Məhkəmə qərarları › İş №1(100)-126/2025

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-126/2025

28.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-126/2025 28.11.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məmmədzadə Mikayıl Maarif oğlu (sədrlik edən), hakimlər İbişov İlkin İlqar oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibləri - X3 və Nəbizadə Məğrur Etibar oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, müdafiəçilər - Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, Gəncə Regional Vəkil Bürosunun vəkilləri - Müdafiəçi1 və Müdafiəçi2, zərərçəkmiş şəxslər - X1, Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 qızının iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında xx.xx.1999-cu il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Gəncə şəhəri, Nizami Hərbi Komissarlığın yaxınlığında inşa edilmiş nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı istintaq təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə, xx.xx.1995-ci il tarixdə Gəncə şəhərində anadan olmuş, subay, Azərbaycan Respublikası vətəndaşı, işsiz, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşamış, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin fevral ayının son günlərindən birində saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus nömrəsiz fərdi yaşayış evinin həyətinə darvazanın altından keçmə yolu ilə qanunsuz daxil olmuş, evin qapısı olmayan giriş hissəsindən içəri daxil olub qonaq otağından uzunluğu 150 metr, ölçüsü 4mm (2x4mm) olan 400 manat dəyərində mis naqil rulonunu talamış, daha sonra cinayətkar əməllərini davam etdirib evin həyətində olan çardaqdan hər birinin dəyəri 8 manat, ümumi dəyəri 120 manat olan 15 ədəd «Akkord» markalı sementi, hər birinin dəyəri 11 manat 50 qəpik, ümumi dəyəri 138 manat, ölçüsü 2.5x15x600 olan 12 ədəd şam ağacının materialından olan taxtaları gizli yola talayıb Zərərçəkmiş şəxs2 cəmi 658 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, 11 may 2022-ci il tarixdə saat 23 radələrində qaynı Şahid8 və şəxsiyyəti istintaqa məlum olmayan şəxslə bir qrup şəxs halında Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən bərbər köşkünün qarşısında tanışı X2 ilə aralarında yaranmış mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etməklə insanlar arasında bərqərar olmuş birgəyaşayış qaydalarını pozub ətrafda olan şəxslərə qarşı laqeydlik göstərərək kobud hərəkətlər etmiş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər edib elementar davranış, əxlaq və mənəviyyat normalarını pozub X4 arvadına qeyri-etik təkliflər verməsini cüzi səbəb kimi gətirib nalayiq ifadələrlə təhqir etmiş, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib etibarnamə əsasında idarə etdiyi “VAZ-2106” markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobildə gəzdirdiyi dəmir parçasını silah qismində istifadə olunan əşya kimi tətbiq edərək X1 baş nahiyəsinə bir dəfə vurub sonuncuya sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağ təpə nahiyəsinin əzilmiş yarası kimi sağlamlığa yüngül zərərvurmaya aid xəsarət yetirmiş, Şahid8 isə X14 təpiklə vuraraq sonuncuya dərəcəsi təyin edilməyən xəsarətlər yetirib qərəzli xuliqanlıq etmişlər. Bundan başqa, o, 14 iyul 2022-ci il tarixdə saat 22 radələrində Gəncə şəhəri, Səməd Vurğun küçəsi 81 nömrəli evin qarşısında qonşuluqda yaşayan Zərərçəkmiş şəxs3 qızı ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı ictimai qaydalara qarşı açıq etinasızlıq göstərib özünü ətrafda toplaşan şəxslərə qarşı qoymuş, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər etməklə gecə vaxtı insanların dincliyini pozmuş, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etməklə hamı tərəfindən qəbul edilmiş davranış qaydalarını pozaraq ətrafda yığışan çoxsaylı insanların qarşısında Zərərçəkmiş şəxs3 ilə mübahisə edərək sonuncunu nalayiq ifadələrlə təhqir etmiş, şəxslər üzərində zor tətbiq olunması ilə müşayiət edilən hərəkətlər edib üzərində gəzdirdiyi dəmir baltanı silah qismində istifadə olunan əşya kimi tətbiq etməklə xüsusi amansızlıqla Zərərçəkmiş şəxs3 qızı Şahid1 qızının gözü qarşısında Zərərçəkmiş şəxs3 baş nahiyəsindən bir dəfə vurmaqla sonuncuya baş beynin alın-təpə gicgah paylarına subdural, subaraxnoidal qansızma, alın-təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, açıq-kəllə-beyin travması ilə müşayiət olunan alın-təpə nahiyəsinin çapılmış yarası xəsarəti ilə nəticələnən insan həyatı üçün təhlükəli olduğundan sağlamlığa ağır zərər vurmaya aid edilən xəsarət yetirməklə qəsdə Zərərçəkmiş şəxs3 sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 özgənin əmlakını gizli olaraq talamaq məqsədi ilə 2022-ci ilin fevral ayının son günlərindən birində saat 20 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus nömrəsiz fərdi yaşayış evinin həyətinə darvazanın altından keçmə yolu ilə qanunsuz daxil olmuş, evin qapısı olmayan giriş hissəsindən içəri daxil olub qonaq otağından uzunluğu 150 metr, ölçüsü 4mm (2x4mm) olan 400 manat dəyərində mis naqil rulonunu talamış, daha sonra cinayətkar əməllərini davam etdirib evin həyətində olan çardaqdan hər birinin dəyəri 8 manat, ümumi dəyəri 120 manat olan 15 ədəd «Akkord» markalı sementi, hər birinin dəyəri 11 manat 50 qəpik, ümumi dəyəri 138 manat, ölçüsü 2.5x15x600 olan 12 ədəd şam ağacının materialından olan taxtaları gizli yola talayıb Zərərçəkmiş şəxs2 cəmi 658 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra - Cinayət Məcəlləsi) 177.2.1, 177.2.3, 126.2.3, 126.2.4 və 221.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək Zərərçəkmiş şəxs2 epizodu ilə bağlı ifadəsində göstərmişdir ki, o, 2022-ci il tarixdə Təqsirləndirilən şəxs2la birlikdə özünə məxsus “VAZ-2106” markalı avtomobil ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evlərin birinə oğurluq etmək məqsədilə getmişdir. Sonradan polis idarəsində polis əməkdaşının təqdim etdiyi video görüntüdən məlum olmuş ki, həmin evin təhlükəsizlik kamerasından çəkilən görüntülərdə düşmüşlər. Həmin vaxtı o, avtomobilin yük hissəsinin qapısını açaraq Yasinin evdən oğurladığı sementi qoymasına imkan yaratmışdır. Onlar yarımtikili evdən ümumilikdə 21 kisə sement götürmüşlər. Polis idarəsində olan zaman həmin sementlərdən 10 kisəsini satdığını, qalan 10 kisəni isə hazırda yaşadığı evin qarşısında saxladığını demişdir. Həmin 10 kisə sementi polis idarəsində polis əməkdaşlarına təhvil vermişdir. Daha sonra Gəncə şəhər Kəpəz rayon məhkəməsinin qərarı ilə 2 ay inzibati həbs edilmişdir. Həmin epizodla bağlı ifadəsinin davamı olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, oğurladığı sementləri Zərərçəkmiş şəxs2 məxsus evdən götürməmişdir. Onlar yarımtikili evdən sementdən əlavə heç nə oğurlamamışlar. O, heç vaxt Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq etməmişdir. Təqsirləndirilən şəxs1 oğurluq epizodu ilə bağlı məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadəsi elan edilməklə edilmiş və Təqsirləndirilən şəxs1 həmin ifadəsində göstərmişdir ki, qonşusu Yasin ona usta işlədiyi evdə sement olduğunu bildirib həmin sementi oğurlamağı təklif etmişdir. 2022-ci ilin fevral ayının sonlarında o, Yasin ilə birlikdə özünə məxsus VAZ-2106 markalı, **-BA-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsinə getmişlər. Orda yerləşən yarım tikili evlərin birindən 21 kisə sement və bir sellofan mis naqil götürüb aparmışlar. Həmin evdən götürdüyü sementləri Yasin ilə bölmüş, 11 ədədini Yasin götürmüş, 10 ədədini özü götürüb öz qapılarına yığmış, mis naqili isə çayın kənarında əridib Gəncə şəhəri, M.Bağırov küçəsi ilə D.Qorqud küçəsinin kəsişməsində yerləşən əlvan metal qəbulu məntəqəsində Bəbiş kimi tanıdığı şəxsə 26 manata satmışdır. Həmin vaxt özünə məxsus hərbi biletin sürəti ilə mis naqilləri satmışdır. Təqsirləndirilən şəxs1 X1 epizodu ilə bağlı ifadəsində göstərmişdir ki, Sahib Əlizaman əvvəllər o, Təqsirləndirilən şəxs2la birlikdə sement boşaldan zaman kənardan onların şəklini çəkib qohumu olan polis əməkdaşına atmışdır. Daha sonra o, Sahib Əlizamanın onun köhnə arvadı Rəqsanəyə qarşı nalayiq ifadə işlətdiyini eşitmişdir. O, Şahid8lə birlikdə Sahib Əlizamanın işlədiyi obyektə getmişdir. O, Sahib Əlizamana kənarda söhbət etməyi üçün avtomobilə əyləşməsini təklif etsə də, sonuncu ona qarşı söyünc söyməyə başlamışdır. O, Sahib Əlizamanın üzərinə gedəndə sonuncunun ona qarşı bıçaq çıxardığını görmüşdür. O, dərhal əvvəldən avtomobilində olan durba ilə Sahib Əlizamanın baş nahiyəsindən xəsarət yetirmişdir. Daha sonra mağazada işləyən şəxslər onları ayırmışlar. Həmin epizodla bağlı Təqsirləndirilən şəxs1 ifadəsinin davamı olaraq bildirmişdir ki, mübahisə zamanı Şahid8 yanında olmuş, lakin o, X12rşı hər hansı xəsarət yetirməsini görməmişdir. Sahib Əlizamanın işlədiyi obyekt Xətai prospektində Səməd Vurğun küçəsinin aşağısında yerləşmişdir. Hadisə axşam saatlarında baş vermişdir. Mübahisə zamanı səs-küyə yalnız mağazada işləyən işçi çıxmışdır. Sahib Əlizamanla aralarında baş verən mübahisədən sonra Şahid8lə birlikdə avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Sahib Əlizamana xəsarət yetirməyinin səbəbi sonuncunun həm qohumu olan polis əməkdaşına onların sement boşaldan zaman çəkdiyini şəkillərini göndərməsi, həm də köhnə arvadı Rəqsanəyə qarşı nalayiq ifadələr işlətməsi olmuşdur. Çünki o, inzibati həbsdə olanda Sahib Əlizaman onun arvadı Rəqsanəyə əxlaqsız təklif etmiş, həbsdən çıxandan sonra Rəqsanənin atası Vaqifin Sahibi vurduğunu bilmiş, lakin Vaqifgil səbəbini ona deməmişlər, sonra Rəqsanə özü ona Sahibin ona əxlaqsız təklif etdiyini demişdir. Ondan sonra o, Elçinlə birlikdə Sahibin yanına getmişdir. İşlədiyi yerin qarşısında dayanıb Sahibi çağırmış, sonuncu da söyüş söyərək gəlmədiyini demişdir. O, əsəbiləşib avtomobilində olan dəmir parçası ilə sonuncunu vurmuşdur. O, Sahib Əlizamanı vurandan sonra yaxınlıqdakı mağazalarda işləyən şəxslər çıxıb onları ayırmışlar. Dava zamanı o, Sahibə onu polislərə satması ilə bağlı heç nə deməmiş, o, sadəcə söhbət etmək üçün sonuncunu çağırmış, sonuncu da gəlməyib söyüşlə onu çağıraraq “özün gəl” dediyi üçün o, əsəbiləşib Sahib Əlizamanı vurmuşdur. Sahibin polislə əlbir olub onu həbs etdirməsini Elçin demişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 qızının epizodu ilə bağlı ifadəsində göstərmişdir ki, o, əvvəllər İlhamənin evinin yaxınlığında dayanaraq sonuncuya məxsus “Wifi”-dan istifadə etmişdir. Buna görə də İlhamə bir neçə dəfə ona xəbər göndərərək evinin qarşısında durmamağını, yoldaşı Orxanın onu orada görəcəyi təqdirdə mübahisə yaranacağını demişdir. O isə arvadı Rəqsanəyə İlhamənin evinə getməməyini demişdir. Bir gün işdən evə qayıdarkən Rəqsanəni İlhamənin evinin qarşısından gələndə görmüşdür. O, yenidən Rəqsanəyə İlhamənin evinə getməməli olduğunu demişdir. Həmin vaxt İlhamə darvazanın arxa hissəsində onları dinləmişdir. Bu vaxtı İlhamə həyətə daxil olaraq “mənim nəyimi görmüsən ki?” kimi sözlər deyərək ona qarşı nalayiq ifadələr işlətməyə başlamışdır. O, İlhaməyə həyətdən çıxıb getməsini bildirmişdir. İlhamə Orxanın adı ilə onu hədələyib getmişdir. Bir qədər sonra Orxan yaşadığı evinə gələrək onunla təklikdə danışmaq istədiyini demişdir. O, özünə məxsus “VAZ-2106” markalı avtomobilə əyləşib getməyə hazırlaşan zaman qayınatası Şahid7 və qayınları Şahid4lə Şahid8 avtomobilinə əyləşərək birlikdə getmək istədiklərini demişlər. O, qayınatası və qayınları, Orxan isə özünə məxsus avtomobili ilə Gəncə şəhəri, Yeni Gəncə qəsəbəsində yerləşən 2 nömrəli tam orta məktəbin arxasına getmişlər. O, avtomobildən enib Orxan ilə təkbətək söhbət etmişdir. Həmin vaxt Orxan onun üz nahiyəsinin sol tərəfinə yumruq atmış, o, özünü itirib yerə yıxılmış, ayağa qalxanda yerdən daş götürüb Orxana tərəf atmışdır. Bu vaxtı Orxanın dostları onların üstün gəlmişlər. O, dəmir parçası götürmək üçün avtomobilinə tərəf qaçanda xanımların hadisə yerinə gəldiklərini görmüşdür. Xanımlar avtomobilini daşlamağa başladılar. O, avtomobilə əyləşib Vaqifin yaşadığı evə gəlmişdir. X6 ilə danışmaq üçün sonuncunun evinə getdiyini öyrənmişdir. O da İlhamənin evinin qarşısına gələrək sonuncuya qarşı nalayiq ifadələr işlədib qışqıraraq onu çağırmağa başlamışdır. İlhamə Orxana zəng edərək onun gəldiyini demişdir. Bir qədər keçdikdən sonra Orxan bir neçə şəxslə birlikdə onun evinin qarşısına gəlmişdir. Həmin vaxt dəmir parçası götürmək üçün evə daxil olmuşdur. Rəqsanə Amalya ilə birlikdə onu evin zirzəmisinə düşürdüb söhbət etməyə başlamışlar. Bu vaxtı Rəqsanə zirzəminin qapısını çöldən kilidləmiş və o, Amaliya ilə birlikdə zirzəminin içərisində qalmışdır. Həmin vaxt Orxan həyətin darvazasından həyətə tullanaraq qayınanası Rəsmiyyəni vurmuşdur. O, Orxana qışqıraraq qapını açmasını, qapının çöldən bağlandığını demişdir. Həmin vaxt qaynı Orxanı həyətdən, onu isə zirzəmidən çıxartmışdır. O, əlindəki boru ilə Orxanın üzərinə qaçmışdır. Bir qədər Orxanın arxasınca qaçdıqdan sonra sonuncu avtomobilə əyləşib oradan uzaqlaşmışdır. Bu hadisədən sonra o, Bakı şəhərinə getmiş və bir müddətdən sonra Gəncə şəhərinə qayıtmışdır. Bir gün marketdən qayıdan zaman İlhamə və anası Səlminazı evin qarşısında görmüşdür. Sonuncular ona qarşı nalayiq ifadələr işlətməyə başlamışlar. O da sonunculara cavab verib avtomobili sürərək oradan uzaqlaşmışdır. Axşam saat 11 radələrində qardaşı Xəyalın onu çağırdığını eşitmişdir. Nə baş verdiyini anlamaq üçün çölə çıxdıqda Xəyal ona küçədəkilərin kim olduğunu soruşmuş, ardınca da məsələni aydınlaşdırmaq üçün qardaşı onu gözləmədən avtomobilinə əyləşərək həmin şəxslərin arxasınca getmişdir. O, əynini geyinib çıxmaq istəyəndə oğlu evin pilləkənindən yıxılmışdır. Rəqsanə ilə oğlunu qonşunun evinə apardıqdan sonra o, Xəyalın arxası ilə getmişdir. O, küçəyə çatdıqda Səlminazın vurulduğunu, Alim kişinin avtomobil ilə əzildiyini, Vaqifin isə bel ilə Orxanın arxasınca qaçdığını görmüşdür. O, Alim kişinin avtomobilin altından çıxarılmasına kömək etmişdir. Bundan sonra polis əməkdaşları əvvəlcə Vaqifi, daha sonra Xəyalı polis idarəsinə aparmışlar. Həmin epizodla bağlı ifadəsinin davamı olaraq Təqsirləndirilən şəxs1 bildirmişdir ki, o, Zərərçəkmiş şəxs3 vurulan davada iştirak etməmişdir. X7 Bağırovaya qarşı nalayiq ifadələr işlətdiyini zənn edərək sonuncu onun vurduğunu demişdir. Zərərçəkmiş şəxs3 vurulan zaman davada o yox, qardaşı iştirak etmişdir. Səlminazı Şahid7 vurmuşdur. X25 Səlminazı vurmasını görüb avtomobili ilə Vaqifi vurmaq istəmiş, lakin hava qaranlıq olduğuna görə Orxan səhvliklə Alim kişini avtomobil ilə vurmuşdur. O, arvadı ilə oğlunu qonşunun evinə apardıqdan 15 dəqiqə sonra Xəyalın yanına çatmışdır. İlhamə ilə aralarında olan mübahisədən sonra o, Bakı şəhərinə getmişdir. Orada olarkən İlhamənin anası Səlminaz ona “WhatsApp” proqramı ilə yazaraq narahat olmamağını, özünün gəlib hər şeyi həll edəcəyini demişdir. Yazışma zamanı Səlminaz Şahid7 və sonuncunun qızı Şahid6aya qarşı nalayiq ifadələr işlədərək baş verənlərin Vaqifin ucbatından olduğunu demişdir. Axırıncı dava zamanı Rəqsanə Səlminaza qarşı söyüş söymüşdür. Xatırladığı qədəri ilə küçədə Vaqifin yoldaşının saçlarından tutaraq sürümüşlər. Arvadı ona sadəcə İlhamə və Səlminazla dalaşdığını demişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 ilə sonuncuya məxsus “VAZ-2106” markalı avtomobil ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsinə getmişlər. Orada yerləşən yarımtikili evlərin birinin içərisinə daxil olmuşlar. Həyətə daxil olduqdan sonra oradakı 5 kisə sementi götürüb Röyalın avtomobilinə qoymuşlar. Bundan sonra həmin sementləri Röyalgilin evinin qarşısına gətirmişlər. Bir müddət sonra işdə olarkən polis əməkdaşları onu saxlayıb polis şöbəsinə gətirmişlər. Həmin oğurluq hadisəsinə görə Gəncə şəhər Kəpəz rayon məhkəməsinin qərarına əsasən 3 ay inzibati qaydada həbs edilmişdir. İfadəsinin davamı olaraq Təqsirləndirilən şəxs2 bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1lə birlikdə Gəncə şəhəri Məhsəti qəsəbəsində yerləşən yarımtikili həyət evindən yalnız 5 ədəd sement götürmüşdür. Cinayət işinin materiallarında qeyd olunan elektrik naqili və döşəmə taxta onlar tərəfindən oğurlanmamışdır. Polis idarəsində polis əməkdaşları bildirmişlər ki, elektrik naqili və döşəmə taxtanı guya özünün oğurladığını etiraf etsə 3 ay inzibati qaydada həbs oluncaqdır. Ona görə də onlar Zərərçəkmiş şəxs2 məxsus yarımtikili həyət evindən yalnız 5 kisə sement götürmüşlər. Oğurluq hadisəsi 2022-ci ilin fevral ayında baş vermiş, o isə 2022-ci ilin aprel ayında həbs edilmişdir. Oğurluq hadisəsi baş vermiş Zərərçəkmiş şəxs2 məxsus həyət evinin hasarı yarımçıq tikilmiş, darvaza və içəri qapıların hamısı olmuşdur. Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurladığı sementləri gətirib sonuncunun evinin qarşısına qoymuşlar. O, barışıq ərizəsini almaq üçün Zərərçəkmiş şəxs2 dəyən maddi ziyanı geri ödəmişdir. Polis idarəsində ondan izahat alan müstəntiq oğurlanan elektrik naqili və döşəmə taxtanı da özünün oğurladığını etiraf etdiyi təqdirdə ona köməklik göstərəcəyini demişdir. İbtidai istintaq zamanı ifadə verərkən heç bir təzyiq yaxud təsirə məruz qalmamışdır. Təqsirləndirilən şəxs2 oğurluq epizodu ilə bağlı məhkəməyədək icraat zamanı vermiş olduğu və məhkəmə baxışında verdiyi ifadələri arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı xx.xx.2023-cü il tarixdə şübhəli şəxs, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə isə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələri elan edilməklə edilmiş və Təqsirləndirilən şəxs2 həmin ifadələrində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs1 4-5 ildir tanımış və sonuncu ilə qonşuluqda yaşamışdır. 2022-ci ilin fevral ayında sonlarında Təqsirləndirilən şəxs1lə zəngləşmiş və sonuncu onu 2705 dairəsindən özünə məxsus VAZ-2106 markalı avtomobil ilə götürmüşdür. Həmin vaxtı o, Röyala Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən evlərin birində usta kimi işlədiyini və həmin evdə sement olduğunu bildirib həmin sementləri evdən götürməyi təklif eləmişdir. Röyal da onunla razılaşmışdır. Onlar həmin günü axşam saat 20-dən sonra Təqsirləndirilən şəxs1 məxsus VAZ-2106 markalı, **-BA- *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhəri, Məhsəti qəsəbəsinə getmişlər. Həmin evə çatdıqdan sonra maşından düşüb qapını açmış və içəri daxil olmuşlar. Həyətə daxil olduqdan sonra həyətdən 8 kisə sement, 12 ədəd taxta və təxminən 250 metr mis naqil götürüb həmin materialları Təqsirləndirilən şəxs1 məxsus avtomobilə yükləyib aparmışlar. Oğurladıqları sementlərin hamısını Röyalın tanıdığı adama 40 manata satıb pulu bölmüşlər. Mis naqilləri yaşadığı həyətdə əritdikdən sonra Röyal həmin naqilləri 26 manata satmış və pulu bölmüşlər. Götürdüyü taxtaları isə o, 150 manata satmış və pulu Röyal ilə yarıya bölmüşlər. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yuxarıda qeyd olunan cinayət əməllərini törətmələri məhkəmə istintaqında dindirilmiş zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, tədqiq edilmiş ekspert rəyləri, istintaq hərəkəti protokolları, protokollara əlavələr və işdə olan aşağıdakı mötəbər və mümkün hesab edilən digər sübut növləri ilə tam sübuta yetirilir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhəri, Məhsəti qəsəbəsində yeni ev tikdirmişdir. Həmin evin hasarı açıq ollmuşdur. Evdə təmir işləri bir müddət davam etsə də, sonradan o, işləri ilə bağlı təmiri davam etdirə bilmədiyi üçün təmir prosesi dayanmışdır. Həmin evə baş çəkən zaman orada olmuş 15 kisə sementin, elektrik naqilin və döşəmə taxtalarının yerində olmadığını və götürüldüyünü görmüşdür. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs2 bildirmişdir ki, hadisənin üzərindən xeyli vaxt keçdiyi üçün oğurlanan dəqiq malların adlarını və sayını unutmuş, lakin ibtidai istintaq zamanı verdiyi ifadəsində götürülmüş malların adlarını, miqdarını və ona dəymiş maddi ziyanı dəqiqliklə göstərmişdir. Həmin vaxtı əşyalarının kim tərəfindən oğurlanmasını bilməmiş, ona ancaq əşyalarının “VAZ-2106” markalı avtomobillə oğurlanması məlum olmuşdur. Evinin hasarı yarımçıq olmuş və üzərindən asanlıqla keçmək mümkün olmuşdur. Evinin tikintisi bitməsə də, darvaza və içəri qapıların hamısı olmuşdur. Sement kisələri həyətdə olmuş, lakin elektrik naqili və döşəmə taxtalar içəridə olmuşdur. Həyətin darvazası bağlı olmuşdur. Ola bilsin ki, oğrular həyətə hasardan düşmüşlər, evə isə qapıdan keçmişlər, çünki darvaza bağlı olsa da, evin qapısı açıq olmuşdur. Ona adını xatırlamadığı bir nəfər şəxs zəng edib gecə 3-4 nəfər tanımadığı şəxsin ona məxsus əşyaları “VAZ-2106” markalı avtomobillə götürdüyünü demişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi olmamış, ona dəymiş ziyan tamamilə ödənilmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş X2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1lə aralarında mübahisə yaranmış, bir-birinə söyüş söymüşlər, sonra dava-dalaş olmuş, dava zamanı da Röyal dəmir parçası ilə onun başına vurmuşdur. İfadəsinin davamı olaraq X19 bildirmişdir ki, o, dalaşmaq üçün Röyalın yanına getməmiş, sonuncu Elçinlə birlikdə onun işlədiyi yerə gəlmişdir. Dava zamanı Röyal dəmir parçası ilə onun baş nahiyəsindən zərbə vurmuş, Elçin isə əli ilə vurmuşdur. Röyal dəmir parçası ilə başına vurandan sonra o, huşunu itirdiyi üçün həmin vaxt Elçinin nə etdiyini bilməmişdir. Dava axşam saatlarında baş vermişdir. Röyal onunla dalaşmağa 2-3 nəfərlə birlikdə avtomobillə gəlmişdir. Röyalla birlikdə gələn şəxslərin arasında Elçin adlı şəxs olmuş və dava zamanı sonuncu onu vurmuşdur. O, X27 küçəsində bərbər işləmiş, Röyal da axşam saatlarında oraya gəlmiş, dava da onun işlədiyi yerin qarşısında baş vermişdir. Dava zamanı ətrafda çox insan olmasa da, səs-küy olandan sonra insanlar toplaşıb onları ayırmışdır. O, Röyalın arvadını tanımamış, sonuncu ilə də heç bir münasibəti olmamışdır. Röyal inzibati həbsdə olanda sonuncunun arvadı Rəqsanə xanıma qeyri-etik təklif etməmişdir. Röyalın qayınatası Vaqif onun işlədiyi yerə gəlib onunla mübahisə etmiş, lakin ona yumruq zərbəsi vurmamışdır. Vaqiflə aralarında olan mübahisənin səbəbini xatırlamamışdır. Vaqif onun yanına gələndə onu təhqir edib söyüş söymüşdür. Vaqif yanına gəlib onunla dalaşanda içkili olmuş, lakin həmin vaxtı sonuncu qızı Rəqsanə ilə bağlı gəldiyini deməmişdir. Vaqif yanına gəlib mübahisə edəndə onu qızı Rəqsanəyə əxlaqsız təklif etməkdə günahlandırmış, o da elə bir şey olmadığını dedikdə sonuncu yumruqla onu vurmuşdur. Hadisə günü Röyal da işlədiyi yerə Rəqsanəyə əxlaqsız təklif etdiyi üçün gəlmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. O, Təqsirləndirilən şəxs1lə barışmış, ona dəymiş ziyan ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və ya tələbi yoxdur, əvvəlki məhkəmə iclasında verdiyi barışıq ərizəsini də təsdiq etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 qızı ifadəsində göstərmişdir ki, o, Türkiyə Respublikasında yaşamış və ara-bir Gəncə şəhərinə gəlib-getmişdir. Təqsirləndirilən şəxs1lə onun arasında əvvəllər heç bir dava-dalaş olmamış, onlar ümumiyyətlə bir-birini tanımamışlar. O, Gəncə şəhərinə gələndən bir ay sonra qızı İlhamənin əri Orxanla Təqsirləndirilən şəxs1 arasında mübahisə olmuşdur. Hadisə günü qapı döyülmüş, kürəkəni Orxan qızı İlhaməyə onu buraxmamasını tapşırıb evdən çıxmışdır. O, dava olacağını başa düşdüyü üçün evdə dura bilməmiş və qızının təkidinə baxmayaraq, Orxanın arxasınca çıxmışdır. Küçəyə çıxıb Orxanı səsləyəsəsləyə yolu keçəndə vurulmuşdur. İfadəsinin davamı olaraq Zərərçəkmiş şəxs3 bildirmişdir ki, Orxan evdən çıxandan təxminən 15 saniyə sonra o da sonuncunun arxasınca çıxmış, evdən çıxan kimi də vurulmuşdur. Onu Təqsirləndirilən şəxs1 vurmuşdur. O, evdən çıxanda qızı evdə olan itin bayıra çıxmaması üçün sonuncunu tutub saxlamış, o, arxaya baxmadığı üçün İlhamənin arxasınca gəlib-gəlmədiyini, vurulmağını görüb-görmədiyini bilməmişdir. O, evdən çıxıb arxı keçən kimi vurulmuş, həmin vaxt çönüb arxaya baxmaq heç ağlına da gəlməmişdir. O, Təqsirləndirilən şəxs1lə barışmış, bununla bağlı notarial qaydada təsdiq olunmuş ərizə də vermiş, sonuncudan heç bir şikayət və tələbi yoxdur, barəsində azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 qızı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs1 qonşusu Vaqifin kürəkəni və Rəqsanənin həyat yoldaşı olmuşdur. Onların nəinki Rəqsanəgillə, ümumiyyətlə heç bir qonşu ilə problemləri olmamış, hazırda da yoxdur. Rəqsanə onlara gəlib-getmişdir. Rəqsanəgilin maddi çətinlikləri olduğu üçün o, sonuncunun özünə də, uşağına da əlindən gələn qədər köməklik etmişdir. Bir gün Rəqsanə ondan fen istəmiş, o da əlinin boş olmadığını, gətirib verəcəyini demişdir. Onlara getmək istəyəndə qapılarının qarşısında olan vaxt Röyalın uca səslə onun pozğun qadın olduğunu, Rəqsanəyə ondan uzaq durmasını dediyini eşitmişdir. Bundan da artıq sözləri Röyal sonradan mesajla ona yazmışdır. O, həmin mesajları təqdim etmişdir. O, Röyalın dediyi sözləri eşidib açıq olan darvazalarından içəri daxil olmuş və Röyala nə üçün onun haqqında bu formada danışdığını, pozğunluq etməyini görübgörmədiyini soruşmuşdur. Bu vaxt Röyal ona “get kələn gəlsin, onunla söhbət edəcəm” demişdir. Röyalın bu sözündən sonra o, heç nə demədən evinə qayıtmışdır. Röyalın bu sözünü yoldaşı Orxana deyib-deməməyini çox düşünmüşdür. Çünki bu məsələni Orxana deyəcəyi halda ərinin dava salacağından qorxmuşdur. Digər tərəfdən əgər Orxana deməsə sonradan eşidib ona əsəbiləşərdi. Orxana baş verənlər haqqında danışmamışdan əvvəl Röyalın yoldaşı və qayınanası onlara gəlib baş verənlər barədə Orxana danışmamağını demişlər. O, məcbur qalıb baş verənləri Orxana danışmışdır. Orxan da gəlib Vaqifgilin qapısını döymüşdür. Qapıya Vaqifin özü, sonra isə Röyal və Vaqifin uşaqları Tağı və Elçin çıxmışlar. Evləri yaxın olduğundan o, bunları görmüşdür. Bir qədər sonra onlar söhbət etmək üçün avtomobillə başqa yerə getmişlər. Bundan sonra baş verənlərdən məlumatı olmamışdır. 20-25 dəqiqə sonra Röyal tək şəkildə onun yaşadığı evə əlində lom ilə gəlib qapısını sərt şəkildə vurmuş, ünvanına nalayiq ifadələr işlətmiş və onu hədələmişdir. Lomun izləri hələ də darvazalarında qalmaqdadır. Röyal ona nə üçün əri Orxana şikayət etdiyini demişdir. Bir qədər sonra Röyal çıxıb getmişdir. Bundan sonra aralarında yenə də davalar olmuş, lakin bir müddət sonra aralarında sakitçilik olmuş, çünki Röyal həmin vaxt Bakı şəhərinə getmişdir. Röyal Bakı şəhərində olanda ona mesaj yazaraq hədələmişdir. 2022-ci ilin iyul ayının əvvəllərində anası Türkiyədən qayıdaraq yaşadığı evə gəlmişdir. Anası qayıtdıqdan sonra Röyallgillə aralarında olan mübahisəni bitirmək üçün onunla birlikdə Röyalgilin yaşadığı evə getmişdir. Orxan həmin vaxt işdə olmuşdur. Anası qapını döydükdə qapını Vaqifin yoldaşı Rəsmiyyə açmışdır. Anası Rəsmiyyəyə kürəkəni Röyalın nə üçün bu cür hərəkətlər etməsini demişdir. Daha sonra mübahisə başlamış, bunu görən qonşular yaxınlaşıb onları aralamışlar. 14 iyul 2022-ci il tarixdə axşam vaxtı evlərinin qarşısında olanda Röyal idarə etdiyi avtomobillə onun yanından keçmişdir. Həmin vaxt avtomobildə Röyalın yanında olan Tağı ona daş atmışdır. Daş onun sol qoluna dəymişdir. O, bu barədə DİN “102” xidmətinə zəng etmiş və olanlar barədə danışmışdır. Bir qədər sonra polis əməkdaşları ünvanına gələrək onları dinləmişlər. Polis əməkdaşları evlərindən getdikdən 20-30 dəqiqə sonra Orxan işdən gəlmişdir. O, anası və Orxan məhlədə oturmuşlar. Bu vaxt qapılarına daş yağdırmışlar, onun və Orxanın ünvanına nalayiq ifadələr işlədib ərinə “kişisənsə çölə çıx” demişlər. Buna görə də əri qapıya çıxmışdır. Ərindən bir neçə dəqiqə sonra anası da çölə çıxmışdır. Anasından sonra isə o, çölə çıxmışdır. Bu zaman Vaqifin əlində bel, Röyalın əlində isə balta olduğunu görmüşdür. O, darvazalarının qarşısında, anası isə arxın digər tərəfində olmuş, anası ilə aralarında 5-6 addım məsafə olmuşdur. Orxanı qarşı tərəfdə qonşunun qapısının qabağında Tağı, Xəyal və Röyal dairəyə almışdır. Orxan əlindəki boru ilə özünü qorumağa çalışmışdır. Anası onları ayırmağa çalışanda Röyal anasını başından vurmuş, anası da yıxılmışdır. Bu vaxt o, “Orxan mama öldü” demişdir. Bundan sonra Orxan əlindəki boru ilə Xəyalın başından və ayağından vurmuşdur. O, anasına tərəf getmək istəyəndə Elçinin əlində bıçaqla üzərinə gəldiyini görüb darvazadan içəri keçərək qapını bağlamışdır. O, anasını həmin vəziyyətdə görüb sarsıntı keçirmiş və bir neçə dəqiqə özündə olmamışdır. Sonra həyətdən paltarının ətəyinə çoxlu daşlar yığıb darvazadan küçəyə çıxmışdır. Evin qarşısına çıxanda anasını yerdə təpiklə vurduqlarını görüb anasından kənarlaşmaları üçün sonunculara daş atmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, Röyal onun uşağının atası olmuş və onlar rəsmi nikah olmadan ər-arvad münasibətində yaşamışlar. Şahid1 onun atasıgilin qonşuluğunda yaşamışdır. İlhamə ilə Röyalın arasında mübahisə olmuşdur. O, anasıgildə olanda İlhaməgilə getmiş, Röyal bunu görüb ona “kənardan baxan yaxşı demir, bir də səni İlhaməgildə görməyim” demişdir. Bu vaxt İlhamə Röyalın bu sözünü eşidib içəri girmiş və “mənə nə olub ki? sən buna görə Orxana cavab verəcəksən” demişdir. Bir qədər sonra İlhamənin əri Orxan onlara gəlmiş, atası Vaqif Orxanın qarşısına çıxmış, sonuncu atasına “kürəkənin haradadır, de çölə çıxsın” demişdir. Röyal çıxanda Orxan ərinə “gəl gedək söhbət edək” demişdir. Onlar birlikdə Yeni Gəncə qəsəbəsində yerləşən dərə adlanan yerə söhbət etməyə getmişlər. Orxan Röyalı çağıranda dava olmayacağına dair söz vermiş, lakin yanında çox adamla gəldiyindən onlar gedəndən sonra o, atası və qardaşları Elçin və Tağını onların arxasınca göndərmişdir. Orxan Röyalla dalaşmaq üçün xeyli dostlarını da özü ilə dərəyə gətirmişdir. Atası ilə qardaşları onların arxasınca gedəndə Röyal onları görüb avtomobillə evə gəlmişdir. Həmin vaxt Orxan Röyala yumruq vurmuş və ərinin dişi sınmış, sifəti də şişmişdir. Röyal evə gələndən sonra İlhaməni görüb əsəbiləşərək sonuncuya “sən Orxanı mənim üstümə göndərməklə neynəmək istəyirsən ki?” demişdir. Bundan sonra İlhamə Orxana zəng edib “sən necə kişisən? bunun öhdəsindən gələ bilmədin ki, yenə gəlib məni təhqir edir?” demişdir. Ardınca Orxan yenidən onların küçəsinə gəlib dava salmış, küçədə yaşayan hamı səs-küyü eşidib çölə çıxmışdır. Orxanın Röyalla dalaşmasının qarşısını almaq üçün evin darvazasını bağlayıb Röyalı evin zirzəmisinə salmışlar. Orxan hasardan tullanıb həyətə keçmiş, oraya toplaşan şəxslər nə qədər cəhd etsələr də Orxanı sakitləşdirə bilməmişlər. Orxan “Röyalı öldürməmiş əl çəkən deyiləm” demişdir. Röyal da zirzəmidə olan qabları sındırıb qışqırmış ki, onlar qapını açsınlar. Həmin gündən sonra Orxan Röyaldan əlçəkməmiş, hər dəfə görəndə hədə-qorxu gəlmişir, avtomobillə harasa gedəndə öz avtomobilini üstünə sürmüşdür. Həmin gündən sonra Orxanla Röyal arasında mübahisə davam etmişdir. Bir gün atası zəng edib direl lazım olduğunu demiş, Röyalın gəlməməsini, özünün aparmağını xahiş etmişdir. Röyalla marketə gedəndə anasına zəng edib evlərinin yanından keçdiyini, Orxan küçədə yoxdusa gəlib direli vermək istədiyini demişdir. Anası da Orxanın küçədə olmadığını bildirmişdir. Evə yaxınlaşanda yenidən zəng edib Orxanın küçədə olub-olmadığını soruşmuş, sonuncu da Orxanın küçədə olduğunu bildirib gəlməməyini demişdir. Bundan sonra o, Röyalı bir qədər yubatmış ki, anası Orxanın küçədə olmadığını deyəndən sonra onlara getsin. Onlar anasıgilə gedəndə İlhamə ilə anası Səlminaz küçədə olmuşlar və onları görən kimi Röyala söz atmışlar. Onlar Röyalı küçədən evə aparmaq istəmiş, lakin Röyal evə girməyib küçədə gözləmişdir. Bu zaman mərhum qonşu Alim İlhaməgilə “siz qadınsınız, o da kişidi mübahisə edərsiniz sizə artıq söz deyər” demişdir. Ardınca Səlminaz əsəbi şəkildə “nə danışırsan, o, mənə nəsə deyə bilər?” demişdir. Bir qədər sonra Röyal evə daxil olmuşdur. Onlar anasıgildən çıxıb öz evlərinə gedəndə İlhamə ilə anası Səlminaz avtomobilin səsini eşidib küçəyə çıxmışlar və Röyalın avtomobilinə daş atmağa başlamışlar. Röyal da sonunculara söyüş söymüş və məhəl qoymaraq evlərinə getmişlər. Hadisə günü axşam qardaşları Elçin və Tağı da onlarda olmuşlar. Gecə qaynı Xəyal onlara gəlib qışqıraraq Röyalı çağırmışdır. Həmin vaxt Röyal yatağında olmuş və yatmağa hazılaşmışdır. O, eyvana çıxanda 5-6 nəfər oğlanın əlində hansısa alətlərlə irəli-geri getdiklərini görmüş və başa düşmüş ki, Orxan yenə dostlarını yığıb Röyalla dalaşmağa gəlmişdir. O, Xəyalın qarşısına keçib sonuncuya mane olmaq istəmiş, lakin Xəyal ona fikir verməyib avtomobilini idarə edərək getmişdir. Ondan sonra Röyal durub qardaşının arxasınca getmiş, o, nə etsə də ərinə mane ola bilməmişdir. Həmin vaxt azyaşlı qızı yıxılıb başını yaralandığı üçün Röyal bunu görüb qorxmuş və təxminən yarım saat ləngimişdir. Xəyaldan yarım saat sonra Röyal evdən çıxıb getmişdir. O, ərinin arxasınca qaçsa da, çatıb mane ola bilməmişdir. İfadəsinin davamı olaraq Şahid6a bildirmişdir ki, Röyal gedəndən sonra o, çayın əks tərəfində olan qonşu Əfsanə xanımın evinə getmiş, oraya gedəndən yarım saat sonra təcili tibbi yardım avtomobilinin səsini eşidib dava zamanı nəsə olduğunu fikirləşərək qorxmuş və qaynı Xəyala zəng edib nə baş verdiyini soruşmuşdur. Xəyal da Alim kişinin öldüyünü demişdir. O, səbəbini soruşanda Xəyal sadəcə “Orxan elədi” demişdir. Hadisə günü atası və qardaşları da davada olmuşlar. Röyal davaya Səlminaz xanım vurulandan sonra getmişdir. Sahib Əlizaman qonşusu olmuş, sonuncu ilə bir-birini qonşu kimi tanımışlar. Röyal törətdiyi inzibati xətaya görə həbsdə olanda Sahib Əlizaman ona iki dəfə əxlaqsız təklif etmişdir. O, bu barədə qaynanasına və atasına demiş, atası da Sahib Əlizamanın bərbər kimi işlədiyi yerə gedib ona əlxaqsız təklif etdiyi üçün sonuncunu yumruqla vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7, Şahid5, Şahid8, Şahid4 və Cəfərova X5 Rəqsanə Vaqif qızı ilə oxşar məzmunlu ifadələr vermişlər. Şahid7, Şahid8 və Şahid4 əlavə olaraq ifadələrində Təqsirləndirilən şəxs1 hadisə günü baş vermiş dava zamanı orada olduğunu və onlarla birlikdə davada iştirak etdiyini göstərmişlər. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti əsasında əlavə şahid qismində dindirilmiş X11 ifadəsində göstərmişdir ki, hadisə günü işdən evə qayıdarkən 6-7 nəfər tanımadığı şəxsin evlərinin olduğu döngədə gözlədiyini görmüşdür. O, sonunculardan nə üçün burada gözlədiklərini soruşduqda ona “sən kimsən ki, sənə nə aidiyyatı var” deyə cavab vermişlər. Danışıq zamanı onların qardaşı Təqsirləndirilən şəxs1 axtardıqları məlum olmuşdur. Söhbət etdiyi zaman həmin şəxslərin arxasından Orxan Nağıyev çıxaraq ona təpiklə zərbə vurmaq istəmişdir. Ancaq o, Orxana qarşılıq verərək sonuncunu vurmuşdur. Bu zaman Orxanın yanındakı digər şəxslər üzərinə gəlib ona qarşı nalayiq ifadələr işlətməyə başlamışlar. O, sonunculara əlindəkiləri evə qoyub dərhal yanlarına qayıdacağını demişdir. Evə girib yenidən döngəyə çıxanda həmin şəxslərin onun avtomobilini daşladıqlarını, pəncərələrini sındırdıqlarını və avtomobilə əyləşib uzaqlaşdıqlarını görmüşdür. Anası arxasınca gəlsə də, o, avtomobilə əyləşib Orxagilin arxalarınca getmişdir. Həmin şəxslər Şahid1 yaşadığı evin həyətinə daxil olmuşlar. O isə avtomobili Şahid7 yaşadığı evin qarşısında saxlamışdır. Bu vaxt Orxan və yanındakı digər şəxslər oradan söz atmağa başlamışlar. Bir qədər sonra Vaqiflə Orxan arasında mübahisə yaranmışdır. Bu vaxt anası yanına gəlib çatmışdır. Orxanla birlikdə gələn şəxslərdən biri Vaqifə qarşı söyüş söymüşdür. Vaqif də əlindəki bel ilə həmin adamı vurmuşdur. Həmçinin mübahisə zamanı tanımadığı şəxslərdən biri onun anasını vurmuşdur. O, həmin şəxsi vurmaq istəyəndə Səlminaz arxa tərəfindəki ağacların arasından çıxaraq hansısa bir alətlə onun başının arxa nahiyəsinə xəsarət yetirmişdir. Başı hərlənib yerə yıxılanda Səlminazın da onun ayağından tutaraq yerə yıxıldığını görmüşdür. O, sonuncunun yıxıldığı tərəfə baxdıqda Səlminazın arxasında Vaqif əlində bel ilə dayandığını görmüşdür. Vaqifin arxasında isə Orxan dayanmışdır. Həmin vaxt Orxan əlindəki bel ilə Vaqifə vurmaq istəsə də, Vaqif yerə əyildiyindən bel onun başına dəymişdir. O, yerə Səlminazın yanına yıxılmışdır. Anası, Tağı, Elçin və oradakı digər şəxslər qolundan tutaraq onu kənara çəkmişlər. Anası üzünə su vurub onu ayıltmışdır. Bu zaman Orxan avtomobilə əyləşib Vaqiflə onun üzərinə sürmək istəmişdir. Vaqif oradan qaçmış, Orxan isə avtomobillə Alimin üzərindən keçmişdir. Bundan sonra qardaşı Röyal hadisə yerinə gəlib çatmışdır. Tağıyeva Rəqsanə və Rəsmiyyə dava zamanı orada olmamışlar. Səlminaz onu vuran zaman sonuncudan arxada Vaqif olduğu üçün Səlminazı Vaqifin vurduğunu güman etmişdir. İfadəsinin davamı olaraq Xəyal Quliyev bildirmişdir ki, Orxan Nağıyev və digərləri yaşadığı evin qarşısında gözləyən zaman qardaşı Röyal evdə yatmışdır. Röyal səs-küyə oyanıb nə baş verdiyini soruşduqda, o, heç nə olmadığını, özünün həll edəcəyini demişdir. O, avtomobillə Orxan Nağıyevin arxasınca gedən zaman qardaşı Röyal yanında olmamışdır. Röyal həmin vaxt yoldaşı və uşağını çayın digər tərəfində olan Əfsanə adlı qonşunun evinə aparmışdır. Avtomobil ilə Orxan Nağıyevin yanına təxminən üç dəqiqədən sonra çatmışdır. Anası isə arxasınca piyada gəlmişdir. Anası gələnədək artıq Orxanla mübahisələri başlamışdır. Orxan yanındakı şəxslərə “qadın demiyin, kişi deməyin, qarşınıza çıxanı vurun” kimi sözlər demişdir. Bu zaman Orxanın yanında olan tanımadığı saqqallı oğlan əlindəki alətlə anasını vurmuşdur. Təqsirləndirilən şəxs1 hadisə yerinə Səlminaz vurulduqdan sonra gəlmişdir. Davanın başlanğıcından orada o, Vaqif, Tağı və Elçin olmuşlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Gəncə şəhərində yerləşən "xxxx" MMC-nin tərkibində olan əlvan metal qəbulu məntəqəsində anbardar vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs1 işlədiyi yerə gəlib mis satdığını demiş, o da pulunu verib satdığı misi almışdır. İfadəsinin davamı olaraq Şahid3 bildirmişdir ki, Təqsirləndirilən şəxs1 bir dəfə mis almış, lakin aldığı misin çəkisini və hansı tarixdə aldığını xatırlamamışdır. Ondan bununla bağlı ifadə almışlar, lakin o, həmin misin oğurluq olduğunu bilməmişdir. O, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq etmişdir. Məhkəmə tərkibi Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəllənin (bundan sonra - Cinayət-Prosessual Məcəllə) 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin (təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin) ifadələri ilə yanaşı, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və işdə olan digər sənədləri də sübut növləri kimi qəbul edir. Belə ki, iş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2022-ci il tarixli, 725 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, X1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - sağ təpə nahiyəsinin əzilmiş yarası, sol bud nahiyəsinin qançırı – bərk küt əşyanın (əşyaların) təsiri nəticəsində əmələ gəlmişdir, əmələ gəlmə müddətləri qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir, dərəcələrinə görə sağ təpə nahiyəsinin əzilmiş yarası sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya, sol bud nahiyəsinin qançırı isə sağlamlığa zərər vurmayan xəsarət olduğu üçün dərəcəsi təyin edilmir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in Gəncə şəhər şöbəsinin xx.xx.2022-cü il tarixli, 1343 nömrəli məhkəmə-tibbi ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 qızının bədəni üzərində müəyyən edilmiş xəsarətlər - baş beyinin alın təpə-gicgah paylarına subdural, subaraxnoidal qansızma, alın-təpə sümüyünün kəllə əsasına keçən xətti sınığı, açıq kəllə-beyin travması ilə müşayiət olunan alın-təpə nahiyəsinin çapılmış yarası – çapıcı alətin təsiri nəticəsində əmələ gəlmiş, əmələ gəlmə müddəti qərarın təsviri hissəsində göstərilən tarixə, yəni xx.xx.2022-ci il tarixə uyğun gəlir və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aid edilir. Zərərçəkmiş şəxs3 qızının bədəni üzərində müəyyən edilən yuxarıda göstərilən xəsarət yol-nəqliyyat hadisəsinə xarakterik deyil. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi MTE və PAB PHŞ-in xx.xx.2023-cü il tarixli, 22 nömrəli məhkəmə-bioloji ekspertizasının rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 qızının maye halda qanının qrup göstəricisi ABO sistemi üzrə B (İİİ) alfa-dır. Zərərçəkmiş şəxs3 məxsus bir ədəd yubka (don), bir ədəd ləçək (şal) üzərində insana məxsus qan aşkar olundu, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi B (İİİ) alfa olduğundan onun özünə məxsus ola bilər. Zərərçəkmiş şəxs3 məxsus bir ədəd şalvar üzərində qan aşkar olunmadı. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli, 9/4556 nömrəli məhkəmə-əmtəəşünaslıq ekspertizasının rəyindən görünür ki, ekspertiza təyini haqqında qərarda qeyd edilən malların 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 658,00 manat müəyyən olunur. O cümlədən: 08 ədəd Akkord markalı, hər biri 50 kq sement – 120,00 (15x8) manat, 250 metr uzunluğunda iki damarlı, 4 mm-lik (2x4mm) mis elektirik naqili - 400,00 (250x1,60) manat, 12 ədəd hər biri 2.5x15x600 sm ölçülərində şam taxta – 138,00 (12x11,50) manat. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 həmin gün saat 19:00-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.2.1 və 221.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1, 221.2.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs1 barəsində həbsetmənin əvvəli 24 fevral 2023-cü il tarixdən hesablamaqla 02 (iki) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 həmin gün saat 23:30-da Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında” qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsi və MSY-dən azad edilməsi haqqında” qərardan görünür ki, həmin gün saat 17:30-da Təqsirləndirilən şəxs2 barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə o, saxlanıldığı Gəncə şəhər BPİ-nin MSY-dən azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus nömrəsiz fərdi yaşayış evidir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Gəncə şəhəri Ş.İ.Xətai prospektində yerləşən bərbər köşkünün qarşısıdır. Həmin yerin ətrafında təkər təmiri sexi, ərzaq mağazası, avtoyuma məntəqəsi və digər iaşə obyektləri vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2022-ci il tarixli “hadisə yerinə baxış keçirilməsi haqqında” protokoldan və protokola əlavə olunmuş fotocədvəldən görünür ki, hadisə yeri - Gəncə şəhəri, Səməd Vurğun küçəsi, 81 nömrəli fərdi yaşayış evinin qarşısıdır. Hadisə yerinə baxış zamanı qanabənzər ləkələrdən nümunələr, ağac parçası və dəmir parçası (lom) müvafiq qaydada qablaşdırılmaqla götürülmüşdür. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 qızının övladı Şahid1 qızının ibtidai istintaq orqanına təqdim etdiyi Təqsirləndirilən şəxs1 ona WhastApp ani mesajlaşma proqramında yazdığı mesajların fotoşəkilindən görünür ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin iyunda müxtəlif günlərdə Şahid1 təhqiredici mesajlar yazmışdır. Həmin mesajların məzmunundan açıq-aydın görünür ki, tərəflər arasında münaqişə vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “şübhəli şəxsin ifadəsinin yerində yoxlanılması haqqında” protokoldan protokola əlavə olunmuş fotocədvəldən görünür ki, şübhəli şəxs Təqsirləndirilən şəxs2 ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı o, Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən oğurluq etdikləri yeri və şəraiti əyani göstərməklə törətdiyi cinayətin təfərrüatlarını tam və dolğun surətdə ifadəsində göstərilənlərə uyğun olaraq bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 Kəpəz RPİ-yə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizəsindən görünür ki, o, özünə məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən məxsus nömrəsiz fərdi yaşayış evinin həyətindən 15 kisə sementin, 250 metr uzunluğunda elektrik naqilinin və 12 ədəd döşəmə taxtasının oğurlandığı bildirib ümumilikdə ona 725 manat məbləğində maddi ziyan dəydiyini göstərmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin xx.xx.2023-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş-əməliyyat axtarış tədbirləri nəticəsində Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən məxsus nömrəsiz fərdi yaşayış evindən oğurluğu Təqsirləndirilən şəxs1 törətməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 23:00-da Gəncə şəhər Abbas Səhhət adına xəstəxanadan X1 başın təpə payın çapılmış yarası ilə xəstəxanaya daxil olması barədə məlumat verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş X1 Gəncə şəhər BPİ-nin 2-ci PŞ-ya təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, həmin gün saat 23 radələrində Gəncə şəhəri, Ş.İ.Xətai prospektində yerləşən işlədiyi bərbər köçkünün qarşısında tanışı Təqsirləndirilən şəxs1 onun başına dəmirlə, Elçin adlı şəxsin isə onun xayasına yumruqla və təpiklə vurduqlarını, həmin şəxslərin yanında olan bir nəfər tanımadığı şəxsin isə yumruqla dodağını partladığı göstərib həmin şəxslər barəsində qanuna müvafiq tədbir görülməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 23:27-də özünü təqdim etməyən qadın +99***-***-**-** mobil nömrədən zəng edərək anasını öldürüllər deyib dəstəyi asmışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin məsul növbətçisinin tərtib etdiyi xx.xx.2022-ci il tarixli raportdan görünür ki, həmin gün saat 23:25-də Şahid8 adlı şəxs +99***-***-**-** mobil nömrədən zəng edərək Səməd Vurğun küçəsində kütləvi şəkildə dava olması barədə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər BPİnin 2-ci PŞ-nin 27.06.203-cü il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində xx.xx.2022-ci il tarixdə saat təxminən 23 radələrində Gəncə şəhəri, Səməd Vurğun küçəsində baş vermiş dava-dalaş zamanı Zərərçəkmiş şəxs3 qızına xəsarəti əlində olan balta ilə Təqsirləndirilən şəxs1 yetirməsi müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BDYPİ-nin Gəncə RQİ və TBŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 adına nəqliyyat vasitəsi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş BDYPİ-nin Gəncə RQİ və TBŞ-nin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 adına nəqliyyat vasitəsi yoxdur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 3 saylı Gəncə Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli məktublarından görünür ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adına 3 saylı Gəncə Ərazi İdarəsində elektron bazaya toplanmış məlumatlara, arxiv materiallarına, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təqdim edilmiş elektron baza məlumatlarına, habelə ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təqdim edilmiş kadastr, tam olmayan anket və elektron baza məlumatlarına əsasən Gəncə şəhəri, Göygöl, Samux, Daşkəsən rayonları üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Gəncə şəhər Psixonevroloji Dispanserin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 həmin dispanserdə qeydiyyatda durmur. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş AZ-İV 831212 və 639511 nömrəli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il təvəllüdlü Zəhra Quliyeva və xx.xx.2021-ci il təvəllüdlü Lalə Quliyeva adlı azyaşlı övladları vardır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş xx.xx.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Zərərçəkmiş şəxs3 qızına məxsus bir ədəd yubka (don), bir ədəd ləçək (şal) və bir ədəd şalvar maddi sübut kimi tanınaraq saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan Təqsirləndirilən şəxs2 tərəfindən tam olaraq ödənilmiş, təqsirləndirilən şəxslərə qarşı şikayət və tələbi olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş zərərçəkmiş şəxs X1 məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış, ona dəymiş ziyan tam olaraq ödənilmiş, Təqsirləndirilən şəxs1 barəsində şikayət və tələbi olmamışdır. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilmiş Zərərçəkmiş şəxs3 qızının məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs1 ilə barışmış, sonuncuya qarşı şikayət və tələbi olmamışdır. Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 1(100)-126/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə irəli sürülmüş ittiham üzrə cinayət təqibinə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.1.1-ci maddəsinə əsasən xitam verilmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən ümumiyyətlə oğurluq etmədiyini, Zərərçəkmiş şəxs2 yaşadığı küçədə digər bir şəxsin evindən cəmi 21 kisə sement oğurladıqlarını, həmin məsələ ilə bağlı inzibati qaydada həbs olunduğunu və cəzasını çəkdiyini, həmçinin Zərərçəkmiş şəxs3 qızına xəsarət yetirmədiyini, ümumiyyətlə də hadisə vaxtı orada olmadığını göstərmişdir. Həmçinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən cəmi 5 kisə sement oğurladıqlarını göstərmişdir. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 ilə Təqsirləndirilən şəxs2 tərəfindən verilmiş həmin məzmunlu ifadələrə tənqidi yanaşaraq qeyd edilən ifadələri uydurma, işin faktiki halları ilə uyğun olmayan, məsuliyyətdən yayınmağa xidmət edən ifadələr kimi qəbul edərək, həmin ifadələrin oğurluq epizoduna münasibətdə Təqsirləndirilən şəxs1 məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində, Təqsirləndirilən şəxs2 da xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özlərini təqsirli bilməklə verdiyi etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, o cümlədən istintaq hərəkətlərinə dair protokollar, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə tam təkzib olunduğunu hesab edir. Belə ki, oğurluq epizoduna münasibətdə Təqsirləndirilən şəxs1 məhkəmə istintaqında olduğu kimi eyni müdafiəçisi, yəni müqavilə əsasında onun hüquqlarını müdafiə etmiş Müdafiəçi1 iştirakı ilə məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində verdiyi etirafedici ifadəsində Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən 21 kisə sement və bir sellofan mis naqil oğurladıqlarını, daha sonra isə naqili Bəbiş kimi tanıdığı şəxsə satdığını etiraf etmişdir Həmçinin Təqsirləndirilən şəxs2 məhkəməyədək icraat zamanı xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özünü təqsirli bilməklə verdiyi etirafedici ifadələrində Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evindən 8 kisə sement, 12 ədəd taxta və təxminən 250 metr mis naqil oğurladıqlarını, naqili də Təqsirləndirilən şəxs1 satdığını etiraf etmişdir. Hər iki təqsirləndirilən şəxsin ifadələri müdafiəçilərinin iştirakı ilə alınmış və onlar müdafiəçiləri ilə birlikdə heç bir qeyd vermədən qeyd edilən ifadələri imzaları ilə təsdiq etmişlər. O cümlədən xx.xx.2023-cü il tarixdə keçirilmiş ifadəsinin yerində yoxlanılması istintaq hərəkəti zamanı Təqsirləndirilən şəxs2 şübhəli şəxs kimi Zərərçəkmiş şəxs2 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən nömrəsiz fərdi yaşayış evindən oğurluq etdikləri yeri və şəraiti əyani göstərməklə ifadəsini bir daha təsdiq etmişdir. Həmin istintaq hərəkətinə dair protokolu Təqsirləndirilən şəxs2la müdafiəçisi hər hansı bir qeyd daxil etmədən imzalamışlar. Habelə oğurluq epizod üzrə zərərçəkən Zərərçəkmiş şəxs2 məhkəmədə verdiyi ifadəsində ona məxsus evdən sement kislərinin, taxtaların və naqilin oğurlandığını göstərmişdir. Hətta həmin epizod üzrə məhkəmədə şahid qismində dindirilmiş Şahid3 ifadəsində Təqsirləndirilən şəxs1 onun işlədiyi yerə gəlib mis satdığını təsdiq etmişdir. Eləcə də Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində oğurladığı sement kislərinə görə inzibati qaydada məsuliyyətə cəlb olunduğunu göstərsə də, iş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə tamamilə fərqli bir şəxs, yəni X8 məxsus Gəncə şəhəri, Məhsəti qəsəbəsində yerləşən torpaq sahəsindən oğurladığı 23 ədəd sement kisəsinə görə inzibati məsuliyyətə cəlb olunmuşdur. Həmin qərarda Zərərçəkmiş şəxs2 aid epizod yoxdur. Eyni zamanda Təqsirləndirilən şəxs2 da məhkəmədə verdiyi ifadəsində oğurladığı sement kislərinə görə inzibati qaydada məsuliyyətə cəlb olunduğunu göstərsə də, iş materiallarında olan Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarının təsviri-əsaslandırıcı hissəsindən görünür ki, Təqsirləndirilən şəxs2 həmin qərarla ümumiyyətlə sement oğurluğu faktı ilə bağlı inzibati məsuliyyətə cəlb olunmamışdır. Həmin qərarda da Zərərçəkmiş şəxs2 aid epizod yoxdur. Bundan əlavə də, Təqsirləndirilən şəxs1 məhkəmədə verdiyi ifadəsində ümumiyyətlə Zərərçəkmiş şəxs2 məxsus evdən oğurluq etmədiyini göstərsə də, digər təqsirləndirilən Təqsirləndirilən şəxs2 həmin evdən cəmi 5 kisə sement oğurladıqlarını göstərmişdir. Göründüyü kimi, təqsirləndirilən şəxslər eyni epizodla bağlı bir-birinə tamamilə zidd ifadələr vermişlər. Yuxarıda qeyd edilər halların hamısı Təqsirləndirilən şəxs1lə Təqsirləndirilən şəxs2 oğurluq epizodu ilə bağlı məhkəmədə ifadə verərkən qeyri-səmimi olmalarını və özünü müdafiə xarakterli ifadə verdiklərini təsdiq edir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli, 15 nömrəli Qərarının 10-cu bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxsin, şahidlərin, zərər çəkmiş şəxsin məhkəməyədək icraat zamanı verdikləri ifadələrə o vaxt istinad etmək olar ki, onlar CPM-in 327, 329 və 330.1-ci maddələrinə uyğun olaraq məhkəmə iclasında elan edilməklə yanaşı, başqa sübutlarla müqayisə edilmiş olsun. Həmin Qərarın 24-cü bəndində göstərilmişldir ki, CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Həmin Qərarın 25-ci bəndində göstərilmişdir ki, təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalıdır. Həmin Qərarın 33-cü bəndində göstərilmişdir ki, hökmün təsviri-əsaslandırıcı hissəsində həmçinin təqsirləndirilən şəxsin ona verilən ittihama münasibəti öz əksini tapmalı, onun özünü müdafiə məqsədilə gətirdiyi dəlillərə qiymət verilməlidir. Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadəsini dəyişdikdə, məhkəmə onun bütün ifadələrini yoxlamalı, ifadəsini dəyişməsinin səbəbini aydınlaşdırmalı və onlara işdə toplanmış digər sübutlarla müqayisəli surətdə qiymət verməlidir. Cinayət prosesinin çəkişmə xarakterinin təmin olunduğu məhkəmə baxışı və təqsirləndirilən şəxsin bilavasitə dinlənilməsi məhkəməyə onun verdiyi məlumatlar üzrə qənaətə gəlmək üçün daha yaxşı imkan yaratdığından, məhkəmə sübut etmə predmetinə aid olan məsələyə dair nəticəyə gələrkən ilk növbədə təqsirləndirilən şəxsin məhkəmədə verdiyi ifadəsinə əsaslanmalı, onun ibtidai istintaq zamanı verdiyi ifadəsini əsas götürdükdə isə, bunun motivlərini göstərməli və hansı səbəblərə görə ibtidai istintaqda əldə olunmuş ifadəyə üstünlük verdiyini müxtəlif məzmunlu ifadələrin digər sübutlarla əlaqəli şəkildə təhlilini aparmaqla əsaslandırmalıdır. Cinayət-Prosessual Məcəllənin 126.6-ci maddəsində göstərilmişdir ki, təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bilər. Beləliklə də, məhkəmə tərkibi oğurluq epizodu ilə bağlı Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində, Təqsirləndirilən şəxs2 da xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özlərini təqsirli bilməklə verdiyi etirafedici ifadələrini həmin epizod üzrə dindirilmiş zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, istintaq hərəkəti protokolları, protokollara əlavələr, işdə olan ekspert rəyləri və sair iş materialları ilə əlaqəli və müqayisəli şəkildə təhlil edib belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 xx.xx.2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində, Təqsirləndirilən şəxs2 da xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə təqsirləndirilən şəxs qismində özlərini təqsirli bilməklə verdiyi etirafedici ifadələri oğurluq epizodu ilə bağlı ittihamın həllində əsas götürülməlidir. Bundan başqa, Təqsirləndirilən şəxs1 ittiham olunduğu digər epizod üzrə Zərərçəkmiş şəxs3 xəsarət yetirmədiyini, ümumiyyətlə də hadisə vaxtı orada olmadığını göstərsə də, zərərçəkmiş Zərərçəkmiş şəxs3 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmədə verdiyi bütün ifadələrində Təqsirləndirilən şəxs1 baş vermiş dava-dalaş zamanı orada olduğunu və ona xəsarəti məhz Təqsirləndirilən şəxs1 yetirdiyini birmənalı olaraq göstərmişdir. Həmçinin iş materiallarında olan xx.xx.2022-cü il tarixli, 1343 nömrəli məhkəmətibbi ekspertizasının rəyinin təsviri-əsaslandırıcı hissəsindən görünür ki, müayinədən keçərkən məhkəmə-tibb eksperti tərəfindən verilmiş suallara cavab olaraq Zərərçəkmiş şəxs3 ona xəsarəti Təqsirləndirilən şəxs1 balta ilə yetirdiyini göstərmişdir. O cümlədən Şahid1 həm məhkəməyədək icraat zamanı, həm də məhkəmədə verdikləri bütün ifadələrində anası Zərərçəkmiş şəxs3 xəsarəti məhz Təqsirləndirilən şəxs1 yetirdiyini, hadisə vaxtı Təqsirləndirilən şəxs1 anasını başından vurduğunu, zərbədən sonra anasının yerə yıxıldığını, bunu görüb özünün “Orxan mama öldü” deyə qışqırdığını göstərmişdir. Habelə məhkəmədə şahid qismində dindirilmiş Şahid7, Şahid8 və Şahid4 ifadələrində Təqsirləndirilən şəxs1 hadisə günü baş vermiş dava zamanı orada olduğunu və onlarla birlikdə davada iştirak etdiyini təsdiq etmişlər. Göründüyü kimi, Təqsirləndirilən şəxs1 hadisə vaxtı dava-dalaşda iştirak etməsi, eləcə də zərərçəkən Zərərçəkmiş şəxs3 sonuncunun qızının gözü qarşısında xəsarət yetirməsi yuxarıda qeyd edilən sübutların məcmusu ilə birmənalı olaraq öz təsdiqini tapmışdır. Təqsirləndirilən şəxs1lə müdafiəçi isə təqsirləndirilən şəxsin özünün müdafiəsi üçün gətirdiyi dəlilləri təsdiq edəcək hər hansı bir mötəbər sübut məhkəməyə təqdim edə bilməmişlər. Bununla da yuxarıda qeyd olunan işin faktiki halları ilə Təqsirləndirilən şəxs1 özünün müdafiəsi üçün gətirdiyi dəlillər tam olaraq təkzib olunmuşdur. Ona görə də məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 məhkəmə verdiyi ifadəsində Zərərçəkmiş şəxs3 xəsarət yetirmədiyini və ümumiyyətlə hadisə yerində olmadığını göstərməsi qeyri-səmimi olmaqla özünü müdafiə xarakteri daşıyır və işin faktiki hallarına uyğun gəlmir. Məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, ibtidai araşdırma orqanı tərəfindən Təqsirləndirilən şəxs2 əmmələri Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri, Təqsirləndirilən şəxs1 isə əməlləri Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 126.2.3 və 221.3-cü maddələri ilə düzgün tövsif olunsa da, Cinayət Məcəlləsinin 126.2.4-cü maddəsinə münasibətdə Təqsirləndirilən şəxs1 əməli düzgün tövsif olunmamış və həmin bənd ittihamdan çıxarılmalıdır. Belə ki, işin faktiki halları ilə tam olaraq sübuta yetirilir ki, Təqsirləndirilən şəxs1lə zərərçəkmiş Zərərçəkmiş şəxs3 və sonuncunun qızı Şahid1 uzun müddət qonşuluq münasibətdə olmuşlar, Şahid1 və sonuncunun əri X23 Quliyev arasında məlum baş vermiş hadisədən əvvəl bir neçə dəfə dava-dalaş olmuş, hətta hadisə günündən bir neçə gün əvvəl X26 Quliyevi döymüş, məhz buna görə onlar arasında münasibətlər gərginləşərək ədavətə çevrilmiş, hətta tərəflər arasında dava-dalaş görə bir neçə dəfə polis əməkdaşlarının şikayət əsasında onların yaşadığı evinə gəlmiş, Zərərçəkmiş şəxs3 Türkiyə Respublikasından gəldikdən sonra bu münasibətlərə aydınlıq gətirməkdən ötrü Təqsirləndirilən şəxs1 qayınatasının evinə getsə də, tərəflər arasında orada da dava-dalaş olmuş və münasibətlər normallaşmaq əvəzinə, əksinə daha da pisləşmiş və bunun fonunda məlum baş vermiş hadisə törənmişdir. Qeyd edilən hallar tərəflər arasında mübahisə doğurmamışdır. Hətta iş materiallarında olan Təqsirləndirilən şəxs1 WhastApp ani mesajlaşma proqramında Şahid1 yazdığı, həmçinin sonuncunun Təqsirləndirilən şəxs1 yazdığı mesajların məzmununda tərəflər arasında düşmənçiliyin olması açıq-aydın görünür. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, tərəflər arasında ilk əvvəl qonşuluq münasibətlərinin olması, həmin münasibətlərin daha sonra kəskinləşməsi və tərəflər arasında ədavətə çevrilməsi, bunun fonunda tərəflər arasında tez-tez münaqişənin və dava-dalaşın olması, məhz buna görə də hadisə günü yenidən dava-dalaşın olması və həmin vaxtı Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 xəsarət yetirməsi təqsirləndirilən şəxsin əməli xuliqanlıq niyyəti ilə törətməsi ehtimalı ilə uzlaşmayan əhəmiyyətli məqamdır. İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihamda əməlin məhz xuliqanlıq niyyəti ilə törədilməsi israr edilərkən təqsirləndirilən şəxsin heç bir əsaslı səbəb olmadan bu əməli törətməsi göstərilmişdir. Göründüyü kimi, ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittihamda motiv olaraq xuliqanlıq niyyəti göstərilmişdir. Bununla da konkret cinayətin motivi kimi çıxış edən xuliqanlıq niyyətinin əsassız olaraq təqsirkarın təhlükəli davranışı olan xuliqanlıq əməli ilə eyni vaxtda baş verməsinin israr edilməsinə yol verilmişdir. Halbuki şəxsi münasibətlər zəminində Zərərçəkmiş şəxs3 sağlamlığına ağır zərər vurulması, eyni zamanda təqsirkarın davranışında ictimai qaydanı pozmağa yönəlmiş birbaşa qəsdin hər hansı elementinin olmaması hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə özünü ətrafdakılara qarşı qoyub ümumi davranış qaydalarına saymazlıq nümayiş etdirməni istisna edir. Belə olan halda məhkəmə tərkibi hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs1 hadisənin törədilməsinə dair irəli sürdüyü dəlilər şəxsi xarakterli konkret səbəb kimi qəbul edilməli, ağlabatan kimi qəbul edilməli olan subyektiv qiymətləndirmə hesab olunmalı, o cümlədən təqsirləndirilən şəxsin kriminal davranışının məhz zərərçəkmiş şəxsin hərəkətlərindən törəyən konkret səbəb kimi də dəyərləndirilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 142-ci maddəsinin həmin Məcəllənin 56-cı maddəsinin tətbiqi baxımından şərh olunmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 aprel 2021-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, subyektiv cəhətin müstəqil əlamətləri kimi motiv və məqsəd yalnız qəsdən törədilən cinayətlər zamanı, yəni qanunla qorunan ictimai dəyər, maraq və ya sərvətlərə zərər vurmaq meyli və niyyətinin olduğu hallarda mövcud olur. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, “xuliqanlıq meyli və niyyəti” Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin zəruri əlamətini təşkil etdiyindən, belə məqsədin mövcudluğu sübutetmə predmetini təşkil edir. Məhkəmə təqdim edilmiş sübutlar əsasında təqsirləndirilən şəxsin hərəkətlərində xuliqanlıq motivinin olmaması qənaətinə gəldikdə, yəni təqsirləndirilən şəxsin ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğunu müəyyən etmədikdə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü bir-üzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. “Qəsdən adam öldürmə işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 12 dekabr 2002-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə, qəsdən adam öldürmə o vaxt CM-in 120.2.2-ci maddəsi ilə (xuliqanlıq niyyəti ilə adam öldürmə) tövsif olunmalıdır ki, təqsirkar davranışı ilə ictimai qaydalara və hamı tərəfindən qəbul olunmuş əxlaq normalarına açıq etinasızlıq göstərməklə, özünü ətrafdakılara qarşı qoymaqla cinayət törədir (Məsələn, heç bir səbəb olmadan, yaxud hər hansı bəhanə ilə başqasını həyatdan məhrum etmək). İstinad olunan Qərarlarda xuliqanlıq cinayətinə və xuliqanlıq niyyətinə verilmiş təfsirlərdən irəli gələn mənaya görə əgər təqsirkarın hərəkətlərini özünün şəxsiyyətini başqa şəxsin (şəxslərin) şəxsiyyətinin fövqündə qoymaq, ona (onlara) qarşı aşkar hörmətsizlik ifadə edərək eqoizmini nümayiş etdirmək, ümumqəbuledilmiş davranış qaydalarını, əxlaq normalarını pozmaq, həmin qayda və normalara etinasızlıq göstərmək kimi niyyətlər deyil, şəxsi ədavət, o cümlədən zərərçəkənin səhv əməlləri və yaxud bəhanə olmayıb, təqsirkar tərəfindən ağlabatanlıqla səhv əməllər kimi qəbul edilən davranışı şərtləndiribsə, əməl xuliqanlıq motivi ilə törədilmiş cinayət (o cümlədən, xuliqanlıq) kimi qiymətləndirilməməlidir. Bununla da məhkəmə tərkibi hesab edir ki, yuxarıda sadalanan halların mövcudluğu Təqsirləndirilən şəxs1 törətdiyi qəsdən sağlamlığa ağır zərər vurma cinayət əməlinin motivinin xuliqanlıq niyyəti olmasını inkar edir. Yuxarıda sadalanan mötəbər və mümkün hesab edilən sübutların məcmusuna əsasən Təqsirləndirilən şəxs1 ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən əməllərin qanunsuz olaraq əldə edib üzərində gəzdirdiyi silah qismində istifadə olunan əşyadan istifadə etməklə zor tətbiq olunması ilə müşayiət edilən qərəzli xuliqanlıq hərəkətləri etməsi və zərərçəkmiş şəxsin sağlamlığına qəsdən ağır zərər vurma cinayət əməlini törətməsi tam sübuta yetirilmişdir. Belə ki, “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 23 mart 2004-cü il tarixli 1 nömrəli Qərarının 2-ci bəndində göstərilmişdir ki, ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə, əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlı davranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimai və ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlar arasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanın və ya cəmiyyətin hər hansı bir üzvünün mənafelərinə toxunan hərəkətlər etməsi başa düşülür. Həmin Qərarın 4-cü bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətin obyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərin düzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə, zərərçəkmiş şəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadə olunan hərəkətlərin edilməsi başa düşülməlidir. Həmin Qərarın 5-ci bəndində göstərilmişdir ki, xuliqanlıq niyyəti konkret cinayətin motivi kimi özünü birüzə verdiyi halda xuliqanlıq əməli təqsirkarın təhlükəli davranışıdır. Odur ki, xuliqanlıq niyyəti ilə qəsdən adam öldürmə, yaxud qəsdən sağlamlığa ağır və ya az ağır zərər vurma cinayətlərini törətmiş şəxsin əməli müvafiq olaraq Cinayət Məcəlləsinin 120.2.2 yaxud 126.2.4 və ya 127.2.3-cümaddələri ilə tövsif edilməlidir. Bu zaman qeyd edilən cinayətlərdən hər hansı birinin törədilməsi ilə yanaşı təqsirləndirilən şəxsin həm də ictimai qaydanın kobud surətdə pozulmasına və cəmiyyətə qarşı açıqdanaçığa hörmətsizlik etməyə səbəb olan qəsdən sair hərəkətlər də etməsi müəyyən edilərsə onda həmin şəxsin əməli cinayətlərin məcmusu qaydasında həm də Cinayət Məcəlləsinin 221-ci maddəsi ilə tövsif olunmalıdır. Həmin Qərarın 9-cu bəndində göstərilmişdir ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyət nəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlı olan vasitələrin məcmusu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilibedilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmış odlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdə isə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək, kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221-ci maddəsində nəzərdə tutulmuş cinayətin subyektiv cəhətinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 oktyabr 2022-ci il tarixli Qərardadında ifadə olunmuş hüquqi mövqeyə görə, ictimai qaydanı kobud surətdə pozan hərəkətlər nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlərdir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli Qərarında ifadə olunmuş hüquqi mövqeyə görə cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətlər kimi müəyyən edilmişdir. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqeyə görə xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyri-müəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir. Həmin Qərarın təsviri-əsaslandırıcı hissəsində ifadə olunmuş hüquqi mövqeyə görə CM-in 221.3-cü maddəsi ilə tövsif olunan xuliqanlıq hərəkətləri odlu silah, eləcə də soyuq silah tətbiq etməklə törədilə bilər. Silah qismində istifadə olunan əşyalara istənilən əşyalar, o cümlədən təsərrüfat-məişət təyinatlı (balta, yaba, mətbəx bıçağı və s.), eləcə də kərpic, daş, dəmir, çubuq, bir sözlə, tətbiqi həyat və ya sağlamlıq üçün təhlükə yaradan bütün əşyalar aid edilir. Xuliqanlıq zamanı silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi – ondan birbaşa sağlamlığa zərər vurulması, habelə zərərçəkmiş şəxsin həyat və ya sağlamlığı üçün real təhlükə yaradan üsulla istifadə olunmasıdır. Silah və ya silah qismində istifadə edilən əşyaların tətbiqi ilə insanların həyat və ya sağlamlığı üçün real təhlükə yarandığı sübuta yetirilərsə, bu əməl CM-in 221.3-cü maddəsi ilə tövsif olunmalıdır. Beləliklə, məhkəmə tərkibi araşdırılmış sübutlara məcmu halında hüquqi qiymət verərək və törətmiş olduğu əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 126.2.3 və 221.3-cü maddələrində, digər Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri tam olaraq öz təsdiqini tapmışdır. Məhkəmə tərkibi himayəsində iki azyaşlı uşağının olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə, həm xuliqanlıq, həm oğurluq, həm də qəsdən sağlamlığa ağır zərər vurma epizodları üzrə ayrı-ayrılıqda zərərçəkmiş şəxslərlə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, xuliqanlıq epizodu üzrə cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə tərkibi qərəzli xuliqanlıq cinayətin təkrar törədilməsini Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal kimi qiymətləndirir. Məhkəmə tərkibi zərərçəkmiş şəxslə barışıq əldə edilməsini Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə tərkibi cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən təqsirləndirilən şəxslərin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələrini, ekspert rəylərini, maddi sübutları, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, protokollara əlavələri və digər sənədləri sübut növü hesab etməklə həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb təhlil edərək bir-biri ilə müqayisə etmiş, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilmiş, o cümlədən hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirərək və onların məcmusuna hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 126.2.3 və 221.3-cü maddələrində, digər Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələri və onların həmin əməlləri törətməkdə təqsirli olmaları tam sübuta yetirilmişdir. Cinayət-Prosessual Məcəllənin 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Cinayət-Prosessual Məcəllənin 44.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Cinayət-Prosessual Məcəllənin 351.2-ci maddəsinə əsasən, məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 126.2.3 və 221.3-cü maddələri, digər Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdırlar. Cinayət Məcəlləsinin 8.1-ci maddəsinin tələblərinə görə cinayəti törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayəti törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə əsasən cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə görə, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli qərarının 1-ci bəndində qeyd edilmişdir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsi sözsüz təmin edilməlidir. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-in 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə tərkibi təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qeyd edilən cinayət əməllərini törətməkdə təqsirlidir, onların əməllərinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Ona görə məhkəmə tərkibi törətdikləri cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətini, o cümlədən cəzalarını yüngülləşdirən halların olmasını, Təqsirləndirilən şəxs2 münasibətdə cəzasını ağırlaşdıran halların olmamasını, Təqsirləndirilən şəxs1 münasibətdə isə cəzasını ağırlaşdıran halın olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailəsinin həyat şəraitinə təsirini, həmçinin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 126.2.3 və 221.3-cü maddələri, digər Təqsirləndirilən şəxs2 isə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək, Təqsirləndirilən şəxs1 münasibətdə ayrı-ayrılıqda Cinayət Məcəlləsinin 177.2, 126.2 və 221.3-cü maddələrin sanksiyasında nəzərdə tutulan həddə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməli, Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 münasibətdə isə məhkəmə tərkibi hesab edir ki, barəsində yuxarıda sadalanmış ayrı-ayrılıqda cəzasını yüngülləşdirən halları nəzərə alıb Cinayət Məcəlləsinin 177.2-ci maddəsinin sanksiyasında nəzərə tutulmuş daha ciddi cəza olan azadlıqdan məhrum etmə cəzasına nisbətən daha yüngül cəza olan müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməlidir. Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 59.1.8, 59.1.10- 59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi həmin Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə tərkibi Təqsirləndirilən şəxs2 münasibətdə Cinayət Məcəlləsinin 59.1.12ci maddəsinə əsasən zərərçəkmiş şəxslə barışıq əldə etməsini, Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsini və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alıb Cinayət Məcəlləsinin 60.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2-ci maddəsi ilə təyin ediləcək azadlığın məhdudlaşdırılması növündə cəzanın müddəti qeyd edilən maddənin sanksiyasında göstərilən həmin cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Təqsirləndirilən şəxs1 münasibətdə isə məhkəmə tərkibi qeyd edir ki, nə qədər ki, cinayətlərin təkrar törədilməsi cəzasını ağırlaşdıran haldır onun barəsində Cinayət Məcəlləsinin 60.1-ci maddəsi tətbiq edilə bilməz. Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində azadlıqdan məhrum etmə növündə cəzanın çəkilməsi müəyyən edilmişdir. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 ona təyin olunan müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəzanı ümumi rejimli cəza çəkmə müəssisəsində çəkməlidir. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. CPM-in 158.2.1-ci maddəsinə əsasən tutulduğu və həbsdə saxlanıldığı, CPM-in 158.2.2-ci maddəsinə əsasən isə ev dustaqlığında saxlanıldığı müddət təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə daxildir. Cinayət-Prosessual Məcəllənin 158.6-ci maddəsinə əsasən, cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə bir günə bir gün hesabı ilə hesablanır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikasi Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 20-ci bəndində göstərilmişdir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərini əsasən, hökm çıxarılarkən həbsdə saxlanılan şəxsə azadlıqdan məhrum etmə və ya intizam xarakterli hərbi hissədə saxlama növündə cəza təyin edildikdə şəxsin cəza çəkmə müddətinin əvvəli onun həbsə alındığı vaxtdan hesablanmalıdır. Bu zaman təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinin təyin olunmuş cəzadan çıxılmasına ehtiyac yoxdur. Eyni zamanda nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası CPM-in 158.3-cü maddəsinə görə şəxsin ev dustaqlığında və tibb müəssisəsində saxlandığı müddətlər bütövlükdə həbsdə saxlanılma müddətinə hesablanır. Məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin ediləcək cəza müddətinə daxil edilməli və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 24 fevral 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 münasibətdə isə məhkəmə tərkibi hesab edir ki, Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən onun 27 iyun 2023-cü il tarixdən 29 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin ediləcək müəyyən müddətə azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılmalıdır. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs aşağıdakı vəzifələri yerinə yetirməlidir: 52-1.2.1. yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; 52-1.2.2. elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; 52-1.2.3. məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; 52-1.2.4. müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq. Qeyd edilənlərə əsasən məhkəmə tərkibi hesab edir ki, Təqsirləndirilən şəxs2 üzərinə: yaşadığı ünvan 3 ünvanını hər gün gecə saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Azərbaycan Respublikasinin Cəzalarin İcrasi Məcəlləsinin 51-2.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti məhkumun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanır. Məhkəmə tərkibi hesab edir ki, azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş üzrə mülki iddia yoxdur. Təqsirləndirilən şəxs1 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən, digər Təqsirləndirilən şəxs2 hüquqlarının müdafiəsi Gəncə Regional Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən dövlət hesabına həyata keçirilmişdir. Cinayət-Prosessual Məcəllənin 197.1 və 197.1.5-ci maddəsinə əsasən isə təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği də məhkəmə məsrəflərinə aiddir. Cinayət-Prosessual Məcəllənin 193.2 və 193.4-cü maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında 03 may 2018-ci il tarixdə edilmiş dəyişikliklərə əsasən təqsirləndirilən şəxsin hüquqlarını müdafiə etməyə görə müdafiəçiyə hər iş saatı üçün 6 manat miqdarında haqq ödənilməlidir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli Qərarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2025-ci il tarixli 141 nömrəli qərarına əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 11 (on bir) manat məbləğində müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs1 Müdafiəçi1 tərəfindən göstərilmiş 97 (doxsan yeddi) iş saatı (61 iş saat xx.xx.2025-ci il tarixədək, 36 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 762 (yeddi yüz altmış iki) manat, digər təsqirləndirilən şəxs Təqsirləndirilən şəxs2 Müdafiəçi2 tərəfindən göstərilmiş 129 (bir yüz iyirmi doqquz) iş saat (73 iş saat xx.xx.2025-ci il tarixədək, 56 iş saatı isə həmin tarixdən hökm çıxarılan günədək) həcmində hüquqi yardımla bağlı dövlət büdcəsi hesabından 1054 (bir min əlli dörd) manat pul onların vəkil işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 198-ci maddəsinə uyğun olaraq məhkəmə məsrəfləri ilə əlaqədar məsələni müzakirə edərək belə nəticəyə gəlir ki, ibtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. Məhkəmə tərkibi Cinayət-Prosessual Məcəllənin 132.1.1-ci maddəsini rəhbər tutaraq belə nəticəyə gəlir ki, maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs3 qızına məxsus bir ədəd yubka (don), bir ədəd ləçək (şal) və bir ədəd şalvar sahibinə qaytarılmalı, götürülmədikdə məhv edilməlidir. Cinayət Məcəlləsinin 99-1-ci maddəsinə əsasən hazırkı iş üzrə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmalı əmlak müəyyən olunmamışdır. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3, 177.2.1, 177.2.3 və 221.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.2.3-cü maddəsi ilə 06 (altı) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə 02 (iki) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin olunmuş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs1 qəti olaraq 07 (yeddi) il müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəza çəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 həbsdə saxlanılması müddəti ona təyin olunmuş cəza müddətinə daxil edilsin və cəzaçəkmə müddətinin başlanğıcı tutulduğu vaxtdan, yəni 24 fevral 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 27 iyun 2023-cü il tarixdən 29 iyun 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablamaqla hazırkı iş üzrə ona təyin edilmiş 01 (bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması növündə cəzadan çıxılsın və onun üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması növündə cəza saxlanılsın. Cəzanın icrası müddəti Təqsirləndirilən şəxs2 cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzasının icrası yaşadığı yer üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Gəncə şəhər Probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs2 üzərinə: yaşadığı ünvan 3 ünvanını hər gün gecə saat 23:00dan növbəti gün səhər saat 07:00-dək, habelə gün ərzində Gəncə şəhərinin ərazi hüdudlarını tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Dövlət büdcəsi hesabından Müdafiəçi1 üçün 762 (yeddi yüz altmış iki) manat, digər Müdafiəçi2 üçün isə 1054 (bir min əlli dörd) manat pul onların vəkil işlədikləri Gəncə Regional Vəkil Bürosunun hesabına köçürülsün. İbtidai istintaq zamanı keçirilmiş ekspertiza ilə əlaqədar Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada 50 (əlli) manat məbləğində pul məhkəmə məsrəfi kimi tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. İş maddi sübut kimi tanınaraq Gəncə şəhər BPİ-nin saxlanc anbarına təhvil verilmiş Zərərçəkmiş şəxs3 qızına məxsus bir ədəd yubka (don), bir ədəd ləçək (şal) və bir ədəd şalvar sahibinə qaytarılsın, götürülmədikdə məhv edilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs1 isə hökmün surəti verildiyi gündən 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar