Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-125/2023 25.10.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İmanov Dadaş Hüseyn oğlunun sədrliyi, hakimlər Rüstəmov Elmin İltizam oğlu və X3 ibarət tərkibdə, X17, X13, X4 məhkəmə iclasının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X2 Müdafiəsi üzrə İdarəsinin Ağır Cinayətlər Məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, ünvan 1 ünvanda qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, Bərdə Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli qərarı ilə barəsində 4 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və hal-hazırda Azərbayvan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı Gəncə istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamış və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri və narkotik vasitələri əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan məlum olmayan mənbədən və vaxtda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumilikdə təmiz çəkisi 0,716 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamış, 28 may 2022-ci il tarixdə saat 18:45 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Aslanov küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,716 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi ilə məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İİ və İ siyahılarına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 24,696 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, ümumi təmiz çəkisi 48,257 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 9,99 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram olan 10 ədəd metadon həbini qanunsuz əldə edərək, yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidə saxlamış, 06 iyul 2022-ci il tarixdə saat 19:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tikiliyə baxış zamanı oradan Təqsirləndirilən şəxs məxsus 2 ədəd iç-içə, 2 ədəd iç-içə, 3 ədəd iç-içə, 4 ədəd tək sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 4,930 qram, 15,352 qram, 1,819 qram, 0,763 qram, 0,787 qram, 0,780 qram, 0,265 qram, ümumi təmiz çəkisi 24,696 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 5 ədəd iç-içə, 4 ədəd iç-içə, 4 ədəd iç-içə, 10 ədəd tək sellofan bükümlərdə müvafiq olaraq təmiz çəkiləri 0,374 qram, 0,907 qram, 44,696 qram, 0,238 qram, 0,601 qram, 0,193 qram, 0,195 qram, 0,224 qram, 0,181 qram, 0,137 qram, 0,161 qram, 0,154 qram, 0,196 qram, ümumi təmiz çəkisi 48,257 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd gümüşü kağız bükümlərdə, 2 ədəd iç-içə sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,14 qram, 0,11 qram, 9,74 qram, ümumi təmiz çəkisi 9,99 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram olan 10 ədəd metadon həbi və kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş X7 ona Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.4.3-ci maddəsi ilə elan edilmiş ittihamlar üzrə özünü təqsirli bilərək, ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanda yerləşən yaşadığı evdə olan zaman təxminən saat 19 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları həmin evə gəlmişlər, evə və evin həyətyanı sahəsində narkotik vasitə və psixotrop maddələr olmasından şübələndikləri üçün onun könüllü razılığı əsasında evə baxış keçirəcəklərini bildirmişlər. Bundan sonra o,evə baxış keçirilməsinə etirazımın olmaması barədə yazılı şəkildə ərizə vermişdir. Polis əməkdaşları baxış keçirməzdən əvvəl evdə narkotik vasitə olub-olmadığını soruşmuş, o isə evdə deyil, evin həyətində olan yardımçı tikilidə narkotik vasitə olduğunu polis əməkdaşlarına bildirmişdir. Daha sonra polis əməkdaşları ilə birlikdə evin həyətyanı sahəsində yerləşən tikiliyə daxil olmuş və masanın üzərinə qoyduğu bükümlərdə saxladığı özünə məxsus “kakos”, “patı” və metadonu polis əməkdaşlarına göstərmişdir. Polis əməkdaşları tərəfindən onun iştirakı ilə həmin narkotik vasitələrə və psixotrop maddələrə baxış keçirilmişdir. Bundan sonra aşkar edilmiş narkotik vasitələr və psixotrop maddələr ayrı ayrılıqda çəkilmiş. Həmin narkotik vasitələr və psixotrop maddələr 1 ədəd elektron tərəzidə çəkilmiş və qablaşdırlaraq götürülmüşdür. Daha sonra onu Bərdə rayon polis şöbəsinə aparmışlar və şöbədə o, müdafiəçiyə ehtiyacı olduğunu bildirmiş və Bərdə rayon vəkil bürosunun vəkili X8 hüquqlarını müdafiə etmək üçün müdafiəçi qismində dəvət edib ona təqdim etmişlər. Müdafiəçinin istirakı ilə üzərinə baxış keçirilmiş və üzərindən 4 ədəd çek aşkar edilərək götürülmüş, lakin başqa hər hansı bir narkotik vasitə aşkar edilməmişdir. Bundan başqa xx.xx.2022-ci il tarixdə saat 18:45 radələrində Bərdə şəhəri H. Aslanov küçəsində saxlanılaraq 18:58 radələrində rayon polis şobəsinin inzibati binasına gətirilmişdir. Polis şöbəsinə gətirildikdən sonra onun şübhəli şəxs qismində tututması barədə qərar qəbul edilərək hüquqlarının müdafiə edilməsi məqsədi ilə Bərdə rayonu vəkil bürosunun vəkili X14 dəvət olunaraq ona təqdim olunmuşdur. O hüquqlarının həmin vəkil tərəfindən müdafiə edilməsinə etirazının olmadığını bildirmiş və müdafiəçi ilə ünsiyyət saxlamaq üçün şərait yaradılmışdır. Onun üzərində şəxsi axtarış və götürmə xx.xx.2022-ci il tarixdə saat 19:40-də videoçəkliş aparılmaqla həyata keçirilmişdır. Ona qanunsuz olaraq narkotik vasitə və psixotrop maddə əldə etmə, saxlayaraq daşıma və satışı ilə məşğul olmasında şübhəli bilindiyi və bununla bağlı ilkin olaraq video çəkilişdən istifadə edilməklə onun üstünün və əynindəki paltarın yoxlanılacağı, üstündə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçiriləcəyi bıldirilmişdir. O, buna etiraz etməmiş və şəxsi axtarış keçirilməsinə razı oldugunu bildirmişdir. Bundan sonra şəxsi axtarış götürmə istintaq hərəkətində iştirak edən şəxslər proses iştirakçılarına təqdim olunmuş və ondan etirazının olub olmaması soruşulmuş,o, heç bır etirazının olmadığını bildirmişdir. Şəxsi axtarış və götürmə həyata keçirilməzdən əvvəl ona hüquq və vəzifələrim izah edilmişdir. O hüquqlarının aydın olduğunu bildirmişdir. Bundan sonra ona daxıl olmuş məlumatla əlaqədar üzərində qanunsuz əşya, narkotik vasitə və ya sixotrop maddə varsa könüllü olaraq təqdim etməsi təklif edilmişdir. O masaya doğru yaxınlaşıb əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd selofan torbacıqda olan “kakos”u polis əməkdaşlarına tədim etmiş həmin kütlə elektron tərəzi ilə çəkilərək ümumi çəkisinin 0.87 qram olması müəyyən edilməklə ekspertiza tədqiqatı üçün onun iştirakı ilə müvafiq qaydada 01 ədəd zərfdə qablaşdırılaraq möhürlənmişdir. O, həmin kakosu Bakı şəhərindən tapmış, kütlənin narkotik vasitə olduğunu bildikdən sonra istifadə etmək üçün üzərində gəzdirmiş və istifadə etməyə başlamışdır. Təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitələri Bakı şəhərindən tanımadığı şəxsdən 1700 manata almış və şəxsi sitifadəsi üçün saxlamış, həmin narkotik vasitədən heç kimə verməmiş və satmamış, istifadə etmək məqsədilə saxlamış, bu barədə heç kimə heç nə deməmiş, aşkar edilmiş tərəzi uzun müdətdir onda olmuş, narkotik vasitələri çəkmək üçün istifadə etmişdir.Məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, 06 iyul 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs yaşadığı evdə, yaşadığı evin həyətyanı sahəsində olan yarımtikilidə və üzərində saxlaması, gəzdirməsi və satması barədə məlumatlar olmuşdur. Bundan sonra onun, Bərdə RPŞ-nin PPXB-in, polis nəfəri, polis serjantı Şahid2, Bərdə RPŞ-in, İTB-in polis sahə nəfəri, polis serjantı X5 iştirakı ilə tərəflərindən Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və 06 iyul 2022-ci il tarixdə saat 19:00 dəqiqədə adı çəkilən şəxs ünvan 1 ünvanında olması müəyyən edildikdən sonra, Bərdə RPŞ-in TB-in təhqiqatçısı, polis kapitanı X11, Bərdə RPŞ-in, KTQ-un ekspert-kriminalisti polis baş leytenantı X18, Bərdə RPŞ-nin PPXB-in, polis nəfəri, polis serjantı Şahid2, Bərdə RPŞ-in, İTB-in polis sahə nəfəri, polis serjantı X12 ilə birlikdə həmin əraziyə getmişlər. ünvan 7 ünvanında yerləşən Təqsirləndirilən şəxs yaşadığı evə yaxınlaşmışlar. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik maddə saxlamasında şühəli olması barədə əməliyyat məlumatının daxil olduğunu və yaşadığı evə baxış keçiriləcəyini bildirmişlər. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə olduğunu təsdiq edərək, təqdim edəcəyini və heç bir etirazının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı ünvan 7 ünvanında yerləşən yaşadığı evinə baxış keçirmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs Vaqif oğlu yaşadığı evin həyətyanı sahəsində olan yardımçı tikilidə yerləşən masanın üzərindən bükümləri içərisində olan narkotik vasitə və psixotrop maddəyə bənzər kütlələr aşkar edilmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilmiş və bükümlərdən 14 ədədini ümumi çəkisi 6,51 qram, 1 ədəd selefona bükülmüş narkotik vasitəyə bənzər kütlənin çəkisi 53,67 qram, 1 ədəd sellefoba bükülmüş psixotrop maddəyə bənzər kütlənin çəkisinin 16,74 qram, 1 ədəd sellefona bükülmüş narkotik vasitə marixuanaya bənzər kütlənin çəkisinin 11,35 qram,masanın üzərində olan sellefona bükülmüş siqarte qutusunun içərəsinə olan 5 ədəd bükümün ümumi çəkisi 8,48 qram və 2 ədəd bükümün ümuimi çəkisi 6,22 qram, 2 ədəd bükümün çəkisi 0,42 qram çəkidə olmaları müəyyən edilmiş və zərfdə qablaşdırılaraq, üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlənmişdir. Bundan sonra 1 ədəd konvalyutda olan 10 ədəd narkotik vasitə hesab edilən metadona bənzər kütlə və 1 ədəd elektron tərəzi zərfdə qablaşdırılaraq, üzəri iştirakçılar tərəfindən imzalanmış və möhürlə möhürlənmişdir. Daha sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və qanunla qadağan edilmiş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Verilən suallara cavab olaraq Təqsirləndirilən şəxs həmin narkotik vasitə və psixotrop maddələrə bəzər kütlələrin, elektron tərəzinin ona məxsus olduğunu, İran vətəndaşından aldığını, heç kimə satmadığını bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Hafis oğlu və Şahid3 şahid qismində dindirilmiş Şahid4 ifadəsinə oxşar məzmunlu ifadələr vermişlər. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 iyul 2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə Rayon Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 4(021)-81/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 (dörd) ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbs etmənin əvvəli 06 iyul 2022-ci il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/621 nömrəli rəyindən görünür ki, “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikə bənzər kütlə......” sözlər və imzalar olan kağız paketdəki, 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,716 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısıın İİ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X9 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/786 nömrəli rəyindən görünür ki, “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsində......” yazılar və imzalar zərfdəki: 1(bir) ədəd sellefon bükümdə, 1(bir) ədəd göy kağız bükümdə 1(bir) ədəd sellefon bükümdə, 1(ədəd) gümüşü kağız bükümdəki...... 1(bir) ədəd sellefon bükümdə ayrıayrılıqda təmiz çəkiləri, müvafiq olaraq 0,006 qram, 0,008 qram, 0,016 qram qəhvəyi rəngli tozşəkilli, heroinə oxşar maddələrin, 3(üç) ədəd sellefon bükümlərdə, mikrohissəciklər şəklində, qəhvəyi rəngli tozşəkilli maddələrin, 1(bir) ədəd gümüşü kağızdakı 1(bir) ədəd sellefon bükümdə, mikrohissəciklər şəklində, ağ kristallik maddələrin çəkisi yetərli olmadığından, tədqiqatı aparılmadı. 2(iki) ədəd iç-içə sellefon bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,14 qram, 0,11 qram, ümumi təmiz çəkisi 0,25 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində yazı və imzalar olan zərfdəki: 2(iki) ədəd iç-içə, 3(üç) ədəd iç-içə, 4(dörd) ədəd tək sellefon bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 15,352 qram, 1,819 qram, 0,763 qram, 0,787 qram, 0,780 qram, 0,265 qram, ümumi təmiz çəkisi 19,766 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. 5(beş) ədəd iç-içə, 4(dörd) ədəd iç-içə, 4(dörd) ədəd iç-içə, 10(on) ədəd tək sellefon bükümlərdə müvafiq olaraq təmiz çəkiləri 0,374 qram, 0,907 qram, 44,696 qram, 0,238 qram, 0,601 qram, 0,193 qram, 0,195 qram, 0,224 qram, 0,181 qram, 0,137 qram, 0,161 qram, 0,154 qram, 0,196 qram, ümumi təmiz çəkisi 48,257 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. 2(iki) ədəd iç-içə sellefon bükümlərdə təmiz çəkisi 9,74 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs məxsus 1 ədəd elektron tərəzi” yazı və imzalar olan zərfdəki 1(bir) ədəd elektron tərəzinin üzərində narkotik vasitə və psixotrop maddə izləri yoxdur. Tədqiqata təqdim olunmuş üzərində “Vət. Təqsirləndirilən şəxs yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş.....” yazı və imzalar olan zərfdəki 1(bir) ədəd konvalyutda olan 10(on) ədəd həbin X10 lazımı texniki avadanlıq olmadığından tədqiqatı aparılmadı. Tədqiqata təqdim olunmuş marixuanalar orqanoleptik əlamətlərinə və tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş heroinlər kimyəvi tərkiblərinə görə eynidirlər. Tədqiqata təqdim olunmuş metamfetaminlər kimyəvi tərkiblərinə görə eynidirlər. Metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısıın İ bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 6/5224 nömrəli rəyindən görünür ki, “Azərbaycan Respublikaslı Daxili İşlər Nazirliyi Zərflər üçün № 94 bakəl möhür əksi və “... Qəhrəmanovun yaşadığı evin həyətyanı sahəsindən aşkar edilmiş üzərində metadon dərmanı, iştirakçılar dörd imza trətib etdi: R.Səfərli imza..” yazı əlavəsi qeyd edimiş bir ədəd kağz zərfdə 01 ədəd “Methadone 40” əmtəə göstəriciləri olan konvalyutda içərisində ümumilikdə 10 ədəd yazı əlavəli qəhvəyi rəngli dairəvi formalı həblər metadon tərkibli dərman preparatıdır və 10 ədəd həbin təsiredici maddəsinin ümumi miqdarı- 0,4 qramdır. Metadon adlı dərman preparatı “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in ll bəndinə daxildir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 15 oktyabr 2022-ci il tarixli,1546 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir və 3-cü qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 28 may 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdə üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellefon torbacıqda kütləni çıxarıb təqdim etmiş və həmin bükümlər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 iyul 2022ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 06 iyul 2022-ci il tarixdə üzərinə videoçəkilişdən istifadə edilməklə baxış keçirilərkən Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 4 ədəd çeki çıxarıb təqdim etmiş və həmin çeklər müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 06 iyul 2022ci il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs yaşadığı ünvan 8 ünvanında yerləşən fərdi yaşayış evinə videoçəkilişlə baxış keçirilmiş, yaşadığı evin həyətyanı sahənsində yerləşən yarımtikilidə masanı üzərində olan bükümlərdən 14 ədədini ümumi çəkisi 6,51 qram, 1 ədəd selefona bükülmüş narkotik vasitəyə bənzər kütlənin çəkisi 53,67 qram, 1 ədəd sellefoba bükülmüş psixotrop maddəyə bənzər kütlənin çəkisinin 16,74 qram, 1 ədəd sellefona bükülmüş narkotik vasitə marixuanaya bənzər kütlənin çəkisinin 11,35 qram, stolun üzərində olan sellefona bükülmüş siqarte qutusunun içərəsinə olan 5 ədəd bükümün ümumi çəkisi 8,48 qram və 2 ədəd bükümün ümumi çəkisi 6,22 qram, 2 ədəd bükümün çəkisi 0,42 qram çəkidə olmaları müəyyən edilmiş, 1 ədəd konvalyutda olan 10 ədəd narkotik vasitə hesab edilən metadona bənzər kütlə və 1 ədəd elektron tərəzi zərfdə qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin cavabından görünür ki, ünvan 9 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs yaşadığı evdən və üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni və psixotrop maddəni aldığı əldə etdiyi şəxsin şəxsiyyətinin və olduğu yerin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş, lakin müsbət nəticə əldə olunmamışdır. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə saxlaması və satması barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə olunmamışdır. Həmçinin keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs adına «Azercell», «Bakcell», «Nar» mobile operatorlarından nömrə qeydiyyata alınmamışdır. Materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Bərdə RMX-nin Poliklinika Şöbəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-in oftamoloji kabinetində qeydiyyatdadır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs sonuncu dəfə Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1-ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzası 06 ay sınaq müddəti ilə şərti hesab edilmiş, xx.xx.2019-cu ildə cəza müddəti bitdiyi üçün qediyyatdan çıxarılmışdır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş 20 oktyabr 2022-ci il tarixli “sübuların qiymətləndirlməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş ümumi təmiz çəkisi 0,716 qram, lakin tədqiqatdan sonra qalıq qalmış 0,666 qram olan heroin, həmiçinin Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş ümumi təmiz şəkiləri 48,257 qram, lakin təqdiqatdan sonra qalıq qalmış 47,607 qram olan heroin, ümumi təmiz çəkiləri 9,99 qram, lakin təqdiqatdan sonra qalıq qalmış 9,93 qram olan qurudulmuş marixuana, ümumi təmiz çəkiləri 24,696 qram, lakin təqdiqatdan sonra qalıq qalmış 24,556 qram olan metamfetamin, ümumi sayı 10 ədəd, lakin ekspertiza tədqiqatından sonra qalıq qalmış ümumi 09 ədəd metadon həbi və 1 ədəd elektron tərəzi maddi sübut kimi tanınmışdır. X1 xx.xx.2022-ci il tarixdə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin, həmiçinin sonuncunun xx.xx.2022-ci il tarixdə üzərinə keçirilmiş şəxsi axtarış və götürmə, yaşadığı ünvan 7 ünvanında yerləşən evinə keçirilmiş baxış və götürmə istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 03 ədəd “DVD” disk maddi sübut kimi tanınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib saxlamış və satış məqsədi ilə qanunsuz olaraq külli miqdarda psixotrop maddələri və narkotik vasitələri əldə edərək saxlamışdır. Belə ki, ondan satış məqsədi olmadan məlum olmayan mənbədən və vaxtda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumilikdə təmiz çəkisi 0,716 qram narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edərək üzərində saxlamış, 28 may 2022-ci il tarixdə saat 18:45 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Aslanov küçəsində saxlanılaraq rayon polis şöbəsinin inzibati binasına gətirildikdən sonra üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,716 qram kustar üsulla hazırlanmış narkotik vasitə - heroinin aşkar edilərək götürülməsi və satış məqsədi ilə məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun müvafiq olaraq İİ və İ siyahılarına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 24,696 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini, ümumi təmiz çəkisi 48,257 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroini və ümumi təmiz çəkisi 9,99 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı, təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram olan 10 ədəd metadon həbini qanunsuz əldə edərək yaşadığı ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tikilidə saxlamış, 06 iyul 2022-ci il tarixdə saat 19:00 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı ünvan 10 ünvanda yerləşən fərdi yaşayış evinin həyətində olan yardımçı tikiliyə baxış zamanı oradan Təqsirləndirilən şəxs məxsus 2 ədəd iç-içə, 2 ədəd iç-içə, 3 ədəd iç-içə, 4 ədəd tək sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri müvafiq olaraq 4,930 qram, 15,352 qram, 1,819 qram, 0,763 qram, 0,787 qram, 0,780 qram, 0,265 qram, ümumi təmiz çəkisi 24,696 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin, 5 ədəd iç-içə, 4 ədəd iç-içə, 4 ədəd iç-içə, 10 ədəd tək sellofan bükümlərdə müvafiq olaraq təmiz çəkiləri 0,374 qram, 0,907 qram, 44,696 qram, 0,238 qram, 0,601 qram, 0,193 qram, 0,195 qram, 0,224 qram, 0,181 qram, 0,137 qram, 0,161 qram, 0,154 qram, 0,196 qram, ümumi təmiz çəkisi 48,257 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 2 ədəd gümüşü kağız bükümlərdə, 2 ədəd iç-içə sellofan bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,14 qram, 0,11 qram, 9,74 qram, ümumi təmiz çəkisi 9,99 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana, təsiredici maddəsinin ümumi miqdarı 0,4 qram olan 10 ədəd metadon həbinin aşkar edilərək götürülməsi,kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana satış məqsədi ilə əldə etməsi, saxlaması və daşıması məhkəmə iclasında tədqiq edilmiş ibtidai istintaq və məhəkəmə istintaqı zamanı təqsirləndirilən şəxsin özünün qismən etirafedici ifadəsi, ekspertiza rəyləri, baxış və götürmə protokolları, şahid ifadələri, digər sübutlarla tam sübuta yetirilmişdir. Məhkəmə tədqiq edilmiş sübutlara tam, hərtərəfli və obyektiv qiymət verərək, sübutları müqayisəli şəkildə araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs əməlləri Azərbaycan Respublikasının CM-nin 234.1 və 234.4.3-cü maddələri ilə tövsif edilməlidir. Məhkəmə bu qənaətə gələrkən Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinin izahını da nəzərə alır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» 04 mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs isə məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq satış məqsədi ilə külli miqdarda, qanunsuz olaraq satış məqsədi ilə əldə etmiş və saxlamışdır. Təqsirləndirilən şəxs qeyd edilən əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar olmadığından, o, Azərbaycan Respublikasıının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələri ilə təqsirli bilinib cinayət cəzası daşımaldır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağının olmasını, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, 3-cü qurp əlil olması Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. İş materiallarına əlavə olunmuş və məhkəmə baxışında tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 15 iyul 2022-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 180.1ci maddəsi ilə təqsirli bilinib, 01 il 06 ay müddətinə azadlıqdan məhrum etmə və 06 ay sınaq müddəti ilə şərti cəzasaya məhkum olunmuş, xx.xx.2019-cu ildə cəza müddəti bitdiyi üçün qediyyatdan çıxarılmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs məhkumluğunun ödənilməsi üçün müddət keçdiyindən, onun əvvəllər məhkum olunması heç bir hüquqi nəticə yaratmır. Məhkəmə kollegiyası yuxarıda sadalanan halları, Təqsirləndirilən şəxs şəxsiyyətini, təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə hesab edir ki, təqsirləndirilən şəxsə təqsirli bilindiyi Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrinin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq mümkündür. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməli, cəzanın başlanğıcı onun tutulduğu gündən, yəni 06 iyul 2022-ci il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası CM-in 93.1.2-ci maddəsinə əsasən, cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 nömrəli Qərarının 26-cı bəndində göstərilmişdir ki, narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Məhkəmə tərkibi hesab edir ki, Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli, 1546 nömrəli məhkəmə-narkoloji ekspertizasının rəyinə əsasən əllilik dərəcəsi olduğuna görə Təqsirləndirilən şəxs nаrkоmаniyа xəstəliyindən məcburi müаlicə təyin edilməməli, lakin o, narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut kimi tanınıb Bərdə rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,716 qram, lakin tədqiqatdan sonra qalıq qalmış 0,666 qram olan heroin, yaşadığı evdən götürülmüş 48,257 qram, lakin təqdiqatdan sonra qalıq qalmış 47,607 qram heroin, 9,99 qram, lakin təqdiqatdan sonra qalıq qalmış 9,93 qram qurudulmuş marixuana, 24,696 qram, lakin təqdiqatdan sonra qalıq qalmış 24,556 qram metamfetamin, 10 ədəd, lakin tədqiqatdan sonra qalıq qalmış 09 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Həmçinin Bərdə rayon Polis Şöbəsində saxlanılan 1 ədəd elektron tərəzi məhv edilməldir. Təqsirləndirilən şəxs Şəxsi axtarış və götürmə və baxış istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 03 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 121 manat 60 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilisin ona, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 1 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 06 (altı) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs 28 may 2022-ci il tarixdən 30 may 2022-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət Azərbaycan Respublikasının CM-in 69.3-cü maddəsinə əsasən həbsdə saxlamanın bir günü azadlıqdan məhrum etmənin bir gününə hesablamaq yolu ilə təyin edilmiş əsas cəzadan çıxılmaqla onun üzərində qəti olaraq 06 (altı) il 05 (beş) ay 28 (iyimi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin, cəzasının əvvəli onun tutulduğu andan, 06 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi tanınıb Bərdə rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən götürülmüş 0,716 qram, lakin tədqiqatdan sonra qalıq qalmış 0,666 qram olan heroin, yaşadığı evdən götürülmüş 48,257 qram, lakin təqdiqatdan sonra qalıq qalmış 47,607 qram heroin, 9,99 qram, lakin təqdiqatdan sonra qalıq qalmış 9,93 qram qurudulmuş marixuana, 24,696 qram, lakin təqdiqatdan sonra qalıq qalmış 24,556 qram metamfetamin, 10 ədəd, lakin tədqiqatdan sonra qalıq qalmış 09 ədəd metadon həbi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Bərdə rayon Polis Şöbəsinə və “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Həmçinin Bərdə rayon Polis Şöbəsində saxlanılan 1 ədəd elektron tərəzi məhv edilsin. Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə və baxış istintaq hərəkətlərinin görüntülərini özündə əks etdirən 03 ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilsin. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 121 manat 60 qəpik məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən, elan olunduğu (Təqsirləndirilən şəxs isə hökmün surətini aldığı) andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-125/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-125/2023
25.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver