Məhkəmə qərarları › İş №1(100)-128/2023

Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-128/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-128/2023 13.02.2023 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Mahmudov Faiq Nüsrət oğlunun sədrliyi, hakimlər İmanov Dadaş Hüseyn oğlu və Rüstəmov Elmin İltizam oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi X7, dövlət ittihamçısı- Azərbaycan Respublikası Baş X2 müdafiəsi üzrə idarəsinin Ağır Cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və müdafiəçi – Gəncə şəhər 1 saylı vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxx 1981-ci ildə Qazax rayonu Qarapapaq kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, himayəsində iki azyaşlı uşağı olan, işləməyən, əvvəllər məhkum olunmamış, Qazax rayonu Qarapapaq kəndində qeydiyyatda olan və həmin kənddə yaşayan, barəsində həbs qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə, saat 01 radələrində Qazax rayonu, Qarapapaq kəndindəki yaşadığı fərdi yaşayış evinə gələrək spirtli içki qəbul edib yüngül dərəcəli sərxoşluq vəziyyətinə düşdükdən sonra rəsmi nikahda olduğu arvadı Zərərçəkmiş şəxs ondan boşanmaq məqsədi ilə Qazax Rayon Məhkəməsinə müraciət etməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun ona xəyanət etməsini, yüngül həyat tərzi sürməsini, artıq bir ər kimi onu qəbul etməməsini, onu aldatmasını və ona hörmət etməməsini özünə sığışdırmayaraq və bundan hiddətlənərək Zərərçəkmiş şəxs öldürmək qərarına gəlmiş, cinayətkar niyyətini həyata keçirmək məqsədilə Zərərçəkmiş şəxs yetkinlik yaşına çatmayan qızları xx.xx.2008-ci il təvəllüdlü Aysu və xx.xx.2012-ci il təvəllüdlü Şahid2lar ilə birlikdə, yaşadığı evdə ondan ayrı yatdığı digər yataq otağına tez-tez daxil olaraq sonuncunun tam yuxuya getməsinə əmin olduqdan sonra həmin gün saat 03.30 radələrində yaşadığı evin həyətində olan soyuq silah hesab edilməyən dəstəyi taxta materialdan olan məişət-təsərrüfat təyinatlı baltanı götürərək yataq otağına daxil olub yerdəki döşəyin üzərində üzü üstə yatan və bu səbəbdən də ona müqavimət göstərmək imkanına malik olmayan arvadının yatmış vəziyyətdə olduğuna görə onun üçün aşkar surətdə köməksiz vəziyyətdə olduğunu dərk edərək, ilk öncə sonuncunun döş qəfəsinin arxa hissəsinə bir dəfə baltanın tiyəsinin kəsici tərəfi ilə zərbə vurmuş, həmin vaxtı anasının yanında yerdə döşəyin üzərində uzanıqlı vəziyyətdə oyaq olan qızı Şahid1 bunu görüb qışqıraraq səs-küy salmış və Zərərçəkmiş şəxs zərbənin təsirindən oyanmış, sonuncunu qəsdən öldürmək məqsədi ilə əzab və xüsusi ağrılar verdiyini dərk etməklə, o cümlədən anasını vurmaması üçün qızı Şahid1 yalvarışlarına əhəmiyyət verməyərək müstəsna dərəcədə rəhmsizlik nümayiş etdirib yetkinlik yaşına çatmayan qızının gözü qarşısında xüsusi amansızlıqla cinayətkar niyyətini davam etdirib Zərərçəkmiş şəxs sağ qolundan baltanın tiyəsinin kəsici tərəfi ilə ikinci zərbəni vurmuş, səs-küyə oyanan digər qızı Dəniz böyük bacısı Aysu ilə birlikdə atasının əlində baltanı görüb onun analarını öldürmək istədiyini başa düşərək kömək çağırmaq üçün otaqdan çıxdıqdan sonra Zərərçəkmiş şəxs onun əlindən yayınaraq həyətə qaçmış, o isə cinayətkar niyyətini davam etdirib arvadının ardınca qaçaraq əvvəlcə evin pilləkənin üzərində əlindəki baltanın tiyəsinin kəsici tərəfi ilə sonuncunun sol qolundan bir dəfə, daha sonra isə arvadı həyətə doğru qaçan zaman sonuncuya çataraq baltanın tiyəsinin kəsici tərəfi ilə başının arxa nahiyəsinə növbəti dəfə zərbəni vurmuş və Zərərçəkmiş şəxs huşunu itirib yerə yıxıldıqdan sonra o, cinayətkar niyyətini başa çatdırmaq məqsədilə sonuncunun bədəninin müxtəlif nahiyələrinə ardıcıl olaraq üç dəfə, ümumilikdə isə 7 dəfə zərbələr vuraraq Zərərçəkmiş şəxs açıq kəllə-beyin travması, baş beyinin əzilməsi, təpəənsə nahiyəsinin kəllə əsasına və hər iki gicgah nahiyəsinə qədər uzanan qəlpəli, yerdəyişməli sınığı, başın alın nahiyəsinin sol tərəfinin gicgah təpə nahiyəsinə qədər uzanan 1 ədəd, ənsə nahiyəsində 1 ədəd, döş qəfəsinin arxa hissəsində 1 ədəd, sol saidin yuxarı 1/3-nin bayır səthində 1 ədəd, sol bilək nahiyəsində əlin arxa səthinədək davam edən 1 ədəd, sağ saidin yuxarı 1/3-nin bayır səthidə 1 ədəd, sağ saidin orta 1/3-nin iç səthində 1 ədəd, hər iki mil bilək oynaqlarının hərəkətsizliyi ilə müşayiət olunan sağlamlığa ağır zərər vuran çapılmış yaraları xəsarətlərini yetirmiş, sonuncu bir neçə dəqiqə ərzində yerdə xırıldayarkən o, qəddarlıq nümayiş etdirərək arvadının başının üstündə dayanıb ölməsini gözləmiş və Zərərçəkmiş şəxs hərəkətsiz qaldıqdan sonra sonuncunun öldüyünü düşünmüş, bu zaman səs-küyə gələn qonşularının çağırışı ilə hadisə yerinə gəlmiş həkim briqadası tərəfindən vaxtında xəstəxanaya aparılaraq ixtisaslı tibbi yardım göstərildiyindən o, öz iradəsindən asılı olmayan səbəblərdən cinayət əməlini başa çatdıra bilməyib qısqanclıq zəminində aşkar surətdə köməksiz vəziyyətdə olan Zərərçəkmiş şəxs xüsusi amansızlıqla qəsdən öldürməyə, yəni qəsdən həyatdan məhrum etməyə cəhd etmişdir. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, ekspertiza rəyləri, maddi sübutlar, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.9-cu maddələri ilə elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs ilə 2006-cı ildə ailə həyatı qurmuş, həmin nikahdan onların 2008-ci təvəllüdlü Aysu və 2012-ci il təvəllüdlü Şahid2lar adlı qızları anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra o, ailəsi ilə birlikdə Qazax rayonu, Qarapapaq kəndində qardaşı İbad Xasməmmədova məxsus evdə yaşamışdır. Zərərçəkmiş şəxs ilə son bir ildə yola getməmiş və yaşadığı evdə ayrıayrı otaqlarda yatmışlar. Ona qarşı soyuq münasibətinin səbəbini soruşduqda arvadı “get öz həyatını yaşa, mən də öz həyatımı yaşayacam” deyərək aqressiv cavab vermişdir. xx.xx.2022-ci il tarixdə xatırlamadığı tanışı zəng vurub Zərərçəkmiş şəxs ondan boşanmaq üçün məhkəməyə ərizə verdiyini demişdir. Bir neçə gün sonra məhkəmədən ona bildiriş də gəlmişdir. 2022-ci ili fevral ayında onunla qonşuluqda yaşayan əmisi oğlu Şahid13, Qazax şəhər sakini “Roma” adlı şəxsin idarə etdiyi VAZ-2106 markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə onun yaşadığı evə gəlib-getdiyini və Zərərçəkmiş şəxs həmin maşına mindiyini gördüyünü demişdir. Bu ona çox pis təsir etmiş və arvadından soruşduqda sonuncu belə bir halın olmadığını bildirmişdir. Arvadına inanmadığı üçün o, Qazax şəhər sakini “Roma” adlı şəxs barədə maraqlanmış və sonuncunun həqiqətən də VAZ-2106 markalı, **-ES-*** markalı avtomobillə taksi fəaliyyəti ilə məşğul olduğunu öyrənmişdir. 2022-ci ilin mart ayında, Novruz bayramından bir neçə gün əvvəl dəqiq xatırlamadığı gündə saat 22 radələrində yataq otağında olan zaman Zərərçəkmiş şəxs yatdığı digər otaqdan musiqi səsi eşidərək həmin otağa daxil olmuş və arvadının telefonla oynadığı görmüşdür. Sonuncu onu görən kimi telefonu yastığın altına qoymaq istəsə də o, telefonu İlhamənin əlindən alıb ev paltarında küçəyə çıxaraq piyada Qazax rayonu, Ağköynək kəndində yaşayan qayınatası Şirin gilə getmişdir. O, qayınatasının evinə çatan kimi arvadının qardaşı Ramili çağırmış və sonuncuya bacısının telefonunu verib “mobil telefondan başım çıxmır, bax gör bacın kimlə yazışır” demişdir. Ramil isə telefonu götürüb baxmış və özü İlhaməni tənbeh edəcəyini demişdir. Həmin vaxt İlhamə atasıgilə zəng vurub onun orada olduğunu öyrəndikdən bir neçə dəqiqə sonra həmin yerə gəlmişdir. Ramil ona bacısı İlhamə ilə danışacağını demişdir. Bundan sonra Ramil İlhamə ilə birlikdə evin həyətinə çıxmışlar və o, sonuncular sözlə mübahisə etdiyi eşitmişdir. Bir neçə dəqiqə sonra Ramillə bacısı geri qayıtmış və qaynı ona narahat olmamasını və hər şeyi özü həll edəcəyini demişdir. Bundan sonra o, evinə qayıtmış, lakin arvadı ilə münasibətləri düzəlməmişdir. İlhamə ona, qardaşının mobil telefonunu əlindən aldığı üçün işlətmədiyini demişdir. Amma o, bir neçə dəfə İlhamənin xəlvət telefon işlətdiyini görmüş və sonuncu hər dəfə onu görən kimi telefonu gizlətmiş, o, isə telefonu axtarsa da tapa bilməmişdir. İlhamə ayda bir neçə dəfə 1-2 gün evdən çıxıb harasa getmiş və həmin günlərdə qayıtmamış, ona isə anası və ya rəfiqəsi gilə getdiyini demişdir. O, bir neçə dəfə arvadının valideynlərindən soruşan zaman sonuncular İlhamənin onların yanında olmadığını demişlər. O, İlhaməyə bu barədə irad bildirib harada olduğunu soruşanda sonuncu nalayiq söyüşlər söyüb harada olmağının ona heç bir dəxili olmadığını demişdir. İlhamənin xəyanət etməsi və onu aldatmasına görə onlar arasında son zamanlar tez-tez mübahisələr olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində işdən evə gələn zaman İlhamə ona məhkəməyə gedib şikayət edəcəyini, ondan boşanmaq üçün işinin süni uzadıldığını, ondan iyrəndiyini və ona nifrət etdiyini demişdir. Arvadının davranışı və ona qarşı bu cür hərəkətləri ona çox pis təsir etmişdir. Bu səbəbdən də o, sonuncu öldürmək barədə fikirləşmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində o, işdən evə qayıdarkən yolda mağazadan özünə sosiska, 1 ədəd yarım litrlik pivə və çörək almışdır. O, yuyunduqdan sonra özünə yemək hazırlamış və evdə olan 250 qramlıq arağını içmişdir. Yemək hazırlayan vaxt İlhamə ilə yenə də mübahisələri olmuşdur. Arvadı ona “Məhkəməyə gedib deyəcəm ki, mənim işimi tez həll eləsin. Əks halda mən Ədliyyə Nazirliyinin qaynar xidmətinə məlumat verəcəm ki, mənim işimi uzadırlar” demişdir. O, arvadına gedib yatmasını bildirsə də sonuncu onunla mübahisə etməyə davam etmişdir. O artıq spirtli içki içməyə başlayanda arvadı onu təhqir etmişdir. O, İlhaməyə gec olduğundan qonşuların yatdığını və sabah söhbət etməyi təklif etsə də, sonuncu yenə də ona nalayiq söyüşlər söymüşdür. Həmin vaxtı saat artıq 01 radələri olmuşdur. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində o, həyətdəki damda olan kiçik dəmir baltanı əlinə götürərək İlhamənin yatdığı otağa getmişdir. İlhamə döşəmənin üstünə qoyduğu döşəyin üstündə uzanmış, böyük qızı Aysu anasının yanında, digər qızı Dəniz isə həmin otaqdakı çarpayıda uzanmışdır. Qızları yatsa da, İlhamə oyaq olmuşdur. O, əlində olan kiçik ölçülü dəstəyi metal materialdan baltanı İlhaməyə göstərib onu öldürəcəyi barədə xəbərdar etmişdir. İlhamə isə yenidən ona nalayiq söyüşlər söyərək “sənin həddin varsa mənə əlin dəysin, mən bilirəm sənə neynəyəcəm” demişdir. Həmin sözlərdən sonra o, İlhaməni öldürməyi qarşısına məqsəd qoymuşdur. Sonra o, otaqdan çıxıb evin eyvanında oturaraq yarım litrlik pivəni içmişdir. Təxminən saat yarımdan sonra o, İlhamə və qızları yatan yataq otağa keçmişdir. Lakin İlhamənin tam dərin yuxuya getmədiyini görüb otaqdan çıxaraq öz otağında uzanmışdır. Həmin müddətdə beynində İlhaməni balta ilə öldürəcəyi haqda fikirlər qurmuş, məhz buna görə də tez-tez alışqanın işığı ilə divardakı saata baxmışdır. Saat 03:30 olanda yenidən yerindən durub İlhamənin yatdığı otağına keçmişdir. Bu vaxt arvadının yataqda xoruldadığını görüb dərin yatmasından tam əmin olmuşdur. Ona görə də, həyətə düşərək orada dəmir tora söykədiyi ağac doğramaq üçün istifadə etdiyi dəstəyi taxtadan olan baltanı götürüb sakit formada yavaş-yavaş arvadının yataq otağının qarşısına gəlmişdir. Otağın işığı sönük vəziyyətdə olmuş və yay olduğu üçün qapısı həmişə açıq qalmışdır. Yataq otağının qarşısına çatıb sürətlə içəri daxil olaraq əlində olan dəstəyi taxta baltanın kəsici tərəfi ilə ilk olaraq üzü üstə yatan İlhamənin bir dəfə bel nahiyəsinə, daha sonra bir dəfə sağ qoluna zərbələr vurmuşdur. Həmin vaxt qızı Aysu qışqırmış və İlhamə də zərbənin təsirindən oyanaraq qışqırmışdır. Digər qızı Dəniz də səsə oyanmış və qızları otağın işığını yandıraraq otaqdan qaçmışlar. İlhamə yerindən durub üstünə tərəf gəlmiş və əlindən çıxıb otaqdan həyətə qaçmışdır. O da İlhaməni öldürmək üçün sonuncunun arxasınca qaçmış və pilləkəndən aşağı düşən zaman balta ilə arvadının sol qoluna zərbə vurmuşdur. İlhamə həyətdə darvazaya tərəf qaçmaq istəsə də, o, arvadına çatıb başının arxa nahiyəsinə balta ilə bir dəfə zərbə vurmuş və sonuncu həyətin ortasında yerə yıxılmışdır. Həmin vaxt o, əlində olan dəstəyi taxta materialdan balta ilə İlhamənin baş nahiyəsinə yenə də bir dəfə, hər iki qollarına isə bir neçə dəfə zərbələr vurmuşdur. Zərbələrin ümumi sayı dəqiq yadında qalmasa da, ümumilikdə təxminən 7-9 zərbə vurmuşdur. Həmin vaxt qızları artıq yola çıxmış və balaca qızı Dəniz “mamam öldü” deyə qışqıraraq qonşuları köməyə çağırmışdır. O, evin həyətində İlhaməni vurduqdan sonra sonuncu xırıldayaraq yerdə çapalamağa başlamış, sonra isə hərəkətsiz qalmışdır. O da arvadının başının üstündə gözləmiş və hərəkətsiz qalanda sonuncunun öldüyünü fikirləşmişdir. Həmin vaxt qonşu Şahid3 həyətə gəlib İlhaməni yerdə qan içində görərək qışqırmağa başlamışdır. O isə baltanı pilləkənin yanına qoyub yola çıxaraq istifadəsində olan ***-***-**-** mobil nömrədən Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək “mən Qazax rayonu Qarapapaq kəndində yaşayan Təqsirləndirilən şəxsyam, həyat yoldaşımı balta ilə öldürmüşəm” demişdir. Təxminən beş dəqiqə sonra təcili tibbi yardım avtomobili evinə gəlmiş və İlhaməni xəstəxanaya aparmışlar. O, həmin vaxt fikirləşmiş ki, İlhamə onun vurduğu balta zərbələrindən sonra ölmüşdür. Həmin ərəfədə onun istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə xatırlamadığı nömrədən zəng gəlmiş və tanımadığım şəxs ondan ünvanı soruşmuşdur. O da evinin ünvanını izah etmişdir. Bir neçə dəqiqə sonra iki ədəd polis avtomobili evinin qarşısına gəlmişdir. O, polis əməkdaşlarına həyat yoldaşı İlhaməni öldürdüyünü demişdir. Sonuncular ondan İlhaməni vurduğu baltanın harada olduğunu soruşmuş, o da baltanı onlara təqdim etmişdir. Daha sonra o, polis əməkdaşları ilə birlikdə avtomobilə əyləşib Qazax rayon polis şöbəsinə getmiş və cinayətin aləti olan balta ilə içərisində +99***-***-**-** mobil nömrə quraşdırılmış SAMSUNG B350E markalı mobil telefonu növbətçiyə könüllü təqdim etmişdir. Zərərçəkmiş şəxs ona qarşı xəyanət etdiyi və bir ər kimi onu artıq saymadığı üçün o, sonuncunu öldürmək istəmişdir. El arasında biabır olmaqdansa İlhaməni öldürməyi üstün tutmuşdur. Qonum-qonşuları İlhamənin Roma ilə gəzdiyini görmüşlər. O, bununla bağlı Ramilin işlədiyi idman zalına gedib sonuncu ilə söhbət də etmişdir. Bundan başqa o, vətən müharibəsindən əvvəl İlhamənin bir neçə adını bilmədiyi hərbiçilərlə telefonla görüntülü danışdığını da aşkar etmişdir. O, konkret olaraq İlhaməni öldürmək üçün münasib vaxt seçib sonuncunun yatmağını gözləmiş və bu səbəbdən də yatdığı yerdə balta ilə zərbələr vurmuş ki, arvadı tərpənə bilməsin və tez ölsün. Lakin İlhamə həyətə qaçdığı üçün o, niyyətini başa çatdırmaq məqsədi ilə ardınca gedib həyətdə də bir neçə dəfə sonuncuya zərbə vurmuşdur. Hadisə vaxtı onun əynində göy rəngli və üzərində naxışlar olan şort və boz rəngli mayka, Zərərçəkmiş şəxs əynində isə qara rəngli və qısaqol köynək olmuşdur. Həyat yoldaşı ilə barışmış, əməlindən səmimi peşman olduğunu bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Təqsirləndirilən şəxs ilə 2004-cü ilin dekabr ayının 29-da ailə qurmuş, həmin nikahdan 2008-ci təvəllüdlü Aysu və 2012-ci il təvəllüdlü Şahid2lar adlı qızları anadan olmuşdur. Ailə həyatı qurduqdan sona onlar Eldənizin qardaşı İbada məxsus Qazax rayonu, Qarapapaq kəndində evdə yaşamışlar. Əri Qazax şəhərində Emil kafesində ofisiant kimi işləmiş, o isə Qazax rayon İcra və Probasiya şöbəsinə xadimə işləmişdir. Eldənizlə evliliyin ilk vaxtlarında münasibətləri normal olsa da, son bir ildə yola getməmişlər və yaşadığı evdə ayrı-ayrı otaqlarda yatmışlar. Eldəniz kafedə işlədiyi üçün evə gecə saatlarında gəlmiş, bir ailə başçısı kimi artıq onunla və övladları ilə maraqlanmamış, evə lazımı əşyaları və ərzaqları almamış, kommunal xərcləri ödəməmiş və spirtli içki içməyə başlamışdır. Hər dəfə evə sərxoş gələndə Eldəniz onunla mübahisə etdiyi üçün o bir qadın kimi ərindən soyumuş və məhz buna görə də aralarında tez-tez mübahisələr yaranmışdır. 2021-ci ilin ortalarında Eldənizlə münasibəti artıq korlandığı və sonuncu maddi cəhətdən kömək etmədiyi üçün o, dolanışıq məqsədi ilə özünə ikinci iş yeri axtarmışdır. Həmin ərəfələrdə Qazax şəhəri, Bakı küçəsində yerləşən idman zalına xadimə lazım olduğunu öyrənib həmin zala getmişdir. Orada Qazax şəhər sakini və idman müəllimi Şahid14 ilə tanış olmuşdur. Sonuncu idman zalının rəhbərliyi ilə danışıb onu xadimə kimi işə götürmüşdür. Həmin vaxtdan etibarən onun Ramillə səmimi münasibəti yaranmış və bir müddət sonuncu ilə sevgili münasibətində olmuşdur. Sonra isə Ramillə münasibəti dərinləşmiş, Eldəniz və uşaqlar evdə olmayan zaman Ramil özünə məxsus VAZ 2106 markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qazax rayonu, Qarapapaq kəndində onun yaşadığı evə gəlmişdir. Uşaqlar məktəbdən evə gələnə qədər Ramil onunla birlikdə yaşadığı evdə olmuş və artıq sevgi münasibətində olduğu üçün yaşadığı evdə cinsi əlaqədə də olmuşlar. Lakin nə uşaqları, nə də ki Eldəniz Ramili görməmiş və sonuncular gələnə qədər Ramilə çıxıb getmişdir. Bununla belə Ramil hər dəfə onlara gələndə özünə məxsus VAZ 2106 markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili yaşadığı evin qarşısında küçədə saxlamış və bütün qonum-qonşu sonuncunun onun evinə gəlməsini görmüşdür. Bu formada o, Ramillə artıq bir ilə yaxın sevgi münasibətində olmuş və sonuncu tez-tez onun yaşadığı evə gəlib-getmişdir. Onun Ramillə sevgi münasibətində olması barədə Eldənizin qonşuluqda yaşayan əmisi oğlu Şahin bu barədə 2022-ci ilin fevral ayında ərinə demişdir. Ona görə də, 2022-ci ilin fevral ayında Eldəniz ondan Ramili tanıyıb-tanımadığını soruşanda o, yalan danışaraq həmin şəxsi tanımadığını bildirmişdir. Lakin hərəkətlərindən hiss etmiş ki, Eldəniz ona inanmamışdır. Həmin vaxtdan etibarən o, Eldənizdən tam soyumuş, demək olar ki onlar ər-arvad olmamış, sadəcə bir evdə yaşamışlar. Artıq ər-arvad kimi yola getmədiyi üçün o, 2022-ci ilin fevral ayında Qazax Rayon Məhkəməsinə nikahın pozulması haqqında ərizə ilə müraciət edib Eldənizdən boşanmaq istəmişdir. Eldəniz onun boşanma barədə məhkəməyə ərizə verdiyini bildikdən sonra aralarında mübahisələr daha da çoxalmış, sonuncu boşanmaq istəmədiyini və barışmaq istədiyini demişdir. Bununla belə o, razılaşmamış və Eldənizdən ayrılmaq istəmişdir. 2022-ci ilin mart ayında o, faktiki Eldənizlə ailə münasibətində olmadığı üçün müstəqil həyat tərzi sürməyə başlamışdır. Həmin ərəfələrdə o, Tovuz rayonu, Abulbəyli kənd sakini X8 ilə tanış olmuşdur. Sonuncu Tovuz şəhərində yerləşən mobil dükanda işləmiş və yaxşı münasibəti yarandıqdan sonra, əri Təqsirləndirilən şəxs ondan şübhələnməsin deyə o, xx.xx.2022-ci il tarixdə məhz Gülnarın adına özünə yeni +99***-***-**-** mobil nömrə almışdır. Lakin həmin mobil nömrə faktiki olaraq onun istifadəsində olmuşdur. Mobil nömrə aldıqdan sonra o, özünə ikinci əl Samsunğ markalı mobil telefon da almış və ***-***-**-** mobil nömrəni həmin telefona taxaraq istifadə etmişdir. Həmin nömrəni o, Eldənizdən xəlvət işlətmiş və sonuncu onun telefon işlətməsini bir müddət bilməmişdir. Lakin o, rəfiqəsi Gülnarla görüşmək üçün həftədə bir gün Tovuz rayonuna gedib gəldiyi üçün Eldəniz artıq ondan şübhələnməyə başlamışdır. O isə sonuncuya gedib öz həyatını yaşamışını və onun işinə qarışmamasını demişdir. Çünki, o, artıq ərindən iyrənmiş və bir ər kimi onu qəbul etməmişdir. Mobil nömrə aldıqdan sonra o, həmin nömrəni Ramilə də vermiş və sonuncu ilə artıq həmin nömrə vasitəsi ilə əlaqə saxlamışdır. 2022-ci ilin mart ayının sonları gecə saatlarında Eldəniz işdən evə gələndə o, əlində telefonla kiminləsə danışmışdır. Eldəniz yatdığı otağa daxil olanda onun əlində telefon olduğunu görüb qəfil əlindən almışdır. Sonra Eldəniz həmin telefonu haradan əldə etdiyini soruşanda o, sonuncuya nalayiq ifadələr işlədib onun telefon işlətməsinin ərinə heç bir aidiyyətinin olmadığını demişdir. Eldəniz isə qəzəblənərək telefonu götürüb Qazax rayonu, Ağköynək kəndində yaşayan qayınatasıgilə getmişdir. Təxminən 15-20 dəqiqə sonra o da atasıgilə getmişdir. Oraya çatanda Eldəniz artıq onun qardaşı Ramilə vəziyyəti izah edib xəyanət etdiyini demişdir. Qardaşı da onu görən kimi telefonu götürüb həyətdə qırağa çəkərək üstünə qışqırmışdır. Həmin telefonda onun el arasında “Roma” adlanan Şahid14la danışığını görüb qardaşı nəyə görə ərinə xəyanət etdiyini soruşmuşdur. O isə Eldənizdən boşanacağını və bir ər kimi sonuncunu qəbul etmədiyi üçün Ramillə sevgi münasibətinə girdiyini demişdir. Qardaşı da Eldənizi sakitləşdirib evə yola salmışdır. Daha sonra qardaşı nəyə görə onun yüngül həyat tərzi yaşadığını soruşanda o, pis yolda olmadığını, sadəcə Ramillə sevgi münasibətində olduğunu demişdir. Qardaşı isə əsəbiləşərək onun telefonunu üç gün özündə saxlayıb verməmişdir. Həmin vaxtdan etibarən qardaşı ilə onun münasibəti kəsilmiş və sonuncu onu məlum baş vermiş hadisəyə qədər danışdırmamışdır. Üç gündən sonra o, telefonunu götürmüş, yenə də Ramillə danışmağa davam etmiş və sonuncu Eldəniz evdə olmayan zaman onun yaşadığı evə gəlib-getmişdir. Eldəniz telefon işlətməsini bildikdən sonra teztez onunla mübahisə etmiş, hətta bir neçə dəfə qonşuları da səs-küyə onlara gəlmişdir. Anası bir neçə dəfə Eldənizin onunla mübahisə etməsinə görə polisə şikayət vermişdir. Lakin hər dəfə yazığı gəldiyi üçün o, Eldənizi polisdə bağışlamışdır. Bu formada artıq o Eldənizlə bir ildir yola getməmiş və sadəcə sənəd üzərində ər-arvad olmuşlar. Faktiki isə yaşadığı evdə bir ildir ayrı-ayrı otaqlarda yatmışlar. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Eldəniz sərxoş vəziyyətdə evə gələndə o, sonuncu ilə mübahisə etmiş və məhkəməyə gedib şikayət edəcəyini, işinə tez baxılmasını tələb edəcəyini və tez boşamaqlarını istəyəcəyini demişdir. Eldəniz isə boşanmaq istəmədiyini bildirmişdir. Lakin o, bağışlamaq fikrində olmadığı üçün Eldənizi otaqdan qovmuşdur. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Eldəniz evə gəlmiş və özünə yemək hazırlayıb evdə olan 250 qramlıq arağını içmişdir. Yemək hazırlayan vaxt Eldənizlə aralarında onun boşanmaq məqsədi ilə Qazax Rayon Məhkəməsinə müraciət etməsi səbəbindən mübahisə yaranmış və o, sonuncuya “Məhkəməyə gedib deyəcəm ki, mənim işimi tez həll eləsin əks halda mən Ədliyyə Nazirliyinin qaynar xidmətinə məlumat verəcəm ki, mənim işimi uzadırlar” demişdir. Daha sonra isə əri onu əsəbiləşdirdiyi üçün o, sonuncuya əhəmiyyət verməyərək öz yatdığı otağa getmişdir. Həmin vaxtı artıq xx.xx.2022-ci il saat 01 radələri olmuşdur. Yatdığı otaqda qızı Aysu yerdəki döşəyin üstündə onun yanında, Dəniz isə otaqdaki çarpayıda yatmışdır. O yatmağa hazırlaşan zaman Eldəniz həyətdəki damda olan kiçik dəmir baltanı əlinə götürərək yatdığı otağa gəlmiş və baltanı göstərərək onu öldürəcəyini demişdir. O isə sonuncuya inanmamış və heç vaxtı ciddiyə almadığı üçün otaqdan qovmuşdur. Eldənizin kiməsə yumruq belə vurması inandırıcı gəlməmişdir. Eldəniz sakit formada otaqdan çıxmış və o da yerdəki döşəyin üstündə Aysunun yanında yatmışdır. Təxminən iki saatdan sonra yuxuda olarkən qəfil kürəyindən zərbə dəydiyini hiss etmişdir. Həmin vaxtı yanında yatan qızı Aysu qışqırmış və Dəniz də səsə oyanmışdır. O zərbənin təsirindən sanki gicəllənmişdir. Bu vaxtı sağ qolundan ikinci zərbə dəymişdir. O, bədənindən qan axdığını görüb şoka düşmüş və nə baş verdiyini hələki anlamamışdır. Qızları otaqdan ağlaya-ağlaya “ay mama, ay mama, ay ata niyə eliyirsən, mama sənə neynədi ki” deyə otaqdan qaçmışlar. O ayağa qalxan zaman Eldənizin əlində dəstəyi taxta materialdan olan baltanı görəndə sonuncunun ona balta ilə belindən və sağ qolundan zərbə vurduğunu anlamışdır. Canını qurtarmaq üçün o, Eldənizin əlindən yayınıb həyətə qaçmışdır. Eyvandaki pilləkənlə həyətə düşmək istəyəndə Eldəniz arxasınca gələrək əlindəki balta ilə sol qolundan da zərbə vurmuşdur. O həyətdə darvazaya tərəf qaçmaq istəsə də Eldəniz əlindəki balta ilə başının arxa tərəfindən bir dəfə vurmuş və o, huşunu itirmişdir. Daha sonra olanlardan isə özündə olmadığı üçün xəbəri olmamışdır. Ayılanda isə artıq 10-15 gün keçmişdir və o Bakı şəhərində yerləşən X12muşdur. xx.xx.2022-ci il tarixdə hadisə vaxtı onun əynində qara rəngli qısaqol köynək, Təqsirləndirilən şəxs əynində isə göy rəngli üzərində naxışlar olan şort və boz rəngli mayka olmuşdur. Hadisə vaxtı o, Təqsirləndirilən şəxs hər hansı xəsarət yetirməmişdir. Eldəniz birinci yatdığı yerdə kürəyindən, daha sonra sağ qolundan, sonra o həyətə qaçanda pilləkənin üzərində olan zaman sol qolundan, həyətin ortasında isə başının arxasından zərbələr vurmuş və o huşunu itirmişdir. O, el arasında “Roma” adlanan Qazax şəhər sakini, xx.xx.1977-ci il təvəllüdlü Şahid14 ilə təxminən bir il sevgi münasibətində olmuş və məhz buna görə də istifadəsində olan +99***-***-**-** mobil nömrə ilə ən çox qarşılıqlı şəkildə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək Ramillə istifadəsində olan +99***-***-**-** mobil nömrə ilə danışmışdır. Bundan başqa, Ramilin istifadəsində +99***-***-**-** mobil nömrə də olmuş, lakin həmin nömrə ilə o az danışmışdır. Qızları və Eldəniz evdə olmayan vaxtı Ramil onun yaşadığı evə gəlib-getmiş və o sonuncu ilə cinsi əlaqədə olmuşdur. Təqsirləndirilən şəxs həyat yoldaşı olmasını, azyaşlı uşaqlarını nəzərə alıb, onunla barışdığını, ondan heç bir şikayət və tələbi olmadığını bildirmişdir Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş azyaşlı Şahid1 ifadəsində göstərdi ki, o, atası Təqsirləndirilən şəxs, anası Zərərçəkmiş şəxs və balaca bacısı Dənizlə Qazax rayonu, Qarapapaq kəndində baba evində yaşamış və həmin kənd məktəbində 8-ci sinfini qurtarıb 9-cu sinfə keçmişdir. Atası Təqsirləndirilən şəxs Qazax şəhərində yerləşən “Emil” kafesində ofisiant işləmiş, anası isə xadimə işləmişdir. 19 iyul 2022-ci ildə evdə olmuşlar və atası gecə saat 11-də işdən evə gəlmişdir. Həmin vaxt onlar öz otağında yatmışlar, bacısı Dəniz də həmin otaqda çarpayıda yatmışdır. 20 iyul 2022-ci il tarixdə gecə saat 2-də səs gəldiyini eşidib oyanmışdır. Atası anası ilə boşanma məsələsinə görə mübahisə etmiş və qaz-işığın pulunu ödəyəcəyi bildirmişdir. Daha sonra atası otaqdan çıxıb getmiş, lakin bir neçə dəfə otağa qayıdaraq “yatırsızsa, sakitcə yatın” deyib yatıb-yatmadıqlarını dəqiqləşdirmişdir. Nəsə yuxusu gəlmədiyi üçün onun gözü açıq olmuşdur. Təxminən saat 03-04 radələrində atası otağa girib onlara tərəf gəlmişdir. Otaq qaranlıq olsa da, o, atasının əlində uzun taxta görmüş, lakin ilk əvvəl balta olduğunu bilməmişdir. Atası sürətlə anasının sağ tərəfinə yaxınlaşıb əlindəki taxta ilə sağ biləyinə vurmuş, həmin vaxt qan üstünə sıçramışdır. Bu zaman o, atasının əlindəki əşyanın balta olduğunu görüb qışqırmış və anası ilə bacısı oyanmışlar. Bacısı qorxduğu üçün o, sonuncunu tez həyətə çıxarıb qonşulardan kömək çağırmağa göndərmişdir. Anası da atasının əlindən qaçıb həyətə çıxanda atası pilləkəndə balta ilə anasının sol qolundan vurmuşdur. Anası həyətin darvazasına tərəf küçəyə qaçmaq istəsə də, evin yanında atası anasına çataraq balta ilə sonuncunun başının arxasından vurmuşdur. Anası zərbədən yerə yıxılmış, atası isə yerdə anasının başından balta ilə vurmuşdur. Anasını qan aparmış və sonuncu xırıldamışdır. Sonra o, bacısı Dənizin küçədən yan qonşuları Aybəniz xalanı çağırdığını eşitmişdir. O həmin vaxtı evə qayıdıb yatdığı otaqda olan ev telefonundan “103” təcili yardıma zəng etmək istədikdə atası içəri daxil olmuş və acıqlı şəkildə “kimə xəbər verirsən?” deyib telefonu əlindən alaraq yerə çırpıb qırmışdır. Bir neçə dəqiqə sonra səsə qonşuları gəlmiş və onlardan kimsə “Eldəniz bəsdir, çıx bayıra, uşaqlar qorxur” demişdir. Atası da əlindəki sapı taxtadan olan baltanı həyətə atıb küçəyə çıxmışdır. Küçədə Eldəniz özü polisə zəng edərək məlumat vermişdir. Bir qədər sonra təcili tibbi yardım gələrək anası xəstəxanaya aparmışdır. Hadisə günü o, atasına yalvarıb anasını vurmamağı desə də, sonuncu onun sözlərinə əhəmiyyət verməmişdir. Anası Zərərçəkmiş şəxs istifadəsində yalnız “Samsung J2 Prime” markalı qızılı rəngli telefon olmuşdur. Anasının telefonu yaxşı işləmədiyinə görə yaddaşındakılar tez-tez silinmişdir. Telefonu hüquq mühafizə orqanlarına verməmişdən qabaq nənəsi Sarıgül ondan telefonda hansısa danışıqların olub-olmamasını soruşmuş, o da sonuncuya telefonda heç bir şeyin olmadığını demişdir. Bununla belə, o, hadisə baş verdikdən sonra qohumları ilə özünün və anasının iş yoldaşları ilə olan danışıqlarını silmişdir. Həmin danışıqları telefon yaxşı işləmədiyinə görə silmişdir. Məhkəmə iclasında qanuni nümayəndənin iştirakı ilə dindirilmiş azyaşlı Şahid2 şahid qismində dindirilmiş bacısı Şahid1 göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadələr vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs və arvadı Zərərçəkmiş şəxs qonşuları olmuşlar. 20 iyul 2022-ci il tarixdə gecə saat 04 radələrində Dəniz və Aysu yaşadığı evin həyətinin darvazasını döyərək “Elnur əmi, Elnur əmi, mama ölür, gəl onu atamın əlindən al” deyə qışqırmışdır. Elnur onun oğludur. O, səs-küyə əynini geyinib küçəyə çıxmış və işığı yandırmışdır. Həmin vaxtı Aysu ilə Dəniz ağlaya-ağlaya küçədə darvazalarının qarşısında dayanmışlar. Qızlardan nə baş verdiyini soruşanda “gəl, gəl, mama ölür” demişlər. Həmin vaxtı Eldəniz də öz darvazaların qarşısında dayanmış və əlindəki telefonla polisə zəng edib ünvanı deyərək arvadını baltaladığını və gəlib onu aparmalarını demişdir. Hava qarınlıq olduğu üçün Eldənizin əynindəki paltara fikir verməmişdir. Həyətə girən kimi giriş darvazadan təxminən 4-5 metr evə tərəf aralı məsafədə İlhaməni qan içində üzü havaya, arxası üstə yerdə uzanıqlı görmüşdür. Aysu həmin vaxtı “mamam öldü, mama öldü” deyə qışqıraraq ağlamışdır. Daha sonra Aysu su gətirib anasının üstünə tökmüşdür. İlhamənin əynində qara rəngli qana bulaşmış qısaqol köynək və qırmızı rəngli tuman olmuşdur. Eldəniz həmin müddət ərzində həyətə girib çıxmışdır. O, Eldənizə “qız ölməyib, skorıya zəng elə” demişdir. Eldəniz də harasa zəng etmişdir. İlhamə sağ olduğu üçün o, dərhal təcili tibbi yardıma zəng etmək məqsədilə küçəyə çıxaraq evinə getmək istəmişdir. Küçəyə çıxanda oğlu Elnuru, qonşu Əli, arvadı Aygün, anası Qəribə (Şərifə), digər qonşular Məhəmməd və Xədicəni görmüşdür. Sonuncular Eldənizgilin darvazasının qarşısında dayanmışlar. Məhəmməd əlindəki telefonla təcili tibbi yarıma zəng etmişdir. Eldəniz isə küçədə dalaqabağa gəzmiş və Aysuya “ananın baş daşının üstünə telefon şəkili vurarsız” demişdir. Daha sonra Eldəniz öz-özünə “bunun yiyəsi yox idi, bu iki gündür Şəmkirdə oteldədir” demişdir. Bir müddət sonra polis əməkdaşları gəlmiş və Eldəniz təslim olmuşdur. Daha sonra isə təcili tibbi yardım briqadası gəlib İlhaməni xəstəxanaya aparmışdır. 2022-ci ilin fevral ayında ona məlum olmuş ki, İlhamə ərindən xəlvət telefon işlədərək kimlərləsə danışırmış. Eldəniz də bunu aşkar etmişdir. Bildiyi qədər son bir ildə İlhamə Eldənizi aldatmış və ona xəyanət etmişdir. Məhz buna görə də, Eldənizlə İlhamə arasında son bir ildə mübahisələr tez-tez olmuş və onlar boşanmaq üçün məhkəmə müraciət etmişlər. İlhamə düz yolun yolçusu olmamış və yüngül həyat tərzi yaşamışdır. Son aylarda da Eldəniz İlhamənin ona qarşı xəyanət etdiyini demişdir. Hətta 2022-ci ilin fevral ayında İlhamənin gizlin şəkildə telefon işlətməsini aşkar edən zaman Eldəniz qonşulardan tələb etmiş ki, İlhamənin pozğun olmasını və onların evinə yad bir kişilərin gəlib-getməsini imzaları ilə təsdiq etsinlər. Hamı bilmiş ki, İlhamə düz yolun adamı olmamış və yüngül həyat tərzi yaşamışdır. O, bir neçə dəfə gündüz saatlarında Eldəniz evdə olmayan zaman İlhamənin yaşadığı evin darvazasının qarşısında ağ rəngli köhnə zamaskalı səhv etmirsə VAZ 2106 markalı dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. xx.xx.2022-ci il tarixdə polis əməkdaşları hadisə yerinə gələn zaman Eldəniz onlara sapı taxta materialdan olan baltanı göstərərək həmin balta ilə İlhaməni baltaladığını demişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 və Şahid9 Şahid3 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs əmisi oğlu olmuş, sonuncu Qazax rayonu, Qarapapaq kəndində onunla qonşuluqda yaşamış və evlər yanaşı olmuşdur. Təxminən üç il əvvəl Eldəniz evdə olmayan zaman qırmızı rəngli VAZ 2106 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə hərbi geyimli bir şəxsin bir neçə dəfə İlhamənin evdə olduğu vaxtı gəlibgetdiyini görmüşdür. Həmin şəxsin şəxsiyyəti barədə heç bir məlumatı olmamışdır. Qeyd edilən adam hər dəfə gündüz vaxtları, yəni Eldəniz evdə olmayan zaman gəlib-getmiş və bazarlıq da gətirmişdir. Son bir ildə isə İlhamə Eldəniz evdə olmayan zaman ağ rəngli VAZ 2106 markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən arıq və orta yaşlı bir nəfərlə görüşmüşdür. Həmin şəxs tez-tez Eldəniz evdə olmayan zaman İlhamənin yanına gəlib-getmiş, bir neçə saat evlərində qalmış, hətta İlhaməni ora-bura da aparıb-gətirmişdir. İlhamənin pozğun həyat tərzi yaşaması artıq bir qonşu kimi onu çox narahat etdiyi üçün 2022-ci ilin fevral ayında Eldənizə bu barədə məlumat vermişdir. Qonşular da artıq buna narazılıqarını bildirmişlər. Eldəniz ona həmin şəxsin “Roma” olduğunu və bazarının yanında yerləşən el arasında “beş mərtəbə” deyilən binada yaşadığını bildirmişdir. O da sonuncuya haqlı iradını bildirib arvadı barəsində ölçü götürməsini və polisə şikayət etməsini demişdir. Elə həmin ərəfədə Eldənizlə İlhamə arasında dava-dalaş olmuş və evlərinə polis gəlmişdir. Daha sonra isə İlhamə məhkəməyə müraciət edərək Eldənizdən boşanmaq istədiyini bildirmişdir. Boşanma məsələsi ortaya çıxanda İlhamə ilə Eldəniz teztez mübahisə etmiş və səsləri bütün qonum-qonşuya yayılmışdır. İlhamə açıq-aşkar yüngül həyat tərzi sürərək Eldənizə qarşı xəyanət etmişdir. 20 iyul 2022-ci il tarixdə səhər saat 09 radələrində yuxudan durub həyətə çıxanda qonum-qonşudan eşitmiş ki, həmin günü gecə saat 04 radələrində Eldəniz evlərinin yataq otağında yatan zaman, daha sonra isə həyətlərində İlhaməni balta ilə baş, qol və digər nahiyəsindən vurub xəsarət yetirmişdir. Hadisə baş verən zaman Eldəniz polisə zəng edib hadisə barədə məlumat verərək təslim olmuş, hamıya “ay camaat buna kim dözər, bir qadın ki uşağını atıb dörd gündür evə gəlmir, Tovuzda restoranlarda gəzir” deyirmiş. Daha sonra ona məlum olmuş ki, Eldəniz polisə təslim olmuş, İlhaməni isə xəstəxanaya aparmışlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs böyük övladı olmuşdur. İlhamə 2006-cı ildə Qazax rayonu Qarapapaq kənd sakini Təqsirləndirilən şəxs ilə ailə həyatı qurmuş, sonuncuların 2008-ci il təvəllüdlü Aysu və 2012-ci il təvəllüdlü Dəniz adlı qız övladları anadan olmuşdur. Ailə həyatı qurduqdan sonra İlhamə ilə Eldəniz sonuncunun atasından miras qalmış Qarapapaq kəndində həyət evində qalmışlar. Eldəniz Qazax şəhərində “Emil” kafesində ofisiant işləmiş, İlhamə isə Qazax rayon İcra və Probasiya şöbəsində xadimə işləmişdir. Evliliyinin ilk illərində qızı ilə Eldənizin münasibətləri normal olsa da, sonradan aralarında tez-tez mübahisələr yaranmışdır. 2022-ci ilin mart ayında Eldəniz İlhamənin telefonda yad kişilərlə olan yazışmalarını aşkar edərək axşam saatlarında onlara gəlib ona və oğlu Ramilə İlhamənin gizlin şəkildə telefon işlətdiyini və yad kişilərlə xəyanət etdiyini bildirmişdir. Ramil də İlhamə ilə danışacağını və məsələni yoluna qoyacağını demişdir. Həmin vaxtı İlhamə də onlara gəlmiş və Ramil bacısı ilə nəsə danışmışdır. Bu məsələdən sonra qızı tez-tez uşaqlarla birgə onlara gəlib-getmiş, bir-iki gün qalmış, sonra isə evlərinə qayıtmışdır. Həmin ərəfələrdə İlhamə artıq Eldənizə qarşı məhkəmədə boşanma işi qaldırmışdır. Buna baxmayaraq sonuncular bir evdə qalmış, lakin ayrı otaqda yatmışlar. 20 iyul 2022-ci il tarixdə gecə saat 04 radələrində Aysu ona zəng edib Eldənizin İlhaməni yatdığı yerdə baltaladığı və hazırda Qazax rayon Mərkəzi Xəstəxanasında olduqlarını demişdir. O, oğlu Ramillə xəstəxanaya getmişdir. Orada Aysu bildirmiş ki, axşam saat 03.30 radələrində İlhamə yerdəki döşəyin üstündə yatan zaman Eldəniz əlində balta ilə otağa girərək İlhamənin kürəyindən vurmuş, daha sonra Aysu qışqırmış, səsə Dəniz də oyanmış, onlar qaçaraq kömək üçün qonşuların yanına getmiş, Eldəniz isə hərəkətlərini davam edərək evin həyətində də İlhaməyə balta ilə zərbələr vurmuşdur. Eldənizin deməsinə görə son bir neçə ayda İlhamə ərinə xəyanət edərək kiminləsə mesajlaşmışdır. Məhz xəyanət etməsinə görə də 2022-ci ilin əvvəlindən İlhamə ilə Eldəniz arasında münasibətlər tamamilə pozulmuş, onlar bir evdə yaşasalar da, faktiki olaraq ər-arvad münasibətində olmamışlar. O, qızının ərinə xəyanət etməsini ilk dəfə İlhamə boşanma ərizəsi verən zaman öyrənmişdir. İlhamə Roma adlı Qazax şəhər sakini ilə mesajlaşaraq səmimi münasibətdə olmuşdur. O, İlhamənin son aylarda yüngül həyat tərzi keçirən qızlarla əlaqədə olmasını, onlarla oturub-durmasını, bir sözlə düzgün yolda olmadığını və yüngül həyat tərzi yaşamasını bilmiş və buna görə qızını həmişə tənbeh etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 Şahid10 ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək analoji ifadə vermişdir. xx.xx.2022-ci il tarixli raportdan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 03.41-də DİN-nin 102 zəng xidmətindən daxil olmuş məlumatda göstərilmişdir ki, Qazax rayonu, Qarapapaq kənd sakini Təqsirləndirilən şəxs ***-***-**-** nömrəsindən zəng edərək arvadını balta ilə öldürməsi barədə məlumat vermişdir. “Hadisə yerinə baxış keçirilməsi barədə” xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə yeri – Qazax rayonu, Qarapapaq kəndində Təqsirləndirilən şəxs yaşadığı qardaşı İbad Xasməmmədova məxsus həyət evidir. Həmin evin solunda qonşu Şahid13, sağında qonşu X11, qarşı tərəfində isə Şahid8 məxsus fərdi yaşayış evləri yerləşir. Təqsirləndirilən şəxs yaşadığı evin həyətinin giriş darvazası iki taylıdır və dəmir materialdandır. Darvazanın qarşısında küçədə, darvazadan 3.5 metr aralı məsafədə olan çınqıl daşlar üzərində çoxlu sayda qanabənzər ləkələr müşahidə edilir. Darvazanın piyadalar üçün nəzərdə tutulmuş əl qapısından həyətə daxil olursan. Evin həyət və bağlı birlikdə ümumi sahəsi 0.11 ha-dır. Həyətə daxil olduqda sağ tərəfdə evdir, sol tərəfdə isə mal-qara saxlamaq üçün dam, evlə dam arasında isə boş həyət sahəsidir. Giriş darvaza ilə üzbəüz həyətin əks tərəfində bağ sahəsi vardır və həmin sahə ilə həyət arasında dəmir tor çəkilmişdir. Giriş darvazadan həyətə daxil olduqda torpağın üzərində müxtəlif yerlərdə qanabənzər ləkələr vardır. Həyətdə darvazadan 6.35 metr, evdən 2.65 metr aralı məsafədə torpağın üzərində damcı və gölməçə formasında qanabənzər ləkərlər vardır və həmin ləkələr “4” nömrə altında işarələndi. Həyətdə darvazadan 6 metr, evdən 3 metr aralı məsafədə olan yerdə torpağın üzərində qanabənzər ləkələr müşahidə edilir və həmin ləkələr “3” nömrə altında işarələndi. Həyətdə darvazadan 6.20 metr, evdən 2.80 metr aralı məsafədə olan yerdə torpağın üzərində qanabənzər ləkələr müşahidə edilir və həmin ləkələr “2” nömrə altında işarələndi. Bir az qarşıya irəli getdikdə sağ tərəfdə evin giriş qapısı və qabağı açıq aynabənd vardır. Eyvana qalxmaq üçün bir neçə pilləkən vardır. Pilləkənlə qalxdıqda sağ tərəfdə evin qapısıdır. Pilləkənlərin üzərində damcı formasında çoxlu sayda qanabənzər ləkələr müşahidə edilir. Aynabəndə sol tərəfdə masa və oturacaqlar vardır. Oturacaqla üzbəüz üzərində ayna olan evin taxta qapısı vardır. Həmin taxta qapıdan içəri daxil olduqda evin qonaq otağıdır. Otaqda sol tərəfdə bir neçə məişət əşyaları, irəlidə və sağda digər otaqlarla giriş qapıları vardır. Sağ tərəfdə yerləşən yataq otağına daxil olduqda iki ədəd çarpayı və bir ədəd yerə salınmış xalçanın üzərində döşək vardır. Döşəyin üzərində olan döşək üzlüyündə çoxlu sayda qanabənzər ləkələr müşahidə edilir. Həmin otaqda baş tərəfdə olan çarpayının üzərində bir ədəd göy rəngli, ağ zolaqlı şort vardır. Baxış zamanı Təqsirləndirilən şəxs yaşadığı evin hadisə baş verən yataq otağındaki çarpayının üzərindən hadisə vaxtı sonuncunun əynində olmuş şort, yataq otağındaki döşəmənin üzərində olan döşəyin üstünə sərilmiş üzərində qanabənzər ləkərlər olan döşək üzlüyü müvafiq qaydada qablaşdırılıb prokurorluğun “Zərflər üçün” möhürü ilə möhürlənərək götürülmüşdür. Həmçinin hadisə yerinə baxış zamanı evin həyətinin giriş darvazasının qarşısında küçədən üzərində qanabənzər ləkələr olan çınqıl daşlardan 6 ədəd daş; darvazadan həyətə daxil olduqdan “4” nömrə altında qeyd edilmiş qanabənzər ləkələrdən 2 ədəd; “3” nömrə altında qeyd edilmiş qanabənzər ləkələrdən 4 ədəd; “2” nömrə altında qeyd edilmiş qanabənzər ləkələrdən 3 ədəd və evin hadisə baş verən yataq otağındaki döşəməmin üzərində olan döşəyin giriş qapıya tərəf olan küncünün yaxınlığında “1” nömrə altında qeyd edilmiş döşəmənin üzərində olan qanabənzər ləkələrdən 3 ədəd, cəmi 12 ədəd pambığa hopdurulmaqla qan nümunələri müvafiq qaydada qablaşdırılıb götürülmüşdür. “Əşyaya baxış keçirilməsi və götürülməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki,Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi hadisə vaxtı onun əynində olmuş – üzərində qanabənzər ləkələr olan boz rəngli qısaqol mayka möhürlənib müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. “Könüllü təqdim edilən əşyaların götürülməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki,Təqsirləndirilən şəxs polis şöbəsinə könüllü təqdim etdiyi cinayətin aləti olan dəstəyi taxta materialdan və tiyəsinin üzərində qanabənzər ləkələr olan balta və bir ədəd “SAMSUNG B350E” markalı mobil telefon möhürlənib müvafiq qaydada qablaşdırılaraq götürülmüşdür. “Könüllü təqdim edilən əşyaların götürülməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs əynində olmuş, əməliyyat zamanı qayçı ilə iki hissəyə bölünərək əynindən çıxarılmış üzərində qanabənzər ləkələr olan qara rəngli qısaqol köynək müvafiq qaydada qablaşdırılıb prokurorluğun “Zərflər üçün” dairəvi möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. “Könüllü təqdim edilən əşyaların götürülməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş köynək – qara rəngli və qısaqoldur. Köynəyin uzunluğu 63 sm, çiyin hissəsindən eni isə 35 sm-dir. Köynəyin ön və arxa tərəfinin səthi üzərində çoxlu sayda qanabənzər ləkələr müşahidə edilir. Köynək iki hissəyə bölünmüşdür. Köynəyin üzərində ətəyin aşağı son kənarından 30 sm yuxarıda 12 sm ölçüdə zədə izi müşahidə edilir. Həmin zədədən 2 sm kənarda 5 sm ölçüdə zədə vardır. “Könüllü təqdim edilən əşyaların götürülməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, hadisə baş verən günü Zərərçəkmiş şəxs istifadəsində olmuş içərisində +99***-***-**-** mobil nömrə quraşdırılmış SAMSUNG GALAXY J2PRİME markalı mobil telefon müvafiq qaydada qablaşdırılıb prokurorluğun “Zərflər üçün” dairəvi möhürü ilə möhürləndikdən sonra götürülmüşdür. “Könüllü təqdim edilən əşyaların götürülməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Zərərçəkmiş şəxs istifadəsində olmuş və içərisində +99***-***-**-** mobil nömrə quraşdırılmış SAMSUNG GALAXY J2PRİME markalı mobil telefona baxış protokolundan görünür ki, telefonun gələn-çıxan zənglərinin siyahısına, mesajlar və galereya bölməsinə, “whatsapp” mobil tətbiqə baxdıqda iş üçün əhəmiyyət kəsb edəcək məlumat aşkar edilməmişdir. Bütün məlumatlar sanki silinmişdir. “Mobil telefona baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan və protokola əlavə edilmiş fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayının 20-də gecə saat 03.39-da “102” zəng xidmətinə zəng edərək 01 dəqiqə 11 saniyə danışmışdır. “ Diskə baxış keçirilməsi” haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, +99***-***-**-** mobil nömrənin Tovuz rayonu, Abulbəyli kənd sakini, xx.xx.1987-ci il təvəllüdlü X4 adına qeydiyyata alındığı və xx.xx.2022-ci il tarixdə aktivləşdirildiyi müəyyən edilmişdir. Mobil nömrəyə daxil olan və çıxan zənglərə baxdıqda Zərərçəkmiş şəxs xx.xx.20222-ci il tarixdən xx.xx.2022-ci il tarixədək müxtəlif nömrələrə zəng etdiyi və həmin nömrələrdən ona zəng gəldiyi görünür. Zənglərin tarixçəsinə baxdıqda Zərərçəkmiş şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrədən xx.xx.2022-ci il tarixdə saat 00.50-də cinayət işi üzrə şahid qismində dindirilmiş Qazax şəhər sakini, xx.xx.1977-ci il təvəllüdlü Şahid14 istifadəsində olan +99***-***-**-** mobil nömrəsinə zəng etməsi, həmin günü saat 11.55-də Şahid14 Zərərçəkmiş şəxs zəng etməsi, eyni gündə saat 15.46-da Zərərçəkmiş şəxs Şahid14 zəng etməsi, xx.xx.2022-ci il tarixdə saat 13.36-da isə Zərərçəkmiş şəxs Şahid14 zəng etməsi aşkar edildi. Ümumiyyətlə daxil olan və çıxan zənglərin siyahısına baxdıqda Zərərçəkmiş şəxs ən çox qarşılıqlı şəkildə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək +**********03 mobil nömrə ilə danışdığı görünür. “abuneciler.xlsx” adlı fayla daxil olduqda isə +**********03 mobil nömrənin Şahid14 adına qeydiyyata alındığı müəyyən edilmişdir. Həmçinin mesajlar əks olunan “508930225_SMS.txt” adlı fayla daxil olduqda orada Şahid14 xx.xx.2022-ci il tarixdə istifadəsində olan +**********03 mobil nömrədən +**********25 mobil nömrəyə iki dəfə, xx.xx.2022-ci il tarixdə saat isə bir dəfə müxtəlif mətnli mesaj yazdığı müəyyən edilmişdir. Qazax rayon Polis Şöbəsinin xx.xx.2022-ci il tarixli əməliyyat tapşırığına cavab məktubundan görünür ki, hadisə ilə əlaqədar keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki: xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəyə qədər Təqsirləndirilən şəxs üzərində balta gəzdirməmişdir. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəyə qədər Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında dəfələrlə mübahisələr olmuş və bu barədə Qazax RPŞ-nin TB-də araşdırma aparılmışdır. Sonrada tərəflərin təkrar müraciətləri əsasında TB-də aparılan araşdırma dayandırılmışdır. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəyə qədər Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında dava-dalaş və mübahisənin səbəbi ailə münaqişəsi və Zərərçəkmiş şəxs yüngül həyat tərzi sürməsi olmuşdur. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəyə qədər Təqsirləndirilən şəxs ilə arvadı Zərərçəkmiş şəxs arasında qısqanclıq, xəyanət və ya sair mövzuda tez-tez mübahisələr olmuşdur. Mübahisəyə səbəb İlhamənin Təqsirləndirilən şəxs qarşı xəyanət etməsi, yüngül həyat tərzi sürməsi və ayrı-ayrı şəxslərlə ünsiyyətdə olması olmuşdur. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəyə qədər Təqsirləndirilən şəxs yaşadığı Qazax rayon Qarapapaq kəndindəki evinə Qazax şəhər sakini, xx.xx.1977-ci il təvəllüdlü X6 idarə etdiyi VAZ 2106 markalı, **-ES-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə gəlib-getmişdir. xx.xx.2022-ci il tarixdə hadisə baş verən zaman Təqsirləndirilən şəxs Qazax rayon Qarapapaq kəndindəki evində Təqsirləndirilən şəxs, arvadı Zərərçəkmiş şəxs və uşaqları Aysu və Şahid2lar olmuşlar. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəni görən şəxslər - qonşuları Şahid3, Şahid9, ƏlŞahid5, Şahid8, Şahid7 və Şahid4 olmuşlar. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəyə qədər Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs qohumları arasında heç bir dava-dalaş olmamışdır. Sadəcə olaraq Eldəniz arvadının qohumlarına İlhamənin ona xəyanət etməsini bir neçə dəfə bildirmişdir. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəyə qədər Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs qəsdən öldürməklə və ya xəsarət yetirməklə hədələmə halları olmamışdır. xx.xx.2022-ci il tarixdə baş vermiş hadisəyə qədər Zərərçəkmiş şəxs əri Təqsirləndirilən şəxs gizlin şəkildə Qazax şəhər sakini, xx.xx.1977-ci il təvəllüdlü Şahid14 (***-***-**-**) ilə sevgi münasibətində olmuş, tez-tez sonuncu ilə görüşmüş, hətta Şahid14 tez-tez Zərərçəkmiş şəxsnin yaşadığı evə gəlib-getmişdir. Bunu qonşular da görmüşdür. Materialların məhkəmə ekspertizasının xx.xx.2022-ci il tarixli 6/4129 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən geyim əşyalarının səthləri üzərində kənar lif mikrohissəcikləri vardır. Tərkib və kənar lif mikrohissəciklərin növü və rəngi rəyin 1 №-li cədvəlində göstərilmişdir. Tədqiqata təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən koftanın üzərində aşkar edilmiş boz rəngli təbii pambıq lifləri cinsi əlamətlərinə görə Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən qolsuz maykanın tərkib liflərinə uyğun gəlirlər. Təqsirləndirilən şəxs məxsus olduğu qeyd edilən qolsuz maykanın üzərində aşkar edilmiş tünd bənövşəyimtil göy rəngli triasetat lifləri cinsi əlamətlərinə görə Zərərçəkmiş şəxs məxsus olduğu qeyd edilən koftanın tərkib liflərinə uyğun gəlirlər. Məhkəmə ballistik ekspertizasının xx.xx.2022-ci il tarixli 3/1050-3/1051 saylı rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 2 (iki) ədəd predmet kustar üsulla hazırlanmış, bir tərəfi kəsiciçapıcı, digər tərəfi əzici xassəyə malik olan məişət-təsərrüfat təyinatlı baltalardır, soyuq silah hesab edilmir, üzərində təyinatını dəyişdirən əlavə və dəyişikliklər edilməmişdir. 1) tədqiqata təqdim edilmiş geyim əşyalarından Zərərçəkmiş şəxs məxsus koftanın üzərində rəyin təsviri hissəsində qeyd olunan zədələrin yerləşdiyi yeri və ölçüsü verilib. Həmin zədələr kəsici, çapıcı xassəyə malik olan predmetlin təsiri nəticəsində yaranmağa xarakterikdir. Belə predmetə oxşar baltalar, o cümlədən Təqsirləndirilən şəxs istifadə etdiyi baltada aiddir. 2) Təqdim edilmiş digər geyim əşyalarının üzərində hər hansı xüsusi əlamətli zədə, iz aşkar edilmədi. Maddi sübutların ekspertizasının xx.xx.2022-ci il tarixli 477/2022-MTBŞ saylı rəyindən görünür ki, 1) Təqsirləndirilən şəxs qan qrupu - O/İ/-; 2) Zərərçəkmiş şəxs qan qrupu - O/İ/-; 3) Ekspertizaya təqdim olunmuş 13 ədəd pambıq tampon, 01 ədəd taxta dəstəkli balta, 06 ədəd çınqıl daşı, 01 ədəd mələfə, Təqsirləndirilən şəxs məxsus alt mayka və Zərərçəkmiş şəxs məxsus iki hissəyə ayrılmış kofta üzərində insan qanı aşkar olundu. Bu qan ləkələrinin qrup mənsubiyyəti ABO sistemi üzrə tədqiq olunduqda “H” antigeni, əksər ləkələrdə həmçinin alfa, beta aqqlyutininləri alındı. Bu qan ləkələri Oalfa, beta (İ) qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. 3) Tədqiqata təqdim olunan metal dəstəkli balta üzərində qan, Təqsirləndirilən şəxs məxsus şortikin üzərində qana şübhəli ləkələr aşkar olunmadı. Məhkəmə-tibbi ekspertizasının xx.xx.2022-ci il tarixli 343 saylı rəyindən görünür ki, məhkəmə-tibbi müayinəsi zamanı Zərərçəkmiş şəxs bədənində müəyyən edilmiş xəsarətlər - açıq kəllə-beyin travması, baş beyinin əzilməsi, təpə-ənsə nahiyəsinin kəllə əsasına və hər iki gicgah nahiyəsinə qədər uzanan qəlpəli, yerdəyişməli sınığı, başın alın nahiyəsinin sol tərəfinin gicgah təpə nahiyəsinə qədər uzanan 1 ədəd, ənsə nahiyəsində 1 ədəd, döş qəfəsinin arxa hissəsində 1 ədəd, sol saidin yuxarı 1/3-nin bayır səthində 1 ədəd, sol bilək nahiyəsində əlin arxa səthinədək davam edən 1 ədəd, sağ saidin yuxarı 1/3-nin bayır səthidə 1 ədəd, sağ saidin orta 1/3-nin iç səthində 1 ədəd, hər iki mil bilək oynaqlarının hərəkətsizliyi ilə müşayiət olunan çapılmış yaraları, kəsici-çapıcı əşyanın təsirindən törənmişdirlər, qərarın təsviri hissəsində göstərilən müddətdə və şəraitdə, yəni xx.xx.2022-ci il tarixdə kəsici-çapıcı alətlə (balta ilə) yetirilə bilərdi və dərəcəsinə görə ümumilikdə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir. Zərərçəkmiş şəxs bədənində olan xəsarətlər ekspertizaya təqdim edilmiş balta ilə yetirilə bilərdi. Zərərçəkmiş şəxs ekspertizaya təqdim olunmuş paltarında olan zədələr bədənində olan xəsarətlərə uyğun gəlirlər. Ambulator məhkəmə-psixiatrik və psixoloji ekspertizasının xx.xx.2022-ci il tarixli, 519/172 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törətməzdən əvvəl və həmin əməli törədərkən hər hansı bir xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair psixiki xəstəlik keçirməmişdir. Təqsirləndirilən şəxs hal-hazırda da heç bir xroniki psixiki xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və sair xəstəlik keçirmir. Təqsirləndirilən şəxs hazırki cinayət əməlini törədərkən öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21.1-ci maddəsinin təsiri altına düşmür və onun halhazırda tibbi xarakterli məcburi müalicə tədbirlərinə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs halhazırda da öz hərəkətlərini ölçüb-biçmək və hərəkətlərinə rəhbərlik etmək iqtidarındadır. Təqsirləndirilən şəxs aşağıdakı fərdi-psixi xüsusiyyətlərə malikdir: praktiki olaraq özünün fikirlərini müdafiəyə meyillilik, hadisə haqqında məntiqi fikir yürütmə, öz fikirlərinə və başqalarının dediklərinə xüsusi qiymət vermə, subyektivizm əlamətləri, şəxslər arası konflikt problemlərin olması və başqaları ilə müqaviləyə (anlaşmaya) çətin daxil olma. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur. Onun keçirdiyi həmin emosional halın yaranma səbəblərindən biri həyat yoldaşının ona xəyanət etmə şübhəsi ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır (keçirməmişdir). xx.xx.2022-ci il tarixli 73 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktı”ndan görünür ki, Təqsirləndirilən şəxs yüngül dərəcə alkoqol sərxoşluğu müəyyən edilmişdir. Qazax rayon Ağköynək kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2022-ci il tarixli arayış və xasiyyətnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Qazax rayon Qarapapaq kəndində həyat Zərərçəkmiş şəxs, övladları Şahid1 və Şahid2 ilə birgə yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur Qazax rayon qeydiyyat şöbəsinin xx/xx-1354/4 saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs ilə Xasməmmədova (Nuruyeva) İlhamə Şirin qızı arasında nikahın bağlanması barədə 27 may 2008-ci il tarixdə Qazax rayon qeydiyyat şöbəsi tərəfindən 192 saylı akt qeydi tərtib olunmuşdur. AZ-İİ № 087725 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Şahid1 xx.xx.2008-ci il tarixdə anadan olmuşdur. AZ-İİİ № 001069 saylı “Doğum haqqında şəhadətnamənin” surətindən görünür ki, Şahid2 xx.xx.2012-ci il tarixdə anadan olmuşdur. Qazax Rayon Mərkəzi Rayon Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Qazax Rayon Mərkəzi Rayon Xəstəxanasına hər hansı bir şikayətlə bə satasionar, nə də ambulator müraciət etməmişdir.Heç bir diaqnozla tibbi qeydiyyatda yoxdur. Qazax Rayon Psixiatriya Xəstəxanasının xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, Xasməmmədov X3 xəstəxansında qeydiyyatda dayanmır. Qazax Rayon Məhkəməsinin 2(023)-835/2022 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, iddiaçı Zərərçəkmiş şəxs cavabdeh Təqsirləndirilən şəxs qarşı “nikahın pozulması və aliment” tələbinə dair iddia ərizəsi Qazax Rayon Məhkəməsinə daxil olmuş və məhkəməsinin 30 iyun 2022-ci il tarixli qərardadına əsasən tərəflərə üç ay müddətinə vaxt verilmişdir. “Şəxsin könüllü gəlib təqsirini boynuna alması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Qazax rayonu, Qarapapaq kənd sakini Təqsirləndirilən şəxs 20 iyul 2022-ci il tarixdə Qazax rayon polis şöbəsinin Növbətçi hissəsinə könüllü gələrək törətdiyi cinayət haqqında məlumat verib təqsirini boynuna almaqla bildirmişdir ki, o, xx.xx.2022-ci il tarixdə saat 03.30 radələrində arvadı Zərərçəkmiş şəxs balta ilə vurub öldürmüş və istifadəsində olan telefonla 102 zəng xidmətinə bu barədə məlumat vermişdir. Təqsirləndirilən şəxs həmçinin cinayətin aləti olmuş dəstəyi taxta materialdan olan baltanı və istifadəsində olan “SAMSUNG B350E” markalı mobil telefonu könüllü təqdim etmişdir. “Şübhəli şəxsin tutulması haqqında” xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs həmin tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Qazax Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 20 iyul 2022-ci il tarixdən hesablanmışdır. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. “Sübutların qiymətləndirilməsi barədə” xx.xx.2022-ci il tarixli qərardan görünür ki, hadisə vaxtı Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli qısaqol köynək, hadisə vaxtı Təqsirləndirilən şəxs əynində olmuş şort və boz rəngli mayka, Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi cinayətin aləti olmuş 1 ədəd balta (dəstəyi taxta materialdan olan balta), ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı götürülmüş 1 ədəd balta (dəstəyi və tili metaldan olan balta), hadisə yerinə baxış zamanı hadisə baş verən yataq otağındakı döşəmənin üzərində olan döşəyin üstünə sərilmiş döşək üzlüyü, hadisə yerinə baxış zamanı götürülmüş 6 ədəd çınqıl daşlar, hadisə yerinə baxış zamanı həyətdən və evin yataq otağından götürülmüş “1”, “2”, “3” və “4” nömrə altında nişanlanmış cəmi 12 ədəd pambığa hopdurulmaqla qan nümunələri, şübhəli şəxs Təqsirləndirilən şəxs polis şöbəsinə könüllü təqdim etdiyi içərisində +99***-***-**-** mobil nömrə quraşdırılmış bir ədəd “SAMSUNG B350E” markalı mobil telefon, Zərərçəkmiş şəxs qızının atası X1 təqdim etdiyi, hadisə baş verən günü Zərərçəkmiş şəxs istifadəsində olmuş içərisində +99***-***- **-** mobil nömrə quraşdırılmış SAMSUNG GALAXY J2PRİME markalı mobil telefon maddi sübut kimi tanınmış və saxlanılmasından ötrü Qazax rayon prokurorluğunun maddi sübutları saxlama otağına təhvil verilmişdir. Zərərçəkmiş şəxs məhkəməyə ünvanladığı ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspertiza rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 143-145-ci maddələrinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi vardır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29, 120.2.9-cu maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29, 120.2.4 və 29,120.2.9-cu maddələrində nəzərdə tutulan cinayət əməlini törətdiyindən həmin maddələr ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cinayəti zərərçəkmiş şəxsin əxlaqsız hərəkətlərinin təsiri altında törətməsini, həyat yoldaşı olan zərərçəkmiş şəxslə barışmasını, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və tələbinin olmamasını, könüllü gəlib təqsirini boynuna almasını, himayəsində iki azyaşlı uşağının olmasını,yaşayış yerdən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini və əməlindən səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran halların olmamasını nəzərə alır. Azərbaycan Respublikası CM-in 29-cu maddəsinin tələblərinə görə bilavasitə cinayət törətməyə yönəldilmiş qəsdən edilən əməl (hərəkət və ya hərəkətsizlik) şəxsin iradəsindən asılı olmayan səbəblərə görə başa çatdırılmamışdırsa, cinayət etməyə cəhd hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.3-cü maddəsinə əsasən cinayət etməyə cəhdə görə cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində başa çatmış cinayətə görə müəyyən edilmiş daha ciddi cəza növünün yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 63.4-cü maddəsinə əsasən cinayətə hazırlığa və ya cinayət etməyə cəhdə görə ömürlük azadlıqdan məhrum etmə növündə cəza təyin edilmir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrinin sanksiyasında on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulsa da, Təqsirləndirilən şəxs törətdiyi əməl başa çatmayan cinayət olduğundan və həmin əmələ görə ömürlük azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi nəzərdə tutulmadığından ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 və 120.2.9-cu maddələrində nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının yuxarı həddinin – iyirmi ilin dörddə üçündən, yəni on beş ildən çox ola bilməz. Belə olan halda Təqsirləndirilən şəxs törətdiyi cinayətə görə CM-nin 29,120.2.4 və 29, 120.2.9-cu maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddi on beş il müddətinə azadlıqdan məhrum etmə cəzasıdır. Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələblərinə görə Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Göründüyü kimi Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 59.1.10 və 59.1.12-ci maddələrində nəzərdə tutulan cəzanı yüngülləşdirən hallar müəyyən edilmiş və CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzanı ağırlaşdıran hallar isə müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 29,120.2.4 və 29,120.2.9-cu maddələri ilə cəza təyin edilərkən Azərbaycan Respublikası CM-in 60-cı maddəsinin tələbləri nəzərə alınmalıdır. Qanunun həmin tələbləri baxımından Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzası törətdiyi cinayətə görə CM-in 29,120.2.4 və 29, 120.2.9cu maddələrində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin yəni, on beş il azadlıqdan məhrum etmənin dörddə üçündən yəni, on bir il üç aydan çox ola bilməz. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yuxarıda göstərilənləri, cəzasını yüngülləşdirən halların olmasını və cəzasını ağırlaşdıran halların olmamasını cəza həddini müəyyən edərkən nəzərə alır və hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60 və 63.3-cü maddələrinin tələbləri nəzərə alınmaqla ona ittiham olunduğu Cinayət Məcəlləsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən çox olmayan müddətdə azadlıqdan məhrum etmə cəzası təyin etməklə sosial ədalətin bərpasına, Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçməsinə, cəzanın məqsədlərinə və onun islah olunmasına nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsində xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkilmə müəyyən edilmişdir. Qanunun həmin tələbləri baxımından məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə növündə cəza ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hesab edilən və Qazax rayon prokurorluğunda saxlanılan, Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli qısaqol köynək, Zərərçəkmiş şəxs qaytaraılmalı imtina edildikdə isə məhv edilməli, Təqsirləndirilən şəxs əynində olmuş şort və boz rəngli mayka isə təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, imtina edildikdə isə məhv edilməlidir. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi cinayətin aləti olmuş 1 ədəd balta (dəstəyi taxta materialdan olan balta), ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı götürülmüş 1 ədəd balta (dəstəyi və tili metaldan olan balta), hadisə yerinə baxış zamanı hadisə baş verən yataq otağındakı döşəmənin üzərində olan döşəyin üstünə sərilmiş döşək üzlüyü, hadisə yerinə baxış zamanı götürülmüş 6 ədəd çınqıl daşlar, hadisə yerinə baxış zamanı həyətdən və evin yataq otağından götürülmüş “1”, “2”, “3” və “4” nömrə altında nişanlanmış cəmi 12 ədəd pambığa hopdurulmaqla qan nümunələri, istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Eləcə də Təqsirləndirilən şəxs polis şöbəsinə könüllü təqdim etdiyi içərisində +99***-***-**-** mobil nömrə quraşdırılmış bir ədəd “SAMSUNG B350E” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılmalı, Zərərçəkmiş şəxs qızının istifadəsində olmuş içərisində +99***-***-**-** mobil nömrə quraşdırılmış SAMSUNG GALAXY J2PRİME markalı mobil telefon isə zərərçəkmiş şəxsə qaytarılmalıdır. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 217 (iki yüz on yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia və xüsusi müsadirə tətbiq ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 29,120.2.4 və 29, 120.2.9-cu maddələri ilə təqsirli bilinsin və ona 11 (on bir) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və həbsdə saxlanıldığı müddət cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı 20 iyul 2022-ci il tarixdən hesablansın. Haqqında seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut hesab edilən və Qazax rayon prokurorluğunda saxlanılan, Zərərçəkmiş şəxs əynində olmuş qara rəngli qısaqol köynək, Zərərçəkmiş şəxs qaytarılsın, imtina edildikdə isə məhv edilsin, Təqsirləndirilən şəxs əynində olmuş şort və boz rəngli mayka isə təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, imtina edildikdə isə məhv edilsin. Təqsirləndirilən şəxs könüllü təqdim etdiyi cinayətin aləti olmuş 1 ədəd balta (dəstəyi taxta materialdan olan balta), ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı götürülmüş 1 ədəd balta (dəstəyi və tili metaldan olan balta), hadisə yerinə baxış zamanı hadisə baş verən yataq otağındakı döşəmənin üzərində olan döşəyin üstünə sərilmiş döşək üzlüyü, hadisə yerinə baxış zamanı götürülmüş 6 ədəd çınqıl daşlar, hadisə yerinə baxış zamanı həyətdən və evin yataq otağından götürülmüş “1”, “2”, “3” və “4” nömrə altında nişanlanmış cəmi 12 ədəd pambığa hopdurulmaqla qan nümunələri, istifadəyə yararsız olmaqla dəyəri olmadığından hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Eləcə də Təqsirləndirilən şəxs polis şöbəsinə könüllü təqdim etdiyi içərisində +99***-***-**-** mobil nömrə quraşdırılmış bir ədəd “SAMSUNG B350E” markalı mobil telefon təqsirləndirilən şəxsin yaxın qohumlarına qaytarılsın, Zərərçəkmiş şəxs qızının istifadəsində olmuş içərisində +99***-***-**-** mobil nömrə quraşdırılmış SAMSUNG GALAXY J2PRİME markalı mobil telefon isə zərərçəkmiş şəxsə qaytarılsın. İş üzrə məhkəmə məsrəfi olan ekspertiza tədqiqatının dəyəri 217 (iki yüz on yeddi) manat məbləğində pul Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikasının dövlət büdcəsinə keçirilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar