Məhkəmə qərarları › İş №1(100)-127/2022

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-127/2022

17.01.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-127/2022 17.01.2022 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlu (sədrlik edən), hakimlər Mahmudov Faiq Nüsrət oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi İbrahimova Nuranə Lazım qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, zərərçəkmiş şəxsin hüquqi varisi X6, müdafiəçilər–Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi1, Müdafiəçi2 və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1993-cü il tarixdə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmayan, Ağdam rayonunun Saybalı kəndində yaşayış yeri üzrə qeydiyyatında olan, Ağcabədi rayonunun 556 saylı Ümid qəsəbəsində faktiki yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 02 avqust 2021-ci il tarixdə saat 21:30 radələrində Mingəçevirst.Mingəçevir–Bəhrəmtəpə yolunun Bərdə rayonu, Mirzəxan kəndi ərazisindən keçən 56-cı kilometrində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikasının Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmə hüququ, yəni, sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bəhrəmtəpə istiqamətində hərəkət edərkən həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini pozaraq avtomobilin qarşı sağ hissəsini qarşıda eyni istiqamətdə sağ zolaqla hərəkətdə olan X4 idarə etdiyi MTZ-80 markalı 09-T-517 dövlət qeydiyyat nişanlı traktorun qoşqusunun arxa sol hissəsi ilə toqquşdurmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan sərnişin X8 başın alın-təpə nahiyəsinin əzilmişcırılmış yarası, kəllə qapağı və əsası sümüklərinin (alın, hər iki gicgah, təpə, ənsə və kəllə əsası sümüklərinin) açıq qəlpəli sınıqları, baş beyin toxumasının əzilib-dağılması, sağ said nahiyəsinin əzilmiş yarası kimi həyat üçün təhlükəli olan ağır xəsarətlər yetirərək ölümünə, habelə X8 1920 (min doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla VAZ 21011 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnməsinə səbəb olmuşdur. Məhkəmə baxışı iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 263-1.3-cü maddəsi ilə ona qarşı irəli sürülmüş ittihamda özünü tam təqsirli bilib ifadəsində göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə saat təxminən 17 radələrində qonşuları Rəmzi və Namiqlə birlikdə Rəmzinin şəxsi işləri ilə əlaqədar ona məxsus VAZ 2101 markalı avtomobillə Mingəçevir şəhərinə getmişlər. Orada işlərini bitirdikdən sonra Ağcabədi rayonuna qayıtmaq üçün yola düşmüşlər. Həmin vaxt Rəmzi və Namiq spirtli içki qəbul etdikləri üçün Rəmzinin xahişi ilə avtomobili o idarə etmişdir. Hadisədən əvvəl avtomobil texniki cəhətdən saz və yüksüz vəziyyətdə, özü isə sağlam və ayıq olmuşdur Yol boyu normal qaydada hərəkət etmişlər. Mingəçevir-st.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisindən keçən hissəsi ilə hərəkətdə olmasını və YPX postunu keçdiyini xatırlayır. Hadisə zamanı aldığı xəsarətlərin təsirindən yol-nəqliyyat hadisəsinin necə və hansı şəraitdə baş verməsini isə xatırlamır. Sonradan xəstəxanada ayılmış və yol-nəqliyyat hadisəsi baş verdiyini bilmişdir. Məhkəmənin diqqətinə çatdırır ki, yol verdiyi qanunsuz əməldən olduqca peşmandır. Zərərçəkmiş şəxsin hüquqi varisi barışmış, dəymiş ziyanı tam şakildə ödəmişdir. Məhkəmədən ona mərhəmət göstərilməsini xahiş edir. Məhkəmə iclasında zərər çəkmiş şəxsin hüquqi varisi qismində dindirilmiş X10 ifadəsində göstərmişdir ki, rəhmətlik Rəmzi Babayev onun qardaşı idi. 02 avqust 2021-ci il tarixdə günorta saatlarında Rəmzi ona bildirmişdir ki, şəxsi işləri ilə əlaqədar qonşuları Təbriz və Namiqlə birlikdə Mingəçevir şəhərinə gedir. Axşam təxminən saat 22 radələrində isə ona xəbər çatmışdır ki, Rəmzi gil Ağcabədi rayonuna qayıdarkən Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu ərazisindən keçən hissəsində qəzaya düşüblər. O dərhal bir neçə qohumu ilə birlikdə hadisə yerinə getmiş, orada bildirmişlər ki, Rəmzini xəstəxanaya aparıblar. Xəstəxananın həyətinə gələndə məlum olmuşdur ki, Rəmzi rəhmətə gedib və meyiti morqa aparılıb. Orada bilmişdir ki, Mingəçevir şəhərindən qayıdan zaman avtomobili Təbriz idarə etmiş, Rəmzi qarşı oturacaqda, Namiq arxa oturacaqda əyləşmiş, avtomobil traktorun qoşqusunun arxa hissəsi ilə toqquşmuşdur. Meyit ekspertlər tərəfindən müayinə olunduqdan sonra onlara təhvil verilmiş və səhərisi gün onu dəfn etdirmişlər. Məhkəmənin diqqətinə çatdırır ki, Təqsirləndirilən şəxslə barışmış, təbriz onlara dəyən ziyanı qarşılamışdır. Odur ki, Məhkəmədən Təqsirləndirilən şəxslə kömək göstərilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə axşam saatlarında Bərdə rayonunda traktora ot bağlaması yükləyib yaşadığı Qaradəmirçi kəndinə gedirmiş. Həmin vaxt o traktorda tək olmuş, traktor texniki cəhətdən saz vəziyyətdə, özü isə sağlam və ayıq olmuşdur. Saat təxminən 21:30 radələrində o Mingəçevir-st.Mingəçevir-Bəhrəmtəpə yolu ilə Bəhrəmtəpə istiqamətində təxminən 30-40 km/s sürətlə hərəkət edərkən Bərdə rayonunun Mirzəxan kəndinin ərazisində qəflətən traktorun qoşqusuna zərblə nəyinsə çırpıldığını hiss etmişdir. O dərhal traktoru saxlamış və yerə düşmüşdür. Görmüşdür ki, arxadan eyni istiqamətdə gələn ağ rəngli VAZ 2101 markalı avtomobil qoşquya dəyib və fırlanıb deformasiyaya uğramış vəziyyətdə yolun hərəkət hissəsində dayanıb. Avtomobilin sürücüsü xəsarət almış, qarşı oturacaqda əyləşmiş sərnişin isə başından xəsarət alıb rəhmətə getmiş, digər sərnişin cavan oğlan isə heç bir xəsarət almamışdır. O hadisə barədə dərhal polisə və təcili-tibbi yardıma zəng edib məlumat vermişdir. Bir qədər sonra hadisə yerinə gəlmiş polis əməkdaşları hadisə yerinə baxış keçirmişlər.Hadisə nəticəsində traktora hər hansı ziyan dəyməmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, Şahid2 ibtidai istintaq orqanına verdiyi ifadəsində göstərmişdir ki, 02 avqust 2021-ci il tarixdə günorta saatlarında həmyerlisi və dostu Rəmzi ona təklif etmişdi ki, birlikdə Mingəçevir şəhərinə gedib gəlsinlər. O razılaşmış və birlikdə Rəmzinin VAZ 2101 markalı avtomobili ilə yola düşmüşlər. Həmin gün hər ikisi günorta saatlarında təşkil olunmuş toy məclisində iştirak etdiyiklərindən spirtli içki qəbul etmişlər, bu səbəbdən Rəmzi qonşuları Təqsirləndirilən şəxs xahiş etmişdi ki, avtomobili o sürsün və onları aparsın. Mingəçevir şəhərində işlərini həll etdikdən sonra birlikdə çörək yemişlər. Ağcabədi rayonuna qayıdanda avtomobili Təbriz idarə edirdi, o arxada, Rəmzi isə qarşı sərnişin oturacağında oturmuşdu. Mingəçevir şəhərindən çıxan kimi o yatmışdı. Saat təxminən 19 radələrində o güclü zərbədən ayılmış və görmüşdü ki, avtomobil qarşıda traktorun qoşqusunun arxa hissəsi ilə toqquşub. Rəmzi aldığı xəsarətlərdən hadisə yerində rəhmətə getmiş, Təbriz isə xəsarət almışdı. Bir qədər sonra hadisə yerinə polis əməkdaşları gəlmişlər. Hadisə zamanı yatmış vəziyyətdə olduğundan hadisənin hansı şəraitdə baş verdiyini görməyib. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 avqust 2021-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında” qərardan görünür ki, 02.08.2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin başlanmasına əsas və səbəb 02 avqust 2021-ci il tarixdə saat 21:30 radələrində Mingəçevir-st.Mingəçevir-Bəhrəmtəpə yolunun Bərdə rayonu, Mirzəxan kəndi ərazisindən keçən 56-cı kilometrində Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bəhrəmtəpə istiqamətində hərəkət edərkən qarşıda eyni istiqamətdə hərəkətdə olan X4 idarə etdiyi MTZ-80 markalı 09-T-517 dövlət qeydiyyat nişanlı traktorun qoşqusu ilə toqquşması, nəticədə VAZ 2101 markalı avtomobildə olan sərnişin X7 aldığı xəsarətlərdən hadisə yerində ölməsi, həmin avtomobilin sürücüsü Təqsirləndirilən şəxs müxtəlif dərəcəli bədən xəsarətləri alması faktına görə toplanmış materiallar olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 02 avqust 2021-ci il tarixli 1006 nömrəli “Sərxoşluq halların bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinə protokolundan görünür ki, müayinə zamanı X2 alkoqol sərxoşluğu aşkar edilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin MTE və PA Birliyinin Bərdə rayon şöbəsi tərəfindən verilmiş 05.08.2021-ci il tarixli 25 nömrəli rəyindən görünür ki, X7 meyitinin bədənində aşağıdakı xəsarətlər – başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, kəllə qapağı və əsası sümüklərinin (alın, hər iki gicgah, təpə, ənsə və kəllə əsası sümüklərinin) açıq qəlpəli sınıqları, baş beyin toxumasının əzilib-dağılması, sağ said nahiyəsinin əzilmiş yarası vardır. Həmin xəsarətlər küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə 02.08.2021-ci il tarixə uyğun gəlir, dərəcəsinə görə canlı şəxslərdə ölümlə nəticələnən sağlamlığa ağır zərər vurmaya aiddirlər. X1 ölümünə səbəb başın bərk küt travma nəticəsində kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınıqları ilə baş-beyin toxumasının əzilib-dağılması olmuşdur. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsinə görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 07.08.2021-ci il tarixli tələbnaməsindən görünür ki, X3 məhkumluğu barədə BƏSİİnin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası DİN BDYPİ-nin Qİİ-dən alınmış 10.08.2021-ci il tarixli 016-93237- 1221 saylı məktubdan görünür ki, xx.xx.1993-cü il təvəllüdlü Təqsirləndirilən şəxs Azərbaycan Respublikasında sürücülük vəsiqəsi verilməmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 25.08.2021-ci il tarixli 109 nömrəli ziyan aktından görünür ki, hadisə nəticəsində VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilə 1920 (min doqquz yüz iyirmi) manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağcabədi rayon 1 saylı Mənzil-Kommunal İstismar Sahəsinin 17.09.2021-ci il tarixli 203 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonu, Ü.Hacıbəyli prospektində yerləşən 556 ailəlik hündürmərtəbəli yaşayış massivindəki 6 saylı binanın 46 saylı mənzilində müvəqqəti qeydiyyatdadır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Ağdam rayon İHB-nın Bağbanlar kənd İƏD-si üzrə nümayəndəliyinin 21.09.2021-ci il tarixli xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Ağcabədi rayonu, 556 saylı Ümid qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 24.09.2021-ci il tarixli 8/2197 №-li rəydən görünür ki, VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs VAZ 2101 avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 11.10.2021-ci il tarixli “cinayət işinin tövsif edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Səməd oğlu baş vermiş yol-nəqliyyat hadisəsi zamanı VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobili sürücülük hüququ olmadan idarə etdiyindən cinayət işi Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsindən həmin Məcəllənin 263-1.3cü maddəsinə tövsif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 12.10.2021-ci il tarixli “əşyanın maddi sübut hesab edilməsi haqqında” qərardan görünür ki, VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil və MTZ-80 markalı 09-T-517 dövlət qeydiyyat nişanlı traktor ********* nömrəli cinayət işi üzrə maddi sübut hesab edilmiş və saxlanması üçün sahiblərinə qaytarılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 15.11.2021-ci il tarixli “təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında” və “qətimkan tədbiri seçmə haqqında” qərarlardan görünür ki, Təqsirləndirilən şəxs 15 noyabr 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsində nəzərdə tutulan ittiham elan edilmiş və həmin tarixdə də barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, AA seriyalı 249074 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs 1993-cu ildə Ağdam rayonundan məcburi köçkün olmuş və Ağcabədi rayonunda məskunlaşmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 023417 nömrəli vəsiqənin surətindən və xəstənin tibbi kartasında çıxarışdan görünür ki, Təqsirləndirilən şəxs uşaqlıqdan əlildir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X6 notarial qaydada təsdiq edilmiş 06.01.2022-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X10 Təqsirləndirilən şəxs ilə barışmış, onun həbsə alınamsını istəmir, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, zərərçəkmiş şəxsin hüquqi varisi X6 məhkəməyə təqdim etdiyi 06.01.2022-ci il tarixli ərizəsindən görünür ki, zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış X10 Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124- 137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlirki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 263-1.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Bu səbəbdən o, həmin maddə ilə təqsirli bilinib cəzalandırılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-in 263-1.3-cü maddəsinin sanksiyasında 5 ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məһkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, zərər çəkmiş şəxsin hüquqi varisinin ona qarşı şikayət və tələbinin olmamasını, onunla barışmasını, məcburi köçkün olmasını, əlil olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən һallar kimi nəzərə alır, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinin tələbinə əsasən Bu Məcəllənin 59.1.8, 59.1.10—59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Bu səbəbdən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar mövcud olduğundan, eləcə də əməlində cəzasını ağırlaşdıran hal olmadığından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsi tətbiq edilməklə ona təyin ediləcək cəzanın müddəti və ya həcmi 8 ilin dörddə üçündən, yəni 6 ildən çox ola bilməz Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi həmin cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının aşağı hədlərində cəza təyin edilməklə cəzanın məqsədlərinə nail olunması mümkündür. Azərbaycan Respublikası CM-in 56.1.1 maddəsinin tələbinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzalarını məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət eһtiyatsızlıqdan törədilmiş cinayət hesab olunduğundan və o, təqsirli bilindiyi CM-in 263-1.3-cü maddənin sanksiyasında nəzərdə tutulmiş azadlıqdan məhrumetmə növündə cəzanın minimum həddində yəni 5 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunacağından həmin cəzasını Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Bununla bərabər Təqsirləndirilən şəxs təqsirli bilindiyi CM-nin 263-1.3-cü maddəsinin sanksiyasında həmçinin təyin olunması məcburi olan əlavə cəza-beş ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da nəzərdə tutulmuşdur. Odur ki, təqsirləndirilən Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası ilə bərabər həmçinin əlavə cəza qismində nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası da təyin edilməlidir. Məhkəmə təqsirləndirilən Təqsirləndirilən şəxs şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və işin digər hallarını nəzərə alaraq hesab edir ki, ona ittiham olunduğu Azərbaycan Respublikası CM-nin müvafiq maddəsinin sanksiyasında əlavə cəza kimi nəzərdə tutulan nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmənin müddəti yuxarı həddlərdə təyin olunmalıdır. Belə ki, məhkəmə onun gələcəkdə bu növ cinayətləri bir daha törətməməsi üçün bu yolla islah olunacağını daha səmərəli və məqsədyönlü hesab edir. Azərbaycan Respublikası CM-nin 45.2-ci maddəsinə əsasən isə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. Bununla bərabər məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs ona təyin olunacaq cəzalarını çəkməlidir, belə ki, onun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə, eləcə də barəsində hər hansı tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsaslar yoxdur. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut olan VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin və MTZ-80 markalı 09-T-517 dövlət qeydiyyat nişanlı traktorun sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Bununla bərabər həmçinin müəyyən edilmişdir ki, iş üzrə 200 manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-ci maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-nin 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikası dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Təqsirləndirilən şəxs maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi təqsirləndirilən şəxsin üzərinə qoyulmalıdır. Odur ki, 200 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən şəxsdən tutulub Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Müdafiəçi1 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 356, 358, 384.1, 384.2, 385.1-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə təqsirli bilinsin və ona 4 (dörd) il 6 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 5 (beş) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Təqsirləndirilən şəxs əsas cəza kimi təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının başlanğıcı məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablansın, əlavə cəza kimi təyin edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilmə cəzası əsas cəzanın çəkildiyi bütün müddətə şamil edilməklə, həmin cəzanın icrası əsas cəza olan azadlıqdan məhrum etmə cəzasının çəkilib qurtarmasından sonra başlanılsın. Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə yerləşdirilməsi Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinə tapşırılsın. İş üzrə məhkəmə məsrəfi olan 200 manat məbləğində ekspertiza xərcinin dəyəri təqsirləndirilən Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Republikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut olan VAZ 2101 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin və MTZ-80 markalı 09-T-517 dövlət qeydiyyat nişanlı traktorun sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs göstərilmiş 10 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Müdafiəçi1 işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 60 manat məbləğində pul köçürülsün. Hökmdən onun elan olunduğu andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya protesti və ya apelyasiya şikayəti verilməmişdirsə, һökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar