Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-125/2022 30.03.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Əliyev Nural Turab oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, X2 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, müdafiəçi “Yusifbəyli və Partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Ağdam rayonu, Baharlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Ağdam rayonu, Baharlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs oğlu qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri külli miqdarda kultivasiya etmə və satış məqsədilə qanunsuz olaraq külli miqdarda narkotik vasitələri əldə etmə və saxlama cinayət əməllərini törətmişdir. Belə ki, o, yaşadığı Ağdam rayonu, Baharlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilinin içərisində məlum olmayan mənbədən əldə etdiyi qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin toxumlarını 2021-ci ilin aprel ayında əkmiş, həmin toxumlardan bitmiş 94 (doxsan dörd) ədəd narkotik tərkibli çətənə (kannabis) bitkisinin kollarını 10 avqust 2021-ci il tarixədək, yəni Ağdam rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri zamanı qeyd olunan həyatyanı sahədən əkilib-becərilməsi qadağan olunmuş tərkibində narkotik maddələr olan 94 (doxsan dörd) ədəd külli miqdarda çətənə (kannabis) bitkisi aşkar edilib götürülünədək xüsusi aqrotexniki qulluq göstərib suvarıb diblərini belləyərək alaq otlarından təmizləməklə qanunsuz olaraq tərkibində narkotik maddələr olan külli miqdarda bitkiləri kultivasiya etmişdir. Bundan başqa o, yaşadığı Ağdam rayonu, Baharlı kəndində yerləşən fərdi yaşayış evinin həyətyanı sahəsində yerləşən yardımçı tikilidə kultivasiya etdiyi narkotik tərkibli bitkilərin budaqların 2021-ci ilin avqust ayının 3-də qıraraq satmaq məqsədilə qurudub evinin həyətində ümumi təmiz çəkisi 3880 qram olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı 10 avqust 2021-ci il tarixə, yəni rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində aşkar edilənədək külli miqdarda narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq satış məqsədi ilə saxlamışdır. Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının CM-nin 234.4.3 və 237.2.3-cü maddələri ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək bildirmişdir ki, o, Ağdam rayonu, Baharlı kəndində anadan olmuş və ailə üzüvləri ilə birlikdə həmin kənddə yerləşən atası Şahid6 məxsus evdə yaşamışdır. O, narkotik vasitələrdən yeni istifadə etməyə başlamışdır. Bu məqsədlə də 2005-ci il tarixdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə xidmət edən zaman adını və şəxsiyyətini bilmədiyi bir əsgərin ona verdiyi çətənə toxumlarını saxlamışdır. Həmin toxumları 2021-ci ilin aprel ayında Ağdam rayonu, Baharlı kəndində yaşadığı evin həyətyanı sahəsində olan çəpərə bitişik yarımçıq tikilidə həmin toxumları əkmişdir. Bundan sonra həmin toxumlara xüsusi qaydada qulluq etməyə başlamışdır. O, həmin çətənə bitkisinin kollarının dibinə su və peyin vermiş, həmçinin dibini belləmişdir. O, əkdiyi çətənə bitkilərinin bəziləri quruduğundan çıxarıb yerə atmışdır. 10 avqust 2021-ci il tarixdə isə saat 20 radələrində polis əməkdaşları onun yaşadığı evə gələrək fərdi yaşayış evinin həyətyanı sahəsində narkotik vasitələrin qanunsuz əkib-becərməsi barədə məlumatları olduğunu, evinə və həyətyanı sahəsinə baxış keçiriləcəyini bildirmişlər. O, da yazılı ərizəsi ilə etiraz etməmişdir. Bundan sonra polislər həyətyanı sahəyə daxil olmuşlar və həyətyanı sahədə olan tikilinin yaxınlığında yerdən kəskin iyli, narkotik vasitəyə bənzər kütlə, sonra isə həmin tikilinin içərisində olan əkdiyi çətənə kollarını, ən sonda isə tikilinin giriş qapısının sol tərəfində olan qəhvəyi rəngli bir ədəd dibçəkdə əkdiyi çətənə kolunu aşkar edərək maddi sübut kimi götürmüş və **-BR-*** dövlət qeydiyyat nişanlı, “Qazel” markalı yük maşınının yük yerinə yerləşdirmişlər. Həmin çətənə kolları Ağdam rayonu, Xındırıstan kəndi ərazisində yerləşən Ağdam RPŞ-nin inzibati binasının önünə gətirilmiş, burada digər iştirakçıların da iştirakı ilə çətənə kolları bir-bir avtomaşından endirilərək uzunluqları ölçülmüşdür. Ən qısa kolun uzunluğu 0.67 sm, ən uzunu isə 3.71 sm olmuşdur. Yaşadığı evin həyətyanı sahəsində olan yarımçıq tikilidə əkdiyi çətənə kollarının ümumi sayı 93 ədəd olmuşdur. Həmin kollar göy rəngli 4 ədəd iri sellofana bükülərək qablaşdırılmış, iplər vasitəsilə bağlanmış, möhürlənmiş və imzalarla təsdiq edilmişdir. Sonra isə tikilinin yaxınlığından aşkar edilərək götürürlmüş qurumuş çətənə kolları RPŞ-də polis əməkdaşları tərəfindən onların iştirakı ilə çəkilmiş və yun parça ilə birgə ümumi çəkisi 6.185 qram müəyyən edilmişdir. Ən sonda isə bir ədəd qəhvəyi rəngli dibçəkdə əkdiyi çətənə kolu dibçəkdən çıxarılmış, uzunluğu 1.08 sm olduğu müəyyən edilmiş və həmin kol da qablaşdırılaraq möhürlənmiş, imzalarla təsdiq edilmişdir. O, aşkar olunmuş quru çətənə bitkilərini qurutmamış, onlar inkişaf etmədiyi üçün çıxarıb yerə atmışdır. Hazırda əməlindən peşmandır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 10.08.2021-ci il tarixdə Ağdam rayon X6 rayon Baharlı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan Şahid6 yaşadığı evin həyətyani sahəsində narkotik tərkibli bitkiləri əkib-becərməsi barədə məlumat daxil olmuşdur. Dərhal məlumat əsasında yaradılmış əməliyyat qrupu ilə Şahid6 yaşadığı Ağdam rayon Baharlı kəndinə getmişlər. Onlar evə və həyətyani sahəyə baxış keçirmək üçün mütəxəssis dəvət etmişlər. Bundan sonra Şahid6 yaşadığı evin qarşısına gəlmiş və qapını döyərək Şahid6 evində və həyətyani sahəsində axtarış aparılacağı barədə məlumat vermişlər, Şahid6 isə öz növbəsində etiraz etmədiyini bildirmişdir. Bundan sonra onlar həyətə daxil olmuş və həyətə baxış keçirərkən həyətdə yığılmış saman kiplərinin qarşısında bir ədəd qalın çarpayı örtüyü üzərinə yığılmış kəskin qoxulu, yaşıl rəngli bitki kütləsi aşkar edilmişdir. Həmin kütlənin sol tərəfində yerləşən yarımçıq tikilinin içərisində 93 ədəd yaşıl rəngli, kəskin iyli bitkilər aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis Şahid5 həmin bitkilərin narkotik tərkibli çətənə bitkisi olmasını və həmin bitkilərə aqro-texniki qaydada qulluq edilməsini bildirmişdir. Bundan sonra həmin tikilinin sol tərəfindən qəhvəyi rəngli dibçəkdə əkilmiş 01 ədəd yaşıl rəngli, kəskin iyli bitki aşkar edilmişdir. Baxışda iştirak edən mütəxəssis Şahid5 həmin bitkinin narkotik tərkibli çətənə bitkisi olmasını və həmin bitkiyə aqro-texniki qaydada qulluq edilməsini bildirmişdir. Bundan sonra həmin narkotik vasitəyə bənzər bitkilər iştirakçıların iştirakı ilə polis əməkdaşları tərəfindən çıxarılaraq qalın çarpayı örtüyünə bükülmüş kəskin iyli, narkotik vasitəyə bənzər kütlə ilə birlikdə “Qazel” markalı **- BR-*** qövlət qeydiyyat nişanlı yük avtomoblinə yığılaraq rayon PŞ-nin inzibati binasının qarşısına gətirilmiş, burada həmin bitkilər və qalın çarpayı örtüyünə bükülmüş narkotik vasitəyə bənzər kütlə endirilərək iştirakçların iştirakı ilə qablaşıdırılmış və protokol tərtib edilərək götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş X3 və Şahid4 Şahid1 ifadəsinə uyğun ifadə vermişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10 avqust 2021-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokolundan görünür ki, Təqsirləndirilən şəxs 10 avqust 2021-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağdam Rayon Məhkəməsinin 12.08.2021-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 10.08.2021ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Baharlı kəndində yerləşən yaşadığı evin həyətyani sahəsinə baxış keçirilmiş, baxış zamanı həyətyani sahəsində yarımçıq tikilidə əkilmiş 93 ədəd, həmin tikilinin giriş qapısının sol tərəfindən qəhvəyi rəngli dibçəkdə əkilmiş 01 ədəd çətənə (kannabis) bitkiləri, həmçinin qalın çarpayı örtüyünə bükülmüş təmiz çəkisi 3880 qram qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməbioloji ekspertizanın 11 avqust 2021-ci il tarixli, 16/826 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində, “Qurudulmuş kəskin iyli bitkilər..” yazılar və imzalar olan sintetik kisədəki, 1 (bir) ədəd qalın çarpayı örütyünə bükülmüş təmiz çəkisi 3880 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanadır. Bundan başqa tədqiqata təqdim edilmiş üzərində “01 ədəd kol” yazılar və imzalar olan sintetik kisədəki, 1 ədəd təmiz çəkisi 60 qram bitki nümunəsi əkilib-becərilməsi qadağan olunmuş narkotk tərkibli çətənə (kannabis) bitkisidir. Bundan başqa tədqiqata təqdim edilmiş üzərində, ayrıayrılqıda üzərinlərinə “27 ədəd kol; 25 ədəd kol; 23 ədəd kol; və 18 ədəd ümumi sayı 93 ədəd olmaqla ayrı-ayrılq da təmiz çəkiləri 122450 qram, 126500qram, 143265qram, 108670qram, ümumi təmiz çəkisi 500885 qram bitki nümunələri əkilib-becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləridir. Bundan başqa tədqiqata təqdim edilmiş çətənə (kannabis) bitkilərinin ümumi sayı 94 (doxsan dörd) ədəd ümumi təmiz çəkisi 500945 qramdır. Aqronomun (mütəxəssisin) rəyinə əsasən təqdim edilmiş bitkilərə aqrotexniki qaydada qulluq edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 30 sentyabr 2021-ci il tarixdə məhkəmə-narkoloji ekspertizasının 05 noyabr 2021-ci il tarixli, 1338 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş məhkəməpsixiatrik ekspertizasının 30 sentyabr 2021-ci il tarixli, 591 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədən zaman öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Ağdam rayon İcra Hakimiyyəti başçısının Xındırıstan kənd inzibati ərzi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 20 sentyabr 2021-ci il tarixli 1049 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi ilə birlikdə Ağdam rayon Baharlı kəndində yaşayır. Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş AZ-İV № 160410 doğlum haqqında şəhdətnamənin surətindən və AA1424674 saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, 09.02.2015-ci il təvəlüdlü Mələk Xəlilzadənin və 21.07.2018-ci il təvəllüdlü Yusif Xəlillinin atası Təqsirləndirilən şəxsdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik informasiya İdarəsinin 07.09.2021-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvəllər məhkum olunmamışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 11.11.2021ci il tarixli “sübutların qiymətləndirlməsi haqqənda” qərardan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı Ağdam rayon Baharlı kəndində yerləşən yaşadığı evin həyətyani sahəsindən aşkar edilərək götürülmüş ümumi sayı 94 (doxsan dörd) ədəd ümumi təmiz çəkisi 500945 qram bitki nümunələri əkilib–becərilməsi qadağan olunmuş narkotik tərkibli çətənə (kannabis) bitkiləri və təmiz çəkisi 3880 qram istifadə olunduqdan sonra yerdə qalan 3879,8 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, həmiçinin 01 ədəd qəhvəyi rəngli dibçək maddi sübut kimi tanınaraq Ağdam rayon PŞ-nin maddi sübutların saxlanılma otağında saxlanılır. Məhkəmə təqsirləndirilən şəxsin məhkəmə istintaqı zamanı verdiyi aşkar olunmuş qurumuş çətənə bitkilərini qurutmadığına, onlar inkişaf etmədiyi üçün çıxarıb yerə atmasına dair ifadəsinin şahid ifadələri ekspert rəyləri və cinayət işinin materiallarında olan digər mötəbər sübutlarla təkzib edildiyindən həmin ifadəyə tənqidi yanaşaraq təqsirləndirilən şəxsin məsuliyyətdən yaxa qurtarmaq üçün vermiş ifadə kimi qiymətləndirib sübut kimi qəbul etmir. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkəti protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edib, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayətin tərkibi vadır. Təqsirləndirilən şəxs özünə məxsus evin həyətyanı səhəsində narkotik tərkibli çətənə kollarının qanunsuz olaraq əkib-becərməklə kultivasiya etmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinə hüquqi qiymət verərəkən yuxarıda göstərilən sübutlarla yanaşı, həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005ci il tarixli Qanununun tələblərini qeyd edir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 1.0.6-cı maddəsində göstərilmişdir ki, tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz kultivasiyası - Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tərkibində narkotik maddələr olan bitkilərin əkilməsi, yetişdirilməsi və ya toplanmasıdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il 2 №-li qərarının 19-cu bəndinin tövsiyyələrində qeyd olunmuşdur ki, şərh olunan cinayətin predmeti əkilməsi, yetişdirilməsi və toplanılması qadağan edilən narkotik xassəli bitkilər, onların hissələri, çətənə, xaşxaş növləri, tərkibində narkotik maddələr olan digər bitkilərdir (siyahı İİİ - qanunsuz kultivasiya edilən, tərkibində narkotik maddələr olan bitkilər). Əkmə dedikdə qanunsuz olaraq narkotik xassəli bitkilərin toxumunu və ya şitillərini hər hansı torpaq sahəsində əkmə başa düşülməlidir. Bu zaman cinayət həmin bitkilərin yetişdirilməsi üçün nəzərdə tutulan torpaq sahələrinə toxum və ya şitilin əkildiyi andan, onların yetişdirilməsindən və sonrakı inkişafından asılı olmayaraq başa çatmış sayılır. Yetişdirmə dedikdə narkotik xassəli bitkilərin əkildiyi və ya təbii şəkildə bitdiyi torpaq sahələrinə və burada böyüyən bitkilərə qulluq etmə başa düşülməlidir. Narkotik xassəli bitkilərin yetişdirilməsi cinayəti, qulluq etmənin başlandığı andan başa çatmış hesab olunur. Qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkilərin (onların hissələrinin) toplanılması dedikdə - bu növ bitkilərin əkildiyi, yetişdirildiyi, mühafizə olunmayan əkin sahələrindən həmin bitkiləri (onların hissələrini) yığma başa düşülür. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 25 fevral 2013-cü il tarixli qərarında göstərilmişdir ki, Konstitusiya Məhkəməsinin Plenumu yabanı bitkilərin toplanmasının kultivasiyaya aid edilib-edilməməsi məsələsi ilə əlaqədar qeyd edir ki, elmi mənasına görə “kultivasiya” anlayışı tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz olaraq əkilməsi, yetişdirilməsi, eləcə də bu bitkilərin toxumlarının seleksiyası, müxtəlif bitki sortlarının calaq edilməsi də daxil olmaqla texnologiyasının təkmilləşdirilməsi, bəzən isə bu bitkilərin əkilməsi və yetişdirilməsini özündə əks etdirən əkinçilik, yeni növlərin alınması, onların məhsuldarlığının artırılması, əlverişli olmayan hava şəraitinə dözümlüyünün artırılması deməkdir. Əkmə, tərkibində narkotik maddələr olan bitkilərin toxumlarının, şitillərinin istənilən formada torpağa əkilməsini nəzərdə tutur. Yetişdirmə, özündə bu bitkilərin əkilməsini və yetişdirilən bitkilərin onu əkən (və ya bunları əkməyən) şəxslər tərəfindən yetişmə səviyyəsinə çatdırılması üçün qulluq göstərilməsini (suvarma, alaq etmə, kübrə vermə və sair) ehtiva edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən o, həmin maddələrlə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində iki yetkinlik yaşına çatmayan uşağının olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.4-ci maddəsinə əsasən, əməlindən səmimi peşman olmasını, yaşayış yerindən müsbət xarakterizə olunmasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar yoxdur. Məhkəmə kollegiyası Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs ittiham olunduğu maddənin sanksiyasının aşağı həddində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Azərbaycan Respublikasının CPM-nin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, maddi sübut hesab edilərək Ağdam rayon Polis şöbəsində saxlanılan, 94 (üç) ədəd ümumi təmiz çəkisi 500945 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri, ümumi təmiz çəkisi 3880 qram istifadə olunduqdan sonra yerdə qalan 3879,9 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana və 01 ədəd qəhvəyi rəngli dibçək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməsi, narkotik vasitənin məhv edilməsi Ağdam rayon Polis Şöbəsində və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının CPM-nin 158.2-ci maddəsinin tələbinə əsasən təqsirləndirilən şəxsin həbsdə olduğu müddət onların cəza müddətinə hesablanmalı olduğundan, Təqsirləndirilən şəxs cəzasının başlanğıcı onun tutulduğu andan, yəni 10 avqust 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməli və narkoloji kabinetdə qeydiyyata alınmalıdır. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 64 manat 40 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3 və 237.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 237.2.3-cü maddəsi ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmə müddətinin əvvəli 10 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Ağdam rayon Polis Şöbəsində saxlanılan 94 (üç) ədəd ümumi təmiz çəkisi 500945 qram narkotik tərkibli çətənə (kannabis) bitkiləri, ümumi təmiz çəkisi 3879,9 qram narkotik vasitə hesab olunan qurudulmuş marixuana və 01 ədəd qəhvəyi rəngli dibçək hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Ağdam rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Maddi sübut olan 04 (dörd) ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 64 manat 40 qəpik Təqsirləndirilən şəxs alınaraq, Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-125/2022
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-125/2022
30.03.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver