Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-125/2025 13.03.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçi – Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx.xx.1975-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri, Samux rayonu “İnstitut” qəsəbəsində qeydiyyatda olmaqla, hazırda həmin ünvanda yaşayan, barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş – Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən naməlum vaxtda “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in İ siyahısına və 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların İ-ci siyahısına əsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 2,429 qram kustar üsulla hazırlanmış narkotik vasitə hesab olunan heroini satış məqsədi olmadan qanunsuz olaraq əldə edib üzərində saxlamaqla daşımış, Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinə daxil olmuş məlumat əsasında 25 iyul 2023-cü il tarixdə, saat 15:20 radələrində həmin bölmə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Gəncə şəhəri, “Poçt” qəsəbəsi, “Qurtuluş” küçəsində yerləşən 37 saylı tam orta məktəbə yaxın yolun kənarında saxlanılaraq, Gəncə şəhəri, N.Nərimanov prospekti 179 ünvanında yerləşən 4-cü PB-nin inzibati binasına aparılmış və üzərinə şəxsi axtarış aparılan zaman əynində olan boz rəngli şalvarın sağ yan cibinin içərisində olan balaca iç cibindən sellofan kəsiyinə bükülü halda olan 01 ədəd bükümdə olmaqla təmiz çəkisi 2,429 qram kustar üsulla hazırlanmış külli miqdarda narkotik vasitə heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, ifadəsində göstərmişdir ki, şəkər xəstəliyindən əziyyət çəkdiyi üçün yaddaş zəifliyi var. Hadisənin tarixini dəqiq xatırlamasa da, hadisənin 2023-cü il tarixdə, yay aylarında olduğunu ehtimal edir. Həmin vaxt qardaşı oğlu Tatarıstanda Universitetdə oxumuş, gedərkən kreditlə mobil telefon almış və həmin günü telefonun pulunu ödəmək üçün 50 manat pul göndərmişdir. O da “Poçt” qəsəbəsindən həmin pulu götürüb qayıdarkən avtobus dayanacağında dayanıb siqaret çəkmiş, həmin vaxt yanında polis maşını saxlamış və avtomobildə olan polis əməkdaşları ona “siqareti at maşına əyləş” demişlər. O, avtomobilə əyləşən zaman onu döyməyə başlamışlar və o şok vəziyyətinə düşmüşdür. Bundan sonra onun əllərini qandallayaraq “Ftaroy çast” adlanan ərazidə yerləşən polis şöbəsinə gətirmişlər. Onu polis şöbəsinin içərisində döyə-döyə yuxarı mərtəbəyə aparmışlar və orada içərisində nə olduğunu bilmədiyi bükülünü belinə qoyub şöbənin rəisini çağırmışlar. Şöbənin rəisi həmin otağa gəlib içərisində narkotik vasitə olan həmin bükülünün onun üzərindən çıxdığını bildirmişdir. O buna etiraz edərək, üzərində narkotik vasitə olmadığını, həmin narkotik vasitənin polis əməkdaşları tərəfindən üzərinə qoyulduğunu bildirsə də, buna məhəl qoymayaraq əli-qolu bağlı onu döyməyə başlamışlar. Əllərində olan qandal ilə onun başına vuraraq, başını yarmışlar. Göstərilən təzyiqlərdən sonra qarşısına şərt qoyaraq ona “ya kimlərinsə narkotik satdığını, istifadə etdiyini bizə deyib onların üzünə duracaqsan, ya da aşkar olunan narkotik vasitənin sənin üzərindən aşkar olunduğunu etiraf edəcəksən” deyə bildirmişlər. O əvvəllər, yəni cavanlıqda birinci Qarabağ döyüşlərində iştirak edən zaman narkotik vasitə istifadə etmiş, lakin artıq 10 ildən çoxdur ki, narkotik vasitə istifadə etmir. Hazırda səhhətində problemlər var. Daha sonra adını bilmədiyi polis əməkdaşı ona rəislə danışıb gələcəyini bildirmişdir. Həmin şəxs yenidən qayıdıb rəislə danışıb razılaşdığını deyərək ona “kasıb adamsan görürəm pulun yoxdu sənə az miqdarda narkotik vasitə verəcəm, həmin narkotik vasitənin sənin olduğunu etiraf etsən işin yüngül olacaq” deyə bildirmişdir. Bundan sonra işin necə olacağını, əgər ondan narkotik vasitəni haradan aldığını soruşsalar nə cavab verəcəyini bildirdikdə isə, cavab olaraq özləri bütün məsələləri həll edəcəklərini bildirib, təhqiqatçını dəvət etmişlər. Təhqiqatçı gəldikdən sonra izahatda guya işdən gələn vaxt həmin narkotik vasitəni yoldan tapdığını qeyd etmişlər. Bununla yanaşı polis əməkdaşları ona ilk dəfə məhkum olunacağı üçün işinin yüngül olacağını bildirib, işi CM-in 234.1-ci maddəsi ilə rəsmiləşdirəcəklərini və cəza olaraq isə ona 400- 500 manat pul cəriməsi yaxud 1 il azadlığın məhdudlaşdırılması cəzası veriləcəyini bildirmişlər. O, etiraz etdikdə isə etiraf etməyəcəyi təqdirdə, həmin narkotik vasitəni evindən çıxaracaqlarını bildirərək ona psixoloji təzyiq göstərmişlər. Müdafiəçi dəvət etdikdən sonra müdafiəçiyə həmin aşkar olunan narkotik vasitənin onun olmadığını, ona fiziki və psixi təzyiqlər göstərdiklərini bildirmişdir. Bundan sonra müdafiəçidən işinin necə olacağını soruşduqda isə ona CM-in 234.1-ci maddəsi ilə təqsirləndirildiyi üçün 400-500 manat pul cəriməsi yaxud 1-2 il azadlığın məhdudlaşdırılması cəzası veriləcəyini bildirmişlər. O, aşkar olunan narkotik vasitənin onun olmadığını bildirəcəyi təqdirdə, müdafiəçidən onu həmin yerdən çıxara biləcəyini soruşduqda, müdafiəçi ona köməklik edə biləcəyinə dəqiq söz vermədiyini bildirmişdir. Daha sonra göstərilən fiziki və psixi təzyiqlərdən sonra sözügedən narkotik vasitənin onun üzərindən aşkar olduğunu etiraf etmək məcburiyyətində qalmışdır. Bundan əlavə Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq göstərmişdir ki, “Poçt” qəsəbəsində qardaşı oğlunun göndərdiyi pulu götürüb, aldığı telefonun borcundan 42 manat verdikdən sonra onu avtobus dayanacağında saxlamışlar. O, sonradan şikayət etməmiş, 3-4 ay sonra müstəntiq ekspertizadan narkotik vasitənin çəksinin çox gəldiyini, buna görə də ona 234.1-1-ci maddə ilə ittiham elan olunduğunu bildirmişdir. O müstəntiqə etiraz etmiş, müstəntiq isə onu satışla ittiham edəcəyi barədə hədələmişdir. O şikayət etmiş, lakin şikayətinə baxmamışlar və 3-4 ay sonra ağır maddə ilə ittiham olunduğunu bilmişdir. Polis əməkdaşları onu saxlayarkən üzərində təxmini 30 manat pul və mobil telefon olmuş, lakin polis əməkdaşları mobil telefonunu əlindən aldıqları üçün videoçəkilişlə üzərinə baxış keçirən zaman üzərindən telefon çıxmamışdır. O, polis əməkdaşları tərəfindən fiziki təzyiqlərə məruz qalmış, ona təzyiq edən polis əməkdaşlarından biri də, Kamran adlı polis əməkdaşı olmuşdur. O, MSY-dən çıxdıqdan sonra şikayət etməmiş, fikirləşmişdir ki, şikayət etsə onu yenidən tutacaqlar və buna görə də şikayət etməyə qorxmuşdur. İbtidai istintaq zamanı ifadəni təsdiqləyən imza və “ifadəmi oxudum dorğuluğunu imzamla təsdqi edirəm” cümləsi onun tərəfindən yazılıb. O, göstərilən təzyiqlər nəticəsində məcbur olaraq ifadəni təsdiq etmiş və qeyd olunan cümlələr onun özünəməxsus olmamışdır. O, ifadəsini təhqiqatçı ona dediyi formada yazmış və həmin vaxt müdafiəçi olmamışdır. Saxlanılan zaman ***-***-**-** saylı mobil nömrəni istifadə etmişdir. Məhkəmə baxışı iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, 2023-cü il tarixdə təxmini yay aylarında Gəncə şəhər BPİ-nin 4-cü PB-nə Təqsirləndirilən şəxs adlı şəxsin barəsində əməliyyat məlumatı daxil olmuşdur. Həmin əməliyyat məlumatı əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Zaur adlı şəxsin Gəncə şəhəri, “Poçt” qəsəbəsi, “Qurtuluş 93” küçəsində yolun kənarında olduğunu müəyyən etmişlər. Bundan sonra Zaur adlı şəxsə yaxınlaşıb özlərini təqdim edərək, onu Gəncə şəhər BPİ-nin 4-cü PB-nin inzibati binasına dəvət etmişlər. Gəncə şəhər Pİ-nin 4-cü PB-də Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və baxış nəticəsində əynindəki şalvarın sağ yan cibinin balaca iç cibindən bir ədəd sellofan kəsiyinə bükülmüş narkotik vasitə olan heroinə bənzər maddə aşkar olunaraq təhqiqat bölməsinə təhvil verilmişdir. Təqsirləndirilən şəxs sağ yan cibindən aşkar olunmuş narkotik vastənin çəkisi təxmini 2-3 qram miqdarında olmuş və Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitə olan heroinə bənzər kütləni Gəncə şəhəri ərazisində çayın kənarından tapdığını və özü istifadə etmək üçün üzərində saxladığını bildirmişdir. Eyni zamanda Təqsirləndirilən şəxs saxlanılıb polis bölməsinə gətirilərkən və daha sonra ona qarşı polis əməkdaşları tərəfindən heç bir fiziki və yaxud psixi təzyiq olunmamışdır. Daha sonra Şahid2 verilən suallara cavab olaraq göstərmişdir ki, əməliyyat-axtarış qrupuna o və Şahid1 daxil olmuş, əməliyyat məlumatı isə Şahid1 daxil olmuşdur. Onlar Təqsirləndirilən şəxs Gəncə şəhəri, “Poçt” qəsəbəsi, “Qurtuluş 93” küçəsində, piyada hərəkətdə olan zaman saxlamışlar, saxlanılan zaman təqsirləndirilən şəxs onlara qarşı heç bir müqavimət göstərməmiş və təqsirləndirilən şəxsə qarşı da heç bir fiziki və ya psixi təzyiq olunmamışdır. Təqsirləndirilən şəxs saxlanılan zaman tək olmuşdur. Təqsirləndirilən şəxsin üzərinə videoçəkiliş vasitəsi ilə şəxsi axtarış keçirilən zaman orada iştirak etmiş və təqsirləndirilən şəxsin üzərində mobil telefon olduğunu xatırlamamışdır. Bundan başqa ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahid2 ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun göstərmiş olduğu xüsusatları tam təsdiq etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyul 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən 25 iyul 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 15:20-də Gəncə şəhəri Poçt qəsəbəsi Qurtuluş küçəsində 37 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 4-cü PB-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində olan boz rəngli şalvarın sağ yan cibinin içərisində olan balaca iç cibindən 1 ədəd sellofan bükümdə olan kütləni çıxararaq təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və həmin narkotik vasitə olan heroini Gəncə şəhəri, Atabəylər prospektində “X3” restoranının yaxınlığından yerdən tapıb götürdüyünü bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 06 avqust 2023-cü il tarixli “video görüntüyə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Gəncə BPİ-nin 4-cü PB-nin baş təhqiqatçısı, polis mayoru Ceyhun Mustafayev, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməliyyat müvəkkili ,polis leytenantı Şahid1, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin sahə rəisi, polis kapitanı Şahid2, müdafiəçi Ramil Əliyevin iştirakı ilə şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilir. İlkin olaraq Təqsirləndirilən şəxs şübhəli şəxs qismində hüquq və vəzifələri izah edilir və şəxsi axtarış keçirilməzdən əvvəl üzərində qanunla qadağan olunmuş hər hansısa əşya yaxud predment varsa təqdim etməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibinin içərisində olan balaca iç cibindən 1 ədəd sellofan bükümdə olan kütləni çıxararaq təqdim edir. Həmin sellofan bükümünün içərisinə, baş təhqiqatçı Ceyhun Mustafayev tərəfindən baxış zamanı narkotik vasitə “heroin”ə bənzər maddə aşkar olunur. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər hər hansı bir əşya aşkarlanmır. Sorğu zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, narkotik vasitənin istifadəsi ilə məşğul olmuş, həmin narkotik vasitə olan heroini Gəncə şəhəri, Atabəylər prospektində “X3” restoranının yaxınlığından yerdən tapıb götürdüyünü bildirmişdir. Bu kütlədən istifadə etməmiş və kiməsə satmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş heroinə bənzər kütlə elektron tərəzidə çəkilmiş və həmin kütlə 2,62 qram gəlmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş içərisində ilk baxışdan narkotik maddə “heroin”ə bənzər olan maddə zərfə qoyularaq üzəri DİN-in 181 saylı möhürü ilə möhürləndi və üzərləri iştirakçılar tərəfindən imzalandı. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən digər narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla qadağan edilmiş digər əşya, predmet aşkar edilmir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin CAİ-dən daxil olmuş məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrənin Azərbyacan Respublikası mobil operatorlarına məxsus baza stansiyaları daxilində xx.xx.2023-cü il -xx.xx.2023-cü il aralığında aktivliyi müəyyən edilmiş, lakin diskə baxış zamanı cinayət işi üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkarlanmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtda, yəni saat 15:20 dəqiqədə onun ifadəsində olan mobil nömrənin əhatə dairəsi Gəncə şəhəri, N.Nərimanov küçəsi 135, 5 saylı musiqi məktəbindən siqnal verdiyini göstərir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-kimyəvi ekspertizasının 26 iyul 2023-cü il tarixli 16/753 nömrəli rəyində göstərilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 2,62 qram çəkidə heroinə oxşar kütlə..” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf sellofan kəsiyi bükümündə təmiz çəkisi 2,429 qram kustar üsulla hazırlanmış narkotik vasitə -heroindir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2023-cü il tarixli 1323 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotok vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Gəncə Qarnizonu Hərbi Tribunalının xx.xx.1993-cü il tarixli hökmü ilə AR-nın CM-nin 246-1 M “B” bəndi maddəsi ilə 06 il azadlıqdan məhrum edilmişdir. Moskva şəhər Çertakov Bələd. Məhkəməsinin xx.xx.2000-ci il tarixli hökmü ilə RF-nın CM-nin 228 maddəsinin 1-ci hissəsi ilə 01 il azadlıqdan məhrum edilmişdir. Həmçinin hazırda qüvvədə olan qanunvericiliyə əsaslansaq, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsində göstərilir ki, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən 2 (iki) il keçdikdə məhkumluğu ödənilmiş hesab olunur. Odur ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 18.4.1 və 83.3.3cü maddələrinə əsasən Təqsirləndirilən şəxs əməli cinayətlərin residivi kimi nəzərə alınmamış və məhkumluğu ödənilmiş hesab olunmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin xx.xx.2023-cü il tarixli 4826 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Psixonevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Narkoloji Dispanserinin xx.xx.2023-cü il tarixli 4974 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhəri Rayonlararası Narkoloji Dispanserində qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Azərbaycan Respublikası Baş prokurorluğunun Xidməti araşdırmalar idarəsində toplanmış 44-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 noyabr 2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2,429 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” disk və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində məhkəməyədək icraat zamanı ondan aşkar edilən narkotik vasitənin üzərinə polis əməkdaşları tərəfindən qoyulmasına və polis əməkdaşları tərəfindən ona fiziki və psixoloji təzyiqlər olunmasına, eyni zamanda saxlanılan zaman mobil telefonun onun üzərində olduğunu və polis əməkdaşları tərəfindən sonradan onun mobil telefonun götürülməsi, həmçinin polis şöbəsində arvadına zəng edərək danışdığına dair xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, sözügedən xüsusat iş üzrə danılmaz sübutlarla (təqsirləndirilən şəxsin özünün ilkin etirafedici ifadəsi, tutulma və şəxsi axtarış, baxış, götürmə istintaq hərəkətlərində iştirak etmiş polis əməkdaşlarının ifadələri və digər istintaq hərəkətlərinin protokolları, ekspert rəyləri, əməliyyat-axtarış subyektinin məlumatları və.s) təkzib edilmişdir. Belə ki, təqsirləndirilən şəxs cinayət işinin materiallarında göstərilən tarixdən yəni 15:20-dən daha tez saxlanıldığını və saxlanıldıqdan sonra arvadı ilə telefon danışığı həyata keçirdiyini bildirsə də, Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrəyə daxil olan və çıxan zənglərin əhatə dairəsini əks etdirən "xxxx" MMC-dən daxil olmuş diskdən də görünür ki, Təqsirləndirilən şəxs məxsus mobil telefonun əhatə dairəsi 25 iyul 2023-cü il, saat 12:56-dan etibarən Gəncə şəhəri, N.Nərimanov küçəsi 135, 5 saylı musiqi məktəbindən siqnal verərək, trayektoriyası hərəkətsiz olaraq qalmışdır. İlkin əməliyyat raportundan da görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdə, saat 15:20-də Gəncə şəhəri Poçt qəsəbəsi Qurtuluş küçəsində 37 saylı tam orta məktəbin yaxınlığında müəyyən edilərək saxlanılmışdır. Eyni zamanda Təqsirləndirilən şəxs saxlanıldığı 25 iyul 2023-cü il, saat 15:20-dən 26 iyul 2023-cü il, saat 21:27-dək onun istifadəsində olan mobil nömrədən davamlı olaraq müxtəlif nömrələrə zənglər olunmuş və müəyyən zaman kəsiklərində danışıqlar aparılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2023-cü il tarixdə Gəncə şəhər BPİ-nin CAİ-dən daxil olmuş məktubdan görünür ki, ***-***-**-** saylı mobil nömrənin Azərbyacan Respublikası mobil operatorlarına məxsus baza stansiyaları daxilində xx.xx.2023-cü il -xx.xx.2023-cü il aralığında aktivliyi müəyyən edilmiş, lakin diskə baxış zamanı cinayət işi üçün əhəmiyyət kəsb edəcək hər hansı bir məlumat aşkarlanmamışdır. xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs azadlığının məhdudlaşdırıldığı vaxtda, yəni saat 15:20 dəqiqədə onun ifadəsində olan mobil nömrənin əhatə dairəsi Gəncə şəhəri, N.Nərimanov küçəsi 135, 5 saylı musiqi məktəbindən siqnal verdiyini göstərir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyul 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdə, saat 15:20-də şübhəli şəxs qismində tutulmuşdur. Bundan başqa iş materiallarında olan 25 iyul 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan və protokola əlavə edilmiş videoşəkilişdən görünür ki, Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşları tərəfindən 25 iyul 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Təqsirləndirilən şəxs saat 15:20-də Gəncə şəhəri Poçt qəsəbəsi Qurtuluş küçəsində 37 saylı tam orta məktəbin yaxınlığında saxlanılaraq Gəncə şəhər BPİ-nin 4-cü PB-nin inzibati binasına gətirilmiş və üzərinə həmin tarixdə 16-14 dən saat 16.25-dək şəxsi axtarış keçirilmiş və sonuncu əynində olan boz rəngli şalvarın sağ yan cibinin içərisində olan balaca iç cibindən 1 ədəd sellofan bükümdə olan kütləni çıxararaq təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür.Təqsirləndirilən şəxs narkotik vasitə istifadəçisi olduğunu və həmin narkotik vasitə olan heroini Gəncə şəhəri, Atabəylər prospektində “X3” restoranının yaxınlığından yerdən tapıb götürdüyünü bildirmişdir. Bundan başaq təqsirləndirilən şəxsin üzərindən aşkar olunmuş 38 manat kağız pul, 0.90 qəpik metal pul və 01 ədəd alışqan maddi sübut əhəmiyyəti kəsb etmədiyindən onun özünə qaytarılmış, mobil telefon isə aşkar edilməmişdir. Məhkəmə yuxarıda göstərilənləri nəzərə alaraq vurğulayır ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən mobil telefon aşkar olunmamış, Təqsirləndirilən şəxs 2023-cü il tarixdə, saat 15:20-də Gəncə şəhəri Poçt qəsəbəsi Qurtuluş küçəsində 37 saylı tam orta məktəbin yaxınlığında müəyyən edilərək saxlanılmışdır. Təqsirləndirilən şəxs saxlanıldığı tarixdə, yəni saat 15:20-də mobil telefonun əhatə dairəsi onun saxlanıldığı ərazidən deyil, Gəncə şəhər Nərimanov küçəsi 135, 5 saylı musiqi məktəbindən siqnal vermiş və həmin ərazidə davamlı zənglər olunaraq hərəkətsiz qalmışdır. Buna görə də Təqsirləndirilən şəxs üzərində mobil telefon olması və həmçinin polis şöbəsində polis əməkdaşlarının nəzarəti altında olarkən, eyni zamanda barəsində cinayət təqibi ilə bağlı istintaq hərəkətləri aparılarkən onun sərbəst şəkildə mobil telefondan istifadə edərək zənglər etməsi və danışıqlar aparması ağlabatan deyildir. Həmçinin Təqsirləndirilən şəxs istifadə etdiyi mobil telefonu öz adına qeydə alınmış mobil telefon nörməsi ilə istifadə etməsi mütləq deyil, digər şəxs tərəfindən də istifadəsi istisna olunmur. Bundan başqa Təqsirləndirilən şəxs istər ona polis əməkdaşları tərəfindən fiziki təzyiq olunması ilə bağlı, istərsə də, onun saxlanılarkən üzərində mobil telefon olması ilə bağlı qeyd etdiyi xüsusatlar məhkəmə istintaqı zamanı öz təsdiqini tapmamış və sözügedən hallar məhkəmə tərəfindən Təqsirləndirilən şəxs məsuliyyətdən boyun qaçırması kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxsin ibtidai istintaq orqanına verdiyi ilkin ifadəsi ilə məhkəmə baxışı iclasında verdiyi ifadəsi arasında ziddiyətlər olduğundan cinayət prosesi tərəflərinin iştirakı ilə Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Təqsirləndirilən şəxs ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmişdir., təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs оьğluлу, ona Azərbaycan Respublikası CM-in 234.1-1-ci maddəsi ilə elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, rəsmi olaraq Gəncə şəhəri, “Atabəylər” prospektində yerləşən “Gəncə Dünya Məktəbi”ndə gecə mühafizəçisi işləyir. Təxminən 3-4 aydır ki, narkotik vasitə olan “kakos” kimi tanıdığım “heroin” istifadə etdiyini bildirmişdir. Belə ki, o narkotik vasitə olan “kakos” kimi tanıdığığım “heroini” suya qatıb həll edərək maye şəklində içdiyini qeyd etmişdir. xx.xx.2023-cü il tarixdə saat təxminən 19:00 radələrində yaşadığım Samux rayonu, “İnstitut” qəsəbəsində yerləşən evdən çıxıb, Gəncə şəhəri, “Atabəylər” prospektində yerləşən “Gəncə Dünya Məktəbi”nə işə gələn zaman, həmin prospektdə yerləşən “X3” şadlıq evinin qarşısında yolun kənarında küçədən sellofana bükülü halda olan büküm tapmış, həmin bükümü açaraq baxmış, içərisində olan kütlənin istifadə etdiyi “kakos” kimi tanıdığı narkotik vasitə “heroin” olduğunu bilmiş və istifadə etmək üçün cibinmə qoymuşdur. O həmin bükümü tapdıqdan sonra üzərində saxladığını, xx.xx.2023-cü il tarixdə saat 15:20 radələrində həmin bükülüdə olan narkotik vasitə kimi tanıdığı “kakos” üzərində Gəncə şəhəri, “Poçt” qəsəbəsi, “Qurtuluş” küçəsində 37 saylı tam orta məktəbin yaxınlığında yolun kənarında olarkən 2 nəfər mülki geyimli şəxslər ona yaxınlaşmışlar və onlar xidməti vəsiqələrini ona nümayiş etdirib, özlərini Gəncə şəhər BPİ-nin 4-cü PB-nin əməkdaşları kimi təqdim etdiklərini bildirmişdir. Sonra polis əməkdaşları ona onlarla birlikdə Gəncə şəhər BPİnin 4-cü PB-nə gedəcəyini bildirmişlərdilər. O da bu barədə polis əməkdaşlarına heç bir etiraz etməmişdir. Sonra polis əməkdaşları avtomobilləri ilə onu özləri ilə birlikdə Gəncə şəhərində yerləşən Gəncə şəhər BPİ-nin 4-cü PB-nin inzibati binasına aparmışdırlar. Bölmənin inzibati binasında xidməti iş otağında hüquqlarının müdafiə olunması üçün müdafiəçi ilə təmin olunmağından ötrü ona müdafiəçilərin siyahısı təqdim edilmiş və o bildirilmişldi ki, həmin müdafiəçilərdən kimi istəyirsə seçə bilər, əgər seçməkdə tərəddüd edirsə bu gün növbətçi vəkilin yardımından istifadə edə bilər. O, təqdim olunmuş vəkillərin siyahısında hər hansı birinin hüquqlarımın dövlət hesabına müdafiə olunması üçün etiraz etmədiyini bildirib, bu barədə əzirə ilə müraciət etmişdir. Müdafiəçi X1 dəvət olunaraq ona təqdim edilmişdir. Bundan sonra protokol və digər sənədlər tərtib olunmuşdur. O həmin sənədləri müdafiə tərəfindən ucadan oxunduğu və düzgün tərtib olunduğu üçün imza etmişdir. Müdafiəçinin iştirakı ilə üzərinə şəxsi axtarış aparmışdırlar. Şəxsi axtarış zamanı üzərində olan küçədən tapmış olduğu kütləni təqdim etmişdir. Sonra kütləyə baxış keçirilmiş və onu elektron tərəzidə çəkmişlər, bir ədəd sellofan kəsiyinə bükülü halda olan kütlənin çəkisi 2,62 qram olmuşdur. Sonra 01 ədəd zərfin üzərinə müvafiq qeydlər aparılmış, qeydlər uca səslə oxunduqdan sonra o onu imzalamışdır. Sonra bir ədəd onun üzərindən aşkar olunaraq götürülmüş “kakos” kimi tanıdığı narkotik vasitə olan heroin zərfin içərisinə qoyulmuş və zərfin bağlananc yerləri möhürlənərək götürülmüşdür. Aşkar edilmiş kütlədən kiməsə satmısınızmı və ya satmaq məqsədiniz olmuşdurmu sualına cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitədən heç kimə satmamış və satmaq məqsədi olmamışdır. Həmin maddəni öz istifadəsi üçün üzərində saxlamışdır. Ailə üzvlərinizdən və ya digər şəxslərdən kiminsə üzərinizdən aşkar olunmuş maddəni üzərinizdə saxlamağınızdan xəbəri olmuşdurmu sualına cavab olaraq, narkotik vasitəni üzərində saxlamağından heç kimin xəbəri olmadığını bildirmişdir. Sizin digər yerdə saxladığınız narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla dövriyyəsi qadağan edilmiş əşyanız vardırmı sualına cavab olaraq, onun digər yerdə saxladığı narkotik vasitə, psixotrop maddə, eləcə də, qanunla dövriyyəsi qadağan edilmiş əşyasının olmadığını bildirmişdir. Məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2023-cü il tarixli 1323 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotok vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, xx.xx.2025-ci il tarixli, “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, Xidməti araşdırmalar idarəsində toplanmış 44-C-25 nömrəli material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları, eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını və digər sənədləri qarşılıqlı təhlil edərək, Təqsirləndirilən şəxs məhkəmə baxış iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, iş üzrə təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-in 234-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır, həmin cinayət hadisəsi həqiqətən baş vermiş, ona istintaq orqanı tərəfindən düzgün hüquqi qiymət verilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 234-1.1-ci maddəsində nəzərdə tutulan cinayətin törədilməsində təqsirlidir və o həmin maddənin sanksiyası daxilində azadlıqdan məhrumetmə cəzasına məhkum edilməlidir, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa Təqsirləndirilən şəxs cinayət əməli Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının xx.xx.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə, həmin Qanunun 2 saylı Siyahısına əsasən metamfetamin isə psixotrop maddə hesab olunur, heroinin və metamfetaminin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlinin ictimai təhlükəliliyini nəzərə alaraq hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə növündə cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olmaq olar. Odur ki, Təqsirləndirilən şəxs barəsində ibtidai istintaq zamanı seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə zalından həbsə alınmalı, “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmaqla xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini yüngülləşdirən hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsində qəsdən törədilmiş böyük içtimai təhlükə törətməyən, az ağır və ağır cinayət törətməyə görə ilk dəfə azadlıqdan məhrumetməyə məhkum olunmuş şəxslərin cəzasını-ümumi rejimli cəzaçəkmə müəsissələrində çəkməsi müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25 iyul 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 25 iyul 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 27 iyul 2023-cü il tarixli “təqsirləndirilən şəxsin MSY-dən azad olunması və barəsində qətimkan tədbiri seçilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Odur ki, qanunun həmin tələbini rəhbər tutaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək bu iş üzrə toplam 02 (iki) gün həbsdə saxlandığı müddət, Azərbaycan Respublikası CM-nin 69-cu maddəsinin tələblərinə əsasən təqsirləndirilən şəxsə cəza təyin edərkən ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bununla bərabər məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Bundan əlavə cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 09 avqust 2023-cü il tarixli 1323 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotok vasitələrdən istifadə edir.Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkolji dispanserdə qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93-1.2-cü maddəsinə əsasən alkoqolizm və ya narkomaniyadan müalicə məqsədi ilə barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxslərin müalicəsi Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsi ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Bundan əlavə, müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2,429 qram narkotik vasitə heroin maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd “DVD” disk iş üzrə əhəmiyyət kəsb etdiyindən cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra ümumi təmiz çəkisi 2,429 qram narkotik vasitə heroin məhv edilməli və Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə zamanı istifadə edilmiş video çəkilişin bir ədəd “DVD” diski və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd “DVD” diskinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə, şəxs Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 63 (altmış üç) iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 378 (üç yüz yetmiş səkkiz) manat məbləğində pul köçürülməlidir. Digər tərəfdən həmçinin müəyyən edilmişdir ki, iş üzrə 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPMnin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkməyədək icraat zamanı 25 iyul 2023-cü il tarixdən 27 iyul 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu toplam 02 (iki) gün müddət, ona təyin olunan cəza müddətinə hesablanmaqla, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 03 (üç) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə qətimkan tədbiri” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və haqqında seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı 13 mart 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Gəncə şəhər Baş Polis İdarəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 2,379 qram olan heroin məhv edilsin, 25 iyul 2023-cü il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirlərindən sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı, istifadə edilmiş video çəkilişin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” diskin və "xxxx" MMC-dən əldə edilmiş 01 ədəd “DVD” diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri olan 32 (otuz iki) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-125/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-125/2025
13.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver