Məhkəmə qərarları › İş №1(100)-126/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-126/2023

01.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-126/2023 01.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X10 və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxxxx 1992-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.3 və 306.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Təqsirləndirilən şəxs cavabdeh kimi ondan maddi ziyana görə 7579,00 manat məbləğində pul alınaraq X4 ödənilməsinə dair Hacıqabul Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş xx.xx.2014-cü il tarixli, 1(071)-68/2014 nömrəli hökmünün mülki iddiaya aid hissəsini üzrsüz səbəbdən müəyyən olunmuş müddətdə icra etmədiyinə və icra məmurunun qanuni tələblərini yerinə yetirmədiyinə görə barəsində Bərdə rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 03 (üç) gün, həmin məhkəmənin xx.xx.2019-cu il tarixli qərarı ilə təqsirli bilinərək 12 (on iki) gün, xx.xx.2020-ci il tarixli qərarı ilə təqsirli bilinərək 10 (on) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədindəki tələbi icra etməsi üçün ona yeni müddət təyin edilərək xx.xx.2018-ci, xx.xx.2018-ci, xx.xx.2019-cu, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci, xx.xx.2020-ci və xx.xx.2021-ci il tarixlərdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıqlar edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyəti ilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 15 fevral 2021-ci il tarixədək 6299,00 manat məbləğində borcunu zərərçəkmiş şəxs X4 ödəməyərək sonuncuya maddi ziyan vurmaqla yanaşı qanuni qüvvəyə minmiş məhkəmə hökmünü qərəzli olaraq icra etməməklə ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Bundan başqa o, istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun müvafiq olaraq İ siyahısınaəsasən külli miqdarda, yəni ümumi təmiz çəkisi 142,739 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində və yaşadığı Bərdəşəhəri, M.F.Axundov küçəsi ev 7-dəyerləşən evində saxlamış və istintaqa məlum olmayan mənbədən və tarixdə “Makarov” konstruksiyalı tapançaya aid istifadəyə yararlı vəziyyətdə1 ədəd 8 ədəd 9 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal olunmuş sandıqcanı və 21 ǝdəd döyüş sursatı olan 9 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançaların ştat patronlarını qanunsuz olaraq əldə edib həmin evdə saxlamış, 13 aprel 2022-ci il tarixdə saat 16:50 radələrində Daxili İşlər Nazirliyi, Baş Narkotiklərlə Mübarizə İdarəsinin Qərb Bölgəsində Regional Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zama nı qeyd edilən evin zalından 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 140,631 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, “Makarov” konstruksiyalı tapançaya aid istifadəyə yararlı vəziyyətdə1 ədəd 8 ədəd 9 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə istehsal olunmuş sandıqcanı və sandıqcanın içərisində 5 ǝdəd döyüş sursatı olan 9 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançaların ştat patronları və 1 (bir) ədəd kardon qutuda 16 ǝdəd döyüş sursatı olan 9 mm kalibrli olmaqla atəş üçün yararlı, həmin kalibrli “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançaların ştat patronları aşkar edilərək götürülmüş, keçirilmiş əməliyyat tədbirlərinin davamında Təqsirləndirilən şəxs şübhəli şəxs qismində saxlanılmaqla həmin gün saat 19 radələrində Bərdə rayon polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan gödəkcənin sağ yan cibindən 06 (altı) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qram, 0,346 qram, 0,335 qram, 0,368 qram, 0,344 qram və 0,367 qram olan ümumi təmiz çəkisi 2,108 qram olan kustar üsulla hazırlanmış narkotik vasitəolan heroin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs törətdiyi cinayət zərərçəkmiş şəxs və şahidlərin ifadələri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilməyib, Azərbaycan Respublikası CM-nin 228.1, 234.1 və 306.1-ci maddələri ilə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heç bir yerdə işləmir. Əvvəllər Azərbaycan Respublikası CM-nin 234.1 və 263.1-ci maddələri ilə məhkum olunmuşdur. 2014-cü ilin yay aylarında Bakı-Qazax magistral yolunda Hacıqabul rayonun Qarasu ərazisində istifadəsində olan “Hyundai H-1” markalı, ** XZ *** dövlət qeydiyyat nişanlı yük avtomobili ilə hərəkətdə olarkən qarşıdan gələn “Kia Sorento” markalı, ** GH *** dövlət qeydiyyat nişanlı avtmobilin yoluna çıxmış, avtomobil ilə toqquşaraq X4 maddi ziyan vurmuşdur. Asif İbrahimova vurduğu maddi ziyan 4500,00 manat məbləğində olardı, lakin maddi ziyan aktını özünə münasib yerdə yüksək yazdırmışdır. Dəfələrlə zərərçəkmiş Asif İbrahimov ilə razılığa gəlmək üçün həm özüm həm də böyükləri görüşsə də sonuncu onlarla razılığa gəlməkdən boyun qaçırmışdır. Beləliklə ədalətsiz ziyan aktını məhkəməyə təqdim etdiyi üçün məhkəmə məcburən onun əsasında dövlətin adından xx.xx.2014-cü il tarixli qərar qəbul etmişdir. Bundan sonra həmin qərar icra olunmasından ötrü yaşadığı yer üzrə Bərdə rayon icra və probasiya şöbəsinə göndərilmişdir. Həmin şöbə tərəfindən ona rəsmi bildirişlər və xəbərdarlıqlar göndərilmişdir. Rəsmi bildirişləri aldığına baxmayaraq könüllü icra müddətində həmin qətnamənin icrasını maddi imkanı ağır olduğundan təmin edə bilməmişdir. Qətnaməni icra edə bilmədiyi və icra məmurunun qanuni tələblərini yerinə yetirə bilmədiyi üçün Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 12 gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra taksi fəaliyyəti ilə, həbalə yeni tikilən binalarda fəhləliklə məşğul olaraq 300-350 manat aylıq qazanc əldə etdiyi üçün Asif İbrahimova müxtəlif vaxtlarda 1250,00 manat pul ödəmişdir. 2020-ci ilin mart ayından başlayaraq ölkədə sərt karantin rejimi tətbiq olunduğundan heç yerdə işləyə bilməmiş deyə ödənişlər etməmişdir. Sürücülük vəsiqəsi olduğu üçün sonra bir ildir ki, müxtəlif şəxslərə gündəlik haqq müqabilində onların avtomobillərini sürməklə sürücülük edərək aylıq 500,00 manat həcmində qazanc əldə etmiş, lakin atası azadlıqdan məhrumetmə cəzasına məhkum olduğundan ailədə tək qazanc gətirən o, olduğu üçün ailəsinin gündəlik tələbatına xərclədiyi üçün borcundan ödəniş edə bilməmişdir. Sonrada müxtəlif vaxtlarda hissə-hissə təxminən 1500 manat da bir ödəmişdir. Bundan başqa təxminən il yarımdır ki, narkotik vasitə olan heroindən istifadə edir. 13 aprel 2022-ci il tarixdə saat 16 radələrində ünvan 2 ünvanında yerləşən evinə qardaşı Şahid7 ilə yatarkən yaşadığı evə Gəncə şəhər X14 Şöbəsinin əməkdaşları yaşadığı evin qapısını sındırmaq yolu ilə yaşadığı evə daxil olmuşlar. Evə daxil olduqdan sonra qardaşı Şahid7 və onun qollarını qandalla bağlamışlar. Ona və qardaşına işgəncələr verərək qardaşını və onu döyməyə başlamışlar. Onları döydükdən sonra o, polis əməkdaşlarını döyülmə səbəbini soruşduqda polis əməkdaşları cavabında bildirmişlər ki, döyülmə səbəbi evində narkotik vasitənin olmasıdır. O, polislərə yaşadığı evdə narkotik vasitə olan heroin olmasını bildirmişdir. O, polis əməkdaşlarına narkotik vasitə olan 2 qram heroini təqdim etmişdir. Polis əməkdaşları isə cavabında ona bildirmişlər ki, Gəncə QBRŞ-nin əməkdaşları hansı evdə əməliyyat axtarış tədbirləri keçirirlərsə həmin evdən aşağısı 2 kilo narkotik vasitə çıxarmışlar. Ona və qardaşı Rüfətə müxtəlif işgəncələr vermişlər. Onun evindən aşkar edilmiş narkotik vasitənin 2 qramı yatdığı çarpayıda olan döşəyin altında olmuşdur. Lakin həmin yaşadığı evdə olan kiçik massanın üzərindən aşkar edilmiş narkotik vasitəni Gəncə şəhər QBRŞ-nin əməkdaşı olan Taleh həmin şöbənin təhqiqatçısı Rafiq Əhmədova vermişdir. Rafiq Əhmədov isə həmin vaxtı 140 qram narkotik vasitəni kiçik masssanın üzərinə qoymuş, həmin massanın üzərindən onu döyüb işgəncələr verərək həmin narkotik vasitənin özünə məxsus olmasını bildirməklə onu hədələmişlər. Həmin hədələr nəticəsində o, qardaşınında həyatı üçün narahat olduğuna görə həmin video görüntü ilə onun evində baxış keçirilərkən etiraf etmişdir ki, qardaşında narkotik vasitə ilə yükləməsinlər. O, polis əməkdaşlarının təzyiqlərindən qorxaraq polis əməkdaşlarının dediklərini deyərək evinə qoyulmuş narkotik vasitənin özünə məxsus olmasını etiraf etmişdir. Bundan sonra polis əməkdaşları onun yaşadığı evin həyitində torpağa basdırdığı 1-ci Qarabağ müharibəsindən qalmış patronları da aşkar etmişlər. Evindəki baxış zamanı narkotik vasitələr aşkar edilərkən vəkili orada olmamışdır. Ona qarşı zorakılıq törədilərək ağır cinayət ilə məsuliyyəti ilə cəlb olunmağında səbəbkar Gəncə QBRŞ-nın əməkdaşları, Taleh, İdris, Rizvan və həmin şöbənin təhqiqatçısı Rafiqdır. Həmin polis əməkdaşları barəsində ciddi tədbir görərək cinayət işi başlanaraq istintaq aparılmasını xahiş etmişdir. O, , narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını bildirmişdir. Operatorlardan daxil olan sms mətnləri haqqında məlumatı yoxdur. Həmin ona yazılan smsləri ona kim tərəfindən yazılmasını deyə bilmər. O, heç kimə nakotik vasitələr satmamışdır. Ona məxsus 2 qram narkotik vasitə bir bükümdə olmuş, lakin polis əməkdaşları həmin narkotik vasitəni müxtiəlif bükümlərə ayırmışlar. Həmin narkotik vasitəni özü qəbul etmək üçün tanımadığı şəxsdən almışdır. Əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş X10 ifadəsində göstərdi ki, 09 fevral 2014-cü il tarixdə Təqsirləndirilən şəxs idarə etdiyi «Hyundai H-1» markalı, **-XZ- *** dövlət qeydiyyat nişanlı minik avtomobili ilə Bakı-Qazax-Gürcüstan sərhəddi yolunun Hacıqabul rayonunun Qarasu kəndi ərazisindən keçən 142-ci km-də hərəkətdə olarkən avtomobili Qazax istiqamətində yolun sağından Bakı şəhəri istiqamətində özünə məxsus «Kia Sorento» markalı, **-GH-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə hərəkətdə olduğu vaxtda onun hərəkət hissəsinə çıxaraq idarə etdiyi avtomobillə toqquşmuşdur. Toqquşma nəticəsində sağ diz qapağının qəlpəli sınığı ilə müşayiət olunan sağlamlığa az ağır zərər vurmaya aid xəsarət almış, eyni zamanda ona məxsus avtomobilə 7579,00 manat məbləğində maddi ziyan dəymişdir. Bundan sonra Musayev X9 rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 1(071)-68/2014 saylı hökmü ilə həmin hadisəni törətməkdə təqsirli bilinərək islah işləri cəzasına məhkum edilməklə ondan 7579,00 manat pulun alınıb ona verilməsi hökm edilmişdir. Hadisə nəticəsində xəsarət aldıqdan sonra diz qapağında cərahiyyə əməliyaatı aparıldığına görə 47 gün ayağı gipsdə qalib və sonra yenidən əməliyyat olaraq qismən sağlamlığına qovuşmuşdur. Xəstə olduğu və ondan sonra hökm çıxarılanadək Təqsirləndirilən şəxs ona heç bir maddi köməklik göstərməmişdir. Məhkəmə hökmünün maddi ziyanla bağlı hissəsi Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilmişdir. Hökm qanuni qüvvəsini aldıqdan sonra Təqsirləndirilən şəxs yaşadığı yer üzrə Bərdə Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, icra məmuru tərəfindən icraata başlamaq haqqında qərar qəbul edilmiş, borcluya tələbin könüllü icrası haqqında bildiriş göndərilərək 10 gün müddət verilmiş, dəfələrlə xəbərdarlıq edilmiş, izahatları alınaraq məsuliyyəti izah edilmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərarı ilə Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 12 (on iki) gün müddətinə daha sonra isə həmin məhkəmənin xx.xx.2020-ci il tarixli qərarı ilə 10 (on) gün müddətinə inzibati qaydada həbs edilmişdir. Bundan sonra icra məmurları tərəfindən ona yeni müddətlər verilərək Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 306.1-ci maddəsində nəzərdə tutulan məsuliyyəti barədə xəbərdarlıq edilsədə təqdimat verilən günə, yəni xx.xx.2021-ci il tarixli təqdimat qeyd edilən cəmi 6299,00 manat borcunu ödəməmişdir. Sonradan isə yenə 500 manat ödəmiş, qalan məbləğ qalmışdır. Qeyd edilən borcun Təqsirləndirilən şəxs alınaraq ona ödənilməsini, əks halda qanuna müvafiq qaydada tədbir görməsini xahiş etmişdir. Təqsirləndirilən şəxsdən şikayətci olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, o, əvvəllər Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməliyyat müvəkkili vəzifəsində işləmişdir. 13 aprel 2022-ci il tarixdə Bərdə şəhəri, M.F.Axundov küçəsi ev 7 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitəni yaşadığı evdə saxlaması, istifadə etməsi və satışı ilə məşğul olması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, onun və Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin əməkdaşları və təhqiqatçı ilə birlikdə Təqsirləndirilən şəxs yaşadığı evə və həyətyanı sahəsinə baxış keçirmək üçün yollanmışlar. Təqsirləndirilən şəxs yaşadığı evin darvazasına çağırmışlar, yaşadığı evdə narkotik vasitə olan heroin olmasında şübhəli olmasını bildirmişlər. Təqsirləndirilən şəxs evində baxış keçirilməsinə etiraz etməməsi barədə ərizə verdikdən sonra yaşadığı evdə narkotik vasitə olan heroin və atasından “Makarov” tapançasının darağı və həmin tapançaya aid güllələr olduğunu etiraf edərək həmin əşyaları təqdim etməsi üçün onları yaşadığı evə dəvət etmişdir. Onlar da onun dəvəti əsasında yaşadığı evə daxil olaraq Təqsirləndirilən şəxs evində baxış keçirməsinə heç bir etirazının olmamasından sonra onun yaşadığı evə baxış keçirməyə başlamışlar. Baxış keçirilməzdən qabaq Təqsirləndirilən şəxs yaşadığı evdə hazırda tək olduğunu, evində qızıl-zinət əşyalarının olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs evə daxil olaraq zal otağında olan divanın qarşısındakı stolun yanına getmiş, stolun altındakı bir ədəd sellofan bükümü, bir ədəd elektron tərəzini, bir ədəd içərisində 5 ədəd patron olan 9 MM-lik Makarov tapançasının komplekt hissəsinə bənzər darağı, həmin tapançanın patronlarına bənzər bir ədəd karton qablaşdırmada olan 16 ədəd patronları götürdükdən sonra stolun üzərinə qoyaraq təqdim etmiş və sellofan bükümdəki kütlənin narkotik vasitə heroin olduğunu bildirmişdir. Həmin sellofan bükümə və digər əşyalara baxış keçirilmişdir. Sellofan bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli, narkotik vasitə heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin seloffan büküm elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 143,81 qram olduğu müəyyən edilmişdir. Həmin büküm elektron tərəzi ilə birlikdə bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılmış, üzəri təhqiqatçı tərəfindən möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Davam etdirilən baxış zamanı aşkar olunmuş içərisində 5 ədəd 9 mm-lik Makarov tapançasının patronlarına bənzər patronlar olan bir ədəd həmin tapaçanın komplekt hissəsinə bənzər daraq və bir ədəd karton qutuya qablaşdırılmış içərisində 16 ədəd 9 mm-lik Makarov tapançasının sursatına bənzər digər patronlar birlikdə bir ədəd ağ rəngli kağız zərf qablaşdırılmış, üzəri DİN-in zərflər üçün möhürü ilə möhürlənərək üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra həmin stolun altından Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və Azərbaycan Beynəlxalq bankının iki ədəd, Kapital bankın iki ədəd, Access bankın isə bir ədəd plastik kartları aşkar olunaraq həmin şəxsiyyət vəsiqəsi və plastik kartlar gələcəkdə iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən təhqiqatçı tərəfindən götürülmüşdür. Baxış zamanı başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar olunmamış, şifahi sorğu zamanı Təqsirləndirilən şəxs patronların və darağın atasından qaldığını, narkotik vasitə heroini isə təxminən iki ay əvvəl Kazım adlı tanımadığı şəxsin verdiyi hesaba onlayn ödəniş edərək həmin şəxsin Bakı şəhərinə atdırdığı yerdən taparaq əldə etdiyini, həmin narkotik vasitəni yaşadığı evə gətirdiyini və özünün istifadəsi üçün saxladığını bildirmişdir. Baxış zamanı “Sony” markalı videokamaradan istifadə edilməklə BNMİ-nin QBRŞ-nin əməkdaşı, polis baş serjantı Şahid3 tərəfindən video çəkiliş aparılmışdır. Baxış bitkdikdən sonra Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə dəvət edilmiş, Bərdə RPŞ-nin inzibati binasına birlikdə gəlmişlər. Bərdə RPŞ-nin inzibati binasında Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etmək üçün müdafiəçisi olub-olmaması soruşulmuş, Təqsirləndirilən şəxs isə müdafiəçisinin olmadığını bildirdikdən sona dövlət hesabına müdafiəsi dəvət olunmuşdur. Müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı şəxsi axtarış və götürmə aparılmasından əvvəl barəsində axtarış və götürmənin aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması haqqında olan qərarla tanış edərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilmiş, bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki tünd göy rəngli şalvarının sağ yan cibindən bir ədəd kibrit qutusunu və qara rəngli gödəkcəsinin sağ yan cibindən isə bir ədəd Samsung markalı mobil telefonu çıxarıb otaqdakı masanın üzərinə qoyub təqdim edərək kibrit qutusundakı bükümlərdə narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı onun gödəkcəsinin sol döş cibindən astma xəstəliyi olduğu üçün isdifadə etdiyi dərman balonu aşkar edilmişdir. Təqsirləndirilən şəxs üzərindən başqa narkotik vasitə və ya digər qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar olunan bir ədəd kibrit qutusuna baxış keçirilən zaman qutunun içərisində altı ədəd sellofan bükümlərdə olan qəhvəyi rəngli, heroinə bənzər kütlələr aşkar olunmuş, həmin altı ədəd bükümlər bir ədəd elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2,29 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər olduğu bir ədəd kibrit qutusuna qoyularaq bir ədəd ağ rəngli kağız zərfdə qablaşdırılmış, həmin zərf o və iştirakçılar tərəfindən üzəri imzalanmışdır. Bundan başqa Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olmasını, Təqsirləndirilən şəxs məhkəmə iclasında dediklərinin tamamilə yalan olduğunu, evinə baxış keçirilərkən tək olduğunu, qardaşının orada olmadığını, ona və qardaşına heç bir zor tətbiq olunmadığını və evinə narkotik vasitə qoyulmadığını bildirmişdir. Özünü müdafiə etmək üçün elə ifadə verməsini, həmin narkotik vasitə və odlu silahın ona məxsus olduğunu bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Kəmaləddin oğlu və Şahid4 şahid X2 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərdi ki, Bərdə rayon İcra və Probasiya şöbəsində icra məmuru vəzifəsində çalışır. Təqsirləndirilən şəxs icraatında olan icra işi ilə bağlı borclu şəxs kimi tanımış, onunla əvvəllər heç bir münasibəti olmamış, hazırda da aralarında ədavət və ya düşmənçilik yoxdur. Hacıqabul Rayon Məhkəməsinin 25 noyabr 2014-cü il tarixli,1(071)-68/2014 saylı hökmünün mülki iddiaya aid hissəsinə əsasən borclu Təqsirləndirilən şəxs 7579 (yeddi min beş yüz yetmiş doqquz) manatməbləğində pul alınaraq tələbkar X4 verilməsi nəzərdə tutulmuşdur. Hökmün mülki iddiaya aid hissəsi qüvvəyə mindikdən sonra icra olunması üçün Bərdə Rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, İcra sənədi icraatına daxil olduqdan sonra qanuna müvafiq qaydada icraata başlamaq haqqında qərar qəbul edilmiş va tələbin könüllü icraolunmasına dair bildiriş borcluya göndərilmişdir. Borcluya məhkəmə hökmünün mülki iddiaya aid hissəsini icra etməsi üçün dəfələrlə şifahi və rəsmi xəbərdarlıqlar olunmasına baxmayaraq onun tərəfindən məhkəmə hökmünün mülki iddiaya aid hissəsi icra olunmamışdır. Hökmün mülki iddiaya aid hissəsi borclu tərəfindən icra olunmadığı üçün onun inzibati məsuliyyətə cəlb olunması üçün Bərdə Rayon Məhkəməsinə inzibati protokol verilmişdir. Bərdə Rayon Məhkəməsinin 10 yanvar 2020-ci il tarixli, 3 (021)-26/2020 saylı qərarına əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası İnzibati XətalarMəcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək inzibati qaydada 10 (on) gün müddətinə həbs edilmişdir. Borclu Təqsirləndirilən şəxs həmin inzibati qərardan indiyədək Apellyasiya Məhkəməsinə heç bir şikayət etməmişdir. "İcra haqqında" Azərbaycan Respublikası Qanununun 82-ci maddəsinin tələblərinə əsasən ona icra üçün yeni müddət təyin edilmiş, habelə həmin müddət keçdikdən sonra, borclu olduğu məbləğin ödənilməsi tərəfindən təmin edilməsə, barəsində qanunvericiliyə müvafiq qaydada cinayət məsuliyyətinə cəlb olunması haqqında müvafiq orqana təqdimat veriləcəyinə dair xəbərdarlıqlar olunmuş,lakin borclu yenə də, qanunsuz hərəkətlərini davam etdirmişdir. Belə ki, borclu Təqsirləndirilən şəxs öz iradəsinə uyğun məhkəmənin hissə-hissə ödəmə qərarı olmadanindiyədək tələbkar A.Z.İbrahimov borcundan cəmi 1280 (bir min iki yüz səksən)manat məbləğində ödəniş etmiş, qalan 6290 (altı min iki yüz doxsan) manat məbləğindəborcunu isə tələbkara ödəməkdən imtina etmişdir. Bununla da, borcluM.Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qərarını icraya yönəldiyivaxtdan bu günədək qərəzli olaraq icra etməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 Şahid5 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs anasıdır. 13 aprel 2022-ci il tarixdə evli olan qızı gilə qonaq getmişdir. Təxminən saat 18 radələrində oğlu Təqsirləndirilən şəxs mobil telefon vasitəsilə ona zəng edərək bildirmişdir ki, yaşadığları evdən ona narkotik vasitə və silah aşkar olunmasını bildirərək polis şöbəsinə getdiyini bildirmişdir. O, yaşadığı evə çatan zaman evdə olan polis əməkdaşları evlərinə baxış keçirdib qurtardıqdan sonra Ənvərlə birlikdə polis şöbəsinə getmişlər. Bundan başqa Ənvər Msusayevin yaşadığı evə baxış keçirilərkən digər oğlu Rüfət də evdə olmuşdur. Rüfət ona demişdir ki, polis əməkdaşları ona və Ənvərə qarşı zor tətbiq edərək hədə-qorxu gəlmişlər. Evdən aşkar edilmiş narkotik vasitə olan heroindən və odlu silahdan heç bir məlumatı olmadığını bildirmişdir. xx.xx.2022-ci il tarixli «Raportan» görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satışı, istifadəsi və yaşadığı evdə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsinə dair” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitəni satışı, istifadəsi və yaşadığı evdə saxlaması ilə bağlı əməliyyat-axtarış tədbirləri həyata keçirilməsinə dair qərar qəbul olunmuşdur xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ərizə yazaraq yaşadığı Bərdə şəhəri, M.F.Axundov küçəsi ev 7 ünvanında yerləşən evinə baxış keçirilməsinə etirazı olmadığını bildirmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 5(021)-165/2022 saylı qərarından görünür ki, Bərdə rayon Polis şöbəsinin əməkdaşları tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli qərarı qanuni hesab edilmişdir. Bərdə rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar olunaraq götürülmüş narkotik vasitə olan heroini “Makarov” konstruksiyalı tapançalarda istifadə edilmək nəzərdə tutulmuş patronlarları hər hansı bir şəxsdən əldə etməsi müəyyən olunmamış, lakin qanunsuz olaraq başqa şəxslərə narkotik vasitə və ya psixotrop maddə satması müəyyən olunsa da narkotik vasitələri satdığı şəxslərin və ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***- ***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**,***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı mobil nömrələri istifadə edən şəxslərin şəxsiyyəti müəyyən olunaraq dindirilmələri üçün təmin edilməsi mümkün olmamışdır. Baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, DİN-nin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin, əməliyyat müvəkkili polis baş leytenantı Şahid2, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin operatoru polis nəfəri, polis baş serjantı Şahid3 Kəmaləddin oğlunun, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin sürücüsü polis nəfəri, polis baş serjantı Şahid4, Təqsirləndirilən şəxs özünün razılığı ilə, yaşadığı evə baxış keçirilmış, baxış keçirilmədən əvvəl Təqsirləndirilən şəxs narkotik vasitə və ya qanunla qadağan olunmuş hər hansı bir əşya varsa təqdim etməsi təklif edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitə və atasından qalma Makarov tapançanın darağı və həmin tapançaya aid güllələr olduğunu etiraf edərək polis əməkdaşlarını yaşadığı evə dəvət etmişdir.Yaşayış evinə daxil olan zaman evin pilləkənin yanında Təqsirləndirilən şəxs evə baxış keçirilməsinə etirazının olmaması barədə ərizə ilə müraciət etmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs hazırda evdə tək olduğunu, yaşadığı evdə pul və zinət əşyalarının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs və polis əməkdaşları evin zal otağına daxil olaraq otaqda olan divanın qarşısındakı stolun altından 1 ədəd elektron tərəzi, 1 ədəd sellofan büküm, bir ədəd içərisində beş ədəd patron olan 9 mm-lik Makarov tapancasının komplekt hissəsinə bənzər darağı, həmin tapançanın patronlarına bənzər bir ədəd karton qablaşdırmada olan 16 ədəd patronları stolun üzərinə qoyaraq təqdim etmiş və sellofan bükümdəki kütlənin narkotik vasitə olan heroin olduğunu bildirmişdir. Həmin sellofan bükümə və digər əşyalara baxış keçirilmişdir. Sellofan bükümün içərisində qəhvəyi rəngli, kəskin iyli narkotik vasitə olan heroinə bənzər kütlə aşkar olunmuşdur. Həmin sellofan büküm elektron tərəzi ilə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisi 143,81 qram olduğu müəyyən edilmişdir. Həmin büküm elektron tərəzi ilə birlikdə 1 ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış, üzəri DİN-nin Zərflər üçün 7(2) möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Davam etdirilən baxış zamanı aşkar olunmuş 5 ədəd 9 mm-lik Makarov tapançasının patronlarına bənzər patronlar olan bir ədəd həmin tapançanın komplekt hissəsinə bənzər daraq və bir ədəd karton qutuya qablaşdırılmış içərisində 16 ədəd 9 mm-lik Makarov tapançasının sursatına bənzər digər patronlar birlikdə bir ədəd ağ rəngli zərfə qablaşdırılmış, üzəri DİN-nin Zərflər üçün 7(2) möhürü ilə möhürlənərək iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra həmin stolun altından Təqsirləndirilən şəxs məxsus şəxsiyyət vəsiqəsi və Azərbaycan Beynalxalq bankının 2 ədəd Kapital bankın 2 ədəd Access bankın isə bir ədəd plastik kartı aşkar olunaraq həmin şəxsiyyət vəsiqəsi və plastik kartlar gələcəkdə iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən polis əməkdaşları tərəfindən götürülmüşdür. Daha sonra isə polis əməkdaşları Təqsirləndirilən şəxs yaşadığı evin digər otaqlarına baxış keçirsədə narkotik vasitə və ya digər qanunsuz əşyaaşkar edilmir. Sorğu zamanı Təqsirləndirilən şəxs patronların və darağın atasından qaldığını, narkotik vasitə olan heroini isə təxminən iki ay əvvəl Kazım adlı tanımadığı şəxsin verdiyi hesaba onlayn ödəniş edərək həmin şəxsin Bakı şəhərinə atdırdığı yerdən taparaq əldə etdiyini, həmin narkotik vasitəni yaşadığı evə gətirdiyini və özünün isdifadəsi üçün saxladığını bildirmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. «Şəxsi axtarış və götürmə haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 19 radələrində Bərdə RPŞ-nin inzibatı binasına gətirilmiş və Təqsirləndirilən şəxs özünün razılığı ilə üzərində şəxsi axtarış keçirildi. Axtarış başlamazdan əvvəl Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri, həmçinin “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasiyasına uyğun olaraq hüquqları Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin QBRŞ-nin təhqiqatçısı, polis mayoru X8 tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşuldu. Şübhəli şəxs Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxsna təklif olunur ki, üzərində qanunsuz əşya predmetləri varsa, könüllü olaraq təqdim etsin. Təqsirləndirilən şəxs tünd göy rəngli şalvarin sağ yan cibindən 1 ədəd kibirit qutusunu və qara rəngli gödəkcəsinin sağ yan cibindən isə Samsung markalı mobil telefon çıxardıb masanın üzərinə qoyub təqdim edərək kibirit qutusundakı bükümlərdə narkotik vasitə heroin olduğunu bildirir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə təhqiqatçı, polis mayoru X8 axtarış keçirir, axtarış zamanı Təqsirləndirilən şəxs əynində olan gödəkçənin sol döş cibindən astma xəstəliyi oldugundan istifadə etdiyi dərman balonu aşkar olunsada üzərindən başqa narkotik vasitə və ya qanunsuz əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində aşkar olunan 1 ədəd kibrit qutusuna baxış keçirilən zaman qutunun içərisində 6 ədəd sellofan bükümlər və həmin bükümlərin içərisində qəhvəyi rəngli heroinə bənzər kütlə aşkar olunmuşdur. Aşkar olunan 6 ədəd bükümlər elektron tərəzi ilə çəkilmiş, ümumi çəkisi 2,29 qram olduğu müəyyən edilmişdir. Həmin bükümlər kibirit qutusunun içinə qoyularaq 1 ədəd ağ zərf ilə qablaşdırılmış, möhürlənmiş, iştirakçılar tərəfindən imzalanmılşdır. Daha sonra Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, təxminən il yarımdır ki, narkotik vasitə heroin isdifadə etmişdir. Üzərindən aşkar olunan narkotik vasitə olan heroini yaşadığı evdən aşkar olunan heroindən götürüb isdifadəsi üçün üzərində saxlamasını, həmin narkotik vasitəni iki ay əvvəl bu ilin fevral ayında Kazım adlı tanımadığı şəxsdən aldığını bildirmişdir. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. «Diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş Beynəlxalq Bank **********5667277 və **********003807 saylı kart hesabın, Access Bank **********155747 saylı kart hesabını və Kapital Bank **********846855 və **********859518 hesab kartlarına xx.xx.2014-cü il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində pul vəsaiti göndərmiş və həmin kartlardan çıxarmış, həmçinin hesab nömrəsindən köçürülən digər hesabların sahibinin şəxsiyyəti, foto görüntüləri və həmin pulun çıxarıldığı bankomatın ünvanı barədə müvafiq sorğular verilərək cavab alınmışdır.Bununla əlaqədar olaraq «ABB»-dan daxil olmuş 1 ədəd «CD» diskə baxış keçirilmişdir.Baxış keçirilən zaman müəyyən olundu ki, 1 ədəd CD diskin içərisində 3 ədəd fayl vardır. Birinci fail yəni Enver Musayev adlı failin içərisində Təqsirləndirilən şəxs məxsus olan xx.xx.2020-ci il tarixdə Bankın Müşətəri xidməti departamentində açılmış 5167-5133-4356-7277 saylı plastik kartdan xx.xx.2020-ci il tarixdə 711 saylı bankomatdan 190 manat nağdalaşdırarkən çəkilmiş foto şəkillər, xx.xx.2020-ci il tarixdə 10 manat nağdalaşdırarkən çəkilmiş foto şəkillər, 2066 saylı bankomatdan xx.xx.2022-ci il tarixdə 190 manat nağdalaşdırarkən çəkilmiş foto şəkillər, karta hesabından çıxarış və anket məlumatları qeyd edilmişdir. İkinci fail Rufet Musayev adlı failin içərisinə daxil olan zaman müəyyən edilir ki, Şahid7 məxsus olan xx.xx.2020-ci il tarixdə Bankın Müşətəri xidməti departamentində açılmış 4127-2081-1500-3807 saylı plastik kartdan xx.xx.2021-ci il tarixdə 711 saylı bankomatdan 185 manat nağdalaşdırarkən çəkilmiş foto şəkillər, karta hesabından çıxarış və anket məlumatları qeyd edilmişdir. Üçüncü failin içərisinə daxil olan zaman müəyyən edilir ki, nağdaşdırılma aparılan bankomatların ünvanları qeyd edilmişdir. «Diskə baxış keçirilməsi haqqında» xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olmuş ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-**, ***-***-**-** saylı "xxxx"MMC nömrəsindən xx.xx.2021-ci il tarixdən xx.xx.2022-ci i ltarixədək olan müddət ərzində daxil olan, eləcə də çıxan zənglərin və mesajmətnlərinin izahlarının, həmin nömrələrin həmin vaxt ərzində hansı ötürücü antenanın əhatə dairəsində olması barədə "xxxx" MMC-dən daxil olmuş 1 ədəd «CD» diskə baxış keçirilmişdir.Baxış zamanı Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx/xx/2022-ci il tarixdə saat 12:41 dəqiqədə **********saylı mobil nömrədən “Qaqa bu usagin aynoyunnarin indi ya pulun vermeliyem ,yada aynoyunnari, Heqqi sa Lazim olajaxsa kokularin vermiyim sa saxliyim, ma bir he yox ele” məzmununda,xx/xx/2022 tarixdə saat 04:53 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“X37 X38 Tez Cekekde” məzmununda, mesajlar və başqa nömrələrlə olan sübut əhəmiyyət kəsb etməyən mesajlar qeyd edilmişdir. İkinci fayl yəni « 505043800_sms » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən xx/xx/2022-ci il tarixdə saat 18:14-də ***-***-**-** saylı mobil nömrəsinə“Camahat meni gözlüyür nə deyim bunlara,Ay qaz aynoyun lazımdı ey nagarax məni yığE gəl evə də pulunuzu qazanag də nə gəzirsən ey küçələrdə, Mən nagarim eyax verim xeber elə nə deyim camahata” məzmununda SMS-lər daxil olmuşdur. Üçüncü fayl yəni « 506956965_sms » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinə xx/xx/2021-ci il tarixdə saat 04:08 dəqiqədə ********** saylı mobil nömrədən “Qaqa axşamın xeyir netersen qardaşım menim böcəyin.gor nedeyirem meni sarıdan cixardabilersen qaqa lomkadayam hecneyim yoxdu qaqa ölürəm sarıdan”??????? məzmununda, xx/xx/2021 tarixdə saat 20:40:dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“ guman yerim.5diy ayir.mende cixram birezden” məzmununda, xx/xx/2021 tarixdə saat 17:29dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə “qaqa gorum arvadi piwrib meti almaga gore pul ala billemmi.3.4deqiye cixram evden siz terefe gellem” məzmununda,xx/xx/2021 tarixdə saat 18:37dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə “X39 X30,imkan Varsa O X24 Otur Mene,ozumde Olsun,o X5 Onu Verejem,onunuda Ya Axw”amacan.X25 Yuzfaiz Catdirajam” məzmununda, xx/xx/2021 tarixdə saat 23:51 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə “X26 X31,yaxsisin X32 Tam 22ni Verejem” məzmununda, xx/xx/2021 tarixdə saat 00:02 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə “Qalmiwam 3 yolda, senol X41, titredirem X43 Gelir,cet İstiyende Var, onu X42 Tez Tutum” məzmununda, xx/xx/2021 tarixdə saat 00:51dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə “X44 X16,billemki X12 Seni,spiska X17 Usdundeki Demre,ya X45 Yerni Yaz” məzmununda, xx/xx/2021 tarixdə saat 01:12dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə “X46 Yigwdir,pul Cibimdedi,birden X21 Var Aynoynum,senol X47 X50 Yaz Hardadi,yatiram İndi,tezden Tey Duraja” məzmununda, xx/xx/2021 tarixdə saat 01:36 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə “X33 Yoxdu Qaqa,beyax X34 X48 X51,billemki X35 X49 Yere ,duran Kimi Gotrum” məzmununda,xx/xx/2021 tarixdə saat 01:30 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə “ Vezyetmi Duzeldim,pulunun X27 Verejem,bu X36,da X40” məzmununda, xx/xx/2021 tarixdə saat 15:13dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə “Qaqa 10nun 5ni Verim,bidenede 5diy İstiyen Var,pulnu Gotrum'?” məzmununda, xx/xx/2021 tarixdə saat 00:12dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə “Qaqa kolasiz qalmisam mene bir elac qil cixa bilmirem gele bilirsense sene dermanida verim taksipuluda verim 10manatida.falqam yoxdu qaqa menolum gonna qoy” məzmununda mesajlar və başqa nömrələrlə olan mesajlar qeyd edilmişdir. Dördüncü fayl yəni « 507496946_sms » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinəxx/xx/2021-ci il tarixdə saat 01:30 dəqiqədə********** saylı mobil nömrədən“QAQA. BİREZDEN. MAMAMLA. GEDİREM. BAKİYA. SAAT4DE. MAWN. GELİB. GOTREJEK. MUALİCİYE. GEDREM. QAQA. SENNEN. QAQAN. BİR. XAİW. ELESİN. AMA. YOX. DEME. SENOL. KOKUM. YOXDU. BANİSAYA. LOMKADA. GETMEY. İSTEMREM. QAQA. OYAGAM. NE. VAXT. GELSEN. QAQANİ. YADDAN. CİXARMA. MENOLUM. MA. İMKANİN. QEDER. KOKU. VER. SENOL. QAYDANDA. EVEZNİ. CİXAJAM. QOY. AXRİNCİ. DEFE. SENİN. HESABNA. QAQAN. KAYF. ELESİN.” məzmununda, xx/xx/2021 tarixdə saat 03:47 dəqiqədə **********8 saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə “QAQA. PAY. NEDİ?YOX. QAQA. PAY. YOX. AMA. MUMKUNSE. BİR. SOZ. DEYİDE. SENE. QAQA. MENİM. 20MANATİM. VARDİ. SİZ. GELENDEDE. YARİNİN. BİRİNİ. 20YE. ALİME. VERDİM, BİR. YARİNİDA. CEKAYA. 25E. VERDİM. CİBİMDE. 65M. PUL. VAR. EMİNE. YAZDİM. KARTİN. KODUNU. ATDİ. 50M. KARTA. VURAJAM. QALİR. 15. MUMKUNSE. 5M. OZUME. YOLA. SİQARET. SU. ALİM, 10M .DA .SENE. QAQA. PULU. VERİM. KOLADAN. OZUNEDE. SAXLA. QALARSA. 2. 5ZADDA. MENE. VER. EYER. ALDİRA. BİLERSENSE. ALİNMİRSADA. NETER. BİLİRSEN. ELEDE. ELE. YANİ. BU. İWE. GORE. DEMREM. ARAMİZDAKİ10DA. QAQAN. SENE. BAGİWLADİ. COX. EL. TUTMUSAN. ONA. GORE”məzmununda, 3/09/2021 tarixdə saat 21:24 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə “Qaqavl Sabah bakiya gediremm pati lazimfi yarim men ol like duz qow puli veirem sen Allah elimnen tut qala” məzmununda, xx/xx/2021 tarixdə saat 14:25dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“Aga pul duzeldi onu hell ele naxadi goturum.gorurem nisye vermirsen” məzmununda, xx/xx/2021 tarixdə saat 20:33 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“Alinir mene birdene yari ver sabax butoy 25verim sene 5de bu gunku”məzmununda, xx/xx/2021 tarixdə saat 10:07 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“Urusnan qapinin agzindayam bir dene yari ver gedek” məzmununda, xx/xx/2021 tarixdə saat 12:16 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“1dene butoy lazimdi nagaraq” məzmununda, xx/xx/2021 tarixdə saat 04:27 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“Ay qaqa ozunde goturmurdunki yari cixartmiwam deyende. Ne qeder pul olsa duzeler?” məzmununda, xx/xx/2021 tarixdə saat 05:01 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“Qaqa 100manat var 3dene isdiyir alinar?” məzmununda, xx/xx/2021 tarixdə,22:31 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“10manatliq koku hazirla gelim iki qaqa cekek” məzmununda, xx/xx/2021 tarixdə saat 22:43 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“Evden cixdim gelirem” məzmununda,xx/xx/2021 tarixdə saat 21:28 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“Bir 10luq hazirla gelim iki qaqa cekek sabax verim pulunu olar cox yox e 10manatliq” məzmununda, xx/xx/2021 tarixdə saat 00:27 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“Qaqa heqiqeten vezyet pisdi 10 luq bidene çet vezyetden çixaq varyo”- “xna nehled yalan deyenin sabah pulu çatacaq.zöhrab emi xais edir” məzmununda, xx/xx/2021 tarixdə saat 18:13 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“Qaqa menem Senan 20 manat varimdi mene yari torpaq duzqoşda” məzmununda, xx/xx/2021 tarixdə saat 00:27 dəqiqədə ********** saylı mobil nömrədən **********6 saylı mobil nömrəsinə“Qaqa 5 manadiq pati 10 manadiq adina leyiq koku birde mene verdiyin” məzmununda, xx/xx/2021 tarixdə saat 00:35 dəqiqədə ********** saylı mobil nömrədən **********6 saylı mobil nömrəsinə“Qaqa kokunu yarim ele men olum temiz yari qoy coxuq” məzmununda,xx/xx/2021 tarixdə saat 01:18dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“Mən evdən çıxdım sən canın pati yadına cixmasin” məzmununda, xx/xx/2021 tarixdə saat 20:47 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“Qaqa utandim zeng vurmaqa veziyetmiz pisdi berk aqrdayiq imkan vars” məzmununda, xx/xx/2021 tarixdə saat 20:49 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“ Qaqa 2 dene telfon qoyum isdesen pis aqridayiq” məzmununda, xx/xx/2021 tarixdə saat 16:27 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“Qaqa berk aqryram imkan varsa sabaha kimi yola veresen sabah pul olacaq” məzmununda, xx/xx/2021 tarixdə saat 16:29 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“İstesen ogunku tflfonlari getrm qaqa” məzmunund, xx/xx/2021 tarixdə saat 21:26-dəqiqədə ********** saylı mobil nömrədən ********** saylımobil nömrəsinə“Me 1 qr koku ver Sabah verejem” məzmununda, xx/xx/2021 tarixdə saat 03:03 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“Qaqa gelmisem aynoyun dalinca. Oda alinmir gozduyurem.Soyuqdu hava.Qalmisam burda” məzmununda, xx/xx/2021 tarixdə saat 18:05 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“qaqa pti istiyen var yarim aldira bilirsen?” məzmununda, xx/xx/2021 tarixdə saat 20:11 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“qaqa senol hele heckim kola demiyib. deyen olajaq ama.ama agarti deqiqdi.saxla.04.duzelt . 20m pul verejem. qaqa koladan cekme imkani olsa mene de.26lardaya”-“gellem kuceye.zeng edem sene” məzmununda, xx/xx/2021 tarixdə saat 02:14 dəqiqədə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəsinə“qaqa dedemnen indi daniwdiq,sat 11de bakidan cixib,hardasa ucarda zaddadi,gelen kimi pul almag pis cixir,ama seher acilsin uzagi gunorta pulum olajaq,alinirsa nisye gotrmey,gotr,sabah verek,pisdi vezyet,agrim coxalib,kiwiynen gorwub sobet ede bilmiyejem billemki nefes ala bilmirem” məzmununda, xx/xx/2022 tarixdə saat 20:45 dəqiqədə ********** saylı mobil nömrəsindən ********** saylı mobil nömrəsinə“qaqA Allahaqqi berk dilxor olmuwam aldira bilsen xeber ele 4-5 tustu cekim” məzmununda mesajlar və başqa nömrələrlə olan mesajlar qeyd edilmişdir. Beşinci fayl yəni « 508854575_sms » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinəxx/xx/2022-ci il tarixdə saat 23:31-də ********** saylı mobil nömrədən “Qaqa patients tutsan mənədə saxla birdə 10 kola saxla mene”məzmununda, xx/xx/2022-ci il tarixdə saat 21:50-də ********** saylı mobil nömrəsindən “Nagarsan qaqa netersen? Yatib qalmiamey dosdum 1dene aynon götür gəelde bize evdeyem tez gel lomkadayam berk, karvasini verem qaqa ayn”məzmununda mesajlar vəmüxtəlif vaxtlarda müxtəlif nömrələrə SMS-lər daxil olmuş qeyd olunmuşdur. Altıncı fayl yəni «507059521_sms » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrədənxx/xx/2022-ci il tarixdə saat 23:31-də ********** saylı mobil nömrəsinə“Qaqa patients tutsan mənədə saxla birdə 10 kola saxla mene” məzmununda mesajlar vəmüxtəlif vaxtlarda müxtəlif nömrələrə SMS-lər daxil olmunmuş, amma sübut əhəmiyyətlıi mətn aşkar olunmamışdır.Yeddinci fayl yəni « **********37 » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin izahlı qaimə hesabatı qeyd olunmuşdur.Səkkizinci fayl yəni « **********00 » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin izahlı qaimə hesabatı qeyd olunmuşdur. Doqquzuncu fayl yəni « **********65 » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin izahlı qaimə hesabatı qeyd olunmuşdur. Onuncu fayl yəni « **********46 » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin izahlı qaimə hesabatı qeyd olunmuşdur. On birinci fayl yəni « **********75 » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin izahlı qaimə hesabatı qeyd olunmuşdur. On ikinci fayl yəni « **********21 » adlı faylın içərisinə daxil olan zaman müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrəsinin izahlı qaimə hesabatı qeyd olunmuşdur. On üçüncü fayl yəni « abuneciler » adlı faylın içərisinə daxil olan zaman Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrin abunəçilərin siyahısı qeyd olunmuşdur. On dördüncü fayl yəni « antenna 2021 » adlı faylın içərisinə daxil olan zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** saylı mobil nömrə ilə başqa nömrələrin zəng müddəti, tarixi, zəng edənin İD nömrəsi və anten dairəsi qeyd olunmuşdur. On beşinci fayl yəni «antenna 2022» adlı faylın içərisinə daxil olan zaman Təqsirləndirilən şəxs istifadəsində olan ***-***- **-** saylı mobil nömrə ilə başqa nömrələrin zəng müddəti, tarixi, zəng edənin İD nömrəsi və anten dairəsi qeyd olunmuşdur. On altıncı fayl yəni «Musayev E.Y.» adlı faylın içərisinə daxil olan zaman Təqsirləndirilən şəxs məxsus olan 3 ədəd mobil nömrəqeyd olunmuşdur. Məhkəmə ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 17/337 saylı rəyindən görünür ki, -tədqiqata təqdim edilmiş, sandıqçada (daraqda) olan 5 (beş) ədəd predmet 9 mm kalibirli olmaqla, həmin kalibrə malik “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda isdifadə edilmək üçün nəzərdə tutlmuş zaavod üsulu ilə hazırlanmış patronlardır, döyüş sursatı hesab edilirlər, isdifadəyə (atəşə) yararlıdırlar-Tədqiqata təqdim edilmiş 1(bir) ədəd predmet Makarov konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə hazırlanmış sandıqçadır (daraqdır), isdifadəyə yararlıdır. -Tədqiq edilən 16 (on altı) ədəd predmet 9 mm kalibirli olmaqla, həmin kalibrə malik “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda isdifadə edilmək üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronlardır, döyüş sursatı hesab edilirlər, isdifadəyə (atəşə) yararlıdırlar. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 17/336 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunun içərisindəki altı ədəd sellofan bükümdə...” sözləri və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd kibrit qutusunun içərisində olan 06(altı) ədəd sellofan bükümlərdə, ayrı-ayrılıqda təmiz çəkiləri- 0,348qr., 0,346qr., 0,335qr., 0,368qr., 0,344qr. və 0,367qr., ümumi təmiz çəkiləri-2,108 qram olan maddələr kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin zal otağındakı stolun altından aşkar olunmuş bir ədəd sellofan bükümdə...” sözləri və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə, təmiz çəkilsi-140,631 qram olan maddə kustar üsulla hazırlanmış narkotik vasitə- heroindir. Həmin zərfin içərisindəki 01(bir) ədəd elektron tərəzinin üzərində olan maddə hissəcikləri heroin hissəcikləridir. Heroin hissəcikləri cuzi miqdarda olduğuna görə təmiz çəkisini müəyyən etmək və təqdim olunmuş heroinlərlə müqayisəli tədqiqatını aparmaq mümkün olmadı. Təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş bir ədəd kibrit qutusunun içərisindəki altı ədəd sellofan bükümdə...” sözləri və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd kibrit qutusunun içərisində olan 06(altı) ədəd sellofan bükümlərdəki heroinlər ilə üzərində “Təqsirləndirilən şəxs yaşadığı evin zal otağındakı stolun altından aşkar olunmuş bir ədəd sellofan bükümdə...” sözləri və imzalar yazılmış 01(bir) ədəd zərfin içərisindəki 01(bir) ədəd sellofan bükümdə olan heroin tərkiblərinə görə eynidirlər. Ambulator məhkəmə-narkoloji ekspertizasının xx.xx.2022-ci il tarixli 684 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 13 aprel 2022-ci ildən hesablanmışdır. Bərdə şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 534 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının ruhi-əsəb kabinetində dispanser dispanser qeydiyyatında yoxdur. Bərdə şəhər poliklinikasının xx.xx.2022-ci il tarixli 533 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində profilaktiki qeydiyyatındadır. xx.xx.2021-ci il tarixli X11 tərəfindən verilmiş ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs 6299,00 manat məbləğində borcdan 500 manat ödəniş etmişdir. Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında anası Şahid9 və qardaşı Şahid7 ilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarekterizə olunur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 25 aprel 2022-ci il tarixli tələbnamədən görünür ki, Musayev X9 rayon Məhkəməsinin 25 noyabr 2014-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CMin 263.1, 69.3-cü maddələri ilə təqsirli bilinib 01 il 05 ay 15 gün islah işləri, 20%, 01 müddətinə N.V.İ.H.M.E cəzası təyin edilmiş, bundan başqa Bərdə rayon məhkəməsinin 18 noyabr 2015-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 05 A.M.E. (ÜMUMİ) 01 İL N.V.İ.E.H.M.E cəzası təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunub. «Sübutların qiymətləndirilməsi haqqında» 15 oktyabr 2022-ci il tarixli qərardan görünür ki, iş üzrə maddi sübut kimi tanınmış yaşadığı evdə və üzərində saxladığı, aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 142,389 qram olan heroin, Sandıqçada (daraqda) olan 5 (beş) ədəd predmet 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilmək ücün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronlar, 1 ədəd predmet Makarov konstruksiyalı tapançaların fuksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibirli patron tutmuna malik, zavod üsulu zavod üsulu ilə hazırlanmış sandıqça, 16 (on altı) ədəd predmet 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilmək ücün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronlar, 01 ədəd elektron tərəzi və baxış və üzərində şəxsi axtarış keçirilməsi keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 ədəd “DVD” disk, Azercell Telekomdan daxil olan Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrələrin sms mətnlərini özündə əks etdirən 1 ədəd “CD” disk və «ABB»-dan daxil olmuş 1 ədəd «CD» disk cinayət işinin materiallarına əlavə edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evindən götürülmüş narkotik vasitələrdən yalnız narkotik vasitə olan 2 qram heroinin ona məxsus olduğunu, digər narkotik vasitələrin və silah darağının və sursatların polis əməkdaşları tərəfindən yaşadığı evinə qoyulduğunu, döyülməsi və işgəncələrə məruz qalmasını bildirməsi əsasında Bərdə rayon prokurorluğunda araşdırma aparılmış və göstərilən xüsusatlar tam və hərtərəfli şəkildə yoxlanılaraq nəticədə Bərdə rayon prokurorunun köməkçisi, İİ dərəcəli hüquqşünas X13 tərəfindən xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası CPM-in 39.1.1-ci maddəsinə əsasən,“cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Cinayət işinin materiallarından başqa cinayət işinin ayrılması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işindən Azərbaycan Respublikası CM-nin 228.1 və 234.4.3-cü maddələri ilə cinayət işi ayrılmışdır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs CM-nin 234.4.3-cü maddəsi ilə özünü təqsirli bilməyərək evindən götürülmüş narkotik vasitələrdən yalnız narkotik vasitə olan 2 qram heroinin ona məxsus olduğunu, digər narkotik vasitələrin ona məxsus olmamasını bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş şahidlərin ifadələrini, maddi sübutları, özünün ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə verdiyi ilkin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut növü kimi qəbul etmir. Belə ki, məhkəmə iclasında tədqiq olunan ibtidai istintaq zamanı müdafiəçinin iştirakı ilə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ilkin ifadəsində göstərmişdir ki, 2022-ci ilin ilin fevral ayında internet vasitəsilə əlaqə saxladığı Kazım adlı tanımadığı şəxsin bank hesabına 200 manat pul köçürmüş, həmin pul Bakı şəhərində yaşayan şəxsin bank hesabına köçürdükdən sonra Bakı şəhərində yaşayan şəxs Bakı şəhəri, Nərmanov rayonuna ərazisində atdırdığı narkotik vasitə heroini əldə edərək özü ilə daşıyıb yaşadığı ünvana gətirmişdir. Həmin narkotik vasitədən isə bükümlərə yığaraq özünün istifadəsi üçün üzərində saxlamışdır. 13 aprel 2022-ci il tarixdə saat 16:50 radələrində o, yaşadığı fərdi yaşayış evinin həyətində olan zaman onu kiminsə küçədən çağırdığını eşidib küçəyə çıxanda bir neçə nəfər mülki geyimli şəxslər ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq yaşadığı evdə külli miqdarda narkotik vasitə saxlamaqda və satmaqda şübhəli olduğunu bildirərək yaşadığı evə baxış keçirilməsi zərurətinin olduğunu söyləmişlər. O, həmin şəxslərə etiraz etməyib bu barədə ərizə ilə müraciət etmişdir. Onun razılıq ərizəsi əsasında yaşadığı evə videoçəklişlə baxış keçirilmişdir. Baxış zamanı yaşadığı evdə narkotik vasitə və ya qanunsuz hər hansı bir əşya varsa təqdim etməyini xahiş etmişlər. Bu təklifdən sonra o, yaşadığı evdə zal otağında olan stolun altında saxladığı bir ədəd sellofan bükümdə narkotik vasitə heroini, bir ədəd elektron tərəzini, atasından qalan bir ədəd Makarov tapançasının darağını və həmin tapançanın 21 ədəd gülləsini polis əməkdaşlarına göstərib təqdim etmişdir. Həmin əşyalara baxış keçirilmiş, sonra içərisində narkotik vasitə heroin olan sellofan büküm elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə çəkisi 143,81 qram olmuşdur. Həmin sellofan büküm və elektron tərəzi bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra içərisində 5 ədəd patron olan Makarov tapançasının darağı bir ədəd karton qutuda olan 16 ədəd digər patronlarla birlikdə digər bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Polis əməkdaşları tərəfindən ona verilən suallara cavab olaraq bildirmişdir ki, həmin narkotik vasitəni iki ay əvvəl, yəni fevral ayında internet vasitəsilə tanımadığı Kazım adlı şəxsin Bakı şəhəri Nərimanov rayonu ərazisinə atdırdığı yerdən tapıb əldə edərək özünün istifadəsi üçün yaşadığı evə gətirib saxlamışdır. Bundan sonra baxış qurtarmış, o da polis əməkdaşları ilə birlikdə Bərdə şəhərində yerləşən Bərdə RPŞ-nin inzibati binasına gəlmişdir. Şöbədə üzərində videoçəkilişlə şəxsi axtarış aparacaqlarını bildirmişlər. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmiş, o, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmişdir. O, şübhəli şəxs qismində tutulmuş, bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, üzərində saxladığı bir ədəd kibrit qutusunda olan altı ədəd bükümdə narkotik vasitə heroini təqdim etmişdir. Həmin bükümlər elektron tərəzidə çəkilərək qablaşdırma ilə birlikdə ümumi çəkisinin 2,29 qram olduğu müəyyən olunmuşdur. Həmin bükümlər bir ədəd ağ rəngli kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri iştirakçılar tərəfindən imzalanmış və götürülmüşdür. Bundan sonra şəxsi axtarış qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir.Bundan başqa yaşadığı evdən aşkar olunmuş bir ədəd bükümdə və üzərindən aşkar olunmuş altı ədəd bükümdə narkotik vasitə heroini təxminən iki ay əvvəl, yəni fevral ayında internet vasitəsilə əlaqə saxladığı, verdiyi hesab nömrəsinə 200 manat pul köçürdüyü, şəxsiyyəti barədə heç bir məlumatının olmadığı Kazım adlı tanımadığı şəxsin Bakı şəhəri Nərimanov rayonu ərazisinə atdırdığı yerdən tapıb əldə edərək özünün istifadəsi üçün yaşadığı evə gətirib evdə və üzərində saxlamışdır. O, Kazım adlı şəxsin telefon nömrəsini xatırlamır. Fevral ayından təxminən üç ay əvvəl o, bir dəfə də həmin şəxsdən göstərdiyi şəraitdə narkotik vasitə heroin alıb əldə etmişdir. Ümumiyyətlə onun hər hansı bir şəxsə narkotik vasitə və digər maddə satmaq niyyəti olmamışdır. «Kazım» adlı şəxs özü onunla mobil telefon vasitəsilə əlaqə saxlamış, o, «Kazım» adlı şəxsin əsil kimliyini bilmir. Bundan əlavə «Kazım» adlı şəxsin əlaqə nömrələrini və hal-hazırda «Kazım» adlı şəxsin harada olmasından xəbəri yoxdur. O, narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmadığını bildirmişdir. Bütün bunlara baxmayaraq əməlindən səmimi peşiman olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 228.1, 234.4.3 və 306.1-ci maddələri ilə düzgün tövsif edilmiş, qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 228.1, 234.4.3 və 306.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs aşkar olunmuş narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla bərabər həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əssən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz X6 haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların perepartları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0.11-ci maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, onların qanunsuz daşınması və ya göndərilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin şəxsin özündə, poçtla, nəqliyyat vasitələri ilə, daşınan predmetin narkotik vasitələr və psixotrop maddələr olması haqqında məlumatı olmayan şəxsin vasitəsi ilə və digər yollarla yerinin dəyişdirilməsinə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» 961-İİQ saylı Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun İ və İİ siyahılarında qanunsuz dövriyyəsi qadağan edilmiş narkotik vasitələr dərman preparatlarının adı və miqdarı göstərilmişdir. Həmin qanuna əsasən heroin- şəxsi istehlak miqdarından artıq miqdarı (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 0,15 qram, külli miqdar (təmiz halda qramlarla) daxil olmaqla yuxarı həddi 2 qram, nəzərdə tutulmuşdur. Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs maddi ziyanı qismən ödəməsini, əməlindən səmimi peşman olmasını və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzər alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən cəzasını yüngülləşdirən halların olmasını və ağırlaşdıran halların olmamasını nəzərə alıb hesab edir ki, ona ittiham olunduğu maddələrin sanksiyası hədlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs törətdiyi əməllərlə Cinayət Məcəlləsinin müxtəlif maddələrində nəzərdə tutulmuş iki cinayət törətmişdir. O, həmin cinayətlərin heç birinə görə məhkum olunmamış, qanunla müəyyən edilmiş əsaslar üzrə cinayət məsuliyyətindən azad edilməmiş və bu cinayətlərdən heç birinə görə cinayət məsuliyyətinə cəlb etmə müddəti keçməmişdir. Belə olan halda onun əməlində Cinayət Məcəlləsinin 17-ci maddəsinə əsasən cinayətlərin məcmusu yaranır. Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən Cinayətlərin məcmusuna ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Ona görə də Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunmalı və narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində saxladığı, aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 142,389 qram olan heroin, və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X6 üzrə Dövlət Komissiyasının Daimi X18 Qrupu tərəfindən həyata keçirilməlidir. Eləcə də iki ədəd DVD disk və iki ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalıdır. Bundan başqa iş üzrə maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsində saxlanılan sandıqçada (daraqda) olan 5 (beş) ədəd predmet 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilmək ücün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronlar, 1 ədəd predmet Makarov konstruksiyalı tapançaların fuksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibirli patron tutmuna malik, zavod üsulu zavod üsulu ilə hazırlanmış sandıqça, 16 (on altı) ədəd predmet 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilmək ücün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronlar, isə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilməlidir. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 99 (doxsan doqquz) manat 70 (yetmiş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1, 234.4.3 və 306.1-ci maddələri ilə təqsirli bilinsin və ona CM-nin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası, CM-nin 306.1-ci maddəsi ilə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzası və CM-nin 234.4.3-cü maddəsi ilə 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsinə əsasən cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 07 (yeddi) il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və çəzaçəkmənin başlanğıcı 13 aprel 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. İş üzrə maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsinin maddi sübutları saxlama otağında saxlanılan Təqsirləndirilən şəxs yaşadığı evdə və üzərində saxladığı, aşkar edilərək götürülmüş ekspert tədqiqatından sonra qalıq qalmış ümumi təmiz çəkisi 142,389 qram olan heroin, və 01 ədəd elektron tərəzi hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Narkotik vasitənin məhv edilməsi Azərbaycan Respublikası Narkomanlığa və X3 X6 üzrə Dövlət Komissiyasının Daimi X18 Qrupu tərəfindən həyata keçirilsin. Eləcə də iki ədəd DVD disk və iki ədəd CD diskin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın. Bundan başqa iş üzrə maddi sübut hesab edilərək Bərdə rayon polis şöbəsində saxlanılan Sandıqçada (daraqda) olan 5 (beş) ədəd predmet 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilmək ücün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronlar, 1 ədəd predmet Makarov konstruksiyalı tapançaların fuksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 8 ədəd 9 mm kalibirli patron tutmuna malik, zavod üsulu zavod üsulu ilə hazırlanmış sandıqça, 16 (on altı) ədəd predmet 9 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” və avtomatik “Steçkin” konstruksiyalı tapançalarda istifadə edilmək ücün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patronlar, isə Azərbaycan Respublikası CM-in 99-1-ci maddəsinə əsasən xüsusi müsadirə tətbiq edilərək, məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınsın və hökm qanuni qüvvəyə mindikdən sonra saxlanılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə təhvil verilsin. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 99 (doxsan doqquz) manat 70 (yetmiş) qəpik məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar