Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-128/2024 24.04.2024 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Rüstəmov Elmin İltizam oğlunun sədrliyi, hakimlər X7 və Məmmədzadə Mikayıl Maarif oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, ədliyyə müşaviri Dövlət ittihamçısı, zərər çəkmiş şəxslər Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs3, Zərərçəkmiş şəxs4, Zərərçəkmiş şəxs5, Zərərçəkmiş şəxs6, Zərərçəkmiş şəxs7, müdafiəçi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə açıq məhkəmə iclasında xx.xx.1996-cı ildə Qəbələ rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, ali təhsilli, subay, işləməyən, Qəbələ rayonu, Bum kəndində qeydiyyatda olmaqla, ünvan 1 ünvanında yaşamış, əvvəllər məhkum olmamış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hazırd a 2 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq, məhkəmə m ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin avqust ayında Bakı şəhərində geyim formasını daşımaq hüququ olmadığı halda istintaqa məlum olmayan mənbədən əldə etdiyi Dövlət Gömrük Komitəsi əməkdaşının xidməti geyim formasını geyinərək özünü yalandan Zərərçəkmiş şəxs2 Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim etmiş, bununla da özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Zərərçəkmiş şəxs2 Dövlət Gömrük Komitəsinə işə qəbul edilməsini həll etmək imkanına malik olmasını yalandan vəd edib özünə qarşı inam yaradıb aldatmış, 2021-ci ilin sentyabr ayının əvvəllərində Zərərçəkmiş şəxs2 Goranboy rayonu ərazisindən onun "xxxx" ASC-də olan hesabına köçürdüyü 1500 manat pulu, 2022-ci ilin yanvar ayında Zərərçəkmiş şəxs2 Goranboy rayonu ərazisindən onun "xxxx" ASC-də olan hesabına köçürdüyü 500 manat pulu alıb vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs2 2000 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin külli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü yalandan Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim edib özünə qarşı inam yaratmaqla Zərərçəkmiş şəxs3 övladı Şahid Dövlət Gömrük Komitəsində işə düzəldəcəyini vəd verib aldadaraq 2021-ci ilin oktyabr ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində 1000 manat nağd pulunu, daha sonra 2021-ci ilin oktyabr ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində 2000 manat nağd pulunu, 2021-ci ilin oktyabr ayından 2022-ci ilin may ayınadək olan müddət ərzində müxtəlif vaxtlarda Zərərçəkmiş şəxs3 Goranboy rayonu ərazisindən Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan hesabına və Təqsirləndirilən şəxs bildirdiyi digər hesablara hissə-hissə olmaqla köçürdüyü, müxtəlif şəxslər vasitəsilə Təqsirləndirilən şəxs nağd şəkildə göndərdiyi, həmçinin Təqsirləndirilən şəxs özünün gedərək Gəncə şəhərində nağd şəkildə götürdüyü ümumilikdə 83.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs3 86.000 manat məbləğində külli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü yalandan Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim edib özünə qarşı inam yaratmaqla Zərərçəkmiş şəxs6 Dövlət Gömrük Komitəsində işə düzəldəcəyini vəd verib aldadaraq 2022-ci ilin fevral ayından 2022-ci ilin may ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs6 Gəncə şəhəri ərazisindən Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan hesabına və bildirdiyi digər hesablara hissə-hissə olmaqla köçürdüyü 11.000 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs6 11.000 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü yalandan Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim edib özünə qarşı inam yaratmaqla Zərərçəkmiş şəxs7 Dövlət Gömrük Komitəsində işə düzəldəcəyini vəd verib aldadaraq 2021-ci ilin dekabr ayında Bakı şəhəri, Yasamal rayonu ərazisində N manat nağd pulunu, daha sonra 2021-ci ilin dekabr ayından 2022-ci ilin may ayınadək olan müddət ərzində Zərərçəkmiş şəxs7 Gəncə şəhəri ərazisindən Təqsirləndirilən şəxs "xxxx" ASC-də olan hesabına və bildirdiyi digər hesablara hissə-hissə olmaqla köçürdüyü ümumilikdə 23.400 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs7 28.400 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 2021-ci ilin iyul ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində geyim formasını daşımaq hüququ olmadığı halda istintaqa məlum olmayan mənbədən əldə etdiyi Dövlət Gömrük Komitəsi əməkdaşının xidməti geyim formasını geyinərək özünü yalandan Zərərçəkmiş şəxs5 Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim etmiş, bununla da təkrarən özbaşına vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək fiziki şəxsin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər törətməklə Zərərçəkmiş şəxs5 övladı X1 Dövlət Gömrük Komitəsinə işə qəbul edilməsini həll etmək imkanına malik olmasını yalandan vəd edib özünə qarşı inam yaradıb aldatmış, 2021-ci ilin iyul ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində 3000 manat nağd pulunu, daha sonra 2021-ci ilin iyul ayında Bakı şəhəri, Binəqədi rayonu ərazisində 3300 manat nağd pulunu, Zərərçəkmiş şəxs5 Şamaxı rayonu ərazisindən 29 iyul 2021-ci il tarixdə Təqsirləndirilən şəxs ona göndərdiyi X5 məxsus "xxxx" ASC-nin kartına köçürdüyü 1300 manat, 31 iyul 2021-ci il tarixdə həmin hesaba köçürdüyü 2000 manat, 05 avqust 2021-ci il tarixdə həmin hesaba köçürdüyü 2200 manat, 17 avqust 2021ci il tarixdə Təqsirləndirilən şəxs ona bildirdiyi X8 məxsus "xxxx" ASC-nin kartına köçürdüyü 205 manat, Təqsirləndirilən şəxs öz adına olan "xxxx"-a məxsus olan karta 15 oktyabr 2021-ci il tarixdə köçürdüyü 1500 manat, Təqsirləndirilən şəxs ona bildirdiyi X10 adına olan "xxxx"-a məxsus olan karta 20 noyabr 2021-ci il tarixdə köçürdüyü 400 manat, Təqsirləndirilən şəxs öz adına olan "xxxx"-a məxsus olan karta köçürdüyü 1500 manat, həmin hesaba 04 iyun 2022-ci il tarixdə köçürdüyü 720 manat, ümumilikdə 9825 manat pulunu, 2022-ci ilin iyun ayında Bakı şəhəri Binəqədi rayonu ərazisində 1700 manat nağd pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs5 17.825 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə özünü yalandan Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim edib özünə qarşı inam yaratmaqla Zərərçəkmiş şəxs4 Dövlət Gömrük Komitəsində işə düzəldəcəyini vəd verib aldadaraq Kamran İbarhimovun Bakı şəhəri, Xəzər rayonu ərazisindən 22 iyun 2022-ci il tarixdə Təqsirləndirilən şəxs bildirdiyi "xxxx" ASC-də olan hesaba köçürdüyü 920 manat, Təqsirləndirilən şəxs öz adına olan "xxxx" ASC-nin kartına köçürdüyü 2000 manat, ümumilikdə 2.920 pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək Zərərçəkmiş şəxs4 2920 manat dəyərində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa o, təkrarən etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədi ilə özünü yalandan Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim edib özünə qarşı inam yaratmaqla Zərərçəkmiş şəxs1 Dövlət Gömrük Komitəsində işə düzəldəcəyini vəd verib aldadaraq 2021-ci ilin sentyabr ayında Bakı şəhəri Binəqədi rayonu ərazisində 4000 manat nağd pulunu, Zərərçəkmiş şəxs1 Goranboy rayonu ərazisindən 17 sentyabr 2021-ci il tarixdə Təqsirləndirilən şəxs məxsus "xxxx" ASC-nin kartına göndərdiyi 707 manat, 20 sentyabr 2021-ci il tarixdə göndərdiyi 1000 manat, 01 noyabr 2021-ci il tarixdə göndərdiyi 598 manat, 02 noyabr 2021-ci il tarixdə göndərdiyi 2000 manat, 09 noyabr 2021-ci il tarixdə göndərdiyi 1000 manat, 10 noyabr 2021-ci il tarixdə göndərdiyi 3.300 manat, 11 noyabr 2021-ci il tarixdə göndərdiyi 1500 manat, Təqsirləndirilən şəxs bildirdiyi "xxxx" ASC-yə məxsus digər kartlara 14 noyabr 2021-ci il tarixdə göndərdiyi 1649 manat, 18 noyabr 2021-ci il tarixdə göndərdiyi 2000 manat, 20 noyabr 2021-ci il tarixdə göndərdiyi 500 manat, 01 dekabr 2021-ci il tarixdə göndərdiyi 270 manat, 05 dekabr 2021-ci il tarixdə göndərdiyi 1060 manat, 10 dekabr 2021-ci il tarixdə göndərdiyi 1000 manat, 15 dekabr 2021-ci il tarixdə göndərdiyi 200 manat, 16 dekabr 2021-ci il tarixdə göndərdiyi 300 manat, 24 yanvar 2022ci il tarixdə göndərdiyi 224 manat, 28 aprel 2022-ci il tarixdə göndərdiyi 300 manat, 14 iyul 2022-ci il tarixdə göndərdiyi 1500 manat, 17 iyul 2022-ci il tarixdə göndərdiyi 1000 manat, 21 iyul 2022-ci il tarixdə göndərdiyi 3000 manat, 21 iyul 2022-ci il tarixdə göndərdiyi 422 manat, 24 iyul 2022-ci il tarixdə göndərdiyi 3100 manat, 25 iyul 2022-ci il tarixdə göndərdiyi 1900 manat, 30 iyul 2022-ci il tarixdə göndərdiyi 3500 manat, 07 avqust 2022ci il tarixdə göndərdiyi 1500 manat, ümumilikdə 33.530 manat pulunu vahid niyyətlə əhatə olunan qəsdlə etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirərək zərərçəkmiş Zərərçəkmiş şəxs1 37.530 manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxsin qeyd olunan cinayət əməlini törətməsi onun özünün səmimi etirafı ilə yanaşı, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, habelə sair iş materialları ilə aşağıda şərh olunan qaydada tam sübuta yetirilmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə elan edilən ittihamda özünü təqsirli bilərək göstərmişdir ki, o 2020-ci ildə hərbi xidmətə getmişdir. Hərbi xidmətdə Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən hərbi hissəsində olmuşdur. Hərbi xidmət zamanı Zərərçəkmiş şəxs2lə tanış olmuşdur. O hərbi xidmətdə olan zaman özünü Vüsala və onunla birlikdə xidmətdə olan digər şəxslərə Dövlət Gömrük Komitəsinin işçisi kimi təqdim etmişdir. Daha sonra döyüşlər zamanı Zərərçəkmiş şəxs2 yaralanmış və qazi olaraq ordudan təxris olmuşdur. Bu zaman da onun Zərərçəkmiş şəxs2lə münasbəti qalmışdır. O Vüsala özünü Dövlət Gömrük Komitəsinin kadrlar idarəsinin əməkdaşı kimi tanıtmışdır. O Vüsal xəstəxanada olarkən Vüsalın yanına ziyarətə Dövlət Gömrük Komitəsinin forması ilə getmişdir. 2021-ci ilin avqust ayında o Vüsala zəng edib rayonda Vüsal kimi uşaqlar olarsa ona yönləndirməsini və onun da həmin şəxsləri Dövlət Gömrük Komitəsində işə düzəldəcəyini bildirmişdir. Vüsal bundan bir qədər sonra zəng edib özünün işə düzəlmək istədiyini demişdir. O da maraqlanacağını demişdir. Bir qədər vaxt keçməsini gözlədikdən sonra Vüsala zəng edib qazi olduğu üçün Vüsalı rahatlıqla işə düzəldə biləcəyini demişdir. Bundan sonra Vüsala bu iş üçün 2000 manat pul lazım olduğunu demişdir. Qazi olduğu üçün X29 Komitəsi tərəfindən güzəşt edildiyini demişdir. Vüsal qolunun işləmədiyini desə də o Vüsalın mülki işçi kimi işə düzələcəyini demişdir. Vüsal da ona həmin pulu verə biləcəyini demişdir. Buna görə də Vüsal onun "xxxx" ASC-yə məxsus kartına 2021-ci ilin sentyabr ayının əvvələrində 1500 manat pul köçürmüşdür. Sonra o Vüsala müvafiq sənədləri toplamasını və ona göndərməsini demişdir. Üzərindən bir neçə ay keçmiş 2022-ci ilin yanvar ayında Vüsaldan yerdə qalan pulu da istəmişdir. Çünki həmin pula ehtiyacı olmuşdur. O Vüsalı aldadaraq Vüsala məsələnin düzəldiyini, ancaq 500 manat pul kadrların əməkdaşına verilməzsə işinin yubanacağını demişdir. Vüsal da 2022-ci ilin yanvar ayında 500 manat pulu onun kart hesabına göndərmişdir. O ümumilikdə Zərərçəkmiş şəxs2 2000 manat pulunu ələ keçirmişdir. Belə ki, o Dövlət Gömrük Komitəsinin işçisi olmamışdır, ancaq Zərərçəkmiş şəxs2 onu Gömrük Komitəsinin geyim formasında gördüyü üçün ona inanaraq həmin pulu ona vermişdir. Onun Vüsalla həqiqətən də çox yaxın münasibəti olduğu üçün Vüsalı aldadıb pulunu almaq istəməmişdir. Ancaq Vüsalın işini düzəldəcəyi adı ilə Vüsaldan pulu almasa, Vüsal digər şəxslərə və tanışlarına bu barədə məlumat verməyəcəyini bildirmişdir.2021-ci ilin sentyabr ayının ortalarında Vüsal ona zəng edərək Arzuman adlı tanışı olduğunu və alınarsa Arzumanın da işini düzəldə bilib-bilməyəcəyini soruşmuşdur. O ilk olaraq Arzumanın zabit olduğu üçün bu məsələnin alınmayacağını desə də daha sonra razılaşmışdır. Vüsala onun nömrəsini Arzumana verməsini və Arzumanın da ona zəng etməsini demişdir. Bundan sonra Arzuman özü ona zəng etmişdir. Danışıq zamanı o bu məsələnin alınacağını və bu məsələnin həlli üçün 4.000 manat pul lazım olduğunu, Arzumanı gömrük postlarından birinə düzəldəcəyini demişdir. O telefon danışığı zamanı Dövlət Gömrük Komitəsinin İstintaq Baş İdarəsinin işçisi olduğunu demişdir. Arzuman da pulu ona verə biləcəyini demişdir. Daha sonra 2021-ci ilin sentyabr ayının ortalarında Arzumanla Avtovağzalın yaxınlığında olan kafelərdən birində görüşmüş, təklikdə Arzuman ona 4.000 manat pulu vermişdir. O bu işin alınması üçün 2-3 ay vaxt lazım olduğunu, həmin müddətdən sonra işin düzələcəyini, gömrük orqanlarında qazilərə üstünlük verildiyini demişdir. Bundan bir neçə gün sonra o Arzumana zəng edərək həkim komissiyasına vermək üçün pul lazım olduğunu və həmin pulu onun kartına köçürə biləcəyini demişdir. Bundan sonra 17 sentyabr 2021-ci il tarixdə Arzuman ona məxsus "xxxx" ASC-ni 4169 7413 3801 2238 nömrəli kartına 707 manat pul göndərmişdir. Bundan sonra o müxtəlif şəxslərə şirinlik verəcəyi adı ilə Arzumandan müxtəlif vaxtlarda müxtəlif məbləğlərdə pul almışdır. Arzuman 20 sentyabr 2021-ci il tarixdə yuxarıda qeyd edilən hesaba 1000 manat, 01 noyabr 2021-ci il tarixdə 598 manat, 02 noyabr 2021-ci il tarixdə 2000 manat, 09 noyabr 2021-ci il tarixdə 1000 manat, 10 noyabr 2021-ci il tarixdə 3.300 manat, 11 noyabr 2021-ci il tarixdə 1500 manat, üzərində 4169 7413 6321 1127 rəqəmlərinin qeyd edildiyi "xxxx" ASC-yə məxsus karta 14 noyabr 2021-ci il tarixdə 1649 manat, üzərində 4169 7385 0253 5929 rəqəmlərinin qeyd edildiyi "xxxx" ASC-yə məxsus karta 18 noyabr 2021-ci il tarixdə 2000 manat, 20 noyabr 2021-ci il tarixdə 500 manat, üzərində 4169 7413 5483 0331 rəqəmlərinin qeyd edildiyi "xxxx" ASC-yə məxsus karta 01 dekabr 2021-ci il tarixdə 270 manat, 05 dekabr 2021-ci il tarixdə 1060 manat, 10 dekabr 2021-ci il tarixdə 1000 manat, 15 dekabr 2021-ci il tarixdə 200 manat, 16 dekabr 2021-ci il tarixdə 300 manat, 24 yanvar 2022-ci il tarixdə 224 manat, 28 aprel 2022-ci il tarixdə 300 manat, 14 iyul 2022-ci il tarixdə 1500 manat, 17 iyul 2022-ci il tarixdə 1000 manat, 21 iyul 2022-ci il tarixdə 3000 manat, 21 iyul 2022-ci il tarixdə 422 manat, 24 iyul 2022-ci il tarixdə 3100 manat, 25 iyul 2022-ci il tarixdə 1900 manat, 30 iyul 2022-ci il tarixdə 3500 manat, 07 avqust 2022-ci il tarixdə 1500 manat pul göndərmişdir. Ümumilikdə Arzuman ona kart vasitəsilə 33.530 manat pul göndərmişdir. O həmin pulları müxtəlif şəxslərə, kadrlar idarəsinə, gömrük komitəsinin rəhbərliyinə pul veriləcəyi adı ilə almışdır. Ancaq həmin pulları heç kimə verməmiş, öz ehtiyacları üçün xərcləmişdir.O hərbi xidmətdə olan zamanŞahidla tanış olmuşdur. Hərbi xidmətdə olarkən özünü X24 Komitəsinin işçisi kimi təqdim etmişdir. Ona pul lazım olduğu üçün 2021-ci ilin oktyabr ayında Toğrula zəng edərək X25 Komitəsində sürücü olaraq işə düzəldə biləcəyini, bu məsələnin həlli üçün 3000 manat pul lazım olduğu demişdir. 2021-ci ilin oktyabr ayında Şahid və atası Zərərçəkmiş şəxs3 Bakı şəhərinə gəlmiş, Biləcəri qəsəbəsində onunla görüşmüşlər və o ilk olaraq 1000 manat pulu Zərərçəkmiş şəxs3 Toğrulun yanında almışdır. 15 gün sonra o yenidən pul verilməli olduğunu demiş, Toğrul atası ilə birlikdə Bakı şəhərinə gəlmişdir. Biləcəri qəsəbəsində onunla görüşmüşlər, Toğrulun yanında Zərərçəkmiş şəxs3 2000 manat pul almışdır. O Zərərçəkmiş şəxs3 və Şahidla görüşə gələrkən hər dəfə “Rent a car” şirkətindən götürdüyü bahalı maşınlarla getmişdir. Hər dəfə də gedərkən Dövlət Gömrük Komitəsinin xidməti geyim formasını maşında arxadan asırmış. Bundan sonra 2022-ci ilin may ayınadək olan müddət ərzində o Vüqardan əlavə hissə-hissə müxtəlif vaxtlarda 83.000 manat da pul almışdır. Belə ki, həmin pulun bir hissəsini Vüqar yol maşını ilə göndərmiş, bir hissəsini o özü gedib Vüqardan Gəncədə götürmüşdür, bir hissəsini isə onun kart hesablarına vurmuşlar və onlardan ümumi olaraq 86.000 manat pul almışdır. O həmin pulları X20 Komitəsinin kadrlar şöbəsinə və rəhbərliyinə vermək adı ilə almışdır. Ancaq həmin pulları hər-hansı şəxsə verməmiş, öz ehtiyacları üçün xərcləmişdir.O Mərdəkanda məclisdə olarkən Ləman adlı xanımla tanış olmuşdur. Ləmana iş axtaran olarsa ona bu barədə məlumat verməsini demişdir. Sonra Ləman ona Kəmran adlı şəxs olduğunu və iş axtardığını demişdir. Bundan sonra Kamran onunla əlaqə saxlamış və üzbəüz görüşmüşlər. Bundan sonra o Rəvanla Koroğlu metrostansiyasının yanında olan “Bravo” marketin qarşısında Kamranla görüşmüşdür. Bu zaman o “Range Rover” markalı **-TP-*** nişanlı maşınla getmişdir. O özünün Dövlət Gömrük Komitəsində Cinayət axtarışı şöbəsində işlədiyini demişdir. O Kamran barədə maraqlandığını, barəsində müsbət fikirlər eşitdiyini demiş və Kamrana yaşayış yerindən arayış gətirməsini demişdir. Bundan sonra Kamran ona həmin sənədləri vermiş və o işin qısa müddətdə düzələcəyini demişdir. Bundan sonra Kamrana zəng edərək dövlət rüsumu ödənilməli olduğunu və Kamrana kart atacağını, Kamranın da həmin karta 920 manat pul vurmasını demişdir. Bundan sonra 22 iyun 2022-ci il tarixdə Kamran onun göndərdiyi karta 920 manat pulu vurmuşdur. Daha sonra növbəti gün o bir neçə günə işin alınacağını və ona görə də Kamrana hər mövsüm üçün forma tikdirməli olduğunu demişdir. Buna görə də 2000 manat pul lazım olduğunu bildirmişdir. Kamran onun göndərdiyi "xxxx" ASC-nin kartına 2000 manat pulu 23 iyun 2022-ci il tarixdə göndərmişdir. Bundan bir qədər keçmiş o Kamrana zəng edərək ona başqa etibarlı uşaqlar tapmasını və Şöbə rəisinə sürücü kimi düzəldəcəyini demişdir. Ancaq Kamran ona inanmadığı üçün ona başqa şəxsləri deməmişdir. O da Kamrandan aldığı pulu öz ehtiyacları üçün xərcləmişdir.Məhəmmədli Əhmədovu hərbi xidmətdə olarkən tanımışdır. 2021-ci ilin iyul ayında Məhəmmədəli ilə o birlikdə ordudan təxris olmuşlar. Bundan sonra o tez-tez Məhəmmədəligilin Şamaxı rayonunda yerləşən evlərinə gəlib-gedirmiş. O Məhəmmədəligilə “Rent A Car” şirkətindən götürdüyü müxtəlif markalı bahalı maşınlarla gedirmiş və Məhəmmədəliyə həmin maşınların özünə məxsus olduğunu demişdir. Həmin vaxt o Məhəmmədəlinin atası Etimadla da tanış olmuşdur. O Məhəmmədəlinin atasına Dövlət Gömrük Komitəsində çalışdığını demişdir. Bir neçə dəfə Etimadgilə getdikdən sonra X9 Komitəsində işə düzəltməyi təklif etmişdir. Etimad Məhəmmədəlinin ali təhsili olmadığını desə də o buna gücünün çatdığını demişdir. O Etimada bu işi düzəltmək üçün 3000 manat pul verilməli olduğumu demişdir. Bundan sonra 2021-ci ilin yayın ortalarında Etimad Bakıya gələrək Biləcəri qəsəbəsində onunla görüşmüş və ona Avtovağzalın yaxınlığında olan kafedə təklikdə 3000 manat pul vermişdir. Üzərindən bir neçə gün keçmiş o kadrlar şöbəsinin rəisinin pul istədiyini demiş və Etimaddan 3300 manat pul istəmişdir. Etimad buna görə Bakı şəhərinə gəlmiş, 2021-ci ilin yayın ortalarında tarixini dəqiq xatırlamadığı vaxtda Etimadla Avtovağzalın yaxınlığında olan kafedə görüşmüşdür və Etimaddan təklikdə 3300 manat pul almışdır. Bundan sonra Etimad ona pulları kartla göndərmişdir. Etimad 29 iyul 2021-ci il tarixdə X5 məxsus "xxxx" ASC-nin kartına 1300 manat, 31 iyul 2021-ci il tarixdə həmin hesaba 2000 manat, 05 avqust 2021-ci il tarixdə həmin hesaba 2200 manat, 17 avqust 2021-ci il tarixdə bacısı X8 məxsus "xxxx" ASC-nin kartına 205 manat, onun adıma olan "xxxx"-a məxsus olan karta 15 oktyabr 2021-ci il tarixdə 1500 manat, X10 adına olan "xxxx"-a məxsus olan karta 20 noyabr 2021-ci il tarixdə 400 manat, onun adına olan "xxxx"-a məxsus olan karta 1500 manat, həmin hesaba 04 iyun 2022-ci il tarixdə 720 manat pul göndərmişdir. Həmin pulları o götürərək müxtəlif ehtiyacları üçün xərcləmişdir. Ümumilikdə kart yolu ilə Etimaddan 9825 manat məbləğində pul almışdır. Sonuncu dəfə 2022-ci ilin iyun ayında Bakı şəhərində Biləcəri qəsəbəsində “Avtovağzal” yaxınlığındakı kafedə görüşüb Etimaddan 1700 manat pul almışdır. Ümumilikdə o X9 Komitəsində işə düzəldəcəyi adı ilə Etimaddan 17.825 manat məbləğində pul almışdır. Həmin pulları o heç kimə verməmiş, öz ehtiyacları üçün xərcləmişdir.O hərbi xidmətdə olan zaman X11 ilə tanış olmuşdur. Hərbi xidmət başa çatdıqdan sonra aralarında dostluq münasibətləri olmuşdur. O Elvin Abdullayevə özünü Dövlət Gömrük Komitəsinin İstintaq Baş İdarəsinin əməkdaşı kimi tanıtmışdır. 2022-ci ilin yanvar ayının son ongünlüyündə o Elvinə zəng edib ona işə düzəltmək üçün adam tapmasını, aldığı puldan Elvinə də verəcəyini demişdir. Elvin bir qədər sonra zəng edib Emin adlı tanışı olduğunu və Emini işə düzəldə biləcəyini demişdir. O Eminin işinin alınması üçün 1000 manat pul lazım olduğunu demişdir. Ancaq daha sonra Elvinə zəng edərək Eminə N manat deməsini və Emini kiçik əməliyyat müvəkkili olaraq işə düzəldəcəyini demişdir. Daha sonra o Eminlə telefonda danışmış və Dövlət Gömrük Komitəsinin işçisi olduğunu, Emini də komitəyə düzəldə biləcəyini demişdir. 2022-ci ilin fevral ayında Emin onun kartına N manat pul gönədirmişdir. Bu minvalla 2022-ci ilin may ayınadək olan müddət ərzində Emin onun kartlarına əlavə olaraq 10.000 manat da pul göndərmişdir. O həmin pulun həkim komissiyasına, Dövlət Gömrük Komitəsinin rəhbərliyinə veriləcəyini demişdir. O X26 Komitəsində işə düzəldəcəyi adı ilə 11.000 manat pul almışdır. O ümumilikdə Emindən aldığı 11.000 manat müqabilində Elvin Abdullayevə 1000 manatdan bir qədər çox pul vermişdir. Elvin ona 2021-ci ilin dekabr ayının sonlarında Rüstəm adlı tanışı olduğunu və Rüstəmi Gömrük Komitəsinə işə düzəltməsini demişdir. O işin düzəlməsi üçün isə sənədləşməyə 5.000 manat dövlət rüsumunun ödəniləcəyini demişdir. Bundan sonra Rüstəm zəng edib onunla danışmışdır. Rüstəm Bakıya gəlib onunla görüşmüşdür. O özünü Dövlət Gömrük Komitəsinin işçisi kimi təqdim etmiş və işi qısa müddətdə həll edəcəyini demişdir. Daha sonra onlar ikisi Elvin Abdullayevin yanına getmişlər. Elvinin yanına çatdıqdan sonra Elvinin “Elmlər Akademiyası”-nın yaxınlığında olan işlədiyi hərbi hissənin qarşısında Rüstəmdən N manat pulu Elvinin yanında almışdır. X17 pulu verdikdən sonra onun ortada olduğunu, heç bir problem ola bilməyəcəyini demişdir. Bundan sonra o Rüstəmdən müxtəlif adlarla (təqdimata qol çəkilməsi, həkim komissiyasında keçmək, sənədlərə möhür vurulması və s.) pul istəmişdir və Rüstəm də həmin pulları onun dediyi kartlara köçürmüşdür. Rüstəm bu minvalla 2022-ci ilin iyun ayınadək onun dediyi kartlara 23.400 manat məbləğində pul köçürmüşdür. O həmin pulları öz şəxsi ehtiyacları üçün xərcləmişdir. O qeyd edilən şəxslərdən başqa Rövşəndən 11.000 manat, Cəlaldan 6.000 manat, Alı adlı şəxsdən 4.000 manat pulu onları və ya qohumlarını Dövlət Gömrük Komitəsinə işə düzəltmək adı ilə aldadaraq almışdır. Həmin şəxslərin tam anket məlumatlarını bilməmişdir. O həmin bu cinayətləri təklikdə törətmişdir. O Dövlət Gömrük Komitəsində işləməmiş, özünü Dövlət Gömrük Komitəsinin işçisi kimi təqdim etmiş və qeyd edilən şəxsləri işə düzəltmək adı ilə pullarını ələ keçirmişdir. Dövlət Gömrük Komitəsinin əməkdaşının geyim formasını o 28 May metrosu yaxınlığında yerləşən dükandan hazır vəziyyətdə 110 manat pula aldığını və həmin formanı istintaqa təqdim edə biləcəyini bildirmişdir. Eyni zamanda əməlindən peşman olduğunu və ona ədalətli cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 qızı ifadəsində göstərmişdir ki, o əvvəllər Müdafiə Nazirliyində zabit olaraq çalışmışdır. Vətən Müharibəsindən sonra İİİ qrup Qarabağ qazisi olduğu üçün ehtiyata buraxılmışdır. Hazırda heç bir yerdə işləmədiyini bildirmişdir. O hərbi hissədə çalışdığı vaxtda onun əsgəri olan Zərərçəkmiş şəxs2lə onunla bir regiondan olduğu üçün yaxın münasibəti yaranmışdır. Ehtiyata buraxıldıqdan sonra da onun Zərərçəkmiş şəxs2lə münasibəti qalmışdır. 2021-ci ilin payız aylarında o Zərərçəkmiş şəxs2lə görüşərkən Vüsaldan nə işlə məşğul olduğunu soruşmuşdur. Vüsal da ona hazırda heç bir işlə məşğul olmadığını, ancaq gömrük orqanlarında işə düzəlmək üçün Zaməddin adlı şəxsə pul verdiyini və işinin yaxın günlərdə alınacağını demişdir. Bu söhbətdən bir neçə gün sonra o Vüsalla əlaqə saxlamış və Vüsala Zaməddinlə danışmasını, əgər alınarsa onu da işə düzəltməsini demişdir. Bundan sonra o Zaməddinin nömrəsini alıb özü Zaməddinə zəng etmişdir. Danışıq zamanı Zaməddin ona bu məsələnin alınacağını və bu məsələnin həlli üçün ilkin olaraq 4.000 manat pul lazım olduğunu bildirmişdir. Zaməddin telefon danışığı zamanı özünü ona Dövlət Gömrük Komitəsinin işçisi kimi təqdim etmişdir. O da Zaməddinə pulu verə biləcəyini demişdir. Daha sonra o Zaməddinlə görüşərək onu işə düzəltməsi üçün Zaməddinə 4.000 manat pulu vermişdir. Bundan sonra Təqsirləndirilən şəxs ondan 1 il ərzində müxtəlif bəhanələrlə həmin pulları ona müxtəlif şəxslərə, kadrlar idarəsinə, gömrük komitəsinin rəhbərliyinə veriləcəyini bildirib və sözügedən şəxslərin adlarını çəkərək həmin şəxslərə pul verilməli olduğunu bildirmişdir. O, Təqsirləndirilən şəxs yalan vədlərinə inanaraq ona hissə-hissə, müxtəlif məbləğlərdə pul vermiş və həmin pulları Təqsirləndirilən şəxs göndərdiyi kartlara köçürmüşdür. O, Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda və müxtəlif məbləğlərdə göndərdiyi pulların hamısının çeklərini saxlamış və sözügedən çeklərin hamısını istintaq orqanına təqdim etmişdir. Təqsirləndirilən şəxs oğlunu işə düzəldəcəyi adı ilə ondan cəmi 37.530 manat pul almışdır. Ancaq Zaməddin nə onun işini düzəltmiş, nə də pulları geri qaytarmışdır. Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində ona 37.530 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs özünü ona Dövlət Gömrqük Komitəsinin işçisi kimi təqdim etmiş, Bakı şəhərində ilk dəfə Zaməddinlə görüşən zaman Zaməddinin maşından gömrük orqanlarının xidməti geyim formasını asdığını görmüşdür. Müxtəlif vaxtlarda telefon danışıqları zamanı ona gömrük komitəsinin rəhbərliyinin yanına getdiyini, bir neçə həftəyə işinin alınacağını dəfələrlə demişdir. Buna görə də o Zaməddinə inanaraq həmin pulları Zaməddinə vermiş və göndərmişdir. Ona dəymiş maddi ziyan qaytarılmamışdır. Belə ki, o Zaməddini əvvəlcədən tanımamışdir.Ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o Mülki Mühafizə Xidmətindən mühafizəçi olaraq çalışmışdır. 2018-2020-ci illərdə o Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən hərbi hissəsində hərbi xidmətdə olmuşdur. Hərbi xidmətdə olan zaman X11 ilə tanış olmuşdur. Hərbi xidmət başa çatdıqdan sonra aralarında dostluq münasibətləri olmuşdur. Çünki Elvin özü də Gəncəli olduğu üçün onlar dostluq edirmiş. 2022-ci ilin yanvar ayının son ongünlüyündə Elvin ona zəng edərək Dövlət Gömrük Komitəsində vakansiya olduğunu və onu oraya işə düzəldə biləcəyini demişdir. Bundan sonra o Elvindən işin nə olduğunu soruşduqda Elvin sürücü və mühafiəçi lazım olduğunu demişdir. Elvin bu işin həll olunması üçün 1000 manat pul lazım olduğunu demişdir. Ancaq bir qədər sonra Elvin Zaməddin adlı işi düzəldən həmin şəxslə danışdığını və Zaməddinin yanında kiçik əməliyyat müvəkkili kimi düzəldə biləcəyini, ancaq bu işin düzəlməsi üçün N manat pul lazım olduğunu demişdir. Daha sonra o Zaməddinlə telefonda danışmış və Zaməddin özünün Dövlət Gömrük Komitəsinin işçisi olduğunu, onu da komitəyə düzəldə biləcəyini demişdir. 2022-ci ilin fevral ayında o həmin pulu kredit götürərək Zaməddinin ona göndərdiyi karta göndərmişdir. Bu minvalla 2022-ci ilin may ayınadək olan müddət ərzində Zaməddinin ona göndərdiyi kartlara əlavə olaraq 10.000 manat da pul göndərmişdir. O həmçinin Elvin Abdullayevin də kartına pul göndərmişdir. Zaməddin həmin pulun həkim komissiyasına, Dövlət Gömrük Komitəsinin rəhbərliyinə veriləcəyini bildirmişdir. Hətta bir dəfə Bakı şəhərində Zaməddinlə görüşərkən maşından Dövlət Gömrük Komitəsinin geyim formasını çıxararaq ona göstərmiş və rütbəsinin kapitan olduğunu bildirmişdir. Zaməddin onu Dövlət Gömrük Komitəsində işə düzəldəcəyi adı ilə aldadıb ondan 11.000 manat pul almaqla onun pulunu ələ keçirmişdir. Onun Zaməddinə pul verməsinə səbəbkar Elvin Abdullayev olmuşdur. Belə ki, Elvin onu Zaməddinə inandırmış, Zaməddinin düzgün bir insan olduğunu ona bildirmişdir. X22 zamin olmasına görə o həmin pulu Zaməddinə vermişdir, əks halda Zaməddinə pul verməyəcəyini demişdir. Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində ona 11.000 manat məbləğində maddi ziyan dəymişdir. Bakı şəhərində Zaməddinlə görüşən zaman Zaməddin maşından gömrük orqanlarının xidməti geyim formasını asdığını görmüşdür. Onda Zaməddinə inam yaradan Elvin Abdullayev olmuşdur. Elvinin Zaməddinə zamin olması nəticəsində o həmin pulları Zaməddinə vermişdir. Ona dəymiş maddi ziyan qaytarılmamışdır. Onun Təqsirləndirilən şəxs əvvəlcədən hər-hansı məbləğdə borcu olmamışdır. Belə ki, o Zaməddini əvvəlcədən tanımamışdır. Verilən pulu o kredit götürmüşdür. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs oğlu Məhəmmədəli Əhmədov vasitəsilə tanımışdır. Belə ki, Zaməddin onun oğlu Məhəmmədəli ilə birlikdə hərbi xidmətdə olmuşdur. Bundan sonra Zaməddin tez-tez onların Şamaxı rayonunda yerləşən evlərinə gəlib-gedirmiş. Zaməddin özünün Dövlət Gömrük Komitəsində çalışdığını deyirmiş. Bir neçə dəfə onlara gəldikdən sonra ona X9 Komitəsində işə düzəltməyi təklif etmişdir. Zaməddin oğlu Məhəmmədəlini serjant kimi işə düzəldəcəyini demişdir. Sonra Zaməddin bu işi düzəltmək üçün ondan ilkin olaraq təxmini N manat pul verməli olduğunu demişdir. Bundan sonra Təqsirləndirilən şəxs müxtəlif vaxtlarda və hissə-hissə ondan müəyyən şəxslərin adlarını çəkərək işin düzəlməsi üçün həmin şəxslərə pul verilməli olduğunu bildirərək pul almışdır. Bundan sonra Zaməddinə verdiyi pulları “MilliÖn” aparatı vasitəsilə Zaməddinin ona dediyi kartlara göndərmişdir. Həmin pulları “MilliÖn” aparatları vasitəsilə vurmuşdur. Ümumilikdə Zaməddin onu aldadıb oğlunu Dövlət Gömrük Komitəsində işə düzəldəcəyini vəd edərək təxmini xatırladığı qədər onun 17.800 manat məbləğində pulunu ələ keçirmişdir. O Zaməddindən bu işin nə vaxt alınacağını soruşsa da Zaməddin müxtəlif bəhanələr gətirməklə verdiyi vədə əməl etməmiş və onun verdiyi pulu qaytarmamışdır. Təqsirləndirilən şəxs qanunsuz əməlləri nəticəsində ona 17.800 manat məbləğində maddi ziyan dəymişdir. Təqsirləndirilən şəxs özünü ona Dövlət Gömrük Komitəsinin işçisi kimi təqdim etmişdir. Zaməddin müxtəlif vaxtlarda onlara gələrkən, yaxud onunla görüşərkən hər dəfə bahalı nəqliyyat vasitələri ilə gəlmişdir. Təqsirləndirilən şəxs gəldiyi vaxtlarda Gömrük Komitəsinin forması maşınında olmuş, özü idman formasında olmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o ATV televiziyasında sürücü olaraq çalışırmış. Maddi vəziyyəti yaxşı olmadığı üçün onunla birlikdə işləyən Ləman adlı müxbirə əgər tapa bilərsə ona iş tapmasını, maddi vəziyyəti yaxşı olmadığı üçün dolana bilmədiyini demişdir. Ləman da əgər belə bir məlumatı olarsa ona xəbər verə biləcəyini demişdir. Təqribən 2022-ci ilin iyun ayında Ləman ona bir nəfər Zaməddin adlı şəxs olduğunu, Dövlət Gömrük Komitəsində işlədiyini və sürücü axtardığını demişdir. O da həmin şəxsin nömrəsini verməsini və həmin şəxslə danışacağını demişdir. Bundan sonra Zaməddinlə əlaqə saxlamış və Zaməddin də ona görüşərək üzbəüz danışmalarını demişdir. Bundan sonra o Zaməddinlə Koroğlu metrostansiyasının yanında olan “Bravo” marketin qarşısında görüşmüşdür. Bu zaman Zaməddin “Range Rover” markalı 10-la başlayan sonu 400 olan nömrə nişanlı maşınla gəlmişdir. Maşında bir nəfər sürücü olmuşdur. Zaməddin özünün Dövlət Gömrük Komitəsində Cinayət axtarışı şöbəsində işlədiyini demişdir. Zaməddin onu maraqlandığını, barəsində müsbət fikirlər eşitdiyini demiş və ona yaşayış yerindən arayış gətirməsini demişdir. Bundan sonra o Zaməddinə həmin sənədləri vermiş və işinin qısa müddətdə düzələcəyini demişdir. Bundan sonra Zaməddin ona zəng edərək dövlət rüsumu ödənilməli olduğunu və ona kart atacağını, onun da həmin karta 920 manat pul vurmasını demişdir. Bundan sonra 22 iyun 2022-ci il tarixdə o Zaməddinin ona göndərdiyi karta 920 manat pulu vurmuşdur. O həmin pulu əmisi Xaləddin Yarayevdən borc almışdır. Daha sonra növbəti gün Zaməddin bir neçə günə işin alınacağını və ona görə də ona hər mövsüm üçün forma tikdirməli olduğunu demişdir. Buna görə də ona 2000 manat pul lazım olduğunu bildirmişdir. O yenə də əmisindən 2000 manat borc pul alıb pulu Zaməddinin ona göndərdiyi "xxxx" ASC-nin kartına göndərmişdir. Bundan bir qədər keçmiş Zaməddin ona zəng edərək başqa etibarlı uşaqlar tapmasını və Şöbə rəisinə sürücü kimi düzəldəcəyini demişdir. Amma o artıq Zaməddinin yalan danışdığını başa düşmüşdür. Zaməddinlə o bir neçə dəfə də görüşmüş və Zaməddin ondan müxtəlif bəhanələrlə yenidən pul istəmişdir. Zaməddin Gömrük Komitəsinin rəhbərliyinə pul verilməli olduğunu, həmijn şəxslərə işin alınması üçün qonaqlıq vermək lazım olduğunu deyərək ondan pul istəmişdir. Ancaq o həmin məbləğlərin heç birini verməmişdir. Zaməddin də onu müxtəlif bəhanələrlə aldadaraq işin yaxın günlərdə alınacağını deyirmiş. Nəhayət Zaməddin onun işini düzəltməmiş, onun pulunu qaytarmamış, onu aldadaraq 2920 manat pulunu ələ keçirmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, Elvin Abdullayevi uşaqlıqdan etibarən tanımışdır. Elvinlə ailəvi yaxın münasibətləri olmuşdur. 2021-ci ilin dekabr ayının son ongünlüyündə olarkən Elvin Abdullayev ona mobil telefonla zəng edib Dövlət Gömrük Komitəsində iş olduğunu və vakansiya elan edildiyini bildirmişdir. İşin düzəlməsi üçün isə sənədləşməyə 5.000 manat dövlət rüsumunun ödəniləcəyini demişdir. O da Elvinə məsləhətləşib cavab verəcəyini demişdir. Sonra o Elvinə zəng edib Elvinin bu işi necə düzəldəcəyini soruşmuşdur. Elvin də Dövlət Gömrük Komitəsinin İstintaq idarəsində işləyən Zaməddin adlı şəxs olduğunu, onun işlərini düzəldəcəyini, tibbi komissiyadan keçəcəyini və s. digər bu kimi prosedurları ona danışmışdır. O da özünə məxsus olan VAZ-2107 markalı avtomobili satıb N manat pulu düzəltmişdir. Elvin Zaməddinin nömrəsini ona vermiş və o Bakıya gəlib Zaməddinlə görüşmüşdür. Zaməddin ona özünü Dövlət Gömrük Komitəsinin işçisi kimi təqdim etmiş və onun işini qısa müddətdə həll edəcəyini demişdir. Daha sonra onlar ikisi Elvin Abdullayevin yanına getmişlər. Elvinin yanına çatdıqdan sonra Elvinin işlədiyi hərbi hissənin qarşısında o N manat pulu Elvinin yanında Zaməddinə vermişdir. Elvin Abdullayev o pulu verdikdən sonra “mən varam ortalıqda burada heç bir problem ola bilməz” demişdir. O da neçə illik tanışı Elvin zamin olduqdan sonra işin düzələcəyindən əmin olmuşdur. Sonra da Gəncə şəhərinə qayıtmışdır. Bundan sonra Zaməddin ondan müxtəlif adlarla (təqdimata qol çəkilməsi, həkim komissiyasından keçmək, sənədlərə möhür vurulması və s.) pul istəmiş və o da həmin pulları Zaməddinin ona dediyi kartlara köçürmüşdür. O bu minvalla 2022-ci ilin iyun ayınadək Zaməddinin ona dediyi kartlara 23.400 manat məbləğində pulları köçürmüşdür. Ancaq Zaməddin ona söz verdiyi kimi işi düzəltməmiş, nə də ondan aldığı pulları qaytarmamışdır. Onun Zaməddinə pul verməsinə səbəbkar Elvin Abdullayev olmuşdur. Belə ki, Elvin onu Zaməddinə inandırmış, Zaməddinin düzgün bir insan olduğunu ona bildirmişdir. X22 zamin olmasına görə o həmin pulu Zaməddinə vermişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadəsində göstərmişdir ki, oğlu Toğrul Şahməmədov 2021-ci ilin iyun ayında hərbi xidmətdən qayıtmışdır. Təqribən 2-3 ay sonra oğlu birlikdə hərbi xidmətdə olduğu Təqsirləndirilən şəxs adlı şəxs olduğunu, X25 Komitəsində işə düzəldə biləcəyini demişdir. Zaməddin oğlunu sürücü olaraq işə düzəldəcəyini bildirmişdir. Bu məsələnin həlli üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. 2021-ci ilin oktyabr ayında o və oğlu Şahid Bakı şəhərinə gəlmiş, burada Biləcəri qəsəbəsində Zaməddinlə görüşmüş və o ilk olaraq 1000 manat pulu oğlu Toğrulun yanında Zaməddinə vermişdir. Daha sonra 15 gün sonra onlar yenidən oğlu Toğrulla Bakı şəhərinə gəlmiş və Biləcəri qəsəbəsində Zaməddinlə görüşmüş, oğlu Toğrulun yanında Zaməddinə 2000 manat da pul vermişdir. Zaməddin onlarla görüşə gələrkən hər dəfə markasını xatırlamadığı bahalı maşınlarla gəlmişdir. Hər dəfə də gələrkən Dövlət Gömrük Komitəsinin xidməti geyim formasını maşında arxadan asmışdır. Bundan sonra 2022-ci ilin may ayınadək olan müddət ərzində o Zaməddinə əlavə 83.000 manat da pul vermişdir. Belə ki, həmin pulun bir hissəsini o yol maşını ilə göndərmişdir, bir hissəsini Zaməddin özü gəlib ondan Gəncədə götürmüşdür, bir hissəsini isə Zaməddinin ona göndərdiyi kart hesablarına vurmuşdur. Sonuncu dəfə 2022-ci ilin may ayında Zaməddinin ona göndərdiyi kart hesabına 1000 manat pul göndərmişdir. Zaməddin həmin pulları Dövlət Gömrük Komitəsinin kadrlar şöbəsinə və rəhbərliyinə vermək adı ilə almışdır. İlk əvvəllər Zaməddin ona Toğrulu sürücü olaraq işə düzəldəcəyini desə də ancaq daha sonra sürücü kimi işə düzəltməyinin alınmadığını, ona görə də zabit kimi komitənin özünə düzəldəcəyini demişdir. Daha sonra aldığı digər məbləğlərdə digər oğlu Şahməmmədov Turqutu da gömrük orqanlarında işə düzəldəcəyini demişdir. Ancaq qeyd edilən pullar Zaməddinə verilməsinə baxmayaraq Zaməddin həmin pulu qaytarmamış, nə də üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəhayət 2022-ci ilin iyul ayında o Zaməddinin onlara dediyi kimi imkanlı olmadığını, gömrük orqanlarında çalışmadığını öyrənmişdir. Zaməddinin ondan 86.000 manat pul aldığını ailə üzvləri bildikdən sonra 2022-ci ilin avqust ayının 26-dək həmin pulları ona qaytaracaqlarını demişlər. Ancaq daha sonra qeyd edilən tarix çatsa da həmin pulları ödəmədikləri üçün o polisə bu barədə müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs özünü ona Dövlət Gömrük Komitəsinin İstintaq Baş İdarəsinin işçisi kimi təqdim etmiş, Bakı şəhərində ilk dəfə Zaməddinlə görüşən zaman maşından gömrük orqanlarının xidməti geyim formasını asdığını görmüşdür. Həmçinin, o Zaməddini gömrük komitəsinin geyim formasında görmüşdür. Zaməddin müxtəlif vaxtlarda onlara gələrkən, yaxud onunla görüşərkən hər dəfə bahalı nəqliyyat vasitələri ilə gəlmişdir. Zaməddinin bibisinin ərinin general olduğunu, yeznəsinin polis əməkdaşı olduğunu və yaxşı imkanı olduğunu, digər yeznəsinin tanınmış həkim olduğunu bildirməsi, yeznəsinin onunla birlikdə iş görmək istədiyini bildirməsi, müxtəlif vaxtlarda sürdüyü maşınların Zaməddinə qohumları tərəfindən hədiyyə olaraq alındığını bildirməsi və Zaməddinin ictimaiyyətə açıq yerlərdə gömrük formasını geyinməsi onda Zaməddinə inam yaratmışdır. Həmçinin, oğlu hərbi xidmətdə olarkən Zaməddin özünü Toğrula imkanlı şəxs kimi göstərmişdir və oğlunun bunu deməsi də onda inam yaratmışdır. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərmişdir ki, o 2020-ci ilin iyul ayında hərbi xidmətə getmişdir. Hərbi xidmətdə Müdafiə Nazirliyinin Ağcabədi rayonunda yerləşən hərbi hissəsində olmuşdur. Hərbi xidmət zamanı Təqsirləndirilən şəxslə tanış olmuşdur. Daha sonra döyüşlər zamanı yaralanmış və qazi olaraq ordudan təxris olmuşdur. Bu zaman da onun Təqsirləndirilən şəxslə münasibəti olmuşdur. O X18 Komitəsində işləyən müstəntiq kimi tanıyırmış. Çünki Zaməddin özü bu barədə ona dəfələrlə demişdir. Zaməddin o xəstəxanada olarkən onun yanına ziyarətə gəmişdir. Gələrkən əynində Dövlət Gömrük Komitəsinin forması olmuşdur. 2021-ci ilin avqust ayında Zaməddin ona zəng edib rayonda onun kimi uşaqlar olarsa Zaməddinə yönləndirməsini və Zaməddinin də həmin şəxsləri Dövlət Gömrük Komitəsində işə düzəldəcəyini bildirmişdir. O bundan bir qədər sonra Zaməddinə zəng edib onu işə düzəldə bilərsə, onu düzəltməsini demişdir. Zaməddin də maraqlanacağını demişdir. Bir qədər sonra Zaməddin ona zəng edib qazi olduğu üçün onu rahatlıqla işə düzəldə biləcəyini demişdir. Bundan sonra Zaməddin bu iş üçün 2000 manat pul lazım olduğunu demişdir. O da Zaməddinə həmin pulu verə biləcəyini demişdir. Buna görə də o Zaməddinin "xxxx" ASC-yə məxsus kartına 1500 manat pul köçürmüşdür. O həmin pulu "xxxx" ASC-nin Goranboy rayonunda yerləşən filialından kredit götürərək əldə etmişdir. 2021-ci ilin sentyabr ayının əvvələrində o həmin pulu Zaməddinə göndərmişdir. Daha sonra o sənədlər yığaraq (şəxsiyyət vəsiqəsinin surəti, yaşayış yerindən xasiyyətnamə, arayış və s.) yol maşını ilə Zaməddinə göndərmişdir. O tanışı Zərərçəkmiş şəxs1 da Zaməddinin onu gömrük orqanlarında işə düzəltdiyini demişdir. Buna görə də Arzuman üçün Zaməddinlə danışmış, Zaməddin də Arzumana zabit kimi düzələ biləcəyini, buna görə də 4000 manat pul verməli olduğunu demişdir. Bu hadisədən bir neçə ay sonra 2022ci ilin yanvar ayında o 500 manat pulu da borc götürərək Zaməddinin kart hesabına göndərmişdir. Ancaq üzərindən uzun müddət keçməsinə baxmayaraq Zaməddin onun işini düzəltməmiş, onun pulunu qaytarmamışdır. Zaməddin müxtəlif vaxtlarda o zəng etdikdə kadrlarda problem olduğunu, işlərin yaxın vaxtlarda düzələcəyini deyirmiş. Nəticədə Təqsirləndirilən şəxs mənim 2000 manat pulumu ələ keçirmişdir. Həmçinin, Zaməddin onun tanışı Zərərçəkmiş şəxs1 Dövlət Gömrük Komitəsində işə düzəldəcəyi adı ilə aldadıb Arzumanın 37.530 manat məbləğində pulunu ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid ifadəsində göstərmişdir ki, 2021-ci ilin iyun ayında hərbi xidmətdən qayıtmışdır. Təqribən 2-3 ay sonra Təqsirləndirilən şəxslə danışarkən Zaməddin onu Dövlət Gömrük Komitəsində işə düzəldə biləcəyini demişdir. Zaməddin onu sürücü olaraq işə düzəldəcəyini bildirmişdir. Bu məsələnin həlli üçün 3000 manat pul lazım olduğunu bildirmişdir. O bu barədə atasına demiş və atası da razılaşmışdır. 2021-ci ilin oktyabr ayında atası və o Bakı şəhərinə gəlmiş, burada Biləcəri qəsəbəsində Zaməddinlə görüşmüşlər və atası ilk olaraq 1000 manat pulu onun yanında Zaməddinə vermişdir. Daha sonra 15 gün sonra onlar yenidən atası ilə Bakı şəhərinə gəlmiş və Biləcəri qəsəbəsində Zaməddinlə görüşmüş, atası onun yanında Zaməddinə 2000 manat da pul vermişdir. Zaməddin onlarla görüşə gələrkən hər dəfə markasını xatırlamadığı bahalı maşınlarla gəlmişdir. Hər dəfə də gələrkən Dövlət Gömrük Komitəsinin xidməti geyim formasını maşında arxadan asmışdır. Bundan sonra 2022-ci ilin may ayınadək olan müddət ərzində atası Zaməddinə əlavə 83.000 manat da pul vermişdir. Belə ki, həmin pulun bir hissəsini atası yol maşını ilə göndərmişdir, bir hissəsini Zaməddin özü gəlib atasından onun yanında Gəncədə götürmüş, bir hissəsini isə atası Zaməddinin ona göndərdiyi kart hesablarına vurmuşdur. Sonuncu dəfə 2022-ci ilin may ayında Zaməddinin ona göndərdiyi kart hesabına atası 1000 manat pul göndərmişdir. Zaməddin həmin pulları atasından Dövlət Gömrük Komitəsinin kadrlar şöbəsinə və rəhbərliyinə vermək adı ilə almışdır. İlk əvvəllər Zaməddin onu sürücü olaraq işə düzəldəcəyini desə də ancaq daha sonra sürücü kimi işə düzəltməyinin alınmadığını, ona görə də zabit kimi onu komitənin özünə düzəldəcəyini demişdir. Daha sonra aldığı digər məbləğlərdə digər qardaşını da gömrük orqanlarında işə düzəldəcəyini demişdir. Ancaq qeyd edilən pullar Zaməddinə verilməsinə baxmayaraq Zaməddin həmin pulu qaytarmamış, nə də üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmişdir. Nəhayət 2022-ci ilin iyul ayında onlar Zaməddinin dediyi kimi imkanlı olmadığını, gömrük orqanlarında çalışmadığını öyrənmişlər. Zaməddinin atasından 86.000 manat pul aldığını ailə üzvləri bildikdən sonra 2022-ci ilin avqust ayının 26-dək həmin pulları qaytaracaqlarını demişlər. Ancaq daha sonra qeyd edilən tarix çatsa da həmin pulları ödəmədikləri üçün onlar polisə bu barədə müraciət etmək qərarına gəlmişlər. Təqsirləndirilən şəxs ümumilikdə atasının 86.000 manat pulunu ələ keçirmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20 sentyabr 2022-ci il tarixli, “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-1019/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-59/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 03 ay müddətinə yəni 19 aprel 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-556/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 02 ay müddətinə yəni 19 iyun 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 4(005)-904/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri 01 ay müddətinə yəni 19 iyul 2023-cü il tarixədək uzadılmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 21 sentyabr 2023-cü il tarixli “baxış və götürmə aparılması haqqında” protokoldan görünür ki, İş üzrə Təqsirləndirilən şəxs təqdim etdiyi geyim forması və 01 ədəd “Poco” markalı mobil telefona baxış keçirilmiş və geyim formasının göy rəngli köynək olduğu, üzərində emblemlər və poqonlar olması, emblemlər üzərində Dövlət Gömrük Komitəsi yazılması müəyyən edilmişdir. Daha sonra “Poco” markalı mobil telefona baxış keçirilmişdir. Mobil telefonda “Whatsapp” ani mesajlaşma mübadilə sisteminə keçirilmiş baxış zamanı Təqsirləndirilən şəxslə ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Vusal E” adlı istifadəçi, yəni Zərərçəkmiş şəxs2 arasında pulun Zaməddin tərəfindən alınması, Zaməddinin özünü Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim etməsi, Vüsala yaxın vaxtlarda işə çıxacağını bildirməsi məzmunlu yazışmalar və səs yazıları olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxslə ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Vv Anasi” adlı istifadəçi arasında Zərərçəkmiş şəxs2 işinin düzəldilməsinin yubanması, Təqsirləndirilən şəxs yaxın vaxtlarda həmin işin düzələcəyini bildirməsi, həmin işin 13 aya yaxındır uzanması məzmunlu yazışmalar olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxslə ********** saylı mobil nömrə ilə qediyyatdan keçmiş “Day Day” adlı istifadəçi, yəni Zərərçəkmiş şəxs5 arasında Məhəmmədəli Əhmədovun işinin yaxın vaxtlarda düzələcəyi, həmin işin düzəlməsinin 1 ilə yaxın çəkməsi, Zaməddinin işə düzəltdiyi başqa şəxslərin də uzun müddət gözləmələri, Zaməddinin öz maşınlarını sataraq Zərərçəkmiş şəxs5 pulunu qaytaracağı, Zərərçəkmiş şəxs5 pulun qayıtmayacağı təqdirdə hüquq-mühafizə orqanlarına müraciət edəcəyi məzmunlu səs yazıları olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxslə ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Arzuman Vusl” adlı istifadəçsi, yəni Zərərçəkmiş şəxs1 arasında Təqsirləndirilən şəxs göndərilmiş məbləğlərin qəbzləri, Zaəmddin Hacıyevin həmin pulları almasının etirafı, əlavə olaraq işin düzəlməsi üçün yenidən pul istəməsi məzmununda yazışmalar və səs yazıları olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxslə ********** saylı mobil nömrə ilə qeydiyyatdan keçmiş “Emin Gence” adlı istifadəçi, yəni Zərərçəkmiş şəxs6 arasında Təqsirləndirilən şəxs pulu alması, Zaməddinin həmin pulu qaytaracağına söz verməsi, pulun qayıtmayacağı təqdirdə Eminin hüquq-mühafizə orqanlarına müraciət edəcəyi barədə yazışmalar və səs yazıları olması müəyyən edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş X3 İdarəsinin 23 iyun 2022-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstəxanası” publik hüquqi şəxsindən daxil olmuş xx.xx.2022-ci il tarixli, 9800 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə yuxarıda adı göstərilən xəstəxanada müalicə olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Bum qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 noyabr 2022-ci il tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşadığı yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Qəbələ rayon İcra Hakimiyyəti Başçısının Bum qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 18 noyabr 2022-ci il tarixli 604 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs aşağıda adları qeyd olunan ailə üzvləri var və hal-hazırda Bakı şəhərində yaşayırlar:
1. Özü.Təqsirləndirilən şəxs-1996.işsiz
2. Atası. X13-1960.pensiyaçı. 3.X2 qızı-1961.evdar Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 19 iyun 2023-cü il tarixli “təqsirləndiriən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş 19 iyun 2023-cü il tarixli sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs götürülmüş Dövlət Gömrük Komitəsi əməkdaşının geyim forması və 01 ədəd “Poco” markalı mobil telefon i ş üzrə sübut əhəmiyyətinə malik olduğundan maddi sübut kimi tanınmış, 01 ədəd “Poco” markalı mobil telefon cinayət işinin materiallarına əlavə edilmiş, geyim forması isə BMCMİ-nin Maddi sübutları saxlama yerinə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İ- 6848 nömrəli Azərbaycan Respublikası Medalının Vəsqiəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İ- 4596 nömrəli Azərbaycan Respublikası Medalının Vəsqiəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Qubadlının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, İ- 27625 nömrəli Azərbaycan Respublikası Medalının Vəsqiəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 29 avqust 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə ona dəymiş maddi ziyan tam olaraq ödənilmişdir. Odur ki, Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 15 sentyabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 22 dekabr 2023-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs5 16 fevral 2024-cü il tarixli ərizəsindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə Təqsirləndirilən şəxs şikayətçi olduğunu və ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Beləliklə, məhkəmə cinayət təqibi ilə bağlı ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, istintaq hərəkətlərinin protokollarını və sənədləri Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 144-145-ci maddəsinə əsasən həmin sübutları tam, hərtərəfli və obyektiv yoxlayıb, təhlil edib bir-biri ilə müqayisə etmiş, hər bir sübutu mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirib və onların məcmusuna hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələrində nəzərdə tutulan cinayət tərkibi vardır. Bununla bağlı məhkəmə aşağıdakıları vurğulayır: Mülkiyyət məfhumu hüquqi və iqtisadi məna kəsb etməklə dövlətin və insanların həyatında əvəzedilməz rola malikdir. Məhz bu xüsusiyyətlər mülkiyyətə və mülkiyyət hüququna müqəddəslik və toxunulmazlıq gətirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikası CM-in 23-cü fəslində təsbit olunmuş cinayətlərin obyekti mülkiyyət münasibətləridir. Mülkiyyət cəmiyyətin iqtisadi özülünü təşkil edən iqtisadi və hüquqi kateqoriyadır. Mülkiyyət hüququ – mülki hüququn mərkəzi institutudur. Onun əhəməyyəti onunla şərtlənir ki, mülkiyyət hüququ cəmiyyətdə formalaşmış iqtisadi münasibətləri hüquqi cəhətdən təsbit edir. AR Mülki Məcəlləsi mülkiyyətin bütün formalarının bərabərliyini və mülkiyyət hüquqununun bütün subyektlərinin hüquq və mənafelərinin eyni dərəcədə mühafizə edildiyini təsbit edir. Bu səbəbdən Azərbaycan Respubliksının cinayət qanununda bütün mülkiyyət formalarının bərabər cinayət – hüquqi mühafizəsi nəzərdə tutulmuşdur. Mülkiyyət əleyhinə olan cinayətlər içərisində talama cinayətləri öz yüksək ictimai təhlükəliliyinə görə seçilir. İqtisadi kateqoriya kimi mülkiyyət əşyalarda maddələşdiyindən mülkiyyət hüququ da əşya hüquqularına aiddir. Belə cinayətlər təqsirkarın maddi aləmin əşyalarını qanunazidd olaraq götürməsində, ələ keçirilməsində və ya öz xeyrinə keçirməsində ifadə olunur. Ümumiyyətlə, mülkiyyət əleyhinə olan cinayətlərin bir növü kimi talama dedikdə, özgə əmlakını tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Talamanın predmeti ilk növbədə əmlakdır. Mülki Məcəllənin 135.2-ci maddəsinə əsasən, əmlak istənilən əşyaların və qeyrimaddi əmlak nemətlərinin toplusudur. Əşyalara yalnız fiziki obyektlər deyil, habelə pul və qiymətli kağızlar da aiddir (MM – in 135.1– ci maddəsi). Talama cinayətlərinin predmeti qismində istehlak dəyərinə malik olan istənilən maddi - əmtəə dəyəri, habelə istənilən maddi dəyərlərin ümumi ekvivalenti olan pul çıxış edir. Talamanın obyektiv cəhəti mülkiyyət münasibətlərinə qəsddən ibarətdir. Hansı formada törədilməsindən asılı olmayaraq, talama özgənin əmlakını götürmədən və ( və ya ) özünün, yaxud başqa şəxslərin xeyrinə keçirmədən ibarətdir. Talamanın mühüm əlamətlərindən biri də talanan əmlakın özgənin olmasıdır, yəni təqsirkar şəxs həmin əmlak barəsində heç bir həqiqi və ya güman edilən mülkiyyət hüququna malik olmur. (istisna: talamanın yalnız bir formasında – mənimsəmə və ya israfetmədə təqsirkar talanan əmlak barəsində mülkiyyət hüququnun bəzi elememtlərinə malik olur. Lakin həmin hüquqlar əmlakın mülkiyyətçisinin verdiyi səlahiyyətlər çərçivəsində olur və müvəqqəti xarakter daşıyır). Talama cinayətlərinin daha bir obyektiv əlaməti özgənin əmlakını götürülməsinin və ( və ya ) təqsirkarın və ya başqa şəxslərin xeyrinə keçirilməsinin əvəzsiz olmasıdır. Özgənin əmlakını talama cinayətlərinin əksəriyyət maddi tərkibli cinayət olduğundan, belə cinayətlərin daha bir obyektiv əlaməti ictimai təklükəli nəticənin - əmlakın mülkiyyətçisinə real maddi ziyanın vurulmasının mövcud olmasıdır. Bu tərkiblərdə ziyanın miqdarı götürülmüş əmlakın dəyəri ilə müəyyən edilir. Talamanın subyektiv cəhətinin daha zəruri bir əlaməti tamah məqsədinin olmasıdır. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında”Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 saylı 11 iyun 2015-ci il tarixli qərarının 1-ci bəndində qeyd olunmuşdur ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Sözügedən qərarın 2-ci bəndində qeyd olunmuşdur ki, Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Sözügedən qərarın 3-cü bəndində qeyd olunmuşdur ki,dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Etibardan sui-istifadə etmə həm də təqsirkarın əvəzsiz olaraq özünün və ya üçüncü şəxslərin xeyrinə əmlakı və ya ona olan hüququ ələ keçirmək məqsədi ilə üzərinə götürdüyü hər hansı öhdəliyi yerinə yetirmək niyyətində olmadığı halda, məsələn, kredit müəssisələrindən müəyyən məbləğdə kredit və ya zərər çəkmiş şəxsdən borc alaraq bunları qaytarmaq məqsədi güdmədiyi, hər hansı işin görülməsi, xidmətlərin göstərilməsi öhdəliyini üzərinə götürüb bunun üçün əvvəlcədən avans kimi müəyyən məbləğdə pul alaraq həmin işi görmədiyi (xidməti göstərmədiyi) və görmək (xidmət göstərmək) niyyətində olmadığı hallarda da baş verir. Sözügedən qərarın 4-cü bəndində qeyd olunmuşdur ki, dələduzluq cinayəti özgənin əmlakının (əmlaka olan hüququnun) təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka (əmlaka olan hüquqa) dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Dələduzluq əmlaka olan hüququ ələ keçirmə formasında törədildikdə, cinayətin başa çatma anı təqsirkarın əmlaka dair mülkiyyət hüququnun, habelə həmin əmlaka sahiblik etmək və ya sərəncam vermək hüququnun qanunvericilikdə nəzərdə tutulmuş qaydada qeydiyyata alındığı an hesab edilir (məsələn, daşınmaz əmlaka dair mülkiyyət hüququnun müvafiq orqanlar tərəfindən qeydiyyata alındığı, bu hüququn tanınmasına dair məhkəmə qərarının qüvvəyə mindiyi, əmlakın alqı-satqısına dair əqdin bağlandığı an və sair). Sözügedən qərarın 5-ci bəndində qeyd olunmuşdur ki, şəxs əmlakı (əmlaka olan hüququ) əldə edərək onların verilməsinin şərtləri ilə bağlı öhdəlikləri yerinə yetirmək niyyətində olmadıqda və nəticədə zərər çəkmiş şəxsə maddi zərər vurulduqda, onun əməli o halda dələduzluq kimi qiymətləndirilir ki, təqsirkarın özgə əmlakının talanmasına və ya əmlaka olan hüquqa yiyələnməsinə yönəlmiş niyyəti həmin əmlakı və ya əmlaka olan hüququ əldə edənədək yaranmış olsun. Odur ki, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 310-cu maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirlidir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinib cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1-ci maddəsinə əsasən məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinə əsasən cinayət törətməkdə təqsirli bilinən şəxsə cinayət məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətlərin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən yaşayış yerindən verilmiş xasiyyətnamə üzrə müsbət xarakterizə edilməsini, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 ona qarşı heç bir şikayət və ya tələbinin olmamasını və Azərbaycan Respublikasının dövlət müstəqilliyi uğrunda gedən döyüşlərdə iştirak etməsini, əməlindən peşman olmasını Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Eyni zamanda Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 310-cu maddəsində nəzərdə tutulmuş cinayət əməlini təkrar törətməsini, Azərbaycan Respublikası CM-in 61.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən cinayətlərin məcmusuna az ağır, ağır və ya xüsusilə ağır cinayətlərdən hər hansı biri daxildirsə, təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda azadlıqdan məhrum etmə növündə qəti cəzanın müddəti iyirmi ildən çox ola bilməz. Cinayətlərin məcmusuna daxil olan cinayətlərdən birinə görə ömürlük azadlıqdan məhrum etmə və ya iyirmi il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edildikdə isə az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə qəti cəza təyin edilir. Təqsirləndirilən şəxs ittiham olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsinin sanksiyasında 7 ildən 12 ilədək müddətə azadlıqdan məhrum etmə cəzası, 310-cu maddənin sanksiyasında isə min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz saatadək müddətə ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən hesab edir ki, ona yalnız azadlıqdan məhrum etmə cəzası təyin etməklə cəzanın məqsədlərindən biri olan sosial ədalətin bərpasına və Cinayət Məcəlləsinin qanunçuluq, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin həyata keçirilməsinə nail olmaq olar. Onun barəsində ibtidai istintaq zamanı seçilmiş “həbs” qətimkan tədbiri isə hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Təqsirləndirilən şəxsin həbsdə saxlama müddətinə onun tutulduğu və həbsdə saxlandığı müddət daxildir. Odur ki, Təqsirləndirilən şəxs tutulduğu, həbsdə saxlanıldığı müddət, yəni xx.xx.2022-ci il tarixdən hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət ona təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1, 56.1.2-ci maddələrinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Təqsirləndirilən Təqsirləndirilən şəxs da törətdiyi cinayət əməli ağır cinayətlər kateqoriyasına aid olduğundan və o, belə cinayətə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunduğundan ona təyin olunacaq cəzanı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Həmçinin barəsində hər hansı əlavə cəzanın, eləcə də tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinə əsas yoxdur. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, cinayət işi üzrə maddi sübut hesab edilən 01 ədəd geyim forması məhkəmə baxışına qədər saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Səs yazılarını özündə əks etdirən 01 ədəd “CD”, qəbzlərin surətləri və 01 ədəd “Poco” markalı mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyinə görə cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və 01 ədəd geyim forması məhkəmə baxışına qədər saxlanması üçün Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasına təhvil verilmişdir. Hökm qanuni qüvvəyə mindikdən sonra sözügedən geyim forması məhv edilməli, səs yazılarını özündə əks etdirən 01 ədəd “CD”-nin, qəbzlərin surətlərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınmalı və 01 ədəd “Poco” markalı mobil qanuni sahibinə qaytarılmalıdır. Bundan əlavə təqsirləndirilən Təqsirləndirilən şəxs hüquqlarının müdafiəsi üçün məhkəmənin qərarı ilə dövlət büdcəsi hesabına müdafiəçi təyin edilmişdir. Həmin müdafiəni isə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının Gəncə şəhəri 1 saylı Vəkil Bürosunun vəkili X14 həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Müdafiəçinin məhkəməyə təqdim etdiyi hesabatdan isə görünür ki, məhkəmə prosesi mərhələsində təqsirləndirilən şəxsə vəkil Asif Abdullayev 25 iş saatı həcmində hüquqi yardım göstərmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetin «Müdafiəçilərə, tərcüməçlərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» 2001-ci il 01 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə xx.xx.2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün altı manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla Təqsirləndirilən şəxs göstərilmiş 25 iş saatı həcmində hüquqi yardımla bağlı dövlət büdcəsindən vəkili X6 işlədiyi Gəncə şəhər 1 saylı vəkil bürosunun hesabına 150 manat məbləğində pul köçürülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə ediləcək əmlak müəyyən edilməmişdir. Məhkəmə baxışında zərər çəkmiş şəxslər, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqlarının olması izah olunmalıdır. İş üzrə məhkəmə xərci yoxdur. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
h ö k m e t d i:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinsin və ona Azərbaycan Respublikası CM-in 178.3.2-cü maddəsi ilə 07 (yeddi) il müddətinə azadlıqdan məhrum etmə cəzası və Azərbaycan Respublikası CM-in 310-cu maddəsi ilə isə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.3-cü maddəsinə əsasən təyin edilən cəzaları qismən toplanmaq yolu ilə qəti olaraq Təqsirləndirilən şəxs 07 (yeddi) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Tutulduğu və həbsdə saxlanıldığı müddət təyin olunmuş cəzaçəkmə müddətinə daxil edilməklə cəzaçəkmənin əvvəli 20 sentyabr 2022-ci il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında saxlanılan 01 ədəd xidməti geyim forması məhv edilsin. Səs yazılarını özündə əks etdirən 01 ədəd “CD”, qəbzlərin surətlərinin cinayət işinin materiallarına əlavə edilməsi nəzərə alınsın və 01 ədəd “Poco” markalı mobil telefon qanuni sahibinə qaytarılsın. Dövlət hesabına göstərilmiş hüquqi yardımla əlaqədar dövlət büdcəsinin hesabından müdafiəçi X6 vəkil işlədiyi Gəncə şəhər 1 saylı Vəkil Bürosunun hesabına 150 manat məbləğində pul köçürülsün. Məhkəmə baxışında zərər çəkmiş şəxslər, cinayət mühakimə icraatı zamanı mülki iddia vermədiklərindən onlara mülki mühakimə icraatı qaydasında mülki iddia qaldırmaq hüquqlarının olması izah olunsun. Hökmdən elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə isə hökmün surəti ona verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilməmişdirsə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.