Məhkəmə qərarları › İş №1(100)-128/2021

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-128/2021

05.02.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-128/2021 05.02.2021 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ X12 Məhkəməsinin hakimi Bağırov Məhəmməd Ənvər oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Əliyev Nural Turab oğlundan ibarət tərkibdə, məhkəmə iclas katibi X4, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, zərərçəkmiş Zərərçəkmiş şəxs, müdafiəçi –Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili X6, təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə və təqsirləndirilən Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 2003-cü il tarixdə Gəncə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Gəncə şəhəri, Kəpəz rayonu, H.Əliyev prospekti, bina 80/12, mənzil 20də qeydiyyatda olmaqla yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: İbtidai istintaq orqanı tərəfindən təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsini 126.1-ci maddəsi ilə ittiham verilmişdir ona görə ki, o, 19 sentyabr 2020-ci il tarixdə, saat 15 radələrində Gəncə şəhəri, Kəpəz rayonu, X14 prospekti 20 ünvanın bərabərliyində əvvəlcədən tanıdığı, Zərərçəkmiş şəxs onun iş yerinə dəfələrlə gedib onu müxtəlif yollarla narahat edib münaqişəyə çəkməsi nəticəsində aralarında şəxsi münasibətlərin pozulması ilə bağlı yaranan mübahisə zamanı üzərində olan məişət təyinatlı soyuq silah hesab edilməyən turist bıçağı ilə Zərərçəkmiş şəxs qarın nahiyəsindən bıçaqla 2 dəfə qəsdən vuraraq 1 ədəd qarın nahiyəsinin daxilə keçməyən sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli xəsarət və 1 ədəd daxilə keçən, qarın boşluğuna nüfuz edərək piyliyin zədələnməsinə səbəb olan həyat üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurmuşdur. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspert rəyləri, maddi sübutlar, habelə işin faktikti halları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında dindirilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Elnur Aliyev hadisədən təxminən 4 ay əvvəl ona “İnstagram” sosial şəbəkəsində yazaraq tanış olmaq istədiyini bildirmiş, o, Elnura yazmamağını desə də sonuncu yenə də sosial şəbəkədə yazaraq ondan əl çəkməyərək tanış olmaq istədiyini demişdir. Bundan 2 gün sonra Elnura Gəncə şəhəri Atatürk prospektində yerləşən Mərkəzi şəhər stadionunun yaxınlığına gəlməsini və orada söhbət etmələrini təklif etmiş, ora getməkdə məqsədi Elnurla ona yazmaması, yaşadığı evə gəlməməsi barədə söhbət etmək olmuşdur. Gəncə şəhər Mərkəzi stadionunun yaxınlığında görüşən zaman Elnura ona yaxın gəlməməsini və narahat etməməsini demiş, Elnur isə ona şans verməyini, ondan əl çəkməyəcəyini demişdir. Elnura dəfələrlə ondan əl çəkməsini desə də o, yenə də öz dediyində dayanaraq ondan əl çəkməyəcəyini demişdir. Bundan sonra Elnur təxminən 5-6 gün ərzində yenə də narahat edərək onu gördüyü hər yerdə yaxınlaşıb, onunla sevgili olmaq istədiyini demişdir. Bir müddət sonra Elnur onun telefon nömrəsini haradansa tapıb onu narahat etmiş, onu hər yerdə blok etsə də, müxtəlif nömrələrlə onu yığıb narahat etməyə davam etmişdir. Bir müddət bu cür davam etdikdən sonra Elnur ondan qaçdığını görüb öz hərəkətlərini dayandırmışdır. Təxminən 2 ay sonra bilmədən Elnura “İnstagram” sosial şəbəkəsində yazmış, sonuncu da yenə ondan əl çəkməməyə başlayıb, ona şans verməyini istəmişdir. Bundan sonra Elnurla bir-iki dəfə dost kimi görüşüb söhbətləşməyə başlamış, söhbətlər zamanı Elnur onu Bakı şəhərinə aparacağını, orada onunla evlənəcəyini demişdir. Sonuncu dəfə Elnurla görüşən zaman onu istəmədiyini deyib yaxın gəlməməsini ondan xahiş etmiş, lakin Elnur yenə də onu bezdirib arxası ilə yaşadığı evə, işlədiyi iş yerinə gəlib ondan əl çəkməmişdir. Bir neçə gün bu cür davam etdikdən sonra Elnur yenə də ondan qaçdığını, narahat olduğunu görüb arxası ilə gəlib-getməməyə, ona yazmamağa başlamışdır. 2020-ci ilin sentyabr ayının təxminən 11-də Elnur yenidən ona yazmağa, narahat etməyə başlamış, onu Poçt qəsəbəsində görüb 2 dəfə yaxınlaşaraq onu həmin əraziyə qoymayacağını demişdir. Elnur bu cür onu mütamadi narahat etdiyinə görə uzun müddət əvvəl aldığı, qara rəngli açılıbbağlanan bıçağını götürüb özü ilə gəzdirmişdir ki, Elnur ona yaxın gələrək bezdirsə, məcburiyyət qarşısında qalarsa onu qorxutmaq məqsədi ilə bıçaqla vursun. xx.xx.2020-ci il tarixdə Elnur ona zəng edərək pul lazım olduğunu, Bakıda tutduğu kirayə evə pul verməli olduğunu demiş, o da hələ maaşını almadığını dedikdə, Elnur şirkətə gəlib saçından tutaraq onu sürüyəcəyini demişdir. Bündan 10 dəqiqə sonra Elnur mesaj yazaraq aşağı düşməyini istəmiş, düşmək istəməsə də Elnur yuxarı qalxacağını dediyindən iş yoldaşlarının yanında mübahisə etməmək üçün məcbur olub aşağıya düşmüşdür. Elnur gedib maaşını alıb çantasını götürməyini, birlikdə Bakı şəhərinə gedəcəklərini demiş, o isə Elnura heç bir yerə getməyəcəyini desə də, sonuncu yenə təkid edib birlikdə gedəcəklərini deyərək onu təhqir etmişdir. Elnur həmçinin gəlməyəcəyi halda yuxarı qalxıb müdiri ilə danışacağını demiş, bu zaman cibində olan bıçağı çıxarıb açaraq Elnurun qarın nahiyəsindən 1 dəfə bıçaqla vurmuşdur. Elnuru vurduqdan sonra Elnur özünü müdafiə etmək məqsədi ilə onu itələmiş, o da bir qədər arxaya gedib dayanmış və yenə Elnura tərəf gedib bir dəfə də qarın nahiyəsindən bıçaqla vurmuşdur. Bundan sonra taksi sürücüsü Elnuru xəstəxanaya aparmışdır. Hazırda zərərçəkmiş şəxslə barışmış və əməlindən peşmandır. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs 2020-ci ilin mart ayından “İnstagram” sosial şəbəkəsi vasitəsi tanımış və aralarında dostluq münasibətləri olmuş, Məryəmin yaşı az olduğundan onunla başqa heç bir münasibətə girmək istəməmişdir. Onunla tanış olduqdan bir müddət sonra Məryəm evdən qaçdığını, ona qalmağa ev lazım olduğunu demiş, o da Məryəmə bir günlük qalmağa ev tapmışdır. Səhərisi gün Məryəmə həmin evin ona məxsus olmadığını, başqa ev tapmaq lazım olduğunu demiş, Məryəm də həmin gün evdən çıxıb getmişdir. Bundan sonra aralarında iş üstündə mübahisələr başlamış, o, Məryəmə uşaq olduğunu, işləməməsini desə də sonuncu işləyəcəyini, ona qarışmamağını demişdir. O, Məryəmə bir daha onunla heç bir işinin olmadığını, onunla bir daha əlaqə saxlamamasını demiş, lakin aralarında olan sevgi münasibətlərinin bitməsini istəmədiyindən bəzən Məryəmə zəng edib, onun arxası ilə getmiş, bu hərəkətlərinin Məryəmi bezdirmək kimi başa düşməmiş, sadəcə iki sevgili kimi onunla münasibətini davam etdirmək istəmişdir. Həmin müddət ərzində Məryəm onunla danışmamış, ondan qaçsa da təxminən 2 ay sonra “İnstagram” sosial şəbəkəsində ona yazaraq Bakı şəhərinə getmək istədiyini demişdir. O, Məryəmə ayın sonuna kimi gözləməyini desə də Məryəm maaş alacağını, maaş aldıqdan sonra Bakı şəhərinə birlikdə gedib orada qalmalarını demişdir. xx.xx.2020-ci il tarixdə Məryəmi götürmək üçün taksi ilə onun iş yerinin qabağına getmiş, bu zaman Məryəm iş yerinin qabağına düşən kimi cibindən çıxardığı bıçaqla onun qarın nahiyəsindən vurmuşdur. O, Məryəmi kənara itələmiş, lakin sonuncu yenidən onun üstünə gələrək bıçaqla təkrarən onu vurmuşdur. Sonradan orada gözləyən Nail adlı taksi sürücüsü onu Abbas Səhhət adına xəstəxanaya, oradan da 3 saylı xəstəxanaya aparmışdır. Hazırda Məryəmlə barışmış, ona qarşı heç bir şikayəti, tələbi və iddiası yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs təxminən 10 ildir Poçt qəsəbəsində yaşayan bir şəxs kimi tanımışdır. xx.xx.2020-ci il tarixdə saat 15 radələrində Gəncə şəhəri, Abbas Səhət küçəsində yerləşən “Fama” marketin qarşısında özünə məxsus “VAZ-2106” markalı, **-CC-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobil ilə dayanan zaman Elnur ona yaxınlaşaraq Ş.İ.Xətai prospektinə, “Yeni Yerevan 2” adlanan ərazi tərəfə getmək istədiyini demişdir. Elnur onun taksi fəaliyyəti ilə məşğul olduğu avtomobilə əyləşmiş və avtomobili onun dediyi yerə sürüb saxlamışdır. Elnur avtomobildən düşərək təxminən 20 metr aralanıb bir nəfər tanımadığı qızla söhbətləşməyə başlamışdır. Bu zaman avtomobilin güzgüsündən baxanda həmin qızla Elnurun bir-biriləri ilə əl ilə sanki zarafat etdiklərini görmüş, onlar təxminən 3-4 dəqiqə bu cür davam etdikdən sonra Elnur əlini qarnına tutaraq atomobilə tərəf gəlmişdir. Elnur avtomobilə əyləşən zaman sürməyini demiş, o da arxaya çevriləndə onun yaralı olduğunu görmüşdür. Elnurdan ondan nə baş verdiyini soruşduqda sonuncu avtomobili xəstəxanaya sürməyini deyib heç bir məlumat verməmişdir. O, birbaşa Abbas Səhhət adına xəstəxanaya getmiş, lakin karantin ilə bağlı xəstəxana işləmədiyi üçün Elnuru orada olan TTY avtomobilinə oturtmuş və Elnur həmin TTY avtomobili ilə 3 saylı xəstəxanaya aparılmışdır. Məhkəmədə tədqiq edilən baxış keçirilməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri Gəncə şəhəri, Ş.İ,Xətai prospektində yerləşən “xxxx” Şirkətinin Gəncə filialının qarşısıdır. Məhkəmədə tədqiq edilən əşyaya baxış və götürülmə barədə xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs hadisə zamanı əynində olmuş 1 ədəd qısaqol köynək və 1 ədəd mayka istintaq orqanı tərəfindən baxış keçirilərək götürülmüşdür. Məhkəmədə tədqiq edilən əşyaya baxış və götürmə haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə xəsarət yetirdiyi, cinayətin aləti olan bir ədəd qara rəngli bıçağı könüllü olaraq təqdim etmiş və bıçağa baxış keçirilərək istintaq orqanı tərəfindən götürülmüşdür. Məhkəmədə tədqiq edilən məkhəmə-tibbi ekspertizasının xx xxxxxxxx 2020-ci il tarixli 1493 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində - qarın nahiyəsində deşici-kəsici alətin (alətlərin) təsiri nəticəsində əmələ gəlmiş iki ədəd deşilmişkəsilmiş yara aşkar edildi. Bu yaralardan biri qarın boşluğuna nüfuz edərək piyliyin zədələnməsinə səbəb olduğundan həyat üçün təhkükəli olan sağlamlığa ağır zərər vurmaya, digər ikinci yara isə daxilə keçməyən yara olduğundan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid edilir, xəsarətlərin əmələ gəlmə müddətləri xx.xx.2020-ci il tarixə uyğun gəlir. Məhkəmədə tədqiq edilən Məhkəmə Ekspertiza Mərkəzinin xx xxxxxx 2020-ci il tarixli 3/2026; 3/2027 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd bıçaq zavod üsulu ilə hazırlanmış, bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan məişət təyinatlı turist bıçağıdır, soyuq silah hesab edilmir. Tədqiqata təqdim edilmiş köynəyin və maykanın üzərində olan zədələr bir tərəfi kəsici ucu deşici xassəyə malik olan predmetin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar bıçaq tiyələri, həmçinin təqdim edilmiş bıçağın tiyəsi də aiddir. Zərərçəkmiş şəxs bədəni üzərində olan xəsarətlərlə ona məxsus paltarların üzərində olan zədələr uyğunluq təşkil edir və üst-üstə düşür. Məhkəmədə tədqiq edilən maddi sübutların ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 46 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs şəxsiyyət vəsiqəsinin kserosurətinə əsasən qan qrup göstəricisi A(İİ) RH+-dir. Zərərçəkmiş şəxs məxsus bir ədəd köynək, bir ədəd mayka üzərində insana məxsus qan ləkələri aşkar olunmuş, həmin qanın ABO sistemi üzrə qrup göstəricisi A(İİ) beta olduğundan onun özünə məxsus ola bilər. Təqdim olunmuş bir ədəd bıçaq üzərində qan aşkar olunmamışdır. Məhkəmədə tədqiq edilən ambulator məhkəmə psixiatrik və psixoloji ekspertizasının xx xxxxxxx 2020-ci il tarixli 573/260 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs müşahidə edilən xarakterioloji xüsusiyyətlərə (şəxsiyyətin tək-tək isterik tipli cizgiləri) baxmayaraq o, cinayət əməlini törədərkən öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının CM-nın 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun halhazırda məcburi müalicəyə ehtiyacı yoxdur. Bundan başqa təqsirləndirilən şəxs cinayət törədərkən fizioloji affekt halında olmamışdır. Məhkəmədə tədqiq edilən əşyayaların tanınma üçün təqdim edilməsi haqqında haqqında xx xxxxxx 2020-ci il tarixli protokoldan və ona əlavə edilmiş fotoşəkillərdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs təqdim olunmuş bıçaqlardan 2 nömrəsi altında olan bıçağı göstərərək, Təqsirləndirilən şəxs ona xəsarət yetirdiyi bıçaq olduğunu təsdiq etmişdir. Məhkəmədə tədqiq edilən Gəncə Şəhər Narkoloji Dispanserin xx xxxxxxx 2020-ci il tarixli 3561 nömrəli və Gəncə Şəhər Psixonevroloji Dispanserinin xx xxxxxxx 2020-ci il tarixli 3084 nömrəli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs qeyd olunan dispanserlərdə qeydiyyatda durmur. Məhkəmədə tədqiq edilən Gəncə şəhəri İcra Hakimiyyəti Mənzil X5 Birliyinin 13 saylı Mənzil İstismar Sahəsinin xx xxxxxx 2020-ci il tarixli 163 saylı arayışından və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 mənzil 20 ünvanında qeydiyyatda olmaqla yaşayır və barəsində heç bir şikayət daxil olmamışdır. Məhkəmədə tədqiq edilən şəxsin könüllü gəlməsi haqqında xx xxxxxxxx 2020-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə Gəncə şəhər Baş Polis İdarəsinə könüllü gəlib özünü təqdim etmişdir. Məhkəmədə tədqiq edilən xx xxxxxxxx 2020-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş və o, atası Qanuni nümayəndə nəzarətinə verilmişdir. Məhkəmədə tədqiq edilən Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və X1 tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmədə tədqiq edilən sübutların qiymətləndirilməsi haqqında xx xxxxxx 2020-ci il tarixli qərardan görünür ki, hadisə zamanı Zərərçəkmiş şəxs əynində olmuş bir ədəd göy rəngli qısaqol kişi köynəyi və bir ədəd mayka, eləcə də cinayətin aləti olan bir ədəd bıçaq iş üzrə əhəmiyyət kəsb etdiyinə görə maddi sübut kimi tanınmışlar və saxlanılması üçün Gəncə şəhər BPİ-nin saxlama anbarına saxlanca verilmişlər. Məhkəmədə tədqiq edilən zərərçəkmiş Zərərçəkmiş şəxs xx xxxxxx 2021-ci il tarixli ərizəsindən görünür ki, o, təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir şikayət və tələbi yoxdur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları sübut növü hesab etməklə, həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, təqsirləndirilən Təqsirləndirilən şəxsnn əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs oğlunun həyatı üçün təhlükəli olan qəsdən sağlamlığına ağır zərər vurduğuna görə onun əməli cinayət təqibi orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126.1-ci maddəsi ilə düzgün tövsif edilmiş və o, həmin maddədə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsinin sanksiyasında 3 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 84-cü maddəsi cinayət törədərkən 14 yaşı tamam olmuş, lakin 18 yaşına çatmayan şəxsləri yetkinlik yaşına çatmayanlar qrupuna aid edərkən, onların kifayət qədər əqli yetkinliyə çatmadıqlarını və həyat təcrübələrinin az olmasını nəzərə almışdır. Buna görə də cinayət qanunvericiliyi yetkinlik yaşına çatmayanın törətdiyi cinayətə görə onların əməlinin tövsifində, məsuliyyətin həllində və cəza təyinində yetkinlik yaşına çatmayan şəxslərin əqli və iradəvi xüsusiyyətlərinin məhkəmələr tərəfindən nəzərə alınmasını məcburi sayır. Yetkinlik yaşına çatmayanların törətdiyi cinayətlərə görə tətbiq olunan cəza növü X2 Baş Məclisinin xx xxxxxx 1985-ci ildə qəbul etdiyi «Yetkinlik yaşına çatmayanlar barəsində ədalət mühakiməsinin həyata keçirilməsi ilə bağlı X11»na («Pekin qaydaları») uyğun olduğu üçün, məhkəmə, yetkinlik yaşına çatmayanın işi üzrə qəbul etdiyi qərarın və seçdiyi təsir tədbirinin təkcə işin hallarının hüquq pozuntusunun ağırlığına uyğunluğu prinsipinə deyil, həm də yetkinlik yaşına çatmayanın vəziyyətinə və marağına uyğun olmasını da rəhbər tutur. Əgər yetkinlik yaşına çatmayanın əməli hər hansı bir əsaslı səbəb olmadan başqası üzərində zor tətbiq etməklə bağlı deyildirsə və ya yetkinlik yaşına çatmayan dəfələrlə ciddi hüquq pozuntusuna yol verməmişdirsə, onun barəsində azadlıqdan məhrum etmə cəzası tətbiq edilməməlidir. Uşaq hüquqlarının və azadlıqlarının müdafiəsinə, ədalət mühakiməsinin növbədə yetkinlik yaşına çatmayanların mənafelərinin qorunmasına yönəldilməsi barədə «Pekin qaydaları»nın əsas müddəaları «Uşaq hüquqları haqqında» Bəyənnamənin X2 xx xxxxxx 1989-cu il tarixli Konvensiyasının, eyni zamanda «Uşaq hüquqları haqqında» Azərbaycan Respublikası Qanununun və digər bu sahədə qəbul edilmiş çoxsaylı beynəlxalq aktlarında öz əksini tapmışdır. «Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2008-ci il tarixli 4 saylı Qərarın 1-ci bəndində göstərilir ki, yetkinlik yaşına çatmayan şəxslər barədə ədalət mühakiməsi ilk növbədə həmin şəxsin mənafelərinə xidmət etməli və belələri haqqında görülən təsir tədbirləri onun şəxsiyyətinə və qanuna zidd əməlinin xarakterinə uyğunluq təşkil etməli, yetkinlik yaşına çatmayan şəxslərin hüquqlarının müdafiəsi onların barəsində ədalətli cəzaların təyin edilməsinə, yetkinlik yaşına çatmayan şəxs tərəfindən yeni cinayətlərin törənməsinin qarşısının alınmasına, həmçinin həmin cinayəti doğuran səbəblərin aradan qaldırılmasına xüsusi diqqət yetirilməlidir. Məhkəmə tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx xxxx 2003-cü il tarixli 4 saylı Qərarında göstərilmişdir ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəza təyin edərkən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə, cinayətin zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törədilməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.8-ci maddəsinə, könüllü gəlib təqsirini boynuna almasını Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.10-cu maddəsinə, zərərçəkmiş şəxslə barışıq əldə etməsini Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə, əməlindən peşman olmasını, səmimi etirafını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə müvafiq olaraq cəzanı yüngülləşdirən hallar kimi qəbul edir. Təqsirləndirilən Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olması müəyyən edilməmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəllənin 60-cı maddəsində göstərilir ki, bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəllənin 60-cı maddəsinə əsasən hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışıq əldə etdiyindən, cinayəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətdiyindən, eləcə də könüllü gəlib təqsirini boynuna aldığından ona təyin ediləcək azadlıqdan məhrum etmə növündə cəza Azərbaycan Respublikasının Cinayət Məcəllənin 126.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin dörddə üçündən, yəni altı ildən artıq ola bilməz. Məhkəmə, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halların olmamasını, habelə yuxarıda sadalanan və onun cəzasını yüngülləşdirən halların toplusunu, eyni zamanda törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsinin əhəmiyyətli dərəcədə azaldan nəticələrini, yəni törətmiş olduğu cinayət əməlini səmimi etiraf edərək əməlindən peşmançılıq çəkməsini, cinayəti yetkinlik yaşına çatmayan dövrdə törətməsini, ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və tələbinin olmamasını, cinayəti zərərçəkmiş şəxsin qanunsuz və ya əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, eləcə də könüllü gəlib təqsirini boynuna almasını nəzərə alaraq barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1-ci maddəsini tədbiq etməklə onun cəza çəkmədən islah olunmasını mümkün sayır və bu səbəbdən Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəzanın sınaq müddəti müəyyən edilməklə şərti olaraq tətbiq olunması haqqında qərar çıxarılmasını məqsədə uyğun hesab edir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin ediləcək azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməli və CM-in 70.5-ci maddəsinə əsasən davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulmalı, habelə davranışı üzərində nəzarət Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə edilməlidir. Sınaq müddəti məhkəmə hökmünün qanuni qüvvəyə mindiyi gündən hesablanmalıdır, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəllənin 132-ci maddəsinin tələbinə əsasən iş üzrə maddi sübut olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarında saxlanılan 1 ədəd bıçaq istifadəyə yararsız olduğundan məhv edilməli, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd göy rəngli qısaqol kişi köynəyi və 1 ədəd mayka onun özünə qaytarılmalı, qəbul etməkdən imtina etdikdə məhv edilməlidir. Bundan başqa, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198.4-cü maddəsində göstərilmişdir ki, yetkinlik yaşına çatmamış şəxs məhkum olunarkən onun qanuni nümayəndələrinin bu şəxsin davranışına zəruri nəzarət həyata keçirilmədiyindən cinayətin törədilməsi sübuta yetirilərsə, məhkəmə məsrəflərinin ödənilməsi onların üzərinə qoyula bilər. Məhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan təqsirləndirilən Təqsirləndirilən şəxs valideynləri tərəfindən onun davranışına zəruri nəzarət həyata keçirilməmişdir. Belə olan halda Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198.4-cü maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 198-ci maddəsinə əsasən ekspertiza tədqiqatının dəyəri olan 63 manat məbləğində məhkəmə məsrəfi təqsirləndirilən Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. Həmçinin cinayət işinə əlavə edilmiş hesabatdan görünür ki, Gəncə 1 saylı Vəkil Bürosunun vəkili X8 təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsini məhkəmə istintaqında 11 iş saatı həcmində dövlət hesabına həyata keçirmişdir. Ona görə də məhkəmə hesab edir ki, göstərilən hüquqi yardımla əlaqədar 66 manat məblğində pul dövlət hesabından tutularaq Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 126.1-ci maddəsində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum еdilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.1 və 70.3-cü maddələrinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin edilsin. Təqsirləndirilən şəxs təyin edilmiş sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesab edilsin, barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanədək dəyişdirilmədən saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs üzərinə sınaq müddəti ərzində davranışına nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini dəyişməmək və həmin orqanın çağırışına vaxtında gəlmək vəzifələri qoyulsun. Davranışı üzərində nəzarət Gəncə şəhəri Probasiya Şöbəsinə həvalə edilsin. İş üzrə maddi sübut qismində olan Gəncə şəhər Baş Polis İdarəsinin saxlama anbarında saxlanılan 1 ədəd bıçaq istifadəyə yararsız olduğundan məhv edilsin, zərərçəkmiş Zərərçəkmiş şəxs məxsus 1 ədəd göy rəngli qısaqol kişi köynəyi və 1 ədəd mayka onun özünə qaytarılsın, qəbul etməkdən imtina etdikdə məhv edilsin. İş üzrə maddi sübutların tədqiqi üçün çəkilmiş 63 manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs qanuni nümayəndəsi Qanuni nümayəndə tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına keçirilsin. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X6 vəkil işlədiyi Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun hesabına 66 manat məbləğində pul köçürülsün. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində X12 Məhkəməsinin vasitəsilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və apelyasiya protesti verilə bilər. Hökmdən apelyasiya şikayəti və ya apelyasiya protesti verilməmişdirsə, hökm, ondan apelyasiya şikayəti və apelyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakimlər:

1. (sədrlik edən) Məhəmməd Bağırov

2. Dadaş İmanov

3. Nural Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar