Məhkəmə qərarları › İş №1(100)-125/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-125/2024

21.02.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-125/2024 21.02.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və X2 ibarət tərkibdə, məhkəmə iclasının katibləri X3 və Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçıları - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri X6 və ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi - Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsili, subay, məhkum olunmuş, işsiz, Gəncə şəhəri, Natavan qəsəbəsi, 6-cı küçədə yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxt və mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0.256 qram psixotrop maddə olan metamfetamini, satış məqsədi ilə qanunsuz olaraq əldə edib üzərində daşıyaraq saxlamış, 27 noyabr 2022-ci il tarixdə saat 15:30 dəqiqədə Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinin CAB-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq narkotik vasitələri istifadə etməkdə və üzərində gəzdirməkdə şübhəli bilinərək Gəncə şəhəri, Z. Hacıyev küçəsində yerləşən “Sərçə bazarı”nın qarşısında saxlanılmış və Gəncə şəhər H.Əliyev prospekti 265 ünvanında yerləşən Gəncə şəhər BPİ-nin 2-ci Polis Şöbəsinə gətirilmiş, üzərinə şəxsi axtarış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan bükümdə təmiz çəkisi 0.256 qram olan maddə kustar üsulla hazırlanmış, psixotrop maddə - metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başq o təkrar istintaqa dəqiq məlum olmayan vaxt və mənbədən satış məqsədi ilə külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,388 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, 30 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhər Atatürk prospektində "Skonnu" adlana yerdə saxlanılaraq Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə aparılmış, həmin inzibati binada üzərində şəxsi axtarış aparılan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,388 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə "metamfetamin" aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, əvvəllər narkotik vasitə istifadə etmiş lakin narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. xx.xx.2022-ci il tarixdə saat 15:30 dəqiqədə narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olduğu üçün Gəncə şəhər Z.Hacıyev küçəsində yerləşən "Sərçə bazarı"nın qarşısında saxlanılaraq 2-ci PŞ-yə gətirilmişdir. Həmin vaxt onun üzərində hər hansısa narkotik vasitə olmamışdır. Polis şöbəsində çəkisini dəqiq xatırlamadığı metamfetamini onun üzərinə qoyaraq polis əməkdaşları təzyiq edərək həmin narkotik vasitənin onun olmasını etiraf etməsini və 2 gün sonra prokurorun etiraf edəcəyi təqdirdə onu buraxacağını bildirmişlər o da məcburiyyət qarşısında qalaraq həmin narkotik vasitənin onun olduğunu etiraf etmiş və polislərin əməlləri ilə bağlı şikayət etməmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın ön sol yan cibindən 35 manat pul, şalvarının sağ ön cibindən 90 qəpik pul, 1 qutu "Rotmans" markalı siqaret, 1 ədəd alışqan, şalvarının sol arxa cibindən 1 ədəd salfet, şalvarının sağ arxa cibindən 1 ədəd cib dəsmalı aşkar edilmişdir. Təqdim etdiyi 1 ədəd sellofan bükümdə psixotrop maddə olan "metamfetamin" elektron tərəzisində çəkilmiş, həmin kütlə siqaret falqası ilə birlikdə 0.33 (sıfır tam yüzdə otuz üç) qram olmaqla zərfdə qablaşdırılmış və üzəri iştirkçılar tərəfindən imzalanmışdır. Ona məxsus 35 manat pul, 90 qəpik pul, 1 qutu "Rotmans" markalı siqaret, 1 ədəd alışqan, 1 ədəd salfet və 1 ədəd cib dəsmalı özünə qaytarılmışdır. Bundan başqa xx.xx.2023-cü il tarixdə kirayə yaşadığı evin yaxınlığında onu ilk iş üzrə tutmuş polis əməkdaşlarının orada olduğunu görmüş sonra həmin polis əməkdaşları onu öz avtomobilləri ilə polis şöbəsinə aparmışlar. Şöbədə ona yenə təzyiq edərək narkotik vasitənin onun olduğunu etiraf etməsini ondan tələb etmişlər, o xəstə olduğunu bildirsə də polis əməkdaşları etiraf etməyəcəyi təqdirdə onu həmin vəziyyətdə ailəsinin yanına aparacaqlarını bildirmişlər o, isə təzyiqlərdən və təhdidlərdən qorxaraq həmin narkotik vasitənin onun olduğunu etiraf etmişdir. Polis əməkdaşları onun əməllərinin Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə rəsmiləşdiriləcəyinə dair söz versələr də, buna əməl etməmişlər. O, polislərin bu sözünə inandığı üçün bütün istintaq sənədlərinə imza etmiş və etirafedici ifadələr vermişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, istintaq zamanı verdiyi ifadəsini təzyiq altına vermiş, üzərində hər hansı gözlə görünən xəsarəti olmamış, ekspertiza zamanı ona narkomaniya xəstəliyindən əzab çəkdiyini bildirmişlər. Bu barədə heç bir yerə şikayət etməmişdir. Niyə məhz onu belə bir məsələ ilə bağlı tutmaqlarından heç bir məlumatı yoxdur. O, heç vaxt pisxotrop maddə satışı ilə məşğul olmamış və bu barədə fikri də olmamışdır. O, yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə saxlamır. O, narkotik vasitədən bir kimsəyə satmamış,bir kimsədən almamış, narkotik vasitə satmaq niyyəti olmamışdır. Vəkilə də ona edilən təzyiqlə bağlı heç bir məlumat verməmişdir. Məhkəmə baxışı iclasında təqsriləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsi ilə ibtidai istintaq zamanı verdiyi ifadə arasında ziddiyyətlər olduğundan Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsi cinayət prosesi tərəflərinin iştirakları ilə elan edilmiş, Təqsirləndirilən şəxs istintaq orqanına verdiyi ifadəsində Azərbaycan Respublikası CM-nin 234.4.2-ci və 234.4.3-cü maddələri ilə elan edilmiş yenidən ittihamda özünü təqsirli bilməyərək göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə saat 15:30 dəqiqədə narkotik vasitə qəbul etməkdə, əldə edib üzərində gəzdirməkdə və saxlamaqda şübhəli olduğu üçün Gəncə şəhər Z.Hacıyev küçəsində yerləşən "Sərçə bazarı"nın qarşısında saxlanılaraq 2-ci PŞ-nə gətirilmişdir. O, 2-ci PŞ-də xx.xx.2022-ci il taixdə saat 16:00-da şübhəli şəxs qismində tutulduqdan sonra hüquq və vəzifələri izah olunmaqla müdafiəçi ilə təmin olunmuşdur. Şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçi X7 iştirakı ilə hüquqları izah edildikdən sonra üzərinə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Həmin vaxt ondan üzərində hər hansısa qanunsuz əşya və ya predmet, narkotik vasitə olub olmaması soruşulan zaman o özü əynində olan qara rəngli gödəkçənin sağ yan cibindən 1 ədəd sellofan bükümü təqdim etmişdir. Daha sonra onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı əynində olan şalvarın ön sol yan cibindən 35 manat pul, şalvarının sağ ön cibindən 90 qəpik pul, 1 qutu "Rotmans" markalı siqaret, 1 ədəd alışqan, şalvarının sol arxa cibindən 1 ədəd salfet, şalvarının sağ arxa cibindən 1 ədəd cib dəsmalı aşkar edilmişdir. Təqdim etdiyi 1 ədəd sellofan bükümdə psixotrop maddə olan "metamfetamin" elektron tərəzisində çəkilmiş, həmin kütlə siqaret falqası ilə birlikdə 0.33 (sıfır tam yüzdə otuz üç) qram olmaqla zərfdə qablaşdırılmış və üzəri iştirkçılar tərəfindən imzalanmışdır. Ona məxsus 35 manat pul, 90 qəpik pul, 1 qutu "Rotmans" markalı siqaret, 1 ədəd alışqan, 1 ədəd salfet və 1 ədəd cib dəsmalı özünə qaytarılmışdır. xx.xx.2023-cü il tarixdə saat 10 radələrində yaşadığı evin yaxınlığında avtobus dayanacağında avtobus gözləyən zaman yaxınlıqda olan siqaret qutusunun olduğunu görmüşdür. Həmin siqaret qutusu onun diqqətini cəlb etmişdir. O, həmin qutunu yerdən götürüb içərisinə baxanda qutunun içərisində bir ədəd şəffaf rəngli selofana bükülmüş büküm aşkar etmişdir. O, siqaretin qutusunu kənara atıb həmin bükümün içərisinə baxmışdır. Bundan sonra bükümün içərisində kakos kimi tanıdığı narkotik vasitə olan heroin olduğunu görmüşdür. Sonra o həmin bükümü cibinə qoymuşdur. Bundan sonra fikirləşmiş ki, həmin narkotiki qəbul etsin. Həmin gün saat təxminən 18 radələrində Gəncə şəhər Atatürk prospektində “Skonnu” adlanan yerin yaxınlığında hərəkət edən zaman iki nəfər ona yaxınlaşaraq özlərini polis əməkdaşları kimi təqdim etmişdir. Sonra onu 2-ci Polis Şöbəsinə getməyini tələb etmişdirlər. Sonra polis əməkdaşları ilə birlikdə Gəncə şəhər 2-ci Polis şöbəsinə getmişdir. 2-ci Polis şöbəsinin inzibati binasında xidməti otaqda video çəkiliş və müdafiəçisi X1 iştirakı ilə onun üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı onun üzərindən yəni əynində olan göy rəngli şalvarımın sağ yan cibindən bir ədəd şəffaf rəngli selofana bükülmüş büküm aşkar olunmuşdur. Həmin büküm onun, müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə elektron tərəzidə çəkilmiş, ümumi çəkisi 2,59 qram gəlmişdir. Sonra həmin büküm qablaşdırılaraq, üzəri DİN-nin 120 saylı möhürü ilə möhürlənərək imzalarla təsdiqlənmişdir. Bundan başqa onun cibindən bir ədəd siqaret yandırmaq üçün alışqan aşkar olunmuş, lakin həmin alışqan şəxsi axtarış başa çatdıqdan sonra ona qaytarılmışdır. O, üzərindən aşkar edilmiş metanfetamin ona məxsusdur və həmin bükümlərdən birini Kəpəz stadionunun yaxınlığından, birini isə yaşadığı evin yaxınlığında avtobus dayanacağının yanından tapmışdır. O, heç vaxt pisxotrop maddə satışı ilə məşğul olmamış və bu barədə fikridə olmamışdır. O, pisxotrop maddəni istifadə etdiyi üçün üzərində saxlamışdır. O, həmin kütlənin tapdıqdan sonra üzərindən istifadə etməmişdir. O, mobil telefon istifadə etmir və istifadəsində mobil nömrə yoxdur. O, yaşadığı evdə və digər yerdə narkotik vasitə, psixotrop maddə və qanunla daşınması, saxlanması qadağan edilmiş maddə saxlamır. Ona polis idarəsində olan zaman heç bir zor tədbiq edilməmişdir. Polis əməkdaşlarının onu yaxalayarkən və barəsində rəsmiləşdirmə aparılarkən hər hansı bir qanunsuz hərəkətlər edilməmişdir. O, narkotik vasitədən bir kimsəyə satmamış,bir kimsədən almamış, narkotik vasitə satmaq niyyəti olmamışdır. Aparılan prossesual hərəkətə dair vəsatəti və etirazı yoxdur. Onun üzərindən aşkar olunaraq götürülmüş bir ədəd bükümün içərisində olan kütlə psixotrop maddə olan metamfetamindir. xx.xx.2023-cü il tarixdə təxminən saat 10 radələərində yaşadığı evin yaxınlığında avtobus dayanacağından tapmışdır. Özü istifadə etmək üçün saxlamışdır. Həmin kütlə ona məxsusdur. O, bədənində olan ağrıları sakitləşdirmək üçün əvvəllər narkotik vasitə olan heroin qəbul etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmayıbdır. 27 noyabr 2022-ci il tarixdə Gəncə şəhəri 4-cü mikrorayon ev 4B mənzil 37-də qeydiyyatda olmaqla Gəncə şəhəri Natavan qəsəbəsi 6-cı küçədə yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra bölmənin kiçik inspektoru polis baş serjantı Şahid2 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 27 noyabr 2022-ci il tarixdə, saat 15 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Z.Hacıyev küçəsində yerləşən “Sərçə bazarı”-nın qarşısında olmasını müəyyən etmiş həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürmüş ona yaxınlaşmış xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirmiş onu Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinə aparmışdırlar. İlkin olaraq Təqsirləndirilən şəxs müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd gümüşü falqa kəsiyinə bükülmüş vəziyyətdə olan bükümü təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ilk görünüşdən psixotrop maddə olan “metamfetamin”-ə oxşar kütlə olması müəyyən olunmuşdur. Bundan sonra kağız bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 0,33 qram, olması müəyyən edilmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara Təqsirləndirilən şəxs cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamin olmasını həmin maddəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Atatürk prospektində yerləşən “Kəpəz” stadionunun qarşısında yerdən tapmasını və özü istifadə etmək üçün üzərində saxlamasını, satmaq fikridə olmadığını bildirmişdir. Təqsirləndirilən şəxs psixotrop maddə satması barədə məlumatları olduğunu, hal hazırda psixotrop maddə satdığı şəxslərin müəyyən edilməsi istiqamətində tədbirlər davam etdirildiyini bildirmişdir. Həmçinin Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və psixi təzyiqlər olmadığını, vəkilin iştirakı və videoçəkilişlə keçirilmiş şəxsi axtarış zamanıda görünür ki, Təqsirləndirilən şəxs heç bir təzyiq olmadan özü sərbəst şəkildə etiraf etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin kiçik inspektoru polis baş serjantı Şahid2 ifadəsində Şahid1 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. 30 yanvar 2023-cü il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs mütəmadi olaraq narrkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmasına dair əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra bölmənin əməliyyat müvəkkili Şahid4 ilə birlikdə keçirtdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində 30 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində Təqsirləndirilən şəxs Gəncə şəhəri Atatürk prospekti “skonnu” adlanan yerin yaxınlığında müəyyən etmiş həmin yerə getmiş və Təqsirləndirilən şəxs əməliyyat müşahidəsinə götürmüş ona yaxınlaşmış xidməti vəsiqələrini təqdim etmiş, barəsində qəbul olunmuş təxirə salınmaz əməliyyat-axtarış tədbirlərinə dair qərarla onu tanış etmiş və üzərində narkotik vasitə saxlamasında şübhəli olduğunu bildirmiş onu Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinə aparmışdırlar. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana falqa kəsiyinə bükülmüş vəziyyətdə olan bükümü və 1 ədəd alışqanı təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ilk görüşündən psixotrop maddə olan “metamfetamin”-ə oxşar kütlə olması müəyyən olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və şəxsi axtarış keçirilərkən üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı verilmiş suallara cavab olaraq bildirmişdir ki, Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilmiş və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs üzərində olan metamfetamini təqdim etmiş, videoçəkilişdən də göründüyü kimi Təqsirləndirilən şəxs qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla hər hansı bir münasibəti olmamışdır. 30 yanvar 2023-cü il tarixdə ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs barəsində əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra əməliyyat-axtarış tədbirləri nəticəsində 2023-cü il tarixdə, yanvar ayının sonlarında Təqsirləndirilən şəxs “skonnu” adlanan yerin yaxınlığında müəyyən etmişlər və onu Gəncə şəhəri BPİ-nin 2-ci Polis Şöbəsinə aparmışdırlar. Daha sonra Gəncə şəhəri BPİ-nin 2-ci X16 Hacıyevin üzərinə şəxsi axtarış və baxış keçirilmiş, şəxsin axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən psixotrop maddə olan metamfetamin aşkar olunaraq götürülmüşdür. Məhkəmə istintaqı zamanı verilən suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunan psixotrop maddə olan metamfetaminin təxmini olaraq 2 qramdan yuxarı olmuşdur. Təqsirləndirilən şəxsə qarşı heç bir fiziki və ya psixoloji təzyiq olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 01 fevral 2023-cü il tarixli təqsirləndirilən şəxs ittiham elan edilməsi haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə nəzərdə tutulan ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-52/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-152/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 30 mart 2023-cü il tarixdən 30 aprel 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-221/2023 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 fevral 2023-cü il tarixli 02 fevral 2023-cü il tarixli cinayət işlərinin bir icraatda birləşdirilməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə olan ********* nömrəli cinayət iş ilə CM-nin 234.1-1-ci maddəsi ilə olan ********* nömrəli cinayət işləri bir icraatda birləşmiş və cinayət işi ********* nömrəsi altında istintaq edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbs edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 30 yanvar 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Daxili İşlər Nazirliyinin Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı X12, 2-ci PŞ-nin CAB-nin baş əməliyyat müvəkkili Şahid3, həmin bölmənin əməliyyat müvəkkili Şahid4 və müdafiəçi X1 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofana falqa kəsiyinə bükülmüş vəziyyətdə olan bükümü və 1 ədəd alışqanı təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ilk görüşündən psixotrop maddə olan “metamfetamin”-ə oxşar kütlə olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir və şəxsi axtarış keçirilərkən üzərindən dövriyyəsi qanunla qadağan edilmiş hər hansı əşya və predmet aşkar edilmir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşakar edilmiş bükümün çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkildi. Sellofan bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 2,59 qram, olması müəyyən edildi. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 120 saylı" möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalandı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamindir həmin maddəni xx.xx.2023-cü il tarixdə yaşadığı evin yaxınlığında avtobus dayanacağından yerdən tapmasını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2022-ci il tarixli “videogörüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, 27 noyabr 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Daxili İşlər Nazirliyinin Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin inzibati binasının xidməti iş otağında Təqsirləndirilən şəxs üzərinə baxış zamanı istifadə edilmiş video çəkiliş materiallara əlavə edilmişdir. Həmin video görüntüyə baxış keçirilmiş və baxış zamanı müəyyən edilmişdir ki, Daxili İşlər Nazirliyinin Gəncə şəhər Baş Polis İdarəsinin 2-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru X4, 2-ci PŞ-nin CAB-nin əməliyyat müvəkkili polis kapitanı Şahid1, həmin bölmənin kiçik inspektoru polis baş serjantı Şahid2 və müdafiəçi X7 iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sağ yan cibindən 1 ədəd sellofan kəsiyinə bükülmüş vəziyyətdə olan bükümü təqdim edir. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümə baxış zamanı ilk görüşündən psixotrop maddə olan “metamfetamin”-ə oxşar kütlə olması müəyyən olunur. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilir şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən əynində olan qara rəngli şalvarının sol yan cibindən 35 manat pul əskinazı, həmin şalvarın sağ ön cibindən 90 qəpik pul, və “Rotmans” markalı siqaret, 1 ədəd alışaqan, həmin şalvarın sol arxa cibindən 1 ədəd salfet, həmin şalvarın sağ arxa cibindən 1 ədəd cib dəsmalı aşkar edildi. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşakar edilmiş bükümün çəksinin müəyyən edilməsi məqsədilə sıfırlanmış halda elektron tərəzi ilə çəkildi. Kağız bükümdə olan kütlənin qablaşdırılma ilə birlikdə ümumi çəkisinin 0,33 qram, olması müəyyən edildi. Həmin sellofan büküm içərisi boş olan ağ rəngli zərfə qoyularaq qablaşdırıldı. Bundan sonra həmin 1 ədəd kağız zərfin üzəri "DİN-nin 120 saylı" möhürü ilə möhürləndi, üzəri iştirakçılar tərəfindən imzalandı. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisində psixotrop maddə olan metamfetamindir həmin maddəni xx.xx.2022-ci il tarixdə axşam saatlarında Atatürk prospektində yerləşən “Kəpəz” stadionunun qarşısında yerdən tapmasını və özü istifadə etmək üçün üzərində saxlamış, satmaq fikridə olmadığını bildirir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixdə "xxxx" MMC-dən daxil olmuş diskə baxış keçirilməsi haqqında 13 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs adına qeydiyyatda olan ***-***-**-** saylı mobil nömrəyə daxil olan və gedən sms mətnlərinin məzmununda cinayət işi üçün əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Bundan başqa Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə müxtəlif nömrələrdən zənglər daxil olmuş eləcədə Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrədən müxtəlif nömrələrə zənglər edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2022-ci il tarixli 16/1341 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə” yazı və imzalar olan kağız paketdəki 1(bir) ədəd sellofan bükümdə təmmiz çəkisi 0,256 qram olan maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/157 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs götürülmüş bir ədəd büküm....” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,388 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli 16/496 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim olunmuş, üzərində “ Vət. Təqsirləndirilən şəxs təqdim etdiyi kütlə” yazılar olan kağız paketdəki (bir) ədəd bükümdə olan metamfetamin (1№-li ob) və üzərində “Vət: Təqsirləndirilən şəxs götürülmüş bir ədəd bükümdə maddi sübut” yazılar olan kağız paketdəki (bir) ədəd bükümdə olan metamfetamin (2№-li ob) tərkiblərinə görə eyni deyildirlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 09 yanvar 2023-cü il tarixli 37 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs pisxotrop maddələrdən isitifadə edir. Psixotrop maddə olan metanfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 28 fevral 2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məqsədi ilə əldə etmiş lakin psixotrop maddəni satdığı şəxslərin dairəsini müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs psixotrop maddəni əldə etdiyi mənbəni, psixotrop maddəni başqa yerdə gizlədib-gizlətməməsini, psixotrop maddəni əldə etməsində ona köməklik edən şəxsin olub olmamasını. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİNnin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Kəpəz rayon məhkəməsinin xx.xx.2007-ci il tarixli hökmü ilə Azərbaycan Respiublikası CMnin 234.1-ci maddəsi ilə təqsirli bilnərək 01 il 06 ay azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2008-ci il tarixdə Qaradağ rayon məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası CM-nin 76.3.1-ci maddəsinə əsasən 05 ay 10 gün vaxtından əvvəl şərti azad olunub. Gəncə şəhəri Nizami rayon məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il Azadlıqdan Məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2016-cı il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2016-cı il tarixli amnistiya qərarının 2.5-ci bəndinə əsasən cəzadən azad edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2022-ci il tarixli 6856 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər Psixonevroloji Dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2007-ci ildən “Opium” narkomaniyası diaqnozu ilə dispanser qeydiyyatındadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb 1 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,216 qram psixotrop maddə olan metamfeamin, 1 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2,318 qram psixotrop maddə olan metamfetamin, həmçinin cinayət işinə əlavə edilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 2(iki) ədəd "xxxx" disk və Azercell MMC-dən daxil olmuş 1 ədəd “CD” disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyərək ümumiyyətlə onun üzərində narkotik vasitə və ya psixotrop maddə olmadığını həmin qeyd edilən maddələrin üzərinə polis əməkdaşları tərəfindən qoyulduğunu, polis əməkdaşları tərəfindən təzyiqlərə məruz qaldığını, döyüldüyünü və narkotik vasitə istifadəçisi olsa da hər hansı şəxsə narkotik vasitə satmadığını göstərmişdir. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin onun məhkəməyədək icraat zamanı şübhəli şəxs qismində tutulduqdan sonra müdafiəçilərinin iştirakları ilə verdiyi izahatlarda ondan aşkar edilən metamfetaminin onun olduğunu onu tapdığını, istifadə edərək ağrılarını sakitləşdirmək məqsədi ilə saxladığını bildirmiş lakin narkotik vasitələrin satışı ilə bağlılığı olmadığını billdirərək verdiyi ifadəsi, o cümlədən şəxsi axtarış aparılması haqqında protokolla, digər istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və digər iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki,iş materiallarında olan “şəxsi axtarış və götürmə aparılması haqqında” xx.xx.2022-ci il tarixli və xx.xx.2023-cü il tarixli, protokollardan və həmin protokollara əlavə edilmiş 2 (iki) ədəd informasiya daşıyıcısı olan disklərdəki videoçəkilişlərdən görünür ki, xx.xx.2022-ci il tarixdə və xx.xx.2023-cü il tarixdə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində seçdiyi dövlət hesabına dəvət edilmiş və hüquqlarını müdafiə etmiş müdafiəçilər X5 və X8 iştirakları və videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilmişdir. Qeyd edilən videoçəkilişlərdə Təqsirləndirilən şəxs fiziki və psixi zorakılığa, o cümlədən təsirə məruz qalması, həmçinin bədəninin gözlə görünən hissələrində xəsarətlərin olması öz əksini tapmır. Hətta şəxsi axtarışla bağlı videoçəkilidə şəxsi axtarışı aparan təhqiqatçı hər hansı bir polis əməkdaşı tərəfindən ona qarşı fiziki və ya psixoloji zorakılığa yol verilibverilməməsini soruşduqda Təqsirləndirilən şəxs qəti şəkildə yol verilmədiyini deyir.Qeyd edilən videogörüntüdə Təqsirləndirilən şəxs fiziki və ya psixi zorakılığa məruz qalması öz təsdiqini tapmır. Habelə iş üzrə şahid qismində dindirilmiş Gəncə Şəhər BPİ-nin 2-ci PŞ-nin CAB-nin kiçik inspektoru polis baş serjantı Şahid2, Şahid1, Şahid3, Şahid4 polis şöbəsində olarkən sonuncuya hər hansı bir polis əməkdaşı tərəfindən fiziki və psixoloji təsir və ya təzyiq göstərilmədiyini, hər hansı bir polis əməkdaşının Təqsirləndirilən şəxs döymədiyini və sonuncuya xəsarət yetirmədiyini, hər hansı bir polis əməkdaşının Təqsirləndirilən şəxs üzərinə narkotik vasitə və ya psixotrop maddə qoymadığını, sonuncunun üzərində axtarış videoçəkiliş vasitəsilə müdafiəçisinin iştirakı ilə aparıldığını bildirmişdir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıb-yoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. Həmin Qərarının 26-cı bəndində göstərilmişdir ki, CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür. Göründüyü kimi təqsirləndirilən Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə fiziki zorakılığa və psixoloji təzyiqlərə məruz qalması, həmçinin iddia etdiyi qanunsuzluqlarla bağlı polis əməkdaşlarının prosessual hərəkətlərindən və qərarlarından nə ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora, nə də ki məhkəmə nəzarətini həyata keçirən məhkəməyə şikayət etməmişdir. Həmçinin Təqsirləndirilən şəxs müdafiəçiləri X5 və X9 qeyd edilən xüsusatlarla bağlı məhkəməyədək icraat dövründə hər hansı bir orqana müraciət etməmişlər həmçinin Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadələrdə ondan aşkar edilən metamfetamini şəxsi istifadə məqsədi ilə saxladığını, məhkəmə istintaqı zamanı isə ümumiyyətlə onun üzərində ümumiyyətlə narkotik vasitə və ya psixtrop maddə olmadığını bildirmişdir. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, qeyd edilən halların mövcudluğu özü-özlüyündə Təqsirləndirilən şəxs qeyri-səmimi olmasını, cinayət məsuliyyətindən yaxa qurtarmaq və cinayət məsuliyyətdən kənar qalmaq məqsədinə xidmət edən ifadə verdiyini sübut edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Beləliklə yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə, saxlama və daşıma kimi hərəkətləri həyata keçirmiş, o cümlədən satış məqsədilə ilə 2005-ci il 28 iyun tarixli 960-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr ”-in İİ saylı siyahısına daxil olan külli miqdarda – ümumi təmiz çəkisi 0,216 qram psixotrop maddə olan metamfeamini, 1 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2,318 qram psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlaması tam sübuta yetirilmişdir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin əlamətləri vardır, həmin cinayət hadisəsiləri həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234.4.2 və 234.4.3-cü maddələrində nəzərdə tutulan cinayətlərin törədilməsində təqsirlidir və o həmin maddələrin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi – həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 2 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 2 saylı Siyahısına əsasən metamfetamin psixotrop maddə, metamfetaminin 0,15 qram və ondan yuxarı miqdarı şəxsi istehlak miqdarından artıq, külli miqdarı isə 2 qram və ondan yuxarı, hesab olunur. Təqsirləndirilən şəxs üzərindən isə 0,216 qram psixotrop maddə olan metamfeamin, 1 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2,318 qram psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Digər tərəfdən məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs törətdiyi cinayət əməllərinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal müəyyən edilməmişdir. Məhkəmə qeyd edir ki Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Məhkəmə-narkoloji ekspertizasının 09 yanvar 2023-cü il tarixli 37 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs pisxotrop maddələrdən isitifadə edir. Psixotrop maddə olan metanfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı vardır. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-in 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, həm də birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.2, 158.2.1 və 158.2.2-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-nin 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs birinci iş üzrə şübhəli şəxs qismində xx.xx.2022-ci il tarixdən-xx.xx.2022-ci il tarixədək tutularaq həbsdə saxlanılmış və xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Gəncə şəhər BPİ-nin MSY-dən azad edilmişdir. Daha sonra isə Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs kimi tutulmuş, Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-52/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində 02 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 30 yanvar 2023-cü il tarixdən hesablanmış, daha sonra Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-152/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlanılması müddəti 30 mart 2023-cü il tarixdən-30 aprel 2023-cü il tarixədək uzadılmış və Gəncə şəhər məhkəməsinin xx.xx.2023-cü il tarixli, 4(125)-221/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs həbsdə saxlama müddətinin uzadılmasından imtina edilmiş və Təqsirləndirilən şəxs məhkəmə iclas zalından dərhal azad edilmişdir. Bundan başqa Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilmiş və o, dərhal məhkəmə iclas zalında həbs edilmişdir. Ona görə də, Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən ona təyin edilmiş cəzadan, yuxarıda qeyd olunanlara əsasən onun xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən -xx.xx.2023-cü il tarixədək olan müddət, yəni toplam 01 (bir) ay 23 (iyirmi üç) gün həbsdə saxlanıldığı müddət ona təyin olunan cəza müddətinə hesablamaqla, qəti cəza təyin edilməli və ona təyin ediləcək cəzanın əvvəli xx.xx.2023-cü il tarixdən hesablanmalıdır. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan, Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb 1 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,216 qram psixotrop maddə olan metamfeamin, 1 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2,318 qram psixotrop maddə olan metamfetamin, həmçinin cinayət işinə əlavə edilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 2(iki) ədəd "xxxx" disk və Azercell MMC-dən daxil olmuş 1 ədəd “CD” disk cinayət işi üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışdır. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir; Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb 1 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,216 qram psixotrop maddə olan metamfeamin, 1 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2,318 qram psixotrop maddə olan metamfetamin məhv edilməli, həmçinin cinayət işinə əlavə edilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 2(iki) ədəd "xxxx" disk və Azercell MMC-dən daxil olmuş 1 ədəd “CD” diskin iş materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 93 manat 20 qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 26 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 156 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.2 və 234.4.3-cü maddələri ilə təqsirli bilinsin və ona 05 (beş) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs cəza təyin edərkən ona təyin edilmiş cəzadan, yuxarıda qeyd olunanlara əsasən onun xx.xx.2022-ci il tarixdən - xx.xx.2022-ci il tarixədək, xx.xx.2023-cü il tarixdən - xx.xx.2023-cü il tarixədək olan müddət, yəni toplam 01 (bir) ay 23 (iyirmi üç) gün həbsdə saxlanıldığı müddət ona təyin olunan cəza müddətinə hesablamaqla, üzərində qəti olaraq 05 (beş) il 04 (dörd) ay 07 (yeddi) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Həbsdə saxlanıldığı müddət ona təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin 15 avqust 2023-cüil tarixdən hesablansın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində məsul saxlanca verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb 1 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 0,216 qram psixotrop maddə olan metamfeamin, 1 ədəd zərfə qablaşdırılmış tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2,318 qram psixotrop maddə olan metamfetamin məhv edilsin, həmçinin cinayət işinə əlavə edilmiş şəxsi axtarış zamanı qeydə alınmış videogörüntülər olan 2(iki) ədəd "xxxx" disk və Azercell MMC-dən daxil olmuş 1 ədəd “CD” diskin iş materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 93 manat 20 qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Təqsirləndirilən şəxs göstərilmiş 26 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkil Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 156 manat məbləğində pul köçürülsün. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar