Azərbaycan Respublikası adından HÖKM Gəncə şəhəri İş № 1(100)-128/2025 27.02.2025 GƏNCƏ AĞIR CİNAYƏTLƏR MƏHKƏMƏSİ Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi İbişov İlkin İlqar oğlunun sədrliyi, hakimlər Məmmədzadə Mikayıl Maarif oğlu və Məmmədov Abdulla Elşad oğlundan ibarət tərkibdə, məhkəmə iclasının katibi Bəylərov Elşad Heydər oğlunun katibliyi ilə, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarənin ağır cinayətlər məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokurorları, ədliyyə müşaviri Qasımov Zaur Zabil oğlunun və kiçik ədliyyə müşaviri Rəhimov Müşfiq Rəhim oğlunun, müdafiəçi – Gəncə şəhəri 1 saylı Vəkil bürosunun vəkili Məmmədov Rihat Tahir oğlunun və təqsirləndirilən şəxs Uğurluyev Elmin Qələndər oğlunun iştirakları ilə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasında 12 yanvar 1977-ci il tarixdə Goranboy rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, məhkumluğu olan, Goranboy rayonu, Dəliməmmədli şəhəri, Ə.Fərəcov küçəsi, ev-23 ünvanında qeydiyyatda olmaqla, tutulanadək həmin ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında saxlanılan – Uğurluyev Elmin Qələndər oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə baxaraq məhkəmə, müəyyən etdi: Uğurluyev Elmin Qələndər oğlu satış məqsədi olmadan qanunsuz olaraq “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in I siyahısına və 2005-ci il 28 iyun tarixli 961-IIQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” siyahıların I-ci siyahısına əsasən, külli miqdarda, yəni 4,801 qram çəkidə narkotik vasitə hesab olunan heroini istintaqa məlum olmayan mənbədən naməlum vaxtda və şəraitdə əldə edib üzərində saxlamaqla daşımış, daxil olmuş məlumat əsasında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində 17 oktyabr 2023-cü il tarixdə saat 15:05-də Goranboy rayonu, Dəliməmmədli şəhəri, Azərbaycan küçəsində yerləşən “Oba” marketin yaxınlığında saxlanılaraq Goranboy Rayon Polis Şöbəsinin inzibati binasına gətirilərək, həmin gün saat 17:02-dən etibarən üzərində aparılmış şəxsi axtarış nəticəsində əynində olan boz rəngli şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümdə təmiz çəkisi 4,801 narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Uğurluyev Elmin Qələndər oğlu ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, Goranboy rayonu, Dəliməmmədli şəhərində yaşayır. 21 oktyabr 2023-cü il tarixdə Dəliməmmədli şəhəri ərazisində yerləşən "çay evi"ndən çıxan zaman, Dəliməmmədli şəhərinin sahə rəisi ona yaxınlaşaraq, Goranboy Rayon Polis Şöbəsinin rəisinin onu şöbəyə çağırdığını bildirmişdir. O, həmin sahə rəisindən, Goranboy RPŞ-nin rəisinin onu nə üçün şöbəyə çağırdığını soruşduqda, sözügedən sahə müvəkkili “gəl gedək şöbədə aydınlaşdıraq görək hansı səbəbə çağırır?” deyə ona bildirmişdir. O, buna etiraz etməyərək onunla birlikdə Goranboy Rayon Polis Şöbəsinə getmişdir. O, Goranboy Rayon Polis Şöbəsinə getdikdən sonra həmin şöbənin rəisi, ona “səni CM-in 234.4.3-cü maddəsi ilə göndərəcəm sroka gedəcəksən” deyə bildirmişdir. O, ondan nə etdiyini? hansı səbəbə onu şöbəyə gətirdiklərini soruşduqda isə, “sənin CM-in 234.1-ci maddəsi ilə məhkumluğun olub buna görədə sən yenidən tutulmalısan” deyə şöbə rəisi ona bildirmişdir. Bundan sonra Bakı şəhərindən gələn tanımadığı polis əməkdaşları onu Bakı şəhərinə aparmışlar. Məhkəmə iclasında təqsirləndirilən şəxs Uğurluyev Elmin Qələndər oğlu verilən suallara cavab olaraq bildirmişdir ki, o əvvəllər narkotik vasitə istifadə etmiş, lakin 2 ildir ki narkotik vasitə istifadə etmir. Videoçəkilişdən istifadə etməklə üzərinə baxış keçirən zaman, ona polis əməkdaşları tərəfindən hədə-qorxu olunduğu üçün etirafedici ifadələr vermişdir. Ona polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilməmişdir. Ona təxmini 20-30 nəfər polis əməkdaşı psixoloji təzyiq göstərmiş, o da qorxduğu üçün sözügedən narkotik vasitələrin ona məxsus olduğunu etiraf etmək məcburiyyətində qalmışdır. Sahə müvəkkili ona yaxınlaşan zaman saat 14:40 olmuşdur. Sahə rəisi ona yaxınlaşan zaman tək olmuş, ətrafda isə 3-4 nəfər həmkəndlisi olmuşdur. Onu Goranboy RPŞ-ə apararkən, Bakı şəhərindən gələn polis əməkdaşları da orada olmuşdur. Goranboy RPŞ-də üzərinə baxış keçirərkən üzərində heç bir narkotik vasitə olmamış, ondan aşkar olunan narkotik vasitələri Goranboy RPŞ-də polis əməkdaşları onun üzərinə qoymuşlar. O, qətimkan tədbiri ilə bağlı məhkəməyə çıxan zaman üzərindən çıxan narkotik vasitənin ona məxsus olduğunu bildirmişdir. O, döyülməkdən qorxduğu üçün narkotik vasitənin ona məxsus olduğunu qeyd etmişdir. Ona polis əməkdaşları tərəfindən fiziki təzyiq göstərilməmiş və heç bir xəsarəti də olmamışdır. Polis əməkdaşları narkotik vasitələrin ondan aşkar olunduğunu etiraf etməyəcəyi təqdirdə isə üzərinə daha çox narkotik vasitə qoyacaqlarını bildirmişlər. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə təqsirləndirilən şəxs Uğurluyev Elmin Qələndər oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, o özünü Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək həm 18.10.2023-cü il tarixli şübhəli şəxs, həm də eyni tarixli təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, heç bir xəstəliyi, o cümlədən ruhi-əsəb xəstəliyi yoxdur. Artıq bir neçə müddətdir ki, narkotik vasitə olaraq tanıdığı “kakos” və ya “heroin” olaraq adlanan maddələrdən istifadə edir. Həmin gün, yəni 17 oktyabr 2023-cü il tarixdə, saat 15:05-də Goranboy rayonu, Dəliməmmədli şəhəri, Azərbaycan küçəsində yerləşən “Oba” marketin yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşdurlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdirlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu Goranboy Rayon Polis Şöbəsinə dəvət etmişdirlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində o, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuş, sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini həmin gün, yəni 17.10.2023-cü il tarixdə səhər saatlarında Goranboy rayonu ərazisində tapdığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, tapdığı maddəni öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Törətdiyi cinayət əməlindən çox peşmandır. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin maddəni təsadüfən tapmış və şəxsi istifadə məqsədi ilə üzərində saxlamışdır. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. Tapdığı maddənin üzərindən götürməmiş, necə tapmışdırsa, o cür də təqdim etmişdir. Həmin maddələrin aludəçisi olmamış, yalnız aradabir istifadə etmişdir. Həmin maddəni üzərində saxlama səbəbinin də nə vaxtsa bu maddədən istifadə etmək istəməsi olmuşdur. Əvvəllər istifadə etdiyi narkotik vasitələri Goranboy rayonunda tanımadığı şəxslərdən almışdır. Üzərində narkotik vasitə olmasından heç kimin xəbəri olmamış, eyni zamanda yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmişdir. Özünün heç bir mobil telefon işlətmədiyi üçün mobil nömrəsi də olmamışdır. Üzərində heç bir xəsarət yoxdur. Polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman hər hansı bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş İsmayılov Roman Rəhman oğlu ifadəsində göstərmişdir ki, Uğurluyev Elmin Qələndər oğlunun qanunsuz olaraq külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə məlumat daxil olmuşdur. Alınmış məlumat barədə raportla BMCMİ-nin rəhbərliyinə məruzə edilərək Uğurluyev Elmin Qələndər oğlunun müəyyən edilib, ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbirinin keçirilməsi barədə qərar çıxarıldıqdan sonra əməliyyat qrupu yaradılmışdır. Bundan sonra həmin əməliyyat məlumatı əsasında onlar Goranboy rayonuna gedərək, Elmin Uğurluyevin Goranboy rayonu, Dəliməmmədli şəhəri, Azərbaycan küçəsində yerləşən “Oba” marketin yaxınlığında olduğunu müəyyən etmişlər. Elmin Uğurluyevə yaxınlaşıb özlərini təqdim edərək və ona külli miqdarda narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğunu bildirib, Elmin Uğurluyevi Goranboy Rayon Polis Şöbəsinə dəvət etmişlər. Goranboy RPŞ-də Uğurluyev Elmin Qələndər oğlunun üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış zamanı Elmin Uğurluyev üzərində narkotik vasitə olduğunu bildirib, içərisində narkotik vasitə heroinə bənzər kütlə olan 01 ədəd bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Elmin Uğurluyevin üzərindən aşkar olunmuş 01 ədəd şəffaf sellofan bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə təhqiqatçı tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb, möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan başqa əməliyyat-axtarış tədbiri zamanı saxlanılan şəxs Uğurluyev Elmin Qələndər oğluna qarşı heç bir fiziki və ya psixoloji təzyiq olmamışdır. İfadəsinin davamı olaraq şahid İsmayılov Roman Rəhman oğlu verilən suallara cavab olaraq bildirmişdir ki, əməliyyat-axtarış qrupuna o, Ayaz Həsənov və Məhəmməd Zeynalov daxil olmuşlar. Əməliyyat məlumatının məzmunu Uğurluyev Elmin Qələndər oğlunun qanunsuz olaraq külli miqdarda narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə edərək qanunsuz dövriyyəsi ilə məşğul olması barədə olmuş, lakin sonradan satış ilə bağlı fakt öz təsdiqini tapmamışdır. Əməliyyat məlumatı onlara daxil olduğu üçün Elmin Uğurluyevi onlar saxlamışlar və Elmin Uğurluyevi saxlayan zaman saat təxmini 15:00 olmuşdur. Elmin Uğurluyevin saxlanıldığı yer ilə Goranboy RPŞ-nin arasında təxmini 10 dəqiqəlik məsafə olmuşdur. Şifahi sorğu-sual zamanı şübhəli şəxs Elmin Uğurluyev üzərindən aşkar edilmiş narkotik vasitəni Goranboy rayonu ərazisində tapdığını və həmin maddəni öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs Elmin Uğurluyevə qarşı heç bir fiziki və ya psixi təzyiq olmamışdır. Onlar əməliyyat tədbirində mobil telefondan deyil, xüsusi rabitə vasitələrindən istifadə etmişlər. İbtidai istintaq zamanı verdiyi ifadəni təsdiq etdiyini bildirmişdir. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə şahid Hüseynov Ayaz Sahib oğlunun və Zeynalov Məhəmməd Mehman oğlunun ibtidai istintaq orqanına verdiyi ifadələri elan edilmiş, Hüseynov Ayaz Sahib oğlu və Zeynalov Məhəmməd Mehman oğlu ibtidai istintaq orqanına verdikləri ifadələrində, şahid qismində dindirilmiş İsmayılov Roman Rəhman oğlu ilə eyni məzmunlu ifadə vermiş və işin halları ilə bağlı onun dediklərini təsdiq etmişlər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.10.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Uğurluyev Elmin Qələndər oğlu 17.10.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.10.2023-cü il tarixli 4(005)-1494/2023 saylı qərarından görünür ki, Uğurluyev Elmin Qələndər oğlunun barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 17.10.2023-cü il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 oktyabr 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Uğurluyev Elmin Qələndər oğlu saat 15:05-də Goranboy rayonu, Dəliməmmədli şəhəri, Azərbaycan küçəsində yerləşən “Oba” marketin yaxınlığında saxlanılaraq Goranboy RPŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində əynində olan boz şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə fiziki-kimyəvi ekspertizasının 18 oktyabr 2023-cü il tarixli 3-16-16-2-6/5489 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün № 6”-li dairəvi möhür əksi, “şübhəli şəxs Elmin Uğurluyevdən aşkar olunmuş maddə (imza) Elmin Uğurluyev” yazısı və imzalar olan paketdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 4,801 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in I siyahısına daxildir. Qeyd: Heroin təmiz çəkisi: 4,801 qr, tədqiqata sərf edildi: 0,1 qr, qalıq: 4,701 qr. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 6835 nömrəli rəyindən görünür ki, Müayinə zamanı Uğurluyev Elmin Qələndər oğlunda Kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacl vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-tibb ekspertizasının 02 noyabr 2023-cü il tarixli 3800/K saylı rəyindən görünür ki, Uğurluyev Elmin Qələndər oğlundan götürülmüş sidik nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 24 oktyabr 2023-cü il tarixli, 3-13-6/2-11856/23 saylı verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Uğurluyev Elmin Qələndər oğlundan aşkar edilən narkotik vasitə heroini onun satış məqsədi ilə əldə edib üzərində gəzdirməsi aşkar edilmişdir. Bundan başqa keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Elmin Uğurluyevin narkotik vasitə və psixotrop maddələrin satışı ilə məşğul olmasına dair əlavə məlumatlar da əldə edilmişdir. Lakin, Elmin Uğurluyevə aşkar edilmiş narkotik vasitə heroini satmaqda şübhəli olan şəxsin şəxsiyyətinin müəyyən edilərək istintaqa təmin edilməsi, Elmin Uğurluyevin digər cinayət əməllərinin törədilməsində iştirakının olub-olmaması, yaxın əlaqələrinin müəyyən edilməsi, narkotik vasitələrin və ya psixotrop maddələrin satışında və istifadəsində şübhəli olan şəxslərlə əlaqələrinin müəyyən edilməsi, qanunsuz olaraq əldə etdiyi narkotik vasitəni nə vaxt, kimdən, harada və hansı şəraitdə əldə etməsi, əvvəllər narkotik vasitə və ya psixotrop maddələri qaçaqmalçılıq yolu ilə Azərbaycan Respublikasının ərazisinə keçirib-keçirməməsinin müəyyən edilməsi istiqamətində aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy Rayon Məhkəməsinin 31.10.2023-cü il tarixli 5(045)-71/2023 nömrəli qərarından görünür ki, “Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında” Azərbaycan Respublikası Daxili işlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə idarəsinin baş əməliyyat müvəkkili Roman İsmayılov tərəfindən qəbul edilmiş və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi polis general-mayoru Əbülfət Rzayev tərəfindən təsdiq edilmiş 17 oktyabr 2023-cü il tarixli qərar qanunauyğun hesab edilmişdir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat Statistik İnformasiya İdarəsinin 21 oktyabr 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Uğurluyev Elmin Qələndər oğlu sonuncu dəfə Goranboy rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmünə əsasən CM-in 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay 06 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli amnistiya qərarının 5-ci bəndinə əsasən ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş hissəsi 01 il azaldılmışdır. Gəncə Apellyasiya Məhkəməsinin 12 avqust 2022-ci il tarixli qərarından görünür ki, Elmin Uğurluyevə Goranboy rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə təyin edilmiş cəzanın qalan hissəsi 04 ay 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmişdir. DİN-nin BƏSİİ-dən daxil olmuş tələbnamədən görünür ki, Elmin Uğurluyev hazırkı iş üzrə cinayəti törədən zaman ona təyin olunmuş cəzasını çəkib qurtarmamış, yəni məhkumluğu ödənilməmiş və eyni zamanda Goranboy rayon Məhkəməsinin 21 oktyabr 2021-ci il tarixli hökmü ilə barəsində azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmişdir. Odur ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxs Uğurluyev Elmin Qələndər oğlunun əməli cinayətlərin residivi kimi qiymətləndirilməsə də, O məhkumluğu olan şəxs hesab edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Goranboy rayon İcra Hakimiyyəti Başçısının Dəliməmmədli şəhər İƏDÜ nümayəndəliyinin 14 noyabr 2023-cü il atrixli, 1047 nömrəli arayışından və həmin tarixli xasiyyətnaməsindən görünür ki, Uğurluyev Elmin Qələndər oğlu arvadı – 12.09.1983-cü il təvəllüdlü Muxtarova Xəyalə Nazim qızından, qızı – 25.10.2006-cı il təvəllüdlü Uğurluyeva Durna Elmin qızından, qızı -11.03.2008-ci il təvəllüdlü Uğurluyeva Elnurə Elmin qızından və oğlu – 15.05.2011-ci il təvəllüdlü oğlundan ibarət ailə tərkibində olmaqla Goranboy rayonu Dəliməmmədli şəhəri, Ə.Fərəcov, ev 23 ünvanında qeydiyyatdadır və həmin yer üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 20.11.2023-cü il tarixli “sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, maddi sübut hesab edilərək DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında məsul saxlanca verilmiş Uğurluyev Elmin Qələndər oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf olunduqdan sonra qalıq çəkisi 4,701 qram qalmış narkotik vasitə heroin maddi sübut kimi tanınmış, eyni zamanda Elmin Uğurluyevin üzərinə şəxsi axtarış, baxış keçirilməsi videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” disk isə maddi sübut kimi tanınaraq cinayət işinin materillarına əlavə edilmişdir. Məhkəmə təqsirləndirilən şəxs Elmin Uğurluyevin məhkəməyə verdiyi ifadəsində ibtidai araşdırma zamanı polis əməkdaşları tərəfindən psixi təzyiqlərə məruz qalması, ondan aşkar olunan psixotrop maddənin polislər tərəfindən qoyulması ilə bağlı qeyd etdiyi xüsusatlara tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Belə ki, qeyd olunan xüsusatlar Elmin Uğurluyevin özünün ibtidai istintaq zamanı verdiyi ilkin ifadəsi, üzərinə keçirilmiş “şəxsi axtarış və götürmə aparılması haqqında” protokol, iş üzrə şahid qismində dindirilmiş polis əməkdaşlarının ifadələri, istintaq hərəkətlərinin protokolları, digər sübutlar və işin faktiki halları ilə tam təkzib olunur. Odur ki, məhkəmə onun ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin faktiki hallarına uyğunluğu baxımından əsas götürülməsinin vacibliyini vurğulayır. Məhkəmə baxışı iclasında cinayət prosesi tərəflərinin iştirakı ilə təqsirləndirilən şəxs Uğurluyev Elmin Qələndər oğlunun ibtidai istintaq orqanına verdiyi ifadəsi elan edilmiş, təqsirləndirilən şəxs Uğurluyev Elmin Qələndər oğlu ona Azərbaycan Respublikası CM-in 234.4.3-cü maddəsi ilə elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək 18.10.2023-cü il tarixli şübhəli şəxs və təqsirləndirilən şəxs qismində verdiyi ifadələrində göstərmişdir ki, heç bir xəstəliyi, o cümlədən ruhi-əsəb xəstəliyi yoxdur. Artıq bir neçə il müddətdir ki, narkotik vasitə olaraq tanıdığı “kakos” və ya “heroin” olaraq adlanan maddələrdən istifadə edir. Həmin gün, yəni 17 oktyabr 2023-cü il tarixdə, saat 15:05-də Goranboy rayonu, Dəliməmmədli şəhəri, Azərbaycan küçəsində yerləşən “Oba” marketin yaxınlığında olduğu zaman ona bir neçə nəfər mülki geyimdə olan şəxs yaxınlaşıb özlərini təqdim edib DİN-nin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları olduqlarını bildirib ondan anket məlumatlarını soruşmuşdurlar. O, özünü təqdim etdikdən sonra polis əməkdaşları onun narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğunu bildirib, barəsində qəbul edilmiş “Əməliyyat-axtarış tədbirlərinin keçirilməsi haqqında” qərarla onu tanış etmişdirlər. O, yalan danışmağın əhəmiyyət kəsb etmədiyini başa düşüb səmimi olaraq etiraf edib bildirmişdir ki, hazırda üzərində narkotik vasitə vardır. Bundan sonra polis əməkdaşları onu Goranboy Rayon Polis Şöbəsinə dəvət etmişdirlər. O, buna etiraz etməyib polis əməkdaşları ilə birlikdə həmin Polis Şöbəsinə gəlmişdir. Polis Şöbəsində o, hüquqlarının müdafiə edilməsi üçün müdafiəçi ilə təmin edilmiş və şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri izah olunmuşdur. Sonra video çəkilişdən istifadə edilməklə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, üzərində “kakos” adı ilə tanıdığı narkotik vasitə olduğunu bildirib, əynində olan göy rəngli cins şalvarının sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb masanın üzərinə qoymaqla təqdim etmişdir. Təqdim etdiyi 01 ədəd şəffaf sellofan bükümün içərisində “kakos” adı ilə tanıdığı narkotik vasitə heroin olduğunu bildirmişdir. Təqdim etdiyi 01 ədəd sellofan büküm iştirakçıların şahidliyi ilə açıldıqda bükümün içərisində narkotik vasitə heroin olması müşahidə edilmişdir. Şifahi sorğu zamanı üstündən aşkar edilmiş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroini həmin bugün, yəni 17.10.2023-cü il tarixdə səhər saatlarında Goranboy rayonu ərazisində tapdığını, əvvəllər narkotik vasitədən istifadə etdiyini, tapdığı maddəni öz şəxsi istifadəsi üçün üstündə saxlayıb daşıdığını, həmin maddədən heç kimə vermədiyini, heç kimə satmadığını, həmin maddənin üstündə olmasından heç kimin məlumatının olmadığını bildirmişdir. Bundan sonra üstündən aşkar olunmuş 01 ədəd sellofan bükümdə olan narkotik vasitə heroin polis əməkdaşları tərəfindən 01 ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra şəxsi axtarış və götürmə keçirilməsi barədə protokol tərtib olunmuş, protokol düzgün tərtib edildiyi üçün onun özü və digər iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Törətdiyi cinayət əməlindən çox peşmandır. Verilən suallara cavab olaraq bildirmişdir ki, həmin maddəni təsadüfən tapmış və şəxsi istifadə məqsədi ilə üzərində saxlamışdır. Narkotik vasitə və ya psixotrop maddələrin satışı ilə məşğul olmamışdır. tapdığı maddənin üzərindən götürməmiş, necə tapmışdısa, o cür də təqdim etmişdir. həmin maddələrin aludəçisi olmamış, yalnız aradabir istifadə etmişdir. Həmin maddəni üzərində saxlama səbəbinin də nə vaxtsa bu maddədən istifadə etmək istəməsi olmuşdur. Əvvəllər istifadə etdiyi narkotik vasitələri Goranboy rayonunda tanımadığı şəxslərdən almışdır. Üzərində narkotik vasitə olmasından heç kimin xəbəri olmamışdır. Yaşadığı evdə və ya başqa bir yerdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmişdir. Özünün heç bir mobil telefon işlətmədiyi üçün mobil nömrəsi də olmamışdır. Üzərində heç bir xəsarət yoxdur. Polis əməkdaşları tərəfindən nə saxlanılan zaman, nə də üzərinə şəxsi axtarış keçirilən zaman heç bir fiziki və ya psixi təyziqə məruz qalmamışdır. Saxlanılan zaman polis əməkdaşlarına müqavimət göstərməmişdir. Məhkəmə-tibb ekspertizasının 02 noyabr 2023-cü il tarixli 3800/K saylı rəyindən görünür ki, Uğurluyev Elmin Qələndər oğlundan götürülmüş sidik nümunəsinin tərkibində fenilalkilamin qrupuna aid olan Amfetamin aşkar edilmişdir. Barbitur turşusu törəmələri, alkoloidlər (həmçinin tiryək qrupu), fenotiazin, pirazalon, 1,4 benzodiazepin törəmələri, salisilatlar və kannabinoid (çətənə bitkisindən alınan və təbii mənşəli narkotik vasitə hesab edilən) aşkar edilmədi. Məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 6835 nömrəli rəyindən görünür ki, Müayinə zamanı Uğurluyev Elmin Qələndər oğlunda Kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacl vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Bundan başqa 17 oktyabr 2023-cü il tarixli “şəxsi axtarış və götürmə aparılması haqqında” protokoldan görünür ki, Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 17 oktyabr 2023-cü il tarixdə həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı Uğurluyev Elmin Qələndər oğlu saat 15:05-də Goranboy rayonu, Dəliməmmədli şəhəri, Azərbaycan küçəsində yerləşən “Oba” marketin yaxınlığında saxlanılaraq Goranboy RPŞ-nin inzibati binasına gətirilmiş və üzərinə şəxsi axtarış keçirilən zaman sonuncu əynində əynində olan boz şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü çıxardıb təqdim etmişdir. Təqdim edilmiş 01 ədəd sellofan bükümün içərisindən narkotik vasitə heroinə oxşar maddə aşkar edilərək götürülmüşdür. Odur ki, məhkəmə iş üzrə yuxarıda sadalanan halları eyni zamanda şahid ifadələrini, ekspertiza rəylərini, istintaq hərkətlərinin proktokollarını və digər sənədləri qarşlıqlı təhlil edərək, Uğurluyev Elmin Qələndər oğlunun məhkəmə baxışı iclası zamanı verdiyi ifadəsinin deyil, ibtidai istintaq zamanı vermiş olduğu ilkin ifadəsinin işin hallarına daha uyğun olduğundan əsas götürülməsini məqsədəmüvafiq hesab edir. Bununla belə məhkəmə eyni zamanda vurğulayır ki, ibtidai istintaq orqanı tərəfindən Uğurluyev Elmin Qələndər oğlunun əməlinə düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, ibtidai istintaq orqanı Uğurluyev Elmin Qələndər oğlunun qanunsuz olaraq əldə edib, saxladığı ümümi çəkisi 4,801 qram çəkidə markotik vasitə heroini satış məqsədi ilə qanunsuz olaraq əldə etməsi, üzərində saxlaması və daşıması qənaətinə gəlsə də, məhkəməyə satış məqsədinin nədə ifadə edilməsinə dair sübut təqdim etməmişdir. Nə iş üzrə aparılmış ibtidai araşdırma zamanı, nə də ki, məhkəmə tərəfindən aparılan məhkəmə istintaqı zamanı Uğurluyev Elmin Qələndər oğlunun yuxarıda qeyd olunan heroini satış məqsədilə əldə etməsini, saxlamasını və daşımasını təsdiq edən hər hansı bir sübut müəyyən edilməmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş polis əməkdaşlarının ifadələrində narkotik vasitənin və psixotrop maddənin satış məqsədi ilə bağlı ilkin əməliyyat məlumatının olmasına baxmayaraq, sonradan Elmin Uğurluyevin narkotik vasitələrin satışı ilə məşğul olması və ya narkotik vasitəni satış məqsədi ilə saxlaması barədə heç bir məlumatın əldə edilmədiyini bildirmişdir. Belə olduğu təqdirdə istintaq orqanı tərəfindən hansı əsasla Uğurluyev Elmin Qələndər oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.4.3-cü maddəsi ilə ittiham elan edilməsi qeyri-müəyyəndir. Cinayət işinin materiallarından da göründüyü kimi, Elmin Uğurluyevin üzərindən aşkar edilərək götürülmüş narkotik vasitəni kiməsə əvəzli və ya əvəzsiz olaraq satması, belə bir niyyətinin, məqsədinin olmasına dair hər hansı mötəbər sübut mövcud deyildir. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.11-ci maddəsinə əssən narkotik vasitələrin qanunsuz satılması dedikdə miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədi ilə yayılmasına yönəldilmiş hərəkətlər başa düşülür. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 14 iyun 2024-cü il tarixli 08 №-li qərarının 9-cu bəndində göstərilmişdir ki, təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın və işin digər halları nəzərə alınmalıdır. Hazırkı iş üzrə Elmin Uğurluyevin narkotik vasitə heroini satış məqsədi ilə əldə edib saxlamasına dair qeyd edilən qanunda və adı çəkilən plenumun qərarında göstərilən xüsusatların da heç biri müəyyən olunmamışdır. Şəxsin narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsinə dair heç bir mötəbər sübut olmadığı halda təkcə narkotik vasitənin və ya psixotrop maddənin çəkisinin külli miqdarda olmasını ehtimal edib, narkotik vasitəni və ya psixotrop maddəni satış məqsədi ilə əldə etməsi qənaətinə gəlmək tamamilə yanlışdır. Cinayət işi üzrə araşdırılan sübutlardan da göründüyü kimi, Uğurluyev Elmin Qələndər oğlunun narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə bağlı hər hansı niyyəti olmamış və ibtidai istintaq orqanı sonuncuya CM-in 234.4.3-cü maddəsi ilə ittiham irəli sürərkən sırf aşkar edilmiş narkotik vasitənin külli miqdarda olmasına əsaslanmışdır. Təqsirkar şəxsin narkotik vasitəni məhz satış məqsədi ilə əldə edib saxlamasını təsdiq edə biləcək istehlakçı ilə əvvəlcədən razılıq əldə etməsi, onların hazırlanması üçün avadanlığın olması və s. bu kimi hallar müəyyən edilməmişdir ki, bu isə öz növbəsində təqsirləndirilən şəxsə qarşı CM-in 234.4.3-cü maddəsi ilə vermiş ittihamın ehtimallar və fərziyyələr əsasında qurulması barədə məhkəmənin gəldiyi nəticənin əsaslı olmasını təsdiq edir. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin VII bəndinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinin III bəndinə əsasən məhkəmə qərarı qanuna və sübutlara əsaslanmalıdır. “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 12 may 2009-cu il tarixli qərarında göstərilir ki, həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli: məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi –hakimin həm vəzifə, həm də mənəvi borcudur... Hər hansı məhkəmə araşdırılması ədalətli məhkəmə qərarının qəbulu ilə yekunlaşmalıdır. Bu mənada ümumləşdirilmiş şəkildə cinayət prosesinin tərəfləri və cəmiyyətin özü məhkəmədən nəinki qanuni, həmçinin əsaslandırılmış hökm gözləyir. Hər bir halda, məhkəmə hökmü nəinki forma və məzmun üzrə qanunun tələblərinə uyğun, cinayət-prosessual qanunun tələblərinə müvafiq müəyyənləşdirilmiş faktlar üzərində və cinayət qanununun düzgün tətbiqi nəticəsində çıxarılmalı, o, eyni zamanda əsaslandırılmış və sübuta yetirilmiş olmalıdır... Məhkəmə işə baxdıqdan sonra: öz nəticələrini həqiqətə uyğun və məhkəmə iclasında tədqiq olunmuş sübutlar üzərində qurmalı; həmin sübutların məcmusuna digər qərarın qəbulunu istisna edən qiymət verməli; cinayətin tərkibini və tövsifedici əlamətlərini dərindən təhlil etməli; cəzanı şəxs təqsirli bilindiyi halda cinayətin xarakteri və ictimai təhlükəliliyi, şəxsiyyəti və məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alınmaqla təyin etməli; şəxs təqsirsiz bilindiyi halda isə ona bəraət verməlidir. Əsaslandırma hökmün ictimai qəbul olunmasında, onun məhz ədalətli qərar kimi qavranılmasında mühüm rol oynayır. O, hökmün əsaslılığının ayrılmaz hissəsi olmaqla məhkəmə tərəfindən niyə məhz qərarın qəbulunun, başqa mümkün qərarların rədd olunmasının izahını verməlidir.... Azərbaycan Respublikası CM-in 221.3-cü maddəsinin şərh edilməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 20 may 2011-ci il tarixli qərarında göstərilmişdir ki, törədilən hər hansı bir ictimai təhlükəli əmələ görə şəxsin azadlıq hüququnun məhdudlaşdırılmasına səbəb olan cinayət hüquq norması tətbiq edilərkən həmin cinayətin tərkibi, onun xüsusiyyətləri və bu cinayət əməlinin tövsifi məsələlərinə xüsusi diqqət yetirilməlidir. Cinayət əməlinin tərkibinin düzgün müəyyən olunmaması və düzgün tövsif edilməməsi şəxsin azadlıq hüququnun pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “V.Bayramov və qeyrilərinin şikayətləri üzrə” 09 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilir ki, məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələbinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. (CPM-in 349.3-cü maddəsi)...məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. (CPM 28.5-ci maddəsi) Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsinə əsasən yalnız Azərbaycan Respublikasının Cinayət Məcəlləsi ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Azərbaycan Respublikası CPM-in 8-ci maddəsində sadalanan cinayət mühakimə icraatının vəzifələrindən biri də cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirməkdir. Cinayət işi üzrə toplanmış sübutları cinayət prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə, həmçinin ittihamın həlli üçün kifayət etməsi baxımından qiymətləndirərək, “Avropa insan hüquqlarının və azadlıqlarının müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində hər kəsin ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malik olmasının təsbit edildiyini nəzərə alaraq, məhkəmə bir daha vurğulayır ki, təqsirləndirilən şəxs Uğurluyev Elmin Qələndər oğlu külli miqdarda narkotik vasitə heroini məhz satış məqsədi ilə qanunsuz olaraq əldə edərək saxlaması birbaşa və ya dolayı yolla hər hansı sübutla təsdiq olunmur. Belə ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbirliyi müəyyənləşdirilir; CPM-in 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir; Həmin Məcəllənin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. “B.Yusifovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 2005-ci il 07 mart tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 fevral 2006-cı il tarixli qərarında qeyd edilmişdir ki, hər hansı cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmaması, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını Azərbaycan Respublikası cinayət prosesual qanunvericiliyi müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Hər hansı məhkəmə baxışının nəticələrinə dair yekun qərar (hökm və ya digər qərar) yalnız CPM-də göstərilən məsələlər hakim tərəfindən müzakirə edildikdən (hakim tərəfindən baxıldıqdan) sonra müşavirə otağında çıxarılır. CPM-in həmin məsələlərin dairəsini müəyyənləşdirən 346.1-ci maddəsinə görə müzakirə edilməsi mütləq olan məsələlərdən biri də təqsirləndirilən şəxsin əməlinin cinayət qanununun müvafiq maddəsi əsasında ona ittiham elan edildiyi cinayətin əlamətlərinə uyğun olub-olmamasıdır. Məhkəmə hökmü hər hansı əməli törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyətli məsələni və bununla da müəyyən mənada həmin şəxsin gələcək taleyini həll etdiyi üçün prosessual qanunvericilik onunla bağlı konkret tələblər irəli sürür. Cinayət prosessual qanunvericiliyə əsasən məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır. Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, CPM-in, Azərbaycan Respublikasının cinayət və digər qanunlarının tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir. Hökmün əsaslı olması üçün isə, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tətqiq edilmiş sübutlara əsaslanmalı, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etməli və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlməlidir (CPM-in 349.3., 349.4., 349.5-ci maddələri). Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139-cu maddəsinə əsasən cinayət təqibi üzrə icraat zamanı cinayət hadisəsinin baş vermə faktı və halları, cinayətin törədilmə üsulu, təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, əməldə cinayət tərkibinin əlamətləri, təqsirliliklə bağlı məsələlər yalnız sübutlar əsasında müəyyən edilməlidir. Bu baxımdan Konstitusiya Məhkəməsinin Plenumunun "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında göstərilir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Qərarda həmçinin göstərilir ki, cinayətin tövsifi dedikdə törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Beləliklə məhkəmə kollegiyası hesab edir ki, Elmin Uğurluyevin sözügedən narkotik vasitəni satış məqsədi olmadan səxsi istifadəsi üçün qanunsuz olaraq əldə etməsi, saxlaması, daşıması onun özünün ibtidai araşdırma zamanı verdiyi etirafedici ifadəsi ilə yanaşı, üzərinə keçirilmiş şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan, şahidlərin ifadələri, məhkəmə-narkoloji, məhkəmə-kimyəvi ekspertizasının rəyləri ilə, əməliyyat-axtarış tədbirinin keçirilməsi və maddi sübutun götürülməsi barədə protokolla və iş üzrə toplanmış digər sübutlarla tam təsdiq edilir. Digər tərəfdən məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxs Uğurluyev Elmin Qələndər oğlunun əldə etdiyi narkotik vasitənin qanunsuz olması göstərilən sübutlarla yanaşı həmçinin «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikasının 28 iyun 2005-ci il tarixli Qanununun tələbləri baxımından da öz təsdiqini tapmışdır. Belə ki, «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunun 1.0.1 maddəsinə əsasən narkotik vasitələr dedikdə BMT-nin 1961-ci il tarixli “Narkotik vasitələr haqqında” Vahid Konvensiyasında, 1998-ci il “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə haqqında” Konvensiyasında, habelə Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılarda belə təsnif edilmiş sintetik və ya təbii mənşəli maddələr, onların preparatları, o cümlədən tərkibində narkotik maddələr olan bitkilər başa düşülür. Həmin Qanunun 1.0.5-1.0. 6,1.0.9, 1.0.10, 1.14-cü maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik maddələr, psixotrop maddələr və onların prekursorları ilə bağlı törədilən hər hansı hərəkətlər, qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbayyan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər, qanunsuz istehlakı dedikdə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla tibbi göstəriş əsasında həkimin təyinatı olmadan Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzarət edilən narkotik vasitələrin və psixotrop maddələrin qəbul edilməsi başa düşülür. Həmin Qanunun 3-4-cü maddələrinə əsasən Azərbaycan Respublikasının ərazisində narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsinə yalnız onların tibbi praktikada, elmi-tədqiqat işlərində tətbiqi və cinayətkar fəaliyyətin qarşısının alınması məqsədi ilə yol verilir. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsinə bu qanuna və ona uyğun olaraq qəbul edilmiş digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla və qaydada yol verilir. Həmin Qanunun 6.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində, onların prekursorlarının idxalında, ixracında, tranzit nəql edilməsində və istehsalında iştirak edən şəxslərin fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən lisenziya (xüsusi razılıq) əsasında həyata keçirilir. Həmin Qanunun 23.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayət məsuliyyəti Azərbaycan Respublikasının cinayət qanunvericiliyi ilə nəzərdə tutulduğu hallarda yaranır. «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Qanunun 1.0.9-cu maddəsinə əssən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi–həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər başa düşülür. Bundan başqa təqsirləndirilən şəxs Uğurluyev Elmin Qələndər oğlunun cinayət əməli Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» müəyyən edilmiş 1 saylı Siyahının tələbləri baxımından da öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının 28.06.2005-ci il tarixli Qanunu ilə təsdiq edilmiş «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə» 1 saylı Siyahısına əsasən heroin narkotik vasitə hesab olunur, həmçinin həmin qanuna əsasən heroinin şəxsi istehlak miqdarından artıq miqdarı 0,15 qram və ondan yuxarı, külli miqdarı isə 2 qram və ondan yuxarı hesab olunur. Beləliklə, məhkəmə, ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədilə məhkəmə istintaqında tədqiq olunan yuxarıda qeyd edilən ifadələri, ekspert rəylərini, istintaq hərəkətlərinin protokollarını, sənədləri və maddi sübutları Azərbaycan Respublikası CPM-in 124-137-1-ci maddələrinin tələblərinə müvafiq olaraq sübut növü hesab etməklə onları Azərbaycan Respublikası CPM-in 144-146cı maddələrinə müvafiq olaraq yoxlayıb qiymətləndirməklə və həmin sübutların ittihamın qiymətləndirilməsi üçün kifayət etməsini nəzərə alaraq belə nəticəyə gəlir ki, Uğurluyev Elmin Qələndər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir, həmin cinayət hadisəsi həqiqətən baş vermiş və məhz onun tərəfindən törədilmişdir, Uğurluyev Elmin Qələndər oğlunun əməlində Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsində nəzərdə tutulan cinayətin əlamətləri vardır və həmin cinayətin törədilməsində o, təqsirlidir. Beləliklə məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, Uğurluyev Elmin Qələndər oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddənin sanksiyası həddində cəzalanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsinin sanksiyasında üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası CM-nin 58.3-cü maddəsinə əsasən isə məhkəmə cəza təyin edərkən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Odur ki, məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Uğurluyev Elmin Qələndər oğlunun şəxsiyyətini, törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, onun törətdiyi cinayətə görə yalnız müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmaqla islah olunması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Məhkəmə təqsirləndirilən Uğurluyev Elmin Qələndər oğluna törətdiyi cinayət əməlinə görə azadlıqdan məhrumetmə cəzasının təyin ediləcəyini nəzərə alaraq hesab edir ki, onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılmalıdır. Təqsirləndirilən Uğurluyev Elmin Qələndər oğlunun cinayət məsuliyyətindən və ya cəzadan azad edilməsinə, habelə törətdiyi cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsinə və ya onun şərti məhkum edilməsinə isə əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Uğurluyev Elmin Qələndər oğlunun himayəsində azyaşlı uşağının olması və yaşayış yeri üzrə müsbət xarakterizə olunması cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Uğurluyev Elmin Qələndər oğlunun cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Uğurluyev Elmin Qələndər oğluna təyin olunacaq azadlıqdan məhrumetmə növündə cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər təyin edilə bilər. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, məhkəmə-narkoloji ekspertizasının 19 oktyabr 2023-cü il tarixli 6835 nömrəli rəyindən görünür ki, Müayinə zamanı Uğurluyev Elmin Qələndər oğlunda Kannabinoidlərin və opioidlərin qəbulu nəticəsində yaranan Asılılıq Sindromu (Narkomaniya Xəstəliyi) aşkar olunur. Məcburi müalicəyə ehtiyacl vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Azərbaycan Respublikası CPM-nin 158-ci maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci instansiya məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, 17.10.2023-cü il tarixli “şübhəli şəxsin tutulması haqqında” protokoldan görünür ki, Uğurluyev Elmin Qələndər oğlu 17.10.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18.10.2023-cü il tarixli 4(005)-1494/2023 saylı qərarından görünür ki, Uğurluyev Elmin Qələndər oğlunun barəsində 04 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Həbsetmənin əvvəli təqsirləndirilən şəxsin tutulduğu 17.10.2023-cü il tarixdən hesablanmışdır. Qanunun həmin tələbinə əsasəntəqsirləndirilən Uğurluyev Elmin Qələndər oğlunun həbsdə saxlanıldığı müddət, yəni onun şübhəli şəxs qismində tutulduğu 17.10.2023-cü il tarixdən, hökmün qanuni qüvvəyə mindiyi vaxta qədər həbsdə olacağı müddət Azərbaycan Respublikası CPM-in 158-ci maddəsinə əsasən onlara təyin olunacaq cəzaçəkmə müddətinə daxil edilməlidir. Bundan əlavə həmçinin müəyyən edilmişdir ki, maddi sübut olan və Uğurluyev Elmin Qələndər oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 4,701 qram qalmış narkotik vasitə heroin DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında məsul saxlanca verilmiş və Elmin Uğurluyevin üzərinə şəxsi axtarış, baxış keçirilməsi videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materillarına əlavə edilmişdir. Məhkəmə cinayət-prosessual qanunvericiliyin tələbləri baxımından hökm çıxararkən həmçinin maddi sübutlar barədə məsələni də həll etməlidir. Azərbaycan Respublikası CPM-nin 132.1.1-ci maddəsinə əsasən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında məsul saxlanca verilmiş Uğurluyev Elmin Qələndər oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 4,801 qram olan narkotik vasitə heroin məhv olunmalı və Elmin Uğurluyevin üzərinə şəxsi axtarış, baxış keçirilməsi videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” diskin isə cinayət işinin materillarına əlavə edilməsi nəzərə alınmalıdır. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilməlidir. Bundan əlavə cinayət işinin məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs Uğurluyev Elmin Qələndər oğlunun hüquqlarının müdafiəsini Gəncə şəhər 1 saylı vəkil Bürosunun vəkili Məmmədov Rihat Tahir oğlu həyata keçirmişdir. Azərbaycan Respublikası CPM-nin 193.2, 193.4 maddələrinə əsasən isə belə halda müdafiəçinin hüquqi yardımının ödənilməsi dövlət büdcəsinin vəsaiti hesabına təmin edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarında dəyişiklik edilməsi barədə 3 may 2018-ci il tarixli 202 nömrəli dəyişikliyə əsasən hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə ödənilən haqq hər iş saatı üçün 6 (altı) manat müəyyən edilmişdir. Odur ki, həmin hesabla təqsirləndirilən şəxs Uğurluyev Elmin Qələndər oğluna göstərilmiş 40 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən müdafiəçi Məmmədov Rihat Tahir oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 240 manat məbləğində pul köçürülməldir. Həmçinin müəyyən edilmişdir ki, iş üzrə 114 (yüz on dörd) manat məbləğində ekspertiza xərci vardır və həmin xərc Azərbaycan Respublikası CPM-nin 197.1, 197.1.6-cı maddələrinə əsasən məhkəmə məsrəfi hesab olunur. Azərbaycan Respublikası CPM-in 197.2-ci maddəsinə əsasən bu Məcəllədə digər qaydalar nəzərdə tutulmamışdırsa, məhkəmə məsrəfləri Azərbaycan Respublikasının dövlət büdcəsinin vəsaiti hesabından ödənilir. Həmin Məcəllənin 198.1, 198.2-ci maddələrinə əsasən isə məhkəmə qeyd olunan məhkəmə məsrəfini həmçinin məhkumun üzərinə qoya bilər, lakin məhkumun məhkəmə məsrəflərini ödəməyə imkanı olmadıqda, yaxud məhkəmə məsrəflərini ödəməsi öhdəsində olan şəxslərin maddi vəziyyətinə ciddi xələl gətirərsə, məhkəmə məhkumu məhkəmə məsrəflərinin tutulmasından tam və ya qismən azad edə bilər. Məhkəmə qanunun həmin tələblərini rəhbər tutaraq təqsirləndirilən Uğurluyev Elmin Qələndər oğlunun maddi və ailə vəziyyətini nəzərə alaraq hesab edir ki, qeyd olunan məhkəmə məsrəfinin ödənilməsi məhkumun üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinin tələblərinə görə məhkəmə hər bir cinayət işi üzrə bu məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Bununla bağlı məhkəmə qeyd edir ki, iş üzrə xüsusi müsadirə edilməli olan əmlak yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 384 və 385-ci maddələrini rəhbər tutaraq məhkəmə, h ö k m e t d i: Uğurluyev Elmin Qələndər oğlu Azərbaycan Respublikası CM-nin 234.1-1-ci maddəsi ilə təqsirli bilinsin və ona həmin maddə ilə 03 (üç) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsdə saxlandığı müddət cəza müddətinə daxil edilməklə cəzaçəkmənin başlanğıcı şübhəli şəxs qismində tutulduğu 17 oktyabr 2023-cü il tarixdən hesablansın. Barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək qüvvəsində saxlanılsın. Uğurluyev Elmin Qələndər oğluna cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi müalicə təyin olunsun və o, yaşayış yeri üzrə narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs Uğurluyev Elmin Qələndər oğluna göstərilmiş 40 iş saatına görə hüquqi yardımla bağlı dövlət büdcəsindən Məmmədov Rihat Tahir oğlunun işlədiyi Gəncə şəhər 1 saylı vəkil Bürosunun hesabına 240 (iki yüz qırx altı) manat məbləğində pul köçürülsün. İş üzrə maddi sübut olan və DİN-in BMCMİ-nin Növbətçi Hissəsinin maddi sübutların saxlanma kamerasında məsul saxlanca verilmiş Uğurluyev Elmin Qələndər oğlunun üzərindən aşkar olunaraq götürülüb qablaşdırılmış və tədqiqata sərf edildikdən sonra qalıq çəkisi 4,801 qram olan narkotik vasitə heroin məhv olunsun və Elmin Uğurluyevin üzərinə şəxsi axtarış, baxış keçirilməsi videogörüntüsünü özündə əks etdirən 01 ədəd “DVD” diskin isə cinayət işinin materillarına əlavə edilməsi nəzərə alınsın. Narkotik vasitənin məhv edilməsi “Azərbaycan Respublikasının Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə dövlət komissiyası” tərəfindən həyata keçirilsin. Təqsirləndirilən Uğurluyev Elmin Qələndər oğlundan 114 (yüz on dörd) manat məbləğində məhkəmə məsrəfi hesab olunan ekspertiza xərci tutulub Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Hökmdən onun elan olunduğu, həbsdə saxlanılan təqsirləndirilən şəxsə münasibətdə isə ona hökmün surəti verildiyi andan 20 (iyirmi) gün müddətində Gəncə Ağır Cinayətlər Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilməmişdirsə, hökm, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(100)-128/2025
Gəncə Ağır Cinayətlər Məhkəməsi Hökm — İş №1(100)-128/2025
27.02.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver