Məhkəmə qərarları › İş №1(100)-126/2024

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-126/2024

26.01.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-126/2024 26.01.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Mahmudov Faiq Nüsrət oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs, müdafiəçi-Müdafiəçi, zərərçəkmiş şəxsin hüquqi varisinin nümayəndəsi-Nümayəndə və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1983-cü ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay,himayəsində 3 azyaşlı uşağı olan, fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşamış, əvvəllər məhkum olmamış, barəsində “həbs” qətimkan tədbiri seçilərək hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixli aktla bağlanmış rəsmi nikah münasibətlərində olduğu və məhkəmənin xx.xx.2020-ci il tarixli qətnaməsi əsasında nikah münasibətlərinə xitam verilmiş keçmiş arvadı X18 ilə dəfələrlə barışmağa cəhd etməsinə baxmayaraq sonuncunun bundan imtina etməsinə səbəb kimi başqa şəxslə münasibətinin olmasını güman edərək qısqanclıq səbəbindən ondan qisas almaq üçün öldürmək qərarına gəlmiş, öz cinayətkar niyyətini həyata keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 12 radələrində yaşadığı mənzilin mətbəx otağından götürdüyü zavod üsulu ilə istehsal edilmiş, soyuq silah hesab edilməyən bıçağı üzərində daşıyaraq Züleyxa Şirinovanın satıcı işlədiyi Gəncə şəhəri, Məhsəti qəsəbəsi, M.Aslanov küçəsində yerləşən “OBA” marketə gəlmiş, həmin marketə daxil olaraq heç bir qarşılıqlı söhbət və mübahisə baş vermədən qısqanclıq zəminində qisas almaq məqsədi ilə, habelə sonuncunu xüsusi ağrılar verərək qəsdən öldürmək üçün, müstəsna qəddarlıq nümayiş etdirərək zərərçəkmiş şəxsi öldürmək məqsədilə bıçaqla sonuncunun ölümünə səbəb olan çoxsaylı zərbələr vuraraq döş qəfəsinin deşilmiş-kəsilmiş yaralarının nəticəsində, sol ağciyərin yuxarı payının, qaraciyərin və mədəaltı vəzin zədələnməsi ilə əmələ gələn kəskin daxili və xarici qanitirmə olmaqla həyat fəaliyyəti üçün vacib nahiyələrinə - 4 ədədi döş qəfəsinin sol yarısının ön səthində sol ağciyəri və qarının ön yan səthində yerləşən qaraciyəri və mədəaltı vəzi zədələyərək daxilə keçməklə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmaya aid edilən, 1 ədədi sağ saidin aşağı 1/3 hissəsinin zədələnməsi ilə müşayiət olunan və sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığa az ağır zərərvurmaya aid edilən, 11 ədədi hər iki said, sağ bazu, sol bilək, sol əlin arxa səthi və sol əlin İİ və İİİ barmaqlarının əsas falanqalarının arxa səthində yerləşən hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid edilən, ümumilikdə 16 ədəd bıçaq xəsarətləri yetirməklə Züleyxa Şirinovanı qısqanclıq zəminində qisas almaq məqsədi ilə xüsusi amansızlıqla qəsdən həyatdan məhrum etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli zərərçəkmiş şəxsin hüquqi varisinin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-in 120.2.4-cü maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, 2014-cü il tarixdə X18 ilə rəsmi nikahla ailə həyatı qurmuş, birgə nikahdan 3 övladları-2015-ci il təvəllüdlü Rafiq Şirinov, 2016-cı il təvəllüdlü Nuray Şirinova və 2019-cu il Murad Şirinov dünyaya gəlmiş, həmçinin Züleyxa Şirinova onun uzaqdan qohumu olmuşdur. Evləndikdən sonra Züleyxa ilə ilk öncə Bakı şəhəri Nəsimi rayonu A.Məhərrəmov küçəsində yerləşən özünə məxsus bina evində, 2014-cü ildən 2016-cı ilə qədər Züleyxa ilə birlikdə Rusiya Federasiyasının İrkutsk vilayətinin Tayşet rayonunda yaşamış, ilk övladları da orada dünyaya gəlmişdir. 2016-cı ildə o, Züleyxa və övladı ilə birlikdə Bakı şəhərinə qayıdıb orada yaşamış, 2017-ci ildə daimi olaraq Gəncə şəhərinə gələrək yaşamağa başlamışdır. Azərbaycan qayıtsa da işi ilə əlaqədar olaraq Rusiyaya tez-tez gedib-gəlmişdir. Lakin onun Rusiya vətəndaşlığı olmadığı üçün hansı isə bir yol ilə oranın vətəndaşlığını almaq qərarına gəlmiş, digər variantlara əl atsa da bir variant üzərində dayanmışdır. Belə ki, o, rus qız ilə formal olaraq ailə həyatı qurub Rusiya Federasiyasının vətəndaşlığını almalı idi. Rusiyada olarkən 2020ci il tarixdə telefonla Züleyxaya zəng edib ona bu məsələ barədə bildirmiş, o isə bu məsələyə heç bir etirazını bildirməyərək razılaşmış, bundan sonra X28 ilə boşanmaq üçün ərizə göndərmişdir. 2020-ci ilin payız aylarında onlar rəsmi və formal olaraq sonuncu ilə boşanmış, lakin daimi olaraq bir-biri ilə əlaqə saxlamışdır. 2021-ci ilin may ayının 8-də Rusiya Federasiyasında olan zaman telefonla Züleyxaya zəng etmiş, Züleyxa bir az gec cavab verdiyi üçün Züleyxanı söyərək acılamışdır. Səhəri gün, yəni 2021-ci ilin may ayının 9-da Züleyxanın anasıgil gələrək Züleyxanı evdən aparmış, onlar faktiki olaraq bundan sonra ayrı yaşamağa başlamışdır. Həmin müddətdən sonra da dəfələrlə barışmaq istəməyinə baxmayaraq Züleyxa barışmaq istəməmişdir. Sonuncu dəfə Rusiya Federasiyasında olan zaman ona Züleyxa Gəncə şəhəri Natavan qəsəbəsində yerləşən “Oba” marketdə satıcı işləməyə başlaması barədə xəbər gəlmiş, bunu qəbul etmədiyi üçün Züleyxanın özünə, anasına, atasına, qohumlarına Züleyxanın işdən çıxmalı olduğunu bildirmişdir. Çünki aylıq olaraq uşaqlara görə aliment ödəmiş və Züleyxaya nə qədər pul lazım olsa ona ödəyəcəyini bildirmiş, lakin Züleyxa onun sözlərinə məhəl qoymamışdır. Artıq 1 aya yaxın idi ki, Rusiya Federasiyasından qayıtmış, Gəncə şəhəri N.Nərimanov prospekti 370 A ünvanında anası ilə birgə yaşamağa başlamışdır. Bu müddət ərzində o Züleyxa ilə barışmaq üçün hər yola əl atmış, yəni ailəsinin dağılmamağı üçün özü də, qohumları da onunla danışmaq üçün yanına getmış, lakin heç bir müsbət nəticə əldə edə bilməmişdir. Hadisə baş verməmişdən 1 həftə qabaq Züleyxa ilə dil tapmağa başlamış, lakin yenə də sonuncunun onunla danışmaq istmədiyini hiss etmişdir. Züleyxanın yenidən ona qarşı soyuq münasibətini görərək bununla bağlı anası Kifayətə demiş, anası isə onların aralarını düzəltməyə çalışacağını bildirmişdir. Qayınanasına Züleyxanın da, bacısının da onu “whatsapp” sosial şəbəkəsində bloka atdığını bildirməklə Züleyxa ilə danışa bilməyi üçün onu blokdan çıxartmağını demişdir. 18 mart 2023-cü il tarixdə axşam saatlarında Züleyxa bacısının telefonu ilə “whatsapp” sosial şəbəkəsindən onu blokdan çıxardaraq yazmışdır. İlk olaraq “Nəyə görə mənim valideynlərimi narahat edirsən, bilirsən ki, bu iş alınası deyil” demişdir. Təxminən 1 saat ərzində Züleyxa ilə barışmaq istədiyini bildirsə də, sonuncu barışmaq istəmədiyini söyləşmiş, sonra yenidən bacısının telefonundan onu bloka atmışdır. 19 mart 2023-cü il tarixdə Gəncə şəhərindən Rusiya Federasiyasının Moskva şəhərinə saat 17:15 uçuşu üçün bilet almışdır. 19 mart 2023-cü il tarixdə səhər saatlarında o, qayınanası Kifayətə “whatsapp” vasitəsi ilə zəng edərək Züleyxanın yenidən onun telefonunu bloka atdığını bildirmiş, qaynanası isə Leylaya onu blokdan çıxartmağını deyəcəyini bildirmişdir. Bu söhbətdən sonra Leyla onu blokdan çıxartmış, sonuncu Leylanın telefonu vasitəsilə Züleyxaya yazaraq onunla görüşmək istədiyini bildirmiş, Züleyxa isə ona gəlməməyini demiş və bu söhbətdən sonra hirslənmişdir. Züleyxanın qardaşı İbrahim də Moskva şəhərində olmuş və 1 gün əvvəl, yəni 18 mart 2023-cü il tarixdə qaynanası Kifayət İbrahimə çatdırmağı üçün ona çanta vermişdir. Züleyxa ilə söhbətdən sonra əsəbləşdiyi üçün İbrahimə zəng edərək deportasiya edildiyini və Moskvaya gələ bilmədiyini bildirmişdir. Bundan sonra Kifayətə zəng edərək çantanı gətirib geri qaytaracağını bildirmiş, Kifayət isə onunla normal danışmış, lakin sumkanın içindəki paxlavanı onsuz yeməməyini söyləmişdir. Onun bu sözünə əsəbiləşərək çantanın skotçunu onların yanında açmaq, hər şeyin yerində olduğunu, heç bir şeyə toxunmadığını göstərmək üçün evdən bıçaq götürmüş, təxminən saat 11 radələrində qaynanasıgilin yaşadığı Gəncə şəhəri Natavan qəsəbəsindəki evə getmişdir. Qapını döyəndə Züleyxanın bacısı Leyla çölə çıxmış, çantanı Leylanın qabağına qoyaraq aça biləcəyini dedikdə Leyla buna ehtiyac olmadığını bildirmişdir. O çantanı evin girişində Leylaya verərək uşaqları onlardan götürüb taksi ilə öz yaşadığı evə aparmış, uşaqları anasının yanına qoymuş, özü isə evə girməmişdir. Bir siqaret çəkdikdən sonra evdən çıxıb taksi çağırmış, ilk olaraq şəhərdən gedib özünə şalvar üçün kəmər almışdır. Bundan sonra Züleyxanın iş yerinə gedərək onunla danışıb barışmaq istəmiş, taksi çağıraraq təxminən saat 12 radələrində Gəncə şəhəri Natavan qəsəbəsində yerləşən “Oba” marketə getmişdir. Taksidən düşərək marketinə içərisinə daxil olmuş və bir qədər kassanın yanında dayanmış, sonra vitrinlərin arasına tərəf keçdikdə qapıdan Züleyxanın çıxdığını görmüşdür. Züleyxa onu görən kimi sifəti çönmüş, ona tərəf gələrək “Sən özünə hörmət etmirsən, nə qədər peysərə verəcəksən” demişdir. Ona tərəf gələndə onun bu sözlərini eşidən kimi bir anlıq gödəkçənin cibində bıçaq olduğunu xatırlamış və bundan sonra nə etdiyini bilməmiş, bir anlıq ayılanda əlində bıçaq, bıçağın qan olduğunu görmüşdür. Həmin bıçağı marketin içinə ataraq oradan çıxmış, çıxdıqdan sonra oraya gəldiyi taksi, əvvəllər tanıdığı Qabil ilə hadisə yerindən uzaqlaşmışdır. Sonra isə o hadisə törətdiyini dərk edib Gəncə şəhər Baş Polis İdarəsinə gedərək orada etdiyi cinayəti etiraf etməklə təslim olmuşdur. Hadisənin baş verməsinə səbəb Züleyxanın onun görən kimi nalayiq formada ifadələr işlətməsi olmuş, hadisə Oba marketdə baş vermiş və oranın işçiləri də yəqin ki, orada olmuşdur. Əvvəllər Züleyxa ilə aralarında heç bir dava-dalaş olmamış, “Oba” marketə getməkdə məqsədi Züleyxa ilə söhbət edərək problemi həll etmək və onunla barışmaq olmuşdur. Bıçağı ilk olaraq qaynanasının verdiyi çantanın skotçunu açmaq üçün evdə mətbəxdən götürmüş, daha sonra yadından çıxaraq gödəkçənin cibində qalmışdır. Həmin bıçaq tutacaq hissəsi qəhvəyi rəngli mətbəx bıçağı olmuşdur. Hadisəni törətməyi ilə bağlı heç bir şey yadında qalmamış, hadisədən dərhal sonra Züleyxaya xəsarət yetirməyini dərk edərək Gəncə şəhər Baş Polis idarəsinə gedib təslim olmuşdur. Züleyxa Şirinovanı vurarkən onun müqavimət göstərib-göstərməməsi yadında qalmamış, heç vaxt onu öldürmək fikri olmamış, Züleyxanın sözlərindən sonra əsəbləşdiyi üçün ona xəsarət yetirmək istəmişdir. Züleyxa Şirinovaya neçə dəfə və bədənin hansı nahiyyələrinə bıçaqla zərbə endirməyi yadında qalmamış, sonradan əlindəki bıçaqda qan gördüyü üçün ona bıçaqla xəsarət yetirdiyini dərk etmişdir. Cinayət əməlini törədəcəyi barədə heç kimə deməmiş, hadisəni bir anda törətmiş, hadisəni törətdikdən sonra polis idarəsinə gedərək təslim olmuşdur. Hadisə zamanı əynində göy rəngli cins şalvar, qara rəngli gödəkçə və tünd rəngli kofta olmuş, hərəkətlərinin mahiyyətini dərk etməmişdir. Hadisə zamanı Züleyxanın əynində hansı paltarlar olduğunu xatırlamamış, törətdiyi cinayət əməlindən çox peşmandır. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Məhsəti qəsəbəsi küçə 24 ünvanında yoldaşı X19 və qızı X25 ilə birlikdə yaşayır. X5 onun doğma qızıdır. Züleyxa Təqsirləndirilən şəxs ilə 7-8 il bundan qabaq ailə həyatı qurmuş, bu evlilikdən 3 övladları dünyaya gəlmişdir. Ailə həyatı qurduqdan sonra onlar Rusiya Federasiyasına getmiş və 1-2 il orada birlikdə yaşamışlar. Züleyxa həmin ərəfədə hamilə olmuş, Ruslanın anası X17 ilk nəvəsini görmək istədiyini, ikinci uşağı isə burada dünyaya gətirməsini bildirmişdir. Bundan sonra Ruslan Züleyxanı Bakıya aparmış və orada Ruslanın anası Şirinova Güldanə ilə birlikdə qalmağa başlamışdır. Bir müddət sonra Ruslan Bakıdakı evi sataraq Gəncədə ev almış, Züleyxa qayınanası Güldanə Şirinova ilə birlikdə həmin evə köçmüşdür. Təqsirləndirilən şəxs isə Rusiya Federasiyasında ticarətlə məşğul olar, nadir hallarda Gəncəyə gələr, qısa müddət sonra Rusiyaya qayıtmışdır. 3 il əvvəl Təqsirləndirilən şəxs Rusiya vətəndaşlığı almaq üçün Züleyxa ilə formal olaraq boşanmış, vətəndaşlığı almaq üçün Rusiya vətəndaşı ilə formal nikaha girəcəyini bildirmiş, lakin həmin məsələ ilə bağlı heç bir mübahisə olmamışdır. Daha sonra Təqsirləndirilən şəxs təhqirləri, söyüşləri və kobud rəftarı münasibətin pozulmasına səbəb olmuş, Züleyxa artıq bezdiyini, daha münasibətlərinin bitdiyini, həmçinin bir də qayıtmayacağını bildirərək öz atası evinə gəlmişdir. Artıq 2 il idi ki, Züleyxa onlarla birlikdə qalırmış. 2023-cü ilin mart ayının 1-də Təqsirləndirilən şəxs bibisi Afət ilə onların evinin qabağına gələrək barışmaq, uşaqları görmək istədiyini bildirmiş, Züleyxa isə pəncərədən uşaqları görmək üçün məhkəmənin 6-cı günü təyin etdiyini söylərək dərhal pəncərəni bağlamışdır. Bundan sonra bir dəfə də Ruslan barışmaq üçün Züleyxanın işlədiyi Oba marketə getmiş, orada sözlü mübahisə yaşamışdır. X22 daha da hiddətləndiyini, onu öldürəcəyini bildirmişdir. Hərbi hissədə aşbaz işlədiyi üçün 10 gün işdə, 20 gün isə evdə olurdu. Fevral ayının 28-dən mart ayının 10-na qədər işdə olmuşdur. Həmin müddət ərzində Ruslan ona yığaraq, mesaj yazaraq Züleyxa ilə barışmaq istədiyini, ona kömək göstərməyini xahiş etmişdir. Mart ayının təxminən 12-də Kifayətgilin evinin qabağına gələrək peşman olduğunu, Züleyxanın işlədiyi Oba marketdə fəaliyyətini dayandırmasını, əks halda onu öldürəcəyini bildirmişdir. Ruslan Züleyxaya mütəmadi olaraq yazar və zəng edərdi. Bu səbəbdən Züleyxa 4-5 dəfə nömrə dəyişmiş, son 1 il Züleyxa +**********291 nömrəsindən istifadə etmişdir. Bundan sonra Kifayət Züleyxa ilə söhbət edərək ən azından digər qızı Hüseynova Leylanın telefonu vasitəsilə Ruslanla danışmağını, məsələni öz aralarında həll etməklərini bildirmişdir. Züleyxa razılaşaraq bir neçə gün Ruslanla söhbət etmələrinə baxmayaraq, heç bir halda barışmayaraq onunla yaşaya bilməyəciyini bildirmiş, Ruslan isə cavabında onu öldürəcəyini söyləmişdir. Ruslan mart ayının 17-si Kifayətə zəng edərək 19-u Rusiyaya qayıdacağını, orada yaşayan oğlu İbrahimə nəsə göndərəcək isə hazır etməyini bildirərək 18-i tarixində uşaqları evə qaytaran zaman gəlib çantanı götürəcəyini söyləmişdir. Mart ayının 18-i uşaqlarla görüşdükdən sonra axşam onlar qayıtmış və Kifayət oğlu üçün hazırladığı səbəti Ruslana vermişdir. Həmin zaman Ruslan 1-2 ay müddətində geri qayıdacağını, Züleyxa ilə barışaraq ailəsini də götürüb aparacağını bildirmişdir. Bazar günləri uşaqların nənəsi Güldanə ilə görüş günləri olmuş, lakin uşaqlar nənəsinin səhər yasa gedəcəyini və görüşməyəcəklərini bildirmişdir. Mart ayının 19-u Ruslan Kifayətə zəng edərək Rusiyaya gedə bilmədiyini deportasiya edildiyini söyləmişdir. Həmin gün səhər Züleyxa Leylanın telefonu ilə Ruslanla mesajlaşmış və Kifayət Zuleyxanın vəziyyətinin pis olduğunu görmüşdür. O səhər 10-11 radələrində Gəncə Mall-da olan zaman qızı Leyla Ruslanın uşaqları nənəsi ilə görüşdürmək üçün aparmaq istədiyini, vəziyyətinin pis olduğunu bildirmişdir. Ruslanın uşaqları aparmağından bir müddət sonra isə qızını qətlə yetirdiyini öyrənmişdir. Ruslan qızına çox saylı xəsarət yetirərək onu amansızlıqla qətlə yetirmişdir. Ondan şikayətçi olduğunu və ən ağır cəza verilməsini bildirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, ünvan 3 ünvanında qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsi 6-cı küçəsində yerləşən evdə yaşayır. 2022-ci ilin yanvar ayında X15 ilə ailə həyatı qurmuşdur. 2022-ci ilin may ayından etibarən Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən Oba marketdə satıcı-kassir kimi işləyir. X18 2022-ci ilin sentyabr ayından etibarən Oba marketdə satıcı kimi işləmişdir. Züleyxa Şirinova ilə sadəcə iş yoldaşı kimi münasibət saxlamış, onun işlədiyi müddətdə hər hansı bir qeyri-etik, xoşagəlməz davranışının şahidi olmamışdır. Züleyxa daim pozitiv, gülərüz, xoş münasibət saxlayan biri olmuşdur. Züleyxanın ailəvi məsələləri ilə bağlı heç bir məlumatı olmamış, sadəcə boşandığını bilmişdir. Birlikdə işlədikləri dövrdə Züleyxanın hər hansı bir digər şəxslə münasibətinin olması barədə məlumatı olmamış, həmçinin kimlə isə görüşdüyünün şahidi olmamışdır. xx.xx.2023-cü il tarixdə hadisə olan müddətə qədər Züleyxa Şirinovanın əhvalı normal olmuş, onda heç bir fərqlilik hiss etməmişdir. Həmin gün saat 12 radələrində kassada satış edən zaman səsküy yarandığını eşidib vitrinlərin arasına baxdıqda arxası ona tərəf olan bir şəxsin əl hərəkətlərini görmüş, həmin adama tərəf yaxınlaşdığı zaman həmin şəxsin əlində bıçaq olduğunun, Züleyxa Şirinovanın isə yerdə uzanıqlı vəziyyətdə olduğunun şahidi olmuşdur. Bu vəziyyəti gördükdə qorxaraq marketi tərk edib kömək istəmiş, yenidən marketə daxil olduqda həmin şəxs artıq oranı tərk etmiş, Züleyxa isə qanlı vəziyyətdə yerdə olmuşdur. Verilən suallara cavab olaraq göstərmişdir ki, Züleyxanın boşandığını bilsə də yoldaşı ilə aralarındakı münasibət barədə heç bir məlumatı olmamışdır. Hadisə olan zaman onlar arasında hər hansı bir danışığın mübahisənin şahidi olmamış, sadəcə müəyyən səs-küy yarandıqda həmin səs-küyün vitrindəki malların yerə düşməsi olduğunu düşünmüşdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Məhiyəddin qızı ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Könüllü kəndində qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsi 22 küçəsində yerləşən evdə anası ilə birlikdə yaşayır. 2023-cü ilin yanvar ayından etibarən Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən Oba marketdə müdir vəzifəsində işləyir. X18 2022-ci ilin sentyabr ayından etibarən Oba marketdə satıcı kimi işləmişdir. Züleyxa Şirinova ilə sadəcə iş yoldaşı kimi münasibət saxlamış, onun işlədiyi müddətdə hər hansı bir qeyri-etik, xoşagəlməz davranışının şahidi olmamış, daim pozitiv, gülərüz, xoş münasibət saxlayan biri olmuşdur. Züleyxanın ailəvi məsələləri ilə bağlı heç bir məlumatı olmamış, sadəcə boşandığını, 3 övladının olduğunu bilmişdir. Təqsirləndirilən şəxs mart ayının əvvəllərində “Oba” marketin qarşısında Züleyxa ilə söhbət edən zaman görmüş, X23 barışmaq üçün gəldiyini, lakin özünün barışmaq istəmədiyini bildirmişdir. xx.xx.2023-cü il tarixdə hadisə olan müddətə qədər Züleyxa Şirinovanın əhvalı bir digər günlərə nisbətən pis olmuş, lakin işin çoxluğundan cəhd edib nə olduğunu soruşa bilməmişdir. Həmin gün saat 12 radələrində vitrinlərin arasında Züleyxa ilə günorta nə yeyəcəkləri barədə söhbət etdikdən sonra o vitrinlərdəki malları yığmaq üçün hərəkət etməyə başlamış, bu zaman sabiq əri Təqsirləndirilən şəxs Züleyxaya tərəf gələrək heç bir söz demədən bıçaqla onu vurmağa başlamışdır. Züleyxa bıçaq zərbələrindən sonra yerə yıxılmış, Təqsirləndirilən şəxs isə heç bir ifadə işlətmədən geri dönərək bıçağı vitrinlərin arasına atdıqdan sonra marketi tərk etmişdir. Verilən suallara cavab olaraq ifadəsində göstərmişdir ki, Züleyxa Təqsirləndirilən şəxs onunla barışmaq istədiyini, lakin özünün belə bir fikri olmadığını qeyd etmiş, lakin Təranənin Züleyxa ilə yoldaşının arasında münasibətdən, problemlərdən məlumatı olmamış, bu barədə onunla danışmamışdır. Təranə Züleyxa ilə söhbətlərini yekunlaşdırdıqdan sonra sonuncu vitrinlərdəki malları yığmaq üçün hərəkət etməyə başlamış, bu zaman Təqsirləndirilən şəxs və Züleyxa arasında heç bir dialoq olmamış, Ruslan birbaşa olaraq Züleyxaya bıçaq zərbələri vurmağa başlamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, şüşə ustası olsa da, 3 ilə yaxın taksi fəaliyyəti ilə məşğul olmuş, “Maksim” taksi şirkətinə qoşulmaqla taksi sürücüsü kimi işləmişdir. 2023-cü ilin qış aylarında X1 Sevinc qəsəbəsindən Gülüstan qəsəbəsinə aparmış, həmin zaman aralarında münasibət yaranmış, Güldanə nömrəsini götürərək bundan sonra ehtiyac olduqda birbaşa olaraq ona zəng edəcəyini bildirmişdir. Mütəmadi olaraq həftədə bir dəfə “Güllü xala” deyə müraciət etdiyi X24 qəsəbəsinə apararaq oradan nəvələrini götürdükdən sonra Gülüstan qəsəbəsində yerləşən yenidən evinə aparar, görüş müddəti bitdikdən sonra yenidən birlikdə uşaqları geri apararmış. Təxminən mart ayında “Güllü xala” zəng edərək onu yenidən çağırmış, bu dəfə oğlu Ruslanı həmin yerə aparmağını istəmiş, bundan sonra Ruslanla aralarında münasibət yaranmış, bir neçə dəfə onu da uşaqlarını yuxarıda qeyd etdiyi qaydada müvafiq ünvandan götürər, 3 saat sonra geri qaytararmış. 19 mart 2023-cü il tarixdə təxminən səhər 11-də Ruslanı yenidən Sevinc qəsəbəsinə aparmış, orada uşaqları götürərək Gülüstan qəsəbəsindəki ünvana düşürtdükdən sonra Ruslan ona gözləməyini bildirmişdir. 5 dəqiqə sonra yenidən avtomobilə əyləşərək bir neçə yerə getməli olduğunu bildirmiş, bundan sonra ilk öncə onlar İcra Hakimiyyətinin inzibati binasının yanına getmiş, Ruslan orada kartdan pul çıxartmış və özünə kəmər almışdır. Daha sonra Ruslan tüfəng üçün qırma almaq istədiyini bildirərək “Ovçular” dükanına getməyi bildirmiş, ora getsələr də Ruslan qırmanı ala bilmədiyini, haradan qab-qacaq ala biləcəyini soruşmuş, Qabil isə onu Azərittifaq adlanan yerdə qab-qacaq dükanına aparmışdır. Dükana girdikdən sonra Ruslan əlində bir qutu ilə çıxmış, həmin qutunu arxa oturacağın üzərinə qoymuş və Sevinc qəsəbəsinə “11-in astanofkası” deyilən yerə getməli olduğunu bildirmiş, o isə Ruslanın yoldaşına hədiyyə alaraq barışmaq üçün getdiyini ehtimal etmişdir. Ruslan çox danışan biri olmamış, yol boyunca da demək olar ki, çox şey danışmamışdır. Sadəcə yol boyu çox aqressiv olmuş və ardıcıl olaraq çox sayda siqaret çəkmişdir. Onlar qeyd edilən ünvana çatdıqdan sonra Ruslan ona bir qədər gözləməyini, bir qədər səs-küy düşə biləcəyini, narahat olmamağını bildirmiş və Oba marketə daxil olmuşdur. Bundan 5 dəqiqə sonra Qabil camaatın marketdən qaçaraq çıxdığını görmüş, onların ardınca Ruslan da marketdən çıxaraq avtomobilə əyləşmişdir. Ona nə baş verdiyini soruşduqda Züleyxanı vurduğunu bildirərək avtomobili sürməyini istəmiş, Qabil isə həmin anın həyəcanı ilə hara sürməyi soruşduqda “Baş Polis İdarəsinə” deyə Ruslan cavab vermişdir. Yol boyunca sadəcə sürətli şəkildə onu polisə çatdırmağı fikirləşmiş, sadəcə niyə belə etdiyini soruşduqda “belə məsləhət idi” deyə cavab vermişdir. İdarəyə çatdıqdan sonra Ruslan cibindən 200 manata yaxın pul çıxardaraq borcunu çıxmağını qalanını isə anasına verməyini bildirmiş, Qabil isə pulu apararaq təhvil vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Şəmkir rayonu Kür qəsəbəsində qeydiyyatda olmaqla Gəncə şəhəri Məhsəti qəsəbəsi küçə 8-də yerləşən evdə ailəsi ilə birlikdə yaşayır. 2008-ci ildə X6 ilə ailə həyatı qurmuş, bu evlilikdən 2 övladları olmuşdur. xx.xx.2021-ci il tarixdən Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən Oba marketdə işləyir. Oba marketdə ardıcıl olaraq satıcı kimi, 2022ci ilin dekabr ayından etibarən isə baş satıcı kimi işləyir. X18 2022-ci ilin sentyabr ayından etibarən “Oba” marketdə satıcı kimi işləmişdir. Züleyxa Şirinova pozitiv, gülərüz, xoş münasibət saxlayan biri olmuş, təzə işə başladığı müddətdə onu tanımaq məqsədilə söhbət edən zaman boşandığını bildirmişdir. Birlikdə işlədikləri dövrdə Züleyxanın hər hansı bir digər şəxslə münasibətinin və ya görüşdüyünün şahidi olmamışdır. 2023-cü il mart ayının əvvəllərində marketdə yemək yedikləri zaman Züleyxa yoldaşının Rusiyadan gəldiyini, barışmaq istədiyini bildimiş, ailə məsələləri ilə bağlı digər heç bir şey qeyd etməmişdir. xx.xx.2023-cü il tarixdə hadisə olan müddətə qədər Züleyxa Şirinovanın əhvalı yüksək olmuş, onda heç bir fərqlilik hiss etməmişdir. Həmin gün saat 12 radələrində depoda yemək yeyən zaman səs-küy yarandığını eşidib müştəri bayıldığını düşünmüş, satış malları olan hissəyə keçdikdə Züleyxanın qanlı vəziyyətdə vitrinlərin arasında yerdə uzandığını, Təqsirləndirilən şəxs əlində bıçaqla Züleyxanın yanında olduğunu görmüşdür. Hadisəni törətdikdən dərhal sonra Təqsirləndirilən şəxs bıçağı yerə atıb marketi tərk etmişdir. Verilən suallara cavab olaraq göstərmişdir ki, hadisə olan zaman depoda olduğu üçün hadisənin şahidi olmamış, hər hansı danışıq, mübahisəni eşitməmişdir. Həmçinin Züleyxanın hər hansı bir şəxslə görüşdüyünü görməmiş, münasibətinin olması barədə məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilmiş X16 ifadəsində göstərdi ki, məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü tarixli, 30 saylı rəyində X3 meyitinin bədənində on altı (16) ədəd kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir. Həmin xəsarətlər müayinə zamanı aşkar olunmuşdur. Bu yaralardan: 3 ədəd yara döş qəfəsinin sol səthində yerləşir, sol döş boşluğuna keçərək sol ağciyəri; bir ədəd yara qarın nahiyyəsinin sol önyan sthində yerləşir, qarın boşluğuna keçərək qaraciyəri və mədəaltı vəzini zədələnmiş, bir ədəd yara sağ said nahiyyəsinin aşağı 1/3 hissəsində yerləşir, əzələ və vətərlərin zədələnməsi ilə müşahidə olunur. Digər yaralar isə hər iki said, sağ bazu, sol bilək nahiyyələrində sol əlin arxa səthində və sol əlin İİ-İİİ barmaqlarının əsas falanqalarının arxa səthlərinlərində yerləşir. Qeyd edilən xəsarətlər həyatidir, deşici-kəsici alətlə(alətlərlə) yetirilmişdir, ağırlıq dərəcələrinə görə: döş qəfəsinin ön səthində və qarının sol-yan səthində olan dörd ədəd yara hər biri ayrı-ayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya; sağ said nahiyəsinin aşağı 1/3 hissəsində əzələ və vətərlərin zədələnməsi ilə müşaiyət olunan bir ədəd yara / sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya; digər on bir ədəd yara isə hər biri ayrıayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir. X3 bədənində yuxarıda göstərilən kəsilmiş- deşilmiş yaralardan başqa döş qəfəsinin sağ yan səthində iki ədəd xətti formalı sıyrıq da aşkar edildi. Bu xəsarətlər iti uclu əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, həyatidir və belə xəsarətlər canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcələri təyin edilmir. Mərhum Z.A.Şirinovanın bədənində olan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-11 tarixə uyğun gəlir. X3 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin sol döş boşluğuna keçən sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşaiyət olunan üç ədəd,qarın nahiyəsinin sol ön-yan səthinin daxilə keçən qaraciyərin və mədəaltı vəzin zədələnməsi ilə müşaiyət olunan bir ədəd və hər iki yuxarı ətrafların on bir ədəd kəsilmiş-deşilmiş yaraları kompleksi nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə olmuşdur. X3 bədəinidə olan xəsarətlərin sayı ilə videogörüntüdə olan zərbələrin fərqli olması barədə onu deyə bilər ki, bir zərbədən bədənin bir neçə yerində xəsarət yarana bilər. Məsələn döş qəfəsinə vurulan zərbə zamanı şəxs qolunu qarşıya tutarsa bıçaq həm də şəxsin qoluna da xəsarət yetirə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 mart 2023-cü il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan görünür ki, hadisə yeri - Gəncə şəhəri, Məhsəti qəsəbəsi, Məmmədalı Aslanov küçəsində yerləşən Oba marketdir. Oba market Zöhrab Aslanov küçəsi ilə Məmmədalı Aslanov küçəsinin kəsişməsində - tində yerləşir. Marketlə üzbəüz dayandıqda “Oba” marketin sağ tərəfində “Al market”, arxa və sol tərəflərində yaşayış evləri vardır. Marketin ön tərəfi kafel daşları ilə bəzədilmişdir. Binanın ön tərəfində 3 ədəd eyni ölçüdə böyük pəncərələr vardır. Marketin giriş qapısı 2 taylı şüşə qapılardan ibarətdir. Marketə daxil olduqda giriş qapısının sağ və sol tərəfində kassa yerləşir. Mağazanın içərisində müxtəlif rəflərdə ərzaq və qeyri-ərzaq malları müşahidə olunur. Marketin tavanının müxtəlif yerlərində çoxsaylı müşahidə kameraları quraşdırılmışdır. Giriş qapısının sol küncündən mərkəzə doğru irəlilədikdə 13,41 m aralıqda döşəməyə vurulmuş metlaq üzərində 65 × 51 sm ölçüdə qana bənzər ləkə vardır. Giriş qapısının qarşı tərəfində yerləşən anbar otağından həmin qanabənzər ləkəyə qədər məsafə 181 sm-dir. . Həmin qana bənzər ləkə şərti olaraq 1 rəqəmi ilə nömərləndi. Məhkəmə fotoqrafiyası qaydasında şəkillər çəkildi və nümunələr götürələrək qablaşdırıldı. Şərti olaraq 1 nömrəsi ilə işarələnmiş qana bənzər ləkədən 45 dərəcə istiqamətində yerləşən, aralarındakı məsafə 209 sm olan damcı formasında olan çoxlu qanabəzər ləkələr vardır. Həmin qanabənzər ləkələr 16 × 14 sm ölçüsündə olmaqla şərti olaraq 2 rəqəmi ilə işarələndi. Şərti olaraq 2 rəqəmi ilə işarələnmiş qanabənzər ləkədən şimal-şərq istiqamətində 89 sm məsafədə tutacağının bir hissəsi rəflərin altında olan üzərində qanabənzər ləkələr aşkarlanmış bıçaq vardır. Həmin bıçaq şərti olaraq 3 rəqəmi ilə işarələnərək qablaşdırıldı və götürüldü. Şərti olaraq 1 rəqəmi ilə işarələnmiş qana bənzər ləkədən 9 sm məsəfədə qol bəzək əşyası vardır. Həmin bəzək əşyası şərti olaraq 4 rəqəmi ilə işarələnərək qablaşdırıldı və götürürldü. Həmin anbarın sağ küncündən şərti olaraq 4 rəqəmi ilə işarələnmiş maddi sübuta qədər olan məsafə 191 sm-dir. Giriş qapısından sol tərəfdə texniki-servis otağı yerləşir. Həmin otaqda müşahidə kameralarının yaddaş qurğusu vardır. Şərti olaraq 3 rəqəmi ilə işarələnmiş bıçağa baxış keçirilən zaman müəyyən olundu ki, bıçaq tiyə və tutacaq hissədən ibarət olmaqla ümumi uzunluğu 290 mm-dir. Bıçağın tutacağı qəhvəyi rəngli materialdan hazırlanmış, bir tərəfi küt, digər tərəfi kəsici, ucu deşici xassəyə malikdir. Tiyənin ucu kəsici tərəfin maili formada əyilərək küt tərəfə birləşməsi nəticəsində əmələ gəlmişdir. Bıçağın tiyəsi üzərində “feng” yazısı və zavod işarəsi həkk edilmişdir. Tiyənin uzunluğu 170 mm, dəstəyinin uzunluğu 120 mm-dir. Bıçağın üzərində qanabənzər maddə mövcuddur. Şərti olaraq 4 rəqəmi ilə işarələnmiş qol bəzək əşyasına baxış keçirilən zaman qara rəngli ipə zoğalı, ağ və göy rəngli muncuqlar yığıldığı görsənir. 01 ədəd üzərində qanabənzər ləkələr mövcud olan bıçaq və 01 ədəd qol bəzək əşyası iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürüldü. Bundan başqa cinayət təqibi üçün əhəmiyyət kəsb edən hər hansı əşya və hal aşkar edilmədi. Baxış təbii və süni işıqlandırma şəraitində aparıldı. Baxış zamanı “Canon” markalı fotoaparatdan istifadə edilməklə foto şəkillər çəkildi və protokola əlavə olundu. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 mart 2023-cü il tarixli meyitə üzərindəki geyim və digər əşyalara baxış protokoldan görünür ki, təşrih masası üzərində arxası üstə meyit uzadılmışdır. Meyitin əynində aşağıdakı paltarlar vardır: 1. Qara rəngli sintetik materialdan məmədan. 2. Açıq-qırmızı rəngli tursik. 3. Boz rəngli pambıq parçadan üzərində sarı naxışları olan corab. Sağ əlin İİİ barmağında sarı rəngli qaşları olan üzük, hər iki qulanğında sarı metaldan göy rəngli qaşı olan sırğa vardır. Paltarla köhnədir, əyninə düzgün geyindirilmişdir. Paltarları soyundurduqda meyit qadın cinsidir, düzgün bədən quruluşlu, kafi köklükdədir, boyunun uzunluğu 171 sm-dir. Dərisi ağımtıl rəngdədir, əllə yoxladıqda bir qədər istididir. Meyit ləkələri meyitin arxa səthlərində inkişaf etmişdir, zəifidir, göyümtül-bənövşəyi rəngdədir, barmaqla təzyiq etdikdə rəngi itir və öz əvvəlki rənginə 30 saniyədən sonra bərpa olur. Meyit qacıması çeynəmə əzələ qruplarında inkişaf etmişdir. Çürümə əlamətləri yoxdur. Kəllə qapağı sümükləri əllə yoxladıqda tamdır. Hər iki göz qapaqları örtülüdür, bəbəklər dairəvi formada olub, genişlənmişdir, buynuz qişaları şəffafdır, gözlərin birləşdirici toxumalarında qansızmalar qeyd olunmur. Bəbəkləri dairəvi formalıdır, bərabər genişləmişlər, buynuz qişalar şəffafdır. Hər iki burun və qulaq dəlikləri sərbəstdir, burun sümükləri və qığırdaqları əllə yoxladıqda tamdırlar. Ağzı yarı açıqdır, dodaqların daxili səthi ağımtıl rəngdədir, dişləri tamdır, təbiidir. Dili dişlərin arxasındadır. Boynu gövdəyə müvafiq inkişaf etmişdir. Döş qəfəsi normostenikdir, qurluşu simmetrikdir, qabırğalar əllə yoxladıqda tamdırlar. Qarnı döş qəfəsi səviyyəsindən aşağıda yerləşir. Xarici cinsiyyət üzvləri düzgün inkişaf etmişdir. Uşaqlıq yolunda ifrazat yoxdur. Anal dəlik örtülüdür, ətrafı nəcislə bulaşmışdır. Anal dəlik nahiyyəsində hər hansı bir xəsarət yoxdur. Yuxarı və aşağı ətraf sümükləri əllə yoxladıqda tamdırlar. Xəsarətlər: döş qəfəsinin ön səthində sağda: ön qolaltı xəttlə İİ qabırğa səviyyəsində 2 x 0,5 sm ölçüdə, həmin səviyyədə orta körpücük xəttlə 3 x 0,5 sm ölçüdə, döşyani xəttlə İV qabırğa səviyyəsində 3,5 x 1,0 sm ölçüdə kənarları hamar, bir ucu iti, digər ucu qövsvari formalı 3 ədəd yara vardır. Döş qəfəsinin sağ yan səthində orta qoltuqlatı xəttlə Vİ – Vİİ qabırğalar səviyyəsində bir-birinə paralel köndələn yerləşmiş 2,5 sm uzunluqda düz xətt formalı, qırmızımtıl rəngli sıyrıqlar vardır. Qarın nahiyyəsinin sol ön-yan səthində göbək səviyyəsindən 1,0 sm yuxarıda 10 sm solda 5 x 1,0 sm ölçüdə kənarları hamar, bir ucu iti, digər ucu qövsvari olan çəp yerləşmiş yara qeyd edilir. Sağ said nahiyyəsinin bayır səthinin aşağı hissəsinin aşağı 1/3 hissəsində 4 x 0,5 sm ölçüdə, kənarları hamar, bir ucu iti yara vardır. Həmin yaradan kəsilmiş əzələ və vətərlər görünür. Sağ said nahiyyəsinin ön-bayır səthinin yuxarı 1/3 hissəsində 6 x 3 ölçüdə, sağ bazu nahiyyəsinin ön-bayır səthinin aşağı sağ bazu nahiyyəsinin ön-bayır səthinin aşağı 1/3 hissəsində 2,5 x 0,5 sm öçüdə, sol saidin ön səthinin yuxarı 1/3 hissəsində 3 x 0,6 sm öçüdə, arxa səthininn orta 1/3 hissəsində 2 x 1,0 sm ölçüdə, sol bilək nahiyyəsinin ön səthində 3 x 1,0 sm ölçüdə, həmin bilək nahiyyəsinin arxa-iç səthində 3 x 1,0 sm ölçüdə, sol əlin İİ və İİİ barmaqlarının arxa səthində İİ əldaraq sümüyü səviyyəsində 1,5 x 0,5 sm ölçüdə, sol əlin İİ və İİİ barmaqlarının əsas falanqalarının arxa səthlərində 1,0 x 0,5 sm ölçüdə kənarları hamar, bir ucu iti olan yaralar vardır. Meyitin xarici müayinəsi zamanı bədənində başqa xəsarətlər müəyyən edilmədi. Xarici müayinə başa çatdıqdan sonra meyitin daxili müayinəsi həyata keçirildi. Baxış təbii və süni işıqlandırma şəraitində aparıldı. Baxış zamanı 01 ədəd qızılı rəngli üzük və 02 ədəd sırğa, 01 ədəd qara rəngli büstqalter, 01 ədəd çəhrayı rəngli tuman götürüldü. Baxış zamanı “Canon” markalı fotoaparatdan istifadə edilməklə foto şəkillər çəkildi və protokola əlavə olundu. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, X7 meyitinin müayinəsi zamanı üzərində olmuş geyim əşyalarının və digər əşyaların 19 mart 2023-cü il tarixli götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, Gəncə şəhəri 3 nömrəli xəstəxananın tibb bacısı Aynurə X2 hadisə zamanı əynində olmuş paltarları, 1 ədəd “Huawei” markalı mobil telefonu və qızılı rəngli boyunbağını könüllü şəkildə təqdim etdi. Həmin əşyaların iş üzrə əhəmiyyət kəsb edə biləcəyindən götürüldü. Hadisə zamanı X7 üzərində olmuş paltarlara, mobil telefon və boyunbağına baxış keçirilən zaman aşağıdakılar müəyyən edildi: 01 ədəd cins şalvar açıq göy rəngdədir. Şalvar 02 ədəd yan və 02 ədəd arxa ciblərindən ibarət olmaqla üzəri qana oxşar maddəyə bulaşmış vəziyyətdədir. 01 ədəd uzunqol köynək yaşıl rənglidir. Köynək yaxası yuxarı hissədə düyməli, yaxa hissəsində ağ və sarı rəngli, kürək hissədə ağ rəngli yazılı, üzəri qana oxşar maddəyə bulanmış, kəsilmiş-cırılmış vəziyyətdədir. 01 ədəd qolsuz gödəkçə boz rənglidir. 01 ədəd qolsuz gödəkçə boz rəngli olmaqla 02 ədəd yan cibdən, ön hissədə zəncirbənddən, kürək və yaxa hissəsində ağ rəngli yazılardan ibarətdir və üzərində qana oxşar maddə izləri mövcuddur. Götürülmüş “Huawei” markalı mobil telefon smartfon tipli olmaqla üzərinə yaşıl və sarımtıl rənglərinin qarşığından ibarət olan kabro keçirilmişdir. Kabro çıxarıldıqda telefonun yaşıl rəngdə olduğu məlum olur. Telefon işə salındıqda kilidli olduğu və təhlükəsizlik kodu tələb edildiyi görsənir. Götürülmüş boyunbağı qızılı rəngli olmaqla ürək formalı “TİFFANY & CO” yazılmış klonla bir birinə keçirilmiş vəziyyətdədir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs hadisə zamanı üzərində olmuş geyim əşyalarına 19 mart 2023-cü il tarixli əşyanın götürülməsi və baxış keçirilməsi haqqında protokoldan görünür ki, 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli gödəkçə və 01 ədəd tünd göy rəngli koftanı Təqsirləndirilən şəxs Gəncə şəhər prokurorluğunun inzibati binasında könüllü təqdim etmişdir. Həmin əşyalara baxış keçirilən zaman aşağıdakılar müəyyən edildi: 01 ədəd göy rəngli cins şalvar- parça materialdandır, hər iki qıraq və arxa tərəflərində cibləri vardır. Şalvarın arxa tərəfində “ DOLGE GABBANA” sözləri yazılmışdır. Üzərində hər hansı bir qan izi və zədə aşkar edilməmişdir. 01 ədəd qara rəngli gödəkçə - parça materialdandır, iç tərəfindən boğaz hissəsində “Frisk fasion” sözləri yazılmışdır.Üzərində hər hansı bir qan izi və zədə aşkar edilməmişdir. 01 ədəd tünd göy rəngli kofta uzunqol olmaqla parça materialdandır. Boğaz hissəsində “Hermes “ və “2XL” sözləri yazılmışdır. Üzərində hər hansı bir qan izi və zədə aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı telefona 19 mart 2023-cü il tarixli baxış keçirilməsi haqqında protokoldan görünür ki, təqdim edilmiş mobil telefon qara rəngli olmaqla üzərinə həmin rəngli kabro keçirilmişdir. Telefon işə salındıqda təhlükəsizlik kodu tələb edildi. Həmin hissəyə kiçik hərflərlə “rafiq” sözü daxil edilərək telefonun menyusuna keçid edildi. Telefonun zənglər hissəsinə daxil olduqda orada gələn və çıxan zənglər əks olunmuşdur. Daha sonra telefonun mesajlar bölməsinə keçid edildi. Həmin hissədə daxil olan və çıxan mesajlar əks olunmuşdur. Bundan sonra telefonun “whatsapp” proqramına daxil olundu, lakin hər hansı bir mesaj və ya zənglər aşkar olunmadı. Baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilmədi və diskə baxış sona çatdı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 mart 2023-cü il tarixli videogörüntü ilə bağlı diskə baxış protokolundan görünür ki, təqdim edilmiş disk dairəvi formada olub bir tərəfi ağ rəngli olmaqla üzərinə “Verbatim” yazılmışdır. Baxış zamanı həmin disk «HP» markalı kompüterə yerləşdirildi. Disk açıldıqdan sonra onun içərisində 2 ədəd fayl olduğu müəyyən edildi. Diskin içərisində olan “camera 2.mp4” adlı fayl tərəfimdən “Windows media player” proqramı vasitəsilə açıldı. Videogörüntü 1 saat 07 dəqiqə 19 saniyə davam edir. Videogörüntüdə Gəncə şəhəri Məhsəti qəsəbəsi Məmmədalı Aslanov küçəsində yerləşən “OBA” marketin içərisi əks olunmuşdur. Videogörüntün 52:30-cu dəqiqəsinə kimi müştərilərin və marketin işçilərinin marketdə hərəkəti görünür. Görüntünün 52:38-ci dəqiqəsində bir nəfər kişi cinsli şəxsin rəflərin arası ilə qarşı tərəfdən gələn qadın cinsli şəxsə yaxınlaşaraq aralarında heç bir mübahisə və söhbət olmadan cibindən çıxartdığı ehtimal olunan bıçaq ilə birbaşa sonuncuya 8 (səkkiz) zərbə endirməsi görünür. Kişi cinsli şəxsin əynində tünd rəngli paltarlar, qadın cinsli şəxsin əynində göy rəngli şalvar, “Oba” marketin iş jileti vardır. Qadın 2-ci bıçaq zərbəsindən sonra yerə yıxılır, kişi cinsli şəxs qadının yıxılmasından sonra da dizi üstə çökərək bıçaq zərbələrini davam etdirir. Bu zaman Oba marketin iş formasını geyinən bir kişi cinsli şəxsin qaçaraq onlara yaxınlaşması onları yaxından gördükdən sonra geri qaçması görüntüdə əks olunur. Bıçaq zərbələri endirdikdən sonra kişi cinsli şəxs geri dönərək oradan uzaqlaşmağa başlayır, 1 addım atdıqdan sonra arxaya çönərək yerdə uzanıqlı vəziyyətdə olan qadına baxdıqdan sonra hərəkətini davam etdirir. Videogörüntünün 53-cü dəqiqəsində bıçağın kameranın görüntü bucağına düşməyən yerdən atılması və yerə düşməsi görünür. Bundan sonra orada olan şəxslərin bıçaqlanmış qadının ətrafına gəlməsi və onu götürərək oradan uzaqlaşdırması əks olunur. Bundan başqa faylda əhəmiyyət kəsb edən başqa hal müəyyən edilmədi. Diskin içərisində olan **********2000000.mp4 adlı fayl tərəfimdən Windows media player” proqramı vasitəsilə açıldı. Videogörüntü 1 saat 07 dəqiqə 27 saniyə davam edir. Videogörüntüdə Gəncə şəhəri Məhsəti qəsəbəsi Məmmədalı Aslanov küçəsində yerləşən “OBA” marketin giriş qapısı və içərisi əks olunmuşdur. Videogörüntünün 30-cu dəqiqəsinə kimi müştərilər və marketin işçilərinin hərəkəti görünür. Videogörüntünün 30:25-ci dəqiqəsində kişi cinsli şəxsin marketə daxil olması kassanın yanında bir neçə saniyə dayandıqdan sonra rəflərin arası ilə irəliyə doğru hərəkət etməsi əks olunur. Həmin dəqiqənin 45-ci saniyəsində marketin içərisindəki şəxslərin kameranın görüntü bucağına düşməyən hissəyə baxdıqdan sonra giriş qapısına tərəf qaçmağı, bir qədər öncə marketə daxil olmuş həmin kişi cinsli şəxsin əlində bıçaqla giriş qapısına tərəf qayıdaraq bıçağı hərəkət etdiyi rəflərin arasına tərəf atdıqdan sonra marketi tərk etməsi görünür. Bundan sonra bir nəfər şəxsin çölə çıxarılması əks olunur. Bundan başqa iş üzrə əhəmiyyət kəsb edən başqa hal müəyyən edilmədi və diskə baxış sona çatdı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi bioloji ekspertizasının xx.xx.2023-cü il tarixli 16 saylı rəyindən görünür ki, X3 maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə 0(1) alfa, beta-dır. Təqdim olunmuş bir ədəd bıçaq üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan X26ma məxsus ola bilər. Hadisə yerindən götürülmüş tamponlar və qolbənd üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan X11 məxsus ola bilər.X4 məxsus paltarlar üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi O (İ) alfa, beta olduğundan onun özünə məxsus ola bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 07 aprel 2023-cü il tarixli “Yazışmalar və səs yazıları olan diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqdim edilmiş disk dairəvi formada olub bir tərəfi ağ rəngli olmaqla üzərinə “Verbatim” yazılmışdır. Baxış zamanı həmin disk «HP» markalı kompüterə yerləşdirildi. Disk açıldıqdan sonra onun içərisində “Səs yazıları” və Yazışmalar” adlı 2 ədəd qovluq olduğu müəyyən edildi. “Yazışmalar” adlı fayl açıldıqda İMG-20230410-WA0060 adlı fotoşəkildə “whatsapp” proqramında Ruslan kimi qeyd olunmuş tərəflə mesajlar aşağıdakı şəkildə əks olunmuşdur: 19 mart 2023-cü il tarixdə 00:41dəqiqədə “Men görürəm hec kimi basa sala bilmirəm Get işlə ev al, usagların adına bank hesabı ac, sonra gel menide oldur ozunude” ........ mesajını yazmış, 00:42-dəqiqədə Ruslan adlı şəxs – “Niye oldurum Sen onu qazanmısan?” mesajını yazmış, digər tərəf 00:43-cü dəqiqədə “Ozum ozumu oldure bilmirem, sen ama eliye bilersen” yazmış, Ruslanın “Sen onu qazanmısan?” mesajına “Hee” cavabını vermişdir. İMG-20230410- WA0055 adlı fotoşəkildə “whatsapp” proqramında Ruslan adlı şəxslə mesajlar aşağıdakı şəkildə əks olunmuşdur: 00:43-cü dəqiqədə Ruslan kimi qeyd olunmuş tərəf “Neter qazanmısan?” mesajını, digər şəxs 00:44-cü dəqiqədə “Varlığımla Nefes almagımla Yasamagımla “ mesajını, Ruslan kimi qeyd olunmuş tərəf 00:44-cü dəqiqədə “Bu sohbet doylu zuleyxa Senin varlığın menim ucun en qiymetli varlıqdı Sen ozun bildin ne sual verdim Birde verirem olumu qazanmısan ki? Cunki men seni olume layiq bilmedim ona gorede qiyamadım Amma en doğrusunu sen bilirsen” mesajını yazmış, digər tərəf 00:46-cı dəqiqədə “Meni hec kim eşitmir heckim nasa düşmür Yoruldum Kimlerese soz çatdırmağa yoruldum” mesajını yazmışdır. İMG-20230410-WA0059 adlı fotoşəkildə “whatsapp” proqramında Ruslan adlı şəxslə mesajlar aşağıdakı şəkildə əks olunmuşdur: Qarşılıqlı yazışmalar görsənir. 00:53-cü dəqiqədə digər tərəf “Ona görə deyirəm tək çıxış yolu var” mesajını, eyni dəqiqədə Ruslan kimi qeyd olunmuş tərəf “Ne” mesajını, digər tərəf eyni dəqiqədə “Get işlə ev al, usagların adına bank hesabı ac, sonra gel menide oldur ozunude Bu” mesajını, Ruslan kimi qeyd olunmuş tərəf 00:55-ci dəqiqədə “.......... Sənə kisi kimi deyirem qulaq as Eger olmeye layiqsense ozun bilirsen ne deyirem bir dene yaz ki he men olmeliyem Qalanını mene burax” mesajını yazmışdır. İMG-20230410-WA0067 adlı fotoşəkildə “whatsapp” proqramında Ruslan adlı şəxslə mesajlar aşağıdakı şəkildə əks olunmuşdur: 00:57-ci dəqiqədə digər tərəf “Neyi dediyini bilirem” mesajını, Ruslan kimi qeyd olunmuş tərəf 00:58-ci dəqiqədə “Onda cavab yaz” mesajını, 00:58-ci dəqiqədə digər tərəf “ O mesele olsa sene catmadan oldurenim var Senin hede qorxunun sonu yoxdu Zuleyxa onsuzda menle barismasa oldurerem, yaşatmaram deyib camaatin ureyini üzmə İnsafin olsun” həmçinin 01:01 –ci dəqiqədə “Ona gore deyirem tek caresi var bu işin oda ölümdü” mesajını yazmışdır. Həmçinin görüntüdə Ruslan kimi qeyd olunan tərəfdən göndərilən səsli mesajlar görünür. İMG-20230410-WA0041 adlı fotoşəkildə “whatsapp” proqramında Ruslan adlı şəxslə mesajlar aşağıdakı şəkildə əks olunmuşdur: Qarşılıqlı yazışmalar görünür. 01:37-ci dəqiqədə digər tərəf “Ne deyim oldurme meni deye yalvarim?” mesajını yazmışdır. Daha sonra yazışmalar davam edir. Bundan sonra digər fotoşəkillərə baxış keçirildi və əhəmiyyət kəsb edən digər hal müəyyən edilmədi. Daha sonra “Səs yazıları” adlı qovluq açıldı. İçərisində çoxsaylı səs yazıları aşkar edildi. AUD-20230410-WA0013.mp3 adlı fayl açıldıqda kişi cinsli şəxs tərəfindən aşağıdakı danışıq müəyyən edildi: “Özüdə bəlkədə mən dediyim sözə yüzdə əlliyə əlli inanıllar hamıdan çox sən inanırsan ay Züleyxa ki bilirsənki mən səni nə lutşi öldürərəm çem boşuyaram” Digər fayllar da tərəfimdən açıldı və baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hal müəyyən edilmədi. Bununla da diskə baxış sona çatdı. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizasının xx.xx.2023-cü tarixli, 397 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədənində xəsarət müəyyən edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibbi ekspertizanın xx.xx.2023-cü tarixli, 30 saylı rəyindən görünür ki, X3 meyitinin bədənində on altı (16) ədəd kəsilmiş-deşilmiş yara müəyyən edildi. Bu yaralardan: 3 ədəd yara döş qəfəsinin sol səthində yerləşir, sol döş boşluğuna keçərək sol ağciyəri; bir ədəd yara qarın nahiyyəsinin sol ön-yan sthində yerləşir, qarın boşluğuna keçərək qaraciyəri və mədəaltı vəzini zədələnmiş, bir ədəd yara sağ said nahiyyəsinin aşağı 1/3 hissəsində yerləşir, əzələ və vətərlərin zədələnməsi ilə müşahidə olunur. Digər yaralar isə hər iki said, sağ bazu, sol bilək nahiyyələrində sol əlin arxa səthində və sol əlin İİ-İİİ barmaqlarının əsas falanqalarının arxa səthlərinlərində yerləşir. Qeyd edilən xəsarətlər həyatidir, deşici-kəsici alətlə(alətlərlə) yetirilmişdir, ağırlıq dərəcələrinə görə: döş qəfəsinin ön səthində və qarının sol-yan səthində olan dörd ədəd yara hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya; sağ said nahiyəsinin aşağı 1/3 hissəsində əzələ və vətərlərin zədələnməsi ilə müşaiyət olunan bir ədəd yara / sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya; digər on bir ədəd yara isə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. X3 bədənində yuxarıda göstərilən kəsilmiş- deşilmiş yaralardan başqa döş qəfəsinin sağ yan səthində iki ədəd xətti formalı sıyrıq da aşkar edildi. Bu xəsarətlər iti uclu əşyanın(əşyaların)təsiri nəticəsində əmələ gəlmişdir, həyatidir və belə xəsarətlər canlı şəxslərdə sağlamlığa zərər vurmayan xəsarətlər kimi qiymətləndirilir və dərəcələri təyin edilmir. Mərhum Z.A.Şirinovanın bədənində olan xəsarətlərin əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2023-11 tarixə uyğun gəlir. X3 ölümünə səbəb döş qəfəsinin sol yarısının ön səthinin sol döş boşluğuna keçən sol ağciyərin yuxarı payının zədələnməsi ilə müşaiyət olunan üç ədəd,qarın nahiyəsinin sol ön-yan səthinin daxilə keçən qaraciyərin və mədəaltı vəzin zədələnməsi ilə müşaiyət olunan bir ədəd və hər iki yuxarı ətrafların on bir ədəd kəsilmiş-deşilmiş yaraları kompleksi nəticəsində əmələ gələn kəskin daxili və xarici qanitirmə olmuşdur. X3 meyitindən götürülmüş qanın məhkəməkimyəvi təhqiqatı zamanı spirtli içki və narkotik maddə aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, sənədlərin-texniki ekspertizası nın 18 may 2023-cü il tarixli 5/596 No-li sənədlərin-texniki ekspertizası rəyindən görünür ki, t əqdim edilmiş bir ədəd sensor ekranlı “Android” əməliyyat sistemi ilə təhciz olunmuş “Huawei P Smart” markalı arxa markalanma göstəricisinə görə “PPA-LXT’ modelli “**********17616, **********17615” “imei” kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdədir. Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Huawei P Smart” markalı arxa markalanma göstəricisinə görə “PPA-LX1” modelli mobil smartfonun yaddaşından məlumatları silmədən istifadəçi tərəfindən tətbiq edilmiş xüsusi şifrə (parol-password) ilə mühafizə olunan ekran kilidini ləğv etmək mümkün olmamışdır Rəyin “Tədqiqi hissəsi”nin 2-ci bəndində göstərilən səbəblərə görə tədqiq olunan “Huawei P Smart” markalı arxa markalanma göstəricisinə görə “PPA-LX1” modelli mobil smartfonun yaddaşında hər hansı bir (kontakt,zəng,”SMS” mesaj, foto, audio, videofayllar, “Whatsapp” proqram təminatı, sosial şəbəkələr vasitəsi ilə aparılmış məlumat mübadiləsi və sairə) məlumatın olubolmaması, eləcə də həmin bobil smartfonun yaddaşından hər hansı bir məlumatın pozulub-pozulmaması üzrə tədqiqat işlərinin aparılması mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 may 2023-cü il tarixli 6/2453 No-li rəyindən görünür ki, tədqiqata təqdim edilmiş X11 və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərinin növü və rəngi rəyin 1N°-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş X11 məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərindən yoxdur. Tədqiqata təqdim edilmiş Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının üzərindən aşkar edilmiş kənar lif mikrohissəcikləri arasında X11 məxsus olduğu qeyd edilən geyim əşyalarının tərkib liflərinnən yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-ballistik və trasoloji ekspertizasının 30 may 2023-cü il tarixli 3/701 və 3/709 Noli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 1(bir) ədəd bıçaq bıçaq zavod üsulu ilə istehsal edilmiş, bir tərəfi kəsici, ucu deşici xassəyə malik mətbəx bıçağıdır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. Tədqiqata təqdim edilmiş üzərində “X7 əynində olmuş” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş jiletin və köynəyin səthində rəyin tədqiqi hissəsində təsvir edilən zədələr vardır. Həmin zədələr kəsici, ucu deşici xassəyə malik olan bir predmetin təsirindən yaranmağa xarakterik deşilmə-kəsilmə zədələridir. Lakin təqdim edilmiş üzərində “X7 əynində olmuş” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş jiletin və köynəyin səthində olan zədələrdə xüsusi əlamətlər əks edilmədiyindən həmin zədələrin konkret olaraq tədqiqata təqdim edilmiş bıçağın təsirindən yaranmasını müəyyən etmək mümkün deyildir. Geyim əşyalarının material xüsusiyyətindən asılı olaraq zədə bucaqlarını müəyyən etmək mümkün olmadığından onların səthində olan deşilib-kəsilmə zədələrinin yaranma mexanizmini təyin etmək mümkün deyildir. Təqdim edilmiş üzərində “X7 əynində olmuş” yazı qeydləri olan bağlamadan aşkar edilmiş jiletin və köynəyin səthindəki zədələr X7 bədənində yerləşən “döş qəfəsinə, qarın boşluğuna və hər iki qollarına kəsilmiş-deşilmiş yara ” xəsarəti ilə yerləşmə sahələrinə görə uyğunluq təşkil edir, yəni zədələr və xəsarətlər üst-üstə düşür. Təqdim edilmiş üzərində “X7 əynində olmuş” yazı qeydləri olan bağlamalardan aşkar edilmiş bir ədəd şalvarın, bir ədəd tumanın, bir ədəd büstqalterin və üzərində “Təqsirləndirilən şəxs hadisə zamanı əynində olmuş” yazı qeydləri olan bağlamadan aşkar edilmiş bir ədəd gödəkçənin, bir ədəd sviterin, bir ədəd şalvarın üzərində trasoloji zədə yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, kompleks məhkəmə-psixiatriya və məhkəmə-psixoloji ekspertizasının xx.xx.2023-cü il tarixli 331 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hər hansı xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması və kəmağıllıq xəstəliyi aşkar edilmir. O, öz hərəkətlərini dərk etmək, ölçüb- biçmək, hərəkətlərinə hesabat vermək və görmüş olduğu hadisələri qavramaq, yadda saxlamaq, təsvir etmək, eləcə də ona qarşı edilən hərəkətləri dərk etmək və təsvir etmək iqtidarına malikdir. Həmçinin Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək iqtidarında olmuşdur, yəni ANLAQLİ olmuşdur. O, hal-hazırda öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs əməli AR CM-nın 21.1 -ci maddəsinin təsiri altına düşmür, onun tibbi xarakterli məcburi müalicə tədbirlərinin tətbiqinə ehtiyacı yoxdur. Bundan başqa Təqsirləndirilən şəxs aşağıdakı fərdi psixoloji xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. O cinayət əməlini törədərkən əsəbi emosional vəziyyətdə olmuşdur. Bu vəziyyətin yaranma səbəbi zərərçəkmişlə mübahisəsi ola bilər. Həmçinin Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, “Təqsirləndirilən şəxs könüllü gələrək özünü təqdim etməsi barədə” xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə özü könüllü olaraq Gəncə BPİ-nə gələrək, keçmiş həyat yoldaşı X12 qətlə yetirdiyini bildirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,19 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Psixonevroloji Dispanserinin 15 aprel 2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri Narkoloji Dispanserinin 09 iyun 2023-cü il tarixli 3786 saylı arayışından görünür ki, Təqsirləndirilən şəxs həmin dispanserdə qeydiyyatda durmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər Birləşmiş Xəstəxanasının 27 aprel 2023-cü il tarixli məktubundan görsənir ki, Təqsirləndirilən şəxs həmin xəstəxananın Vərəm şöbəsində son 6 il ərzində stasionar müalicədə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Gəncə şəhər Baş polis idarəsinin 2-ci polis şöbəsindən daxil olmuş 25 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs barəsində Gəncə şəhər Baş Polis idarəsinin 2-ci Polis şöbəsində təqsirləndirici material yaxud sonuncunun şikayəti əsasında material, eləcə də Təqsirləndirilən şəxs ailəsinin münaqişəli ailə (tərəflər) kimi qeydiyyatda olub-olmamaları (əvvəllər olmaları və yaxud sonradan çıxmaları ) barədə hər hansı bir məlumat əldə edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhər İcra Hakimiyyəti başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyindən daxil olmuş 08 iyun 2023-cü il tarixli xasiyyətnamədən görsənir ki, Təqsirləndirilən şəxs barəsində heç bir məlumat daxil olunmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Gəncə şəhəri İcra Hakimiyyətin başçısının 2 nömrəli SİƏD üzrə nümayəndəliyindən daxil olmuş 20 iyun 2023-cü il tarixli, 1789 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 5 ünvanında qeydiyyatdadır. Ailə tərkibi-xx.xx.1961-ci il təvəllüdlü X20, xx.xx.2015ci il təvəllüdlü oğlu X30, xx.xx.2016-cı il təvəllüdlü X21, xx.xx.2019-cu il təvəllüdlü X8 ibarətdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Baş Prokurorluğunun Kriminalistika və informasiya texnologiyaları idarəsindən daxil olmuş 14 aprel 2023-cü il tarixli cavab məktubundan görünür ki, Təqsirləndirilən şəxs DİN-in Vahid məlumat axtariş sistemində məhkumluğu barədə ilkin əməliyyat məlumatları aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 24 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi, və maddi sübut kimi tanıma və cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs törətmiş olduğu əməl Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulduğundan cinayət işi üzrə törədilmiş əməlin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinə tövsif edilməsinə və təqsirləndirilən şəxsə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə elan edilmiş ittiham dəyişdirilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsi ilə ittiham elan edilmiş, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 221.3, 120.2.2 və 228.4-cü maddəllərinin tərkibi olmadığından barəsində həmin maddələr ilə cinayət işinin başlanması Azərbaycan Respublikası CPM-nin 39.1.2-ci maddəsinə əsasən rədd edilmişdir. Bundan başqa X11 məxsus hadisə zamanı əynində olmuş 01 ədəd açıq göy rəngli qana bulaşmış cins şalvar, 01 ədəd yaşıl rəngli qana bulaşmış uzunqol köynək, 01 ədəd boz rəngli qana bulaşmış qolsuz gödəkçə, 01 ədəd qara rəngli sintetik materialdan büstqalter, 01 ədəd açıq-qırmızı rəngli tursik, X11 məxsus Huawei” markalı smartfon tipli mobil telefon, Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd tünd göy rəngli uzunqol kofta, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı smartfon tipli mobil telefon, tiyənin uzunluğu 170 mm, dəstəyinin uzunluğu 120 mm olmaqla üzərində qanabənzər ləkələr mövcud olan 01 ədəd bıçaq Gəncə şəhər prokurorluğunun “maddi sübutların saxlanılması otağında” saxlanılır. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində onun Züleyxa Şirinovanı öldürmək niyyətinin olmadığını, həmin yerədə onunla barışmaq məqsədi ilə getdiyini, lakin Züleyxanın ona ağır təhqirlərindən yəni “Sən özünə hörmət etmirsən, nə qədər peysərə verəcəksən” sözlərindən sonra anidən üzərində bıçaq olduğunu xatırlamasını, bundan sonra nə etdiyini bilmədiyini və bıçağın qan olduğunu gördükdən sonra törətdiyi əməli dərk etdiyini bildirsə də, məhkəmə onun bu ifadəsini məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxsin hüquq varisinin ifadəsini, şahidlərin ifadələrini, ekspertiza rəylərini, məhkəmədə tədqiq olunmuş cinayət işində olan materialları, və işin faktiki hallarını əsas götürərək həqiqətə uyğun olmayan ifadə kimi qiymətləndirərək tənqidi yanaşır və ittihamı təkzib edən sübut kimi qəbul etmir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” 12 dekabr 2002-ci il tarixli, 3 nömrəli qərarın 8-ci bəndində göstərilir ki, təqsirkarın əməli xüsusi amansızlıqla qəsdən adam öldürmə kimi CM-nin 120.2.4- cü maddəsi ilə tövsif edilərkən nəzərə almaq lazımdır ki, burada xüsusi amansızlıq anlayışı həm adam öldürmənin üsulu ilə, həm də təqsirkarın cinayət törədərkən xüsusi amansızlıq göstərdiyini təsdiq edən digər hallarla bağlı olur. Əməl xüsusi amansızlıqla adam öldürmə kimi tövsif edilərkən müəyyən edilməlidir ki, təqsirkarın qəsdi zərərçəkmişi məhz xüsusi amansızlıqla həyatdan məhrum etməyə yönəldilmişdir. Xüsusi amansızlığın əlamətləri həyatdan məhrumetmə ərəfəsində və ya adam öldürmə prosesində zərərçəkmiş şəxsə əzab, işgəncə verilməsi, onun şəxsiyyətinin ələ salınması, təqsirkar üçün aşkar surətdə zərərçəkmişə xüsusi ağrılar (çoxlu miqdarda xəsarətlər yetirmə, şiddətli ağrı verən zəhərdən istifadə edilməsi, diri-diri yandırılması, uzun müddət ac-susuz saxlanması və s.) yetirilməsi hallarında mövcud olur. Xüsusi amansızlıq həmçinin təqsirkarın zərərçəkmiş şəxsi onun yaxın adamlarının yanında onlara xüsusi əzab verdiyini dərk etdiyi hallarda öldürməkdə də ifadə oluna bilər. Məhkəmə tibb ekspertizasının xx.xx.2023-cü tarixli, 30 saylı rəyindən görünür ki, X3 meyitinin bədənində on altı (16) ədəd kəsilmiş-deşilmiş yara müəyyən edilmişdir. Bu yaralardan: 3 ədəd yara döş qəfəsinin sol səthində yerləşir, sol döş boşluğuna keçərək sol ağciyəri; 1 ədəd yara qarın nahiyyəsinin sol ön-yan sthində yerləşir, qarın boşluğuna keçərək qaraciyəri və mədəaltı vəzini zədələnmiş, bir ədəd yara sağ said nahiyyəsinin aşağı 1/3 hissəsində yerləşir, əzələ və vətərlərin zədələnməsi ilə müşahidə olunur. Digər yaralar isə hər iki said, sağ bazu, sol bilək nahiyyələrində sol əlin arxa səthində və sol əlin İİ-İİİ barmaqlarının əsas falanqalarının arxa səthlərinlərində yerləşir. Qeyd edilən xəsarətlər həyatidir, deşici-kəsici alətlə (alətlərlə) yetirilmişdir, ağırlıq dərəcələrinə görə: döş qəfəsinin ön səthində və qarının sol-yan səthində olan 4 ədəd yara hər biri ayrıayrılıqda həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya; sağ said nahiyəsinin aşağı 1/3 hissəsində əzələ və vətərlərin zədələnməsi ilə müşaiyət olunan bir ədəd yara / sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya; digər on bir ədəd yara isə hər biri ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid edilir. X3 bədənində yuxarıda göstərilən kəsilmiş- deşilmiş yaralardan başqa döş qəfəsinin sağ yan səthində iki ədəd xətti formalı sıyrıq da aşkar edildi. Göründüyü kimi X7 bədəni üzərində qeyd edilən çoxsaylı xəsarətlərin olması onun qəsdən həyatdan məhrumetmə prosesində yaranmaqla ona əzab vermiş və xüsusi ağrılarla müşayət olunmuşdur. Məhkəmə işin faktiki hallarını əsas götürərək hesab edir ki, Təqsirləndirilən şəxs Züleyxa Şirinovanı qəsdən həyatdan məhrumetmə prosesində ona bıçaqla coxsaylı zərbələr vurmaqla xəsarətlər yetirərkən zərərçəkmiş şəxsə əzab verməsini və ona xüsusi ağrılar yetirməsini dərk etmiş və bununla da onu xüsusi amansızlıqla öldürmüşdür. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CMnin 120.2.4-cü maddəsi ilə ibtidai istintaq orqanı tərəfindən düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs oğlunun yaşayış yeri üzrə müsbət xarakterizə olunması, himayəsində 3 azyaşlı uşağının olmasını, könüllü gələrək təqsirini boynuna almasını, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar hesab edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə yoxdur. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsini rəhbər tutub, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alıb hesab edir ki, Təqsirləndirilən şəxs oğluna ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının aşağı həddlərində azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirəgörə məsuliyyət və ədalət prinsipinin həyata keçməsinə, cəzanın məqsədlərinə və Təqsirləndirilən şəxs islah olunmasına nail olmaq olar. Eləcə də, məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.6-cı maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəllənin 158.2, 158.2.1-ci maddələrinə əsasən isə təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlanıldığı müddət daxildir. Məhkəmə təqsirləndirilən şəxsə törətdiyi cinayətə görə azadlıqdan məhrum etmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6 maddəsinə əsasən isə cinayət işi üzrə icraatın aparılması zamanı şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş,19 mart 2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.1-ci maddəsi ilə nəzərdə tutulan cinayəti törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs həbsdə saxlama müddət ona təyin olunacaq cəza müddətinə daxil edilməklə həbsetmənin əvvəli 19 mart 2023-cü il tarixdən hesablanmalıdır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzanı çəkməlidir, belə ki, onun islah olunması və cəzanın məqsədlərinə nail olunması yuxarıda qeyd olunduğu kimi yalnız bu yolla mümkündür, həmçinin onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə və ya onun şərti məhkum edilməsinə əsaslar yoxdur. Cinayətlərin təsnifatına görə Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsində nəzərdə tutulmuş cinayət isə xüsusilə ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər, habelə cinayətlərin residivi zamanı əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən Təqsirləndirilən şəxs barəsində hər hansı əlavə cəzanın, habelə tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə isə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-in 132-ci maddəsinin tələblərinə əsasən isə maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə hökm çıxararkən məhkum edilmiş şəxslərə məxsus cinayətin alətləri, həmçinin dövriyyəsı qadağan edilmiş əşyalar müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların qiyməti olmadıqda isə məhv edilməlidir, dəyəri olmayan digər əşyalar isə məhv edilməli, maraqlı şəxslərin vəsatəti olduqda isə onlara verilə bilər. Məhkəmə qeyd edir ki, hökm qanuni quvvəyə mindikdən sonra Azərbaycan Respublikası CM-in 132-ci maddəsinə əsasən iş üzrə maddi sübut olub Gəncə şəhər prokurorluğunda maddi sübutlar otağında saxlanılan X11 məxsus hadisə zamanı əynində olmuş 01 ədəd açıq göy rəngli qana bulaşmış cins şalvar, 01 ədəd yaşıl rəngli qana bulaşmış uzunqol köynək, 01 ədəd boz rəngli qana bulaşmış qolsuz gödəkçə, 01 ədəd qara rəngli sintetik materialdan büstqalter, 01 ədəd açıq-qırmızı rəngli tursik, X11 məxsus Huawei” markalı smartfon tipli mobil telefon, Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd tünd göy rəngli uzunqol kofta, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı smartfon tipli mobil telefon, qanuni sahiblərinə qaytarılmalı, qəbul etməkdən imtina edilərsə məhv edilməli, tiyənin uzunluğu 170 mm, dəstəyinin uzunluğu 120 mm olmaqla üzərində qanabənzər ləkələr mövcud olan 01 ədəd bıçaq isə məhv edilməlidir. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 319 (üç yüz on doqquz) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPMnin 197.1, 197.1.6 maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2 maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2 maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Odur ki, həmin məhkəmə məsrəfi məhkum Təqsirləndirilən şəxs tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. Azərbaycan Respublikası CPM-in 160-cı maddəsinin tələblərinə əsasən valideynin və ya ailənin dolandıran şəxsin həbsə alınması, habelə cinayət prosesini həyata keçirən orqanın digər hərəkətləri nəticəsində nəzarətsiz, baxımsız qalmış və həyat üçün zəruri vəsaitlərdən məhrum olunmuş yetkinlik yaşına çatmamış, habelə əmək qabiliyyəti olmayan şəxslərin himayə olunmaq hüququ vardır və həmin orqan bu hüququ Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Əmək qabiliyyəti olmayan şəxslərin dövlət sosial müdafiə orqanına və ya tibb müəssisəsinə müvəqqəti yerləşdirilməsinin, onlara nəzarət və qulluq edilməsinin təşkil olunması barədə cinayət prosesini həyata keçirən orqanın göstərişləri qəyyumluq və himayəçilik orqanları və onların vəzifəli şəxsləri üçün məcburidir. Cinayət prosesini həyata keçirən orqan yetkinlik yaşına çatmamışları və əmək qabiliyyəti olmayan şəxsləri qohumlarının razılığı ilə onların himayəsinə etibar etməyə haqlıdır. Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında 25 iyun 2003-cü il tarixli 4 №-li Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 28-ci bəndində göstərilmişdir ki, azadlıqdan məhrum etməyə məhkum olmuş şəxsin himayəsində nəzarətsiz qalacaq uşaqları olduqda ittiham hökmünün nəticəvi hissəsində onların CPM-in 160-cı maddəsinə uyğun olaraq qohumları yaxud başqa şəxslərin və ya orqanların himayəsinə verilməsi barədə göstərişlər əks etdirilməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2015-ci il təvəllüdlü X30, xx.xx.2016-cı il təvəllüdlü X21 və xx.xx.2019-cu il təvəllüdlü X27 anaları X7 öldürülməsi, ataları Təqsirləndirilən şəxs isə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi ilə əlaqədar olaraq valideyn himayəsindən məhrum olmuşlar. Odur ki, baxımsız halda olan X30, X21 və X13 qəyyumluğa verilməsi məsələsi həll edilənə qədər yanında yaşadığı nənələri Zərərçəkmiş şəxs, himayəsinə verilməli, Zərərçəkmiş şəxs qəyyumluğa verilməsi məsələsi Gəncə şəhər İcra Hakimiyyətinə tapşırılmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 120.2.4-cü maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 16 (on altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 19 mart 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olub olub Gəncə şəhər prokurorluğunda maddi sübutlar otağında saxlanılan X11 məxsus hadisə zamanı əynində olmuş 01 ədəd açıq göy rəngli qana bulaşmış cins şalvar, 01 ədəd yaşıl rəngli qana bulaşmış uzunqol köynək, 01 ədəd boz rəngli qana bulaşmış qolsuz gödəkçə, 01 ədəd qara rəngli sintetik materialdan büstqalter, 01 ədəd açıq-qırmızı rəngli tursik, X11 məxsus Huawei” markalı smartfon tipli mobil telefon, Təqsirləndirilən şəxs məxsus hadisə zamanı əynində olmuş 01 ədəd göy rəngli cins şalvar, 01 ədəd qara rəngli gödəkçə, 01 ədəd tünd göy rəngli uzunqol kofta, Təqsirləndirilən şəxs məxsus “Samsung” markalı smartfon tipli mobil telefon, qanuni sahiblərinə qaytarılsın, qəbul etməkdən imtina edilərsə məhv edilsin, tiyənin uzunluğu 170 mm, dəstəyinin uzunluğu 120 mm olmaqla üzərində qanabənzər ləkələr mövcud olan 01 ədəd bıçaq isə məhv edilsin. Təqsirləndirilən şəxs himayəsində olan xx.xx.2015-ci il təvəllüdlü X30, xx.xx.2016-cı il təvəllüdlü X21 və xx.xx.2019-cu il təvəllüdlü X27 qəyyumluğa verilməsi məsələsi həll edilənə qədər nənələri Zərərçəkmiş şəxs himayəsinə verilsin. X30, X21 və X13 qəyyumluğa verilməsi məsələsi Gəncə şəhər İcra Hakimiyyətinə tapşırılsın. İş üzrə məhkəmə məsrəfi olan 319 (üç yüz on doqquz ) manat məbləğində ekspertiza xərcinin dəyəri Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar