Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-127/2023 25.05.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Ələkbərli Roman Nəriman oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, Rüstəmova Tamella Eldar qızının katibliyi ilə, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 və onların müdafiəçiləri Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvləri, fərdi qaydada fəaliyyət göstərən vəkil Müdafiəçi1, Bakı şəhəri 20 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, “Yusif Allahverdiyev və partnyorları” Vəkil Bürosunun vəkili Müdafiəçi3, Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi4 iştirakları ilə Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında xx xxxxxxxx 1992-ci ildə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, ünvan 1 ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə, xx xxxxxxxx 1991-ci ildə Sabirabad rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, işləməyən, Sabirabad rayonunun, Şıxsalahlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə, xx.xx.1992-ci ildə Salyan rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, məhkum olunmayan, işləməyən, Salyan rayonunun, Kərimbəyli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə, xx.xx.1988-ci ildə Biləsuvar rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, məhkum olunmayan, işləməyən, Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni Sahədə qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Qala stansiyası, Voxur küçəsi, nömrəsiz fərdi evdə yaşamış, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə təqsirləndirilmələrinə cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativtexniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq və bəyan etməməklə keçirilməsini təşkil etmiş, həmin külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlamış və idxal etmişdir. Belə ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etmək və saxlamaq, həmin dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq, bəyan etməməklə keçirilməsini təşkil etmiş, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, eləcə də şəxsiyyətləri istintaq yolu ilə araşdırılan Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə telefonla danışıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikası ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılıq əldə etdikdən sonra, Təqsirləndirilən şəxs3 idarə etdiyi “DAF” markalı, **-BL-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi “DAF” markalı, **-UG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə 15 yanvar 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərdən 31 bağlamada, 288668 manat dəyərində olan dövlət qeydiyyatından keçməyən dərmanları əldə etmiş, 7 bağlamada dərman vasitələri Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsində, 24 bağlamada dərman vasitələri isə Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlanılmış, lakin Azərbaycan Respublikasının dövlət sərhədinə yaxınlaşmamışdan əvvəl aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 öz nəqliyyat vasitəsində olan 7 bağlamada dərman vasitələrini Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlamış, 07 fevral 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə həmin dərman vasitələrini Azərbaycan Respublikası ərazisinə keçirmiş, Qazax şəhərində “Qırmızı körpü” adlanan sərhəd məntəqəsində Təqsirləndirilən şəxs4 onlara qoşularaq birlikdə Ağdaş rayonunun Ləki kəndinə getmiş, Ləki kəndində Təqsirləndirilən şəxs2 yük nəqliyyat vasitəsində olan 31 bağlamada dərman vasitələrini X1 ilə Təqsirləndirilən şəxs4 “DAF” markalı, **-HJ-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yükləmiş və Bakı şəhəri, Xəzər rayonu istiqamətində yola düşmüşlər. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində həmin nəqliyyat vasitəsi saxlanılmış və baxış zamanı dövlət qeydiyyatından keçməyən həmin dərman vasitələri aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativtexniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq və bəyan etməməklə keçirmiş, həmin külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlamış və idxal etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etmək və saxlamaq, həmin dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq, bəyan etməməklə keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4, eləcə də şəxsiyyətləri istintaq yolu ilə araşdırılan Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Təqsirləndirilən şəxs1 tərəfindən Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə telefonla danışıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikası ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılıq əldə edildikdən sonra, Təqsirləndirilən şəxs3 idarə etdiyi “DAF” markalı, **-BL-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi “DAF” markalı, **- UG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə 15 yanvar 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərdən 31 bağlamada, 288668 manat dəyərində olan dövlət qeydiyyatından keçməyən dərmanları əldə etmiş, 7 bağlamada dərman vasitələri Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsində, 24 bağlamada dərman vasitələri isə Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlanılmış, lakin Azərbaycan Respublikasının dövlət sərhədinə yaxınlaşmamışdan əvvəl aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 öz nəqliyyat vasitəsində olan 7 bağlamada dərman vasitələrini Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlamış, 07 fevral 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə həmin dərman vasitələrini Azərbaycan Respublikası ərazisinə keçirmiş, Qazax şəhərində “Qırmızı körpü” adlanan sərhəd məntəqəsində Təqsirləndirilən şəxs4 onlara qoşularaq birlikdə Ağdaş rayonunun Ləki kəndinə getmiş, Ləki kəndində Təqsirləndirilən şəxs2 yük nəqliyyat vasitəsində olan 31 bağlamada dərman vasitələrini X1 ilə Təqsirləndirilən şəxs4 “DAF” markalı, **-HJ-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yükləmiş və Bakı şəhəri, Xəzər rayonu istiqamətində yola düşmüşlər. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində həmin nəqliyyat vasitəsi saxlanılmış və baxış zamanı dövlət qeydiyyatından keçməyən həmin dərman vasitələri aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativtexniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq və bəyan etməməklə keçirmiş, həmin külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlamış və idxal etmişdir. Belə ki, qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etmək və saxlamaq, həmin dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq, bəyan etməməklə keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, eləcə də şəxsiyyətləri istintaq yolu ilə araşdırılan Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Təqsirləndirilən şəxs1 tərəfindən Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə telefonla danışıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikası ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılıq əldə edildikdən sonra, Təqsirləndirilən şəxs3 idarə etdiyi “DAF” markalı, **-BL-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi “DAF” markalı, **- UG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə 15 yanvar 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərdən 31 bağlamada, 288668 manat dəyərində olan dövlət qeydiyyatından keçməyən dərmanları əldə etmiş, 7 bağlamada dərman vasitələri Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsində, 24 bağlamada dərman vasitələri isə Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlanılmış, lakin Azərbaycan Respublikasının dövlət sərhədinə yaxınlaşmamışdan əvvəl aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 öz nəqliyyat vasitəsində olan 7 bağlamada dərman vasitələrini Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlamış, 07 fevral 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə həmin dərman vasitələrini Azərbaycan Respublikası ərazisinə keçirmiş, Qazax şəhərində “Qırmızı körpü” adlanan sərhəd məntəqəsində Təqsirləndirilən şəxs4 onlara qoşularaq birlikdə Ağdaş rayonunun Ləki kəndinə getmiş, Ləki kəndində Təqsirləndirilən şəxs2 yük nəqliyyat vasitəsində olan 31 bağlamada dərman vasitələrini X1 ilə Təqsirləndirilən şəxs4 “DAF” markalı, **-HJ-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yükləmiş və Bakı şəhəri, Xəzər rayonu istiqamətində yola düşmüşlər. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində həmin nəqliyyat vasitəsi saxlanılmış və baxış zamanı dövlət qeydiyyatından keçməyən həmin dərman vasitələri aşkar edilib götürülmüşdür. Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativtexniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq və bəyan etməməklə keçirməkdə qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmiş, həmin külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlamış və idxal etmişdir. Belə ki, Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini satış məqsədilə idxal etmək və saxlamaq, həmin dərman vasitələrini qabaqcadan əlbir olan bir qrup şəxs halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq, bəyan etməməklə keçirmək məqsədi ilə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2, eləcə də şəxsiyyətləri istintaq yolu ilə araşdırılan Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Təqsirləndirilən şəxs1 tərəfindən Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə telefonla danışıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikası ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılıq əldə edildikdən sonra, Təqsirləndirilən şəxs3 idarə etdiyi “DAF” markalı, **-BL-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə, Təqsirləndirilən şəxs2 isə idarə etdiyi “DAF” markalı, **- UG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsi ilə 15 yanvar 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə Azərbaycan Respublikasından Türkiyə Respublikasına getmiş, Türkiyə Respublikasının İstanbul şəhərində Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərdən 31 bağlamada, 288668 manat dəyərində olan dövlət qeydiyyatından keçməyən dərmanları əldə etmiş, 7 bağlamada dərman vasitələri Təqsirləndirilən şəxs3 nəqliyyat vasitəsində, 24 bağlamada dərman vasitələri isə Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlanılmış, lakin Azərbaycan Respublikasının dövlət sərhədinə yaxınlaşmamışdan əvvəl aralarında olan razılığa əsasən Təqsirləndirilən şəxs3 öz nəqliyyat vasitəsində olan 7 bağlamada dərman vasitələrini Təqsirləndirilən şəxs2 nəqliyyat vasitəsində saxlamış, 07 fevral 2022-ci il tarixdə “Şıxlı” sərhəd nəzarət məntəqəsindən keçməklə həmin dərman vasitələrini Azərbaycan Respublikası ərazisinə keçirmiş, Qazax şəhərində “Qırmızı körpü” adlanan sərhəd məntəqəsində o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 qoşularaq, dövlət qeydiyyatından keçməyən həmin dərmanları özünün yük nəqliyyat vasitəsində aparmaqla qabaqcadan yardım etməyi vəd etdiyindən birlikdə Ağdaş rayonunun Ləki kəndinə getmiş, Ləki kəndində Təqsirləndirilən şəxs2 yük nəqliyyat vasitəsində olan 31 bağlamada dərman vasitələrini X1 ilə onun “DAF” markalı, **-HJ-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə yükləmiş və Bakı şəhəri, Xəzər rayonu istiqamətində yola düşmüşlər. Bu barədə daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 07 fevral 2022-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində onun nəqliyyat vasitəsi saxlanılmış və baxış zamanı dövlət qeydiyyatından keçməyən həmin dərman vasitələri aşkar edilib götürülmüşdür. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında Türkiyə Respublikasından əvvəlcədən tanıdığı Eyyubun +90 533 363 54 46 saylı nömrəsi vasitəsilə sonuncu ilə əlaqə saxlamış, Eyyub ona 31 bağlama dərmanlar olduğunu bildirmişdir. O, həmin dərmanları satmaqdan ötrü qaçaq yolla Azərbaycana keçirməyi təşkil etmək üçün tanışları Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 bu barədə bildirmiş, onlara Türkiyənin İstanbul şəhərinə gedib orada Türkiyə vətəndaşları Eyyub və Emre ilə görüşmələrini və onlardan 31 bağlama qeydiyyatsız dərmanları götürmələrini, sonra həmin dərmanları qaçaq yolla Azərbaycana gətirmək lazım olduğunu bildirmişdir. O, həmin dərmanları dövlət qeydiyyatına almadan müxtəlif adamlara satacaqlarını, əldə etdikləri gəliri aralarında böləcəklərini bildirmişdir. Razılığa görə İsrayıl və Sayəddin hərəsi özünün tır maşınında Türkiyəyə getməyi, orada Eyyubla və Emre ilə görüşməyi, onlardan qeydiyyatsız dərmanları alıb Azərbaycana qaçaq yolla keçirməyi qərara almışlar. 2022-ci ilin fevral ayında İsrayıl və Sayəddin hərəsi özünün tır maşınında Azərbaycandan Türkiyəyə getmişlər. 07 fevral 2022-ci il tarixdə Eyyub ona zəng edərək İsrayıl və Sayəddinə cəmi 31 bağlama qeydiyyatsız dərmanları verdiyini demişdir. Həmçinin Sayəddin və İsrayıl da onunla əlaqə saxlamış və qeydiyyatsız dərmanları aldıqlarını və Azərbaycana yola düşdüklərini bildirmişlər. Azərbaycan sərhədinə yaxınlaşmamışdan əvvəl İsrayıl özünün tır maşınında olan 7 bağlama dərmanları Sayəddinin tır maşınına yerləşdirmiş, yəni Sayəddinin tır maşınında cəmi 31 bağlama qeydiyyatsız dərman olmuşdur. Daha az risklə hərəkət etmək üçün həmin dərmanları bir maşına yerləşdirmişlər. Onlar gömrük nəzarətində yoxlama aparatının işləməməsindən istifadə etmiş, gömrük nəzarətindən yayınmaqla Azərbaycan sərhədinə keçmişlər. Azərbaycana daxil olduqda Samiq onları “Qırmızı körpü” adlı sərhəd məntəqəsində gözləmişdir. Həmin vaxt Samiq Sayəddinin tır maşınında sükan arxasına əyləşmiş, Sayəddin də onun yanında əyləşmişdir. Onlar, yəni İsrayıl öz tır maşınında, Samiq və Sayəddin isə Sayəddinin maşınında Ağdaş rayonunun Ləki kəndinə qədər gəlmişlər. Ləki kəndində Samiqin tır maşını orada dayanmış vəziyyətdə olmuşdur. Orada da Samiqin tanışı X3, eləcə də fəhlələr Şahid1 və Şahid2 onları gözləmişlər. Raminin məlumatı olmamışdır ki, onlar Türkiyədən qaçaq yolla qeydiyyatsız dərmanlar gətirmiş və Azərbaycanda satışını həyata keçirmişlər. Ləki kəndində Sayəddinin tır maşınında olan 31 bağlama qeydiyyatsız dərmanlar Samiqin tır maşınına yüklənmişdir, həmin malların yüklənməsinə fəhlələr Taleh və Ceyhun köməklik etmişlər. Sonra həmin maşınla onlar Bakı şəhəri, Xəzər rayonuna gələndə polislər onları saxlamışlar və həmin dərmanlar aşkar olunmuşdur. Onlar və digər şəxslər həmin dərmanları dövlət qeydiyyatına almaq üçün heç bir orqana müraciət etməmişlər. Həmin dərmanların heç birisi dövlət qeydiyyatına alınmamışdır. Onlar həmin dərman vasitələrini müxtəlif adamlara satmaq üçün gətirmişlər, laikn konkret olaraq hansı müştərilərə satılmalı olduğunu bilməmişlər. Dərmanları satandan sonra həmin pulları ya bank vasitəsi ilə, ya da nəqd qaydada Eyyuba verməli idilər. Törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasından tanıdığı Eyyub Rafiqə zəng etmiş, 31 bağlama dərmanlar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin dərmanları satmaqdan ötrü qaçaq yolla Azərbaycana keçirməyi təşkil edərək, ona, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 bu barədə bildirmişdir. Rafiq onlara bildirmişdir ki, Türkiyənin İstanbul şəhərinə gedib orada Türkiyə vətəndaşları Eyyub və Emre ilə görüşmək və onlardan 31 bağlama qeydiyyatsız dərmanları götürmək, sonra həmin dərmanları qaçaq yolla Azərbaycana gətirmək lazımdır. Rafiq həmin dərmanları dövlət qeydiyyatına almadan müxtəlif adamlara satacaqlarını və əldə etdikləri gəliri aralarında böləcəklərini demişdir. 2022-ci ilin fevral ayında İsrayıl və o, hərəsi özünün tır maşınlarında Azərbaycandan Türkiyəyə getmişlər. 07 fevral 2022-ci il tarixdə Eyyubdan 31 bağlama qeydiyyatsız dərmanları almış, bu barədə Rafiqə zəng edib məlumat vermişlər. Azərbaycan sərhədinə yaxınlaşmamışdan əvvəl İsrayıl öz tır maşınında olan 7 bağlama dərmanları onun tır maşınına yerləşdirmiş, yəni onun tır maşınında cəmi 31 bağlama qeydiyyatsız dərman olmuşdur. Onlar gömrük nəzarətində yoxlama aparatının işləməməsindən istifadə edərək, gömrük nəzarətindən yayınmaqla Azərbaycan sərhədinə keçmişlər. Onlar Azərbaycana daxil olduqda Samiq onları “Qırmızı körpu” adlı sərhəd məntəqəsində gözləmişdir. Həmin vaxt Samiq onun maşınında sükan arxasına əyləşmişdir. Onlar Ağdaş rayonunun Ləki kəndinə qədər gəlmişlər. Ləki kəndində Samiqin tır maşını orada dayanmış, orada da Samiqin tanışı X3, eləcə də fəhlələr Şahid1 və Şahid2 onları gözləmişlər. Ramin, Taleh və Ceyhunun onların qaçaq yolla qeydiyyatsız dərman gətirmələrindən xəbərləri olmamışdır. Ləki kəndində onun tır maşınında olan 31 bağlama qeydiyyatsız dərmanlar Samiqin tır maşınına yüklənmişdir, həmin malların yüklənməsinə Ramin, eləcə də fəhlələr Taleh və Ceyhun köməklik etmişlər. Sonra həmin maşınla onlar Bakı şəhəri, Xəzər rayonuna gələndə polislər onları saxlamış, həmin dərmanlar aşkar olunmuşdur. Onlar həmin dərmanları dövlət qeydiyyatına almaq üçün heç bir orqana müraciət etməmişlər, həmin dərmanların heç birisi dövlət qeydiyyatına alınmamışdır. Həmin dərmanları gətirməkdə məqsədləri onları başqa adamlara satmaq olmuşdur. O və İsrayıl Gürcüstan-Azərbaycan sərhədinə yaxınlaşanda maşınları yoxlayan aparat müvəqqəti olaraq işləməmişdir. Ona görə də fürsətdən istifadə edərək nəzarətdən yayınmışlar və qaçaq yolla həmin dərmanları Azərbaycana keçirmişlər. Dərmanları qaçaq yolla gətirmələrində məqsədləri satmaq olmuşdur. Dərmanları satandan sonra həmin pulları ya bank vasitəsi ilə, ya da nağd qaydada Eyyuba və Emreyə verməyi razılaşmışdılar. Törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasından tanıdığı Eyyub Rafiqə zəng etmiş, 31 bağlama dərmanlar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin dərmanları satmaqdan ötrü qaçaq yolla Azərbaycana keçirməyi təşkil edərək, ona, Təqsirləndirilən şəxs2a oğlu və Təqsirləndirilən şəxs4 bu barədə bildirmişdir. Rafiq onlara bildirmişdir ki, Türkiyənin İstanbul şəhərinə gedib orada Türkiyə vətəndaşları Eyyub və Emre ilə görüşərək onlardan 31 bağlama qeydiyyatsız dərmanları götürüb, sonra həmin dərmanları qaçaq yolla Azərbaycana gətirmək lazımdır. Rafiq həmin dərmanları dövlət qeydiyyatına almadan müxtəlif adamlara satacaqlarını və əldə etdikləri gəliri aralarında böləcəklərini demişdir. 2022-ci ilin fevral ayında o və Sayəddin hərəsi özünün tır maşınlarında Azərbaycandan Türkiyəyə getmişlər. 07 fevral 2022-ci il tarixdə Eyyubdan 31 bağlama qeydiyyatsız dərmanları almış, bu barədə Rafiqə zəng edib məlumat vermişlər. Azərbaycan sərhədinə yaxınlaşmamışdan əvvəl o, öz tır maşınında olan 7 bağlama dərmanları Sayəddinin tır maşınına yerləşdirmiş, yəni Sayəddinin tır maşınında cəmi 31 bağlama qeydiyyatsız dərman olmuşdur. Bunu daha az risklə hərəkət etmək üçün etmişlər. Onlar gömrük nəzarətində yoxlama aparatının işləməməsindən istifadə edərək, gömrük nəzarətindən yayınmaqla Azərbaycan sərhədinə keçmişlər. Azərbaycana daxil olduqda Samiq onları “Qırmızı körpu” adlı sərhəd məntəqəsində gözləmişdir. Həmin vaxt Samiq Sayəddinin maşınında sükan arxasına əyləşmiş, onların hamısı Ağdaş rayonunun Ləki kəndinə qədər gəlmişlər. Ləki kəndində Samiqin tır maşını orada dayanmış, orada da Samiqin tanışı X3, eləcə də fəhlələr Şahid1 və Şahid2 gözləmişlər. Raminin və fəhlələrin xəbəri olmamışdır ki, onlar Türkiyədən qaçaq yolla qeydiyyatsız dərmanlar gətirmiş və Azərbaycanda satışını həyata keçirmişlər. Onlar həmin dərmanları dövlət qeydiyyatına almaq üçün heç bir orqana müraciət etməmişlər, həmin dərmanların heç birisi dövlət qeydiyyatına alınmamışdır. Həmin dərmanları gətirməkdə məqsədləri onları başqa adamlara satmaq olmuşdur. Törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işi üzrə məhkəmə baxışı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs1 Türkiyə Respublikasından tanıdığı Eyyub Rafiqə zəng etmiş, 31 bağlama dərmanlar olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin dərmanları satmaqdan ötrü qaçaq yolla Azərbaycana keçirməyi təşkil edərək, ona, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 bu barədə bildirmişdir. Rafiq onlara Türkiyənin İstanbul şəhərinə gedib orada Türkiyə vətəndaşları Eyyub və Emre ilə görüşmələrini və onlardan 31 bağlama qeydiyyatsız dərmanları götürmələrini, sonra həmin dərmanları qaçaq yolla Azərbaycana gətirmək lazım olduğunu bildirmişdir. Rafiq həmin dərmanları sonradan Azərbaycanda satacaqlarını və gəliri aralarında böləcəklərini demişdir. Razılığa əsasən İsrayıl və Sayəddin hərəsi özlərinin tır maşınında Türkiyəyə getmələrini, orada Eyyubla və Emre ilə görüşmələrini, onlardan qeydiyyatsız dərmanları alıb Azərbaycana qaçaq yolla keçirmələrini razılaşmışlar. Razılaşmalarına əsasən o, Qazax rayonunda yerləşən “Qırmızı körpü” deyilən yerdə onları gözləməyi, onlar Azərbaycan sərhədinə keçəndən sonra onların tır maşınlarında olan qeydiyyatsız dərmanları özünün tır maşınına yükləməyi qərara almışdır. 2022-ci ilin fevral ayında İsrayıl və Sayəddin hərəsi özünün tır maşınlarında Azərbaycandan Türkiyəyə getmişlər. 07 fevral 2022-ci il tarixdə Eyyubdan 31 bağlama qeydiyyatsız dərmanları almışlar. Azərbaycan sərhədinə yaxınlaşmamışdan əvvəl İsrayıl öz tır maşınında olan 7 bağlama dərmanları Sayəddinin tır maşınına yerləşdirmişdir, yəni Sayəddinin tır maşınında cəmi 31 bağlama qeydiyyatsız dərman olmuşdur. Onlar gömrük nəzarətində yoxlama aparatının işləməməsindən istifadə edərək, gömrük nəzarətindən yayınmaqla Azərbaycan sərhədinə keçmişlər. Onlar Azərbaycana daxil olduqda onları “Qırmızı körpü” adlı sərhəd məntəqəsində gözləmiş, amma onun tır maşını Ağdaş rayonunun Ləki kəndində olmuşdur. Həmin vaxt o, Sayəddinin maşınında sükan arxasına əyləşmişdir. Onların hamısı Ağdaş rayonunun Ləki kəndinə qədər gəlmiş, Ləki kəndində onun tır maşını orada dayanmışdır. Orada da onun tanışı X3, eləcə də fəhlələr Şahid1 və Şahid2 onları gözləmişlər. Raminin xəbəri olmamışdır ki, onlar Türkiyədən qaçaq yolla qeydiyyatsız dərmanlar gətirmiş və Azərbaycanda satışını həyata keçirmişlər. Ləki kəndində Sayəddinin tır maşınında olan 31 bağlama qeydiyyatsız dərmanlar onun tır maşınına yüklənmişdir. Həmin malların yüklənməsinə fəhlələr Taleh və Ceyhun köməklik etmişlər. Törətdiyi cinayət əməlindən peşmandır və məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Cinayət işinə məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, onunla Təqsirləndirilən şəxs4 arasında tanışlıq münasibəti olmuşdur. 2022-ci ilin fevral ayında Samiq ona Ağdaş rayonunda yük olduğunu və həmin yükü boşaltmaq lazım olduğunu bildirmişdir. Samiq ona nə yükü olduğunu deməmiş, lakin həmin yüklərin boşaldılması üçün ona zəhmət haqqı verəcəyini demişdir. O da təkliflə razılaşmışdır. Bundan sonra Samiq onu və Ceyhun adlı bir nəfəri Ağdaş rayonunun Ləki kəndinə aparmışdır. Ləki kəndində adını sonradan bildiyi Sayəddin adlı şəxs idarə etdiyi “DAF” markalı, **-UG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin yanında dayanmışdır. O və Ceyhun adlı şəxs Sayəddinin həmin tır maşınının yük yerinin yan tərəfini açmışlar. Oradan 31 bağlamada olan dərman preparatlarını götürmüş və Samiqin maşınına boşaltmışdır. Həmin 31 bağlamada olan dərmanlar məhz Sayəddinin maşınında olmuş, onlar həmin dərmanları məhz Sayəddinin maşınından götürmüş və Samiqin maşınına boşaltmışlar. Onlar malları Sayəddinin tır maşınından boşaldanda Sayəddinin özü də orada olmuş və hətta Sayəddin özü də idarə etdiyi tır maşınının yük yerindən bir neçə qutunu götürüb Samiqin maşınına boşaltmışdır. Sayəddinin maşınının arxa qapıları həqiqətən də plomblanmışdır, lakin onlar yükləri götürəndə maşının arxa qapısını açmamış, çünki arxa qapını açdıqları halda plombun zədələnməsi ehtimalı olmuşdur. Ona görə də onlar Sayəddinin tır maşınının arxa qapılarını açmamışlar. Belə ki, Sayəddinin idarə etdiyi tır maşınının arxa tərəfi, yəni yük yeri parça materialdan örtülmüş, yəni həmin parça olan yeri səliqə ilə açmaq mümkün olmuşdur. Sayəddin də maşının yan tərəfindən həmin parça yerini açmış, o və digər fəhlə Ceyhun da həmin açılmış yerdən maşına daxil olmuş və oradan qutuları boşaltmışlar. Qutular boşaldılandan sonra Sayəddin yenidən həmin parça yerini səliqə ilə örtmüş və maşının plombu zədələnmədən həmin yükləri maşından boşaltmışlar. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində xüsusilə mühüm işlər üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyir. Təqsirləndirilən şəxs2 və qeyrilərinin qaçaqmalçılıq yolu ilə qeydiyyatsız dərman vasitələrini ölkə ərazisinə keçirmələri barədə məlumat daxil olmuşdur. Həmin məlumat əsasında 07 fevral 2022-ci il tarixdə əməliyyat-axtarış tədbiri keçirilmişdir. Həmin tarixdə Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsində Təqsirləndirilən şəxs4 idarə etdiyi yük nəqliyyat vasitəsinə baxış keçirilmişdir. Baxış keçirilərkən həmin nəqliyyat vasitəsində qeydiyyatsız dərman vasitələrinin olması aşkar edilmişdir. Həmin dərman vasitələri götürülmüş və qablaşdırılmışdır. Məhkəmə baxışı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid4 məhkəmədə şahid kimi dindirilmiş Şahid3 ilə eyni məzmunlu ifadə verib sonuncunun ifadəsində göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. Bundan başqa, qanunla müəyyən olunan qaydada məhkəmənin yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq, ölkə hüdudlarından kənarda olması ilə əlaqədar məhkəmədə iştirakının təmin edilməsinin mümkün olmaması ilə əlaqədar olaraq məhkəmə istintaqı zamanı iştirak etməyən və məhkəməyədək icraat zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı şahid qismində verdiyi ifadəsi məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunmuş və müəyyən edilmişdir ki, Şahid2 tədqiq olunan həmin ifadəsində göstərmişdir ki, 2022-ci ilin fevral ayında Təqsirləndirilən şəxs4 ona Ağdaş rayonunda yük olduğunu, həmin yükü boşaltmaq lazım olduğunu bildirmiş, lakin nə yük olduğunu deməmişdir. Həmin yüklərin boşaldılması üçün ona zəhmət haqqı verəcəyini demişdir. O da təkliflə razılaşdıqdan sonra Samiq onu və Taleh adlı bir nəfəri Ağdaş rayonunun Ləki kəndinə aparmışdır. Ləki kəndində adını sonradan bildiyi Sayəddin adlı şəxs idarə etdiyi “DAF” markalı, **-UG-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinin yanında dayanmışdır. O və Taleh adlı şəxs Sayəddinin həmin tır maşınının yük yerinin yan tərəfini açmışlar, oradan 31 bağlamada olan dərman preparatlarını götürmüş və Samiqin maşınına boşaltmışdır. 31 bağlamada olan dərmanlar məhz Sayəddinin maşınında olmuş, onlar həmin dərmanları məhz Sayəddinin maşınından götürmüş və və Samiqin maşınına boşaltmışlar. Onlar malları Sayəddinin tır maşınından boşaldanda Sayəddinin özü də orada olmuşdur. Həmin qutuların hamısı Sayəddinin maşınında olmuşdur. O və Taleh məhz Sayəddinin maşınından yükləri götürmüş və həmin yükləri Samiqin maşınına boşaltmışlar. Sayəddinin maşınının arxa qapıları həqiqətən də plomblanmışdır, lakin onlar yükləri götürəndə maşının arxa qapısını açmamış, çünki arxa qapını açdıqları halda plombun zədələnməsi ehtimalı olmuşdur. Ona görə də onlar Sayəddinin tır maşınının arxa qapılarını açmamışlar. Sayəddinin idarə etdiyi tır maşınının arxa tərəfi, yəni yük yeri parça materialdan örtülmüş, yəni həmin parça olan yeri səliqə ilə açmaq mümkün olmuşdur. Sayəddin də maşının yan tərəfindən həmin parça yerini açmış, o və digər fəhlə Taleh də həmin açılmış yerdən maşına daxil olmuş və oradan qutuları boşaltmışlar. Qutular boşaldılandan sonra Sayəddin yenidən həmin parça yerini səliqə ilə örtmüş, beləliklə də, maşının plombu zədələnmədən həmin yükləri maşından boşaltmışlar (iş vərəqə: cild 3, səh.51-54). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 07 fevral 2022-ci il tarixli “Baxış keçirilməsi” haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs4 “DAF” markalı, **-HJ-*** dövlət nömrə nişanlı yük nəqliyyat vasitəsinə baxış keçirilmiş və baxış zamanı həmin nəqliyyat vasitəsinin yük yerindən 31 bağlamada dərman vasitələri aşkar edilmiş, Təqsirləndirilən şəxs4 həmin dərman vasitələrini Azərbaycan Respublikasının sərhəddindən gizlin yolla gətirildiyini bildirmişdir (iş vərəqə: cild 1, səh.10-12). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 14 fevral 2022-ci il tarixli qərarından görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin 07 fevral 2022-ci il tarixli əməliyyat-axtarış tədbirinin həyata keçirilməsi haqqında qərarı qanuni hesab edilmişdir (iş vərəqə: cild 2, səh.61-63). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 11 fevral 2022-ci il tarixli, 9/971 nömrəli rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş dərman preparatlarının ayrı-ayrılıqda adları və 2022-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri 288668,10 manat müəyyən edilir (iş vərəqə: cild 1, səh.39-47). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 14 fevral 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 sərhədkeçmə hesabatlarına baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 (Pasport C********) ölkə ərazisini sonuncu dəfə 15 yanvar 2022-ci il tarixdə saat 03.34-də idarə etdiyi “DAF” markalı, ** UG *** nömrə nişanlı yük maşını ilə “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Gürcüstan istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 05.48-də idarə etdiyi “DAF” markalı, ** UG *** nömrə nişanlı yük maşını ilə “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə ölkə ərazisinə geri qayıtmışdır, həmçinin müəyyən edilmişdir ki, təqsirləndirilən şəxs İsrayıl Məmmədov (Pasport C********) ölkə ərazisini sonuncu dəfə 15 yanvar 2022-ci il tarixdə saat 01.23-də idarə etdiyi “DAF” markalı, ** BL *** nömrə nişanlı yük maşını ilə “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə Gürcüstan istiqamətində tərk etmiş, xx.xx.2022-ci il tarixdə saat 05.57-də idarə etdiyi “DAF” markalı, ** BL *** nömrə nişanlı yük maşını ilə “Qırmızı Körpü” sərhəd nəzarət məntəqəsi vasitəsi ilə ölkə ərazisinə geri qayıtmışdır (iş vərəqə: cild 1, səh.217-228). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X4 Şəxsdən daxil olmuş 01 mart 2022-ci il tarixli məktubdan görünür ki, təqdim edilmiş dərman vasitələri dövlət qeydiyyatına alınmamışdır (iş vərəqə: cild 2, səh.72-87). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza X4 Şəxsdən daxil olmuş 10 mart 2022-ci il tarixli məktubdan görünür ki, dərman vasitələrinin dövlət qeydiyyatına alınması ilə bağlı Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən müraciət daxil olmamışdır (iş vərəqə: cild 2, səh.93). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 sentyabr 2022-ci il tarixli “üzləşdirmə istintaq hərəkəti” barədə protokoldan görünür ki, Şahid1 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilərkən Şahid1 Təqsirləndirilən şəxs2z üzünə qarşı onu Təqsirləndirilən şəxs4 Ağdaş rayonunda tır maşınından yük boşaldılması üçün çağırdığını, Ləki kəndində adını sonradan bildiyi Sayəddin adlı şəxsin də idarə etdiyi “DAF” markalı yük nəqliyyat vasitəsinin yanında dayandığını, o və Ceyhun adlı başqa fəhlənin Sayəddinin həmin tır maşınından yükləri Samiqin maşınına boşaltdıqlarını, onlar malları Sayəddinin tır maşınından boşaldanda Sayəddinin özünün də orada olduğunu, hətta Sayəddinin özünün də idarə etdiyi tır maşınının yük yerindən bir neçə qutunu götürüb Samiqin maşınına boşaltdığını bildirmişdir (iş vərəqə: cild 3, 135-138). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 06 sentyabr 2022-ci il tarixli “üzləşdirmə istintaq hərəkəti” barədə protokoldan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs4 ilə Təqsirləndirilən şəxs2 arasında üzləşdirmə keçirilərkən Təqsirləndirilən şəxs4 Ağdaş rayonunun Ləki qəsəbəsində digər tır maşınından onun maşınına dərman yüklərinin boşaldılmasını Təqsirləndirilən şəxs2 üzünə qarşı demişdir (iş vərəqə: cild 3, səh.139-141). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan 15 aprel 2022-ci il tarixli “Baxış keçirilməsi haqqında” protokoldan görünür ki, "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklərə baxış keçirilərkən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 istifadə etdiyi 055 342 29 70 nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadə etdiyi 070 249 49 90 nömrəsi arasında xx.xx.2021-ci il tarixdə 12 saniyə, xx.xx.2021-ci il tarixdə 96 saniyə, xx.xx.2021-ci il tarixdə 32 saniyə, xx.xx.2021-ci ildə 277 saniyə, xx.xx.2021-ci ildə 354 saniyə danışıq aparılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs3 istifadə etdiyi 070 249 49 90 nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadə etdiyi 055 262 60 18 nömrəsi arasında xx.xx.2022-ci ildə 84 saniyə, xx.xx.2022-ci ildə 46 saniyə, 146 saniyə, xx.xx.2022-ci ildə 12 saniyə, xx.xx.2022-ci ildə 61 saniyə, xx.xx.2022-ci ildə 141 saniyə, xx.xx.2022-ci ildə 37 saniyə, xx.xx.2022-ci ildə 9 saniyə, xx.xx.2022-ci ildə 240 saniyə, xx.xx.2022-ci ildə 98 saniyə, xx.xx.2022-ci ildə 151 saniyə danışıq aparılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs4 istifadə etdiyi 077 324 59 89 nömrəsi ilə Təqsirləndirilən şəxs2 istifadə etdiyi 055 262 60 18 nömrəsi arasında xx.xx.2021-ci ildə 102 saniyə, xx.xx.2021-ci ildə 46 saniyə, xx.xx.2022-ci ildə 36 saniyə, xx.xx.2022-ci ildə 481 saniyə, 91 saniyə, xx.xx.2022ci ildə 54 saniyə danışıq aparılmışdır. Bundan başqa, Təqsirləndirilən şəxs4 077 324 59 89 nömrəsi ilə Təqsirləndirilən şəxs3 istifadə etdiyi 070 249 49 90 nömrəsi arasında xx.xx.2022-ci ildə 51 saniyə, xx.xx.2022-ci ildə 444 saniyə, xx.xx.2022-ci ildə 67 saniyə, xx.xx.2022-ci ildə 241 saniyə, xx.xx.2022-ci ildə 1334 saniyə, xx.xx.2022-ci ildə 40 saniyə, xx.xx.2022-ci ildə 467 saniyə, xx.xx.2022-ci ildə 98 saniyə, xx.xx.2022-ci ildə 200 saniyə, xx.xx.2022-ci ildə 24 saniyə danışıq aparılmışdır (iş vərəqə: cild 2, səh.172). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sumqayıt Baş Gömrük İdarəsindən daxil olmuş 05 mart 2022ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən heç bir idxal əməliyyatları qeydə alınmamışdır (iş vərəqə: cild 2, səh.95). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 10 mart 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən Azərbaycan Respublikasının ərazisinə gətirilən dərman vasitələrinin Şimal Ərazi Gömrük İdarəsində rəsmiləşdirilməsi həyata keçirilməmişdir (iş vərəqə: cild 2, səh.99). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 05 mart 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən Cənub Ərazi Baş Gömrük İdarəsi və tabeçiliyində olan gömrük postlarında dərman vasitələrinin bəyan edilməsi və yaxud rəsmiləşdirilməsi ilə bağlı Vahid Avtomatlaşdırılmış idaretmə sistemində hər hansı məlumat qeydə alınmamışdır (iş vərəqə: cild 2, səh.101). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Hava Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 11 mart 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən dərman vasitələrinin Azərbaycan Respublikasına gətirilərək Hava Nəqliyyatında Baş Gömrük İdarəsində rəsmiləşdirilməsi qeydə alınmamışdır (iş vərəqə: cild 2, səh.105). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsindən daxil olmuş 16 mart 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən dərman vasitələrinin ölkə ərazisinə gətirilərək gömrük rəsmiləşdirilməsi haqqında zəruri məlumat qeydə alınmamışdır (iş vərəqə: cild 2, səh.109). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cənub Ərazi Baş Gömrük İdarəsindən daxil olmuş 07 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən dərman vasitələrinin bəyan edilməsi və yaxud rəsmiləşdirilməsi ilə bağlı məlumat qeydə alınmamışdır (iş vərəqə: cild 2, səh.168). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsindən daxil olmuş 08 aprel 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən idxal əməliyyatları haqqında Dövlət Gömrük Komitəsinin məlumat bazasında hər hansı qeyd yoxdur (iş vərəqə: cild 2, səh.170). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsindən daxil olmuş 19 iyul 2022-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 tərəfindən gömrük rəsmiləşdirilməsinin həyata keçirilməsi barədə Bakı Baş Gömrük İdarəsinin elektron bazasında məlumat aşkar edilməmişdir (iş vərəqə: cild 3, səh.55). Cinayət işinin materiallarına əlavə edilmiş 15 sentyabr 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 aşkar edilmiş 31 bağlamada olan müxtəlif adda qeydiyyatsız dərman vasitələri maddi sübut kimi tanınmış və saxlanılması üçün Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması yerinə təhvil verilmiş, bundan başqa "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklər maddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir, həmin qərardan həmçinin görünür ki, hazırki cinayət işinin materiallarından “Emre” və “Eyyub” adlı şəxslərin barələrində başqa cinayət işi ayrılmış, X2, Şahid1 və Şahid2 əməllərində cinayət tərkibi olmadığından barələrində cinayət təqibinin başlanılması rədd edilmişdir (iş vərəqə: cild 3, səh.155-171). Məhkəmə baxışı zamanı elan edilməklə tədqiq olunan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş xx.xx.2022-ci il tarixli və xx.xx.2022-ci il tarixli tələbnаmələrdən görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkumluqları yoxdur (iş vərəqə: cild 2, səh.25-30). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli protokollardan görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşlar (iş vərəqə: cild 1, səh.56, 71, 86, 101). Cinayət işinin materiallarına əlavə edilmiş Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 barələrində əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir (iş vərəqə: cild 2, səh.1-21). Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 məhkəmə baxışı zamanı təqdim etdikləri ərizələrindən görünür ki, iş üzrə maddi sübut olan dərman vasitələrinin dövlət nəfinə təhvil verilməsini etiraz etmirlər (cinayət işi materialları). Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası medalının vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə və xx.xx.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur (cinayət işi materialları). Cinayət işinin materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs2 himayəsində iki nəfər azyaşlı uşaqları var (cinayət işi materialları). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Gəncə şəhəri Nizami rayon İcra Hakimiyyətinin arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ailəsi yaşlı atasından, anasından və bacılarından ibarətdir (iş vərəqə: cild 2, səh. 165). Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2022-ci il tarixli Salyan rayon İcra Hakimiyyətinin arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs3 ailəsi yaşlı atası və anasından ibarətdir, həmçinin Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur (iş vərəqə: cild 2, səh. 90-91). Cinayət işinin materiallarına əlavə edilmiş şəxsiyyət vəsiqələrinin surətindən görünür ki, Təqsirləndirilən şəxs4 himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqları var (cinayət işi materialları). Beləliklə, məhkəmə təqdim edilmiş sübutların və onların məcmusunun məhkəmə araşdırmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərə ibtidai istintaq orqanı tərəfindən irəli sürülmüş ittiham üzrə onların əməllərinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, məhkəmə araşdırmasının nəticələrinə uyğun olaraq təqsirləndirilən şəxslərin törədilmiş cinayət hadisəsində onların hər birinin ayrı-ayrılıqda iştirakına və onların təqsirləndirildiyi Cinayət Məcəlləsinin hər bir maddəsi üzrə münasibətdə onların əməllərinə hüquqi qiymət verilməlidir. Cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 oğlu mütəşəkkil dəstə halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini mütəşəkkil dəstə halında qaçaqmalçılıq yolu ilə, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən gizli olaraq və bəyan etməməklə keçirmə, həmin külli miqdarda dərman vasitələrini satış məqsədilə saxlama və idxal etmə cinayət əməllərini törətməkdə təqsirləndirilirlər. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarda Konstitusiya Məhkəməsinin Plenumu cinayət əməlinin tövsifi ilə bağlı hüquqi mövqeyini belə ifadə etmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə cəlb edilməsinə, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutları qiymətləndirən məhkəmə kollegiyası, cinayət işinin mövcud materiallarına, habelə məhkəmə istintaqı zamanı gəlinən nəticəyə əsaslanaraq ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxslərin cinayət əməllərinin mütəşəkkil dəstə halında törədilməsi ilə bağlı tövsifinə dair gəldiyi qənaətlə razılaşmır. Belə ki, ibtidai istintaq orqanı tərəfindən bütün təqsirləndirilən şəxslərə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3 və 206.4-cü maddələri ilə ittiham elan edilərək onların həm dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı cinayət əməlini, həm də qaçaqmalçılıq cinayət əməlini mütəşəkkil dəstə halında törətmələri qənaətinə gəlinmişdir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli qərarının 20-ci bəndində göstərilmişdir ki, “Qaçaqmalçılığın mütəşəkkil dəstə tərəfindən törədilmiş hesab edilməsi üçün məhkəmələr CM-nin 34.3-cü maddəsinə müvafiq olaraq cinayət işləri üzrə belə dəstənin əlamətlərinin mövcudluğuna dair kifayət qədər sübutların olub-olmamasına diqqət yetirməlidirlər”. Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulan “mütəşəkkil dəstə” anlayışının şərh edilməsi haqqında” 20 aprel 1999-cu il tarixli Qərarında göstərilmişdir ki, “Əvvəlcədən əlbir olan bir qrup şəxs və mütəşəkkil dəstənin digər mütləq əlaməti hər birinin möhkəmliyidir. Lakin onların möhkəmliyi bir-birindən fərqlənir. Belə ki, əvvəlcədən əlbir olan bir qrup şəxsin tərkibi nisbətən daha az sabit olur: qrupun üzvləri sərbəst olaraq onu tərk edə bilər və buraya eyni asanlıqla yeni üzvlər də daxil edilə bilər. Mütəşəkkil dəstəyə onun tərkibində və təşkilati qurumlarında daha çox sabitlik, üzvlərin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi kimi əlamətlər xas olmaqla, belə cinayətkar qrupa daxil olunmanı çətinləşdirir, başqa üzvlər tərəfindən qəti mənfi münasibət bəsləndiyinə görə onun tərk edilməsini ciddi şəkildə problemləşdirir, birlikdə cinayətlərin törədilməsi üçün uzun muddətli və çoxepizodlu cinayətkar fəaliyyətin seçilməsi ehtimalını artırır”. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.3-cü maddəsinə əsasən bir və ya bir neçə cinayətin törədilməsi üçün qabaqcadan birləşmiş iki və ya daha çox şəxsdən ibarət olan sabit cinayətkar qrup tərəfindən törədilən cinayət mütəşəkkil dəstə tərəfindən törədilmiş cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin “mütəşəkkil dəstə”nin anlayışının əks olunduğu 34.3-cü maddəsindən, həmçinin Azərbaycan Respublikası Konstitusiya və Ali Məhkəməsi Plenumunun yuxarıda göstərilmiş qərarlarının məzmunundan göründüyü kimi, “mütəşəkkil dəstə” cinayətkar qrupun daha təhlükəli növü olmaqla dəstədə ciddi intizamın gözlənilməsi, cinayətin törədilmə planının həyata keçirilməsi üçün mükəmməl hazırlıq görülməsi, cinayətin törədilməsi üçün mürəkkəb üsullardan istifadə olunması, ən əsası isə dəstənin üzvlərinin daha çox sabitliyi, üzvlərin birliyi (sıxlığı), cinayətkar fəaliyyətin forma və üsullarının daimiliyi kimi əlamətlərə malik olur. Lakin hazırki cinayət işi üzrə təqsirləndirilən şəxslərə elan edilmiş ittihamda onların cinayət əməllərini mütəşəkkil dəstə halında həyata keçirmələri göstərilsə də, təqsirləndirilən şəxslərin qabaqcadan razılaşaraq həmin cinayət əməllərini törədərkən onların “mütəşəkkil dəstə”nin yuxarıda göstərilən hər hansı əlamətlərinə malik olması təsdiq edilməmiş, təqsirləndirilən şəxslərin həmin cinayət əməllərini məhz mütəşəkkil dəstə halında törətmələrinin nədə ifadə olması, mütəşəkkil dəstənin hansı xarakterik xüsusiyyətlərinə malik olması, onların həmin cinayət əməllərini həyata keçirərkən bunun üçün hər hansı mükəmməl hazırlıq görülməsi, cinayətin törədilməsi üçün hər hansı mürəkkəb üsullardan istifadə olunması və ya onların birlikdə sabit dəstəyə malik olmaları, onlar tərəfindən forma və üsullarının daimi olduğu hər hansı sabit cinayətkar fəaliyyəti həyata keçirmələri nə irəli sürülmüş ittihamda göstərilməmiş, nə də cinayət əməlinin məhz mütəşəkkil dəstə halında törədilməsinə dair hər hansı sübut təqdim olunmamış və işin məhkəmə baxışı zamanı da əldə edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2-ci maddəsində həmin cinayət əməlinin qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədilməsi kimi, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsində qaçaqmalçılıq cinayətinin qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilməsi və 206.4-cü maddəsində həmin cinayət əməlinin mütəşəkkil dəstə tərəfindən törədilməsi kimi tövsifedici əlamətləri təsbit edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 34.2-ci maddəsinə əsasən qabaqcadan razılaşmaqla iki və ya daha çox şəxsin birgə iştirakı ilə törədilən cinayət qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət hesab olunur. Bununla yanaşı, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32, 33 və 34-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 6 may 2022-ci il tarixli qərarında qeyd edilir ki, Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin mənasına görə, cinayətin iştirakçıları (təşkilatçı, təhrikçi və ya köməkçi) cinayət əməlinin obyektiv cəhətini təşkil edən hərəkətlərin icrasında bilavasitə iştirak etmədiyi və ya onların əməlində cinayətin obyektiv cəhətinin tərkib əlamətlərinin mövcud olmadığı halda, əməl qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş cinayət kimi qiymətləndirilə bilməz; Cinayət Məcəlləsinin 33.3 və 34.2-ci maddələrinin tələbləri baxımından cinayətin iştirakçısı icraçı ilə birlikdə cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərdə iştirak etmədikdə, yəni cinayət qabaqcadan əlbir olan iki və daha çox şəxs tərəfindən törədilmədikdə, onun əməlləri həmin Məcəllənin 32-ci maddəsinə istinad edilməklə Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsinə uyğun tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3-cü maddəsinə görə cinayətin törədilməsini təşkil etmiş və ya həmin cinayətin törədilməsinə rəhbərlik etmiş, eləcə də mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) yaratmış və ya bunlara rəhbərlik etmiş şəxs cinayətin təşkilatçısı sayılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə əsasən cinayətin törədilməsinə məsləhətləri, göstərişləri və məlumatları ilə, cinayət törədilməsi üçün alət və ya vasitələr vermək və ya maneələri aradan qaldırmaqla yardım etmiş şəxs, habelə cinayət törətmiş şəxsi, cinayət alətlərini və ya vasitələrini, cinayətin izlərini, yaxud cinayət yolu ilə əldə edilmiş əmlakı gizlətməyi, belə əmlakı əldə etməyi, onlara sahiblik və ya onlardan istifadə etməyi, yaxud sərəncam verməyi qabaqcadan vəd etmiş şəxs köməkçi sayılır. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, qaçaqmalçılıq cinayətin törədilməsində iştirak edən şəxslərdən yalnız biri (bir neçəsi) malları və ya digər əşyaları Azərbaycan Respublikasının gömrük sərhədindən qeyriqanuni üsullarla bilavasitə keçirdikdə və ya qaçaqmalçılığın bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması üçün başqa hərəkətlər etdikdə, digəri (digərləri) isə bu əməllərin törədilməsini təşkil etdikdə və ya həmin əməllərin törədilməsinə icraçını təhrik etdikdə, yaxud da CM-nin 32.5-ci maddəsində nəzərdə tutulmuş hərəkətləri etməklə cinayətin törədilməsinə köməklik göstərdikdə, icraçının (icraçıların) əməlləri qaçaqmalçılıq predmetinin mənsubiyyətindən və başqa tövsifedici əlamətlərdən asılı olaraq CM-nin 206.1 və ya 206.2, yaxud 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə, digər iştirakçıların əməlləri isə (onların eyni vaxtda birgə icraçı kimi cinayətin törədilməsində iştirak etdikləri hallar istisna olunmaqla) iştirakçılığın növündən asılı olaraq CM-nin 32.3, 32.4 və ya 32.5-ci maddələrinə istinad edilməklə icraçının (icraçıların) əməllərinə uyğun olaraq CM-nin 206.1, 206.2, 206.3.1, 206.3.2 və ya 206.3.3-cü maddələri ilə tövsif edilir. Hazırki cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilən cinayət işinin obyektiv hallarına, həmçinin təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə və digər sübutlara əsasən müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməmiş, o, həmin cinayəti təşkil etmiş, bu məqsədlə Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, dövlət qeydiyyatından keçməyən külli miqdarda dərman vasitələrini Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirilməsini təşkil etmə, bu məqsədlə həmçinin tanışları Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girmiş, Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə telefonla danışıb 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin Azərbaycan Respublikası ərazisinə keçirilərək satışının həyata keçirilməsi barədə razılıq əldə etmiş və həmin dərman vasitələrinin Azərbaycan Respublikasının dövlət sərhədindən qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirilməsinə nail olmuşdur. Onun bu hərəkətləri qaçaqmalçılıq cinayətinin icraçısının deyil, Cinayət Məcəlləsinin 32.3cü maddəsində təşkilatçını xarakterizə edən əlamətlərlə uyğunluq təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsində təşkilatçı qismində iştirak etdiyindən, həmçinin onun cinayət əməllərinin məhz mütəşəkkil dəstə halında törədilməsi sübuta yetirilmədiyindən onun ittiham olunduğu Cinayət Məcəlləsinin 206.4-cü maddəsi üzrə əməli Cinayət Məcəlləsinin 32.3, 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Bundan başqa, cinayət işi üzrə məhkəmə istintaqı zamanı müəyyən edilən cinayət işinin obyektiv hallarına, həmçinin təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı vermiş olduğu ifadələrinə və digər sübutlara əsasən eyni zamanda müəyyən edilir ki, digər Təqsirləndirilən şəxs4 qaçaqmalçılıq cinayət əməli törədilərkən həmin cinayətin obyektiv cəhətinə daxil olan hərəkətlərin yerinə yetirilməsində bilavasitə iştirak etməmiş, yəni o, həmin cinayət əməli törədilərkən qabaqcadan vəd etməklə köməkçi qismində iştirak etmiş, bu məqsədlə tanışları Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 ilə cinayət əlaqəsinə girmiş, digər təqsirləndirilən şəxslər həmin dərman vasitələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikası ərazisinə keçirdikdən sonra, o, dövlət qeydiyyatından keçməyən həmin dərmanları özünün yük nəqliyyat vasitəsində aparmaqla qabaqcadan yardım etməyi vəd etdiyindən həmin dərman vasitələrini özünün yük nəqliyyat vasitəsinə yükləyərək yola düşmüşdür. Onun bu hərəkətləri qaçaqmalçılıq cinayətinin icraçısının deyil, Cinayət Məcəlləsinin 32.5-cü maddəsində köməkçini xarakterizə edən əlamətlərlə uyğunluq təşkil edir. Odur ki, Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsində köməkçi qismində iştirak etdiyindən, həmçinin onun cinayət əməllərinin məhz mütəşəkkil dəstə halında törədilməsi sübuta yetirilmədiyindən onun ittiham olunduğu Cinayət Məcəlləsinin 206.4-cü maddəsi üzrə əməli Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Bununla yanaşı, digər təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qaçaqmalçılıq cinayətinin törədilməsində bilavasitə iştirak etdiklərindən, dövlət qeydiyyatından keçməyən həmin dərmanları özləri birbaşa Türkiyə Respublikasının vətəndaşları Eyyub və Emre adlı şəxslərlə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək, həmin şəxslərdən 31 ədəd bağlamada dövlət qeydiyyatından keçməyən dərman vasitələrini götürərək Azərbaycan Respublikasının gömrük sərhədindən qeyri-qanuni üsullarla bilavasitə keçirdiklərindən və qaçaqmalçılıq cinayətini birbaşa icra etdiklərindən, həmçinin onların cinayət əməllərinin məhz mütəşəkkil dəstə halında törədilməsi sübuta yetirilmədiyindən Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ittiham olunduqları Cinayət Məcəlləsinin 206.4-cü maddəsi üzrə əməlləri Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsinə tövsif edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəllənin 31-ci maddəsinə əsasən iki və ya daha çox şəxsin qəsdən cinayət törətməkdə qəsdən birgə iştirakı iştirakçılıq sayılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə görə cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəllənin 33.3-cü maddəsinə əsasən cinayətin təşkilatçısı, təhrikçisi və köməkçisi törədilmiş cinayətə görə, cinayətin törədilməsində onların eyni vaxtda birgə icraçı kimi iştirak etdiyi hallar istisna olunmaqla, bu Məcəllənin 32-ci maddəsinə istinad edilməklə həmin Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş müvafiq maddəyə uyğun olaraq cinayət məsuliyyətinə cəlb edilirlər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 33.3-cü maddəsinə əsasən təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin CM-nin 32-ci maddəsinə istinad edilməklə tövsif edilməsinə dair tələb onların əməllərinin hüquqi tövsifinin icraçının törətdiyi cinayət ilə şərtləndirilməsindən irəli gəlir. Təşkilatçının, təhrikçinin, köməkçinin əməlləri cinayətin obyektiv cəhətinə daxil olmayan hərəkət və ya hərəkətsizlik olduğundan, faktiki olaraq cinayəti icraçının hərəkətləri formalaşdırır və törədilmiş əməlin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edilir. Məhkəmə qanunun yuxarıda qeyd edilən normalarına və cinayət işinin materiallarına əsasən hesab edir ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32.3, 206.3.2-ci maddəsi üzrə təqsirli bilinməsi, Təqsirləndirilən şəxs4 isə Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi üzrə təqsirli bilinməsi məhz hazırki iş üzrə cinayət əməllərinin törədilməsində icraçı qismində iştirak etmiş Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətdikləri cinayət ilə şərtləndirildiyindən, həmçinin təşkilatçının, təhrikçinin, köməkçinin əməllərinin Cinayət Məcəlləsinin Xüsusi hissəsinin hansı maddəsində nəzərdə tutulmuş cinayət olması məsələsi icraçının hərəkətlərinin məzmunundan asılı olaraq müəyyən edildiyindən, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən qaçaqmalçılıq cinayətinin törədilməsində icraçı qismində iştirak etmələri məhkəmənin Təqsirləndirilən şəxs1 cinayət əməlinin Cinayət Məcəlləsinin 32.3-cü maddəsinə istinad etməklə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilməsinə, Təqsirləndirilən şəxs4 cinayət əməlinin isə Cinayət Məcəlləsinin 32.5-ci maddəsinə istinad etməklə Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə tövsif edilməsi qənaətinə gəlməyə əsas verir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, əməli qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq (CM-nin 206.3.2ci maddəsi) kimi qiymətləndirərkən bu tövsifedici əlamətin anlayışı verilmiş CM-nin 34.2-ci maddəsinin tələblərinə əsaslansınlar. Bu zaman nəzərə alınmalıdır ki, iki və ya daha çox şəxsin qabaqcadan razılaşmaqla qaçaqmalçılıq cinayətinin obyektiv cəhətini təşkil edən, CM-nin 206.1-ci maddəsinin dispozisiyasında nəzərdə tutulmuş hərəkətlərdən hər hansı birinin və ya bir neçəsinin edilməsi qabaqcadan əlbir olmuş bir qrup şəxs tərəfindən törədilmiş qaçaqmalçılıq hesab edilir. Bununla yanaşı, qaçaqmalçılığın törədilməsi barədə qabaqcadan razılaşmış şəxslərdən biri (bir neçəsi) bu cinayətin bilavasitə icrası ilə bağlı əlverişli şəraitin yaradılması istiqamətində müəyyən hərəkətlər etdikdə (məsələn, qaçaqmalçılığın predmeti olan mal və ya digər əşyaları gömrük sərhədinədək müşayiət etdikdə, malların və ya digər əşyaların gömrük sərhədindən qanunsuz, o cümlədən gizli keçirilməsinin təmin edilməsi məqsədilə bilavasitə icraçını xüsusi avadanlıqla və ya nəqliyyat vasitələri ilə təmin etdikdə, yaxud gömrük nəzarətindən kənar yerlərdə gömrük sərhədini maneəsiz keçmək üçün şərait yaratdıqda, yaxud qeyd olunan əşyaların bilavasitə keçirildiyi yerlərdə onları qəbul etdikdə və sair), digəri (digərləri) isə mal və ya digər əşyaları bilavasitə ölkəyə gətirdikdə və ya ölkədən apardıqda da təqsirkarların hamısının əməlləri CM-nin 206.3.2-ci maddəsi ilə tövsif edilir. Göstərilənlərdən başqa, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında bilə-bilə normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən külli miqdarda müxtəlif adda dərman vasitələrini satış məqsədilə saxlama və idxal etmə cinayət əməlini törətmələri təqsirləndirilən şəxslərin etirafedici ifadələri, şahidlərin ifadələri, ekspertiza rəyləri, istintaq hərəkəti protokolları kimi mötəbər və təkzibedilməz sübutlarla və cinayət işinin digər materialları ilə tam təsdiq olunduğundan onların cinayət əməli həmçinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə tövsif edilməlidir. “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2 iyun 2016-cı il tarixli qərarının 25-ci bəndində göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, şəxsin CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndində nəzərdə tutulmuş külli miqdarda bilə-bilə pis keyfiyyətli məhsulları, keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, qanunla dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməyən dərman vasitələrini qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə gətirməsi və satması qeyd olunan məhsulların növündən və dəyərindən asılı olaraq CM-nin 206-cı maddəsi ilə yanaşı, həm də müvafiq olaraq CM-nin 200 və ya 200-1-ci maddələri ilə tövsif edilir”. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan təqsirləndirilən şəxslərin məhkəmə istintaqı zamanı etirafedici ifadələrini, şahidlərin ifadələrini, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə həmin Məcəlləsinin 144-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə edərək, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 32.3, 206.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.3.2-ci maddələri ilə, Təqsirləndirilən şəxs4 əməli Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 32.5, 206.3.2-ci maddələri tövsif edilməli və onlar həmin maddələr üzrə təqsirli bilinərək onlara cəza təyin edilməlidir. Azərbaycan Respublikası CPM-nin 44.1-ci maddəsinin tələbinə görə məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli Qərarının 23-cü bəndində qeyd edilir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Məhkəmədə təqsirləndirilən şəxslərin əməllərinin cinayət olmasını aradan qaldıran hallar, onların cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ikinci Qarabağ Müharibəsində iştirak etməsini, onun Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə və xx.xx.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmasını, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, məhkəməyə ərizə təqdim edərək iş üzrə maddi sübut olan dərman vasitələrinin dövlət nəfinə təhvil verilməsini xahiş etməsini, məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs1 yaşlı atasından və anasından ibarət ailəsinin yeganə qazanc gətirəni olmasını, məhkəməyə ərizə təqdim edərək iş üzrə maddi sübut olan dərman vasitələrinin dövlət nəfinə təhvil verilməsini xahiş etməsini, məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs3 yaşlı atası və anasından ibarət ailəsinin yeganə qazanc gətirəni olmasını, məhkəməyə ərizə təqdim edərək iş üzrə maddi sübut olan dərman vasitələrinin dövlət nəfinə təhvil verilməsini xahiş etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs4 ibtidai araşdırma zamanı cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, məhkəməyə ərizə təqdim edərək iş üzrə maddi sübut olan dərman vasitələrinin dövlət nəfinə təhvil verilməsini xahiş etməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını müvafiq olaraq onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin məhkəmə araşdırması zamanı törətdikləri cinayət əməllərini etiraf edərək səmimi ifadə vermələrini və əməllərindən peşman olmalarını cəzanı yüngülləşdirən hal kimi nəzərə alarkən qeyd edir ki, təqsirləndirlən şəxslərin səmimi peşmançılığı onların əməllərinin təhlükəliliyini dərk etmələrini və törətdikləri cinayətin nəticəsinə sonradan formalaşmış mənfi münasibətini özündə ehtiva edir. Şəxs cinayəti törətdikdən sonra səmimi peşman olubsa, bu hal onun törətdiyi cinayətin zərərli nəticələrinin tez bir zamanda aradan qaldırmasını, habelə islah edilməsini sürətləndirir və tərəfindən növbəti cinayətlər törətməkdən çəkindirir. Eyni zamanda səmimi peşmançılıq təqsirkarın islah olunmasında da mühüm rol oynayır, onun islah olunmasının başlanığıc nöqtəsi kimi çıxış edir və bunu stimullaşdırır. Nəzərə alınsa ki, cəzanın məqsədi həm məhkumun islah edilməsindən və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaqdan ibarətdir, bu halda səmimi peşmançılığın cəzanın məqsədləri baxımından nə qədər əhəmiyyətli olduğu görünər. Şəxsin əməlindən peşman olmasını bildirməsi yuxarıda qeyd edildiyi kimi onun əməlinə tənqidi yanaşmasını ehtiva etməklə onun şəxsiyyətinin ictimai təhlükəliliyinin azalmasına dəlalət edir ki, bu da təqsirləndirilən şəxsə cəza təyin edilərkən həmin halın cəzanı yüngülləşdirən hal kimi nəzərə alınmasına əsas verir. Bundan başqa, məhkəmənin təqsirləndirilən şəxslərin cəzalarını yüngülləşdirən hallar kimi nəzərə aldığı digər hallar onların törətdikləri əməllə birbaşa bağlı olmasa da, həmin hallar təqsirləndirilən şəxslərin şəxsiyyəti və ailə vəziyyətləri ilə bağlı olduğundan və son nəticədə təyin ediləcək cəza onların ailəsinin həyat şəraitinə bilavasitə təsir etdiyindən, məhkəmə həmin halları cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirərək cəza təyinində nəzərə alır. Təqsirləndirilən şəxslərin əməllərində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən halın olması, eləcə də onun barəsində cəzanı ağırlaşdıran halların olmaması Təqsirləndirilən şəxs4 barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinin tətbiqini mümkün edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60-cı maddəsinə əsasən bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə təqsirləndirilən şəxslərə təyin ediləcək cəza məsələsini müzakirə edərkən onların cəzasını yüngülləşdirən hallarla yanaşı, həmçinin onların cəzasını ağırlaşdıran halların olmamasını, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələbinə uyğun olaraq törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, habelə təyin olunacaq cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini nəzərə alır. Cinayət qanununun ədalət prinsipindən bəhs edən Cinayət Məcəlləsinin 8-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 nömrəli qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən Cinayət Məcəlləsinin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin Qərarın 2-ci bəndinə görə, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri cinayət əməllərinə görə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş cəzanın aşağı həddində cəza təyin edildikdə belə, həmin cəzanın onların və ailələrinin həyat şəraitinə mənfi təsir göstərəcəyi qənaətinə gəlir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 62.1-ci maddəsində göstərilir ki, cinayətin məqsədi və motivi, təqsirkarın cinayətin törədilməsində rolu, cinayətin törədilməsi zamanı və bundan sonra onun davranışı ilə bağlı müstəsna hallar olduqda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş aşağı həddən də az cəza təyin edilə bilər və ya məhkəmə həmin maddədə müəyyən ediləndən daha yüngül cəza növü təyin edə bilər, yaxud təyin edilməsi məcburi olan əlavə cəzanı təyin etməyə bilər. Həmin Məcəllənin 62.2-ci maddəsində isə göstərilir ki, cəzanı yüngülləşdirən həm ayrı-ayrı hallar, həm də bu cür halların məcmusu müstəsna hal hesab edilə bilər. Məhkəmə, təqsirləndirilən şəxslərə cəza təyin edərkən təyin ediləcək cəzanın onların islah olunmasına və ailələrinin həyat şəraitinə təsirini, cəzanın məqsədini, cinayət məsuliyyətinin prinsiplərini və cəzanın təyin edilməsinin ümumi əsaslarını nəzərə alıb təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 ikinci Qarabağ Müharibəsində iştirak etməsini, onun Azərbaycan Respublikası Prezidentinin xx.xx.2020-ci il tarixli Sərəncamı ilə “Füzulinin azad olunmasına görə” medalı ilə və xx.xx.2020-ci il tarixli Sərəncamı ilə “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif olunmasını, himayəsində iki nəfər azyaşlı uşaqlarının olmasını, məhkəməyə ərizə təqdim edərək iş üzrə maddi sübut olan dərman vasitələrinin dövlət nəfinə təhvil verilməsini xahiş etməsini, məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs1 yaşlı atasından və anasından ibarət ailəsinin yeganə qazanc gətirəni olmasını, məhkəməyə ərizə təqdim edərək iş üzrə maddi sübut olan dərman vasitələrinin dövlət nəfinə təhvil verilməsini xahiş etməsini, məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs3 yaşlı atası və anasından ibarət ailəsinin yeganə qazanc gətirəni olmasını, məhkəməyə ərizə təqdim edərək iş üzrə maddi sübut olan dərman vasitələrinin dövlət nəfinə təhvil verilməsini xahiş etməsini, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını, Təqsirləndirilən şəxs4 ibtidai araşdırma zamanı cinayətin açılmasına, onun digər iştirakçılarının ifşa edilməsinə fəal kömək etməsini, məhkəməyə ərizə təqdim edərək iş üzrə maddi sübut olan dərman vasitələrinin dövlət nəfinə təhvil verilməsini xahiş etməsini, himayəsində iki nəfər yetkinlik yaşına çatmayan uşaqlarının olmasını, məhkəmə araşdırması zamanı törətdiyi cinayət əməlini etiraf edərək səmimi ifadə verməsini və əməlindən peşman olmasını nəzərə alaraq, qeyd olunan cəzanı yüngülləşdirən halların məcmusunu müstəsna hal kimi qiymətləndirərək hesab edir ki, Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq edərək təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməllərinə görə həmin maddələrdə nəzərdə tutulmuş aşağı həddən də az cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə eyni zamanda təqsirləndirilən şəxslərə Cinayət Məcəlləsinin 62-ci maddəsini tətbiq etməklə onlara təyin ediləcək cəzanın həddini müəyyən edərkən təqsirləndirilən şəxslərin hər birinin barəsində onların cəzasını yüngülləşdirən halların həcmini nəzərə almaqla yanaşı, həmçinin onların törədilmiş cinayətdə iştirak dərəcəsinin də nəzərə alınmasının zəruriliyini qeyd edir. Məhkəmə, yuxarıda şərh edilənləri nəzərə alaraq təqsirləndirilən şəxslərə törətdikləri cinayət əməllərinə görə həmin maddələrin sanksiyasında nəzərdə tutulmuş və cinayətlərin məcmusuna görə cəza təyin etmənin prinsipləri nəzərə alınmaqla, azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini məqsədə müvafiq hesab edir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Məhkəmə, eyni zamanda təqsirləndirilən şəxslərə təyin olunacaq azadlıqdan məhrum etmə cəzasının çəkilməsi üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edərkən belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxslər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə əsasən azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəza çəkmə müəssisələrində çəkməsi müəyyən edilmişdir. Bundan başqa, məhkəmə kollegiyası təqsirləndirilən şəxslərə təyin ediləcək azadlıqdan məhrum etmə cəzasının çəkilməsinin əvvəli ilə əlaqədar məsələni müzakirə edib qeyd edir ki, təqsirləndirilən şəxslərin cəza çəkməsinin əvvəli onların şübhəli şəxs qismində tutulduğu 12 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, cinayət işinin materiallarından göründüyü kimi, təqsirləndirilən şəxslər xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutularaq, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə barələrində həbs qətimkan tədbiri seçildikdən hazırki məhkəmə hökmü çıxarılanadək fasiləsiz olaraq həbsdə saxlanılmışlar. Ona görə də, təqsirləndirilən şəxslərin cəza çəkməsinin əvvəli onların tutulduğu 12 fevral 2022-ci il tarixdən hesablanmalı, həbsdə saxlanıldıqları bütün müddət isə məhkəmə tərəfindən onlara təyin olunacaq cəza müddətinə daxil edilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 158.2, 158.2.1 və 158.2.4-cü maddələrinin tələblərinə görə təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı faktiki həbsə alındığı andan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsin tutulduğu və həbsdə saxlanıldığı müddət onun həbsdə saxlama müddətinə daxildir. Həmin Məcəllənin 158.6-cı maddəsinə görə isə cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə təqsirləndirilən şəxslərin barələrində seçilmiş həbs qətimkan tədbirinə münasibət bildirib qeyd edir ki, təqsirləndirilən şəxslərə müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin ediləcəyindən onların barələrində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməməlidir. Məhkəmə kollegiyası həmçinin belə qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin törətmiş olduqları cinayətin xarakterinə görə, həm onların özləri və həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin qarşısının alınması məqsədilə onlara Azərbaycan Respublikası Cinayət 200-1.2.2, 200-1.2.3 maddəsinin sanksiyasında nəzərdə tutulan müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə növündə əlavə cəza da təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünün intizam xarakterli hərbi hissədə saxlama və ya azadlıqdan məhrum etmə cəzalarına əlavə olaraq təyin edildiyi hallarda, əlavə cəza əsas cəzanın çəkildiyi bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunur. Bu cəza növünün cərimə və digər əsas cəzalara əlavə olaraq təyin edildiyi hallarda, habelə şərti məhkum etmə zamanı əlavə cəzanın müddəti hökmün qanuni qüvvəyə mindiyi andan hesablanır. İş üzrə maddi sübut kimi tanınıb Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması yerinə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 aşkar edilmiş 31 bağlamada olan müxtəlif adda dərman vasitələri hökm qanuni qüvvəyə mindikdən sonra məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilməlidirlər. Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilməlidirlər, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklər cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən iş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 345-347, 349, 351-354, 356, 381, 384.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 32.3, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.3, 206.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmiş olduğu bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmiş olduğu bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 2 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmiş olduğu bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3, 32.5, 206.3.2-ci maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200-1.2.2, 200-1.2.3-cü maddələri ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına, Cinayət Məcəlləsinin 32.5, 206.3.2-ci maddəsi ilə barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3 və 66.4-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilmiş əsas cəzaları qismən toplamaq və əlavə cəzanı əsas cəzaya tam birləşdirmək yolu ilə ona qəti olaraq 2 (iki) il müddətə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum edilməklə 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və hökm çıxarılanadək həbsdə saxlandığı müddət cəza çəkmə müddətinə daxil edilməklə cəza çəkmə müddətinin başlanğıcı 12 fevral 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 46.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 təyin edilmiş 2 (iki) il müddətinə dövlət və yerli özünüidarəetmə orqanlarında rəhbər və maddi məsul vəzifə tutma hüququndan məhrum etmə növündə əlavə cəza, ona təyin olunan azadlıqdan məhrum etmə cəzasının çəkilmiş olduğu bütün müddətə və bundan əlavə, hökmdə bu cəza növü üçün müəyyən edilmiş müddətə şamil olunsun. Hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işi üzrə maddi sübut qismində tanınmış Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin maddi sübutların saxlanılması yerinə saxlanılan təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 aşkar edilmiş 31 bağlamada olan müxtəlif adda dərman vasitələri məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmaqla Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə təhvil verilsin, bundan başqa cinayət işinin materiallarına əlavə edilmiş "xxxx" MMC və "xxxx" MMC-dən daxil olmuş disklər cinayət işinin materiallarında saxlanılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat pul təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən elan olunduğu, həbsdə olan təqsirləndirilən şəxslərə isə təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və protest verilmədikdə hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər: Roman Ələkbərli (sədrlik edən) Dadaş İmanov Mikayıl Məmmədzadə
Məhkəmə qərarları › İş №1(100)-127/2023
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-127/2023
25.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver