin obyektə daxil olub ikinci mərtəbədə yerləşən kafeyə qalxmışlar. Orada bütün masaların dolu olduğunu görmüşlər. Kafeyə daxil olduqdan sonra onlar girişlə üzbəüz yerləşən masaya yaxınlaşmışlar. Həmin masaya yaxınlaşdıqda orada təxminən 6-7 nəfər əvvəllər tanımadığı şəxsin oturduğunu görmüşlər. Cavid onlara masada əyləşən Qinyaz təqdim edib sonuncunun Gədəbəy rayon sakini olduğunu demiş, onlar da həmin masa ətrafında oturmuşlar. Təxminən 30-40 dəqiqə sonra Cavid tanımadığı şəxslə birlikdə kafedən çıxıb getmişdir. O, Şahid1, Şahid4 (Xəyal İsmayılov), Şahid3, Şahid6 masa arxasında oturaraq söhbət etmişlər. Şahid3 ona yaxınlaşıb “hazırlaşın gedək” demiş, Şahid2 və tanımadığı şəxslərin üzbəüz dayanaraq sözlə mübahisə etdiklərini görüb onlara sarı getmişdir. Şahid3 də onun önündə həmin şəxslərə doğru getmişdir. O, dava düşəcəyini hiss etmiş, bar tərəfdən bir nəfər tanımadığı şəxs gəlib hamının çölə çıxmasını, səs-küy salmamasını tələb etmişdir. Şahid2 yanındakı tanımadığı şəxs sonuncuya aşağı düşməyi təklif etmiş, tanımadığı şəxsin sonradan Təqsirləndirilən şəxs olduğunu öyrənmişdir. Hamının aşağı, kafedən çölə getdiklərini görüb həmin şəxslərə qoşularaq pilləkənlərlə aşağı enmiş, kafenin qarşısında Qinyaz və Firdovsi bir-biri ilə qışqıraraq danışmağa başlamış, bu zaman o, Cavid gələrək “ay qa salamatçılıqdımı” deyəndə Firdovsi ona “sən get işinlə ol, nəyinə lazımdır” demişdir. O, “Qonaq gəlmişik, problem lazım deyil" deyə bildirmiş, Firdovsi isə Cavidi itələmişdir. O Firdovsini sağ əli ilə yumruqla sifətindən bir dəfə vurmuş, hamı bir-birinə qarışmış, Cavid və Firdovsi yerə yıxılmışlar. Onlar ikisi də ayağa qalxandan sonra kimsə “əlində bıçaq var, ehtiyatlı olun” demiş, Firdovsi bıçaqla Cavidə hücum etmiş, ətrafdakılar və o, bıçağı Təqsirləndirilən şəxs əlindən almaq istəsələr də, bacarmamışlar. O, Firdovsinin əlində bıçaqla əsəbi halda Cavidə tərəf getdiyini görüb qorxaraq oradan qaçmışdır. O, Yaşar və Orxanla birlikdə parkın içərisindən keçərək asfalt yola çıxmış, yolda Elvinin avtomobili ilə aşağı tərəfdən gəldiyini görmüş, əyləşib Elvinlə avtomobillə çıxışa tərəf getmişlər. Gədəbəy rayonu, Qızıltorpaq kəndi ərazisinə çatdıqda arxaları ilə gələn ağ rəngli “Vaz 2106” markalı avtomobil işıq siqnalı verərək avtomobilini dayandırmış. Zərərçəkmiş şəxs həmin avtomobildən düşərək Şahid1 avtomobilinə əyləşmiş və onlar yola davam etmişlər. Cavidin əynindəki paltarlar qan olduğu üçün nə baş verdiyini soruşduqda sonuncu mübahisə zamanı bıçaqla xəsarət aldığını demişdir. Cavid belə dedikdə Şahid4 (Xəyal İsmayılov) “103” xidmətinə zəng edərək olduqları yeri demiş və onlar avtomobildə gözləmişlər. Bir qədər sonra təcili tibbi yardım avtomobili olduqları yerə gəlmiş və həkimlər Zərərçəkmiş şəxs götürərək Gədəbəy şəhərində yerləşən xəstəxanaya aparmışlar. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 göstərdi ki, Cavid, Orxan, Xəyal və Cavidin qohumu olan cavan oğlanla özünə məxsus avtomobillə Gədəbəy rayonu avtovağzal adlanan yerin yaxınılğında kafeyə gedib orada yeyib-içmişlər Hadisə baş verən zaman kafedə oturmuş, həyətə çıxarkən Cavidin yaralandığını görmüşdür. Cavidin yaralandığını görüb təcili yardım çağırmışlar. Hadisənin üzərindən uzun müddət keçdiyindən olanları tam şəkildə xatırlamır amma istintaq zamanı olanları olduğu kimi demişdir və həmin ifadəsini təsdiq edir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, hadisədən sonra özü avtoqəza keçritdiyi üçün yaddaşında müəyyən problemlər yaranmışdır. İstintaq vaxtı ondan soruşulanları bildiyi və xatırladığı hər şeyi olduğu kimi söyləmişdir. İstintaq zamanı verdiyi ifadəsini təsdiq edir. İstintaq zamanı ifadəsində göstərmişdir ki.... 27 fevral 2023-cü il tarixdə təxminən saat 15 və ya 16 radələrində “Əxi” ləqəbi ilə tanıdığı Zərərçəkmiş şəxs onun istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edərək bacısı oğlunun onlara qonaq gəldiyini və sonuncunu gəzdirmək üçün Gədəbəy rayonuna gətirmək istədiyini demişdir. Həmin gün saat 21 radələrində Cavid ona zəng edib Gədəbəy şəhəri ərazisində “Kruq” adlanan yerdə olduğunu demiş, birlikdə avtovağzalın yanında yerləşən altı hamam, üstü çayxana olan obyektə getmişlər. Bütün masalar dolu olduğu üçün girişlə üzbəüz olan masada Şahid12 dostları ilə birlikdə əyləşdiyini görüb həmin masaya yaxınlaşmış, Babəklə görüşmüş, yanındakıları sonuncuya təqdim edib ona “Tovuz rayonunda gələn qonaqlarımızdır, burada əyləşmək istəyirik” demişdir. Çay, qəlyan və pivə sifariş etmiş, həmin vaxt Firdovsi də tanımadığı şəxslə oturub araq içmişdir. Firdovsi yanında oturan şəxsə əli ilə onların masanı göstərib nəsə demişdir. Onlar «Tovuzum» mahnısı səsləndirməyi xahiş etmiş, həmin ərəfədə Firdovsi də mahnı səsləndirən şəxsə yaxınlaşıb nəsə demiş, bitdikdən sonra “Gədəbəylilər” mahnısı səslənmiş, Firdovsi və yanında əyləşmiş şəxslər çıxıb getmişlər. Təxminən saat 23:30 radələrində tanımadığı şəxs çay evinə daxil olub ona yaxınlaşaraq “durun hamınız düşün aşağı” demiş, aşağı nə səbəbə düşməli olduqlarını soruşanda həmin şəxs təkrar aşağı düşməyi demişdir. Firdovsigilin əvvəl əyləşdiyi masanı göstərib “gəl keçək ora, orada danışaq” demiş, həmin vaxt Orxan da masaya yaxınlaşmışdır. Orxanın ardı ilə Firdovsi də gələrək masaya əyləşmiş, onlara “tökülün aşağı” demişdir. O, Firdovsiyə “niyə aşağı düşməliyik, sən kimsən bizi burdan qovursan” deyəndə Firdovsi ilə aralarında mübahisəsi yaranmış, restoranı işlədən Vasif mübahisə etməmələrini və çay evini tərk etmələrini bildirmişdir. Onlar pilləkənlərdən aşağı enəndə “Əxi” ləqəbli Cavidlə qarşılaşmış, Cavid çay evinin giriş qapısının qarşısında “nə baş verib” soruşanda Firdovsi Cavidə “sən, səsinin tonunu aşağı sal, get işinlə məşğul ol” deyib sonuncunu itələmişdir. Firdovsi Cavidi itələdikdə sonuncunun həmyerlisi Rəhman Firdovsinin siifətinə yumruqla vurmuş, Firdovsi onların hamısının anasına, bacısına, varyoxuna nalayiq söyüşlər söydüyü üçün onun sifət və baş nahiyəsinə bir neçə dəfə yumruqla vurmuş, qarışıqlıq yaranmış, Cavidlə Firdovsi yerə yıxılmışlar. O, Cavidi Firdovsidən ayırmaq istəyəndə Firdovsinin əlində bıçaq olmasını görüb qaçmışdır. Nə baş verdiyini öyrənmək üçün geri qayıdanda Firdovsinin Cavidin arxası ilə bıçaqla qaçmasını görmüşdür. Özü də qorxaraq “Kapital” bankın binasına tərəf getmiş, bir qədər sonra sakitlik olduğunu görüb çay evinin yanına getmiş, yola tərəf getdikdə kiminsə “Əxi yaralandı” deməsini eşitmişdir. Bundan sonra Gədəbəy mərkəzi rayon xəstəxanasına getmiş, orada polislərin olduğunu görmüş, həkimlərdən maraqlandıqda Cavidin Gəncə şəhərinə aparıldığını öyrənmişdir. Məhkəmdə dindirilmiş Şahid3 da eyniməzmunlu ifadə verərək göstərdi ki, Cavid, Elvin, Rəhman və Kənan və özü gəzmək üçün Gədəbəy rayonuna getmiş, Avtovağzal adlanan yerdə yerləşən kafeyə gedib yeyib-içmişlər. Hadisə vaxtı O, ayaqyoluna getmiş, qayıdarkən aşağıda həyətdə səs-küy gəldiyini eşidib əlindəki nazik dəmir parçası ilə aşağıya düşmüşdür. Cavidin kim isə dalaşdığını görmüş, Cavidin qarşısındakı şəxsin üzünü tam olaraq görməmişdir. Cavid əlindəki dəmiri alıb Firdovsiyə xəsarət yetirmiş, daha sonra Rəhmanla birlikdə dərhal oradan uzaqlaşmışlar və bundan sonra nələr olduğunu bilməmişdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Knyaz adlı şəxsi tanımır, hadisə baş verən müddətdə mən sərxoş olmamışdır. Cavidlə Firdovsinin mübahisə etmə səbəbini bilməmişdir. Firdovsini tanımır. Səs-küy gəldiyini eşidib kafedə pəncərənin qabağında olan dəmir parçasını götürüb aşağı düşmüş, onu vurmalarından qorxduğu üçün oradan uzaqlaşmışdır. Cavidi kimin vurduğunu görməmiş, həmin vaxt oradan uzaqlaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid5 göstərmişdir ki, kafedə Xəyal Qinyaz və özü nərd oynamışdır. Sonradan kafenin qarşısnda bir neçə nəfərin toplandığını görmüş, həmin şəxslər yuxarıda olmuşlar. Aşağıya düşməsə də sonra aşağı düşüb Firdovsi ilə söhbət etmişlər. Sonradan sözü düz gəlmədiyi üçün dalaşmış, Cavid ona yaxınlaşıb nə olduğunu soruşmuşdur, Cavidə sözü düz gəlmədiyini dalaşdıqlarını demkşdir. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Firdovsini ilk dəfə O vurmuşdur. Sözləri uyğun gəlmədiyi üçün Firdovsini vurmuşdur. Əvvəlcə “Siz kimsiz?! uzaqlaşın burdan!” demiş, dalaşan əsnada hamı yerə yıxılmışdır. Dava cəmi 5-10 dəqiqə davam etmiş, davadan sonra polis əməkdaşları gəlmişdir Hadisə yerindən uzaqlaşmışlar. Dava vaxtı Cavid də orda olmuş, hadisə yerindən uzaqlaşanda Firdovsinin Cavidə neynəməsini bilməmişdir. Kamera görüntülərinə baxanda Firdovsinin Cavidə bıçaqla xəsarət yetirdiyini görmüşlər. Cavidlə Firdovsi dalaşanda biz ordan qaçaraq uzaqlaşmışlar. Firdovsi yerə yıxıldığını görmüşdür. Dalaşan əsnada hamı yerə yıxılmışdır. Firdovsinin başqa kiminləsə dalaşdığını görməmişdir. Firdovsi ilə Knyaz dalaşmamışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 göstərmişdir ki, dostları ilə birlikdə Gədəbəy rayonunda yerləşən kafeyə yeyib-içməyə getmişlər. Knyaz bizimlə getməmiş, sonradan gəlmişdir. Cavid orda yaşayan qohumları ilə görüşməyə getdi. Rəhmanla özü nərd oynamışdır. Birdən aşağıdan səslər gəldiyini eşitmiş, nə olduğunu bilmək üçün aşağıya düşmüş, dalaşanlardan heçkəsi tanımamışdır. Rəhmanla ordan qaçaraq uzaqlaşmış, sonradan Firdovsinin Cavidi bıçaqladığını eşitmişlər. Məhkəmədə verilən suallara cavab olaraq göstərdi ki, Rəhmanla biryerdə olsalar da, Rəhman ondan əvvəl aşağı düşmüş, onun arxası ilə özü düşmüşdür. Rəhmanın Firdovsini vurduğunu görməmiş, sonradan dava yarandığını görüb qaçaraq uzaqlaşmışdır. Şahid1 onun arxası ilə gəlib avtomobili saxlamışdır. Rəhmanı yolun kənarından öz avtomobilinə götürmüş, bir qədər sonra Orxan Əliev oraya gəlmiş və avtomobilə oturduqdan sonra Elvin avtomobili Gədəbəy rayonuna tərəf, gəldikləri yol istiqamətində idarə etmişdir. Yolda O Cavidin harada olmasını soruşmuş və onunla birlikdə olan şəxslər Zərərçəkmiş şəxs görmədiklərini demişlər. Bu zaman kimsə telefonu götürüb Cavidə mobil telefonuna zəng etmiş, telefona cavab verən şəxs Cavidin danışa bilmədiyini demiş, həmin şəxsin olduğu yeri soruşub olduqları yeri təsvir etmiş, Gədəbəy rayonu Qızıltorpaq kəndi ərazisinə çatdıqda arxadan gələn ağ rəngli “Vaz 2106” markalı avtomobil işıq siqnalı vermiş və Şahid1 avtomobilini dayandırmışdır. Daha sonra Zərərçəkmiş şəxs həmin avtomobildən düşüb Şahid1 avtomobilinə əyləşmiş və onlar yola davam etmişlər. Zərərçəkmiş şəxs əynindəki paltarlar yaxa hissəsinin qana bulaşdığını görüb nə baş verdiyini soruşduqda sonuncu mübahisə zamanı bıçaqla xəsarət aldığını demişdir. Cavid belə dedikdə o, “103” xidmətinə zəng edərək olduqları yeri demiş və onlar avtomobildə gözləmişlər. Bir qədər sonra təcili tibbi yardım avtomobili olduqları yerə gəlmiş və həkimlər Zərərçəkmiş şəxs götürərək Gədəbəy şəhərində yerləşən xəstəxanaya aparmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid7 göstərdi ki, hər iki tərəfi tanımış və normal münasibəti olmuşdur. 27 fevral 2023-cü ildə gün ərzində işdə olmuş, günorta Cavid ona «WhatsApp»la zəng edib Qinyazın onu Gədəbəy rayonuna qonaq çağırdığını bildirmiş, o isə Cavidə gəlməməsini söyləmişdir. O, Qinyazın xasiyyətini nə vaxt spirtli içki içirsə, kiminləsə ya dalaşıb, ya da mübahisə etdiyini bildiyi üçün getməmiş, siqareti qurtardığı üçün axşam özünə məxsus olan “VAZ 2106” markalı avtomobili ilə avtovağzala gəlmiş, lakin mağazaların bağlı olduğunu görmüşdür. Avtovağzalın həyətində Cavidlə rastlaşmış və görüşüb söhbət etmiş, “nəyə görə hələ getməmisiz?” deyəndə Cavid onunla Tovuz rayonundan uşaqların gəldiyini və onları da çağırıb gedəcəyini demişdir. O, Cavidə həyətdə gözləməsini deyib kafeyə qalxmışdır. Pilləkənləri yarıya kimi qalxanda Firdovsi, Babək, Şahid2 və tanımadığı başqa bir nəfər şəxsin pilləkənləri iti addımlarla aşağı düşdüklərini görüb salamlaşmış və çay evinə qalxmışdır. Giriş qapısından içəriyə daxil olarkən həyətdən qışqırıq səsləri gəldiyini eşidib dərhal aşağı düşmüş, obyektin həyətində X8 və Cavidin eləcə də bir nəfər tanımadığı şəxsin bir-birinin üstünə yıxılıb dalaşdıqlarını görmüşdür. Orada mübahisə edən şəxsləri bir-birindən kənarlaşdırmaq üçün arxa tərəflərindən tutaraq geri çəkmişdir. Həmin şəxsləri ayırdıqda Firdovsi ən sonda ayağa qalxmışdır. Firdovsini sakitləşdirmək üçün tutub hamamın sol tərəfinə aparmış, lakin Firdovsi onun əlindən çıxaraq Cavidin və tanımadığı digər şəxslərin arxasınca qaçmışdır. Cavid orada dayanmış avtomobilin arxasından keçib həyətin sağ tərəfində yerləşən «besedka»ya tərəf getmiş, bunu görən Firdovsi Cavidin arxası ilə qaçmışdır. Cavid içərisi torpaq dolu qabı ağır olduğu üçün qaldıra bilməmiş, Firdovsi Cavidə çatmış, əlbəyaxa olmuş və hər ikisi yerə yıxılmışlar. Hava qaranlıq olduğundan üzlərini görə bilmədiyi şəxslər Firdovsi və Cavid dava etmələrinə mane olmaq istədiyini görüb həmin yerə yaxınlaşmış və digər şəxslərlə birlikdə Firdovsi və Cavidi yerdən qaldıraraq bir-birindən ayırmışlar. Cavid arxa-arxaya həyətin geniş olan yerinə tərəf gedəndə Firdovsi də Cavidin üzərinə getmiş, orada olan şəxslərdən tanıdığı Babək və tanımadığı digər bir neçə şəxs Cavidin qarşısında dayanmışlar. Firdovsi dayanmayıb Cavidin üzərinə getdikdə orada olan tanımadığı bir nəfər şəxs uzunluğu təxminən 2 metr olan dəmir parçasını Cavidə vermiş, Babək Firdovsinin qarşısını almaq istəsə də, Firdovsi onu dinləməmiş və Cavidin üzərinə getmişdir. Cavid əlindəki dəmir parçası ilə Firdovsinin baş nahiyəsinə bir neçə zərbə endirərək arxaya doğru getmiş, Firdovsi dayanmayaraq Cavidin üzərinə getmiş, Cavid sonra avtovağzalın sol tərəfinə, avtobuslar dayanan tərəfə qaçmışdır. Firdovsi də Cavidin arxası ilə qaçmış, orada olan şəxslər də davaya mane olmaq üçün arxaları ilə getmişlər. Cavid və Firdovsi avtovağzaldan qayıdıb çay evinin yaxınlığındakı ayaqyolunun qarşısına gəlmiş, Cavid park istiqamətində qaçmışdır. Firdovsi Cavidin arxası ilə qaçarkən polis əməkdaşı olan Hikmət Firdovsini saxlamışdır. O, parka tərəf gedərkən Cavidin yolun mərkəz hissəsində yerdə uzanıqlı vəziyyətdə olduğunu və sinə nahiyəsindən qan axdığını görmüş, Cavidə onu gəldiyi şəxslərin yanına aparmağı demişdir. O dərhal Cavidi avtomobilinin arxa oturacağına əyləşdirərək Düzyurd kəndi istiqamətində sürmüş, yolda Cavid kiminləsə telefonla danışmış və danışdığı şəxs Cavidə Gədəbəy rayonu «Mal bazarı» adlanan yerin yaxınlığında olduğunu demişdir. «Düz yurd şadlıq evi»-nin yaxınlığında «Naz lifan» markalı avtomobili görüb işıqla işarə verərək həmin avtomobili saxlatmış, avtomobildən aşağı düşən tanımadığı şəxslər Zərərçəkmiş şəxs köməklik göstərək həmin «Naz Lifan» markalı avtomobilə mindirmiş, o isə dayanmayıb yaşadığı evə getmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş istintaq zamanı şahid qismində dindirilmiş Şahid6 da digərləri ilə eyniməzmunlu ifadə verərək göstərdi ki, xx.xx.2023-cü ildə kafenin həyətindən səs-küy gəlməsini eşitmiş, nə baş verdiyini öyrənmək üçün qaçaqaça həyətə çıxmış, Şahid4 (Xəyal İsmayılov) də çıxmış, həyətdə bir neçə şəxsin bir-biri ilə mübahisə etdiyini və səs-küy olmasını görmüş, həyacanlanmış sonra sol tərəfə çəkilib qaçmağa başlamış, ondan qabaqda üç nəfər şəxsin qaçmasını görmüş, onlardan biri Babək adlı şəxs olmuşdur. Bir neçə metr qaçdıqdan sonra həmin şəxslər orada olan dövlət qeydiyyat nömrə nişanını bilmədiyi avtomobilin başına fırlanmış və yenidən hamam istiqamətində qaçmışlar. O, kafenin həyətinə çatanda qaranlıq və çox adam olduğu üçün kim olduğunu bilmədiyi şəxslərdən birinin “Cavidi vurdular çıxın gedin” dediyini eşitmişdir. O, dayısı Cavidin haraya getdiyini görməmiş, onlardan biri «minin maşına» demiş, onu da itələyə-itəlyə gəldikləri “Naz Lifan” markalı avtomobilin ön oturacağında əyləşdirmişlər. Bir qədər getdikdən sonra dayısını aparan “Naz Lifan” markalı avtomobilin geri dönərək Gədəbəy rayonu istiqamətində getmiş həmin vaxt onlardan arxada Təcili Tibbi yardım avtomobili gəlmişdir. İş üzrə ibtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid8 göstərmişdir ki, 27 fevral 2023-cü ildə saat 21-22 radələrində ünvan 2 ünvanında yerləşən çayxana kim fəaliyyət göstərən obyektə getmişdir. Çay evində olarkən Gədəbəy şəhər sakini Qinyaz təxminən 4-5 nəfər tanımadığı şəxslə çay evinə girmiş, həmin şəxslər çay evində girişdə üzbəüzdə digər masada əyləşmiş, bir qədər sonra çay evinin yuxarı tərəfindəki kabinetin boşaldığını görüb həmin kabinetə yaxınlaşmış və orada əyləşmişdir. Saat təxminən 22 radələrində Firdovsi və yanındakı adamlar çay evini tərk etmiş, həmin şəxslərin hara getdiklərini bilməmiş, çay evində olduqları müddətdə isə kiminləsə mübahisə etmələrini görməmişdir. Təxminən saat 23:30 radələrində çay evinin zalında, yəni giriş qapısını qarşısında bir neçə şəxs toplaşaraq mübahisə etmiş, baxanda Firdovsini orada görmüş, toplaşmış şəxslərin içində Qinyaz da görmüşdür. Çayxananı işlədən Vasif adlı şəxs mübahisə edən şəxslərdən çay evini tərk etmələrini tələb etmiş, mübahisə edən şəxslər çayxanadan çıxmışdı. O, Vasifdən nə baş verdiyini soruşanda Vasif ona “boş şeydir, narahat olma, mübahisə edirdilər, çıxartdım çölə” demiş, hər hansı hadisənin baş verə biləcəyindən ehtiyat etdiyi üçün aşağı düşmək üçün foyeyə çıxanda həyətdə qışqırıq səsləri eşitmiş, pilləkənin birinci hissəsini düşüb ikinci hissəsinə çatan zaman həmin çay evini Vasiflə şərik işlədən Rizvan onu görüb tanıyaraq “Sən Allah tez düş, qoyma, Firdovsi bıçaqla vuracaq” demişdir. Belə olduqda o, iti addımlarla çay evinin qarşısına çıxmışdır. Bu zaman 3-4 nəfərin bir-birinin ardınca avtovağzalın dayanacağına doğru qaçdıqlarını görmüşdür. O, qaçan şəxslərin dava etdiyini zənn edərək həmin şəxslərin arxasınca getmişdir. Birinci qaçan şəxsin başında kepka, əynində kapşonlu gödəkcə, ağ-qara köynək və tünd rəngdə şalvar olmuş, sonradan həmin şəxsin Tovuz rayon sakini Cavid olduğunu öyrənmişdir. Cavidin arxasınca əynində boz, qara, ağ zolaqları olan köynək geyinmiş şəxsin qaçdığını görüb həmin şəxsin Cavidlə dalaşmasını ehtimal edib həmin şəxsi tutub kənara çəkmişdir. Həmin şəxsdən nə baş verdiyini soruşduqda o, “mən dalaşmıram, mənlik deyil, onlar dalaşırlar, əlində bıçaq var“ demiş, tutub saxladığı şəxsi avtovağzalın dayanacağında yerləşən avtomobil yuyulan yerin qarşısına doğru aparıb ona “burada gözlə, gəlirəm” demiş, qaçan şəxslərin ardınca çay evinin yan tərəfindən ayaqyolunun qarşısına çatdıqda kiminsə qışqıraraq “Firdovsi bıçaqla vurdu, vurduğu adamın arxası ilə gedir, qoymayın öldürəcək” demiş, həmin vaxt yanından keçən “Vaz 2107” markalı dövlət qeydiyyat nömrə nişanını və rəngini xatırlamadığı avtomobili saxladıb ön sağ oturacağına əyləşmiş və sürücüyə avtomobili prospektə tərəf sürməsini bildirmişdir. Həmin avtomobillə bir qədər gedəndə Firdovsinin əlində bıçağa bənzər predmetlə prospekt istiqamətində qaçdığını görmüş, sürücüyə maşını saxlamağı demiş, avtomobildən düşüb Firdovsini səsləmişdir. Firdovsi geri baxanda onu görüb sola dönüb “İnzibati mərkəzin” arxasındakı boş əraziyə girmişdir. Firdovsinin arxası ilə getmiş, Firdovsi dayanaraq əlindəki bıçağa bənzər predmeti sol tərəfdə yerləşən ayaq yolunun arxasındakı boş sahəyə tullamış, Firdovsini tutub saxlamış, ağız-burnu qan olmuşdur. Firdovsidən nə baş verdiyini soruşanda sonuncu sərxoş olduğu üçün yerə yıxıldığını “məni burax, çıxım gedim” desə də Gədəbəy şəhəri ərazisində xidmət aparan post patrul xidmətinin əməkdaşları oradan avtomobillə keçdiyini görüb onları saxladıb Təqsirləndirilən şəxs Gədəbəy rayon polis şöbəsinə aparmış, sonra hadisə yerinə qayıdıb hadisə yerini mühafizə etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid11 göstərmişdir ki, Gədəbəy şəhəri, 20 Yanvar küçəsində yerləşən 1-ci mərtəbəsi hamam, 2-ci mərtəbəsi isə çay evi kimi fəaliyyət göstərən obyekti icarəyə götürüb işlətmişdir. 27 fevral 2023-cü ildə gecə saat 23:20 radələrində Gədəbəy sakini kimi tanıdığı Firdovsi və Qinyazın 2-ci mərtəbədə yerləşən çay evinin zalında tanımadığı şəxslərlə mübahisə etdiklərini, səs-küy saldıqlarını görüb onlara yaxınlaşmış, çay evini tərk etmələrini tələb etmişdir. Mübahisə edən həmin şəxslər çay evini tərk edib pilləkənlə aşağı düşmüş, o isə çay evində qalmışdır. Təxminən 3-4 dəqiqə sonra çay evinin həyətində qışqırıq səsləri eşitmişdir. Bu vaxt kimsə çay evinə gəlib «Firdovsinin əlində bıçaq var, dava düşüb» demişdir. Həmin sözü kimin dediyini bilməmişdir. Belə olduqda o, dərhal aşağı düşmüş, bu zaman həyətdə olan şəxslərin hərəsinin bir tərəfə qaçdıqlarını görmüşdür. Hətta Firdovsinin əlində bıçaq avtovağzalın həyətinə doğru qaçıb kimisə təqib etdiyini görmüşdür. Firdovsi arxasınca qaçdığı adama çata bilməmiş, avtovağzalda olan avtomobilin ətrafına dövr edib yenidən çay evinin qarşısına, oradan isə çay evinin yaxınlığındakı ayaqyolunun qarşısına gedib orada dayanmışlar. O, ayaqyolunun qarşısına çatan zaman “Niva” markalı avtomobil oradan keçmiş, bu vaxt Firdovsinin bir nəfər tanımadığı şəxsin üzərinə hücum etmiş və yumruq atmışdır. Firdovsinin vurduğu həmin şəxs Gədəbəy şəhərində yerləşən park istiqamətində qaçmışdır. Firdovsi də həmin şəxsin arxasınca qaçarkən kimsə Firdovsini tutub saxlamışdır. Məhkəmədə ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilərək tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid10 göstərdi ki, 27 fevral 2023-cü ildə axşam təxminən saat 21 radələrində Firdovsi istifadəsində olan mobil nömrəyə zəng edib görüşmək istədiyini, Gədəbəy şəhərində Qumlu kənd sakini Elçin adlı şəxslə olduğunu demişdir. İşlədiyi sexdə təmir etdiyi ağ rəngli “Mersedes ML” markalı 90 xxxxx 299 olan avtomobili idarə edib obyektin qarşısına getmiş, avtomobil adını xatırlamadığı Gədəbəy şəhər sakini olmuşdur. Təxminən saat 21 radələrində Firdovsinin Elçinlə birlikdə masa arxasında oturduğunu görmüş, O da həmin masaya yaxnlaşıb Firdovsi və Elçinlə görüşüb əyləşmiş, onlarla birlikdə spirtli içki olan araq içib yemək yemişlər. Masada olduğu vaxt Firdovsi telefonu ilə zəng edib kiminləsə danışmış, daha sonra ona və Elçinə Şəmkir rayonundan kimisə qonaq çağırdığını demişdir. Təxminən 1 saat keçmiş saat 22 radələrində Firdovsi masadan qalxaraq qonağını qarşılamaq üçün getdiyini deyib çay evindən çıxmışdır. Bir qədər keçmiş Şəmkir rayon sakini avtomobil rəngsazı kimi qiyabi tanıdığı Samir Firdovsi ilə birlikdə çay evinə gəlib masaya yaxınlaşmış, Samir gəldikdən sonra Firdovsi bir neçə dəfə onun mobil telefonunu götürüb çölə çıxmış və qayıtmışdır. Telefonunu gətirdikdə Firdovsinin onun mobil telefonu ilə soyadını bilmədiyi Şəmkir rayon sakini Eşqin adlı dostuna zəng etdiyini görmüşdür. Eşqini təxminən 2-3 ildir ki, tanıyır və tanışlıq münasibəti vardır. Firdovsi Eşqinlə onun mobil telefonu vasitəsilə bir neçə dəfə danışdıqdan sonra aqressivləşmiş, danışıqlarından əsəbi olduğu hiss olunmuşdur. Təxminən saat 23 radələrində birlikdə masada olarkən Elçin piyada olduğunu deyərək onu evə düşürməyi xahiş etmiş, Gədəbəy mərkəzi rayon xəstəxanasına doğru gedib Qumlu kəndində Elçini evlərinə düşürmüşlər. Yolda olarkən Firdovsi bir neçə dəfə onun mobil telefonu ilə, bir neçə dəfə də öz mobil telefonu ilə Eşqin adlı dostu ilə danışmış, söhbətdən belə başa düşmüşdür ki, Eşqini hansısa Tovuz rayon sakinləri döymüş, Firdovsi də Eşqinin qisasını almaq döyənləri cəzalandırmaq istəyir. Onlar təxminən saat 23:30 radələrində çay evinin qarşısına çatmış, orada təxminən 5 dəqiqə dayanıb söhbət etmişlər, Samir avtomobildən çöldə dayanmış, Firdovsi və o, avtomobildə əyləşmişlər. Firdovsi çay evinə qalxıb Orxan adlı şəxsi aşağı düşürmək istədiyini demiş, Samirlə bu barədə söhbət etmişlər. Samir Firdovsini razı salıb Orxanı özünün çağıracağını demiş, özü sükan arxasında olmuşdur. Samir Orxanı çağıracağını deyib çay evinə tərəf getmişdir. Ardınca Firdovsi çay evinə doğru getmişdir. O da avtomobildən enib onların arxası ilə getmiş, əvvəlcə Samir, ardınca Firdovsi, bir qədər sonra isə o, çay evinə girmişlər. O, çay evinə girəndə Firdovsinin bir nəfə ağ köynək geyinmiş şəxs sonradan tandğı Qinyazla mübahisə etdiyini görmüşdür. Bir neçə saniyə sonra zalın mərkəzində hamı toplaşmışdır. Bunu görən obyekt sahibi Vasif adlı şəxs mübahisə edənlərin çölə çıxmalarını tələb etmişdir. Firdovsi, Qinyaz və daha bir neçə nəfər tanımadığı şəxs çay evini tərk edib çölə çıxmışlar. O, da zalı tərk edib çölə çıxmış, çöldə Firdovsinin tanımadığı şəxsin arxası ilə avtovağzal tərəfdən qaçdığını görmüşdür. Firdovsi qaçaraq çay evinin yan tərəfində olan ayaqyolunun qarşısına gəlmiş, tanımadığı şəxsin üzərinə gedərək yumruq atmışdır. Firdovsinin vurduğu şəxs büdrəmiş, lakin yıxılmayıb prospektə doğru qaçmışdır. Firdovsi də vurduğu şəxsin arxasınca qaçmışdır. Bir qədər keçmiş Firdovsini polis avtomobilinə əyləşdirib aparmışlar. Həmin vaxt polis əməkdaşı kimi tanıdığı Hikmət orada olmuşdur. Məhkəmədə şahid qismində dindirilmiş Şahid15 da Şahid10lə eyniməzmunlu ifadə verərək kafeyə qayıdarkən Firdovsinin Eşqinə zəng edərək “gedirəm, sənin söhbətini həll edəm” deməsini Firdovsi Yunisə “sür bayaqkı obyektin qarşısına” demişdir. O, Firdovsidən Eşqinin nömrəsini alıb zəng etmiş, Eşqinə “Firdovsi dalaşmağa gedir, onu yola gətirə bilmirik, zəng elə Firdovsini başa sal, dava salmasın, çıxaq-gedək Şəmkirə” deyəndə Eşqin ona “Ay qa, mənim söhbətim bağlıdı, artıq həll olunub, dava etməyə ehtiyac yoxdur” demiş, Eşqin Firdovsiyə zəng etsə də, Firdovsi razılaşmamışdır. Təxminən saat 23:30 radələrində az əvvəl olduqları çay evinin qarşısına gəlmişlər. Firdovsi O və Yunis avtomobildən enmiş, O, Firdovsinin dava etməsinin qarşısını almaq üçün Orxan adlı şəxsin ikinci mərtəbədə olduğunu bilib masaya yaxınlaşıb kənardan salam verib Orxanın kim olmasını soruşmuş, həmin şəxsi kənara çəkmiş və girişdən sağda yerləşən masanı göstərib “keçək ora, söz deyəcəm” demişdir. Orxan bildiyi şəxsə “Fedya içib, dalaşmaq istəyir, içkilidir, onu yola verin” demişdir. Bu vaxt Firdovsi həmin masaya yaxınlaşmış və Tovuz rayonundan olan Orxan adlı şəxsin dostu Eşqinlə dalaşdığını, Eşqini təkləyib döydüyünü, bu hərəkətin düzgün olmadığını demişdir. Zalın mərkəzinə tərəf gəldikdə həmin ağ köynək geyinmiş şəxslə Firdovsi sözlə mübahisə etməyə başlamış, səbəb Firdovsinin Orxanın ünvanına nalayiq ifadələr işlətməsi olmuşdur. O Firdovsi ilə həmin şəxsin aralarına girib mübahisəni dayandırmağı tələb etmiş Firdovsi sakitləşməyib girişlə üzbəüz masada oturan şəxslərə doğru “Orxan sənin var yoxunu” demiş, həmin masada bunu eşidən arıq bədən quruluşlu bir şəxs ayağa qalxdıqda o həmin şəxsin Orxan olduğunu başa düşmüşdür. Sonra o həmin arıq bədən quruluşlu şəxsin alnından öpüb sonuncuya “Firdovsi içkilidir, ona baş qoşma” deyərək həmin şəxsi Firdovsi ilə dalaşmaqdan yayındırmağa çalışmışdır. Bu vaxt bir nəfər şəxs gələrək mübahisə edənlərin çölə çıxmasını tələb etmişdir. Orxanla birlikdə foyeyə çıxmış, həyətdən qışqırıq səsləri və Firdovsinin ucadan nalayiq söyüşlər söyməsini eşitmişlər. Qapıdan çölə çıxarkən oradakı avtomobilin ətrafına adamların toplaşdığını, bir nəfər şəxsin əlindəki əşya ilə Firdovsinin başına vuraraq avtovağzalın dayanacağına tərəf qaçdığını görmüşdür. O, Firdovsini vuran şəxsi kim olduğunu bilməmişdir. Firdovsini vuran şəxsi tutub cəzalandırmaq üçün o və Firdovsi həmin şəxsin arxasınca qaçmışdır. O qaçaraq Firdovsini vuran şəxsi tutmaq üçün arxasınca getmiş, həmin adamı tutmağa az qalmış kimsə onu tutub saxlamış, saxlayan şəxs ondan nə baş verdiyini soruşmuş, o, “mən dalaşmıram, onlar dalaşır” demişdir. Həmin şəxs ona dayanmağını və gözləməyini deyib ondan aralanmışdır. O bir qədər avtovağzalın həyətində avtoyuma məntəqəsinin qarşısında dayanıb tək gözləmiş, sonra mübahisənin onunla heç bir əlaqəsi olmadığını, düşünərək Şəmkir rayonuna getmişdir. Məhkəmədə ifadəsi elan edilərək tədqiq edilmiş şahid qismində dindirilmiş Şahid16 göstərmişdir ki, Gədəbəy rayonu, Arıxdam kənd sakini “Fedya” ləqəbli Firdovsini təsərrüfatında olan heyvanlara saman almaq üçün onun yaşadığı Şəmkir rayonu, Yeni Həyat kəndinə gəldikdə tanımış, aralarında dostluq münasibəti olmuşdur. 27 fevral 2023cü il tarixdə yaşadığı Şəmkir rayonu, Yeni Həyat kəndində olarkən axşam xatırlamadığı vaxtda Yunisin telefonu ilə zəng edib onunla danışmış, Yunis çay evində Təqsirləndirilən şəxs və Şahid15la yeyib-içdiyini demişdir. O, Samirin Şəmkir rayon sakini olduğunu bilmiş, Yunis ona “Orxanla nə problemin var? Orxan olduğumuz çay evindədir” demiş, O isə Yunisə “Orxanla heç bir problemim yoxdur” demişdir. Bir neçə gün əvvəl Tovuz rayonu ərazisində xatırlamadığı ünvanda yerləşən kafedə tək oturub pivə içərkən xanım ofisiantın pivə sifarişini gec gətirməsinə görə irad bildirməsinə görə Orxanla aralarında mübahisə olmuş, təxminən -10 dəqiqə bir-biriləri ilə danışıb söhbət etmiş və məsələni yoluna qoymuşlar. Mübahisədən 1 ya 2 gün sonra Yunis onun yaşadığı evə qonaq gəldikdə sonuncuya Tovuz rayonunda Orxan adlı şəxslə arasında baş vermiş sözlü mübahisə barədə danışmışdır. 27 fevral 2023-cü il tarixdə Yunislə telefonla danışarkən sonuncunun ondan Orxanla nə probleminin olduğunu soruşanda başa düşmüşdür ki, Yunis yeyib-içdiyi Firdovsi və Samirə Orxanla arasında baş vermiş mübahisəni danışıb. O, telefonda Yunisə, Firdovsiyə və Samirə içkilisiniz, gedin evinizə, mənim mübahisəm Orxanla olub-bitib” desə də belə başa düşmüşdr ki, Yunis, Firdovsi və Samir onun Orxanla mübahisəsini həll etmək istəyir. 28 fevral 2023-cü ildə Şəmkir rayonu ərazisində olarkən sakinlərdən Gədəbəy şəhərində çay evində mübahisə baş verdiyini və kiminsə bıçaqlandığını eşitmişdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş və məhkəmədə verdiyi ifadəsi elan edilərək tədqiq edilmiş Şahid12 göstərmişdir ki, 27 fevral 2023-cü il tarixdə axşam saat 20 radələrində işdən çıxıb istirahət etmək məqsədilə Gədəbəy şəhər avtovağzalının yanında yerləşən çay evinə, yəni “Gənclərin əyləncə mərkəzinə” getmişdir. Həmin çay evində dostları Gədəbəy şəhər sakinləri Rizvan, çay evini işlədən Vasiflə görüşüb, bilyard oynamışlar. Daha sonra giriş qapısının qarşısındakı masada keçmiş sinif yoldaşı Məhəmmədlə oturub çay içmişdir. Təxminən saat 21 radələrində Şahid2 və Zərərçəkmiş şəxs yanlarında tanımadığı bir neçə şəxslə çay evinə daxil olmuşlar. Qinyaz onun masa arxasında əyləşdiyini görüb həmin masaya yaxınlaşmışdır. O, Qinyaz və Zərərçəkmiş şəxsla görüşmüş, Cavid yanındakı şəxslərin həmyerliləri olduğunu demişdir. Onlar birlikdə həmin masada əyləşmişlər. Masa arxasında Cavid, Qinyaz, Məhəmməd, tanımadığı bir neçə Tovuz rayon sakini və o, əyləşmişlər. O, Cavidlə çay evindən çölə çıxmış, çöldə Cavidə “İçəridə səs-küy çoxdu, içkili adamlar var, qonaq gəlmisiniz, belə yerdə oturmayın, dostlarını da götürək buradan gedək” demişdir. Cavid gəldikləri avtomobili sürmüş, Gədəbəy şəhərində yerləşən mərkəzi dairəyə doğru getmişlər. Cavid giriş qapısının yaxınlığında avtomobili saxlamış və avtomobildən düşmüşlər. Cavid çay evinin girişinə doğru getmiş, o, Cavidə “Özüm qalxıb uşaqları çağıracam, sən gözlə, düşək gedək burdan, sən yuxarı qalxma” demişdir. O, çay evinin pilləkənlərinə çatdıqda yuxarı qalxmamış, ikinci mərtəbədən səs-küy gəldiyini eşitmiş və dərhal yuxarı mərtəbəyə çıxmışdır. Çay evinin girişindəki ikinci mərtəbədə olan foyedə Firdovsi və Vasiflə rastlaşmışdır. Həmin vaxt Vasifin Firdovsiyə “Lazım deyil, sakit ol” dediyini, Qinyazın tanımadığı şəxslər tərəfindən sakitləşdirildiyini, içəridə çox sayda şəxsin bir yerə toplaşdığını görmüşdür. İçəridə səs-küy və qarışıqlıq olmuş, Firdovsi ilə Qinyaz arasında mübahisə olduğunu bilmişdir. Giriş qapısının qarşısında, çöl tərəfdə çardağın yanında dayandıqda kimsə Firdovsini yumruqla vurmuş, Firdovsi və Cavid yerə yıxılmışlar. Firdovsi ayağa qalxarkən yaxınlaşıb onu sakitləşdirməyə çalışmış, yerə yıxılanların bir-birini vurmamasına çalışmışdır. Firdovsi Cavidə tərəf getmiş, o arxasınca düşmüş, Cavid “Naz lifan” markalı avtomobilin ətrafına dövrə vurmuş, Firdovsi Cavidin arxasınca gəlib çatarkən Cavid dibçəyi götürüb Firdovsiyə atmaq istəmiş, dibçək ağır olduğundan Cavid yerə yıxılmışdır. Cavid qalxdıqda Firdovsi Cavidin üstünə hücum etmişdir. Bundan sonra Cavid qaçaraq avtovağzala doğru getmiş, Firdovsi də Cavidin ardınca qaçmışdır. Cavidin xəsarət aldığını görüb onu yoldan keçən maşına qoyub xəstəxanaya aparmasını demişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid14 göstərmişdir ki, Gədəbəy şəhər sakini Şahid11 dostu onunla birlikdə avtovağzalda yerləşən kafe və hamı işlədir. xx.xx.2023-cü ildə Gədəbəy rayon sakini kimi tanıdığı Təqsirləndirilən şəxs təxminən saat 16 radələrində Elçin və Yunis adlı tanışı ilə həmin çay evinə gəlmiş və üçü birlikdə çay evin girişindən sağ tərəfdə 2-ci yerləşən kabinetdə oturub yemək yeyib spirtli içki olan araq içmişlər. Həmin gün təxminən saat 19 radələrində Gədəbəy şəhər sakini kimi tanıdığı Şahid2 və Tovuz rayonundan gələn qonaqları çay evinə daxil olmuşlar. Onlar girişlə üzbəüz yerləşən masada iki masanı birləşdirib oturmuş, bəziləri pivə, bəziləri çay içmişlər. Bu vaxt da o, çay evində kimlərlərinsə mübahisə etdiyini görməmişdir. Hamamda istilik qurğusu nasaz olduğu üçün təxminən saat 22 radələrində birinci mərtəbəyə düşüb onu düzəltməyə çalışmışdır. Təxminən saat 23:30 radələrində hamamdan çıxdıqda çay evinin qarşısında kimlərinsə mübahisə etdiyini, Firdovsinin Qinyazla birlikdə gəlmiş adını bilmədiyi Tovuz sakinləri ilə süpürləşdiyini və hərəsinin bir tərəfə qaçdıqlarını görmüş, həmin vaxt kimsə qışqıraraq Firdovsinin əlində bıçaq olduğunu demiş, o pillkənlə qalxanda Hikmət adlı polis əməkdaşını görüb “tez düş, deyirlər Firdovsinin əlində bıçaq var, kimisə vurar mane ol, qoyma!” demişdir. O, həyətə çıxarkən sonradan adının Cavid olduğunu öyrəndiyi şəxs avtobus dayanacağından üzü çay evinə tərəf qaçdığını, Cavidin arxası ilə bir neçə nəfər şəxsin, o cümlədən Firdovsinin qaçdığını görmüşdür. Sonradan oraya gələn post patrul xidmətinin avtomobili Firdovsini aparmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid13 göstərmişdir ki, 27 fevral 2023-cü il tarixdə, axşam saat 20 radələrində yaşadığı evdən çıxıb Gədəbəy şəhərindəki Avtovağzalın ərazisində yerləşən, kafeyə getmiş, Qinyaz və digərləri ilə girişlə üzbəüz yerləşən masada əyləşmişlər. Təxminən 10-15 dəqiqə sonra əvvəllər Tovuz rayon sakini kimi tanıdığı “Əxi” ləqəbli Cavid adlı şəxs yanında gəlmiş 5-6 nəfər şəxslə birlikdə kafenin içərisinə daxil olmuşlar. Bu zaman həmin şəxslər onun əyləşdiyi masaya yaxınlaşıb onlarla görüşərək stul götürüb birlikdə masa arxasına əyləşmişlər. Daha sonra həmin şəxslərin bir neçəsi pivə sifariş vermişdir. Bir qədər sonra Cavid adlı şəxs masa arxasından qalxaraq harasa getmişdir. Cavid getdikdən bir qədər sonra Firdovsi yanında olan adlarını bilmədiyi, lakin əvvəl Gədəbəy rayonunda gördüyü iki nəfər şəxslə kafeyə girib onlardan kənarda masada oturmuşlar. Cavid çay evində olmamış, onunla birlikdə oturmuş Qinyaza tərəf bir nəfər tanımadığı şəxs gəlib nəsə demişdir. Qinyaz həmin şəxslə digər masaya keçmiş, Firdovsi çay evinə daxil olub Qinyazın olduğu masaya doğru getmişdir. Firdovsinin sərxoş olduğunu görmüş və sonuncu onun əyləşdiyi masaya doğru nalayiq ifadə işlətmişdir. Qinyaz və Firdovsi arasında mübahisə başlamış, söhbət etmək üçün kafenin həyətinə düşmüşlər. Kafedə olan şəxslər həyətə düşmüşlər. O da gödəkcəsini götürüb həyətə düşmüşdür. Həyətdə olan zaman Cavidin qaçaraq avtovağzal tərəfdən gəldiyini, Firdovsinin Cavidin arxasınca əlində bıçaqla qaçdığını görmüşdür. Firdovsi Cavidin üzərinə bıçaqla hücum edib sinəsindən bıçaqla vurmuş, Cavid vurulduqda büdrəmiş, yıxılmayıb parka tərəf qaçmışdır. Firdovsi yenə Cavidin ardınca bıçaqla qaçmışdır. O, Cavid və Firdovsinin arxasınca getmişdir. Firdovsinin harada olduğunu görə bilməmişdir. “Niva” markalı avtomobil dayanmış, həmin avtomobilin yanında Cavidin avtomobilə söykənib yerdə oturduğunu görmüşdür. Cavidin sinəsi qan olmuşdur. Cavidə yaxınlaşaraq qucaqlayıb qalx dedikdə sonuncu ona “maşın çağırdığını demiş, həmin vaxt yoldan keçən markasını bilmədiyi avtomobil dayanmış, sürücü düşüb Cavidə tərəf gəlmiş, Babək adlı şəxslə Cavidi avtomobilə qoymuş, ordan sonuncular uzaqlaşmışdır. O, çay evinə tərəf qayıtmış, sonra polislərin oraya gəldiyini görmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi haqqında” 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, hadisə yeri Gədəbəy şəhəri 20 yanvar küçəsində yerləşən iki mərtəbəli obyektin qarşısı, Gədəbəy rayon Mərkəzi Avtovağzalınnın yerləşdiyi həyətdir. Hadisə baş verən yer beton örtüklüdür, həmin həyətdə iki mərtəbəli pivə bar və hamam kimi fəaliyyət göstərən yer vardır. Obyektin girişindən 1 metr məsafədə qanabənzər ləkələr vardır. Həmin qanabənzər ləkələr nisbətən dairəvi formadadır. Avtomobil yoluna tərəf getdikdə 11 metr sonra yerdə qanabənzər ləkələrə rast gəlinir. Həmin ləkələrdən 42 metr məsafədə avtovağzalın həyətinə doğru, yəni avtobusların dayanması üçün nəzərdə tutulmuş yerdə də qanabənzər ləkələr var. Hadisə yerinin sağ və sol tərəfi dəmir məhəccərlə əhatə olunmuşdur. Sol tərəfdə dəmir məhəccərdən sonra gül əkilməsi üçün nəzərdə tutulmuş iki ədəd dibçək, üst hissəsi bağlanmış, qarşılıqlı masaları olan oturacaq vardır. Həmin yerdən avtovağzalın həyətinə doğru qan ləkələri var. Hadisə yerində 8 müxtəlif yerdə olan qanabənzər ləkələrdən pambıq tampona hopdurulmaqla nümunələr qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “baxış keçirilməsi haqqında” 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Gədəbəy şəhəri, H.Əliyev prospektindən 20 yanvar küçəsinə dönən yoldur, ərazi otluq ərazidir, yerdə qatlanan cib bıçağı vardır. Bıçağın tiyəsinin ucunda qanabənzər ləkələr, üzərində “Columoja” yazısı vardır. Dəstək hissəsində istismara xarakterik ləkə və cızıqlar var. Həmin bıçaq qablaşdırılaraq götürülmüşdür. İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi və götürmə aparılması haqqında” 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Gədəbəy şəhəri, 20 Yanvar küçəsində yerləşən Avtovağzal üzərində müşahidə kamerası obyektin qarşısını görüntüləyir. Görüntülərin qeydə alındığı qeydiyyat cihazında 27 fevral 2023-cü il tarixdə saat 23:30-dan etibarən qeydə alınmış videogörüntülərə baxış keçirilərkən saat 23:30:35-də bir nəfər şəxsin qaça-qaça pivə-bar kimi fəaliyyət göstərən yerin ikinci mərtəbəsinə qalxması, saat 23:30:48-də bir neçə şəxsin pilləkən ilə aşağı düşməsi, həmin şəxslərin giriş qapısının qarşısında dayanmaları, saat 23:31:14 də orada olan şəxslərin mübahisə edə-edə sağ tərəfdə yerləşən mühəccərə tərəf gəldikləri, saat 23:31:32–də həmin şəxslərdən iki nəfər şəxsin Market istiqamətində qaçması bir nəfər şəxsin sol tərəfdə yerləşən məhəccər tərəfə qaçaraq üzərindən atlanaraq keçməsi bir nəfər şəxsin isə məhəccərin başına dolanaraq onun yanına getməsi, həmin yerdə yenidən bir neçə şəxsin orada olan avtomobilin yanında dayanmaları, saat 23:32:00-da başında qara rəngli papaq, əynində qara rəngli kapşonlu gödəkcə, göy rəngdə şalvar, sinə hissəsi qara, qarın hissəsi isə ağ rəngdə köynək olması görünən şəxsin avtobusların dayanması üçün nəzərdə tutulmuş yer istiqamətində qaçması, onun arxasınca əynində boz rəngli uzunqol köynək, yarım qol gödəkcə, qara rəngdə cins şalvar olması görünən şəxsin əlində bıçağa bənzər əşya ilə qaçması, onlardan arxada əynində sarı-qara rəngli gödəkcə, göy rəngli şalvar olan şəxsin qaçması, qeyd olunan şəxslərin arxasınca əynində qara rəngli idman paltarı və ağ rəngli ayaqqqabı olan şəxsin sonra isə əynində qolları və sinə hissəsi ağ rəngdə kofta olan şəxsin qaçması, həmin şəxslərin kameranın görünüş məsafəsindən bir qədər kənarlaşmaları, saat 23:32:25-də həmin şəxslərin geri qayıdaraq pivə-bar istiqamətində qaçmaları görünür. Daha sonra həmin şəxslər sol tərəfə qaçırlar və bundan sonra onların haraya getdikləri görünmür. 27 fevral 2023-cü il tarixdə saat 23:30:04-dən saat 23:45:00-dək müddətdə ərzində qeyd alınmış videogörüntülər diskə köçürülrək götürülmüş protokola əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan “baxış keçirilməsi və götürmə aparılması haqqında” 28 fevral 2023-cü il tarixli protokoldan görünür ki, ümumilikdə 16 ədəd müşahidə kamerası quraşdırılmışdır. 01, 02, 05, 06, 07, 08, 12, 15 və 16 nömrəli müşahidə kameraları vasitəsi ilə 27 fevral 2023-cü il tarixdə saat 22:30-dan saat 23:59dək olan müddət ərzində qeyd alınmış videogörüntülər diskə köçürülməklə götürülərək protokola əlavə olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan “videogörüntülərə baxış keçirilməsi haqqında” 17 may 2023-cü il tarixli protokoldan görünür ki, 01 nömrəli müşahidə kamerasının obyektivi ünvan 4 ünvanında yerləşən «X5»n ətrafı hasarlanmış həyətini və yaxınlıqda yerləşən avtovağzalın həyətinin bir hissəsini görüntüləyir. Sağ tərəfdə, məhəccərin yanında ön tərəfi görünən tünd göy rəngdə «Naz Lifan» markalı **- BP-*** dövlət nömrə nişanlı avtomobil dayanmışdır. Saat 23:03:00-da əynində tünd rəngdə şalvar, yaxa hissəsi ağ və tünd rəngdə zorlaqlı köynək olan üzü saqqallı şəxs əlində mobil telefon, əynində qara rəngdə qolsuz gödəkcə, boz rəngdə uzunqol köynək və tünd rəngdə şalvar olan şəxslə birlikdə «Vaz 21014» markalı, **-RL-*** dövlət qeydiyyat nömrə nişanlı üzərində taksi nişanı olan avtomobilə doğru gedirlər. İstintaq materialları ilə müəyyən olunur ki, əlində mobil telefon, əynində qara rəngdə qolsuz gödəkcə, boz rəngdə uzunqol köynək və tünd rəngdə şalvar olan şəxs Təqsirləndirilən şəxs, əynində tünd rəngdə şalvar, yaxa hissəsi ağ və tünd rəngdə zorlaqlı köynək olan üzü saqqallı şəxs isə Şahid15dur. Saat 23:03:38-də Təqsirləndirilən şəxs Şahid15la birlikdə Mərkəzin həyətini tərk edib gedirlər. Saat 23:07:09-da başında kepka, əynində tünd rəngdə şalvar olması görünən şəxs, onun arxasınca isə əynində - boyun hissəsi sarı, digər hissəsi tünd rəngdə kapşonlu gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs «Naz Lifan» markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobilə doğru irəliləyib həmin avtomobilə yaxınlaşırlar. İstintaq materialları ilə müəyyən edilir ki, əynində - boyun hissəsi sarı, digər hissəsi tünd rəngdə kapşonlu gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs Şahid12 Tahir oğlu, başında kepka, əynində tünd rəngdə şalvar olması görünən şəxs isə iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxsdur. Sonra Şahid12 «Naz Lifan» markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobilin ön sağ, Zərərçəkmiş şəxs isə sükan arxasına əyləşir. Saat 23:07:48-də həmin avtomobil Mərkəzin həyətini tərk edir. Saat 23:31:58-də əynində tünd rəngdə şalvar, yaxa hissəsi ağ və tünd rəngdə zorlaqlı köynək olan üzü saqqallı şəxs, yəni Şahid15 avtovağzal tərəfdən qaçaraq «X5»n giriş qapısına doğru gedir. Saat 23:33:27-də tünd göy rəngdə «Naz Lifan» markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobil «X5»nin həyətinə gələrək sağ tərəfdə olan məhəccərin yanında dayanır. Saat 23:33:53-də başında kepka, əynində ağ və qara rəngdə köynək, qara rəngdə gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, yəni Zərərçəkmiş şəxs «Naz Lifan» markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobilin ön sol oturacağından yerə düşür və görüntüdən itir. Əynində - boyun və yaxa hissəsi sarı, digər hissəsi tünd rəngdə kapşonlu gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, yəni Şahid12 isə «Naz Lifan» markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobilin ön sol oturacağından yerə düşərək «X5»n giriş qapısına doğru gedir. Saat 23:36:12-də «X5»n giriş qapısının qarşısında münaqişə baş verir. Saat 23:36:27-də Təqsirləndirilən şəxs ilə başında kepka, əynində ağ və qara rəngdə köynək, qara rəngdə gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, yəni Zərərçəkmiş şəxs birbirindən aralaşırlar və bu zaman əynində tünd rəngdə şalvar, ağ rəngdə köynək, qara rəngdə gödəkcə olması görünən şəxs, yəni Şahid2 qaçaraq «Naz Lifan» markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobilin ön hissəsinə çırpılır. Daha sonora başında kepka, əynində ağ və qara rəngdə köynək, qara rəngdə gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, yəni Zərərçəkmiş şəxs «Naz Lifan» markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobilin arxa tərəfinə doğru qaçır. Bunu görən Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs arxasınca gedir. Boyun və yaxa hissəsi sarı, digər hissəsi tünd rəngdə kapşonlu gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, yəni Şahid12 Təqsirləndirilən şəxs arxadan çəkib saxlamaq istəsə də sonuncu dartılaraq həmin şəxsin əlindən çıxır və «Naz Lifan» markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobilin arxa tərəfinə keçərək görüntüdən itir. Saat 23:36:38-də sağ tərəfdə kimlərinsə münaqişə etməsi görünsə də, münaqişə edənlərin üzləri görünmür. Saat 23:36:45-də başında kepka, əynində ağ və qara rəngdə köynək, qara rəngdə gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, yəni Zərərçəkmiş şəxs Mərkəzin həyətində üzü giriş qapısına doğru dayanır və geriyə doğru addımlayır. Bir az sonra əynində - boyun və yaxa hissəsi sarı, digər hissəsi tünd rəngdə kapşonlu gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, kepkanı başına tərsinə qoymuş, əynində tünd rəngdə şalvar və gödəkcə olması görünən şəxs Zərərçəkmiş şəxs qarşısında dayanırlar. Saat 23:36:57-də Zərərçəkmiş şəxs «Naz Lifan» markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobilin ön tərəfində dayanan əlində uzun predimet olan, əynində qara rəngdə şalvar və eyni rəngdə köynək olması görünən şəxsin əlindən predimeti götürərək ardıcıl olaraq Təqsirləndirilən şəxs 2 dəfə vuraraq avtoğazal istiqamətində qaçır. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs arxasınca qaçır. Ətrafda olan digər şəxslər də, Təqsirləndirilən şəxs və Cavid Qasımvun qaçdıqları istiqamətdə gedirlər. Bir qədər sonra isə çoxlu sayda insanlar avtovağzalın həyətindən Mərkəzin yaxınlığındakı ayaqyolu istiqamətinə gedirlər. Saat 23:39:05-də bir neçə şəxs «Naz Lifan» markalı **-BP-*** dövlət nömrə nişanlı avtomobilə əyləşərək Mərkəzin həyətini tərk edib gedirlər. İş materiallarında olan “videogörüntülərə baxış keçirilməsi haqqında” 19 may 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən «X5»nin 2-ci mərtəbəsində olan zalın sağ küncündə quraşdırılmış 2 nömrəli müşahidə kamerasının obyektivi zalda olan 2 ədəd kabineti tam, 1 ədəd kabinetin yalnız arakəsmə hissəsini, barın bir hissəsini, kabinetlərlə barın arasında olan yolu, soyuducu və həmin soyuducunun qarşısındakı masanı, habelə həmin masanın arxa tərəfində yerləşən digər masanın stullarını görüntüləyir. Saat 23:32:55-də əynində ağ rəngdə köynək və tünd rəngdə şalvar olması görünən şəxs əynində tünd rəngdə şalvar, yaxa hissəsi ağ və tünd rəngdə zorlaqlı köynək olan üzü saqqallı şəxslə birlikdə zalda olan 2-ci kabinetə daxil olurlar. Saat 23:32:58-də əynində tund rəngdə şalvar və eyni rəngdə uzunqol köynək olması görünən şəxs də zalda olan 3-cü kabinetə daxil olur. İstintaq materialları ilə müəyyən edilir ki, ağ rəngdə köynək və tünd rəngdə şalvar olması görünən şəxs Şahid2, əynində tünd rəngdə şalvar, yaxa hissəsi ağ və tünd rəngdə zorlaqlı köynək olan üzü saqqallı şəxs Şahid15, əynində tünd rəngdə şalvar və eyni rəngdə uzunqol köynək olması görünən şəxs Şahid3dur. Saat 23:33:04-də başında kepka, əynində qara rəngdə qolsuz gödəkcə, boz rəngdə uzunqol köynək və tünd rəngdə şalvar olan şəxs, yəni Təqsirləndirilən şəxs da zalda olan 3-cü kabinetə daxil olur. Saat 23:33:35-də 3-cü kabinetə olan şəxslərin hər biri oranı tərk edir və zalın mərkəz hissəsinə doğru gedirlər. Saat 23:34:24-də zalın mərkəz hissəsinə çoxlu sayda insanların toplaşması görünür. Saat 23:36:37-də zalın mərkəz hissəsinə toplaşmış insanlar oranı tərk edirlər. İş materiallarında olan və məhkəmədə araşdırılan “videogörüntülərə baxış keçirilməsi haqqında” 20 may 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 5 ünvanında yerləşən «X5»nin 2-ci mərtəbəsində olan zalın giriş qapısı ilə üzbəüz yerləşən divarda quraşdırılmış 05 nömrəli müşahidə kamerasının obyektivi zalda giriş qapısı ilə üzbəüz yerləşən masanın sol hissəsini, zalda olan soyuducunu, həmin soyuducunun qarşısındakı masanı, barı, girişdən sağda yerləşən kabinetləri, görüntüləyir. Saat 23:32:55-də əynində ağ rəngdə köynək və tünd rəngdə şalvar olması görünən şəxs əynində tünd rəngdə şalvar, yaxa hissəsi ağ və tünd rəngdə zorlaqlı köynək olan üzü saqqallı şəxslə birlikdə zalda olan 2-ci kabinetə daxil olurlar. İstintaq materialları ilə müəyyən edilir ki, ağ rəngdə köynək və tünd rəngdə şalvar olması görünən şəxs Şahid2, əynində tünd rəngdə şalvar, yaxa hissəsi ağ və tünd rəngdə zolaqlı köynək olan üzü saqqallı şəxs Şahid15dur. Saat 23:32:58-də əynində tünd rəngdə şalvar və eyni rəngdə uzunqol köynək olması görünən şəxs də zalda olan 2-ci kabinetə daxil olur. İstintaq materialları ilə müəyyən edilir ki, əynində tünd rəngdə şalvar və eyni rəngdə uzunqol köynək olması görünən şəxs Şahid3dur. Saat 23:33:04-də başında kepka, əynində qara rəngdə qolsuz gödəkcə, boz rəngdə uzunqol köynək və tünd rəngdə şalvar olan şəxs, yəni Təqsirləndirilən şəxs da zalda olan 2-ci kabinetə daxil olur. Saat 23:33:35-də 3-cü kabinetə olan şəxslərin hər biri oranı tərk edir və zalın mərkəz hissəsinə doğru gedirlər. Saat 23:34:24-də zalın mərkəz hissəsinə çoxlu sayda insanların toplaşması görünür. Saat 23:36:37-də zalın mərkəz hissəsinə toplaşmış insanlar oranı tərk edirlər. Saat 23:36:46-da əynində qara rəngdə palto olması görünən şəxs zalın giriş qapısına doğru gedir. Həmin şəxs Gədəbəy rayon Polis şöbəsinin, Cinayət axtarış bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid8dur. İşdə olan və məhkəmədə araşdırılan “videogörüntülərə baxış keçirilməsi haqqında” 21 may 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında yerləşən «X5»nin binasının üzərinə quraşdırılmış 08 nömrəli müşahidə kamerasının obyektivi obyektin giriş qapısını, həyətdə olan besedkanı və həyəti görüntüləyir. Saat 23:03:00-da əynində tünd rəngdə şalvar, yaxa hissəsi ağ və tünd rəngdə zorlaqlı köynək olan üzü saqqallı şəxs əlində mobil telefon, əynində qara rəngdə qolsuz gödəkcə, boz rəngdə uzunqol köynək və tünd rəngdə şalvar olan şəxslə birlikdə «Vaz 21014» markalı, **-RL-*** dövlət qeydiyyat nömrə nişanlı üzərində taksi nişanı olan avtomobilə doğru gedirlər. İstintaq materialları ilə müəyyən olunur ki, əynində tünd rəngdə şalvar, yaxa hissəsi ağ və tünd rəngdə zorlaqlı köynək olan üzü saqqallı şəxs Şahid15, əlində mobil telefon, əynində qara rəngdə qolsuz gödəkcə, boz rəngdə uzunqol köynək və tünd rəngdə şalvar olan şəxs Təqsirləndirilən şəxsdur. Saat 23:03:38-də Təqsirləndirilən şəxs Şahid15la birlikdə Mərkəzin həyətini tərk edib gedirlər. Saat 23:07:09-da başında kepka, əynində tünd rəngdə şalvar olması görünən şəxs, onun arxasınca isə əynində - boyun hissəsi sarı, digər hissəsi tünd rəngdə kapşonlu gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs «Naz Lifan» markalı nişanlı avtomobilə doğru irəliləyib həmin avtomobilə yaxınlaşırlar. İstintaq materialları ilə müəyyən edilir ki, əynində - boyun hissəsi sarı, digər hissəsi tünd rəngdə kapşonlu gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs Şahid12 Tahir oğlu, başında kepka, əynində tünd rəngdə şalvar olması görünən şəxs isə iş üzrə zərərçəkmiş Zərərçəkmiş şəxsdur. Həmin “Naz Lifan” markalı avtomobil saat 23:07:48-də Mərkəzin həyətini tərk edir. Saat 23:31:58-də əynində tünd rəngdə şalvar, yaxa hissəsi ağ və tünd rəngdə zorlaqlı köynək olan üzü saqqallı şəxs, yəni Şahid15 avtovağzal tərəfdən qaçaraq «X5»n giriş qapısından içəri daxil olur və görüntüdən itir. Saat 23:32:25-də başında qara rəngdə kepka, eyni rəngdə gödəkcə və şalvar olması görünən şəxs, yəni Təqsirləndirilən şəxs asta yerişlə avtovağzal tərəfdən «X5»n giriş qapısına doğru gedir və giriş qapısının qarşısında dayanır. Daha sonra əynində tünd rəngdə paltar olması görünən şəxs də giriş qapısının qarşısına gedir və Təqsirləndirilən şəxsla birlikdə giriş qapısından içəri daxil olur. Saat 23:33:27-də tünd göy rəngdə «Naz Lifan» markalı avtomobil «X5»nin həyətinə gələrək sağ tərəfdə olan məhəccərin yanında dayanır. Saat 23:33:53-də başında kepka, əynində ağ və qara rəngdə köynək, qara rəngdə gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, yəni Zərərçəkmiş şəxs «Naz Lifan» markalı avtomobilin ön sol oturacağından yerə düşür əvvəlcə obyektin giriş qapısının qarşısına gedir, orada az bir müddət dayanaraq avtovağzal istiqamətində gedərək görüntüdən itir. Əynində - boyun və yaxa hissəsi sarı, digər hissəsi tünd rəngdə kapşonlu gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, yəni Şahid12 «Naz Lifan» markalı avtomobilin ön sol oturacağından yerə düşərək «X5»n giriş qapısından içəri daxil olur. Saat 23:35:20-də başında qara rəngdə papaq, tünd rəngdə dödəkcə və eyni rəngdə şalvar olması görünən şəxs «X5»n giriş qapısından içəri daxil olur. Saat 23:35:35-də 1 nəfər şəxs besedkanın yanı ilə qaçaraq «X5»n giriş qapısından içəri daxil olur. Saat 23:35:45-də üzləri görünməyən bir neçə şəxs pilləkənlərdən düşərək «X5»nin giriş qapısının qarşısına toplaşırlar. Saat 23:36:12-də «X5»n giriş qapısının qarşısında münaqişə baş verir. Üzü görünməyən, əynində boz rəngdə kapşonlu papaq olması görünən şəxs yumruqla əynində tünd rəngdə gödəkcə olan, üzü görünməyən şəxsi yumruqla vurur. Əynində - boyun və yaxa hissəsi sarı, digər hissəsi tünd rəngdə kapşonlu gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, ağzında siqaret, əynində qara rəngdə gödəkcə, boz rəngdə köynək, tünd rəngdə şalvar olması görünən şəxs, başında kepka, əynində yeri boz üzərində kadrat formalı bəzək olan gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, başında qara rəngdə papaq, tünd rəngdə dödəkcə və eyni rəngdə şalvar olması görünən şəxs, əynində tünd rəngdə şalvar, ağ rəngdə köynək, qara rəngdə gödəkcə olması görünən şəxs, əynində qara rəngdə qolsuz gödəkcə, boz rəngdə uzunqol köynək və tünd rəngdə şalvar olan Təqsirləndirilən şəxs ilə başında kepka, əynində ağ və qara rəngdə köynək, qara rəngdə gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxsi ayırmağa çalışırlar. Saat 23:36:27-də Təqsirləndirilən şəxs ilə başında kepka, əynində ağ və qara rəngdə köynək, qara rəngdə gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, yəni Zərərçəkmiş şəxs birbirindən aralaşırlar və bu zaman əynində tünd rəngdə şalvar, ağ rəngdə köynək, qara rəngdə gödəkcə olması görünən şəxs qaçaraq «Naz Lifan» markalı avtomobilin ön hissəsinə çırpılır. Daha sonora başında kepka, əynində ağ və qara rəngdə köynək, qara rəngdə gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, yəni Zərərçəkmiş şəxs «Naz Lifan» markalı avtomobilin arxa tərəfinə doğru qaçır. Bunu görən Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs arxasınca gedir. Həmin vaxt Təqsirləndirilən şəxs əlinə parıldayan, bıçağa bənzər predimetin olması görünür. Boyun və yaxa hissəsi sarı, digər hissəsi tünd rəngdə kapşonlu gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, yəni Şahid12 Təqsirləndirilən şəxs arxadan çəkib saxlamaq istəsə də sonuncu dartılaraq həmin şəxsin əlindən çıxır. Zərərçəkmiş şəxs «Naz Lifan» markalı avtomobilin arxa tərəfindən keçib məhəccəri atlayaraq besedkanın yanına gəlir, orada olan dibçəyi qaldırmaq istəsə də, gücü çatmır. Bu vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs çatır. Besedkanın yanında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs əlbəyaxa olurlar. Təqsirləndirilən şəxs sağ əli ilə Zərərçəkmiş şəxs 2 dəfə ardıcıl zərbə endirməsi görünür. Oraya gələn şəxslər Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs birbirindən ayırırlar. Saat 23:36:45-də başında kepka, əynində ağ və qara rəngdə köynək, qara rəngdə gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, yəni Zərərçəkmiş şəxs Mərkəzin həyətində üzü giriş qapısına doğru dayanır və geriyə doğru addımlayır. Bir az sonra əynində - boyun və yaxa hissəsi sarı, digər hissəsi tünd rəngdə kapşonlu gödəkcə və tünd rəngdə şalvar olması görünən şəxs, kepkanı başına tərsinə qoymuş, əynində tünd rəngdə şalvar və gödəkcə olması görünən şəxs Zərərçəkmiş şəxs qarşısında dayanır. Saat 23:36:57-də Zərərçəkmiş şəxs «Naz Lifan» markalı avtomobilin ön tərəfində dayanan əlində uzun predimet olan, əynində qara rəngdə şalvar və eyni rəngdə köynək olması görünən şəxsin əlindən predimeti götürərək ardıcıl olaraq 2 dəfə Təqsirləndirilən şəxs vuraraq avtoğazal istiqamətində qaçır. Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs arxasınca qaçır. Ətrafda olan digər şəxslər də, Təqsirləndirilən şəxs və Cavid Qasımvun qaçdıqları istiqamətdə gedirlər. İşdə olan və məhkəmədə araşdırılan “videogörüntülərə baxış keçirilməsi” haqqında 23 may 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 4 ünvanında yerləşən “X5”nin çöl sağ divarda quraşdırılmış 16 nömrəli müşahidə kamerasının obyektivi obyektin sağ kənarından keçən yolayrıcını, avtovağzalın inzibati binasının qarşısını və avtovağzalın dayanacağının bir hissəsini, ayaqyolunun qarşısını, Avtovağzalın yaxınlığında yerləşən otel və mağazaya gedən yolu görüntüləyir. Saat 23:08:00-da “NAZ Lifan” markalı, **-BP- *** dövlət qeydiyyat nömrə nişanlı avtomobil “X5”-nin həyətindən çıxıb inzibati mərkəz istiqamətində hərəkət edir və görüntüdən itir. Saat 23:24:31-də ağ rəngdə avtomobil birinci mərtəbəsi saxlanc anbarı, ikinci mərtəbəsi isə ticarət obyekti kimi fəaliyyət göstərən tikilinin sağ divarına paralel, üzü avtovağzalın dayanacağı istiqamətində dayanır. Həmin avtomobilin əks tərəfində 2 nəfər şəxsin dayanaraq söhbət etmələri müşahidə edirlir. Saat 23:31:56-da avtomobilin əks tərəfində əynində tünd rəngdə şalvar, yaxa hissəsi ağ və tünd rəngdə zolaqlı köynək olan bir nəfər şəxs qaçaraq “X5”-nə doğru gedir, həmin şəxsin arxasınca Firdovi Məmmədov, eləcə də həmin ağ rəngli avtomobilin sükanı arxasından düşən şəxs “X5”-nə doğru gedirlər. Saat 23:33:17-də “VAZ 2106” markalı avtomobil həmin ağ rəngli avtomobilin yanında dayanır, saat 23:33:27-də “NAZ Lifan” markalı avtomobil “X5”-nin həyətinə doğru irəliləyir. Saat 23:33:40-da “VAZ 2106” markalı avtomobilin ön sol oturacağından düşən şəxs “X5”-nə doğru irəliləyir. Saat 23:34:22-də az əvvəl mərkəz istiqamətində gedən şəxs əynində qara rəngli gödəkcə olması görünən şəxslə birlikdə yenidən “VAZ 2106” markalı avtomobilin yanına qayıdır. İstintaq materialları ilə müəyyən olunur ki, həmin şəxslərdən biri iş üzrə Zərərçəkmiş şəxsdur. Saat 23:35:04-də az əvvəl “VAZ 2106” markalı avtomobilin sükanı arxasından düşmüş şəxs “X5”-nə doğru asta addımlarla irəliləyir və görüntüdən itir. Saat 23:35:29-da Zərərçəkmiş şəxs qaçaraq mərkəz istiqamətində gedir. Saat 23:37:13-də “Niva” markalı avtomobil gələrək qayaqyolunun qarşısında dayanır. Saat 23:37:34-də Zərərçəkmiş şəxs bir nəfər şəxslə birlikdə “Niva” markalı avtomobilin qarşısına gəlib orada dayanır. Daha sonra isə qaçaraq “Niva” markalı avtomobilin ön sağ tərəfində doğru gedir. Saat 23:37:44-də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs olduğu istiqamətə gedir. Həmin vaxt Təqsirləndirilən şəxs əlində bıçağa bənzər predmetin olması görünür. Zərərçəkmiş şəxs avtomobilin ətrafında dövr edərək Təqsirləndirilən şəxs olduğu yerə tərəf gəlir. Bu ərəfədə Təqsirləndirilən şəxs iki nəfər şəxslə üzbəüz dayanıb söhbət edir. “Niva” markalı avtomobil inzibati mərkəz istiqamətində hərəkət edib görüntüdən itir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs arxasınca qaçaraq bir qədər irəlidə ona çatır, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs tərəf çevrilən zaman sonuncu Zərərçəkmiş şəxs sinə nahiyəsinə sağ əli ilə zərbə endirir. Bundan sonra Zərərçəkmiş şəxs səndələyərək inzibati mərkəz istiqamətində gedir. Təqsirləndirilən şəxs da onun arxasınca gedir. Qeyd olunan ərəfədə ətrafa çox sayda insanların toplaşmaları görünür. Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs getdikləri istiqamətdə həmin insanlar da gedirlər. İşdə olan və məhkəmədə araşdırılan “videogörüntülərə baxış keçirilməsi haqqında” 25 may 2023-cü il tarixli protokoldan görünür ki, videogörüntüdə avtovağzal kompleksinin həyəti aydın görünür. Sol yuxarı tərəfdə “X5nə” yaxın qara rəngli avtomobil, avtovağzalın həyətində avtomobil təmiri sexinin qarşısında da həmçinin qara rəngli avtomobil dayanmışdır. Saat 23:30:35-də bir nəfər şəxsin qaçaraq “X5nə” daxil olması, saat 23:30:48-də bir neçə şəxsin pilləkənlə aşağı düşmələri, həmin şəxslərin giriş qapısının qarşısında dayanmaları, saat 23:31:14-də orada olan şəxslərin mübahisə və münaqişə etmələri, saat 23:31:32–də həmin şəxslərdən iki nəfər şəxsin Market istiqamətində qaçması bir nəfər şəxsin sol tərəfdə yerləşən məhəccərə doğru qaçaraq üzərindən atlanaraq keçməsi, bir nəfər şəxsin isə məhəccərin başına dolanaraq onun yanına getməsi, həmin yerdə yenidən bir neçə şəxsin orada olan avtomobilin yanında dayanmaları, saat 23:32:01-də başında qara rəngli papaq, əynində qara rəngli kapşonlu gödəkcə, göy rəngdə şalvar, sinə hissəsi qara, qarın hissəsi isə ağ rəngdə köynək olması görünən istintaq materialları ilə Zərərçəkmiş şəxs olması müəyyənləşdirilən şəxsin avtobusların dayanması üçün nəzərdə tutulmuş yer istiqamətində qaçması, onun arxasınca əynində boz rəngli uzunqol köynək, yarım qol gödəkcə, qara rəngdə cins şalvar olması görünən istintaq materialları ilə Təqsirləndirilən şəxs olması müəyyənləşdirilən şəxsin əlində parıltılı olub bıçağa bənzər predmetlə qaçması, saat 23:32:22-də Zərərçəkmiş şəxs “X5”nə tərəf Təqsirləndirilən şəxs və digər şəxslərin də onun arxasınca qaçmaları müəyyən edilmişdir. Cinayət işinə əlavə edilmiş və məhkəmədə tədqiq edilən “telefon danışıqlarına dair məlumatlara baxış keçirilməsi haqqında” 22 iyul 2023-cü il tarixli protokoldan görünür ki, keçirilmiş baxışla iş üzrə Təqsirləndirilən şəxs istifadəsində ***-***-**-** Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-**, şahidlər Şahid7 istifadəsində olan ***-***- **-**, Şahid12 istifadəsində olan ***-***-**-**, Şahid6 istifadəsində olan ***-***-**-**, Şahid5 İsa oğlunun istifadəsində olan ***-***-**-** və Şahid10 istifadəsində olan ***-***-**-** mobil nömrələrin Gədəbəy şəhərində quraşdırılmış eyni antena əhatə dairəsində olmuşdur. Şahid2 istifadəsində ***-***-**-** mobil nömrədən Zərərçəkmiş şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə 27 fevral 2023-cü il tarixdə saat 15:52:54-də zəng olunaraq 112 saniyə və həmin tarixdə saat 18:17:18-də zəng olunaraq 84 saniyə danışıq aparılması, bundan başqa Şahid2 istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid5 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 27 fevral 2023-cü il tarixdə saat 02:42:31-də zəng olunaraq 205 saniyə, saat 12:56:07-də zəng olunaraq 30 saniyə və saat 13:17:54-də zəng olunaraq 116 saniyə danışıq aparılması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrədən Şahid10 istifadəsində olan ***-***-**-** mobil nömrəyə 27 fevral 2023-cü il tarixdə saat 22:37:59-da zəng olunaraq 157 saniyə, saat 22:50:05-də zəng olunaraq 46 saniyə, saat 22:59:18-də zəng olunaraq 36 saniyə, saat 23:01:25-də zəng olunaraq 31 saniyə, saat 23:03:04-də zəng olunaraq 13 saniyə, saat 23:45:54-də zəng olunaraq 29 saniyə danışıq aparılması, həmçinin Şahid10 istifadəsində olan ***-***-**-** mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** mobil nömrəyə 27 fevral 2023-cü il tarixdə saat 18:59:26-da zəng olunaraq 59 saniyə, saat 23:41:34-də zəng olunaraq 56 saniyə danışıq aparılmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-tibbi ekspertizasının 04 aprel 2023-cü il tarixli, 235 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədənində aşağıdakı xəsarətlər aşkar edildi: döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz edən, perikardı və ürəyin sol mədəciyini zədələyən, nəticədə sol tərəfli hemotorakla fəsadlaşmış deşilmiş-kəsilmiş yarası, sol kürək nahiyəsinin və kürəkarası nahiyənin deşilmiş-kəsilmiş yaraları. Qeyd edilən xəsarətlərin iti kənara malik əşyanın (alətin) təsirindən onun tibbi yardım üçün Gədəbəy RMX-na müraciət etdiyi vaxtdan bir qədər əvvəl, yəni müayinə olunan şəxsin göstərdiyi 27 fevral 2023-cü il tarixdə əmələ gələ bilməsi istisna edilmir. Həmin xəsarətlərdən döş qəfəsinin sol yarısının ön səthindən döş boşluğuna nüfuz edən, perikardı və ürəyin sol mədəciyini zədələyən, nəticədə sol tərəfli hemotorakla fəsadlaşmış deşilmiş-kəsilmiş yarası həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya, sol kürək nahiyəsinin və kürəkarası nahiyənin deşilmiş-kəsilmiş yaraları isə həm ümumilikdə, həm də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlərin xarakterini və lokalizasiyasını nəzərə alaraq demək olar ki, həmin xəsarətlərin müayinə olunan şəxsin göstərdiyi şəraitdə, yəni iti kənara malik aşyanın (alətin), ola bilsin ki, istintaqa təqdim edilmiş bıçağın tiyəsinin deşici-kəsici hissəsinin təsirindən ən az üç zərbə nəticəsində əmələ gələ bilməsi istisna edilmir. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə tibbi ekspertizasının xx.xx.2023-cü il tarixli, 69 № nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs sağ göz altının qançırı, qaş arası nahiyənin şişkinliyi və sıyrıqları, sağ dirsək oynağının arxa səthinin qançırı, sıyrığı, sağ dizin ön səthinin əzilmiş, səthi yarası, sol diz oynağının arxa səthinin sıyrıqları, dərəcəsi təyin edilməyən xəsarətlər burunun şişkinliyi və qaçırı ilə müşayiət olunan burun sümüyünün yerdəyişməyən sınığı kimi sağlamlığına Yüngül zərər vurmaya aid xəsarətlər qərarın təsvir hissəsində xx.xx.2023-cü il tarixə uyğun gəlir. Bədən səthində aşkar edilmiş xəsarətlərin xarakterinı, lokalizasiyasına əsasən demək olar ki, həmin xəsarətlərin öz-özünə yetirə bilməsi inandırıcı deyil, onun bədən səthində öz boyu səviyyəsindən yıxılmağa xarakterik xəsarət aşkar edilmədi. İş materiallarında olan və məhkəmədə araşdırılan 17 noyabr 2023-cü il tarixli qərardan görünür ki, hazırki cinayət işi materiallarından Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi ayrıca icraata ayrılmaqla Gədəbəy rayon Polis şöbəsinin İstintaq bölməsinə göndərilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan ambulator məhkəmə psixiatrik ekspertizasının 05 aprel 2023-cü il tarixli, 210 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal-hazırda hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllılıq xəstəliyi keçirmir. Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin psixopatik çizgiləri) baxmayaraq onda hər hansı xroniki psixi xəstəlik aşkar edilmir. Təqsirləndirilən şəxs qərarın təsviri hissəsində göstərilən cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs anlaqlılığı istisna edən psixi pozuntu aşkar edilmir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21-ci və ya 22-ci maddələrinin təsiri altına düşmür. Onun tibbi xarakterli məcburi müalicəyə ehtiyacı yoxdur. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə genetik ekspertizasının 29 mart 2023-cü il tarixli, 23/247 R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd bıçağın dəstəyi üzərində olan bioloji mənşəli materiallar Təqsirləndirilən şəxs məxsusdur. 01 ədəd bıçağın tiyəsində insan qanı olduğu müəyyən edildi və həmin qan nümunələri Zərərçəkmiş şəxs məxsusdur. 08 ədəd tampon üzərində olan qan nümunələri Təqsirləndirilən şəxs məxsusdur. İş materiallarında olan və məhkəmədə araşdırılan materialların məhkəmə-lifli ekspertizasının 16 may 2023-cü il tarixli, 6/2271 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən köynəyin üzərindən aşkar edilmiş boz rəngli poliester kimyəvi lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən köynəyin tərkib liflərinə uyğun gəlirlər. İş materiallarında olan və məhkəmədə araşdırılan məhkəmə-ballistik-trasoloji eskpertizasının 02 iyun 2023-cü il tarixli, 3/667, 3/670 nömrəli rəyndən görünür ki, tədqiqata təqdim edilmiş 1 ədəd bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Təqdim edilmiş üzərində “Zərərçəkmiş şəxs məxsus ...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin, maykanın səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan predmetin (bıçaq və ya ona bənzər xassəli hər hansı bir alətin) təsiri nəticəsində müxtəlif istiqamətlərdə (sağdan sola, yuxarıdan aşağı) yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Təqdim edilmiş uzunqol köynəyin, maykanın səthindəki zədələrdə zədə yaradan predmetə xarakterik xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Xüsusi kriminalistik ədəbiyyatlarda zədənin yaranma müddətini müəyyən etmək üçün metodlar mövcud olmadığına görə bu halın kriminalistik tədqiqat aparmaqla müəyyən edilməsi mümkün deyil. Təqdim edilmiş üzərində «Zərərçəkmiş şəxs məxsus..» yazı qeydləri olan bağlamadan aşkar edilmiş şalvarın səthində zədə yoxdur. Təqdim edilmiş Zərərçəkmiş şəxs...” yazı qeydləri olan bağlamadan aşkar edilmiş uzunqol köynəyin, maykanın səthində olan zədələr ilə “MTE və PA Birliyi” X7 Tovuz şəhər şöbəsinin 04 aprel 2023-cü il tarixli 235 saylı ekspert rəyində qeyd edilən Zərərçəkmiş şəxs bədənində olan xəsarətlərin yerləşmə sahəsi uyğunluq təşkil edir. İş materiallarında olan və məhkəmədə araşdırılan 28 fevral 2023-cü il tarixli, 111 nömrəli sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı orta dərəcəli alkoqol sərxoşluğu vəziyyətində olmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan Gəncə şəhər Birləşmiş xəstəxanası X7 28 fevral 2023-cü il tarixli, x/t 0130/100 nömrəli arayışdan görünür ki, Zərərçəkmiş şəxs, həmin tarixdə saat 02:35-də döş qəfəsinin daxilə keçən kəsilmişdeşilmiş yaralanması, perikardın yaralanması, hematoması diaqnozu ilə xəstəxananın cərrahiyyə şöbəsinə daxil olmuş və əməliyyat olunmuşdur. İş materiallarında olan və məhkəmədə araşdırılan DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən verilmiş 18 mart 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəlki məhkumluğu ödənilmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, 28 fevral 2023-cü il tarixdə hadisə yerinin yaxınlığında aşkar edilərək götürülmüş üzərində Zərərçəkmiş şəxs məxsus qan və Təqsirləndirilən şəxs məxsus bioloji materiallar olan 01 ədəd açılıb-qatlanan bıçaq, hadisə yerindən aşkar olunaraq götürülmüş Təqsirləndirilən şəxs məxsus 08 ədəd pambıq üzərində olan qan nümunəsi, hadisə zamanı Zərərçəkmiş şəxs üzərində olmuş 01 ədəd bej və qara rəngli 01 ədəd döş cibli üzərində qana oxşar maddəyə bulaşmış və kəsilmişcırılmış vəziyyətdə uzunqol köynək, 01 ədəd göy rəngli, 02 ədəd yan və 02 ədəd arxa cibli, bel hissəsində qara rəngli süni dəriyə bənzər materialdan kəmər əlavəli, üzərində qana oxşar maddə izləri olan cins şalvar, 01 ədəd qara rəngli üzəri qana oxşar maddəyə bulaşmış və kəsilmiş cırılmış vəziyyətdə qolsuz mayka, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd boz rəngli, qol və ətəyi manjetli, qol və arxa hissəsində qara rəngli bəzəkli, üzərində qana oxşar maddə izləri olan uzunqol köynək və 01 ədəd qara rəngli qolsuz mayka, ünvan 1 ünvanında yerləşən “X5ninə quraşdırılmış, eləcə də avtovağzalın həyətini görüntüləyən müşahidə kameralarında hadisənin baş vermə mexanizmini görüntülərin olduğu 04 ədəd disk, telefon danışıqlarına dair məlumatların olduğu 03 ədəd disk maddi sübut kimi tanınmışdır. İş materiallarında olan və məhkəmədə araşdırılan X11 Xidmətdə verilən xx.xx.2023cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışmış ona dəymiş ziyan tam ödənilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli ərizədən görünür ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxsə cəza verilməməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan və məhkəmədə araşdırılan Gədəbəy RİHB-nin Arıqdam kənd İƏD üzrə nümayəndəliyindən verilmiş 70 №li, 26.04.202-cü il tarixli arayış və xasiyyətnamədən görünür ki, həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayan Firovsi Məmmədov barədə icra nümayəndəliyinə ərizə və şikayət daxil olmamışdır. İş materiallarına əlavə edilmiş və məhkəmədə tədqiq edilən AZ İİİ 154758№li və AZ İİ 054472 №li doğum haqqında şəhadətnamələrdən görünür ki, Firovsi Məmmədovun himayəsində xx.xx.2006-cı il təvəllüdlü yetkinlik yaşa çatmayan Əlvan Məmmədova və xx.xx.2013-cü il təvəllüdlü Kamandar Məmmədov adlı azyaşlı övladları var. Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı və məhkəmə baxışında Azərbaycan Respublikası 29, 120 və 221-ci maddələri ilə təqsirli bilməmiş, hadisə zamanı döyüldüyünü, yerdən qalxarkən qarşısında Zərərçəkmiş şəxs görüb onu vuran şəxslərdən birinin də Zərərçəkmiş şəxs olmasını başa düşüb qorxutmaq üçün yerdən tapdığı bıçaqla bir neçə dəfə sonuncuya tərəf zərbə endirsə də onu öldürmək istəmədiyini, özünü müdafiə etdiyini göstərmişdir. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsi xuliqanlıq niyyəti ilə deyil, qisas almaq məqsədilə qəsdən öldürməyə cəhd etməsini və buna görə xuliqanlıq niyyəti ilə qəsdən adamöldürmədən yəni Cinayət Məcəlləsinin 29, 120.2.2-ci maddəsindən qisas almaq məqsədilə dava-dalaş zamanı 29, 120.1-ci maddəsinə tövsif edilməsini əsaslı və qanuni hesab etsə də, təqsirləndirilən şəxsin əməlinin adamöldürməyə cəhd və xuliqanlıq olmaması ilə razılaşmır və gəldiyi nəticəni aşağıdakı sübutlarla əsaslandırır. Belə ki, işin məhkəmə baxışı zamanı hadisənin ictimai yer hesab edilən “X5”nin ikinci mərtəbəsindəki çay evində başlaması və həyətindən davam etməsi orada olan şəxslərin normal istirahətini pozaraq narahat olmaları ilə nəticələnməsi hadisə vaxtı ictimai qayda hamılıqla qəbul edilmiş birgəyaşayış və normal ictimai davranış qaydalarının silah qismində tətbiq edilən əşya ilə pozulması məhkəmə baxışında da tədqiq edilmişsübutlara əsasən işin mübahisəsiz halıdır və əməlində CM-nin 221.3-cü maddəsini tərkib hissəsini yaradır. Həmin tarixdə saat 23:30 radələrində heç bir əsaslı səbəb olmadan cəmiyyətdə insanlar arasında bərqərar olmuş davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər etməklə ictimai qaydanı kobud surətdə pozub, ətrafdakı digər şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərməklə səs-küy salıb nümayişkəranə Şahid3 ünvanına nalayiq ifadələr işlədilmiş, yaranmış mübahisə zamanı çay evində işləyən Şahid11 təkidi ilə digər şəxslərlə birlikdə çölə çıxmışdır. Belə ki, Təqsirləndirilən şəxs X5”nin giriş qapısının qarşısında bu kimi hərəkətlərini davam etdirərkən həmin vaxt oraya gəlib nə baş verməsi barədə maraqlanan Tovuz rayonu, Qovlar şəhər sakini Zərərçəkmiş şəxs “Sən get işinlə ol, nəyinə lazımdır” deyə kobud cavab verdikdən sonra onunla biryerdə gəlmiş Şahid5 və Şahid2 tərəfindən sifət və bədəninin müxtəlif nahiyələrinə əl və ayaq zərbələri ilə xəsarətlər yetirildikdən sonra o, orta dərəcəli sərxoşluq vəziyyətində həmin zərbələrin ona Zərərçəkmiş şəxs tərəfindən yetirilməsini güman edərək soyuq silah hesab edilməyən bir tərəfi kəsici, ucu deşici xassəyə malik turist bıçağını çıxararaq nümayiş etdirməklə, Zərərçəkmiş şəxs üzərinə hücum edərək zor tətbiq edib silah qismində istifadə etdiyi həmin bıçaqla sonuncunun kürək nahiyəsinə qəsdən 1 dəfə zərbə endirib ona sol kürək nahiyəsinin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə qərəzli xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmənin qənaətinə görə məhz zərərçəkmiş şəxsin ona müəyyən edilməyən predmetlə baş nahiyyəsinə zərbə vurmasından sonra Təqsirləndirilən şəxs sonuncunu qisas almaq məqsədilə öldürmək niyyəti qətiləşmiş, onu hadisə yerindən uzaqlaşdırıb aparmağa cəhd edən şəxslərin əlindən çıxaraq Zərərçəkmiş şəxs təqib edib sonuncuya çataraq avtovağzalın həyətində əlindəki bıçaqla sonuncunun kürək nahiyəsinə növbəti dəfə qəsdən zərbə endirərək ona kürəkarası nahiyənin deşilmiş-kəsilmiş yarası kimi sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmiş, oradan qaçaraq “X5”nin yaxınlığındakı ayaqyolunun qarşısına gələn Zərərçəkmiş şəxs öldürmək məqsədinə nail olmaq üçün əlindəki bıçaqla həmin yerə gedib, orada qəsdən Zərərçəkmiş şəxs sinə nahiyəsinə 1 dəfə zərbə endirməklə ona döş qəfəsinin ön səthinin sol yarısının döş boşluğuna nüfuz edən, perikardı və ürəyin sol mədəciyini zədələyən, nəticədə sol tərəfli hemotorakla fəsadlaşmış deşilmiş-kəsilmiş yarası kimi sağlamlığına ağır zərər vurmaya aid xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsi öldürmək niyyətini təsdiq edən digər mötəbər sübut isə işin faktiki halları - onun ətrafdakı şəxslər tərəfindən zərərçəkmişdən aralanmasına və sakitləşdirilməsinə cəhdlər edilməsinə baxmayaraq və zərərçəkmiş şəxsin ondan qaçmasını nəzərə almayaraq münaqişəyə davam etməsi, dəfələrlə onu aralayan (yaxud tutub saxlayan) şəxslərin əlindən çıxaraq yaralı vəziyyətdə olan (bıçaqla xəsarət yetirdiyi) Zərərçəkmiş şəxs çataraq yenidən ona həyati vacib orqanların yerləşdiyi sinə (ürək nahiyyəsindən) təkrar bıçaq xəsarəti yetirməsidir. Odur ki, məhkəmə qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.2, 221.3-cü maddələrindən həmin Cinayət Məcəlləsinin 29, 120.1, 221.3-cü maddəsinə tövsif edilməklə, O, həmin maddələrlə təqsirli bilinib cəzalanmalıdır. Məhkəmə baxışında Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsin himayəsində azyaşlı övladı olmasını CM-nin 59.1.4-cü, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikası CM-nin 59.1.12-ci maddəsinə, dəymiş ziyanı ödəməsini CM-nin 59.1.13-cü maddəsinə, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini isə Azərbaycan Respublikası CM-nin 59.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. İş materiallarında olan və məhkəmədə tədqiq edilən “şübhəli şəxsin tutulması protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü ildə Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan Gədəbəy rayon məhkəməsinin 4(042)-3/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinin tələblərinə müvafiq olaraq cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli, obyektiv yoxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 145.1, 145.2, 145.3-cü maddələrinin tələblərinə müvafiq olaraq hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. O cümlədən, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusuna hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Məhkəmədə Təqsirləndirilən şəxs törətdiyi əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun şəxsiyyətini, cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq cəza məsələsini də həll etmişdir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddədə nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzadan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə əsasən insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinin sanksiyasına əsasən qeyd edilən cinayət əməli doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Cinayət Məcəlləsinin 15.5-ci maddəsinə əsasən Bu Məcəllə ilə qəsdən törədilməsinə görə nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddi on iki ildən artıq olan əməllər xüsusilə ağır cinayətlər hesab olunur. Cinayət Məcəlləsinin 56.1.4-cü maddəsinin tələblərinə əsasən qəsdən törədilmiş.... xüsusilə ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 29-cu maddəsinə əsasən bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik), şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən qəsdən adam öldürmə - yəni digər şəxsi qəsdən həyatdan məhrumetmə doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Azərbaycan Respublikası CM-nin 63-cü maddəsin əsasən başa çatmayan cinayətə görə cəza təyin edilərkən, cinayətin başa çatdırılmamasına səbəb olan hallar nəzərə alınır. Cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası CM-nin 60.1-ci maddəsinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsinə əsasən Bu Məcəllənin 221.1ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllər silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Odur ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs barəsində qanunvericiliyin müəyyən etdiyi həddə azadlıqdan məhrumetmə cəzası təyin edilməlidir. Cinayət Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Hökm qanuni qüvvəyə minənədək Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və Gədəbəy rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan üzərində Zərərçəkmiş şəxs məxsus qan və Təqsirləndirilən şəxs məxsus bioloji materiallar olan 01 ədəd açılıb-qatlanan bıçaq, hadisə yerindən aşkar olunaraq götürülmüş Təqsirləndirilən şəxs məxsus 08 ədəd pambıq üzərində olan qan nümunəsi məhv edilməli, Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd bej və qara rəngli 01 ədəd döş cibli üzərində qana oxşar maddəyə bulaşmış və kəsilmiş-cırılmış vəziyyətdə uzunqol köynək, 01 ədəd göy rəngli, 02 ədəd yan və 02 ədəd arxa cibli, bel hissəsində qara rəngli süni dəriyə bənzər materialdan kəmər əlavəli, üzərində qana oxşar maddə izləri olan cins şalvar, 01 ədəd qara rəngli üzəri qana oxşar maddəyə bulaşmış və kəsilmiş cırılmış vəziyyətdə qolsuz mayka zərərçəkmiş şəxsə yaxud yaxın qohumlarına qaytarılmalı, qəbul etmədikdə məhv edilməli, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd boz rəngli, qol və ətəyi manjetli, qol və arxa hissəsində qara rəngli bəzəkli, üzərində qana oxşar maddə izləri olan uzunqol köynək və 01 ədəd qara rəngli qolsuz mayka məhv məhv edilməli, videomüşahid əkameraları ilə qeydə alınmış görüntülər olan cəmi ədəd DVD disk və telefon danışıqlarına dair məlumatlar olan ədəd CD disk iş materiallarında saxlanılmalıdır. Hazırki iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur, mülki iddia verilməmişdir. Məhkəmə məsrəfi olan 209 (iki yüz doqquz) manat ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1 və 221.3-cü maddələri ilə təqsirli bilinsin, Ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.1-ci maddəsi ilə 7 (yeddi) il 10 (on) ay, 15 (on beş) gün müddətinə, Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə isə 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 8 (səkkiz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Çəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu xx.xx.2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə qədər dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan Gədəbəy rayon prokurorluğunun maddi sübutların saxlanc otağında saxlanılan - üzərində Zərərçəkmiş şəxs məxsus qan və Təqsirləndirilən şəxs məxsus bioloji materiallar olan 01 ədəd açılıb-qatlanan bıçaq, hadisə yerindən aşkar olunaraq götürülmüş Təqsirləndirilən şəxs məxsus 08 ədəd pambıq üzərində olan qan nümunəsi məhv edilsin. - Zərərçəkmiş şəxs əynində olmuş 01 ədəd bej və qara rəngli 01 ədəd döş cibli üzərində qana oxşar maddəyə bulaşmış və kəsilmiş-cırılmış vəziyyətdə uzunqol köynək, 01 ədəd göy rəngli, 02 ədəd yan və 02 ədəd arxa cibli, bel hissəsində qara rəngli süni dəriyə bənzər materialdan kəmər əlavəli, üzərində qana oxşar maddə izləri olan cins şalvar, 01 ədəd qara rəngli üzəri qana oxşar maddəyə bulaşmış və kəsilmiş cırılmış vəziyyətdə qolsuz mayka zərərçəkmiş şəxsə yaxud yaxın qohumlarına qaytarılsın, qəbul etmədikdə məhv edilsin. - Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd boz rəngli, qol və ətəyi manjetli, qol və arxa hissəsində qara rəngli bəzəkli, üzərində qana oxşar maddə izləri olan uzunqol köynək və 01 ədəd qara rəngli qolsuz mayka məhv edilsin. İş üzrə məhkəmə məsrəfi - ekspertiza tədqiqatının dəyəri olan 209 (iki yüz doqquz) manat Təqsirləndirilən şəxs tutularaq Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu (hökmün surəti Təqsirləndirilən şəxs verildiyi) vaxtdan 20 (iyirmi) gün müddətinə Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və (və ya) protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və (və ya) protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar