Məhkəmə qərarları › İş №1(100)-125/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-125/2021

14.10.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-125/2021 14.10.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Səmədov Xəqani Hacı oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X15 oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə xx xxx 1985-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, məhkumluğu olan, Bərdə şəhəri, Ə,Ədilov küçəsi, ev 57-də qeydiyyatda olan, Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi, Yeni massivdə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1935-ci ildə istehsal olunmuş bir ədəd 2124 nömrəli, 7.62 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah hesab edilən Naqan sistemli revolveri qanunsuz olaraq əldə edib üzərində saxlamaqla gəzdirərək Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi, Yeni massivdə yerləşən yaşadığı fərdi evin qarşısına daşımış, həmçinin istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda 45,279 qram çəkidə narkotik vasitə heroini əldə edib üzərində saxlamaqla Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi, Yeni massivdə yaşadığı fərdi evin qarşısına qanunsuz daşımış, bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdə saat 05 radələrində qeyd olunan ünvanın qarşısında saxlanılaraq Bərdə şəhəri, ünvan 1lis Şöbəsinə gətirilərək üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan şalvarının arxa kəmər hissəsindən qanunsuz əldə edib gəzdirdiyi bir ədəd 7,62 mm kalibrli odlu silah hesab edilən 2124 nömrəli Naqan sistemli revolver və şalvarının sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq əldə edib daşımaqla saxladığı iki ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 31,604 qram və 13,675 qram olmaqla ümumilikdə külli miqdarda 45,279 qram ümumi təmiz çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Qeyd olunan hüquqazidd hərəkətlərə yol verməklə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs həmin cinayət əməlini törətməsi məhkəmə istintaqı zamanı tədqiq olunmuş aşağıdakı sübutlarla tam təsdiq olunmuşdur: Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə ifadə verərkən ona Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyrək göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi, Yeni massivdə yerləşən fərdi yaşayış evində yaşamışdır. Arada bir narkotik vasitə heroin istifadə etmişdir. Narkotik vasitələri aldığı şəxsləri tanımadığı üçün onların anket məlumatlarını qeyd edə bilmir. Çünki onların şəxsiyyətləri ona maraqlı olmayıbdır. 27 avqust 2020-ci il tarixdə saat 05 radələrində yaşadığı Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi, Yeni massiv, fərdi yaşayış evində yatdığı zaman, polis əməkdaşları onun evinin qapısını və aynasını sındıraraq evinə daxil oldular və ona zor tətbiq edərək Bərdə RPŞ-nə apardılar. Bərdə rayon Polis Şöbəsində onun qarşısınaa narkotik vasitə və silah qoydular və bildirdilər ki, “ya sən tək gedəcəksən həbsə, ya da ailə və uşaqların polis şöbəsinə gələcəklər”. O, da ailəsinə zərər gəlməsin deyə razılaşmış və hər hansı sənədə lazımdırsa imza edəyəciyini bildirmişdir. Onun heç bir narkotik vasitədən və silahdan xəbərim olmayıb, o, heç vaxt narkotik vasitə satmayıbdır, sözügedən ittiham ona qarşı səbəbsiz yerə elan edilibdir, bunlar hamısı Bərdə rayon Polis Şöbəsinin qurduğu oyunlardır. Qeyd olunanların nəzərə alınıb məhkəmə tərəfindən ona bəraət verilməsini məhkəmədən xahiş edir. Məhkəmə baxışı iclasında təqsirləndirləndirilən şəxs Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına vermiş olduğu ifadəsi cinayət prosesi tərəflərinin iştirakı ilə elan edilmiş, Təqsirləndirilən şəxs sözügedən ifadədə göstərmişdir ki, arada bir narkotik vasitə heroin istifadə edir. Bir neçə müddət qabaq Ağcabədi rayonu istiqamətində gedərkən yolun kənarından bir ədəd tapançaya oxşar əşya görmüş, həmin əşyaya baxdıqda onun Naqan tipli revolver olduğunu bilmişdir. Silahlara marağı olduğundan həmin tapançanı üzərində gəzdirməyə başlamışdır. O, həmin silahı heç kimə göstərməmişdir. Heç ailə üzvlərinin də üzərində silah olmasından xəbərləri olmamışdır. Həmçinin tutulmamışdan iki gün qabaq yaşadığı evin yaxınlığından iki ədəd büküm görmüş, həmin bükümlərə baxdıqda içərisində narkotik vasitə heroin olduğunu bilmişdir. Belə ki, özü narkotik vasitə heroin istifadəçisi olmaqla arada bir tanımadığı müxtəlif şəxslərdən narkotik vasitə heroin alaraq istifadə edib Həmin bükümləri heç kim görməsin deyə geyindiyi şalvarının cibindən çıxarmamışdır. Həmçinin tapançanı da həmişə üzərində gəzdirmişdir. 27 avqust 2020-ci il tarixdə saat 05 radələrində yaşadığı Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi, Yeni massiv, fərdi yaşayış evinin qarşısında olan zaman iki nəfər şəxs ona yaxınlaşaraq Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirmişlər. Ondan anket məlumatları soruşulduqda o, özü barədə məlumat vermişdir. Polis əməkdaşları üzərində qanunsuz olaraq odlu silah saxlamaqda və narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli olduğunu bildirdikdə o, səmimi olaraq üzərində bir ədəd tapança və narkotik vasitə heroin olduğunu bildirmişdir. Bundan sonra polis əməkdaşları onu Bərdə Rayon Polis Şöbəsinə dəvət edib orada hüquqlarının müdafiə edilməsi məqsədi ilə vəkil təqdim olunmuşdur. Bundan sonra ona videoçəkiliş aparılmaqla üzərində şəxsi axtarış keçiriləcəyi bildirildikdə o, buna heç bir etiraz etmədiyini demişdir. Ona üzərində olan əşyaları təqdim etməsi bildirdikdən sonra əynində olan boz rəngli parça materiallı şalvarının sol yan cibindən içərisində narkotik vasitə olan heroin olan 02 ədəd bükümü və şalvarının arxa kəmər hissədə saxladığı bir ədəd revolver tipli tapançanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Üzərində baxış keçirilsə də başqa heç bir əşya aşkar edilməmişdir. Təqdim etdiyi həmin iki ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman içində tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu aşkar olunmuşdur. O, həmin maddələrin “kakos” adı ilə adlandırılan narkotik vasitə heroin olduğunu və iki gün əvvəl yaşadığı evin yaxınlığından tapdığıı, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra təqdim etdiyi tapançaya baxış keçirilmiş və tapançanın boş olduğu müəyyən edilmişdir. O, tapançanı Ağcabədi rayonu istiqamətində gedərkən yolun kənarından təsadüfən tapdığını və üzərində gəzdiriyini, odlu silahdan istifadə etmədiyini bildirmişdir. Bundan sonra təqdim etdiyi bir ədəd tapança, həmçinin narkotik vasitə heroin iki ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və zərfin üzərini o da imzalamışdır. Daha sonra baş verənlər barədə protokol tərtib edilmiş və o da protokola imza etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 26 avqust 2020-ci il tarixdə Baş İdarəyə daxil olmuş məlumatda Bərdə şəhər sakini “İmadi” adlı şəxsin Bərdə şəhəri ərazisində qanunsuz olaraq külli miqdarda narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə saxlayaraq daşıması və satışı ilə məşğul olması, həmçinin qanunsuz olaraq odlu silah və döyüş sursatı əldə edərək saxlamaqla gəzdirməsi bildirilmişdir. Həmin məlumat əsasında keçirilən əməliyyat tədbirləri nəticəsində “İmadi” adlı şəxsin şəxsiyyəti müəyyən edilərək onun xx xxx 1985-ci il tarixdə ünvan 3 ünvanında qeydiyyatda olmaqla, ünvan 4i yaşayış evində yaşayan Təqsirləndirilən şəxs olması məlum olmuşdur. Həmin məlumatın yoxlanılması məqsədi ilə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdə saat 05:00-da yaşadığı Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi, Yeni massiv, fərdi yaşayış evininn qarşısında saxlanılaraq üzərində şəxsi axtarış və götürmə keçirilməsindən ötrü Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Bərdə RPŞ-yə gəldikdən sonra Təqsirləndirilən şəxs hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bərdə rayon Vəkil Bürosunun vəkili X2 dəvət olunaraq ona təqdim olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq bu barədə müvafiq qərar və protokol tərtib edilmiş, həmçinin ona hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində odlu silahı və döyüş sursatını əldə edərək saxlamaqla gəzdirməkdə, həmçinin qanunsuz olaraq külli miqdarda narkotik vasitələr və psixotrop maddələr əldə etmə, özündə saxlayaraq daşıma və satışı ilə məşğul olmaqda şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq videoçəkilişdən istifadə edilməklə onun üstünün yoxlanılacağı və üzərində olan əşyalara baxış keçiriləcəyi bildirilmişdir. İmadi buna etiraz etmədiyini, üstünün yoxlanmasından razı olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs tərəfimdən əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qəbul edilmiş qərarla tanış edildikdən sonra təklif edilmişdir ki, daxil olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə, odlu silah və ya döyüş sursatı varsa könüllü olaraq təqdim etsin. Şübhəli şəxs masaya doğru yaxınlaşıb boz rəngli parça materiallı şalvarının sol yan cibindən iki ədəd şəffaf sellofan bükümü, şalvarının arxa tərəfində kəmər hissədə gizlədib saxladığı bir ədəd revolver tipli tapançaya bənzər əşyanı masanın üzərinə qoymaqla təqdim etmişdir. Daha sonra şübhəli şəxsə şalvarının ciblərini tam olaraq göstərməsi və ayaqqabılarını çıxarması təklif edilmişdir. Təqsirləndirilən şəxs üzərindən və paltarından başqa qanunsuz əşya və ya maddə aşkar olunmamışdır. Ardınca şübhəli şəxsin təqdim etdiyi iki ədəd şəffaf sellofan bükümə baxış keçirilmiş və içində tünd qəhvəyi rəngli, spesifik iyli, tozşəkilli, narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu aşkar olunmuşdur. Şübhəli şəxs həmin maddələri “kakos” adı ilə adlandırdı və iki gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını və istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir. Ardınca şübhəli şəxsin təqdim etdiyi Revolver tipli tapançaya bənzər əşyaya baxış keçirilmiş və üzərindəki yazıların pozulduğu məlum olmuşdur. Bundan sonra tapança boş olub-olmaması məqsədi ilə yoxlanıldı və boş olduğu aşkar edilmişdir. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs revolver tipli tapançaya bənzər əşyanı Ağcabədi rayonu istiqamətində gedərkən yolun kənarından təsadüfən tapdığını və üzərində gəzdiriyini bildirdi. Şübhəli şəxs həmçinin odlu silahdan istifadə etmədiyini bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd revolver tipli tapançaya bənzər əşya, həmçinin iki ədəd şəffaf sellofan bükümlərdə narkotik vasitə olan heroinə bənzər maddələr özünün iştirakı ilə müvafiq qaydada iki ədəd kağız zərfdə qablaşdırılaraq möhürlənmiş və Təqsirləndirilən şəxs iştirakçılarla birlikdə həmin qablaşdırmanın üzərinə imza etmişlər. Bundan sonra müvafiq protokol tərtib edilərək iştirakılara ucadan oxunmuş və heç bir şikayət və vəsatət daxil olmayaraq protokolun doğruluğu imzalarla təsdiq edilmişdir. Götürülmüş maddə və əşyalar protokola əlavə edilmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X10 Şahid1 ilə eyni məzmunlu ifadə verərək işin halları ilə bağlı onun dediklərini təsdiq etmişlər. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, oğlu İmadinin qanunsuz olaraq odlu silah əldə etməsi, saxlaması, daşıması və gəzdirməsi, həmçinin satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda narkotik vasitəni əldə etməsi, saxlaması və daşıması ilə bağlı irəli sürülmüş ittihamın əsası yoxdur. Oğlunun cibindən narkotik vasitənin və silahın necə, hansı şəraitdə çıxması onlara məlum deyil. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları 27 avqust 2020-ci il tarixdə saat 05:00-da yaşadıqları Bərdə şəhəri, Bahadur Hacıyev küçəsi, Yeni massiv, fərdi yaşayış evinə qanunsuz olaraq daxil olmuşlar, oğlu Təqsirləndirilən şəxs və ona qarşı zorakılıq göstərmişlər və həmin polis əməkdaşları oğlunu bizə məxsus evdən zorla çıxararaq avtomobilə mindirib aparmışlar. Həmin polis əməkdaşları maskalı olmuşlar və onların üzlərini dəqiq görə bilməmişdir. Polis əməkdaşları oğlu İmadini dizi üstə yerə yıxıb ona: “narkotiki harada gizlədibsən? Demişlər. İmadi də cavabında onda hər hansı narkotikin olmadığını bildirmişdir. Daha sonra oğlu Təqsirləndirilən şəxs avtomobilə mindirərək aparmışlar. O, çox qorxduğu və stress keçirtdiyi üçün bu barədə hüquq mühafizə orqanlarına şikayət etməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27.08.2020-ci iil tarixli “Cinayət işi başlamaq və icraata qəbul etmək haqqında” qərardan görünür ki, 27 avqust 2020-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə cinayət işi başlanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 27 avqust 2020-ci il tarixli “Şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdə saat 05:45-də şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 avqust 2020-ci il tarixli “Şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs 27 avqust 2020-ci il tarixdə saat 05 radələrində Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində Yeni massivdə yaşadığı fərdi evin qarşısında saxlanılaraq Bərdə Rayon Polis İdarəsinə gətirilərək üzərinə şəxsi axtarış və götürmə keçirilən zaman əynində olan şalvarının arxa kəmər hissəsində saxladığı yivli odlu silah hesab edilən 2124 nömrəli Naqan sistemli revolver və şalvarının sol yan cibində saxladığı iki ədəd bükümdə ümumilikdə külli miqdarda 45,279 qram narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Şəxsi axtarış və götürmə keçirilməsi telefonla videoçəkiliş aparılmaqla həyat keçirilmiş və həmin görüntülər bir ədəd diskə köçürülərək protokola əlavə edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 27 avqust 2020-ci il tarixli 6/1689 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “vət. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş...” yazısı olan zərfdəki 2 (iki) ədəd bükümdə, ayrı-ayrılıqda təmiz çəkiləri 31,604 qramvə 13,675 qram ümumi təmiz çəksi 45,279 qram qəhvəyi rəngli tozşəkilli maddələr xarici əlamətlərinə və tərkibindəki komponentlərinə görə eyni olub, kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Qalıq : 45,079 qram heroin. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-ballistik ekspertizasının 27 avqust 2020-ci il tarixli 20/422R nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, 01 ədəd 2124 nömrəli silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1935-ci ildə istehsal olunmuş 7,62 mm kalibrli Naqan sistemli revolverdir, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silah və mexanizmlərinin üzərində heç bir əlavə dəyişiklik edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 28 avqust 2020-ci il tarixli 4(005)-1030/2020 nömrəli həbs qətimkan tədbirinin seçilməsi barədə qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs cinayət işi üzrə məhkəməyədək icraat zamanı həbsdə saxlanılma müddəti 04 (dörd) ay həddində müəyyən edilmişdir. Həbsetmənin əvvəli 27 avqust 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28 avqust 2020-ci il tarixli “maddi sübut hesab etmə haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilmiş külli miqdarda ümumi təmiz çəkisi- 45,279 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatdan sonrakı qalıq 45,079 qramı və 01 ədəd 2124 nömrəli silah zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1935-ci ildə istehsal olunmuş 7,62 mm kalibrli Naqan sistemli revolver öz xüsusiyyətlərinə və əlamətlərinə, mənşəyinə, aşkar edildiyi yerə və vaxta görə cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyi üçün maddi sübut hesab edilmiş və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə təyinatı məsələsi həll edilənədək saxlanmasından ötrü Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilməsi qərara alınmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 sentyabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 27.09.2019-cu il tarilxi hökmü ilə Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə təqsirli bilinib 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 1(039)-146/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 28.08.2020-ci il tarixli, ***-*******42-1220 nömrəli istintaq tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəni satış məqsədilə əldə etməsi müəyyən edilsə də, həmin narkotik vasitənin konkret olaraq kimə satması, əvvəllər külli miqdarda narkotik vasitələrin və odlu silahın satışı ilə məşğul olması, bunu bilavasitə görə biləcək şahidlərin dairəsinin müəyyən olunması, külli miqdarda narkotik vasitə və odlu silahın nə vaxt, harada və hansı şəraitdə əldə etməsi, külli miqdarda narkotik vasitə və odlu silahın satışında şübhəli olan şəxslərlə əlaqələrinin yoxlanılması və külli miqdarda narkotik vasitə və odlu silahın əldə etdiyi mənbənin müəyyən olunması istiqamətində əməliyyat-axtarış tədbirləri keçirilsə də müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 08 dekabr 2020-ci il tarixli 5673 nömrəli arayışından görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən ünvan 5 ünvanda yaşayır. Ailə üzvləri aşağıdakılardır: 1.Arvadı: 1992-ci il təvəllüdlü X1 2.Oğlu: 2011-ci il təvəllüdlü X5 3.Qızı: 2008-ci il təvəllüdlü X3

4. Qızı: 2018-ci il təvəllüdlü X6 Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər inzibatı ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyətnamədən görünür ki, 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs həqiqətən ünvan 5 ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məcburi narkoloji ekspertizasının 07 dekabr 2020-ci il tarixli 3398 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə rayon Məhkəməsinin 09 dekabr 2020-ci il tarixli 5(021)-145/2020 nömrəli qərarından görünür ki, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 27 avqust 2020-ci il tarixdə Bərdə rayon ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirinin əsasını təşkil edən təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair 26 avqust 2020-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 08 dekabr 2020-ci il tarixli “cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işinin materiallarından Təqsirləndirilən şəxs tərəfindən külli miqdarda 45,279 qram çəkidə narkotik vasitə heroinin və bir ədəd odlu silah hesab edilən “2124” nömrəli Naqan sistemli revolverin əldə edilmə mənbələrinin müəyyən edilməsi məqəsdilə Azərbaycan Respublikası CM-in 228.1 və 234.4.3-cü maddələri ilə ayrıca icraata ********* nömrəli cinayət işi ayrılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə İcra və Probasiya şöbəsinin 14.12.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 25.10.2019-cu il tarixdə Bərdə İcra və Probasiya şöbəsində qeydiyyata götürülmüşdür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqında vermiş olduğu ifadədə ondan aşkar edilmiş SSRİ dövlətində 1935-ci ildə istehsal olunmuş bir ədəd 2124 nömrəli, 7.62 mm kalibrli texniki cəhətdən saz və atəş üçün yararlı yivli odlu silah hesab edilən Naqan sistemli revolverin ona aid olmamasına dair xüsusatlara tənqidi yanaşır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, həmin xüsusatlar aparılmış məhkəmə araşdırılması zamanı danılmaz sübutlarla tam təkzib edilmişdir. Odur ki, məhkəmə sözügedən xüsusatları özünü müdafiə xarakteri daşıdığından, məsuliyyətdən boyun qaçırmaq məqsədi güddüyündən həqiqətə uyğun hesab etmir. Beləliklə məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144- 146-cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Təqsirləndirilən şəxs qanunsuz olaraq əldə edib, üstündə qanunsuz saxlamaqla daşıdığı ümumi təmiz çəkisi 45,279 qram çəkidə narkotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də məhkəməyə bununla bağlı sübut təqdim edilməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs yuxarıda qeyd olunan narkotik vasitəni satış məqsədilə əldə etməsini, saxlamasını, daşımasını, təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Belə olduğu təqdirdə istintaq orqanının tərəfindən hansı əsasla Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma zamanı ibtidai istintaq orqanına ondan aşkar olunan narkotik maddənin “kakos” adı ilə adlandırılan narkotik vasitə heroin olduğunu və iki gün əvvəl yaşadığı evin yaxınlığından tapdığıı, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini” bildirmiş, lakin məhkəmədə ifadə verərkən “heç bir cinayət törətmədiyini, polis əməkdaşları tərəfindən ona təzyiqlər olduğu üçün cinayət törətdiyini qəbul etmək məcburiyyətində qaldığını” qeyd etmiş, bu mövqedən çıxış edərək barəsində bəraət hökmünün çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası cinayət işinin materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ümumiyyətlə heç bir cinayət törətməməsi ilə bağlı dedikləri iş üzrə kifayət qədər toplanmış biri digərini tamamlayan sübutlarla (özünün ibtidai araşdırma dövründə verdiyi qismən etiraf edici ifadələrli, şahidlərin ifadələri, ekspert rəyləri və s.) tam təkzib edildiyindən, müdafiə xarakterli, cinayət məsuliyyətindən yayınmaq məqsədilə verilən ifadələr kimi qəbul edilməlidir. Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə polis əməkdaşlarının təsiri nəticəsində etiraf edici ifadələr verməsi ilə bağlı söylədiklərinə gəldikdə isə, məhkəmə kollegiyası qeyd edir ki, o, bu təsirin nədə ifadə olunduğunu dəqiqləşdirə bilmədi, ümumi olaraq təsir göstərildiyini bildirməklə kifayətləndi, həmçinin belə bir təsir göstərildiyi halda ibtidai araşdırma dövründə tam deyil, qismən etiraf edici ifadələr verməsini, yəni narkotik vasitəni satış məqsədilə deyil, şəxsi istifadəsi üçün əldə etməsi barədə ifadə verməsinin, səbəbini izah edə bilmədi. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə verdiyi qismən etiraf edici ifadələri, iş üzrə toplanmış yuxarıda qeyd edilən digər sübutlarla üst-üstə düşdüyündən və məntiqi baxımdan həmin sübutları tamamladığından daha mötəbər hesab edilməli və məhz həmin ifadələr əsas götürülməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs əməli (qanunsiz olaraq narkotik vasitənin qanunsuz dövriyyəsindən ibarət ittiham üzrə) ibtidai istintaq orqanı tərəfindən yalnış olaraq Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edildiyindən, törədilən cinayət əməlinə düzgün hüquqi qiymət verilməklə Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilməlidir. Belə ki, cinayət işinin materiallarından da göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.4.3-cü maddəsi ilə tövsif edilmiş, ona həmin maddə ilə ittiham elan olunmaqla ittiham aktı tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Lakin cinayət işinin materiallardan görünür ki, ibtidai araşdırma zamanı Təqsirləndirilən şəxs həm şübhəli şəxs qismində, həm də təqsirləndirilən şəxs qismində dindirilərkən ifadəsində göstərmişdir ki, “tutulmamışdan iki gün qabaq yaşadığı evin yaxınlığından iki ədəd büküm görmüş, həmin bükümlərə baxdıqda içərisində narkotik vasitə heroin olduğunu bilmişdir. Belə ki, özü narkotik vasitə heroin istifadəçisi olmaqla arada bir tanımadığı müxtəlif şəxslərdən narkotik vasitə heroin alaraq istifadə edirdi. Həmin bükümləri heç kim görməsin deyə geyindiyi şalvarının cibindən çıxartmırdı. Üzərində baxış keçirilən vaxt təqdim etdiyi həmin iki ədəd şəffaf sellofan bükümə baxış keçirilən zaman içində tünd qəhvəyi rəngli narkotik vasitə olan heroinə bənzər maddələrin olduğu aşkar olunmuşdur. O, həmin maddələrin “kakos” adı ilə adlandırılan narkotik vasitə heroin olduğunu və iki gün əvvəl yaşadığı evin yaxınlığından tapdığıı, istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişdir”. Göründüyü kimi, Təqsirləndirilən şəxs ibtidai araşdırma dövründə qeyd edilən narkotik vasitəni satış məqsədi ilə əldə etməsi və üzərində daşıması barədə ifadə verməmişdir. Həmçinin, cinayət işi üzrə dindirilən şahidlər X10 və Şahid1 da şahid qismində ifadə verərkən Təqsirləndirilən şəxs ilkin sorğu zamanı və digər istintaq hərəkətləri aparılan zaman sonuncunun üzərindən aşkar edilmiş həmin maddələri “kakos” adı ilə adlandırdığını, iki gün əvvəl yaşadığı evin yaxınlığından tapdığını və istifadə etmək məqsədi ilə üzərində gəzdirdiyini bildirmişlər. Qeyd olunmalıdır ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.11-ci maddəsində göstərilmişdir ki, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması - miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci Qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki bu qəbildən olan işlərə baxılarkən təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən, başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitəni çəkib xırda bağlamalara bükməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin üzərindən çıxan narkotik vasitənin miqdarının həmin narkotik vasitə üçün külli miqdar hesab edilməsi, hələ onun satış üçün əldə olunması və satış məqsədi ilə daşınması demək deyildir və yalnız bu əsasla şəxsin əməlinin satış məqsədi ilə narkotik vasitənin əldə edilməsi və daşınması əməli kimi, yəni Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə tövsif edilməsi düzgün deyildir. Göründüyü kimi, iş üzrə mövcud olan heç bir sübut növü Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni satış məqsədilə əldə etdiyini, saxladığını və üzərində daşıdığını təsdiq etmir. Məhkəmə kollegiyası qeyd edir ki, cinayət işinin materiallarında öz əksini tapan sübutlarla Təqsirləndirilən şəxs qeyd edilən narkotik vasitəni satış məqsədi olmadan əldə etdiyi və daşıdığı sübut olunur və cinayət işində mövcud olan heç bir sübut bu halı təkzib etmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Həmin Məcəllənin 28.4.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatını həyata keçirən məhkəmələr şübhəli və ya təqsirləndirilən şəxsi ifşa edən, həm də ona bəraət verən halları, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə almaq vəzifəsini yerinə yetirməlidirlər. Cinayət prosessual qanunvericiliyin bu tələblərinə riayət edilib-edilməməsi məsələsi ilə bağlı qeyd olunmalıdır ki, narkotik vasitənin satış məqsədi ilə əldə edilməsini, saxlanılmasını və daşınmasını iddia edən və bunu ittihamda göstərən ittiham tərəfi ittiham aktında həmin nəticəsini əsaslandırmaq üçün bir dəlilə də olsun istinad etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq külli miqdarda – ümumi təmiz çəkisi 45,279 qram narkotik vasitə heroini əldə edib üzərində saxlayaraq daşıması özünün ibtidai araşdırma zamanı verdiyi etiraf edici ifadələrlə yanaşı, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Odur ki, məhkəmə kollegiyası yuxarıda sadalananları hazırki iş üzrə tətbiq edərək hesab edir ki, ibtidai araşdırma orqanının gəldiyi nəticələr işin faktiki hallarına uyğun olmadığından, Təqsirləndirilən şəxs əməli Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməlidir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, Təqsirləndirilən şəxs əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1-ci maddələri ilə təqsirli bilinməli və o həmin maddələrin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlğın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında bir ildən üç ilədək müddətə azadlğın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən isə cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Təqsirləndirilən Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Azərbaycan Respublikası CM-in 17-ci maddəsinə əsasən cinayətlərin məcmuyu yaranır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Təqsirləndirilən şəxs törətdiyi cinayətlərin məcmusuna az ağır cinayətlər daxil olduğundan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən cəzalar qismən toplanılmalı və bu yola təqsirləndirilən şəxsə qəti cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 24 sentyabr 2020-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Yevlax rayon Məhkəməsinin 27.09.2019-cu il tarilxi hökmü ilə Azərbaycan Respublikası CM-in 264cü maddəsi ilə təqsirli bilinib 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Yevlax rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 1(039)-146/2019 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə təqsirli bilinib qəti olaraq 1 il nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilməklə 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Bərdə İcra və Probasiya şöbəsinin 14.12.2020-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 264-cü maddəsi ilə təqsirli bilinib 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 25.10.2019-cu il tarixdə Bərdə İcra və Probasiya şöbəsində qeydiyyata götürülmüşdür. Qeyd olunan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini cəza çəkdiyi dövrdə törətmişdir. Odur ki, Təqsirləndirilən şəxs barəsində olan Yevlax rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 1(039)-146/2019 saylı hökmü ilə ona təyin edilmiş cəzanın azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 54 gündən ibarət hissəsi və 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası hazırki hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Odur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs barəsində olan Yevlax rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 1(039)-146/2019 saylı hökmü ilə ona təyin edilmiş cəzanın azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 54 gündən ibarət hissəsi 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 15-ci maddəsində nəzərdə tutulmuş cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-in 228.1 və 234.1-ci maddələrində nəzərdə tutulmuş cinayət əməli “az ağır cinayət” hesab olunur. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşaqlarının olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzasını yüngülləşdirən hal hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş ambulator məcburi narkoloji ekspertizasının 07 dekabr 2020-ci il tarixli 3398 nömrəli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs tiryək alkoloidlərini tərkibində saxlayan maddələrdən sui-istifadə edilməsi nəticələnən narkomaniya xəstəliyi aşkar olunur. Məcburi müalicəyə ehtiyacı vardır, məcburi müalicəyə əks göstərişi yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 27.08.2020-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan Təqsirləndirilən şəxs aşkar edilmiş 45,279 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatdan sonrakı qalıq 45,079 qramı və odlu silah hesab edilən 01 ədəd 2124 nömrəli 7,62 mm kalibrli Naqan sistemli revolver Azərbaycan Respublikası DİN-in BMCMİ-nin maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından məhkəmə hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş 45,279 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatdan sonrakı qalıq 45,079 qramı məhv edilməli, odlu silah hesab edilən 01 ədəd 2124 nömrəli 7,62 mm kalibrli Naqan sistemli revolver xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilməlidir. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 114 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384və 385-cimaddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1 və 234.1ci maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01 (bir) il 04 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 01 (bir) il 05 (beş) ay 15 (on beş) gün müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Yevlax rayon Məhkəməsinin 27 sentyabr 2019-cu il tarixli 1(039)-146/2019 saylı hökmü ilə ona təyin edilmiş cəzanın azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 54 gündən ibarət hissəsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü madəsinə əsasən 27 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına bərabər tutulmaqla hazırki hökmlə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən qismən birləşdirilərək qəti olaraq Təqsirləndirilən şəxs 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edislin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 27 avqust 2020-ci il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmiş Təqsirləndirilən şəxs aşkar edilmiş 45,279 qram narkotik vasitə heroinin ekspertiza tədqiqatdan sonrakı qalıq 45,079 qramı məhv edilsin, odlu silah hesab edilən 01 ədəd 2124 nömrəli 7,62 mm kalibrli Naqan sistemli revolver xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınıb və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyin silah-sursat anbarına təhvil verilsin. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs 114 manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar